Press "Enter" to skip to content

Cəbr və ədədlər nəzəriyyəsi maarif əkbərov

1961-ci ildə Ş.Cabbarov ADPİ-nin nəzdində məqsədli aspiranturaya daxil olur və 1963-cü ildə aspiranturanı bitirərək namizədlik disertasiyasını müdafiəyə təqdim edir. Bu müddətdə onun rəhbəri və digər tanınmış alimlər tərəfindən elmi işi barədə müsbət rəylər söylənmişdir.

Maarif Ekberov – Wikipedia

Bu məqalədə verilən faktların dəqiqliyini və məlumatların etibarlılığını yoxlamaq lazımdır.
Müzakirə səhifəsində aydınlaşdırılmalıdır.

Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru. [mənbə göstərin]

Maarif Əkbərov
Maarif Süleyman oğlu Əkbərov
Doğum tarixi 1930
Doğum yeri SSRİ
Ermənistan SSR , Vedi rayonunu, Goravan kəndi
Vəfat tarixi 12 avqust 2006
Vəfat yeri Bakı
Vətəndaşlığı SSRİ → Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcələri fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.
Təhsili ali

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Əsas elmi əsərləri
  • 4 Maarif Əkbərov haqqında
  • 5 Ədəbiyyat
  • 6 İstinadlar

Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir.

M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək “1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə” medalı ilə təltif edilmişdir.

Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, “Elementar riyaziyyat” kafedrasının müdiri işləmişdir.

Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə “Riyaziyyat elminin fəlsəfi problemləri” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib “Riyaziyyatda həqiqət problemi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır. O, BDU-nun Həndəsə-cəbr, Cəbr və topologiya, Həndəsə kafedralarında fəaliyyət göstərmişdir. Maarif Əkbərov 1980-1992-ci illərdə BDU-nun Cəbr və topologiya kafedrasına rəhbərlik etmiş, “Ali cəbr”, “Cəbr və ədədlər nəzəriyyəsi”, “Riyaziyyatın fəlsəfi-metodoloji əsasları” fənlərindən dərs demiş, cəbrdən və riyaziyyatın fəlsəfi, metodoloji problemlərinə dair tədqiqat işi aparmış, kadrlar hazırlamışdır.

Maarif Əkbərov 1970-1972-ci illərdə “riyaziyyatın fəlsəfəsi” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirib, orada “Riyaziyyatın bəzi fəlsəfi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, bu sahədə (09.00.08 indeksi üzrə) Azərbaycanda ilk və yeganə elmlər doktoru olmuş, dəqiq elmlərin fəlsəfəsi üzrə respublikada ilk cığır açan mütəxəssis-alim kimi tanınmışdır.

1966-cı ildə ona Həndəsə-cəbr kafedrası üzrə dosentlik, 1977-ci ildə isə Cəbr və topologiya kafedrası üzrə professorluq elmi adları verilmişdir. Bununla da, alim iki elm sahəsində çalışan, riyaziyyat ixtisası üzrə dosentlik və professorluq elmi adları, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə fəlsəfə elmləri namizədi və fəlsəfə elmləri doktoru elmi dərəcələri qazanmış yeganə mütəxəssisdir.

Maarif Əkbərov bir çox elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmişdir. Alim maarifçilik, elmi biliklərin inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə 1995-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

Maarif Əkbərov 18 kitabın, 3 iri həcmli monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin, ümumiyyətlə, 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalələrin müəllifidir.

Əsas elmi əsərləri

  • Kibernetika və onun xalq təsərrüfatında əhəmiyyəti. Bakı, 1965
  • Роль математики в познание. Москва, 1967
  • Kibernetika və incəsənət. Bakı, 1968
  • Riyaziyyat haqqında söhbətlər. Bakı, 1969
  • Riyaziyyat və fəlsəfə. Bakı, 1971
  • Ali cəbr. Bakı, 1976
  • Kibernetika haqqında düşüncələr. Bakı, 1989
  • Riyaziyyatın fəlsəfi problemləri. Bakı, 1992
  • Ədədlər dünyasında. Bakı, 1998
  • Ədədlər və fiqurlar aləmində. Bakı, 1999 [1]
  • Cəbrdən mühazirələr. Bakı, 2001
  • Cəbr və ədədlər nəzəriyyəsi. Bakı, 2005 və b.

Maarif Əkbərov haqqında

Maarif Əkbərovun həyatı, elmi fəaliyyəti, əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Qeyd etmək lazımdır ki, alimin elmi fəaliyyəti haqqında mətbuat səhifələrində 1960-cı illərdən etibarən məqalələr dərc edilmişdir. Bu mənada Qabil Seyidovun “Riyaziyyatçı-filosof” (“Kommunist” qəzeti, 23 may 1963), Moskvada çap edilən “Riyaziyyatın idrakda rolu” adlı kitabına N.İbrahimovun yazdığı “Qiymətli kitabça” (“Kommunist” qəzeti, 20 fevral 1968), Ə.Allahverdiyevin “Riyaziyyat və fəlsəfə” kitabı haqqında olan “Maraqlı tədqiqat əsəri” (“Bakı” qəzeti, 11 avqust 1972), F.Q.Maqsudovun və M.H.Cavadovun “Ali cəbr” kitabı haqqında yazdıqları “Qiymətli dərs vəsaiti” (“Kommunist” qəzeti, 8 iyul 1976) və başqa bu kimi məqalələrdə Maarif Əkbərovun elmi fəaliyyətindən bəhs edilir.

Həqiqət Kərimovanın “Azərbaycanın ilk riyaziyyatçı-filosofu” kitabında alimin həyat və yaradıcılığı geniş şəkildə əks olunur və bu kitab Maarif Əkbərovun 70 illiyinə həsr edilmişdir. [2]

Maarif Əkbərovun 75 illik yubileyi ilə əlaqədar 2005-ci ildə 190 saylı orta məktəbdə alimin müəllim və şagird kollektivi ilə görüşü keçirilmişdir. [3]

Nərgiz Rüstəmlinin “Görkəmli riyaziyyatçı filosof, elm fədaisi” (“Respublika” qəzeti, 17 avqust 2006-cı il) məqaləsində də Maarif Əkbərovun həyat və yaradışılığından bəhs edilir və alimin işıqlı xatirəsi yada salınır. [4]

  • Qabil Seyidov. Riyaziyyatçı-filosof. “Kommunist” qəzeti, 23 may 1963
  • N.İbrahimov. Qiymətli kitabça. “Kommunist” qəzeti, 20 fevral 1968-ci il
  • Ə.Allahverdiyev. Maraqlı tədqiqat əsəri. “Bakı” qəzeti, 11 avqust 1972-ci il 4. F.Q.Maqsudov, M.H.Cavadov. Qiymətli dərs vəsaiti. “Kommunist” qəzeti, 8 iyul 1976-cı il
  • Bayram Qaralov. Oxunaqlı kitab. “Səs” qəzeti, 20 iyul 1993-cü il
  • İ.Əliyeva. Elmə həsr olunan ömür. (Maarif Əkbərovla müsahibə). “Yeni Azərbaycan” qəzeti, 1 iyul 1995-ci il
  • Məmməd Yaqubov. Mənalı həyat yolu. “Bakı Universiteti” qəzeti, 13 aprel 2000-ci il
  • Müzəffər Əsgərov. “Azərbaycanın ilk riyaziyyatçı-filosofu”. “Ziyalı” qəzeti, 8-14 mart 2002-ci il
  • Etibar Əlişoğlu. Azərbaycanın ilk riyaziyyatçı-filosofu. “İdrak” qəzeti, 16 avqust 2003-cü il
  • S.Məmməd. Alimlə görüş. “Respublika” qəzeti, 15 mart 2005-ci il
  • Nərgiz Rüstəmli. Görkəmli riyaziyyatçı filosof, elm fədaisi. “Respublika” qəzeti, 17 avqust 2006-cı il

İstinadlar

  1. ↑”Təbiət elmləri bütövlükdə”. 2020-08-11 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2014-02-11 .
  2. ↑ Müzəffər Əsgərov. “Azərbaycanın ilk riyaziyyatçı-filosofu”. “Ziyalı” qəzeti, 8-14 mart 2002-ci il
  3. ↑ S.Məmməd. Alimlə görüş. “Respublika” qəzeti, 15 mart 2005-ci il
  4. ↑ Nərgiz Rüstəmli. Görkəmli riyaziyyatçı filosof, elm fədaisi. “Respublika” qəzeti, 17 avqust 2006-cı il

Haqqinda.az

Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə “Riyaziyyat elminin fəlsəfi problemləri” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib “Riyaziyyatda həqiqət problemi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır. O, BDU-nun Həndəsə-cəbr, Cəbr və topologiya, Həndəsə kafedralarında fəaliyyət göstərmişdir. Maarif Əkbərov 1980-1992-ci illərdə BDU-nun Cəbr və topologiya kafedrasına rəhbərlik etmiş, “Ali cəbr”, “Cəbr və ədədlər nəzəriyyəsi”, “Riyaziyyatın fəlsəfi-metodoloji əsasları” fənlərindən dərs demiş, cəbrdən və riyaziyyatın fəlsəfi, metodoloji problemlərinə dair tədqiqat işi aparmış, kadrlar hazırlamışdır.

Maarif Əkbərov 1970-1972-ci illərdə “riyaziyyatın fəlsəfəsi” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirib, orada “Riyaziyyatın bəzi fəlsəfi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, bu sahədə (09.00.08 indeksi üzrə) Azərbaycanda ilk və yeganə elmlər doktoru olmuş, dəqiq elmlərin fəlsəfəsi üzrə respublikada ilk cığır açan mütəxəssis-alim kimi tanınmışdır.

1966-cı ildə ona Həndəsə-cəbr kafedrası üzrə dosentlik, 1977-ci ildə isə Cəbr və topologiya kafedrası üzrə professorluq elmi adları verilmişdir. Bununla da, alim iki elm sahəsində çalışan, riyaziyyat ixtisası üzrə dosentlik və professorluq elmi adları, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə fəlsəfə elmləri namizədi və fəlsəfə elmləri doktoru elmi dərəcələri qazanmış yeganə mütəxəssisdir.

Maarif Əkbərov bir çox elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmişdir. Alim maarifçilik, elmi biliklərin inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə 1995-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür.

Maarif Əkbərov 18 kitabın, 3 iri həcmli monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin, ümumiyyətlə, 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalələrin müəllifidir.

Tarix: 06.02.2015 / 16:18 Müəllif: Feriska Baxılıb: 55 Bölmə: Qərbi Azərbaycan

Təklif olunan digər məqalələr

    • Şamil Vəliyev
    • Ramiz Əskər
    • Hikmət Babaoğlu – Opponenti olduğu dissertasiya müdafiələrinin siyahısı
    • Rufik İsmayılov
    • Mustafa Əliyev
    • Həbib Rəhimoğlu
    • Aşıq Heydər
    • Kasax bazilikası
    • Vüqar Hüseynov (II)
    • Vaqif Hüseynov (II)
    • Firdovsi Kərimov
    • İbrahim Vəliyev
    • Uzunlar monastırı
    • Avan bazilikası Memarlıq xüsusiyyətləri
    • Ağtala qalası
    • Qələndər Canbaxışov
    • Göy Mələkləri məbədi
    • Ramiz Bayramov – Elmi yenilikləri
    • Misir Mərdanov – Riyaziyyata aid məqalələri
    • Qafar Çaxmaqlı
    • Balo bəy Vəkilov
    • Həsən Bayramoğlu
    • Hikmət Babaoğlu – KİTAB, DƏRSLİK VƏ MONOQRAFİYALARI
    • Firudin Nəbiyev
    • Nəriman İsmayılov – Əsas elmi məqalələri
    • Qəmbər Namazov – Əmək fəaliyyəti
    • Xasay Hacıyev (şair)
    • Səfxan Rüstəmov
    • Qəmbər Namazov – Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı
    • Misir Mərdanovun Pedaqoji və Siyasi fəaliyyəti
    • Azər Kərimov – Fəaliyyəti
    • Nuru Bayramov – Üzvü olduğu Cəmiyyətlər
    • Nazim Veysov
    • Nohəxan Qəşəm
    • Kərbəlayı İsmayıl
    • Abbas Çayxorski
    • Əli Ömərov
    • Aselişad monastırı
    • Avtandil Ağbaba
    • Zakir Şəhriyaz – Məqalələri, kitabları
    • Aqil Səmədbəyli
    • Tahir İbrahimov
    • Məkrufə Hacırəhimova
    • Salman Vilayətoğlu – Kitabları və məqalələri
    • Aşıq Musa Ağkilsəli
    • Həsən Mirzəyev
    • Ağ Aşıq
    • Hikmət Babaoğlu – Tədqiqat sahəsi
    • Nəbi Həsənoğlu
    • Ayvaz Xələfli

    Tanınmış Məzunlar

    Həyatı
    Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək “1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə” medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, “Elementar riyaziyyat” kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir.
    Elmi fəaliyyəti
    Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə “Riyaziyyat elminin fəlsəfi problemləri” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib “Riyaziyyatda həqiqət problemi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır. O, BDU-nun Həndəsə-cəbr, Cəbr və topologiya, Həndəsə kafedralarında fəaliyyət göstərmişdir. Maarif Əkbərov 1980-1992-ci illərdə BDU-nun Cəbr və topologiya kafedrasına rəhbərlik etmiş, “Ali cəbr”, “Cəbr və ədədlər nəzəriyyəsi”, “Riyaziyyatın fəlsəfi-metodoloji əsasları” fənlərindən dərs demiş, cəbrdən və riyaziyyatın fəlsəfi, metodoloji problemlərinə dair tədqiqat işi aparmış, kadrlar hazırlamışdır. Maarif Əkbərov 1970-1972-ci illərdə “riyaziyyatın fəlsəfəsi” ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirib, orada “Riyaziyyatın bəzi fəlsəfi problemləri” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş, bu sahədə (09.00.08 indeksi üzrə) Azərbaycanda ilk və yeganə elmlər doktoru olmuş, dəqiq elmlərin fəlsəfəsi üzrə respublikada ilk cığır açan mütəxəssis-alim kimi tanınmışdır. 1966-cı ildə ona Həndəsə-cəbr kafedrası üzrə dosentlik, 1977-ci ildə isə Cəbr və topologiya kafedrası üzrə professorluq elmi adları verilmişdir. Bununla da, alim iki elm sahəsində çalışan, riyaziyyat ixtisası üzrə dosentlik və professorluq elmi adları, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə fəlsəfə elmləri namizədi və fəlsəfə elmləri doktoru elmi dərəcələri qazanmış yeganə mütəxəssisdir. Maarif Əkbərov bir çox elmi konfrans və simpoziumların iştirakçısı olmuş, elmi məruzələrlə çıxış etmişdir. Alim maarifçilik, elmi biliklərin inkişafı və təbliği sahəsindəki xidmətlərinə görə 1995-ci ildə akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülmüşdür. Maarif Əkbərov 18 kitabın, 3 iri həcmli monoqrafiyanın, ali məktəblər üçün 3 dərs vəsaitinin, ümumiyyətlə, 100-dən çox elmi-nəzəri, elmi-kütləvi, elmi-metodik və publisist xarakterli kitab, kitabça və məqalələrin müəllifidir.

    Ələddin ŞƏMİLOV

    Ağa Zeynalabdin oğlu ATAYEV

    Azərbaycanda XX əsr həndəsə elminin inkşafından danışarkən Ağa Zeynalabdin oğlu Atayevi xatırlamaq olmaz. A.Z.Atayev Respublikamızda həhdəsə üzrə ilk elmi dərəcə almış alimdir. A.Z.Atayev 1944-cü ildə “Küniteoremi və onun tətbiqləri” mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adınıalmışdır. Ömrünün 35 ilini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universiteti) pedaqoji fəaliyyətə həsr edən A.Atayev Respublikamızda müəllim kadrlarının yetişdirilməsində gərgin əmək sərf etmişdir. Onun 1961-ci ildə çap etdirdiyi “Proyektiv həndəsə” dərsliyi həndəsənin bu bölməsinə aid Azərbaycan dilində yazılmış ilk kitabdır. Bundan əlavə A.Atayev “Həndəsi yerlər metodu”, “Nəzəri hesab kursu”, “Afin həndəsəsinin əsasları”, “Küni teoremi və onun tətbiqləri”, “Anhormanik nisbət” və sair kimi bir sıra əsərlərin müəllifidir.

    Cabbarov Şikar Talış oğlu

    Cabbarov Şikar Talış oğlu 30 iyun 1930-cu ildə Kirovabad (indiki Gəncə ) şəhərində fəhlə ailəsində anadan olmuşdur.Atası Cabbarov Talış Cabbar oğlu dəmiryolçu fəhlə , anası Hüseynova Firuzə Məmmədli qızı evdar qadın olmuşdur.

    Şikar Talış oğlunun yeniyetmə dövrü Böyük Vətən müharibəsi dövrünün çətinliklərinə təsadüf etmişdir. Gənc yaşlarından riyaziyyata böyük həvəs göstərmiş, iti zehni və riyazi məsəslərin həllinə böyük həvəsi ilə fərqlənmişdir. Düzgünlük və əməksevərlik çətin uşaqlıq və yeniyetməlik həyatının yolçusu olmuşdur.

    Orta məktəbi 1949-cu ildə bitirərək, o, Kirovobad Dövlət Pedaqoji İnstitutna daxil olur. Təhsil müddətində özünü istedadlı, həqiqətpərəst, fiziki-riyazi biliklərin mənimsənilməsində əzmkar bir tələbə kimi göstərmişdir və özünə qarşı təkcə tələbə yoldaşlarının deyil, müəllimlərinin də rəğbətini qazanmışdır. Həm elmdə və həm də həyatda müəllimlərindən bəziləri ilə uzun müddətli dostluq münasibətləri olmuşdur.

    Fizika riyaziyyat fakültəsini 1953-cü ildə bitirən Ş.Cabbarov təyinatla Qax rayonuna orta məktəbdə fizika-riyaziyyat müəllimi vəzifəsinə göndərilir. Eyni zamanda ailə həyatı da başlayır. Özünün tələbə yoldaşı Zenalova Əsli Zeynal qızı ilə ailə qurduqdan sonra onlar birgə ailə və əmək həyatına başlayırlar.

    1954-cü ildə Ş.Cabbarov özünün keçmiş müəllimi Musa Əzimov tərəfindən KDPİ-nin riyazi analiz kafedrasına müəllim vəzifəsinə dəvət olunur. 1954-cü ildən həyatının sonunadək bu kafedrada müəllim vəzifəsindən kafedranın dosenti və kafedra müdiri vəzifəsinədək bir yol keçmişdir.

    1961-ci ildə Ş.Cabbarov ADPİ-nin nəzdində məqsədli aspiranturaya daxil olur və 1963-cü ildə aspiranturanı bitirərək namizədlik disertasiyasını müdafiəyə təqdim edir. Bu müddətdə onun rəhbəri və digər tanınmış alimlər tərəfindən elmi işi barədə müsbət rəylər söylənmişdir.

    1966-ci ildə Ş.Cabbarov həmin dövrdə tanınmış avtoritetlərdən olan professor Q.T.Əhmədovun rəhbərliyi ilə “Bəzi inteqral bərabərsizliklər və onların müəyyən sinif diferensial tənliklərin həllinin dayanıqlığı, yeganəliyi və sıfra yaxınlaşması məsələlərinə tətbiqləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

    1974-76-cı illərdə KDPİ-nin fizika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir. 1976-1987-ci illərdə riyazi analiz kafedrasının müdiri olmuşdur. 1991-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutu Elmi Şurasının qərarı ilə dos. Ş. Cabbarovun rəhbərliyi ilə ümumi şəhər riyaziyyat seminarı yaradılır. Bu seminarda qoyulmuş məsələlər sonralar ciddi elmi tədqiqatların mövzusuna çevrilmişdir.

    1971-ci ildə Ş. Cabbarova riyazi analiz kafedranın dosenti elmi adı verilmişdir. 1973, 1978-ci illərdə sosializm yarışı qalibi olmuş Sovet İttifaqı KP MK-nin, SSRİ Nazirlər Sovetinin, SSRİ Həmkarlar İttifaqının döş nişanları və Əmək veteranı medalı ilə təltif olunmuşdur.

    Ş.T.Cabbarovun elmi fəaliyyəti onun elmi əsərlərində dərs vəsaitlərində əksini tapmışdır. Bu əsərlərdə topologiyanın, diferensial tənliklər nəzəriyyəsinin riyazi analizin müxtəlif məsələlərinə baxılmışdır. Ş.Cabbarov uzun müddət operatorlu tənliklər nəzəriyyəsinin müəyyən məsələlərini tədqiq etmişdir. İşin yekunu olaraq onun fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün hazırladığı “Operatorlu tənliklər nəzəriyyəsi” adlı dissertasiya işi ərsəyə gəlmişdir. İşin ayrı-ayrı fəsillərinin nəticələri dərc olunmuşdur. Bu işlərdə əsas diqqət ardıcıl yaxınlaşma metodunun müxtəlif ümümiləşməsinə verilmişdir. Qeyd etmək lazımdır ki, bu metodun bəzi variantlarında xüsusi törəməli diferensial tənliklərin həlli adi diferensial tənliklərə gətirilə bilir.

    Ş.T. Cabbarovun qeyri-rəsmi şəkildə işlərinə rəhbərlik etdiyi çoxsaylı yetirmələri vardır. Ş. Cabbarov tələbələrin də sərbəst elmi axtarışlarına xüsusi diqqət verirdi. Onun bir çox tələbələri yüksək səviyyəli kurs və buraxılış işləri icra etmişdirlər. Ş. Cabbarovun Mat.Net.ru portalında səhifəsi vardır və burada onun Ümumittifaq jurnallarında məqalələri toplanmışdır. Namizədlik dissertasiyası müdafiə etdikdən sonra onun əsas elmi işləri aşağıdakılar olmuşdur.

    1. Bir ardıcıl yaxınlaşma metodu haqqında. Konfrans materialları, Kirovabad, 1966.
    2. Pikar tipli ardıcıl yaxınlaşma metodu haqqında. Konfrans materialları, Kirovabad, 1969.
    3. Sıxılmış inikas prinsipinin bir ümumiləşməsi və onun sonsuz diferensial tənliklər sisteminə tətbiqi. ”Diferensial tənliklər”, XXII-cild, № 8, 1986, səh. 1444-1447.
    4. Ümumiləşmiş çıxılmış inikas prinsipi və sonsuz diferensial tənliklər sistemi. Ümumittifaq aylıq elmi-texniki junal, 26 cild, № 8, səh. 1299-1309.
    5. Sadə difrensial tənliklərin araşdırılmasında orta qiymət teoreminin tətbiqi. V. İ. Lenin adına MDPİ-də keçirilmiş elmi konfransın materiaları, (R.Aslanovla birgə),1989.
    6. TVF-da hesabi ardıcıllıqların bəzi xassələri. MDPİ –nin elmi əsərləri, təbiət elmləri seriyası,1998.
    7. Topologi vektorlar fəzasında operatorlu tənliklər üçün sərhəd məsələləri. MDPİ-nin elmi qeydləri 2000.

    Ş. Cabbarovun çoxsaylı elmi və elmi metodiki kitab və vəsaitləri çap olunmuşdur. Bunlardan bəziləri bunlardır:

    1.Riyazi analiz.Metodik göstərişlər.Kirovobad ,1981, 82 səh.

    1. Metrik fəzalar. Çoxdəyişənli funksiyaların diferensiallanması və inteqrallanması (P.Aslanovla birgə) . Metodik vəsait, Bakı,1982,142 səh.
    2. Riyazi analiz və funksiyalar nəzəriyyəsi. Analizə giriş. Kirovabad,1977, 44 səh.
    3. Münasibət və funksiya. Kirovabad,1979, 66 s.
    4. Riyazi analiz. Buraxılış kursları üçün metodik göstərişlər .(P.M.Aslanovla birgə). Kirovabad,1987, 134 səh.
    5. Diferensial tənliklər. Proqramlar. Moskva-Gəncə,1996..

    Əliqulu Umud oğlu QULİYEV

    Quliyev Əliqulu Umud oğlu 1939-cu ildə İmişli rayonunun Sarıxanlı kəndində sadə zəhmətkeş bir ailədə dünyaya göz açmış, hələ dünyaya gəlməmiş atasını itirmiş, 7 yaşında ikən taleh onu anadan da məhrum etmişdir. Birbirindən bir yaş fərqiolan üç bacısı ilə birlikdə yetimçilik həyatı ilə üzləşmişdir. Ağır əzab əziyyətlər və məşəqqətli həyat tərzi keçirən başsız ailə İmişlinin sərt qışını və yandırıcı yayını qonşuların qarğıqamışdan düzəltdikləri komada, təbiətin insanlığa bəxş etdiyi göypencər və hərdən bir də tapanda, cımıx yeməklə yavaş-yavaş dirçəlirdi. Əliqulunun 9 yaşı olarkən artıq özündən böyükbacıları kolxoz işinə, özü isə məktəbə gedirdi. Köçəri həyatı keçirən Sarıxanlılar yenicə rayonun «Küdrü» adlanan çılpaq birərazidə məskunlaşmışdılar. Müharibədən yenidən çıxmış Azərbaycanın digər regionları kimi İmişli rayonunun yeni oturaq həyata qədəm qoyan sakinləri də aclıq və səfalət içində çabalayırdı. Belə bir zamanda ayağyalın, başıaçıq Əlqulu daməskunlaşdıqları ərazidə yenicə təşkil olunmuş ibtidai məktəbin birinci sinfinə gedirdi. Doğrudan da, xalq arasında deyirlər ki, «yetim böyüyər ancaq əzrailin pisliyi özünə qalar». Yayın istisindən zənciyəbənzər körpə, Əliqulu da böyüyürdü.
    Artıq kənd salınıb, məktəb əvvəlcə 8 illik, bir qədər sonra 10 illik olanda Əlqulu yaxşı oxuduğu üçün kənddə nümunə göstərirdilər. Nəhayət, zaman öz axarı ilə gəlib keçdi, Əliqulu da orta məktəbi əla qiymətlərlə bitirib 1959-cu ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (hazırki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakültəsinə qəbul olundu. 1964-cü ildə İnstitutu fərqlənmə diplomu ilə bitirən gənc Əliqulu müəllim yeni ailə qurduğu Zenfira xanımla birlikdə Ağdaş rayonuna təyinat götürdü.
    Ağdaş Maarif şöbəsi gənc ailəni, elə bir il sonra Respublikada adsan qazanmış Xaldan orta məktəbinə göndərdi. Əliqulu müəllim orta məktəbdə işləməklə yanaşı 1966-cı ildə Azərbaycan Elimlər Akademiyasının Riyaziyyat-Mexanika İnstitutunun aspiranturasına qəbul olundu. 1967-ci ildə müsabiqədən keçərək bitirdiyi İnstitutda müəllim təyin olundu.
    1974-cü ildə Ə.Quliyev aspirant olduğu Riyaziyyat-Mexanika İnstutunda «Məxsusiyyəti olan polinomial əmsallı adidiferensial tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyatelmləri namizədi alimlik dərəcəsi alır. Onun yaradıcılıq işini görkəmli riyaziyyatçılar Q.E.Şilov, C.Allahverdiyev, F.Maqsudov və başqaları yüksək qiymətləndirmişlər. Bu o dövrə təsadüf edir ki, artıq 5 ildir hakimiyyətə gəlmiş əvəzolunmaz şəxsiyyət Heydər Əliyev Respublikada elmin və mədəniyyətin inkişafını öz himayəsinə götürərək ona böyük diqqət yetirirdi.
    Əliqulu müəllim dissertasiya müdafiəsinə onun kolxozçu bacıları ilə birlikdə, demək olar ki, bütün kənd axışıb gəlmişdi. Bu onun doğma kəndində böyük sensassiya yaratmışdır, çünki həmin vaxt kənddə varlı-hallı, adlı-sanlı kişilərin övladları bupilləyə ucala bilməmişlər və o, təkcə kənddə deyil, İmişli rayonunda pərvazlanıb uçan ilk qaranquş idi.
    Həmin dövrdə rayonda çıxan «Qızıl ulduz» qəzeti Əliqulu müəllimə həsr etdiyi böyük həçmli «İmişlinin ulduzu» adlı məqaləsində yazılmışdır… «Çoban oğlu taleyin İmişli əhlinə bəşx etdiyi ilk alimdir».
    Əliqulu müəllim artıq 42 ilə yaxındır ki, tələbələrin təhsili və təlim-tərbiyəsi ilə məşğul olur. Öz peşəkarlığı, tələbkarlığıilə seçilən Əliqulu müəllim professor-müəllim heyətinin, tələbələrin dərin hörmət və rəğbətini qazanmışdır.
    Əliqulu müəllim 10 il böyük bir kafedraya başçılıq etmiş, Azərbaycanda və xarici ölkələrdə 50-dən çox elmi əsərlər çapetdirmişdir.
    O, iri həcmli bir monoqrafya və tələbələrin istifadəsinə verilmiş 4 dərs vəsaitinin müəllifidir. Universitetin ictimai-siyasihəyatında dəyərli fəaliyyət göstərir.
    15 ilə yaxın 500 nəfər tələbəsi, 100 nəfərdən çox professor-müəllim və laborant-texniki işçisi olan fakültənin dekanı olmuşdur.
    Əliqulu müəllimin səmərəli elimi-pedaqoji fəaliyyətinə görə dəfələrlə Universitet rektorunun təşəkkür və fəxri fərmanına, 1999-cu ildə Azərbaycan Respudlikası Təhsil Nazirliyinin təşəkkürünə, 2004-cü ildə fəxri fərmanına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli fərmanı ilə Respublika üçün müəllim kadrları hazırlanmasında fəaliyyətinə görə Ə.U.Quliyev «Tərəqqi medalı» ilə təltif olunmuşdur.
    Uzun müddət Universitet Elmi Şurasının üzvü, 2008-ci ildə Azərbaycan Müəllimlərinin XIII qurultayının nümayəndəsi olmuşdur.Bütün bu nailiyyətlərinə və uğurlarına görə 2013-cü ildə Universitet Elmi Şurasının qərarı ilə Universitetin Fəxri professoru seçilmişdir. Bu adı özünün çoxillik əməyinə verilən ən böyük qiymət hesab edən Əliqulu müəllim bu gün də elmi-pedaqoji fəaliyyətini davam etdirir. Son dövrlərdə Əliqulu müəllim “Fəxri Professor” adına layiq görülmüşdür.

    Nüyvər Loğman oğlu NƏSRULLAYEV

    A.Z.Atayevin bir çox yetişdirmələri indi Respublikamızın elm ocaqlarında fəaliyyət göstərir. Bunlardan biri ha zır da Gəncə Dövlət Universitetinin həndəsə və cəbr kafedrasının dosenti Nüyvər Loğman oğlu Nəsrullayevdir. N.L.Nəsrullayev 1939-cu ildə Şəki rayonunun Oxud kəndində dünyaya göz açmış, 1957-ci ildə doğma kəndində orta məktəbi bitirərək H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Gələcəyini ancaq özünün yaxşı oxumasında görən N.Nəsrullayev çox keçmir ki, institutun ən yüksək adlı təqaüdünü alır. Bu da onun iqtisadi cəhətdən təminatına qismən kömək edir. 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirən N.Nəsrullyaev öz doğma kəndinə müəllim təyin edilir. Çox keçmir ki, o bitirdiyi instituta dəvət alır.1969-cu ildə isə həndəsə ixtisası üzrə ADU-nun aspiranturasına daxil olur və elmi tədqiqatlarını davam etdirməkvə təkmilləşdirmək üçün Kazan Dövlət Universitetinə ezam edilir. Böyük həndəsəşünas alim A.İ.Lobaçevskinin fəaliyyət göstərdiyi Kazan Universitetində N.Nəsrullayev qaynar elmi mühitə daxil olur və orada A.P.Norden, B.L.Laptev, A.P.Şirokov kimi görkəmli riyaziyyatçılarla tanış olur. Sonuncunun rəhbərliyi altında 1974-cü ildə “Üçölçülü psevdoevklid fəzada səthlərin diferensial həndəsəsinə dair” mövzusunda dissertasiya müdafiə edir. N.Nəsrullayev 30-dan çox məqalə və elmi-pedaqoji əsərin müəllifidir. Onun “Həndəsə əsasları”, “Xətkeş və pərgarhəndəsəsi” adlı dərslik və dərs vəsaitləri bu gün tələbələrimizin həndəsə üzrə zəruri tələblərini ödəyir. N.Nəsrullayev hazırda “Beşölçülü psevdoevklid fəzada səthlərin sonsuz kiçik bükülməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Son dövrlərdə Nüyvər müəllim “Fəxri Professor” adına layiq görülmüşdür

Comments are closed, but trackbacks and pingbacks are open.