Press "Enter" to skip to content

KİTAB ADASI

O vaxt annam cavan idi, çox cavan,
O toyların ziynətiydi, ziynəti
Amma birdən atam getdi dünyadan
Mən anamı heç oynayan görmədim

Cabir Novruz�� şeirləri

Ən dözülməz ağrılara, acılara tab edirəm,
Şeytandan ümid umuram, iblisə xitab edirəm,
Ürəyimin al-qanını döndərib şərab edirəm,
Başıma çəkib içirəm, səni unutmaqdan ötrü,
Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü.

Röyalara meyl edirem, bəlkə yadımdan çıxasan,
Gözlərimi qırpan təki görürəm mənə baxırsan,
Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,
Qabıq verib dəyişirəm, səni unutmaqdan ötrü,
Öz-özümlə döyüşürəm, səni unutmaqdan ötrü.

Köksümü cırıbb açıram ayrılığın küləyinə,
Bütün keçmiş keçənləri xəlbirləyib ələyirəm,
Bu dunyanın dərdlərini ələyirəm ürəyimə,
Acı-acı gülüşürəmm, səni unutmaqdan ötrü,
Hicran ilə öpüşürəm, səni unutmaqdan ötrü.

Ayla həmfikir oluram uzun-uzun gecələri,
Gündüzləri sağa-sola, hey ölçürəm küçələri.
Otağımda gizlənirəm, sındırırsan pəncərəmi,
Ünvanımı dəyişirəm, səni unutmaqdan ötrü,
Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?!

Səndən qeyri nə vurğunam, nə möhtacam kimə isə,
Səndən qeyri olmasa da ehtiyacım kimə isə.
İstəyirəm ürəyimi qəsdən açım kimə isə,
Yalandan eşqə düşürəm, səni unutmaqdan ötrü,
Mələklərlə öpüşürəm, səni unutmaqdan ötrü.

Gözümdən çətin çıxasan, gözümə qor dolmayınca,
Canımdan çətin çıxasan, canım rahat olmayınca.
Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,
Bu dünyamı dəyişirəm, səni unutmaqdan ötrü,
Ölümə elçi düşürəm, səni unutmaqdan ötrü.

KİTAB ADASI

Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…

Etiket: cabir novruz şeirləri

Cabir Novruz “Sağlığında qiymət verin insanlara”

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə… Oxumağa davam et →

“Sən elə bir vaxtda rast gəldin mənə” Cabir Novruz

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam…
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən…
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən…

Sən elə bir vaxtda rast gəldin mənə, Oxumağa davam et →

“Kiçik olmaq istəyirəm” Cabir Novruz

Kiçiklərlə böyüklərin
arasında
pərdə olar…
Kiçiklərdə günah olmaz,
günah böyüklərdə olar…
Kiçiklərin qəlbi böyük,
böyüklərin
qəlbi kiçik…
Kiçiklərin eyni cürdür
çölü, içi…
Eyni cürdür beşikləri,
bəzəkləri…
Gizlənpaçdır ən məkirli
Kələkləri…
Maşınları, kuklaları Oxumağa davam et →

Cabir Novruz Şeirləri

  • Allah rəhmət eləsin, böyük şairimiz, gözəl insan. Çox səmimi şeirdir. Ata məhəbbətinin bu şeirdən artıq poetik ifadəsi mümkün deyil. Bu şeiri bəlkə 50 dəfə dinləmişəm və hər dəfə dinləyəndə insan göz yaşlarını saxlaya bilmir.

SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA

Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara,
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda
Bu sözlərim düz olmasa töhmət edin,
Sizdən ricə eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
Aslan deyin aslanlara
Sağlığında qiymət verin insanlara
Hər kəs bilsin öz yerini
necə sağdır,
bu, pislərin həyatını qısaltmaqdır
yaxşılarının həyatını uzatmaqdır
bu nədəndir ölən kimi, qəlbimizdə
adamlara sevgi, hörmət aşıb-daşır
Ölən kimi yaxşılar da yaxşılaşır

Yamanlar da yaxşıaşır
Çirkinlər də təmiz olur ölən kimi
Yadlar belə əziz olur
ölən kimi
xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
hamısını ucdantutma yaxşı deyib
o dünyaya yollayırıq
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
Bu köhnəlmiş adətlərdən,
Xoşum gəlmir
Bu sərdabə sevgiərdən,
hrmətlərdən xoşum gəlmir
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ
dəyişmərəm
diri üçün iynə boyda hörməti mən
ölü üçün min heykələ dəyişmərəm
düz deməsəm, onda məni bağışlayın,
Ü tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara

O VAXT ANAM CAVAN İDİ

O vaxt annam cavan idi, çox cavan,
O toyların ziynətiydi, ziynəti
Amma birdən atam getdi dünyadan
Mən anamı heç oynayan görmədim

Kəndimizdə o hamıdan gözəldi,
Başdan-başa geyinərdi zərxara
Mağararda təran kimi süzərdi,
Atam öldü ta getmədi toylara

Elə bil ki, birdən beli əyildi,
Uzun qara saçlarına düşdü dən
Çox cavanlar kama çatdı, sevildi,
Qız-gəlinlər evdən-evə köçdülər
Mənim də ki, boy calandı boyuma,
Amma qəlbim sevinmədi, gülmədi
Ta anamın həsrət qaldım oynuna,
Ta anamı heç oynayan görmədim

Bacıma da bir bahar toy qurdular,
Axırda da bir “Vağzalı” çalındı
Hey anamın qabağında durdular,
O gizləndi çarşabının dalında

Göz yaşıyla o bacımı ötürdü,
Dedi, – quzum, Allah sənə yar olsun
Gəlin bacım bulud kimi tutuldu,
Anasının bərk boynuna sarıldı

Qızım köçdü, xoşbəxt olsun, – dedilər,
Bir oğlun var onun toyun görəsən
Daha onda, ay Qızıgül bəxtəvər,
Göz dolusu oynayasan gərək sən

Bir gün mən də eşq səsinə ayıldım,
Özümə bir yuva hörmət istədim
Annam mənə elçi getdi dayımla,
Müqəddəsdir elimizin adəti

Sonra annam günü, ayı sanadı,
Mənsə zaman necə keçdi bilmədim
Qəribədir mən Qızılgül anamı,
Toyumda da heç oynayan görmədim

Bir qış günü vida dedi həyata,
Atam oldu son istəyi, son sözu
Nə böyükmüş, nə möhkəmmiş, xudaya,
Bizim ata-anaların sevgisi

Belə olub bu millətin keçmişi,
Heyf, indi onun quru adı var
Hanı indi atam kimi bir kişi,
Hanı indi annam kimi qadınlar

Bəli, o vaxt annam vardı çox cavan,
O toyların bəzəyiydi, ziynəti
Nə zaman ki, atam getdi dünyadan,
Mən anamı heç oynayan görmədim

SƏN ELƏ BİR VAXTDA RAST GƏLDİN MƏNƏ

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız vaxtı, xəzəl çağıydı
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı

Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca

Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uza qol

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi

Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi

Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim

GECİKMİŞ MƏHƏBBƏT MAHNISI

Sən gizli gəlmisən ömrümə, inan,
Bu gizli eşq ilə yaşayacağam
Dünyanın ən ağır yükü sayılan,
Gecikmiş məhəbbət daşıyacağam
Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm

Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm
Uzaqdan göz qoyub gözünə sənin
Sanki görəcəyəm Allahımı mən
Düşüb qarış-qarış izinə sənin,

Əzbərləyəcəyəm yollarını mən
Səni zərrə-zərrə kəşf edəcəyəm,
Səni milyon kərə kəşf edəcəyəm
Hər günü adınla başlayacağam,

Hər günü adınla bitirəcəyəm
Səni röyalarda oxşayacağam,
Səni xəyallarda itirəcəyəm,
Sən məni heç zaman duymayacaqsan,

Mən bütün ömrünü izləyəcəyəm,
Sən mənə məhəl də qoymayacaqsan
Mən səni həmişə səsləyəcəyəm,
Hər gün məni üçün doğulacaqsan,

Hər gün mənim üçün yox olacaqsan
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan
Mən sənin adına hər saat, hər an,
Qəlbimdə məktublar yollayacağam
Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
Mən heç vaxt yadında qalmayacağam
Beləcə həsrətlə qocalacağam,
Belə enəcəyəm, ucalacağam
Keçib hər alovdan, keçib hər oddan
Böyük əzabından şad olacağam,
Sən mənə həyatda ən doğma adam,
Mən sənə yaddan da yad olacağam,
Sən ömr edəcəksən ayrı adamla,
Mən kiməm, nəçiyəm bilməyəcəksən
Bir gün bu dünyadan sənin adınla,
Köçüb gedəcəyəm bilməyəcəksən

Allahım bu qədərmi gözəl izah olunarmış. Dünya necə gozəlmis dedirtdi mənə

Comments are closed, but trackbacks and pingbacks are open.