Çanaqqala döyüşü
С Казахстана наши братья казахи прислали❤️
Türkün zəfər dastanı: Çanaqqala savaşı
Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 102 ili tamam oldu. 1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, həmçinin 25 aprel 1915-ci ildən 1916-cı ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüşlər türk hərb tarixinini ən şərəfli səhifələrindən biri, qəhrəmanlıq və zəfər dastanıdır. Canaqqala savaşının əsası 1914-ci ilin yayında bas verən 1-ci dünya müharibəsində qoyuldu.
Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macaristan tərəfində Antantaya (Ingiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilmişdi. Müharibənin başlamasından təxminən 3 ay sonra, 1914-cü il noyabrın 3-də səhər tezdən Ingiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından boğazın sahil sularına daxil oldular. Onlar dərhal da Osmanlı ordusunun boğaz sahilində yerləşən müdafiə istehkamlarına atəş açmağa başladılar. Ingilis hərb gəmiləri Seddülbahir və Ərtoğruldakı, fransız hərbi gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə səddlərini top yağışına tutmuşdular. Düşmənin atdığı top mərmilərindən biri on bir ton barıt saxlanan anbara düşdü və nəticədə ətraf yerlə yeksan oldu.
Dekabrın 2-də ingilis sualtı gəmisi boğaza daxil olaraq özündən 700 metr məsafədə dayanan “Məsudiyyə” hərbi gəmisini atəşə turaraq batırdı. Nəticədə 10 nəfərlik gəmi heyəti və gəmidə olan 24 nəfər əsgər şəhid oldu. Buna baxmayaraq düşmən boğazı ələ keçirə bilmədi. Həmin dövrdə admiral Carden Çanaqqalanı ələ keçirmək üçün üçmərhələli bir plan hazırlamışdı. Bu planın birinci hissəsi uğurla nəticələnmədi. Belə ki, ilkin mərhələdə noyabrın 3-də (1914) 7 hərb gəmisi ilə boğaza daxil olan ingilislərin məqsədi sahildəki istehkamları tamamilə dağıtmaq və sonraki mərhələdə boğazı ələ keçirmək idi. Lakin o buna nail ola bilmədi. Fevralın 19-da Carden boğazı ələ keçirmək üçün ikinci mərhələnin döyüşlərinə başladı.
Fevralın 25-nə kimi davam edən döyüşlərdə düşmən uzaqmənzilli toplardan atəs açaraq sahildə müdafiə mövqeyi tutan Osmanlı əsgərlərinə böyük itki verdi. Boğaz sahilindəki birinci müdafiə mövqeləri demək olar ki, tamamilə məhv edildi. Fevralın 26-da düşmən donanması boğaza daxil oldu və 8 saat ərzində sahili aramsız olaraq top atəşinə tutdu. Amma düşmən gəmiləri güclü müqavimətə rast gələrək dənizdə irəlilyə bilmirdilər. Bunu görən Ingiltərə hərbi dəniz qüvvələri komandanlığı Cardeni vəzifəsindən azad edərək onun yerinə Robecki təyin etdi. Martin 17-də öz vəzifəsinin icrasına başlayan Robeck dərhal gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlanması barədə əmr verdi.
Zəfər savaşı
Türk ordusu da düşmənə qarşı həlledici döyüşə hazırlaşırdı. 17 martdan 18 marta keçən gecə minbaşı Nəzmi bəy “Nüsrət” minadöşəyici gəmisi ilə boğaz sularında 11 xətdən ibarət 26 mina düzdü. Beləliklə, döyüş ərəfəsi boğaz sahili düzülən minaların sayı 400-ə çatdı. 18 mart səhər saat 10-da düşmən18 savaş gəmisi ilə döyüşə atıldı. Əvvəlcə “Queen Elizabeth”və “Inflexible” zirehli gəmisi və “Lord Nelson” və “AGEMENON” savaş gəmiləri döyüşə başladılar. Fransiz hərbi gəmiləri də döyüşün ön sıralarında yer almışdılar. Ilk atəş düşmənin “TRIUMPH” zirehli gəmisindən açıldı. Beləlklə, dünyanın ən böyük dəniz savaşlarından biri başladı. Düşmən gəmiləri əvvəlcə Rumeli Məcidiyyəni şiddətli atəşə tutdular. Sonra onlar Hamidiyyə istehkamlarına yönəldilər. Bunu görən Dardanos batareyaları düşmənə atəş açaraq diqqəti özlərinə cəlb etdilər. Düşmən bu dəfə Dardanos üzərinə atəş açmağa başladı. Bu dəfə Məsudiyyə istehkamı müdafiəçiləri Dardanosun yardımına gəldilər. Şiddətli müqavimətlə qarşılaşan düşmən gəmiləri göz aça bilmirdilər.
Bu ağır savaşın ilk bir saatı olduqca dəhşətli keçdi. Hər iki tərəfdən çoxlu sayda ölən və yaralananlar oldu. Türk topçuların açdığı atəş düşmənin “AGAMENON” gəmisinin gövdəsini parçalamis, “INFLEXIBLE” gəmisinin komanda punktunu dağıtmışdı. Buna baxmayaraq düşmən gəmiləri Çanaqqalaya 7 kilometrə qədər yaxınlaşa bilmişdilər. Döyüşün arzu edilən səviyyədə getmədiyini görən Robeck fransız gəmilərini döyüş meydanından uzaqlaşdıraraq ingilislərin daha bir neçə gəmisini boğaza yeritdi. Buna baxmayaraq düşmən istəyinə nail ola bilmədi.Türk topçuların açdığı atəş nəticəsində zədələnən Fransanın “GAULOIS” zirehli gəmisi döyüş meydanını tərk etdi. Onun ardınca zədələnən “BOUVET” gəmisi də döyüş meydanını tərk etmək istəyərəkən mina ilə toqquşaraq partladı. Nəticədə gəmidə olan 639 hərbçi sulara qərq oldu.
“BOUVET”-in yardımına gəlmək və onu xilas etmək istəyən “SUFFREN” və “GAULOIS” gəmisi də minaya düşərək batdı. Beləliklə düşmən 6 saat ərzində 3 böyük zirehli gəmisini itirdi. Bundan əlavə bir o qədər də gəmi zədələndi. Bunu görən Robeck donanmaya geri çəkilmək barədə əmr verdi. Bu döyüşlərdə düşmən tamamilə sarsıldı və Osmanlı əsgərinin qəhrəmanlığı nəticəsində bir daha dənizdən Istanbulu ələ keçirmək niyyətinə düşmədi. Bu Osmanlı əsgərinin Çanaqqala savaşında düşmən üzərində qazanan ən böyük tarixi zəfəri idi. . Necə deyərlər Çanaqqala savaşı türk və dünya tarixinə ən qanlı savaşlardan biri kimi düşdü. Bu savaşda Osmanlı 250 min nəfər şəhid verdi. Düşmən də döyüşlərdə təxminən bu qədər itki verdi. Üstündən illər ötəndən sonra isə Çanaqqala savaşı bir dastana döndü. Bu dastanda yanındaki topçular səhid olaraq tək qalan Seyid cavuş vardı. Düşmən gəmisi boğaza yaxinlaşır.
Seyid çavuş (Qoca Seyid) təkdir. Atmağa da 267 kiloqramlıq bir top mərmisi var. Normal şəkildə bu mərmini tək bir adamın götürərək topun lüləsinə qoyması ağlabatan görünmür. Özü də bilmir haradan ona bu güc gəlir və 276 kiloqramlıq mərmini bir anda götürərək topa qoyur və atəş açır. Bu atəşlə o gəminin gövdəsini dağıdır və onu batırır. Beləliklə, Seyid çavuşun bu qəhrəmanlığı düşmənin geri çəkilərək qaçmasına və boğazları tutmaq fikrindən vaz çəkməsinə gətirib çıxarır. Seyid Çavuşun bu qəhrəmanlığı dünya hərb tarixində misli-bərabəri olmayan bir igidlikdir.
Düşmənin niyyətləri boşa çıxır
Dənizdən hücumla Çanaqqalanı ələ keçirə bilməyəcəyini anlayan düşmən bu dəfə qurudan hərbi əməliyyata baslamağı qərara aldı. Aprelin 25-də adi çəkilən istiqamətdə quruya çıxarılan ingilis-fransız əsgərləri ilə Osmanlı ordusu arasında o dövrün ən qanlı döyüşləri başladı. Amma başdan ayağa qədər silahlanan çoxsaylı düşmən qarşısında Osmanlı əsgərlərinin sayı olduqca az idi. Mustafa Kamal Paşa bunu görüb Kocaiçmendə və Conkbayirdaki azsaylı əsgərlərinə son nəfəsə kimi döyüşməyi və geri çəkilməməyi əmr etdi. Düşmən dalğalar halında dəstə ilə Conkbayira doğru irəliləyirdilər.
Lakin düşmən Osmanlı əsgərlərinin qizğın müqavimətini qıraraq Istanbulu və boğazları tutmaq niyyətini həyata keçirə bilmədi. Qumqala, Besike, Bolayir, Seddülbahir, Anbumu, Qabatəpə, Conkbayir və Anafartalarda gedən döyüşlərdə hər iki tərəf çoxlu sayda itkilər verdi. Düsmən qızğın döyüslərdən sonra istədiyinə nail ola bilməyəcəyini başa düşərək 1915-ci ilin dekabr ayının 19-20-də Anafartalar və Arıburnu, 1916-ci il yanvar ayının 8-9-da isə Seddülbahir cəbhələrindən qoşunlarını geri çəkdi. Beləliklə,1915-ci ilin baharında başlanan döyüşlər düşmənin geri çəkilməsi ilə nəticələndi
Milli.Az
Çanaqqala döyüşü
Сервисы VK
Поиск видео Найти
Топ недели
Мы больше не будем рекомендовать вам подобный контент.
1 777 601 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
344 583 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
221 206 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
501 208 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
345 652 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
68 093 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
259 869 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
203 993 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
531 364 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
175 973 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
152 037 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
1 590 317 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
410 539 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
496 828 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
794 134 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
32 187 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
371 628 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
217 079 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
125 041 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
74 094 просмотра
Мы больше не будем рекомендовать вам подобный контент.
314 209 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
936 371 просмотр
Мы больше не будем рекомендовать вам подобный контент.
516 315 просмотров
Мы больше не будем рекомендовать вам подобный контент.
85 452 просмотра
Левая колонка
Следующее видео
Imişli MMA döyüşü İsa
257 просмотров
İSA PESEREKOV
Похожие видео
Putin, Makron o, bu : “Döyüşü dayandırın!” Biz:
10 791 просмотр
TeK SeNi SeVDiM
Andreyevka: Elşadın döyüşü
174 просмотра
Avrasiya Hərəkatı
qaqasin samux doyusu 2
111 просмотров
Ulvi Taqiyev
2013-06-20-333
2 986 просмотров
★ஜღRaHiB İlYaSoVღஜ★
Xoruz döyüşü.2
93 просмотра
Elyar HuSeYiNoV
Learn how to make your own Videos with OBS – Flat Earth Acti.
1 707 просмотров
Harry Sheet
Pişiklərin döyüşü
638 просмотров
tofiq 5 yasli cempion 6 ci yaris final doyusu
58 просмотров
1 573 065 просмотров
DORIAN GRAY
О С Т О Р О Ж НО ! Быстрое привыкание и ощущение счастья . .
1 062 367 просмотров
СЧАСТЬЕ ЕСТЬ
Однозначно будущий артист!
345 652 просмотра
Музыкальные Клипы и Хорошее Настроение
Учительская поддержка, заслуживающая медали
1 152 585 просмотров
Национальные проекты России
Nyusha feat Arash – Выбирать Чудо (Remake)
259 868 просмотров
Радио ENERGY – NRJ
Теперь мама может спокойно отдыхать!
344 583 просмотра
Музыкальные Клипы и Хорошее Настроение
Стрим Народного фронта // 24 марта 2023
217 079 просмотров
Народный Фронт
Fall Out Boy или Kaiser Chiefs?
203 993 просмотра
Радио MAXIMUM
Дмитрий Маликов в Вечернем шоу Аллы Довлатовой
371 628 просмотров
«РУССКОЕ РАДИО»
С Казахстана наши братья казахи прислали❤️
462 887 просмотров
Ермурат Батыров
Как сделать парниковый эффект?
434 765 просмотров
Вот у кого нужно учиться верности, и любви.
1 590 344 просмотра
Галина Сун
501 208 просмотров
Кино – фильмы
Сплетница (выпуск 108)
152 037 просмотров
Журнал для женщин
ЖАРА МАРТА
156 911 просмотров
МузКафе “ЖАРА”
Çanaqqala Döyüşü
23 апр 2015 542 просмотра
Добавить в закладки
Пожаловаться
Mustafa Kamal Atatürk – Mustafa Kemal Atatürk Çanakkale Savaşı — Birinci dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə Antanta Dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında baş verən dəniz və quru döyüşüdür. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq, Alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşdur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq Dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş olan bu döyüş Türk Qurtuluş Döyüşünə də təsir etmişdir. Türkiyə cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, 18 mart, Çanaqqala Şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Erik Bolc tərəfindən yazılan döyüş əleyhdarı mahnısı “And The Bant Played Waltzing Matilda” bu döyüşlə əlaqədardır. Avropa cəbhələrindəki hadisələr, İngiltərə və Fransanı müttəfiqləri Rusiyanı dəstəkləmək məcburiyyətində gətirmişdir. Onsuz da Rusiya, Almaniya üzərində kifayət qədər güclü bir təzyiq edə bilmirdi. Məhdud sənaye tutumu səbəbindən İngilis və Fransız dəstəyinə ehtiyac duyulurdu. Fransa və İngiltərənin bu dəstəyi təmin etməsi üçün ola biləcək dörd yol vardidi. Şimal nəqliyyat xəttlərindən ikisi keçinilməz idi. Şimal Dənizi, ilin çox böyük hissəsində donmuş olduğundan dəniz nəqliyyatına imkan vermirdi, Baltik dənizi isə Alman Donanmasının nəzarətində idi. Orta nəqliyyat yolu olan Avropa quru yolu da almanların nəzarəti altında idi. Dördüncü yol isə Osmanlı Dövlətinin nəzarətində olan Çanaqqala və İstanbul boğazlarından keçən dəniz yolu idi. Avropalılar zəif hesab etdikləri Osmanlı Dövlətini boğazlardan bir hücumla qovacaqlarını düşünürdülər. Bu zaman Rusiyanın dəstəklənilməsi mümkün olacaqdı, həm də Osmanlı Dövlətinin məğlubiyyəti ilə Almaniya bir müttəfiqini itirmiş olacaqdı. Qələbə çalacaqları təqdirdə Osmanlının idarəsində olan Süveyş Kanalı, İngiltərənin Uzaq şərq nəqliyyat yolunu təmin etmiş olacaqdı. Rusiya ilə Qaradəniz üzərindən dəniz nəqliyyatının açılması xüsusilə əhəmiyyətli idi. Boğazların ələ keçirilməsi İngilis və Fransız firmaları üçün böyük qazanclar gətirəcəkdi. 19 fevralda 1915-ci ildə, güclü Fransız qüvvələri ilə İngilis Elizabet döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq ilk Çanaqqala hücumunu başlamış oldular.Admiral da Robeckun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə qalxmışdır. Ancaq Nüsrət Mina Gəmisi adlı Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə yerləşdirdiyi dəniz minaları tərəfindən böyük ziyan aldılar. Bəzi balıqçılar, ingilislər tərəfindən mina toplama işinə cəlb edilsələr də, Osmanlı ordusunun açdığı top atəşindən qorxaraq qaçmışdılar. Yerində qalmış bu minalar ingilis və fransızların üç döyüş gəmisini batırmışdır. Daha bir-neçə ingilis və fransız döyüş gəmilərinə böyük ziyan dəymişdir. İngilis donanmasının məğlub olması Osmanlı əsgərlərinə inanılmaz bir mənəvi qüvvət vermişdir.Bu ağır itkilər İttifaq dövlətlərinə, Çanaqqalanı dəniz yoluyla keçə bilməyəcəklərini əyan etdi. İttifaq dövlətləri quru əməliyyatlarına başlayaraq sahili toplardan təmizləmək istədilər. İttifaq Dövlətləri yarımadaya çıxaraq Osmanlı Dövlətini qurudan məğlub etməyi planlaşdırmışdılar. Hücum iki cəbhədən, Seddülbahir Cəbhəsindən və Arıburnu Cəbhəsindən edilmişdir.
Türkiyədə Çanaqqala döyüşlərində şəhid olan azərbaycanlı əsgərlərin xatirəsinə abidə ucaldıla bilər
Türkiyədə 1915-ci ildə – Çanaqqala döyüşlərində – həlak olan 3 minə yaxın azərbaycanlı şəhid əsgərin xatirəsinə abidə ucaldıla bilər Bu barədə jurnalistlərə çərşənbə günü Türkiyədən səfərdən qayıdan Milli Məclisin deputatı Gülər Əhmədova bildirib.
“Bu gün Azərbaycanda Türkiyə barədə çox geniş məlumatlar olsa da, Türkiyədə Azərbaycanı hər kəs gözəl tanımır və biz həm universitetlər, həm də orta məktəblərdə əlaqələrin yaradılmasına səy göstərməliyik. O cümlədən Çanaqqala döyüşündə həlak olan azərbaycanlı əsgər barədə geniş təbliğat aparılmalıdır”, – Əhmədova əlavə edib.
Çanaqqala döyüşü, Birinci Dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı Dövləti ilə İttifaq dövlətləri (İngiltərə, Fransa, Anzaklar) arasında aparılan dəniz və quru müharibələridir. İttifaq Dövlətləri Osmanlı Dövlətinin paytaxtı İstanbulu alaraq, boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir əkinçilik və əsgəri ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuş və iki tərəfin də çox ağır itkilər verməsi ilə İttifaq Dövlətləri geri çəkilmişlər.Türkiyə Cümhuriyyəti qurulduqdan sonra, ingilis və fransız donanmalarını geri çəkilməyə məcbur edildiyi gün – 18 mart, Çanaqqala Şəhidlərini Xatırlama Günü olaraq elan edilib. Həmin döyüşlərdə Azərbaycan əsgərləri də iştirak ediblər.
Comments are closed, but trackbacks and pingbacks are open.