Press "Enter" to skip to content

Cəfər cabbarlı əsərlər

Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…

Cəfər Cabbarlı “Əsərləri 3” PDF

Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Əsərləri”nin üçüncü cildinə daxil edilən pyesləri onun yaradıcılığının son mərhələsində qələmə aldığı dram əsərləridir. Bu pyeslər uzun onilliklər Azərbaycan teatrının pərdələrini enməyə qoymayan səhnə əsərləri kimi tanınıb və bir sıra xarici dillərə tərcümə edilibdir. Dövrünün bədii mənzərəsini təbii lövhələrlə canlı əks etdirən bu pyeslər bu gün obyektiv təhlil və dəyərləndirmə meyarına ehtiyac duymaqdadır.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Cəfər Cabbarlı “Əsərləri 3” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Mir.az-c_-cabbarli-eserleri3.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Cəfər cabbarlı əsərlər

Kulis.az Cəfər Cabbarlının Ev Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızının APA TV-nin “Sözü kodu” verilişinə müsahibəsini təqdim edir.

– Qəmər xanım, söhbətimizə kitab mövzusu ilə başlamağımızı istərdim. Bu gün cəmiyyətin kitaba və Cəfər Cabbarlının ədəbi irsinə münasibəti necədir?

– Dəvətə görə təşəkkür edirəm. “Libraff” kitab mağazasının rəflərində olan zəngin kitablara baxdım, çox xoşuma gəldi. Yaxşı olardı ki, oxucularımız da gəlib bu kitablardan alıb oxusunlar. O ki qaldı cəmiyyətin kitaba olan münasibətindən, əlbəttə, 30 il əvvəl kitaba münasibət tamam başqa cür idi. Mən onda institutda oxuyurdum. İnsanlar kitabı o qədər sevirdilər ki, tapılmayan kitabları əldə etmək üçün makulaturanı təhvil verib, əvəzində klassik və müasir yazıçıların çoxcildliklərini alırdılar. Son vaxtlar kitaba münasibət başqa cürdür. Amma ümid edirəm, yaxşı olacaq. Cəfər Cabbarlının Ev Muzeyi və Cəfər Cabbarlı adına İctimai Birlik kitaba marağı artırmaq üçün son vaxtlar müxtəlif layihələr həyata keçirir. Bu layihələr əsasında müsabiqələr təşkil olunur. Əsas məqsədimiz də uşaqlarda kitablara maraq və sevgi oyatmaqdır. Sevinirəm ki, son vaxtlar uşaqlarda bu müsabiqələrə maraq artıb. Bu işlərimizi gələcəkdə də davam etdirəcəyik.

– Cəfər Cabbarlının irsinin təbliğ olunmasında qızı Gülarə xanımın böyük xidməti var. Ədibin indiyə qədər çap olunmayan hər hansı əsər varmı?

– Doğrudan da, Gülarə xanım uzun illər Azərbaycan mədəniyyətinə xidmət edib. Əvvəl Cəfər Cabbarlı adına Teatr Muzeyində elmi işçi kimi işləyib. Daha sonra 1979-cu ildə Ümummilli liderimiz Heydər Əliyev cənablarının xüsusi sərəncamı ilə Ev Muzeyi açılanda Gülarə xanım muzeyə direktor təyin oldu. 2012-ci ildə isə pensiyaya çıxdı. Muzeydə çalışan zaman əsas işi Cəfər Cabbarlının ədəbi irsinin təbliği olub. O, Cəfər Cabbarlının bir çox çap olunmayan əsərlərinin nəşrinə nail olub. Cəfər Cabbarlının əsərləri çox olub. Elə əsərləri var ki, hələ indiyə qədər işıq üzü görməyib. Bəzi əsərləri isə Sovet hakimiyyəti illərində bilərəkdən itirilib. Onun rusca yazdığı məqalələr var ki, heç biri tərcümə olunmayıb.

– Həmin məqalələr sizdə var?

– Əlyazmalar Fondunda var. Elə əsərləri də var ki, itirildiyinə görə fonda düşməyib. Professor Asif Rüstəmli Cəfər Cabbarlı irsinin tədqiqi baxımından çox iş görüb. 20 ildən artıqdır Cabbarlı yaradıcılığı ilə məşğul olur. Bir sıra məqamlar var ki, onun özünün tədqiqatları nəticəsində üzə çıxıb. Biz Asif müəllimə təşəkkür edirik. Amma Gülarə xanım elə şeyləri bilirdi ki, Sovet hakimiyyəti illərində onları yasaq etmişdilər. Nə danışa bilirdilər, nə yaza. Mən məktəbdə oxuyanda evimizdə bir saat var idi. Nənəm heç vaxt demirdi ki, bu saatı Cəfər Cabbarlıya Nuru Paşa bağışlayıb. Bu barədə heç nə danışmazdılar. Cəfər Cabbarlı Bakı Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdu. 1920-ci ildə həmin fakültədə oxuyurdu. Biz qonaqları ekskursiyaya aparanda deyirdik ki, Cəfər Cabbarlıya tibb elmi maraqlı gəlmədi və yarımçıq qoyub çıxdı. Əslində isə səbəb başqa idi. Cəfər Cabbarlı böyük istiqlalçı, türkçü idi, ona görə də həbs olunmuşdu. Elə bu səbəbdən də onu həbs edib, institutdan xaric etmişdilər. 1923-cü ildə onu bir də həbs etdilər. Prezidentimiz Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı Sərəncam imzalayıb. Yerinə düşər, bu barədə də danışım. O dövrdə Cəfər Cabbarlı çox gənc olmasına baxmayaraq, artıq yazıçı kimi tanınırdı. 16-17 yaşında dramlar yazmışdı. Xalq Cümhuriyyəti qurulandan sonra Cəfər Cabbarlı dostları ilə bir yerdə parlamentdə işə qəbul olunmuşdu. Həm redaktor idi, həm stenoqrafçı. Ona böyük imkan yaranmışdı ki, demokratik respublikanın qurucuları ilə bilavasitə ünsiyyətdə olsun. Əlbəttə, bu onun üçün böyük məktəb idi. Cəfər Cabbarlı ömrünün sonuna qədər əqidəsinə sadiq qaldı. Baxmayaraq ki, Sovet hakimiyyəti illərində deyirdilər ki, o Sovet yazıçısıdır. Diqqətlə oxuyanda isə görmək olar ki, o demək istədiyi həqiqətləri üstüörtülü də olsa, çatdırmağa çalışıb. Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun quruluşunda “Almaz” pyesi tamaşaya qoyuldu. Çox gözəl tamaşa alındı. Gülarə xanımın baxdığı son tamaşa idi. O qədər sevinirdi ki. Mən Azər Paşa Nemətova bu uğurlu işinə görə çox təşəkkür edirəm. Gülarə xanım deyirdi, Azər Paşa müəllim çox sağ olsun, mənim atamı yenidən teatra gətirdi. Azər Paşa müəllim də cavab verirdi ki, Cəfər Cabbarlı onsuz da teatrdan getməmişdi. Gülarə xanım 88 yaşında rəhmətə getdi. Nə yaxşı ki, bu yaşında “Almaz”ın tamaşasını gördü. İnanırsınız, o neçə gün özünə gələ bilmədi. O tamaşaya baxanda da görürsən ki, Sovet hakimiyyəti illərində bu əsəri necə istəyirdilərsə, o cür də tamaşaya qoyur, bəzi şeyləri isə gizli saxlayırdılar. Bu gün isə görürük ki, tam əksidir. Cəfər Cabbarlı İctimai Birliyi ilə Ev Muzeyi hər il mükafatlar təqdim edir. İlk dəfə Mikayıl Mirzəyə “Aydın” əsərinə görə təqdim olundu. Mükafat “BP” şirkəti ilə birgə təsis olunmuşdu. Sonrakı illərdə əlbəttə, davamlı olaraq çalışdıq ki, mükafatları təqdim edək. Keçən il isə “Almaz” tamaşasına görə bu mükafat təqdim olundu.

– Muzeyin fəaliyyəti nə yerdədir? Bildiyim qədər təmirlə bağlı problemləriniz var.

– Ev Muzeyinin yerləşdiyi bina qədim binadır. Tikinti 1920-ci illərin sonunda başlayıb. Son vaxtlar aparılan tikinti işləri, zəlzələlər nəticəsində bina zədələr aldı. Muzey fəaliyyətini davam etdirir. Bircə ekspozisiyada tamaşaçı qəbul etmirik. Bunun əvəzinə isə sərgidə əşyalar təqdim olunur. Əsərləri məktəblərdə, müəssisələrdə təqdim edirik. Bundan başqa kitablar nəşr edirik. Cəfər Cabbarlının hekayələrindən ibarət kitab nəşr etmişik. Son vaxtlar isə Cabbarlının Cümhuriyyət dönəmindəki fəaliyyəti ilə bağlı məlumatların toplandığı Asif Rüstəmlinin kitabını çap etdirmək istəyirik.

– Kitabda Cəfər Cabbarlının həyatının gizli qalan tərəfləri toplanıb?

– Bəli, o məqamlar da var. Biz müstəqilliyə qovuşanda sonra tədqiqatlar aparıldı. Asif müəllim tədqiqatlar apardı və məlum oldu ki, Cəfər Cabbarlı böyük istiqlalçı olub. Cəfər Cabbarlı 1934-cü ildə öz əcəli ilə dünyasını dəyişdi. Amma onunla bir yerdə vaxtilə həbsdə olan insanlar ya sürgün olundular, ya da güllələndilər. “Çeka” əməkdaşları 1923-cü ildə evdə axtarış aparanda Cabbarlının əsərlərinin bəzilərini tapmışdılar. Onun “Bakı müharibəsi” adlı əsəri vardı. Ermənilərin Bakıda insanların başına gətirdiyi müsibətləri yazmışdı. Əsər tamaşaya da qoyulmuşdu. Bizim muzeydə onun proqramı da var. Təəssüf ki, əsər yoxdur. Bu əsərdə Nuru Paşanın da obrazı olub. Sonra “Araz çayı” əsəri də yoxdur. Cabbarlının “Ədirnə fəthi”, “Trablis müharibəsi” əsərləri var. Bu əsərlər uzun illər işıq üzü görməyib. Bu əsərlər Cabbarlını sevən insanların sayəsində bu günümüzə gəlib çatıb.

– Amma yəqin ki, yerdə qalan əsərlərinin çoxunun əlyazmaları var.

– Əlyazmalar İnstitutunda saxlanılır. Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım 25 il Teatr Muzeyinin direktoru olub. Çox adam bilmir ki, Cəfər Cabbarlının bircə romanı olub. 12-13 yaşında yazmağa başlayıb, yarımçıq qalıb. Asif Rüstəmli araşdırıb ki, o əsərin adı şərti olaraq “Kazım bəy” olub. Cabbarlı hər janrda yazıb. Sonra Sabirin təsiri altında satiralar yazıb. Daha sonra isə hekayələr qələmə alıb. Biz o hekayələri çap edib məktəblərə verdik ki, uşaqlar oxusunlar. Çünki Cabbarlının dili çox təmizdir.

– Hətta dilimizə yeni sözlər də gətirib.

– Bəli. Sovet hakimiyyəti qurulandan sonra Cabbarlı böyük stressə düşüb. Demokratik Respublikanın süqutunu böyük ağrı ilə qarşılamışdı. Bir müddət dram yaradıcılığına ara verdi. 1920-1927-ci illərdə isə özünə qapanmışdı. Bu illərdə tərcüməçilik edib. “Hamlet”, “Qaçaqlar”, “Fiqaronun toyu” əsərlərini tərcümə etmişdi. 1925-ci ildə “Hamlet”i tərcümə edəndən sonra Dram Teatrında rejissor Tuqanovla bir yerdə əsərin üzərində rejissor kimi çalışmışdı. Bu haqda Tuqanovun xatirələrində də var.

– Daha sonra isə Dram Teatrında ədəbi hissə müdiri vəzifəsində çalışmışdı.

– Bəli. 30-u ildə teatrda ədəbi hissə müdiri və rejissor kimi çalışırdı. Yəni əsl teatr xadimi idi. Həm əsər yazırdı, həm də aktyorlarla bir yerdə çalışırdı. Xatirələrdə yazırlar ki, teatrda onun ayrıca otağı olub, aktyorların dillərini rəvan etmək üçün onlarla işləyirdi. Bundan başqa tamaşalar üçün geyim eskizləri var. Özü həm rejissor idi, həm də tamaşalarına mahnılar bəstələmişdi. Onun ən məşhur mahnısı da “Azad bir quşdum” mahnısıdır. İki mahnısını yaxın dostu Əfrasiyab Bədəlbəyli nota salmışdı. Digər mahnıları var ki, onlar nota salınmadığı üçün bəziləri xalq mahnısı kimi oxunur.

– Maraqlıdır, hansı mahnılardır?

– Məsələn, “Zalım yar” mahnısı. “Sevil” əsəri üçün yazmışdı. Həyat yoldaşı xatirələrində yazır ki, Cabbarlı not bilmədiyinə görə əsəri öz-özlüyündə oxuyurdu ki, yadından çıxmasın. Yaxud “Turacın mahnısı”ını da Cəfər Cabbarlı bəstələyib.

– Verilişdən əvvəl Cabbarlı haqqında söhbət etdik. Hiss etdim ki, mətbuatda yazılan və sizi narazı salan məqamlar var.

– Saytlarda elə adamlar yazır ki, Cabbarlını bilmirlər. Ordan-burdan nə eşidirlər, onu yazırlar. Oxucular onların yaxşı cavabını da verirlər. Ona görə də geniş danışmaq istəmirəm. Yaxşı olar, kitab oxusunlar, bir şəxsiyyətlər haqqında məlumatlarını genişləndirsinlər.

– Cəfər Cabbarlının həyat yoldaşı Sona xanımın xatirələri sonuncu dəfə nə vaxt nəşr olunub?

– Mənə deyiblər, təzəlikcə nəşr ediblər. Bu veriliş vasitəsi ilə demək istərdim ki, harada nəşr olunmağı haqqında bizə məlumat verməyibsiniz, heç olmasa o kitabdan nümunə kimi Cabbarlı ailəsinə göndərin. Sona xanımın sağlığında – 60-cı illərdə “Onu kim unudar” adı altında xatirələr nəşr olunmuşdu.

– Sona xanımın bir xatirəsi var ki, 1934-cü ildə Moskvada Ümumittifaq Yazıçılarının Qurultayında Cəfər Cabbarlı müstəmləkəçilik haqqında sərt çıxış edib. Bu çıxış “yuxarılar”ın xoşuna gəlməyib.

– 1934-cü ilə qədər Cəfər Cabbarlı Yazıçılar İttifaqına üzv olmaq istəmirdi. Səməd Vurğun Yazıçılar İttifaqının sədri olub. Cabbarlıya təklif edib ki, Moskvaya nümayəndə gedir, sən də üzv ol, getməlisən. Cabbarlı da deyir, mən yazıçı yox, həvəskar yazıçıyam. O qədər təvazökar idi ki, ölümündən 3-4 ay əvvəl ittifaqa üzv olub. Bizdə üzvlük haqqında ərizənin əsli var. Onun Moskvadakı çıxışı “Pravda” qəzetində çap olunur. Cabbarlı deyirdi ki, yazıçı sifarişlə yazmamalıdır. Amma uzun illər Sovet dövründə deyirdilər ki, Cabbarlı sifarişlə yazıb. Əslində, bu cür olmayıb. Çıxış olub sentyabr ayında. Cabbarlı isə dekabrda vəfat edib. Yaşasaydı, onu da repressiya aqibəti gözləyirdi. Bilirdilər ki, o öz ideologiyasına münasibətdə sadiqdir. Xalq onu çox sevirdi. Məmməd Əmin Rəsulzadə də yazırdı ki, Cəfər Cabbarlını dəfn edəndə bolşeviklər onu çiyinlərində apardılar ki, onun Sovet yazıçısı olduğunu göstərsinlər. Halbuki, o Sovet yazıçısı deyildi. Bəzi dostları kimi Cəfər Cabbarlı da xaricə gedə bilərdi. Amma getmədi. Axı o, gizli fəaliyyətdə idi. Bilirsiniz ki, Sovet hakimiyyəti qurulandan sonra Cabbarlı Müsavat Partiyasının gizli təbliğat-təşviqat komitəsinin rəhbəri idi. Gizli çap olunan kitabçalar və vərəqələrə Cəfər Cabbarlı baxırdı. 1923-cü ildə onun həbsi də bununla bağlı idi. “İstiqlal” qəzetini gizli olaraq çap edirdilər. Təsadüfən, həmin qəzetin çap olunduğu mətbəəni “Çeka” aşkarlayır və dostları ilə birgə Cabbarlı da həbs edilir. Bolşeviklər də bilirdilər ki, Cəfər Cabbarlı öz ideologiyasına sadiqdir. Əsərlərində də bunu gizli bildirirdi. “Almaz”, “Sevil”, “Aydın” əsərlərində istədiklərini gizli deyirdi. “Almaz”da qəhrəman gedəndə özü ilə tarını da aparır. O dövrdə tara qarşı nə qədər böyük təzyiqlər var idi. Süleyman Tağızadə yazır ki, Cəfər qədeşə dedim, mənə rol ver. O da dedi, rol verərəm, amma sən tar çalmağı öyrənməlisən. Süleyman Tağızadənin tar almağa imkanı olmayıb, Cabbarlı özü ona tar alıb. Süleyman Tağızadə tar çalmağı öyrənib. Cabbarlı Əfrasiyab Bədəlbəyliyə zəng edib ki, gəl teatra, Süleymana mahnı öyrətməliyik. Süleyman Tağızadə 1959-cu ildə həmin tarı Ədəbiyyat Muzeyinə bağışlayıb.

– Sona xanım yaşayış səviyyələri ilə bağlı nə yazıb, nə danışırdı?

– Cabbarlı həmişə işləyib. Teatrdan çıxıb gedirdi Operaya, oradan da kinostudiyaya. Onun sayəsində bir çox aktyorlarımız kinoda işləməyə başlayıblar. Onların arasında Ağasadıq Gəraybəyli, İzzət Orucova var idi. Əsas sıxıntısı xalqla bağlı olub. Öz maddi-məişət məsələləri pis olmayıb. İki övladı olub: Aydın və Gülarə. Aydın həkim idi, 1999-cu ildə dünyasını dəyişib. Gülarə xanımla Aydın arasında altı yaş fərq olub.

– Ərəblinski 1919-cu ildə öldürüləndə Cabbarlı bunu çox böyük sarsıntı ilə qarşılayıb. Dostlarına deyirmiş ki, bilsəydim Ərəblinski kimi aktyor ola biləcəyəm, aktyorluq sənətinin dalınca düşərdim.

– Oqtay Eloğlu Ərəblinskinin obrazıdır. Hətta Ərəblinskiyə ölümündən sonra şeir də yazmışdı. İstəyirdi ki, Aydın obrazında Ərəblinski oynasın. Heyf ki, qismət olmadı. Ümumiyyətlə, arzusu o idi ki, əsərlərində baş qəhrəmanlarını həmişə Ərəblinski oynasın. Ərəblinskidən sonra isə baş rollarda Abbas Mirzə Şərifzadə çıxış edib. Məsələn, “Aydın”da. Təəssüf ki, son illərdə onu incitdilər və teatrdan getdi. Deyirdilər, Cəfər Cabbarlı teatrı əlinə alıb, bizi yazmağa qoymur. Ona görə də teatrdan çıxıb kinofabrikə gedir. Daha sonra opera və kinoda işlədi. Və harada işlədisə, xalqı üçün nə isə etməyə çalışdı.

  • Rusiyanın Əməkdar artisti vəfat etdi
  • Flora Kərimova həkimini məhkəməyə verdi
  • “Dalan” filminin təqdimatı keçirildi

Cəfər Cabbarlı – Ana şeiri

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşətü-qiyamətdən.

Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?

Ana! Ana. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox!- Yox.
Fəqət Ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.

Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-Ana… Ana… Sənə mən rahibəm itaətdə.

Aman… Aman!… Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin ?!

Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?

Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm- dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.

Müəllif: Cəfər Cabbarlı (1899 – 1934)

ustac.az dan yeni “Ana şeirləri” layihəsi N:001 #ana_şeirləri

USTAC.AZ

Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru

Поделиться ссылкой:

Bunu bəyən:

Bəyən Yüklənir.

Oxşar

Published by Yazarlar.Az

Bir cavab yazın Cavabı ləğv et

SİZİN ÜÇÜN FAYDALI KEÇİDLƏR

KİTABLAR>> BİTİK.AZ

Oxuyur: Orxan Yusifcanlı

Zaur Ustacın “45” adlı seçmə şeirlər kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Təhsil Nazirliyi tərəfindən metodiki vəsaitə daxil olunmuş şeirlər – məktəbəhazırlıq qrupları üçün – Zaur Ustacın “Güllünün Şeirləri” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Moskva Kremlini tikən məşhur şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanı haqqında Zaur Ustacın “Əliş və Anna” kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

Zaur Ustacın “QƏDİMLİYƏ BÜRÜNMÜŞ YENİLİK” adlı seçmə şeirlər kitabı . Qiyməti 5 AZN şəhərimizin əsas kitab mağazalarından soruşa bilərsiniz.

DİQQƏT
Hörmətli valideynlər və abituriyentlər!
Vaxt azalır!
Təbriz Tədris Mərkəzi mövcud şəraitlə əlaqədar olaraq dərslərin keyfiyyətini optimallaşdırmaq məqsədilə:

İyun ayının 1-indən etibarən gücləndirilmiş və sürətli təkrar dərs proqramı ilə abituriyent qəbulunu elan edir!
Dərslər canlı və fərdi şəkildə 1 saat müddətində keçiləcək!
Dərslər hər gün ardıcıl olaraq təşkil olunacaq!
Mövzu ətrafında uyğun yarpaq testlər və sınaq tapşırıqları yerinə yetiriləcək!
Dərslər peşəkar müəllim kollektivi tərəfindən keçirilir!
Övladlarınızın nəticələrinin yaxşılaşdırılmasını istəyirsinizsə, Sizi TTM-də gözləyirik!

ELAN YERLƏŞDİRMƏK İSTƏYƏNLƏR ÜÇÜN :

Əlaqə: 070-390-39-93

Zaur USTAC

Zaur Ustac 8 (14) yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hal-hazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. AJB-nin üzvü olan Zaur Ustac “QIZIL QƏLƏM” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, 2019 – cu ildən Prezident Təqaüdçüsüdür. Zaur Ustac “Günaydın”(Ağçiçəyim), “İstəməzdim şair olum, hələ mən”, “Gülzar”, “Şehçiçəyim”, “Məhdud həyatın məchul düşüncələri”, “Mum kimi yumşalanda”, “Bayatılar”, “Balçiçəyim”, “Bərzəxdə”, “Gülünün şeirləri”, “Sevin ki, seviləsiz…”, “Qəlbimin açıqcası”, “Ustadnamə”, “Nişangah”, “Çəhrayı kitab”, “Zimistan” (1), “Ülyahəzrət” (2), “45”, “Qədimliyə bürünmüş yenilik”, yaradıcılığının 30 illiyi yubiley tədbirləri çərçivəsində nəşr olunmuş “Otuz ildir əldə qələm” kimi şeirlər kitablarının, görkəmli memar Şamaxılı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin anadan olmasının 700 illiyi münasibəti ilə qələmə alınmış “Əliş və Anna” poemasının, “Usubcan əfsanəsi”, “Yaradanla baş-başa”, “Qələmdar” (3) adlı məqalə toplularının, 2019-20 tədris ilindən Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları üçün nəzərdə tutulmuş “Məktəbə hazırlaşırıq” adlı iki hissəli metodik vəsaitin birinci, ikinci hissələrinə daxil edilmiş “Güllünün şeirləri” tədris vəsaitinin, üçüncü sinif şagirdləri, eyni zamanda yeni öyrənməyə başlayan istənilən yaş qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş “39 Həftə” – “39 Weeks” kimi tanınan məşhur ingilis dili üçün xüsusi proqramın və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ Oriyentir ulduzu” (povest) kitabının müəllifidir.

ZAUR USTAC HAQQINDA PROFESSOR, TƏNQİDÇİ-ƏDƏBİYYATŞÜNAS QURBAN BAYRAMOV YAZIR:

Zaur Ustac – qələmdar olmaq missiyası
(Tənqidçinin xəfif eksklüziv münasibəti…)

Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.

Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal – azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.

Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur…

Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda… Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur…

Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, – hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, – əzabını, məşəqqətini göz önünə gətirin… Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.

Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!

Zaur Ustacın qələm yoldaşları yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən biri də ənənvi yolda qeyri-adiliyi tapmaq və müxtəlif ədəbi ölçülərdə (deyək ki, janrlarda) şərh etmək bacarığıdır. Xalq həyatının müxtəlif məqamlarında, ən ağır anlarında, millətin şərəf və ləyaqəti naminə ayağa qalxmış, onun oğulları vətən yolunda qorxmadan dirigözlü ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları – kişiləri, ərənləri, igidləri barəsində (məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist yazıları da belə xoş məramın nəticəsində ortaya gəlir, “yazıya pozu yoxdur” yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”, “Əliş və Anna” (poema), “Sevin ki, seviləsiz”, “Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox kitabı kimi… Doğrudan da bu kitabları bir yerə cəm etsək, elə adını “Qəlbin açıqcası” qoyardım, çünki bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya ünvanladığı ədəbi-bədii açıqcalardır, özü də səmimiyyətlə yoğrulmuş, ürəkdən, qəlbdən süzülüb gələn gizlinlər yox, məhz açıqcalar. Bir bayatısında dediyi kim, onun “can evindən qopub düşən” namələrdir. Bundan əlavə, o, ümumtəhsil məktəbləri üçün metodik vəsaitlərin, dərsliklərin, proqramların da maarifçi müəllifidir.

Bu məqamda, onun milliliyə, vətənsevərliyə, yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin bənzərsiz xüsusiyyətindən irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları ödəyən, əsrarəngiz Azərbaycan ruhunu bərpa edərək epik bir prinsipə çevirmək cəhdi kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi yaratmağa əşəddi ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik dövrü ədəbiyyatımızın, xüsusən, tarixi mövzularda qələmə alınan nəsr nümunələrinin yaratdığı ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış edir, yuxarıda qeyd etdiyim kimi, qədimliyə bürünmüş yenilik yaradır.

Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə – hiss və duyğuylarla da dərk edəsən. Bu cəhət, hələlik embirional səviyyədə onun bədii təfəkkürünün dominantına çevrilməyə başlayıb və inanıram ki, tam dominantlıq alınacaq. Zaur Ustacın bir xoş prinsipi də var, ətrafına, mühitinə əlindən gələn yaxşılığı et! Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı bacarıb, qələmin yükünü, sözün müqəddəsliyini dərk etdiyindəndir ki, “Söz müqəddəsdir” şeirində yazır:

Gəldin bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram ol sözlə,
Qələmlə elə yaz, qoy izi düşsün.

Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin iştirakçısı və hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa başlayıb, 32 ildir ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir. Ləqəbi “Ustac”dır; AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı, “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, “Ustac.az” fərdi inkişaf və yaradıcılıq mərkəzi”nin təsisçisi, naşir, müasir dövrün maarifçi-demokratıdır. İntellektualdır, kreativ təfəkkürlü, qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist, şair, nasir, tərcüməçi, naşir, ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm… Və bir yazıçı olaraq Zaur Ustacın gələcək çəki-düzənini bu sadaladıqlarımda, konkret mövqeində, QƏLƏMDARLIĞINDA görürəm. Eyni zamanda, toz qonmayan Qələmdar qürurunda, təmkinində görürəm! Çünki bilirəm ki, təmkin və qürur mənəviyyatı hər zaman bütün fəsadlardan, yanlışlıqlardan qoruyar… ALLAH QORUSUN!

Comments are closed, but trackbacks and pingbacks are open.