Press "Enter" to skip to content

Bəxtiyar vahabzadə şeirləri

Yaman darıxmışam. Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

Bəxtiyar Vahabzadə şeirləri

Vahabzadə Bəxtiyar Mahmud oğlu Şəki şəhərində anadan olmuş məşhur Azərbaycan şairi, dramaturqu və ədəbiyyatşünasıdır. Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz bəzərsiz yaradıcılığı ilə milli ədəbiyyatımızın zənginləşməsində mühüm rol oynayıb.
O, bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
70-dən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

1️⃣ ÜRƏK

Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.

Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.

Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!

2️⃣ AZƏRBAYCAN
Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.

3️⃣ SƏNINLƏ DÜNYADA BƏXTIYARAM MƏN
Başımı qoyaram gündə yüz kərə,
Bir yol ayağını qoyduğun yerə.
Eşqindir ucaldan məni göylərə,
Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə həd qoymaq düzü günahdı,
Cahilin hər işi, sözü günahdı,
Eşqi günah saymaq özü günahdı,
Kim deyir eşqimdə günahkaram mən?!

Özün bir aləmsən, eşqin bir aləm,
Sən olan könüldə nə kədər, nə qəm,
Sənsiz bu dünyanın ən bədbəxtiyəm,
Səninlə dünyada BƏXTİYARam mən.

4️⃣ AXTARIŞLARIM
Dünyadan od alır arzu da, kam da,
Könlümün içində necə gizlənim?
Gözüm də, könlüm də, qulaqlarım da
Gecəli, gündüzlü axtarır mənim…
Nə gecə tanıyır, nə gündüz könül
Axtarır,
axtarır…
“Yetər!”-deyəmmir.
Tapdığı incini doyumsuz könül,
Bu gün bəyənsə də, sabah bəyənmir.
Tapdım, uşaq kimi sevinirəm mən.
Özüm vuruluram sətirlərimə.
Sonra görürəm ki,
tapdıqlarımın,
Heç biri könlümcə deyilmiş, demə!
İstərəm, həmişə aşıb-daşam mən.
Gecəli-gündüzlü axtanşımdan
Tapdığım ləzzəti
tapdıqlarımda
tapmamışam mən.
Gəzib axtarıram,
Gördüklərim çox.
Min şeir gizlənib hər qarışımda.
Yox-yox!
Gözəlliyi tapdığımda yox,
Tapmışam əbədi axtarışımda.

5️⃣ GECƏLƏR

Səhərlərim-boyasız, gündüzlərim-qorxusuz
Gecələrim-narahat, gecələrim-yuxusuz.
Başbaşayıq sübhə tək mənimlə fikirlərim,
Gecələrə açılır gizli-gizli sirlərim.

İndi mən qısılmışam gecələrin qoynuna
Boylanıram içimdə gah əvvələ, gah sona.
Gecələr-sığnaq yerim, gecələr-pənah yerim,
Gecələr bir-birilə döyüşən fikirlərim.

İnanardı ağıl da öz içimin səsinə
Şirin xəyallarımın yumşaq mütəkkəsinə
Baş qoyardım bir zaman
Xəyalı gerçək kimi yaşayardım bir zaman.

İndi qurban verməyə hazıram bir yad kimi
Min-min səhərlərimi, min-min gündüzlərimi
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.

Allahın bal yuxusu mənə haram gecələr
Sürünürəm gündüzlər, yaşayıram gecələr.
Anam deyərdi: “Oğul, sən gecə doğulmusan
Bəlkə buna görə də gecəquşu olmusan”.

Mən təpədən dırnağa indi səbrəm, dözüməm,
Çoxluğumda başqası, təkliyimdə özüməm.
Verdiyin tənhalığı geri götürmə, Allah,
Gecəmlə həsb-halı mənə çox görmə, Allah.

Mənim mənə ən yaxın sirdaşımdır gecələr,
İçimə damcılayan göz yaşımdır gecələr.
Gecələr sığnaq yerim, gecələr pənah yerim,
Səhərlər açılanda qapanır kirpiklərim.
Öyrəndim gecələrden
Qaranlıq içində mən
Ulduz-ulduz yanmağı,
Özümə qapanmağı, içimə boylanmağı.

Gecələrin sahibi, gündüzlərin quluyam,
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.
Gecələr çiçəklənir söz gülşənim, söz bağım
Gecələrin şahıyam, yoxdur mənim ortağım.

6️⃣ DÜNYANIN

Baş çıxarmaq həm çətindir, həm asan,
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün bir mələyən cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
O dünyaya getməmişdən çürüdər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.

7️⃣ ŞƏHİDLƏR
Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi Şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla,
Vətən torpağına çəkdi Şəhidlər…

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi Şəhidlər…

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü,
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü Şəhidlər…

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə bizdə.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi Şəhidlər…

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi Şəhidlər…

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi Şəhidlər…

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənimdə haqqım var” ,- deyə
Kütləni xalq edən müqaviləyə,
Qanıyla qolunu çəkdi Şəhidlər…

İnsan insan olur öz hünəriylə.
Millət, millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi Şəhidlər.

Bextiyar_Vahabzade_Seirler_I_cild

__________________ Milli Kitabxana_________________ “YARADIBDIR İNAM MƏNİ, MƏN İNAMIN ÖVLADIYAM” Bu misralar Bəxtiyar Vahabzadənindir. Öz şair çağdaşın haqqında mühakimə yürütmək – o, çoxdan tanınmış məşhur söz ustası olsa belə – həmişə mürəkkəb və məsul işdir. Bir həqiqəti təsəvvür etmək çətin deyil ki, klassikləri yalnız keçmişdə axtaranlar çağdaşın barədə deyəcəyin tutarlı fikirlərə dodaq büzüb, çiyin çəkə bilər. Buna görə də, istər-istəməz işə ehtiyatla yanaşmağı vacib bilirsən. Xoşbəxtlikdən, elə hallar olur ki, heç nə ilə hesablaşmadan, çəkinmədən öz çağdaşın haqqında ürəkdolusu, açıqca fikrini bildirirsən ki, buna da məsələyə hamburqsayağı yanaşma deyərlər. Bu yaxınlarda Bəxtiyar Vahabzadənin yeni şeirlər kitabını oxudum. Şeirlər ruscada böyük heyranlıqla oxunur. Həmin şeirlərdə zaman yaşayır – bizim qayğı “yükümüzə” tab gətirən, dərdsərimizə şərik olan, qoynunda yaşadığımız zaman! Şeirlərin qüdrəti də məhz bundadır. Eyni sistemə daxil olan türk mənşəli dillərimiz bir-birinə yaxın olduğuna görə azərbaycanlılar məni çox asanlıqla inandırırlar ki, indiki dövrdə Bəxtiyar Vahabzadənin yaradıcılığı orijinalda milli poetik fikrin ən böyük nailiyyətlərindən biridir. Zəngin Azərbaycan ədəbi ənənələri müqabilində bu cür nüfuz və şöhrət qazanmağın çox-çox çətin olduğunu asanca təsəvvürümə gətirirəm. Bununla belə, unutmaq olmaz ki, ənənələr yalnız və yalnız müasirliyin gərdişində, yeni yaradıcıların yeni sözündə yaşayır: Yaşamaq yanmaqdır, yanasan gərək, Həyatın mənası yalnız ondadır. Şam əgər yanmırsa, yaşamır demək, Onun da həyatı yanmağındadır! Şeir sənəti barədə mühakimə yürüdərkən, biz tez-tez “poeziyanın sehri”, “poeziyanın sirri”, “poeziyanın musiqisi” ifadələrini işlədir, adətən anlaşılması asan olmayan, predmeti dəqiq müəyyənləşməyən qeyri-adi məfhumları, duyğuları açmağa çalışırıq. Şerlərin fövqəltəbii stixiyası ilham pərisinin qüdrətindədir və bu da gözəldir ki, hər kəs, hər bir qabiliyyətli adam onlan oxuyanda həyəcanlanır, belə anlarda özünü şair hesab edir. Poeziyanın “sehrli atributları” o zaman intəhasız kamilliyə qadir olur ki, şeir yaradanın fitri istedadı, mənəvi təcrübəsi başlıca rol oynasın. Çünki, on yeddi yaşlının poetik ehtizazı və vəcdi ilə yetkin adamın fikir və hissləri arasında fərq böyükdür. Tarix “ələyinin” dibində qalan inciləri -dünyanın poetik söz antologiyasını vunderkindlər /onların dühasını inkar etmirik/ deyil, zəngin mənəvi təcrübəyə malik olan qüdrətli şəxsiyyətlər yaratmışlar. Dünya mədəni irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən Səməd Vurğunadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və təcrübəsi sərf olunmuşdur. “Bizim müdrik, ağsaçlı Qəhrəman elimiz var. Bizim qoç Koroğlumuz, Bizim Nəsrəddinimiz, Bizim Füzulimiz var!” Vallah, bunu çox dedik Billah, bunu çox dedik. Keçmişin kölgəsində Ağzımızı havaya Açıb yatmaq istədik. Ancaq bunu bilmədik: Köhnə hava içində Ürək susur, boğulur.

__________________ Milli Kitabxana_________________ Kölgədə yatanların Öz kölgəsi yox olur. (“Bəsdir!”) Poeziyanın meyarı hər şeydən əvvəl sənətkarın yetkinlik meyarıdır, onun kollektiv təcrübəmizlə həmahəng olan fəlsəfi və mənəvi müdrikliyinin meyarıdır və bundan sonra şəxsiyyətin harmoniyası, epitetlərin gözəlliyi və daha sonra dövrün əsən yellərinə istedad yelkəni ilə sinə gərmək bacarığı gəlir. Dövrlər dəyişir, ömür keçir, lakin həqiqi sənət, dünyanı bizim üçün əbədi, həmişəyaşar varlığa çevirir. Əlbəttə, söhbət insandan – bütün əsrlərdə İnsan olmaq eşqi ilə yanmaqdan gedir. Bəxtiyar Vahabzadənin “Bir gəminin yolçusuyuq” (1983) kitabında toplanan əsərlərinin demək olar ki, hamısında mən qüdrət, aydınlıq və müdriklik görürəm. Şairin təlatümü, inkar və təsdiqi söz oyunundadeyıl, ali ehtirasdan, “əks-sədalıqdan”, qəlb inamından doğur. Bizi əhatə edən aləmdə hər nə varsa, şairi dərindən-dərinə düşündürür; xeyirlə şəri, gözəlliklə eybəcərliyi, böyüklüklə kiçikliyi, bir sözlə, insan ruhunun ali və xırda duyğularını poeziya səviyyəsinə qaldırmaq ehtırası Bəxtiyarın fitrətindədir. Mütəfəkkir sənətkarın, ustad şairin başlıca qayəsi, uğuru da bundadır. Qadın-kişi ünsiyyətindən doğan əbədi mövzu onun qələmində təzələnir, sevgilisindən küsənin nisgili, qəribəlikləri və bunun əksinə, misralarda yaşayan mərdanə dözüm və vəfalılıq bizi gözlərimiz yaşarıncaya qədər kövrəldir, çünki şair hamıya doğma olan bu əzablı-işıqlı münasibətlərdə sözə sığışmayan ilahi duyğuları sehrlə “ovlaya” bilir. Bəxtiyar Vahabzadə hamımıza xas olan bu ehtiraslardan birbaşa zaman, məkan və fəzanın mücərrəd aləminə, bizim günlərin həyəcanlarına – dünyanın nüvə təhlükəsinə körpü-fikirlər, körpü-obrazlar atır, yenidən hər birimizə, bütün nəsillərə, yenidən İnsana, öz qonşusuna, onun od-ocağına və bundan sonra bütün Kainata üz tutur. Yaradıcılıgının çiçəklənmə və müdriklik dövrünə qədəm qoyan böyük şairin ölçüsüz istedadı bar verir, beləcə, inkişaf edir. Zənnimcə, oxucuların çoxu bu gün özünü, öz dünyasını, öz hiss və həyəcanlarını Bəxtiyar poeziyasında tapa bilər. Vahabzadənin poetik təfəkkür mədəniyyəti təbiətcə millidir. Bu, mustəsna dərəcədə zəruri haldır ki, sən övladı olduğun xalqın nitq hissəsində fel olmağı bacarasan, xalqının canlı dil memarlığına öz töhfəni verə biləsən. Bununla yanaşı, Vahabzadənin poetik təfəkkür mədəniyyəti daha üstün mahiyyət kəsb edir və millilikdən ümum-bəşəri səviyyəyə qalxır. Milli və beynəlmiləl münasibətlər problemi günümüzün canlı mübahisələrə çevrilən məsələlərindən biridir və bu problem dünya ədəbiyyatında öz mütərəqqiliyini, obrazlılığını, nadir əhatəliyini və məhsuldarlığını bir daha Vahabzadə yaradıcılığında tapır. İndiki halda, sən azərbaycanlı şairi oxuyanda dünyanı oxuyursan. Bundan başqa, mən Vahabzadənin görkəmli sənətkar – şair üstünlüklərini, çox güclü cəhətlərini qeyd etmək istərdim. Lirizm və vətəndaşlıq Bəxtiyarın yaradıcılığında ayrılmaz qoşa simlərdir və bu simlər onun şəxsi və ictimai dünyagörüşünün qüdrətinə bir daha şəhadət verir. O, vətənpərvərdir, o, aqildir, sözün yaxşı mənasında nəsihətverən, yolgöstərən sənətkardır. Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir. Keçmişə görə əzab çəkmək, ona bu günün gözüylə baxmaq – Bəxtiyarın mövzu dairəsinin genişliyindən, mürəkkəbliyindən və zənginliyindən xəbər verir. Sultanlar milləti qorxuda bildi, Doğru danışanı asdılar dardan. Qızıl saraylarda fərman verildi Tarix gəlib keçdi ac komalardan. (“Topqapı sarayı”) Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş “fəna mülkünə” qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi bu günün gözüylə mühakimə edir, bizi inandırır ki, bunun bilavasitə ona və müasirlərinə dəxli var. O, bizi inandırır ki, indiki zamanın taleyi keçmişdən asılıdır. Əgər tarixin təkəri geri dönsə, keçmiş hökmdarlar, sultanlar “Doğru danışanı asdılar dardan” misrasına, odlu sarkazma, qəzəb və nifrət toxumu səpdiyinə, komalarda tarix yaradanlara məhəbbət bəslədiyinə, öz xalqının, öz millətinin kökünü yaşatmaq cəhdinə görə şairi amansızcasına cəzalandırardılar. . Dünyada ad çıxaran çox şair var. Qəzet və jurnalları vərəqlədikcə görürsən ki, əsl şair azdır. Tək-tənha qalanda, bir neçə kəlmə ilə “Həyat nədir?” sualına cavab axtaranda yalnız sözü fikirdən, obrazdan, ruh və nəfəsdən yoğrulmuş həqiqi şairlər sənin yaşamaq eşqinə, düşüncələrinə qol-qanad verir. Müasirimiz Bəxtiyar Vahabzadə belə şairlərdəndir. ” Yaradıbdır inam məni, mən inamın övladıyam . ” Məncə, bu misralar şairin yaradıcılığı üçün çox rəmzi və xarakterikdir. Bəxtiyar Vahabzadə öz möhtəşəm poeziya məbədini ucaltmaqdadır. O qüdrətlidir. Bu məbədi ucaldan əllər mahir və qadir əllərdir. Bu əllərin qoyduğu özül möhkəm və gözəldir. Oxucu bu məbədi tez-tez ziyarət etməlidir. Çingiz Aytmatov

__________________ Milli Kitabxana_________________

ANA DİLİ Dil açanda ilk dəfə ana söyləyərik biz, “Ana dili” adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə. Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır. Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil, – əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, Yatağına sığmayan çayların hiddətindən, Bu torpaqdan, bu yerdən, Elin bağrından qopan yanıqlı nəğmələrdən, Güllərin rənglərindən, çiçəklərin iyindən, Mil düzünün, Muğanın sonsuz genişliyindən, Ağ saçlı babaların əqlindən, kamalından, Düşmən üstünə cuman o Qıratın nalından Qopan səsdən yarandın. Sən xalqıının aldığı ilk nəfəsdən yarandın. Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,

__________________ Milli Kitabxana_________________ Səndə neçə min illik mənim mədəniyyətim, Şan-şöhrətim saxlanır. Mənim adım, sanımsan, Namusum, vicdanımsan. Millətlərə, xalqlara xalqımızın adından Məhəbbət dastanları yaradıldı bu dildə. Moskvada Puşkinə heykəl qoyulan zaman, Ona abidə qoydu bu dildə Şirvani də. Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil, – əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub nəsillərə biz də hədiyyə verək. Ey öz doğma dilində danışmağı ar bilən, Bunu iftixar bilən Modalı ədəbazlar Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Qoy bunlar mənim olsun. Ancaq Vətən çörəyi, Bir də ana ürəyi Sizlərə qənim olsun. Noyabr 1954 TƏKLİK Xəyal gah dağdadır, gah da aranda, Gah göyə yüksəlir, gah enir insan. Otaqda bir saat tək oturanda, Yüz ilin dərdiylə yüklənir insan. Elə bil divarlar gəlir üstünə, Qulağın səslənir, qəlbin döyünür. Alışıb yanırsan sən öz tüstünə, Nidalar gözündə suala dönür.

__________________ Milli Kitabxana_________________

İnsanı tez yorar düşüncələr də, Verib nəfəsini dərd udar insan. Özündən başqası olmayan yerdə, İnsan olduğunu unudar insan. Bir günəş bəs edər, pərişan olma, Sənin yüz Kür qədər göz yaşın olsa. Min dərd hücum etsə, könül, sıxılma, Bir nəfər dərd bilən sirdaşın olsa. Dünyaya gəlmədik biz əbəs yerə, İnsanıq, insan da bizə gərəkdir. Bağatək qınına çəkilənlərə Ürək nə gərəkdir, dil nə gərəkdir. Çay çaya qovuşmaz sular daşmasa, Ulduzun ulduzla ünsiyyəti var. Göydə buludlar da qoşalaşmasa Nə ildırım çaxar, nə yağış yağar. Yol tapa bilərmi saz ürəklərə, Mizrab asta-asta telə dəyməsə? Çıxarmı qönçədən tək bircə kərə, Bülbülün nəfəsi gülə dəyməsə? Öz el-obasını tərk etdiyindən, Tək-tənha dolanır bayquş bu gün də. Kolların dibində tək bitdiyindən, Boynu bükük olur bənövşənin də. Od vurmasa, qabda su daşa bilməz, Quş da tək qanadla dağ aşa bilməz. Kösöyün ikisi çöldə də yanar, Biri ocaqda da alışa bilməz. Qəlbimdə min sözüm, min söhbətim var, Mən deyim, siz deyin, dil yorulmasın. Yığılın, yığılın başıma, dostlar, Mənim bir günüm də sizsiz olmasın.

Bəxtiyar Vahabzadə şerləri.

Qorxu kölgəsinə sığınmış bu gün
Sədaqət, diyanət, məhəbbət, Allah.
Yalan hakim olub, böhtan gözətçi,
Çürüyür zindanda həqiqət, Allah.

Əyri əyriliyi yeridir daşa,
Keçib əyrilikdə hamıdan başa.
Doğru həsrət qalıb isti bir aşa,
Görən hara gedir bu millət, Allah.

Həftələr dəyişdi, günlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.

Ünvanı dəyişib rəzalətin də,
Qaymaq da satılır şor qiymətində.
İndi sədaqətin səltanətində,
Əyləşib hökm edir xəyanət, Allah.

Ha çığır, ha bağır, yalan ayılmaz,
Yaxşını yamandan ayıran olmaz.
Satsan, üzünə də baxan tapılmaz,
Necə ucuzlaşıb ləyaqət, Allah.

Yalanlar həqiqət qiyafəsində,
Yeklər cövlan edir şeş xanəsində.
Oğrular, əyrilər zəmanəsində,
Əyrilik sayılır, fərasət, Allah.

.
02-09-2010, 07:36 PM #2
Senior Member Üyelik tarihi Jul 2009 Mesajlar 1.149

Dünyanın

Baş çıxarmaq həm çətindir, həm asan
İblisindən, mələyindən dünyanın.
Adəm satdı bir buğdaya cənnəti,
Tora düşdü kələyindən dünyanın.

Nə gözəldir, ürək geniş, söz açıq,
Yaşamadım bir sevdamı yarımçıq.
Əzab adlı dəyirmandan narın çıx,
Keçəcəksən ələyindən dünyanın.

Arzum üçün mələyən bir cüyürdüm,
O təpədən bu təpəyə yüyürdüm.
Niyə qorxum kəfənindən?
Nə gördüm
Beşiyindən, bələyindən dünyanın?

Ey Bəxtiyar, zaman ömrü əridər,
Ölümümüz axan vaxta borc ödər.
Arxasınca palaz kimi sürüdər
Bərk yapışsan ətəyindən dünyanın.

.
02-09-2010, 07:36 PM #3
Azeri.net Sevdalısı Üyelik tarihi May 2009 Mesajlar 3.585

Re: Bəxtiyar Vahabzadə şeirləri.

02-09-2010, 07:40 PM #4
Senior Member Üyelik tarihi Jul 2009 Mesajlar 1.149

Deyilmi.

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?

Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?

Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?

Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı – bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?

.
02-09-2010, 07:47 PM #5
Azeri.net Sevdalısı Üyelik tarihi Oct 2009 Mesajlar 1.955

Re: Bəxtiyar Vahabzadə şeirləri.

tesekkurler

02-09-2010, 07:50 PM #6
Senior Member Üyelik tarihi Jul 2009 Mesajlar 1.149

Ağıl başqa, ürək başqa

Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək başqa.

Hər dərdinə ortaq mənəm,
Hər ağrını tən bölənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.

Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ – solumdur
Şeytan başqa, mələk başqa.

Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.

Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
Ҫatmadı səbrim, inadım
Әməl başqa, dilək başqa.

.
02-10-2010, 07:50 PM #7
Senior Member Üyelik tarihi Jul 2009 Mesajlar 1.149

Təklik

Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan.

Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.

Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.

Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın

.
02-10-2010, 07:51 PM #8
Azeri.net Sevdalısı Üyelik tarihi May 2009 Mesajlar 3.585

Re: Bəxtiyar Vahabzadə şeirləri.

02-18-2010, 08:47 PM #9
Senior Member Üyelik tarihi Jul 2009 Mesajlar 1.149

Yaman darımışam.

Yaman darıxmısam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan
Sevgini gizlətmək mahalmış,demə!

Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim. Gözüm üzünə
Qulağım səsinə darıxmasaydı.

Yaman darıxmışam. Bu nədir yenə
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.

Yaman darıxmışam. Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.

Yuxuma gəlmişdin. Qısıldıq küncə
Danışdıq. Yel əsdi. Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm.

.
02-18-2010, 08:54 PM #10
Azeri.net Sevdalısı Üyelik tarihi Mar 2009 Yer Azərbaycan.Bakı Mesajlar 1.739

Re: Bəxtiyar Vahabzadə şerləri.

Yuxuma gəlmişdin. Qısıldıq küncə
Danışdıq. Yel əsdi. Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə
Sənin işığında yox oldu kölgəm.

çox xoşuma geldi bu bende Allah rehmet elesin şairimize
sayılıb seçilen şairlerimizdendir
yerri gelsene Mirze Elekber Sabir seyfeside aç sen
sende onun satirik tenqidi ve.s şerlerinden qoy mende de HOPHOPNAME var mende ordan

« hekayə | Hekayə(2) davamı »

Yer imleri

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok

Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.

Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 09:46 AM .

Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023

Comments are closed, but trackbacks and pingbacks are open.