Bəyaz zanbaq ölkəsində
Snelmanın bir çox insanları, müəllimləri,həkimləri, din adamlarını və digər kateqoriyadan olan insanları onlarla bir olmağa, vicdanlı davranmağa çağıran çıxışları isə insana çox xoş təsir bağışlayır. Onların yaratdığı mənəvi hissləri yazıda ifadə edə bilməyəcəm. Ümumiyyətlə kitabdakı hər cümlə üçün bir neçə səhifə yazıla bilər və kitabı oxumaqla hər birimizin öz ölkəmiz üçün ürəyimizdəki bir çox arzuların necə gerçəkləşdiyini kağız üzərində də olsa görə bilərik. Kitab həmçinin hər kəsi fərd olaraq öz yaşadığı cəmiyyətə daha məsuliyyətli davranmmağa, onun problemlərini həll etməyə çalışmağa çağırır və bunun üçün insana motivasiya verir.
Bəyaz zanbaqlar ölkəsindən 100 il sonra
Bir müddət əvvəl Finlandiyanın aydınlanma hərəkatından bəhs edən “Bəyaz zanbaqlar ölkəsində” kitabını Azərbaycan dilində nəşr etmişdik. İndi təqdim etdiyimiz kitabı isə “Bəyaz zanbaqlar ölkəsində” kitabının davamı saymaq olar. “Bəyaz zanbaqlar ölkəsində”dən 100 il sonra qayalıq və bataqlıqdan ibarət Finlandiyanın yerində dünyanın ən çox inkişaf etmiş ölkələrindən biri qurulub. Belə bir ölkə heç də asanlıqla qurulmayıb. Finlandiya ilk növbədə intellektin, təhsilin və sosial innovasiyaların nəticəsində qurulan ölkədir. Təqdim etdiyimiz “Finlandiyadan 100 sosial innovasiya” kitabı isə həmin sosial innovasiyalardan bəhs edir.
Kitabda Finlandiya təhsil sistemindən tutmuş, gündəlik əyləncələrə, səhiyyədən tutmuş kredit islahatları, qadın haqları, gender bərabərliyi, texnologiyanın inkişafına qədər bütün mövzulardan bəhs olunub.
Bu günə qədər 27 dilə tərcümə olunub nəşr edilən kitabın müəllifləri də bu innovasiyaların yaradıcıları və ya onları tətbiq edənlərdir. Bu kitabın bir
Bəyaz zanbaq ölkəsində
Skandinaviya ölkələri bütün dünyada insanların gəzmək, hətta daimi yaşamaq istədikləri yerlərin başında gəlir. Ölkəmizdə də, xüsusilə gənclər arasında bu ölkələr çox məşhurdur. Bu ölkələri cəlbedici edən möhtəşəm təbiətləri ilə yanaşı, həm də möhtəşəm həyat standartlarıdır. Təbii ki, heç nə birdən-birə olmur. Həyat standartlarına qibtə etdiyimiz Skandinaviya ölkələri də, keçmişdə geridə qalmış iqtisadiyyata, təhsilə və həyat şəraitinə malik olublar. Bu gün haqqında bəhs etmək istədiyim kitabda Skandinaviya ölkələrindən biri olan Finlandiyanın “bataqlıqlar ölkəsi”ndən necə “xoşbəxtlər ölkəsi”nə çevrildiyindən bəhs edir. Söhbət Qriqori Petrovun “Bəyaz zambaqlar ölkəsində” əsərindən gedir. Kitabın bəhs etdiyi mövzudan öncə kitabın özü haqqında biraz məlumat vermək istəyirəm.
Kitab 1923-cü ildə Qriqori Petrov tərəfindən qələmə alınıb və bundan sonra bir çox dillərə çevrilib. Kitabın ən çox çap edildiyi ölkələrdən biri də Türkiyədir. Belə ki, Mustafa Kamal Atarürk kitabı oxuduqdan sonra dərhal hərbi məktəblərin tədris proqramına salınmasıyla bağlı qərar vermişdir. Digər bir çox ölkədə də bu kitab gənclərin oxuması üçün tədris proqramlarına daxil edilib. Təəssüf ki, haqqında çox müsbət fikirlər eşitdiyim kitabı öz dilimizdə tapmadım və məcbur Türkiyədən sifariş etdim. Maraqlısı isə odur ki, kitabı əldə etdikdən sonra gördüm ki, kitabı rus dilindən türkcəyə elə azərbaycanlı bir tərcüməçi tərcümə edib…
Hər birimizin bəyəndiyi, sevdiyi kitablar çox olur, ancaq elə əsərlər olur ki, onu dönə-dənə oxumaq istəyir insan. “Bəyaz zambaqlar ölkəsində” də mənim üçün bu tip kitablardan idi. Hətta əlimdə olsa kitabı 9 milyon nüsxə ilə çap etdirib bütün Azərbaycan vətəndaşlarına paylayardım. Bu kitab xalqın heç zaman düzəlməyəcəyini, belə gəlib belə də gedəcəyini deyən insanlara çox gözəl cavabdır.
Kitabın ən önəmli cəhətlərindən biri sadə, axıcı və oxunaqlı bir dildə yazılmasıdır. Əsərdə ilk olaraq bir qrup finlandiyalı ziyalının xalqı zülmətdən necə aydınlığa çıxardığı vurğulanır ki, bu ziyalılarında başında Yohan Vilhelm Snelman durur. Müəllif İlk olaraq Finlandiyanın inkişafdan öncəki vəziyyətini təsvir edir. Finlandiya 1808-ci ildən birinci dünya müharibəsinə qədər Çar Rusiyasının bir əyaləti olmuşdur. Ancaq bundan öncə ölkəyə yüzillər boyunca (1155-ci ildən) isveçlilər hökmdarlıq etmişlər və finlandiyalılar həmin vaxt ərzində isveçdən göndərilən məmurlar tərəfindən idarə olunub. Ancaq həmin məmurlar vaxtlarını əyləncəyə sərf etmiş və fin xalqına əziyyət verməklə məşğul olmuşlar. Finlilər də həmin dövr ərzində çox dəyişmiş, ölkədə bir çox insanlar içki aludəçisi olmuş, mənəvi dəyərlərin əksəriyyəti aşınmışdır.
Hətta isveç dilini bilməyən insanlara “aşağı səviyyəli” adam gözüylə baxılmağa başlanmış, insanlar öz dillərini də unutmuşlar. (Hal-hazırda da, İsveç dili Finlandiyada rəsmi dil statusuna malikdir)
Finlandiya Rusiyanın tabeçiliyinə keçəndən sonra isə öz daxili müstəqilliyini nisbətən qoruyub saxlaya bilmişdir. Burada diqqət çəkən bir məqam da odur ki, Snelman öz yazılarında isveçliləri finlərə qarşı bu cür davrandıqları üçün tənqid etsə də,qeyd edir ki, biz İsveç xalqını yox bizə bu cür münasibət göstərən İsveç hökümətini tənqid edirik və bunlar xalqlar arasında münasibətləri korlamamalıdır.
Snelmananın fikrincə ilk olaraq fin xalqını millətə çevirəcək bir mədəniyyət yaradılmalıdır. O qeyd edir ki, Finlandiyanın Rusiya və İsveç kimi qonşularının boyunduruğu altından qorunmasının tək yolu onlardan daha güclü bir mədəniyyətə sahib olmasıdır. Ancaq o həm də qeyd edir ki, mövcut olan qüsurlu bir şeyi yaxşılaşdırmaq üçün onu tamamilə yox etmək lazım deyil, əldə olanın müsbət cəhətlərini saxlayıb daha da təkmilləşdirmək gərəkdir. Müəllifin daha bir maraqlı fikri də ondan ibarətdir ki, maarifləndirmə prosesində köhnə düşüncəli insanları dəyişdirmək üçün çox vaxt itirməməli və gənclər üçün çalışmaq lazımdır. O daha parlaq Finlandiyanı yalnız gənclərin qura biləcəyinə inanırdı.
Snelmana görə hər cəmiyyətin inkişafında ən önəmli yeri ziyalılar tutur və o, öz ölkəsinin də bu hala düşməsində ziyalıları da təqsirkar bilmiş və onları tənqid etmişdir. Snelmanın fikrincə təhsilli hər kəs ölkəsinə qarşı məsuliyyətli davranmalı, milli mədəniyyəti və milli iradəni inkişaf etdirmək üçün çalışmalıdır.
Snelmanın bu fikirləri ölkədəki ziyalılar arasında da geniş yayılmış və onun fikrinə uyğun olaraq yüzlərlə təhsilli insan ölkənin dört bir yanına yayılaraq xalqa iqtisadiyyat, səhiyyə, kənd təsərrüfatı, təhsil kimi sahələrdə mühazirələr deməyə başlamışdır. Bu həm xalqın maariflənməsinə, həm də insanların öz savadlı vətəndaşlarını görərək öz xalqlarına olan inamlarının artmasına xidmət etmişdir.
Snelman xalqın inkişafında məmurların və əsgərlərin də rolunu qabartmış və onlarla bağlı islahatlar aparmışdır. Bunlardan ən böyüyü əsgərliklə bağlı idi. Həmin dönəmlərdə Finlandiyada əsgərlərlə çox pis rəftar edilirmiş və onların yaşadığı mühit kitabda “əxlaqsız bir yer” olaraq təsvir olunur. Lakin islahatlar nəticəsində ordudakı əsgərlərə insan kimi rəftar edilməyə başlanmış və bir növ onlar yenidən yaradılmışdır. Burada əsgərlərə diş fırçalamaqdan ən xırda təmizlik vərdişlərinə qədər bir çox yeniliklər öyrədilmiş, eləcə də onların təhsil səviyyəsi artırılmmışdr. Bu dövrdən sonra əsgərlik artıq ölkədə bir təhsil mərkəzinə çevrilmiş və Snelmanın görmək istədiyi kimi ziyalı gənclər yetişdirilməyə başlanmışdır. Hətta vəziyyət o həddə gəlir ki, valideynlər ipə-sapa yatmayan övladlarının düzəlməsi üçün onların əsgərlik yaşının gəlməsini arzulamağa başlayırlar.
Snelmmann öz fəaliyyətində gənclərə də böyük yer ayırmışdır. Onun kitabdakı ən maraqlı fikirlərindən biri də futbolla bağlıdır. Belə ki, Snellman qeyd edir ki,
Avropada Napalyonun hegemonluğuna son qoyan ingilislər özləri mədəni bir imperyalizm qurmağa başlayıblar və bu mədəniyyətin gənclər üçün ən böyük təhlükələrdən biri də futboldur. Onu narahat edən isə gənclərin idman etməsi yox, bədənlərini gücləndirərkən ağıllarını inkişaf etdirməmələridir. O digər ölkələrin komandalarını udmaqla qürurlanan gənclərə xitab edərək deyir ki, fin milləti digər millətləri sadəcə futbolda deyil, həm də elm, texnologiya və digər bu kimi sahələrdə də məğlub etmək üçün çalışmalıdır.
Əsərdə din adamları da fərqli bir yöndən dəyərləndirilir. Burada onların vəzifələri tək dini ayinlər icra etdirməkdən ibarət deyil Onlara tapşırılan vəzifə cinayət işləyən insanları cəmiyyətə faydalı insanlara çevirmək üçün çalışmaq, eləcə də, insanları vicdanlı davranmağa çağırmaqdır.
Əsərdə gözəl bir cəmiyyətə çevrilmək üçün ailənin də önəmi vurğulandadır. Müəllif qeyd edir ki, analar və atalar uşaqlarına öyrətdikləri şeyləri ilk olaraq özləri etməli və onlara örnək olmalıdırlar. Ailəsi tərəfindən təhsil verilməmiş uşaqlar şumlanmamış torpaqdır. Hər uşaqda potensial vardır və ancaq təhsil bu potensialı ortaya çıxarda bilər.
Əsərin müxtəlif hissələrində bir həkimin, müəllimin, əvvəllər çox kasıb olmuş varlı bir biznesmenin, Quldur Karokepin, satqın bir yazıçının və digər bir çox insanın həyat hekayəsindən bəhs edilir ki, bunların da hər biri çox maraqlı və ibrətlikdir. Onların da əsas mövzusunu təhsil və xalqın inkişafı üçün göstərilən səylər təşkil edir.
Snelmanın bir çox insanları, müəllimləri,həkimləri, din adamlarını və digər kateqoriyadan olan insanları onlarla bir olmağa, vicdanlı davranmağa çağıran çıxışları isə insana çox xoş təsir bağışlayır. Onların yaratdığı mənəvi hissləri yazıda ifadə edə bilməyəcəm. Ümumiyyətlə kitabdakı hər cümlə üçün bir neçə səhifə yazıla bilər və kitabı oxumaqla hər birimizin öz ölkəmiz üçün ürəyimizdəki bir çox arzuların necə gerçəkləşdiyini kağız üzərində də olsa görə bilərik. Kitab həmçinin hər kəsi fərd olaraq öz yaşadığı cəmiyyətə daha məsuliyyətli davranmmağa, onun problemlərini həll etməyə çalışmağa çağırır və bunun üçün insana motivasiya verir.
Əsəri oxumaqla siz Finlərin öz ölkələrini adlandırdıqları Siomidən (bataqlıqlar ölkəsi) necə zambaqlar ölkəsinə çevirdiklərinin şahidi olacaqsınmız. Həmin keçilən yol sayəsində bugün Finlandiya təhsil sistemi dünyada birinci yerdədir. Ölkədə oxumaq və yazmaq göstəricisi 100 faizdir və əhalinin 67,2 faizi ali təhsillidir. Ölkə həmçinin rifah iqtisadiyyatına malikdir və bunun nəticəsində dünyadakı ən yüksək həyat standartlarından birinə sahibdir. (Adam başına düşən milli gəlir 33.500 avrodan çoxdur) Bir çox araşdırma və hesabatlara görə Finlandiya hər zaman ən xoşbəxt ölkələr arasındadır.
Bu yazını yazmaqda məqsədim əsəri təhlil etməkdən daha çox bir növ onu reklam etmək idi. Ümid edirəm bu gözəl kitab tezliklə dilimizdə nəşr olunar. Ancaq hər birinizə tezliklə kitabı türk, rus, ingilis və başqa dillərdə əldə edərək oxumağı tövsiyə edirəm.
Bəyaz zanbaqlar ölkəsində – Qriqoriy Petrov
“Hər kəs həyat şəraitinin ağırlığından, qarşılaşdığı problemlərdən, həyatın bilinməzliyindən danışır, ancaq həyatı nizama salmaq və yaşana bilən hala gətirmək üçün heç kim, heçnə etmək istəmir. Elə bil hamımız həyatdan kənarda qalan izləyicilərik, sonsuz səlahiyyətli hakimlər kimi vəzifələndirilmişik: Hamı böyük işlər, böyük şəxsiyyətlər, böyük sevinclər tələb edir, ancaq özünü və çevrəsini saran bayağılığın, cahilliyin və heçliyin üstünə bir addım belə getmir. İnsanlar nə bahasına olursa-olsun, borclarını ödəməkdən qaçan pis niyyətli borcluya bənzəyir”
Kitabdan qeyd etdiyim sitat mənə görə kitabın əsas vermək istədiyi mesajlardan ən birincisidir. Nəyisə etməmişdən, “nəsə istəməmişdən qabaq buna nə qədər layiq olduğumuz barədə də düşünməliyik ” fikrimlə üst-üstə düşür. Hazırda ən çox gözümə çarpan, məni narahat edən mövzulardan biri insanların ətrafına, özlərinə birtərəfli yanaşmasıdır. Yəni ya özümüzə, ya da ətrafımıza qarşı nələrisə yanlış edirik, düzgün qiymətləndirmirik. Bu da insanlar arası münasibətlərə, digər bir problemin, “rol bölgüsünün düzgün olmaması və ya ümumiyyətlə olmamasına” gətirib çıxarır. Fikrimcə bu bütün problemlərin başlanğıcıdır. Öz rolunun sərhədini bilməyən şəxs, təbii ki başqalarının sərhədlərini də pozacaq, bilərək ya biməyərək. bu ilk zamanlar şəxsi sferada, daha sonra isə sosium səviyyəsində gerçəkləşir. Bunun bariz nümunəsi kimi öz hüquqlarını bilməyən vətəndaşların hüquqlarını pozan məmurları və ya öz rollarını bilmədiyi üçün övladlarına aşırı qayğılar yükləyən valideynləri misal göstərə bilərik. Hər hansı addımı atmamışdan qabaq özümüzlə bərabər ətrafdakılara verəcəyimiz xeyir və ziyan barəsində də düşünməliyik.
Çıxardığım nəticəyə əsasən deyə bilərəm ki, kitabın əsas məqsədi insanlara dünyaya yeyib, yatıb, gülüb, ölmək üçün gəlmədiyimizi çatdırmaqdır. Digər bir məqsəd isə sosial məsuliyyətin təkcə idarəçilərdə deyil, hər bir cəmiyyət üzvü arasında bərabər paylandığını göstərməkdir. Kitab çox realist axarla davam edir, lakin sonda “xeyir-şər” savaşı ilə mistika qatılmasına çalışılıb. Yeganə bəyənmədiyim məqam bu oldu kitabda.
“Məktəblərdə şagirdlər imtahan bitdikdən sonra bir araya gəlib dərs kitablarını xüsusi mərasimlə yandırırlar. Bunun mənası nədir? Nəyə görə? Eyni hal təhsil və demək olar ki, bütün iş sahələrində baş verir. Gördükləri işin nəyə xidmət etməsi demək olar ki, çox insanı maraqlandırmır. Onlar işləyərkən belə ay sonunda alacaqları maaşla edəcəkləri zövqlər barəsində fikirləşir. Böyüklərə baxan uşaqlar isə oxumaqları müqabilində yaxınlarından “rüşvət” tələb edir. Ancaq əsas məqamı yaddan çıxarırlar. Gördükləri işlər təkcə onlar üçün deyil, həm də cəmiyyət üçündür. Bu gün məktəbdə oxuyan uşaq sabahın həkimi, müəllimi olacaq, xalqa xidmət edəcək, bununla öz maddiyyatını təmin edəcək. İşin maddi tərəfi çox qabarıldığından mənəvi tərəf görünmür heç. Nəticədə isə hər gün gördüyümüz minlərlə faciə baş verir.
“Aydınlar xalqın beynidir. Xalq bizi təhsil aldıqdan sonra yüksək maaşlı işə girib axşamalr restoranlarda oturmaq, güya “mütailə salonlarında” oturub kart, domino oynamaq üçün yetişdirmədi. Bu həyatı yaşayanlar ziyalı yox, ziyalı qırıntılarıdır. Sizin ziyalı olaraq vəzifəniz xalqın zəkasını, vicdanını, iradə və enerjisini oyatmaq və hərəkətə gətirməkdir. Bu kitab günümüzün Azərbaycanına çox uyğun kitabdır. Bu sitatda deyilən fikirlərin əksini ölkəmizdə sosial mediada, tv və radio kanallarında edilməyə çalışıldığının şahidiyik. Hər vəchlə insanları əyləncələrə, bayağı şeylərə yönlədirməyə çalışırlar. Bunlar bəli ziyalı qırıntılarının işləridir.
Kitab ideya və fikirlərimlə örtüşən bir kitabdır. Hər kəsə oxumasını tövsiyə edirəm. Ölkəmizdə baş verən hər şeydən hər birimiz günahkarıq. Bizdən çox az olmalarına rəğmən inkişaf etmiş toplumlar var. Əminəm ki, bunu istəyən tək mən deyiləm. Parçalamaqla, parçalanmaqla inkişafımızı təxirə salırıq. Gəlin əl-ələ verib ölkəmizi birlikdə quraq. Nə qədər gəncik, nə qədər enerjimiz var yeniliklərə açıq olaq, cəmiyyətin inkişafı ayrı-ayrı şəxslərin fərdi inkişafından da asılıdır. Qaranlığı lənətləməkdənsə, bir şam yandıraq. Axı bu ölkə bizimdir, bu insanlar bizimdir.
Comments are closed, but trackbacks and pingbacks are open.