Press "Enter" to skip to content

X siniflər üçün yeni ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ dərsliyi haqqında

Yeni nəşr məzmun baxımından çox ciddi təkmilləşdirilmiş və zəruri məlumatlarla zənginləşdirilmişdir.2-ci və 3-cü tədris vahidlərinə daxil olan mövzular daha yüksək səviyyədə, müasir kontekstdə işlənmişdir.Bu mövzular daha çox milli zəmində şərh edilmiş, müəlliflər Azərbaycan ordu quruculuğunda ən incə detalları da qələmə almış, gələcəyin vətən müdafiəçilərinə daha çox əsaslı,vacib bilgilər verməyi hədəfləmişlər.

Metodiki Tövsiyə

Biz Hər zaman sizinləyik! Sualınız var? Dərsi qurmaqda çətinlik çəkirsiniz? İmkan tapıb kurslara gedə bilməmisiniz? İmtahana hazırlaşmaq üçün metodiki vəsaitlərə ehiyacınız var? Narahat olmağa dəyməz! Sullarınızla müraciət edə, bloqumuzdan yararlanaraq, çətinliklərinizi qismən aradan qaldıra bilərsiniz.

  • Əsas Səhifə
  • Bloqdan Istifadə Qaydası
  • Əlaqə

DİQQƏT! DİQQƏT! Hörmətli İstifadəçilər!MÜƏLLİF HÜQUQLARI QORUNUR!Bloq yazarının İCAZƏSİ olmadan, bloqdakı materiallar elektron və ya kağız üzərində ÇOXALDILA BİLMƏZ! Həmçinin bloqdakı materiallardan KOMMERSİYA məqsədi ilə istifadə edilə BİLMƏZ!Materialların şəkillərinin çəkilərək paylaşılması QADAĞANDIR!

27 Eylül 2015 Pazar

Gənclərin Çağırışa qədərki Hərbi hazırlığı Kurikulumu

Paylaşıldı 04:01 by Leyla Bayramova
1.4. Fəaliyyət xətlər
Çağırışaqədərki hazırlıq fənni üzrə aşağıdakı fəaliyyət xətləri müəyyənləşdirilir:
 problemin müəyyənləşdirilməsi və həlli;
 ünsiyyətqurma;
 əlaqələndirmə;
 mühakiməyürütmə və əsaslandırma;
 təqdimetmə.

Fəaliyyət xətləri məzmun xətlərinin hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları realizə etmək məqsədi daşıyır və şagirdlərə istiqamətləndirilir.

1.5. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
X sinif
Х sinfin sonunda şagird:

 Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir;

 daxili xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir;

 müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir;

 ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;
 fövqəladə hadisələr zamanı mülki müdafiə dair biliklər nümayiş etdirir.

 sağlam həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.

1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.

1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir.
2.2.3. Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
XI sinif
Х I sinfin sonunda şagird:

 Azərbaycan Silahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu, qoşun növləri, vəzifələri, hərbi nizamnamələrin ümumi müddəalarının, (qarnizon qarovul xidməti, sıra, intizam, daxili xidmət nizam namələrinin) tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir;

 müasir ümumqoşun döyüşünün təşkili, döyüş təminatı, motoatıcı tağımın təşkili və döyüş imkanları haqqında biliklərini şərh edir;

 atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət barədə, mühəndis maneələr haqqında, mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir, zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir;

 topoqrafik xəritələr və onlardan istifadəyə dair təqdimatlar edir;
 fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir;

 müxtəlif fərdi mühafizə vasitələrindən, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə bacarıqları nümayiş etdirir;

 sağlamlığın mühafizəsi haqqında təqdimat edir;
 ilk tibbi yardıma dair qaydaları tətbiq edir;
 radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir;

 yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair bilik və bacarıqlar nümayiş etdirir.

Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Şagird:

1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.

1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.

1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə təqdimat edir.

1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1. Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.

1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.

1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.

2.1.1. Müasir ümumqoşun döyüşünün təşkili və döyuş təminatı (kəşfiyyat, mühəndis təminatı) haqqında təqdimat edir.

2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına əməl edir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını izah edir.
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
2.4.2. Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.

2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji) dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.

2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.

3.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım qaydalarına əməl edir.

X siniflər üçün yeni “ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ” dərsliyi haqqında

Bu tədris ilində yenidən işlənmiş dərsliklərdən biri də X siniflər üçün hazırlanmış “ÇAĞIRIŞAQƏDƏRKİ HAZIRLIQ” dərsliyidir.

Dərsliyin yeni layihəsinin hazırlanmasında əvvəlki dərsliyin müəllifi Qılman Eyvazovla yanaşı, XI sinif dərsliyinin və metodik vəsaitinin həmmüəllifi İntiqam Əsgərov da iştirak etmişdir.Hər iki müəllif mək- təblərdə hərbi rəhbər kimi çalışır.

Qılman Eyvazov 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbini( fərqlənmə diplomu ilə), 2002-ci ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir.

2008-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında müxtəlif vəzifələrdə xidmət etmiş, 2009-ci ildən akademik Zərifə Əliyeva adına liseyin hərbi rəhbəridir.

İntiqam Əsgərov isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin məzunudur və 10 il Azərbaycan Ordusunda zabit kimi hərbi xidmət keçib. Hərbi xidmət dövründə səhhətində yaranan problemlə əlaqədar olaraq kapitan hərbi rütbəsində ehtiyatda buraxılmış,15 ildir ki, Bakı şəhəri 309 nömrəli tam orta məktəbdə hərbi rəhbər vəzifəsində işləyir.

Yeni nəşr məzmun baxımından çox ciddi təkmilləşdirilmiş və zəruri məlumatlarla zənginləşdirilmişdir.2-ci və 3-cü tədris vahidlərinə daxil olan mövzular daha yüksək səviyyədə, müasir kontekstdə işlənmişdir.Bu mövzular daha çox milli zəmində şərh edilmiş, müəlliflər Azərbaycan ordu quruculuğunda ən incə detalları da qələmə almış, gələcəyin vətən müdafiəçilərinə daha çox əsaslı,vacib bilgilər verməyi hədəfləmişlər.

Yeni nəşrin dizaynı,rəsm və illüstrasiyalar-bədii tərtibat da yüksək səviyyədədir; yeni dizayn bütün parametrləri çox mükəmməl şəkil -də ehtiva edir,orijinallıq, mətnə uyğunluq,ifadəlilik, aydınlıq, cəlbedici- lik, şagird marağının təmini, şəkillərin uyğun yerləşdirilməsi,həcm nisbəti-vahid dizayn üslubunun gözlənilməsi, xüsusən də üz qabığı- nın tərtibatının yeni dərsliyin məzmununa uyğunluğu tədqirəlayiqdir.

Yeni nəşrdə dil və yazı üslubu da şagirdin yaş səviyyəsinə, əsasən, uyğundur. Bəzi kiçik xətalar( buraxılmış durğu işarələri,sırf diqqət- sizliklə əlaqədar hərfburax- malar, həfartırmalar, söz ehtiyatından istifadə zama- nı yol verilmiş leksik-üslu- bi səhvlər və s.)aradan qal- dırılsa, dil qaydalarına əməl olunması da yüksək səviy- yədə olardı.

Xüsusən də yeni söz və terminlərin məqsədəuyğun şəkildə konkret izahının verilməsi yeni nəşrin ən gözəl keyfiyyətlərindəndir; çünki hər bir elm öz məf- humları ilə mənimsənilir.

Yeni nəşrdə bəzi kiçik çatışmazlıqları, anlaşılmaz- lıqları( xüsusən də bölgü və təsnifat sxemlərindəki məntiqi uyğunsuzluq, bölgülər və təsnifatlar zamanı bölgü əsalarının müəyyənləşdirilməməsi, irəli sürülən bölgü komponentləri ilə sxemlər- dəki uyğunsuzluq və s.) nəzərə almasaq, bunlar da aradan qaldırıl- sa,dərsliklərin qiymətləndirilməsi meyarlarının məzmunla bağlı 14 para- metrin təmin olunmasını da yüksək qiymətləndirmək olar.

Dərslik layihəsində qarşılaşdığımız bəzi səhvlər, natamamlıqlar, qeyri-müəyyənliklər, üslubi və orfoqrafik səhvlərlə bağlı iradlarımızı da müəlliflərin nəzərinə çatdırmışıq.İnanırıq ki, böyük zəhmət baha- sına başa gəlmiş bu dərsliklə bağlı iradlarımızı müəlliflər səmimi qəbul edəcək, dərsliyin daha yüksək səviyyəli çapına nail olacaqlar.

İrad və təkliflərimiz:

1.Mündəricatda 6 tədris vahidi göstərilsə də, məzmun xətləri verilməyib və I məzmun xəttinin mahiyyəti tam təmin olunmayıb.

I məzmun xətti “Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları” adlandırılsa da, dərslikdə ”Çağırışaqədərki hazırlıq” fənninin tədrisi zamanı siz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixini öyrən- məklə(?!)... vədi verilsə də, zəngin hərb tariximizdən heç bir kəlmə də yazılmayıb.

Təklif: Yaxşı olardı ki, dərslik məzmun xəttinə uyğun olaraq “Azərbay- canın hərb tarixinə bir nəzər” adlı mövzu ilə başlansın və cümhu- riyyət dövrünə qədərki hərb tariximizin əsas məqamları və məşhur sərkərdələri haqqında qısaca da olsa, məlumat verilsin.

2. I tədris vahidinin “Dövlət rəmzləri” mövzusu ilə başlanması da məqsədəuyğun deyil; bu mövzu “Hərbi atributlar” mövzusu ilə birləşdirilərək, “Azərbaycan Respublikasının Dövlət rəmzləri və hərbi atributları” adı altında tədris olunsa daha məqsədəuygun olardı.Nəzərə almaq lazım idi ki, şagird X sinfə qədər bu məlumatı kifayət qədər alır.

Təklif: Yaxşı olardı ki, I tədris vahidinin mövzuları aşağıdakı ardı- cıllıqla verilsin:

I tədris vahidi :”HƏRB TARİXİMİZ VƏ HƏRBİ XİDMƏTİN HÜQUQİ ƏSASLARI”

1.Azərbaycanın hərb tarixinə bir nəzər

2. Azərbaycan Respublikasının Dövlət rəmzləri və hərbi atributları

3. Azərbaycan Respublikasında Hərbi qanunvericilik .

4.Hərbi xidmətin qanun külliyyatı-hərbi Nizamnamələr.

Ümumqoşun Nizamnamələri.

5. İntizam Nizamnaməsi

6. Sıra Nizamnaməsi

7. Daxili Xidmət Nizamnaməsi

8.Qarnizon və Qarovul Xidməti Nizamnaməsi

9.Azərbaycan Respublikasının Silahlı Qüvvələri

10. Başqa silahlı birləşmələr

3. Dərsliyin 48-ci səhifəsində verilmiş “Rəislər və tabe olanlar, böyüklər və kiçiklər” yarımbaşlığı natamamdır; belə ki, burada “rəislər” və “tabe olanlar” anlayışlarına aydınlıq gətirilsə də, “böyük”“kiçik” anlayışlarının izahı verilməyib.

Təklif: bu səhifəyə “böyük”“kiçik” anlayışlarının izahı da əlavə edilməli, “rəis”“böyük”, “tabe olan”“kiçik” anlayışlarının fərqinə aydınlıq gətirilməlidir.

4.201-ci səhifəyə “GÜNVURMA ZAMANI İLK YARDIM” mövzusu da əlavə edilməlidir, çünki günvurma Azərbaycanda xarakterik hadisədir.

5. Dərslik layihəsinin 53-cü səhifəsində sxemin başlığı-bölünən məfhum “Saatdarın toxunulmazlığı ibarətdir:”yox, “Saatdarın toxunulmazlığının hüquqi əsasları:” kimi verilməlidir.

6. 147-ci səhifədə “Fövqəladə hal – ətraf mühitə və insan səhhətinə ziyan vura, maddi və mənəvi itkilərə səbəb ola bilən təhlükəli hadi- sədir!” cümləsinin sonunda nida yox, nöqtə qoyulmalıdır.Yenə də həmin səhifədə “ Fövqəladə hallar təbii və texnogen mənşəli olmaqla iki qrupa bölünür.”yazıldığı halda( burada bölgü əsası nədir?!) sxemdə isə 3 növ göstərilib(?!). Bu ziddiyyət də aradan qaldırılmalıdır.

“Təbii mənşəli fəlakətlər:” başlığı altında verilən məlumat da dəqiqləşdirilməli, iki yerdə təkrarlanan “sunami” anlayışının mövqeyi dəqiqləşdirilməlidir.Göründüyü kimi,burada da birinci “sunami” sözü artıq olduğundan mətndən çıxarılmalıdır!

● zəlzələ; ● sel; ● daşqın, ● torpaq sürüşməsi, ● vulkan püskürməsi, ● qar uçqunu, sunami(?!-kursiv mənimdir), ● fırtına, ● tropik qasırğa, ● sunami

7. 156-cı səhifədə təbii mənşəli fövqəladə hallar üçün verilmiş ”Şəraitindən, yaxud səbəbindən asılı olaraq onları aşağıdakı qruplara ayırmaq olar:” bölgü əsası düzgün deyil;”TƏBİİ MƏNŞƏLİ FÖVQƏLADƏ HALLAR” kimi verilməlidir.

8. Kalaşnikov avtomatına aid normativlərə “patronun boşaldılması normativi” də əlavə edilməlidir.

9. 33-cü “FƏRDI MÜHAFIZƏ VASITƏLƏRİ”-mövzusuna mühafizə vasitələrinə aid normativlərin də əlavə olunması yaxşı olardı.

10. 175-ci səhifədəki “Tənəffüs orqanlarını müdafiə edən(?!) fərdi mühafizə vasitələri” başlığı, “Tənəffüs orqanlarının fərdi mühafizə vasitələri” şəklində verilməlidir.”Müdafiə”“mühafizə” anlayışlarını eyniləşdirmək olmaz!

12. 191-ci səhifədə “Toxumalar” sözü ilə bağlı hərfburaxmalar da diqqətdən yayınıb.

13. Dərslikdə fənnin adı hər yerdə dırnaqda yazılmalıdır: “Çağırışaqədərki hazırlıq” (bax: səh.5-6)

5.Dərslikdəki bütün “qadağanlar” eyni formada-qırmızı haşiyədə verilməlidir!

14.Abzaslar düzgün yazılmalıdır(səh.5-6 və . )

15.Şriftlərdə vahidlik gözlənilməlidir və s.

Düşünürük ki,dərslik layihəsinin diqqətli redaktəyə və korrekturaya ehtiyacı var.İnanmaq istərdik ki, təklif və iradlarımın nəzərə alınması dərslik layihəsinin xeyrinə olacaq.

Qeyd:aldığımız məlumata görə iradların əksəriyyəti qəbul edilib, bəzi təklifləri isə vaxt məhdudiyyətinə görə nəzərə almaq mümkün olmayıb.Yeni dərs ili başlansa da yeni dərslik hələ də “müzakirə” bölməsindədir və hələ ki, iradlarla bağlı heç bir düzəliş görünmür.

Müəlliflərə bir daha uğurlar arzu edirik.Əminik ki, yeni dərslik şagirdlərin də marağına səbəb olacaq, hərbi xidmətə–Vətənin müdafiəsinə hazırlaşan gəncliyə layiqli töhfələr verəcək.

Əliyev Rəfail Şıxəli oğlu,

Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ən yaxşı müəllim” Respublika Müsdabiqəsinin və “Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin fərdi layihə qalibi, Azərbaycan Respublikası Təhsil İnstitutunda fəaliyyət göstər- miş “Çağırışaqədərki hazırlıq” fənni üzrə işçi qrupun üzvü, fənn üzrə tədris proqramlarının həmmüəllifi, istefada olan zabit-baş leytenant, Şirvan şəhər, s.Hüseynov adına 1№li məktəb-liseyin sabiq hərbi rəhbəri,Əmək veteranı.

“Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsinə yekun vurulub

Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində icra edilən “Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi” layihəsinin yekun-hesabat və təltifetmə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Təhsil Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın Çağırışaqədərki hazırlıq rəhbəri Vasif Ramazanov layihənin məqsədi və vəzifələri, görülmüş işlər, gözlənilən nəticələr barədə iştirakçılara məlumat verib.

Bildirilib ki, layihənin məqsədi Sumqayıt şəhərinin çağırışaqədərki hazırlıq müəllimlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün geniş spektrli pedaqoji mentor dəstəyinin təmin edilməsidir.

Sonra layihə çərçivəsində GÇH və İKT üzrə mentor dəstəyi təlimləri keçmiş müəllimlərə sertifikatlar təqdim edilib. Layihə çərçivəsində elan olunmuş daxili müsabiqə nəticələrinə görə “Ən yaxşı elektron dərs” nominasiyasının qalibləri diplomlarla təltif olunub. Layihənin icrası zamanı dəstək göstərmiş şəxslərə təşəkkürnamələr verilib.

Layihə çərçivəsində çap olunmuş çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsait və layihənin saytı iştirakçılara təqdim edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.