Press "Enter" to skip to content

Qəbul imtahanlarında düşən SUALLAR

2023-03-09 17:50:47

Buraxılış imtahanı 2019 sualları

2018-10-04 18:00:00

IX sinif buraxılış imtahanlarının yeni qaydaları- Nələr dəyişib?

AzEdu.az IX sinif buraxılış imtahanları üçün tələb olunan fənn və maksimal balları təqdim edir. Bu barədə AzEdu.az-a Kamran Əsədov məlumat verib. O qeyd edib ki, 2019-cu ildə IX sinif buraxılış imtahanı ikimərhələli keçiriləcək. Şagirdlər I mərhələdə Ana dili, Riyaziyyat və Xarici dil fənlərindən imtahan olunacaqlar.
Ana dilindən(Azərbaycan və ya rus dilləri) maksimum bal 30-dur. 2 mətn , hər mətnə aid isə 10 tapşırıq veriləcək. Onlardan 5-i yazı tələb olunan açıq, 5-i isə qapalı olacaq. Riyaziyyat da eyni qayda ilə keçiriləcək. Xarici dil fənnindən də maksimum bal 30 nəzərdə tutulub. Cəmi 15 tapşırıq təqdim olunacaq. Şagirdlər üçün buraxılış imtahanında dinləmə mətni nəzərdə tutulub. Bu, publisistik və ya dialoq formatında olacaq. Ona aid 4-ü qapalı, 2-i isə açıq olmaqla 6 tapşırıq veriləcək. Oxuyub-anlama mətni üçün isə 5-i qapalı, 4-ü açıq olmaqla 9 tapşırıq nəzərdə tutulub. II mərhələdə də şagirdlər eyni fənlərdən imtahan olunacaqlar. Bu dəfə isə bütün fənlərdən maksimal bal 70 nəzərdə tutulub. Fənnlər üzrə 30 qapalı test tapşırığı veriləcək.

Lamiyə Süleymanlı

Bu bölməyə aid digər xəbərlər

DİM imtahanların tapşırıqlarını müzakirə etdi

2023-03-09 17:50:47

DİM GRE General Test imtahanı keçirib

2023-03-09 14:24:00

Rəqəmsal SAT imtahanı keçiriləcək

2023-03-07 10:41:36

DİM abituriyentlər üçün məsləhət mərkəzləri yaradıb

2023-03-07 10:22:46

“Rektorlar şikayət edir. ” – DİM sədri subbakalavrlardan narazıdır

2023-03-06 14:33:44

Kompüterlə imtahan keçirmək məsələsi 5 ilə həll olunacaq

2023-03-06 14:31:00

“Abituriyent” jurnalının 2-ci nömrəsi çıxıb

2023-03-06 11:39:58

Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

2023-03-06 10:47:00

Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI

2023-03-06 10:29:00

Bu abituriyentlər ərizəsini ödənişsiz təsdiqləyə bilər

Qəbul imtahanlarında düşən SUALLAR

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Qeyd edək ki, imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulurdu. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verib.

Abituriyentlərdən 33462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.

Comments are closed, but trackbacks and pingbacks are open.