Press "Enter" to skip to content

Buludxan xəlilov müasir azərbaycan dili fonetika

1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışır. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin dekanı seçilmişdir. 2011-ci ilin sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə təyin olunmuşdur. Filologiya elmləri doktoru, professordur.

XƏLİLOV BULUDXAN ƏZİZ OĞLU

Proqramlan: Müasir Azərbaycan ədəbi dili; Azərbaycan dili elminin tarixi və metodologiyası; Azərbaycan dilinin müasir problemləri; Müasir Azərbaycan dilinin fonetikası; Müasir Azərbaycan dilinin leksikologiyası; Müasir Azərbaycan dilinin morfologiyası; Azərbaycan dilinin tarixi; Türk dillərinin müqayisəsi və s.

1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olmuşdur. 1990-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində «C.Cabbarlı» adına olan yüksək təqaüdlə oxumuşdur. Bilik, bacarığına, həm də elmə olan böyük marağına görə Müasir Azərbaycan dili kafedrasının, o cümlədən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektorluğunun təqdimatı əsasında Təhsil Nazirliyinin təyinat bölgüsündə gənc mütəxəssis kimi Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasında saxlanılmışdır.

1992-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1994-cü ilin mart ayından müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında müəllim, 1996-cı ilin may ayından dosent, 2001-ci ilin iyul ayından professor vəzifəsində çalışır. 2006-cı il may ayının 12-də filologiya fakültəsinin dekanı seçilmişdir. 2011-ci ilin sentyabr ayının 30-da yenidən dekan vəzifəsinə təyin olunmuşdur. Filologiya elmləri doktoru, professordur.

B.Ə.Xəlilov 2001-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində yeni yaranmış «Dədə Qorqud» elmi-tədqiqat laboratoriyası»na rəhbərlik etmiş, 2011-ci ilin oktyabr ayına qədər bu vəzifəni icra etmişdir.

Prof.B.Ə-Xəlilov 1990-cı ildən indiyə kimi məzunu olduğu Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərir. Bu müddət ərzində o, laborantlıqdan professorluğa qədər ucalmışdır.

Pro£.B.Ə.Xəlilovun elmi fəaliyyəti çox sahəli, geniş və əhatəlidir. Onun 300-dən çox elmi, elmi-publisistik əsəri çap edilmişdir. Bunlardan 22-si monoqrafiya, dərslik və dərs vəsaitidir.

Azərbaycan dilçiliyinin, türkoloji dilçiliyin ən müasir məsələləri, problemləri

B.Ə.Xəlilovun elmi yaradıcılığının əsasını təşkil edir.

B.Ə.Xəlilov 1999-cu il iyunun 9-da «Azərbaycan dili» ixtisası üzrə (10.02.02) Bakı Dövlət Universiteti nəzdində filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiyaların müdafiəsini keçirən Təhsil Nazirliyi və Elmlər Akademiyasının Birləşdirilmiş (D.054.03.15) İxtisaslaşdırılmış Şurasının iclasında «Azərbaycan dilində fellərin fono-semantik inkişafı» mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru alimlik dərəcəsini almışdır. Onun doktorluq dissertasiyasında əldə olunmuş elmi nəticələr yeniliyi ilə diqqəti cəlb etmiş və türkoloji dilçiliyin nailiyyəti kimi qiymətləndirilmişdir.

İctimai fəaliyyəti: B.Ə.Xəlilov Respublikamızın ictimai həyatında fəal iştirak edir. İki dəfə 1999-cu və 2004-cü illərdə Nəsimi bələdiyyəsinə üzv seçilmiş, Sosial məsələlər daimi komissiyasına sədrlik etmişdir. 2006 – cı il dekabr ayının 26- da Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə

Prof.B.Xəlilov fəal ictimaiyyətçidir. Respublikanın televiziya kanallarında və radio verilişlərində dilimiz, ədəbiyyatımız və mədəniyyətimizlə bağlı müntəzəm çıxışlar edir.

O, Azərbaycan Dövlət Pedaqoji Universitetində I Türkoloji Qurultayın 75 ve 80 illiyi ile bağlı konfransm təşkilatçısı olmuş və hazırda da bu istiqamətdəki tədbirlərə xüsusi diqqət yetirir.

2009-cu ildə Azərbaycan Respublikasında referendum üzrə təşviqat qrupunun (“Tərəqqi”) təyinatı əsasında vəkil edilmiş şəxs olmuşdur.

2011-ci ilin Prezident təqaüdçüsüdür. (Yazıçılar Birliyinin üzvü kimi)

2011-ci ilin may ayının 23-də Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatı laureatı seçilmişdir.

2011- ci ilin dekabr ayında Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzi tərəfindən İrəvan Xanlığının tarixi və mədəniyyəti sahəsindəki xidmətlərinə görə fəxri diplomla təltif olunmuşdur.

2011-ci ildə (2-7 apreldə) Bakı şəhərində Fəal təlim və Müasir Təlim Texnologiyaları üzrə təlimdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirinin sertifikatını almışdır.

2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının üzvüdür.

2011- ci ildə “Mərhəmət elçisi” beynəlxalq ictimai – siyasi, analitik jurnal tərəfindən Azərbaycan milli ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə “Elm fədaisi” diplomu ilə təltif edilmişdir.

Kütləvi informasiya vasitələri tərəfindən 2013-cü ildə keçirilmiş sorğunun nəticələrinə əsasən vətəndaşlıq mövqeyi və əməli uğurlarına görə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin alimi” mükafatı laureatı olmuşdur.

2003-2004-cü illərdə AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvü olmuşdur. 2013-cü ildən yenidən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür.

Prof.B.Ə.Xəlilov “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasına rəhbərlik etdiyi müddətdə (2001-2011-ci illər) dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin, etnoqrafiyamızın, eləcə də pedaqoji və psixoloji dəyərlərimizin aktual olan tərəfləri araşdırılmışdır. Onun rəhbərliyi altında olan bu araşdırmaların elmi nəticələri “Dədə Qorqud” adlı (onun redaktorluğu ilə çap olunan) jurnalda çap olunmuşdur. “Dədə Qorqud” adlı elmi məqalələr toplusundan ibarət olan jurnalın 30 sayı işıq üzü görmüşdür.

Prof.B.Ə.Xəlilovun dekanlıq fəaliyyəti ADPU-nun filologiya fakültəsində bir sıra yeniliklərlə müşayiət olunur. Gənc nəslin mənəvi cəhətdən zənginləşməsi istiqamətində müntəzəm olaraq görkəmli şairlər, yazıçılar və ziyalılarla görüşlər keçirilir. ADPU-da ilk dəfə kredit sistemi (2006-cı ildə) filologiya fakültəsində tətbiq olunmuşdur. Kredit sistemin tələblərinə uyğun olaraq yeni tədris planları hazırlanmışdır. Bu istiqamətdə müəllimlər və tələbələr arasında tez-tez maarifləndirici söhbətlər aparılır. Filologiya fakültəsində bakalavr pilləsində üç (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi, fransız dili müəllimliyi), magistr pilləsində 10 ixtisas üzrə (Azərbaycan dili, Ümumi dilçilik, Azərbaycan ədəbiyyatı, Folklorşünaslıq və mifologiya, Xarici ölkələr ədəbiyyatı (türk xalqları ədəbiyyatı, dünya ədəbiyyatı), Ədəbiyyat nəzəriyyəsi, Azərbaycan dilinin tədrisi metodikası, Ana dilinin tədrisi metodikası, Ədəbiyyatın tədrisi metodikası, İngilis dili) mütəxəssis hazırlanır.

Əsərləri: 22 kitabın (dərslik, dərs vəsaiti, monoqrafiya), 7 tədris proqramının, 300-dən çox eyni əsərin müəllifidir. Onun 1995-ci ildə (5 ç.v. həcmində) «Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı» monoqrafiyası, 1996-cı ildə (6 ç.v. həcmində) «Azərbaycan dilində ikihecalı fellərin fono-semantik inkişafı» adlı dərs vəsaiti, 1998-ci ildə «Fellərin ilkin kökləri» monoqrafiyası (14 ç.v. həcmində), 1999-cu ildə «Birinci Beynəlxalq Türkoloji Qurultay» monoqrafiyası (11,5 ç.v. həcmində), 2000-ci ildə «Azəri» (tərcümə əsəri, 7,1 ç.v. həcmində, həmmüəlliflə) kitabı, 2000-ci ildə «Müasir Azərbaycan dilinin morfologiyası», I hissə (17,5 ç.v. həcmində) monoqrafiyası, 2001-ci ildə «Türkologiyanın intibah dövrü» adlı dərs vəsaiti (10,8 ç.v. həcmində), 2003-cü ildə «Azərbaycan dili 6-7» (16 ç.v. həcmində, həmmüəlliflə) və «Müasir Azərbaycan dilinin morfologiyası», II hissə dərsliyi (22,1 ç.v. həcmində), 2004-cü ildə «Azərbaycan dili: dünən, bu gün» (14,5 ç.v. həcmində) dərs vəsaiti, 2006-cı ildə «Türkologiyaya giriş» (24 ç.v. həcmində) 2007 – ci ildə “Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika” (19,3 ç. v. həcmində), 2007-ci ildə “Müasir Azərbaycan dilinin morfologiyası”, I hissə və “Müasir Azabaycan dilinin morfologiyası”, II hissə (təkrar nəşr), 2008 – ci ildə “Müasir Azərbaycan dilinin leksikologiyası (27, 6 ç. v. həcmində) dərslikləri, 2009 – cu ildə Mahmud Kaşğarinin “Divani lüğət – it – türk” əsərində etnonimlər” (6, 87 ç. v. həcmində), 2010-cu ildə “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi” (18, 37 c.v. həcmində), “224 qədim türk sözü” (21, 875 c.v. həcmində), 2013-cü ildə “Dil – söz çələngi” (11,3 c.v. həcmində), “Azərbaycan dili antologiyası” (40,5 c.v. həcmində), “Dil, ədəbiyyat, mədəniyyət” (30,25 c.v. həcmində) kitabları çap olunmuşdur.

Bu əsərlərin hər biri haqqında respublikanın nüfuzlu qəzet və jurnallarında onlarla müsbət rəy çap olunmuşdur.

3.Proqramlan: Müasir Azərbaycan ədəbi dili; Azərbaycan dili elminin tarixi və metodologiyası; Azərbaycan dilinin müasir problemləri; Müasir Azərbaycan dilinin fonetikası; Müasir Azərbaycan dilinin leksikologiyası; Müasir Azərbaycan dilinin morfologiyası; Azərbaycan dilinin tarixi; Türk dillərinin müqayisəsi və s.

Məqalələri: 300-dən çox elmi və elmi-publisistik məqalənin müəllifidir.

B.Ə.Xəlilovun elmi yaradıcılığının istiqamətlərindən biri dilimizin tarixi ilə bağlıdır. O, «Azərbaycan dilində təkhecalı fellərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı» (1995),

«Azərbaycan dilində ikihecah fellərin fonosemantik inkişafı» (1996), «Fellərin ilkin kökləri» (1998) kitablarında fellərin təşəkkül etdiyi ilkin kökləri bərpa etmiş və onların bir çoxu müxtəlif dillərlə müqayisə edilərək tutuşdurulmuşdur. Bu kitablarda amorf quruluşlu ilkin köklərin sinkretikliyi və onların amorfluqdan təkamül edərək iltisaqi quruluşa yiyələnməsi kimi hallar da tədqiqata cəlb olunmuşdur.

Prof.B.Ə.Xəlilovun elmi yaradıcılığında mühüm istiqamətlərdən biri də türkologiya ilə bağlıdır. Onun «Birinci Beynəlxalq Türkoloji qurultay» (1999), «Türkologiyanın intibah dövrü» (2001), «Türkologiyaya giriş» (2006) kitablarında XIX əsrdən başlayaraq XX əsrin 30-cu illərinə qədərki dövrdə milli türkologiyamızın bir sıra vacib məsələrinə geniş yer verilir. XIX əsrin, eləcə də XX əsrin (30-cu illərə qədər) milli türkoloqlarının bir qisminin türkologiya sahəsindəki fəaliyyətinə diqqət yetirilir.

O, arxiv materiallarına istinad edərək ilk dəfə olaraq I Türkoloji qurultayın stenoqrafik materiallarını izahlar və şərhlərlə çap etdirmişdir. Türkoloji istiqamətdə olan elmi yaradıcılığında türk dillərinin tarixi, quruluşu, təsnifi barəsində təhlillər aparılır, bu dillərin digər dil ailələri ilə qohumluğu barəsində mövcud olan cərəyanlar haqqında məlumat verilir, Ural-Altay cərəyanının yaranması, öyrənilməsi, müasir mövqeyi geniş izahını tapır.

Prof.B.Ə.Xəlilovun elmi yaradıcılığının ən böyük nailiyyətlərindən biri də müasir Azərbaycan dili və onun müasir problemləri ilə bağlıdır. Bu mənada «Azərbaycan dili» (VI-VII siniflər üçün, 2003), «Müasir Azərbaycan dilinin morfologiyası. I hissə» (2000), «Müasir Azərbaycan dilinin morfologiyası. II hissə» (2003), «Azərbaycan dili: dünən, bu gün» (2004), «Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya» (2007), “Müasir Azərbaycan dilinin leksikologiyası” (2008) kitabları ən qiymətli dərslik və dərs vəsaitləri kimi olduqca dəyərlidir. Bu kitablarda qrammatika, qrammatik quruluş, kök, şəkilçi, nitq hissələrinin təsnifi geniş şərhini və izahını tapır. Burada əsas, köməkçi, xüsusi və qeyri-müəyyən nitq hissələrinə gen-bol yer ayrılır.

«Azərbaycan dili: dünən, bu gün» (2004) kitabında Azərbaycan Respublikasının ideoloji istiqamətdə apardığı kursun tələblərinə və milli məfkurəmizə uyğun şəkildə ədəbi-bədii irsimizin, yaddaş tariximizin bəzi qaranlıq məqamları təhlil olunur. «Kitabi-Dədə Qorqud»un Sovetlər İttifaqı dövründə sovet ideologiyasının tələblərinə uyğun repressiya olunmasının kökləri, eləcə də həmin dövrdə Azərbaycan dilinə qarşı yönəlmiş təqib və təzyiqlərin səbəbləri geniş izahını tapır. Ədəbi-bədii irsimizə sovet rejiminin qərəzli mövqeyi ilə dilimizə qarşı tuşlanmış qərəzli münasibətin bir-biri ilə əlaqəli olduğu göstərilir və o dövrdə Azərbaycan dilinin repressiyaya məruz qaldığı diqqətdən yayınmır. Bundan başqa, Azərbaycan dilinin tətbiqi ilə bağlı problemlər qayğılar, faktlar əsasında, obyektiv və real təhlil düşüncəsi ilə verilir.

Prof.B.Ə.Xəlilov dilçiliyin ən vacib sahələri ilə bağlı bakalavr, xüsusilə də magistr pilləsi üçün proqramların yazılmasına da öz yaradıcılığında mühüm yer ayırır. Onun «Türk dillərinin müqayisəsi» (2002), «Müasir Azərbaycan ədəbi dili» (2002), «Müasir Azərbaycan ədəbi dilinin fonetikası» (2002), «Azərbaycan dilinin tarixi» (2005), «Azərbaycan dilinin müasir problemləri» (2005), «Azərbaycan dili elminin tarixi və metodologiyası» (2005) proqramları dilçilik elminin son elmi nailiyyətlərinə əsaslanaraq tərtib və çap olunmuşdur.

Prof.B.Ə.Xəlilovun çap etdirdiyi dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmiş, çoxlu sayda rəylər mətbuat səhifələrində çap olunmuşdur.

Prof.B.Ə.Xəlilov «Birinci Türkoloji qurultay», «Türkologiyanın intibah dövrü», «Türkologiyaya giriş», «Fellərin ilkin kökləri», “Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi”, “224 qədim türk sözü” və s. kitablarını xarici ölkələrə yaymış və onlardan istifadə olunur (Türkiyədə, Türkmənistanda və digər yerlərdə).

Prof.B.Ə.Xəlilov elmi kadrların-magistrlərin, namizədlərin yetişdirilməsində fəal iştirak edir. O, 8 magistrin rəhbəri olmuş, hal – hazırda 5 aspiranta, 9 dissertanta rəhbərlik edir. Onun aspirantlarından 3-ü müdafiə etmiş, 3-ü isə müdafiə ərəfəsindədir. Onlarla elmi əsərin rəsmi opponenti olmuşdur.

B.Ə.Xəlilov həm də elmi işlərin çapı üçün əlindən gələni əsirgəmir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin daxili nəşriyyatında çap olunan «Filologiya məsələlərinə dair tematik toplu» və «Dədə Qorqud» elmi məcmuələrinin redaktoru, «Pedaqoji Universitet Xəbərləri, humanitar elmlər seriyası» elmi jurnalının isə məsul katibidir.

B.Ə.Xəlilov Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jumalistlər Birliyinin və Yazıçılar Birliyindəki «İrs» komissiyasının üzvüdür.

B.Ə.Xəlilov 2001-ci ildə «İlin alimi» nominasiyasının, 2003-cü ildə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın gənc alimləri» Beynəlxalq layihəsinin qalibi olmuşdur. O, 2004-cü ildə Azad Qələmlər Cəmiyyəti tərəfindən Azərbaycan dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl qələm» fəxri mükafatı laureatı seçilmişdir. 2006-cı və 2009 – cu illərdə «Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «XXI əsrin ziyalısı» adına layiq görülmüşdür. 2009 və 2010-cu illərdə “XX – XXI əsrin yaradıcı və ziyalı insanları” sırasında yer alanlardan biri olmuşdur. 2009-cu ildə türk ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə Cümhuriyyətinin KIBATEK Akademik Üyesi diplomunu alıbdır KIBATEK Akademik Üyesi seçilmişdir.

2006-2007, 2007-2008-ci tədris illərində ADPU-da “İlin müəllimi”, 2008- ci ildə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur.

Elmi səfərləri: Prof.B.Ə.Xəlilov Respublikada və ondan kənarda dilçilik problemlərinə həsr olunmuş konfransında öz məruzələri ilə iştirak edir. Bişkekdə 1992-ci ildə Ufada 1994-cü ildə Ankarada 2006, 2007, 2008-ci illərdə Aşğabadda 2010-cu ildə və s.

2006 – cı ildə VII Uluslararası Türk dili Qurultayının iştirakçısı olmuş, məruzə ilə çıxış etmiş, eyni zamanda qurultayın bölmələrindən birinə sədrlik etmişdir.

Ailəlidir, iki övladı var.

More from my site

  • Fikrət Rzayev Söz konstruktorluğu kitabı
  • “Qədim vikinqin skeletinin və indiki azərbaycanlıların DNT-sinin analizi bu xalqların qohumluq əlaqələrinin olduğunu sübut etdi”
  • Араздан Турана китабына өн сөз
  • Dilənçi zənn edib qarşısına pul atdılar
  • Naxçıvani yaradıcılığında Ahəngdarlıq” kitabına müəllif Qadir Əliyevin sözönüsü.
  • Mistero contratto di tordesilias

Azərbaycan dilinin fonetikası

Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.

Danışıq səsləri iki cür olur: 1) sait səslər, 2) samit səslər.

Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.

Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.

Fonetika iki yerə ayrılır:

  1. orfoqrafiya — düzgün yazı qaydaları
  2. orfoepiya — düzgün tələffüz qaydaları

ƏLİFBA

Hərflərin müəyyən sıra ilə düzülüşü ƏLİFBA adlanır. Dilimizin əlifbasında 32 hərf var.
Hərflərdən 9-u sait, 23-ü isə samit səsi bildirir. Biz hərfləri yazır və görürük, səsləri tələffüz edir və eşidirik.
Ensiklopediyalarda, lüğətlərdə, mobil telefonlarda, məlumat kitabçalarında sözlər əlifba sırası ilə verilir.

«K» hərfi iki əsas səsi ifadə edir: k (iki) və k’ (k’yöok’) Bəzən tələffüzdə [q] səsi [k’] səsinə çevrilir: [dok’quz]. Bəzən isə [k] səsi [x’] səsini yaradır: (ələx’)

SAİT SƏSLƏRİN NÖVLƏRİ

Sait səslər aşağıdakı kimi təsnif olunur:

1. Dilin arxa və ön hissəsində deyilməsinə görə:

1) qalın saitlər ([a], [ı], [o], [u]);
2) incə saitlər ([ə], [e], [ö], [i], [ü]).

2. Dodaqların vəziyyətinə görə:

1) dodaqlanan saitlər ([o], [ö], [u], [ü]);
2) dodaqlanmayan saitlər ([a], [ə], [e], [i], [ı]).

Dodaqlanan saitlər bununla fərqlənir ki, onların tələffüzündə dodaqlar bir qədər irəli gələrək dairəvi şəkil alır.

3. Dilin üst damağa doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə:

1) qapalı saitlər ([ı], [i], [u], [ü]);
2) açıq saitlər ([a], [ə], [o], [ö], [e]).

SAMİT SƏSLƏRİN NÖVLƏRİ

Samit səslər cingiltili və kar olur.
Cingiltili samitlərin əmələ gəlməsində səs telləri iştirak edir, buna görə onlar səsdən və küydən ibarət olur. Cingiltili samitlər: [b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]

Kar samitlər yalnız küydən əmələ gəlir.
Kar samitlər: [p] [ç] [t] [k] [x] [ş] [k’] [f] [x’] [s] [h]

Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir, bununla yanaşı [l], [m], [n], [r] samitlərinin kar qarşılığı, [h] samitinin isə cingiltili qarşılığı yoxdur:

[b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z] –

[p] [ç] [t] [k] [x] [ş] [k’] — – — – [f] [x’] [s] [h]

SAİT SƏSLƏRİN TƏLƏFFÜZÜ

1. Eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur:
saat [sa:t], təəssüf [tə:ssüf], bədii [bədi:].

2. Müxtəlifcinsli qoşa saitlərin arasına [y] səsi daxil olur:
radio [radiyo], ailə [ayilə], zəif [zəyif]

3. Sözdə əa, üə, üa saitləri yanaşı gəldikdə birinci düşür, ikinci uzanır:
fəaliyyət [fa:liyət], müəllim [mə:llim], müavin [ma:vin]

4. Sözdə yanaşı gələn ea saitləri [iya] kimi tləffüz olunur:
teatr [tiyatr], okean [okiyan], ideal [idiyal]

5. Sözdə o və ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür o və ö saitləri uzanır: dovşan [do:şan]

6. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda, tələffüz zamanı həmin saitlər ahəng qanununa uyğun olaraq qapalı saitlərə ([ı], [i], [u], [ü]) səslərindən birinə çevrilir:
saxlayın [saxlıyın], nənəyə [nəniyə], babaya [babıya]

7. Dilimizdə uzanan saitlər də vardır:
dahi [da:hi], Füzuli [füzuli], vəsiqə [vəsiqə]
Yaxud: Çempion Adil [mədəni] oğlandır.
Uzaqdan neft [mə:dəni] görünürdü.

QEYD: ı və ü saitləri uzanmır.

SAMİT SƏSLƏRİN TƏLƏFFÜZÜ

1. Söz ortasında qq, pp, tt, kk samitləri yanaşı gələrsə, tələffüz zamanı onlardan biri dəyişir:
doqquz [dok’quz], tappıltı [tapbıltı], hətta[hətda], səkkiz [səkgiz]

2. Şəkilçinin tərkibində gələn qoşa yy samitlərindən biri tələffüz zamanı düşür:
ədəbiyyat — [ədəbiyat], fəxriyyə — [fəxriyə], cəmiyyət -[cəmiyət]

3. Söz sonunda qoşa samit işlənərsə, ona samitlə başlayan şəkilçi artırıldıqda qoşa samitin biri yazılır, biri isə düşür:
xətt [xətdən], sirr [sirlər], hiss [hislər]

4. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə ikincisi öz cingiltili qarşılığına çevrilir:
Avesta [avesda], istiqamət [isdiqa:mət]

5. Söz ortasında k səsindən sonra istənilən samit gələrsə, tələffüzdə k= x’ olur:
Məktəb [məx’təb], məktəbli [məx’təbli]

6. Söz sonunda b, d, g, c+q, k, z səsləri gələrsə, tələffüz zamanı onlar dəyişilir:
Palıd, tüfəng, ağac, qonaq, çiyələk, almaz
[Palıt, tüfənk, ağaç, qonax, çiyələx’, almas]

QEYD: Belə sözlərdə son samitin düzgün yazılışı üçün ona saitlə başlayan şəkilçi artırmaq lazımdır: palıd-a, tüfəng-ə, ağac-a.

7. Sonu q ilə qurtaran sözə saitlə başlayan şəkilçi artırdıqda

q = ğ olur: qonağ-a.

8. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi dəyişir, cingiltili samit gələrsə, dəyişmir:

iqtisadiyyat [ik’tisadiyat] istiqlaliyyət [istiqla:liyət]

9. Sonu k samiti ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda

k = y olur: çiçək; çiçəy-in, çiçəy-ə, çiçə-yi (bu, adətən, ismin yiyəlik, yönlük, təsirlik hallarında baş verir.)

10. Sözün birinci hecasında işlənən c səsindən sonra sammit işlənsə,c = j və yaxud c = ş olur:

əcdad [əjdat], ictimaiyət [iştimaiyət]

11. Üzv, üzr, hökm, rəhm, sədr kimi sonu iki samitlə bitən təkhecalı sözlərdən üzrlü, üzrsüz, rəhmli, rəhmsiz, sədrlik kimi sözlər düzəltdikdə üç samit yanaşı gəlir. Buna görə həmin sözlərdə iki samit arasına bir sait əlavə edilir və [üzürrü], [üzürsüz], [rəhimli], [rəhimsiz], [sədirrik’] kimi tələffüz olunur.

12. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlanan hər cür şəkilçi artırdıqda isə həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq — [doslux], neftçi — [nefçi], turistlər -[turislər], sərbəstlik — [sərbəslix’], süstlük — [süslüx’], poçtdan -[poşdan], üstdə — [üsdə]

AHƏNG QANUNU

Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.

Ahəng qanununa tabe olanlar: «qalın», «incə», «qanun»

Ahəng qanununa tabe olmayanlar: «ahəng»

Ahəng qanunu morfouoloji hadisədir, yəni həm fonetikaya, həm də morfologiyaya aiddir.

HECA

Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:

A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər:

A-i-lə, a-ta, u-şaq-lar

Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.

Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir

VURĞU

Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.

Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.

Vurğu qəbul etməyən şəkilçilər:

1) İsmin xəbərlik (şəxs) şəkilçiləri:
-am 2 , -san 2 , -dır 4 , -ıq 4 ,- sınız 4 , -dırlar 4 .

2) Soyad əmələ gətirən şəkilçilər: -ov, -yev, -ova, -yeva.

3) İsim düzəldən -gil şəkilçisi.

4) Felin inkar şəkilçisi: -ma 2

5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:

6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.

7) Feli bağlama şəkilçiləri: -madan 2 və -arkan 2 şəkilçisinin 2-ci hecası.

8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın 4

9) Şəxs-kəmiyyət şəkilçisi: -lar 2 .

İSTİSNA: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar 2 vurğu qəbul edir.

FONETİK TƏHLİL

Təhlil zamanı aşağıdakılar müəyyənləşdirilir:

  • Sözün səs və hərf tərkibi.
  • Sözün hecaları və vurğusu.
  • Sait səslər (qalın, incə; dodaqlanan, dodaqlanmayan; açıq, qapalı).
  • Samit səslər (kar, cingiltili).

QEYD: Təhlil zamanı; hərf, ahəng, heca, vurğu yazılışa, səs, sait, samit isə oxunuşa əsasən müəyyən olunur.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

  • Teqlər:
  • fonetika
  • , Azərbaycan dilinin fonetikası

Comments are closed, but trackbacks and pingbacks are open.