Mövzu Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi
–kənd ərazilərinin inkişafına, kənd yerlərində informasiya–kommunikasiya texnologiyalarının genişlənməsinə şərait yaranır;
Vyanada Azərbaycan-Avstriya iqtisadi əlaqələrinin tarixinə dair məruzə təşkil edilib (FOTO/VİDEO)
Sentyabrın 22-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriya arasında iqtisadi əlaqələrin tarixinə həsr olunmuş məruzə axşamı təşkil olunub.
Trend xəbər verir ki, tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova iki ölkə arasında mədəni və iqtisadi əlaqələrin tarixinə toxunub və bildirib ki, Azərbaycan Mədəniyyət Mərkəzi mütəmadi olaraq hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin tarixinə dair məruzələr təşkil edir, eləcə də gənc sənətçilərin bir araya gəldiyi mədəni tədbirlərə geniş yer verir. Qeyd edilib ki, iki ölkə arasında əlaqələrin tarixində iz buraxmış şəxslər arasında baron Alfred fon Vakanonun da adı var.
Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd edildiyi 2022-ci ildə qarşılıqlı əlaqələrin müxtəlif aspektlərinə həsr olunmuş tədbirləri yüksək qiymətləndirib. O bildirib ki, iki ölkə arasında əlaqələrin tarixi 15-ci əsrə gedib çatır, həmin dövrdə – 1473-cü ildə kayzer III Fridrix öz elçilərini Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayına göndərir, onların arasında diplomatik yazışmalar baş tutur. Bu əlaqələrin sonrakı əsrlərdə davam etdirildiyini və 19-cu əsrin sonunda Avstriya-Macarıstan imperiyasının Bakıda fəxri konsulluğunun açıldığını diqqətə çatdıran səfir müstəqillik dövründə münasibətlərin sıx inkişafına yeni imkanlar açıldığını bildirib. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Avstriyaya, eləcə də Avstriya Prezidenti Haynts Fişerin Azərbaycana səfərləri ilə bu əlaqələrin daha da möhkəmləndiyi, mədəni, iqtisadi, kənd təsərrüfatı, sosial-humanitar və digər sahələri əhatə etdiyi diqqətə çatdırılıb.
Sonra tanınmış aparıcı, “Bakının sirləri” verilişinin müəllifi və aparıcı, şərqşünas və araşdırıcı Fuad Axundov baron Alfred fon Vakano (1846-1929) barədə məruzə ilə çıxış edib. İlk növbədə, 19-cu əsrin sonu – 20-ci əsrin əvvəlində neft bumu sayəsində Bakıda baş vermiş sürətli inkişafdan bəhs edən F.Axundov burada əhali sayının artmasının, sənaye və mədəniyyət mərkəzinə çevrilməsinin bu şəhərə iqtisadi marağın artması ilə nəticələndiyini vurğulayıb. Həmin dövrdə çar Rusiyasının Samara şəhərində pivə zavodlarına malik avstriyalı iş adamı baron Alfred fon Vakano öz pivə imperiyasının genişləndirilməsi çərçivəsində Bakıya xüsusi diqqət ayırır. Bu günə kimi də məşhurluğunu itirməyən “Jiquli“ pivəsinin bir brend kimi əsasını qoyan A. fon Vakano Samara şəhəri ilə yanaşı müxtəlif regionlarda pivə zavodları açır, eləcə də işçilərin sosial təminatını yaxşılaşdırmaq üçün xəstəxana, məktəb, elektrik stansiyaları qurur. Onun 1908-ci ildə Bakıda indiki Zığ qəsəbəsində açılan pivə zavodu öz dövrü üçün Rusiya imperiyasının ən müasir müəssisəsi hesab edilirdi. A. fon Vakano bu müəssisədə istehsal olunmuş məhsulların daşınması üçün at arabaları, vaqonlar, kiçik gəmilərə sahib idi və geniş şəbəkə vasitəsilə imperiyanın ucqarlarına kimi məhsul göndərə bilirdi. Alfred fon Vakanonun mülkiyyəti sovet dövründə müsadirə edildikdən sonra da Bakıdakı zavod 1978-ci ilədək fəaliyyətini davam etdirmişdir.
Tədbirdə iştirak edən Alfred fon Vakanonun nəticəsi Vilhelm Lovrek göstərilən diqqətə görə təşəkkür edib, ulu babasının işgüzar və xeyriyyəçilik fəaliyyəti barədə danışıb.
Mövzu Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi
Mövzu 1. Əkinçiliyin əsas məsələsi inkişaf tarixi və digər elmlərlə əlaqəsi
- Əkinçilik əsas istehsal sahəsi kimi.
- Əkinçiliyin məqsədi və qarşısında duran vəzifələr.
- Əkinçiliyin inkişaf tarixi.
- Əkinçiliyin digər elmlərlə əlaqəsi.
- Məmmədov Q.Ş., Cəfərov A.B., Mustafayeva Z. – Əkinçilik və bitkiçiliyin əsasları, Bakı, “Elm” nəşr., 2008
- Babayev A.H. Ekoloji kənd təsərrüfatını əsasları. Dərslik . Bakı 2011.
- Hüseynov M.M., İbrahimov A.Q., Həsənova A.O. – Aqronomiyanın əsasları, Bakı, Araz nəşr., 2015
- Hacıyev C.Ə., Hüseynov M.M. – Əkinçilik, Bakı, Araz nəşr., 2009
- Ю.А.Овсянников- Теоретические основы эколого-биосферного земледелия , Екатеринбург Издательство Уральского Университета 2000
- В.Г. Ларешин, Н.Н. Бушуев, В.Т. Скориков, А.В. Шуравилин- Сохранение и повышение плодородия земель сельскохозяйственного назначения,Москва 2008
Əkinçilik və onun tarixinə müxtəlif nöqteyi-nəzərlərdən baxmaq mümkündür: iqtisadi nöqteyi-nəzərdən, əkinçilik torpaqdan əmək predmeti və əmək vasitəsi kimi istifadə formasıdır, siyasi nöqteyi-nəzərdən o, torpaq-mülkiyyət münasibətlərinin və tor-paq üzərində mülkiyyət formalannın inkişaf tarixidir. Aqronomik nöqteyi-nəzərdən əkinçilik torpağın becərilməsinin qayda və vasitələrinin məcmuyu, əkinçiliyin tarixi isə əkinçilik sistemləri-nin bir-birini ardıcıl əvəz etməsidir.
İnsan yarandığı dövrdən təqribən iki-üç milyon il ərzində, təbiətin verdiyi nemətlərlə dolanmış, ovçuluq və yığıcdıqla məş-ğul olmuş, torpaqdan istifadəyə ehtiyac duymamışdır. Alimlər bunu planetdə əlverişli iqlim şəraiti və bu səbəbdən də bitki və heyvanlann çoxluğu ilə izah edirlər. Əkinçilik və heyvandarlığm yaranması bir sıra səbəblərlə, o cümlədən insan cəmiyyətinin tə-kamülü və planet miqyasında baş verən təbii proseslərlə bağlı ol-muşdur.
Daş dövrünün sonlarmda, təxminən 100 min il əvvəl qlobal iqlimin soyuqlaşması, 13 min il əvvəl isə əksinə kəskin istiləş-məsi baş verir. Bu proses buzlaqların əriməsi, Dünya okeanı sə-viyyəsinin qalxması, səhralaşma (Şimali Afrikada və Mərkəzi Asiyada səhralann yaranması) və bütövlükdə Biosferdə dəyi-şikliklərlə müşahidə olunurdu. Eyni zamanda, insanların sayca artımı, həmçinin təbii ov sahələrinin azalması, ərzaq qıthğının yaranması səbəbindən təqribən 10-12 min il əvvəl ovçuluq və yığıcılıqla məşğul olan insan qrupları əkinçilik və heyvandarlıq fəaliyyətinə keçmək məcburiyyətində qalmışlar. Bununla da bə-şər tarixində “neolit inqilabı” adlanan hadisə baş verir. Onun mahiyyəti insan cəmiyyətində əmək predmetlərinin dəyişməsi və təbiətdə mövcud olmayan ərzaq məhsulları istehsalına əsaslı şə-kildə kecilməsi idi. Yəni bu dövrdə insanlar təbiətin asılılığından azad olmuş, özlərinə lazım olan məhsullann istehsalına başla-mışlar. Lakin bu proses bütün xalqlarda eyni zamanda baş ver-məmişdir. Bəzi xalqlar bu tarixi mərhələyə tez, bəziləri ısə gec qədəra qoymuşlar. Azərbaycanın Naxçıvan, Gəncə ətrafında, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit dövrü abidələrindən daş toxalarm, oraq dişlərinin tapılması qədim əc-dadlarımızm əkinçiliklə məşğul olduğunu göstərir.
Beləliklə, yığıcılıqla məşğul olan insanlar yeni və mühüm təsərrüfat sahəsi olan əkinçiliyi kəşf etdilər. Onlar yerə düşən to-xumun cücərməsi və zoğ atmasını müşahidə etmişdilər. Topla-dıqları toxumları yerə səpərək, ondan məhsul alırdılar. Əmək aləti kimi bu zaman sümükdən, buynuzdan və daşdan ucluq bər-kidilmiş ağacdan – toxadan istifadə edirdilər.
Bu dövrdə əsas əmək aləti toxa olduğu üçün ilk əkinçilik toxa əkinçiliyi adlanır. Toxa ilə yalnız kiçik torpaq sahələri yum-şaldılıb becərilirdi. Toxa əkinçiliyi ilə çay vadilərində, su mən-bəyinə yaxın olan münbit torpaqlı sahələrdə məşğul olurdular. Ən qədim əkinçilərin məskənləri daha əlverişli şəraitə malik olan Ön Asiya ərazisindədir. Burada arpa və buğda əkilirdi. Əkinçilik sonralar Ön Asiyadan qonşu ölkələrə yayılmışdır. Azərbaycanda toxa əkinçiliyinin tarixi Eneolit dövrünə, e.ə.VI-IV minilliklərə gedib çıxır.
Erkən tunc dövründə əkinçilikdə yeni mərhələ başlandı. Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olundu. Toxa ilə geniş tor-paq sahələrini şumlamaq mümkün deyildi. Ona görə də əkinçilər daha mükəmməl alət – xışı ixtira etdilər və bununla da xış əkin-çiliyi adlanan əkinçiliyin yeni tarixi-təsərrüfat forması yarandı. Xış ağacdan hazırlanırdı. Əvvəlcə xış ilə yeri şumlamaq üçün bir neçə adamın gücündən istifadə olunurdu. Bir nəfər isə xışı dar-tanların arxasmca gedir və dəstəyi yerə bərk basırdı ki, onu daha dərindən şumlamaq mümkün olsun. Öküzlərin xışa qoşulması əkin işini asanlaşdırdı və daha geniş torpaq sahəsini şumlamağa imkan verdi. Bu ağır iş olduğundan xış əkinçiliyi ilə yalnız kişi-lər məşğul olurdu. Ən əhəmiyyətli hadisə isə odur ki, Erkən Tunc dövründə birinci böyük ictimai əmək bölgüsü meydana gəl-miş, yəni əkinçilik maldarlıqdan ayrılmışdır. Azərbaycanda xış əkinçiliyinə keçid Erkən Tunc dövründə e.ə.IV minilliyin ikinci yarısmdan III minilliyin sonuna qədər davam etmişdir.
Sonra xış dəmir kotanla əvəz edildi və bu da əkinçiliyin ko-tan əkinçiliyi tarixi-təsərrüfat formasının yaranmasma gətirib çı-xartdı.
Sivilizasiyanın bütün tarixi inkişaf mərhələlərində kənd təsərrüfatı əhalinin ərzaq məhsullarına, yüngül və yeyinti sənayesinin isə xammala tələbatını ödəyən əsas istehsal sahəsi olduğuna görə, onun inkişaf dərəjəsi, hər bir ölkənin iqtisadiyyatının və əhalisinin yaşayış səviyyəsinin əsas göstərijisi hesab edilir.
Dünyada əhalinin ərzaq təminatında jiddi problemlərin yaşandığı hazırki dövrdə bir çox ölkələrdə kənd təsərrüfatı ən qabaqjıl «jəbhə» adlandırılır və hətta o, müdafiəyə sistemi ilə eyni əhəmiyyətli sahə kimi dəyərləndirilərək, dövlət siyasətinin vajib prioriteti sayılır.
Kənd təsərrüfatı bir-biri ilə qarşılıqlı əlaqədə olan və biri digərinin işini tamamlayan bitkiçilik (əkinçilik) və heyvandarlıq sahələrini əhatə edir.
Məhsul istehsalı bitkiçilikdə yüksək məhsuldar bitki növlərinin və sortlarının bejərilməsinə, heyvandarlıqda ev heyvanlarının bəslənilməsi və onların həyati funksiyalarından istifadə olunmasına, əkinçilikdə isə bitkiçiliyin və heyvandarlığın inkişaf etdirilməsi üçün ərazinin torpaqlarından səmərəli istifadəyə əsaslanır.
Təbiətdə anjaq yaşıl bitkilər xlorofilin iştirakı ilə qeyri- üzvi maddədən, günəş şüasının kinetik enercisini potensial enerci formasında özündə toplayan üzvi maddələr yaratmaq qabiliyyətinə malikdirlər.
Bitkiçilikdə istehsal olunan məhsullar insanlar üçün qida, heyvanlar üçün yem mənbəyidir. Öz növbəsində heyvandarlıqda əldə edilən tullantılar, ilk növbədə peyin, torpağınmünbitliyini artırmaq üçün üzvi gübrə kimi geniş istifadə olunur.
Günəş şüası yerin səthinə sutka və il ərzində, həm də joğrafi en dairəsindən asılı olaraq qeyri-bərabər paylanır. Ona görə də, əkinçilikdə istehsal prosesi, digər sahələrdən fərqli olaraq, mövsümi xarakter daşıyır və burada ərazi, istehsalın həjmini müəyyən əsas amil sayılır.
Əkinçilikdə torpaq əsas və əvəzolunmaz istehsal vasitəsidir və o təbiiliyi, əvəzolunmazlığı, ərazi jəhətdən məhdudluğu, düzgün istifadə olunduqda öz keyfiyyətini daha da yaxşılaşdırmaq kimi xüsusiyyətləri ilə digər istehsal vasitələrindən fərqlənir.
Əkinçilik ilk dövrlərdə ümumən kənd təsərrüfatını xarakterizə etmiş, heyvandarlıq müstəqil sahə kimi inkişaf etdikdən sonra isə bütün bitkilər üçün torpağın bejərilməsi, alaq bitkilərinə qarşı mübarizə, bitkilərin növbələşdirilmiş qaydada bejərilməsi tədbirlərini öyrənən ümumi əkinçilik və ayrı-ayrı bitkilərin müxtəlif növlərini və sortlarını, onların bioloci xüsusiyyətlərini və bejərilmə aqrotexnikasını öyrənən xüsusi əkinçilik formalarında mövjud olmuşdur.
Hazırda ümumi əkinçilik sadəjə olaraq əkinçilik, xüsusi əkinçilik isə bitkiçilik adlanır. Müasir dövlət standartına görə əkinçilik, kənd təsərrüfatı bitkilərinin bejərilməsi üçün torpaqdanistifadə qaydasına əsaslanan bitkiçilik sahəsidir.
Əkinçiliyin tərkib hissəsinə bitkilərin həyat amillərinə tələbatının öyrənilməsi və yaşayış şəraitinin optimallaşdırıl ması, enerci yə qənaətediji və torpaqmühafizəli bejərmələ rin aparılması, alaq bitkilərinin öyrənilməsi və onlara qarşı düzgün mübarizə tədbirlərinin seçilməsi, bitkilərin elmi əsaslandırılmış qaydada növbələşdirilməsi və ərazinin torpaq- iqlim şəraitinə uyğun əkinçilik sistemlərinin işlənməsi daxildir.
Əkinçiliyin əsas məsələsi, ən az əmək və vəsait sərf etməklə, vahid əkin sahəsindən daha yüksək və keyfiyyətli məhsul əldə etmək və torpağın potensial münbitliyini artırmaqdan ibarətdir. Bu məsələ torpaqdanistifadəni yaxşılaşdırmaq, torpağın effektiv münbitliyini artırmaq, bejərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və bitkiçilik məhsulları istehsalını yüksəltməklə həyata keçirilir.
Əkinçilik elminin müasir inkişaf səviyyəsi, əkin sahələrindən səmərəli istifadə etmək və torpağın potensial münbitliyini yüksəltməklə, kənd təsərrüfatı məhsullarına bazarın tələbatının ödənilmə dərəjəsi ilə müəyyən edilir.
Əkinçilik elminin mənimsənilməsi nətijəsində torpağın münbitliyini artırmaq və onu qoruyub saxlamaq; səmərəli enerci- və ehtiyataqənaətediji torpaqbejərmə sistemini düzgün seçmək; alaqlara, xəstəlik və zərərverijilərə qarşı tədbirlər sistemini hazırlamaq və həyata keçirmək; növbəli əkinlərin səmərəli sxemlərini və mənimsənilmə planını tərtib etmək, onları aqroekoloci qiymətləndirmək; yerinə yetirilən bütün tarla işlərinin keyfiyyətinə nəzarət etmək və aqroekoloci şəraitə görə uyğunlaşan landşaft əkinçilik sistemlərini işləyib həyata keçirmək mümkündür.
Əkinçilik insanların ilk məişət quruculuğu dövrlərindən başlayaraq, onların uzunmüddətli tarixi inkişafı nəticəsində meydana gələn ən qədim istehsal fəaliyyəti növüdür.
İnsanlar əkinçiliklə cır meyvələr yığmaqdan və ov etməkdən əl çəkərək, özlərinin qida kimi istivadə etdikləri bitkildəri «becərmək» üçün əmək sərf etdikləri vaxtdan məşğul olmağa başlamışlar.
Dünyanın müxtəlif yerlərində aparılan arxeoloji qazıntılarla müəyyən edilmişdir ki, əkinçilik ilk dəfə subtropik qurşağın dağ vadilərində və yaylaqlarda mövcud olmuşdur.
N.İ. Vavilov əkinçiliyin tarixini bizim eradan əvvəl III-VII minilliyə aid etmiş və onun ən qədim mənbələrini Yaxın Asiya ölkələri, Şərqi və dağlıq Çin vadiləri, Meksika və Peru olduğunu göstərmişdir.
İnsanların qədim yaşayış məskəni hesab edilən Hindistan, Çin, Suriya, Ərəbistan, Misir, Meksika, Peru, Orta Asiya və Zaqafqaziya ölkələrində əkinçiliyin tarixi daha qədim dövrlərə təsadüf edir. Həmin dövrdə insanlar köçəri həyat tərzi keçirməklə, eyni zamanda köçəri əkinçiliklə məşğul olmuş və bu zaman lazımi bitkilərin seçilib yayılmasında xeyli təcrübəvi biliklərə malik olmuşlar.
Sonrakı dövrlərdə əhalinin sayının get-gedə artması qəbilə və tayfaların oturaq həyat tərzi ilə yaşamalarına səbəb olmuşdur. Bu zaman torpaqdan istifadə qaydası dəyişdirilərək sahələr meşə, otlaq və əkin yerlərinə bölünmüşdür ki, bu da həmin dövr üçün torpaqdan səmərəli istifadə forması hesab edilə bilər.
Əkinçilik elminin yaranması və inkişafı ictimai- tarixi formasiyaların inkişaf tarixi ilə əlaqədardır. Əkinçiliyin inkişaf tarixində ilk yazılı sənəd Mesopotomiyada mövcud olmuş Şumer dövləti vaxtına təsadüf edir. Dəclə və Fərəc çaylarının qovuşduğu ərazidə yerləşən Mesopotomiyada b.e.ə. IV minillikdə torpaqları suvarmaq üçün irriqasiya tikintisi şəbəkələri yaradılmışdır. Ayrı- ayrı bitkilərin səpinindən məhsulunun yığılmasına qədər olan müddətlərdə tarla işlərinirn yerinə yetirilməsi üçün məsləhətlər verən «Əkinçiliyin gündəliyi» adlı ilk yazılı sənəd Şumer dövlətinin tarixinə aiddir.
Qədim Misirdə əkinlərin suvarılmasında Nil çayının lilli suyundan istifadə olunması və eyni zamanda təbiət elmlərinin təşəkkül tapması öz növbəsində əkinçiliyin inkişafına müsbət təsir göstərmişdir.
B.e.ə.ıı-ııı minillikdə Yunanıstanda Hesiod və Teofrast, Romada isə Katon, Varron, Kolumel və Pliniy öz əsərlərində ilk dəfə əkinçiliyə dair müasir dövr üçün maraqlı tarixi material hesab edilən, lakin həmin dövr üçün təcrübəvi əhəmiyyəti olan qiymətli fikirlər söyləmişdir.
Hesiod öz əsərlərində torpağın becərilməsi, kotanın hazırlanması və kənd təsərrüfatı işlərinin təqvimi haqında, Teofrast isə bitkilərin təsnifatına və onların becərilməsinə dair məlumatlar vermişdir.
Katon tarlaçılıq, çəmənçilik, üzümçülük və məhsulların emalı texnologiyası üzrə praktiki məsləhətlər verən qeydlər etmiş və torpağın becərilməsinin və gübrələnməsinin əhəmiyyətli rol oynamasını göstərmişdir.
Varron birinci olaraq əkinçiliyi elm elan etmiş və əkinçiliklə heyvandarlığın əlaqələndirilməsinin, torpaqlardan keyfiyyətinə görə istifadə olunmasının, becərmələrin ərazinin konkret torpaq-iqlim şəraitinə uyğun olaraq aparılmasının və bitkilərin növbələşdirilməsinin zəruriliyini qeyd etmişdir.
Kolumel məhsuldarlığın aşağı düşməsinin səbəbini torpaqda qida maddələrinin miqdarının azalması ilə izah edərək onun peyin, quş zılı və siderat bitkiləri hesabına bərpa olunmasını tövsiyyə etmişdir.
Pliniy qul əməyindən istifadə etməklə əkinçiliyin intensivləşdirilməsini qeyri mümkün hesab etmişdir.
Göründüyü kimi, qədim dövrün korifeylərinin əsərlərində dağınıq şəkildə olsa da əkinçiliyə dair xeyli faydalı məlumatlar verilmişdir.
Əkinçiliyin inkişafında durğunluq kimi adlandırılan ikinci mərhələ, feodalizm quruluşunun mövcud olduğu uzun bir dövrü əhatə edir.
Avropada kapitalizm quruluşunun meydana gəlməsi və təbiət elmlərinin inkişafı, digər istehsal sahələri ilə yanaşı, əkinçiliyin də inkişafına təkan vermişdir. Həmin dövrdə dünyanın müxtəlif yerlərindən Avropaya yeni bitki növlərinin gətirilməsinə və qədim Yunanıstanda və Romada əldə edilən təcrübə materiallarından əkinçilikdə istifadə olunmasına başlanılmışdır.
Qədim dövrlərdə insanlar torpağı daşdan, iri heyvanların sümüklərindən və ağaclardan hazırlanmış toxa, xış, ralo, saban və s. adlandırılan alətlərlə becərmişlər.
İlk səpici alət XVI əsrdə İtaliyada, ilk metal kotan isə 1763-cü ildə İngiltərədə yaradılmışdır. Kənd təsərrüfatında ilk buxar mühərriki də 1804-cü ildə İngiltərədə tətbiq edilmişdir.
Əkinçilik elminin inkişafı XVI əsrdən başlayaraq müxtəlif ölkələrdə aparılmış təcrübələrlə daha da sürətləndirilmişdir. Fransız təbiətşünası Bernara Palissi 1563-cü ildə «Kənd təsərrüfatında müxtəlif torpaqlar haqqında» elmi əsərində ilk dəfə olaraq torpağın bitkilər tərəfindən istifadə edilən mineral duzların mənbəyi olduğunu göstərməklə, həmin maddələrin gübrə şəkilində torpağa qaytarılmasının zəruriliyini qeyd etmişdir.
Holland təbiətşünası Van Helmont 1629-cu ildə içərisində torpaq olan qabda söyüd əkərək onu beş il müddətində vaxtaşırı suvarmışdır. Sonra o, bitkinin və torpağın başlanğıc və son çəkilərini müqayisə edərək belə nəticəyə gəlmişdir ki, söyüdün kütləsinin artımı torpağın deyil, suyun hesabına əldə edilir. Çünki həmin müddətdə bitkinin kütləsi bir neçə dəfə artdığı halda, torpağın çəkisi çox cüzi dəyişilmişdir. Bununla da botanikada uzun müddət qəbul edilmiş bitkilərin su ilə qidalanması nəzəriyyəsi meydana gəlmişdir. Van Helmontun səhvi ondan ibarət idi ki, o bitkilərin yarpaqları vasitəsilə havada olan karbon qazını mənimsədiyini nəzərə almamışdır.
Görkəmli İsveç təbiətşünası K.Linney 1735-ci ildə ilk dəfə bitkilərin və heyvanların düzgün sistematikasını hazırlamışdır. Alman alimi İ.Kelreyter 1760-cı ildə ilk dəfə süni tütün hibridi əldə edərək bitkilərin hibridləşdirilməsinin əsasını qoymuşdur. Həmin dövrdə fransız A. Lavuaze havanın tərkibini və karbon qazının əmələ gəlmə prosesini müəyyən etmişdir.
Artıq XVIII əsrdə kimya və bitki fiziologiyası sərbəst elm kimi inkişaf etmiş və öz növbəsində bütövlükdə aqrokimya elminin inkişafına müsbət təsir göstərmişdir. Həmin dövrdə alman alimləri A. Teyer və Libix bitkilərin qidalanması haqqında böyük işlər görmüşlər. A. Teyer əkinçilikdə növbəli əkinlərə, torpaq becərmələrinə və gübrələrə üstünlük verərək 1809-cu ildə bitkilərin qidalanmasında hümus nəzəriyyəsini irəli sürmüşdür.
Teyerin əksinə olaraq Libix bitkilərin mineral maddələrlə qidalanması nəzəriyyəsini inkişaf etdirmişdir. Libix əkinçilikdə qaytarma qanununu müəyyən edərək, məhsuldarlığı əvvəlki səviyyədə saxlamaq üçün bitkilərin götürdükləri kül elementlərini mineral gübrə şəkilində torpağa qaytarılmasının zəruriliyini göstərmişdir.
İngilis kimyaçı alimi D. Pristal 1771-ci ildə təcrübəvi olaraq müəyyən etmişdir ki, içərisində yaşıl bitki olmayan ağzı bağlı şüşə qabda siçan və yanan şam saxlanıldıqda müəyyən müddətdə şam sönür və siçan isə tələf olur. Fransız alimi İ.B. Bussenqo 1838-ci ildə A. Teyerin humus nəzəriyyəsini rədd edən bitkilərin nitratla qidalanması nəzəriyyəsini yaratmışdır. İngilis alimi R. Huk və holland A. Levenhuk tərəfindən mikroskopun kəşfi və təkmilləşdirilməsi bitki fiziologiyası üzrə geniş tədqiqatlar aparmağa imkan vermişdir.
Rusiyada elmi əkinçiliyin banisi hesab edilən M.V. Lomonosov kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsinin əsasını qoymuşdur. M.V. Lomonosov Rusiyada xarici təcrübələrin yoxlanılmasını və kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsini təmin edən elmi müəssisələr və müvafiq dövlət orqanları yaratmağa səy göstərmişdir. Onun təşəbbüsü ilə 1763-cü ildə Rusiya Elmlər Akademiyası nəzdində aqrokultur sinifləri təşkil edilmiş və 1765 –ci ildə isə sərbəst iqtisadi cəmiyyət yaradılmışdır.
Rusiyada aqronomiya elminin inkişafında A.T. Bolotov, İ.M. Komov, M.Q. Pavlov, A.V. Sovetov, V.V. Dokuçaev, P.A. Kostıçev, D.İ. Mendeleyev, K.A. Timiryazyev, V.R. Vilyams, D.N. Pryanişnikov, A.Q. Doyarenko, N.İ. Vavilov və b. çox böyük xidmətlər göstərmişdir.
A.T.Bolotov «Tarlaların gübrələnməsi haqqında» (1771) və «Tarlaların bölünməsi haqqında» (1777) əsərlərində bitkilərin torpaqdan və havadan qidalanması haqqında nəzəriyyəni inkişaf etdirmiş və növbəli əkinlərin tətbiqinin zəruriliyini qeyd etmişdir.
İ.M. Komovun «Əkinçilik alətləri» (1785) və «Əkinçilik haqqında» (1788) əsərləri uzun müddət Rusiyada aqronomiya elminin öyrənilməsində əsas vəsait kimi istifadə olunmuşdur. İ.M. Komov özünün «Azdan çox almaq, çoxdan az almaqdan yaxşıdır» fikri ilə Rusiyada ilk dəfə əkinçiliyin intensivləşdirilməsi ideyasını irəli sürmüşdür.
M.Q. Pavlov 1837-ci ildə yazdığı beş cildlik «Kənd təsərrüfatı kursu» adlı əsərində bitkilərin qidalanmasında torpaq proseslərinin rolunu göstərmiş, yoncanın payızlıqlar üçün yaxşı sələf olmasını, torpağa peyin, əhəng və gips verilməsinin zəruriliyini, dərin şumun üstünlüyünü, siderat bitkilərinin və növbəli əkinlərin əhəmiyyətini və s. qeyd etmişdir. M.Q. Pavlov əkinçilikdə təcrübəyə üstünlük verərək yazırdı: «Təcrübə həyata keçirilə bilən nəzəriyyə, nəzəriyyə isə mümkün olan təcrübədir». Onun fikrincə «Nəzəriyyəsiz təcrübə mümkün deyil, təcrübəsiz nəzəriyyə isə faydasızdır».
A.B. Sovetov ilk rus kənd təsərrüfatı doktoru olmaqla, azad iqtisadi cəmiyyətin kənd təsərrüfatı şöbəsinə sədrlik etmiş və Rusiyada əkinçiliyin inkişaf etdirilməsində müstəsna xidmətlər göstərmişdir. A.V. Sovetov 1867-ci ildə yazdığı «Əkinçilik sistemləri haqqında» əsərində bütün mövcud ədəbiyyat və təcrübə məlumatlarını ümumiləşdirərək ilk dəfə əkinçilik sistemlərinin təsnifatını, onların tarixi inkişafını və formalarını vermişdir. Onun fəaliyyəti dövründə əkinçilik:- torpaqşünaslıq, aqrokimya, bitkiçilik və s. sahələrinə ayrılmış və universitetdə aqronomiya tam hüquqlu fənnə çevrilmişdir.
D.İ. Mendeleyev kənd təsərrüfatını maşınlar, alətlər, mineral gübrələr və s. ilə təmin etməklə daha məhsuldar bitkilərdən istifadə edilməsi hesabına intensivləşdirməyi zəruri hesab edirdi. O, bitkilərin qida rejiminin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi üçün dərin şum aparmağı məqsədə uyğun sayırdı.
V.V.Dokuçayev dünyada ilk dəfə olaraq torpaqları mənşəyinə görə təsnifata bölmüşdür. O, torpağın xüsusi təbii-tarixi cism olmaqla əmələ gəlmə amillərini göstərmişdir. V.V.Dokuçayev «Rusiya qaratorpaqları» (1883), «Bizim çöllər keçmişdə və indi» (1892) əsərlərində quraqlığa qarşı mübarizə məqsədilə tarlaqoruyucu meşə zolaqlarının salınmasını və xüsusi becərmələr aparılmasını təklif edirdi. Lakin V.V. Dokuçayev torpağın mənşəyi və bir istehsal vasitəsi kimi malik olduğu aqronomiki xüsusiyyətləri arasında əlaqəni nəzərə almadığına görə, həmin çatışmazlıq onun təlimində nöqsan kimi qiymətləndirilərək tənqid olunmuşdur.
P.A. Kostıçev torpaq mikrobiologiyasının yaradıcısı olmaqla bərabər, o torpaqla bitki arasında qarşılıqlı əlaqənin mahiyyətini aşkar etmiş və bu əlaqənin dəyişdirilməsində insan fəaliyyətinin rolunu göstərmişdir.
P.A. Kostıçev torpağın aqro-fiziki xüsusiyyətlərinə, onun strukturasına böyük əhəmiyyət vermişdir. O, torpağın fiziki xüsusiyyətlərinin yaxşılaşdırılmasında bitkilərin və becərmələrin rolunu aydınlaşdırmışdır.
D.İ. Mendeleyev kimya və fizika elmlərində əldə edilən nailiyyətlər əsasında bitkilərin qidalanması üzrə tədqiqat işləri apararaq aqrokimyanın elmi istiqamətini işləyib hazırlamışdır. O, əkinçilikdə maşın və alətlərdən, mineral gübrələrdən və yüksək məhsuldar bitki növlərindən istifadə olunmasını və əkinçiliyin intensivləşdirilməsini təbliğ edirdi. D.İ. Mendeleyev şum dərinliyinin və mineral gübrələrin bitkilərin məhsuldarlığına təsirini müəyyən etmək üçün tədqiqatlar aparmışdır.
K.A. Timuryazyev təbiət elmlərinin nailiyyətlərindən istifadə edərək bitkilərin həyat amillərinə, xüsusilə qida maddələrinə tələbatını öyrənmiş və bu tələbatın öyrənilməsi üçün praktiki məsələləri həll etmişdir. O, ilk dəfə olaraq yaşıl bitkilərdə üzvi maddələrin əmələ gəlməsi prosesini aydınlaşdırmışdır.
V.R. Vilyams torpağın münbitliyinin artırılmasında bioloji istiqamətə üstünlük verərək üzvi maddələrin əmələ gəlməsi və parçalanması proseslərini əsas amil hesab etmişdir. O, çim əmələ gətirən dənli- paxlalı bitkilərin torpaq strukturasının yaxşılaşdırılmasında rolunu yüksək qiymətləndirilmiş və həmin prinsiplərə əsaslanaraq ot tarlalı əkinçilik sistemini yaratmışdır. V.R. Vilyams həmçinin toxumçuluq, gübrələmə və torpaq analizləri üzrə müvafiq laboratoriyalar və stansiyalar yaratmış, həmin dövr üçün çox zəngin olan ot bitkiləri kolleksiyası və şitillik təşkil etmişdir.
D.N.Pryanişnikov Rusiyada aqrokimya elminin banisi olmaqla, bitkilərin azot və fosforla qidalanması probleminin öyrənilməsi üzrə böyük işlər görmüşdür. Onun səyi ilə ölkədə azotlu gübrələrin istehsalı və tətbiqi genişləndirilmişdir.
K.K.Hedroyts torpağın uduculuq qabiliyyətini növlər üzrə təsnifata bölmüş, torpaqların kimyəvi meliorasiyası, gübrələməyə tələbatı və bitkilərin qidalanması haqqında nəzəriyyələri inkişaf etdirmiş, ayrı-ayrı maddələrin torpaq tərəfindən udulmasının qanunauyğunluğunu müəyyən etmişdir.
A.Q.Doyarenko bitkilərin yaşayış amillərinin nizamlanmasında torpağın becərilməsinin rolunu müəyyən etmiş və torpağın aqrofiziki xüsusiyyətlərinin, su və hava rejimlərinin tədqiqi üsullarını hazırlamışdır. O, əkinçilikdə məşğullu herikdən və aralıq bitkilərindən istifadə olunmasının zəruriliyini qeyd etmişdir.
N.M.Tulaykov quraq iqlim şəraitində torpaq nəmliyinin toplanması və qorunub saxlanılması üsullarını işləyib hazırlamış və həmin şəraitdə ottarlalı əkinçilik sistemlərinin tətbiq edilməsinin əleyhinə çıxaraq payızlıq taxıllardan və cərgəarası becərilən bitkilərdən istifadə olunmasının zəruriliyini göstərmişdir.
N.İ. Vavilov dünyanın bitki nümunələrindən böyük kolleksiya materialı toplamış, onların mənşəyini, biologiyasını və sistematikasını öyrənmiş və homoloji sıra yaratmaqla seleksiya işlərini canlandıraraq, yüksək məhsuldar bitki sortlarının əldə ediləməsinə nail olmuşdur.
Fənn: Əkinçilik və əkinçilik sistemləri Modul 1
Kafedra: Ümumi əkinçilik, genetika və seleksiya
Müəllim: dosent A.Q.İbrahimov
- Aqroparkların yaradılması, Azərbaycan Respublikası prezidentinin fərmanı
- Aqroparkların yaranması zərurəti, məqsədləri
- Aqroparkın fəaliyyət istiqaməti
- Aqroparkların növləri:
- İxtisaslaşmış aqropark
- Qarışıq aqropark
- “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər” haqqında Azərbaycan Respublikası prezidentinin 2014-cü il fərmanı
- Hüseynov M.M., İbrahimov A.Q., Həsənova A.O., – Aqronomiyanın əsasları, Bakı, Araz nəşr., 2015
- Hacıyev C.Ə, Hüseynov M.M. – Əkinçilik, Bakı, Araz nəşr., 2009
- Məmmədov Q.Ş.- Azərbaycanın torpaq ehtiyatlarından səmərəli istifadənin sosial- iqtisadi və ekoloji əsasları. Bakı, Elm, 2007.
- Məmmədov Q.Ş. Aqroekologiya. Bakı., 2010
1. Azərbaycanda aqroparkların yaradılmasına ölkə prezidentinin 2014 cü ilin aprel ayında imzaladığı “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən başlanılıb.
Aqrar sektorun yeni infrastrukturu, ölkəmizdə texnopark (texnopark dedikdə – kiçik və orta elmitutumlu innovasiya şirkətlərinin inkişafı üçün maksimum əlverişli mühitin formalaşdığı elmi-istehsalat kompleksi, elmi fəaliyyətin nəticələrinin məhsula çevrilməsi və bazara çıxarılması kimi başa düşülür. Texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədər olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan şirkətlərin qurulması və inkişafına təşəbbüs göstərmək üçün qurulur. Texnoparkda fəaliyyət göstərən şirkətlərə, universitet innovativ elmi nəticələrinin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir. Belə desək, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq, onun tətbiq olunması və inkişaf etdirilməsi üçün hərtərəfli şəraitin olduğu (şirkətlərlə ortaq fəaliyyətlər və s.) innovativ fəaliyyərləri təmin edən məkandır. Başqa sözlə texnoparklar insan kapitalını sürətli inkişaf etdirən quruluşlar olub, yüksək texnologiyaları istehsal edən quruluşlardır. Bu isə universitetlərin tərkibində daha aktiv olacaqdır) modelinin yeni forması olan aqroparkların yaradılmasına başlanılıb. Aqroparkların əsas işi kənd təsərrüfatı məhsulunun istehsalı, qablaşdırılması, logistikası (Logistika – məhsulun, əmtəənin, servizin müştərinin tələbatını ödəmək üçün hər hansı başlanğıc nöqtədən istehlak nöqtəsinə qədər olan hərəkətinin idarə edilməsi prosesinə deyilir. Logistika anlayışına nəqliyyat, xidmət, anbar, materialların komplekləşdirilməsi və hərəkət xəttinin təhlükəsizliyi haqqında informasiyalar da daxildir. Logistika əmtəənin sıradan çıxdıqda məhv edilməsi məsələləri ilə də məşğul olur. Bütün texnologiya xəttinin modelləşdirilməsi, analiz edilməsi, optimal yolunun tapılması da diqqətdə saxlanılır) və satışından ibarət olacaq.
Yaxın onillikdə kənd təsərrüfatında ən muhum layihələr aqroparkların yaradılması ilə bağlı olacaq. Dövlət sənaye texnoparkları layihəsini hazırkı dövr üçün ən perspektivli model hesab etdiyindən texnoparkların digər forması olan aqroparkların yaradılmasına da qərar verib. Bu sahənin inkişafı ilə bağlı Dövlət başçısı İlham Əliyev öz çıxışlarında bildirib ki, aqrar sektorda yeni meyarlar nəzərə alınmaqla, yeni aqrar layihələrə başlamağa ehtiyac var. Sənaye texologiyaları parkları ilə yanaşı, kənd təsərrüfatında aqroparkların yaradılması zəruridir. Artıq ölkədə aqroparkların yaradılması istiqamətində işlər həyata keçirilir. İlk aqroparkın təməli ötən il noyabrın 15-i Şəmkirdə qoyulub. Şəmkir rayonu ilə yanaşı Xızı rayonu və Yalama qəsəbəsində də aqroparkın yaradılması nəzərdə tutulub. Məqsəd fermerin istehsal etdiyi məhsulu heç bir itki vermədən birbaşa istehsalçıya çatdırmağı təmin etməkdir.
Aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Mütəxəsislər aqroparklar üçün də ən əlverişli bölgələr olaraq, Gəncə və Gəncəətrafı, Lənkəran, Xızı və Xaçmaz rayonlarını daha əlverişli hesab edirlər. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Aqropark sahəsi harada yaradılarsa, o ərazidə çox ciddi şəkildə fəaliyyət göstərəcək və bu parkın əsas işi kənd təsərrüfatı məhsulunun istehsalı, qablaşdırılması, logistikası və satışından ibarət olacaq. Fermerlərin məlumatlandırılması, yeni texnologiyanın mənimsənilməsi, tətbiqi, yaradılmasını özündə əks etdirən böyük bir aqrar sahə üzrə məşğul olan qurum kimi təsəvvür etmək olar.
Aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri–kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyasıdır: yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal proseslərinin, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətlərin vahid məkanda, eyni istehsal ərazisində, elə bir tərzdə kombinasiyasıdır ki, həm xammal istehsalı, həm də emal prosesləri yüksək rentabelli olsun, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin olunsun, həm bitkiçiliyin, həm də heyvandarlığın və bunlarla yanaşı emal sənayesinin inkişafı üçün möhkəm əsaslar yaransın.
2. Aqroparklar kənd təsərrüfatı məhsullarının intensiv istehsalı, daşınması, saxlanması və satışında mühüm rol oynayır. Çünki kənd təsərrüfatı məhsulları tez xarab olduğundan tez realizə edilməlidir. Lakin, bəzən məhsulu vaxtında satmaq mümkün olmur və o, xarab olaraq fermeri ziyana salır. Son nəticədə kənd təsərrüfatı istehsalçılarının yenidən həmin məhsuldan yetişdirməyə marağı olmur və bu da bazarda qıtlıq yaradır. Daxili istehsal tələbatı ödəməyəndə idxal məhsullarına üstünlük verilir. Bu baxımdan istehsal, emal və logistika xidmətlərini vahid ərazidə cəmləşdirən aqroparkların yaradılmasını zəruri edir.
Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir. Bura kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyinti, nəqliyyat, ticarət qurumları aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur.
3. Müasir dövrdə aqroparklar bir sıra səbəblərə görə digər təsərrüfatçılq formalarına nəzərən üstünlüklərə malikdir:
–aqroparklarda istehsal–emal–logistika–marketinq qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında çalışır ki, nəticədə ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə müəssisənin rəqabətə davamlılıq qabiliyyəti təmin olunur;
–müasir texnika və texnologiyaların, informasiya–kommunikasiya texnologiyalarının tətbiqi üçün şərait yaranır, texnikalardan istifadə əmsalı yüksək olur, ortaq xərclər minimuma endirilir;
–nəqliyyat xərcləri və enerji sərfi azalır;
–kənd ərazilərinin inkişafına, kənd yerlərində informasiya–kommunikasiya texnologiyalarının genişlənməsinə şərait yaranır;
–ətraf mühitin qorunması, su və torpaq resurslarından səmərəli istifadə və onların mühafizəsi təmin edilir;
–peşəkar kadrlara tələbat yaratmaqla kənd təəsrrüfatı və ərzaq sənayesi üzrə kadr hazırlığı stimullaşdırılır;
–heyvanların bəslənmə şəraitini mexanikləşdirməklə və saxlanma yerlərini genişləndirərək onların sərbəst hərəkət imkanlarını artırmaqla intensiv heyvandarlıq praktikasına əməl edilir;
–ehtimal olunan hər hansı bir xəstəliyin yayılması məhdudlaşdırılır;
–istehsalçılarla istehlakçılar arasında olan boşluq üzərindən “körpü” salınır;
–iqtisadi və sosial fayda yuksək olur və beləliklə də urbanizasiyanın azaldılmasına dəstək verilir.
Göründüyü kimi, aqroparklar ərzaq təhlükəsizliyi və kənd yerlərinin inkişaf etdirilməsi ilə əlaqədar müasir zamanda qarşıda duran bir sıra problemlərin həlli üçün modern təsərrüfatçılıq mexanizmidir və əbəs deyildir ki, cənab Prezident belə qurumların yaradılması istiqamətində tapşırıqlar vermişdir.
4. Aqroparklar müxtəlif formalarda: ixtisaslaşmış və qarışıq aqroparklar formasında fəaliyyət göstərə bilər.
İxtisaslaşmış aqropark — hər hansı bir növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlərin bir yerdə qruplaşdığı təsərrüfatçılıq subyektidir. Məsələn, tərəvəzçilik, bağçılıq, üzümçülük və s. üzrə aqroparklar ixtisaslaşdırılımış aqroparklar formasında fəaliyyət göstərə bilərlər.
Möhtərəm Prezident tərəfindən qeyd olunan konfransda qarşıya qoyulan əsas vəzifələrdən biri də rayonlar üzrə ixtisaslaşma layihələrinin həyata keçirilməsidir. İxtisaslaşmış aqroparkların yaradılması üzrə layihələrin hazırlanıb həyata keçirilməsi məhz bu tapşırığın icrası üçün böyük töhfələr verə bilər.
Məlum olduğu kimi, respublikanın cənub bölgəsinin torpaq–iqlim şəraiti, mövcud olan ənənə və təcrübələr, burada yaşayan insanların vərdiş və bacarıqları tərəvəzçilik və bostançılığın bu ərazilərdə geniş yayılmasına səbəb olmuşdur. Bunlar nəzərə alınaraq, Lənkəran İqtisadi Rayonunda tərəvəzçilik üzrə ixtisaslaşmış aqroparkların yaradılması, düşünürəm ki, çox faydalı ola bilər və bununla da bu regionda davamlı inkişafın təmin edilməsinə yaxşı əsaslar yaranar.
Respublikanın Quba–Xaçmaz İqtisadi Rayonunda, misal üçün, Quba və digər ətraf rayonlarda bağçılıq, Gəncə–Qazax İqtisadi Rayonunda, məsələn, Tovuz və digər rayonlarda üzümçülük üzrə ixtisaslaşmış aqroparkların yaradılması nəzərdən keçirilə bilər.
Qarışıq aqropark — bir neçə növ kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və onların marketinqi ilə əlaqədar fəaliyyətlər vahid istehsal məkanında, bir ərazidə kombinasiya olunmuş təsərrüfatçılıq subyektidir. Qarışıq aqroparklarda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalı, habelə onların emalı, logistika, marketinq və xidmət sahələri üzrə zəruri olan fəaliyyətləri bir ərazidə yerləşən təsərrüfatçılıq subyektində qruplaşdırılmalıdır. Belə aqroparklarda qapalı istehsal–emal zəncirinin qurulması və tullantısız texnologiyaların tətbiqi vasitəsi ilə həm ərzaq təhlükəsizliyinə töhfələr vermək, həm də ətraf mühitin qorunmasını təmin etmək olar.
Qarışıq aqroparklar ixtisaslaşmış aqroparklara nəzərən həm təşkilati strukturu, həm təsərrüfatçılıq fəaliyyətləri, həm də idarəetmə baxımından daha böyükdür və mürəkkəbdir. Ona görə də qarışıq aqroparkların yaradılması üçün geniş araşdırmalar və iqtisadi hesablamalar aparılmalıdır ki, Azərbaycan şəraitində qarışıq aqroparkların optimal forması müəyyən edilsin. Hesab edirəm ki, Aran İqtisadi Rayonu qarışıq aqroparkların yaradılması üşün daha əlverişlidir. Misal üçün Bərdə, Yevlax, İmişli və digər bu kimi rayonlarda taxılçılıq və heyvandarlıq məhsullarının istehsalı və emalı üzrə aqroparkların yaradılması məqsədəuyğun hesab edilə bilər.
5. İlk dəfə olaraq respublika Prezidenti tərəfindən irəliyə sürülən aqropark konsepsiyası yeni bir yanaşmadır və cənab Prezidentin qeyd etdiyi kimi, bu sahədə layihə təklifləri hazırlanarkən ciddi tədqiqatlar aparılmalıdır. Bununla əlaqədar hər hansı bir xarici ölkədə qabaqcıl təcrübə varsa öyrənilməli, texniki–iqtisadi üstünlükləri əsaslandırılmaqla onların yaradılması haqqında yekun fikir söylənilməlidir. Belə böyük və ciddi, külli miqdarda vəsait tələb edən layihələrin reallaşdırılması üçün yaradılması nəzərdə tutulan hər bir aqropark üzrə hərtərəfli hesablamalar aparılmalı, onun iqtisadi və praktiki səmərəliliyi dəqiqləşdirilməlidir. Məlum məsələdir ki, aqroparkların yaradılması ancaq və ancaq özəl əsaslarla həyata keçirilməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, burada dövlət ancaq müxtəlif vasitələr və yollarla özəl aqroparkların yaradılmasına dəstək verə və onları istiqamətləndirə bilər.
Aqroparklar mürəkkəb istehsal vahidləridir. Ona görə də onların forması, həcmi və əhatə dairəsi hesablamalar əsasında elə seçilməlidir ki, yaradılacaq hər bir aqropark həm iqtisadi, həm də praktiki cəhətdən rəqabətqabiliyyətli olsun, davamlı olaraq inkişaf etsin və yüksək səmərəliliyi ilə seçilsin. Ancaq belə olduğu halda respublika Prezidentinin bu məsələ ilə əlaqədar qarşıya qoyduğu tapşırıqların uğurla icra olunduğuna və aqroparkların ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacağına əmin olmaq olar.
Aqroparkların yaradılmasında əsas məqsəd yüksək məhsuldarlığa nail olunması, ixracın coğrafiyasının genişləndirilməsi, həcminin artırılması, milli brendlərin formalaşdırılması, intensiv metodların tətbiqi, istehsalçı, emalçı və istehlakçı arasında əlaqələrin möhkəmləndirilməsi və yeni iş yerlərinin yaradılmasıdır.
Comments are closed, but trackbacks and pingbacks are open.