Press "Enter" to skip to content

Dan Azərbaycana sifariş və çatdırılma

AliExpress.com saytı dünyanın ən böyük alış-veriş platformalarından biridir. Amazon.com, Alibaba.com, Ebay.com kimi saytlarla bərabər dünyada ən çox məhsul satan onlayn platforma olan AliExpress.com saytının Azərbaycanda da kifayət qədər müştərisi var.

VII Qlobal Bakı Forumu: “Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?” mövzusunda müzakirələr aparılıb

Yeddinci Qlobal Bakı Forumu üçüncü iş gününü də panel iclaslarla davam etdirir.

Forum çərçivəsində “Gənc liderlər dünyanı daha yaxşı necə qura bilərlər?” mövzusunda panel iclas keçirilib.

Panelə moderatorluq edən Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib ki, bu gün gənclərin lider kimi yetişmələri üçün kifayət qədər münbit şərait var. Bunun üçün xüsusi təqaüd proqramları mövcuddur. Bu proqramlar vasitəsilə gənclər siyasi və texnoloji biliklərini artırırlar.

Corctaun Universitetinin tələbəsi Salima Şita vurğulayıb ki, bu gün dünyada ekoloji problem mövcuddur. Bu problem dünyada bir çox fəsadlara gətirib çıxarır. Bu problemin aradan qaldırılması üçün ortaq layihə üzərində çalışmalıyıq. Ekoloji problemin həlli dünyada yoxsulluğun yayılmasına da imkan verməz.

Dünyadakı əsas problemlərdən birinin də yoxsulluq olduğunu deyən qırğızıstanlı gənc Altınay Alntınmayeva bildirib ki, erkən nikah problemi də narahatlıq doğuran məsələdir. O deyib ki, qızların təhsil almaq istəyi olsa da, onlar ailə qurmağa məcbur edilirlər. Bunun nəticəsində də cəmiyyətdə cinsi bərabərlik pozulur.

İtaliyanı təmsil edən gənc Curiya Sardi vurğulayıb ki, dünyada uşaq hüquqlarının pozulması da geniş yayılıb. Valideynlərin sosial vəziyyətinin aşağı olması səbəbindən uşaq əməyindən istifadə olunur. Bu da uşaqların gələcəyi üçün risk yaradır.

ADA Universitetinin tələbəsi Sevinc Novruzova dünyanı narahat edən iqlim dəyişikliyinin fəsadlarından danışıb. Bildirib ki, bu, ekoloji problemlə yanaşı, həm də sosial mühitin normal olmaması ilə bağlıdır. Dünya birliyi siyasi problemlərlə yanaşı, bu məsələlərə də xüsusi diqqət ayırmalıdır. Çünki ekoloji problemlər kənd təsərrüfatının və qida sənayesinin inkişafına mane olur.

Şimali Makedoniya Respublikasını təmsil edən gənc İlya Cvetanovski bildirib ki, səylərimizi birləşdirsək, əməkdaşlıq şəraitində çalışsaq problemləri həll edə, dünyamızı yaxşılaşdıra bilərik. Gənclərin birgə çalışması nəticəsində mükəmməl bir dünyaya sahib ola bilərik. Bunun üçün ekoloji və sosial layihələr üzərində işləməliyik.

Panelin ikinci hissəsində çıxış edən tacikistanlı Kamilla Soliyeva bildirib ki, dünyada gənclər arasında dialoqun gücləndirilməsi üçün bu sahədə diplomatiya inkişaf etdirilməlidir. Məhz bu dialoq nəticəsində problemlər birgə araşdırıla bilər.

Dünyanı narahat edən qadın zorakılığının, gender bərabərsizliyinin fəsadlarından bəhs edən azərbaycanlı gənc Tərlan Abbasova bunlarla qlobal səviyyədə mübarizə aparmağın zəruriliyini qeyd edib. O, XX əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsindən danışıb.

Ukraynanı təmsil edən Bəkir Abiyev dünyada milli azlıqlarla bağlı mövcud olan problemlərdən, xüsusilə də onların hüquqlarının pozulmasından söhbət açıb.

Panel iclas müzakirələrlə davam edib.

AliExpress.com-dan Azərbaycana sifariş və çatdırılma

AliExpress.com saytından alış-veriş etmək istəyirsiniz, ancaq qaydaları bilmirsiniz? Ya da AliExpress məhsullarınızı Azərbaycana həddən artıq gec gətirir? Və ya bəlkə məhsullarınızı gətirdikdə gömrükdə problemlə üzləşirsiniz?

AliExpress-dən Azərbaycana necə sifariş edim?

Bütün bu suallardan qaçmağın ən rahat yolunu sizə Mover təqdim edir.

AliExpress.com-dan Azərbaycana sifarişlərinizi Mover.az-la verin, heç bir problem yaşamadan, bağlamanız ən sürətli və sərfəli şəkildə evinizə qədər gəlsin!

AliExpress.com saytı dünyanın ən böyük alış-veriş platformalarından biridir. Amazon.com, Alibaba.com, Ebay.com kimi saytlarla bərabər dünyada ən çox məhsul satan onlayn platforma olan AliExpress.com saytının Azərbaycanda da kifayət qədər müştərisi var.

Aliexpress az

AliExpress.com-dan Bakıya nə sifariş edə bilərəm?

Burada xüsusən elektronik və texnologiya məhsullarının qiymətlərinin ölkəmizlə müqayisədə kifayət qədər ucuz olması insanları bu AliExpress-dən alış-verişə yönləndirir. AliExpress.com saytında siz milyonlarla çeşiddə, yüzmilyonlarla məhsul tapa bilərsiniz. Burada eyni məhsulu hətta bir neçə fərqli qiymətə belə tapmaq mümkündür.

AliExpress-dən Azərbaycana sürətli və sərfəli çatdırılma

AliExpress-dən Azərbaycana sifariş etməyin qaydaları isə çox sadədir.

1. Mover.az saytına daxil olub QEYDİYYATDAN KEÇirsiniz.

2. Mover.az saytında Xaricdəki Ünvanlarım bölməsində Mover-in Amerika anbarının ünvanını əldə edirsiniz.

3. AliExpress.com saytında qeydiyyatdan keçirsiniz.

4. AliExpress-dən məhsul sifariş edən zaman ünvan olaraq Mover-in Amerika anbarının ünvanını qeyd edirsiniz.

5. Mover.az saytına daxil olub Bəyan Et düyməsini sıxaraq, aldığınız məhsulun invoysunu bəyan edirsiniz. Bəyannamə doldurmaq qaydası videotəlimat olaraq Bəyan Et səhifəsində göstərilib.

6. Bağlamanız qısa müddətdə Mover-in Amerika anbarına təhvil verilir. Biz isə məhsulunuzu sərfəli qiymətlərlə düz sizin evinizə qədər çatdırırıq!

Hər şey bu qədər sadədir! Aylarla gözləmək yox, gömrük problemləri yox! Mover-la AliExpress-dən sifariş etmək iki vur ikidir!

Vaxt itirməyin! AliExpress-dən Azərbaycana sifarişlərinizi elə indi verməyə başlayın!

AliExpress.com bağlamamı neçə günə çatdıracaq?

Mover AliExpress.com saytından aldığınız məhsulları qısa müddətdə Bakıya gətirsin!

AliExpress-dən sifarişlərin rayonlara pulsuz çatdırılması

Üstəlik, Mover-in Azərbaycanın 50-dən çox bölgəsində çatdırılma məntəqələri mövcuddur. Siz AliExpress.com saytından Azərbaycana sifariş etdiyinizbağlamalarınızı ölkənin istənilən bölgəsində heç bir əlavə ödəniş etmədən təhvil ala bilərsiniz.

Ali məktəblərə qəbul üzrə ballar necə hesablanacaq?

Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydasını açıqlayıb.

Mərkəzdən “Report”a verilən məlumata görə, qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir.

Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.

Qəbul imtahanının birinci mərhələsində şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.

  • Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
  • Qapalı tipli 16 tapşırıq;
  • Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.
  • Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
  • Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq: qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq (cəmi 20 tapşırıq).
  • Qapalı tipli 13 tapşırıq;
  • Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
  • Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.

Birinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300

Qeyd. 1. nd(açıq, kod) – cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;

nd(qapalı) – qapalı tipli tapşırıqlar üzrə balların cəmi;

nd(açıq, yazılı) – yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.

2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.

3. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında
0, və ya 1 balla qiymətləndirilə bilərlər.

Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan fənləri, ixtisas qrupları üzrə fənlərin çəki əmsalları, tapşırıqların sayı və balların hesablanma qaydası

Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır.

İmtahanın müddəti 3 saatdır.

Abituriyentin qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.

Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:

İmtahan fənni üzrə nisbi bal: ,

burada NB – fənn üzrə nisbi bal;

NBq – qapalı tipli tapşırıqlar üzrə nisbi bal;

NBa – açıq tipli tapşırıqlar üzrə nisbi baldır.

Qapalı tipli tapşırıqlar üzrə nisbi bal:

(hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0 götürülür),

burada Dq – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;

Yq – qapalı tipli tapşırıqlar üzrə yanlış cavabların sayıdır.

burada Dkod– cavabların kodlaşdırılması tələb olunan açıq tipli (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tapşırıqlar üzrə düzgün cavabların sayı;

Dyazılı– yazılı şəkildə cavablandırılması tələb olunan, situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar üzrə balların cəmidir. Bu tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında 0, və ya 1 balla qiymətləndirilir.

Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahan fənlərinin ixtisas qrupları üzrə çəki əmsalları və üstünlük dərəcələri

I qrup II qrup III qrup IV qrup
Riyaziyyat – 1,5 (1) Riyaziyyat – 1,5 (1) Azərbaycan (rus) dili – 1,5 (1) Biologiya – 1,5 (1)
Fizika – 1,5 (2) Coğrafiya – 1,5 (2) Tarix – 1,5 (2) Kimya – 1,5 (2)
Kimya – 1 (3) Tarix – 1 (3) Ədəbiyyat – 1 (3) Fizika – 1 (3)

Qeyd: Cədvəldə mötərizədə göstərilmiş rəqəm fənnin üstünlük dərəcəsini göstərir.

İkinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 400

V ixtisas qrupu üzrə

V ixtisas qrupu (ali təhsil müəssisələrinin XQTİ-ləri) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.