KİTAB ADASI
Çexovun ilk hekayələr toplusu – “Prank”. 1882-ci ildə nəşr olundu, lakin senzuranın qadağan edilməsi səbəbindən satışa çıxmadı. Ancaq onsuz da 1884-cü ildə, Anton Pavloviçin “A” təxəllüsü ilə çıxdığı ikinci “Melpomene Nağılları” kolleksiyası oxuculara təqdim edildi. Chekhonte “. Sonra, 19-cu əsrin 80-ci illərinin sonlarında Çexov “Qoqol yerləri” (Krım və Qafqaz) adlanan bir səyahətə getdi, bu da ona “Çöl” və digər əsərləri üçün çoxlu material verdi.
Çexovun Hansı Hekayələri Var
Anton Pavloviç Çexov, 1860-cı ildə Taqanroqda anadan olmuş və 1904-cü ildə həyatına son qoymuş Rus ədəbiyyatının tanınmış bir klassikidir. Bir yazıçı peşəsi seçilən fəaliyyətdən tamamilə fərqli idi. Çexov hazırlığı üzrə həkim, peşə üzrə yazıçısı idi. Ən maraqlı əsərləri bir neçə onilliklər ərzində dünyanın bir çox ölkəsində tədqiqat, tamaşa və müxtəlif şərh variantlarına çevrilmişdir. Çexov hansı hekayələr yazdı? Çexovun hansı hekayələri var
Təlimat
Addım 1
Gələcək yazıçı, o zaman Yekaterinoslav vilayətində yerləşən şəhərin Pravoslav ailəsində anadan olub. Anton Pavloviç ilk təhsilini Yunan gimnaziyasında aldı, sonra Çexov dünyaya dair ilk düşüncəsinin və baxışının formalaşdığı Taqanroq gimnaziyasına köçdü. Tələbə ikən Çexov ilk hekayələrini yazmağa başladı, bəziləri müəllimləri tərəfindən bəyənildi. Yazıçı sonrakı həyatını və yaradıcılıq yolunu 1879-cu ildə həkim kimi daxil olduğu Moskva Universitetində davam etdirdi. Bu zaman Çexov əvvəlcə “Dragonfly” jurnalında, daha sonra “Zəngli saat”, “Spectator”, “Oskolki” və başqalarında fəal şəkildə nəşr etməyə başladı.
Addım 2
Çox sayda hekayə Anton Pavloviçin müəllifliyinə aiddir. Bunlardan ən məşhurları: “Agafya”, “Albom”, “Anna boynunda”, “Anyuta”, “Lady”, “White fronted”, “narahat qonaq”, “Wallet”, “Arabada”, “Vanka”, “Cadı”, “Axmaq Fransız”, “Qrişa”, “İtli Xanım”, “Sevgilim”, “Ovçu”, “Qəlyanaltı”, “Ayna”, “İonyç”, “Xaç”, “Bektaşi üzümü” “,” At soyadı “,” Burbot “,” Sevgi haqqında “,” Baba “,” Duzlu “,” Sevinc “,” Tələbə “,” Qalın və arıq “,” Buqələmun “,” Bir halda olan adam “və bir çox digərləri.
Addım 3
Çexovun ilk hekayələr toplusu – “Prank”. 1882-ci ildə nəşr olundu, lakin senzuranın qadağan edilməsi səbəbindən satışa çıxmadı. Ancaq onsuz da 1884-cü ildə, Anton Pavloviçin “A” təxəllüsü ilə çıxdığı ikinci “Melpomene Nağılları” kolleksiyası oxuculara təqdim edildi. Chekhonte “. Sonra, 19-cu əsrin 80-ci illərinin sonlarında Çexov “Qoqol yerləri” (Krım və Qafqaz) adlanan bir səyahətə getdi, bu da ona “Çöl” və digər əsərləri üçün çoxlu material verdi.
Addım 4
Üçüncü hekayələr toplusu “Alacakaranlıq” dır. 1887-ci ildə “Alaqaranlıqda” başlığı ilə nəşr olundu, burada “mərkəzi” əsər “Darıxdırıcı bir hekayə” hekayəsi idi. Gələcəkdə “Yatmaq istəyirəm” və “Qadınlar” hekayələri oxucular arasında ən populyar oldu, burada Çexovun povest xarakteristikasının keçilməzliyi ilk dəfə özünü göstərdi.
Addım 5
Yazıçının başqa bir səfəri Çexovun yaradıcılığı üçün əvvəlcə Sibirdən, sonra Saxalin, Vladivostok, Amur bölgəsi və daha çox xaricə – Hong Kong, Sinqapur, Seylon və Süveyş Kanalı üçün çox şey verdi. Anton Pavloviç Odessada olduğu kimi Konstantinopolda da özü üçün çox şey tapdı. Çexovun təsirli və həssas olması onun üçün dəyərli ilham və yaradıcılıq uğuru mənbəyi idi.
KİTAB ADASI
Kitab yalnız həyat kitabdan daha maraqlı olanda bağlanır…
“Hekayələr” Anton Çexov
Rus ədəbiyyatından bir çox dünya şöhrətli yazar və şairlərin yaradıcığı ilə çoxdan tanışam; Dostoyevski, Tolstoy, Lermontov, Puşkin, Qoqol, Dovlatov və s. bu ədəbiyyatın önəmli simaları öz dövrünün yetkin mənzərəsini çatdıra bilən unikal beyinlərdir. Onlar işləyə biləcəkləri janrların ən möhtəşəm nümunələrini yaratmaqla, həm də özlərindən sonra məxsusi bir ədəbi məktəbin əsasını qoymuşlar. Zaman-zaman bu isimlərin yaratdığı qaydalar bir ədəbi aksioma kimi qəbul olunmuşdur. Hekayə janrının Şərqi Avropa üçün ilk pionerlərindən biri və vəfatından sonra yaratdığı pyeslərdən əlavə “Novella Allahı” kimi anılan insan da bu ədəbiyyatın yetirməsidir. Söhbət məhz Anton Çexovdan gedir.
Çexov, yaradıcılığı boyu öz fikirlərini hekayə janrında daha rahat çatdıra biləcəyinə inanmışdı. Müəllifə görə, bu epik janr bir yığcam hadisə ilə hətta qlobal məsələlərə də münasibət bildirmək gücünə qadirdir. Halbuki Çexovun bəzi hekayələri bir sıra müasir romanlardan nə həcminə, nə də məna yükünə görə fərqlənmir.
Çexovun bütun qəhrəmanları dövrünün Rusiyasının metaforasız fiqurlarıdır. Bu müəllifə strukturalist deməzdim, lakin Çexov heç şübhəsiz ki, realistdir. O, bütün obrazları sanki dəqiq tanıdığı kimi təsvir edir. Ancaq bu təsviretmə də dostcasına baş vermir. Onun qəhrəmanları mütləq yaxşı və pis adamlar deyil, gerçəkdə olduğu kimi, bütün mənfi-müsbət çalarları ilə maraqlı insanlardır. Lakin bütün bu hekayələrdə qabarıq olan bir cəhət var- bu insanlar öz əhatəsində fərqlənənlərdir; “Qılaflı adam”da qılaflı adam Belikov, “6 nömrəli palata”da Andrey Yefimıç və Ivan Dmitriç, “ədəbiyyat müəllimi”ndə Sergey Vasilyeviç, “At familiyası”nda Ivan Yevseiç, “It gəzdirən xanım”da Anna Sergeyevna öz mühitində özünəməxsusluğu ilə seçilən insanlardır, hətta “Sevinc” hekayəsində Mitya Kuldarov fərqliliyi ilə də fəxr edir.
Bu hekayələr mövzu rəngarəngliyi ilə də diqqət çəkir. Tamamilə fərqli hadisələrdə eyni qaydada fərqli yanaşmalar, müəllifin əhatəli dünyagörüşünə, səlis intellekt və həssas yazıçı müşahidəsinə dəlalət edir. Əsasən gözlənilməz sonluqla (Novella ənənəsilə) bitən bu hekayələrdə önəmli olan “göydəndüşmə” qərarlardır. Hətta, usta yazar bir çox məqamlarda olanlara ironiya ilə yanaşmaqdan da çəkinmir. Bu əsas da mütləq konfliktin yaranmasına xidmət edir. Deyərdim ki, müasir dünya hekayəçiliyinin Çexovdan əxz etdiyi məqamlardan ən önəmlisi konfliktikanın saxlanılmasıdır. Çünki bu yazarın bu janrda inkişaf etdirdiyi cəhətlərdən novella effekti qədər vacib olanı məhz hadisələrdə gərginliyin önə çəkilməsidir.
Sonda Çexov barədə elə onun müasiri, dünya şöhrətli yazar Lev Tolstoyun dediklərini xatırlatmaq istərdim: “Əgər bütün rus ədəbiyyatı təsadüf nəticəsində yoxa çıxıb, təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.
Bu yeni nəşr kitabı mənə müvəqqəti qovuşdurduğu üçün əziz qardaşım Fariz Bayramov-a öz dərin minnətdarlığımı bildirirəm!
Səbuhi Şahmursoy
Anton Çexov – Hekayələr (Fariz Bayramov)
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Lev Tolstoy onun yaradıcılığını bu məşhur sözlərlə qiymətləndirmişdi : “ Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yoxa çıxsaydı, və təkcə Çexovun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya xalqlarında aydın təsəvvür yaratmaq üçüçn kifayət edərdi “ . O nəinki rus, ümumiyyətlə dünya ədəbiyyatında hekayə janrının ən böyük ustasıdır. Bəli, söhbət dünya şöhrətli rus yazar ANTON ÇEXOV – dan gedir…
Bir neçə gün öncə başladım Çexovun hekayələr kitabını oxumağa. İlk hekayə olan “ Məmurun ölümü “ hekayəsi ilə maraq məni çəkdi apardı kitabın dərinliklırinə. Növbə ilə bütün hekayələri oxudum və bu böyük insanın qələminə vuruldum. Oxuyarkən dogrudan da heyran qalırdım yazarın düşündürmə qabiliyyətinə. “ 6 nömrəli palata “ və “ Qılaflı adam “ hekayələri hər bir oxucunu beynindən vuracaq gücə malikdir.
“ Qilaflı adam “ hekayəsinin qəhrəmanı Belikov qəribə bir tip kimi qələmə verilir. Belikov küçəyə çətirsiz çıxmır , ayağında mütləq qaloş olur, hökmən palto geyinir əyninə. Çətirinin də, saatının da, hətta karandaş yonmaq üçün gəzdirdiyi cib bıçağının belə xüsusi qabı vardır. Qulaqlarına pambıq tıxayır, faytona minərkən faytonun ütünü qaldırmağı əmr edir. “ Deyəsən Belikovun üzünün də qabı vardı, çünki həmişə üzünü yaxalığının içində gizlədərdi “ deyə yazar qəhrəmanını təsvir edir… Bəli, yəqin ki hər biriniz bu yazdıqlarımı oxuduqca hekayənin adının niyə məhz “ Qilaflı adam “ olduğunu anladınız. Fikir verirsinizsə, bu adam necə deyərlər “ altdan geyinib- üstdən qıfıllanıb “ . Eyni zamanda yəqin ki hər biriniz ətrafınızda, mühitinizdə də belə insanların yetərincə olduğunu məhz indi hiss etdiz . Təbii ki söhbət təkcə xarici görünüşdən getmir. Xatırlayın, ətrafınızda nə qədər bu tip insanlar var ki, məhz beyinleri də bu cur qılaflıdı . Belələri hər cür yeniliyə, müasirliyə, mədəni nkişafa qarşı cıxırlar, inkişafa mane olurlar. Çexovun böyük bir ustalıqla yaratdıği bu insan tipi də eynilə bu cürdür . Hekayəni oxuduqca onun, hətta küçədə velosiped sürən qadına belə irad tutduğunu görəcəksiniz. ( Dogrusu son yazdığım cümlə ilk baxışdan coxunuzu təəccübləndirməyə bilər, deyərsiz ki onsuz çoxu buna pis baxır. Amma unutmayın ki söhbət Azərbaycan yox, rus cəmiyyətindən gedir, həm də 19-cu əsrdə,hansı ki onlarda hətta o zamanlar belə buna normal baxırdılar ) . Hər zaman bədii əsərlərdə qəhrəmandan çox tip axtardığımdandı bəlkə də, mən bu hekayəni həqiqətən çox sevdim.
“ 6 nömrəli palata “ hekayəsində isə, xəstəxananın baş həkimi olan Andrey Yefimıç , xəstəxananın ruhi xəstələr bölümündəki xəstələrdən birinin, əslində şəhərdə söhbət edilməli olan ən ağıllı adamlardan biri olduğunu anlayır. Onun fikirlərini dinlədikcə artıq başqa kimsəni dinləmək istəmir və anlayır ki belələrini cəmiyyət qəbul etməyərək dəli hesab edir. Belə ki, “ dəlinin “ yanına gedib gəldiyinə görə həkimi də dəli hesab edərək xəstəxanaya salırlar… Hekayə uzundur, maraqlıdır, inanılmaz dərəcədə düşündürücüdür. Mən uzun- uzun danışıb marağını qaçırmayım.
Həqiqətən də rus xalqının həyatının mükəmməl təsviri, gözəl və sadə təbiət tərənnümləri, rus xalqının təfəkkürünün bütün çılpaqlığı ilə verilməsi, nəinki rus xalqının, hətta bütün insanlığın ümumi problemlərinin yer aldığı hekayələrdi hamısı. Mən ən cox sevdiyim iki hekayə haqda daışdım saddəcə. Bütün hekayələr maraqlıdı əmin olun. Oxuyun, zövq alın, düşünün…
Comments are closed, but trackbacks and pingbacks are open.