Press "Enter" to skip to content

Azeringilisce Blog

İngilis dilini öyrənmək istəyirsinizsə və jələ başlanğıc səviyyəsindəsinizsə aşağıdakı sözləri mümkün olduğu qədər tez öyrənməlisiniz. Xüsusilə də A1 səviyyəli tələbələr və İngilis dili kursuna gedənlər üçün danışma və yazma bacarıqlarını inkişaf etdirmək üçün bu siyahı faydalı olacaqdır.

İngilis dilində sifətin dərəcələri

İngilizce akıcı konuşmaya giden yol DillBill’den geçiyor. 150TL İndirim kuponu ile abone ol.

Xarici dildə danışarkən cümlə quruluşlarına fikir vermək lazımdır. Cümləni qurmaq üçün isə mütləq şəkildə qrammatikanı da öyrənmək önəmlidir. Bir dildə danışarkən nitqinizin səlis və düzgün olmasını istəyirsinizsə, həmin dilin qramatik quruluşuna da önəm verməlisiniz. Cümlələri qurarkən, sözləri yerinə görə istifadə edərkən biz qrammatik qaydalara riayət edərək bunu həyata keçiririk. Qrammatikanı bilməsək, dili müəyyən məqamlarda istifadə etmək bizim üçün çətinləşəcəkdir. İngilis dilinin qrammatikası digər xarici dillərlə müqayisədə daha asan şəkildə başadüşüləndir. Bu bloqda isə ingilis dilində ən çox istifadə edilən nitq hissələrindən biri olan sifətdən bəhs edəcəyəm.

İngilis dilində sifətin bildirdiyi məna, istifadə zamanı və məkanını ümumi keçərli şəkildə öyrənməliyik ki, ingilis dilində cümlə qurarkən bu təməl qaydalara riayət edərək daha az yanlışa yol vermiş olaq. Bəs sifət nədir? Sifət təyin etdiyi söz və söz birləşməsindən əvvəl gələn nitq hissəsidir. Və bu sözlər hamısı isim, yaxud da ismi birləşmələrdir. Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilində də şəхs və yа əşyаnı əlаmәtini, kеyfiyyәtini vә s. bildirәn sözlәrә sifәt (adjective) dеyilir. Rənglər, dad bildirən, forma bildirən bütün sözlər sifətdir. Məsələn: green, tasty, long, strong və s. Daha aydın şəkildə ifadə etmək üçün isə bir neçə nümunəyə nəzər yetirək:

– Fresh fruit – Təzə meyvə

– Wide and narrow streets – Geniş və dar küçələr

O cümlədən, ingilis dilində sifətlər əsli və nisbi olur.

Əsli sifətlər (Qualitative Adjectives)

Məsələn: nice, beautiful, deep, thin, wide, ugly, bad və s. Bu qrupa daxil olan sifətlər əşyanın, yaxud canlının əqli və mənəvi cəhətdən keyfiyyətini, rəngini, dadını və s. bildirir. Bu sifətlər əlamət və keyfiyyət bildirir. Əsli sifətlər yalnız əlamət və keyfiyyət bildirmir, bununla yanaşı onların dərəcələrini də müəyyən edir. Bu sifətlər öz növbəsində üç dərəcəyə bölünür.

– Adi dərəcə (positive degree )

– Müqayisə dərəcəsi (comparative degree)

– Üstünlük dərəcəsi (superlative degree)

Bu dərəcələrin ayrı-ayrılıqda hər birinə nəzər salaq. İlk olaraq, onu qeyd edim ki, bu dərəcələrin düzəldilməsi üçün ya şəkilçilərdən, ya da bəzi köməkçi nitq hissələrindən istifadə olunur.

Adi dərəcə – positive degree

Bu dərəcənin düzədilməsi üçün heç bir morfoloji dəyişikliyə ehtiyac yoxdur. Ondan sadəcə iki əşyanın oxşarlığını, yaxud fərqliliyini bildirmək üçün istifadə olunur. Sifәtlәr аdi dәrәcәdә as… as. not so … as bаğlаyıcılаrı ilә işlәnәrәk müqаyisә оlunаn şәхs vә yа әşyаlаrın еyni dәrәcәli kеyfiyyәtә, әlаmәtә mаlik оlub-оlmаdığını bildirir. As… as bаğlаyıcısı müqаyisә оlunаn şәхs vә yа әşyаlаrın еyni kеyfiyyәt, yахud əlаmәtә mаlik оlduğunu, not so… as bаğlаyıcısı isә müqayisə оlunаn şәхs vә yа әşyаlаrın qеyri-bәrаbәr әlаmәt, kеyfiyyәtә mаlik оlduğunu bildirir. Məsələn: My assignment is as easy as yours.

Müqayisə və üstünlük dərəcəsi – Comparative and Superlative degrees

Birhеcаlı sifәtlәrin müqаyisә dәrәcәsini düzәltmәk üçün оnlаrın sоnunа -er, üstünlük dәrәcәsini düzәltmәk üçün isә -est şәkilçisi аrtırılır. U hәrfi vә ya er, ow, Iе hәrf birlәşmәlәrindәn biri ilә qurtаrаn ikihеcаlı, еlәcә dә vurğusu sоn hеcаyа düşәn ikihеcаlı sifәtlәrin dә dәrәcә kаtеqоriyаsı sintеtik yоllа, yəni оnlаrın sоnunа müqаyisә dәrәcәsindә -er, üstünlük dәrәcәsindә isә -est şәkilçisi аrtırmаqlа düzәldilir: Məsələn: Happy-happier-happiest-xoşbəxt – daha xoşbəxt – ən xoşbəxt; Able – abler – ablest – bacarıqlı – daha bacarıqlı – ən bacarıqlı. Sifәtin müqаyisə dәrәcәsindә hәr hаnsı bir şәхs vә yа əşyаnın bаşqа bir şәхs, yахud әşyаdаn kеyfiyyәtcә аrtıq olduğunu göstərmək üçün istifadə olunur. Bu hаldа “than” bаğlаyıcısındаn istifаdə еdilir. Bu bаğlаyıcı dilimizә -dаn, -dәn bаğlаyıçısı, yахud -dan dаhа, -dәn dаhа tәrkibi ilә tәrcümә еdilir. Məsələn: His house is more expensive than mine -onun evi mənimkindən bahalıdır.

Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә üstünlük dәrәcәsi әşyа vә yа şәхsin оnun dахil оlduğu sinifdə әn yüksәk kеyfiyyәtә mаlik оlduğunu göstərir. E hәrfi ilә qurtаrаn sifәtlәrin müqаyisә vә üstünlük dәrәcә fоrmаsını düzәldәrkәn е hәrfi аtılır vә sifәtin sоnunа müvаfiq оlаrаq -er vә ya -est şәkilçisi аrtırılır, mәsәlәn: large – larger –largest. İndi isə ingilis dilində ən çox istifadə edilən bəzi sifətlər vardır ki, onları sizə təqdim edirəm: other(başqa), new(yeni), good(yaxşı), high(yüksək), old(qoca), great(böyük), American(Amerikalı), small(kiçik), large(geniş,böyük).

Nisbi sifətlər- Relative adjectives

Əsli sifətlərdən fərqli olaraq, nisbi sifətlərin dərəcələri yoxdur. Hətta onların sonuna – ly şəkilçisi artırmaqla zərf düzəltmək olmur. Bu cür sifətləri bir neçə suffiksin köməyi ilə düzəltmək olur. Məsələn: -en, -an, -ist, -ic, -ical.

Quruluşuna görə sifətlər

Azərbaycan dilində olduğu kimi, ingilis dilində də sifətlər quruluşuna görə sadə, düzəltmə və mürəkkəb olmaqla üç qurupa bölünür. Sadə sifətlər adi dərəcədə olan sifətlərlə eynidir. Onlar ancaq bir kökdən ibarət olur: short, cold, strong və s. Düzəltmə sifətlər isə həm kök, həm də şəkilçidən ibarət olur. Bu şəkilçilər suffiks və prefiks adlanır. Suffiks sözün sonuna, prefiks isə əvvəlinə artırılır: comfortable, unkind, unmerciful. Düzəltmə sifət yaradan şəkilçilər məhsuldar və qeyi-məhsuldar olmaqla iki qrupa bölünür. Məhsuldar şəkilçilərə nümunə olaraq: less, ed, ish və s. göstərmək olar. Qeyri-məhsuldar şəkilçilərə isə nümunə olaraq: en, ful, ant, ous, some, məsələn: troublesome, doubtful, woolen və s. göstərmək olar.

İngilis dilində mürəkkəb (compound) sifətlər müxtəlif nitq hissələrinin birləşməsi nəticəsində yaranır. İndi isə size bir neçə vacib birləşmə ilə tanış edəcəm.

1) isim + sifət – snow-white; blood-thirsty.

2) isim + feli sifət – peace-keeping.

3) sifət + isim + ed – blue-eyed; light-hearted.

4) say + isim + ed – two-sided, two-tongued

Ümid edirəm ki, ingilis dilini yeni öyrənməyə başlayanlar məqaləni oxuduqdan sonra sifət barədə ən sadə anlayışları bildilər. Növbəti bloqlarımda isə sizə daha ətraflı məlumat verəcəyəm. Bəyəndinizsə, rəy bildirməyi unutmayın.

İngilis Dilində İstifadə Olunan Qısaltmalar və Mənaları

Hərkəsin bildiyi kimi həyatımıza texnologiya girdikdən sonra ətrafımızdaki insanlarla və habelə, tanımadığımız bir çox insanlarla hər an ünsiyyətdə oluruq. Ünsiyyətə sosial şəbəkələr və rəqəmsal platformlardan girdiyimiz üçün davamlı insanlarla müxtəlif şəbəkələr üzərindən danışırıq. Danışarkən bəzən sözləri qısaldaraq yazırıq. Qısaldılaraq yazılan sözlər ilk başlarda çox kütlə tərəfindən başa düşülməsə də, sonradan bu söz qısaltmaları yayğınlaşdığı üçün hərkəs tərəfindən istifadə olunmağa başladı. Lakin, sözlərin və ya adların qısaldılmasını sadəcə yazışarkən istifadə edirik? Əlbəttə ki, xeyr. İngilis dilində öz dilimizlə müqayisədə olduqca çox kəlimələrin qısaltmalarını görə bilərsiniz. Azərbaycan dilində olduğu kimi ingilis dilində də hər qısaltmaları hər məqamda istifadə etmək düzgün deyildir. Bəziləri rəsmi məqamlara uyğunluq göstərərkən, bəziləri sadəcə dost-tanışlarla söhbətləşəndə istifadə oluna bilinəcək qısaltmalardır. İndi isə, bu qısaltmaların nə olduğuna, necə yazıldığına, tərcümələrinə keçid ala bilərik.

İngilis Dilində İstifadə Olunan Qısaltmalar və Mənaları Siyahısı

Qısaltma Açılımı Tərcüməsi Mənası
LOL Laughing out loud Yüksək səslə gülürəm Qarşınızdaki çox gülməli bir şey yazanda istifadə edə bilərsiniz.
OMG Oh my God Aman Allahım! Təəccüblənmə ifadəsidir.
BRB Be right back Dərhal geri qayıdacağam Klaviatura qarşısından qalxdığınızda yaza bilərsiniz.
TGIF Thank God, it’s Friday Şükür Allaha, bu gün Cümədir Sosial şəbəkədə həftəsonu yaxınlaşanda, cümə günləri istifadə olunur.
TBT Throwback Thursday Geriyə dönüş Cümə axşamı Instagram-da Cümə axşamı keçmiş şəkilləri paylaşma günü sayıldığı üçün o etiket üzərindən paylaşılır.
BFF Best Friends Forever Sonsuza qədər yaxın dostlar Ən yaxın dostlar üçün istifadə olunur.
IRL In real life Real həyatda İnternet xaricində real həyatı nəzərdə tutmaq üçün istifadə olunur.
NVM Nevermind Boş ver
NM Not much Çox deyil
FOMO Fear of missing out Bir şeyləri qaçırmaq qorxusu Olduqca populyar olan bir termindir. Həyatda davamlı bir şeyləri qaçırdığınızı hiss etdiyinizdə, davamlı əksik hiss etdiyinizdə istifadə edə biləcəyiniz qısaltmadır.
OMW On my way Yoldayam Görüşməzdən əvvəl yazılır.
THX Thanks Təşəkkürlər
IDK I don’t know Bilmirəm
PPL People İnsanlar
SMH Shaking my head Başımı sallayıram Qarşınızdakini anladığınızı, təsdiqlədiyinizi göstərən termindir.
AMA Ask me anything İstədiyini soruş Platformlarda insanlara sizdən istədiklərini soruşa biləcəklərini bildirən termindir.
JK Just kidding Zarafat edirəm
IMO In my opinion Mənim fikrimcə Fikir bildirəndə cümlənin başında istifadə olunur.
TBH To be honest Açığı, sözün düzü
FYI For your information Məlumatın olsun Bir mövzu haqqında bir şəxsə şəxsi məlumat vermək məqsədli istifadə olunur.
TMI Too much information Çoxlu məlumat Bir mövzu haqqında gərəksiz məlumat veriləndə istifadə olunur.
IDC I don’t care Umrumda değil
ICYMI In case you missed it Gözdən qaçırdınsa əgər Bir qovluğu, mövzunu, hər hansı bir qismi gözdən qaçırdığınızda xatırlatmaq məqsədli istifadə olunur.
HBD Happy Birthday Ad günün mübarək
HB2U Happy Birthday to You! Ad günün mübarək
POTD Photo of the day Günün şəkli Sosial şəbəkədə şəkil paylaşarkən istifadə olunan etiketlərdən biridir.
TTYL Talk to you later Sonra danışarıq Söhbəti dayandırmaq və ya sonra danışmaq üçün istifadə olunan termindir.
AFAIK As far as I know Bildiyim qədərilə
LMK Let me know Mütləq xəbər et Bir ihtiyaç, istek, haber için bilgi almak istenildiğinde kullanılır.
C U See you Görüşərik
L8R Later Sonra görüşərik
BTW By the way Yeri gəlmişkən
DIY Do It Yourself Özün et Bir qədər ləvazimatlardan özünüzün edə biləcəyiniz məhsula, əşyaya istifadə olunan termindir.
FAQ Frequently Asked Questions Tez-tez soruşulan suallar İnternet şəbəkəsində insanların ən çox soruşduğu sualların toplandığı başlıq, başlığın qısaltmasıdır.
TBC To Be Continued Davam edəcək Serial və kinoların sonunun olmadığını, davam edəcəyini bildirən qısaltmadır.
POV Point of View Aspekt, perspektiv Bir şəxsin və ya başqasının bir mövzu haqqında subyektiv fikrini bildirən qısaltmadır.
noob Newbie Yeni şəxs Oyunlarda və ya internet şəbəkələrində yeni olan insanlar üçün istifadə olunur.
N/A Not Available Uyğun deyil Onlayn hər hansı bir şəxs, mövzu, qovluğun hal-hazırda əlçatmaz olduğunu bildirən qısaltmadır.
ROFL Rolling on the Floor Laughing Gülməkdən yerə sərildim, öldüm gülməkdən Qəhqəhə atdığınızı bildirən qısaltmadır.
RSVP Repondez s’il vous plait (French) Cavab verin, xahiş edirəm İclas və ya konferanslarda iştirak edib etməyəcəyinizi mütləq bildirmənizi deyən qısaltmadır. Fransız dilindədir.
PS Post Script Qeyd Mətnlərin sonunda açıqlama vermək üçündür.
ASAP As soon as possible Mümkün olan ən qısa müddətdə Bir istəyi və ya bir tələbi ən qısa müddətdə edəcəyinizi bildirir.
ILY I love you Səni sevirəm
U You Sən
Sup? What’s up? Necəsən? Hal-əhval soruşmaq üçündür.
Gr8 Great Super, əla
ATB All the best Sağolun! Vəda edərkən ən xoş arzularla sağollaşmaqdır.
BAE Baby (Before Anyone Else) Sevgili Xüsusilə, gənclər arasında sevgiliyə istifadə olunan xitabdır.
PLS Please Xahiş edirəm
XOXO Hugs and Kisses Çoxlu öpüş və qucaq (qucaq dolusu öpürəm) Sağollaşarkən qucaqlıyıb, öpdüyünüzü bildirən qısaltmadır.

Nümunə Dialoqlar

  1. A: Sup? (nə var nə yox?)

B: Fine, u? (yaxşıyam, sən?)

A: Gr8, thx! Did you RSVP’d to the event on Thursday? (yaxşıyam, çox sağol. Cümə axşamı olan konferansa qatılacaqsan?)

B: Yes, I’m coming! How about you? (Hə, gəlirəm! Bəs sən?)

A: I’ll be there, too! ICYMI, you have to dress casual. (Mən də orada olacam! Gözdən qaçırmısansa əgər, sadə geyinməlisən.)

B: SMH, I know, I read it in FAQ. (Eynən, bilirəm, ən çox soruşulan suallar başlığında oxumuşam.)

A: Cool, brb! (Əla, qayıdacağam birazdan.)

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  1. A: I’m back! (Mən qayıtdım!)

B: Welcome but I have to go! Ttyl! (Xoş gəldin, amma mən getməliyəm! Sonra danışarıq!)

A: Oh okay, c u l8r! (Oh, yaxşı, sonra görüşərik!)

B: XOXO! (qucaq dolusu öpürəm!)

İngilis Dilində Qısaltmalar Sosial Şəbəkələrdə Necə istifadə Olunur?

İngilis dilində istifadə olunan qısaltmaların tələffüzü əksər hallarda uzun halları ilə eyni oxunuşa sahib olduğu üçün, danışıqda çox istifadə olunmaz. Ən çox yazışmalarda istifadə oluna bilmə imkanına sahib qısaltmalardır, hansı ki, sosial şəbəkələrdə dostlarınızla, yaxınlarınızla danışıb, söhbətləşərkən rahatlıqla yaza bilərsiniz. Lakin, e-poçt üzərindən və ya rəqəmsal platformda rəsmi yazışma edəcəksinizsə, qısaltmaların əksəriyyətini istifadə etməyiniz qəti şəkildə etik deyildir. Yuxarıdaki paraqrafda da dediyimiz kimi bəzi qısaltmalar vardır ki, onlar rəsmi yazışmalara da uyğundur. (FAQ, RSVP və s.)

Siyahıda verdiyimiz qısaltmaların xaricində də, ölkələrin, ayların, zamanların da qısaltmaları vardır və onları ətraflı bir şəkildə sizə növbəti paraqraflarda anladacağıq. Qeyd etmək lazımdır ki, əksər hallarda ölkələrin, zaman, tarix və ayların, cinsiyyət xitab qısaltmaları rəsmi məqamlarda istifadə etməyiniz mümkündür və bəzi şərtlərdə istifadə etməyiniz zəruridir.

İngilis Dilində Gün və Ayların Qısaltması

Həftənin Günlərinin Qısaltması:

  • Monday (Mon) : Bazar ertəsi
  • Tuesday (Tue) : Çərşəmbə axşamı
  • Wednesday (Wed) : Çərşəmbə
  • Thursday (Thu) : Cümə axşamı
  • Friday (Fri) : Cümə
  • Saturday (Sat) : Şənbə
  • Sunday (Sun) : Bazar

Ayların Qısaltması:

  • January (Jan) : Yanvar
  • February (Feb) : Fevral
  • March (Mar) : Mart
  • April (Apr) : Aprel
  • May (-) : May
  • June (Jun) : İyun
  • July (Jul) : İyul
  • August (Aug) : Avqust
  • September (Sep) : Sentyabr
  • October (Oct) : Oktyabr
  • November (Nov) : Noyabr
  • December (Dec) : Dekabr

İngilis Dilində Mesaj Qısaltmaları

  • & – and – və
  • 0 – nothing – heç bir şey
  • 2 – two, to, too – 2, infinitive (istiqamət), da, də
  • �� – smile – gülümsəmək
  • :* – kiss – öpüş
  • :)) – very happy – çox xoşbəxt
  • :0 – shocked – şok olmuş
  • :”) – blushing – üzü qızarmış
  • �� �� – Déjà vu – deja vu
  • <:3) – mouse – siçan işarəsi
  • :@) – pig – donuz işarəsi
  • :’) – tears of laughter – gülməkdən gözlərin yaşarması
  • �� – stick tongue out – dil çıxarmaq
  • :(*) – you make me sick – məni dəli edirsən
  • x( – you are mad – əsəbisən
  • :” – whistling – fit çalmaq
  • �� – wink – göz vurmaq
  • :@ – screaming – qışqırmaq
  • O:) – saintly – məsum, mələk işarəsi

İngilis Dilində Söhbət Qısaltmaları

  • A – a / an – bir
  • B – be – olmaq
  • B4 – before – əvvəl
  • BC – because – çünki
  • BK – back – geri
  • BRO – brother – qardaş
  • BT – but – amma
  • C – see – görmək
  • D8 – date – tarix, görüşmək
  • DNR – dinner – şam yeməyi
  • EZ – easy – asan
  • F8 – fate – qismət, taleh
  • HOLS – holidays – tətil
  • HV – have – sahib olmaq
  • KDS – kids – uşaqlar
  • L8 – late – gec
  • L8R – later – sonra
  • M8 – mate – dostum
  • NE1 – anyone – kimsə
  • PS – parents – validenylər
  • QT – cutie – şirin, sevimli
  • R – are – -sən, -siniz, vs.
  • SIS – sister – bacı
  • SKOOL – school – məktəb
  • SMMR – summer – yay
  • WR – were – are keçmiş halı
  • A3 – anyplace, anytime, anywhere – hər yerdə, hər zaman
  • ASAP – as soon as possible – mükün olduğu qədər tez, yaxın, və s.
  • B4N – b ye for now – hələlik (sağollaşmaq)
  • BAU – business as usual – hər zamanki işlər
  • CUL – see you later – sonra görüşərik
  • CWOT – complete waste of time – tamamilə vaxt itkisi
  • FTF – face to face – üz-üzə
  • GMTA – great minds think alike – ağlın yolu birdir
  • HAND – have a nice day – xoş günlər
  • HRU – how are you? – necəsən?
  • ICBW – it could be worse – daha pis ola bilərdi
  • IDTS – I don’t think so – məncə elə deyil, elə düşünmürəm
  • IMHO – in my humble opinion – mənə görə, mənim fikrimcə
  • IYKWIM – if you know what I mean – nə demək istədiyimi bilirsən
  • KOTC – kiss on the cheek – yanaqdan öpüş
  • LTNS – long-time no see – uzun zaman oldu
  • Luv U2 – I love you too – mən də səni sevirəm
  • MON – the middle of nowhere – bilinməyən, səssiz bir yer
  • MTE – my thoughts exactly – məncə də, tamamilə qatılıram
  • MU – I miss you – sənin üçün darıxdım
  • MUSM – I miss you so much – sənin üçün çox darıxdım
  • NP – no problem – problem deyil
  • OIC – oh, I see – anladım
  • PC&QT – peace and quiet – hüzur və səssizlik içində dincəlmək
  • PCM – please call me – mənə zəng et
  • RUOK – are you ok? – yaxşısan? Hər şey yolundadır?
  • THNQ – thank you – təşəkkürlər
  • UROK – you are okay – yaxşısan
  • XLNT – excellent – mükəmməl

İngilis Dilində Zaman Qısaltmaları

İngilis dilində ən məşhur olan A.M. və P.M. qısaltmaları mövcuddur. A.M. və P.M. Latın dilində ixtisarlardır. A.M. “Ante Meridiem” deməkdir, “günortadan əvvəl”; P.M. “Post Meridiem” “günortadan sonra” deməkdir. Yəni, hərkəsin bildiyi və istifadə etdiyi 24 saatlıq periodla 12 saatlıq periodu qarşılaşdırsaq;

  • 05 – 12.05 AM
  • 00 – 01.00 AM
  • 00 – 02.00 AM
  • 00 – 03.00 AM
  • 00 – 04.00 AM
  • 00 – 05.00 AM
  • 00 – 06.00 AM
  • 00 – 07.00 AM
  • 00 – 08.00 AM
  • 00 – 09.00 AM
  • 00 – 10.00 AM
  • 00 – 11.00 AM
  • 05 – 12.05 PM
  • 00 – 01.00 PM
  • 00 – 02.00 PM
  • 00 – 03.00 PM
  • 00 – 04.00 PM
  • 00 – 05.00 PM
  • 00 – 06.00 PM
  • 00 – 07.00 PM
  • 00 – 08.00 PM
  • 00 – 09.00 PM
  • 00 – 10.00 PM
  • 00 – 11.00 PM

İngilis Dilində İxtisas Qısaltmaları

  • ACCT – Mühasib
  • ADMIN – İdarəçi
  • ADV – Müşavir
  • APPL – Müraciət edən
  • APR – Şagird
  • ASST – köməkçi
  • ATTD – köməkçi
  • AUD – Audiologist
  • CHANC – kansler
  • CEO – Baş İcraçı Direktor
  • CFO – Baş maliyyə direktoru
  • CMO – Baş marketinq direktoru
  • COORD – Koordinator
  • DSGN – Dizayner
  • DEVL – Geliştirici
  • DIR – Direktor
  • ELEC – Elektrikçi
  • EMPL – İşəgötürən
  • ENG – Engineer
  • EXEC – ardıcıl
  • FAC – Fakültə
  • GSN – Ümumi heyət tibb bacısı
  • HR – İnsan resursu
  • INSP – Müfəttiş
  • INSTR – təlimatçı
  • INT – aralıq
  • LEC – müəllim
  • LIBR – Kitabxanaçı
  • MACH – Maşınçı
  • MGR – Menecer
  • MECH – Mexanika
  • MICRO – Mikroskopist
  • OFF – Məmur
  • OPER -Operator
  • PA – Şəxsi köməkçi
  • PHYSN – Həkim
  • FİZİO – fizioloq
  • PRES – Prezident
  • PRIN – Əsas
  • PROF – Prof.
  • PROG – Proqramçı
  • PUBL – Naşir
  • REGR – Qeyd
  • SUPR – Nəzarətçi
  • TECH -Texnik
  • TRNE – Tələbə
  • TRNR – Təlimçi
  • VP -Vice Prezident
  • WKR – İşçi

İngilis Dilində Ölkə Qısaltmaları

İngilis dilində ölkə qısaltmaları ölkə kodları başlığı nəzdində gedir və bütün ölkənin kodlarını, açılışını https://abbreviations.yourdictionary.com/articles/country-abbreviations.html saytından öyrənməyiniz mümkündür. Bütün ölkə kodları və açılışından savayı, hərkəsin bildiyi Amerika, İngiltərə kimi ölkələrin özünəməxsus qısaltmaları mövcuddur və demək olar hər yerdə öz qısaltmaları ilə istifadə olunur;

  • USA, US – United States of America (Amerika) – ABŞ (Amerika Birləşmiş Statları)
  • UK – United Kingdom (England) – Böyük Britaniya (İngiltərə)

İngilis Dilində Xanım, Cənab Qısaltmaları

  • Mr. – Kişilər üçün istifadə olunur. Şəxsin subay və ya evli olmağının əhəmiyyəti yoxdur. Soyad əvvəl gətirilməlidir.
  • Mrs . – Evli xanımlar üçün istifadə olunur. Soyadlardan əvvəl gətirilir.
  • Miss. – Soyadın qarşısında gətirərək subay qadınlar üçün istifadə olunur.
  • Ms. – Mədəni durumundan asılı olmayaraq, subay və ya evli qadınlar üçün istifadə edilə bilər. Bu qısaltma adətən qarşımızdakı insanın evli olub-olmadığını dəqiq bilməyəndə istifadə etdiyimiz bir qısaltmadır.

Məsələn, Isla Fisher ilə danışırıq və onun evli və ya subay olduğunu bilmirik. Sonra ona müraciət edərkən etibarlı yolu seçdi, Yaxşı olar ki, Fişiyə zəng edək, özümüzü təmin edək.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

İngilis dilinde en cox islenen sozler

Əgər az-çox qrammatika qaydalarını bilirsinizsə və zaman və felin istifadəsi barədə bir fikrə sahibsinizsə, bilməlisiniz ki, qısa müddətdə kiçik bir praktika ilə daha yaxşı şeylər edə bilərsiniz! Xüsusilə yeni başlayanlar üçün ingilis dilini öyrənmək üçün ümumi sözləri və mənalarını bilmək bu dilə daha asan uyğunlaşmalarına kömək edəcəkdir. Düşünməyə durduğumuzda, gündəlik həyatda ana dilimizdə danışarkən əslində müəyyən sözlərdən tez-tez istifadə edirik və hətta çoxunu da istifadə etmirik. Ana dilinizdə bildiyiniz bütün sözlərin yalnız 10 faizini istifadə edərək digər şəxslə mükəmməl bir söhbət edə biliriksə, eyni şey nə üçün ingilis dili üçün keçərli olmasın. ? Əsas sözləri və mənalarını bilmək bu dildə danışığı daha yaxşı başa düşməyə və daha asan danışmağa imkan verəcəkdir. Sonra ingilis dilində ən çox işlənən sözlərin və Azərbaycan dilində mənalarının nə olduğunu öyrənin və nələr edə biləcəyinizi özünüz görün!

İngilis dilində ən çox işlənən sözlər

İngilis dilini öyrənmək istəyirsinizsə və jələ başlanğıc səviyyəsindəsinizsə aşağıdakı sözləri mümkün olduğu qədər tez öyrənməlisiniz. Xüsusilə də A1 səviyyəli tələbələr və İngilis dili kursuna gedənlər üçün danışma və yazma bacarıqlarını inkişaf etdirmək üçün bu siyahı faydalı olacaqdır.

  • about – haqqında
  • after – sonra
  • again-yenidən
  • age-yaş
  • ago- əvvəl
  • because – çünki
  • but- amma
  • bad- pis
  • beautiful – gözəl
  • before – əvvəl
  • best- ən yaxşı
  • call- zəng etmək
  • can- bacarmaq
  • come – gəlmək
  • cancer- xərçəng
  • car- maşın
  • day- gün
  • dark- qaranlıq
  • decide- qərar vermək
  • deep- dərin
  • different – fərqli
  • each – hər biri
  • eat-yemək
  • egg- yumurta
  • end- son
  • effect – effekt
  • face – üz
  • father – ata
  • feel- hiss etmək
  • few – az
  • find- tapmaq
  • game – oyun
  • garden – bağ
  • give- vermək
  • go – getmək
  • gold- qızıl
  • hair-saç
  • hard-çətin
  • head – baş
  • hand- əl
  • happy – xoşbəxt
  • ice-buz
  • idea- fikir
  • in-içəri
  • interesting- maraqlı
  • iron – dəmir
  • Job-iş
  • Jump- tullanmaq
  • Just-sadəcə
  • Join- qoşulmaq
  • keep- saxlamaq
  • kill-öldürmək
  • Know- bilmək
  • Key-açar
  • Kid- çoçuk
  • language – dil
  • land- ərazi
  • later – son
  • learn- öyrənmək
  • letter- məktub
  • main- əsas
  • manager- menecer
  • media- mediya
  • meeting- iclas
  • moment – an
  • nature – təbiət
  • Newspaper – qəzet
  • night – gecə
  • need- lazım
  • near- yaxın
  • officer- məmur
  • official – rəsmi
  • only- yalnız
  • over- bitti
  • organization- təşkilat
  • page- səhifə
  • partner – tərəfdaş
  • pain- ağrı
  • patient – xəstə
  • peace- sülh
  • quality – Keyfiyyət
  • question – sual
  • quiet- səssiz
  • rain – yağış
  • ready- hazır
  • really- həqiqət
  • repeat- təkrar etmək
  • rest- istirahət
  • safe- rahat
  • save- yadda saxlamaq
  • second- saniyə
  • sea- dəniz
  • send- göndərmək
  • talk- danışmaq
  • team- komanda
  • take- almaq
  • teacher- müəllim
  • time- zaman
  • uncle- əmi
  • understand – başa düşmək
  • use- istifadə etmək
  • usually – adətən
  • until- qədər
  • verb- fel
  • voice – səs
  • view- görünüş
  • valley- vadi
  • village – kənd
  • walk – yerimək
  • want- istəmək
  • war- müharibə
  • way- yol
  • wear – geyinmək
  • yard- həyət
  • year- il
  • yourself- özün
  • yet- hələ
  • young- gənc

İngilis dilinde en cox işlədilən ifadələr aşağıdakılardır :

  • A lovely day- Gözəl gün
  • As for me – Məncə
  • Can I help you? – Kömək edə bilərəm?
  • How are things going?- İşlər necə gedir?
  • I quit – Mən çıxıram
  • So long- Hələlik
  • Bless you- Sağlam ol
  • Good luck – Uğurlar
  • Of course- Təbii ki
  • Take care- Özündən muğayət ol
  • Be careful – Diqqətli ol
  • I think so- Belə düşünürəm
  • Allow me – Mənə icazə ver
  • Good job- Afərin
  • Have fun – Xoş əyləncələr
  • I promise – Söz verirem
  • I decline – İmtina edirəm
  • Follow me- Məni izlə
  • Not yet – Yox hələ
  • See you – Görüşərik
  • Hold on- Gözlə, Xəttə qal
  • I have no iddea- Mənim heç bir fikrim yoxdur
  • So do I razıyam
  • Are you kidding? – Zarafat edirsən?
  • Don’t be ridiculous – gülməli olma
  • Don’t worry- Narahat olma
  • Forgive me – Bağışla
  • Shut up – Kəs səsini
  • Don’t move – Hərəkət etməyin
  • I’m at home- Evdəyəm

Comments are closed, but trackbacks and pingbacks are open.