Bəxtiyar Vahabzadə – Hara gedir sabahımız
Təbii ki, bunsuz həyat dayanar: “Yazmaq istədiklərim var. Bir də tam səmimi deyirəm Azərbaycanı bütöv görmək istəyirəm”.
Sevdiyi qıza görə bıçaqlanan XALQ ARTİSTİ
İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır.
Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam, insanları şənləndirməyinin də, sevincinin də, kədərinin də. Bircə hirslənməyini bilmirəm. Hərdən mənə elə gəlir ki, Ramiz müəllim heç hirslənmir. Səhnədə müxtəlif obrazlarına baxmışam, ailədə oğula-uşağa, qıza-nəvəyə, xanımına münasibətini görmüşəm. Elə bil hirslənəndə də onu zarafatla ifadə edir, mən belə şahidi oldum. Görmüşəm ki, el şənliyində zabitlər onu – general Həzi Aslanovmuş kimi əhatəyə alıblar. Ramiz Novruzov həmin anda özü olmayıb elə Həzi Aslanova dönüb.
Eyni tamaşada iki müxtəlif vaxtlarda kulisə keçib müşahidə eləmişəm bu aktyoru. Bəhram Osmanovun “Xəcalət” tamaşasının antraktında birinci dəfə tamaşanın təsirindən ağlaya-ağlaya qucaqlaşdıq. Üstündən iki il keçəndən sonra həmin tamaşanın antraktında kulisdə səhnəyə çıxmağına sanılı saniyələr qalmış görüşdük. Elə bildim görüşdüyüm Ramiz Novruz deyildi, onun “Xəcalət” tamaşasındakı yaratdığı obrazdır. Demək, vaxtı düzgün seçməmişdim, aktyor artıq obraza daxil olan vaxt gəlmişəm onu görməyə.
Çox nadir sənətkarı xalqın sevdiyi qədər də çalışdığı kollektivdə, ünsiyyətdə olduğu insanlar sevirlər. Qəhrəmanın həmin nadirlərdəndir.
Uşaqlıq
Biləsuvar rayonun Səmədabad kəndində doğulub, orda da orta məktəbi bitirib.
Atası dülgər olub, müharibə veteranı imiş, Berlinə qədər gedibmiş. Atasının müharibə barədə xatirələri ilə böyüyüb, deyir o, müharibədən danışanda söhbətlərindən doymaq olmurdu, çünki çox səmimi danışardı. Ata həm də dindar adam olub, ibadəti, namazı yerli-yerində.
Anası evdar qadın, ailədə iki qardaş, üç bacı olublar. Onlar da hamısı ailəlidirlər, burda Bakıda yaşayırlar. Bircə qardaşı rayondadır, müəllimdir. Əslində aktyorluğu qəhrəmanıma o qardaşı sevdirib, özünün də istedadı var, amma bu gün ona baxıb qürurlanmaqla kifayətlənir.
Orta məktəbdə yaxşı oxuyan olmayıb, amma məktəbin gərəkli şagirdi olub, bütün məktəb tədbirlərində ona güvəniblər ki, şeir deyən, rol oynayan, aparıcılıq edən var.
Bütün kənd uşaqları kimi çilingağac, dirədöymə oynamağına söz yox, amma ən çox futbol oynayarmış. 8-ci sinifdən başlayaraq bütün bu maraq və istedadlar keçir arxa plana, çünki məktəbdə teatr dərnəyi fəaliyyətə başlayır.
“Elə o vaxtlardan da yəqin vurulmuşam bu sənətə. İlk məhəbbət kimidir, bilmirsən niyə sevirsən, onu bilsən demək heç sevmirsən əslində. Bəzi aktyorlar müsahibələrində deyirlər ki, mən heç aktyor olmaq istəmirdim, təsadüfən gəlmişəm bu sənətə. Mən həmişə belə aktyorlardan qorxmuşam, çünki belələri gec-tez sənətə xəyanət edir”.
İlk dəfə onuncu sinifdə oxuyanda inşada aktyor olmaq istədiyini açıqlayıb. İnşa belə də başlayırmış: “Mən indiyə qədər kim olacağım barədə çox inşalar yazmışam, amma hamısında yalan yazmışam, bu dəfə ilk dəfə həqiqəti deyirəm. ”
Təsəvvür edin də, kənddə quzu otarmağı bacarmayan, hər quzu otaranda başı futbol oynamağa qarışdığından bir quzu bada verən kənd uşağı gəlib neçə ilin sənətkarlarının çəkilmək istədiyi qəhrəman obrazına çəkildi. Uşaqda bəxtə bax e.
Tələbəlik
Orta məktəbi bitirəndən sonra atası ona bir bilet alıb, üstündə də o vaxtın puluyla 85 manat verib ki, get Bakıya oxu, kim olursan ol, özün bilərsən, amma adam ol. İmtahanda aktyor sənətindən 4, 4, 5 alıb. Özü də Rza Təhmasibdən. Özü də Sovet vaxtı qadağan olunmuş bir şairin şeirini deyib qabiliyyət imtahanında. Rza Təhmasib görünür Tofiq Fikrətin “Siz” şeirini cəsarətlə (qadağan olunduğundan bixəbər olduğu halda) dediyinə görə onun həm qabiliyyətinə, həm də elə qalibiyyətinə 5 yazıb. Yazıdan isə kəsilib, daha doğrusu kəsiblər, şikayəti əsasında onu geri götürüblər, amma bir il Pedaqoji institutda oxuyandan sonra, çağırıblar ki, gəl, səni haqsız kəsiblər. Ramiz Novruzov adlı bu tələbə də eləmə tənbəllik tələbnamə ilə özünü saldırır Adil İsgəndərovun kursuna. Bunu o vaxt hansı tələbə istəməzdi ki.
Adil İsgəndərovun belə bir ənənəsi olub, tələbələrinə sonda bir rəy yazarmış. Ramiz Novruzova yazıb ki, sənin əxlaqınla yanaşılsa irəli getmək olar, böyük teatrda işləyə bilərsən: “Sən o adamlardansan ki, ilk görüşdən etibar edib uzaq yola çıxmaq olar”.
General
Təyinatla bir il Sumqayıt teatrında işləyib. Əsgərlikdən sonra bu teatrda Nəriman Həsənzadənin “Qoy, bütün şərq bilsin” tamaşasında general Şıxlinskini oynayır. Tamaşaya baxanlar arasında Hökumə Qurbanova da varmış. Aktrisa tamaşadan sonra deyib ki, mən yalnız bir söz deyə bilərəm generalı oynayan oğlan yaxşı idi. Aktyor bundan ürəklənib böyük teatrda işləmək üçün müraciət edib. Müraciət az sonra qəbul edilib.
“Bir on il Akademik teatrda özümü sübut etməklə məşğul oldum. Yalnız başımı aşağı salıb işləyirdim. Özüm üçün belə bir xətt tutmuşdum, həmişə orta sıralarda Adil İsgəndərov, Rza Təhmasib, Mehdi Məmmədov əyləşərdi, onları əsas tutub oynayırdım, onların xoşuna gəlsin”.
Tanrı hər 10 ildən bir ona bir hədiyyə göndərib. 31 yaşında Əməkdar artist, 42 yaşında Xalq artisti. Ardıcıl uğurlu rollar da üstəlik.
Teatrda
Teatrda oynadığı rollar: Nəvvab və İran şəhzadəsi (“Xurşidbanu Natəvan”, İlyas Əfəndiyev), Mayor Edmund (“Şeyx Xiyabani”, İlyas Əfəndiyev), Bahadur (“Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev), Məhəmməd Suvarlı (“Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev), Cəmil (“Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev), Sisyanov və Kərbəlayi Xan (“Hökmdar və qızı”, İlyas Əfəndiyev), Seyton (“Maqbet” Uilyam Şekspir), Edmund (“Kral Lir”, Uilyam Şekspir), Kreon (“Medeya”, J.Anuy), İbn Yəmin (“İblis”, Hüseyn Cavid), Səlim bəy (“Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə), Loğman (“Fəryad”, Bəxtiyar Vahabzadə), Laçın (“Hara gedir bu dünya?”, Bəxtiyar Vahabzadə), Toğrul (“Cəzasız günah”, Bəxtiyar Vahabzadə), Fərhad (“Sənsiz”, Şıxəli Qurbanov), Baş redaktor (“Mənim sevimli dəlim”, Elçin), Andranik və Nostradamus (“Hələ “sevirəm”deməmişdilər…”, Ramiz Novruz), Ələs bəy (“Dirilən adam”, Mir Cəlal), Qaçaq Süleyman (“Ölüləri qəbiristanlıqda basdırın”, İsmayıl Şıxlı), Murad (“Xəcalət”, Hüseynbala Mirələmov), Cəbrayıl (“Teleskop”, Elçin), “Yaşlı qadının gəlişi”( F. Dürrenmat)
Kino
Həzi Aslanov roluna təsdiqlənməyin özü gözlənilməz olub. Sınaqda bu obraz üçün sinov gedən və artıq özünü təsdiq etmiş aktyorlar varmış. İddialı, şanslı. Axırıncı üç nəfərin də içindən özünün seçildiyini eşidəndə aktyor qulaqlarına inanmayıb. Seçim prosesində onun adı gələndə bütün seçim heyəti əl çalırmış.
Görünür, atasının müharibə xatirələri, teatr səhnəsində yaratdığı general obrazları və Həzi Aslanovla eyni torpağın yetirməsi olması hərəsi bir damla qoyub bu şansın üzərinə.
“Həzi Aslanov mənim vizit kartımdır, adımı çəkəndə soruşurlar ki, o, hansı aktyordur? Cavab verilir ki, Həzi Aslanovu oynayan. Bu xoşdur adama. Tarixi şəxsiyyətin obrazını yaratmaq və onunla tanınmaq çox gözəldir. Yoxsa adını çəkələr, amma hansı rolla səni tanıtdırsınlar onu tapmayalar-acınacaqlı tale olardı”.
Bütövlükdə bu kinonun qıt vaxtında 28 film. Bəs, sən tamaşaçı, hansı filmlərini xatırlayırsan, daha doğrusu, Ramiz Novruzovun oynadığı neçə kinonun adını çəkə bilərsən? “Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Cavid ömrü”, “Qorxma, mən səninləyəm”, çox yayılmasa da “Sarı gəlin” və televiziyada “Ümid”, “Yurd yeri”, vəssalam. 60 yaşına çatmış Xalq artisti üçün az deyilmi? Allah insaf versin, Azərbaycan kinosunun onurğasına balta vuranlara. Ümid yaxşı şeydir, bugünkü dirçəliş sənətkarın və sənətin xeyrinə işləyər, inşallah.
Televiziya
H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası”(Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə”(Kənan bəy), “Yad qızı” (Nihad) və s. teletamaşalarda maraqlı rollar oynayıb. Həzi Aslanovdan sonra gəl bu aktyoru Kənan bəy obrazında qəbul elə görüm, yazıq tamaşaçı, edə bildinmi? Yoxsa, sevgi ilə nifrət qarışdı bir-birinə? Hə, bax, sənətkarlıq da elə bundadır, onu həm sevə biləsən, həm də nifrət edəsən, axırda sevgi qalib gələcək, əgər, nə üçün nifrət etdiyini anlasan. Dərk etsən ki, o, elədi bunu, onun sənətkarlığı.
Sevgi və ailə
Həyat yoldaşının adı Xoşavazdır. Məktəb özfəaliyyət kollektivində bir yerdə iştirak ediblər. Qız ondan iki sinif aşağıda oxuyurmuş. Gözəl səsi varmış, Ramizin yaratdığı obrazlarla onun ifa etdiyi mahnılar bir-birini tamamlayırmış. Elə Ramizi ilk cəlb eləyən də Xoşavazın şirin avazı olub. “Nazik, şirin səslə “Gilənar” mahnısı oxuyurdu. Ay gilənar, ay gilənar, bağçamızın göyçək qızı. Elə şirin alınırdı, başqa kim oxusa mənə elə zövq verməzdi. O gilənar, bu gilənar, tilsimə düşdüm. Hərdən indi də dodaqaltı oxuyur. Birdən hiss edir ki, hamımız qulaq asırıq, deyir nədi, iş-gücünüz yoxdu? Uşaqlarımızdan Şəfəqin də səsi var, arxasınca getmədi. Cavidan isə getdi səsinin arxasınca”.
Sonralar hər ikisi Bakıda təhsil alanda yenidən tapıblar birbirilərini. Xoşavaz musiqi məktəbində təhsil alırmış, Ramiz Novruzov əhd bağladığı qızı axtarmaq istəyərkən tale özü küçədə qızı qarşısına çıxardıb ki, bu sənin bəxtindir. Hər ikisi şoka düşmüş kimi baxıblar bir-birilərinə. Xoşavaza evdən qəti tapşırıq var ki, Ramizlə görüşməsin, hətta əmisi oğlu bir dəfə Ramizi bıçaq davasına da cəlb edib. Bıçaqlanma yüngül sovuşsa da nəticədə qızı oğlana vermək istəməyib ailəsi, əmiləri deyib ki, bir-neçə aya qayıdacaq qız evə-nəticəni belə proqnozlaşdırıblar, amma həmin evlilik 40 ildir ki, qüvvədədir. Bu evlilikdən üç uşaq, beş nəvə var. Xoşavaz xanım isə konservatoriyaya gedib musiqi təhsilini davam etdirməyib, həyatını ailəsinə, övladlarına həsr edib.
“Uşaqlarımız yaxşı uşaqdılar. İki oğlan, bir qız. Böyük qızımızdır, çox gözəl ingilis dili bilirdi, mən düşünürdüm o sahəyə gedər, amma böyüyəndə elan verdi ki, mən saç ustası olmaq istəyirəm. Razı olmadım, qayınanam köhnə analara məxsus bir ritual elədi, yaylığını atdı qarşıma ki, qıza icazə ver, öz istədiyi sənətə getsin. İcazə verməli oldum, indi öz sahəsinin peşəkarı, şəhərdə iki tanınmış ustadan biridir Şəfəq, bizim də baş sponsorumuzdur. Oğlum Nəriman televiziyalardan birində texniki işdə çalışır, içində yaradıcı insandır, amma utancaqdır, bir az da məhlə ənənələrinə sadiqdir, ona görə yaradıcı istiqaməti seçmədi.
Cavidan aktyor olmaq istəyirdi. İncəsənət Universitetini oxuduğu müddətdə müğənniliyə yönəldi. Filmə də çəkilib, amma indi müğənnidir”.
Rejissorluq
Ramiz Novruz özünün rejissor kimi də sınayıb, bir faciə, bir də komediya qoyub aktyor kimi çalışdığı Milli Akademik Teatrın səhnəsində. “Hələ sevirəm deməmişdilər” özünün yazdığı pyes əsasında səhnələşdirib, “Silindir” komediyası isə E. De Filipponundur. İkinciyə baxmamışam deyə bir söz deyə bilmirəm, amma birinci tamaşası o teatrda ən yaxşı tamaşalardandır.
Seriallar
Zəif-güclü, keyfiyyətli – keyfiyyətsiz, bu seriallar da hər nədirsə, sənətkar yolunun bir hissəsidir. İndi çox az film çəkilir, ona görə də aktyorlar seriallara cəlb olunur. Əvvəl buna getməyən aktyorlar da sonradan əlacsız halda getməli olur.
Ramiz Novruzov iki seriala çəkilib, Rövşən İsakla işləyib.
Nə həyatından, nə sənət yolundan narazı adam deyil, əksinə. Ehtiyacını çəkdiyim bir mənzil idi, onu da prezidentə müraciət elədim, verdi-deyir.
Həyatında hər şey yerbəyer olub. Görəsən, istədiyi, uğrunda yaşadığı nə isə varmı?
Təbii ki, bunsuz həyat dayanar: “Yazmaq istədiklərim var. Bir də tam səmimi deyirəm Azərbaycanı bütöv görmək istəyirəm”.
Ramilə Qurbanlı,
“33 pərdəli dram”
ə
Saglamolun.Az
Bəxtiyar Vahabzadə – Hara gedir sabahımız?
[ Bəxtiyar Vahabzadə ] – Vətən var
[ Bəxtiyar Vahabzadə ] – Axı dünya fırlanır
[ Bəxtiyar Vahabzadə ] – Ana
[ Bəxtiyar Vahabzadə ] – Anamın ölümünə
[ Bəxtiyar Vahabzadə ] – Gecələr
Bəxtiyar Vahabzadə – Bir salama dəymədi
Bəxtiyar Vahabzadə – Vətən var
Bəxtiyar Vahabzadə – Ana
Bəxtiyar Vahabzadə – Nağıl həyat
Bəxtiyar Vahabzadə – Məndən xəbərsiz
Муз жанры
Песни
Исполнители
© 2011 – 2023 Get-Tune.cc
get-tune.net@yandex.ru
ООО «АдвМьюзик» заключил лицензионные соглашения с крупнейшими российскими правообладателями на использование музыкальных произведений. Полная информация
0:00 0:00
Get-Tune.cc – Bəxtiyar Vahabzadə – Hara gedir sabahımız? №63997835
Hara gedir bu dünya?
Görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan MEA-nın həqiqi üzvü (2000), Azərbaycanın əməkdar incəsənət xadimi Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şerini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 1995 və 2000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunmuşdur.
Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.
Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: “Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirmişdir.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.
2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Milli.Az
Comments are closed, but trackbacks and pingbacks are open.