Press "Enter" to skip to content

Səyahət sığortası nədir və niyə lazımdır

Xaricdə istirahət edən zaman xroniki xəstəlikdən əziyyət çəkib həkimə müraciət etsəniz və bu xəstəlik barədə sığorta müqaviləsini bağlamamışdan öncə xəbəriniz varsa, tibbi sığorta xərclərinizi qarşılamayacaq. Bu qayda bütün xroniki xəstəliklərə, həm də ürək-damar sisteminin xəstəliklərinə aiddir. Sığortanın belə hallarda xərcləri öz üzərinə götürməməsi təbii haldır. Belə ki, əgər sizin hər hansı bir xroniki xəstəliyiniz varsa, siz özünüz lazım olan dərmanlar tədarükünü görməli, bütün riskləri nəzərə almalısınız. Tibbi sığorta yalnız öncədən bilmədiyimiz, anidən qarşımıza çıxan xəstəlik və ya zədələrin xərcini qarşılayır.

İcbari tibbi sığorta haqqı barədə nələri bilmək zəruridir?

Artıq bütün ölkə ərazisində icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Sistem yeni olduğundan icbari tibbi sığorta haqlarının ödənilməsi ilə bağlı həm vergi ödəyicilərində, həm də işəgötürənlərdə müəyyən suallar yaranır. Suallara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə aydınlıq gətirir.

– Nigar xanım, söhbətə mövzunun qanunvericilik aspektindən başlayaq: icbari tibbi sığorta haqları kimdən və hansı məbləğdə tutulur?

– “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına və Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər – fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri sığortalı qismində özləri çıxış edirlər. Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən, onlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Qanunun 15-2.2.3-cü maddəsinin müddəalarına əsasən, mülki-hüquqi müqavilələr əsasında mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər. Qanunun 15-10.1.4-cü maddəsinin müddəalarına görə, həmin sığortaolunanlar üzrə – gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Qanunun 15-10.1.6-cı maddəsinin müddəalarına əsasən, yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

“Tibbi sığorta haqqında” Qanunun 15-10.1.7-ci maddəsinin müddəalarına əsasən, aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığorta haqqı şəklində icbari tibbi sığorta fonduna ödənilməlidir.

– Tutaq ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahədə işləyən şəxs şərti olaraq 1750 manat əməkhaqqı alır. Onun əməkhaqqından tutulmalar nə qədər olacaqdır?

– Bu halda gəlir vergisi (əsas iş yeri olduğu halda), məcburi dövlət sosial sığorta (MDSS), işsizlikdən sığorta (İS), icbari tibbi sığorta (İTS) haqları aşağıdakı qaydada hesablanacaq.

Gəlir vergisi – 0 manat (8000 manatadək olduğu üçün)
Sığortaedənin hesabına MDSS haqqı = (1750-200)*15% + 44 = 276,5 manat
Sığortaolunanın hesabına MDSS haqqı = (1750-200)*10% + 6 = 161 manat
Sığortaedənin hesabına İS haqqı = 1750*0,5%=8,75 manat
Sığortaolunanın hesabına İS haqqı = 1750*0,5%=8,75 manat
Sığortalının hesabına İTS haqqı = (1750*1%)=17,5 manat
Sığortaolunanın hesabına İTS haqqı = (1750*1%)=17,5 manat.

– Muzdlu işlə əlaqədar icbari tibbi sığorta haqlarına hansı gəlirlər cəlb olunur?

– İcbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusundan ibarət məbləğdən hesablanır.

– Bəs kimlər icbari tibbi sığorta haqqını ödəməkdən azaddır?

– “Tibbi sığorta haqqında” Qanunun 15-2.3-cü maddəsinə əsasən, bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

– VÖEN-lə çalışan fərdi sahibkarlar bəzi hallarda ilin bütün aylarında gəlir əldə etmirlər. Bəs onlar İTS haqqını necə ödəməlidirlər? VÖEN bağlı olarsa, ödəniş tutulurmu?

– “Tibbi sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına və Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən onlara minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Göründüyü kimi, vergi uçotuna alınmış fiziki şəxslər əldə etdikləri gəlirdən asılı olmayaraq minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqlarını ödəməlidirlər. Deyilənləri ümumiləşdirsək, fəaliyyəti aktiv olmayan vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqlarının ödənilməsi nəzərdə tutulmayıbdır.

– Əvvəlki illərdə istifadə olunmayan məzuniyyət haqqına görə kompensasiya, işçi işdən çıxarkən ona verilən son haqq-hesab, eləcə də həyatın yığım sığortasına yönəldilən vəsaitlər icbari tibbi sığortaya cəlb olunurmu?

– İstifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada işçiyə ödənilən kompensasiya məbləğləri icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.2-ci maddəsinin müddəalarına əsasən müəyyən edilmiş qaydada həyatın yığım sığortasına yönəldilən vəsaitlərdən də icbari tibbi sığorta üzrə sığorta haqqı hesablanır.

– Həm əməkhaqqı alan, həm də VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslərin icbari tibbi sığortaya cəlb olunması necə tənzimlənir?

– Həm vergi uçotuna alınmış fiziki şəxs kimi, həm də əmək müqaviləsi əsasında işçi kimi fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqları hesablanır.

Bununla bağlı aşağıdakı nümunəyə nəzər yetirək:

Tutaq ki, vətəndaş neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahədə mühasib işləyir, 2.000 manat əməkhaqqı alır və eyni zamanda, vergi uçotuna alınmış fiziki şəxs kimi fəaliyyət göstərir. Bu halda muzdlu fəaliyyət üzrə icbari tibbi sığorta (İTS) haqları bu qaydada hesablanacaq:

Sığortalının hesabına İTS haqqı= (2000*1%)=20 manat
Sığortaolunanın hesabına İTS haqqı= (2000*1%)=20 manat
Vergi uçotuna alınmış fiziki şəxs kimi icbari tibbi sığorta haqqı isə bu qaydada hesablanacaq:
İTS haqqı= 250*4%=10 manat.

– İcbari tibbi sığorta haqları hansı müddətlərdə ödənilməlidir? Gecikməyə görə hansı tədbirlər görülür?

– “Tibbi sığorta haqqında” Qanunun 15-11.3-cü maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir. Məbləğlər əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.4-cü maddəsində göstərilir ki, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər üzrə bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.5-ci maddəsinə əsasən, mülki-hüquqi müqavilələr əsasında mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

Qanunun 15-11.8-ci maddəsinə əsasən, aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə ödənilməmiş icbari tibbi sığorta haqları üzrə 0,1 faiz məbləğində faiz hesablanır.

Səyahət sığortası nədir və niyə lazımdır?

Bu gün başımıza nə gələ biləcəyindən heç birimizin xəbəri yoxdur. Çoxdankı arzumuz olan cənnət səyahəti bir anın içində cəhənnəmə çevrilə bilər. Bəs belə vəziyyətdən necə çıxaq? Özümüzü pis hadisələrdən, uğursuzluqlardan sığorta edə bilməsək də, ən azından çəkdiyimiz maddi zərərin ödənilməsindən sığortalana bilərik. Bunun üçün də bizi müxtəlif hadisələrdən qoruyan səyahət sığortaları mövcuddur.

Səhayət sığortası nədir?

Sığorta turistin səyahət etdiyi ölkədə başına gələ biləcək hadisənin maddi və mənəvi zərərini ödənilməsini nəzərdə tutur. Səyahət sığortası nələri əhatə edir? Sığоrtaya vətəndaşın xaricdə səhətində problem yaranarsa, bədbəxt hadisə nəticəsində xəsarət alarsa, dərhal lazımi tibbi müalicə alması və xərclərin ödənilməsi, müqavilədə nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərin əvəzinin tam və ya qismən ödənilməsi daxildir.

Sığorta barədə şəhadətnamə Azərbaycan və səyahət olunan ölkə (və ya ölkələrin) dövlət dilində yazılır.

İstirahəti mənalı keçirmək, il ərzində yığılan yorğunluğu tam çıxartmaq, mənfi enerjidən azad olmaq, səfəri maraqlı keçirmək hər birimizin səfər qabağı xəyallarında canlandırdığı bir arzudur. Bu zaman biz ilk növbədə təhlükəsizliyimiz haqda da düşünməliyik. Məhz səyahət sığortaları sizin harada olmağınızdan asılı olmayaraq, bütün dünyada təhlükəsizliyinizi qoruyur və buna zəmanət verir.

Əşi, nə sığorta? Heç nə olası deyil

Sığorta almaq oyuncaq almaq deyil, bu mövzuya ciddi yanaşmaq lazımdır. Bir çox turist “Başıma nə gələ bilər ki?” düşüncəsi ilə yaşayır. Ona görə də maraqlanmadan çiyinlərindən yük atıb elə belə sığorta alıb, yollarına davam edirlər. Amma necə deyərlər, adamın başına bir dəfə iş gələr. İstəmirsinizsə, sığortalanın. Daha doğrusu, düzgün sığorta alın! Yaxşı sığorta sizi yorucu problemlərdən qurtarır.

Nədən sığortalanaq?

Səyahət sığortasının müxtəlif təminatı vardır ki, bunları sığorta şirkətləri təmin edir. Sığorta təminatları əsasən bunlardır:

• Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan vətəndaşların bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclərinin sığortası;

• Fərdi qəza sığortası;

• Xaricə səfər zamanı baqajin sığortası;

• Səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası;

• Hava nəqliyyatı vasitəsinin reysinin ləngiməsi sığortası;

• Xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası;

Öncə qeyd olunan kimi sığorta tibbi xərcləri öz üzərinə götürür. Deməli, ilk və əsas sığorta tibbi sığortadır. Vizasız ölkələrə belə tibbi sığorta alıb getmək məsləhətdir. Tibbi sığortaya aiddir:

• Dövlət sərhədlərindən kənarda xəstələnsəniz sizə həkim tərəfindən yazılan dərmanların xərci qarşılanır. Amma əvvəlcə sığortanı aldığınız şirkətlə əlaqə saxlayıb xərclərin qarşılanacağından 100 faiz əmin olun. (Lazımı əlaqə vasitəsi müqavilə imzalanarkən sizə verilir);

• Stasionat tibbi müəssədə müalicə;

• Nəqliyyat xərci. Yaşayış yerinizdən xəstəxanaya kimi istifadə etdiyiniz nəqliyyat və ya təcili yardımın bütün xərcləri də qarşılanır;

• Ölkəni tərk etməyə bilet almısınız. Amma səhətinizlə bağlı geri dönmək əlinizdə deyil. Bu zaman vətənə qayıtmaq üçün bütün xərclər sığorta şirkəti tərəfindən ayırlır.

Həmçinin yoluxucu xəstəlik təhlükəsi olan yerə gedən turistlər beynəlxalq tibbi tələbatlara müvafiq surətdə lazımlı tibbi yoxlamadan keçmir və təhlükəli yoluxucu xəstəliklərə qarşı peyvənd olunurlar.

Xaricdə istirahət edən zaman xroniki xəstəlikdən əziyyət çəkib həkimə müraciət etsəniz və bu xəstəlik barədə sığorta müqaviləsini bağlamamışdan öncə xəbəriniz varsa, tibbi sığorta xərclərinizi qarşılamayacaq. Bu qayda bütün xroniki xəstəliklərə, həm də ürək-damar sisteminin xəstəliklərinə aiddir. Sığortanın belə hallarda xərcləri öz üzərinə götürməməsi təbii haldır. Belə ki, əgər sizin hər hansı bir xroniki xəstəliyiniz varsa, siz özünüz lazım olan dərmanlar tədarükünü görməli, bütün riskləri nəzərə almalısınız. Tibbi sığorta yalnız öncədən bilmədiyimiz, anidən qarşımıza çıxan xəstəlik və ya zədələrin xərcini qarşılayır.

Canımızı sığortalayırıqsa, malımızı da sığortalayaq. Xaricə səfər zamanı baqajın sığortası sizə itirilmiş yükünüzün qarşılığında maddi təzminat təmin edir. Qeyd edək ki, bu sığorta yükün, baqajın itməsində daşıyıcının günahı olan zaman da qüvvədə qalır. Təzminat isə individual hesablanır. Yükünüz çox dəyərlidirsə, bu sığortadan yararlanın.

Ölkəni tərk edə bilməyəcəyinizdən də sığortalanmaq olur. Biletinizi almısınız, amma birdən ya çox yaxınınız xəstəxanaya düşür, ya sizə hərbi çağırış gəlir, ya da ümumiyyətlə haqqınızda məhkəmə işi açılır və beləliklə səyahətiniz təxirə salınır. Bəs biletə verdiyiniz pul necə, it-bat olsun? Bu zaman köməyinizə səfərin ləğv edilməsinin və ya tarixinin dəyişdirilməsinin sığortası gəlir. Sığortanız varsa, pulunuz cibinizə dönəcək.

Çoxumuz çətin iş prosesindən “başımızı itiririk”. Bəzən bu səyahətimizə də təsir edə bilər, məsələn, pasportu, bileti itirə bilərik. Bu cür absurd vəziyyətdə xarici pasportun və nəqliyyat sənədlərinin itirilməsi sığortası bizə yardım əlini uzadır.

“Yaxşı, razıyam, sığorta lazımdır. Bəs necə sığortalanım?”

Çox asan! Adətən, səyahət sığortası tur paketlə bərabər olur. Lakin bu sığorta adi, bəsit sayılır. Əgər siz hər şeyin ən yaxşısını özünüz edəcəyinizi düşünür və daha keyfiyyətli sığorta istəyirsinizsə, vaxtınızı ayrıb bir qədər araşdırın, sizə uyğun olan sığorta şirkətini seçin. Sığortanı isə siz evdə rahatca oturaraq saytdan, şirkətin ofisinə qaçmayaraq rahatlıqla əldə edə bilərsiniz.

Həmçinin nəzərə alın ki, standartindividual sığortalar mövcuddur. Əgər ekstremal şəraitdə yaşamaq fikrindəsinizsə, səhətinizdə bəzi probemlər varsa və ya hamiləlik dövründəsinizsə individual sığortalanma daha məqsədəuğun olar.

“Gəl indi sığortaya da pul ver. Ümumiyyətlə nə qədər pulum çıxacaq?”

Sığortanın qiyməti bir sıra faktorlara əsasən dəyişə bilər. Gedəcəyiniz ölkədən, turizm növündən, səyahət müddətindən, sizin sağlamlıq və yaşınızdan (yaşlıların sığortası bir qədər yüksək ola bilər) asılı olaraq qiymət fərqlənir.

Məsələn, standart bir illik sığorta bəzən ekstrimal tursitin iki həftəlik individual sığortasından ucuz başa gələ bilər. Bundan başqa, sığorta haqları turistlərin hansı qrupa aid olmalarından da asılıdır. İdmançılar, yaşlı və ahıl insanlar, ağır iş arxasınca gedən şəxslər (şaxtada, tikintidə işləmək üçün) və alpinistlər üçün sığorta haqları sadə turistlərə nisbətən yüksək olur. Onların riskləri böyük olduğuna görə, sığortaya görə də daha çox pul ödəməli olurlar.

“Sığorta haqqında bilməli olduğum elə bunlardır?”

Xeyr, bilməlisiniz ki, bütün viza tələb edən ölkələr viza müraciəti zamanı sığorta tələb etmir. Bəzi ölkələr isə viza prosesi üçün səyahət sığortası tələb edir, yəni sığortanın olması icbaridir. Bu siyahıya Şengen dövlətləri, bəzi Şengen zonaya daxil olmayan Avropa ölkələri (Bolqarıstan, Rumıniya və s.) və s. ölkələr daxildir. Bir çox ölkə isə qısamüddətli vizalarda sığorta tələb etməsə də, uzunmüddətli viza (təhsil, iş, ailə birləşməsi və s.) proseslərində sığorta tələb edir, məsələn Birləşmiş Krallıq, Avstraliya, Cənubi Afrika Respublikası və s. Adıçəkilən uzunmüddətli vizalarda əsasən sığortanın məhz səfər olunacaq ölkənin daxili sığorta sistemlərindən birində olunması tələb olunur. Qeyd edək ki, sığorta tələb edən ölkədən viza alandan sonra sığortanı ləğv etmək məsləhət deyil, bu vizanın verildikdən sonra ləğv olunmasına səbəb ola bilər.

Viza prosesində sığorta tələb olunmasa belə, sığortalanıb səyahət etmək məsləhətdir.

Əsasən səfər edənlər səfirlikdən viza almaq üçün mütləq səfər sığortaları olmalıdır. Özü də bu ölkələr üzrə sığorta turistin səfər müddətindən 2-4 gün artıq olmalıdır.

Sığortanı götürmə vaxtına da fikir verin. Elə hallar olur ki, turistlər səyahətdən əvvəl deyil, elə səyahətdə olan zaman sığortalanır. Amma lazım olan anda sığorta qüvvədə olmur. Belə işlərin başınıza gəlməməsindən sığortalanmaq üçün sığortanı ölkənizi tərk etmədən alın.

Diqqət etməli olduğunuz digər məqam isə sığorta yalnız müqavilədə qeyd olunan ölkədə keçərlidir. Əgər bir neçə ölkəni gəzməyi planlayırsızsa, müqavilədə səyahət edəcəyiniz bütün ölkələri qeyd edin.

Sizə müqaviləni başdan-ayağa yaxşı oxumağı, anlamadığınızı dəqiqşlərdiməyi tövsiyyə edirik. Səyahətinizin də xətasız-bəlasız keçməsini diləyirik. Hər ehtimala qarşı sığortanız olsun. Necə deyərlər, ehtiyat igidin yaraşığıdır!

Comments are closed, but trackbacks and pingbacks are open.