Press "Enter" to skip to content

Səhih əl-Buxari (müxtəsər) Azərbaycan dilində

Hədis elmində qısa müddətdə o dərəcə irəlilədi ki, xocaları ilə qarşılıqlı elmi mübahisələrdə olmağa başladı. Belə ki, xocası Daxili, bəzi hədis rəvayətlərindəki əksikliklərini onun köməyi ilə tamamlamışdır. On altı yaşında ikən Abdullah ibn Mübarək və Vəli ibn Cərrahın kitablarını əzbərlədi. Fiqh elmində, müctəhidlərin bildirdiklərini öyrəndi. Sonra anası və qardaşı ilə birlikdə həccə getdi. Həcc fərzini yerinə yetirdikdən sonra anası və qardaşı Buxaraya qayıtdılar. İmam Buxari isə Məkkədə qalıb hədisi-şərif yığmağa başladı. On səkkiz yaşında ikən Səhabə və Tabiin fitvalarını yığdı. Abdullah ibn Zübəyr əl Hamididən Şafi fiqhini öyrəndi. Bu vaxtda Mədinəi-münəvvərəyə gedib Rəsulullah Əfəndimizin qəbiri-şərifini ziyarət edib gecələri qəbiri-şərifi başında Tarix-ul-Kəbir kitabını yazdı. Məkkə və Mədinədən başqa Bağdad, Bəsrə, Kufə, Misir, Nişapur, Bəlh, Mərv, Askalan, Dəməşq, Hums, Rəy və Kaysəriyyə kimi elm mərkəzlərini gəzib hədis alimləriylə görüşüb mindən çox alimdən hədis və digər elmləri öyrənib nəql etdi.

İmam Buxari

Qurani-kərimdən sonra ən qiymətli kitab olan Səhihi-Buxari adıyla məşhur hədis kitabını yazan böyük hədis alimidir. Adı Muhamməd ibn İsmayıl olub künyəsi Əbu Abdullahdır. Hədis elmində yüksək dərəcədə olub, 300.000- dən artıq hədisi-şərifi sənətləriylə birlikdə əzbərə bilən bir alim olduğu üçün “İmam”, Buxaralı olduğu üçün “Buxari” deyilmiş, İmam Buxari adıyla məşhur olmuşdur. 810-cu ildə (Hicri-194) Buxarada doğuldu. 870-ci ildə (Hicri 256) Səmərqəndin Hartenk qəsəbəsində vəfat etdi.

Kiçik yaşda atasını itirən Buxari, ilk təhsilinə doğum yeri olan Buxarada başladı. Duası məqbul salehə bir xanım olan anası, onun və qardaşının yetişməsi üçün çalışırdı. On yaşından etibarən hədis alimlərinin dərslərinə davam etdi. On beş yaşına girmədən 70.000 hədisi-şərifi əzbərlədi.

Hədis elmində qısa müddətdə o dərəcə irəlilədi ki, xocaları ilə qarşılıqlı elmi mübahisələrdə olmağa başladı. Belə ki, xocası Daxili, bəzi hədis rəvayətlərindəki əksikliklərini onun köməyi ilə tamamlamışdır. On altı yaşında ikən Abdullah ibn Mübarək və Vəli ibn Cərrahın kitablarını əzbərlədi. Fiqh elmində, müctəhidlərin bildirdiklərini öyrəndi. Sonra anası və qardaşı ilə birlikdə həccə getdi. Həcc fərzini yerinə yetirdikdən sonra anası və qardaşı Buxaraya qayıtdılar. İmam Buxari isə Məkkədə qalıb hədisi-şərif yığmağa başladı. On səkkiz yaşında ikən Səhabə və Tabiin fitvalarını yığdı. Abdullah ibn Zübəyr əl Hamididən Şafi fiqhini öyrəndi. Bu vaxtda Mədinəi-münəvvərəyə gedib Rəsulullah Əfəndimizin qəbiri-şərifini ziyarət edib gecələri qəbiri-şərifi başında Tarix-ul-Kəbir kitabını yazdı. Məkkə və Mədinədən başqa Bağdad, Bəsrə, Kufə, Misir, Nişapur, Bəlh, Mərv, Askalan, Dəməşq, Hums, Rəy və Kaysəriyyə kimi elm mərkəzlərini gəzib hədis alimləriylə görüşüb mindən çox alimdən hədis və digər elmləri öyrənib nəql etdi.

Qüvvətli zəkaya və yaddaşa sahib olan İmam Buxari, eşitdiyi hədisi-şərifi dərhal əzbərləyirdi. Onunla birlikdə hədisi-şərif dinləyənlər yazdığı halda, o, yazma ehtiyacını duymurdu. Muhamməd ibn Səlam əl Bikındi, İbrahim ibn əl- Əşas, Əbu Asın əş-Şeybani, Abdurrəhman ibn Muhamməd ibn Hammad, Xalid ibn Mahləd, Əbu Nəsr- il- Fəradisi, Abdan ibn Osman əl- Mərvəzi, Əli ibn əl- Mədini, Əhməh ibn Hanbəl, Yəhya ibn Main, İshaq ibn Rahəveyh, Süleyman ibn Hərb, Abdullah ibn Zübəyr əl- Həmidi kimi xocaların yanında yetişdi.

İmam Buxari həzrətləri elm təhsilini bitirdikdən sonra, Misirdən Mavəraünnəhrə qədər tanınmış elm mərkəzlərində hədis və müxtəlif elmlər tədris etdi. Dərslərində minlərlə tələbə olardı. Özündən 70.000-dən çox tələbə hədis dinləmişdir. Bunlar arasında, Tirmizi, Nəsai, Əbu Züra və Əbu Bəkr ibn Huzeymə, İbni Əbu Davud, Muhamməd ibn Nəsr-ul-Mervəzi, Müslim ibn Haccac , İbni Əbiddünya kimi böyük və tanınmış hədis alimləri də vardır.

Minlərlə tələbə yetişdirdikdən sonra Nişapura, oradan da Buxaraya qayıtdı. Bir müddət Buxarada qalıb, hədis və elm öyrətməklə məşğul oldu. Bir rəvayətə görə Buxara valisi uşaqları üçün xüsusi dərs verilməsini, buraya kimsənin girib dərsi dinləməməsini istədi. Buxari cavab olaraq, “Mən bəzi kimsələri hədis dinləməkdən uzaqlaşdırıb, bir neçə adama hədis öyrətmərəm” buyurdu. Bu vəziyyət vali ilə arasının açılmasına səbəb oldu. Buxaradan ayrıldı. Allahü təalaya, şikayət yolu ilə valinin verdiyi çətinliyi ərz etdi. Duası qəbul olub aradan bir ay keçmədən vali vəzifədən alındı, zindana atıldı. Bu vaxtda Səmərqəndlilər onu dəvət etdilər. Gedərkən yolda, Səmərqəndlilər bir qisim insanların istəyib, bir qisim insanların istəmədiyi xəbərini alınca, Hərtənk kəndində qaldı. İşin iç üzünü öyrənmək istəmişdi. İnsanların bu halından ürəyi sıxıldı və canı sıxıldı. Təhəccüd namazından sonra əllərini açıb; “Ya Rəbbi! Yer üzü bu genişlikdə mənə dar oldu. Məni tərəfinə al!” deyə dua etdi. O ay, orada xəstələndi və 870-ci ilinin Ramazan bayramı gecəsi Səmərqənddən 72 km. uzaqlıqda olan Hərtənkdə vəfat etdi. Qəbri oradadır.

İmam Buxari həzrətləri çox comərd olub, hər kəsə yaxşılıq edərdi. Kasıblara çox sədəqə verər, tələbələrinin ehtiyaclarını şəxsən qarşılayardı. Bayram günləri xaric bütün ili orucla keçirərdi. Haramlardan və şübhəlilərdən daim qaçar, qeybətdən çox qorxardı. “İstəyirəm ki, Rəbbimə qovuşduğum zaman heç qeybət etməmiş olum və belə bir şey üçün kimsə məni axtarmasın” buyurardı. Gecənin ilk saatlarında bir az yatar, sonra qalxar elm və ibadətlə məşğul alardı. Quranı-Kərimi üç gündə bir dəfə xətm edərdi.

Hədis elminin və hədis alimlərinin öndəri olan İmam Buxari həzrətləri, yüz minlərlə hədisi-şərifi əzbərmişdi. Hədisi-şərifləri mətnləri və sənədləriylə əzbərdən bilirdi. Hədisi-şəriflərin ravilərini (rəvayət edən) çox araşdırar, dinin əmrlərinə uyğun gəlməyən, ədəblərinə riayət etməyən, əxlaqında bir qüsur olanların rəvayət etdiyi hədisi-şərifləri almazdı. Hədisi-şərifin mətnini əzbərlədiyi kimi, o hədisi-şərifi rəvayət edən kimsələrin, künyələrini, doğum və ölüm tarixlərini, əxlaq və yaşayışlarını, kimdən rəvayətdə olduqlarını, o ravidən başqa kimlərin hədisi-şərif aldığını öyrənər və əzbərləyərdi. Bir kimsə hədis rəvayətində və ravilərin sənədində səhvə düşsə, dərhal İmam Buxari həzrətlərini tapıb soruşar və doğrusunu öyrənərdi. Getdiyi hər yerdə, ətrafı hədisi-şərifi almaq və öyrənmək istəyənlərlə dolub daşardı. İmam Buxari həzrətlərinin hədis elmindəki ləqəbi “H” hərfidir. Eyni zamanda təfsir və kəlam elmlərində də ustad olan İmam Buxari həzrətlərinin təfsirə dair bildirdiyi rəvayətlər təfsir alimlərinin əsərlərini bəzəməkdədir. Kəlam elminə dair əsərlər də yazmışdır.

Əsərləri

Ən böyük və ən məşhur əsəridir. Səhih Buxari adıyla bilinir. İslam alimləri söz birliyi ilə, “Quranı-Kərimdən sonra ən səhih kitab Səhih Buxaridir” buyurmuşdur. İmam Buxari bu kitabı Məscidi Haramda yazdı. Hər hədisi-şərifi kitabına yazmadan əvvəl istiharə (xeyirli olması üçün dua etmək) etmişdir. Qüsl edib, Kəbədə məqamın girişində iki rükət namaz qılıb qoyduğu möhkəm üsullara görə səhih olduğu qəti olaraq müəyyən olan hədisi-şərifləri yazmışdır. Bu kitabı müsvəddədən təmizə çəkmə işini də Mədinəi-münəvvərədə Peyğəmbər əfəndimizin qəbri-şərifi ilə minbəri arasında olan Ravdai-Mutahhərada etdi. Bu əsəri necə yazdığını özü belə anlatmışdır: “Cami-us-Səhih kitabında hər hədisi-şərifi qoymadan əvvəl qüsl alıb, iki rükət namaz qılıb, istiharə etdim. Ondan sonra hədisi-şərifi kitaba qoydum. Bunları etmədən heç bir hədisi kitaba yazmadım. Bu kitabı on altı ildə tamamladım.”

Kitabi Sittə adı verilən altı səhih hədis kitabının ən başda gələni olan Səhih Buxarinin, Əli əl-Yünuni tərəfindən əl yazmasıyla çoxaldılan mətni mötəbər olmuşdur. Bu nüsxənin əsli Qahirədə Aqboğa Mədrəsəsi Kitabxanasındadır. Səhih Buxarinin bir çox şərhləri və nəşrləri də edilmişdir. 1894-cü ildə Sultan İkinci Abdulhəmid Xan tərəfindən Misirdə edilən ikinci cild nəşri çox gözəl cildlənmiş, qızıl möhür və naxış ilə bəzənmişdir. Bu dərc Bulaqda Əmirriyyə Mətbəəsində edildi. Zeynuddin Əhməd Zəbidi, sağlam rəvayətləri birləşdirərək Buxari Şərif Təcrid Sarih adıyla qısaldılmışdır.

  • Tarix-ul Kəbir
  • Tarix-ul Əsvad
  • Tarix-us Saqir (Bu üç əsər hədis ravilərinin həyatlarını və hədis elmindəki yerlərini ehtiva etməkdədir.)
  • Kitab-u Duafa-is Saqir (Zəif ravilərin hallarından bəhs edər)
  • Ət-Tarix fi mərifət Ruvat-ül-Hədis
  • Ət-Təvarih-ul-Ənsab
  • Kitab-ül-küna
  • Əl-Ədəb-ül-Müfrəd ( Əxlaqla əlaqədar hədisə-şərifləri yığan əsərdir)
  • Rəf-ul Yedəyn fissalati
  • Kitab-ül Qiraəti Half-əl-İmam
  • Xalq-ul-Əfal-il- İbadi ver-Rəddü aləl-Cəhmiyyə
  • Əl-Əqidə yaxud Ət-Tövhid (Kəlam elmi ilə əlaqədardır)
  • Əl-Cami-ul-Kəbir
  • Ət-Təfsir-ül-Kəbir
  • Kitab-ül-Məbsut
  • Əsma-üs-Səhabə

Səhih əl-Buxari (müxtəsər) [Azərbaycan dilində]

Tərtib: Zeynuddin Əhməd ibn Əhməd ibn Abdul-Lətif əz-Zəbidi Səhih əl-Buxari (ərəb dilindən tərcümə: Əlixan Musayev) Buxari “Səhih” olaraq adlandırılan və içərisində onun özünə görə səhih olduğu sabit olan hədislərə yer verdiyi kitabında bir çox dini hökmlərin qaynağını göstərməsi ilə İslam dünyasına böyük bir xidmət edib. İmam Buxari ayrıca özündən əvvəl yaşamış məzhəb imamlarının söykəndiyi təməllərin sağlam olduğunu, heç birinin şəxsi görüşlə fətva vermədiyini ortaya çıxardı. Elm adamları Buxarinin əsərinə böyük önəm verdilər. Xüsusilə hədisin səhihliyi məsələsində onun əsərində qəbul etdiyi şərtləri daha dəqiq olduğu qənaətinə gəldilər. Buxari bu əsəri meydana gətirərkən çox diqqəli idi. Əsərində yer verdiyi hədisləri altı yüz min hədisin içindən seçmişdi. Onun səhihlik ölçüləırinə uyğun gəlməyən hədislərə kitabında yer vermədi. Kitabda yer alan hədislərin sayı 7275-dir. Mükərrərləri (mənası eyni olan hədislər) çıxmaqla əsərdə cəm edilən hədislərin sayı 4000 – dir. Fərqli sənədlə Qurandan sonra ana qaynaq olan Buxarinin Səhihi ilə Müslümün əsərinə Səhih adı verilib. “Şərq-Qərb”, 2009, 944 səh., 18×25, sərt, 100

İslam Baxılıb: 17994 Tarix: 30 noyabr 2012

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Son Xəbərlər

  • 11:50Xoşqədəm həyat yoldaşı Doğuş ilə – YENİ FOTO
  • 11:5019 gün reanimasiyada qalıbmış.
  • 11:40Yenidən “Yalı çapkını”nda rol alacaq – Foto
  • 11:37Metroda rüsvayçılıq – Hələ beləsi olmamışdı – FOTO
  • 11:33Aygün Kazımova görünüşü ilə DİQQƏT ÇƏKDİ – FOTOLAR
  • 11:32Azərbaycanda işsizlərin sayı nə qədərdir? – RƏSMİ AÇIQLAMA
  • 11:30“Tottenhem” türkiyəli futbolçunu 40 milyon avroya transfer edir
  • 11:26Aygün Kazımovanın özündən gözəl qızı İlqarədən YENİ FOTO
  • 11:26Yenidən qəza törədən 21 yaşlı Əli TANINMIŞ HƏKİMİN OĞLU İMİŞ – FOTO
  • 11:22Məktəbli formaları ilə bağlı YENİLİK – Sentyabrdan. + VİDEO
  • 11:20“G7” dövlətləri İrana PUA-larla bağlı çağırış edib
  • 11:17Rəqsanənin əri: “20 illik ailəm piramida kimi dağıldı” – VİDEO
  • 11:16“Fəridənin əynində yeni alt paltarı görəndə bildim ki, o kişi ilə görüşdən gəlib” – Bakıdakı cinayətinTƏFƏRRÜATI
  • 11:14Bu qızı görənlərin nəzərinə! – Dərhal 102-yə zəng edin. – FOTO
  • 11:10Gilgilçay: Azərbaycanın ən böyük müdafiə səddi – VİDEO

ƏN ÇOX OXUNANLAR

BiG.az Azərbaycan və dünyada ən son xəbərləri çatdırır. Saytda müxtəlif mövzuda sosial , siyasi, maraqlı, şou biznes xəbərlər var . son xeberler oxumaq üçün big.az saytını izləyin . sonxeber.az

Buxarı necə buraxa bilərik

Qarşı məzhəbin ən böyük alimlərindən olan “Məhəmməd İsmayıl əl-Buxari” müəllifi olduğu “əl-Camius-Səhih” əsərində hədisdə belə yazır:

حدثني محمود حدثنا عبد الرزاق أخبرنا معمر ح وحدثني نعيم أخبرنا عبد الله أخبرنا معمر عن الزهري عن سالم عن أبيه قال بعث النبي صلى الله عليه وسلم خالد بن الوليد إلى بني جذيمة فدعاهم إلى الإسلام فلم يحسنوا أن يقولوا أسلمنا فجعلوا يقولون صبأنا صبأنا فجعل خالد يقتل منهم ويأسر ودفع إلى كل رجل منا أسيره حتى إذا كان يوم أمر خالد أن يقتل كل رجل منا أسيره فقلت والله لا أقتل أسيري ولا يقتل رجل من أصحابي أسيره حتى قدمنا على النبي صلى الله عليه وسلم فذكرناه فرفع النبي صلى الله عليه وسلم يده فقال اللهم إني أبرأ إليك مما صنع خالد مرتين

Rəvayət edilir ki, Abdullah ibn Ömər demişdir: “Peyğəmbər (s) Xalid ibn Vəlidi Bəni Cəzimə qəbiləsinin üstünə göndərib onları İslama dəvət etdi. On­lar: “Müsəlman olduq!”– demədilər, (əvəzində): “Döndük, döndük!”– dedilər. Onda Xalid (s) onların (bir çoxunu) öldürdü (yerdə qalanını da) əsir gö­türdü və bizim hər birimizə bir əsir bağışladı. Nəhayət, günlərin bir günü Xalid bizim hər birimizə (əlinin altında olan) əsirini öldürməyi əmr etdi. Dedim: “Vallahi ki, nə mən, nə də dostlarım­dan bir kimsə öz əsirini öldür­mə­yə­cəkdir.” Nəhayət, biz Peyğəmbərin (s) yanına gəlib bu hadisəni ona da­nış­dıq­da Peyğəmbər (s) əllərini (göyə) qaldırıb iki dəfə dedi: “Allahım, həqiqə­tən də, mən Xalidin etdiyi əməldən uzağam!”

Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Camius-səhih, Hərbi yürüşlər kitabı, c.4, s.1577, №4084; Dar ibn Kəsir, Beyrut, 1414/1993

Əlixan Musayev, “Səhih Buxari Müxtəsəri”, Hərbi yürüşlər kitabı, 33-cü fəsil, hədis 1666

Fotoşəkil: Əlixan Musayev, “Səhih Buxari Müxtəsəri”, Hərbi yürüşlər kitabı, 33-cü fəsil, hədis 1666

Sual və iradlarımız:

1) Xalid ibn Vəlid əsrləri öldürmək əmrini kimdən almışdır? Əgər əmri heç kimdən almamışdırsa, onda bu əmri öz nəfsinə görə vermişdir? Məgər Peyğəmbərdən (s) və ya onun canişinindən icazə almadan əsirləri qəsdən öldürmək İslamda varmı?!

2) Əgər iddia olunsa ki, Xalid ibn Vəlid ictihad edərək bu qənaətə gəldi. O zaman deyə bilərik ki, Peyğəmbər (s) həyatda olduğu halda, kim ona özündən ictihad etmək səlahiyyəti verib? Digər tərəfdən bu məsələdə bu cür hökm olunmadığı açıq-aşkar bəllidir. Çünki onun əmirliyində olan səhabələr onun bu hərəkətinə etiraz edərək əmrini yerinə yetirməyi rədd etdilər. Xalid ibn Vəlidin bu etirazlara baxmayaraq yenə də əsirləri qətlə yetirməsi və Peyğəmbərin (s) əllərini (göyə) qaldırıb iki dəfə: “Allahım, həqiqə­tən də, mən Xalidin etdiyi əməldən uzağam!” deməsi ictihaddır, yoxsa əsirlərə edilmiş zülm?!

3) Xalid ibn Vəlid niyə bu qədər tələsirdi? Onun səhabələrin etirazına baxmayaraq ictihad etməsinə və bu qədər tələsməsinə nə gərək vardı? Məgər o, Peyğəmbərə (s) məktub yazaraq bu məsələni ondan öyrənə bilməzdimi?!

4) Əgər Xalid ibn Vəlid kimi bir səhabə adi bir məsələdə heç kimdən məsləhət almadan özbaşına hərəkət edərək əsirləri zülm edərək qətlə yetirirsə, biz onu necə adil hesab edə bilərik? Necə onun yolu ilə gedə bilərik? Əgər bütün səhabələr adildirsə, niyə Xalid ibn Vəlid səhabələrin etirazını haqlı hesab etmədi? Məgər o, bilmirdi ki, səhabələr hamısı adildir, haqsız yerə etiraz etməzlər? Həmçinin həmin səhabələr niyə Xalid ibn Vəlidə etiraz etdilər? Məgər onlar bilmirdilər (qarşı məzhəbin iddia etdiyi kimi) Peyğəmbər (s) onu Allahın qılıncı (Seyfullah) adlandırıb, adil və böyük səhabələrindən hesab edib?!

5) Yenidən iddia olunsa ki, səhabə məsum deyil, səhabə xəta edə bilər, o zaman cavabında deyəcəyik:
Siz bunu dildə söyləsəniz də, əslində onlara qoyduğunuz status ilə onların məsum olmasına etiqad bəsləmiş olursunuz. Çünki iddia edirsiniz ki, Xalid və ya Siffeyn döyüşündə Müaviyə on minlərlə insanın qanına girməsinə baxmayaraq, yenə də ictihad və xəta edir, bununla da onlar yenə də savab qazanırlar. Yəni düz iş görsə iki savab qazanır, səhv edib adam öldürsə bir savab qazanır. Nəticə etibarilə, hər iki halda savab qazanırlar və heç vaxt günah etmirlər. Bununla da siz onların məsum olmasına etiqad bəsləmiş olursunuz!

6) Əgər Xalid və Müaviyə kimilərin minlərlə insanın qanına girərək savab qazandığını iddia edirsinizsə, bəs bu cür şəxslər daha nə etməlidir ki, siz ona cinayətkar statusunu verəsiniz?

Həmd Aləmlərin Rəbbi Olan Allaha Məxsusdur!

Comments are closed, but trackbacks and pingbacks are open.