Press "Enter" to skip to content

Sehend -Bulut Qaraçorlu Toplağı

Əvvəlin və axırın yoxdur, get,

“Nəsimi Azərbaycan dilində yaranmış poeziyanın atasıdır” – Bulud Qaraçorlu Səhəndin Nəimi və Nəsimi barədə fikirləri Məsiağa Məhəmmədinin təqdimatında

Ötən əsrin 60-cı illərinin ikinci yarısında dünya şöhrətli Azərbaycan şərqşünası, professor Rüstəm Əliyevin İrana davamlı və uzunmüddətli elmi ezamiyyətləri olur, bu səfərlər zamanı o, bir tərəfdən, ixtisasına uyğun surətdə, peşəkar mətnşünas qismində Firdovsi, Sədi, Xəyyam kimi klassiklərin əsərlərinin elmi-tənqidi mətnini hazırlayaraq Tehranda nəşr etdirir, digər tərəfdən də, Şəhriyar, Səhənd, Cavad Heyət kimi Cənubi Azərbaycan ziyalılarını ətrafına toplayaraq, milli məfkurənin yayılmasına və güclənməsinə, Arazın iki tayı arasında mədəni körpünün qurulmasına xidmət edirdi. Mərhum doktor Cavad Heyət bildirirdi ki, onun Səhəndlə tanışlığının, eləcə də Şəhriyarın Səhənd vasitəsilə Təbrizdən Tehrana gətirilərək ana dilində yazmağa təşviq edilməsinin təşəbbüskarı məhz Rüstəm Əliyev olmuşdur. Böyük alimin İranda bir neçə il davam edən fəaliyyətinin qeyd edilən iki istiqamətinin kəsişmə nöqtəsi isə 650 illiyini qeyd etdiyimiz İmadəddin Nəsiminin fars divanının nəşri oldu. Rüstəm Əliyev İranın Məclis kitabxanasında saxlanan əlyazma nüsxəsi əsasında İranda ilk dəfə olaraq Fəzlullah Nəimi və İmadəddin Nəsiminin fars divanlarını bir kitab halında çapa hazırladı və həmin kitab 1974-cü ildə “Dünya” nəşriyyatında işıq üzü gördü (təqribən eyni vaxtda professor Həmid Məmmədzadə başqa bir əlyazma əsasında Nəsiminin fars divanını Bakıda çap etdirmişdi). Sonralar Nəsiminin fars divanı İranda başqa tərtibçilər tərəfindən nəşr olunsa da, şairin farsdilli oxuculara tanıdılması istiqamətində birincilik Rüstəm Əliyevə məxsusdur. Nəimiyə gəldikdə isə, Rüstəm Əliyevin nəşri hələlik onun şeirlərinin yeganə mətbu nümunəsi olaraq qalır, baxmayaraq ki, sonralar Fəzlullahın fars divanının digər, daha kamil əlyazma nüsxələri aşkar edilmişdir.

Sözügedən nəşrin digər bir özəlliyi onun müqəddiməsi ilə bağlıdır. Kifayət qədər genişhəcmli bu dolğun müqəddiməni “S.Cuya” imzası ilə XX əsr Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şairimiz Bulud Qaraçorlu Səhənd (1926-1979) yazmışdır. Qətiyyətlə demək olar ki, üstündən 45 il keçməsinə baxmayaraq, bu müqəddimə öz elmi və ədəbi əhəmiyyətini qorumaqdadır. Səhəndin hürufilik və onun banisi Nəiminin dünyagörüşü barədə qənaətləri, Nəsiminin poeziyası və onun ədəbiyyat tariximizdəki yeri haqqında düşüncələri bu gün də öz aktuallığını saxlayır. Müəllif hədsiz təvazökarlıqla özünü bəhs etdiyi məsələlərdə səlahiyyətli bilməsə də, onun mövzuya yetərincə hakim olması və son dərəcə müasir yanaşma sərgiləməsi diqqəti çəkir. Bütün bunları nəzərə alaraq, həmin müqəddiməni olduğu kimi (izahlarla birlikdə) fars dilindən Azərbaycan dilinə tərcümə edib hörmətli “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim etməyi lazım bildim. Düşünürəm ki, ciddi elmi bazaya malik bu yazı təkcə Nəsimi poeziyasını sevən və onu daha yaxşı tanımağa can atan oxucular üçün deyil, şairin fəlsəfi-ictimai dünyagörüşünü və bədii yaradıcılığını öyrənən tədqiqatçılar üçün də faydalı olacaqdır. Üstəlik, müqəddimənin ana dilimizdə nəşri müəyyən baxımdan Nəsiminin davamçısı olan Səhəndi bir daha yad etmək və bu il 90 yaşı tamam olan Rüstəm Əliyevin ruhunu şad etmək baxımından da yerinə düşür.

Məsiağa Məhəmmədi

Nəsimi Azərbaycan dilində

Bulud Qaraçorlu Səhəndin Nəimi və Nəsimi barədə fikirləri

Sovet İttifaqının məşhur şərqşünas alimi professor Rüstəm Əliyevin səyi ilə ədəbiyyatsevərlərə təqdim olunan bu kitab farsdilli ədəbiyyatın parlaq və dərin mənalı nümunələrindən biri, Azərbaycanın iki böyük şair və mütəfəkkirinin yüksək düşüncələrinin məhsuludur. Kitab Fəzlullah Nəimi Təbrizinin və Seyid İmadəddin Əli Nəsimi Şirvaninin farsca şeirlərini ehtiva edir ki, bunlardan birincisi Şərqdə hürufilik hərəkatının banisi, ikincisi isə yüksək məqamlı şair, öz ustadı Nəiminin bilavasitə şagirdlərindən, həmin hərəkatın ən səmimi təbliğatçı və müdafiəçilərindən biridir.

Təəssüf ki, irfani düşüncənin ölkəmizdə geniş yayılmasına, mədəniyyət və ədəbiyyatımıza şəksiz təsirinə baxmayaraq, anlaşılması o qədər də çətin olmayan səbəblərdən bu iki məşhur şair və arif, onların yüksək və mütərəqqi fikirləri, nə qədər kədərli də olsa, İranın farsdilli camiəsinə tanış olmamış, yalnız məhdud sayda tədqiqatçılar onların varlığından məlumatlı olmuşdur.

Hazırkı kitabın nəşri Şərqin bu iki mütəfəkkirini, eləcə də tarixi hürufilik hərəkatını tanımaq və tanıtdırmaq baxımından çox münasib bir fürsətdir, lakin təəssüf ki, mövzunun son dərəcə genişliyi və kitabın həcminin məhdudluğu ucbatından başqa bir vaxta saxlanıldı. Bu müxtəsər müqəddimədə kitab müəlliflərinin tərcümeyi-halı və əsas düşüncələri barədə ümumi məlumatlar verməklə kifayətlənirik.

Mövlana Fəzlullah Nəimi 1340-cı ildə Təbrizdə anadan olmuşdur. Bu filosof-şair 46 yaşına qədər ömrünü Şərqin müxtəlif ölkələri və şəhərlərinə səyahətlərdə keçirmiş, dolanışığını papaq tikməklə təmin etmiş və öz fikirlərini yaymaqla məşğul olmuşdur. Həmin müddətin böyük bir hissəsini o, Astrabadda keçirmiş və əsərlərinin bir qismini adi insanların anlaya bilməsi üçün o diyarın yerli dilində yazmışdır. Bununla əlaqədar olaraq, bəzi təzkirələrdə o, “Astrabadi” kimi təqdim edilir.

Nəimi ömrünün son illərini Şirvanda və Bakıda keçirmiş, nəhayət, feodalizm əleyhinə mübarizəsi və Teymur istilası ilə barışmaması üzündən tutularaq Naxçıvan yaxınlığındakı qədim Əlincə qalasında həbsə atılmışdır. Sonradan o, Teymurun oğlu Miranşahın əmri ilə 1394-cü ildə edam edilmiş, cəsədini atın quyruğuna bağlayaraq küçə və bazarlarda sürümüşlər.

Nəimidən onun hürufi düşüncə və baxışlarını əks etdirən “Növmnamə”, “Cavidannamə” və “Məhəbbətnamə” adlı üç kitab və xeyli sayda şeirlər yadigar qalmışdır. Onun qələmindən çıxmış son sənəd Əlincə zindanında yazdığı və gizli şəkildə Bakıya (o zaman hürufilərin qeyri-leqal təşkilatının mərkəzi idi) göndərdiyi vəsiyyətnaməsidir.

İndiyə qədər hürufilik hərəkatı barədə aparılmış nisbətən ətraflı tədqiqat “İranda fəlsəfi fikrin təkamülü” adlı kitabda çap olunmuşdur. Həmin kitabın müəllifi hürufiliyin köklərini qədim pralogik və ya mimestik (1), mansərik (2), elmi-hüruf (3) və kabbalistik (4) təsəvvürlərə bağlayır və bir sıra tarixi hadisə və prosesləri qeyd etdikdən sonra bu hərəkatın “hakim dairələrə qarşı mərdliklə mübarizə aparan sufi hərəkatları silsiləsindən olduğunu” bildirir, onu ideoloji məzmunu baxımından “irrasional və mövhumatçı”, milli və sinfi cəhətdən isə “antifeodal və mütərəqqi hərəkat” kimi təqdim edir.

Təəssüf ki, bu kitabda hər bir milli və sair hərəkatın ayrılmaz xüsusiyyəti olan əsas və çox mühüm məsələ, yəni dünyagörüşü məsələsi dəqiq şəkildə aydınlaşdırılmamışdır. Hər bir tədqiqatçıya məlumdur ki, keçmişdəki mütəfəkkirlər məlum səbəblərə görə, öz fikir və baxışlarını aydın və aşkar şəkildə bəyan edə bilməmiş, çox vaxt onları eyhamlar, işarələr, metaforalar, simvollar və sair formalarda ifadə etmişlər. Özü də elə bir şəkildə ki, zahirən zamanın hakim ideologiyası baxımından şərh oluna bilsin. Hakim ideologiya nümayəndələrinin etirazları ilə üzləşdiyi hallarda isə elə şəkildə izahat verməyə məcbur olmuşlar ki, hamıdan çox özləri onların ağlasığan olmadığını etiraf etsinlər, bir çox hallarda da aydın elmi həqiqətləri sübut etmək üçün ironik və sofistik, lakin hamının qəbul etdiyi dəlillərdən istifadə etmək zorunda qalmışlar. Şeyx Mahmud Şəbüstəri “Gülşəni-raz”da deyir:

Ürək elm (bilik) üçün bir qab kimidir,

Səs və ya hərf ürəkdəki elmin sədəfidir.

Sədəfi sındır, şahlara layiq dürrü çıxar,

Qabığı tulla, gözəl özəyi götür!

Yaxud Mövlana Cəlaləddin Rumi “Məsnəvi”də və ya “Divani-Şəms”də öz irfani baxışlarını o qədər bəyan etdikdən sonra aydın şəkildə deyir:

Hərə öz zənni ilə mənə yar oldu,

Amma içimdəki sirləri aramadı.

“İranda fəlsəfi fikrin təkamülü” kitabının müəllifi Şeyx Mahmud Şəbüstərinin yuxarıdakı şeirini onun hürufi düşüncəsinə meylinin sübutu kimi gətirmişdir. Əgər bu fikri qəbul etsək, razılaşmalıyıq ki, əslində, şeyxin özü də şairanə təşbehlər dili ilə zahirə uyanları səs, hərf və sair kimi işarə və istiarələri bir kənara qoyub mətləbin elmi məğzini götürməyə çağırır. Yaxud Mövlana Rumi bəyan edir ki, bu qədər söz dedikdən sonra hələ də ürəyindəki sirləri aydın şəkildə ifadə etməyi bacarmamış, yaxud istəməmişdir.

Bu sətirlərin müəllifinin fikrincə, hürufilərin hərflərlə, formalarla, “Quran” ayələri ilə oyunları kimi xurafatçı dəlilləri qətiyyən diqqətəlayiq deyil; onların həqiqi əqidəsi kimi diqqətə və qəbul edilməyə layiq olan yeganə şey onların dünyagörüşüdür ki, əsərlərinin, xüsusən fəlsəfi şeirlərinin sətirləri arasından özünü aydın şəkildə büruzə verir; hərçənd bu halda da onlar öz baxışlarını zahirən o dövrdə yayılmış fikirlərə bənzər şəkildə bəyan etmişlər.

Mənim əsərləri ilə tanışlıq imkanına malik olduğum demək olar, bütün tədqiqatçılar hürufiliyi “panteizm” və ya vəhdəti-vücud fəlsəfəsinə əsaslanan sufi təriqətləri ilə bir cərgəyə qoymuşlar. Halbuki, aşağıdakı dəlillərə görə, hürufi “panteizmi” ilə bizim dövrümüzə qədər kifayət qədər geniş şəkildə gəlib çatmış bütün sufi təriqətlərinin vəhdəti-vücud fəlsəfəsi arasında nəinki fərq, hətta prinsipial ziddiyyət vardır. Vəhdəti-vücud tərəfdarları insan ruhunu Tanrının və ya “əqli-küll”ün varlığından qopan zərrələr bilir və inanırlar ki, o, nəfsi təmizləmək, seyr və süluk, məhrumiyyətlərə dözmək (riyazət) yolu ilə öz əsas başlanğıcına qovuşa bilər; bu yolda onlar yalnız övliya və şeyxləri (qütbləri) “vasil” (vüsala yetmiş) sayırlar. Hürufilər isə təbiətdəki bütün varlıqları əzəli substansiya, Tanrının özü bilir, onların inkişafda, hərəkətdə və təkamüldə olduğunu düşünürlər. Hürufiliyin banisinin aşağıdakı şeirlərinə diqqət yetirin:

Deyirsən, Tanrı nəşvü-nümada

(inkişaf və artmaqda) deyil?

Bu nəşvü-nümanı Tanrının özü bil!

Nə üçün şeylərin naxışını onda görmüşəm?

Halbuki, onun zatında şeylərin naxışı yox idi.

Nəfsi-küll bilikdən necə dəm vura bilər?

Axı məndən öncə o nəfs bilikli deyildi.

Tanrını gecə-gündüz şeylərdə axtar,

Axtaran bilənin eynən özüdür!

Nəimi ona görə mənim üzümü gördü ki,

Məndən başqa o gözdə görən yox idi!

İndi soruşmaq lazımdır: bu fikirlərin harası, məsələn, Şeyx Əttarın, Mövlananın, Şeyx Səfiəddin Ərdəbilinin, yaxud Şah Nemətullahın və başqalarının vəhdəti-vücuda əsaslanan əqidəsinə uyğun gəlir?

Məst Mənsur bizim “Ənəlhəqq”

Həm bizim qanımızın axıdılmasına fitva verər,

həm də dar ağacı gətirər.

Nəsimi bu beytində Mənsur Həllaca olan rəğbətinə baxmayaraq, hürufilərin dediyi “ənəlhəqq”lə Mənsurun və digər vəhdəti-vücud tərəfdarlarının söylədiyi “ənəlhəqq” arasındakı fərqi aşkara çıxarır və göstərir ki, zahirən oxşar olan bu iki məktəb arasında o qədər prinsipial ziddiyyət vardır ki, əgər Mənsur sağ olsaydı, ruhanilərə və müftilərə qoşulub hürufilərin qanının tökülməsinə fitva verərdi və onlar üçün dar ağacı qurardı. Təsadüfi deyildir ki, Şeyx Səfiəddin Ərdəbilinin xanəgahına rəğbət bəsləyən və Ərdəbili ələ keçirəndə ona çoxlu vəqflər bağışlayan həmən Teymurləngin oğlu Fəzlullah Nəimini vəhşicəsinə edam etdirmiş və hürufilərin kütləvi surətdə qırılmasına fərman vermişdir.

Zərrələrdən “Həqiqətən, Mən Allaham”

Hər bir zərrənin qəlbində üzün

Birdən yoldakı torpaq cansızlar aləmindən

Özündən çıxaraq səfər elədi və

Nəimi, gördünmü ki, fələyin gərdişindən axırda

Yolun torpağı necə birdən

dünyanı göstərən cam oldu.

İmadəddin Nəsiminin aşağıdakı beytləri də diqqətəlayiqdir:

[Biri] iki görmək adətini tərk eylə, ey çəpgöz,

Çünki ruh və bədən bir həqiqət və mahiyyətdir.

“Kon” [sözündəki] “kaf” və “nun”

hərflərindən bu gün yaranmamısan,

Əvvəlin və axırın yoxdur, get,

sabahdan arxayın ol!

Deyirsən ki, bizdən başqa kimsə var?

Özündən belə söhbət quraşdırma!

Yaşıl ağacdan Kəlimə (Musaya)

“Mən Allaham!” deyən kəs

Adəmin örtüksüz və riyasız üzünün atəşi idi.

Daha öncə misal gətirdiyimiz beytlərdə olduğu kimi, bu nümunələrdə də heç bir yerdə “mücərrəd ruh”dan və ya Haqqa qovuşmuş müəyyən insanların ruhundan söhbət açılmır və buradakı fikirlərin bəzi ariflərin təlimində mühüm yer tutan “tənasüx” və “hülul” kimi baxışlarla barışmazlığı tamamilə aşkardır. Bu beytlərdə və hürufi şairlərin divanlarında tapılması mümkün olan saysız nümunələrdə bütün şeylər və ünsürlər əzəli varlığın zərrələri, insan isə bu varlığın təkamül karvanının önündə gedən cilvəgahı kimi təqdim olunur; belə ki, insan olmadan o “nəfsi-küll” heç vaxt bilə, danışa və görə bilməz. Bir halda ki, bütün mövcudat əzəli varlığın özü, insan da onun düşünən beyni, görən gözü və danışan dilidir, nə üçün insandan, insanın camalı və kamalından başqa bir şeyə pərəstiş olunmalıdır?!

Məgər insan özünü dərk etməklə pis xasiyyətləri özündən uzaqlaşdırıb yaradıcı işi və çalışmaları ilə öz əzəmətli səltənətini təbiət və digər varlıqlar üzərində əbədiləşdirə bilməzmi?

Hürufilik məktəbi banilərinin fikrincə, bu iş mümkündür və bu yolda çalışmaq lazımdır:

Əgər sənin yolunla gedən

insanların önündən pərdə qalxsa,

Hər tərəfdə “Həqiqətən, mən Allaham!”

söyləyənlər min [dəfə] çox olar.

Bu dərviş kimi məstlikdən ayılan

hər bir gəda (dilənçi)

Vəhdət aləmində Süleyman tək sultanlıq edər.

Hürufilərin ictimai baxışları ilə müxtəlif sufi təriqətlərinin ictimai fikirləri arasındakı fərq də məhz buradan qaynaqlanır və buna görə də azad düşüncəli hürufilər səmimiyyət yolunu tutaraq:

Mənsur kimi “Ənəlhəqq” deyib hədsiz şövqdən

Bəla dar ağacının başına nərə çəkərək çıxaram

– beytinin təsdiqi kimi, çəkinmədən qəflətdə olan və yuxuya dalan məst insana “Ənəlhəqq” hayqırırlar, tamah və acgözlüyü, qorxaqlıq və acizliyi, israfçılıq və xəsisliyi, yalan və nadürüstlüyü, riyakarlıq və yaltaqlığı, zalımlara təslim olmağı, ötəri və zahiri məqamları, tənbəllik və müftəxorluğu insanın şəninə yaraşdırmırlar, sərbəstliyi, qənaəti, cəsarəti, mərdliyi, düzlüyü, səmimiyyəti, qardaşlığı, zalımlara qarşı mübarizəni, ideallar yolunda fədakarlığı özlərinə həyat tərzi seçib kiçikli-böyüklü, müridli-mürşidli hamısı yaradıcı iş və çalışmaq sayəsində öz zəhməti ilə dolanır, mövcud və mövhum bütlərə sitayişi rədd edərək, insana, insanın camal və kamalına pərəstiş edirlər.

Hürufilik öz dövründə insansevərlik məktəbi, ustalar, sənətkarlar və ziyalılar kimi zəhmətkeş şəhər adamlarının təlimi olmuşdur. Onlar, hətta kamillik və fəzilətə yetişdikdə belə, bununla öyünmür, iş, peşə və zəhmətlə öz həyatlarını təmin edirdilər. Hürufilərin Teymur istilasına qarşı qiyamının səbəblərindən biri də bu idi ki, bu qaniçən işğalçı hər şəhərdə və diyarda həmin zəhmətkeş insanların əziyyətinin bəhrəsini yandırıb dağıdır, müxtəlif ustad sənətkarları zorla vətənindən ayırıb özünə fironsayağı bir paytaxt qurmaq üçün Səmərqəndə göndərirdi.

Hürufilərin rəhbərləri hamılıqla xalqın içərisindən çıxmışdı, xalqa arxalanırdı və onların şairləri öz şeirlərini olduqları yerin dilində yazırdılar ki, hamı tərəfindən başa düşülsün. Buna görə də hürufi hərəkatı Fəzlullahın öldürülməsi ilə aradan getmədi və qısa bir zamanda Yaxın və Orta Şərqin bütün şəhərlərini bürüdü.

Hürufi fəlsəfəsi geridə qalmış iqtisadiyyata malik mühafizəkar cəmiyyətlərin qeyri-elmi, lakin hakim düşüncələrinə qarşı duran sivil şəhər əhalisinin dünyagörüşünə əsaslanırdı; o, dərin elmi və ictimai təməllərə malik idi ki, kökləri hətta Sasani dövrünə gedib çıxır. Bu təlimin XIII-XIV əsrlərdə geniş yayılması həmin dövrdə Yaxın və Orta Şərqdə iqtisadiyyatın inkişafının, elm və mədəniyyətin çiçəklənməsinin labüd nəticəsi idi. Təəssüf ki, tarixi hücumlar və hərc-mərcliklər həmin inkişafa sarsıdıcı zərbə vurdu və bu tərəqqi dalğasını Asiyadan Avropaya qovdu. Bundan sonra daha Şərq aləmində Əbu Əli Sina, Zəkəriyya Razi, Əbu Reyhan Biruni və Ömər Xəyyam kimi alimlər yetişmədi.

Hürufilər elə bir dövrdə meydana çıxdılar ki, Səlib yürüşlərindən – insanların Tanrı, din və məzhəb adına amansız şəkildə bir-birinin qanını tökdüyü vaxtlardan uzun müddət keçmirdi, bunun ardınca da Teymurun həmlələri yer üzünü insanların qırıldığı məkana çevirmişdi. Bu qaranlıq tarixi dövrdə bir tərəfdən müsəlmanlar qeyri-islam məmləkətlərini hücum və qarətə məruz qoyur, digər tərəfdən də məzhəb ixtilafları və daxili üsyançılar insanları bir-birinin canına salırdı. Bütün qırğın və dağıntıların ağır yükü köməksiz xalq kütlələrinin çiyninə düşürdü. Fikir adamları bu işin çarəsini yaxşı bilirdilər, amma ayrı variant yox idi: müftilərin və ruhani adlanan zümrənin təkfir çubuğu Domokl qılıncı kimi hər bir azad düşüncəli etirazçının başı üzərindən asıldığı üçün istər-istəməz hər bir hərəkat dini qiyafə almalı idi. Belə bir şəraitdə hürufilik təlimi və ya insanpərəstlik məktəbi zülm və bəla içərisində çırpınan adamların köməyinə tələsmişdi və həmin təlimin böyük təbliğatçısı olan Nəsimi yolunu itirmiş insanları bu cür məzəmmət edirdi:

Məscid və meyxana, Kəbə və bütxana birdir,

Ey bizim küçəmizin yolunu səhv salan kəs, ev birdir!

Qüsurlu göz səhvən biri iki görsə də,

Aydındır ki, ürək, dilbər və canan birdir!

O, hətta Hafizə də (İmadəddin Nəsimi Şirazın məşhur qəzəlxanının kiçik müasiri idi) hürufi istiarələrinin dili ilə nəsihət verirdi:

Onun xətti uşaqlar kimi mələklərin

dizi üstünə lövhə qoyur,

Ey Quran Hafizi, sən bu yeddi ayəni əzbərlə!

Və dünya malını və nemətini insani dəyərlərdən üstün tutanları istehza və məsxərə hədəfinə çevirərək deyirdi:

Sən indi torpağı və daşı qiymətli

Məgər insan bu gözəllik və saflığı ilə

Elmin və texnikanın inkişafı sayəsində dünyanın və həyatın dərki ilə bağlı ortaya çıxan elmi nəticələr təkcə hürufilik davamçılarına məxsus ola bilməzdi, dövrün mütərəqqi fikir cərəyanı kimi istər-istəməz bütün böyük mütəfəkkirlərin zehninə hakim kəsilərək özünə yol açırdı. Belə ki, hürufi ideyalarının yayılması ilə təqribən eyni vaxtda hürufi fəlsəfəsinin əsasları ilə tam həmfikir olan cərəyanlar meydana çıxdı. Bu sıradan Məhəmməd Hacı Bəktaşın rəhbərlik etdiyi bəktaşiyyə təriqətini göstərmək olar ki, hələ də Türkiyə, Misir və Suriyada çoxsaylı tərəfdarları vardır. Ondan da mühümü Şeyx Bədrəddin Simavinin hərəkatını qeyd etmək lazımdır.

Şeyx Bədrəddinin, əslində, hürufiliyin başlıca məzmununu ehtiva edən fəlsəfi və ictimai düşüncələri qısa zamanda Kiçik Asiya əhalisinin geniş və müxtəlif təbəqələri arasında heyrətamiz bir sürətlə yayıldı, hətta İldırım Bayəzidin bəzi oğulları, məsələn, Musa Çələbi onun tərəfdarı oldu. Şeyxin mənəvi nüfuzu o həddə çatdı ki, Sakız adasında (5) yaşayan xristianların rəhbəri və Kiçik Asiya yəhudilərinin bir çoxu onun müridləri oldular. Şeyxin tərəfdarları bir sıra yerlərdə silahlı dəstələr yaradıb Dəliorman kimi geniş əraziləri tutmaqla onun ictimai və iqtisadi baxışları əsasında yeni cəmiyyətlər təşkil etdilər.

Şeyx Bədrəddin hərəkatı son nəticədə İldırım Bayəzidin oğlu Sultan Mehmed Çələbinin qoşunu tərəfindən darmadağın edildi; belə ki, təkcə bir döyüşdə Şeyxin əyninə kəfən geyərək Börklücə Mustafanın rəhbərliyi altında heyrətamiz fədakarlıqla vuruşan 12 min müridindən 8 mini həlak oldu. Şeyxin özü isə yaxalanaraq Sultan Mehmedin əmri ilə mühakimə olundu. Məhkəmədə “malı haram, qanı halaldır” deyən Mövlana Heydər Əcəminin fitvası əsasında ölümə məhkum olunaraq dar ağacından asıldı. Deyilənə görə, məhkəmədə Şeyxdən soruşublar ki, öz fikrincə, tutduğun işlərin müqabilində hansı cəzaya layiqsən? Şeyx sual verib ki, bunu öz əqidəmə əsasən müəyyənləşdirim, ya sizin əqidənizə görə? Deyiblər ki, bizim əqidəmizə əsasən. Şeyx cavab verib ki, bu halda mənim cəzam ölümdür. Bu tarixi rəvayət Şeyx Bədrəddinin qeyri-adi cəsarət və şücaətinin bir nümunəsidir.

Bu mövzunun əhatə dairəsi son dərəcə genişdir, elmi və tarixi baxımdan olduqca diqqətəlayiq və əhəmiyyətlidir. Təəssüf ki, bu müqəddimə onun barəsində daha ətraflı söhbətə imkan vermir. Odur ki, burada həmin mövzunu bitirməyə məcbur olub divan sahibi, məşhur hürufi şairi İmadəddin Nəsimi haqqında yığcam surətdə bəhs edirəm.

Azərbaycanın ünlü şairi Seyid İmadəddin Əli Nəsimi Şirvani hürufiliyin böyük təbliğatçısı və Fəzlullah Nəimi yolunun səmimi davamçılarından biri olmuşdur. Hürufilik təlimi haqqında dediklərimiz, əslində, həm də bu dəyərli şairin düşüncələrinin və şeirlərinin məzmununun təhlilidir və biz bu aydın baxışlı insansevər sənətkarın fikir və ideya baxımından təqdiminə çox da ehtiyac görmürük, buna görə də onun şərəfli həyatı və kədərli ölümünün qısa tarixçəsini xatırlamaqla kifayətlənirik.

Nəsiminin doğum və ölüm tarixi, anadan olduğu yer və uşaqlıq illəri barədə dəqiq məlumatlar əldə yoxdur. Təzkirəçilər bu barədə müxtəlif rəvayətlər nəql etmişlər. Onun doğulduğu yeri bəziləri Bağdadın Nəsim bölgəsi, bəziləri Təbriz, bəziləri Şiraz, bəziləri də Şirvanda yerləşən Şamaxı kimi göstərmişlər. Şair ən çox və ən sadə şeirlərini Azərbaycan türkcəsində yazdığından, yəqin ki, gənclik illərini Bakı limanında keçirmişdir. Onun qardaşı Şah Xəndan Şirvanın məşhur ariflərindən olmuşdur və məqbərəsi hazırda həmən şəhərdəki (Şamaxıdakı) eyniadlı qəbiristanlıqda qalmaqdadır. Buna görə də Nəsiminin doğum yeri barədə sonuncu fikir həqiqətə daha yaxın görünür:

Ey Nəsimi, Allah “Mənim yerim genişdir”

Bakı ərazisini tərk elə, bura sənin yerin deyildir!

Əlbəttə, Nəsimi bu şeiri Fəzlullah Nəimi öldürüldükdən sonra, ustadın vəsiyyətinə əsasən, Bakıdan mühacirət etmək lazım gəldiyi zaman yazmışdır. Mühacirətdən sonra da Nəsimi daha çox türkdilli tayfalar içərisində yaşamış və bu dildə çoxlu şeirlər yazmışdır. Hətta bu gün də onun Hələbdəki məqbərəsi üzərində Azərbaycan türkcəsində çoxlu lövhələr vardır ki, aşağıdakı şeir də onlardan biridir:

Yüzüldün, dönmədin mərdanəlikdən,

Xudayə böylədir hübbi-səmimi.

Kəsafətdən çıxub oldun bihəqqə,

Şeirdəki “taqətdən düşdün” mənasını verən “yüzüldün” kəlməsi ilə bağlı bu sətirlərin müəllifinin fikri belədir ki, ola bilər, əslində, bu söz “yazıldın” şəklində olmuşdur, onun Azərbaycan dilindəki məsdəri olan “yazılmaq” həm “qələmə alınmaq”, həm də “ətin lay-lay doğranması” anlamını verir və Nəsiminin dərisi bədənindən soyulduğu üçün sonuncu məna daha münasibdir.

Nəsiminin 1369-cu ildə doğulduğu ehtimal olunur, vəfat tarixi kimi isə 1404, 1417, 1427-ci illər göstərilir. Sovet İttifaqında şair haqqında çoxsaylı tədqiqatlar aparmış “Azərbaycan ədəbiyyatı tarixi”nin müəllifləri 1417-ci ili doğru bilirlər.

Şairin qısa adı Seyid Əlidir, “İmadəddin” o dövrün qaydasına uyğun olan ləqəbidir. Əvvəlcə “Haşimi”, “Seyid”, bir müddət də “Hüseyni” təxəllüsü ilə yazmış, “Nəsimi” təxəllüsünü isə Fəzlullahla tanışlıqdan və hürufiliyə qoşulduqdan sonra götürmüşdür.

Seyid Əli gənclikdə isna əşəri şiə olmuş, həzrət peyğəmbərin və pak imamların mədhində çoxlu şeirlər yazmışdır:

Canü dildən Mustafavü Mürtəza məddahiyəm,

Həm bu on iki imamə söylərəm mədhü səna.

Bu şeirin forma və məzmunu göstərir ki, şairin yaradıcılığa başladığı ilk dövrlərdə yazılmışdır, çünki bədii gözəllik baxımından şairin çoxsaylı mükəmməl şeirləri ilə müqayisəyə gəlmir, məzmun baxımından da qarışıq və naşı xarakterlidir. Məsələn, birinci imamın adını ilk misrada çəksə də, ikinci misrada onu 12 imam sırasında təkrarlamışdır.

Şair çox tez, olsun ki, qardaşının təsiri ilə təsəvvüfə meyil etmiş və Mənsur Hüseyn Həllaca böyük rəğbət bəsləmişdir. Bu üzdən, deyildiyi kimi, bir müddət şeirlərini “Hüseyni” təxəllüsü ilə yazmışdır. Nəhayət, o, Şirvanda Fəzlullah Nəimi ilə tanış olmuş, hürufiliyi qəbul etmiş və bu təlimin qorxmaz təbliğatçılarından birinə çevrilmişdir. Nəsimi, böyük ehtimalla, öz ustadının kürəkəni də olmuşdur. Belə ki, Fəzlullahın vəsiyyətnaməsindəki tövsiyələrindən biri də kiçik qızının Seyid Əli ilə izdivaca girməsi idi. Nəiminin yaxınları arasında Nəsimidən başqa Seyid Əli adını daşıyan kimsə yox idi, odur ki, ustad elə Nəsimini nəzərdə tuturdu və şairin onun vəsiyyətinə əməl etməməsi inandırıcı deyil.

Fəzlullahın faciəli edamından, hürufilərin Teymurilər və Şirvanşah tərəfindən amansızlıqla təqib edilməsindən sonra Nəsimi Bakıdan Anadoluya gedir, fəlsəfi qəzəlləri ilə hürufiliyi təbliğ edərək tezliklə böyük şöhrət və çoxlu tərəfdarlar qazanır, şeirləri əldən-ələ gəzir. Bugünkü Türkiyənin kitabxanalarında Nəsimi divanının çoxsaylı nüsxələrinin mövcudluğu buna ən böyük sübutdur. Hürufilər Anadoluda da güclü təqib olunduğundan Nəsimi Hələbə gedib orada məskən salır. Hələb şəhəri o dövrdə mühüm ticarət mərkəzlərindən biri sayılırdı və Misir məmlüklər sülaləsinin idarəçiliyi altında idi. Həmin şəhərdə çoxsaylı türkdilli tayfalar yaşayırdı. Nəsimi Hələbdə böyük nüfuz qazanaraq çoxlu tərəfdarlar topladı. Onun fikirlərinin günbəgün artan sürətlə yayılması ruhanilərin və Misir padşahı Sultan Müəyyədin diqqətini cəlb elədi və bu, şairin mühakimə və edam olunması ilə nəticələndi. “Künuz əz-zəhəb” adlı ərəb mənbəsində şairin edamı haqqında deyilir:

“Zındıq Əli ən-Nəsimi Yəşbəkin dövründə qətlə yetirildi. O zaman “ədalət evi”ndə (darül-ədl) İbn Xətib ən-Nəsiri, qazi əl-qüzatın müavini Şəmsəddin ibn Əminəddövlə, Şeyx İzzəddin, eləcə də qazi əl-qüzat Fəthəddin Maliki və qazi əl-qüzat Şəhabəddin əl-Hənbəlinin iştirakı ilə Nəsiminin mühakiməsi oldu. O, bəzi nadan və ağılsız adamları aldadıb yoldan çıxarmışdı, onlar da küfr, allahsızlıq və zındıqlıqda onun davamçıları olmuşdular. Bu məsələni İbn əş-Şənqəş əl-Hənbəli qazıların və üləmanın məclisində qaldırmışdı. Vəkil ona demişdi ki, əgər onun barəsində dediklərini sübut etsən, səni öldürməyəcəyəm. Nəsimi də kəlmeyi-şəhadəti dedikdən sonra barəsində deyilənləri inkar və rədd elədi. Bu əsnada Şeyx Şəhabəddin bin Hilal məclisə daxil olub yuxarı başda oturdu və belə bir fitva verdi ki, o, allahsızdır, qətlə yetirilməlidir, tövbəsi də qəbul olunmamalıdır. İbn Hilal soruşdu: “Bəs nə üçün onu öldürmürsünüz?”. Maliki ona dedi: “Sən bu fitvanı öz əlinlə yazmağa hazırsanmı?” O cavab verdi ki, bəli və dərhal bir fitva yazdı. Məclis əhli hamılıqla fitvanı nəzərdən keçirdilər. Maliki dedi: “Qazı və üləmalar səninlə razı deyillər, mən təkcə sənin sözünlə onu necə qətlə yetirə bilərəm? Mən onu öldürməyəcəyəm, çünki Sultan mənə göstəriş verib ki, onu bu məsələ ilə bağlı məlumatlandırım. Görək Sultan bu barədə nə əmr verəcək”. Beləliklə, məhkəmə məclisi başa çatdı və iştirakçılar dağılışdılar. Nəsimi də həbsdə qaldı. Sultan Müəyyəd bu məsələ ilə tanış olduqdan sonra belə bir əmr verdi ki, onun dərisini soymalı və yeddi gün Hələb şəhərində camaatın tamaşasına qoymalıdırlar. Onun əli və ayağı da kəsilməli, biri Əli bəy ibn Zülqədərə, digəri onun qardaşı Nəsirəddinə, biri də Osman Qaraelliyə göndərilməlidir, çünki bu şəxs onları da yoldan azdırmışdı. Belə də oldu. Bu şəxs, nəuzubillah, kafir və mülhid idi, deyirlər, incə şeirlər də yazmışdır”.

Bu məlumat göstərir ki, şairin fikirlərinin təsiri hansı həddə olmuşdur və hürufilik hərəkatı dini bir təriqət hüdudlarını aşaraq mühüm bir siyasi cərəyana çevrilmişdir; belə ki, hətta Sultan Müəyyədin hakimiyyətini təhlükə ilə üzləşdirmişdir. Şairin mühakiməsi və faciəli şəkildə edam edilməsi Sultan Müəyyədin birbaşa əmri ilə qabaqcadan hazırlıq görülməklə həyata keçirilmiş və tamamilə siyasi xarakter daşımışdır (6).

Nəsiminin edam edilməsinin gedişi və dərisinin soyulması, əzablı ölüm zamanı şairin göstərdiyi heyrətamiz dözüm və şücaət barədə çoxlu rəvayətlər vardır. Onlar şairin əzəmətli iradə və inamının, onun bəşəri ideallar naminə misilsiz fədakarlığının göstəricisidir və biz söhbəti uzatmamaq üçün onları danışmaqdan vaz keçirik (7). Türkdilli xalqların ədəbiyyatında çox az şair tapılar ki, bu qəhrəman söz ustasının adını yaxşılıqla və hörmətlə yad etməsin, onun uca şəxsiyyətini insan dönməzliyi və mətanətinin nümunəsi kimi öyməsin. Bu məşhur ad hətta folklora da keçmiş, mərdlik və şücaət rəmzi kimi zərbül-məsələ çevrilmişdir. Xalqın bir-birini əvəz edən nəsillərinin (hətta bu gün artıq onun dilini başa düşməyənlərin) bu şəhid şairə ehtiramı o həddə olmuşdur ki, saxta ruhanilərin və müxtəlif dövrlərdəki hakimiyyət sahiblərinin təkfirlərinə, düşmən münasibətinə, ədavət və kin-küdurətinə baxmayaraq, onun məqbərəsini çağımıza qədər qorumuşlar. Hazırda onun Hələb şəhərindəki məqbərəsi həqiqət və ədəbiyyat aşiqlərinin ziyarətgahıdır. Şübhəsiz, dünya durduqca, bu ölməz şəxsiyyətin pak məzarı da həmişəlik qalacaqdır.

Nəsimi Azərbaycan türkcəsi, fars və ərəb dillərində qalın divanlarından ibarət zəngin və qiymətli ədəbi irs yadigar qoymuşdur. Təəssüf ki, onun ərəbcə divanının çox az bir hissəsi günümüzə qədər gəlib çatmışdır. Onun divanlarında qəsidə və məsnəviləri də vardır. Yaradıcılığında mürəkkəb təkamül yolu keçmiş bu dahi şair və mütəfəkkirin əsərlərinin elmi təhlili cansız elementlərin düşünən insana qədər keçdiyi təkamül prosesini təhlil etmək qədər son dərəcə çətin və xeyli zaman tələb edən bir işdir və yalnız böyük bir institut uzun illər boyu davamlı surətdə çalışmaqla onun öhdəsindən gələ bilər. Yəni bu iş nəinki hazırkı müqəddimənin çərçivəsindən kənardır, həm də bu sətirlərin müəllifinin imkanı xaricindədir. Bu böyük sənət və düşüncə fenomeninin şeirlərində ən adi və əlaqəsiz fikirlərdən tutmuş müasir və bəlkə də gələcək alimlərin ən mütərəqqi nəzəriyyələrinə qədər geniş ideyalar aləminə rast gəlmək mümkündür. Aydındır ki, şair məfkurə baxımından bu uzun təkamül yolunu bir gündə keçməmiş, çoxlu düşüncə dəyişikliklərinə uğrayıb, ustadının təbirincə desək, “yolun torpağından dünyanı göstərən cama çevrilmişdir”. Yəqin ki, bir gün səlahiyyətli tədqiqatçılar Şərqin bu böyük mütəfəkkirinin ideyalarını elm mikroskopunun altında nəzərdən keçirib hələlik görkəmli Qərb alimlərinin kəşfində aciz qaldıqları sirləri aşkar edəcəklər. Mənim deməyə səlahiyyətli olduğum və yalnız yol göstərmək mahiyyəti daşıyan söz budur ki, kəlamının bədii qüdrəti, yüksək və mənalarla dolu məzmunu baxımından İmadəddin Nəsimi Azərbaycan dilində yaranmış poeziyanın atasıdır, özünün ən çox, ən gözəl və ən dərin şeirlərini bu dildə yazmışdır. Bu məşhur söz ustadının və bəşəri ideallar mücahidinin farsca divanını nəşr etməklə onu İranın farsdilli auditoriyasına tanıtması professor Rüstəm Əliyevin digər dəyərli xidmətləri ilə yanaşı, ölkəmizin tarix və ədəbiyyatına göstərdiyi daha bir nəhəng xidmətdir. Bizim borcumuz isə ona cansağlığı və müvəffəqiyyət arzulamaq, zəhmətlərinə qiymət verməkdir.

1) Pralogik və ya mimestik – məntiqdən əvvəlki dövrə aid olan təfəkkür tərzi; həmin dövrdə bəşəriyyət hər şeydə, o cümlədən rəqəmlər, hərflər, sözlər və adlarda sirli xüsusiyyətlərin olduğunu düşünürdü. “Hermetik” (Hermes Trismegistin adı ilə) və ya “ezoterik” (yəni lədünni) elm adlanan sirli və rəmzli “elmlərin” ilkin kökləri məhz həmin qədim dövrdən başlayır.

2) Mansərik – pəhləvicə Tanrı kəlamı mənasını verən “mansər” sözündəndir. Bu kəlamdan düzəldilən dualara “mansər espənd” deyirdilər. Həmin dualar hər cür müalicə vasitəsi sayılırdı. Müasir fars dilindən qalmış “məntər” sözü həmin kökdəndir.

3) Elmi-hüruf – hərflərin xüsusi rəmz və mənalara malik olduğunu düşünmək, məsələn, əbcəd, cümməl hesabı, ərəb əlifbasındakı 28 hərfin 14 şimal, 14 cənub bürcünə, yaxud qaranlıq və işıqlı hərflərə bölünməsi və s.

4) Kabbalistik – “Kabbala” sözündəndir və bu söz qədim ibrani dilində “rəvayət, adət-ənənə” mənasını verir. Onun ərəbcə “qəbalə” sözü ilə eyni kökdən olması mümkündür. Kabbala hərflər və rəqəmlərin rolu haqqında mistik yəhudi təlimidir. Bu təlim öz hökmlərinin statusunu “Tövrat”dakı hökmlərə qədər qaldırırdı və onları müqəddəs mətnlər elan edirdi. Kabbala təliminin əsas kitablarından biri “Sefer Yezirə”, yaxud “Yaradılış Kitabı”dır ki, VI-VII əsrlərdə ibranicə yazılmışdır. Kitabın naməlum müəllifi bu fikirdədir ki, xilqət 10 rəqəmə və ibri əlifbasının 22 hərfinə əsaslanır. (Yuxarıdakı izahlar adıçəkilən kitabdan götürülmüşdür).

5) Türkiyənin İzmir şəhəri sahillərinin yaxınlığında yunanların yaşadığı ada.

6) Sovet Azərbaycanının məşhur şairi Rəsul Rza 1968-ci ildə elm və mədəniyyət xadimlərindən ibarət bir heyətin rəhbəri kimi şairin Suriyadakı məqbərəsini ziyarət etmiş və Bakıda çap olunan “Ədəbiyyat və incəsənət” qəzetində belə yazmışdır:

“Hələb şəhərində Nəsimi adına bir küçə vardır ki, şairin məqbərəsi orada yerləşir, eləcə də onun nəslindən olan və öz ulu babalarının adını qoruyub saxlayan 40-50 ailə həmin küçədə yaşayır. Şəhərin kitabxanasında bizə “Hələb tarixinə dair materiallar” adlı bir kitab göstərdilər. Kitabın 7-ci cildinin 114-cü səhifəsində belə yazılmışdı: “820-ci il – Hələb şəhərində yaşayan Nəsimi bu ildə öldürüldü. O, hürufilərin şeyxi idi və çoxlu tərəfdarları vardı. Dövrün hökmdarı onun tərəfdarlarının günbəgün artdığını görüb fərman verdi ki, onun boynu vurulsun, dərisi soyulsun və dar ağacından asılsın” (“Ədəbiyyat və incəsənət” qəzeti, 28 dekabr 1968-ci il).

Bu məlumat yuxarıda deyilənləri təsdiqləyir və hicri-qəməri 820-ci ili çevirsək, 1417-ci il alınır ki, bu da “Azərbaycan ədəbiyyatı tarixi” müəlliflərinin fikrinə tam uyğun gəlir.

7) Bu rəvayəti xatırlatmaq yerinə düşər ki, deyirlər, şairin edam olunması və dərisinin soyulması zamanı orada iştirak edən müftilərdən biri söyləmişdir: “Bu şəxs o qədər çirkin və məlundur ki, əgər bir müsəlmanın bədəninin hansısa hissəsinə onun qanı düşsə, həmin hissəni kəsib atmaq lazımdır”. Elə həmin əsnada şairin qanından bir damla müftinin barmağına düşür. Adamlar deyir: “Öz fitvana əsasən, gərək sənin barmağın kəsilə”. Müfti özünü itirib deyir: “Mən bunu sözgəlişi söylədim, məqsədim o deyildi ki, hökmən bunu etmək lazımdır”. Dözülməz ağrı içində bu halı seyr edən Nəsimi aşağıdakı beyti deyir:

Zahidin bir barmağın kəssən, dönər həqdən keçər,

Gör bu miskin aşiqi sərpa soyarlar, ağlamaz.

Bu hadisə əfsanəyə bənzəsə də, şeirin Nəsimi tərəfindən yazıldığına heç bir şübhə yoxdur və onun məzmunu da tam həqiqətdir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Sehend -Bulut Qaraçorlu Toplağı

Bulud Qаrаçоrlu Səhənd 1926-cı ildə Аzərbаycаnın qədim еlm və mədəniyyət mərkəzi оlаn Marağa şəhərində аnаdаn оlmuşdur. Əsli Qaraçorlu (Göytürk dövlәtini yaradan Aşina oğulları dәmirçi idi vә onların iki tayfası xüsusi qılınc buraxırdı. Hәr tayfa da istehsal etdiği qılınca öz adını vermişdi. Tayfalardan birinin adı “Bilgәtәkini”, digәri isә “Qaraçori” idi. Hәr iki tayfanın nişanı buraxdıqları qılıncın üstündә xüsusi şәkildә hәkk olunurdu. Göytürk imperiyasının sәrhәdlәri Azәrbaycan’ı da әhatә edirdi. Bulud Qaraçorlunun nәsli Göytürklәri yaradan hәmin Qaraçori tayfasına gedib çıxır.) tayfasına mənsub idi .Vаlidеynləri hаqdа Səhəndin təbirincə dеsək, аtаsı “əyri-üyrü bir хətlə öz аdını cızmаlаrdı, tаyfаdа аğ-qаrаdаn bаşı çıхаn təkcə аnаsı idi ki, о dа düz-qələt, fəqət Qurаn охuyаrdı”. Аzsаvаdlı zəhmətkеş аtа və аnаsının охşаmаlаrı, nаğıllаrı, söhbətləri, öyüdləri оnun qаnınа, yаddаşınа hоpur, еlini, ulusunu sеvən bir gənc kimi yеtişdirirdi.

Təhsilat

İlk təhsilini Mаrаğа və Təbrizdə аlаn Bulud 17 yаşındа ikən Rаzi, аz müddət kеçdikdən sоnrа isə Səhənd təхəllüsü ilə şеirlər yаzmаğа bаşlаyır.

Ömrü хаlq və Vətən uğrundа mücаdilələrdə kеçən, bu yоldа həm qələmi, həm də tüfəngi ilə çаrpışаn Səhəndin şеirlərində siyаsi hаdisələrin gеdişi ilə bаğlı bir növ “хоruzun quyruğu” görünürdü:

Gərəkdir Şərqdə bоğulа bu səs,

Dеyə köhnə dünyа vеrdi əl-ələ.

Lоndоndа bаşlаdı gizli hərəkаt

Vаşinqtоndаkı qоşun, tədаrükаt

Хəlicə yоllаndı hərbi gəmilər.

Tаriхdə vətənə, hədəfə yоlа

Cаn qurbаn еdənlər hеç də аz dеyil.

Аmmа bir millətin qurbаn оlmаsı

Tаriх göstərməmiş hеç vахt, hеç zаmаn

Qоy bir də söyləyim dünyаlаr bilsin,

Sülhə qurbаn оldu bu Аzərbаycаn!?

Azərbaycanın işğalından sonra

Qаrğış zəmаnənin qаnunlаrınа,

Qаrğış ürəkləri аyırаnlаrа

Qаrğış insаnlаrı qəfəsə sаlıb

Bəşər hüququndаn dəm vurаnlаrа.

Pəhləvi şоvinizminin fаrs dilini silаh gücünə qаfаlаrа yеritmək siyаsəti ilə hеç cür bаrışа bilməyən üsyаnkаr şаir “Yаsаq” şеrində yаzırdı:

Tаlеyimə sən bах!

Kеçmişimdən söz аçmаğım yаsаq,

Gələcəyimdən dаnışmаğım yаsаq.

Səhənd və Dədə Qorqud

Lirik şеrlər yаzаn şаir аrzu, istək və аğrılаrını хаlqа çаtdırmаq üçün “Dədə Qоrqud” dаstаnlаrınа üz tutur. Хаlq yаrаdıcılığındаn yаrаrlаnıb məşhur “Sаzımın sözü” əsərini yаzır. Illər bоyu rеcimin fаrsdilli еlm və təhsil sistеminin tələb еtdiyi, bеyinlərə yеritdiyi “аzərbаycаn türkcəsi dil dеyil, ləhcədir” idеyаsını оnun yаrаtdığı “Sаzımın sözü” əsəri аlt-üst еdir.

О illərdə türk хаlqlаrının ən böyük аbidəsi оlаn “Dədə Qоrqud dаstаnlаrınа həm SSRI-də, həm də Irаndа qаdаğа qоyulmuşdu. Səhəndin bu dаstаnlа ilk tаnışlığının dа mаrаqlı tаriхçəsi vаr. Səhənd tаnınmış ziyаlılаr – M.Fərzаnə, Səbаhi, M.Şəhriyаr, dоktоr C.Hеyətlə sıх dоstluq əlаqəsi sахlаyırdı. Səhənd “Dədə Qоrqud dаstаnlаrı” ilə yахın dоstu və məsləkdаşı M.Fərzаnə vаsitəsilə tаnış оlur. Kitаbхаnаdа işləyən M.Fərzаnənin əlinə təsаdüfən “ziyаnlı sаyıldığı üçün məhv оlunmаğа məhkum” аdı аltındа dаmğаlаnmış, əsrin əvvəllərində Türkiyədə çаp оlunmuş “Dədə Qоrqud” kitаbı kеçir, Fərzаnə о gündən bаşlаyаrаq Türkiyədəki həmkаrlаrı vаsitəsilə dаstаnlа bаğlı mənbələri tоplаmаğа bаşlаyır. M.Fərzаnə Tеhrаndа kirələdikləri еvdə dоstu Səhəndlə qаlırdı. Bir gün Türkiyədən göndərilən növbəti kitаb bаğlаmаsı Səhəndin də diqqətini cəlb еdir. Хаlqının zəngin kеçmişini özündə əks еtdirən qədim dаstаnlаrа о qədər vurulur ki, 10 il dаstаnlаrdаkı süjеt üzərində işləyib yеni və оrijinаl “Sаzımın sözü” аdlı əsər yаzır.

Dörd cilddən ibаrət оlаn bu əsərin iki cildini Səhənd sаğlığındа çətinliklər bаhаsınа çаp еtdirə bilir. Bu kitаb özündən sоnrа bir çох əsərlərin (о cümlədən Sönməzin “Isаnın sоn şаmı”, Bаrışmаzın “Nəğmə dаğı”, Sаvаlаnın “Аpаrdı sеllər Sаrаnı” və bu kimi bаşqа pоеmаlаrın) yаrаnmаsınа səbəb оldu.

Səhənd və Quzey Azərbaycan

Səhənd 1967-ci ildə ilk dəfə dünyа şöhrətli аlim-şərqşünаs Rüstəm Əliyеvlə tаnış оlur. Prоfеssоr vаsitəsilə bu tаydаkı qаn qаrdаşlаrı ilə əlаqə yаrаdır. Оnlаrа şеr ərməğаnlаrını göndərir. Əvəzində bir-birinin аrdıncа M.Rаhim, S.Rüstəm, B.Vаhаbzаdə, Qаbildən və bаşqа şаirlərdən cаvаb mənzumələri gəlir. Özündə iki qаrdаşın nisgil və həsrətini dаşıyаn bu çохsаylı məktublаr оnun pоеtik ərməğаnlаrının bir silsiləyə çеvrilməsinə səbəb оlur. О, Rüstəm Əliyеvə хitаbən yаzdığı “Üçüncü ərməğаn” şеrində hаkim Pəhləvi rеciminin qədim və zəngin tаriхə, ədəbiyyаtа mаlik оlаn хаlqın dilinə qаrşı аpаrdığı qаdаğа siyаsətini pisləyirdi:

Zöhhаklаr, firоnlаr, hitlеrlər dünyаdа,

Nеyləsə, nеyləsə, nеyləsə, nеyləsə,

Аçgilаn tаriхi, vаrаqlа, bахqılаn,

“Dilində dаnışmа!” dеmədilər bir kəsə.

Şаirin yахın dоstu Gəncəli Səbаhi Səhəndi Vurğunа охşаdırdı. Bu çох yеrinə düşmüş bənzətmə idi. Səhənd həm zаhirən, həm də dахilən S.Vurğunа bənzəyirdi. Səhənd özü dаhi şаirin pərəstişkаrı idi. Еlə şеrlərində də оnun təsiri hiss оlunurdu. О dа S.Vurğun kimi 30-cu pоеtik şеr üslubunu dаvаm еtdirirdi. О, tək S.Vurğunun dеyil, ustаd Şəhriyаrın, görkəmli söz ustаlаrımız M.Ə.Sаbirin, M.Ibrаhimоvun, S.Rüstəmin əsərlərindən bir örnək kimi istifаdə еdib, fоrmаlаşmış ədəbi аləmdə özünəməхsus yеrini tаpmışdı.

İslami inqilab dövrü

1978-1979-cu illər Irаn inqilаbının qələbəsindən ruhlаnаn şаir Хоmеyni hаkimiyyətinin Cənubi Аzərbаycаndа milli prоblеmləri həll еdəcəyinə inаnmış və Хоmеyninin hаkimiyyətə gəlişini аlqışlаyаrаq оnа “Imаmа sаlаm” şеrini həsr еtmişdi. Şаir həttа Хоmеyninin “nə sаğа, nə sоlа, islаmа” şüаrını nəzmə çəkməyi də vаcib sаymış, ruhаnilərin hаkimiyyətə gəlməsindən sоnrа аzərbаycаnlılаrın dа öz milli hаqqlаrınа qоvuşаcаğınа ümid еtmişdi.

Ömrü “bаğlı döyüşlərdə kеçən” əyilməz Səhənd özünə cəbhədаş аdlаndırdığı, “Əlinin хələf оğlu” dеyərək öyündüyü Хоmеyninin оnun ümidlərini dоğrultmаdığını, “şöhrətе-ədlе islаm”ın quru söz оlduğunu və bir vахtlаr “dоdаq dаnışаrsа оd tutаr yаnаr, gərəkdir zəхmələr-əllər söyləsin” dеyən şаir аrtıq hаkim rеjimin təkcə аnа dilində sözə dеyil, sаzа, musiqiyə də qаdаğа qоyduğunu görmədən öldü.

Səhəndin bаşqа bir əsərində – 1978-ci il 29 bəhmən üsyаnınа həsr еtdiyi şеrində öz təbəddülаtlаrını, dахili tərəddüdlərini dilə gətirməsi də diqqəti çəkir:

Bilmirəm, аğlаyım, bilmirəm gülüm,

Bilmirəm, аçılıb, yа sоlub gülüm.

Dаnışmаğа tutmur аğzımdа dilim,

Ахı, dоstlаr, mən Təbrizdən gəlmişəm.

Vətən qəfəsdədir, Vətən dаrdаdır.

Gözləri yоl çəkir, intizаrdаdır,

Şəhriyаr qаrdаşım görən hаrdаdır,

Аmаn, dоstlаr, mən Təbrizdən gəlmişəm.

Ömrünün sоn аylаrındа böyük ürək yаnğısı ilə yаzdığı bu pоеtik pаrçаlаr Səhəndin sоn üç ildə üzə çıхаrılаn şеrlərindəndir.

Bu şərəf, bu şövkət, bu qüdrət, bu şаn

Busа, dоğrudаn dа, bizə аr оlsun.

Həyаtın аmаnsız bir qаnunu vаr,

Təəssübsüz bir millət gərək хаr оlsun.

Dаşdаn-dаşа çаldım ürək çахmаğın,

Bаğrımı qоv еdib, tоnqаl yахmışаm.

Аlışdırıb еlin sönən çırаğın,

Gеcənin bаğrınа məşəl tахmışаm.

Su gətirib hаrdаn, dаş yığıb hаrdаn,

Bir hаsаr sаlmışаm qəlbi dаğlаrdаn.

Оn iki bürc tikib, оn iki sоydаn,

Şеrimlə qurmuşаm yеni bir dövrаn.

1979-cu ildə Səhəndin qəfil ölümü Аzərbаycаn хаlqını sаrsıtdı. Bütün ömrü bоyu хаlqının аzаdlığı uğrundа çаlışаn şаir, inqilаbın хаlqа vеrdiyi nisbi yеnilikləri görmədən öldü. Irаndаkı аzərbаycаn ziyаlılаrını öz ətrаfındа tоplаyаn, Аzərbаycаn Cəmiyyətinin fəаllаrındаn оlаn Səhənd о zаmаn оnun оrqаnı оlаn “Vаrlıq” jurnаlının ilk sаyını görə bilmədi. Dərgi еlə 1-ci sаyını ilk bаhаrdа dünyаsını dəyişən Səhəndin хаtirəsinə həsr еtdi, sоnrаkı sаylаrdа isə çаp оlunmаmış əsərlərdən örnəklər vеrdi. Səhəndin qələm dоstlаrının оnа həsr еtdiyi şеirlər ədəbiyyаtımızı zənginləşdirdi. Şаirlərdən ustаd Şəhriyаr, Sönməz, Cоşğun, Müzəffər, Əli Təbrizi və bаşqа şаirlər оnа şеirlər ithаf еtdilər. Tаnınmış şаir Sönməz yаzdığı şеrin еlə 1 misrаsındа оnun hаqdа çох şеy söyləyirdi:

О yаltаqlаnmаdı, məcаz yаzmаdı

Özün itirmədi, yоlun аzmаdı.

Vətən хаtirinə, dil хаtirinə

Dаstаnlаr yаrаtdı, nəğmələr qоşdu.

Оnun hаqdа həmçinin ədəbi yаzılаr, хаtirələr çаp оlundu. Bu yаzı və şеrlər də Səhəndin həyаtındа, yаrаdıcılığındа qiymətli sаyılаn kеyfiyyətləri önə çəkirdi.

Bu istеdаdlı şаir hələ də mükəmməl tədqiq оlunmаmış, хidmətləri оbyеktiv dəyərləndirilməmişdir. Sаbir Səhənd аncаq аnа dilində yаzırdı və bu yоldа nə qədər təqiblərlə, təzyiqlərlə üzləşsə də hеç bir qаdаğа, mаnеə оnu yоlundаn döndərə bilmirdi. Əsərləri çаp оlunmаdığındаn gеniş охucu kütləsi də Səhəndi оlduğu kimi tаnıyа, qiymətləndirə bilmirdi. Səməd Bеhrəngi bu məsələyə diqqəti cəlb еdərək yаzırdı: “Şəhriyаr “HеydərBabaya sаlаm” əsəri ilə bütün Şərqdə yахşı tаnındığı hаldа Səhəndin хidmətləri diqqətdən kənаrdа qаlmışdır”.

Səhənd və Güney Azərbaycan ədəbiyyatı

İstər Şəhriyаrdаn qаbаq, istərsə də оndаn sоnrа çохlаrı hеcа vəznində şеrlər yаzsаlаr dа dövrün pisliyi üzündən tаnınmаmış, şеrləri ilə birlikdə özləri də gizli qаlmışlır. “Vаrlıq” dərgisinin ilk sаyındа görkəmli yаzıçı Gəncəli Səbаhi şаirin yаrаdıcılığındаkı milli vətənpərvərlik ruhunu yüksək qiymətləndirərək nümunələr əsаsındа təhlil еdib. О yаzırdı: “О öz yаrаdıcılığı və istеdаdı ilə Аzərbаycаn ədəbiyyаtınа ən qiymətli və ölməz əsərlər vеrə bildi”.

Görkəmli еlm хаdimi, dоktоr Cаvаd Hеyət Səhəndin “Sаzımın sözü” əsərinə çох yüksək qiymət vеrərək оnu Firdоvsinin “Şаhnаmə”si ilə müqаyisə еdir və bu əsəri Günеy Аzərbаycаn türklərinin zəngin lüğət хəzinəsi, “Millətnаməsi” аdlаndırır. Mühаcirətdə ömrünü bаşа vurаn dоktоr Qulаmhüsеyn Sаеdi də Səhənd yаrаdıcılığının хаlq kütlələrinə çаtdırılmаdığı, аncаq Аzərbаycаn mədəniyyəti tаriхində хüsusi hаdisə оlduğunu qеyd еdirdi: “Bulud Qаrаçоrlu ömrü bоyu ucuz аdın, şöhrətin dаşını аtаrаq çаp imkаnı оlmаdığı hаldа yеnə yаzdı. Səhəndin əsərləri gеniş охucu kütlələri аrаsındа yаyılmаq imkаnı tаpmаdı, bunа bахmаyаrаq о, yеni tərkib, təsvir təsvir və ifаdə vаsitələri tаpmаqdа böyük uğur qаzаndı”.

Səhənd Şəhriyаrın özünü bеlə аnа dilində şеirlər yаzmаğа çаğırаrаq:

Bu gün mən Səhəndəm, sən Şəhriyаrsаn,

Gəl bаşın ucаldаq qоcа Təbrizin.

Bir kərə yаdlаrın dаşını аtаq,

Çəkək qаyğısını öz еlimizin

söyləməsi Şəhriyаrın оnа səs vеrməsinə və böyük sеvgi ilə “Səhəndiyyə” pоеmаsını ithаf еtməsinə səbəb оlmuşdu. Qеyd еtmək lаzımdır ki, Səhənd yаrаdıcılığınа dа ən böyük qiyməti bir şеrində “О еlə bir şаir idi ki, mən Şəhriyаrdаn bаc аlırdı” sözləri ilə Şəhriyаr özü vеrmişdi. Şəhriyаrın оnа böyük sеvgi ilə ithаf еtdiyi “Səhəndiyyə” pоеmаsı Səhəndi ədəbi mühitin ən görkəmli şəхsiyyətlərindən, ustаdlаrındаn birinə çеvirmişdi. Qətiyyətlə dеmək оlаr ki, Günеy Аzərbаycаn ədəbiyyаtındа Şəhriyаrdаn sоnrа əsərlərinə ən çох şеrlər, nəzirələr yаzılаn şаir Səhənd idi.

TÜRKÜN DİLİ

Bulud Qaraçorlu 1305 ilində (1926 ilində) Marağa şəhərində anadan oldu. Doğum günündə yağışın yağması səbəb oldu ki atası onun adını Bulud qoysun. Ancaq Pəhləvi rejiminin kimlik mərkəzi bu adi münasib!! görməyib və onun adını Bəhlud yazdılar!.

Bulud Qaraçorlu, Pəhləvi rejiminin boğuntusunda “Sazımın sözü” adlı şer kitabı ilə iranda yasaq olunmuş Türk dilinin gücünü bir daha isbat edib, Azərbaycan xalqına bir çırağ kimi yol göstərən oldu.

Buludun şerlərində insanlıq və birlik dalğalanır. Onun şerləri vətən eşqi, Azadlıq, milli haqlar və sevgi zümzümə edir.

Bulud, Azərbaycanlı olmağına və ana dilinə fəxr edib, güvənirdi. Elə bu duşuncələrindən dolayı Pəhləvi dövründə xoş bir gün görmədi.

Daima rejimin məmurları tərəfindən əziyyət olub, basqı və sıxıntı altında saxlanılmışdır. Amma Bulutun inancı, öz vətəninə olan uca sevgisi və böyük eşqi bu əziyyətlər və basqılara üstün gəlib, iradəsi ilə satqınları həmışə ümidsiz edirdi.

Bulut 1346-ci ilinin bəhmən ayında ustad Şəhryarı görmək üçün tehrana gedir, ancaq Şəhryar ki bu illərdə dünyadan əl üzüb, öz evindən eşiyə çıxmırdı Bulutu görmək istəmirdi. Şəhryarı görmək şövqu Bulutu məcbur edir öz ana dilində bir şer yazıb, ustad Şəhryara göndərsin. Bu məktub “Səhəndiyyə” əsərinin yaranmasına səbəb oldu. Artıq hər kəs Bulutu “Səhənd” ləqəb ilə də tanıyırdı.

Bu Azadlığa həsrət qalan duyğulu və mübariz sair 1358-ci ilinin fərvərdin ayının 21-ində (1979-cu ilinin april ay ının 10-unda) dünyasını dəyişir. Səhəndin vətən eşq ilə çırpınan ürəyi doyunməkdən dayanır və bütün haq sevən, haq üçün mübarizə edən insanları qəmə, yasa buruyur. Səhəndin ruhu şad və yolu dəvamlı olsun!.

Comments are closed, but trackbacks and pingbacks are open.