Press "Enter" to skip to content

Buraxılış vərəqələri yukle

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

Buraxılış imtahanlarının qrafiki açıqlandı

DİM-dən Publika.az-a verilən məlumata görə, iyunun 10, 11, 18 və 19-da imtahan keçiriləcək rayon və şəhərlərlə aşağıdakı cədvəldə tanış olmaq mümkündür.

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcəkdir. Qeyd edək ki, hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar. Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:

9-cu sinif üzrə buraxılış imtahanları;

11-ci sinif üzrə buraxılış imtahanları;

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;

Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Buraxılış vərəqələri yukle

Qabiliyyət imtahanı verəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

AzEdu.az xəbər verir ki , Ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə (11 illik təhsil bazasında və 9 illik təhsil bazasında) qəbul üçün ixtisaslar və komissiyalar barədə məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib. Digər komissiyalar üzrə buraxılış vərəqələri haqqında məlumat veriləcək.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

– imtahana buraxılış vərəqəsini;

– sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edilir və imzalanır);

– şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

– Xoreoqrafiya sənəti ixtisası üzrə qabiliyyət imtahanına gələrkən hər bir abituriyent komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməli və imtahana rəqs paltarı ilə gəlməlidir.

Comments are closed, but trackbacks and pingbacks are open.