Metodiki Tövsiyə
Camal Məhərrəm oğlu Əhmədov ( 1 yanvar 1928 , Aşağı Əskipara , Qazax rayonu – 5 noyabr 1999 , Bakı ) — alim, Azərbaycan ədəbiyyatının tədrisi sahəsində görkəmli mütəxəssis, pedaqoji elmlər doktoru (1970), professor (1971).
Camal Əhmədov (pedaqoq)

Camal Əhmədov | |
---|---|
Doğum tarixi | 1 yanvar 1928 |
Doğum yeri | Aşağı Əskipara, Qazax qəzası, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 5 noyabr 1999 (71 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | pedaqoji elmlər doktoru |
Elmi adı | professor |
Təhsili | Azərbaycan Dövlət Universiteti (1945–1950) |
Mündəricat
- 1 Həyatı və elmi fəaliyyəti
- 2 Elmi-pedaqoji fəaliyyəti
- 3 Biblioqrafiya
- 4 Əsərləri
- 5 İstinadlar
- 6 Ədəbiyyat
Həyatı və elmi fəaliyyəti Redaktə
Camal Məhərrəm oğlu Əhmədov 1928-ci il yanvar ayının 1-də Qazax qəzasının Aşağı Əskipara kəndində anadan olmuşdur. 1935-ci ildə kənd orta məktəbinə getmişdir. 1945-ci ildə Şamxor rayonu Nizami adına Morul kənd məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirmiş, Bakının təhsil ocaqlarında əmək fəaliyyətinə başlamışdır. [1]
1952-ci ildə əmək fəaliyyətini Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) davam etdirmiş, Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1954-cü ildə “Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrənilməsi üsulları” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası sahəsində müdafiə olunmuş ilk elmi əsər hesab olunur. [1]
1954–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda ədəbiyyatın tədrisi metodikası üzrə baş elmi işçi işləmişdir. 1968–1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında davam etdirmişdir. 1970-ci ildə “Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin professoru elmi rütbəsini almışdır. [1]
1998-ci ildə anadan olmasının 70 illiyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi qeyd edilmişdir. [2]
Camal Əhmədov 1999-cu il noyabr ayının 5-də Bakı şəhərində vəfat etmişdir. [1]
Elmi-pedaqoji fəaliyyəti Redaktə
Pedaqoji elmlər doktoru, professor Camal Əhmədov həyatının yarım əsrdən çoxunu ümumiyyətlə ədəbiyyatın, xüsusən də Azərbaycan ədəbiyyatının tədrisi metodikasının elmipedaqoji əsaslarının hazırlanması və təcrübi bazasının formalaşdırılması kimi şərəfli bir işə həsr etmişdir. O, ədəbiyyatın tədrisi metodikasını həm ümumi nəzəri prinsiplərinin müəyyən edilməsi, həm də praktik olaraq metodiki biliklərin və vərdişlərin sisteminin yaradılması sahəsində əhəmiyyətli pedaqoji təlim yaratmaq vəzifəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Professor Camal Əhmədov çoxillik araşdırmalarında xüsusən Azərbaycan məktəblərində milli ədəbiyyatın tədrisi metodikasının tədqiqinə üstünlük vermiş, ümumi sovet ədəbiyyatı çərçivəsində olsa da, xalqın bədii təfəkkürünün təzahürləri kimi meydana çıxmış əsərlərin ölkənin yeni nəslinə mənimsədilməsinin üsulları və vasitələrinin diqqət mərkəzinə çəkilməsinə ardıcıl olaraq səy göstərmişdir.
Camal Əhmədov Azərbaycanda ədəbiyyatın tədrisinin metodikası ilə yanaşı, milli ədəbiyyatın tarixini də elmi şəkildə hərtərəfli surətdə öyrənib araşdırmış, bu sahədə mövcud olan milli pedaqoji ənənəni, təkamül proseslərini tədqiq edərək ümumiləşdirmişdir. Onun 1970-ci ildə “Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu, XX əsrin əvv əlləri)” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası həmin problemə həsr edilmiş birinci tədqiqat işi kimi mühüm əhəmiyyət kəsb etmişdir. O, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası üzrə ilk elmlər doktoru olaraq ölkədə bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması yollarında xidmət göstərmişdir.
Uzun bir dövr ərzində ədəbiyyatın tədrisi metodikası sahəsində dissertasiya müdafiə edən, kitablar və məqalələr çap etdirən müəlliflərin elmi rəhbəri, rəsmi opponenti, redaktoru və rəyçisi kimi professor Camal Əhmədov yeni nəslin formalaşmasında böyük bir missiyanı müvəffəqiyyətlə yerinə yetirmişdir. Müxtəlif illərdə orta və ali məktəblər üçün çap etdirdiyi dərslikləri, metodik vəsaitləri və məqalələri ilə o, ədəbiyyat dərsləri vasitəsilə vətənpərvər nəsillərin tərbiyə edilməsinin əsaslarını yaratmağa nail olmuşdur.
Camal Əhmədov ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərmişdir və onun ədəbiyyatımızın bu və ya digər məsələlərinə dair 100-dən artıq məqaləsi çap olunmuşdur.
Professor Camal Əhmədovun elmi-pedaqoji fəaliyyətində uşaq ədəbiyyatı ilə əlaqədar məsələlərin öyrənilməsi də xüsusi bir istiqamətdir. O, ölkəmizdə uşaq ədəbiyyatı problemlərini ardıcıl və sistemli şəkildə araşdırıb ümumiləşdirən tanınmış tədqiqatçılardan biri olmuşdur. XX əsr Azərbaycan uşaq ədəbiyyatının ən mühüm ideya-sənətkarlıq xüsusiyyətləri, xüsusən də uşaq ədəbiyyatının tərbiyəvi mahiyyəti ilə əlaqədar mahiyyəti məsələlər Camal Əhmədovun əsərlərində özünün aydın və əsaslı elmi həllini tapmışdır.
Biblioqrafiya Redaktə
Professor Camal Əhmədovun 2015-ci ildə Azərbaycan Milli Kitabxanası tərəfindən professor Kərim Tahirovun redaktorluğu ilə nəşr olunmuş biblioqrafiyası göstərir ki, 1950-ci, 1960-cı illərdə ilk yüksəkixtisaslı ədəbiyyat metodistinin onlarla kitabı, yüz əlliyə qədər elmi, elmi-publisistik məqaləsi çap olunmuşdur.
- V–VIII siniflərdə ədəbiyyat tədrisi.- Bakı: [s.n.], 1961.- 149 s.
- Yazı təliminin bəzi.- Bakı: Azərtədrisnəşr, 1961.- 183 s.
- Ana dili: [ibtidai məktəbin dördüncü sinfi üçün].- Bakı: Azərtədrisnəşr, 1963.- 195 s.
- Dil ədəbiyyat dərslərində şagirdlərin sosialist vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsi.- Bakı: Azərtədrisnəşr, 1963.- 58, [2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Azərtədrisnəşr, 1964.- 195 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Azərtədrisnəşr, 1965.- 227 s.
- Dördüncü sinfin Ana dili dərsliyinə metodik göstərişlər.- Bakı: [s.n.], 1965.- 43 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1966.- 226 s.# Orta məktəbdə ədəbiyyat tədrisi.- Bakı: Maarif, 1966.- H. I.- 291 s.
- Orta məktəbdə ədəbiyyat tədrisi.- Bakı: Maarif, 1966.- H. II.- 310,[2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1967.- 226, [2] s.
- Ədəbiyyat dərslərində bədii təhlil.- Bakı: Maarif, 1967.- 93, [3] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1968.- 226, [2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1969.- 226 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1970.- 226, [2] s.
- Azərbaycan ədəbiyyatının tədrisi tarixindən.- Bakı: Maarif, 1971.- 204 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1973.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1974.- 261, [3] s.
- VI sinifdə ədəbiyyat dərsləri: [müəllim üçün vəsait].- Bakı: Maarif, 1975.- 156 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1975.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1976.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1978.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif ].- Bakı: Maarif, 1978.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1979.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1980.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1981.- 261 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1982.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1983.- 259 s.
- Ədəbiyyat tədrisində bədii təhlil: [müəllimlər üçün metodik vəsait].- Bakı: Maarif, 1983.- 131 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1984.- 259, [5] s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1985.- 228 s.
- Uşaq və zaman.- Bakı: Yazıçı, 1986.- 164 s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1987.- 228, [2] s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1989.- 228 s.
- dəbiyyat: [7-ci sinif üçün dərslik].- Bakı: Maarif, 1990.- 228 s.
- Ədəbiyyat tədrisi metodikası: [Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün dərslik].- Bakı: Bakı Universiteti nəşriyyatı, 1992.- 455 s.
İstinadlar Redaktə
- ↑ 1234 Camal Məhərrəm oğlu Əhmədov: biblioqrafiya / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. ed. M. Vəliyeva, S. Əsədova; ixt. red. və burax. məs. K. Tahirov; red. G. Səfərəliyeva.- Bakı: [s. n.], 2015.- 158, [2] s.
- ↑Cəfərov, N. Böyük ədəbiyyat müəllimi / N. Cəfərov // 525-ci qəzet.- 2018.- 16 yanvar.- S.7.
- Salatın Əhmədli, Rövşən Babanlı. “Qazax mahalının alimləri” (ensiklopedik məlumat). “Günəş” nəşriyyatı. Bakı. 2017. 512 səh.
Metodiki Tövsiyə
Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.
- Əsas Səhifə
- Bloqdan Istifadə Qaydası
- Əlaqə
DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!
8 Kasım 2015 Pazar
Ədəbiyyat Tədrisi Metodikası- Doktorontura Sualları
Paylaşıldı 01:10 by Leyla Bayramova
ƏDƏBİYYATIN TƏDRİSİ METODİKASI (5801.01) İXTİSASI ÜZRƏ
DOKTORANTURAYA QƏBUL İMTAHANININ SUALLARI
1. Ümumtəhsil məktəblərində ədəbiyyat tədrisinin məqsəd və vəzifələri.
2. Ədəbiyyat tədrisinin elmi əsasları.
3. Ədəbiyyatı başqa incəsənət növlərindən fərqləndirən cəhətlər (müqayisə yolu ilə).
4. Ədəbiyyatın söz sənəti olması və onun şagirdlərə çatdırılması yolları.
5. Ədəbiyyatın başqa elm sahələri ilə əlaqəsi.
6. Ədəbiyyat tədrisində fəndaxili əlaqə və onun şagirdlərə çatdırılması yolları.
7. Ədəbiyyat həyat hadisələrinin bədii obrazlı inikası kimi (nümunələr üzərində iş).
8. Ədəbiyyatın növlərə və şəkillərə bölünməsi.
9. Ədəbiyyat tərbiyə vastəsidir (nümunələr üzərində iş).
10. Ədəbiyyatın tərbiyə vasitəsi olması haqqında klassiklərin fikirləri.
11. Nəzm əsərlərinin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
12. Heca vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
13. Heca vəznində bölgü prinsipi (11-lik şeir nümunəsi üzərində iş aparmaqla).
14. Azərbaycan klassik şeir nümunələri üzərində işin təşkili.
15. Əruz vəzninin xüsusiyyətləri və onlar üzərində işin təşkili.
16. Əruz vəznində bölgü prinsipi(bir şeir nümunəsi üzərində işlə əsaslandırılmalı).
17. Ədəbiyyat dərslərində yeni təlim texnologiyalarından istifadə.
18. İcmal mövzularının öyrədilməsində əsas məqsəd və onlar üzərində işin təşkili.
19. Tərcümeyi-hal materiallarının öyrədilməsinə verilən tələblər (kompyuterdən istifadə yolu ilə).
20. Ədəbiyyatın tarixlə əlaqəli tədrisinə dair.
21. Ümumtəhsil məktəblərində ədəbiyyat nəzəriyyəsi anlayışları üzərində şagirdlərin müstəqil işi.
22. Azərbaycan məktəblərndə ədəbiyyat tədrisi metodikasının bir elm kimi formalaşmasında professor Ə. Qarabağlının rolu.
23. Ədəbiyyat tədrisi metodikası üzrə aparılan tədqiqatlar.
24. Lirik əsərlərin öyrədilməsində mətn üzərində iş.
25. M. Füzulinin “Leyli və Məcnun ” poemasının öyrədilməsində yeni təlim metodlarından istifadə.
26. Klassik şeir növlərindən olan qitəni qəzəldən fərqləndirən cəhətlər və onların öyrədilməsində müqayisədən istifadə.
27. Epik əsərlərin öyrədilməsi üzrə aparılan tədqiqatlar.
28. Epik əsərlərin öyrənilməsində “Klaster ”dən istifadə səmərəli yol kimi.
29. Ümumtəhsil məktəblərində dramaturgiyanın öyrədilməsi sahəsində aparılan tədqiqatlar.
30. Ədəbiyyatın tərbiyə vasitəsi olması problemi üzrə aparılan tədqiqatlar.
31. Azərbaycan şifahi xalq ədəbiyyatı sahəsində aparılan tədqiqatlar.
32. M. Füzulinin “Məni candan usandırdı. ” qəzəli üzərində aparılan metodik iş.
33. İfadəli oxu və ona verilən tələblər.
34. Əruzun rəməl bəhri və onun müxtəlif növlərinin əmələ gəlməsi yolları.
35. N. Gəncəvinin “İskəndərnamə” əsəri üzərində işin təşkili.
36. “İskəndərnamə” əsərinin ölçüsünün müəyyənləşdirilməsi üzərində aparılan metodik iş.
37. Bədii əsərin məzmununun mənimsədilməsində ifadəli oxunun rolu.
38. Bədii əsərin təhlili üzərində işin təşkili.
39. M. Füzulinin “Leyli və Məcnun ” əsərinin süjet xətti üzərində aparılan metodik iş.
40. S. Vurğunun bioqrafiyasının öyrədilməsində kompyuterdən istifadə.
41. M.F.Axundovun “Müsyö-Jordan. ” əsərin nümunəsində dramaturgiyanın komediya növü üzərində iş.
42. A. Şaiqin “Köç” hekayəsi üzərində işin təşkili.
43. A. Şaiqin “Köç” hekayəsinin tədrisinin biologiya ilə əlaqələndirilməsi.
44. S. Vurğunun “Ceyran” şeirinin tədrisində yeni təlim metodlarından istifadə.
45. S. Vurğunun “Azərbaycan” şeirinin kompyuterdən istifadə yolu ilə tədrisi.
46. S. S. Axundovun “Qaraca qız” hekayəsi üzərində şagirdlərin müstəqil işi.
47. Qoşma şeir şəklinin poetik xüsusiyyətləri üzərində şagirdlərin müstəqil işlədilməsi yolları.
48. M. Füzulinin “Padişahi-mülk” qitəsi üzərində aparılan metodik iş.
49. “Koroğlu” dastanında verilən parçalar ( Koroğlu ilə Bolu bəy) üzərində iş və ondan çıxarılan nəticə.
50. Ə. Haqverdiyevin “Mirzə Səfər” hekayəsi nümunəsində kiçik həcmli epik əsərlərin üzərində metodik işin təşkili.
51. V-IX siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
52. X-XI siniflərdə ədəbiyyat tədrisinin xüsusiyyətləri.
53. Ədəbiyyat tədrisi metodikası elminin inkişaf tarixi.
54. V-IX siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
55. X-XI siniflər üçün ədəbiyyatdan proqram və dərsliklərin tərtibi prinsipləri.
56. M. F. Axundovun “Hacı Qara” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.
57. Dramatik oxuya verilən tələblər.
58. “Koroğlu” dastanında “Həmzənin Qiratı aparması” qolu üzərində aparılan metodik iş.
59. “ Kitabi-Dədə Qorqud” dastanından “Salur Qazanın evinin yağmalanması” boyu üzərində metodik işin təşkili.
60. N. Vəzirovun “Müsibəti-Fəxrəddin” əsəri nümunəsində dram janrının faciə növü üzərində şagirdlərin müstəqil işi.
61. N. Gəncəvinin “İskəndərnamə” əsərinin digər təlim fənləri ilə (tarix, coğrafiya) əlaqəli tədrisinə dair.
62. Nəzm əsərlərinin ifadəli oxusunda ölçünün nəzərə alınması əsas şərt kimi.
63. İri həcmli bədii əsərlərin öyrədilməsində kompyuterdən istifadə.
64. “Klaster” ( şaxələndirmə) bədii əsərlərin öyrədilməsində əsas üsullardan biri kimi.
65. “Dədə Qorqud” dastanlarının ondan sonra yaranan türk xalq dastanlarına təsiri (nümunələrlə).
66. N. Gəncəvinin “Xosrov və Şirin” əsərinin öyrədilməsində tarixi məlumatlardan istifadə.
67. Klassik şeir şəkillərinin tədrisində fəndaxili əlaqədən istifadə.
68. Tərcümeyi-hal materiallarının öyrədilməsində inteqrasiyadan istifadə.
69. Ş. Xətainin “Dəhnamə” əsəri üzərində şagirdlərin müstəqil işi.
70. Bədii əsərlər vasitəsilə şagirdlərin nitq inkişafı.
71. Ədəbiyyat şagirdlərdə bədii nitqin inkişaf etdirilməsi vasitəsi kimi.
72. Bədii təsvir və ifadə vasitələri üzərində şagirdlərin müstəqil işlədilməsi ( konkret nümunə əsasında).
73. Azərbaycan ədəbiyyatında hekayə və novella epik növləri və onların müqayisəli tədrisi (nümunələr əsasında)
74. A. Səhhətin “Vətən” şeiri üzərində metodik işin təşkili və əsərdən çıxarılan nəticə.
75. Azərbaycan şifahi xalq ədəbiyyatı üzrə aparılan tədqiqatlar.
76. B. Vahabzadənin “ Şəhidlər” şeiri üzərində şagirdlərin müstəql işlədilməsi.
77. C. Məmmədquluzadənin “Anamın kitabı” əsəri üzərində şagirdlərin müstəqil işi, onun tərbiyəvi əhəmiyyəti.
78. C. Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları” əsərinin öyrədilməsində kompyuterdən istifadə.
79. İ. Şıxlının “Dəli Kür” romanında verilən parçalar üzərində işin təşkili.
80. S. Ə. Şirvaninin “Guş qıl” müxəmməsi üzərində ş.agrdlərin müstəqil işi. Əsərdən çıxarılan əsas nəticə.
81. Ə. Məmmədxanlının “Buz heykəl” əsəri üzərində şagirdlərin müstəqil işinin təşkili.
82. M. Rzaquluzadənin “Ana ürəyi, dağ çiçəyi” hekayəsi nümunəsində yazılı ədəbiyyatla şifahi xalq yaradıcılığının əlaqəsinə dair.
83. M. Hüseynin “Odlu qılınc” hekayəsi üzərində metodik iş
84. Q. Zakirin “Sədaqətli dostlar” əsəri nümunəsində təmsil ədəbil növünün xüsusiyyətləri və onun tərbiyəvi əhəmiyyəti.
85. M. Rzaquluzadənin “Babəkin andı” hekayəsinin tarixlə əlaqəli tədrisi.
86. İ. Əfəndiyevin “Xəncər” hekayəsi üzərində metodik işin təşkili.
87. F. Kərimzadə”Qələbə ”( Xudafərin körpüsü) əsərində inteqrasiyadan istifadə.
88. M. Arazın “Ayağa qalx, Azərbaycan” şeiri üzərində şagirdlərin müstəqil işi və onun çıxarılan əxlaqi nəticə.
Camal Əhmədov (pedaqoq)
Camal Məhərrəm oğlu Əhmədov ( 1 yanvar 1928 , Aşağı Əskipara , Qazax rayonu – 5 noyabr 1999 , Bakı ) — alim, Azərbaycan ədəbiyyatının tədrisi sahəsində görkəmli mütəxəssis, pedaqoji elmlər doktoru (1970), professor (1971).
Mündəricat
- 1 Həyatı və elmi fəaliyyəti
- 2 Elmi-pedaqoji fəaliyyəti
- 3 Biblioqrafiya
- 4 Əsərləri
- 5 İstinadlar
- 6 Ədəbiyyat
Həyatı və elmi fəaliyyəti [ redaktə | mənbəni redaktə et ]
Camal Məhərrəm oğlu Əhmədov 1928-ci il yanvar ayının 1-də Qazax qəzasının Aşağı Əskipara kəndində anadan olmuşdur. 1935-ci ildə kənd orta məktəbinə getmişdir. 1945-ci ildə Şamxor rayonu Nizami adına Morul kənd məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirmiş, Bakının təhsil ocaqlarında əmək fəaliyyətinə başlamışdır. [1]
1952-ci ildə əmək fəaliyyətini Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki Təhsil Problemləri İnstitutu) davam etdirmiş, Ədəbiyyatın tədrisi metodikası ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 1954-cü ildə “Orta məktəbdə Cəfər Cabbarlının həyat və yaradıcılığının öyrənilməsi üsulları” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Bu, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası sahəsində müdafiə olunmuş ilk elmi əsər hesab olunur. [1]
1954–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda ədəbiyyatın tədrisi metodikası üzrə baş elmi işçi işləmişdir. 1968–1999-cu illərdə elmi-pedaqoji fəaliyyətini Bakı Dövlət Universitetində “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında davam etdirmişdir. 1970-ci ildə “Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almışdır. 1971-ci ildə Bakı Dövlət Universitetinin professoru elmi rütbəsini almışdır. [1]
1998-ci ildə anadan olmasının 70 illiyi və elmi-pedaqoji fəaliyyətinin 50 illiyi qeyd edilmişdir. [2]
Camal Əhmədov 1999-cu il noyabr ayının 5-də Bakı şəhərində vəfat etmişdir. [1]
Elmi-pedaqoji fəaliyyəti [ redaktə | mənbəni redaktə et ]
Pedaqoji elmlər doktoru, professor Camal Əhmədov həyatının yarım əsrdən çoxunu ümumiyyətlə ədəbiyyatın, xüsusən də Azərbaycan ədəbiyyatının tədrisi metodikasının elmipedaqoji əsaslarının hazırlanması və təcrübi bazasının formalaşdırılması kimi şərəfli bir işə həsr etmişdir. O, ədəbiyyatın tədrisi metodikasını həm ümumi nəzəri prinsiplərinin müəyyən edilməsi, həm də praktik olaraq metodiki biliklərin və vərdişlərin sisteminin yaradılması sahəsində əhəmiyyətli pedaqoji təlim yaratmaq vəzifəsini müvəffəqiyyətlə həyata keçirmişdir. Professor Camal Əhmədov çoxillik araşdırmalarında xüsusən Azərbaycan məktəblərində milli ədəbiyyatın tədrisi metodikasının tədqiqinə üstünlük vermiş, ümumi sovet ədəbiyyatı çərçivəsində olsa da, xalqın bədii təfəkkürünün təzahürləri kimi meydana çıxmış əsərlərin ölkənin yeni nəslinə mənimsədilməsinin üsulları və vasitələrinin diqqət mərkəzinə çəkilməsinə ardıcıl olaraq səy göstərmişdir.
Camal Əhmədov Azərbaycanda ədəbiyyatın tədrisinin metodikası ilə yanaşı, milli ədəbiyyatın tarixini də elmi şəkildə hərtərəfli surətdə öyrənib araşdırmış, bu sahədə mövcud olan milli pedaqoji ənənəni, təkamül proseslərini tədqiq edərək ümumiləşdirmişdir. Onun 1970-ci ildə “Azərbaycan ədəbiyyatının tədrisi tarixi (XIX əsrin sonu, XX əsrin əvv əlləri)” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası həmin problemə həsr edilmiş birinci tədqiqat işi kimi mühüm əhəmiyyət kəsb etmişdir. O, Azərbaycanda ədəbiyyatın tədrisi metodikası üzrə ilk elmlər doktoru olaraq ölkədə bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması yollarında xidmət göstərmişdir.
Uzun bir dövr ərzində ədəbiyyatın tədrisi metodikası sahəsində dissertasiya müdafiə edən, kitablar və məqalələr çap etdirən müəlliflərin elmi rəhbəri, rəsmi opponenti, redaktoru və rəyçisi kimi professor Camal Əhmədov yeni nəslin formalaşmasında böyük bir missiyanı müvəffəqiyyətlə yerinə yetirmişdir. Müxtəlif illərdə orta və ali məktəblər üçün çap etdirdiyi dərslikləri, metodik vəsaitləri və məqalələri ilə o, ədəbiyyat dərsləri vasitəsilə vətənpərvər nəsillərin tərbiyə edilməsinin əsaslarını yaratmağa nail olmuşdur.
Camal Əhmədov ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərmişdir və onun ədəbiyyatımızın bu və ya digər məsələlərinə dair 100-dən artıq məqaləsi çap olunmuşdur.
Professor Camal Əhmədovun elmi-pedaqoji fəaliyyətində uşaq ədəbiyyatı ilə əlaqədar məsələlərin öyrənilməsi də xüsusi bir istiqamətdir. O, ölkəmizdə uşaq ədəbiyyatı problemlərini ardıcıl və sistemli şəkildə araşdırıb ümumiləşdirən tanınmış tədqiqatçılardan biri olmuşdur. XX əsr Azərbaycan uşaq ədəbiyyatının ən mühüm ideya-sənətkarlıq xüsusiyyətləri, xüsusən də uşaq ədəbiyyatının tərbiyəvi mahiyyəti ilə əlaqədar mahiyyəti məsələlər Camal Əhmədovun əsərlərində özünün aydın və əsaslı elmi həllini tapmışdır.
Biblioqrafiya [ redaktə | mənbəni redaktə et ]
Professor Camal Əhmədovun 2015-ci ildə Azərbaycan Milli Kitabxanası tərəfindən professor Kərim Tahirovun redaktorluğu ilə nəşr olunmuş biblioqrafiyası göstərir ki, 1950-ci, 1960-cı illərdə ilk yüksəkixtisaslı ədəbiyyat metodistinin onlarla kitabı, yüz əlliyə qədər elmi, elmi-publisistik məqaləsi çap olunmuşdur.
Əsərləri [ redaktə | mənbəni redaktə et ]
- V–VIII siniflərdə ədəbiyyat tədrisi.- Bakı: [s.n.], 1961.- 149 s.
- Yazı təliminin bəzi.- Bakı: Azərtədrisnəşr, 1961.- 183 s.
- Ana dili: [ibtidai məktəbin dördüncü sinfi üçün].- Bakı: Azərtədrisnəşr, 1963.- 195 s.
- Dil ədəbiyyat dərslərində şagirdlərin sosialist vətənpərvərliyi və proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsi.- Bakı: Azərtədrisnəşr, 1963.- 58, [2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Azərtədrisnəşr, 1964.- 195 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Azərtədrisnəşr, 1965.- 227 s.
- Dördüncü sinfin Ana dili dərsliyinə metodik göstərişlər.- Bakı: [s.n.], 1965.- 43 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1966.- 226 s.# Orta məktəbdə ədəbiyyat tədrisi.- Bakı: Maarif, 1966.- H. I.- 291 s.
- Orta məktəbdə ədəbiyyat tədrisi.- Bakı: Maarif, 1966.- H. II.- 310,[2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1967.- 226, [2] s.
- Ədəbiyyat dərslərində bədii təhlil.- Bakı: Maarif, 1967.- 93, [3] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1968.- 226, [2] s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1969.- 226 s.
- Ana dili: [4-cü sinif üçün].- Bakı: Maarif, 1970.- 226, [2] s.
- Azərbaycan ədəbiyyatının tədrisi tarixindən.- Bakı: Maarif, 1971.- 204 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1973.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1974.- 261, [3] s.
- VI sinifdə ədəbiyyat dərsləri: [müəllim üçün vəsait].- Bakı: Maarif, 1975.- 156 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1975.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1976.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1978.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif ].- Bakı: Maarif, 1978.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1979.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1980.- 261, [3] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1981.- 261 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1982.- 259, [5] s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1983.- 259 s.
- Ədəbiyyat tədrisində bədii təhlil: [müəllimlər üçün metodik vəsait].- Bakı: Maarif, 1983.- 131 s.
- Ədəbiyyat: [oxu kitabı: 6-cı sinif].- Bakı: Maarif, 1984.- 259, [5] s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1985.- 228 s.
- Uşaq və zaman.- Bakı: Yazıçı, 1986.- 164 s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1987.- 228, [2] s.
- Ədəbiyyat: [6-cı sinif].- Bakı: Maarif, 1989.- 228 s.
- dəbiyyat: [7-ci sinif üçün dərslik].- Bakı: Maarif, 1990.- 228 s.
- Ədəbiyyat tədrisi metodikası: [Ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün dərslik].- Bakı: Bakı Universiteti nəşriyyatı, 1992.- 455 s.
İstinadlar [ redaktə | mənbəni redaktə et ]
- ↑ 1234 Camal Məhərrəm oğlu Əhmədov: biblioqrafiya / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası; tərt. ed. M. Vəliyeva, S. Əsədova; ixt. red. və burax. məs. K. Tahirov; red. G. Səfərəliyeva.- Bakı: [s. n.], 2015.- 158, [2] s.
- ↑Cəfərov, N. Böyük ədəbiyyat müəllimi / N. Cəfərov // 525-ci qəzet.- 2018.- 16 yanvar.- S.7.
Ədəbiyyat [ redaktə | mənbəni redaktə et ]
- Salatın Əhmədli, Rövşən Babanlı. “Qazax mahalının alimləri” (ensiklopedik məlumat). “Günəş” nəşriyyatı. Bakı. 2017. 512 səh.
Comments are closed, but trackbacks and pingbacks are open.