Press "Enter" to skip to content

Cahangir gözlov haqqında tdbir

Prezident birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edib – SİYAHI Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Cahangir Əsgərovun qaranlıq keçmişi

Gələcək varis İlham Əliyev beləcə də deyir: «Canikə dəymə, o, mənim dostumdur!» II yazı Oğrunun yeri haradır? «AZAL»ın rəhbərliyinə Ədalət Əliyevin gəlməsiylə yenə Əsgərovun ulduzu sönür. O, ölkədən uzaqlaşdırılaraq «AZAL»-ın İstanbuldakı təmsilçisi təyin olunur. Ancaq heç bir il də keçmir ki, o, yenə də kapital yığmağı bacarır. Cahangir Əsgərov qardaş ölkənin hava yolları ilə saxta müqavilələr əsasında 380 min dolları mənimsəyir. Yalnız «AZAL» ekspertlərinin və Türkiyənin vergi polisinin diqqətli yoxlamaları nəticəsində sənədlərin saxtalaşdırıldığı faktı ortaya çıxır. Cahangir Əsgərov ikinci dəfə həbsə düşür. Ailə yenə onun müdafiəsinə qalxır və Cahangir Əsgərovu azad edirlər. Etibarlı mənbələrin iddiasına görə, İstanbuldakı fəaliyyəti dövründə Cahangir Əsgərov çeçen diasporu ilə çox sıx əlaqələr yaradıb. Nəticədə bu əlaqələr müştərək biznesə və əməkdaşlığa çevrilib. Ədalət Əliyev İstanbulda olduğu zaman Cahangir Əsgərov onu «AZAL»-ın Türkiyədə bina icarəyə götürməsinə məcbur etməyə çalışır. Əsgərov çeçenlərin vasitəsilə öz adına bina əldə edərək sonradan onu Azərbaycan hakimiyyətinə icarəyə verməyi təklif edir. Yeri gəlmişkən, Əsgərovun “İstambul fırıldağını” Əliyevlərin Londondakı səfirləri çox uğurla həyata keçirirdilər. Səfirliyin binası Cahangir Əsgərovun məsləhəti ilə dövlət başçısının qızının adına əldə edilıb və Azərbaycan hakimiyyətinə icarəyə verilıb. Ancaq Ədalət Əliyev bu sənədi imzalamaqdan boyun qaçırır. Bundan başqa, o, Cahangir Əsgərovu fırıldaqçılıqda və korrupsiyada ittiham edərək, onun aviaşirkətdən uzaqlaşdırılaraq, haqqında cinayət işinin açılmasını tələb edir. Cahangir Əsgərovun əməlləri haqqındakı sənədlər baş prokurorluğa göndərilir.

Ədalət Əliyevin qərarı hakim ailədə kəskin reaksiya doğurur. Hamıdan daha çox İlham Əliyev baş verənlərdən narazı olur. Ədalət Əliyev İlham Əliyevlə görüşü zamanı Cahangir Əsgərovun günahlarını sübut edən sənədləri ona təqdim edir. Gələcək varis sənədlərlə tanış olacağına söz versə də, nazirə kəskin şəkildə bir neçə məsləhət də görür: «Canikə dəymə! O, mənim dostumdur. Sənədlərlə isə tanış olaram». Bir neçə gün keçdikdən sonra Ədalət Əliyevə o vaxtkı baş prokuror Eldar Həsənov özü zəng edir. O, «AZAL» prezidentini Ailənin iradəsi əksinə getməməyə və əlindəki sənədləri qırağa qoymağa inandırmağa çalışır. «AZAL» prezidentliyinə gedən yol Ancaq Ə.Əliyev inadkarlığından əl çəkmir. 1996-cı ildə Ə.Əliyevlə İ.Əliyevin son görüşü olur. Onlar təsadüfən Milli Məclisin iclasında qarşı-qarşıya gəlirlər. «AZAL» prezidenti yenə də inadkarlıqla Əsgərovun işi ilə maraqlanır. Ə.Əliyevin axırıncı sözünü dinlədikdən sonra İ.Əliyev qəti şəkildə deyir: «Mən axı sənə demişdim, Caniklə işin yoxdur!» Bu cümləni deyən İ.Əliyev Ə.Əliyevdən sürətlə uzaqlaşır və «AZAL» prezidentinin taleyi həll olunur. Ertəsi gün Ə.Əliyevi işdən çıxarırlar. Düz ay yarımdan sonra oğul İ.Əliyev və onun ətrafındakı adamlar C.Əsgərovun ad gününü qeyd edirlər. İ.Əliyev oradaca bəyan edir: «Təbrik edirəm, Canik! Ad günündə mənim sənə öz hədiyyəm olacaq. Bu gün atam səni «AZAL» prezidenti təyin edib». Beləliklə, C.Əsgərovun «Heydər Əliyevin yuvası» adlandırılan Azərbaycan üzərindən uçuşu baş tutur. «AZAL»-ın keçmiş rəhbəri Ədalət Əliyev isə hədəfə çevrilir. İstintaq qrupu yeddi ay onun əməllərində cinayət tərkibi tapmağa çalışır. Amma bu cəhdlər nəticəsiz qalır. Nəhayət, onu oğlunun «Lyuftqanza»da sınaq müddəti keçməsində, Kembricdə təhsil almasında və «AZAL»-ın İsraildəki təmsilçiliyində işə girməsində ittiham etməyə cəhd göstərirlər. Ə.Əliyevə və onun ailəsinə qarşı repressiya maşını işə salınır. Hakimiyyətin Ə.Əliyevə başının qarışdığı zamanda C.Əsgərov aviakonsernin sabiq başçısının dövründə imzalanan bütün müqavilələri nəzərdən keçirirdi. …1995-ci ildə «AZAL» 49,5 milyon dollara «Boinq» təyyarəsinin alınması üçün müqavilə imzalamışdı. Bu məbləğ C.Əsgərova çox kiçik gəldiyindən, müqavilənin şərtlərinə yenidən baxılır. Hakim ailənin biznes ənənələrinə cavab verən yeni müqavilə imzalanır. Bu müqavilə Azərbaycanın dövlət büdcəsinə 75 milyona başa gəlir. Yeni Binə hava limanının tikilməsiylə bağlı müqaviləyə də redaktə olunur. 36 milyon dollarlıq müqavilə 106 milyon dollarlıq yeni müqavilə ilə əvəzlənir. C.Əsgərovun bu maliyyə əməliyyatları o vaxtkı maliyyə naziri Fikrət Yusifovun dövlət büdcəsinin qarət olunmasına etirazına səbəb olur. Məhz bu etirazına görə, onun da gələcək taleyi həll olunur. Az keçməmiş Fikrət Yusifov vəzifəsindən uzaqlaşdırılır. Çeçen terrorçularını kim maliyyələşdirib? 2004-cü il sentyabrın 1-də Beslanda orta məktəb binasını zəbt edən çeçen terrorçularının zərərsizləşdirilməsi zamanı yüzlərlə günahsız adam, o cümlədən məktəblilər həlak olmuşdu. Sizə təəccüblü gəlsə belə, bu terrorla bağlı istintaq materiallarında «AZAL» prezidentinin adı bir sıra terror aktlarını maliyyələşdirməkdə göstərilib. Rusiyanın hüquq-mühafizə orqanlarında çalışan həmvətənimizin sözlərinə görə, istintaq materiallarında «AZAL» prezidentinin bəzi terror aktlarına maliyyə dəstəyi verməsi faktı təkzibolunmaz faktlarla təsdiqlənib. Amma ehtimal edilir ki, Cahangir Əsgərov çeçenlərə verdiyi pulların konkret olaraq hansı məqsədə yönəldiləcəyini öncədən bilməyib. İstintaq materiallarında göstərilir ki, Əsgərov çeçenlər qarşısında maliyyələşmə ilə bağlı öhdəliyi hələ 2002-ci ilin oktyabrında götürüb. O zaman Moskvada Nord-Ost teatrını zəbt edən çeçenlər C.Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyevanı və onun başqa yaxın qohumlarını da girov götürmüşdülər. Sonradan çeçenlərlə danışıqlara gedən C.Əsgərov «AZAL»-ın Moskvadakı nümayəndəsi Eldar Hacıyevlə birlikdə öz həyat yoldaşını və digər ailə üzvlərini girovluqdan qurtara bilmişdi. İstintaq materiallarında isə qeyd edilirdi ki, C.Əsgərov məhz həmin danışıqların nəticəsi olaraq çeçenlərdən asılı vəziyyətə düşüb. Üstəlik, çeçenlərdən asılı vəziyyətə düşdüyünü C.Əsgərov özü də həyəcanlı dəqiqələrdə ağzından qaçırıb. İstintaq materiallarında göstərilirdi ki, C.Əsgərov ailəsini girovluqdan qurtarıb Bakıya qayıdan kimi hava limanında mətbuata açıqlama verərək bildirib ki, çeçenlər onun ailəsini azad edərkən ona «yadında saxla ki, biz sənə belə bir yaxşılıq etdik» deyiblər. Məhz bu açıqlamanın Rusiya kəşfiyyat orqanlarının diqqətini çəkdiyi güman edilir. Mənbənin sözlərinə görə, yalnız Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin gərginləşməsinə yol verməmək üçün faktın ictimailəşməsi məsləhət görülməyib. Amma C.Əsgərovun hər hansı terror aktını öncədən bilərək maliyyələşdirdiyi sübuta yetirilərsə, Rusiyanın güzəştə getməyəcəyi bildirilirdi. Bununla belə, istintaqın nəticəsi hələ də bağlı saxlanılır. Xatırladaq ki, bu haqda 2005-ci ildə Azərbaycan mətbuatında açıq-aşkar yazılırdı. «AZAL» prezidentinə qarşı korrupsiya ittihamı C.Əsgərova qarşı zaman-zaman müxtəlif korrupsiya ittihamları irəli sürülüb. 2009-cu ilin payızında Milli Məclisdə növbəti ilin dövlət büdcəsinin layihəsi müzakirə olunarkən «AZAL» prezidentinin ünvanına daha ciddi ittihamlar səsləndirildi. Millət vəkili Qüdrət Həsənquliyev Naxçıvana təyyarə biletlərinin qiymətinin kəskin surətdə artmasının bütün məsuliyyətini C.Əsgərovun daşıdığını bəyan etdi. Q.Həsənquliyev onu da xüsusilə vurğulayırdı ki, «AZAL» prezidenti səfərlərə şəxsi təyyarə ilə uçur və şəxsi məqsədlər üçün çoxlu sayda at saxlayır: «Niyə Cahangir Əsgərovun şəxsi təyyarəsi var? O kimdir ki? Prezident, baş nazir, spiker deyil. Niyə o, ümumi reyslə uçmur? Onun şəxsi təyyarəsi ilə ora-bura uçmasına sərf etdiyi vəsait Naxçıvanda yaranan problemin həllinə sərf oluna bilməzmi? Cahangir Əsgərovun vertolyotu var. Bu cür xərclərin qarşısını biz alsaq, bütün problemləri həll edə bilərik. Quruda Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanı havadan da «Azərbaycan Hava Yolları» blokadaya alıb. Naxçıvana təyyarə biletlərinin qiyməti 40 manatdan 75 manata qaldırılandan təyyarə reyslərinin sayı 7-dən 4-ə enib». Q.Həsənquliyev bu bahalaşmanın səbəbini korrupsiya ilə izah edirdi. Bir müddət əvvəlsə Əsgərov «AST Telman»ın ad günündə ona üstü brilliant qaşlarla bəzədilmiş 500 min dollar dəyərində hədiyyə etməsi ilə gündəmə gəlmişdi. Amma bu ittihamlarla bağlı indiyədək hüquq-mühafizə orqanları hansısa bir araşdırma aparıb nəticəsini ictimaiyyətə açıqlamayıblar. Hətta korrupsiyaya qarşı mübarizənin gücləndirildiyinin iddia olunduğu ötən doqquz ay müddətində də «AZAL»-dakı qanunsuzluqlarla bağlı bircə fakt belə ortaya qoyulmayıb. Halbuki 2000-ci ildə mərhum dövlət başçısı Heydər Əliyev «AZAL» Dövlət Konserninin fəaliyyətində bağışlanmaz nöqsanlar olduğunu vurğulayaraq, C.Əsgərovdan bu sahədə «rüşvətxorluğu, cürbəcür çirkin halları» aradan qaldırmağı tələb etmişdi. Ata Əliyevin C.Əsgərova bu iradlarının üstündən 11 il keçib. Amma vəziyyət dəyişməyib. Oxucular yəqin ki, Səbail rayonunda yerləşən Ənvər Məmmədxanlı adına kitabxana ilə bağlı yaranmış qalmaqalı da unutmayıblar. Həmin qalmaqal kitabxananın oxu zalını «SW Travel» adlı turizm şirkətinin ələ keçirməsi ilə başlamışdı. O vaxt xalq artisti Yalçın Rzazadə Ə.Məmmədxanlı adına kitabxananın «AZAL» prezidenti Cahangir Əsgərovun mülkiyyətinə çevrildiyini bəyan edirdi: «Roza Rzazadənin – Yalçın Rzazadənin həyat yoldaşıdır – döyüldüyü kitabxana hazırda «AZAL»-ın kassası kimi fəaliyyət göstərir. Kitabxana üçün kiçik bir otaq veriblər. Çox çəkməz ki, onu da ləğv edərlər. Hamı Cahangirin, Əbülfəsin tərəfini tutdu. Dövlət də, millət də məni aldadır. Xəstəyəm, bəlkə millətin buna görə mənə yazığı gəlir? Mən nə dövlətə, nə də millətə lazım olmamışam. Deyirlər, təkrarsız sənətkaram. Budur təkrarsız sənətkara və ailəsinə qoyulan hörmət?» Qeyd edək ki, sahəsi 260 kv metr olan oxu zalı 2004-cü ildə keçmiş mədəniyyət naziri Polad Bülbüloğlunun sərəncamı ilə «SW Travel» şirkətinə icarəyə verilibmiş. Sonradan kitabxananın anbarı da ələ keçirilmişdi. «SW Travel» «SW Holdinq»in tərkibində fəaliyyət göstərən 19 şirkətdən biridir. Bu holdinqin sahibi «AZAL» prezidenti Cahangir Əsgərovdur. «İMAİ şirkəti Əsgərovun qəzəbinə niyə gəlmişdi? Azər Hüseynbala “Xural” qəzeti, il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Zorxana

Əziz oxucu, sən bilirdinmi ki, üç dəfə dalbadal prezident təyin olunan, hər çıxışlarında milli mənəvi dəyərlərdən danışan, altından qara xətt çəkə-çəkə əxlaqi keyfiyyətlərdən bəhs edən İlham Əliyevin qeyri-qanuni qızı olduğunu? Hardan biləsən axı?

Cəmilə Əsgərova

Ölkə başçısı İlham Əliyev “AZAL” rəhbəri Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova ilə vətəndaş nigahında olub. Və Cəmilə xanımdan qızı dünyaya gəlib. Bəlli olan da odur ki, Cəmilə xanımın Ignazio Coraci adlı ispan əsilli həyat yoldaşı və ondan Amadeo adlı oğlanları var. (Ətraflı məlumat) Əslində Paşayevlərin Əsgərovlarla çox yaxşı münasibətləri olduğu da heç kimə sirr deyil.

Yoldaşının Cəmilə xanımla münasibətindən şübhələnən birinci ledi Mehriban Əliyeva “Paşayevlər klanı”na mənsub olan nazirlər, zamanın Milli Təhlükəsizlik Naziri, general Eldar Mahmudov və Rabitə İnformasiya Texnologiyaları naziri Əli Abbasova gizli kamera çəkilişi və telefon dinləmələrini tapşırır. Heç təsadüfi deyil ki, ən yaxın adamlarının belə həbs olunmasına, qohumlarının təqib olunmasına baxmayaraq bu iki nazir hələ də azadlıqdadır və onlara “gözün üstdə qaşın var” deyən yoxdur. Böyük ehtimalla məhz bu və oxşar gizlin məlumatları bildiklərinə görədir. Bu nazirlərin əllərində çox güclü kompramatlar olduğu aşkardır.

Leyla Əliyeva, Cəmilə Əsgərova və bacısı Mila Əsgərova

Nə isə, qaldığımız yerdən davam edək. Birinci ledinin həmləsindən sonra mətbuatda dəfələrlə, antireklam məqsədli AZAL prezidenti Cahangir Əsgərovun əleyhinə materiallar dərc olunmağa başlayır, aviabiletlərin bahalı olmasından şikayətlənir, sosial şəbəkələrdə xeyli sayda materiallar dərc olunur.

Mətbuatdan da oxuduğunuz qədəriylə MTN və RİTN nazirlərinin istefa verməsinə və onların vəzifədə olan ən yaxın qohumlarının həbs olunmasına səbəblərdən biri də məhz prezident və ailəsinin telefon danışıqlarının dinləməsi idi. Cinayət işinin maddələrindən biri də məhz bu idi. (Mənbə)

Hətta Elşad Abdullayev də bu barədə gizli video yaymışdı, buyurun izləyin.

Leyla Əliyeva və övladlığa götürdüyü iddia olunan Əminə Əliyeva

Əlqərəz, məsələ ortaya çıxandan sonra mətbuatda xəbər çıxır ki, güya Leyla Əliyeva yetimxanadan bir uşağı öz öhdəliyinə götürür. Qızın nə fotosu, nə də adı yazılır. Bir neçə il hətta uşağın üzünü mətbuatdan gizlədirlər.

Ölkə başçısı İlham Əliyev və ictimaiyyətdən gizli qalan qızı Əminə Əliyeva

İlham Əliyevin 55-ci doğum ildönümündə, oğlu Heydər Əliyev instagram səhifəsində atası ilə bərabər həmin qızın, yəni ən kiçik bacısının fotosunu paylaşır. Bu arada qızın da adı bəlli olur: Əminə.

Bloqumu izləyin, daha maraqlı və bilmədiyiniz gizli məlumatları sizlərlə mütəmadi bölüşəcəyəm. İmza: Köhnə azərbaycanlı.

Prezident birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edib – SİYAHI

Prezident birinci instansiya məhkəmələrinə hakimlər və sədrlər təyin edib – SİYAHI Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

21 Dekabr , 2021 16:50

https://static.report.az/photo/387076f4-e0aa-3f8c-ad0b-8bb0bda6f61d.jpg

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncam Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq imzalanıb. 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin edilsinlər: Zamiq Xudaverdi oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Babək Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; Tural Ziyat oğlu Haqverdiyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; Daşqın Yaqub oğlu Səfərov Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; Mehdi Ədalət oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; Babək Natiq oğlu Qasımov Ağsu Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin; Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin. 2. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər: ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Hüseynov Telman Qulaməli oğlu Məmmədov Əli İrfan oğlu Gəncə Ağır Cinayətlər Məhkəməsi Ələkbərli Roman Nəriman oğlu Əliyev Nural Turab oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsi Məmmədov Müşfiq Vaqif oğlu Musayev Aqil Əlisa oğlu Şəki Ağır Cinayətlər Məhkəməsi Məmmədov Bilal Mahir oğlu Mirzəyev Nahid Namiq oğlu inzibati məhkəmələr üzrə: Bakı İnzibati Məhkəməsi Əliyev Elvin Əhəd oğlu Mədətli Fərid İlham oğlu Şirvan İnzibati Məhkəməsi Həsənov Samir Firdusi oğlu kommersiya məhkəmələri üzrə: Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Hüseynov Elnur Heydər oğlu Bakı Kommersiya Məhkəməsi Əliyeva Leyla Rauf qızı Şirvan Kommersiya Məhkəməsi Cabbarov İlqar Hidayət oğlu hərbi məhkəmələr üzrə: Gəncə Hərbi Məhkəməsi Hüseynli Nurəddin Nizami oğlu Muxtarov Kamran Nüsrət oğlu Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə: Naxçıvan Şəhər Məhkəməsi Səfərəliyeva Gülnar Xanlar qızı Şərur Rayon Məhkəməsi Qarayev Seymur Əlfəddin oğlu Bakı şəhərinin rayon məhkəmələri üzrə: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Abbasova Günel Məhərrəm qızı Əliyev İlkin Əli oğlu Əmirəliyev Fərid Mübariz oğlu Hətəmzadə Fərid Eldar oğlu Nəbizadə Nigar Xeyrulla qızı Rüstəmli Məhəmməd Əli oğlu Tağıyev Vüsal Adıgözəl oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsi Abbasova Əminə Rauf qızı Əliyev Şəhriyar İbrahim oğlu Həsənova Aygün Namiq qızı Rəhimli Lalə Elxan qızı Zamanlı Pərviz Mirsiyaf oğlu Bakı şəhəri Xəzər Rayon Məhkəməsi Bəhrəmzadə Sabit Xanlar oğlu Hüseynli Hüseyn İnanc oğlu Xəzri Ramilə Həşim qızı Məmmədli Emin İlham oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Əhmədova Gülnar İnqilab qızı Həşimova Günay Rövşən qızı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi Ədilova Solmaz İmran qızı Kamranov Hafiz Eldar oğlu Novruzova Aytən Nazim qızı Nuriyeva Səbinə Vidadi qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Cəfərov Səməd Fəxrəddin oğlu Hüseynov Elməddin Mirpaşa oğlu Xəlilov Ramin Adilxan oğlu Musayeva Cəmilə Ceyhun qızı Mustafayeva Solmaz Rafael qızı Tağıyev Ceyhun Əlikram oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsi Əhmədova Həqiqət Mülazim qızı Mehdiyev Nəriman Hüseynqulu oğlu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Paşayeva Adilə Adil qızı Bakı şəhəri Səbail Rayon Məhkəməsi Qafarova Rəna Nazim qızı Rüstəmli İlkin Şahin oğlu Süleymanova Şəhla Ənvər qızı Şükürova Ülviyyə Sahib qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Məmmədov Tural Nurulla oğlu Miriyeva Səlimə Miri qızı Rzayeva Nərminə Cahangir qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Axundova Günay Təyar qızı Cavadzadə Rəşad Bəylər oğlu Daşdəmirov Rauf Məhərrəməli oğlu Əkbərli Günel Bəkir qızı Əyyubov Fərid İlham oğlu Hacıyev Vahid Məcid oğlu Məmmədli Orxan Qədir oğlu Məmmədov Murad Akif oğlu rayon (şəhər) məhkəmələri üzrə: Ağdaş Rayon Məhkəməsi Əliyev Nizam Mubariz oğlu Bərdə Rayon Məhkəməsi Əbilov Qamət Mehman oğlu Biləsuvar Rayon Məhkəməsi Əhmədov Pərviz Tərlan oğlu Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi Hüseynov Zaur Nazim oğlu İmanov Zaman Şakir oğlu Qocayev Tural Şəmsi oğlu Gəncə şəhəri Nizami Rayon Məhkəməsi Hüseynov Kənan Zakir oğlu Goranboy Rayon Məhkəməsi Ələkbərov Tural Mehman oğlu Göygöl Rayon Məhkəməsi Kərimov Əyyub Vaqif oğlu Xaçmaz Rayon Məhkəməsi Sadıqov Anar Böyükkişi oğlu Quba Rayon Məhkəməsi Həsənov Rahim Təşəkkül oğlu Lənkəran Rayon Məhkəməsi Məmmədov Rəşad Azad oğlu Məmmədov Toğrul Məhəmməd oğlu Masallı Rayon Məhkəməsi Bəhmənov Habil Xanoğlan oğlu Səlimov Ayaz Aydın oğlu Sumqayıt Şəhər Məhkəməsi Abdullayev Emin Ağamusa oğlu Behbudova Aynur Mirzalı qızı Ələkbərov Əfqan Qəzənfər oğlu Hacıyev Zaur Arif oğlu Qoşqarlı Rəşad Nizami oğlu Tanrıverdiyeva Günel Cəbrayıl qızı Şəki Rayon Məhkəməsi Hacıyev Pərviz Vaqif oğlu Şəmkir Rayon Məhkəməsi Mustafayev Rəşad Mustafa oğlu Tovuz Rayon Məhkəməsi Hünmətov Zaur Adil oğlu Zaqatala Rayon Məhkəməsi Həsənov Tural Həsən oğlu. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Comments are closed, but trackbacks and pingbacks are open.