Budaqlanan alqoritm
AÇAR SÖZLƏR
Xətti alqoritm
Budaqlanan alqoritm
Dövri alqoritm
Dövr
Budaqlanmanın tam forması
Budaqlanmanın natamam forması
Alqoritm anlayışı
Alqoritm – verilmiş hər hansı tip məsələnin həlli üçün yerinə yetiriləcək əməliyyatlar ardıcıllığıdır. Ümumi şəkildə desək, alqoritm məsələnin həll yoludur, başqa sözlə, məsələnin həllini təmin edən formal qaydalar sistemidir.
Bizim hər bir görəcəyimiz iş müəyyən bir alqoritmə əsaslanır. Məsələn, yeməyin hazırlanma resepti, mebelin quraşdırılması üzrə təlimat, kompyuter proqramlarının istifadəsi üçün dərslik və s. Bu siyahını istənilən qədər artırmaq olar.
Alqoritmin dəqiq riyazi tərifi yoxdur.
Alqoritmin yaranma tarixi
Alqoritm anlayışı riyaziyyatda eyni tip məsələlərin həllində ümumi metodların axtarılması ilə əlaqədar olaraq meydana çıxmışdır. Çoxrəqəmli onluq ədədlər üzərində hesab əməllərinin aparılması qaydaları (alqoritmləri) ilk dəfə IX əsrin görkəmli özbək riyaziyyatçısı Əl-Xarəzm tərəfindən verilmişdir.
Alqoritm termini də məhz bu riyaziyyatçının adı ilə bağlıdır (Algorithmi). Onun hesab elminə dair yazdığı “Hind rəqəmləri ilə hesablama kitabı” adlı əsərinin latınca tərcüməsi gəlib bizə çatmışdır. Bu kitab “Alqoritm dedi” kəlmələri ilə başlayır. Burada işlədilən “Alqoritm” sözü uzun müddət riyaziyyatçılar üçün riyazi sirr olaraq qalmışdır. Nəhayət, XIX əsrin 40-cı illərində dəqiq müəyyən edildi ki, bu söz “ƏL-XARƏZMİ” sözünün latıncada düzgün olmayan tələffüzü nəticəsində alınmışdır. Məsələnin kompyuterdə həlli baxımından alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesab və məntiqi əməllər (mərhələlər) ardıcıllığıdır. Bu mərhələlərdə uyğun olaraq hesab və müqayisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq digər mərhələnin icrasına keçilir. Alqoritmdəki hesab əməlləri arasındakı məntiqi əməllər kompyuterin qəbul edə biləcəyi şəkildə verilməlidir. Məntiqi şərtlər içərisində aşağıdakılar xüsusi yer tutur, çünki onların yaranması hesablama prosesinin normal gedişinə imkan vermir:
1. Hesablamada mütləq qiymətcə kompyuterdə təsvir oluna biləcək maksimal ədəddən böyük ədədin alınması;
2. Sıfırın və ya mənfi ədədlərin loqarifmlərinin hesablanması;
3. Mənasız hesablamaların aparılmasına cəhd göstərilməsi (məs, |x|>1 olduqda, arcsin x və ya arccos x-in hesablanması) və s.
Alqoritmin əsas xassələri
Alqoritm həll ounan məsələnin xarakteri ilə bağlı olduğu üçün onun yaradılmasında ümumi qaydalar yoxdur. Lakin hər bir həll alqoritmi tərtib edilərkən onun müəyyən tələblərə cavab verməsi nəzərə alınmalıdır. Bu tələblərə alqoritmin xassələri deyilir.
Alqoritmin əsas xassələri aşağıdakılardır:
·Determiniklik (müəyyənlik)
·Kütləvilik
·Nəticəvilik (sonluluq)
·Diskretlik
1. Determiniklik (müəyyənlik) Alqoritmdəki hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bu, alqoritmin müəyyənlik xassəsini təşkil edir.
2. Kütləvilik Bu xassə iki tələbi nəzərdə tutur:
a)müəyyən məsələnin həlli üçün qurulmuş alqoritm həmin tipdən olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır;
b)alqoritm elə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin.
3. Nəticəvilik Alqoritmdəki mərhələlərin və onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticəyə gətirib çıxara bilsin.
4. Diskretlik Alqoritmdəki mərhələlərin hər biri sonlu zaman müddətində yerinə yetirilməlidir. Belə diskret zaman müddəti takt adlanır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır.
Alqoritmin təsvir üsulları
Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar aşağıdakılardır:
·Sözlə təsvir (Təbii dillə);
·Alqoritmik dillə təsvir (proqram);
·Qrafik təsvir (Blok-sxem).
Budaqlanan alqoritm
Alqoritmlərin müəyyən hərəkətlər ardıcıllığından ibarət olduğunu bilirsiniz. Bu hərəkətlər yazıldığı ardıcıllıqla yerinə yetirilməyə də bilər. Addımların yerinə yetirilmə ardıcıllığına görə alqoritmlər üç növə ayrılır.
AÇAR SÖZLƏR
Xətti alqoritm
Budaqlanan alqoritm
Dövri alqoritm
Dövr
Budaqlanmanın tam forması
Budaqlanmanın natamam forması
Alqoritmdə hərəkətlər yazıldığı ardıcıllıqla icra olunursa, belə alqoritmə xətti alqoritm deyilir.
Alqoritmdə müəyyən şərtdən asılı olaraq bu və ya digər hərəkətlər ardıcıllığı yerinə yetirilirsə, belə alqoritmə budaqlanan alqoritm deyilir.
Alqoritmlərdə elə hərəkətlər olur ki, onlar təkrar-təkrar icra olunur. Belə hərəkətlər ardıcıllığı dövr adlanır. Daxilində dövr olan alqoritmlərə isə dövri alqoritm deyilir.
Həyatda xətti alqoritmlərə, yəni hər bir hərəkəti qabaqcadan məlum olan alqoritmlərə çox az hallarda rast gəlinir. Çox zaman yaranmış vəziyyətə uyğun olaraq hərəkət edilir. Məsələn, “Vinni Pux qonaqlıqda” alqoritmində onun nə yeyəcəyi müəyyən şərtdən asılıdır. Bu şərt alqoritmdə “əgər . onda . əks halda . ” ifadəsi ilə göstərilib. Deməli, həmin alqoritm budaqlanan alqoritmdir.
Blok-sxemdə şərti bildirmək üçün romb fiqurundan istifadə olunur. Belə rombun bir girişi və iki çıxışı (budağı) olur. Eyni zamanda alqoritmin bir budağı – ya “hə”, ya da “yox” budağı yerinə yetirilir.
Alqoritmdə budaqlanmanın bu şəklinə onun tam forması deyilir. Bəzən şərtin ödənilmədiyi halın elə bir əhəmiyyəti olmur.
Budaqlanan alqoritmlər və proqramlar
Presentation on theme: “Budaqlanan alqoritmlər və proqramlar”— Presentation transcript:
1 Budaqlanan alqoritmlər və proqramlar
Tərtib etdi:Xətai rayonu, 264 saylı məktəb liseyin müəllimi Əliyeva Xanım .
2 1.Şərt operatorunun qısa və uzun yazılış formasını yadda saxlamaq.
2.Budaqlanan alqoritmlərdə məsələnin həllinə şərt operatorunu tətbiq etmək. DƏRSİN MƏQSƏDİ:
3 yox Evə gedərik It bizi qapar İt hürən tərəfə gedə k? Hə
4 Budaqlanan alqoritmlər – Alqoritmlərdə bir-neçə mümkün hərəkətdən birinin seçilməsinə büdaqlanma vasitəsilə nail olunur.Budaqlanma bir yaxud bir neçə şərtin yoxlanmasına əsaslanır və həmin şərtlərin doğruluğundan asılı olaraq müəyyən əməliyyatlar yerinə yetirilir.
5 Əgər şərt, onda operator1.
YARIMÇIQ FORMA Hə Əgər şərt, onda operator1. Əgər şərt, onda operator1, əks halda operator2. TAM FORMA Hə yox
6 Əgər yağış yağırsa, çətiri açmaq lazımdır.
Əğər qaranquş aşağıdan uçursa ,onda yağış yağacaq, əks halda yağış olmayacaq. Əgər qırmızı işığı yanırsa, onda yolu keç, əks halda dayan.
7 Budaqlanma alqoritminin yarımçıq forması
Operator 1 Şərt Yox HƏ Başlanğıc Verilənlərin daxil edilməsi Nəticənin çap edilməsi son
8 Budaqlanma alqoritminin tam forması.
оperator 1 Şərt operator 2 yox Hə başlanğıc Verilənlərin daxil edilməsi NƏTİCƏ son
9 Çox variantlı budaqlanma
BAŞLANĞIC Verilənlərin da- xil edilməsi Operator 1 Şərt 1 Operator 3 Şərt2 Operator 2 Şərt 3 Operator 4 Nəticənin gös- tərilməsi son Yox yox Hə yox hə Hə
10 Tapşırıq: Verilmiş blok-sxemə görə alqoritmi hesablayın.
X=C-11 X=C+11 c>12 Başlanğıc c daxil et X çap et X=C-11 X=C+11 C>12 C daxil et Hə yox C 3 5 7 8 10 11 13 15 X Son
11 CAVABLAR : C 3 5 7 8 10 11 13 15 X -7 -6 -4 -3 -1 24 26
12 Kvadrat tənliyinin həlli
D = B**2 – 4 A* C D ≥ 0 X1, X2 çapı Başlanğıc A, B, C daxil et X1 = (- B ) / 2* A X2 = (- B ) )/ 2* A SON HƏ YOX Həqiqi kökləri yoxdur Ax2 + Bx + C = 0 Kvadrat tənliyinin həlli
13 Bu blok sxemdəki alqoritmə görə y-in qiymətini tap və cədvəli doldur.
Yox Hə başlangic c daxil edək Y = Y – 5 Y < 16 Y= Y+ 6 Y çap edirik son Y= c*4 c 2 5 6 8 y
14 CAVAB: c 2 5 6 8 y -5 3 26 30 38
15 Pascalda: Qısa yazılışda şərt operatoru aşagıdakı formada olur: IF (Şərt) THEN (operator 1); Uzun yazılışda şərt operatoru aşağıdakı formada olur: IF (Şərt) THEN (оperator 1) ELSE (оperator2);
16 A və B iki tam ədəd verilir. Bu ədədlərdən böyüyünü tapmaq tələb olunur.
MƏSƏLƏ 1
17 Həlli: program Nümunə1; var a,b: integer; begin writeln(‘2 ədəd daxil et’); readln(a,b); if a>b then writeln (a) else writeln (b); end.
18 Pascal dilində else açar sözündən qabaq nöqtəli vergül (;) qoyulmur.
Qeyd: Begin və end açar sözlərinə operator mötərizələri deyilir. Pascal dilində else açar sözündən qabaq nöqtəli vergül (;) qoyulmur.
19 Onun tək və cüt olduğunu yoxlayan proqram.
Iki tam ədəd Verilib. Onun tək və cüt olduğunu yoxlayan proqram.
20 2tam ədəd daxil edilir cüt və tək olduqunutamaq və çap etmək
Program şərti; Var a, b: integer; Begin Writeln(‘2 rəqəm daxil et’); Readln(a,b); If a mod 2=0 then writeln(‘a –cütdür’) else writeln(‘a –təkdir’); If b mod 2=0 then writeln(‘b –cütdür’) else writeln(‘b –təkdir’); End. 2tam ədəd daxil edilir cüt və tək olduqunutamaq və çap etmək
21 X dəyişəni hansi qiymətlər alacaq?
a:=9: b:=7: c:=2; If a>b then x:=a+b Else begin a:=b+c; x:=a-3*b; End. a:=22: b:=19: c:=4; If (a>b) and (b>c) then x:=2*a+b+c Else begin a:=b+c; X dəyişəni hansi qiymətlər alacaq?
23 1.Şərt operatoru nəyə deyilir?
A.Budaqlanmanı yerinə yetirir. C.Mürəkkəb məsələləri yerinə yetirir. B.Mənimsətmə operatorunu yerinə yetirir. D.Heç biri 2.Operatorun ümumi şəkli necə yazılır? A.Program şərt C.İf, şərt, end B.İf, şərt, Then operator D.then operator
24 3.Operator mötərizələri hansı açar sözlərə deyilir?
A.begin C.begin,end B.end D.var,end 4.Blok-sxem hansı operatora aiddir? A.dövrü C.şərti B.xətti D.heç biri
25 5. İf, then, else sözlərinin tərcüməsi hansıdır?
A. İf-əgər Then-onda Else-əks halda C. İf-əgər Then-ona görə B. İf-onda Then-əgər D. İf-əks halda Else-olar
26 Dərsin nəticəsi Bu dərsdə mən yeni nə öyrəndim?
Mənim üçün çətin olan nə idi? Heç nə başa düşmədim … Mənə maraqli idi (maraqli deyildi). Dərsin nəticəsi
27 Ev tapşırığı: Misallarin blok sxemlərinin proqramını tərtib etmək.
Öyrəndiyimiz operatorları təkrarlamaq. Misal: 3 tam ədəd verilib. Böyüyünü tapıb ekrana cıxaran proqram tərtib etmək və blok sxemi qurmaq.
28 Diqqətinizə görə minnətdaram!
Comments are closed, but trackbacks and pingbacks are open.