Press "Enter" to skip to content

Збек тилининг мазмуний синтаксиси, Нурмонов А, Махмудов Н, Ахмедов А, Солихўжаева С, 1992

Ўзбек тилининг мазмуний синтаксиси, Нурмонов А., Махмудов Н., Ахмедов А., Солихўжаева С., 1992.

SİNTAKSİS

1. Sintaksis mənşəyinə görə yunan sözü olub birləşmə, tər-ti-bat deməkdir. Qrammatikanın bir şö’bəsi kimi sintaksis sözlərin söz birləşmələri və cümlələr şəklində birləşmə qaydalarından bəhs edir. Sintaksis söz birləşmələri və cümlələr adlanan iki bö-yük hissədən ibarətdir.
Söz birləşmələri əşyalar arasında, əşyalarla əlamətlər, hərəkət-lər arasında əlaqələri ifadə edir və söz birləşmələri əmələ gətirən sözlər əvvəlki mə’nasını itirmir. Sözlərin sintaktik əlaqələr va-sitəsi ilə birləşməsi sayəsində əmələ gələn söz birləşmələrinin ma-hiyyətini, onların tipləri və əmələ gəlmə yollarını, birləşmədə işti-rak edən tərəflərin qrammatik əlamətlərini öyrənmək, söz bir-ləş-məsi ilə mürəkkəb sözün, cümlənin oxşar və fərqli cəhətləri ni aş-kar-lamaq sintaksisin ən zəruri məsələlərindəndir.
Sintaksisin məşğul olduğu sahələrdən biri və ən başlıcası cüm-lə problemidir. Bitmiş bir fikri ifadə edən ən böyük dil vahidi olan cümlənin quruluşca növləri, cümlə üzvləri, əlavə və xüsusiləş-mələr, qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan söz-lər, təktərkibli, cüttərkibli, bütöv və yarımçıq cümlələr, məqsəd və intonasiyaya görə sadə cümlənin növləri, budaq cümlənin rəngarəng növ və tipləri və s. bu kimi məsələlər sintaksisin əsas tədqiqat sahələridir.
Dil sistem xarakteri daşıyır və bu sistemi təşkil edən dil vahid-ləri (fonem, söz, söz birləşməsi, cümlə) özünəməxsus qanunauyğunluqla sıralanaraq dilin ümumi mənzərəsini təşkil edir. Bu sis-temin başlanğıcında fonem, sonunda isə cümlə dayanır. Demə-li fonem dilin ilk, özlüyündə heç bir mə’naya malik olmayan va-hidi, cümlə isə dilin son, ən mə’nalı vahididir. Söz birləşməsi bu silsilədə sözlə cümlənin sərhədində dayanır.
Söz birləşməsi də söz kimi dilin ad bildirmə vasitələri sahəsi-nə aid olub əşyaları, hadisələri, prosesləri və s. bildirir. Bu o deməkdir ki, söz birləşməsi sintaktik mövqeyinə, cümlədəki roluna və mə’nasına görə sözə yaxınlaşır və söz kimi cümləyə tikinti ma-terialı olaraq daxil olur.
2. Söz birləşmələri: Söz birləşməsi iki və ya daha artıq müs-tə-qil sözün mə`na və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir. Məs: qol saatı, göy çəmən, işə yarayan, məktəb direktoru və s.
3. Söz birləşmələrinin quruluşu: Bu birləşmələr quruluşuna gö-rə iki cür olur:
a) Sadə söz birləşməsi: Sadə söz birləşməsi iki müstəqil sözdən ibarət olur. Məs: dəniz kənarı, məktəb direktoru, qızıl üzük, şe`-ri əzbərləmək və s.
b) Mürəkkəb söz birləşməsi: Bu birləşmələr isə üç və ya daha artıq sözdən ibarət olur. Məs: qoşa qala qapıları, vətənin azad-lığı uğrunda vuruşanlar və s.
4. Söz birləşməsi və söz: Söz leksik kateqoriya, söz birləşmə-si isə qrammatik kateqoriyadır. Həm söz, həm də söz birləşmə-si ad bildirir. Məs: dağ, dəniz (söz); Xəzər dənizi, Qafqaz dağ-ları (söz birləşməsi). Bu cəhətdən sözlə söz birləşməsi arasında yaxınlıq var. Fərqlər aşağıdakılardır:
a) Jöz səslərdən (ata-a,t,a), söz birləşməsi sözlərdən əmələ gə-lir (ana dili-ana,dili).
b) Söz ümumən ad bildirir (üzük, kitab, oxumaq), söz birləş-məsinin tərkibində sözlərin mə`nası bir qədər konkretləşir və ona görə də söz birləşməsi sözə nisbətən konkret ad bildirir (qızıl üzük, kitab mağazası, mahnı oxumaq).
5. Söz birləşməsi və cümlə. Söz birləşməsi ilə cümlə arasında həm oxşar, həm də fərqli cəhətlər var:
Oxşar cəhətlər: a) həm söz birləşməsi, həm də cümlə sözlərdən əmələ gəlir. Məs: Baharın gəlişi (söz birləşməsi); Bahar gəlir (cümlə). b) həm söz birləşməsində, həm də cümlədə sözlərin sırası eyni olur. Məs: Uşaqlar dərsdən gələndə (söz birləşməsi); Uşaqlar dərsdən gəldilər (cümlə).
Fərqli cəhətlər: a) Söz birləşməsi bitmiş fikir ifadə etmir, cüm-lə isə bitmiş fikir ifadə edir. b) Söz birləşməsində intonasiya bitkinliyi yoxdur, cümlədə isə intonasiya bitkinliyi var. c) Söz birləşmələrində baş üzvlər olmur, cümlələrdə isə baş üzvlər olur və bunlar bir-biri ilə əlaqələnir. ç) Söz birləşməsi nitqin nisbətən kiçik, cümlə isə böyük vahididir. Söz birləşməsi də söz kimi cümlənin tərkibində işlənir, müstəqil ola bilmir. d) Söz birləşməsi bir sözdən ibarət ola bilmədiyi halda, cümlə bir sözdən ibarət ola bilir. Məs: Soyuq hava (söz birləşməsi); Soyuqdur (cümlə).
6. Söz birləşməsində əsas və asılı tərəflər. Söz birləşməsində söz-lərdən biri əsas, digəri isə asılı olur. Asılı söz əsas sözə tabe olub onu müxtəlif cəhətlərdən izah edir. Azərbaycan dilində söz birləşməsinin əsas sözü birləşmənin ikinci tərəfində, asılı söz isə birinci tərəfində olur. Ona görə də “asılı söz, əsas söz” əvəzinə daha çox “birinci tərəf, ikinci tərəf” ifadələrindən istifadə olunur. Məs: əlvan çiçəklər, uca dağ, vətəni qorumaq və s. Bu birləşmələrdəki “çiçəklər, dağ, qorumaq” sözləri əsas söz, yaxud ikinci tərəf, “əlvan, uca, vətəni” sözləri isə asılı söz, yaxud birinci tərəfdir.
7. Söz birləşmələrinin növləri. Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşməsinin iki növü var. 1) ismi birləşmələr (zəngin tor-paqlar, pəncərə şüşəsi); 2) fe`li birləşmələr (vətəni sevən, məktəbə getmək, evə gedəndə).
8. İsmi birləşmələr. İkinci, yə`ni əsas tərəfi adlarla (əsasən isim, sifət, say, eləcə substantivləşən-ismin xüsusiyyətlərini qəbul edən başqa sözlərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr de-yilir. Məs: yaşıl meşə, əsgərlərin beşi, dəmir iradə və s.
İsmi birləşmələrdə bir qayda olaraq birinci tərəf (asılı söz) ikinci tərəfi (əsas söz) izah, tə`yin etdiyindən həmin birləşmələrə tə`yini söz birləşmələri deyilir. Forma və mə`na xüsusiyyətlərinə görə tə`yini söz birləşməsi üç növə ayrılır.
9. Birinci növ tə`yini söz birləşmələri. Bu birləşmələrin əm-ə-lə gəlməsində heç bir formal əlamət, şəkilçi iştirak etmir. Məs: dəmir iradə, taxta qapı, yaşıl yarpaq və s.
Birinci növ ismi birləşmələrin ikinci tərəfi (əsas söz) adətən isimlə, birinci tərəfi (asılı söz) isə müxtəlif nitq hissələri ilə (isim, sifət, say, əvəzlik, fe`li sifət) ifadə olunur. Məs: dəmir qapı (isim, isim); şirin söhbət (sifət,isim); beşinci sinif (say, isim); bu ölkə (əvəzlik,isim); oyanan Şərq (fe`li sifət, isim).
Birinci növ tə`yini söz birləşmələrinin tərəfləri parçalanaraq ayrı-ayrılıqda cümlə üzvü olur. Birinci tərəf tə`yin ikinci tərəf isə cümlənin müxtəlif üzvləri rolunda çıxış edir. Məs: Yaşıl qələm yerə düşdü. Torpaq yol narahat idi.
Tərkibindəki sözlər mə`naca ayrılmağa imkan vermədikdə bi-rinci növ tə`yini söz birləşmələri bütövlükdə cümlənin üzvü olur. Məs: Yarım əsr bir igidin ömrüdür.
10. İkinci növ tə`yini söz birləşmələri. Birinci tərəfi şəkilçisiz (birinci tərəf qeyri-müəyyən yiyəlik halda olur), ikinci tərəfi 3-cü şəxsin mənsubiyyət şəkilçisi ilə (-ı,-i,-u,-ü) əmələ gələn ismi birləşmələrə ikinci növ tə`yini söz birləşməsi deyilir. Məs: Odlar yur-du, bahar fəsli, pəncərə şüşəsi və s.
İkinci növ birləşmələrin əsas xüsusiyyətləri aşağıdakılardır:
a) Bu birləşmələrin tərəfləri bir qayda olaraq isimlə ifadə olunur (əsgər anası, təyyarə gölgəsi və s).
b) Başqa nitq hissələrinə aid olan söz bu birləşmənin tərəflə-ri kimi işləndikdə substantivləşir, yə`ni ismin xüsusiyyətini qəbul edir (gözəllər gözəli, işləmək həvəsi, oxumaq arzusu və s).
c) Bu birləşmələrin tərəfləri arasına başqa söz artırmaq olmur. Məs: vətən torpağı, hava yolları və s.
ç) Bu birləşmələrin tərəfləri eyni zamanda cəmlənə bilmir. Bi-rinci tərəf cəm olanda ikinci tərəf tək (sular sonası, ellər gözəli), ikinci tərəf cəm olanda birinci tərəf tək olur (Qafqaz dağları, türk dilləri, Şərq ölkələri).
Qeyd: İstisna hallarda hər iki tərəf cəmlənə bilir. Məs: həm-karlar ittifaqları, atalar sözləri, elmlər doktorları və s.
İkinci növ tə`yini söz birləşmələrinin tərəfləri hissələrə ayrıl-mır və bütöv şəkildə cümlənin bir üzvü yerində işlənir. Məs: Gələn məktəb direktorudur. Qız qalası əzəmətlidir.
11. Üçüncü növ tə`yini söz birləşmələri. Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranan is-mi birləşmələrə üçüncü növ ismi birləşmələr deyilir. Məs: ağacın yar-pağı, kəndin yolları, Nizaminin poemaları və s.
Üçüncü növ birləşmələrin tərəfləri, əsasən, isimlərlə ifadə olunur. Başqa nitq hissələrinə aid sözlər bu birləşmənin tərəfləri ol-duqda isimləşir, yə`ni substantivləşir. Məs: oxumağın mə`nası, yolun uzunu, deyilənlərin çoxu və s. (oxumaq-məsdər, uzun-sifət, çox-saydır. Bu birləşmələrdə isimləşmişdir).
Üçüncü növ birləşmənin əsas xüsusiyyətləri aşağıdakılardır:
a) Hər iki tərəfinin şəkilçisi var. (Əlinin kitabı).
b) Bu birləşmənin ikinci tərəfi hər üç şəxsin mənsubiyyət şəkilçilərini qəbul edir. Məs: mənim qələmim, bizim qələmimiz; sənin kitabın, sizin kitabınız; onun dəftəri, onların dəftəri(ləri).
c) Bu birləşmənin tərəfləri arasına söz artırmaq olur. Məs: Nizaminin lirikası-Nizaminin fəlsəfi, ictimai və orijinal lirikası və s.
ç) Bu birləşmələrin tərəfləri həm ayrı-ayrılıqda, həm də hər ikisi eyni zamanda cəmlənə bilər. Məs: tarixlərin yadigarı, Bül-bü-lün mahnıları, natiqlərin çıxışları, çayların suları.
Üçüncü növ tə`yini söz birləşmələri hissələrə ayrılmadan cü-mlənin bir üzvü yerində işlənir. Məs: Evin qapısı açıldı.
Qeyd: Bə`zi hallarda üçüncü növ tə`yini söz birləşməsinin birinci tərəfi I və II şəxs əvəzlikləri ilə ifadə olunur, lakin ikinci tə-rəfdə buna uyğun şəkilçi işlənmir. Məs: bizim qızlar, sizin dağ-lar və s. Belə birləşmələri ayırıb birinci tərəfi tə`yin, ikinci tərəfini isə sualına müvafiq cümlə üzvü kimi təhlil etmək lazımdır. Məs: Bizim uşaqlar dərsə gecikmişdilər.
12. Fe`li birləşmələr. İkinci, əsas tərəfi fe`lin təsriflənməyən for-maları (məsdər, fe`li sifət və fe`li bağlamalar) ilə ifadə olunan söz birləşmələrinə fe`li birləşmələr deyilir. Məs: məktəbə getmək (məsdər), məktəbə gedən (fe`li sifət), məktəbə gedəndə (fe`li bağlama).
Fe`li birləşmələrin ikinci tərəfinin bu fe`l formalarından han-sı ilə ifadə olunmasının bir o qədər də fərqi yoxdur. Əgər fe`li birləşməyə misal söyləmək lazım gələrsə, fərq qoymadan onların hər birindən nümunə vermək olar. Məs: yaxşı oxumaq, yaxşı oxu-yan, yaxşı oxuyanda və s.
Fe`li birləşmələrin ikinci tərəfləri fe`llə ifadə olunduğundan hə-rəkət bildirir, birinci tərəf isə həmin hərəkəti müxtəlif cəhətlərdən izah edir. Məs:
a) Birinci tərəf hərəkətin subyektini bildirir (uşaqlar gülər-kən)
b) Birinci tərəf hərəkətin obyektini bildirir (tamaşaya bax-maq)
c) Birinci tərəf hərəkətin yerini bildirir (dağlara qalxmaq)
ç) Birinci tərəf hərəkətin zamanını bildirir (səhər oyanmaq)
d) Birinci tərəf hərəkətin kəmiyyətini bildirir (az danışmaq)
e) Birinci tərəf hərəkətin tərzini bildirir (durub baxmaq)
ə) Birinci tərəf hərəkətin səbəbini bildirir (işləyib yorulmaq)
Fe`li birləşmələrə tərkiblər də deyilir. Tərkiblər əsas tərəf-lə-rin (ikinci tərəf) adları ilə adlanır.
Qeyd: Birləşmələrdə iki tərəf (tabe olan və tabe edən) və iki söz olur. Tərkiblərdə isə sözlərin miqdarı çox olur. Birləşmə və tər-kiblərin cümlədə rolu onların əsas tərəfləri olan fe`li bağlamanın, fe`li sifətin və məsdərin cümlədəki rolu kimidir.
13. Fe`li bağlama tərkibləri. Əsas tərəfi fe`li bağlama ilə ifa-də olunan tərkiblərə fe`li bağlama tərkibləri deyilir. Məs: Qür-bət-də xan olunca, Vətənində dilən,gəz.
14. Fe`li sifət tərkibləri. Əsas tərəfləri fe`li sifətlərlə ifadə olu-nan birləşmələrə fe`li sifət tərkibləri deyilir. Məs: Özünü xalqdan üstün tutanları xalq sevmir.
15. Məsdər tərkibləri. Əsas tərəfi məsdərlə ifadə olunan tər-kib-lərə məsdər tərkibi deyilir. Məs: İnsana yalan demək yaraşmaz.
Fe’li birləşmələr təhlil zamanı parçalanmır və bütöv halda cümlənin müəyyən bir üzvü vəzifəsində işlənir.

Ўзбек тилининг мазмуний синтаксиси, Нурмонов А., Махмудов Н., Ахмедов А., Солихўжаева С., 1992

Ўзбек тилининг мазмуний синтаксиси, Нурмонов А., Махмудов Н., Ахмедов А., Солихўжаева С., 1992.

Бу китобда узбек тилидаги синтактик бирликларнинг таркиби, энг муҳим синтактик бирликлар — содда гап ҳамда қўшма гапларнинг мазмуний тузилиши, унинг шаклий-грамматик тузилишга муносабати, бундаги мувофиқлик ва номувофиқлик таҳлил этилади. Монография тилшунослар, олий ўқув юртининг ўқитувчилари ва талабаларига мулжалланган.

СИНТАКСИС ПРЕДМЕТИ.
Синтаксис, грамматика фанининг бир кисми сифа-тида, тилнинг синтактик цурилишини урганади. Тилнинг синтактик курилиши синтактик бирликлар (единицалар)да намоён булади. Синтактик бирликларни тахлил килиш орцали муайян тил синтактик курили-шига хос хусусиятлар аникланади. Демак, синтактик бирликлар тушунчаси синтаксис фанининг асосий, марказий тушунчасидир. Синтаксис фани синтактик бирликларнинг турлари ва уларнинг хосил булиш йулла-ри тутрисида коидалар тайинлайди.

Бесплатно скачать электронную книгу в удобном формате, смотреть и читать:
Скачать книгу Ўзбек тилининг мазмуний синтаксиси, Нурмонов А., Махмудов Н., Ахмедов А., Солихўжаева С., 1992 – fileskachat.com, быстрое и бесплатное скачивание.

Скачать djvu
Ниже можно купить эту книгу по лучшей цене со скидкой с доставкой по всей России. Купить эту книгу

Comments are closed, but trackbacks and pingbacks are open.