KİTAB ADASI
C.London 1893-cü ildə Yaponiya sahillərinə və
Dünyaya həqiqəti çatdırmaq istəyən tənha insan Cek London
metodik vəsait / tərt. ed. T.Hacıyeva; red. və bur. məs.
Z.Dadaşova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.
Tərtibçidən:
Bu vəsait görkəmli Amerika yazıçısı Cek Londonun
140 illik yubileyi münasibətilə F.Köçərli adına Respublika
Uşaq Kitabxanası tərəfindən hazırlanmışdır.
Cek London çox maraqlı, macəra dolu həyat sürmüş,
şəxsiyyəti və əsərləri ilə bu gün də geniş oxucu kütləsi
tərəfindən sevilən bir yazıçıdır. O, hələ dünyaya
gəlməmişdən taleyinə qalmaqallı məşhurluq yazılmışdı.
Belə ki, 1875-ci ilin iyununda San-Fransisko sakinləri
qəzetdə belə bir məlumat oxudular: “hamilə gənc qadın odlu
silahdan gicgahına atəş açaraq intihara cəhd etmişdir”. Buna
səbəb isə uşağın atasının hələ dünyaya gəlməmiş körpəni
məhv etmək tələbi idi. Bu qalmaqalın qəhrəmanları gələcək
yazıçının anası və atası Flora Uellman və astroloq professor
Çeni idilər. Lakin xoşbəxtlikdən bu hadisə faciə ilə
nəticələnmir, balaca Cek dünyaya gəlir. Atası isə ömrünün
sonuna qədər Cekin atası olduğunu qəbul etmir. London
soyadını isə ona atalığı Con London verir.
başlamışdır. Onun yaradıcılığının erkən dövrlərində qələmə
aldığı əsərləri (“Şimal Odisseyası”, “Cənub dənizlərinin
nağılları”) təbiətə sevgi ilə, macəraçı romantika ilə diqqəti
cəlb edir. Onun həmin dövrlərdə yazdığı əsərlərinin
qəhrəmanları şəhərdən uzaqda yaşayan enerjili, dostluğa
sadiq insanlardır. Onun bir şox əsərlərində (“Bəyaz Diş”,
“Əcdadların harayı”, “Maykl, Cerrinin qardaşı”) heyvanlar
dərin bilgi və sevgi ilə təsvir olunur.
C.London siyasi görüşlərinə görə bir sosialist idi. O,
həqiqi azadlığa qovuşmağın yolunu ictimai ədalətsizliyə
qarşı mübarizədə görürdü. Yazıçı 1907-ci ildə qələmə aldığı
“Dəmir daban” əsərində bu fikirlərini inkişaf etdirmişdir.
200-dən çox hekayə, 20 roman və 3 pyesin müəllifi
olan Cek Londonun yaradıcılığı orijinallığı, zəngin
təxəyyülü, gözlənilməz gedişləri və cəsarəti ilə seçilir. Çox
qısa, cəmi qırx il ömür sürsə də, yazıçı və onun insan
iradəsinin sarsılmazlığını, insanın məğlubedilməzliyini,
cəsarətini tərənnüm edən əsərləri hər zaman insanlarda
maraq doğurmaqdadır. Bu əsərlər heç şübhəsiz ki, gələcək
nəsillərin də sevərək oxuyacağı əsərlər olmaqda davam
Bu vəsaitin yazılmasında məqsəd dahi yazıçının 140
illiyi münasibətilə məktəbli və yeniyetmələrdə, gənclərdə
onun haqqında olan məlumatı genişləndirmək,
mədəniyyət müəssisələrində keçiriləcək tədbirlərə köməklik
Həyatı və yaradıcılığı
Görkəmli Amerika yazıçısı, ictimai xadim, əsasən
macəra romanları və hekayələrinin müəllifi kimi şöhrət
tapmış Cek London (Con Qriffit Çeyni) 12 yanvar 1876-cı
ildə San-Fransiskoda anadan olmuşdur. Onun anası Flora
Vellman musiqi müəllimi, atası Vilyam Çeyni astroloq
olmuşdur. Lakin V.Çeyni ömrünün sonuna kimi Cekin atası
olduğunu qəbul etməmişdir. 1876-cı ildə Flora Vellman
Vətəndaş müharibəsi veteranı olan Con London adlı şəxslə
ailə qurur. C.London gələcəyin yazıçısını oğulluğa götürür
və ona öz adını və soyadını verir (Cek Con adının
qısaldılmış formasıdır). Həmin illərdə ABŞ-da güclü iqtisadi
böhran yaşanırdı, minlərlə insan öz iş yerlərini itirirdi. Cekin
ailəsi daim ehtiyac içərisində yaşayırdı, tez-tez yaşayış
yerini dəyişməyə məcbur idi. Nəhayət, Londonlar ailəsi
məskunlaşırlar və balaca Cek burada ibtidai sinifi başa vura
Cek London erkən yaşda əmək fəaliyyətinə
başlamışdır. O, təhsilini davam etdirməklə yanaşı, qəzet
satır, parkda pivə pavilyonlarında xadimə işləyir. On dörd
yaşında məktəbi bitirən Cek London konserv fabrikinə fəhlə
işinə qəbul olur. Lakin burada iş ağır olduğundan Cek
tezliklə işdən çıxır və müstəqil şəkildə balıq, ilbiz tutmaqla
məşğul olur. “Balıqçı gözətçisinin hekayələri” yazıçının
həyatının bu dövrünə həsr olunmuşdur.
C.London 1893-cü ildə Yaponiya sahillərinə və
Berinq dənizinə üzən sənaye gəmisinə matros düzəlir. Bu
səfər yazıçıya çoxlu təəssürat qazandırır və bu təəssüratlar
onun bir çox hekayə və romanlarının əsasını təşkil edir
(“Dəniz qurdu” və s.). Dənizçilikdən sonra Cek London bir
müddət fabrikdə, daha sonra camaşırxanada ütüləyici,
yanğınsöndürən işləyir (“Martin İden” əsəri bu illərdə
Yazıçının “Yaponiya sahillərində tayfun” adlı ilk
oçerki 12 noyabr 1893-cü ildə San-Fransisko qəzetlərindən
birində nəşr olunur. Onun ilk dəfə mükafata layiq görülən
bu oçerki ədəbi karyerasının da əsasını qoyur.
1894-cü ildə Vaşinqtonda işsizlərin yürüşündə iştirak
edən C.London həbs olunur və bir ay həbsxanada qalır.
Fiziki əməklə həyatda nəyəsə nail olmağın mümkünsüz
olması qənaətinə gələn C.London yazıçı olmaq gərarına
gəlir. Yürüş zamanı o, ilk dəfə sosialist ideyaları ilə tanış
olur. Bu ideyalar ona çox böyük təsir göstərir. 1895-ci ildə
Amerika Sosialist Əmək partiyasına daxil olan C.London
1900-cü ildən Amerika Sosialist Partiyasının üzvü olur.
Lakin 1914-cü ildə partiyadan xaric olur.
Bütün bu macəralardan sonra evə qayıdan Cek
təhsilini davam etdirməyə qərar verir. Lakin təhsilin
tempindən narazı olduğundan məktəbi tərk edir və özü
müstəqil şəkildə universitetə hazırlaşır. İmtahanları uğurla
verən C.London Kaliforniya universitetinə daxil olur, amma
təhsilini davam etdirməyə maddi vəsaiti olmadığından
üçüncü semestrdən universiteti tərk edir.
1897-ci ildə əksər insanlar kimi “qızıl qızdırması”nın
təsirinə məruz qalan C.London Alyaskaya gedir. O, burada
qızıl tapmasa da, gələcək yaradıcılığı üçün çoxlu personajlar
qazanır. Şimal qışının bütün çətinliklərini dadmış Cek 1898-
ci ildə San-Fransiskoya qayıdır. Alyaskadan qayıtdıqdan
sonra, 23 yaşında ciddi ədəbi yaradıcılıqla məşğul olmağa
başlayan C.Londonun ilk şimal hekayələri toplusu “Canavar
oğlu” 1900-cü ildə çapdan çıxır. Bu kitabın ardınca
yazıçının yeni kitabları işıq üzü görür: “Atalarının Tanrısı”
(1901), “Şaxtanın övladları” (1902), “İnsana inam” (1904),
“Ay üzlü” (1906), “İtirilmiş üz” (1910) hekayə topluları,
“Qarlar qızı” (1902), “Dəniz canavarı” (1904) hekayə
topluları və yazıçıya böyük şöhrət gətirmiş “Martin İden”
(1909) romanı. Yazıçı çox məhsuldar, gündə 15-17 saat
işləyirdi. O, özünün çox da uzun olmayan yazıçılıq həyatı
boyunca 40 kitab ərsəyə gətirmişdi.
Cek Londonun yaradıcılıq metodu əsasən onun
insanı çətin həyati vəziyyətlərdə, taleyin sınadığı anlarda
göstərmək cəhdindən ibarətdir. Onun əsərlərində şəraitin
realist təsviri romantika və macəra ruhu ilə uzlaşır.
C.London öz üslubunu “insana və onun arzularına inamla
dolu ilhamlı realizm” adlandırırdı. Onun əsərləri üçün
xüsusi, özünəməxsus poetik dil səciyyəvidir. Yazıçı
R.Stivenson və R.Kiplinqi özünün ədəbi müəllimləri hesab
edirdi. Onun həyat fəlsəfəsinin formalaşmasına isə
Ç.Darvin, K.Marks, F.Engels, müəyyən
dərəcədə F.Nitsşe böyük təsir göstərmişlər.
1907-ci ildə yazıçı “Snark” gəmisi ilə dünya
səyahətinə çıxır. Bu səyahət 7 il müddətinə nəzərdə
tutulmuşdu. Lakin yazıçının xəstəliyi səbəbindən 1909-cu
ildə səyahət yarıda kəsilir. Səyahət müddətində “Snarkın
səyahəti”, “Cənub dənizlərinin hekayələri”, “Günəşin oğlu”
kitabları üçün zəngin material toplayır. Yazdığı əsərlər Cek
Londona böyük sərvət qazandırır. Onun bir kitab üçün
qonorarı 50 min dollara çatırdı, bu isə o dövr üçün çox
böyük məbləğ idi.
C.Londonun çoxcəhətli istedadı onun elmi-fantastik
hekayələr yazmasında da özünü göstərir. “Qoliaf”, “Bütün
dünyanın düşməni”, “Al-qırmızı taun”, “Dünya gənc olan
zaman” və digər əsərlər üslub orijinallığı, təxəyyül
zənginliyi, gözlənilməz gedişləri ilə seçilir.
1905-ci ildə ranço satın alan C.London kənd
təsərrüfatı ilə məşğul olmağa başlayır. Lakin bu iş sonda
onun çoxlu borca girməsinə səbəb olur.
Yazıçı ömrünün son illərində yaradıcılıq böhranı
keçirir, buna görə o hətta alkoqoldan hədsiz istifadə etməyə
Cek London 22 noyabr 1916-cı ildə vəfat edir. O,
böyrək xəstəliyindən əziyyət çəkirdi və ağrılarıının
sakitləşməsi üçün ona yazılmış morfidən zəhərlənərək
ölmüşdür. Lakin intihar versiyası da geniş yayılmışdır.
Cek Londonun əsərlərinin motivləri əsasında çoxlu
sayda filmlər çəkilmişdir. Ümumilikdə onun əsərlərinin
yüzdən çox ekran nümunəsi mövcuddur.
Görkəmli şəxsiyyətlər Cek London
Mən Cek Londonda sakit gücü, möhkəm və aydın ağılı,
məğrur cəsarəti sevirəm.
Leonid Andreyev
Mən Cek London nəsrinin əsas məziyyətini aydınlığında,
vəhşi və özünəməxsus poeziyasında, ifadə gözəlliyində və
xüsusi, özünəməxsus cəlbediciliyində görürəm.
Aleksandr Kuprin
O – iradənin yaradıcı gücünü yaxşı görən, dərindən hiss
edən və iradəli insanları təsvir etməyi bacaran yazıçıdır.
KİTAB ADASI
Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…
Etiket: cek london əsərləri
“Meksikalı” Cek London
Hekayələr silsiləsindən Cek London və onun Meksikalısı. Çox qəribədir…
Yazı pozu işindən zəhlən gedə, hətta bu işin nə qədər iyrənc olduğunu sözlə belə ifadə edə bilməyəsən, yalnız bunu müəyyən bir pul müqabilində edəsən və sonda bu cür yaxşı əsərlər yaradasan…
Çoxlarımız Cek Londonun əsərlərində insan hisslərinin, yaşantılarının nə qədər gözəl təsvir olunduğunun şahidiyik, amma düzü mən bilmirdim ki, yazıçı bu işi yalnız yaxşı pul aldığı üçün edir. Oxumağa davam et →
“Həyat eşqi” Cek London
Onlar iki dost idilər…
Dostunu yarı yolda tək qoyub gedən Bill və həyat eşqi ilə sonuna qədər mübarizə aparan adını bilmədiyimiz ÜMİDLİ qəhrəman.
Cek Londonun yaradıcılığı ilə ilk tanışlığım “Martin İden” əsəri ilə olmuşdu. Hadisələrin təsvirinin canlılığı, gözəl ifadə vasitələri, həyatın ən ağrılı səhnələrinin çox ustalıqla canlandırıldığı bu əsəri çox bəyənmişdim. İkinci dəfəki tanışlığım isə “Həyat Eşqi” hekayəsi ilə oldu. Bəzən düşünürəm ki, Hekayə insana Romandan daha çox zövq verə bilər. Elə “Həyat Eşqi” də mənə bu zövqü yaşatdı. Oxumağa davam et →
Cek London – “Yol” əsəri ilə tanışlıq və məzmunu
Cek Londonun müəllifi olduğu bu əsərin orginal adı “Yol” (“The Road”) olsa da məna meyarına görə dilimizin və türk dilinin bəzi mənbələrinə “Aclar Ordusu” və ya “Dəmiryolu Avaraları” adı altında da tərcümə olunmuşdur. ”Yol” əsəri Cek Londonun xatirələrindən ibarət olan və dəqiq olaraq bioqrafik olduğu bilinən üç əsərindən biridir. 40 illik həyatında həyəcan və macəralar əksik olmayan müəllif, əsərdə uzun bir müddət aralarında yer alan dilənçi və avara “ordusu”-ndan bəhs edir. 1800-ci illərin sonunda yaşanılan böhran və, işsizliyin Amerikada yaratdığı ac insanlar daima hərəkət halındadır. Dilənən, qapıları yumruqlayan və yemək istəyən və ya oğurluq edərək çapıb-talayan insanlardır bunlar. London da, Vaşinqtona doğru axan bu “aclar ordusu”-nun içərisində yollarda səfil, amma, macərası bol bir həyat sürmüşdür.
General Kellinin ordusuna qoşulmaq arzusunda olan iki min avara, Vaşinqtona çatmaq üçün qatarlara pulsuz və gizli olaraq minirlər, dilənir və oğruluq edərək, avara bir həyat sürər, bu hədəflərinə çatmağı planlaşadırırlar. Vaşinqtona getməyin başqa bir səbəbi də 1 Mayda toplanaraq iş və əmək tələb etmək və içərisində olduqları bu səfalətdən qurtulmaqdır. Cek Londonun sosialist bir partiyayaya üzv olması hər kəsə məlumdur və bu əsərində də sosializmdən söz açmaqla öz siyasi görüşünü açıq aşkar büruzə vermişdir.
Səhifələri bir-bir oxuduqca, ölkəni başdan ayağa gəzən ekspress qatarlarında son dərəcə çətin şərait altında qaçaq olaraq səyahət etməyin incəliklərini və təhlükələrini, qatar məmurlarının qaçaqları tapıb qatardan atmaq istəməsi, ancaq qarşı tərəfin tutulmamaq üçün necə qaçdı tutdu oyunu oynadıqlarının şahidi oluruq. Polislər tərəfindən tutulduqdan və sadəcə bir neçə saniyə ilə mühakimə edildikdən sonra sorğusuz-sualsız həbsə atılmağın verdiyi inciklik və təəssüf hissini oxuyaraq hiss edir və orada işləyən iyerarxik vəziyyətə ayaq uydurmağın həyati vacibliyini öyrənmiş oluruq. Daha sonra, iki min nəfərdən ibarət olan “ aclar ordusu” ilə birlikdə kəndlərdə dilənib, xalqın onsuz da az olan yeməyinə ortaq oluruq. Bütün bu baş verənlər ilə yanaşı, kitaba ustaca əlavə edilmiş macəra və maraqlı hadisələrə də rast gəlmək mümkündür.
Əsərdə ən çox düşündürən hissələrdən birini sizlərlə paylaşmaq istəyirəm: “Yeməyə bir şeylər tapmaq üçün yoxsullara yaxınlaşmağa məcbur idim. Kasıblar, ac bir avaranın sonuncu və müraciət üçün yeganə ümididir. Onlara hər zaman inanmaq olar. Ac bir qonağı heç vaxt geri çevirməzlər. Böyük evlərdən yemək istəməyim hər zaman rədd edilmişdi və həmişə qırıq pəncərələri əskilərlə doldurulan balaca daxmalarda, işləməkdən üzləri çökmüş analardan yemək aldım. Onlar özlərinə lazım olanı vermirlər çünki əllərində artığı yoxdur. Çünki xeyirxahlıq, siz də ən az it qədər ac ikən onunla sümüyü paylaşmaqdır.” Görünür London burada bizə mesaj göndərir: Kim kimin həqiqi dostudur? Kimlərlə yola çıxılmaq lazımdır? Kimləri yıxmaq üçün kimlərlə birləşmək lazımdır? Görünür, hətta bu gün də düşünməyə layiq olan bir mövzu var: Yoxsulların birliyi.
Cek London – “Yol” əsərinin Türk dilində EPUB formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər
Comments are closed, but trackbacks and pingbacks are open.