Press "Enter" to skip to content

Damaqların xalq təbabəti üsulları ilə müalicəsi

6. 1-2 bağayarpağı yaxşı yuyun və hər gün gündə bir neçə dəfə bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.

Azərbaycan vətəndaşlığını necə almaq olar?

Milli.Az xəbər portalının Day.Az saytına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Dövlət Miqrasiya Xidmətindən bildiriblər:

“Bu dövrdə həmin şəxsin qanuni gəlir mənbəyi olmalı, o, ölkə konstitusiyasının tələblərinə əməl edəcəyinə dair öhdəlik götürməli, Azərbaycanın dövlət dilini bildiklərinə dair sənəd təqdim etməlidir”.

Azərbaycan vətəndaşlığı almaq istəyən şəxs Dövlət Miqrasiya Xidmətinə müraciətlə yanaşı, Azərbaycan Prezidentinin adına anket-ərizə yazmalıdır. Azərbaycan Prezidentinə ünvanlanmış anketə ərizə (səbəb göstərilməklə), tərcümeyi-hal, şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycanda daimi yaşayış yerini təsdiqləyən qeydiyyat sənədinin surəti, həmin şəxsin son 5 ildə Azərbaycanda yaşadığını təsdiqləyən yaşayış yerindən arayış və sair əlavə edilməlidir.

Vətəndaşlıq almaq istəyən şəxsin ailə vəziyyəti haqda arayış, Təhsil Nazirliyindən dövlət dilini bildiyinə dair araşyış, 4 ədəd fotoşəkil (3×4 ölçülü), qanuni gəlir mənbəyinin olduğunu təsdiqləyən sənədi (iş yerindən arayış, pensiya və ya sosial yardım alındığına dair arayış, aliment alındığına dair arayış, öhdəliyində olan insanların gəlirləri haqda arayış, varislik şəhadətnaməsi, qanunla qadağan olunmayan fəaliyyətdən əldə edilən gəlir haqda sənəd) də təqdim etməlidir.

Bununla yanaşı, 110 manat dövlət rüsumu ödənilməlidir.

Damaqların xalq təbabəti üsulları ilə müalicəsi

Damaq xəstəlikləri ən tez-tez təsadüf edilən problemlərdən biridir.

Parodontoz xəstəliyi zamanı damaqlar həssas olur, dişlərin təmizlənməsi zamanı qanayır, qaşınır. Daha sonra damaqlar kiçilir, diş kökləri görünməyə başlayır. Nəticədə dişlər laxlanmağa başlayır və tökülür.

Parodontoz tək dişlərə ziyan etmir. Parodontoz həmçinin mədə-bağırsaq sistemi və ağız boşluğu xəstəliklərinə və iltihablarına gətirib çıxarır. Bu səbəbdən özünüzdə parodontozun simptomlarını müşahidə etdikdə mütləq diş həkiminə müraciət edin. Həkim xüsusi müalicə təyin edəcək. İlk növbədə parodontoza səbəb olan amillər (diş daşları, dişlərin patologiyaları və s.) aradan qaldırılmalıdır. Daha sonra xəstəyə iltihabəleyhinə müalicə təyin olunur (antiseptik preparatlar, vitaminlər, fermentlər və s.). Bu mərhələdə xalq təbabəti üsullarından da istifadə etmək olar. Bu üsullar əsas müalicə ilə yanaşı istifadə olunur və çox yaxşı effekt verir.

1. Ağız boşluğunuzu palıd qabığı, adaçayı otu, evkalipt, kalendula ilə qarqara edin. Bunun üçün 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, bir neçə dəfə yaxşı süzülür və ilıq vəziyyətdə qarqara üçün istifadə olunur. Dəmləməni bir neçə dəqiqə ərzində ağızda saxlamaq lazımdır.

2. Propolis (bərəmum) çox təsirli antiseptik vasitədir. Propolisin kiçik hissəsi sürtgəcin xırda gözündən keçirilir 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. Dəmləməni ağzınıza alıb bir neçə dəqiqə saxlayın. Nəzərinizə çatdıraq ki, digər arı məhsulları kimi propolis da güclü allergik reaksiyalara səbəb ola bilər.

3. 1 çay qaşığı qara çay və 2-3 xırda doğranmış diş sarımsaq 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur. (Çay ilıq olmalıdır.). Sarımsaq çox təsirli təbii antiseptik vasitədir, çay isə dişlər üçün xeyirli olan ftorla zəngindir.

4. Gicitkən iltihabəleyhinə təsir edir və həmçinin dişlərin qanamasını aradan qaldırır. 1 xörək qaşığı quru gicitkən 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.

5. İynəyarpaq çox yaxşı iltihabəleyhinə təsir edir. Dəmləmələr şəklində istifadə olunur.

6. 1-2 bağayarpağı yaxşı yuyun və hər gün gündə bir neçə dəfə bir neçə dəqiqə ərzində çeynəyin və sonra tüpürün.

7. Efir yağları ilə damaqların masajı çox effektli müalicəvi və profilaktik vasitədir. Bunun üçün nanə, limon, evkalipt, çay ağacı yağlarından istifadə olunur. Dişlərinizi yaxşı yuyun. Əllərinizi yuyun, şəhadət barmağınıza bir neçə damcı efir yağı damızdırın və damaqların kənarlarından başlayaraq mərkəzə doğru olmaqla dairəvi hərəkətlərlə damaqlarınızı masaj edin.

8. İslam ölkələrində istifadə olunan təbii diş fırçası olan misvak (və ya sivak) parodontoz zamanı çox yaxşı müalicəvi təsir edir. Misvak iltihabı azaldır, mikrobları öldürür, damaqları və dişləri möhkəmləndirir, diş daşı ilə əsalı şəkildə mübarizə aparır, dişləri ağardır və s. Ağacın kökündən hazırlanan misvak 100% təbii vasitədir.

Bütün sadaladığımız vasitələri yalnız sizi müalicə edən həkimlə məsləhətləşdikdən sonra istifadə edə bilərsiniz.

Bütün bu vasitələr həm müalicəvi, həm də profilaktik məqsədlə istifadə oluna bilər.

Saglamolun.Az

Çamadanı necə lentə almaq olar

Kateqoriyalar

Özəl

Layihələr

  • Seçki 2020
  • Ramazan
  • Video Xəbərlər
  • Qurban Bayramı
  • Beynəlxalq Media Forumu
  • DÇ-2018
  • Türkiyə Prezident Seçkiləri 2018
  • Seçkilər 2018
  • #Cümhuriyyətüçünyaz
  • Formula 1 / Bakı 2017
  • Simpozium 2017
  • İslam Həmrəyliyi Oyunları
  • Referendum
  • 15 Temmuz Milletin İradesi

Struktur

  • Haqqında
  • Şərifzadə küç., 168A, II Bina, m.1, Bakı, Azərbaycan
  • +99412 432 12 22
  • +99455 681 11 82
  • [email protected]

!Reklam – Sol

Koronavirus

!Reklam – Sag

Ana Səhifə Sağlamlıq Qan laxtalanmasının qarşısını necə almaq olar?

!Reklam – Arxiv

Yeni Çağ Media Qrupu – Yanvar 25, 2020 – 23:57

!Reklam – Yazi

Ayaq damarlarında yerləşən tromblaşma bəzən ölümcül ola bilir. Qan laxtalanması ürəyə və ağ ciyərlərə kimi gedib çatarsa ölüm riski daha yüksəkdir.

Yenicag.az xəbər verir ki, qan laxtalanması çox zaman yediyimiz zərərli qidalardan əmələ gəlir. Ölümcül tromblaşmanın qarşısını almaq üçün həkimlər əsas 6 qida məsləhət görürlər. Su – Su az içilən zaman qan qatılaşır və tromblaşma riski daha da artır. Kivi – Ümumilikdə meyvə və tərəvəz qəbulu insan sağlamlığı üçün hər zaman tövsiyyə olunan qidalar sırasındadır. Norveçdəki Oslo universitetinin alimləri kivinin qan laxtalanmasının qarşısını almasını sübut ediblər. Gün ərzində 2-3 kivi yemək insanda demək olar ki, troblaşmanın qarşısını tamamilə alır. Ədviyyatlar – Qan laxtalanmasının qarşısını alan digər qida isə sarımsaqdır. Hətta qədim zamanda misirlilər sarımsaqdan dərman kimi istifadə ediblər. Sarımsağın kəskin dadı qanı durultma qabiliyyətinə sahibdir. Eyni zamanda kəklik otu, zəncəfil, acı qırmızı bibər, nanə də laxtalanmanın qarşısını alan ədviyyatlardandır. Zeytun yağı – Zeytun yağı həm laxtalanmanın qarşısını almaq üçün, həm də ürək-damar xəstəliklərinə qarşı digər bitki yağlarından daha faydalıdır. Balıq – Omeqa 3 yağ asitlərinin zəngin olduğu qidalar tromblaşmanın qarşısını ala bilir. Üstəlik Omega 3-lə zəngin qidalar qalınlaşan arterial damarları da incəldir. Qırmızı şərab və üzüm – Şam yeməyində içilən bir qədəh şərab qan laxtalanmasının qarşısını alır. Spirtli içki içməyənlər isə qırmızı üzüm suyu qəbul edə bilərlər. Son olaraq isə trans yağları bacardığımız qədər az qəbul etməliyik. Çünki doymuş yağlar qanda iltihabı artırır, qanın sərbəst axmasını əngəlləyərək laxtalanmaya səbəb olur.

www.yenicag.az

  • ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
  • Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Comments are closed, but trackbacks and pingbacks are open.