İdman xəbərləri
R.Qasımzadə ən optimal xərc kimi kvadrat metrə 20-50 qəpik tətbiq edilməsini ədalətli sayır.
“Deyirlər, “azəri” demə, “Azərbaycan türkü Günel” deyim?” – VİDEO
– Bir burnumu əməliyyat etdirdim, anasını satım ki, hamı dedi, özünü başdan-ayağa dəyişdirmisən. Tək mən estetik etdirməmişəm ki? Bunu bütün dünya edir. Burun əməliyyatını ev xanımları da edir. Bu, mənim ikinci əməliyyatım idi. Birinci əməliyyatım uğursuz idi, nəfəs almaqda çətinlik çəkirdim. Səhnə adamıyam, niyə də ikinci əməliyyatım olmasın? Gedirəm Nişantaşına, maqazinçilər gəlir ki, ay Günel, nə oldu? Bunu yayımlamaqları mənim üçün pis şeydir. Düzgün bir nüansa toxundun. Mənim üçün səhnədə olmaq, sənətimi icra etməklə gündəmdə olmaq yaxşıdır. Şəxsi həyatımdan tut estetikimə qədər danışdılar. Mənim səsimdən danışsınlar ki, 23 ildir Azərbaycanı İstanbulda təmsil edirəm.
– Deyirlər, Türkiyədə də monopoliya var. Sezen Aksu başqalarının yolunu kəsir.
– Sezen Aksunun mənimlə heç bir problemi yoxdur. O mahnıları milyonlarla insanın dilində olan, ideallaşmış bir qadındır. Ondan öncə Ajda Pekkan da var, burada boş-boş işlərlə məşğul olmurlar. Ajdadan, Sezendən sonrakı bəzi sənətçilər var, onlar da mənə maraqlı deyil. Öz yolumda davam edirəm.
– Haqqınızda xeyli xəbərlər çıxır, hərdən Tunar əsəbiləşib, sizə qadağa qoymur?
– Tunar mənə qadağa qoymur. Mənə niyə qadağa qoysun ki? Getsin arvadına qadağa qoysun. Sadəcə qardaş atadan sonra bacının həyatında xüsusi yer tutur. Sən ona hörmət etdiyin üçün onun dediklərini edirsən. Bir libas geyinirəm, qardaş olaraq qeyrətimi çəkdiyi üçün xoşuna gəlmir, tez paltarımı düzəldirəm. Səhnə adamıyam, görür ki, elə bir insan deyiləm. Sənətini düzgün şəkildə icra edirəm. Mənə qarışmır, indi öz ailəsi ilə məşğuldur. Burdan bir də dedim ki, heç nə deməsin.
– Ananızla oxşarlığınız xeyli müzakirə edildi.
– Anam buğa bürcüdür. Mənim də yüksələnim Buğadır. İnadkarlığım yüksək səviyyədədir. Saçlarımı qaraltmışam, anama çox oxşayıram. Makyaj etməyəndə, anamın gənclik fotolarına baxanda bənzədiyimi görürəm. Anam deyir, sənə baxanda səksənirəm ki, bu qızı haradasa görmüşəm. Mənə estetikli deyənlər anama baxıb utansın.
– Tək estetikinizlə yox, bahalı geyimlərinizlə də gündəmə gəlirsiz.
– Bahalı geyimlərim, ayaqqabılarım var. Bunu hər zaman dilə gətirmək olmaz. Onu alan da var, almayan da. Bir şeyi bəyənirəmsə, özümə yaraşdırıramsa, 1 lirə də olsa, geyinərəm. O mənimlə dəyərlənər. Düşünmürəm ki, çox bahalıdırsa, çox gözəl bir şeydir. Bunlara diqqət etmirəm. Başqa biri ilə çalışmıram. Geyimlərimi çox bəyənirlər. Geyindiklərimi Elnur Həsənova göndərirəm, deyir ki, çox gözəldir. O da bəyənirsə, nə deyə bilərəm?
– Bir ara restoranınız vardı, hazırda vəziyyət nə yerdədir?
– O mövzu çoxdan bağlanıb. İstəyirəm İstanbulda Azərbaycan mətbəxini açaq. Burada yeməklərimiz sevilir. Atamla anam başlarında duracaq. Hamı deyir ki, Rəhman əmi, restoran aç, gələk. Biznesim yoxdur. Amma studiya açmaq istəyirəm.
– Nə vaxtsa, Azərbaycana dönmək niyyətiniz var?
– Azərbaycana dönməyi düşünmürəm. 23 ildir burada yaşayıram. Evim, dostlarım, çevrəm hamısı buradadır. Bakıda da əhatəm var. Uşaqlıq dostlarımla hələ də görüşürəm. Maksimum 1 ay gəlib qalıram. Qohumları, tanışları ziyarət edirəm.
– Bu aralar hamı Ağdama, Şuşaya gedir. Siz necə? Getmək istəyirsiz?
– Bir tərəfimiz Şuşa, bir tərəfimiz Ağdamdır. İksinə də getmək istəyirəm. Ora gedənləri hərdən qısqanıram. Yəqin gələn ilə getmiş olaram.
– Son zamanlar “Z nəsli” anlayışı yaranıb. Bu barədə fikirləriniz nələrdir?
– Z nəsli deyə bir şey var. Onları anlamağa çalışıram. Trep oxuyurlar, 2-3 kəlimə ilə söhbət edirlər. Bu, partlayır. 1 aya bunların 129 milyon baxışını görəndə mən şok oluram ki, bu adamın səsi yoxdur, görkəmi yoxdur, amma bu, “tutur”? Necə olur? Hərdən deyirəm ki, mən də belə “duzsuz” mahnılar oxuyacam, görüm nə olur? Sonra deyirəm ki, 23 ilimi vermişəm ki, belə mahnı oxuyum? Deyirəm, Gülü, sən öz yolunla davam elə! Bu bir keçid dövrüdür. Bu dövrdən sonra.
– Bizi daha bərbad günlər gözləyir
– Yox, heç elə düşünmürəm. Yaxşı da. Bu qədər də xarab etməyək (gülür). Çox gözəl bir dövrə keçəcək. Dəyərlilər, var olanlar bəlli olacaq.
– Bizim “Z nəsli” müğənnilərdən kimi bəyənirsiz?
– Hissi çox sevirəm. Mən onu uşaqlıqdan tanıyıram. Birlikdə çəkilişimiz də var. Mənə dedi ki, eyni proqramda olmuşuq, məni xatırlamalısan. Rep oxumaq çətindir. Onun yolu var, oradan davam edir. Mən onun kimi oxuya bilmərəm. Türkiyədə inanılmaz çox dinlənilir və sevilir.
– İbrahim Tatlıseslə sizi sonuncu dəfə İdonun toyunda gördük. Münasibətiniz necədir?
– İbrahim bəylə görüşürük. İdoyla birlikdə böyümüşük. Onun toyunda görüşdük. Mən gələndə o, süd içirdi. Birlikdə böyüdük, zaman keçdi. Dedim böyük oğlan oldun, evləndin. İbrahim bəy hər zaman gözəl sözlərini deyir, dəstəyini əsirgəmir. Onu səhnəmə dəvət edəcəyəm.
– Bəs, nə yaxşı indiyədək İbrahim Tatlıseslə duet oxumamısız?
– Ona dedim ki, sizinlə duet oxumaq istəyirəm. Mənə dedi ki, sənin buna ehtiyacın yoxdur. Sənin səsin var. Niyə mənimlə özünü təsdiq edəsən ki? Sən Azəri qızı Günel kimi tanınırsan. Amma İbrahim bəy mənim üçün bek-vokal oxuyub. İbrahim bəy kimə bek-vokal oxuyub indiyə kimi? Heç kimə! Sibel Can da deyib duet oxuyaq, ona da “yox” deyib. Sibel Canla oxumayandan sonra, mən kiməm ki?
– “Azəri” sözünü dediz, ağlıma gəldi. Bəzən hansısa türk “Ben azerileri çok seviyorum”, yaxud bizi əzizləyən başqa bir cümlə işlədəndə, əzizlənməyə yox, “azəri” kəlməsinə ilişən adamlar olur. “Azəri” yox, “Azərbaycan türkü” deyə. Adam sənə sevgisini bildirir, sən isə illərdir qəlibləşmiş kəlməyə görə onda səhv tutursan. Bu məsələyə necə baxırsız?
– Biz hamımız türkük. Niyə bir-birinə qarışdırırıq ki? “Orada “Azəri” demə” deyirlər. Mən 23 ildir “Azəri Günel” kimi tanınıram, nə deyim, deyim ki, yox, “Azərbaycan türkü Günel”? Bilirsiz, bu nədən irəli gəlir? Qısqanclıq, paxıllıq, nədənsə səhv tutmaq istəyi. Bunları buraxın, 22-ci əsrə keçmişik, bu şeylər keçib. Bir-birimizlə mehriban olaq. Məni bezdiriblər, Pərviz, qoy, dərdim açılıb, deyim. Sən niyə azərbaycanca danışmırsan, türkcə danışırsan? Birincisi, İstanbulda yaşayıram, ikincisi, Türkiyə və Azərbaycanı ayırmadığım üçün sözlərə fikir vermirəm. Yeri gələndə Ağdam ləhcəsində də danışıram. Amma səhnə mədəniyyəti deyilən bir şey var axı, sən orada “gələjəm”, “gedəjəm” deyə bilməzsən. Onu yumşaldıb demək lazımdır. İnstaqramda rəy silməkdən bezdim. “Yenə azərbaycanca danışmırsan, türkcə danışırsan, unutmusan. ” – hə, unutmuşam! “Papam”ın bir sözü var, eləmişəm, yaxşı eləmişəm!
Azərbaycan mənim canım, ciyərim, vətənimdir, hər gedəndə, qayıdanda fəxarət hissi duyuram. Mənə paxıllıq edənlər tanımayanlardır. Onları başa düşmürəm. Məni tanıyırsan, ay bala? Nə vaxt oturub mənimlə çay içmisən? Gəl, bir çay iç, sonra de ki, filan hərəkətinə görə Güneli sevmədim. Sevməyə bilər, rənglər və zövqlər müzakirə edilmir. Gərək qiymət verəsən. Mən də Azərbaycandan bunu gözləyirəm.
Hansısa xarici gələndə (türkləri nəzərdə tutmuram ) onu yuxarı qaldırırsız, amma özümüzünkülərə bunu etmirsiz. Hərdən deyirlər ki, fəxri ad almağa layiqsən. Deyirəm ki, ad almaq artıq o qədər başqa cür olub ki, o şəkildə istəmirəm. İnşallah Prezidentimiz, dəyərli xanımı ilə birlikdə məni o mükafata layiq görsün. Onlardan mükafat alım, o mənim üçün dəyərlidir. Ad almağa ehtiyac yoxdur, mənə desinlər ki, çox təşəkkür edirik ki, sən 23 ildir “Azəri qızı Günel” adıyla orada tanınırsan və “Biz iki dövlət, bir millətik” mahnısını oxuyursan. Bu, mənim üçün böyük bir şərəfdir.
– Səhnə fəaliyyətinizdə uğurlar. İnşallah arzularınıza çatarsız. Sizi yormayaq və səhnənizə yola salaq. Müsahibə üçün təşəkkür edirik.
Sizə uğurlar diləyirəm. OLAY olaraq neçə illərinizi qeyd edək. Bir yaşınızı keçirərsiz, gəlib mahnılar oxuyub əylənərik. Yeni ildə də “Uluorta” restoranda olacağıq. Azərbaycandan gəlib dinləmək istəyənlər buyura bilər.
Video: Eko Ağalarov
Edit: Nuran Məmmədov
Foto: Elmar Əzimli
“Bu gün çox bəhanələr gətirə bilərik” – Ayxan Abbasov
“Əlbəttə, son zamanlar yaxşı formada olan iddialı komandaya qarşı oynayacağımızı bilirdik. Biz isə itkilərlə meydana çıxmışdıq. Kombinasiyalarımızı sona çatdıra bilmədik. Belə vəziyyətlərdə də futbolçular ruhdan düşsə, hər şey bitmiş olar. Bugünkü oyun futbolçularımızın bunu dərk etdiklərini göstərdi. Heç nədən gileylənmirəm. Baş məşqçi hər durumdan çıxmalıdır, biz də çıxacağımıza inanırıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov evdə “Zirə”yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XII tur oyunundan sonra deyib.
40 yaşlı mütəxəssis hər zaman səmimiliyi, düzgünlüyü sevdiyini və heç nədən çəkinmədən sözünü dediyini vurğulayıb: “Bura böyük ümidlərlə gəlmişəm, yenə ümidliyəm. Bura gələndə elə fikirlər formalaşmışdı ki, “Sumqayıt” legioner almasa, avrokuboklara vəsiqə qazana bilməz. 6 oyunluq məğlubiyyət seriyasına rəğmən, ruhdan düşmədik, ardıcıl iki mövsüm avrokuboklara yüksəldik. Heyətimizi xeyli futbolçu tərk etsə də, cəmi 2 futbolçu transfer etdik. Həmin heyətlə bürünc medal qazandıq. Getmək barədə onu demək istəyirəm ki, yuxarı pillədə qalmaq üçün əlimizdən gələni etmişik. Amma güclənmək lazımdır. Konfrans Liqasında çıxış edəndə yeni futbolçu gətirməkdə çətinlik çəkirdik, öz oyunçularımıza isə dəvətlər var idi. Çempionata çox yaxşı başlamışdıq. Amma 2 turdan sonra milli komandalara dəvətlər gəldi, 10 futbolçu bizimlə olmadı. Millinin bütün məğlubiyyətlərində “Sumqayıt” gündəmə gəlirdi. Hazırda müqaviləm var, getmək fikrim yoxdur. Rəhbərlik nə vaxt işimdən narazı olduğunu desə, getməkdə problem yoxdur. Bu gün təslim olmaq istəmirəm, amma gələcək üçün güclənmək istəyiriksə, hansısa addımlar atmalıyıq. Bu yöndə işimiz davam edəcək. İkinci hissədə komandamın çıxışı mənə inam verdi”.
Abbasovun fikrincə, Murad Xaçayev və Elvin Bədəlovun uzunmüddətli zədələri, cəzalıların olması çıxışlarına təsirsiz ötüşməyib. O, hələ rəhbərliklə görüşlərinin olmadığını, amma yaxın vaxtlarda oturub danışacaqlarını söyləyib: “Hələ heç nə bitməyib. Qarşıdan kubok oyunları və qış fasiləsi gəlir. Güclənməyimizə ehtiyac var. 5-li müdafiə sistemini bir neçə klubumuz oynayır. Hər bir baş məşqçi bu sistemdən öz komandasına uyğun yararlanır. Belə taktika ilə iki dəfə avrokuboklara yüksəlmişik. Gələcəkdə cinah müdafiəçilərimiz yaxşı oynasalar, 4 müdafiəçili sistemə keçə bilərik”.
Mütəxəssis gənc futbolçulara yetərincə şans verdiklərini, onların oynadıqca artırmalarının gərəkliyini dilə gətirib: “Bu gün bir çox bəhanələr gətirə bilərik. Rüfət və Səbuhi Abdullazadələrdən çox şey gözləyirik. Süleyman Əliyevi də bu siyahıya əlavə edə bilərəm. Heç bir baş məşqçi özünün düşməni deyil. Məsuliyyət həmin gənc futbolçuların üzərinə düşür. Sabah gənc futbolçu limiti götürülsə, rəqabətə davam gətirməlidirlər. Ona görə də indidən artırmalıdırlar”.
“Ev pulu” necə hesablanır? – VƏTƏNDAŞLAR BUNU BİLMƏLİDİR
Paytaxtda “kupçasız ev” probleminin yenidən gündəmə gəlməsi bir sıra məsələlərin aktuallıq qazanmasına səbəb olub. Bu problemlərdən biri də “kupça”sız evlərdən toplanan xidmət haqları ilə bağlıdır.
Bakıdakı çoxmənzilli, eyni zamanda, “kupça”sız evlərdən toplanan bəzi xidmət haqları kosmik rəqəmlərdir. Halbuki Mənzil Məcəlləsinə edilən dəyişikliklərdən sonra çoxmənzilli binaların idarə edilməsi sakinlərin özlərinə tapşırılıb. Bunun üçün Mənzil Mülkiyyətçisi Cəmiyyəti formalaşdırılmalıdır ki, sakinlər xərcləri özləri idarə edə bilsinlər.
Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadə Oxu.Az-a açıqlamasında deyib ki, insanların məlumatlı olmamasından istifadə edən Mənzil Tikinti Kooperativləri özlərinə “əbədi gəlir yeri” formalaşdırmaq üçün bu xərclərin idarəçiliyini öz əllərinə alırlar.
“Əslində, binanı tikib təhvil verəndən sonra MTK-nın müdaxilə etmək və ya bu işlərlə məşğul olmaq hüququ yoxdur. Bu xidmətləri ya Mənzil İstismar Sahələri, ya Cəmiyyət, ya da bələdiyyələr həyata keçirməlidir. Bizim MTK-lar isə saxta qurumlar yaradaraq, idarəetməni özlərinə yönəldirlər. Bu zaman elə qiymətlər qoyurlar ki, dəhşətdir.
Məsələn, bir kvadrat metr üçün təsərrüfat xərci kimi iki manat tələb edirlər. Bir düşünün, 200 manat hər ay təkcə bağban pulu, qazanxanaçı və lift puluna yönəldirlər. Burada böyük məbləğlər yeyilir. Bəzən deyirlər ki, buraya mənzil haqqı da daxildir. Amma bunların hər biri necə hesablanır, pullar necə xərclənir, sakinlər bilməlidir”.
R.Qasımzadə ən optimal xərc kimi kvadrat metrə 20-50 qəpik tətbiq edilməsini ədalətli sayır.
Rəsmi rüsumlar nə qədərdir?
Evlərini sənədləşdirmək istəyən və bundan sonrakı dövrdə ödəyəcəkləri mənzil haqqını bilmək üçün oxucularımıza aşağıdakı faydalı məlumatları təqdim edirik.
Beləliklə, evlərini sənədləşdirmək istədikdə dövlət rüsumunu öyrənmək üçün Dövlət Əmlak Komitəsinin rəsmi saytında olan bu keçiddən istifadə etsin:
Mənzil haqqı necə hesablanmalıdır?
Mövcud qayda dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahələrinə, o cümlədən mənzil və müstəqil evlərə aid edilir. Başqa sözlə, bu ödəniş, mülkiyyət hüquqlarından, məsələn, mənzilin özəlləşdirilib və ya özəlləşdirilməməsindən asılı olmayaraq, yaşayış sahəsindən istifadəyə görə edilir.
Ödənişin miqdarı aşağıdakı cədvələ uyğun olaraq hesablanır. Özəlləşdirilmiş mənzillər üçün tarif sabit qalsa da, özəlləşdirilməmiş mənzillər üçün bu tarif kommunal xidmətlərin göstərilməsindən asılı olaraq dəyişir. Xüsusi olaraq qeyd olunmalıdır ki, mənzil haqqı üçün yalnız yaşayış sahəsinin ölçüsü nəzərə alınır.
Nümunə 1: Ümumi sahəsi 88 kv.metr, yaşayış sahəsi 53 kv.metr olan özəlləşdirilmiş mənzil 53 kv.m. х 0,02 х 12 ay=12,72 AZN
Nümunə 2: Ümumi sahəsi 60 kv.metr, yaşayış sahəsi 38 kv.metr olan özəlləşdirilmiş yarızirzəmi mənzil 38 kv.m. х 0,01 х 12 ay=4,56 AZN
P.S. Unutmayın ki, öz mənzillərinizdə rahat yaşamaq üçün sənədləşmə mütləq lazımdır. Bu, həm də mənzillərin alqı-satqısında, bağışlanmasında, vərəsəlikdə yarana biləcək problemlərin qarşısını almaq üçün zəruridir.
Comments are closed, but trackbacks and pingbacks are open.