Press "Enter" to skip to content

Spikeri hədələdi, universitetdən qovuldu, oğlu İsfəndiyara görə şəkər xəstəliyinə tutuldu – Vahabzadəni öldürən səbəblər

B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Ən yeni dövr Azərbaycan ədəbiyyatı
II mərhələ. XX əsrin ortalarından bu günə qədər

B.Vahabzadənin hansı pyesi “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmışdır?

” Vicdan”
“İkinci səs”
“Özümüzü kəsən qılınc”
“Yağışdan sonra”
“Yollara iz düşür”

CAVAB DÜZDÜR!

Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.

CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin

Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.

Testin cavabını göstər

Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.

“Ömür kitabı”:

publisistik əsərdir

İ.Əfəndiyevin “Söyüdlü arx” romanı neçənci ildə yazılıb və əsərin baş qəhrəmanı kimdir?

1958-ci ildə”Səriyyə
1960-cı ildə;Nuriyyə
1958-ci ildə;Adil
1958-ci ildə;Nuriyyə

B.Vahabzadənin hansı poeması süjetsiz poeamadır?

İ.Şıxlı neçənci ildə orduya çağırılır?

1935-ci ildə
1937-ci ildə
1938-ci ildə
1942-ci ildə
1945-ci ildə

Dramaturgiyamızda lirik-psixoloji dram janrının ilk nümunəsini kim yaradıb?

İlyas Əfəndiyev
İsmayıl Şıxlı

B.Vahabzadə “Əbədi heykəl” kitabını neçənci ildə yazıb?

1942-ci ildə
1947-ci ildə
1949-cu ildə
1953-cü ildə
1957-ci ildə

“Qaçaq Nəbi” mənzum pyesinin müəllifi kimdir?

Məmməd Rahim
Osman Sarıvəlli
Əhməd Cavad
Süleyman Rüstəm

Nəsr sahəsində rolu olanlara aid deyil?

Seyid Hüseyn
Əli Vəliyev
Mehdi Hüseyn
Nigar Rəfibəyli

Ədəbiyyatşünas-tənqidçi kimdir?

N.Həsənzadə

Bunlardan biri Əhməd Cavadın əsəridir?

“Çırpınırdı Qara dəniz”

Bunlardan birinin poeziya sənətində rolu yoxdur?

Mikayıl Müşfiq
Məmməd Rahim
Seyid Hüseyn
Əhməd Cavad

Azərbaycan ədəbiyyatı tarixinin bu dövrü neçə mərhələyə bölünür?

B.Vahabzadənin hansı pyesi “Dədə Qorqud” dastanının motivləri əsasında yazılmışdır?

“İkinci səs”
“Özümüzü kəsən qılınc”
“Yağışdan sonra”
“Yollara iz düşür”

C. Cabbarlı mədəni inqilab illərində hansı əsərlərini yazıb?

“Bakı müharibəsi”, “Araz çayı”
“Sevil”, “Od gəlini”
“Almaz”, “Dönüş”
“Ədirnə fəthi”, “Aydın”

S.Vurğunun müharibə illərində yazdığı şeirlərə aid deyil:

“ Şəfqət bacısı ”
“ Azərbaycan ”
“ Gözaydınlığı ”

Yaradıcılığının ilk dövrlərində şeirlərini “ Behçət ” təxəllüsü ilə yazmışdır:

Bəxtiyar Vahabzadə
Məhəmməd Hadi
Məhəmmədhüseyn Şəhriyar

Hüseyn Cavidin dramaturgiya yaradıcılığının son əsəri hansıdır?

“Iblisin intiqamı”

Sabirin ilk peşəsi nə olub?

sabun bişirən

C. Məmmədquluzadə hansı qəzetin redaktoru olmuşdur?

“Molla Nəsrəddin”

Biri realistdir:

Ə.Hüseynzadə

Ismayıl Şıxlı “Dəli Kür” romanını hansı illərdə yazıb?

Mənzum dramaturgiyanın banisi kimdir?

C.Məmmədquluzadə

Variantlardan hansı Mehdi Hüseyninin əsəridir?

Qan intiqamı
Yeraltı çaylar dənizə axar
46 bənövşə
Qara gözlər

Hüseyn Cavid filosof və şair obrazını hansı əsərində yaratmışdır?

Topal Teymur

Məhz bu azərbaycanlı realistin əsərlərinin birində Mənfi Pruşeviç obrazı vardır:

C. Məmmədquluzadə
Ə. Haqverdiyev

Molla Nəsrəddin jurnalının rəssamı kim olmuşdur

Oskar Şumerlinq
Bəhlul Kəngərli
Əzim Əzimzadə
Səttar Bəhlulzadə
Cəlil Məmmədquluzadə

Xuşidbanu Natəvan dramında hadisələr hansı şəhərlərdə baş verir

Tiflis Şuşa
Şamaxı Gəncə
Astara Ərdəbil
Tiflis Bakı

Bu şeirində şair insanın vətən qarşısında borcunu bəndənin Allah qarşısındakı borcuna bənzədir

“Təyyarələr”
“Şəhid məzarları”
“Latın dili”

Mirzə Ələkbər Sabirin “Fəxriyə” adlı şeirində hansı ideya əks olunur?

sənətkarın hökmdarlardan üstünlüyü
milli və dini birlik
xalq zəkasının dərinliyi
milli və mənəvi sərvətlərin tükənməzliyi

Cəlil Məmmədquluzadənin ilk mətbu əsəri hansıdır?

“Poçt qutusu”
“Usta Zeynal”
“Kişmiş oyunu”
“Çay dəzgahı”
“Danabaş kəndinin məktəbi”

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Spikeri hədələdi, universitetdən qovuldu, oğlu İsfəndiyara görə şəkər xəstəliyinə tutuldu – Vahabzadəni öldürən səbəblər

Bəxtiyar Mahmud oğlu Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub. Bir versiyaya görə Mahmud Vahabzadə Zəkəriyyə oğlu Bəxtiyar Vahabzadənin atabir-ana ayrı ögey qardaşı olub. Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci il hadisələri zamanı yetim qalmış Vartaşendən olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adı ilə böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından 1925-ci ildə Zəkəriyyə Vahabzadənin Xanım Məcidqızından olan övladı Bəxtiyarı övladlığa götürürlər.

1934-cü ildə Bəxtiyar ailəsi ilə birgə Bakıya köçür. O, burada orta məktəbi başa vuraraq ADU-nun Filologiya fakültəsində təhsil alır. Daha sonra universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

Deyilənlərə görə o, ilk şeirini Səməd Vurğun olan məclisdə oxuyanda çox həyəcanlı imiş. Şeir bitəndə Səməd Vurğun ayağa qalxır və “Bu cavan oğlan məndən də yaxşı yazır” – deyir. Ondan sonra az vaxt ərzində Bəxtiyar Vahabzadə məşhur şairə çevrilir.

Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O zamandan mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.

“İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” və “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub.

Bəxtiyar Vahabzadə 1960-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub.

Bu poemaya görə 1962-ci ildə şair “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən qovulub. Yalnız 2 ildən sonra işinə bərpa olunub. Onu universitetdən tamam uzaqlaşdırmaq böyük ajiotaj yaradardı. Ona görə, bu qovulmanın adını elmi ezamiyyət qoymuşdular.

Bəxtiyar Vahabzadə, həm də Azərbaycanda olan biri-birinə zidd müxtəlif və fərqli hakimiyyətlərin hamısı ilə münasibət qurmağı bacarmışdı. Çoxu düşünür ki, bu, bir şair kimi onun qüsuru idi. Ancaq bunu Bəxtiyar Vahabzadənin böyüklüyünə, şəxsiyyətinin gücünə yozanlar da var.

Onun Bakı Dövlət Universitetində dərs dediyi vaxtlar Azərbaycan dilinin qorunması və inkişafı uğrunda danılmaz xidmətləri olub. Müsahibələrində, məqalələrində, hətta şeirlərində də Azərbaycan dilinə sonsuz sevgisini bəyan edirdi. O, bu mövzuda yazdığı bir şeirdə Azərbaycan dilinin rus dilinin təsiri ilə sıxışdırılmasını nəzərə alaraq deyirdi:

Qanunlu, möhürlü idarələrdən

Bir televiziya çıxışında isə “Cırtdan” uşaq studiyasının adının “Djırtdan” yazılmasına açıq etiraz etmişdi. Məşhur cümləsi isə belə idi: “Gül kimi “Cırtdan”ı niyə “Djırtdan” eləmisiniz, buna necə ürəyiniz gəlib?”

Sevgi şeirlərinin ən məşhuru olan “Bir salama dəymədi” şeiri ünvanlıdır. Doğrudan da ayrıldığı xanım beş il sonra rastlaşanda onun salamını almayıb. Bəxtiyar Vahabzadə buna görə həmin şeiri çox sevirmiş və məclislərdə tez-tez deyirmiş. Bir gün Əminə Yusifqızının ifasında o şeirə qulaq asır, necə valeh olursa, bir daha nə özü bu şeiri deyir, nə də başqalarının deməsinə razı olur.

O, uzun müddət Milli Məclisin deputatı oldu. Bir dəfə məclisin spikeri Murtuz Ələsgərov iclaslara qatılmaması ilə bağlı irad bildirəndə Bəxtiyar müəllimin cavabı qəribə olur:

– Bunun sənə dəxli yoxdur!

Müharibədən qayıtmayan qardaşının adını oğluna vermişdi: İsfəndiyar. Oğlu uzaqda işlədiyinə görə tez-tez narahat olurmuş. Zəng edirmiş həmişə ona. Və İsfəndiyar da hər dəfə bu zənglərdən həyəcanlanarmış. Bir dəfə soruşanda ki, ata, nə olub, niyə zəng etmisən? Bəxtiyar Vahabzadə oğlunu sakitləşdirib: “Heç nə olmayıb, a bala, təzə şeir yazmışam, qulaq as, gör necədi”.

Oğlu Əfqanıstanda olanda Bəxtiyar Vahabzadə ona zəng edib. Telefonda deyiblər ki, oğlunun işlədiyi korporasiya dağıdılıb, partladılıb. Dəstək Bəxtiyar Vahabzadənin əlində qalıb. Və ondan da şəkər xəstəliyi tapıb.

Bir dəfə oğlu İranda olanda buna bənzər hadisə baş verib. Oğlunun dəstəsindən beş-altı adamı öldürüblərmiş. Xəbərdən 7 ay sonra evinə qayıdan oğlunu görən Bəxtiyar Vahabzadə heyrət edib. Ayağa durub, amma addım ata bilməyib. Ayaqları tutulubmuş.

Bəxtiyar Vahabzadə Türkiyədə müayinə olunanda həkim şoka düşüb. Rentgendən keçəndən sonra üzünü şairə tutub:

– Ola bilməz! Bəxtiyar müəllim, sizin ürəyiniz yoxdur.

Bəxtiyar Vahabzadə gülümsünüb:

– Ürəyim var, ancaq sağdadır.

B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

Milli.Az

Bəxtiyar vahabzadənin yollara iz duşur pyesi

Bəxtiyar Vahabzadə – 85

Yollara iz düşür .

Azərbaycan ədəbiyyatının , bütövlükdə , XX əsr poetik fikrinin görkəmli nümayəndəsi , xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil , onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair , lirik , dramaturq , istedadlı alim və publisist , qeyrətli və cəsarətli ictimai xadim , sadə və səmimi insan kimi məşhurdur .

Təsadüfi deyil ki , onun əsərləri , dramları və publisist yazıları dünyanın çox dillərində , o cümlədən , ingilis , fransız , alman , fars , türk , polyak , ispan , macar və eləcə də , sovet məkanında yaşadığımız zaman birliyin bir sıra xalqlarının dilinə tərcümə edilmi ş və ədəbi nümunələri hər bir oxucu tərəfindən yüksək səviyyədə qarşılanıb .

Bu yaradıcılığın bədii keyfiyyəti şairin zəngin ədəbi düşüncələri əsasında qiymətini alaraq , böyük bir fikrin ifadəçisinə çevrilmişdir . Dünyanın fəlsəfəsini , onun zaman və məkan daxilində çözümünü verməyə çalışan şairin əsərlərinin bir qisminin məğzində həqiqətə gedən yol , bu yolun qaranlıq məqamları dayanır . Bəxtiyar Vahabzadə bu məqamları açmaq , onlara aydınlıq gətirmək istəyində olan bir şair kimi zamanla mübarizədə güclü və qətiyyətli idi . �� Həqiqətən də , səsinin gücü ilə yaşadığı əsrin böyük şair zirvəsinə ucaldı . Şeirin fəlsəfi yükü onu insalara doğmalaşdırdı , bir inam körpüsü yaratdı .

1925-ci ildə doğulan şair zəngin və mənalı bir ömrün yaradıcısı oldu. Bəxtiyar ömrünü yaratdı . Ali təhsilli bir ziyalı kimi Azərbaycan şair və yazıçılarının bir növ tədqiqatçısına çevrildi və � yeni məzmunda əsərləri ortaya qoydu . 1951-ci ildə ” S.Vurğunun lirikası ” mövzusunda namizədlik , 1964-cü ildə isə ” S.Vurğunun həyat və yaradıcılığı ” mövzusunda monoqrafiyasını müdafiə edib , filoloji elmlər doktoru alimlik dərəcəsini alan şairin yaradıcılıq yolunun ilk illəri ikinci cahan müharibəsinə təsadüf etdi . O, müharibə dövrünün gətirdiyi dəhşətləri , eləcə də , bu müharibədə fədakarlıq göstərən insanların şücaətini əks etdirməkdə vətəndaşlıq mövqeyini � nümayiş etdirdi . 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olundu . Məhsuldar bədii yaradıcılıqla yanaşı , B. Vahabzadə 40 ildən artıq Azərbaycan Dövlət Universitetində dərs demiş , ali təhsilli mütəxəssislərin yetişməsində öz töhfələrini vermişdir . 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir . � B. Vahabzadə 70-dən artıq şeir kitabının , 2 monoqrafiyanın , 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi kimi tanındı . Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun ” Vicdan “, ” İkinci səs “, ” Yağışdan sonra “, ” Yollara iz düşür “, ” Fəryad “, ” Hara gedir bu d ünya ?”, ” Özümüzü kəsən qılınc “, ” Cəzasız günah “, ” Dar ağacı ” pyesləri tamaşaya qoyuldu . O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemaları ilə sevildi . O, 1974-cü ildə əməkdar incəsənət xadimi , 1975-ci ildə respublika , 1984-cü ildə isə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görüldü . 1985-ci ildə ona ” Xalq şairi ” fəxri adı verildi , 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə g örə ” İstiqlal ” ordeni ilə təltif edildi .

B.Vahabzadənini şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur . Səmimi etiraf edək ki , son 30-40 ildə Azərbaycan ədəbiyyatında B. Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir . Bədii , elmi və publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B. Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçildi .

Qeyd edək ki, hələ 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olmuş, 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşuldu. Bu poemaya görə , 1962-ci ildə şair ” millətçi ” damğası ilə universitetdən çıxarılmış , yalnız 2 ildən sonra yerinə qaytarılmışdır . Sovet rejimində milli varlığı tapdanan , hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş , iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə , ya da başqa ölkələrə keçirərək millətinin dərdl ərini dilə gətirmişdir . Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair , Sovet İttifaqı dağılandan sonra ” Sandıqdan səslər ” başlığı altında nəşr etdirmişdir .

Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən, uydurma “DQR” problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin, o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim yorulmadan mübarizə aparırdı.

B. Vahabzadənin evi bir növ , millətin ümid qapısına dönmüşdür . Belə ki , respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır , neçə-neçə şikayətçini evində qəbul edir , onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır . Respublika Ali Sovetinin sessiyalarında , ictimai-siyasi məclislərdə , kütləvi informasiya vasitələrindəki çıxışlarında , o , xalq mənafeyinin əsil müdafiəçisi , həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır . Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən , bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilmişdir.

Şair yaratdığı ədəbi nümunələrlə əbədi dünyamıza nadir nümunələrini həkk etdi.

Səs.- 2010.- 10 aprel.- S. 12.

Comments are closed, but trackbacks and pingbacks are open.