Press "Enter" to skip to content

ТЕХНОРУФ Н ОПТИМА

yanğın əleyhinə su təchizatı qurğusu;

işıqlandırma aralığı –

dəhlizə bitişik, onun işıqlandırılmasına xidmət edən təbii işıqlandırılmış məkan. Dəhlizin işıqlandırılması pilləkən qəfəsi vasitəsi ilə də aparıla bilər (dəhlizdən eni ən azı 1,2 m olan şəffaf (şüşə) qapı ilə ayrılan pilləkən qəfəsi vasitəsilə);

qapılar arasında yerləşən, binaya, pilləkən qəfəsinə və digər sahələrə soyuq havanın, tüstünün və müxtəlif qoxuların keçməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş keçid məkanı;

terras

binaya bitişik məhəccərlə hüdudlanmış açıq meydança və ya aşağı mərtəbənin damında yerləşdirilmiş meydança;

sonuncu mərtəbə örtüyü ilə binanın dam örtüyü və sonuncu mərtəbə örtüyündən yuxarıda olan xarici divarlar arasındakı məkan;

enerji səmərəliliyi (enerji effektivliyi) –

enerji ehtiyatlarından istifadənin effektinin həmin effektin alınması məqsədi ilə istehsal olunmuş enerji resurslarının sərfinə nisbətini əks etdirən xarakteristikadır.

yenidən planlaşdırma –

Yaşayış sahəsinin yenidən planlaşdırılması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir;

yenidən qurulma –

Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir.

yanğın əleyhinə su təchizatı qurğusu;

erqonomika –

insan fəaliyyətinin düzgün təşkil edilməsi, əməyin insanın fizioloji və psixoloji imkanlarına uyğunluğu, insanın işinin daha effektiv təşkil edilməsi haqqında elm;

Mətndə getmiş işarələr:

N1 – mərtəbədən açıq keçidlər üzrə bayır hava zonası ilə girişi olan tüstülənməyən

pilləkən qəfəsi tipi;

N2 – yanğın zamanı daxilində hava təyziqi yaradılan tüstülənməyən pilləkən qəfəsi tipi;

N3 – qapalı tambur (tambur-şlüz) vasitəsi ilə girişi olan tüstülənməyən pilləkən qəfəsi tipi;

L1 – hər mərtəbədə xarici divarlarında şüşələnmiş və ya açıq boşluqları olan adi pilləkən

P2 – maili pilləkən marşlı yanğın nərdivanı;

YN – yanmayan tikinti materialları;

Y1 – çətin yanan tikinti materialları.

4. Ümumi müddəalar

4.1. Yaşayış binalarının inşası Normaların və şəhərsalma və tikintiyə dair digər normativ sənədlərin tələblərinə uyğun olan tikinti layihəsi üzrə həyata keçirilməlidir.

4.2. Yaşayış binasının ərazidə yerləşdirilməsi, bina ətrafı torpaq sahəsinin ölçüləri, mərtəbələrin sayı ərazi planlaşdırma sənədlərinin (baş plan, müfəssəl plan) və şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələbləri əsasında müəyyən olunur.

4.3. Yaşayış binaları, pilləkənlər, pilləkən qəfəsləri, çıxış və girişlər, dəhlizlər, açıq keçidlər, rampalar, liftlər, əlilliyi olan şəxslərin yaşadıqları mənzillərin giriş qapıları əlilliyi olan şəxslərin rahat və təhlükəsiz hərəkəti üçün ağlabatan uyğunlaşdırılmalıdır.

Qocalar üçün nəzərdə tutulan yaşayış binaları doqquz mərtəbədən, əlilliyi olan şəxslərin ailələri üçün nəzərdə tutulan binalar isə beş mərtəbədən hündür olmamalıdır. Digər yaşayış binalarında isə əlilliyi olan şəxslər üçün mənzillərin birinci mərtəbədə yerləşdirilməsi tövsiyə olunur.

4.5. Binadakı mənzillərin yenidən planlaşdırılması və yenidən qurulması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun həyata keçirilməlidir.

4.6. Yaşayış binalarında, təsərrüfat-içməli, yanğın əleyhinə, isti su təchizatı, kanalizasiya və su axıtma sistemləri TNvəQ 2.04.01 və AzDTN 2.11-1-ə, isitmə, ventilyasiya və tüstü əleyhinə mühafizə sistemləri isə AzDTN 2.12-2-yə uyğun nəzərdə tutulmalıdır.

4.7. Yaşayış binalarında elektrik təchizatı, elektrik güc avadanlığı, telefonlaşdırma, televiziya antenlərı, həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun avtomatik yanğın siqnalizasiyası, yanğın zamanı yanğınsöndürmə heyətinin və vasitələrinin liftlə daşınması, xəbərvermə və təxliyyənin idarə edilməsi və layihə tapşırığında nəzərdə tutulmuş digər mühəndis sistemləri nəzərdə tutulmalıdır.

4.8. Yaşayış binalarının damında verlişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır. Radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağandır.

4.9. Yaşayış binasında liftlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun layihələndirilməlidir. Mərtəbələrdə mənzillərin ümumi sahəsindən aslı olaraq müxtəlif mərtəbəli yaşayış binalarının liftlə təchizatı üçün lazım olan sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair minimal tələblər əlavə 1-də verilir.

4.10. Liftin qarşısındakı meydançanın eni və liftin ölçüləri təcili yardım xərəyində daşınan xəstəni liftə keçirməyə imkan verməli və aşağıdakı göstəricilərdən az olmamalıdır:

– yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin eni 2100 mm olan liftin qarşısında -1,6 m-dən;

– yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin dərinliyi 2100 mm olan liftin qarşısında- 2,1 m-dən .

Liftlər iki sıra üz-üzə yerləşdiyi halda liftin qarşısındakı meydançanın eni ən azı aşağıda göstərilənlər qədər olmalıdır:

– kabinəsinin dərinliyi 2100 mm-dən az olan liftlər qurulduqda – 1,8 m ;

– kabinəsinin dərinliyi 2100 mm və daha çox olan liftlər qurulduqda- 2,5 m .

4.11. İnsanlara zərərli təsir göstərən aşağıdakı obyektlər istisna olmaqla, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilir:

– istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;

– partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;

– sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;

– ixtisaslaşmış balıq mağazaları;

– müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;

– saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;

– tezalışan maddələrlə işləyən məişət xidməti müəssisələri, hamamlar, saunalar (mənzillərdəki fərdi saunalar istisna olmaqla);

– sahəsi 250 m 2 -dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;

– camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);

– ümumi sahəsi 100 m 2 – dən artıq olan avtomat telefon stansiyaları;

– dini ayinləri keçirən müəssisələr;

– binanın hüdudları daxilində və ona bitişik inşa edilmiş transformator yarımstansiyaları;

– istehsalat sahələri (əlilliyi olan şəxslərin və ahıl insanların əməyindən istifadə edən müəssisələr, o cümlədən quraşdırma və dekorativ işlər emalatxanaları istisna olmaqla);

– baytarlıq klinikaları və kabinetləri;

– təbii və mayeləşdirilmiş qazdan yanacaq kimi istifadə edən cihazların yerləşdirilməsinin nəzərdə tutulduğu ictimai iaşə, ticarət, məişət xidməti və digər təyinatlı obyektlər.

Sintetik xalça məmulatlarının satışı mağazalarının yaşayış binalarının odadavamlılıq həddi REI 150 olan bütöv divarlarına bitişik tikilməsinə yol verilir.

Yaşayış binalarının birinci və ikinci mərtəbələrində, eləcə də hüdudları daxilində və onlara bitişik tikililərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” nəzərə alınmaqla tutumu 150 yerdən artıq olmayan məktəbəqədər təhsil müəssisələrinin yerləşdirilməsinə yol verilir.

Yaşayış binalarında, eləcə də həmin binalara bitişik tikililərdə ambulator-poliklinik tibb müəssisələrinin (kabinetlərin), o cümlədən: müalicə-sağlamlıq, reabilitasiya və bərpa müəssisələrinin, həmin mərkəzlərin nəzdində gündüz stasionarlarının yerləşdirilməsinə yol verilir. Yaşayış binalarında yerləşdirilən tibb müəssisələri binanın əsas hissəsindən əsaslı divarlarla ayrılmalı, müstəqil ventilyasiya, kanalizasiya sistemləri və xəstələr üçün ayrıca girişlə təchiz edilməlidir.

Yaşayış binalarında tibb müəssisələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2009-cu il 07 aprel tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində sanitariya-epidemioloji tələblərə dair Qaydalar” nəzərə alınmaqla yerləşdirilməlidir.

Binaların zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində palatalı şöbələrin, elektrik şüası ilə müalicə şöbələrinin, doğum şöbəsinin, prosedur və həkim kabinetlərinin, dispanserlərin bütün növlərinin, travmatoloji məntəqələrin, təcili tibbi yardım yarımstansiyalarının, bakterioloji laboratoriyaların, dəri-zöhrəvi, ruhi-əsəb, yoluxucu xəstəliklər üzrə həkim qəbulu kabinetlərinin, şüa diaqnostikası kabinetlərinin (rentgen, kompüter tomoqrafiyası, nüvəmaqnit rezonans), şüa terapiyası, radioizotop diaqnostikası və müalicə şöbələrinin yerləşdirilməsinə yol verilmir.

Qeyd. Dövlət sanitariya-epidemioloji xidmət orqanları ilə razılaşdırıldığı təqdirdə, yaşayış binalarında yerləşdirilən ambulator-poliklinik tibb müəssisələrində, üfüqi və şaquli istiqamətdə qonşu sahələr yaşayış təyinatı olmadığı halda şua diaqnostikası kabinetlərinin təşkilinə yol verilir.

4.12. Yaşayış binalarının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində və çardağında vibrasiya və səs-küy yaradan avadanlıqları olan müəssisələr yerləşdirilərkən və ya bu yerlərdə səs-küy yaradan avadanlıqlar yerləşdirilərkən Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” nəzərə alınmaqla yerləşdirilməlidir.

4.13. Yaşayış binalarının kürsülük və zirzəmi mərtəbələrində tezalışan və yanar mayelərin və mayeləşdirilmiş qazların (zirzəmilərdə isə həmçinin təbii qazların), partlayıcı maddələrin, yanacaq materiallarının (7.1.14-cü yarımbənddə qeyd olunanlardan başqa) saxlanması, emal olunması və müxtəlif qurğularda istifadə olunması üçün nəzərdə tutulmuş otaqların; uşaqlar üçün məşğələ, dərnək və əyləncə otaqlarının; 50 nəfərdən çox tutumu olan zalların yerləşdirilməsinə yol verilmir. Bu mərtəbələrdə digər obyektlər yerləşdirilərkən Normaların 4.11-ci bəndində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmalıdır.

4.14. Həyət tərəfdən girişi olan və yaşayış otaqlarının pəncərələri həyətə açılan yaşayış binalarında yerləşən ictimai təyinatlı obyektlərin həyət tərəfdən müxtəlif yüklərlə yüklənib boşaldılması yolverilməzdir.

Yaşayış binasının hüdudlarında yerləşən ictimai təyinatlı obyektlərin yüklənib boşaldılması, binanın pəncərələri olmayan yan fasad tərəfindən, yeraltı tunellərdən, xüsusi yük vurma hissəsi olduğu halda magistral küçə tərəfdən aparılmalıdır.

Binanın hüdudlarındakı ictimai təyinatlı obyektin sahəsi 150 m²-dən az olduğu halda yükvurma hissəsinin nəzərdə tutulmamasına yol verilir.

4.15. Yaşayış binasının sonuncu mərtəbəsində rəssam və memarlar üçün emalatxanalar, həmçinin işçilərin sayı 5 nəfərdən çox olmayan ofis otaqları yerləşdirilə bilər. Bu zaman Normaların 7.2.13-cü yarımbəndinin tələbləri nəzərə alınmalıdır.

Hündürlüyü 28 m-dək və ən azı II odadavamlılıq dərəcəsi olan binaların mansarda mərtəbələrində ofis otaqlarının yerləşdirilməsinə yol verilir.

4.16. Yaşayış binasının hüdudları daxilində şəhərsalma və tikintiyə dair müvafiq normativ sənədlərin tələblərinə uyğun avtomobil duracaqlarının təşkilinə yol verilir.

4.17. Çoxmənzilli yaşayış binalarının istismar olunan yastı damlarında, həmçinin mənzildənkənar terraslarda, yaşayış binalarının arasında yerləşən birləşdirici elementlərdə, o cümlədən açıq qeyri-yaşayış mərtəbələrində (birinci və mərtəbələrarası) həmin binaların sakinləri üçün müxtəlif təyinatlı sahələrin (sakinlərin dincəlməsi, paltar qurudulması və təmizlənməsi və s.) yerləşdirilməsinə yol verilir.

4.18. Yaşayış binalarında ünvan poçt qutuları aşağıda göstərildiyi kimi yerləşdirilməlidir:

– liftlər olduqda – vestibüllərdə, lift hollarında və ya liftlərə keçidlərdə;

-liftlər olmadıqda-vestibüllərdə, birinci mərtəbənin əsas və ya aralıq pilləkən meydançalarında və pilləkən keçidlərində.

Ünvan qutuları yerləşdirilərkən, onların qabarit ölçüləri nəzərə alınmalıdır və keçidlərin normativ parametrləri təmin olunmalıdır. Ünvan qutuları döşəmədən 0,6 m-dən az olmayan hündürlükdə birbaşa divardan asılır və ya divar oyuqlarında yerləşdirilir. Abonent qutuları yerləşdirilən yerlər işıqlandırılmalıdır.

5. Mənzillərə və onların elementlərinə dair tələblər

5.1. Dövlət və bələdiyyə mənzil fondunun yaşayış binalarında mənzillərin, otaqların sayına və sahəsinə görə minimal ölçülərinin cədvəl 1 əsasında (balkonların, terrasların, eyvanların, lociyaların, şüşəbəndlərin, isidilməyən köməkçi otaqların və mənzilin tamburunun sahələri nəzərə alınmamaq şərtilə) qəbul edilməsi tövsiyə olunur.

Yaşayış otaqlarının sayı

ТЕХНОРУФ Н ОПТИМА

ТЕХНОРУФ Н ОПТИМА – bazalt qrupuna aid dağ süxurları əsasındakı mineral pambıqdan hazırlanmış yanmayan,hidrofob-laşdırılmış, istilik və səsizolyasiyaedici plitələrdir.

Link vasitəsi ilə paylaşın
Sosial şəbəkədə paylaşmaq
Link vasitəsi ilə paylaşın
Sosial şəbəkədə paylaşmaq
ТЕХНОРУФ Н ОПТИМА
Используется в конструкциях:
Найти подрядчика
Göstəricilər
Калькуляторы

Tətbiq sahəsi:

Sənaye və mülki tikinti sahələrinin yeni tikililərində və müxtəlif təyinatlı bina və qurğuların rekonstruksiyasında istilikizolyasiyaedici qat kimi . Birqatlı istilik- izolyasiyaedici kimi və ya izolyasiyanı iki, yaxud üçqatlı qurduqda və izolyasiya üzərində “yaş” və ya “quru” düzləndirici qat yaratdıqda, yuxarı (üst) qat kimi. Dam örtüklərinin istilikizolyasiyasını iki, yaxud üçqatlı qurduqda, eləcə də aşağı qat kimi.

İşlərin icrası:

1) «Техно Николь Korporasiyasının polimer membranlarından birqatlı dam örtüklərinin layihələndirilməsi və montajı üzrə Əsasnamə, 3-cü redaksiya, 2010 cı il » və 2) «Техно Николь Dam örtüyü Korporasiyasının bitum –polimer materiallarından dam örtüklərinin layihələndirilməsi və qurulması üzrə Əsasnamə” sənədlərinə uyğun olaraq.

Saxlanması :

Plitələr qablanmış və ştabellərlə altlığa markalarına və ölçülərinə görə ayrı-ayrılıqda yığılmış vəziyyətdə saxlanmalıdır. Saxlama müddətində material atmosfer yağıntılarından qorunmalıdır.Saxlanılan plitə ştabellərinin hündürlüyü 3 m-dən çox olmamalıdır.

Təsviri genişləndirmək

Əsas fiziki-mexaniki xarakteristikalar:

Göstəricinin adı Ölçü vahidi Meyar Qiymət Sınaq metodu
Sıxılmada möhkəmlik, 10%-lik deform. kPa az olmayaraq 35 ГОСТ EN 826-2011
Bir yerdə toplanmış yük (qüvvə) N az olmayaraq 450 ГОСТ EN 12430-2011
Yanarlıq dərəcə az olmayaraq (HГ)yanmayan ГОСТ 30244-94
İstilikkeçirmə Λ25 Vt/m.S 0,038 ГОСТ 7076-99
ΛA 0,039 ГОСТ 7076-99 СП 23-101-2004
ΛБ
0,041 ГОСТ 7076-99 СП 23-101-2004
Buxarkeçirmə mq/(m.s.Pa) az olmayaraq 0,3 ГОСТ 25898-2012
Nəmlik, kütləyə görə % az olmayaraq 0,5 ГОСТ 17177-94
Suhopdurma, həcmə görə % az olmayaraq 1,0 ГОСТ EN 1609-2011
Üzvi maddələrin miqdarı % az olmayaraq 4,5 ГОСТ 31430-2011
Sıxlıq kq/m 3 az olmayaraq 100-120 ГОСТ EN 1602-2011
Həndəsi parametrlər:
Göstəricilərin adı Ölçü vahidi Qiymət Sınaq metodu
uzunluğu mm 1000,1200 ГОСТ EN 822-2011
En mm 500,600 ГОСТ EN 822-2011
Qalınlıq (10mm-lik addımla) mm 50-250 ГОСТ EN 823-2011

Онлайн-калькуляторы и инструменты для выполнения технических расчетов

Калькулятор материалов плоской кровли C помощью данного калькулятора вы сможете рассчитать необходимое количество материалов для устройства плоской кровли

Скопировать код для встраивания

Онлайн-карты районирования В «Онлайн-картах» ТЕХНОНИКОЛЬ объединена информация из СП 20.13330.2016 «Нагрузки и воздействия», СП 131.13330.2018 «Строительная климатология» и сборника таблиц параметров предельной интенсивности дождя А.М. Курганова.

Скопировать код для встраивания

Теплотехнический калькулятор с учётом неоднородностей С помощью данного онлайн калькулятора вы сможете рассчитать необходимую толщину теплоизоляционного слоя, исходя из требуемого приведенного сопротивления теплопередаче для конкретного региона (города) и типа строительной системы с учетом термических неоднородностей конструкций

Скопировать код для встраивания

Калькулятор ветровой нагрузки на кровлю Подбор шага крепежа, толщины балласта и ширины рулонов для устройства гидроизоляционного слоя в зависимости от ветровой нагрузки на кровлю

Скопировать код для встраивания

Калькулятор клиновидной теплоизоляции Расчет количества клиновидной теплоизоляции для формирования основного уклона и контруклона на плоской кровле

Скопировать код для встраивания

Калькулятор для расчёта параметров системы огнезащиты металлических конструкций C помощью данного калькулятора вы сможете рассчитать требуемую толщину огнезащитных материалов и их количество, для металлических и бетонных конструкций

Скопировать код для встраивания

Звукоизоляционный калькулятор С помощью данного онлайн калькулятора вы сможете подобрать систему звукоизоляции и рассчитать необходимую толщину звукоизоляционного слоя, исходя из требуемых индексов изоляции воздушного и ударного шума для конкретного региона (страны), типа здания и изолируемой конструкции, а также вида строительной системы

Скопировать код для встраивания

Калькулятор расхода тепловой энергии Расчет базового значения удельного расхода энергии на отопление согласно Приказу Министерства строительства и жилищно-коммунального хозяйства Российской Федерации №1550/пр от 17.11.2017

Скопировать код для встраивания

Сметный расчёт материалов Онлайн-инструмент для инженеров-сметчиков проектных организаций. Расчет стоимости материалов необходимый для оценки проектно-сметной документации.

Скопировать код для встраивания

Подбор строительной системы Техническое обоснование для заказчика в которое включены оптимальные решения для изоляции конструкций с учетом индивидуальных особенностей объекта.

Comments are closed, but trackbacks and pingbacks are open.