Press "Enter" to skip to content

Cabir Novruz – Sağlığında qiymət verin insanlara

Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz orta məktəbi bitirdikdən sonra Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının (AYİ) tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirərək Vətənə dönüb.

Sağlığında qiymət verin insanlara.

Gəldi, sevdi, sevildi, qəlbini göynədən ağrıları ağ vərəqlərdə “göyərtdi”, insanları və insanlığı sevməkdən yorulmadı. Sadədən-sadə olmağa çalışdı, sözdən halallıq adlı ölməz nəğmələr yaratdı, gecəsini gündüzünə qatıb tək öz taleyini deyil, həm də mənsub olduğu millətin ağrısını-acısını, dərdini, kədərini qələminin gücü, istedadının gözü ilə gələcək nəsillərə çatdırmağı özünə borc bildi.

Sağlığında qiymətini ala bilməyənlərin, haqqı tapdananların, min bir ləkə vurularaq zindanlar küncündə işığa həsrət qalanların haqqını qaytarmaq üçün “Sağlığında qiymət verin insanlara” harayı ilə minlərin-milyonların qəlbində ümid, inam tonqalı qaladı. Sadə, lakin inandırıcı, adi, lakin təsirli dedi. Elə dedi ki, ilk andan insanlar bunu bir şüar kimi, Azərbaycan poeziyasının Cabir Novruz həqiqəti kimi qəbul edib dəyərləndirdilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Cabir Novruzun anadan olmasından 88 il ötür.

Şairin poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şeirləri ilə oxucuların dərin məhəbbətini qazanıb. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir.

Cabir Novruz öz yolu, öz sözü, öz ədəbi taleyi olan şairdir. Xalqımızın min illər bundan əvvəl başlayan bədii şüur hərəkətində, qüdrətli poeziya marafonunda onun yaradıcılıq manerası, poetik nəfəsi seçilir, orijinal sənət yolundan xəbər verir. Bu sənət yolunu izlədikcə, Cabir Novruz şeirlərinin işığı önündə düşündükcə, bir həqiqətə inanırsan. O, həmişə özü ilə üz-üzə dayanıb, qəlbini, duyğularını, taleyini sınaq meydanına çevirib, həmişə narahat, özündən narazı olub, hər an sənətin dəlisov tufanlarına, şıdırğı leysanına can atıb, rahatlığı, duyğu xoşbəxtliyini sözlə döyüşdə, əlbəyaxa vuruşda tapıb.

Xızı rayonunun Upa kəndində dünyaya göz açan Cabir Novruz orta məktəbi bitirdikdən sonra Sabir adına Pedaqoji Texnikumda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının (AYİ) tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranı bitirərək Vətənə dönüb.

“Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz müxtəlif vaxtlarda “Azərbaycan” ədəbi-bədii jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb və AYİ-nin idarə heyətinin katibi olub.

C.Novruzun çap olunmuş “İnsan məhəbbəti”, “İllərin ömrü”, “Bizim əsr”, “Adi həqiqətlər”, “Həyat, sən nə qəribəsən”, “Taleyin töhfələri”, “Bir dünyam var”, “İnsan himnləri”, “Ömür keçir karvan kimi”, “Ulu dünya, heyfsən”, “Vətən əbədi qopuqdur”, “Özünü qoru, xalqım”, “İnsanı tanımaq olmur” və digər şeirlər və poemalar kitabları ədəbiyyatsevərlər tərəfindən böyük məhəbbətlə qarşılanıb.

Onun şeirləri, poemaları əsrimizi, müasirlərimizi düşündürən aktual problemlərə – insan ömrünün mənasına, müharibənin bir nəslin taleyinə vurduğu yaralara, gündən-günə çiçəklənən ölkəmizin qüdrətinə, zəhmət adamlarının mənəvi dünyasına yazılmış nəğmələrdir, himnlərdir. O, elə ilk şeirlərindən sadə insanların, adi adamların tərənnümçüsü olmuşdur. Şairin tərcümeyi-halı poeziyası ilə ahəngdardır. O, müharibənin ağrı-acılarını öz taleyində daşıyan nəslin nümayəndəsidir.

C.Novruz poeziyası sadəliyi və emosionallığı ilə diqqəti cəlb edir. Elə buna görədir ki, onun şeirlərinə çoxlu mahnılar yazılıb. Şairin sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanıb.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Cabir Novruz Sağlığında qiymət verin insanlara

Cabir Novruz Sağlığında qiymət verin insanlara!

Cabir Novruz Gecikmiş məhəbbət

Cabir Novruz Eşq, məhəbbət yaşayırsan!

Cabir Novruz Daha dəhşət

Cabir Novruz Dəhşət

Cabir Novruz Sağlığında qiymət verin insanlara

Cabir Novruz Özünü qoru, xalqım

Cabir Novruz Sağlığında qiymət verin insanlara

Cabir Novruz Daha dəhşət

Муз жанры

Песни

Исполнители

© 2011 – 2023 Get-Tune.cc
get-tune.net@yandex.ru
ООО «АдвМьюзик» заключил лицензионные соглашения с крупнейшими российскими правообладателями на использование музыкальных произведений. Полная информация

0:00 0:00

Get-Tune.cc Cabir Novruz – Sağlığında qiymət verin insanlara №148770591

Xalq şairi Cabir Novruz

Neçə vaxtdır, “Həyat sən nə qəribəsən” deyib, şerlərində bizi həyatın qəribəliklərinin seyrinə daldıran, “Sızlar yada düşəndə ürəyimin telləri, o mehriban, o əziz tələbəlik illəri” deyib, hamımızı o gözəl tələbəlik illərinə qaytararaq bizdə nostalji hisslər yaşadan, “Kaş millətdə ruh yaşasın” və ya “Özünü qoru, xalqım” deyib, xalqda vətənpərvərlik hissləri aşılayaraq, onları daim ayıq- sayıq olmağa, torpaqları qorumağa səfərbər edən, “Tələsin insanlar əldən tutmağa, tələsin ömür edib sən yaşamağa” deyib insanları yaxşılıq etməyə, ülviyyətə səsləyən, “Həm həqiqət, həm əfsanə, məhəbbət” deyərək bizi saf, ülvi məhəbbətə çağıran bir şairimiz -Xalq şairi Cabir Novruz üçün qəribsəmişik.Vəfatından illər keçsə də, heç vaxt unudulmur, daim xatırlanır.
70 ildə sakit, təlatümsüz zamanlarda, surətlə dəyişən, püskürən, qloballaşan dövrlərdə də həm şair, həm də bütöv insan, şəxsiyyət kimi bütün sınaqlardan, həyatın keşməkeşlərindən ləyaqətlə, dəyanətlə çıxan vüqarını gözləyən ədib 1933-cü il mart ayının 12-də bəşəriyyətə Cəfər Cabbarlı, Mikayıl Müşfiq kimi nəhəng qələm sahibləri yetişdirən Xızı rayonunun Upa kəndində dünyaya göz açıb:
Mən dövlətli ailədə doğulmadım,
Şan-şöhrətli ailədə doğulmadım,
Ən sadəcə bir insandı atam mənim,
Zər- xaralı yataqlarda yatammadım,
Məst olmadım, incə, zərif qucaqlarda
Boy atmadım meydan-meydan otaqlarda.
Mən doğuldum … payız yerə qəm yazanda
Bu dünyanın ən balaca komasında.
Şair həmin kəndin bulaqlarından, dağ havasından qaynaqlanaraq ötən əsrin 50- ci illərində ədəbiyyata gəldi.Milli irsimizin zəngin ənənələrini müasir ədəbi cərəyanların tələbləri ilə ülvi şəkildə birləşdirən C.Novruzun ədəbiyyatda gəlişi səssiz, haraysız olmadı. Təbiətində qaynarlıq olan şair gəlişi ilə ədəbiyyata bir sıçrayış, tərpəniş etdi. Lirik, romantik, vətənpərvər şerləri ilə oxuyucularını maraqlandırdı, düşündürdü, tərbiyələndirdi, nəğmələriilə milyonların qəlbinə nüfuz edərək, onlara xoş anlar, zərif duyğular bəxş elədi.
Uşaqlığı dağlarla, meşələrlə əhatə olunmuş Xızının “Upa” kəndində keçən Cabirin ilk eşitdiyi səs, təbii ki, ən ülvi, ən müqəddəs ana laylasından sonra, ən əsrarəngiz səs bulaq şırıltısı və cəh-cəh vuran quşların səsi olub. Təmiz dağ havası udub, meşələrdəki ağacları, gül-çiçəkləri, otları, təbiətdəki heyvanat aləmini seyr edib. Bütün bunlar C. Novruzun yaradıcılığında çox incəliklə, poetik notlarla əks olunub:
Uşaqlığım qaynar, odlu,
Şirəsini sizdən tutdu,
Siz piyada mən sə atlı,
Bulaq suyu, dağ havası
Zirvələrin başı qarlı, meşələrin içi barlı,
Ay kökünə etibarlı- bulaq suyu, dağ havası.

Nəğməm sizdən havalandı,
Şerim sizdən cilalandı,
Qanım sizdən mayalandı-
Bulaq suyu, dağ havası.

Ədəbiyyata yenilik, coşqu gətirən Cabir Novruz yaradıcılığının ilk illərindən yüksək bəşəri – mənəvi, ideya – bədii dəyərləri tərənnüm edən şeirləri ilə diqqət çəkirdi. Onun qələminin məhsulu olan bəşəri hiss və duyğuları özündə ehtiva edən lirik şerləri ədibə tez bir zamanda geniş oxucu məhəbbəti, rəğbəti qazandırıb.

Saf, pak qəlbli insan olan Cabir Novruzun Allahin ona bəxş etdiyi sadəlikdən, səmimi və insani hisslərdən yoğrulan, ürəyi ilə dili, düşündükləri ilə əməlləri arasında heç bir fərq qoyulmayan yaradıcılığı daim oxucuda maraq doğurur, düşündürür, həyata düzgün baxış formalaşdırır. Şairin yaradıcılığında “Sağlığında qiymət verin insanlara” adlı şeri ədibin sanki bir növ həyat pasportuna çevrilib. Dillərdə zərb məsələ kimi yuva salıb:

Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsl qiymətini bilər onda,
Bu sözlərim düz olmasa töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,

Sağlığında heykəl qoyun ölməzlərə…

Gözəllik, bəşəri hiss və duyğular, saf məhəbbət, sevgi kimi ali dəyərlər C.Novruzun lirikasın əsas leytmotivini təşkil edir. Bu şerlərdə bir harmoniya var, musiqi var. Bəlkə elə bu səbəbdəndir ki, onun şerlərinə bəstəkarlarımız ölməz mahnılar bəstələyiblər. Başda SSRI Xalq artisti Zeynəb Xanlarova olmaqla demək olar ki, bütün müğənnilər bu mahnılara müraciət edib. Xalq artisti Oqtay Kazımı ilə birgə iş C. Novruz nəğməkar şair etməklə böyük nəğmə silsiləsi yaranmasına səbəb olub.

Elə bir insan tapılmaz ki,Tələbəlik illərinin xiffətini çəkməsin. O, illərin sevimli çağları, macəraları, çətinlikləri, xoş anları daim qəlbimizdə dərin kök salır, sızıldayır. Məhz bu sızları C. Novruz məharətlə, qələmə alaraq, bizdə daim bu illərin həsrətini, xoş xatirələrini yaşadır:

Çox-çox adi dolanan,

Dünyaya,cahana,insana.
Gələcəyə inanan,
Tələbə, tələbə, tələbə.

Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz,
Tələbəlik illəri.

Azərbaycan ədəbiyyatında çox nadir hallarda “İblis” obrazı insanla bir araya gətrilir. Böyük Hüseyn Cavidin:

İblis nədir? Cümlə xəyanətlərə bais.

Ya hər kəsə xain olan insan nədir?–İblis!”_ aksiyomasından sonra Cabir Novruz yaradıcılığında “İblisə” xitab edir:

“Ən dözülməz ağrılara, acılara tab edirəm.

Şeytandan ümid umuram, iblisə xitab edirəm!
Ürəyimin al qanını döndərib kabab edirəm,
Başıma çəkib içirəm səni unutmaqdan ötrü,

Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü…

Təbiətin, insan qəlbinin ülviliyini, həyat gözəlliklərini vəsf edən C. Novruz həm də daim vətəndaşlıq mövqeyini nümayiş etdirən bir vətənpərvər, mübariz şair idi.

Xalqımızın həyatında baş verən tale yüklü məsələlərə dərhal reaksiya verən şair daim ictimai- siyasi proseslərin fövqündə oldu, onun fəal iştirakçısına çevrildi:
Müqəddəs, ulu xalqım,
Gözümün nuru, xalqım,
Ən qorxulu zamandır,
Özünü qoru, xalqım.

Bir tora ilişmisən,
Çaynaqları dərində.
Bir oyuna düşmüsən,
Oyuncaqlar əlində.

Üzərində əsirlər
Qara yellər görürəm.
Sənə quyu qazırlar,
Mənfur əllər görürəm.

Təklənmisən yenə də,
Əyilməz, ulu xalqım.
Oğul, sözüm sənədir,
Özünü qoru, xalqım
Ədib həm də gənclik şairi, məhəbbət şairi idi. Daim gənclik şövqü ilə yazıb yaradırdı:
O bu boyda bir cahanı yaradıb,

Yeri göyü asimanı yaradıb.
İnsan onu, o insanı yaradıb,
Bu həyatın əlifbası məhəbbət,
Ən ilk nəğmə, ən ilk yazı, məhəbbət

Hər ömürdə bir ulduza dönər o,
Gah şimşək tək birdən çaxıb sönər o,
Gizli gələr, fəqət aşkar dinər o,
Canda nəfəs, damarda qan məhəbbət
Həm var olan, həm yox olan məhəbbət

O dəryadı kükrəyəndə, daşanda,
O gövhərdir üzüklərin qaşında,
O sevdadir hey dolanır başımda,
Gah ağıllı, gah divanə məhəbbət
Həm həqiqət, həm əfsanə məhəbbət.
Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində əvəzsiz rolu Cabir Novruz həqiqətən də sadə, səmimi bir insan, bütöv şəxsiyyət idi. Vətənpərvər, həqiqət və inam, sevgi və gözəllik şairi, məhəbbət şairi, insan qəlbinin mühəndisi Xalq şairi Cabir Novruzun söz dünyası və qəlbləri fəth edən həzin mahnılara dönmüş şeirləri daim onu əbədi yaşar edəcək, xalqın əbədi sevgisi daim var olacaqdır.





Müəllif: Qafar Əsgərzadə Əməkdar Jurnalist, Pedaqoqika üzrə fəlsəfə doktoru, dosent.
Mənbə: modern.az

  • Teqlər:
  • ədəbiyyat
  • , şair Cabir Novruz
  • , Cabir Novruz
  • , Cabir Novruz şeirləri

Comments are closed, but trackbacks and pingbacks are open.