HƏR ŞEY VƏTƏN ÜÇÜN
İzah dedikdə ayrı-ayrı fikirlərin, qanunların, qaydaların, hadisələrin, silah və sursatların iş prinsiplərinin sözlə çatdırılması nəzərdə tutulur. Hər hansı bir silahın iş prinsipini çalışma yolu ilə oyrətməzdən əvvəl, müəllim (hərbi rəhbər) onun əsaslarını izah etməlidir.
Hərbiçi Müəllim
Çağırışaqədərki hazırlıq” fənni üzrə təhsil proqramı (kurikulumu) aşağıdakı tərkibdə yaradılmış işçi qrupu tərəfindən hazırlanmışdır: Sədr: Həbib Ocaqov – Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar, Həyat fəaliyyətinin təhlükəsizlılıyi” kafedrasının müdiri, texinka elmləri doktoru, professor. Ceyhun Məmmədyarov – Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin elmi işçisi, kordinator,ehtiyatda olan mayor. Işçi qrupunun üzvləri: : Əli Bağırov – – “Çağırışaqədərki hazırlıq” fəninin kurikulumunun hazırlanamsı üzrə milli məsləhətçi, Əhliman Hüseynov – – Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Səyavuş Gözəlov-Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, Bağırov Azər – 158 nömrəli tam orta məktəbin “Çağırışaqədərki hazırlıq” fənn müəllimi, Qəhrəman Qasımov-Bakı şəhəri 238 nömrəli tam orta məktəbin “Çağırışaqədərki hazırlıq” fənn müəllimi, Yəhya Ağayev-Bakı şəhəri 70 nömrəli tam orta məktəbin “Çağırışaqədərki hazırlıq” fənn müəllimi, Kərimov Zabit, Qasımov Rövşən – BTİ-nin “Çağırışaqədərki hazırlıq” fənni üzrə metodistləri.
Mündəricat
I. “Çağirişaqədərki haziriiq” təliminin məzmunu
1.1. Ümumi təlim nəticələri
1.2. Məzmun xətləri
1.3. Fəaliyyət xətləri və standartları
1.4. Tam orta təhsil pillələri üzrə məzmun xətlərinin təlim nəticələri
1.5. Məzmun standartları
1.6. Fəndaxili və fənlərarasi inteqrasiya
II. Təlim strategiyaları
2.1. “Çağırışaqədərki hazırlıq” təliminin təşkilinə verilən əsas tələblər
2.2. Fənnin təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr
2.4.Məzmun standartlarının şərhi
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Resurslar
Tezaurus
İstifadə olunmuş ədəbiyyat
“Çağırışaqədərki hazırlıq” fənni üzrə təhsil proqramı ( kurikulumu) və onun xarakterik cəhətləri. “Çağırışaqədərki hazırlıq” fənnini üzrə təhsil proqramı (kurikulumu) ümumı təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən və hər bir şagirdin imkanlarına, qabiliyyət və ehtiyaclarına yönəlmiş dövlət sənədidir. Bu sənəd müəllimlər, məktəb rəhbərləri, dərslik müəllifləri, valideynlər və ictimaiyyətin digər nümayəndələri üçün nəzərdə tutulmuşdur.
“Çağırışaqədərki hazırlıq” fənnini üzrə təhsil proqramı (kurikulumu) :
· dərslik və tədris vəsaitlərinin tərtib edilməsi, tədris materialiarının planlaşdırılması, təlim üsullarının müəyyənləşdirilməsi və müəllim hazırlığının həyata keçirilməsi üçün müvafiq təlimatlar formasında işlənməsinin əsasını təşkil edir;
· nəticəyönümlü xarakter daşıyır və standartların mənimsənilməsini təmin etmək üçün şagird nailiyyətlərindəki (irəliləylşlərin) inkişafı müntəzəm qiymətləndirilməsini nəzərdə tutur;
· şagirdlərə gündəlik həyatda lazım olan bacarıqların aşılanmasını ön plana çəkir;
· şagird irəliləyişlərinin və inkişaf sürətinin getdikcə artmasını əsas məqsəd kimi qarşıya qoyur;
· məzmun standartlarının müəyyənləşdirilməsi prosesində fənn üzrə təlim nəticələrində fəaliyyətlər (idraki, hissi-emosional və psixomotor) üzrə balansın
gözlənilməsini diqqət mərkəzində saxlayır;
· şagirdlərin “nəyi bilməli” , “nəyi bacarmalı” və “hansı keyfiyyətlərə yiyələnməri”əsasında malik olduqlarını bilik və fəaliyyətlərin inteqrasiyası formasında təqdim edir.
Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Bəşəriyyətin tarixi böyük müharibələr, qarşıdurmalar tarixi olmuş, insanlar yaşamaq uğrunda mübarizə aparmışlar. Bu mübarizələrdə özünün vətənini, xalqını müdafiəyə qalxan insanlar inamla, qətiyyətlə vuruşmalı olmuşlar. Onlar ölkəni, dövlət marağını, ərazisini və xalqını qorumağı hər şeydən üstün hesab etmişlər. Ölkələrdə silahlı qüvvələr məhz bu zərurətdən yaranmışdır.
Müasir dünyada ölkələrin inkişafının səviyyəsi həm də onların müdafiə qüdrəti, gücü ilə ölçülür. Onun hər bir vətəndaşının əqli, fiziki və mənəvi cəhətdən bu işə hazır olması ən vacib atributlardan biri kimi dəyrləndirilir. “Çağırışaqədərki hazırlıq” fənninin Azərbaycanın ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsində tədris olunması bu məntiqdən irəli gəlir.
Bu fənn aşağıdakı xüsusiyyətlər baxımından əhəmiyyət daşıyır.
Xalqına, vətəninə, tarixinə və adət-ənənələrinə sonsuz məhəbbət hissi bəsləmək, hər an vətənin müdafiəsinə hazır olmaq gənc nəslin yüksək mənəvi keyfiyyəti hesab olunur. “ Çağırışaqədərki hazırlıq” fənninin tədrisi prosesində bu keyfiyyətin formalaşması üçün geniş imkanlar vardır.
Sülh şəraitində mürəkkəb və çətin hərbi xidmətin qüsursuz keçməsi, müharibə zamanı isə döyüş tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsini təmin edən bir sıra sosial-psixoloji və intellektual keyfiyyətlərin formalaşdırılması, ilk növbədə, isə cəsurluq, düşmənlə mübarizədə davamlılıq, qələbə naminə iradə və təmkinlilik, mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək yüksək psixoloji keyfiyyətlər hesab edilir. Bu keyfiyyətlərin yaranmasında “ Çağırışaqədərki hazırlıq” fənninin rolu böyükdür.
“ Çağırışaqədərki hazırlıq” fənninin həm də təcrübi əhəmiyyəti vardır. Bu fənn şagirdləri Silahlı Qüvvələrin tarixi, dövlətin müdafiə hüquqlarının əsasları, vətəndaşın vəzifə və hüquqları, hərbi xidmətin spesifikası, texnika və silahların əsas nümunələri və müasir döyüşün ibtidai anlayışları ilə tanış etməklə onlarda fiziki, sıra hazırlıqları, topoqrafiya, insanın sülh və müharibə şəraitində həyat və fəaliyyətinin mühafizəsi üsullarına, eləcə də fövqəladə hadisələr zamanı zərərçəkənlərə ilk tibbi yardımın göstərilməsinə dair praktik bacarıqlar formalaşdırmaq imkanına malikdir.
Fənnin məqsədi şagirdlərdə respublikanın müdafiə qüdrəti, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarından irəli gələn vəzifələr, Nazirlər Kabinetinin qərarları, Azərbaycan Silahlı Qüvvələrinin vəzifələri, onların xüsusiyyəti və əhəmiyyəti, hərbi xidmətin vətəndaşlar üçün şərəfli vəzifə olması, Silahlı Qüvvələrin nizamnamələrinin tələblərindən irəli gələn vəzifələri, əsgərlərin yerləşməsi, həyat tərzi və xidməti, fövqəladə hallarda mühafizə qaydaları və tibbə dair bilik və bacarıqlar əsasında təhlükəsizliyi təmin etmək və müdafiə qabiliyyətini, səhiyyə və ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir.
Şagirdlər bu məqsəddən irəli gələn dəyərlərə yiyələnməklə ətraf mühitə qısa zamanda adaptasiya olunur və qeyri-adi (ekstremal) (böhranlı, fövqəladə) vəziyyətə düşərkən sağlamlıqlarını və həyatlarını mühafizə etmək imkanlarına malik olurlar.
Bu məqsədin reallaşdırılması üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
· Azərbaycanın Silahlı Qüvvələri haqqında ümumi məlumatların, zəruri hərbi nizamnamə qaydalarının mənimsənilməsi, ordu həyatı ilə tanışlıq, şagirdlərdə mülki müdafiə və tibbi yardım bacarıqlarının formalaşması;
· şagirdlərin hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmaları və topoqrafik vərdişlərə yiyələnmələrinin təmin olunması;
· şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılması;
· şagirdlərdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsi;
· fövqəladə hallarda mühafizə vasitələrindən istifadə və zədələnmə ocaqlarında ilk tibbi yardım göstərmək bacarıqlarının formalaşdırılması.
1.”Çağırışaqədərki hazırlıq” fənni üzrə təlimin məzmunu
· Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tarixi, tərkibi, inkişafı haqqında məlumatları, hərbi xidmət barədə qanunun tələblərini şərh edir;
· Azərbaycan Respublikasının Silahlı Qüvvələrində istifadə olunan hərbi texnika və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində təsbit olunmuş əsas müddəaları mənimsədiyini, tibbi yardım və mülki müdafiə bacarıqlarına, topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
· qeyri-müəyyən (ekstremal) şərait və hallarla əlaqədar yaranmış vəziyyətlərdə problemləri həll etmək üçün üsul və vasitələrdən istifadə edir;
· mülki müdafiə, sıra təlimi və fiziki hazırlığa aid normativləri yerinə yetirir, onların icrası zamanı qrup və komanda tərkibində əlaqəli fəaliyyət göstərir.
1.2. Məzmun xətləri və onların əsaslandırılması
“Çağırışaqədərki hazırlıq”‘ fənni üzrə məzmun xətləri aşağıdakı kimi müəyyənləşdirilir:
· dövlət müdafiəsinin tarixi və hüquqi əsasları;
· həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı;
· tibbi biliklər və ilk tibbi yardım qaydaları.
Gənclər Azərbaycan Silahlı Qüvvələrinin tarixini öyrənməklə vətənpərvərlik ruhunda tərbiyə alır, onlarda vətənə sədaqət, Azərbaycan Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəfli bir iş olmasına inam əmələ gəlir, əqidəlilik, cəsurluq və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin formalaşmasına zəmin yaranır. Onlar Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunvericilik aktlarının ölkənin müdafiəsinə aid tələbləri ilə tanış olurlar. Ölkənin müdafiəsinə dair vətəndaşlıq borcunu və məsuliyyətini başa düşürlər. Ordu həyatı ilə tanış olur, əsgərin vəzifə, hüquq və məsuliyyətini dərk edirlər.
Bu məzmun xətti üzrə əldə olunmuş bilik və bacarıqlar gənclərin əvvəlcədən ordu həyatı ilə tanış olmasına imkan yaradır, şagirdlərin idrak fəallığının yüksəlməsini stimullaşdırır. Şagirdlər öz ölkəsinin tarixini digər ölkələrin tarixi ilə müqayisə etmək imkanı əldə edirlər. Onlarda tədqiqat aparmaq, mühakimə yürütmək, qərar qəbul etmək bacarıqlarının formalaşmasına geniş şərait yaranır.
Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Azərbaycan dövlətinin müharibə təhlükəsi və terrorizmlə üzbəüz qaldığı zamanda şagirdlərin bu sahədə biliklərə yiyələnməsi məzmun xəttinin əsasını təşkil edir. Onlar taktika və müasir silahlar haqqında biliklərə, topoqafiya üzrə bacarıqlara yiyələnirlər.
Əldə olunan bacarıqlar, ilk növbədə, hərbi xidmətə gedəcək gənclərin cağırışaqədərki hazırlıq dövrü kimi əhəmiyyət daşıyır. Tez bir zamanda ümumi hazırlığa yiyələnməyə və ixtisas üzrə hazırlıq üçün daha az vaxt ayrılmasına imkan yaranır. Digər tərəfdən hərbi xidmət keçməyən insanlar üçün bu bilik və bacarıqlar müharibə (terrorizm) şəraitində özünü mühafizə etmək üçün faydalı olur. Şagirdlər tədqiqat aparmaq, mühakimə yürütmək və qərar qəbul etməklə yanaşı, ünsiyyət qurmaq, öyrəndiklərini əlaqələndirmək və tətbiq etmək bacarıqlarına yiyələnirlər. Müxtəlif xarakterli fövqəladə halların meydana çıxması insanların həyat və sağlamlığına, genetik fonduna ciddi təhlükə yaradır. İnsanlar öz həyatlarını qorumaq məcburiyyəti qarşısında qalırlar. Bu məzmun xətti üzrə bacarıqlar baş verə biləcək təbii fəlakətlərə və texnogen qəzalara insanların tam orta təhsil səviyyəsində hazırlanmasına şərait yaradır.
Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Nəzərdə tutulan məzmun xətti istər müharibə, istərsə də sülh şəraitində baş verə biləcək fövqəladə hadisələr zamanı xəsarət alanlara və zərər cəkmişlərə göstəriləcək ilk tibbi yardım kimi dəyərləndirilir, şagirdlərin sağlam həyat tərzinin təşkili haqqında bilik və bacarıqlara yiyələnməsinə, əqli və fiziki cəhətdən inkişaf etdirilməsinə geniş imkanlar yaradır. Onlarda xəstələrə (yaralılara) humanistcəsinə yanaşmaq, əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək təmənnasız tibbi yardım göstərmək keyfiyyətləri tərbiyə edir.
1.3. Fəaliyyət xətləri və standartları
“Çağırışaqədərki hazırlıq” fənni üzrə aşağıdakı fəaliyyət xətlər müəyyənləşdirilir:
· problemin müəyyənləşdirilməsi və həlli;
· ünsiyyətqurma;
· əlaqələndirmə;
· mühakiməyürütmə və əsaslandırma;
· təqdimetmə.
Fəaliyyət xətləri məzmun xətlərinin hər biri ilə əlaqəlidir. Bu xətlər məzmun üzrə biliklərin əldə edilməsi və istifadəsi yollarını müəyyənləşdirmək, onları realizə etmək məqsədi daşıyır və şagirdlərə istiqamətləndirilir.
Şagird “Çağırışaqədərki hazırlıq” fənnindən yiyələnəcəyi məzmuna müxtəlif fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyət zamanı problemləri həll etmək üçün çağırışaqədərki hazırlıq məsələlərinin müzakirəsində iştirak edir, əldə etdiyi məlumatları əlaqələndirir, mühakimə yürüdür, fikirlərini əsaslandırır, biliklərini müxtəlif yollarla təqdim edir.
Problemin müəyyənləşdirilməsi və həlli
Şagird:
· çağırışaqədərki hazırlıqda problemləri görür və yeni biliklər əldə edir;
· problemlərin həlli üçün müvafiq yanaşmalardan və strategiyalardan istifadə edir;
· problemlərin həlli prosesinə nəzarət edir və bu barədə mülahizə yürüdür.
Ünsiyyətqurma
Şagird:
· ünsiyyət vasitəsilə mülahizələrini bölüşür və ümumiləşdirir;
· mülahizələri barədə yoldaşlarına, müəllimə və başqalarına məlumat verir;
· başqalarının mülahizələrini və strategiyalarını təhlil edir və dəyərləndirir;
· hərbiyə aid məsələləri dəqiq ifadə etmək üçün hərbi terminlərdən istifadə edir.
Əlaqələndirmə
Şagird:
· hərbi biliklər, hadisələr arasındakı əlaqələri görür və onlardan istifadə edir;
· hərbi sahədə bilikləri və təklifləri bir-biri ilə ardıcıl əlaqələndirir və onları əsaslandırır;
· hərbi bilikləri digər sahələrdə tətbiq edir.
Mühakiməyürütmə və əsaslandırma
Şagird:
· mühakiməyürütmə və əsaslandırmanı əsas üsul kimi qəbul edir;
· fərziyyələr irəli sürür;
· müxtəlif tip mühakimə və əsaslandırma üsullarını seçir, onlardan istifadə edir.
Təqdimetmə
Şagird:
· təklifləri formalaşdırmaq, yazmaq və əlaqələndirmək üçün təqdimatlardan istifadə edir;
· problemlərin həlli üçün hərbi təqdimat formaları seçir və tətbiq edir;
· hərbi və həyati məsələləri modelləşdirmək və təsir etmək üçün təqdimatlardan istifadə edir.
1.4. Məzmun xətləri üzrə təlim nəticələri
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
· Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi, strukturu və başqa silahlı birləşmələr haqqında məlumatları şərh edir;
· hərbi xidmət haqqında qanunun və nizamnamələrin tələblərini şərh edir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
· Azərbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında olan hərbi texnika, silah və sursatlar haqqında zəruri məlumatlara malik olduğunu nümayiş etdirir;
· topoqrafik vərdişlərə yiyələndiyini nümayiş etdirir;
· sıra təlimi elementlərinə və fiziki hazırlıq üzrə normativlərə uyğun bacarıqlar nümayiş etdirir;
· kütləvi qırğın silahlarının törətdiyi və müxtəlif xarakterli fövqəladə hadisələrlə əlaqədar yaranmış vəziyyətlərdə üsul və vasitələrdən qaydalara uyğun istifadə edir;
· mülki müdafiəyə aid normativləri yerinə yetirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
· yaralanma və zədələr zamanı zəruri olan ilk tibbi yardım vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
1.5. Siniflər üzrə təlim nəticələri və məzmun standartları
X sinif
Х sinfin sonunda şagird:
· Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı, dövlət və hərbi atributları, Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə bilikləri, Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir;
· daxili xidmət, qarnizon və qaravul xidməti, sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir;
· müasir ümumqoşun döyüşü, döyüşün növləri, motoatıcı manqanın təşkili, döyüş imkanları, atıcı silahlar və əl qumbaralarının təyinatını, onların taktiki-texniki xassələrini, zirehli döyüş texnikaları haqqında bilikləri və onlardan istifadə qaydalarını şərh edir;
· ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutlarla hərəkəti tətbiq edir;
· fövqəladə hadisələr zamanı mülki müdafiə dair biliklər nümayiş etdirir.
· sağlam həyat tərzinə, bütün növ fövqaladə hadisələr zamanı ilk tibbi yardım göstərməyə dair bilik və bacarıqlar nümayiş edir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət müdafiəsinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
2. Həyat fəaliyətinin təhlükəsizliyinin təminatı.
Şagird:
2.1. Müasir ümumqoşun döyüş ü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş və döyüş təminatı növlərini izah edir.
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə biliklərini nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimat edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdrir.
2.2.3. Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəy ə dair biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında biliklərini nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Bioloji vasitələrdən, yoluxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
XI sinif
ХI sinfin sonunda şagird:
· Azərbaycan Silahlı Qüvvələrinin yaranması, tarixi, inkişafı, strukturu, qoşun növləri, vəzifələri, hərbi nizamnamələrin ümumi müddəalarının, (qarnizon qarovul xidməti, sıra, intizam, daxili xidmət nizam namələrinin) tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir;
· müasir ümumqoşun döyüşünün təşkili, döyüş təminatı, motoatıcı tağımın təşkili və döyüş imkanları haqqında biliklərini şərh edir;
· atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət barədə, mühəndis maneələr haqqında, mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir, zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir;
· topoqrafik xəritələr və onlardan istifadəyə dair təqdimatlar edir;
· fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir ;
· müxtəlif fərdi mühafizə vasitələrindən, radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə bacarıqları nümayiş etdirir;
· s ağlamlığın mühafizəsi haqqında təqdimat edir;
· ilk tibbi yardıma dair qaydaları tətbiq edir;
· radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir;
· yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair bilik və bacarıqlar nümayiş etdirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
Şagird:
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə təqdimat edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1. Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
2. Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
Şagird:
2.1. Müasir ümumqoşun döyüşü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüşünün təşkili və döyuş təminatı (kəşfiyyat, mühəndis təminatı) haqqında təqdimat edir.
2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına əməl edir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını izah edir.
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimat edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə edir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
2.4.2. Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji, bakterioloji) dağıdıcı vasitələri və onlardan mühafizə üsullarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5 .2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir.
3. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
Şagird:
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlamlığın mühafizəsi haqqında təqdimat edir.
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikası və ilk tibbi yardım qaydalarına əməl edir.
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
3.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
1.6. Fəndaxili və fənlərarası inteqrasiya
Təhsilin məzmununa daxil edilən fənlərarası və fəndaxili əlaqələr Təhsil Sektorunun inkişaf layihəsi çərçivəsində inteqrativ kurikulumun əsas tərkib hissələrindən biridir.
Təcrübəli müəllimlərin fikrincə, inteqrativ təlim bacarığı olmadan hər hansı bir fənnin tədrisində müvəffəqiyyət əldə etmək mümkün deyil. Şagirdlərə dayanıqlı və kompleks şəkildə biliklər vermək, onların dünyagörüşünü genişləndirmək, şagird təfəkkürünün inkişafında tədqiqatçılığa meyl yaratmaq, qazanılan nəzəri bilikləri praktik olaraq həyata tətbiq etmək və s. bacarıqların formalaşdırılmasında inteqrativ kurikulumun əhəmiyyəti əvəzedilməzdir.
Cəmiyyətdə və təbiətdə daima inteqrasiya mövcud olmuşdur. Məsələn, hər hansı peşə sahibi müəyyən işin həyata keçirilməsində müxtəlif bacarıqlardan istifadə edir və ya görəcəyi işin digər məsələlərə təsirini müəyyənləşdirə bilir.
“Çağırışaqədərki hazırlıq” fənninin tədrisində təbiət, ictimai və texniki fənlərlə əlaqələrin qurulması inteqrativlik baxımından onun didaktik əhəmiyyətini artırır, müxtəlif fənlərlə qarşılıqlı fəaliyyətin təmin olunmasına imkan yaradır.
“Çağırışaqədərki hazırlıq” fənninin inteqrativ təlimi şagirdlərdə:
· sərbəst düşünməyə;
· qruplarda işləməyə;
· müzakirələrdə öz möv q eyini bildirməyə;
· layihələr hazırlamağa;
· mövzunun aktuallığını əsaslandırmağa;
· mövzunun əhəmiyyətinə, digər sahələrə tətbiq edilməsinə və s. imkan yaradır.
“Çağırışaqədərki hazırlıq” fənninin inteqrativ təlimi müəllimin də fəaliyyətini mahiyyət etibarı ilə dəyişir. Onun aşağıdakı istiqamətlərdə imkanlarını genişləndirir:
· məsələlərin həllinə kompleks yanaşmaq;
· mövzular arası əlaqələri yaratma q;
· şagird bacarığının inkişafına diqqət yetirmək;
· şagirdlərə hər hansı mövzuya dair biliklərin sistemli şəkildə artan sırasını müşahidə etmək;
· təlim prosesini qiymətləndirmək və s .
Fəndaxili və fənlərarası i nteqrasiya cədvəli
X sinif
XI sinif
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmas və inkişafını barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıyır və onları şərh edir.
Az.tarix:2.1.1;3.1.1; 3.1.2;4.1.2.
İnf.: 3.3.1; 3.3.2; (IX sinif)
Hb.: 2.3.1. (II sinif)
1.1.1 Azərbaycan Silahlı Qüvvələrinin yaradılması, tarixi və inkişafı haqqında təqdimat edir.
Az.tarix.: 3.1.1; 3.1.2; 4.1.1 ; 4.1.2.
İnf.: 3.3.1; 3.3.2. (XI sinif)
1.1.2. Azərbaycan Silahlı Qüvvələri və başqa silahlı birləşmələr barədə təqdimat edir.
İnf.: 3.3.2.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin, qoşun növlərinin struktru və vəzifələri barədə təqdimat edir.
İnf.: 3.3.2.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri üzrə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəalarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2
1.2.1.Hərbi nizamnamələrin müddəalarının yerinə yetirilməsinə dair təqdimat edir.
H-b. 2.4.1;2.4.2.(IV sinif)
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tətbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
H-b. 2.4.1;2.4.2;3.1.1(IVsinif)
1.3 . 1. Daxili xidmət nizamnamələri haqqında təqdimat edir.
Fiz.tərb.: 2.1.1; 2.3.1 1 .3.2.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
H-b. 2.4.1; 2.4.2; 3.1.1 (IVsinif)
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
H-b. 2.4.1; 2.4.2 (IVsinif)
2.1. Müasir ümumqoşun döyüş ü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1. Müasir ümumqoşun döyüş ü üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüş növlərini və döyüş təminatı növlərini izah edir.
İnf.: 3.3.1; 3.3.2
2.1 .1.Müasir ümümqoşun döyüşünün təşkili və döyuş təminatı (kəşfiyyat,mühəndis təminatı) haqqında təqdimat edir.
İnf.: 3.3.1; 3.3.2
2.1.2. Motoatıcı manqanın təşkili və döyüş imkanları haqqında biliyini nümayiş etdirir.
İnf.: 3.3.1; 3.3.2.
2.1.2. Motoatıcı tağımın təşkili və döyüş imkanlarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2. Müasir döyüş vasitələri üzrə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimatlar edir.
İnf.: 3.3.1; 3.3.2.
2.2.1.Atıcı silahlardan istifadə və onlara texniki xidmət qaydalarına edir.
2.2.2.Manqanın mövqeyinin mühəndis təminatı üzrə biliklər nümayiş etdirir.
İnf.: 3.3.1; 3.3.2.
2.2.2.Mina-partlayış qurğularının ümumi quruluşunu, tətbiqi üsullarını şərh edir.
İnf.: 3.3.1; 3.3.2.
2.2.3.Zirehli döyüş texnikaları haqqında biliklərini şərh edir.
2.2.3. Zirehli döyüş texnikaları ilə mübarizə üsulları barədə təqdimatlar edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti tətbiq edir.
C.2.1.2., H-b. 1.2.2.
2.3.1. Topoqrafik xəritlərdən istifadə edir.
C. 2.1.2., H-b. 1.2.2.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafiəyə dair biliklər nümayiş etdirir.
2.4. Fövqəladə hadisələr zamanı mülki müdafinin dair bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
İnf.: 3.3.1; 3.3.2
H-b. 4.3.1; 4.3.2; 4.3.3
2.2.4.1.Fövqəladə hadisələr zamanı mülki müdafiənin təşkilinə dair təqdimat edir.
İnf.: 3.3.1; 3.3.2
H-b. 4.3.1; 4.3.2; 4.3.3 (IVsinif)
2.4.2.Təbii fəlakətlər haqqında biliklərini şərh edir.
2.4.2.Təbii fəlakət zonalarında əhalinin hərəkəti və mühafizəsi barədə təqdimat edir.
2.4.3. Kütləvi qırğın silahları və onların dağıdıcı vasitələri haqqında biliklərini şərh edir.
2.4.3. Kütləvi qırğın silahlarının növlərinin (nüvə, kimyəvi və bioloji bakterioloji) dağıdıcı vastələri və onlardan mühafizə üsullarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5. Mühafizə vasitələrindən istifadə edir.
2.5.1. Fərdi mühafizə vasitələri haqqında biliklərini şərh edir.
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Kollektiv mühafizə vasitələri haqqında biliklərini nümayiş etdirir.
2.5 .2. Radiasiya nəzarət və kimyəvi kəşfiyyat cihazlarindan istifadə edir.
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
3.1.1. Sağlam həyat tərzini təşkil edən amillər haqqında bilikləri nümayiş etdirir.
F. 1.1.1; 1.1.2; 3.1.1;3.1.2
İnf.: 3.3.1; 3.3.2
3.1.1.S ağlamlığın mühafizəsi
haqqında təqdimatlar edir.
İnf.: 3.3.1; 3.3.2
3.2. İlk tibbi yardım göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2. İlk tibbi yardımın göstərilməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
3.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2
3.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasını və ilk tibbi yardım qaydalarına əməl edir.
3.2.2.Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2
3.2.2. Radioaktiv və kimyəvi maddələrdən zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
İnf.: 3.3.1; 3.3.2 F. 3.1.1
3. 2.3.Bioloji vasitələrdən və yolxucu xəstəliklərdən mühafizə qaydalarına əməl edir.
F-t.: 1.1; 1.2.3.
B.: 3.2.1; 3.2.2.
3 . 2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizəyə dair təqdimat edir.
F-t.: 1.1; 1.2.3.
B.: 3.2.1; 3.2.2.
H-b.4.1.1; 4.1.2
II. Təlim strategiyaları
2.1. “Çağırışaqədərki hazırlıq” təliminin təşkilinə verilən tələblər:
Müasir dövrdə təlim daha çox fəal xarakter daşıması ilə izah olunur. Orada şagirdlərin marağına səbəb olmaqla onu təmin etmək, idraki fəaliyyətin inkişafını stimullaşdırmaq vacib hesab edilir.
Fəal təlimi ilk növbədə, demokratik təhsil mühitinin yaradılmasını şərtləndirir. Demokratik təhsil mühiti öz növbəsində müəllim və şagirdin yaradıcı fəaliyyətinə imkan yaradır.
Demokratik mühit müəllim və şagirdlərlər qarşısında eyni tələblər qoyur. Onlar aşağıdakılardan ibarətdir.
Müəllimi
Şagirdlər
· Fikirlərini şifahi, yazılı ifadə etmək, diskussiya aparmaq öz rəyini müdafiyə etmək.
· Nəzərdə tutulduğu ideya, təklif və yeniliyi həyata keçirmək, onların şagirdlərin əqli, psixoloji durumuna müsbət təsirini əsaslandırmaq
· Hər hansı qərarın qəbul edilməsində məktəb rəhbərliyindən kömək gözləmək
· Digər fənn müəllimlərinin fəaliyyətinə hörmətlə yanaşmaq
· Özlərini şəxsiyyət saymaq, fikirlərinin diqqətlə dinlənilməsini tələb etmək.
· Qrup halında birləşərək hər hansı məsələnin həllində bir g ə qərar çıxarmaq, onu müdafiə etmək, məktəb rəhbərliyi qarşısında təqdim etmək
· İnsan (uşaq) hüquqları haqqında təlimatları əldə etmək və öz hüquqlarını qorumaq
· Müstəqil və yaradıcı fəaliyyətlərinə görə həvəsləndirilmək.
Fəal təlimin prinsipləri
“Çağırışaqədərki hazırlıq” fənni üzrə təlim aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:
“Çağırışaqədərki hazırlıq” fənni:
a) şagirdyönümlüdür – belə ki, əqli qabiliyyətindən asılı olaraq şagirdin imkanları nəzərə alınır, dərs şagirdlərin maraq və təl ə batlarına uyğ u nlaşdırılır, dərsdə şagirdi həvəsləndirən ştrixlər maraqlı hərbi məlumatlar (la əsaslandırılır) qabarıqlaşdırılır;
b) tədqiqatyönümlüdür – şagirdlər ö zlərinə lazım olan məlumatl a rı müxtəlif mənbələrdən, sxem, diaqram, cədvəl və xəritələrdən əldə edir, onları ümumiləşdirir, müqa y isə edir, eləcə də yaşadığı mühitə dair məlumatları əlavə edir;
c) inkişafyönümlüdür – təlim şagirdin özünün müstəqil olaraq məlumat əldə etməsinə, onları ümumiləşdirməsinə, alınan materialı sərbəst şəkildə təqdim edə bilməsinə əsaslanır;
d) proqnoz vermək – təlim şagirdlərin dərsin məzmununa dair əldə etdiyi məlumatlar əsasında gələcək üçün fəaliyyət proqramı verə bilməsinə , müharibələr, ölkənin müdafiəsi, hərbi məlumatlar əsasında (sosial) ekoloji , iqtisadi və torpaqların azad edilməsi haqqında proqnozlar verməsinə əsaslanır;
e) çeviklik– cəldlik – şagird əldə etdiyi hərbi bilikləri daha tez tətbiq etmək, (məsələn, xəritə üzərində torpaqların azad edilməsi haqqında obyektlərin yerini göstərmək və yaşadığı yer ilə müqayisə etmək), şərti işarələrə əsasən kartoqrafik təsvirlər üzərində marşrut seçmək qabiliyyətinə yiyələnir;
t) «müəllim- şagird» «şagird-şagird» münasibətininin qurulması -şagirdlər dərsin məzmununu zənginləşdirmək üçün « komanda » vermək , müşahidəçi (komandir kimi) olaraq hazırlığı yoxlamaq , sıra monitorinq i (baxışı) keçirmək bacarıqlarını (vərdişlərini) inkişaf etdirirlər;
2.2. Təlimin təşkilinin forma və üsulları barədə tövsiyələr
“Çağırışaqədərki hazırlıq” fənnin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: fərdi iş, cütlərlə iş, qruplarla iş və kollektiv də iş,. Hər bir təlim forması dərsin məqsədindən asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur. Hər bir təlim forması nəzərdə tutulan nəticənin alınması istiqamətində dərsin məqsədindən asılı olaraq seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.
Fərdi iş – Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi üçün real imkanlar yaradır.
Cütlərlə iş – Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti bölüşməyə (formalaşdırşağa) optimal imkan yaradır.
Qruplarla iş – şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu prosesdə onların müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək və birgəfəaliyyət bacarıqları inkişaf edir.
Kollektivdə işləməklə, kollektiv fəaliyyət bacarığının bünövrəsi qoyulur, şagirdlərdə ünsiyyətyaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Tədris prosesini aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa olan həvəsi artırmaq hər bir ”Çağırışaqədərki hazırlıq” müəlliminin fəaliyyətinin əsas məqsədinə çevrilməlidir. Sadalanan məqsədləri həyata keçirməyi qarşıya qoyan hər hansı bir müəllim şagirdləri fəal təlimə cəlb edə bilən metod, texnika və üsullarla yaxından tanış olmalı, iş prosesində qarşıya çıxan çətinlik və çatışmazlılıqları aradan qaldırmaq yollarını bilməli, habelə tətbiq olunan metodların əhəmiyyətini başa düşməlidir. Fəal təlim metodları ilə işləmək üçün müəllimin şəxsi keyfiyyətləri: təşkilatçılıq qabiliyyətləri, hərbi hazirlıq üzrə bilik ( bu zaman həm də digər fənlərə dair biliklər də nəzərdə tutulur) səviyyəsi və s. əsas şərtlərdəndir.
Hərbi rəhbərin pedaqoji ustalığı tək öz fənnini mükəmməl bilməsindən ibarət deyil, həm də metodlardan, üsullardan və təlim vastələrindən müstəqil və inamlı istifadə bacarığından ibarətdir.Təlim metodu dedikdə təlim prosesində müəllimlə (hərbi rəhbərlə) şagirdlər arasında birgə işin necə təşkil edilməsi nəzərdə tutulur.Təlim metodu təlimin ümumi məqsədi və tapşırığı əsasında təşkil olunur. Hər bir metod əlaqəli təlim üsullarından (priyomlardan) ibarətdir. Təlim üsulu təlim metodunun detalları kimi özünü göstərir. Nəql təlim metodu, yəni nəql planının çatdırılması şagirdlərin diqqətinin müəyyən istiqamətdə yönəldilməsi üsuludür. Hərbi rəhbər müxtəlif təlim vasitələrindən istifadə etməklə təlim metodunun seçilməsində geniş imkana malik olur.Təlim vasitələri- təlim kitabları və başqa təlim məlumat mənbələri vasitəsilə hərbi rəhbər təlim prosesini təşkil edir, şagirdlər isə bilik və bacarıq əldə edirlər.
Təlim vasitələrinə aşağıdakılar aiddir: hərbi rəhbərin sözləri, kitab və dərsliklər, əyani vasitələr, hərbi təlim vəsaitləri, təlim üzrə slaydlar, radio, televiziya, kompyutor və. s. Çağırışaqədərki hazırlıq təlimi prosesində müxtəlif təlim metodlarından istifadə olunur, onlar üç qrupa bolünür: sözlü, göstəri və prktik. Əsas təlim metodu məlumatın şifahi şərhi nəql, izah, mühazirə), müsahibə, göstərmə, çalışmalar, müstəqil iş.
1. ŞİFAHİ ŞƏRH nəql, izah, mühazirə üsulları vasitəsilə şagirdlərə yeni materialın çatdırılmasında ən üstün metod kimi istifadə olunur.
İzah dedikdə ayrı-ayrı fikirlərin, qanunların, qaydaların, hadisələrin, silah və sursatların iş prinsiplərinin sözlə çatdırılması nəzərdə tutulur. Hər hansı bir silahın iş prinsipini çalışma yolu ilə oyrətməzdən əvvəl, müəllim (hərbi rəhbər) onun əsaslarını izah etməlidir.
Nəql yeni məlumatın hekayə, rəvayət üslubunda şərhi deməkdir o, tez-tez müsahibə və izahla birləşdirilir. Çağırışaqədərki hazırlıq fənninin bölmələrinin çoxunda yeni məlumatların şərhi nəql metodu ilə həyata keçirilir.
Mühazirə yeni məlumatların şərhi metodu kimi böyük mövzularda istifadə olunur məsələn, Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı. Mühazirə, nəql və izahdan daha uzunmuddətlidir. Bu, müasirliklə əlaqəli əlavə məlumatlardan istifadə etməklə mövzunun tam izah edilməsilə fərqlənir. Mühazirə zamanı şagirdlərdən dərsə ciddi diqqət yetirmək. Hərbi rəhbərdən isə səlist danışıq tələb olunur.
2. MÜSAHİBƏ sual-cavab təlim metodudur və təlim prosesinin bütün mərhələlərində həyata keçirilə bilər. Müsahibənin dörd əsas növü vardır: yeni biliklərin verilməsi, biliyin möhkəmləndirilməsi, biliyin yoxlanılması və qiymətləndirilməsi, keçilən mövzuların təkrarı.Yeni biliyin verilməsində müsahibə induktiv və ya deduktiv yolla aparıla bilər. Müsahibə mürəkkəb təlim metodlarından biridir. Müsahibənin gedişində suallar ciddi və məntiqi ardıcıllıqla qoyulmalı və araşdırılmalıdır. Hərbi rəhbər müsahibənin məzmun və məqsədinə uyğun əsas sualları şagirdlərin bilik səviyyəsinə uyğun hazırlamalı, cavablar birbaşa deyilməməli, suallara hə və ya yox kimi qısa cavablar məhdudlaşdırılmalıdır. Müsahibə elə məqsədyönlü təşkil olunmalıdır ki, bütün şagirdlər cavab üçün hazırlaşsın. Elə bu məqsədlə də sual bütün sinfə verilir, müəyyən fasilədən sonra şagirdlərdən biri cavab üçün çağırılır və beləliklə, çağırışla cavabvermə ilə öz istəyilə cavabvermə uyğunlaşdırılır, əsas cavaba əlavələr istifadə sagirdlərin təşəbbüskarlığı artırılır. Yeni məlumatın şifahi şərh formasında olmasından asılı olmayaraq o, məzmunun etibarlılığı ilə fərqlənməlidir (elmi baxımdan faktların dəqiqliyi və məzmun aydınlığı).Taktiki məlumatların bacarıqla seçilməsi, dəqiq və dəlillərlə zəngin, məntiqi ardıcıllıqlı, əyanilik,məzmunlu, emotsional, səlis və aydın danışıq müsahibə metodunun əsas əlamətləridir. Yeni məlumatların şərhi, müvafiq ümumləşdirmələr, nəticələrlə, qiymətləndirmə və sagirdlərə tövsiyyə ilə yekunlaşdırılır.
Nümayiş bir çox üsul və hərəkətləri özündə cəmləşdirir ki, bunların köməyilə şagirdlərdə öyrəndikləri məsələ barədə əyani təsəvvür yaradır silahlar, sursatlar, döyüş texnikaları, mülki müdafiə cihazları haqqında dolğun təsəvvür yaradır. Çağırışaqədərki hazırlıq dərslərində nümayiş metodundan daxili və qaravul xidmətinin aparılması, sıra hazırlığı elementlərinin(silahlı, silahsız) öyrənilməsi, ərazidə taktiki hazırlıq dərslərində, çox geniş istifadə olunur. Şifahi şərh prosesində və eləcədə ballastika elementlərinin təcrübəsinin öyrənilməsində, təsviri, qrafiki və həcmli əyanilik kimi müxtəlif vasitələr nümayişin çox növlülüyünə xidmət edir. Üsul və hərəkətlərin şəxsən hərbi rəhbər tərəfindən izahı təlimatlandırılmış manqa komandirləri və dərs əlaçıları tərəfindən göstərilə, yerinə yetirilə bilər. Hərbi rəhbərin şəxsən göstərdiyi sıra üsulları, silahla hərəkətlər, və taktiki hazırlıq üzrə elementlər şagirdlər üçün bilik mənbəyi və təqlid nümunəsi ola bilər. Bu dərs metodunun gedişində usul və hərəkətlər hissə-hissə göstərilir və qısa izahatlarla müşayiət olunur. Bu dərslərdə hərbi rəhbərin düzgün hərbi geyimi davranışı,səliqəliliyi, intizamlılığı şagirdlərdə Azərbaycan Silahlı Qüvvələrində xidmətə və zabit peşəsinə yiyələnməyə marağını artıracaq.
Çalışma metodu, dəfələrlə düşünülmüş və təkrarı mürəkkəb, şagirdlərdə bilik və bacarıgı təkmilləsdirici proqramla müəyyənləşdirilmiş üsul və hərəkətləri özündə cəmləşdirir. Məşqlər çalışmanın növ müxtəlifliyidir, onlar formalaşmış bilik və bacarıqların təkmilləşdirilməsi və möhkəmləşdirilməsinə xidmət edir. Onların yerinə yetirilməsində lazımi və müvafiq pedeqoji tələblərə riayət olunmalıdır. Şagirdlər tərəfindən bu və ya digər priyom və hərəkətlərin yerinə yetirilməsi mexaniki deyil düşünülmüş olmalıdır. Əgər şagirdlər çalışmanın və məşqələnin məqsədini və mahiyyətini yaxşı bilsələr, bu halda onlar təşəbüskarlıqla, yaradıcılıq və maraqla ona yanaşacaq və dəqiq yerinə yetirəcəklər.
3. Kitabla (üzərində) iş ən geniş yayılmış təlim üsulu kimi TƏLM MATERİALLARININ MÜSTƏQİL ÖYRƏNİLMƏSİ kimi başa düşülür. O, dərin və möhkəm biliyin əldə edilməsində böyü əhəmiyyətə malikdir. Hərbi rəhbər şagirdlərə müstəqil hazırlıq məqsədilə sinifdə və ya evdə işləməsindən asılı olmayaraq mənbələr və üsulları göstərməli təlimatlandırmalıdır. Çqğırışaqədərki hazırlıq ərslərində müstəqil hazırlığa xüsusi vaxt ayrılır. Müstəqil hazırlığın məlumat mənbələri aşağıdakılardır: kitab, qəzet, jurnal, radio, televiziya, və ən əsası internet saytlarıdır. Müxtəlif təlim metodları əsasında birbaşa əlaqə vardır. Metodun müvəffəqiyyətlə əlaqələndirmək müəllimdən xüsusi pedoqoji ustalıq tələb edir. Bir çox hallarda şifahi şərh metodu nümayişlə, çalışma göstərmə ilə, göstərmə isə izahla uyğun gəlir. Təlim metodlarının efektivliyi tək məzmun uyğunluğu və təlim prosesinin formasından deyil, bütün pedeqoji prinsiplərin düzgün həyata keçirilməsindən asılıdır. Təlim metodunun seçilməsində şagirdlərin mənsubiyyəti, hazırlıq səviyyəsi, dərsə ayrılan vaxt, təlim tədris bazasının səviyyəsi, əyani vastələrlə təchizat, təlim yerinin seçilməsi və hazırlanması böyük əhəmiyyət kəsb edir.
4. Müzakirələr (disskussiyalar) şagirdlərdə məlumat və ideyaların təşkil olunması, fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və ideyaların aydınlaşdırılması, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ fikirlərin əsaslandırılması, proqnozların verilməsi, informasiyanın həyati əhəmiyyətinin üzə çıxarılması, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s. məqsədi ilə həyata keçirilən – fikir mübadilələridir.
HƏR ŞEY VƏTƏN ÜÇÜN .
HƏR ŞEY VƏTƏN ÜÇÜN ! Bloqu GÇH Rəhbərlərinə kömək məqsədilə yaradılmışdır.
Ehtiyyatda olan zabit Vasif RAMAZANOVUN FƏNN KURİKULUMU VƏ VƏTƏNPƏRVƏRLİK BLOGUNA XOŞ GƏLMİSİNİZ!
Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi
2017-2018-ci tədris ilinə ölkənin ümumi təhsil məktəblərinin 10-cu siniflərinin istifadəsi üçün nəzərdə tutulan, ilk dəfə olaraq yeni təhsil proqramları (kurikulumları) əsasında tərtib edilmiş dərsliklərə və həmin dərsliklər üzrə müəllimlərin işləməsi üçün hazırlanmış metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi prosesinə başlanılıb.
Bu məqsədlə həmin dərslik və metodik vəsaitlərin layihələri www.trims.edu.az saytının “İctimai müzakirə” bölməsində yerləşdirilir və yaxın müddətdə bütün layihələrin saytda yerləşdirilməsi başa çatacaqdır.
Sayta daxil olaraq “İctimai müzakirə” bölməsində yerləşdirilmiş istənilən dərslik və metodik vəsaitin PDF variantı ilə tanış olmaq, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazmaq mümkündür.
İrad və təkliflər derslik@edu.gov.az elektron poçtuna göndərilməklə də bildirilə bilər.
Təhsil Nazirliyi geniş ictimaiyyəti – sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların göndərilməsində fəal olmağa dəvət edir.
Çağırışaqədərki hazırlıq fənni üzrə ümumi təlim nəticələri Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasını və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Dövlət və hərbi atributları tanıdığını və mahiyyətini bildiyini nümayiş etdirir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturu və vəzifələri barədə təqdimatlar edir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktlarının hərbi xidmətə aid müddəlarını şərh edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Sıra və intizam nizamnamələrinin ümumi müddəalarını şərh edir.
1.3.2. Daxili Xidmət, qarnizon və qaravul xidməti nizamnamələrinin ümumi müddəalarını şərh edir.
2.Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı .
2.1. Müasir ümumqoşun döyüşü üzrə biliklər nümayiş etdirir.
2.1.1. Müasir ümumqoşun döyüşünün növlərini və döyüş təminatını izah edir.
2.2. Müasir döyüş vasitələri barədə bilik və bacarıqlar nümayiş etdirir.
2.2.1. Atıcı silahların və əl qumbaralarının taktiki-texniki xassələri barədə təqdimatlar edir.
2.2.2. Manqanın mövqeyinin mühəndis təminatı barədə biliklərini şərh edir.
2.3. Topoqrafiya üzrə bacarıqları nümayiş etdirir.
2.3.1. Ərazidə xəritəsiz səmtləşmə üsullarını və azimutla hərəkəti şərh edir.
2.4. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi haqqında biliklər nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələri təsnif edir.
2.4.2. Kütləvi qırğın silahları haqqında biliklər nümayiş etdirir.
2.5. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.5.1. Fərdi mühafizə vasitələrindən istifadə edir.
2.5.2. Kollektiv mühafizə vasitələrindən istifadə edir.
4. Tibbi biliklər və ilk tibbi yardım qaydaları
4.1. Sağlam həyat tərzi üzrə biliklər nümayiş etdirir.
4.1.1. Sağlam həyat tərzinin tərkib hissələrini sadalayır.
4.2. İlk tibbi yardımın göstərilməsi barədə bacarıqlar nümayiş etdirir.
4.2.1. Yaralanma və bədbəxt hadisə zamanı zərərçəkənlərə ilk tibbi yardım göstərmək haqqında biliklərini şərh edir.
4.2.2. Radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək barədə biliklər nümayiş etdirir.
4.2.3. Bioloji vasitələr, yolxucu xəstəliklər haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
- Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının tarixi və inkişafı, struktur vəzifələri, hərbi nizamnamələrdəki ümumi müddəaları, qarnizon, qarovul xidməti və sıra təlimi qaydalarını nizamnaməyə uyğun şərh edir;
- hədəflərə uyğun mübarizə üsullarını müəyyənləşdirir;
- atıcı silahlardan istifadə qaydaları və onlra texniki xidmət barədə, mühəndis maneələr haqqında, minalar, onların ümumi quruluşu və istifadə qaydalarına dair təqdimatlar edir;
- topoqrafik xəritələr və onlardan istifadəyə dair təqdimatlar edir;
- fövqəladə hadisələr zamanı əhalini və obyektləri mühafizə qaydalarını şərh edir;
- sağlamlığa təsir edən amillər, yoluxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında təqdimatlar edir;
- fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasına və ilk tibbi yardıma dair qaydaları tətbiq edir;
- radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərir.
1. Dövlət təhlükəsizliyinin tarixi və hüquqi əsasları
1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması və inkişafı barədə bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının tarixi və inkişafı haqqında təqdimatlar edir.
1.1.2. Azərbaycan Silahlı Qüvvələrinin strukturunu və vəzifələri haqqında biliklərə malik olduğunu nümayiş etdirir.
1.2. Vətənin müdafiəsində vətəndaşın vəzifələri barədə biliklər nümayiş etdirir.
1.2.1. Hərbi nizamnamələrin yerinə yetirilməsinin məsuliyyətini dərk edir.
1.3. Silahlı Qüvvələrin ümumqoşun nizamnamələri tələblərinin tədbiqi və icrası üzrə bilik və bacarıqlar nümayiş etdirir.
1.3.1. Daxili xidmət nizamnaməsi haqqında təqdimat edir.
1.3.2. Sıra təlimi nizamnaməsinin tələblərini yerinə yetirir.
2.Həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı
2.1. Müasir ümumqoşun döyüşü üzrə biliklər nümayiş etdirir.
2.1.1. Hədəfləri təyin edərək mübarizə üsullarını izah edir.
2.1.2. Mühəndis maneələr haqqında anlayışlara malik olduğunu nümayiş etdirir.
2.2. Müasir döyüş vasitələri haqda biliklər nümayiş etdirir.
2.2.1. Atıcı silahlardan istifadə qaydaları və onlara texniki xidmət haqqında bilik və bacarıqlar nümayiş etdirir.
2.2.2. Mina-partlayış qurğularının ümumi quruluşu və tətbiqi üsullarını izah edir.
2.3. Topoqrafiya üzrə bacarıqlar nümayiş etdirir.
2.3.1. Topoqrafik xəritələrdən istifadə haqqında təqdimatlar edir.
2.4. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi haqqında bilik və bacarıqlar nümayiş etdirir.
2.4.1. Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsi qaydalarını izah edir.
2.4.2. Obyektlərdə mühafizə qaydalarını şərh edir.
2.5. Mühafizə vasitələrindən istifadə bacarıqları nümayiş etdirir.
2.5.1. Müxtəlif fərdi mühafizə vasitələrini fərqləndirir və onlardan istifadə edir.
2.5.2. Radiasiyaya nəzarət və kimyəvi kəşfiyyat cihazlarından istifadə bacarıqları nümayiş etdirir.
3.Tibbi biliklər və ilk tibbi yardım qaydaları
4.1. Sağlam həyat tərzi barədə biliklər nümayiş etdirir.
4.1.1. Sağlamlığın mühafizəsi haqqında təqdimatlar edir.
4.2. İlk tibbi yardımın göstərilməsi barədə bilik və bacarıq nümayiş etdirir.
4.2.1. Fövqəladə hadisələrdə zədələnmələrin profilaktikasını və ilk tibbi yardım qaydalarını tədbiq etmək haqqında biliklər nümayiş etdirir.
4.2.2. Radiasiya şüalanmaları və kimyəvi zədələnmələr zamanı ilk tibbi yardım göstərmək bacarıqları nümayiş etdirir.
4.2.3. Yolxucu xəstəliklərin profilaktikası və onlarla mübarizə haqqında biliklər nümayiş etdirir.
Kataloq: wp-content -> uploads -> 2017
Dostları ilə paylaş:
Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2023
rəhbərliyinə müraciət
Comments are closed, but trackbacks and pingbacks are open.