Budapest Bankın internet bankı vasitəsilə necə köçürmə edə bilərəm
MT SWIFT formatında çıxarışların İnternet Bank vasitəsilə alınması qısa zamanda mümkün olacaqdır. Hal-hazırda SWIFT çıxarışını ödəniş tapşırığı formasında Bankın möhürü ilə və ödənişə daxil etdiyiniz bütün məlumatlarla ala bilərsiniz. MT formatında SWIFT məlumatlarını isə filiala müraciət edərək emailinizə ala bilərsiniz.
İnternet Bank
PAŞA Bank müasir texnologiyalar əsasında müştərilərinə İnternet Bank xidmətini təqdim edir. İnternet Bank xidməti müştərilər üçün banka gəlmədən uzaqdan bank xidməti texnologiyası əsasında bir sıra bank xidmətlərindən istifadə imkanını təmin edir.
Xidmətin üstünlükləri
– Dünyanın istənilən yerindən və hər gün 24 saat ərzində istifadə imkanı
– Səlahiyyətli əməkdaşların xüsusi açar vasitəsilə istənilən kompüterdən sistemə daxil olmaqla əməliyyat aparmaq imkanı
– Şirkət əməkdaşlarının iş yükünün azalması, banka gəlmək üçün vaxt sərfinin aradan qalxması, əməkdaşların rahatlığı və məmnunluğu
– Xidmətin istifadəsi üçün xüsusi avadanlığa və proqram təminatına ehtiyacın olmaması
Əməliyyatlar
– Yerli ödənişlər – Azərbaycan Respublikası daxilində ödənişlər
– Beynəlxalq ödənişlər – ölkə hüdudlarından kənara xarici valyuta ilə ödənişlər
– Konvertasiya – xarici valyutanın alınması və satılması
– Hesab üzrə çıxarışlar – istənilən müddət üçün çıxarışların əldə edilməsi
– Hesab üzrə qalıq – hesabda qalıq məbləği barədə məlumatın alınması
– Plastik kartlarda qalıq barədə məlumat
– Kreditlər barədə məlumat
– Depozitlər barədə məlumat
– Valyuta mübadiləsi məzənnələri barədə məlumat
Xidmətə qoşulma
İnternet Bank xidmətindən istifadə üçün PAŞA Bankın biznes mərkəzlərində müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet Bank sisteminə qoşulmaq üçün Login və Şifrə verilir. Bankın əməkdaşları İnternet Bank xidmətindən istifadə üzrə şirkətin əməkdaşlarının təlimatlandırılması işlərini və tam məsləhət dəstəyini həyata keçirirlər.
Internet Bank xidmətinə qoşulmuş müştərilər aşağıdakı keçid vasitəsilə 24/7 rejimində İnternet Bank sisteminə daxil ola bilər.
Tez-tez verilən suallar
Mən fiziki şəxs olaraq öz hesablarımı haradan görə bilərəm?
Fiziki şəxs olaraq hesablarınıza daxil olmaq üçün giriş öncəsi “Fiziki şəxslər” hissəsini seçirsiniz və korporativ istifadəçi adınızın sonuna 2 əlavə edərək (TURAL2) eyni köhnə internet bankda olan parolunuzu daxil edirsiniz.
Asan İmza ilə hardan daxil ola bilərəm?
Asan imza ilə daxil olmaq üçün giriş ekranın sağ tərəfində ASAN imza seçimini etmək lazımdır.
Asan İmza İstifadəçi İD-si nədir?
Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir. İstifadəçi İD-si 6 rəqəmli koddur və PİN1/PIN2 ilə səhv salınmamalıdır.
Asan İmza PİN-yazıram amma Sistemə daxil ola bilmirəm
Ehtimal var ki, Sistemə daxil olmaq üçün telefona daxil etdiyiniz kod səhvdir. Əmin olun ki, ASAN tərəfindən telefonunuza göndərilən təsdiq xanasına PİN 1 –daxil edirsiniz.
ASAN İMZA ilə daxil ola bilmirəm
Əgər ASAN imza ilə daxil olmaq istəyirsinizsə aşağıdakıların doğruluğundan əmin olun:
– Brauzeriniz pop-up məlumatının çıxmasını blok etmir
– Siz Asan imza ilə girdiyiniz zaman brauzerdə yalnız bir pəncərə açıqdır
– Siz ASAN mobil nömrəni, 6 rəqəmli ASAN istifadəçi İDnizi və PAŞA Bank kodunu (yəni şifrənizi) düzgün daxil edirsiniz.
Məlumatınız olsun ki, internet banka yalnız öncədən təyin olunmuş ya ASAN imza, ya da SMS vasitəsi ilə daxil ola bilərsiniz. Eyni zamanda hər iki tipi istifadə etmək imkanı mövcud deyil. Əyər, Sizə öncədən SMS və istifadəçi adı vasitəsi ilə daxil olmaq imkanı verilibsə, ASAN imza ilə daxil olan zaman qeyd edilən xətanı alacaqsınız:
Authentication method is not assigned.
Siz istədiyiniz vaxt ASAN imza ilə girişi SMS girişinə dəyişə bilərsiniz və bunun üçün Müştəri Xidmətlərinə müraciət etmək lazımdır.
İstifadəçi adı və parol daxil edilməsi ilə problemlər
Müştəri:
“User authentification failed” yazısı çıxarsa, bu zaman problem nə ola bilər:
• Müştəri parol və ya istifadəçi adını kopyalayan zaman oraya boşluq (yəni probel işarəsi) düşür
• Müştəri köhnə parolunu daxil edir
• Müştəri log-in hissəsindən Korporativ deyil, Fiziki müştəri girişini seçibdir.
• İstifadəçi adını mütləq böyük hərflərlə (Caps Lock) daxil etmək lazmıdır
• İstifadəçi adının əvvəlində və sonunda boşluq buraxmaq olmaz
• Həm korporativ həm də fiziki istifadəçi adı olanlar, fiziki istifadəçi adının sonuna mütləq 2 rəqəmini əlavə etməlidir. (Misal: korporativ- AKHUNDOVZM; fiziki – AKHUNDOVZM2)
• Müştəri istifadəçi adını daxil edərkən AZE şriftdən istifadə edir. Yalnız ingilis dili şrifti qəbul ediləndir.
Hesabım bloka düşüb
Bu zaman Call center müraciət edilməlidir. Call center istifadəçini blokdan azad edə bilər.
Parolu unutmuşam
Bu zaman Call center müraciət etmək lazımdır. Call Center parolu yeniləyəcəkdir, və yeni parol SMS vasitəsilə mobil telefona göndəriləcəkdir.
Sistem işlədiyim yerdə məni atır, gərək yenidən daxil olum
Bankın təhlükəsizlik qaydalarına uyğun olaraq Qeyri aktiv sessiyanın müddəti 30 dəqiqə, aktiv sessiyanın müddəti isə 60 dəqiqə kimi təyin olunub. Bu o deməkdir ki, istifadəçi 30 dəqiqədən artıq sistemdən istifadə etməsə, avtomatik olaraq səhifə bağlanacaq. İstifadə etdiyi halda belə hər 60 dəqiqədən bir sistem bağlanır və yenidən sistemə daxil olmaq tələb olunur.
İnternet Bank daxil olduqdan sonra yalniz Hesablar və Ayarlar hissəsini görürəm. Problem nədir?
Yeni sistemə keçid vaxtı sizin hüquqlarınızın keçidi ilə çətinliklər yaranmışdır. Bu xətanı gördüyünüz zaman Call Center ilə əlaqə yaratmaq lazımdır. Çağrı mərkəzi müvafiq struktur ilə əlaqə yaradaraq Sizin hesabınızın təqdim etdiyiniz ərizəyə uyğun olaraq sazlanmasını təmin edəcəkdir.
Mənim kart hesablarım məlumatı çıxmır, səbəbi nədir?
Sizin əgər kart hesablarınız çıxmırsa, demək ki, kart hesabları internet bank sistemində görünüş və əməliyyat üçün sazlanmayıb. Əgər bu yeni kart hesabıdırsa onu İB hesabınıza qoşmaq üçün ərizə ilə müraciət etməlisiniz. Öncədən bununla bağlı müraciət etmisinizsə, çağrı mərkəzini bununla bağlı məlutmatlandırın. Yeni ərizə ilə müraciət etməyinizə ehtiyac yoxdur və Çağrı mərkəzi köhnə müraciətinizə əsasən kart hesablarınızın İnternet Bank səhifəsinə qoşulması üçün müvafiq struktura müraciət edəcəkdir.
Mən köhnə sistemdə yaratdığım müəyyən edilmiş ödənişləri görmürəm
Köhnə sistemdə yaradılan müəyyən edilmiş şablonlar (ödənişlər) sistemə şablon kimi deyil, benefisiarlar kimi çıxır. Benefisiar adı xanasının yanındakı lupa işarəsindən istifadə edərək köhnə şablonlarınızı axtarışa verə bilərsiniz. Bu barədə ətraflı məlumat əlavə edilmiş PDF fileda göstərilmişdir.
Yeni yaradılmış şablonları görmürəm
Yeni şablon yaradılan zaman iki seçim imkanı vardır: Özəl; Hər kəsə.
Yeni yaradılan şablonu görməməyinizin səbəbi, şablonu yaradan əməkdaşın Özəl seçimi edərək yadda saxlamasıdır. Bir şirkətdə çalışan bütün əməkdaşların şablonu görməsini istəyirsinizsə Hər kəsə seçimini etmək mütləqdir.
Şablon axtarışında İstifadəçinin İstinad № filtr-i nədir?
Yeni şablon yaradılan zaman həmin şablona ad verilir. Axtarış zamanı isə qeyd edilən adı İstifadəçinin İstinad № xanasına qeyd edərək axtarışa vermək olar.
Nə üçün mənim yaratdığım şablonların bəzilərində bank haqqında məlumat çıxmır?
Əgər (xüsusilə beynəlxalq ödənişlərdə) Bankın SWIFT kodu barəsində tam məlumat çıxmırsa, siz bank məlumatlar hissəsində zoom(lupa) işarəsinə basaraq yenidən həmin bank kodunu seçməlisiniz.
Axtardığınız bank kodu bir-neçə dəfə çıxarsa, bu zaman həmin SWIFT kodu sonuna XXX yazaraq yenidən axtarışı edib onu seçin.
Mən bir neçə şirkətdə mühasibəm və hesablar çox olduğundan çətinlik çəkirəm
İstifadəçi Hesab Haqqında məlumat bölməsinə daxil olaraq hesab nömrəsinin yanındakı qələm düyməsinə tıklayaraq, hesaba istənilən adı təyin edə bilər. Bu istifadəçiya hesabları daha rahat idarə etməyə kömək edəcək.
Nə üçün yaratdığım büdcə ödənişləri keçmir?
Nəzərə alın ki, əgər büdcə və vergi ödənişlərini etmək istəyirsinizsə, bu zaman Ölkə daxili deyil, büdcə ödənişlərini seçməyiniz lazmıdır. Belə ki, həmin hissə vasitəsilə siz büdcə klassifikasiya kodu və büdcə səviyyə kodunu yığmalısınız.
Yalnız ƏDV ödənişləri zamanı (klassifikasiya və büdcə koduna ehtiyac yoxdursa) Ölkədaxili ödənişləri seçə bilərsiniz.
Vergi/büdcə ödənişi etmək istəyirəm, amma İB sisteminin təqdim etdiyi rekvizitlər məndə olan rekvizitlərə uyğun deyil
Ehtimal ola bilər ki, Vergilər Nazirliyi rekvizitlərində dəyişiklik edib, sistemdə isə dəyişikliklər tətbiq edilməyib. Vergi/büdcə hesabını qeyd edən zaman avtomatik gələn Benefisiarın adı, VÖEN-i və bank kodu, manual olaraq (əl ilə) dəyişdirilə bilər. Rekvizitlərdə uyğunsuzluq varsa həmin ödəniş məlumatlarını əlinizdə olan rekvizitlərə uyğun tamamlamanız, Məlumat mərkəzinə (Call center) isə bununla bağlı məlumat verməyiniz xahiş olunur.
Ölkədaxili ödənişlərdə valyuta hesablarım çıxmır
Hal-hazırda internet bank xidməti daxilində, qanunvericiliyin tələbləri üzrə ölkədaxili ödənişlərdə bir hesabdan digərinə qeyri AZN valyutası köçürmək imkanı yoxdur.
Siz yalnız “Öz hesablarım arasında ödəniş” bölümü vasitəsilə iki qeyri-AZN hesabları arasında ödəniş edə bilərsiniz.
Ətraflı məlumat üçün müştəri menecerinə müraciət etməyiniz xahiş olunur.
Mən Beynəlxalq ödəniş etdikdən sonra onun SWİFT çıxarışını haradan ala bilərəm?
Həyata keçirdiyiniz beynəlxalq ödəniş imzalandıqdan sonra və bank tərəfdən icra olunduqdan sonra, siz onun swift formasını: Hesablar – Hesablardan çıxarış bölümündən Təsdiq edilmiş ödənişin qeydiyyat nomrəsinin (reference number) üzərinə sıxaraq yükləyə və görə bilərsiniz.
Mən internet bank vasitəsilə beynəlxalq ödənişlərdə nə zaman RUBL istifadə edə bilərəm?
Bu funksional hal hazırda hazırlanmaqdadır. İstifadəyə hazır olduğu anda müştərilər bununla bağlı məlumatlandırılacaqlar.
Şablon yaradan zaman xəta alıram
Şablon yaradan zaman aşağıda qeyd olunan xətaları almaq mümkündür:
1. Düzgün olmayan Şablona giriş növü xətası şablon növünü seçmədiyiniz zaman gələ bilər. Şablon kimi yadda saxlamadan öncə, şablonun hər kəsə (şirkətin bütün əməkdaşları görə bilər) və ya özəl (yalnız yaradan görə bilər) olaraq yaddaşda saxlanmasını seçmək lazımdır.
2. Artıq mövcud olan şablon adından bir daha istifadə etmək istədikdə aşağıdakı mesaj çıxır. Sadəcə şablon adını dəyişməklə əməliyyatı icra etmək mümkündür.
3. Əməliyyatın həyata keçiriləcəyi hesabı seçmədikdə, mənbə hesabını seç mesajı çıxır. Bunun üçün Ödəniş hesabını siyahıdan seçmək lazımdır.
Şablon yaratmışam, bir dəfə icra etmişəm amma indi həmin şablonu görmürəm
Səbəb ödənişi şablon kimi yox, Qaralama kimi yadda saxlamağınızdır. Şablonlara baxış bölməsində, yaratdığınız ödənişin şablon və ya qaralama kimi saxladığınızı görə bilərsiniz. Qaralama kimi saxladığınız əməliyyatlar bir dəfəlikdir, və icra olunduqdan sonra şablonlar bölməsindən itir.
Əməliyyatı yadda saxlayan zaman, onu şablon kimi əlavə etmək düyməsinə basaraq yadda saxladığınıza əmin olun.
Əməliyyat gününün sonu (cut-off) əməliyyat həyata keçirsəm nə olar?
Əməliyyat günün sonu icra edilmiş əməliyyatlar növbəti iş gününün tarixi ilə icra olunacaq. Belə ki, Cümə günü saat 18:00 –da həyata keçirilmiş əməliyyat, Bazar ertəsi icra ediləcəkdir. Bu əməliyyat bankın daxili sisteminə düşür və istifadəçinin əlavə bir əməliyyat etməsinə ehtiyac yoxdur.
MFO (Bank kodu) kodunu manual (əl ilə) daxil edə bilmirəm, nə üçün?
Azərbaycanda mövcud olan bütün Bank kodları sistemdə mövcud olduğundan, həmin kodu siyahıdan seçmək lazımdır. Bu Bankdın adında və ya kodunda yol verilə biləcək texniki xətaları da aradan qaldırır.
Benefisiar Bank rekvizitləri bölməsində Bank kodu xanasının üzərində Axtar ( ) düyməsini sıxaraq axtarış meyarlarına uyğun olaraq Bank məlumatlarını avtomatik seçmək mümkündür.
Axtarış meyarlarından Bankın kodu, adı və ya SWIFT kod məlumatlarından birini dolduraraq axtarış etmək və uyğun bank məlumatını tapdıqda Bankı seç düyməsini sıxmaq kifayətdir.
SWIFT çıxarışlarını hardan ala bilərəm?
İstənilən əməliyyatın (Ölkəxarici ödənişlər daxil olmaqla) ödəniş tapşırığını Hesablar -> Hesabdan çıxarış bölməsindən, vaxt aralığını və Ödəniş hesabını seçərək axtarışa verə bilərsiniz. Bu zaman, Ödənişlə bağlı məlumatın Əməliyyat Nömrəsi-ə sıxaraq Ödəniş tapşırığını yükləmək və çap etmək mümkündür.
İnternet Bankda Ölkəxarici ödənişlər SWIFT formatında deyil, bunu hardan ala bilərəm?
MT SWIFT formatında çıxarışların İnternet Bank vasitəsilə alınması qısa zamanda mümkün olacaqdır. Hal-hazırda SWIFT çıxarışını ödəniş tapşırığı formasında Bankın möhürü ilə və ödənişə daxil etdiyiniz bütün məlumatlarla ala bilərsiniz. MT formatında SWIFT məlumatlarını isə filiala müraciət edərək emailinizə ala bilərsiniz.
Müxbir bank məlumatlarını mütləq doldurmalıyam?
Müxbir Bank haqqında məlumatların doldurulması məcburi deyil. SWIFT ödənişləri üçün tələb olunan əsas bölmələr, Benefisiar haqqında məlumatlar, Alan müştərinin bank rekvizitləri, Ödəniş təyinatı və Digər məlumatlar bölmələridir.
Ödəniş yaradan zaman komissiyanı hardan görə bilərəm?
Ödənişlə bağlı komissiyanı bütün məlumatları daxil etdikdən sonra və Təqdim et düyməsini sıxdıqda, Təsdiq etmə mərhələsindən öncə ödənişin komissiya məbləğini və digər məlumatları görmək mümkündür. Qeyd edilən məlumatlarda çatışmazlıq olduqda Geri düyməsini sıxaraq yığılmış ödənişi redaktə etmək və ya Təsdiq et düyməsini sıxaraq ödənişi icra etmək mümkündür.
Ödəniş edirəm, müdürün təsdiqi olmadan keçir
Bunun səbəbi imza hüquqlarında məlumatların səhv qeyd edilməsidir. Belə bir hal baş verdikdə Əlaqə mərkəzinə (Call center) müraciət etməyiniz xahiş olunur. Müraciət zamanı hansı istifadəçinin əməliyyatı yaratmalı, hansı istifadıçilərin isə əməliyyatı imzalamalı olduğunu qeyd etməlisiniz.
Mən valyuta mübadilə kurslarını əməliyyat edərkən görmürəm!
Valyuta mübadiləsi əməliyyat etdiyiniz zaman kurslar barəsində məlumatı Paralel olaraq Ayarlar bölümü Mübadilə məzənnəsinə dair sorğu hissəsindən açıb baxa bilərsiniz.
Valyuta mübadiləsi əməliyyatı üzrə komissiyanı hesablaya bilmirəm, bunu haradan görüm?
Bütün ödənişlərdə olduğu kimi, valyuta ödənişləri üzrə də komissiyanı əməliyyatı yaradıb son olaraq təsdiq etməmişdən öncə görə bilərsiniz. Bunun üçün valyuta mübadiləsi əməliyyatına aid bütün məlumat xanalarını doldurub İcra etmək düyməsini sıxmaq kifayətdir.
Valyuta mübadiləsi üzrə limitlər mövcuddurmu?
Valyuta mübadiləsi əməliyyatlarında limit mövcud deyil. Müştərilər istənilən həcmdə valyuta alqı-satqısı həyata keçirə bilərlər.
İndividual kursla valyuta mübadiləsini necə icra edə bilərəm?
Bunun üçün müştərinin sorğusu əsasında Xəzinədarlıqdan təsdiq almaq lazımdır. Xəzinədarlıq hər hansı bir şirkətə xüsusi kursla valyuta alışı/satışı həyata keçirməyə icazə verdikdə, həmin şirkət üçün bu funksiya aktivləşdiriləcəkdir.
Müştəri hər dəfə xüsusi kursu müştəri meneceri ilə əlaqə yaradaraq ala bilər. Hər yeni individual kurs müştəriyə təqdim edildikdə, O, Valyuta mübadiləsi səhifəsində İndividual kurs seçimi edir və manual olaraq ona təqdim olunmuş kursu xanada qeyd edir.
Əməliyyat icra olunduqdan sonra Bakın sisteminə düşür və xanada qeyd olunan kurs Xəzinədarlığın təqdim etdiyi kursa uyğun olursa, əməliyyat uğurla həyata keçirilir.
Bütün xanaları doldurmuşam amma yenə xəta alıram
Xahiş edirik yalnız ödəniş hesabının məbləğini və ya təyinat hesabının məbləğini qeyd edəsiniz – qeyd edilən xətanı alırsınızsa, demək ki həm Satılacaq Valyuta məbləği həm də Alınacaq Valyuta məbləği xanalarını doldurmusunuz. Bu xanalardan yalnız biri doldurulmalıdır, çünki Alınacaq/Satılacaq məbləğ Bankın kursuna əsasən sistem tərəfindən hesablanır. Misal: 1000 USD satmaq istədiyiniz halda, Satılacaq Valyuta məbləği xanasına 1000 yazır, Alınacaq Valyuta məbləği xanasını isə boş buraxırsınız.
Təqdim et düyməsinə sıxdıqda isə Bankın həmin günə olan satış kursuna əsasən alacağınız AZN (və ya digər valyuta) ekvivalentini görəcəksiniz.
Mən öz hesabdan çıxarışım barəsində məlumatı görmürəm!
Əgər siz hesabdan çıxarış edərək orada heç bir məlumat görmürsünüzsə, bu o deməkdir ki, həmin hesab üzrə 05.01.2017 tarixdən etibarən heç bir əməliyyat olmamışdır. Məlumat verək ki, 05.01.2017 dan əvvəlki tarixə olan çıxarışlar sistemdə öz əksini tapmırlar və öncəki tarixə çıxarışları filialın müştəri xidmətləri təqdim edə bilərlər.
İnternet bankda olan çıxarışlar barəsində məlumat mənim tam ehtiyaclarımı qane etmir
Bildirmək istərdik ki, internet bank daxilində olan hesabdan çıxarış forması sizin cari gün ərzində olan hesabdaxili hərəkətləri göstərmək üçün istidadə edilməlidir. Biz bu məlumatları 24 saatlıq müddət daxilində istifadə etməyi, daha dolğun əməliyyat məlumatlarına isə növbəti gün hesabınız barəsində sizə elektron məktub formasında gələn çıxarışdan almağı tövsiyə edirik.
Mən POS terminallar barəsində məlumatları daha detallı görmək istəyirəm
Siz Hesablar –> Hesablardan çıxarış bölməsi vasitəsilə daxil olduqda POS terminal hesabları önündə (POS) yazısı olur və onu seçərək Detallı çıxarış bölümünü qeyd edirsiniz və həmin müddət üçün çıxarışı Excel və ya PDF kimi yaddaşa yükləyərək baxırsınız. Burada hər bir POSdan keçən tranzaksiyalar üzrə məlumatlar qeyd edilir. Burada həm ümumi məbləğ, həm də komissiya məbləği göstərilir.
Bəs Kart əməliyyatlarım barəsində məlumatı necə görə bilərəm?
Kartlarınızla bağlı çıxarışları Hesablar -> Hesab üzrə çıxarış bölməsindən ala bilərsiniz. Bu zaman Təsvir sütununda korporativ kartdan hansı ödənişi etdiyinizlə bağlı detallı məlumat ala bilərsiniz.
Çıxarışlarda komissiyanı harda görə bilərəm?
Çıxarışları almaq üçün hesabı və tarixi seçərək axtarış verdikdə, sistem əməliyyatın məbləğini və ondan sonrakı sütunda tutulmuş komissiyanı göstərir.
Ödəniş tapşırığı almaq üçün əməliyyat nömrəsinin üzərinə tıkladıqda, əməliyyatlar Ölkədaxili, Valyuta mübadiləsi və Vergi ödənişidirsə Ödəniş tapşırığının içərisində komissiya məbləğini görə bilərsiniz. Əməliyyat SWIFT əməliyyatıdırsa komissiya malumatı Ödəniş tapşırığında qeyd edilməyəcək. SWIFT əməliyyatlarında komissiyanı, hesab üzrə çıxarış məlumatları arasında görə bilərsiniz.
Yaratdığım ödənişin vəziyyətini necə izləyə bilərəm?
Hər bir ödəniş yarandıqdan sonra:
– Əsas Paneldə “Son əməliyyatlar” hissəsində – yalnız son 5 əməliyyatı görmək olur.
– Eləcə də Əməliyyatlar bölümündə Başlanmış əməliyyatlar və Əməliyyatlara baxış hissəsində qeyd edilir.
Ödənişin üzərinə basıb detallarını izləyəndə onun son statusu barəsində məlumat çıxır:
• Yaradılmış – ödəniş onu yaradan tərəfindən tərtib edilibdir, lakin hələ heç kim onu təsdiq etməyibdir və əməliyyat icra edilməyib.
• İcazə verilmişdir – ödənişi təsdiqləyən tərəf ona icazə vermişdir.
• Qəbul edilmişdir – ödəniş artıq internet bank vasitəsilə bütün təsdiqləri keçmişdir və bank onu icra etməyə qəbul etmişdir.
• Əməliyyat gedir – təsdiqlənmiş ödəniş hal-hazırda bank tərəfdən işlənilir
• Səlahiyyət verilmiş şəxs tərəfindən rədd edilmişdir – Yəni təsdiq sahibi olan şəxs ödənişdən imtina edib
• Rədd edilmişdir – ödəniş hansısa səbəbdən bank tərəfindən rədd edilmişdir. (Səbəbi əməliyyatın istinad nömrəsinin üzərinə basaraq görmək mümkündür.)
• Yarım-Səlahiyyətli – yaradılmış ödənişi bir-neçə istifadəçi təsdiq etməlidirsə və onların hər biri hələ də əməliyyatı təsdiqləmədiyi zaman bu status çıxır.
• Tamamlanmış – ödəniş tam təsdiqlənib və bank sistemi vasitəsilə emal edilərək icra olunubdur.
Əməliyyatlara baxış hissəsində isə tam olaraq sizin şirkətiniz daxilində olan ödənişləri izləyə bilər və statusları görə bilərsiniz (yəni burada siz yaratmayan ödənişlər də var).
Mənim imza hüququm var, əməliyyatları hardan imzalamalıyam?
Əyər əməliyyat icra olunubsa imzalayan şəxslər həmin əməliyyatı əsas səhifədə olan Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən və Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan görə bilərlər.
Əməliyyatlar bölməsindən imzaya gələn əməliyyatları bir-bir, və ya 100-ə qədərini bir imza ilə təsdiqləmək mümkündür. Təsdiqin gözləyən əməliyyatlar pəncərəsindən isə yalnız bir-bir təsdiqləmək imkanı var.
Əgər ödənişi səhv yaratsam onu silə bilərəm?
Ödənişi yaratdıqdan sonra əgər istəyirsinizsə onu silə bilərsiniz. Lakin o internet bankdan tam olaraq silinməyəcək və silinmiş statusda göstəriləcəkdir. Bu ödənişi təsdiq edən deyil, yalnız siz görəcəksiniz.
Xətalı və rədd edilmiş əməliyyatları silə bilərəm?
Bu funksiya hal hazırda hazırlanma mərhələsindədir. Rədd edilmiş və Xətalı statusunda olan əməliyyatların silinməsin qısa zamanda təmin edəcəyik.
Hesabımda balans olduğunu görürəm amma əməliyyatlarım keçmir?
Əsas səhifədə Hesab haqqında məlumat bölməsində gördüyünüz balans Sizin Cari Balansınızdır.
Yaşıl ilə qeyd olunmuş hesabın üzərinə basdıqda Siz hesabdakı balansınızla bağlı daha detallı məlumat ala bilərsiniz. Belə ki, Cari Balans və Mövcud Cari balans -nız biri birindən fərqlənə bilər. Ola bilsin ki, Sizin hesabınıza mədaxil olunub, amma həmin məbləğ hələ əməliyyat tərəfindən təsdiqlənmədiyindən ondan istifadə edə bilmirsiniz. Bu zaman Sizin Cari Balansınızdakı məbləğ həmin mədaxil məbləğini də nəzərə alır, hal bu ki, Mövcud Cari Balansınızda həmin məbləğ istifadəyə verilməyib. Bu səbəbdən, əməliyyat etməmişdən öncə Mövcud Cari Balansınızı yoxlamağınız məsləhət görülür.
Ödənişlərin imzalanma mexanizmi necədir?
Ödənişi imzalamaq üçün bu qayda nəzərə alınmalıdır:
– Əgər istifadəçi hər hansı İmza hüquqlarından birindədirsə və ondan başqa imzalayan varsa, bu zaman o özünün yaratdığı ödənişləri təsdiqləyə bilməz
– İstifadəçi şirkətə aid olan hesablarda imzalayandırsa, onun səlahiyyəti hər yerdə eyni cür olmalıdır. Yəni 11111 hesabında 1ci imza, 22222 hesabında 2ci imza ola bilməz. Hər zaman eyni imza olmalıdır.
Əgər bu qayda pozulursa və müştəri həm yaradan siyahısında, həm də təsdiqləyən siyahısında olarsa, bu zaman ödəniş Yarım-səlahiyyətli statusa düşür. Belə bir hal baş verdikdə, Çağrı mərkəzinə müraciət etməyiniz xahiş olunur. Müraciətdə yaşadığınız çətinliyi və Sizə uyğun hüquqların hansı formada olmasını qeyd etsəniz, bir iş günü ərzində hüquqlarla bağlı müraciətiniz cavablandırılacaq.
Önəmlə rica edirik ki, külli miqdarda ödəniş etməmişdən əvvəl bir ödənişi edib onu imzalama prosesindən keçirəsiniz və imzalanmasında əmin olasınız. Əmin olduqdan sonra digərlərini yaradasınız.
Unutmayaq ki, əgər ödəniş yarım-səlahiyyətli statusuna düşübsə və şirkətdə imza hüququ olan bütün şəxslər əməliyyatı imzalayıbsa, imza səlahiyyətlərini dəyişsən belə həmin ödənişi imzalamaq mümkün olmayacaqdır. Hüquqlar sistemdə yeniləndikdən sonra isə, yeni hüquqlar yalnız yeni yaradılmış əməliyyatlara tətbiq olunacaqdır.
Yeni ödəniş yaratmışıq amma rəhbərimiz imzalamaq üçün görnmür?
Əgər rəhbər şəxs əməliyyatları Təsdiq gözləyən əməliyyatlar pəncərəsindən imzalayırsa o zaman yeni yaradılmış əməliyyatı imzalanacaqların siyahısında gömrək üçün Yenilə ( ) düyməsini sıxmaq lazımdır. Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma imzalanacaqlar siyahısında həmin əməliyyatı görmürsə Əməliyyatlar bölməsində Başlanmış əməliyyatlar-dan ödənişin hansı statusda olmasını yoxlamaq lazımdır. Ehtimal var ki, əməliyyatı yaradan sonradan əməliyyatı silib.
Əməliyyatlar bölməsində Təsdiq gözləyən əməliyyatlar menyusundan daxil olur amma heç bir əməliyyat görmürsə, o zaman Müştəri xidmətlərinə müraciət edib, bunu bildirmək lazımdır. Ehtimal var ki, sizin istifadəçi əməliyyatları təsdiqləmək üçün sazlanmayıb.
Yarım-səlahiyyətli ödənişləri necə silə bilərəm?
Yuxarıda göstərilən tip ödənişləri silmək mümkün deyil. Onlar 30 günün tamamında vaxtı keçmiş ödənişlər formasında sistemdə silinəcəklər. Ümumiyyətlə isə ödənişlərin silinməsi funksiyası qısa zamanda istifadəyə veriləcəkdir.
İmza hüququ olan şəxs yaradanın əməliyyatı üzərində dəyişiklik edə bilər?
Əməliyyat yalnız onu yaradan tərəfdən dəyişdirilə bilər. İmza hüququ olan şəxs ona imzaya gəlmiş əməliyyat Rədd edə bilər, İmzalaya bilər və ya Dəyişmək üçün geri göndərə bilər. Heç bir halda imzalayan şəxs əməliyyatın üzərində dəyişiklik edə bilməz, və yalnız Dəyişmək üçün geri göndər əməliyyatını icra edərək Qeyd xanasında qeydlərini apararaq ödənişi yaradan şəxsə geri göndərə bilər. Geri gəlmiş ödənişdə yaradan şəxs müvafiq dəyişiklikləri edərək, ödənişi yenidən imzaya göndərə bilər.
Mümkündür mü müvafiq məbləğə qədər olan ödənişlər imzasız, həmin məbləğdən artıq ödənişlər isə rəhbər şəxslərin imzası ilə keçsin?
Bəli mümkündür. Sistem imkan verir ki, Misal üçün yaradan şəxs 2000 AZN ekvivalenti bütün əməliyyatları rəhbərlərin imzası olmadan keçirsin, 2000 AZN ekvivalentindən artıq olan əməliyyatları isə mütləq digər bir imza hüququ olan şəxs təsdiqləsin.
Kütləvi ödəniş və əmək haqqı faylı yükləmək istəyirəm amma belə bir menyu görmürəm.
Kütləvi ödəniş və əmək haqqı faylları yükləmək üçün istifadəçilərə hüquqlar verilməlidir. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Kütləvi ödəniş menyusuna daxil oluram amma BTİD not mapped xətası alıram.
Bu xəta o zaman meydana gəlir ki, Kütləvi ödəniş menyusu aktivləşdirilib amma digər hüquqlar (hesablara qoşmaq, əməliyyat hüququ vermək, kütləvi faylın şirkətə qoşulması) sazlanmayıb. Bu hüquqları əldə etmək üçün Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Əmək haqqı faylı yükləmək üçün menyuya daxil oluram, amma xəta alıram
Ehtimal var ki, əmək haqqı menyusu aktivləşdirilməsinə baxmayaraq, bu əməliyyatı həyata keçirmək üçün heç bir AZN hesabı qoşulmayıb.
Digər bir ehtimal, ümumiyyətlə hüquqların verilməməsidir. Hər iki halda Müştəri Xidmətlərinə müraciət etməyiniz xahiş olunur.
Kütləvi ödəniş vasitəsi ilə hansı ödənişləri edə bilərəm?
Kütləvi ödəniş faylında Öz hesablarınız arasında, Bankdaxili, Ölkədaxili, Vergi və büdcə, Ölkəxarici ödənişləri etmək mümkündür. Bir kütləvi ödəniş faylında bütün qeyd edilən ödənişləri yığmaq və bir imza ilə əməliyyatı həyata keçirmək imkanı var.
Əmək haqqı faylını yükləmişəm amma faylın həcmi ilə bağlı xəta alıram
Əmək haqqı faylı və Kütləvi ödəniş faylları txt. (Notepad) və ya csv. Formatlarında olmalıdır. Digər bir formatda fayl yüklədikdə (word, excel və s.) aşağıda qeyd edilən xətanı almaq mümkündür. Xahiş olunur faylın formatında düzəliş edərək faylı bir daha yükləyin.
Kütləvi ödəniş faylı yükləmişəm, əməliyyatların bəzisi keçib bəzisi keçməyib
Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın istinad nömrəsinin üzərinə sonra isə Qeydin istinad nömrəsinə tıklamaqla) keçən və keçməyən əməliyyatların statusuna və səbəblərinə baxış həyata keçirə bilərsiniz.
Kütləvi ödəniş faylı yükləmişəm amma əməliyyatlar keçməyib
Bu zaman Kütləvi ödəniş faylına baxış bölməsinə daxil olaraq və yüklədiyiniz faylı seçərək (Faylın ADI üzərinə tıklamaqla) keçməyən faylın səhvlərinə baxış həyata keçirə bilərsiniz.
Kütləvi ödəniş və əmək haqqı faylında köhnə İBAN formatına uyğun hesablardan istifadə etmək olar?
Internet Bank yalnız Paşa Bankın yeni IBAN formatlı hesablarını qəbul edir. Köhnə hesablardan istifadə olunsa sistem xəta mesajı qaytaracaq.
Əmək haqqı ödənişini Ölkədaxili ödənişlərdən edə bilərəm?
Əmək-haqqı ödənişləri yalnız Əmək haqqı menyusundan csv. Və ya txt. Faylı yükləmək yolu ilə həyata keçirilə bilər. Digər Ödəniş menyularından istifadə etməklə əmək haqqı əməliyyatını həyata keçirmək mümkün deyil.
Yüklədiyim əmək haqqının detallarını hardan görə bilərəm?
Yüklədiyiniz əmək haqqı faylının detallarına Əmək-haqqı faylına baxış menyusundan həyata keçirə bilərsiniz. Bu zaman əmək-haqqı faylın nömrəsinin üzərinə tıklayaraq yüklədiyinizin faylın detallarını görə və çap edə bilərsiniz.
Bir əmək haqqı faylına neçə işçinin əmək haqqı ödənişini daxil edə bilərəm?
Bir əmək haqqı faylına maksimum 500 işçinin əmək haqqı ödənişini daxil edə bilərsiniz.
Əgər əmək haqqı ödəmək istədiyiniz işçilərin sayı 500-dən artıqdırsa hər birində 500 işçi olmaqla bir neçə fayl yaradaraq sistemə yükləməlisiniz.
Hansı Əmək haqqı tipləri var?
Əmək haqqı tipləri aşağıdakılardır:
EH – Əmək Haqqı
SHH – Son haqqı-hesab
AMH – Analıq Məzuniyyəti haqqı
AV – Avans ödənişi
BN – Bonus ödənişi
MKF – Mükafat
TQD- Təqaüd
MY – Maddi Yardım
DG – Digər
YŞH – Yaşayış haqqı
XH – Xəsarət haqqı
BP – Bayram pulu
EZM – Ezamiyyət
KMP – Kompensasiya
Əmək haqqı faylını yığarkən Azərbaycan hərflərindən istifadə edə bilərəm?
Əmək haqqı faylını yığdığınız zaman yalnız latın əlifbasının hərflərindən istifadə etməlisiniz.
Nümunə: CEYHUN MAMED OGLU KERIMOV,AZ17PAHA41010AZNFK0190000XXX,1500,31 yanvar odenishi, EH
Əmək haqqı faylını sistemə yüklədikdən sonra əməliyyatın statusuna haradan baxa bilərəm?
Yüklədiyiniz əmək haqqı faylının statusuna baxmaq üçün əsas menudan “Əmək Haqqı Ödənişləri” bölməsindən “Əmək Haqqı Yüklənməsinə Baxış” alt-bölümünü seçmək lazımdır.
Açılan pəncərədə Faylın Statusu, Əmək haqqı statusu və əlavə məlumatı almaq olar. Faylın statusu “Xəta” olduqda Məlumat hissəsində xətanın səbəbi yazılmış olacaq.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 /*9123 nömrəli Əlaqə Mərkəzinə və ya Customer.Care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
PAŞA Bank 2022-ci il üçün maliyyə nəticələrini açıqlayıb
PAŞA Bank aprel ayının 5-i keçirilən mətbuat konfransında 2020-ci ilə dair fəaliyyətinin yekunlarını və törəmə bankları olan “PASHA Bank Georgia” SC və “PAŞA Yatırım Bankası” A.Ş.-nin maliyyə nəticələrini açıqlayıb. Daha ətraflı
Baş ofis ilə əlaqə
Yusif Məmmədəliyev küç. 13
Bakı, AZ1005, Azərbaycan
T: (+994 12) 496 50 00
F: (+994 12) 496 50 10
E: office@pashabank.az
Valyuta Məzənnələri
22.05.2023
Nağd əməliyyatlar uzrə məzənnələr
| Alış | Satış | |
|---|---|---|
| USD | 1.6970 | 1.7020 |
| EUR | 1.8100 | 1.8680 |
| GBP | 2.0670 | 2.1700 |
| RUB | 0.0148 | 0.0219 |
| TRY | 0.0686 | 0.1012 |
VERGİLƏR
Vəsaitin bir şəxsdən digər şəxsə köçürülməsi üçün müxtəlif nağdsız ödəniş üsulları mövcuddur. Onlardan biri də ani ödənişlər sistemidir. Mövzunu bank mütəxəssisi Bəxtiyar Məmmədov şərh edir.
Klirinq anlayışı
Bir bank müştərisinin başqa bankda öz hesabından digər şəxsin hesabına vəsait köçürməsi prosesini klirinq mərkəzi tənzimləyir.
Azərbaycanda Mərkəzi Bankın hesablaşma klirinq mərkəzi, ölkədəki bütün bankların isə Mərkəzi Bankda müxbir hesabı vardır. Şərti olaraq belə qəbul edək ki, banklar öncə müəyyən məbləğdə nağd pulu Mərkəzi Banka təhvil verir, Mərkəzi Bank isə həmin pulun məbləğini hər bankın Mərkəzi Bankda olan hesabına mədaxil edir. Daha sonra bir bank digər banka köçürmə etdikdə Mərkəzi Banka (klirinq mərkəzinə) bu köçürmənin məbləği ilə bağlı elektron şəkildə məlumat ötürür, klirinq mərkəzi isə bu məlumata əsasən vəsaiti köçürən bankın hesabında olan məbləği azaldır, vəsaiti alan bankın isə hesabında olan məbləği artırır. Bu, klirinq sisteminin qısa və ümumi iş prinsipidir. Klirinq mərkəzi sanki arada bir neçə bankın vəsaitini əlində saxlayan, bir bankla digər bank arasında köçürülən vəsaitlərin hesablaşmasını aparan “inanılmış üçüncü şəxs” funskiyasını yerinə yetirir.
Tutaq ki, Azərbaycanda yaşayan hər hansı hüquqi şəxs Azərbaycan daxilində digər hüquqi şəxsə müəyyən məbləğdə vəsaiti hesabından köçürmək istəyir. İndiki halda şəxslərdən biri müştərisi olduğu (hesab açdığı) banka yaxınlaşmaqla (yaxud da internet bank vasitəsilə) ödəniş tapşırığı verməlidir. Bank bu ödəniş tapşırığını qəbul etməli və bu ödəniş barədə məlumatı xüsusi sistem vasitəsilə (AZİPS, XÖHKS sistemləri) klirinq mərkəzinə göndərməlidir. Mərkəzi Bank isə klirinq mərkəzində həmin bankın müxbir hesabından müvafiq məbləği çıxmalı və digər bankın müxbir hesabını artırmalıdır. Daha sonra isə vəsaiti alacaq şəxsin müştərisi olan bank klirinq mərkəzindən bu məlumatı əldə etməli və öz müştərisinin hesabını həmin vəsaitin məbləği qədər artırmalıdır. Qeyd etdiyimiz proses elektron şəkildə həyata keçirilir, lakin bütün yoxlamalar tam olaraq ani həyata keçirilmir və bir çox hallarda bu prosesin yerinə yetirilib tamamlanması üçün bir neçə dəqiqədən bir neçə saatadək, bəzən isə bir günədək vaxt sərf edilir. Bu proses yalnız iş saatlarında həyata keçirilə bilər. Bir şəxsin digər şəxsə vəsait köçürməsi üçün ödəniş kartlarından da istifadə edilə bilər. Belə ki, prosessinq mərkəzləri bir sıra hallarda “card-to-card” xidmətini təklif edirlər ki, bu xidmət vasitəsilə də müştərilər bankomatlardan və ya distant bank sistemlərindən istifadə edərək digər bir şəxsin ödəniş kartına vəsait köçürə bilərlər. Bu daha sürətli baş versə də, burada müəyyən çətinliklər vardır. Bu çətinliklərdən biri budur ki, göndərən şəxs qarşı tərəfin kart nömrəsini bilməlidir. Digər çətinlik isə bankdaxili effektiv nəzarət mexanizmlərinin tətbiq edilməsi ilə bağlıdır.
Ani ödənişlər sistemi dünya təcrübəsində
Dünya praktikasında bu tip sistemlər “İnstant Payment system”, yaxud “Fast Payment System” adı ilə tanınmaqdadır. Ənənəvi bank köçürmələri ilə ani ödənişin əsas fərqi bu əməliyyatın çox qısa zaman kəsiyində avtomatik şəkildə həyata keçirilməsidir. Məsələn, hər hansı bir şəxs bank vasitəsilə vəsait köçürməsi həyata keçirmək üçün bir neçə dəqiqədən bir neçə günədək vaxt sərf edirsə, ani ödənişlər sistemi vasitəsilə bu, saniyələr ərzində həyata keçirilir. Bu sistem hər gün, 24 saat boyunca işlək olur.
Avropada bu praktika daha irəli getmişdir, artıq bir ölkə daxilində deyil, Avropa ölkələri arasında ani ödənişlər sistemi tətbiq edilir. Məsələn, Avropa Banklar Assosiasiyasının klirinq mərkəzində 2017-ci ilin noyabr ayında “RT1” adlı ani ödənişlər sistemi fəaliyyətə başlamışdır. Bu sistemə 20-dən artıq bank qoşulmuşdur. Postsovet məkanında Latviyadan iki bank da bu sistemə qoşulanlar arasındadır. Qeyd edilən ani ödənişlər sistemində bir tranzaksiya üzrə köçürülməsinə icazə verilən vəsait limiti müxtəlif banklar üzrə müxtəlifdir, 30 avrodan 15.000 avroyadək dəyişir. İndiyədək bu sistem vasitəsilə bir neçə milyondan artıq sayda vəsait köçürülməsi həyata keçirilmişdir. Əlavə olaraq Avropada hazırda 36 ölkənin qoşulduğu “SEPA İnstant Credit Transfer” sistemi mövcuddur. Bu sistem vasitəsilə müxtəlif ölkələrdə və müxtəlif banklarda xidmət alan şəxslər bir-birilərinə 10 saniyə ərzində vəsait köçürə bilirlər.
Böyük ehtimal ki, ani ödənişlər sistemi üçün Azərbaycanda da müəyyən məbləğ limiti təyin ediləcəkdir. Limitdən yuxarı həcmdə vəsait köçürmələri isə əvvəlki qaydada yerinə yetiriləcəkdir. Limitin tətbiq edilməsinə əsas səbəb nəzarət mexanizmlərinin effektiv təşkil edilməsidir.
Ani ödənişlər sistemi necə işləyir?
Ani ödənişlər sistemi Mərkəzi Bank tərəfindən təqdim edilən xidmətdir. Banklar sistemə üzv olduqdan sonra həmin sistemdə öz müştərilərini qeydiyyatdan keçirirlər. Qeydiyyat prosesindən sonra həmin sistemdə qeydiyyatdan keçirilmiş müştərilər arasında vəsaitləri rahatlıqla köçürmək mümkün olur. Bundan əlavə, qeydiyyatsız şəkildə də vəsait köçürmək imkanları mövcuddur.
Ani ödənişlər sistemində həm adi fiziki şəxs, həm də sahibkarlıq subyekti qeydiyyatdan keçirilə bilər. Qeydiyyat prosesi çox sadədir və bank tərəfindən müştəri barədə bir neçə məlumat (FİN yaxud VÖEN, telefon nömrəsi və s.) ani ödənişlər sisteminə göndərilir, dərhal da qeydiyyat prosesi tamamlanmış olur. Bu prosesi müştəri distant şəkildə, bankların internet və ya mobil bankçılıq sistemləri vasitəsilə də həyata keçirə bilər. Qeydiyyat zamanı şəxs və onun bankda olan hesablarının nömrələri həmin sistemə tanıdılır. Daha sonra isə hesablardan hər hansı biri və ya bir neçəsi üçün “alias” adlanan bir ad verilir. “Alias”ın məqsədi 28 simvolluq İBAN hesabını yadda saxlamadan daha asan bir ad vasitəsilə hər hansı şəxsə köçürmənin mümkünlüyünü təmin etməkdir. Məsələn, hər hansı şəxs öz hesabına telefon nömrəsini “alias” olaraq müəyyən edərsə, artıq gələcəkdə həmin şəxsin hesab nömrəsini bilmədən, sadəcə telefon nömrəsini “alias” şəklində daxil etməklə vəsait köçürmək mümkün olacaqdır. Qeydiyyatın əsas məqsədi də “alias”lar vasitəsilə işin daha sadə şəkildə yerinə yetirilməsidir.
Qeydiyyat prosesindən sonra bir şəxsin digər şəxsə vəsait köçürəcəyi zaman sistemin necə işləyəcəyinə baxaq. Deyək ki, şərti olaraq “A” adlı bankın “X” adlı müştərisi “B” adlı bankın “Y” adlı müştərisinə vəsait köçürməlidir. Bu əməliyyatı həyata keçirmək üçün köçürmə əməliyyatını edəcək şəxs (“X”) vəsaiti alacaq şəxsin (“Y”nin ) hesab nömrəsini, yaxud vəsaiti köçürəcəyi “alias”ı bilməlidir. Müştəri bankın internet və ya mobil bank sisteminə daxil olacaq, vəsaiti hansı hesabdan köçürəcəyini seçəcək, hansı hesaba, yaxud “alias”a köçürəcəyini, köçürəcəyi məbləği və əməliyyatın təyinatını daxil edərək vəsaiti köçürəcəkdir. Saniyələr sonra həmin vəsait artıq onun hesabından çıxılaraq qarşı tərəfin hesabında olacaqdır. Eyni əməliyyatı müştəri banka yaxınlaşaraq da həyata keçirə bilər. Bu halda, analoji iş bankda əməliyyatçı tərəfindən görüləcəkdir. Bu, ilk baxışda sadə görünsə də, bank və sistem tərəfindən kifayət qədər geniş informasiya mübadiləsi həyata keçirilir. “X” müştərisi “Y” müştərisinə vəsait köçürdürkdə:
- “A” bankı ani ödənişlər sisteminin verilənlər bazasına veb servislər vasitəsilə müraciət edir, əgər həmin müştəri ani ödənişlər sistemində qeydiyyatdan keçmişdirsə, vəsaiti alacaq müştərinin hesabının hansı bankda olması artıq ani ödənişlər sisteminə bəlli olur;
- ani ödənişlər sisteminin serveri həmin hesaba vəsait daxil olması barədə məlumatı “B” bankına göndərir;
- “B” bankı əməliyyatı icra edərək ani ödənişlər sisteminin sorğusuna əməliyyatın yerinə yetirməsi barədə cavab qaytarır;
- ani ödənişlər sistemi isə “A” bankının Mərkəzi Bankda olan müxbir hesabından “B” bankının Mərkəzi Bankda olan müxbir hesabına əməliyyatın məbləği həcmində vəsaiti köçürür;
- ani ödənişlər sisteminin serveri “A” bankına əməliyyatın uğurla həyata keçməsi barədə məlumat ötürür;
- qeyd edilən bütün proseslər avtomatik qaydada maksimum 30 saniyə ərzində həyata keçirilir.
Ani ödənişlər sistemi ilə Hökümət Ödəniş Portalının inteqrasiyası nəzərdə tutulmuşdur ki, bu da müxtəlif büdcə və digər təşkilatlara olan ödənişlərin ani ödənişlər sistemi vasitəsilə həyata keçirilməsinə imkan yaradacaq.
Proqnoz
Qeyd edilənləri nəzərə alaraq hesab etmək olar ki, gələcəkdə bir çox ödənişlər ani ödənişlər sistemi vəsitəsilə həyata keçiriləcək. Bu isə iqtisadiyyatın qan damarları olan bank sisteminin daha sürətli və effektiv fəaliyyətini təmin edəcək, texnologiyanın ölkə iqtisadiyyatına daha bir gərəkli töhfəsi olacaq.
Fəxriyyə İKRAMQIZI
Budapest Bankın internet bankı vasitəsilə necə köçürmə edə bilərəm?
Hansı ölkələrə pul köçürmələri etmək mümkündür?
Pul köçürmələri Özbekistana, Tacikistana, Qırğızıstana, Qazaxstana və Azərbaycana göndərmək mümkündür.
Özbəkistanda, Tacikistanda, Qazaxıstanda və Azərbaycanda nağd pul almaqla SalamPay vasitəsilə necə pul köçürmək olar?
Özbəkistana, Tacikistana, Qazaxıstana və Azərbaycana pul köçürmək lazımdır:
– proqramın alt menyusundan “Köçürmə” düyməsini basın;
– “Özbəkistan, Tacikistan, Qazaxıstan, Azərbaycan ölkələrinə köçürmə”düyməsini seçin;
– köçürmə etmək istədiyiniz ölkəni seçin;
– köçürmə məbləği daxil edin;
– alan şəxsin SAA daxil edin və onların həqiqiliyini təsdiq edin;
– göndərən şəxsin məlumatları daxil edin və onların həqiqiliyini təsdiq edin;
– göndərməzdən əvvəl köçürmənin məlumatlarını yoxlayın;
– “ödəniş edin” düyməsinə basın;
– köçürmənin hesabına pul vəsaitlərinin silinəcəyi bank kartının məlumatlarını daxil edin;
– kartdan vəsaitin silinməsini təsdiq edin (bankdan Alınan SMS-mesajdan kod vasitəsilə);
– köçürmə haqqında alan şəxsə bildirin
SalamPay vasitəsilə UZCARD/HUMO/KORTİ MİLLİ/ELKART kartlarına necə pul köçürmək olar?
Pul ölkədən asılı olaraq milli ödəniş sistemlərinin kartlarına köçürülə bilər. Köçürmənin məbləği rubl ilə silinəcək, alan şəxsin kartına isə milli valyutada köçürüləcək. Köçürmə etmək üçün:
– Tətbiqin alt menyusundan “Köçürmə” düyməsini basın;
– “UZCARD/HUMO/KORTİ MİLLİ/ELKART kartına köçürmə” düyməsini seçin
– köçürmənin məbləğini rubl və ya milli valyutada qeyd edin və “Davam et” düyməsini basın
– karta göndəriləcək milli valyutada məbləği təsdiq edin;
– köçürmənin göndərilməsi üçün alan şəxsin kart nömrəsini göstərin;
– alan şəxsin SAA daxil edin və onların həqiqiliyini təsdiq edin;
– göndərən şəxsin məlumatları daxil edin və onların həqiqiliyini təsdiq edin;
– göndərməzdən əvvəl köçürmənin məlumatlarını yoxlayın;
– “ödənişə keçin” düyməsinə basın;
– köçürmənin hesabına pul vəsaitlərinin silinəcəyi bank kartının məlumatlarını daxil edin;
– kartdan vəsaitlərin silinməsini təsdiq etmək (bankdan Alınan SMS mesajından kodun daxil edilməsi ilə);
– köçürmənin məlumatlarını alan şəxsə bildirin.
Özbəkistanda, Tacikistanda, Qazaxıstanda və Azərbaycanda nağd pul köçürmələri üzrə limitlər
- Beynəlxalq pul köçürməsinin minimal məbləği – 10 ABŞ dolları və ya rus rublu ekvivalentində.
- Bir beynəlxalq pul köçürməsinin maksimal məbləği – 100 000 rus rublu.
- Bir gün ərzində beynəlxalq pul köçürməsinin maksimal məbləği – 1200 ABŞ dolları və ya rus rublu ekvivalentində.
- Bir ay ərzində beynəlxalq pul köçürməsinin maksimal məbləği – 1200 ABŞ dolları və ya bunun rus rublu ekvivalentində.
Özbəkistan, Tacikistan, Qazaxıstan və Azərbaycan banklarından nağd pul köçürmələrini necə əldə etmək olar?
Pul köçürməsini istənilən SalamPay tərəfdaşı olan bankların şöbələrində almaq mümkündür. Bunun üçün köçürməni alacaq şəxsin köçürmənin məbləğini, nömrəsini bilməsi və üzərində şəxsiyyətini təstiq edən sənədin olması vacibdir.
Pulu yalnız tətbiqdə köçürmənin qeydiyyatı zamanı alıcı qismində passport məlumatları qeyd edilən şəxs ala bilər.
UZCARD, HUMO, KORTİ MİLLİ, ELKART kartlarına köçürmələr üzrə limitlər
- UZCARD, HUMO, KORTİ MİLLİ, ELKART kartlarına bir köçürmənin minimum məbləği – 700 Rusiya Rublu.
- UZCARD, HUMO, KORTİ MİLLİ, ELKART kartlarına bir köçürmənin maksimal məbləği – 50 000 Rusiya Rublu.
- Gündə köçürmələrin maksimal məbləği – 100 000 Rusiya Rublu.
- Ayda köçürmələrin maksimal məbləği – 100 000 Rusiya Rublu.
UZCARD, HUMO, KORTİ MİLLİ, ELKART kartlarına köçürməni necə əldə etmək olar?
SalamPay mobil tətbiqi vasitəsilə köçürmələr birbaşa UZCARD, HUMO, KORTİ MİLLİ, ELKART kartlarına keçirilir. Banka getmək və növbələrdə durmaq lazım deyil.
Köçürmənin statusunu nece öyrənmək olar?
Köçürmənin statusunu SalamPay tətbiqinin “Tərcümələr tarixçəsi” bölüməsində izləyə bilərsiniz.
Köçürməni necə təkrarlamaq olar?
SalamPay tətbiqində əvvələr göndərilmiş köçürməni cəld təkrarlaya bilərsiniz. Bunun üçün:
– SalamPay tətbiqinin əsas səhifəsində “Köçürmələr tarixçəsi” bölməsində lazımi köçürməni seçin;
– “Təkrar et” düyməsinə basın;
– köçürmə məlumatlarını yoxlayın;
– “Ödənişə keç” düyməsinə basın;
– Köçürmənin hesabına pul vəsaitinin köçürüləcəyi bank kartının məlumatlarını daxil edin;
– Kartdan pul vəsaitinin çıxılmasını təsdiq edin (bankdan SMS ilə alınmış kod vasitəsilə);
Bu halda pul eyni ölkə və eyni istifadəçiyə göndəriləcək (köçürmə zamanı köçürmənin məbləğini dəyişə bilərsiniz).
SalamPay mobil tətbiqi vasitəsi ilə köçürməni kim həyata keçirə bilər?
SalamPay mobil tətbiqi vasitəsilə Rusiyadan pul köçürmələri Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Azərbaycan vətəndaşları həyata keçirə bilər, o şərtlə ki, Rusiya ərazisində buraxılmış bank kartına və Rusiya mobil operatorunun telefon nömrəsinə malik olsun.
Mən istənilən kart ilə vətənə pul köçürməsi edə bilərəm?
Pul köçürməsi üçün beynəlxalq ödəniş sisteminin MasterCard, Visa, Maestro, həmçinin Rusiyanın ödəniş sistemi olan “МИР” kartları tələb olunur. Kart 3D-Secure texnologiyasını dəstəkləməlidir. Kart Rusiya ərazisindəki banklar tərəfindən buraxılmış olmalıdır. Bütün bu şərtlərə əməl olunduğu zaman siz SalamPay tətbiqi vasitəsilə öz katrınızla vətəninizə pul köçürməsi həyata keçirə bilərsiniz.
Hansı müddət ərizində pul köçürməsini almaq olar?
Pul köçürməsi dərhal yollalılacaq və alınması üçün hazır olacaq. Qəbul edən şəxs köçürməni 90 gün ərzində ala bilər.
UZCARD, HUMO, KORTİ MİLLİ, ELKART kartlarına beynəlxalq köçürmə nəcə vaxta həyata keçirilir?
Köçürmə anında göndərilir. Nadir hallarda köçürmə göndərilməsinin ləngiməsi 60 dəqiqəyə çata bilər
Köçürmənin nöçrəsini nece xəbər vermək olar?
Alan şəxsə köçürmənin nömrəsini təkrar göndərmək üçün:
– SalamPay tətbiqinin əsas səhfəsində “Köçürmələr tarixçəsi” bölməsində lazımi köçürməni seçin;
– “Xəbər et” düyməsinə basın;
– Yenidən göndərmə üçün uyğun olan kanalı seçin.
Köçürmənin yollmasını üçün təstiqləmə kod ilə olan SMS gəlmir. Bu halda ne etmək lazımdır?
Birdəfəlik şifrə müştərinin bank kartı üzrə aparılan əməliyyatların təstiqləmə üsülu kimi çııxış edir və bank tərəfindən karta bağlı olan mobil nömrəyə göndərilir. Əgər sizə şifrənin olduğu SMS gelmirsə, o zaman telefonu yenidən başladın və əmin olun ki, sizin mobil nömrəniz mobil rabitə operatoru tərəfindən bloklanmayıb.
Əgər əmin olsanız ki, mobil telefonunuz və rabitə xəttində nasazlıq yoxdursa, o zaman pul köçürməsini təkrarlamaqa çalışın (bunun üçün tətbiqin əsas səhfəsində “Köçürmələr tarixçəsi” bölməsində lazım olan köçürməni seçin və ” Təkrarla ” düyməsini basın). Kodun olduğu SMS yenə gəlməsə, kartı buraxan bankla əlaqə saxlamağınızı tövsiyə edirik.
Əlavə suallar yaranıb?
Biz rus, özbək, tacik, qırğız və azərbaycan dillərində danışırıq.
© 2023 SalamPay
- Hüquqi məlumat
- SalamPay – AAOIFI
- Partnyorlar
- Kontaktlar
Rusiya Federasiyası ərazisində pulsuzdur
Xidmət “САЛАМПЭЙ” MMC, OGRN 1167746263024 istifadəçi müqaviləsi çərkivəsində və “Единая касса” MMC RNKO, Rusiya Bankının 3512 nömrəli Lisenziyası-K, pul köçürmə operatoru ilə müqavilə çərçivəsində təqdim edilir. “САЛАМПЭЙ” MMC Rusiya Bankı tərəfindən nəşr olunan ödəniş tətbiqi tədarükçüləri siyahısına daxil edilmişdir. “САЛАМПЭЙ” MMC-nin ödəniş tətbiqi tədarükçüsü kimi cəlb edilməsi haqqında Müqavilə ( İnformasiya-texnoloji qarşılıqlı əlaqə haqqında müqavilə və DKO-10/21 nömrəli hesablaşmaların təmin edilməsi haqqında Müqavilə-05.04.2021) “SALAMPAY” ticarət nişanı. 2016 – 2023
Comments are closed, but trackbacks and pingbacks are open.