Press "Enter" to skip to content

Çayçılıq əsasları

Qeyri-neft sektorunun inkişafını stimullaşdıran təsərrüfat sahələrindən biri də çayçılıqdır. Bu məhsulun becərilməsi üzrə Azərbaycanda zəngin təcrübə var. Çayçılıq bizim üçün ənənəvi və populyar sahədir. Hətta çay barədə lətifələr quraşdırılıb, nəğmələr yazılıb, məsəllər yaranıb. Bu dadlı və xeyirli məhsulun ölkəmizdə istifadəsi mühüm qida növləri sırasındadır. Buna görə də çayın istehsalı, istehlakı və satışı əhalinin daim diqqət mərkəzindədir. Hətta elə əhali təbəqəsi var ki, çay onun üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi cəmiyyətin bu tələbatının ödənilməsində əsaslə rol oynamaqla bərabər həm qeyri-neft sektorunun genişlənməsinə müsbət təsir göstərəcək.

Çayçılıq əsasları

Çayçılıq və sitrus meyvəçiliyinin inkişafının yeni inkişaf dönəmi başlanır

Azərbaycanda bu sahələrin inkişafı üçün əlverişli iqlimə malik kifayət qədər torpaq var

Qeyri-neft sektorunun inkişafını stimullaşdıran təsərrüfat sahələrindən biri də çayçılıqdır. Bu məhsulun becərilməsi üzrə Azərbaycanda zəngin təcrübə var. Çayçılıq bizim üçün ənənəvi və populyar sahədir. Hətta çay barədə lətifələr quraşdırılıb, nəğmələr yazılıb, məsəllər yaranıb. Bu dadlı və xeyirli məhsulun ölkəmizdə istifadəsi mühüm qida növləri sırasındadır. Buna görə də çayın istehsalı, istehlakı və satışı əhalinin daim diqqət mərkəzindədir. Hətta elə əhali təbəqəsi var ki, çay onun üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi cəmiyyətin bu tələbatının ödənilməsində əsaslə rol oynamaqla bərabər həm qeyri-neft sektorunun genişlənməsinə müsbət təsir göstərəcək.

Təcrübə göstərir ki, qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu sonluqla nəticələnməsində ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı daha böyük rol oynayır. Əlverişli torpaq-iqlim şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanları və mövcud ixrac potensialı aqrar sahə üzrə çayçılığın inkişafına əlverişli şərait yaradır.
Məlumdur ki, Azərbaycanda çayçılıq tarixən Cənub zonasında və Zaqatala rayonunda becərilib. Vaxtilə ölkəmizin çay plantasiyalarının sahəsi 13,4 min hektar olub. Tədarük edilən çay məhsulu isə 34,5 min tona çatıb. Plantasiyaların ərazisinə görə bunlar iri rəqəmlərdir və təsadüfi deyil ki, 30-40 il əvvəl bu məhsuldarlıq əhalinin 70 faizini yerli məhsulla təmin etməyə imkan verirdi. Lakin sonralar, dəqiq desək, müstəqilliyin ilk illərində çayçılıq təsərrüfatları dağıldı. Ənənəvi sahələri qoruyub saxlamaq mümkün olmadı. Nəticə acınacaqlı səviyyəyə endi. Əhalinin tələbatını ödəmək üçün xaricdən məhsul gətirilməsi dəfələrlə artdı. Dövlətin sahə üzrə alacağı gəlirlər yoxa çıxdı. Lakin bu cür çox davam edə bilməzdi. Hökumət özünə gəlib işləri sahmana saldıqca ənənəvi təsərrüfat sunyektləri də xatırlandı. Preziden İlham Əliyevin regionlarda keçirdiyi müşavirələrin birində çayçılıq haqda ciddi müzakirə getdi və dövlət başçısı bu sahənin dirçəldilməsi barədə müvafiq göstəriş verdi. Budur, indi isə çayçılığın inkişafını dəstəkləyən və təşviq edən Dövlət Proqrmı qəbul edilib.
2010-cu ildən Astara rayonunda “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyət göstərir və müasir texnologiyalar əsasında çay istehsalı ilə məşğuldur. Ötən müddətdə cəmiyyət 460 hektar sahədə çay plantasiyası salmağa nail olub. Cəmiyyət 2015-ci ildə gündəlik 12 ton yaşıl çay yarpağı emal edən müasir çay fabriki tikib. Üstəlik, “LOCON” Avropa ekoloji təmiz qida sertifikatı ilə qara çay istehsal edilir və orqanik “Aztea” brendi ilə həm yerli və həmçinin xarici bazarlarda satılır. Öz işini elmi əsaslarla quran cəmiyyət xaricdən təcrübəli mütəxəssislər dəvət edib və tingçilik təsərrüfatı yaradaraq yüksək məhsuldar sortlar yetişdirir. Dövlət bu sahədə çalışanlara subsidiyalar, güzəştli kreditlər və sairə ilə dəstək versə də əvvəlki səviyyəyə çatmaq üçün bəs etmir və böyük nailiyyətlər üçün xüsusi proqrama ehtiyac vardı. Bu ehtiyac ödənilib. Dövlət Proqramı qəbul edilib.
Çay çoxillik bitkidir, hər torpaqda bitmir. Əkiləndən 7 il sonra məhsuldarlığa çatır və ilk illərdə daha çox qulluq tələb edir. Torpağında çay əkən kəndli yeddi il sonra gəlir əldə edə bilər. Odur ki, əhaliyə pay torpağı kimi verilmiş yararlı torpaqların könüllü birləşdirilməsi və bu birliklərin stimullaşdırılması üçün onlara müvafiq subsidiyaların ayrılması Dövlət Proqramının daha uğurlum olmasını təmin edə bilər.
Proqramda qeyd edilir ki, Lənkəran iqtisadi rayonunda çayçılığın inkişafını təmin edən 21 min hektar torpaq sahəsi var. Çay plantasiyalarının hazırkı sahəsi isə 1114,3 hektar, məhsuldarlıq 775,2 tondur. Müqayisədə çayçılıqda nə qədər böyük potensialın olduğu aydın görünür. Dövlət Proqramının məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsini stimullaşdırmaqdır. Nəzərdə tutulmuş tədbirlər planında sahənin inkişafı üçün bütün detallar qeyd edilib və planda göstərilən layihələrin həyata keçirilməsi çayçılığın şöhrətini geri qaytarmağa yetərli olacaq. Dövlət Proqramı sayəsində tezliklə Azərbaycan çayının ixrac məhsulları arasında ön sırada yer alacağı şübhəsizdir. Bundan başqa Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Artıq sitrus meyvəçiliyinin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının icrası nəticəsində 2025-ci ilədək Azərbaycanda sitrus meyvələri istehsalının həcminin 100 min tona çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda sitrus meyvəçiliyi ənənələrinin inkişaf etdirilməsinə, sitrus meyvələrinə olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına, sitrus meyvəçiliyi ilə məşğul olan rayonlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Bundan başqa sitrus meyvə istehsalı və emalı sahələrinə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində tədbirlər görüləcək. Eyni zamanda, Tədbirlər Planına əsasən sitrusçuluq sahəsində mövcud standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, bu sahədə fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq olunmalı, istehsal və ixrac sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələr genişləndirilməli, mütərəqqi sığorta mexanizmi yaradılmalıdır. Həmçinin sitrus meyvəçiliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Çayçılıq əsasları

Kənd Təsərrüfatı Nazirliyində “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Prezidentin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirəsində bu sahələrin inkişafı ilə bağlı qarşıya qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədi ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə nazirliyin məsul işçiləri və müvafiq tabeli qurumlarının rəhbərləri, çay, çəltik və sitrus meyvələrinin istehsalı ilə məşğul olan fermer və sahibkarlar iştirak edib.

Tədbirdə nazir müavini İlham Quliyev dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, ənənəvi sahələrin, xüsusilə çayçılığın, çəltikçiliyin və sitrus bitkilərinin inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan məqsəd və vəzifələr barədə məlumat verib.

Tədbirdə çıxış edən fermer və sahibkarlar çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə əldə olunmuş nailiyyətlərdən danışaraq bu sahələrin dinamik inkişafını təmin etmək üçün subsidiyaların verilmə müxanizminin təkmilləşdirilməsi, məhsul istehsalı və emalında texniki təminatın yaxşılaşdırılması, toxumçuluğun inkişafının stimullaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və bu sahələrin inkişafı ilə bağlı əsas hədəflərə nail olmaq üçün ictimai əsaslarla hər sahə üzrə Assosasiyaların yaradılması barədə öz təkliflərini veriblər.

Tədbirdə qeyd edilən məsələlərin həll edilməsi üçün fermer və sahibkarlara qısa zamanda hər 3 sahə: çəltikçilik, çayçılıq və sitrus meyvələri üzrə Assosiasiyaların yaradılması barədə təkliflərini qısa zamanda təqdim etmələri tövsiyə edilib.

Son xəbərlər

  • 09:41 | “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı
  • 09:26 | Profilində narkotiki təbliğ etdi, həbs olundu
  • 09:22 | “İlk qoladək bərabər oyun gedirdi” – De Byazi
  • 09:19 | “Ukrayna hələ əks-hücuma başlaya bilməz” – Zelenski
  • 01:38 | Millimiz 4 qol buraxaraq məğlub oldu – Yenilənib
  • 24.03.2023 23:54 | Naxçıvan DYP İdarəsinin rəisi işdən çıxarıldı – Yenilənib
  • 24.03.2023 23:40 | Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi – Fotolar
  • 24.03.2023 23:20 | Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər
  • 24.03.2023 23:12 | Müğənniyə “oxumasan, bokal gələcək” dedi, həbs edildi
  • 24.03.2023 22:51 | Son sutkada vaksin vurduran olmayıb
  • 24.03.2023 22:49 | Yoluxanların sayı açıqlandı
  • 24.03.2023 22:30 | 83 yaşlı kor şəxsin gözləri açıldı – Dünyada ilk
  • 24.03.2023 22:04 | “Bavariya”nın yeni baş məşqçisi bəlli oldu
  • 24.03.2023 21:55 | “Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır” – “Qalatasaray”
  • 24.03.2023 21:43 | Ərbakanın oğlu namizədliyini geri götürdü – Ərdoğanın xeyrinə
  • 24.03.2023 21:27 | Ramazanın 3-cü günü – İmsak və iftar vaxtı
  • 24.03.2023 21:10 | İrandakı zəlzələdə yaralananların sayı açıqlandı
  • 24.03.2023 21:04 | Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu
  • 24.03.2023 21:01 | Özcana şillə vuran eks-arvadının cəzası açıqlandı
  • 24.03.2023 20:48 | Cüdoçumuz qızıl medal qazandı
  • 24.03.2023 20:26 | Makron etirazlara görə Kralın səfərini ertələdi
  • 24.03.2023 20:07 | Mark üç qız atası oldu – Foto
  • 24.03.2023 19:37 | “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı
  • 24.03.2023 19:15 | Bakıda dəm qazının miqdarı normadan çoxdur
  • 24.03.2023 18:55 | İsveç – Azərbaycan matçı qadın referiyə tapşırıldı
  • 24.03.2023 18:47 | “Togg” üçün sifarişlər 100 mini ötdü
  • 24.03.2023 18:22 | “İran bir neçə aya nüvə silahı istehsal edə bilər”
  • 24.03.2023 17:58 | “Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” – Mirzoyan
  • 24.03.2023 17:25 | Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır
  • 24.03.2023 17:15 | Ermənilər Qarabağda yeni yol çəkir – Video
  • 24.03.2023 16:59 | De Byazi 3 futbolçuya ehtiyac duymadı
  • 24.03.2023 16:56 | Qaxda gənclər arasında dava – Bıçaqlanan var
  • 24.03.2023 16:15 | Güclü geomaqnit qasırğası var – Səhhətinizdə narahatlıq ola bilər
  • 24.03.2023 15:57 | Onları MİT-ə aparan yoldan danışdılar – Video
  • 24.03.2023 15:29 | “Ermənistan XİN-in tarix dərslərinə ehtiyacı var”
  • 24.03.2023 15:15 | Azərbaycanlı polkovnik-leytenant Ukraynada həlak oldu – Foto
  • 24.03.2023 15:02 | Şirvan kanalından tapılan meyitin kimliyi müəyyənləşdi – Yenilənib
  • 24.03.2023 14:50 | Nazirlikdən oruc tutan şəxslərə müraciət
  • 24.03.2023 14:42 | Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
  • 24.03.2023 14:21 | Həsən Hüseynli xanımını da itirdi
  • 24.03.2023 14:20 | Zəlzələ ilə bağlı FHN-dən açıqlama
  • 24.03.2023 13:48 | Xankəndi yolu ilə növbəti qanunsuz daşımalar – MN video yaydı
  • 24.03.2023 13:45 | Qarabağda vurulmuş İran sərnişin təyyarəsi – Araşdırma
  • 24.03.2023 13:42 | Süleyman Soylunun səhhətində problem yaranıb
  • 24.03.2023 13:30 | “Bu ölkə bizimlə təhlükəsizliklər barədə danışmaq fikrindədir?”
  • 24.03.2023 13:02 | Azərbaycanın daha bir rayonunda zəlzələ oldu – Yenilənib
  • 24.03.2023 12:50 | Sabah 23° isti olacaq
  • 24.03.2023 12:43 | Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu – Foto
  • 24.03.2023 12:30 | Niyə iPhone 13 iş və əyləncə üçün “Olmazsa olmaz” hesab olunur? – Foto
  • 24.03.2023 12:25 | Fransada son vəziyyət – Fotolar

Çayçılıq əsasları

Gəlirli və əməktutumlu sahə olan çayçılıq sənayesinin inkişafı kompleks şəkildə həyata keçirilməlidir
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumi dəyəri 4 767,8 min ABŞ dolları olan 705,18 ton çay ixrac olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 5,9%, həcmi isə 0,5% artıb. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 27 482,20 min dollar təşkil edən 6 853,46 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi 10%, dəyəri isə 14,5% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,34% təşkil edib. Göründüyü kimi, cari ilin ilk yarısında Azərbaycanda çayın idxalı ixracı 9,7 dəfə üstələyib. Maraqlıdır ki, çayının dadı, ətri ilə məşhur olan ölkəmiz, necə olur ki, idxalda ixracı üstələyir? Aqrar sahə üzrə mütəxəssis Qadir Bayramlı qeyd etdi ki, çayçılıq Azərbaycanda müstəqillik illərində tənəzzülə uğrayan sahələrdən biridir: “Sonrakı dövrdə bu sahədə müəyyən canlanma olsa da, hələlik daxili bazarı tam təmin edə bilmirik. Yəni hələlik bu sahə idxaldan asılıdır. Əsas problemlərdən biri də çay plantasiyalarının azalması ilə bağlıdır. Ona görə də, hesab edirəm ki, çayçılıq sahəsi ayrıca təşviq edilməlidir. Ölkədə istehsal olunan çayın 98 faizi rütubətli, subtropik Lənkəran-Astara bölgəsinin payına düşür. Təqribən iki faizə qədəri isə Zaqatala bölgəsində becərilir. Amma həmin bölgələrdə çay plantasiyalarının sayı xeyli azalıb. Buna görə də daxili bazarı təmin etmək üçün çayın böyük hissəsi xaricdən idxal edilir. Yaxın perspektivdə idxaldan tam asılılığı aradan qaldırmaq mümkün deyil. Amma bunu yalnız çox ciddi tədbirlər görməklə müəyyən qədər azalda bilərik. Rütubətli, subtropik bölgələrdə digər bitkilərin sahəsini azaldaraq, çay plantasiyalarının sayını artırmaq lazımdır. Çünki çay başqa bölgələrimizdə yetişmir. Həmçinin, xarici təcrübə öyrənilərək, daha məhsuldar sortlar yetişdirilməlidir”.
Çay idxalının artımı ilə bağlı kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyib ki, çay texniki bitkidir və məhsula düşmə dövrü 7-10 il götürülür: “Bu sahə uzun müddətli investisiya tələb edən sahədir. Çay bitkisi 50 il durmadan məhsul verə bilir. Sovet dövründə Azərbaycanda çayçılıq sənayesi çox ciddi inkişaf edib. 1990-cı illərdə iqtisadi münasibətlərin pozulması nəticəsində çay bağları diqqətdən kənarda qaldı, çoxları çay bağlarını ləğv etdir, çünki bitkilərin çoxu qocalmışdı. Çay bağlarının yerində daha tez məhsul verən sitrus və digər məhsul bağları salındı. 2010-cu ilədək Azərbaycanda çayçılıq ağır vəziyyətdə idi və çay istehsalı aşağı olub”.
Ekspert bildirib ki, 2018-ci ildə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” qəbul edilib: “Dövlət Proqramının icrası nəticəsində 2027-ci ilədək əkin sahələrinin 3 min hektara, yaşıl çay yarpağı yığımının 8,5 min tona çatdırılması nəzərdə tutulur. Proqramın həyata keçirilməsi ölkəmizdə çayçılıq ənənələrinin inkişaf etdirilməsinə, çaya olan daxili tələbatın ödənilməsinə və idxaldan asılılığın azaldılmasına təsir edəcək. Çay bitkisi əkilən kimi məhsul vermir. Son illər Azərbaycanda təxminən 1000 hektardan çox ərazidə çay bağları salınıb. Hələ ki o bağlar məhsula düşməyib”.
Onun sözlərinə görə, digər tərəfdən, bu sahə böyük investisiya tələb edir: “Kiçik fermerlər bu sahəyə investisiya qoya bilmirlər, çünki investisiya qoyub 7-8 il gözləmək mümkün deyil. Bu sahəyə yalnız iri şirkətlər investisiya qoymalıdır. Son vaxtlar Astara, Lənkəranda müasir çay müəssisələrinin yaradılması prosesi gedir. Çay bazarında ciddi rəqabət var. Xaricdən əsasən Şri-Lankadan çay gəlir. Hətta yerli çay istehsalını artırsaq belə, hökmən bazarın qorunması siyasəti həyata keçirilməlidir ki, çayımızı bazarda sata bilək. Azərbaycan çayı ekoloji baxımdan təmiz çaydır”.
Ekspert qeyd edib ki, çayçılıq çox gəlirli sahədir və əməktutumludur: “1 hektar çay bağında orta hesabla 160-200 nəfər il ərzində işləyə bilir. Ona görə də dövlət bu sahənin inkişafında maraqlıdır. Çayçılıq daha çox ölkəmizin cənub və qərb bölgəsi üçün xarakterikdir. Çay emalı sənayesi inkişaf etdirilməlidir. Çay texniki bitkidir və emal prosesindən keçməlidir. Çay yığılan kimi istehlaka göndərilmir. Mütləq emal sənayesi qurulmalıdır. Çay bağlarını artırsaq belə, müasir emal müəssisələri olmalıdır və bu iş kompleks həyata keçirilməlidir. Bu olsa, daxili tələbatı ödəyə bilərik. Azərbaycanın çayçılıq sənayesi kompleks xarakter daşımalıdır”.

Qeyd edək ki, “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın məqsədi ölkədə quru çaya olan tələbatın əsasən yerli məhsul hesabına ödənilməsi, çay emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, emal sənayesinin inkişaf etdirilməsi, çay məhsullarının ixracının artırılması və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün çayçılığın inkişafını stimullaşdırmaqdır. Azərbaycanda çayçılığın inkişafı sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra istiqamətlərdə zəruri işlərin görülməsi nəzərdə tutulur. Məsələn, çay bitkisinin əkin sahələrinin genişləndirilməsi və intensiv becərmə texnologiyalarının tətbiqi hesabına çay istehsalının artırılması; toxumçuluq və tinglik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi və maddi-texniki bazasının gücləndirilməsi; çayçılıq təsərrüfatları üçün əsas və köməkçi materiallar istehsalının və digər infrastruktur təminatının yaxşılaşdırılması; çay sahələrinin müasir becərmə texnikası ilə təminatının yaxşılaşdırılması; mövcud çay emalı müəssisələrinin fəaliyyətinin bərpası, modernləşdirilməsi və mütərəqqi texnika və texnologiyalar əsasında yeni çay emalı müəssisələrinin yaradılmasının təşviqi; çay məhsulları üzrə idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi.

Comments are closed, but trackbacks and pingbacks are open.