Azərbaycanda çayçılıq: Mövcud vəziyyət, problemlər, perspektivlər
Azərsun Holdinqin digər sahələrdə olduğu kimi çayçılığın inkişafında da xidmətləri böyükdür. Azərbaycan müstəqillik qazandıqdan sonra holdinq 1996-cı ildə “Sun Tea” çay fabriki istismara verib.
Çayçılıq sasları
The map created by people like you!
Çayçılıq Savxozu
agriculture (en), plantation (en), tea plantation (en), 1940s construction (en)
Upload a photo
Cil sahəsi
Nearby cities:
Koordinatlar: 38°51’1″N 48°46’38″E
Şərhinizi azerbaijani dilində əlavə edin
Add comment for this object
- Similar places
- Nearby places
- Nearby cities
- Çayçılar Dairəsi 5.9 km
- Çay Savxozu 22 km
- Sübhanallah Boğazı 4.5 km
- Lənkəran ovalığı 4.5 km
- Separadi kənd su anbarı 6.6 km
- Gölməçə 6.8 km
- satiroba istili 9 km
- qamis istili 10 km
- Qızılağac Körfəzi 12 km
- Sarı Yarımadası 13 km
- Lənkəran rayonu 15 km
- Masallı rayonu 22 km
- 79 km
- 129 km
- 181 km
- 197 km
- 199 km
- 209 km
- 219 km
- 245 km
- 303 km
- 360 km
Azərbaycanda çayçılıq: Mövcud vəziyyət, problemlər, perspektivlər
Dünyada geniş yayılmış kənd təsərrüfatı sahələrindən biri də çayçılıqdır. Azərbaycanda da çayçılığın inkişafına uzun illər öncədən başlanılıb. Ölkədə ilk çay fabriki 1937-ci ildə Lənkəranda qurulub və bundan sonra bizdə də çayın kütləvi istehsalına başlanılıb. Lənkəran çayı 1981-ci ildə Leypsiqdə keçirilən müsabiqədə “Azərbaycan buketi” mükafatına və qızıl medala layiq görülüb. Lakin Azərbaycanda çay istehsalı və emalı sahəsi sovet dövründən bu günə kimi keşməkeşli inkişaf tarixi keçib. “Report” Azərbaycanda çayçılığın bu günkü inkişaf səviyyəsi, istehsal, emal və ixrac sahəsindəki mövcud vəziyyət və problemlər, gələcəyə dair planlarla maraqlanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Report”a açıqlamasında sovet dövründən bu yana Azərbaycanda çay isehsalı tarixində nələr yaşandığını xatırladıb: “Azərbaycanda çayçılıq sovet dövründə ən inkişaf etmiş kənd təsərrüfatı sahələrindən biri idi. Xüsusilə də, Lənkəran-Astara iqtisadi rayonu ərazisində çayın 98 %-i yetişdirilirdi. Ordakı rütubətli subtropik iqlim çayın yetişdirilməsinə imkan verirdi. Sovet dövründə Azərbaycanda istehsal edilən çay həm yerli tələbatı ödəmək üçün istifadə olunurdu, həm də Azərbaycandan kənara, digər sovet respublikalarına ixrac edilirdi. SSRİ-nin dağılması ilə əlaqədar bütün sahələrdə yaşanan böhran çayçılıqda da çox böyük fəsadlar törətdi. Çay plantasiyalarının xeyli hissəsi söküldü, yerində digər bitkilərin əkilməsinə başlanıldı və çay əkin sahələri böyük sürətlə azaldı. Sovet dövründə Azərbaycanda 36 min ton yaşıl çay yarpağı istehsal edilirdi. Bu, Azərbaycanın o zamankı imkanlarına görə çox önəmli bir göstərici idi. Sonrakı dövrlərdə bu göstərici azaldı, hətta 500 tondan da aşağı səviyyəyə endi. Sonradan istehsalı artırmaq üçün müəyyən təşəbbüslər oldu və bir qədər artımlar da müşahidə edildi. Amma bütövlükdə Azərbaycan özünə lazım olan çayın önəmli hissəsini xaricdən idxal edir. Çox zaman idxal edilən çayların da keyfiyyəti yüksək olmur. İndi respublikada çayın təxminən 2 %-ə yaxını Zaqatala bölgəsində istehsal edilir. Lənkəran-Astara iqtisadi rayonu ərazisi yeganə bölgədir ki, orda çayın yetişdirilməsi üçün geniş imkanlar var. Daha məqsədəuyğun qərar o olar ki, keçmiş çay plantasiyaları bərpa olunsun və artırılsın”.
Q.Bayramlı bu sahədə atılmalı addımları sadalayıb: “Zaqatala bölgəsində çayın yetişdiyi nəzərə alaraq digər bölgələrimizdə də çayın yetişdirilmə imkanlarının araşdırılması faydalı olar. İndiki halda Azərbaycanda çayçılığın inkişafı, xüsusən Lənkəran-Astara bölgəsində yeni plantasiyaların salınması, ərazilərin bərpa olunması yeni iş yerlərinin açılmasına səbəb ola bilər və bununla yaxın gələcəkdə olmasa da, orta dövrdə çay ixracatını canlandırmaq olar. Çünki Azərbaycan çayı dünyanın ən yüksək keyfiyyətli çaylarından biri olub. İndi də az miqdarda müəyyən şəxslər tərəfindən baha qiymətə satılır və qiyməti mağazalardakı çaylardan ən azı 5-6 dəfə yüksəkdir. Onu müəyyən şəxslər çay yetişən bölgələrdən gətirib pərakəndə halda satırlar. Yaxşı olar ki, Lənkəran-Astara bölgəsindəki potensialın böyük hissəsi elə çay və digər subtropik bitkilərin yetişdirilməsi üçün ayrılsın. Çünki digər bölgələrimizdə başqa meyvə-tərəvəzlərin yetişdirilməsi üçün geniş imkanlar var, amma, məsələn, Kür-Araz iqtisadi rayonunda çayın yetişdirilməsi mümkün deyil. Ona görə də hələlik Lənkəran-Astara iqtisadi rayonu ərazisində çay plantasiyalarının genişləndirilməsi, xarici təcrübənin öyrənilməsi, yeni çay sortlarının yetişdirilməsinə çalışmaq kimi addımlar bizə ancaq qazanc gətirə bilər. Digər tərəfdən cənub bölgəmizdə əhalinin çayçılıqla əlaqədar müəyyən əmək vərdişləri var. Bunu da diqqətə aldıqda bu işin perspektivinin daha önəmli olduğunu deyə bilərik. Əvvəlki illərdə ölkədə olan çay fabriklərinin sayı xeyli azaldı. Bazara çıxarılan çayın da miqdarı azaldı. Amma düşünürəm ki, çayçılıq üzrə xüsusi dövlət proqramı qəbul edilərsə və yerlərdə şəffaflıqla uyğulanarsa, dövlət tərəfindən lazım olan təşviqlər, dəstəklər, imtiyazlar tətbiq olunarsa, ölkədə çayçılığı canlandırmaq mümkün olacaq. Azərbaycanda bunun üçün potensial var. Sadəcə bu potensialı dəyərləndirmək lazımdır. Bu potensialı dəyərləndirəndə həm idxalı azalda bilərik, həm də yerli bazarımız keyfiyyətli çayla təmin oluna bilər. Müasir dövrün tələbləri çərçivəsində, müasir kənd təsərrüfatı texnologiyası tətbiq etməklə bu sahədə dönüş yaratmaq olar”.
Çay ixracatçıları və istehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədr müavini, “Astaraçay” MMC-nin Baş aqronomu İsrafil İsrafilov çay istehsalçılarının problemlərini sadalayıb: “Pandemiyanın bizim fəaliyyətimizə müəyyən təsirləri oldu. Sərt karantin dövründə işçiləri sahələrə buraxa bilmirdik. Hazırda çayçılıqda müxtəlif səbəbli çox böyük problemlər var. Misal olaraq suvarma problemini göstərə bilərik. Bu il su az yığılıb və quraqlıq gözlənilir. Bizim üçün subsidiya verilirdi. Həmin subsidiya məbləği hələ ki, “Astaraçay “ MMC-nin hesabına oturmayıb. Digər istehsalla məşğul olan şirkətlər də hələ ki, bu subsidiyanı ala bilməyiblər. Subsidiya verilməlidir ki, gübrə alınsın. Biz öz təsərrüfatımız üçün gübrə aldıq. Amma bunu digərləri edə bilmir. Assosiasiya olaraq da çayçılıqla məşğul olan xırda fermerlərin heç birinə kömək edə bilmirik. Bu dəqiqə “Astaraçay” MMC-nin özünün də vəziyyəti yaxşı deyil. Hazırkı şəraitdə faktiki olaraq hər şirkət özü üçün çalışır. Biz də “Astaraçay” MMC olaraq öz təsərrüfatımızı güclə qoruyuruq”. İ.İsrafilov bildirib ki, ölkədəki xırda fermerlər yerli çayı böyük şirkətlərə satırlar: “Astaraçay” MMC olaraq yerli çay istehsalı ilə məşğuluq. Azərbaycanda çayçılıq sahəsində iri şirkətlər “Azərsun” və “Beta”dır. Onlar da bura kənardan çay gətirirlər. Biz isə sırf yerli istehsalla məşğul oluruq. “Beta” son dövrlər Lənkəranda 34 hektara qədər ərazidə çay əkirdi. Ancaq “Azərsun” çayı ya qıraqdan gətirir, ya da yerli çayı alaraq emal edib satışını həyata keçirir. Onlar üçün yerli çay ucuz başa gəlir. Yəni təqribən 1,5-1,6 manat edir. Bizim üçün isə bir kiloqram çay yarpağı 2,8 manata başa gəlir. Biz şirkət olaraq fəhlələri, texnikanı saxlamalıyıq. Xırda fermerlərin xarici bazara çıxışı yoxdur. Onlar ancaq böyük şirkətlərə yerli çay satırlar”.
Hömsöhbətimiz ixracla bağlı məsələlərə də aydınlıq gətirib: “Hazırda pandemiya ilə əlaqədar xarici bazarlara çıxış çətinləşib. Ümumilikdə isə bizim çay ixracında əsas bazarlara misal olaraq Belarus, Rusiya bazarlarını göstərmək olar. “Astaraçay” MMC olaraq Belarusa, Almaniyaya məhsullarımızı göndərdik. Həştərxanda da ticarət yarmarkası yaradıldı və ora məhsul göndərdik. Pandemiyadan sonra isə bu işlər dayandı. Hazırda xarici görüşlərimiz də dayanıb”. İ.İsrafilovun qeyd etdiyi subsidiya problemi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, “Astaraçay” MMC subsidiya almaq üçün elektron müraciət etmədiyinə görə onlara ödəniş edilməyib: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yazlıq əkinlərə və meyvə bağlarına görə subsidiya almaq üçün elektron müraciətin formalaşması prosesi davam edir. Çay çoxillik bitki olduğundan əkin bəyanı üzrə müraicətlər mayın 31-də bitir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya qaydalarına uyğun olaraq yazlıq əkinlərlə bağlı monitorinqlərə başlanacaq və monitorinqdən sonra nəticələrə uyğun olaraq iyun-iyul aylarında ödənişlər həyata keçiriləcək. “Astaraçay” MMC keçən il subsidiya almaq üçün müraciət edib və 2020-ci il üçün subsidiya ödənişi həyata keçirilib. Sözügedən şirkət bu il ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə subsidiya almaq üçün hələ ki, müraciət etməyib. Qeyd edək ki, yazlıq və çoxillik əkinlər üçün bəyanlar fevralın 1-dən başlanıb və hazırda davam edir. Fermerlər 31 may tarixinə qədər bütün bəyanları düzgün daxil etməlidilər. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayından subsidiya ödənişləri edilməsi nəzərdə tutulur. Astaraçay MMC də mayın 31-dək subsidiya almaq üçün elektron müraciət edə bilər. Həmin vaxta qədər müraciət etsələr və sənədləri də qaydasında olsa, onlara subsidiya ödəniləcək”.
Çayçılıq sasları
Azərbaycanda çayçılıq ənənəsi ötən əsrin əvvəllərindən etibarən yaranmağa başlayıb. 1912-ci ildə çay bitkisinin Lənkərana gətirilərək əkilməsindən sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. Bununla da, çay həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.
“Qafqazinfo” xəbər verir ki, prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldililib. Bununla da, çayçılığın inkişaf etdirilməsi, çay məhsullarına tələbatın yerli istehsal hesabına təmin olunması, çayçılığın ixrac potensialının artırılması, kənd əhalisinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi üçün bütün zəruri addımlar atılır.
Azərsun Holdinqin digər sahələrdə olduğu kimi çayçılığın inkişafında da xidmətləri böyükdür. Azərbaycan müstəqillik qazandıqdan sonra holdinq 1996-cı ildə “Sun Tea” çay fabriki istismara verib.
Şirkətlər qrupunun ilk investisiya layihəsi olan və Bakıda fəaliyyət göstərən “Sun Tea” çay fabrikinin bu gün illik istehsal həcmi 15 000 tondur. Burada müxtəlif çeşiddə qara çay, yaşıl çay, meyvəli çayların istehsalı həyata keçirilir. Bir neçə il öncə Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş çay plantasiyası da salınıb.
Çayçılığın inkişaf etdirilməsi, həm də regionlarda kənd təssərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb. Azərbaycanda ərzaq təhlükəsizliyinin əsas təminatçılarından olan “Azərsun Holdinq” çayçılıqda da bu vəzifəni layiqincə davam etdirməkdədir. “Azərsun Holdinq”in Müşahidə Şürasının sədri Abdolbari Goozalın “Keyfiyyət bizim adımızdır” yanaşması ilə illərdir şirkətin liderlik etdiyi qida sənayesində alıcı məmnunluğuna nail olunub.
Ölkəmizin ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı dünya bazarına da təqdim edən “Azərsun Holdinq” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər Qrupu “Made in Azerbaijan” yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayının dünyada tanıdılması ilə qürur duyur.
Qeyd edək ki, ölkəmizdə çayçılığın inkişafına mühüm töhfələr verən “Azərsun Holdinq”ə məxsus çay fabrikləri tərəfindən bu il yetişdirilən məhsulun növbəti –
3-cü yığımına başlanılıb. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımı aqrotexniki qulluq göstərilib. Növbəti məhsul yığımı isə sentyabrın sonlarına planlaşdırılır. Bu ilinə sonunda isə sahələrdə aparılacaq işlər nəticəsində gələn il məhsuldarlığın daha da artırılması nəzərdə tutulub.
Comments are closed, but trackbacks and pingbacks are open.