Cəfər cabbarlı əsərləri
Geyimin oxşadıqca yel guya,
Axıyor göydə canlı bir xülya.
Uçuyor həp, nasıl da söyləməli,
Sanki bir şairin uçan əməli.
Axıyor sanki pənbə bir röya
Bir mələk, ya ki, caniı bir sevda
Axıyor sanki bir axan ulduz.
Bu uçan Durnadır, əvət, yalnız.
Sanki göydən yerə xəyal uçuyor,
Onu Quzğun dayanmadan qucuyor.
Cəfər cabbarlı əsərləri
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Əsərləri: III cild
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Cəfər cabbarlı əsərləri
Audio Kitab olan SEÇİLMİŞ ƏSƏRLƏRİ (Cəfər Cabbarlı)(SEÇİLMİŞ ƏSƏRLƏRİ) video materialı Cirtdan.TV portalında 2018.12.19 tarixində dərc olunmuş və onu 2810 istifadəçi online izləmişdir.
Dahi sənətkarımız Cəfər Cabbarlının seçilmiş əsərlərini Cəmilə Mahir qızı Məmmədli səsləndirmişdir.
Ölkə: Azərbaycan
SEÇİLMİŞ ƏSƏRLƏRİ (Cəfər Cabbarlı) videosunu online ləngiməsiz yaxşı keyfiyyətdə izləmək üçün (avtomatik yüklənir), sizin internetin sürəti 1Mbit/s-dən artıq olmalıdır. Videonun yüksək keyfiyyətdə izlənməsi üçün internetin sürəti 2Mbit/s-dən artıq olmalıdır.
DİQQƏT. Əziz izləyicilər və xüsusilə valideynlər. Günümüzdə çox təəssüfki hazırlanan filmlərin böyük bir qismi qeyri-müsəlmanlar tərəfindən hazırlanaraq bir çox hallarda daxilində əxlaqa zidd xarakterli məlumatlar daşıyır. Lütfən DİQQƏTLİ OLUN.
Azərbaycan dilində AUDIO KITABLAR
of your page –>
Əgər sizin internetin sürəti SEÇİLMİŞ ƏSƏRLƏRİ (Cəfər Cabbarlı) videosuna bir başa baxmağa imkan vermirsə, pauza düyməsinə basaraq bir neçə dəqiqə gözləyin. Daha rahat izləmə üçün biz sizə Mozilla,Opera və ya Google Chrome-u yükləməyi məsləhət görürük.
Saytda yerləşdirilən online baxış üçün nəzərdə tutulan bütün videolar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com və VK.com portallarının açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Videoların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Əgər “SEÇİLMİŞ ƏSƏRLƏRİ (Cəfər Cabbarlı)” video materialının yayımına çıxış dayanıbsa və ya adı çəkilən video materialın saytdan silinməsini istəyirsinizsə bizimlə əlaqə saxlayın
Cəfər Cabbarlı / Əsərləri 1-ci cild
Bədii həqiqət genealoji kökü, estetik qaynaqlan və rişələri ilə həyat həqiqətlərinin beşiyindən boy atır, pərvəriş tapır. Tarixi gerçəklik isə həyat həqiqətlərinin süzülmüş, seçilmiş, sıxılmış məcmusu, mənəvi dəyərlər toplusunun bütün zamanlar üçün müasirlik faktıdır. Azərbaycan ədəbiyyatının sadiq qaldığı realist, demokratik ənənələrin inkişafına tarixi, ədəbi-bədii mövzuların estetik təsiri, bu mötəbər məhvər əsasında bədii həqiqətlərin intişarı, zəruri mənəvi amilə çevrilməsi prosesi və əhəmiyyətli missiyası danılmazdır. Ideoloji-siyasi təbəddülatların mənəvi dəyərləri, klassik irsi, ədəbi qaynaqları aşındırdığı, devalvasiyaya uğratdığı mərhələlərdə əsərlərdəki tarixiliyin və çağdaşlığın sıx vəhdəti, hadisə və mahiyyətin aktuallığı, bədii həqiqətlərin şübhəsizliyi və etibarlılığı hər bir sənətkarın ədəbi taleyini zamanın amansız, sərt tufanlarından, qasırğalarından qoruduğu qəbul edilən və dərk olunan reallıqlardır.
Ötən əsrin səksəninci illərinin sonunda şəksiz, konfliktsiz, sabitləşmiş, ehkamlaşmış dəyərlərə, ölçülərə şübhələr artdıqca, cəmiyyətin münasibəti köklü şəkildə dəyişdikcə yetmiş ilə yaxın “möhtəşəm”, “qüdrətli”, “sarsılmaz” epitetləri ilə müşayiət olunan ictimai-siyasi quruluşun, qırmızı imperiya səltənətinin təməl çatları sürətlə böyüyür və artırdı. Siyasi təkanlara davam gətirməyəcəyi öncədən görünən, ərpimiş və qartımış bir siyasi sistemin çöküntüsü altında onun təməl daşları, sütunları və tirləri ilə yanaşı, milli-mənəvi sərvətlərimizin bir qisminin qalacağı və ya zədələnəcəyi müşahidə olunurdu və heç bir səlahiyyət sahibi tərəfindən sığortalanmamışdır. Tənqidçi alimlərimizin görkəmli ədiblər haqqında “fırtınaönü” söylənilən proqnozlarında nigarançılıq, narahatçılıq və nikbinlik notları nümayiş olunurdu. Poetik tənqidimizin banisi Yaşar Qarayev “Klassik sosialist realizmi – Cəfər Cabbarlı” məqaləsində yazırdı: “…Cabbarlının məfkurə və sənət taleyi ilk dəfə deyil ki, belə tarixi imtahan, əxlaqi sınaq qarşısında qalır. Onun bu sınaqdan tamam zədəsiz və yan keçəcəyini iddia etmək qeyri-səmimilik olardı. Ancaq bir şeyə qəti və tərəddüdsüz hökm vermək olar: Cabbarlı hətta vulqar empirizmin, nadan sxolastikanın, ədəbi irticanın, siyasi ehkamın və inzibati terrorun sınağından salamat çıxıb, aşkarlığın və yeni təfəkkürün sınağından çıxmaq onun üçün qat-qat asan olacaqdır!” (“Tarix: yaxından və uzaqdan”, Bakı, Sabah nəşriyyatı, 1996, səh. 397).
Professor Yaşar Qarayevin uzaqgörənliklə söylədiyi elmi proqnozlar son on beş ilin qənaətlərinə əsasən özünü tamamilə doğrultdu. “Cabbarlının məfkurə və sənət taleyi yeni təfəkkürün sınağından”, müstəqil Azərbaycan ədəbi düşüncəsinin mühakiməsindən uğurla çıxdı.
C.Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə və təşəkkülündə müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, nasir, şair, jurnalist, tərcüməçi, kinossenarist, tənqidçi, teatrşünas, yaşın və yaradıcılığın nisbəti baxımından fenomenal təfəkkür sahibi, qüdrətli sənətkardır.
Onun zəngin və təkrarsız ədəbi irsi, nurlu və məzmunlu sənətkar ömrü, mübariz və parlaq şəxsiyyəti zaman-zaman ədəbi tənqidin, oxucu və tamaşaçı auditoriyasının diqqət mərkəzində zərif və unudulmaz izlər buraxmışdır.
Bununla belə böyük sənətkarın ədəbi-bədii yaradıcılığı, elmi bioqrafiyası dövrün və zamanın ziddiyyətləri fonunda tam, sistemli, əhatəli, onyukturadankənar araşdırılmamış, kifayət qədər obyektiv tədqiq edilməmişdir. Insan zəkasının yaratdığı ölçülərə, hüdudlara, çərçivələrə sığışmayan Cəfər Cabbarlının geniş yaradıcılıq panoramını sosializm ideologiyasının dar və tutqun pəncərəsindən müşahidə və dərk etmək müşkül və mümkünsüzdür. XX yüzilliyin sonuncu onilliyində Azərbaycan xalqı siyasi müstəqilliyini bərpa etdikdən sonra bu böyük milli sənətkarın epoxasını, həyat və yaradıcılığını istiqlal işığında araşdırmaq, ədəbi-tənqidin Cabbarlı irsini dəyərləndirmə meyarlarını obyektiv elmi prinsiplər müstəvisində nəzərdən keçirmək zərurəti yaranmışdır.
XX yüzilliyin sübh şəfəqləri qürub etməkdə olan əsrin qatı dumanlığından boy göstərməkdə idi. Bahar Xızı dağlarına həmişəkindən tez gəlmişdi. Uzaq əsrlərin sınağından süzülüb gələn əziz və müqəddəs Novruz bayramının gəlişi hər yerdə bir canlanma, yüksək əhvali-ruhiyyə yaratmışdı. Təbiətin xəsisliklə bu yerlərə bəxş etdiyi təbəssümünü dərdlərin dağlar qədər ağırlığından qırışığı açılmayan Cəlil kişinin ortancıl nəvəsi Qafar Cabbar oğlu Tanrının və taleyin nur, bərəkət payı kimi qiymətləndirirdi. Havanın eyni açılanda meşəyə yol da açılırdı.Meşə yolu haqq yolu qədər onun üçün müqəddəs və bərəkətli idi. “Meşə yolu, yarpaq dolu yaşıl ağaclar”a o heç bir zaman qıymamışdı, xəyanət etməmişdi. Qafar Cabbar oğlunun əl atdığı ağaclar ayağı yerdən, əli göydən üzülmüş, quru odun parçaları idi. O oduna od vururdu. Sönmüş odu (kömürü – A.R.) una dəyişirdi. Bu iş, əvəzlənmələr davamlı olaraq təkrarlanırdı. Qafar kişi odu una, odunu çörəyə çevirirdi. Daha dəqiqi, onun çörəyi oddan çıxırdı. Odun qırıb kömür hazırlamaq işində ona böyük qardaşı Ibrahim və özündən kiçik qardaşı Bayram da kömək edirdi. Ağır zəhmətin müqabilində ailəni dolandırmaq, ən zəruri ehtiyaclarını təmin etmək çox çətin idi. Iki qardaşına və üç bacısına himayədarlıq edən Qafar Cabbar oğlunun ailəsində Hüseynqulu, Heydər və Əjdər adlı üç oğlu da böyüyürdü. Həyat yoldaşı Şahbikə xanım isə dünyaya yeni övlad gətirməyə hazırlaşırdı. Vəziyyətin ciddiliyini duyan Qafar kişi bəlkə də ilk dəfə idi ki, kömür dolu öküz arabası ilə quberniya mərkəzi olan Bakıya səfərini təxirə salmağa məcbur olurdu. Qonşusu Şahbazı və böyük oğlu Hüseynqulunu haylıyan Qafar kişi kömür ehtiyatını artırmaq üçün bir boyun öküzünü və iki çarxlı arabasını hazırlayaraq bu gün də meşəyə doğru üz tutdu. Son illər Şahbikə xanımın dünyaya gətirdiyi övladların elə körpə ikən tələf olmaları onu bərk narahat edirdi. Tərs kimi meşə qoruqçusunun onun qarşısına çıxması və həmişəki kimi onun “keyfinə soğan doğraması” Qafar kişini fikrindən daşındırdı. Danxdığını hiss edib on kilometrlik yolu əliboş geri qayıtmaq məcburiyyətində qaldı. Meşədən əliboş qayıtmağının üzücü yorğunluğunu bacısı Zərnişan xanımın muştuluq xəbəri unutdurdu:
-Ay qardaş, gözün aydın, oğlun oldu!
Yeni doğulan körpə Qafar kişinin sayca yeddinci, sağ qalanlardan isə dördüncü övladı idi.
Cəfər Qafar oğlu dünyaya gəlişi ilə ailəsini, qohumlarını, yaxınlarını sevindirdi.
Bu münasibətlə heç bir rəsmi şəxsə və orqana – mollaya, kəndxudaya, pristava müraciət edilmədi. Kənd şəraitində buna lüzum görülmür, ehtiyac duyulmurdu. Qafar Cabbar oğlunun Cəfərdən əvvəlki üç övladının da doğum haqqında şəhadətnaməsi yox idi. Lakin Cəfər Qafar oğlunun vaxtında rəsmi qeydiyyata alınmaması, sonralar Azərbaycan ədəbiyyatının görkəmli simalarından birinə çevrilmiş böyük sənətkarın təvəllüd tarixi haqqında fərqli mülahizələrə meydan açdı. Böyük sənətkarın sağlığında da onun yaşına, yaradıcılığına və istedadına şübhə ilə yanaşanlar, əsərlərini bəyənməyənlər, məclisləri və mətbuatı hədyanlar ilə dolduranlar, şər və böhtan atmaqdan çəkinməyənlər qıtlıq təşkil etmirdi. O dövrü ürək ağrısı və xəcalət təri ilə yada salan böyük yazıçımız M.S.Ordubadi “C.Cabbarlı haqqında xatirələrim”də yazırdı: “Cəfərin dostlarının sayı artdıqca, köhnə fikirli adamlar içərisindəki düşmənlərinin sayı da artırdı, bu həqiqi vətənpərvəri “millətə və əqidəsinə xain” – deyə səsləyirdilər… O, yersiz hücumlara yüksək yaradıcılıq silahı ilə cavab verərək böyümüş və Cəfər Cabbarlı olaraq tanınmışdı. Cəfərin düşmənləri arasında sənət və yaradıcılıq rəqibləri də az deyildi” (C.Cabbarlı haqqında xatirələrim, “Ədəbiyyat qəzeti”. 1943, 31 dekabr).
Cəfər Cabbarlının vəfatından sonra onun külliyyatını nəzərdən keçirənlərin bəziləri dar zaman çərçivəsində böyük, ağlasığmaz yaradıcılıq yolu keçməsini heyrət, təəccüb və şübhə ilə qarşılayırdılar. Əsərlərin Cabbarlıya məxsusluğu birmənalı qəbul edildiyi halda onun yaşı, doğum tarixi, təvəllüdü haqqında eyni fikri söyləmək, konkret tarix göstərib fərqli rəqəmlərə münasibət bildirməmək mümkünsüzdür.
Öncə onu qeyd edək ki, Cəfər Cabbarlının həyat yolunun mühüm dönəmlərini özündə əks etdirən xeyli rəsmi sənədlər arxivlərdə mühafizə olunur. Bu sənədlərə əsasən demək olar ki, böyük dramaturqun sağlığında ona verilən rəsmi sənədlərin heç birində təvəllüdünün ayı və günü göstərilməmiş, üç sənəddə isə doğum ili fərqli yazılmışdır. Akademik M.Arif 1954-cü ildə bitirdiyi “Cəfər Cabbarlının yaradıcılıq yolu” sərlövhəli monoqrafiyasında təvəllüd tarixi məsələsinə öz münasibətini belə bildirmişdir: “Cabbarlının anadan olması tarixi bu vaxtadək hər yerdə 1899-cu il qəbul edilmişdir və biz də onu dəyişdirmirik. Lakin qeyd etmək lazımdır ki, Bakı Politexnik Məktəbindən 1920-ci ildə verilən şəhadətnamədə Cabbarlının 1897-ci ildə anadan olduğu göstərilmişdir. Cabbarlının yaşını göstərən bu vəsiqə əlimizdə olan vəsiqələrin ən köhnəsidir” (M.Arif. Seçilmiş əsərləri. II cild, Bakı, Azərb. SSR EA nəşriyyatı, 1968, səh. 11).
Həqiqətən Bakı Politexnik Məktəbinin direktoru, mühəndis-texnoloq L.Brjostovskinin imzası ilə 7 may 1920-ci ildə “Cabbarov Cəfər”ə verilmiş şəhadətnamədə (Şəhadətnamə. Bakı ş., 7 may 1920. C.Cabbarlı adına Azərbaycan Dövlət teatr Muzeyi, inv. N° 444) onun doğum tarixi 1897-ci il göstərilmişdir. Makina ilə rus dilində yazılmış şəhadətnamədə gənc Cəfərin elektromexanika şöbəsini bitirdiyi və 28 fənn üzrə kurs keçdiyi bildirilir. Sənəddə eyni zamanda qeyd olunur ki, şəhadətnamə müvəqqətidir və ali məktəbə təqdim etmək üçün verilir. Çox güman ki, attestat hazır olmadığı üçün məzuna makina yazısı ilə adi vərəqdə, müvəqqəti şəhadətnamə yazılarkən tələskənliyə yol verilmişdir. 1920-ci ildə sənədlərini Bakı Universitetinin Tibb fakültəsinə qəbul üçün hazırlayan Cəfər ona verilmiş şəhadətnamədəki doğum tarixinin yanlışlığına diqqət yetirməyə bilməzdi. Görünür sənəddəki səhvdən narazı qalan məzun attestatını tələb etmişdir. Şəhadətnamədən bir gün sonra 8 may 1920-ci ildə direktor L.Brjostovskinin və pedaqoji şuranın 19 üzvünün imzası ilə Bakı Politexnik Məktəbini bitirmək haqqında “Cabbarov Cəfər”ə 537/268 saylı attestat (Attestat. Bakı ş., 8 may 1920-ci il. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, inv. N° 445) verilmişdir. Attestatda qeyd olunur ki, Məhəmməd dininə mənsub, 1899- cu ildə anadan olmuş Cabbarov Cəfər 1915-ci ildə Bakı Politexnik Məktəbinə qəbul olunmuş, 6 may 1920-ci ildə oranın elektromexanika şöbəsi üzrə tam elmi kursunu bitirmişdir”.
Bakı Politexnik Məktəbinin verdiyi əsas sənədə – attestata əsasən Cəfər Cabbarlı 1899-cu ildə anadan olmuşdur, şəhadətnamə “Cabbarlının yaşını göstərən… vəsiqələrin ən köhnəsi” (Məmməd Arif) olsa da, ən etibarlısı, ən mötəbəri deyildir.
Cəfər Cabbarlının rəsmi sənədləri arasında faktların ziddiyyəti ilə diqqəti cəlb edən Azərbaycan Ictimai Şura Cümhuriyyəti Xalq Ərzaq Komissarlığı tərəfindən ona 31 iyul 1922-ci ildə verilmiş 294 saylı vəsiqə var. Xalq Ərzaq Komissarlığının ümumi şöbəsində tərcüməçi işləyən ədib haqqında vəsiqənin ərəb əlifbası ilə türkcə bölümündə yazılmışdır: “Yoldaş – Cabbarlı Cəfər Qafar oğlu. Təvəllüd edib – 1889-cu ildə. Sakin olur – B. Səlyan küçəsində dalan nömrə – 1, ev nömrəsi – 4” (Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar Institutu, Arxiv- 20, Q-22 (640), s.v.-358).
Vəsiqənin türkcəsi əl ilə yazıldığı halda rus dilində olan hissəsi makina ilə yazılmış və Cabbarlının doğum tarixi 1899-cu il göstərilmişdir. Eyni vəsiqədə eyni şəxsin – C.Cabbarlının təvəllüdünün türkcədə 1889, ruscada isə 1899 – bir- birindən on il fərqli qeyd olunması mirzə, kargüzar xətalarından daha qəribə deyilmi?! Digər mötəbər, rəsmi sənədlər olmasaydı Xalq Ərzaq Komissarlığının Cəfər Cabbarlıya verdiyi vəsiqə şübhəsiz ki, tədqiqatçıların mübahisə obyektinə çevrilərdi.
Bizə məlum olan və gənc Cəfərə verilən ilk rəsmi sənədlər Bakı şəhər Alekseyev adına 3-cü ali-ibtidai məktəbin ona 20 oktyabr 1914-cü il tarixində verdiyi 291 saylı şagird bileti (bu zaman o, 6 “v” sinfində oxuyurdu – A.R.) və həmin məktəbi bitirməsi haqqında 1915-ci il, 2 may, 154 saylı vəsiqədir (Vəsiqə rus dilində), Bakı şəh. 1915, 2 may, N° 154, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, inv. N 446). Ali-ibtidai məktəbin müfəttişi M.Mahmudbəyovun imzaladığı hər iki rəsmi sənəddə təəssüf ki, Cabbarlının təvəllüd tarixi göstərilməmişdir. Lakin Cəfər Cabbarlıya Türk Teatr Məktəbindən (Vəsiqə rus dilində),Bakı şəh. 1923, 22 sentyabr, N° 64. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, inv. M 446), Bakı şəhər 3-cü rayonun milis idarəsindən Şəxsiyyət şəhadətnaməsi (Şəxsiyyət şəhadətnaməsi (rus dilində), Bakı şəh. 1924, 7 avqust, N° 758. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, inv. N° 459), Bakı Dövlət Universitetindən (Vəsiqə (rus dilində), Bakı şəh. 1925, 31 may, N 79. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, inv. N 45) və Bakı Istehlak Cəmiyyətləri Ittifaqından (Üzvlük kitabçası (rus dilində), Bakı şəh. 1924, N 36917. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi) verilən rəsmi sənədlərin hamısında doğulduğu il qrafasının qarşısında “1899” rəqəmi yazılmışdır. Eyni zamanda Cəfər Cabbarlı 20 may 1934-cü ildə Yazıçılar Ittifaqına üzv olmaq üçün qəbul komissiyasına öz əli ilə yazdığı ərizədə (Ərizə (rus dilində), Bakı şəh., 1934, 20 may, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, inv. N 1641) də 1899-cu ildə anadan olduğunu göstərmişdir ki, bu faktlar da böyük dramaturqun doğum tarixi ilə əlaqədar bütün şübhələrin əsassızlığını və dəlilsizliyini təsdiqləyən çox ciddi arqumentlərdir.
1905-ci ildə 7-ci Müsəlmani və rusi məktəbinin 1-ci sinfinə daxil olanlardan biri də bəstəboy, qaynarbaxışlı “dağlı” balası, sonralar söz sənətinin qüdrətli nümayəndəsi, görkəmli Azərbaycan dramaturqu kimi şöhrət qazanmış Cəfər Cabbarlı idi.
O da yüzlərlə həmyaşıdları kimi elm aləmi, sənət meydanı deyilən sirli bir qapını ilk dəfə burada açırdı. Həyatın təlatümlərindən keçərək sənətin zirvələrinə doğru ucalan yola “Poçtovı-25”-dən başlayırdı. Çətin yollarda əllərindən tutan müəllimləri, tanınmış ədib və pedaqoqlar – Süleyman Sani Axundov (1875-1939), Abdulla Şaiq (1881-1959), Rəhim bəy Şıxlinski, Əlməmməd Mustafayev (1883- 1976) kimi maarif fədailəri, işıqlı simalar ilə fəxr edirdi, onlara inanırdı və güvənirdi…
7-ci Müsəlmani və rusi məktəbi bir sıra müsbət keyfiyyət göstəriciləri ilə o dövrün digər ibtidai məktəblərindən əsaslı surətdə fərqlənirdi. Əvvəla, burada oğlanlar ilə qızlar bir yerdə oxuyurdular (Bax: Haşım bəy Vəzirov. Bakıdakı rusimüsəlmani məktəblərinin 25 illik yubilesi münasibətilə, I nəşr, Bakı, “Səda” mətbəəsi, 1914, səh. 22). Digər tərəfdən, bu məktəbin şagirdləri əsasən kasıb uşaqları olduqlarına görə təlim haqqı ödənilərkən onların ailə vəziyyəti və çalışqanlıqları nəzərə alınırdı. S.S.Axundovun təşəbbüsü ilə ən yaxşı oxuyan şagirdlər təhsil pulundan azad edilir, hətta ianə almaq imkanlarına da malik olurdular. Məktəb naziri bu yazılmamış qanunu həyata keçirərkən, əlbəttə, ilk növbədə maarifpərvər varlıların, sərmayədarların səxavətinə ümid bəsləyirdi. Həqiqət naminə qeyd olunmalıdır ki, bu təşəbbüs özünə tərəfdarlar tapdı. O dövrün mətbuatında dərc edilmiş bir sıra məktub və yazılar yuxarı təbəqələrin xeyirxah niyyətə, nəcib məqsədə alicənablıqla yanaşmalarını əks etdirməklə bərabər, ictimai-siyasi əhvaliruhiyyənin təsirilə milli şüurun oyanmasını təsdiqləyən sənədlərdir. Bu baxımdan Cəfər Cabbarlının öz şagird yoldaşları ilə birgə imzaladıqları və “Tazə həyat” qəzetində hələ 1907-ci ildə dərc etdirdikləri “Təşəkkür”ü maraq doğurur. Gənc Cəfərin mətbuatda ilk çıxışı hesab olunan bu məktubda yazılırdı:
“Qeydkeş və millətpərəstlərimiz cümləsindən cənab Bəşir bəy Aşurbəyov həzrətləri!
Biz, imzaları aşağıda qeyd olunan Bakı şəhərinin 7-nci Müsəlmani və rusi məktəbinin fəqir və təvanasız şagirdləri və elm və məarifə təhris və təğrib qılmaq niyyətilə hər ayda 30 manat verməgi də röhd qılıb iki aykı həman pulu məktəb naziri, möhtərəm Süleyman bəy Axundov vasitəsilə əta buyururlar.
… Bəşir bəy cənabları! Əmin olunuz ki, elm və məarif kəsb edib səadət və xoşbəxtliyə nail olmaq məqsədilə ciddən səy edəcəyiz.
Bakı şəhərinin 7-minci Müsəlmani və rusi məktəbinin ianə alan şagirdləri: Əsgər Hüseynzadə, Mirzə Qasım Cabbarzadə, Ağaməli Hüseynzadə, Cəfər Cabbarzadə və Məhərrəm Mollazadə (“Tazə həyat” qəzeti, 1907, 8 aprel, N° 7).
“Təşəkkür” məktubunu imzalayan Əsgər, Mirzə Qasım, Ağaməli, Məhərrəm Cəfər Cabbarzadənin ibtidai məktəbdə ilk şagird yoldaşlarıdır. Onlar “millət qayğısına qalan… Bəşir Bəy Aşurbəyov cənablarına söz verib vəd edirlər ki, elm və məarif kəsb etmək yolunda ciddən” çalışacaqlar. Bu beş nəfər ikinci sinif şagirdinin birgə bəyanatı, millət qarşısında öz üzərlərinə öhdəlik götürmələri onların məsuliyyətlərini dərk etmək səviyyəsində olduqlarını təsdiqləyən arqumentdir.
Ilk dəfə müəllimlik fəaliyyətinə 7-ci Müsəlmani və rusi məktəbində başlayan, sonralar isə Azərbaycan Dövlət Universitetində rus dilini tədris edən Əlməmməd Mustafayev o illəri yada salaraq yazırdı: “Süleyman bəyin məktəbində mənim şagirdlərimdən birisi də Cəfər Cabbarlıdır. O… birinci buraxılışda birinci yeri tutanlardan olur.
…Mən və Abdulla Şaiq məktəbdə neçə dərnək düzəldirik; dram dərnəyi, şeir dərnəyi, rus dili dərnəyi və i. a.
…Şeir dərnəyində uşaqlar bir-birilə bəhsə girirlər. Yaxşı şeir söyləyənlərə qələm, dəftər, kitab bağışlayırıq. Cəfər şeir əzbərləməkdə irəliləyir, özü də Abdulla Şaiqin məsləhətilə duzlu şeirlər yazır.
Mənim işim uşaqlara rus dilində şeir əzbərlə məkdir” (Ə.Mustafayev. Xatirələri, hekayə və elyetonları. Bakı. 1985, səh. 72-74).
Məktəbli Cəfərin uşaqlığı, yaradıcılığa başladığı ilk illər haqqında onun sevimli müəll mi Abdulla Şaiqin xatirələri də maraqlıdır: “Cəfər Cabbarlını hələ kiçik ikən, Bakmm yeddinci şəhər məktəbində oxuduğu zamandan tanıyırdım. O mənim ən çox sevdiyim şagirdlərimdən idi. O, ilk şerini çox zaman hamıdan əvvəl mənə oxuyar, mənim göstərişlərim əsasında işləyərdi. Onda möhkəm iradə və nikbinlik vardı. Heç bir müvəffəqiyyətsizlik onu ruhdan salmaz, əksinə, şeirlərinin üzərində daha səylə çalışmasına səbəb olardı. Məsləhət və göstərişləri o, çox asanlıqla qavrayar və əməl edərdi. Ehtimal ki, Cəfərin ilk şeirlərinin əksəriyyəti çap olunmamışdır.”(Abdulla Şaiq. Xatirələrim, Bakı, “Gənclik”, 1973, səh. 286- 287).
Hələ ibtidai məktəb illərindən “Abdulla Şaiqin məsləhətilə duzlu şeirlər yazan” Cəfərin mövzusu həyatda, cəmiyyətdə müşahidə etdiyi hadisələr idi. O uşaqhəssaslığı ilə seçdiyi mövzunun ən xırda təfərrüatına varır, fikrini oynaq, axıcı bir dil ilə ifadə etməyə çalışırdı. Məktəbdə, məhəllədə və ailədə hazırcavablığı ilə seçilən Cəfər, bəzən gördüyü hadisələrə bədahətən şeirlər qoşmaq qabiliyyətinə malik idi. Isti-isti deyilən fikirlər böyük sənətkarlıq qüdrətinə malik olmasa da, özündə güclü emosional təsir əks etdirirdi. Sona xanım Cabbarlmm xatirələrindən birində oxuyuruq: “Cəfərin Məşədi Ibrahim adlı bir əmisi var idi. Bizimlə bir həyətdə olur və mişarçılıq edirdi. Bir gün o, evə gələrkən, nədənsə arvadı Şərəbanı ilə savaşır və süfrəyə qoyulmuş dolmanı kasası ilə birlikdə çardağa atır. Bu hadisəni görən Cəfər oradaca bir şeir qoşur:
Məşədi Ibrahim əmi çəkdi mişar, gəldi havar,
Ərsəmi dedi: “kişi, ot yerində, sənlik nə var?
Quş ki pərvaz eləsə, pər vurar, ovlağa gedər,
Sındırıb kasasını, dolması çardağa gedər”.
Və yaxud aşağıdakı bənd də Cabbarlının uşaqlıq illərində bədahətən söylədiyi şeirlərdəndir. Həmişə diqqət mərkəzində olan, cəhalətin və nadanlığın qaranlıq mühitində özünə ağ günlər axtaran, xarici aləmi ilə daxili dünyasının ziddiyyətləri fonunda məhəllənin “din xadimi” Molla Həsən məktəbli Cəfərin qələmi ilə belə təsvir edilir:
Molla Həsən əzan verir,
Saqqalına mizan verir,
Ölü görəndə yan verir,
Halva görəndə can verir.
Elmi ədəbiyyatda C.Cabbarlının ibtidai təhsilə başladığı vaxt, zaman ilə bağlı fərqli mülahizələrə təsadüf olunur. Sənətkarın böyük tədqiqatçısı, ədəbiyyatşünasalim Məmməd Arif yazırdı: “1907-ci ildə Cəfər “Rus-tatar” məktəbinə girdi” (M.Arif. Əsrin oğlu, Bakı, “Yazıçı”, 1979, səh. 7).
“Cəfər Cabbarlı” biblioqrafiyasının tərtibçisi, professor Nazim Axundov isə bu fikri “Cəfər Cabbarlının həyat və fəaliyyətinin əsas tarixləri” fəslində digər şəkildə təkrarlayır və təsdiqləyir: “1907-1914-cü illər. Əvvəlcə Bakıda 7-ci “Rus- tatar məktəbi”ndə, sonra Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə ilk təhsilini almışdır” (C.Cabbarlı. Kitab Palatası, 1965, səh. 5).
Göründüyü kimi hər iki görkəmli ədəbiyyatşünas-alim Cəfər Cabbarlının 7-ci “Rus-tatar” məktəbinə daxil olma vaxtını 1907-ci il hesab edirlər. Əslində isə bir neçə arqument bu mülahizəni təkzib edir. Belə ki, əgər Cəfər 7-ci “Rus-tatar”
Ərsəmi – əmiarvadı deməkdir.
məktəbinin birinci sinfinə 1907-ci ilin məhz sentyabrında daxil idisə altı ay əvvəl “Tazə həyat” qəzetinin 8 aprel tarixli sayında çap edilmiş “Təşəkkür” məktubunda məktəbin şagirdi olduğunu və ianə aldığını nəyə əsasən bəyan edirdi? Digərtərəfdən, Cəfərin 1907-ci ilin aprelində mətbuatda ilk çıxışı onun birinci sinifdə deyil, daha yuxarı sinifdə oxuduğunu təsdiqləyir. Üçüncüsü, Əliməmməd Mustafayevin “Süleyman bəyin məktəbində mənim şagirdlərimdən birisi də Cəfər Cabbarlıdır. O… birinci buraxılışda birinci yeri tutanlardan olur” – ifadəsi Cəfərin üçsinifli, ibtidai – 7-ci Müsəlmani və rusi məktəbini məhz 1908-ci ilin yazında bitirdiyinə işarə deyilmi?! Nəzərə alsaq ki, adı çəkilən məktəb 1905-ci ildə fəaliyyətə başlayıb və ilk buraxılışı 1908-ci ildə olub, onda Cəfər Cabbarlının 7-ci Müsəlmani və rusi məktəbində oxuduğu zamanla əlaqədar heç bir şübhə yeri qalmır.
C.Cabbarlı 1908-ci ilin yazında 7-ci Müsəlmani və rusi məktəbini – müəllimi Əliməmməd Mustafayevin qeyd etdiyi kimi “birinci buraxılışda birinci yeri tutaraq” bitirdi. Bir ildən sonra, 1909-cu ilin payızında isə o, imtahan verib Bakı şəhər Alekseyev adına 3-cü Ali-ibtidai məktəbə daxil oldu.
Bakı şəhər Alekseyev adına 3-cü Ali-ibtidai məktəb altısinifli idi. Məktəbin inspektoru və direktor əvəzi, həmkarları arasında “böyük pedaqoq”, “müəllimlər müəllimi” adlandırılan görkəmli metodist-müəllim Mahmudbəy Mahmudbəyov (1849-1923) idi. O, Qori Müəllimlər Seminariyasını bitirmiş, Göyçay, Lənkəran, Şamaxı şəhərlərində müəllim işləmiş, ibtidai məktəblər üçün dərsliklər hazırlamış, sonra Bakıya gələrək pedaqoji yönümlü “Rəhbər” adlı jurnal (1905-1907) nəşr etdirmişdir. Onun “Birinci il” kitabı 15, “Ikinci il” 10 və “Yeni məktəb” 9 dəfə çap olunmuşdur. “Imlamız” kitabı 24 səhifədən ibarət olsa da, böyük mətləblərə, aktual problemlərə həsr olunmuşdur. Azərbaycan türkcəsinin saflığı, təmizliyi uğrunda mübarizə, dilimizin, imlamızın ərəb və fars təsirindən xilası, orfoqrafiyamızı öz təbii qanunları əsasında inkişaf etdirmək “Imlamız”ın başlıca qayəsini, milli ruhunu özündə ehtiva edirdi.
Ümumiyyətlə, digər eynidərəcəli məktəblərlə müqayisədə 3-cü Ali-ibtidai məktəbdə Mahmud bəy Mahmudbəyov, Pənah Qasımov kimi görkəmli pedaqoqlarımız, vətənpərvər müəllimlərimiz milli mənlik şüurunu oyatmaq üçün şagirdlərinə adət-ənənələrə bağlılıq, keçmişə ehtiram və milli-mənəvi dəyərlərə sevgi, dilimizin gözəlliyinə, vətənimizin müqəddəsliyinə məhəbbət hissi aşılayırdılar. Bəlkə də Cəfər Cabbarzadə qocaman müəllimi Mahmudbəy Mahmudbəyovun mühazirələrini dinlədikdən və “Imlamız” kitabını oxuduqdan sonra yazılma tarixi məlum olmayan və AMEA M.Füzuli adına Əlyazmalar Institutunun arxivində saxlanılan cib kitabçasına bu qeydləri etmişdi: “Dilimizdə olan ən kobud və yaraşıqsız söz, ən gözəl yabançı kəlmələrdən əziz tutulmalıdır”. Eyni zamanda o, dövri mətbuatın üslubuna, dilimizdən istifadə tərzinə öz münasibətini dəftərçəsində mütəmadi qeyd etməyi unutmurdu. “Molla Nəsrəddin”in dilini saf, büllur ana dili kimi qəbul edən Cəfər “Füyuzat” jumalından şikayətlənərək yazırdı: “Füyuzat dili – burjuaziya dilidir” (AMEA M.Füzuli adına Əlyazmalar Institutu, Arx. 20, Q-18 (384), F-16).
Cəfər Cabbarzadə 3-cü Ali-ibtidai məktəbdə taleyi taleyinə bənzəyən, sonralar uzun müddət səmimi dostluq etdiyi, istedadı və bacarığı ilə çoxlarından seçilən Mirzəbala Məhəmmədzadə ilə bir sinifdə oxuyurdu. Doğrudur, Mirzəbala Cəfərdən bir yaş böyük idi. Lakin oxşar həyat yolu, xarakter, mənəvi dəyərlərə münasibət onları bir-birinə daha da sıx birləşdirirdi.
Cəfərlə Mirzəbalanın yaşadıqları məhəllələr yaxın olduğu üçün onlar tez- tezgörüşür, oxuduqları nağıllar, əzbərlədikləri şeirlər haqqında fikir mübadiləsi edirdilər. Hətta, bir-birilərinə öz şeirlərini də oxuyurdular. Cəfərin şeirləri axıcı və mənalı idi. Abdulla Şaiqdən sonra yeni məktəbdə onu şeir yazmağa gənc müəllimlərdən Pənah Qasımov sövq edirdi. Hətta onun bəyənilən lirik və satirik şeirlərindən bir qisminin qəzetdə nəşri tövsiyə olunmuşdur. Cəfərin ilk şerinin nə vaxt və harada çap olunduğu bu gün də tədqiqatçılar arasında mübahisə obyektidir. C.Cabbarlı yaradıcılığının görkəmli tədqiqatçısı, akademik Məmməd Arif Dadaşzadə yazırdı: “Cabbarlının ilk əsərinin harada çap olunması hələ indiyədəkyaxşı tədqiq edilməmişdir” (M.Arif. Seçilmiş əsərləri, II cild, Bakı, Azərb. SSR EA nəşriyyatı, 1968, səh. 16).
Ədəbiyyatşünaslarımız Cəfər Cabbarlının ilk mətbu əsərinin nə vaxt və harada dərc edilməsi ilə əlaqədar müxtəlif fikirlər söyləmişlər. Bu müəlliflərdən biri də vaxtilə “Babayi-Əmir” jurnalının əməkdaşı olmuş, sonralar isə “Ədəbiyyat qəzeti”ndə “Cəfər Cabbarlının mətbuatda ilk çıxışı” adlı xatirə-məqaləsini çapetdirən ədəbiyyatşünas Əmin Abiddir.
“Babayi-Əmir”in 3 iyun 1915-ci il tarixli 7-ci nömrəsində “Qəyyur-Əyyar” imzası ilə çıxmış “Əl götür” satirasını “Cabbarlının mətbuatda ilk çıxışı” hesab edən Ə.Abid, onunla ilk görüşünü xatırlayaraq yazırdı: “…Cəfər aktyor Hacınskinin müşayiəti ilə “Babayi-Əmir” məcmuəsinin idarəsinə gəlmişdi. Mənimlə tanış olandan sonra yazdığı mənzumələrini heç bir qəzetə və məcmuə müdirinin nəşr etmədiyindən, ilk gəncliyə məxsus saflıqla şikayətə başladı. Hətta “Səda” qəzetinin müdiri Haşım bəy Vəzirovun onu uşaq görüncə söyüb bayıra qovduğunu da əlavə etdi” (Ə.Abid. Cəfər Cabbarlının mətbuatda ilk çıxışı. “Ədəbiyyat qəzeti”, 1935, 2 yanvar, N° 1).
Burada bir məsələyə diqqət yetirin; zəmanəsinin tanınmış jurnalisti və naşiri Haşım bəy Vəzirov (1868-1916) “Tazə həyat” (1907-1908), “Ittifaq”(1909), “Səda” (1909-1911), ”Sədayi-vətən” (1911-1912), ”Sədayi-həqq” (1912-1915) qəzetlərini və “Məzəli” (1914-1915) satira jurnalını nəşr etdirmişdir. Maraqlıdır ki, nə üçün Ə.Abidin məqaləsində H.Vəzirovun adı “Məzəli” məcmuəsi və ya digər qəzetlər ilə deyil, məhz “Səda” ilə yanaşı çəkilir?
Çox güman ki, gənc Cabbarlı yazdığı mənzumələrini “Səda”ya təqdim etmək istəmiş, qəzetin müdiri H.Vəzirov isə şeirlərin məzmunu, bədii sanbalı ilə tanış olmaq əvəzinə, müəllifini “uşaq görüncə söyüb bayıra qovmuşdur”.
Başqa bir sual da meydana çıxır: – Niyə C.Cabbarlı ilk mənzumələrini çap etdirmək üçün əvvəl Haşım bəy Vəzirovun yanına gəlir?
Gənc Cəfərin 1907-ci il aprelin 8-də bir neçə şagird yoldaşları ilə birlikdə Haşım bəy Vəzirovun işlədiyi “Tazə həyat” qəzetində “Təşəkkür” adlı minnətdarlıq məktubu yazıb çap etdirməsi ədəbi ictimaiyyətə məlumdur.
Ehtimal ki, bu “Təşəkkür” məktubunu şagird yoldaşları ilə (və ya tək) “Tazə həyat” qəzetinin idarəsinə gətirən məktəbli Cəfər burada Haşım bəy Vəzirovu görmüş, məktub dərc olunandan sonra isə ona hüsn-rəğbət bəsləmişdir. Aradan beş ilə yaxın vaxt keçdikdən sonra isə ilk uğurlu mənzuməsini “Səda” qəzetində görmək arzusu ilə H.Vəzirovun görüşünə gələn gənc Cəfərin onun tərəfindən “qovulması”, uşaq qəlbində izlər buraxmışdı.
Gənc Cabbarlının ədəbiyyata ilk gəlişinin tarixini dəqiqləşdirmək məqsədilə Azərbaycan dilində 1910-11-ci illərdə nəşr edilən və bu günümüzə gəlib çatan qəzet və jurnal nömrələrini diqqətlə nəzərdən keçirsək də… axtarışlar uğursuzluqla nəticələnirdi.
Moskva şəhərinə elmi ezamiyyət, Dövlət kitabxanasının qəzet şöbəsində XX yüzilliyin əvvəllərində Mirzə Cəlal Yusifzadənin Bakıda nəşr etdirdiyi “Həqiqətiəfkar” qəzetinin mühafizə olunan 1911-ci il dəsti öz bəhrəsini verdi. Bu qəzetin 5 noyabr 1911-ci il 2-ci nömrəsində “Cəfər… Mətrud” imzası ilə “Şücaətim” satirik və “Eşidənlərə” lirik şeirləri dərc edilmişdir. “Mətrud” – ərəb sözü olub mənası – qovulmuş, uzaqlaşdırılmış deməkdir. “Cəfər” sözündən sonrakı üç nöqtə, bizim fikrimizcə, iki məna ifadə edə bilər: a) Bu nöqtələr müəllifin soyadını əvəz edir. Məsələn: “Cəfər Cabbarzadə Mətrud”, b) Nöqtələrin yerinə “Səda”yi sözü azılmalıymış: – “Cəfər “Səda”yi Mətrud, yəni “Səda”dan qovulmuş Cəfər. Birinci variantda “Şücaətim” satirasına görə müəllifin özünü tanıtmamaq üçün soyadını öqtələrlə əvəz etməsi gümanı real görünürsə, ikincidə Haşım bəy Vəzirov ilə münasibətlərin pozulmasını istəməyən “Həqiqəti-əfkar”ın müdiri Mirzə Cəlal Yusifzadənin “Səda”yi sözünü üç nöqtə ilə dəyişməsi ehtimalı ağlabatandır.
“Şücaətim” və “Eşidənlərə” şeirlərinə mövzu, ideya və üslub baxımından nəzər salmamışdan əvvəl, bu şeirlərin Cəfər Cabbarlının qələminə məxsus olduğuna inamı daha da artıran bəzi detallara diqqət yetirək: “Cəfər… Mətrud” imzasımn “Həqiqəti-əfkar” da görünməsi vaxtı (1911) “Səda” qəzetinin nəşr tarixinə (1909-1911) uyğun gəlir. Ikincisi, “Inqilab və mədəniyyət” jurnalının 1935-ci il 1-ci nömrəsində böyük dramaturqun vəfatı münasibətilə “Cəfər Cabbarlı” adlı geniş “bioqrafik məlumat”da ədibin 1899-cu ildə anadan olduğu göstərilməklə yanaşı yazılırdı: “Cabbarlı ədəbiyyat sahəsinə 12 yaşlı çocuqkən daxil olmuşdu”. 1936-cı il təqviminin Azərnəşr tərəfindən buraxılmış “31 dekabr” vərəqəsində bu fikir belə ifadə olunmuşdu: “CƏFƏR CABBARLI (1899-1934). Şuralar Azərbaycanının böyük və talantlı dramaturqu, yazıçısı, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı ədəbiyyat sahəsinə hələ 12 yaşlı çocuqkən atılmışdır”.
Bildiyimiz kimi, C.Cabbarlının 12 yaşı 1911-ci ilə təsadüf edir ki, bu da “Cəfər… Mətrud” imzasımn ona aid olduğu fikrini bir daha təsdiqləyir.
Azərbaycan mətbuatının inkişafında müəyyən rol oynamış Haşım bəy Vəzirovun
1916-cı il fevralın 4-də vəfat etməsi xəbəri mütərəqqi ziyalıları, o cümlədən gənc Cabbarlını da sarsıdır. Onun bu münasibətlə yazdığı “Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminə” adlı şerində mərhumun həyat və fəaliyyəti yüksək qiymətləndirilirdi. Bəzi tədqiqatçılar bu şerə əsaslanıb Ə.Abidin xatirəsindəki həmin epizodu: – “Səda” qəzetinin müdiri Haşım bəy Vəzirovun onu (C.Cabbarlını – A.R.) “uşaq görüncə söyüb bayıra qovduğunu” təkzib edirlər.
Əlbəttə, bu fikir bir neçə baxımdan əsassızdır. Əvvəla, Cabbarlı Haşım bəydən incisə də, bu hadisə onların arasında konfliktə çevrilməmişdir. Digər tərəfdən, Cəfər H.Vəzirovun nəşr etdirdiyi “Məzəli” jurnalında 1915-ci ilin avqust ayında “Kəmşüur” imzası ilə satirik şeirlərlə çıxış edirdi. Şübhəsiz ki, gənc Cabbarlının “Məzəli”də iştirakı onu Haşım bəyə daha da yaxınlaşdırmışdı. “Ədibimöhtərəm Haşım bəy Vəzirovun rəsminə” şerindən bir beyti nəzərdən keçirək:
Ey hər “Səda”sı tar-həqiqət təranəsi,
Ey hər “Kefim gələndə”si aclar zəbanəsi.
Ədib burada H.Vəzirovun yalnız “Səda” qəzetini xatırlayır, “Kefim gələndə” ümumi sərlövhəsi ilə feodal-patriarxal münasibətləri, kapitalizm quruluşunun sosial ziddiyyətləri, istismar və ədalətsizlik əleyhinə yazdığı məqalə və felyetonlarına eyham vururdu.
Ə.Abidin C.Cabbarlı haqqında yazdığı xatirə-məqaləsinin səmimiliyinə inanmamaq qeyri-mümkündür. Haşım bəyin məktəbli Cəfərə “təpinməsi” hadisəsi digər ədəbiyyatşünaslarımızın məqalələrində, üstüörtülü şəkildə olsa da qeyd edilmişdir. Akademik Məmməd Arifin 1937-ci ildə çap etdirdiyi “Cabbarlının şeir və hekayələri” (“Ədəbiyyat qəzeti”, 1937, 31 dekabr, N° 60) adlı məqaləsində yazılırdı: “Uzun zaman “hələ uşaqsan” deyə burjua-mülkədar mətbuatı qapılarından qovulan Cabbarlı ruhdan düşməyir, hekayələr və hətta pyeslər yazmağa başlayır”.
“Şücaətim” – satirik şeri altı misradan ibarətdir. Burada özünü “Ustadikamil”, “ülumi-ələm” (elmlərin alimi), “tərəffö zərgər” (ucalan zərgər) adlandıran bir lovğanın obrazı yaradılmışdır.
Qeyd etmək lazımdır ki, “Şücaətim” satirasında natamamlıqla yanaşı, sənətkarlıq baxımından təcrübəsizlik, sadəlövhlük də özünü göstərir. Bütün bu xüsusiyyətlərə baxmayaraq, 12 yaşlı Cəfərin ilk mətbu satirik şeri kimi “Şücaətim” maraq doğurur.
“Eşidənlərə” şeri on beytdən ibarət lirik şeirdir. Bu əsər sərlövhəsi ilə səsləşdiyi kimi üslubu ilə də C.Cabbarlının 1916-cı ildə yazdığı “Bilənlərə” şerinə yaxındır.
Mövzu, üslub və ifadə tərzi baxımından müqayisələr aparmaq üçün “Eşidənlərə” şeri ilə yanaşı, C.Cabbarlının 1915-ci və 1917-ci illərdə çap etdirdiyi “… Sən də bir” və “Novruz bayramına hazırlaşan müsəlmanlara töhfə” şeirlərini yada salmaq məqsədəuyğundur.
“…Sən də bir” rədifli lirik şerinin “…Müsəlmanlara töhfə” kimi öz üslubu, ruhu etibarilə “Eşidənlərə” şerinə “qan qohumluğu” çatır.
Xalqın, millətin əsarət içərisində əzablar çəkdiyini görən lirik qəhrəmanın hiss, həyəcan və düşüncələri adları çəkilən şeirlərdə belə ifadə olunmuşdur:
Ümmət dad etdikcə, istiğnayi-ərbab qana
(“Eşidənlərə”, “Həqiqəti-əfkar” qəz., 1911, 5 noyabr)
Guşeyi-zillətdə millət dad edir, imdad yox,
Ey olan məsti-səadət şahsüvar ol sən də bir.
(“…Sən də bir”, “Bəsirət” qəz., 1915, 29 avqust)
Xaneyi-millət xərab olmaqda, imdad istəyir!
Ey ucaldan taği-ərşə fəxr ilə kaşanələr!
(“…Müsəlmanlara töhfə”, “Bəsirət” qəz., 1917, 25fevral)
C.Cabbarlı yaradıcılığının ilk dövrü üçün xarakterik olan mühitdən və zəmanədən şikayət, giley, bədbin əhvali-ruhiyyə, haqsızlığın və ədalətsizliyin baş alıb getdiyi bir ölkədə milləti oyanışa çağırış bu şeirlərin də beyt və misralarında öz əksini tapmışdır:
Əşki-çeşmimdir buludlardan yağan əmtarlər!…
Dudi-ahımdan dürər şəmsin şüai hiddəti!…
(“.Eşidənlərə!”)
Ağla qan ey qəmli könlüm, pürğübar ol sən də bir,
Zövqi-ləzzət, eyşi-işrətdən kənar ol sən də bir.
(“…Sən də bir”)
Ağla, ağla ey yetim imdadə səslə milləti!
(“…Müsəlmanlara töhfə”)
Göründüyü kimi, mənzumələrdə xalqın düşdüyü bəlalardan nicat yolu ərbabların kaşanə sahiblərinin mərhəmətində, elmin, mədəniyyətin inkişafında, dumanlı da olsa, “dövrani-aləm”in fırlanıb “növbahar” olmasında görülür.
İstinad edilən faktlar, irəli sürülən arqumentlər Cəfər Cabbarlının ilk lirik satirik şeirlərinin tarixinin 1915-ci il aprel və iyun aylarında çap edilmiş “Bahar” və “Əl götür” əsərlərindən deyil, “Həqiqəti-əfkar” qəzetinin 5 noyabr 1911-ci il 2- ci sayında dərc edilən “Eşidənlərə” və “Şücaətim” şeirlərindən başlandığını təsdiqləyir.
Cəfərin ilk şeirləri mətbuatda çıxdıqdan sonra yaşıdlan ona “şair” – deyə müraciət edirdilər. Mahmudbəy və Pənah müəllim sevimli şagirdinin yaradıcılığına sevinir və gələcəyinə inanırdılar.
1912-ci ilin baharı idi. Cəfər Cabbarov (məktəbin rəsmi sənədlərində soyadı belə yazılırdı – A.R.) 3-cü Ali-ibtidai məktəbin 3v sinfində oxuyurdu. Ona söhbət olunmuş qəmli-kədərli bir hadisənin motivləri əsasında pyes yazmaq istəyirdi. “Məktəb” jurnalının aprel-may nömrələrində Rəcəb Əfəndizadənin “Axır çərşənbə” adlı iki pərdəli uşaq pyesinin çap edilməsi onu bu işə bir az da həvəsləndirdi. Özünün qənaətlə topladığı qəpiklər hesabına ucu nazik perolu bir qələm, qalın və təkcızıq vərəqli, yığcam bir cib dəftərçəsi aldı. Öncə birinci səhifənin yuxarı hissəsindən yazdı: “Iştirak edən şəxslər”. Sonra adlar, onların yaşı və məşğuliyyət növlərini yazdı. Sonda “kazak” sözünü dörd dəfə təkrarladı. Yenidən baxıb, obrazların yaşlarına “düzəliş” etdi. Yeni səhifənin ilk cümləsini iri hərflərlə yazdı: “Bismillahir-rəhmanir-rəhim!” Sonrakı çap nüsxələrindən fərqli olaraq pyesin remarka hissəsini bir səhifə yazdı. Yenidən oxuduqda lüzumsuz təfsilata vardığını hiss edib səhifənin yarıdan çoxunu ixtisar etdi. Əsərlərinin nəşrində öz əksini tapmayan bu cümlələrlə pyesini başladı: “Mən hər zülmə dözüb əhdimə vəfa edirəm. Neyçün məni yaddan çıxardın? Neyçün mənim halımdan xəbərdar olmaq istəmirsən? Biz ki biri-birimizə söz vermişdik; hər cürə əziyyətə, məşəqqətə, hətta ölümə də razı olub da, ayrılmağımıza razı olmayaq” (C.Cabbarlı. Vəfalı Səriyyə. Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar Institutu, Arxiv-20, Q-3 (21), F-16, s.v.-10).
C.Cabbarlı hər cürə əziyyətə, məşəqqətə dözərək “Vəfalı Səriyyə”nin səhnə taleyini xoşbəxt görmək üçün gecə-gündüz işləyir, ayrı-ayrı səhifələri pozub yenidən yazır, bəzən məclisləri birləşdirir, bəzən də uzun monoloqları ixtisar
edirdi. Pyesin ilk variantının 24-cü səhifəsində yazdığı, sonralar isə bəyənməyib əsərdən çıxartdığı cümlələrə və bir qəzələ diqqət yetirmək maraqlı olardı. Təqdim olunan bu hissə pyesin ikinci məclisinin sonuna uyğun gəlir:
“Həmz ə. Səsini kəs, həyasız! Məgər səninləndir razı olmayasan. Bir saətdən sonra səni ya həmişəlik adam eylərəm, ya ki, it kimi doğratdırıb tullatdıraram quyuya! (Qapını örtüb gedir. Yenə qayıdıb, Qurbanı çağırıb, qulağına nə isə deyib gedir. Qurban yenə yan otağa keçir. Səriyyə tək qalıb ağlayaraq başını qaldırıb
-Allahım, sən məni bu zindandan xilas et – deyir. Sonra ağlaya-ağlaya oxuyur).
Etdin məni cahanda əcəb xar, ey fələk!
Yox bir qalan mənim kimi biyar, ey fələk!
…Saldın cüda o Rüstəmi-şirin zəbanımı,
Yox bir nəfər dəxi mənə qəmxar, ey fələk!
Qıldun mənə məskan, bu məzar həbsxanəsin,
Etdün böyük cahanı mənə dar, ey fələk!”
Beş beytlik qəzəl (C.Cabbarlı. Vəfalı Səriyyə. Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar Institutu, Arxiv-20, Q-3 (21), F-16, s.v.-10, səh. 23-24) pyesin ilk variantının 67-ci səhifəsində də təkrar olunur. Lakin təkmilləşdirilmiş nüsxələrə bu şeir salınmamışdır. Cib kitabçasının 52-ci səhifəsində böyük mütəfəkkir şairimiz Məhəmməd Füzulinin “Türk divanı”ndan
Canlar verib, sənin tək cananə yetmişəm,
Rəhm eylə ki, yetincə sənə, canə yetmişəm –
beyti ilə başlayan məşhur qəzəli verilmişdir. Qeyd etmək lazımdır ki, qəzəlin orijinalı ilə əlyazma arasında üslub fərqləri müşahidə olunur. C.Cabbarlı əlyazmasındakı dəyişikliyin məna çalarlarını, ümumilikdə isə qəzəlin məzmununu, ifadə etdiyi əhvali-ruhiyyəni nəzərdən keçirdikcə pyesin baş qəhrəmanları – Səriyyənin və Rüstəmin düçar olduqları iztirablarla, yaşadıqları hiss və duyğularla səsləşdiyinin, üst-üstə düşdüyünün şahidi olursan. Görünür, müəllif əvvəlcə M.Füzulinin adı çəkilən qəzəlini pyesinə daxil etmək istəmiş, son anda isə fikrini dəyişərək onu öz şeirləri ilə əvəzləmişdir.
Ümumiyyətlə, cib kitabçasında əsərə salınmayan bir neçə şeir parçası vardır ki, bunlar da indiyədək çap olunmamışdır.
“Vəfalı Səriyyə”nin son mətni dörd pərdə olsa da ilkin variant iki məclisdən ibarətdir. Birinci və ikinci pərdələr birinci məclisdə, üçüncü və dördüncü pərdələr isə ikinci məclisdə bir yerdə verilmiş, sonralar isə müəllif tərəfindən mətn üzərində əlavələr, düzəlişlər edilərək təkmilləşdirilmişdir.
Cəfər Cabbarlı irsini tədqiq edən alimlərin böyük əksəriyyəti “Vəfalı Səriyyə”nin 1915-ci ildə yazıldığını güman edir.
Təbii ki, bu tarix təsadüfi seçilməmişdir. Tədqiqatçıların pyesin yazılma vaxtilə əlaqədar yekdilliklə qəbul etdikləri qaynaq, elmi mənbə haqqında akademik Məmməd Arif fikrini belə əsaslandırırdı: “Pyesin əlyazması Azərbaycan SSR Elmlər Akademiyası yanında Respublika Əlyazmalar Fondunda (inv. N° 6543) saxlanmaqdadır. Əlyazmasının üzərində Tiflis Mətbuat Komitəsinin 9 mart 1916-cı il tarixli icazəsi vardır. Əsərin ilk səhifələrindəki gerb markalarının üzərində “30.XII-1915” rəqəmləri yazılmışdır ki, bu da pyesin 1915- ci ildə yazıldığını göstərir” (M.Arif. Qeydlər. Cəfər Cabbarlı, Əsərləri, I cild, Bakı, Azərnəşr, 1968, səh. 403).
Göründüyü kimi 30.XII-1915-ci il tarixi əsərin səhnədə oynanılmasına icazə almaq üçün Tiflis Senzura Idarəsinə göndərilən əlyazmanın üzərinə Bakıdakı poçt məmurunun vurduğu gerb markasında öz əksini tapmışdır. Bu isə akademik Məmməd Arifin qeyd etdiyi kimi “pyesin 1915-ci ildə yazıldığını” iddia etməyə tam əsas vermir. Əsərin son, təkmilləşdirilmiş variantından fərqli olaraq ilk əlyazma nüsxəsində “Vəfalı Səriyyə”nin yazılma tarixini nişan verən müəllif qeydləri vardır: “1912-ci il noyabrın 1-də, Qurban ayının 3-də” (C.Cabbarlı. Vəfalı Səriyyə. Azərbaycan MEA M.Füzuli adına Əlyazmalar Institutu, Arxiv-20, Q-3 (21), F-16, s.v.-10, səh. 58).
Əsərin yazılma tarixini müəyyənləşdirmək üçün müəllif əlyazmasından daha etibarlı, daha səhih qaynaq, mənbə, arqument istisna təşkil edir. Deməli, Cəfər Cabbarlı “Vəfalı Səriyyə” pyesini tədqiqatçıların indiyədək xüsusi vurğuladığı “30.XII-1915”-ci ildə yox, özünün qeyd etdiyi kimi, “1912-ci il, noyabrın 1-də, Qurban ayının 3-də” bitirmişdir. Başqa sözlə desək, böyük dramaturq ilk dram əsərini 13 yaşlı məktəbli ikən yazmışdır. C.Cabbarlının ilk əsərləri onun müəllifinin yazıçı məsuliyyətinin ağırlığını çox erkən dərk etdiyini, uğurlu nəticəyə nail olmaq üçün çalışdığını, seçdiyi mövzunu geniş miqyasda araşdırdığını, bitkin struktura və kompozisiyaya nail olduğunu göstərir. Bunun üçün o, müəllimlərinin məsləhətlərindən, tövsiyələrindən, qeydlərindən səmərəli faydalanmağı bacarırdı. Ilk qələm təcrübələrini tanınmış ziyalılara, ədiblərə, tənqidçilərə təqdim edən Cabbarlı ən sərt tənqidlərdən belə çəkinmir, iradlar üzərində həvəslə işləyirdi. Dövrünün görkəmli tənqidçisi Seyid Hüseyn Kazımoğlu Cəfər Cabbarlı ilə ilk görüşünü xatırlayaraq yazırdı: “1913-cü ildə mən mürəttiblikdən mühərrirliyə keçərək, Orucovların “Iqbal” qəzetində müdir və baş mühərrir işləməyə başladım.
Bir gün… bir oğlan tərəddüdlü addımlarla mənə yaxınlaşdı:
-Bağışlayın, bir məqalə yazmışam, mümkün olarsa…
O, cümləsini bitirə bilmədi. Mənə bir dəftər uzatdı. “Mümkün olarsa…” Nə etməli idim? Mən onun dəftərini aldım. Bu, bir-birinə rəbt edilmiş iki məktəbli dəftəri idi. Vərəqlərinin hər iki üzü karandaşla yazılmış uzunca bir şey idi. Xətti çox pozuq idi. Orucovların mətbəəsi yavuq olduğundan:
-Haydı, gedəyin idarəyə, oxuyunuz, dinləyim, – dedim.
Məqalə adlandırdığı bu yazı böyükcə bir hekayə idi” (Seyid Hüseyn (Sadıqzadə). Cəfər Cabbarlı haqqında xatirələrim, Böyük sənətkar, “Gənclik”, 1976, səh. 9).
Müəllifin təvazökarlıqla “məqalə”, Seyid Hüseyn Sadıqzadənin isə “böyükcə bir hekayə” adlandırdığı əsər çox güman ki, tənqidçinin ciddi iradlarından sonra yarımçıq qalmış “Kazım bəy”dir. Əsərin ilk əlyazma nüsxəsi oxunaqlı vəziyyətdə bu günümüzə gəlib çatsa da təəssüf ki, indiyədək çap edilməmişdir. Sərlövhəsiz bu əlyazma janr etibarilə romandır. Əsərin baş qəhrəmanı Kazım bəy maraqlı və macəravari süjet xəttinin mərkəzində dayanır və bütün epizodlar onunla birbaşa bağlıdır. C.Cabbarlının əksər əsərlərinin sərlövhəsi baş qəhrəmanın adı ilə eyni olduğu üçün bu romanı da tədqiqatçılar şərti olaraq “Kazım bəy” adlandırmağı məqsədəuyğun hesab edirlər. “Vərəqlərinin hər iki üzü karandaşla yazılmış uzunca bir şey” (S.Hüseyn) Bakı limanı üçün “Kaspi” mətbəəsində, rus dilində çap edilmiş və bir-birinə bənd olunmuş, üfüqi və şaquli cızıqlı “yükdaşıma qeydiyyatı kitabı”, “mədaxil – məxaric” və “işçilərin davamiyyət cədvəli” blanklarında öz əksini tapmışdır. Əsərin əlyazması ərəb əlifbası ilə yazılmış və 167 səhifədən ibarətdir. “Vəfalı Səriyyə”də olduğu kimi müəllif əlyazmanın 81-ci və 127-ci səhifələrinin başlanğıc hissələrində: “Bismillahir-rəhmanirrəhim!” – yazmışdır. Eləcə də 80-81-ci səhifələrdə kiril əlifbası ilə “Mirzə Bala” qeydlərinə təsadüf edilir ki, bu da sözsüz müəllifin dostu və sinif yoldaşı Mirzəbala Məhəmmədzadəyə işarədir. Görünür, Cəfər “Kazım bəy”i yazdıqca ayrı-ayrı hissələrini dostu Mirzəbalaya oxumuş və onun məsləhətlərini dinləmişdir. “Kazım bəy” romanı uzun illər muzey əməkdaşlarının əlləri altında olsa da, görünür, onlar bu nadir əlyazmanın məzmunundan və mahiyyətindən xəbərsiz idi. Doğrudur, müəllifin “xətti çox pozuq” (S.Hüseyn) olduğu üçün onu oxumaq da asan deyildi. Hər halda əsər diqqətlə ən azı vərəqlənsəydi, əlyazmanın yazılma tarixi və müddəti haqqında müəllif qeydlərinə şübhəsiz ki, rast gəlinərdi.
Xatırladıldığı kimi roman, yuxarı hissəsində tarix yeri qoyulmuş və rus dilində çap edilmiş blanklar üzərində yazılmışdır. Əlyazmanın 61-ci səhifəsinin yuxarıdan sağ tərəfində gün və il yerində rus dilində müəllif qeydi var: “1912-ci il, 21 yanvar günü”. Əsərin sonuna yaxın – 165-ci səhifəsində isə Cəfər öz xətti ilə yazmışdı: “3 ay – 2 gün kəm”. Birinci tarix əsərin yazılmağa başlandığı vaxtı göstərirsə, ikinci rəqəmlərin əlyazma üzərində iş prosesinin müddətini müəyyənləşdirdiyi şəksiz-şübhəsizdir. Beləliklə, bütün arqumentlərdən tutarlı hesab edilən müəllif qeydləri Cəfər Cabbarlının “Kazım bəy” romanını 1912-ci ilin birinci rübündə yazdığı qənaətinə gəlməyə əsas verir.
Sona xanım Cabbarlı gənc müəllifin romanı hansı şəraitdə və necə işlədiyini bir rəssam müşahidəsi ilə vizual təsvir etmişdi: “Cəfər gündüzlər bizi evdən çıxarır, özü otaqda tək qalıb yazırdı. Evimizdə stol olmadığından o, yerdə oturub arxasına 2-3 balış dayaq verər, dizlərinin üstünə kardon qoyub işlərdi. O zaman yazdığı 120-130 səhifəlik bir əsər hazırda C.Cabbarlı adına Respublika Dövlət Teatr Muzeyindədir. Iki gəncin sevgi macərasına həsr olunmuşdur. Nədənsə o, sonralar bu əsəri tamamlamaq istəməmiş (bəlkə də unutmuş), heç ona ad da qoymamışdır” (S.Cabbarlı. Onu kim unudar. Bakı, “Gənclik”, 1979, səh. 13-14).
“Kazım bəy” romanı müəllifin ilk qələm təcrübələrindən olsa da dövrün və mühitin tipik cizgiləri, yaddaqalan insan xarakterləri, hadisələrin dinamik və əlaqəli cərəyanı, yumoristik mənzərələr ustalıqla verilmişdir. Romandakı “Hamamda hadisə” rəmzi məna daşıyır. Gənc Cəfər Rusiya imperiyasının Romanovlar sülaləsinin siyasi hakimiyyətə gəlişinin 300 illik yubileyini təntənəli bayram etməyə hazırlaşdığı bir ərəfədə ictimai həyatın təmizlik rəmzi, paklıq ocağı sayılan hamamda (oxu: siyasi həyatın haqq-ədalət paytaxtı hesab edilən “Qış sarayı”nda – A.R.) üfunətin, çirkabın, durğunluğun, nizamsızlığın, ədalətsizliyin, özbaşınalığın, biganəliyin, mənəviyyatsızlığın çamurdan boy göstərən portretini böyük sənətkar məharəti ilə yaratmışdır. Təqdim olunan yığcam lövhədə mühitdəki ləngliyə, köhnəliyə, çürüklüyə, bürküyə kəskin münasibət, ciddi mövqe ortaya qoyulmuşdur. Hamam və onun köhnə xülya ilə yaşayan sahibi cəmiyyətin səviyyəsinə və tələblərinə cavab vermək iqtidarında deyildir. Xalqın idarə olunmasında zorakılıq, söyüş və hədə vasitələrinə müəllif ironiyası yaxınlaşmaqda olan siyasi qasırğanın ilk sindromları idi.
Cəfər Cabbarzadə Bakı şəhər Alekseyev adına 3-cü Ali-ibtidai məktəbi 1915- ci ilin aprel ayında bitirdi. Məktəbin müfəttişi Mahmud bəy Mahmudbəyovun 2 may 1915-ci ildə imzaladığı 154 saylı “Vəsiqə”də yazılırdı: “Müvəqqəti vəsiqə verilir Cabbarov Cəfərə ona görə ki, o həqiqətən 1915-ci ilin aprel ayında Bakı şəhər 3-cü Ali-ibtidai məktəbdə tam təhsil kursu bitirmişdir. Vəsiqə Bakı Alekseyev Texniki Məktəbinə təqdim etmək üçün verilir” (Vəsiqə (rus dilində). C.Cabbarlı adına Dövlət Teatr Muzeyi. Arxiv-memuar fondu, C.Cabbarlı arxivi, inv. N° 446).
Təbii ki, 3-cü Ali-ibtidai məktəbin göndərişini Bakı Texniki (Sənaye – A.R.) məktəbi ümumi əsaslarla qəbul etdi.
Cəfər asudə vaxtlarını səmərəli keçirməyə çalışır, bədii yaradıcılıqla ciddi məşğul olur, ev-ailə işlərinə yaxından kömək edir, anasına və böyük qardaşı Hüseynquluya əl tuturdu. Hüseynqulu Bayıl qəsəbəsində baqqal dükanı açmış, bu kiçik müəssisənin təchiz – tədarük məsələlərini həll etmək məcburiyyətində qalmışdır.
Əlbəttə, çox vaxt kiçik qardaşı Cəfər dərslərdənkənar günlərdə onun yanında olur, dükanın mədaxil və məxariclərini hesablamaqda Hüseynquluya yaxından kömək edirdi. Cəfərin ilk əsərlərindən bir qisminin “mədaxil-məxaric qaiməsi”ndə yazılması dükanda bu blanklardan da satıldığını və onun bu fürsətdən yaradıcı faydalandığını təsdiqləyir.
Burada Cəfər Isa bəy Aşurbəyovun oğlu Süleyman ilə tanış olur. Cəfər ona dərslərində kömək edirdi. Bir gün Süleyman Cəfəri öz evlərinə qonaq aparıb atası ilə tanış edir. Isa bəylə Cəfərin ilk tanışlığı çox maraqlı olur. Söhbət ədəbiyyatdan düşəndə Cəfər “Babayi-Əmir” jurnalında “Qəyyur Əyyar” gizli imzasının ona məxsus olduğunu bildirir. Hətta bu dərgidə 3 iyun 1915-ci ildə ilk çap olunan “Əl götür” adlı satirik şerinin “Bərq Əyyar”ın “Əl çəkin” (“Babayi-Əmir”, 1915, 29 aprel, N° 2) mənzum gülgüsünə nəzirə yazdığını vurğulayır. Isa bəy masasının üstündəki “Babayi-Əmir”in 7-ci sayının 6-cı səhifəsini açanda “Əl götür” satirasının son bəndinin yerinin boş qaldığını gördü. Kəskin tənqidi yazılara “ağ ləkələr”in düşməsi səbəbini yaxşı bilən İsa bəy Cəfərin gözlərinin içinə baxdı.
Müsahibi eyhamı duyaraq: – Cənab senzorun xidmətidir – deyə onun şübhələrini təsdiqlədi. Cəfər 7-ci Müsəlmani və rusi məktəbində oxuyarkən xeyirxahlığı və təmənnasız səxavətliliyi ilə yaxşı tanınan Bəşir bəy Aşurbəyovun təhsil haqqını ödədiyini və bu barədə “Tazə həyat” qəzetində “Təşəkkür” məktubunu şagird yoldaşları ilə çap etdirdiklərini minnətdarlıq hissi ilə Isa bəyin diqqətinə çatdırdı.
İsa bəy Cəfərlə tanışlığından çox məmnun qaldı və bu fərasətli, qədirşünas gənci oğlu Süleymanla Sənaye məktəbinə qəbul etdirdi və onlara xüsusi məktəbli forması tikdirdi və bütün təhsil xərcini öz üzərinə götürəcəyinə, Bəşir bəyin mesenatlıq missiyasını davam etdirəcəyinə söz verdi.
Cəfər Cabbarlı Isa bəy Aşurbəyovun maddi və mənəvi köməkliyi ilə 1915-ci ildə Bakı Sənaye Məktəbinin elektromexanika şöbəsinə imtahan verərək daxil oldu.
Böyük müharibələrin doğurduğu ixtilallar, üsyanlar, inqilablar böyük şəxsiyyətlərin – ictimai, siyasi və dövlət xadimlərinin, ədiblərin, sənətkarların yetişməsinə və formalaşmasına təkan verir və şübhəsiz ki, bu çoxəsrlik tarixi təcrübənin təsdiqlədiyi təbii təkamül prosesidir. Birinci Dünya Savaşının Qafqaz türkləri arasında vücuda gətirdiyi, tanıtdığı və ön mövqelərə çıxartdığı onlarla görkəmli fikir, söz adamı arasında şəksiz ki, Bakı Sənaye Məktəbinin I kurs tələbələri, iki yaxın dost Cəfər Cabbarlı və Mirzəbala Məhəmmədzadə də var idi. 16-17 yaşlı bu gənclər məntiqli mülahizələri, gündəlik dərslərə hazırlıqları, ciddi məsələlərə münasibətdə inadkar və cəsarətli mövqeləri, bədii yaradıcılığa müstəsna şövq və həvəs göstərmələri ilə ətrafdakı sinif yoldaşlarından, yaşıdlarından fərqlənirdilər.
Seyid Hüseynin redaktorluğu və naşirliyi ilə Isa bəy Aşurbəyovun “Kaspi” mətbəəsində işıq üzü görən “Qurtuluş” məcmuəsi elə ikinci sayından “Yazı yarışımız” adlı elan dərc edərək yaradıcı gəncləri ədəbi yarışa çağırmış, müsabiqə mövzularını göstərmişdir: “Köy həyatını təsvir edən bir hekayə, əsrimizin “qəhrəman”larından bir tip təsvir edən mənsur bir şeir”. Redaksiyaya daxil olan çoxsaylı bədii əsərləri seçib obyektiv dəyərləndirmək, yaxşılarını çapa tövsiyə etmək üçün bir komissiya yaratmış, qalibi “Qurtuluş”un birillik abunəsi ilə mükafatlandıracağını da vəd edirdi. Çox keçmir ki, ədəbi yarışa Cəfər Cabbarlı və Mirzəbala Məhəmmədzadə də qoşulur. Dostlar öncədən nəzərdə tutulduğu kimi Mirzəbala “Çoban Vəli” adlı hekayə, Cəfər isə “Qürub çağı bir yetim” sərlövhəli şeir yazaraq “Qurtuluş”un müsabiqəsinə təqdim edirlər. Hər iki bədii nümunə şeir və nəsr sahəsində birincilik qazanaraq jurnalın 16 noyabr 1915-ci il tarixli 4-cü sayında çap olundu. Bakı Sənaye Məktəbinin iki mütəəlliminin qazandığı birincilik onların müəllimləri və tələbə yoldaşları arasında yüksək qiymətləndirilir, ictimaiyyət arasında təqdir edilirdi. Gənc Cəfər eşitdiyi təriflərin, xoş sözlərin müqabilində etimadı doğrultmaq üçün çalışır, ədəbi-ictimai həyata qaynayıb-qarışır, “Səfa”, “Nicat” cəmiyyətlərinin mədəni-kütləvi tədbirlərində, teatr tamaşalarında fəal iştirak edir, aktyorlar və səhnə əsərləri haqqında rəylər, resenziyalar yazırdı. O, ilk addımlarını atan Azərbaycan teatrının uğurlarına sevindiyi kimi, baş verən ayrı-ayrı qüsurlara, səhlənkarlığa, biganəliyə, özbaşınalığa qarşı da haqlı bir dözümsüzlük nümayiş etdirirdi. Teatrsevər dostları ilə imzalayaraq “Yeni iqbal” qəzetinə ünvanladığı həyəcan dolu “Açıq məktub” deyilənləri təsdiqləyir: “Cümə günü “Artistiçeski klub”un zalında “Bəxtsiz cavan” və “Daşımdaşım” oyunları mövqeyi-tamaşaya qoyulacaq idi. Biletlər satılandan sonra müdiriməsul H.Məcidov pulları cibişdanə qoyub daban alır… Cəmaət oyunun axırına qədər gözləyirsə də məqsədinə çatmıyor. Hamı deyir ki, müdiri- məsul qaçıb. Ar olsun bu yalançı artist və ac müdiri-məsula ki, onsuz da ölmüş dramın daha da tez ölməyinə səbəb olur.
Cəmaət tərəfindən vəkil olunmuş tamaşaçılar: Cəfər Cabbarov, Məhəmməd Cavid Cavadov, Nemət Quliyev, Məhəmməd Tağı Zamanov, Əli Cəfər Oxlu, Qafar Quliyev” (“Yeni iqbal” qəzeti, 1916, 19 yanvar, N° 211).
Gənc Cəfər şəxsi marağını xalqın ümumi mənafeyindən üstün tutan, müqəddəs və ülvi mənəviyyat səhnəsinə əyri və çirkli əllərini uzadan, seçdiyi peşəyə xəyanət edən, kövrək ümidlərə, inamlara balta çalan, mədəniyyət işığının qarşısına qara pərdə çəkən Məcidovların qaragüruha, geriliyə, əsarətə, mürtəce təbəqələrə dəstəyini pisləyir, onları xalq qınağının obyektinə çevirməyi bacarırdı.
Eyni zamanda o, xalqın mədəni-mənəvi dəyərlərə sahiblik hissinin təkamülündə və təşəkkülündə teatrın, səhnə həyatının ictimai həyata güclü təsir göstərdiyini, nüfuz etdiyini görür, duyur, dəyərləndirirdi. Mədəni aləmdə baş verən yeniliklər – “Müsəlman dram artistləri cəmiyyəti” nizamnaməsinin şəhər bələdiyyə idarəsi tərəfindən 1916-cı ilin yazında təsdiqi və cəmiyyətin Ismailiyyə binasında mayın 22-də təsis yığıncağı keçirməsi, yayda Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlannm birgə “Hacıbəyov qardaşlannın opera, operetta truppası” yaratması, istedadlı aktyorların öz üzərlərində ciddi işləmələri, zövqlü teatrsevərlərin tamaşalara axını Cabbarlını çox sevindirirdi. Taleyini həmişəlik ölməz aktyorluq sənəti ilə bağlayan Abbasmirzə Şərifzadə, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Rza Darablı, Əbülhəsən Anaplı, Kərbəlayı Cahangir Zeynalov, Cəlil Bağdadbəyov və b. görkəmli teatr xadimləri ilə Cəfərin yaxından ünsiyyəti, teatr aləmi ilə tanışlığı, xalqın mədəni səviyyəsinin yüksəlməsində incəsənətin müstəsna təsir imkanları və rolu onu bu sirli-sehrli yaradıcılıq dünyasına bağlayırdı. O bəzən eyni əsərə dönə-dönə tamaşa edir, aktyor sənəti, rejissorluq işi, ayrı-ayrı sənətkarların yaradıcılıq axtarışları haqqında mülahizələrini mətbuatda bildirməkdən çəkinmirdi. 1916-cı il teatr mövsümündə ikinci dəfə baxdığı Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasının 15 sentyabr, cümə axşamı tamaşasındakı uğurlarla bərabər qüsurları da xüsusi vurğulayırdı: “Aşıq Qərib” operasındakı bəzi xorlar dəyişib, yerinə daha qulağa xoş gələn münasib xorlar qoyulmalıdır. Artistlərdən hər biri öz vəzifələrinin yaxşı keçməsinə səy edirdilər. Birinci və ikinci pərdələr çox sovuq keçsə də, lakin üçüncü pərdədə Sarabski ilə Ağdamskinin şikəstə ilə mükalimələri cəmaətin artıq dərəcədə diqqətini cəlb etdi.
Tanrıquluyev cənabları anlaşıldığına görə, keçən dəfəki oyunda öz nöqsanlarını görmüş olmalıdır ki, bu dəfə Şahvələd rolunu gözəl ifa edə bildi.
Artistkalardan Olenskaya bacılannın gözəl rəqsləri tamaşaçılara xoş gəldiyindən alqışlar ilə təkrar edildi.
Bağdadbəyov cənablarmın gözəl və gur səsi cəmaətə xoş gəldiyi kimi Aşıq Səlim rolunu həqiqətən də gözəl ifa etdi. Bu oyunun nöqsanı bəzən xorlar ilə musiqinin həmahəng olmaması idi ki, buna da Hacıbəyov qardaşlarının nəzərdiqqətini ayrıca cəlb edirik” (C.C. “Aşıq Qərib”, “Sovqat” qəz., 1916, 18 sentyabr, N° 15).
Və yaxud sentyabr ayının 18-də Tağıyev teatrında Üzeyir Hacıbəyovun mövsümdə ilk dəfə tamaşaya qoyulan “Əsli və Kərəm” operasına baxandan sonra Cəfər böyük məmnunluq və razılıq ilə yazırdı: “Bu opera hər cəhətdən xoş keçdi. Artistlərin gözəl oynaması, səhnənin mükəmməlliyi, xorların musiqi ilə həmahəng olması oyunun gözəl keçməsinə səbəb oldu.
Musiqini müəllif özü idarə edirdi. Cəmaət çox idi. Biletlər qurtardığı üçün xeyli adam tamaşa etməmiş geri qayıtdılar. Bunu görən müdiriyyət sentyabrın 23- də təkrar “Əsli və Kərəm”in mövqeyi-tamaşaya qoyulacağını elan etdi” (C.C. “Əsli və Kərəm”, “Sovqat” qəz., 1916, 20 sentyabr, N° 17).
Müəllifin sovet dönəmində zaman-zaman təkrar nəşr olunmuş çoxcildli “Əsərləri”nə daxil olmayan bu resenziyaların hətta qaynağı, mənbəyi, istinad obyekti çox təəssüf ki, “teatr tariximizin güzgüsü” (C.Cəfərov), “salnaməensiklopediya” adlandırılan “Azərbaycan teatnnın salnaməsi”(1975) və s. mötəbər, faktoqrafiya təyinatlı monoqrafik toplulara daxil edilməmişdir.
Lakin adları çəkilən resenziyaların prizmasından yanaşsaq, müəllif müşahidələrinin arxasından onun teatr sənətinə ciddi marağını, səriştəli münasibətini, obyektiv dəyərləndirmə meyarlarını duymamaq, müsbət qiymətləndirməmək mümkünsüzdür.
C.Cabbarlının AMEA M.Füzuli adına Əlyazmalar Institutunda Cümhuriyyət dövründən əvvəl qeydlər apardığı güman edilən bir cib dəftərçəsi saxlanılır. Burada ədibin öz taleyini əbədi olaraq dramaturgiyaya, teatra bağlanmasının “sirləri” açılır. Ictimai həyatda teatrın əhəmiyyətini Cabbarlı yüksək qiymətləndirərək yazırdı: “Teatro – ölkənin bulunduğu mədəni yüksəkliyi, mədəniyyət dərəcəsini göstəriyor. Teatro yüksək bədii bir dərəcədədirsə, (deməli) ölkə də ümumən gözəl inkişaf etmişdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor” (AMEA M.Füzuli adına Əlyazmalar Institutu. Arx. 20, Q-18 (410), s.v.-232).
Mədəniyyətin tərəqqisində iqtisadiyyatın böyük rolundan, aparıcı amilə malik olduğundan çox yazılır, çox danışılır. Rəqəmlərdə öz ifadəsini tapmış mədəniyyətin texniki göstəricisi kimi bu cəhət inkaredilməzdir. Lakin ölkənin intensiv iqtisadi inkişafının etibarlı zəminini, əbədi hərəkətverici qüvvəsini sənətkar teatrın, mədəniyyətin təkamülündə axtararkən nə qədər də haqlı idi! Iqtisadi inkişafın bu mənəvi tərəfi rəqəmlərlə üzə çıxa bilməsə də real qüvvədir və iki komponent (mədəniyyət və iqtisadiyyat) arasındakı dialektik inkişafın əsasını təşkil edir.
Mədəni mühitin işıqlanmasında, sosial təbəqələrin maariflənməsində incəsənətin, teatrın xalqın taleyində oynadığı rolu dərk edən Cəfər 1912-ci ildə qələmə aldığı ilk pyesi – “Vəfalı Səriyyə” üzərində yenidən işləyərək səhnədə tamaşaya qoyulmasına razılıq almaq üçün poçt vasitəsilə 1915-ci il dekabrın 30- da Bakıdan Tiflis Mətbuat Komitəsinə göndərir. Əsərə rəsmi münasibət 1916-cı ilin martın 9-da bildirilsə də ilk dəfə “Yeni iqbal” qəzeti ədəbi ictimaiyyətə özünün “Bakı xəbərləri” daimi rubrikası altında xeyli gec bəyan edirdi: “Tazə pyesələr. Cəfər Cabbarzadə tərəfindən qələmə alınmış 4 pərdəli “Vəfalı Səriyyə”, Hacı Cabbarzadə-Hacınski tərəfindən yazılmış 5 pərdəli “Qanlı intiqam” adlı pyesələrin Qafqasiya dairəsində mövqeyi-tamaşaya qoyulmasına canişin həzrətləri tərəfindən icazə verilmişdir” (“Yeni iqbal” qəz., 1916, 30 mart, N° 269).
Bu sevindirici xəbərdən isə xeyli əvvəl – 1916-cı il fevralın 4-də nəinki Bakıda, hətta bütün Qafqazda ədəbi-mədəni ictimaiyyəti sarsıdan itki üz vermişdir. Azərbaycan mətbuatının və ictimai fikrinin inkişafında xüsusi xidmətləri olan, Irəvan Darülmüəlliminin məzunu, 19 il Şuşa şəhərində müəllim işləmiş, şəhər bələdiyyəsinin “qlasnısı” olmuş, 1905-ci il erməni-müsəlman iğtişaşlarında azəri türklərinin fəal müdafiəçisi, 1906-cı ildən başlayaraq “Irşad”, “Tazə həyat”, “Ittifaq”, “Səda”, “Qafqazets” (rus dilində), “Sədayi-vətən”, “Sədayi-həqq”, “Sədayi-Qafqaz” qəzetlərinin və “Məzəli” jurnalmın müdiri və baş mühərriri olmuş, “Məktəb tərbiyəsi”, “Cinlər və şeytanlar”, “Döymə qapımı, döyərlər qapını”, “Evlənmək su içmək deyil”, “Xanxan” əsərlərinin müəllifi, V. Şeksprin “Otello” əsərinin türkcəyə ilk tərcüməçisi Haşım bəy Vəzirov (1868- 1916) dünyasını vaxtsız dəyişmişdi.
Cəfər dövrün ziyalılarını sarmış milli kədərin təsirinə uymadan, hisslərə qapılmadan, ömrünü xalq yolunda şam kimi əridən, bu işdə cəfalar çəkən, “əhlicəhli sahibi-irfan” mərtəbəsinə yüksəldən Haşım bəy Vəzirovun vətən və cəmiyyət qarşısındakı xidmətlərini qədirşünaslıqla qiymətləndirərək onu “xadimi- ədəb”, “günəş nurxanəsi”, “yaqut danəsi”, “şəmsi-şərəfnisar”, “mücahid” adlandırmış, mətbuat tariximizdəki yerini və rolunu obyektiv dəyərləndirərək ictimai fikrin və qələm dostlarının rəğbətini qazanmışdır. Mirzəbala Məhəmmədzadə də uşaqlıq və gənclik dostunun toxunduğu mövzuya laqeyd qalmayır, “Haşım bəy Vəzirovun tərcümeyi-halı” adlı beş hissəli məqaləsini “Dirilik” jurnalının 1916-cı il fevral sayında çap etdirmişdi. Bir il sonra isə bu iki gəncin adı çəkilən şeir və məqaləsi H.Vəzirovun bir neçə felyetonu ilə bahəm “Keyfim gələndə” sərlövhəsi altında Bakıdakı Ələkbərov mətbəəsində kitabça şəklində çap olunmuşdu. Bu üç əhli-qələmi kitabçanın həmmüəllifi hesab etsək, belə qənaətə gəlmək olar ki, “Keyfim gələndə” Cəfər Cabbarlının müştərək yazdığı və sağlığında çap olunan Azərbaycan türkcəsində ilk kitabıdır.
Gənc Cəfər poeziyada uğurlar qazansa da, onun qəlbi dramaturgiya ilə döyünürdü. Həyat həqiqətlərini bədii həqiqətin libasında daha geniş auditoriyaya çıxarmaq, insanları düşünmək və düşündürmək, onlara çıxış yolları aramaqda yardımçı olmaq üçün dram janrının o dövrdə böyük imkanları və perspektivi var idi. Azərbaycanda XX yüzilliyin ilk onilliklərində əgər kino yeni yaranır, ilk addımlarını atır və ömrünün “səssiz” dövrünü yaşayırdısa, Şərqdə ilk dəfə 1873- cü ilin martın 10-da (köhnə təqvimlə) bünövrəsi, təməli qoyulmuş professional teatrımız özünün yetkinlik dövrünə qədəm qoyur, anşlaqlı anlarını, anıldığı, sevildiyi məqamlannı nadan sxolastikaya, yeniliyə düşmən kəsilən ehkamlara, şər enerjili irticaya, naftalin qoxulu mühafizəkarlığa qarşı mübarizədə keçirirdi. Teatr tanınır və tanıdırdı. Əhalinin geniş təbəqələrini özünə cəlb və cəzb edən bu mədəniyyət ocağı maariflənmə yolunda güclü təsir imkanlarına malik idi. Səhnədə canlı səsin, sözün və hərəkətin uyumuş duyğulara, soyuq biganəliyə, ərpimiş milli mənlik şüuruna birbaşa emosional nüfuzu, müdaxiləsi incəsənətin bu sahəsinin hələ uzun əsrlər boyu bəşəriyyətin xidmətində duracağına əminlik yaradırdı. Cəfər Cabbarlı ədəbi yaradıcılıqda dram janrına üstünlük verməklə xalqına vicdanla xidmət etmək, “zülmi-dövran”a qarşı çıxmaq, “müqəddəs vücudları canavar zülmündən” xilasa çalışmaq, ədaləti, vicdanı “aləmi-bəşəriyyət”in yadına salmaq, mədəni və mənəvi tərəqqiyə nail olmaq, yaşadığı mühiti anlamaq və anlatmaq, səhnənin və sənətkarın səviyyəsinin yüksəlməsinə köməklik göstərmək məqsədi güdürdü. Yaradıcılıq baxımdan 1916-cı il Cəfər üçün uğurlu il idi. “Vəfalı Səriyyə” əsərinin səhnədə oynanılmasına Qafqaz canişini 1916-cı ilin mart ayının 9-da icazə versə də Cabbarlının Novruzqabağı tamaşaya başqa əsəri hazırlanırdı. Zəmanəsinin tanınmış mühərriri və münəqqidi Seyid Hüseyn Sadıqzadə “Cəfər Cabbarlı haqqında xatirələrim”də yazırdı ki, “Solğun çiçəklər” əsəri o zamankı Ismailiyyə (indiki Azərbaycan Elmlər Akademiyası) binasının salonunda 1916-cı ildə oynanmış idi (S.Hüseyn. C.Cabbarlı haqqında xatirələr. “Uşaqgəncnəşr”, 1960, səh. 10).
O dövrün mətbuatında əsər haqqında ilk qeydlərə 1917-ci ilin yanvarın 21-də “Bəsirət” qəzetinin 186-cı sayında “C.C.” gizli imzası ilə verilmiş “Solğun çiçəklər” sərlövhəli məqalədə informativ məlumata rast gəlinir. Nəzərə alınsa ki, ədib müxtəlif vaxtlarda “Sovqat”, “Istiqlal”, “Azərbaycan”, “Azərbaycan füqərası”, “Zəhmət”, “Kommunist”, “Maarif və mədəniyyət”, “Yeni yıldız” qəzet və jurnallarında “C”, “C.C.” örtülü imzaları ilə şeir, hekayə və məqalələr çap etdirmişdir, onda “Solğun çiçəklər” haqqında müəllifin mətbuata məlumat verməsi təbii və inandırıcı görünür.
Cəfər Cabbarlı “Solğun çiçəklər” pyesi ilə yanaşı “Aslan və Fərhad”, “Mənsur və Sitarə” hekayələrini, eləcə də uzun müddət itdiyi hesab edilən və sonralar jurnalist Qulam Məmmədlinin köməkliyi ilə Aşqabad şəhərindən tapılıb gətirilən “Nəsrəddin şah” 5 pərdəli tarixi dramını da 1916-cı ildə yazmışdır (Bax: “Azərbaycan teatnnın salnaməsi” (1850-1920), Bakı, Azərnəşr, 1975, səh. 458).
Böyük Rusiya inqilabının senzura qadağalarına son qoyması, yaradıcılıq məhdudiyyətlərini aradan qaldırması bütün qələm əhli kimi gənc Cəfəri də sevindirmiş, onu yeni-yeni əsərlər üzərində həvəslə işləməyə sövq etmişdir. Cabbarlının indiyədək çap olunmayan lirik şeirlərindən “Gözəllik və sevda”, “Göz aç sən…”, “Böyük türk şairi Tofiq Fikrətə”, “Qaçqın çocuq və yaxud sail” və b.
1917-ci ildə qələmə alınan gənc müəllifin narahat qəlbinin döyüntüləri, səmimi poeziya nümunələridir. Bununla belə, Cəfər zamanın ehtiyaclarından doğan sosial sifarişlərə ciddi yanaşaraq irihəcmli səhnə əsərlərinə xüsusi əhəmiyyət verməyə başladı. O, hələ 1916-cı ildə bitirdiyi “Nəsrəddin şah” tarixi dramı üzərində tamamlama işləri görür, qardaş Türkiyə xalqının yaxın tarixi mübarizəsindən bəhs edən “Ulduz” və “Ədirnə fəthi” pyeslərini müvəffəqiyyətlə başa çatdıraraq tamaşaya qoyulmaq üçün 1917-ci ilin payızında istedadlı aktyor və rejissor Abbas Mirzə Şərifzadənin təşəbbüsü və rəhbərliyi ilə yeni yaranmış “Bakı Müsəlman Aktyorları İttifaqı”na təqdim edir.
“Ədirnə fəthi” pyesinin ilk dəfə nə vaxt tamaşaya qoyulması haqqında əlimizdə ən səhih arqument, dəqiq fakt – “Açıq söz” qəzetində “Tamaşaçı” imzası ilə çap olunan “Tiatro və musiqi” ümumi başlıqlı “Ədirnə fəthi” məqaləsidir. Müəllif tamaşa haqqında geniş resenziyasında yazır: “Cümə günü, dekabrın 15-də Sənət məktəbi mütəəllimlərindən… Cəfər Cabbarzadənin yeni yazmış olduğu “Ədirnə fəthi” adlı pyesi Aktyorlar Ittifaqı tərəfindən birinci dəfə olaraq mövqeyitamaşaya qoyuldu.
Bu əsər Balkan müharibəsində Ədirnənin təslimindən sonra başda Ənvər bəy olmaq üzrə cavan türk əsgərləri və “Ittihadi-Tərəqqi” firqəsinin lüzumi, Kamil paşa kabinəsinin istefası, Gənc türklərin iş başına keçməsi və nəhayət, üç gün ərzində Ənvər bəy qoşunlarının Istanbulu təhlükədən qurtarıb Ədirnəni geri almalarını təsvir ediyor.
Iştə, başlıca mündəricatı bunlardan ibarət olan bu pyesa o qədər şirin, o qədər ruh qabardacaq bir üslub ilə yazılmışdır ki, doğrudan da bu vəqtə qədər səhnəmiz şirinlik və ruh yüksəkliyi cəhətindən böylə bir əsər görməmişdir. Bu qədər ki, bu vəqtədək tiatrolarımızda haşairyaq (üzdən iraq – A.R.) göstərmələri ilə məşhur olan “Qalyorkanşinar” belə, bu dəfə ruhlarına ğəza bulduqlarından hər şeyi unudaraq özlərini birinci sırada oturanlar qədər sakit aparmaqla səhnədən hər sözü avlamaya çalışıyorlardı” (Tamaşaçı. “Ədirnə fəthi”, “Açıq söz” qəzeti, 1917, 18 dekabr, N° 631).
C.Cabbarlının “Ədirnə fəthi” pyesinin ilk səhnə həyatının uğurlu olduğunu, tamaşanın anşlaqla keçdiyini, gənc müəllifin alqışlar və təbriklərlə qarşılandığını xüsusi vurğulayan “Tamaşaçı” aktyor ansamblının yüksək peşəkarlığını, onların öz vəzifələrinin öhdələrindən layiqincə gəldiyini qeyd etmişdir. Tağıyev teatrının axşam seansında göstərilən bu tamaşanın quruluşçu rejissoru və baş rollardan Ənvər bəyin ifaçısı Abbas Mirzə Şərifzadə idi. Cəfər Cabbarlı formalaşma mərhələsini yaşayan və təcrübəvi problemlərdən xali olmayan Azərbaycan milli teatnnın ən gənc dramaturqu idi. Heç bir yaradıcı şəxs 18 yaşında onun qədər şöhrətin və sənətin zirvəsinə yüksələ bilməmişdir. O, Azərbaycan səhnəsinə millilik, təbiilik, şirinlik gətirdi. Teatrı sevdi və sevdirdi.
“Ədirnə fəthi” ilə tamaşaçılarınm qəlbini və Bakıdakı ən böyük sənət məbədlərini fəth edən gənc dramaturq sonsuz fərəh hissi ilə səhnədə oynanmaq üçün “Bakı Müsəlman Aktyorları Ittifaqı”na “Solğun çiçəklər” pyesini və beş pərdəli “Ulduz” faciəsini də təqdim edir. Hər iki əsər müqtədir aktyorumuz Abbas Mirzə Şərifzadənin yardımı ilə repertuara salınır. “Solğun çiçəklər” melodraması 1918-ci il fevralın 2-də Müsəlman Cəmiyyəti-Xeyriyyəsinin “Ismailiyyə” binasındakı zalında nümayiş etdirildi.
1918-ci il 18 yaşlı gənc dramaturq üçün sənət sevincləri nöqteyi-nəzərindən uğurla başlamışdı. O, 19 yaşını yeni əsərinin oynanılması ilə qeyd etmək arzusunda idi. Bu baxımdan Abbas Mirzə Şərifzadənin rəhbərlik etdiyi “Bakı Müsəlman Aktyorları Ittifaqı” vədlərinin üzərində dayanaraq novruzqabağı “Ulduz” pyesini hazırlayaraq tamaşaçıların ixtiyarına verdilər. Əsər 1918-ci ilin mart ayının 10-da Şərqdə ilk professional teatrın yaranmasının 45-ci ildönümündə, “Ismailiyyə” binasının zalında bayram əhvali-ruhiyyəli tamaşaçıların böyük sevinci və sevgisi ilə keçdi.
“Ədirnə fəthi” və “Solğun çiçəklər”dən sonra “Ulduz”un uğurlu səhnə taleyi təkcə müəllifə yox, bütövlükdə aktyor truppasına, teatrsevərlərə sənət sevincləri yaşatdı. Əsər, yaranışı ilə ədəbi-mədəni həyatda mübahisələrə və fikir ayrılığına səbəb olmuş “Bakı Müsəlman Aktyorları Ittifaqı”nın maddi durumuna ilıq bahar nəsimi gətirir, tutqun çöhrəsinə təbəssüm bəxş edirdi. A.M.Şərifzadənin rəhbərliyi altında aktyor kollektivi müvəffəqiyyətlərini möhkəmləndirmək, mədəni fəaliyyətlərini genişləndirmək məqsədilə bir həftə sonra – 1918-ci il martın 16-da, cümə günü möhtəşəm “Ismailiyyə” sarayında teatr ictimaiyyətini və sənətsevərləri yenidən C.Cabbarlı “Ulduz”unun işığına topladı. Dünyada və Qafqazda cərəyan edən kədərli hadisələrin psixoloji gərginliyindən azad olmaq istəyənlərin “Ulduz” mənəvi dayağına, ümid işığına çevrildi. “Ulduz” vətən hissinin, millət heysiyyətinin bütün hisslərdən üstün, uca, müqəddəs olduğunu çoxlarına anlatdı. “Ulduz” elə bil dan ulduzuna çevrilib tamaşaçılarına qaranlıq mühitdən xilasın ən doğru yolunu göstərdi, sabaha inamını artırdı, onları bir amal uğrunda, vətənin gələcəyi naminə səfərbər etdi. Tamaşa bitdi… Ayağa qalxıb müəllifi, aktyorları coşqun sevinclə qarşılayan, sürəkli alqışları möhtəşəm “Ismailiyyə”nin tarixi divarlarında əks-səda yaradan insanlar inana bilməzdilər ki, “Ulduz” bu sənət məbədində sonuncu dəfə parlayır… Heç kəs təsəvvürünə gətirə bilməzdi ki, “Ismailiyyə” – o gözəl və sevimli bina iki gündən sonra xain düşmənlərin, erməni barbarlarının əlilə yandırılıb qara kösövə döndəriləcəkdir.
Xalqımızın çoxəsrlik tarixində, kəşməkəşli taleyində faciənin böyüklüyü və müsibətin ölçüsüzlüyü ilə seçilən, millətçi avantüristlərin, muzdlu qatillərin və siyasi reketlərin əlilə köhnə təqvimlə 1918-ci ilin mart ayınm 18-də, bazar günü, Novruz bayramı önü Bakı şəhərində Azərbaycan türklərinə qarşı başlanan və misli görünməmiş qəddarlıqla həyata keçirilən kütləvi qırğın aksiyasının ilk qığılcımı əhəmiyyətsiz bir mübahisədən yarandı. Bakıdakı Şamaxı yolu ilə 3-cü parallel (indiki C.Cabbarlı küçəsi ilə I.Əbilov küçəsi – A.R.) kəsişdiyi tindəki evin qarşısında mülk sahibi, günortadan xeyli keçmiş Levon Saatsazbekovun başçılıq etdiyi erməni süvari dəstəsi tərəfindən qətlə yetirildi. Hadisənin şahidi olmuş müəllim Ağaməmməd Səlimxanovun yazdığına görə mülk sahibi böyük faciənin ilk azərbaycanlı qurbanı idi və buradakı güllə səsindən sonra şəhəri atışma bürümüşdü.
Təşvişə düşmüş əhali imdad üçün “Ismailiyyə” – Xeyriyyə Cəmiyyətinin binasına yığışır.
Qanlı qırğmlann müəllifləri Içərişəhəri, mədəniyyət abidələrini, məktəbləri, məscidləri, mətbəələri, əhalinin sıx yaşayış yerlərini hədəf seçmişdilər. Dənizdən atılan top mərmiləri Çəmbərəkəndə və C.Cabbarlınm yaşadığı məhəlləyə də yağış kimi yağırdı. “Mart hadiseyi-ələmiyyəsi” günlərində təcavüzə düçar olmuş on minlərlə insanlar kimi Cəfər Cabbarlının ailəsi də erməni bandalarının hücumuna məruz qalmış, döyüşlər evlərindən azacıq yuxarı, “Ceyran bağçası” deyilən yerdə getdiyindən gənc ədib qadınları, uşaqları və qocaları “Qır anbarı” adlanan sığınacaqda gizlətməyə məcbur olmuşdu. Bir gün sonra isə daha təhlükəsiz yerə – Xızıya aparmaq məqsədilə anası Şahbikə xanımı, əmisi qızı Sona xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını və qonşuları şəhərdən çıxardarkən qayalığa çatmamış güllə yağışına düşmüş, nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf nəticəsində ölüm kabusundan xilas olmuşdur.
Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı ki, “Mart hadisələri zamanında Ismailliyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərləri tərəfindən mühasirə edilmişdim… Pulemyotların dmltısını, topların gurultusunu eşidirdim” (“Istiqlal” qəzeti, 1335, 4 şübat).
1918-ci ilin mart soyqırımı Cəfər Cabbarlının yaradıcılığında xüsusi yer tuturdu. O, əsasən Çəmbərəkənd qəbiristanlığında, indiki Şəhidlər xiyabanında dəfn olunan mart faciəsi qurbanlannm xatirəsini anmaq üçün “Dur, ey xar olan millət” sərlövhəli mərsiyə də yazmışdır. Dərvişlər, əsasən gənclər bu mərsiyəni şəhidlərin 7-də və 40-da məscidlərdə və küçələrdə günahsız qurbanlar üçün göz yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı səfərbərliyə çağırmaq məqsədilə oxuyurdular:
Gülzari-vətən soldu,
Millət xari-zar oldu,
Hamı payimal oldu,
Dur, ey xar olan millət.
Bir yanda ədu cəllad,
Bir yan naləvü-fəryad,
Ol bu zülmdən azad,
Dur, ey xar olan millət.
Əl çək bu həqarətdən,
Qurtar bu əsarətdən,
Xar ol bu xəcalətdən,
Dur, ey xar olan millət.
Şeir mərsiyə – yas mərasimlərində oxunmaq məqsədilə yazılsa da dərin ictimai məzmun kəsb edir. Müəllif bu şerində “ədu-cəllad”lara, erməni terrorçularına və onların havadarlarına qarşı, zülmdən və əsarətdən azad olmaq üçün “xar olan millət”i ayağa durmağa, səfərbərliyə və mübarizəyə səsləyir. Xalqını, “naləvüfəryad” lardan oyanmağa, “payimal” olmaqdan usanmağa, vətənin və millətin “xari-zar”ından bezib qaniçən, başkəsənlərə qarşı haqqını və şərəfini qorumağa çağırır. Yazıldığı vaxtdan illər keçməsinə baxmayaraq əsər bu gün də aktual səslənir.
C.Cabbarlının eyni mövzuya həsr etdiyi digər dəyərli sənət əsəri onun “Əhməd və Qumru” hekayəsidir. Əsərin mövzusu əslən şamaxılı olan iki gəncin – Əhməd və Qumrunun saf və ülvi məhəbbətindən, şirin arzularından, bir-birilərinə layiq yüksək mənəviyyata malik insan olmalarından, mart faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən bəhs edir. Müəllif, valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış, Əhməd və Qumrunu “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş, “əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm” Ismailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, “Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm” – yalvarışlarından bir- birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də bir-birini qucaqlamırlar, daha doğrusu qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların qolunu kəsmişdi.
Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı oxucu qəzəbini, oxucu nifrətini ovxarlamaqla yanaşı haqqa, ədalətə rəğbət hissi aşılayır.
Əlyazma mətni bu günədək əldə edilməsə də afişa və qəzet məlumatlarından aydın olur ki, Cəfər Cabbarlının “Bakı müharibəsi” adlı 5 pərdəli, 7 şəkilli dram əsərinin ilk pərdələri mart faciəsində Bakıda törədilən ağlasığmaz dəhşətlərdən bəhs edir. “Bəsirət” qəzetinin 13 sentyabr 1919-cu il tarixli 246-cı sayında bu səhnə əsəri haqqında yığcam bir elanda yazılırdı: “Azərbaycan Dövlət Teatrosunda zilhüccənin 20-si, sentyabrın 16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhti-idarəsində Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra düşmənlər əlində qalıb sonralar qəhrəman türk ordusu tərəfindən mühasirə edilib xilas olmasının 1 illiyi münasibətilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu “Bakı müharibəsi” draması mövqeyi tamaşaya qoyulacaqdır. Həmin faciədə Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra müsəlmanlara edilən zülm göstəriləcəkdir”.
Digər bir anonsda maskalanmış, hiyləgər Stepan Şaumyanın və b. ermənilərin əsl iç üzünü açan obrazlarının “Bakı müharibəsi”ndə müəllifin peşəkarlıqla yaratdığı bildirilir.
Faciənin səbəbləri – kökü və məqsədi bədii əsərlərdə düzgün müəyyənləşdirilmiş, erməni vəhşiliyi, erməni qəddarlığı reallığa söykənən, inandırıcı, tünd boyalarla əks etdirilmişdir. Zorakılığa, zülmə və amansızlığa nifrət, haqqa, ədalətə və hürriyyətə rəğbət hissinin aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii əsərlərin əsas qayəsini təşkil edir. Vətənpərvər ədibin ürək yanğısını, fəryadını sözündə, sətrində yaşadan bu əsərlərin arxiv qaranlığından çıxarılaraq milli istiqlal işığında mükəmməl tədqiqinə və təhlilinə hər zaman olduğundan daha çox çağdaş durumumuzda ehtiyac duyulmaqdadır.
1918-ci ilin mart soyqırımı Azərbaycan xalqının azadlığa yanğısını artırdı, təşkilatlanma meyllərini sürətləndirdi, əsl dost və düşmənini sınaqlardan çıxarmağa şərait yaratdı, bir millət kimi sabahı haqqında düşünməyə, müstəqil siyasi yol seçməyə vadar etdi.
Mart soyqırımı zamanı İrana, Gürcüstana, Dağıstana, Türküstana və b. daha təhlükəsiz yerlərə pənah aparan sərmayədarlar, tacirlər, mədəniyyət və incəsənət xadimləri, ziyalılar tədricən Bakıya qayıdırdılar. Ailəsini sığınacaq üçün öncə Xızının Upa kəndinə, sonra isə Qılızıya aparan Cəfər Cabbarlı şəhər azad edildikdən, əmin-amanlıq bərpa olunduqdan sonra yenidən ailəsi ilə öz isti evocağına qayıtdı. Azərbaycan hökuməti 1918-ci il sentyabrın 23-də Gəncədən Bakıya köçdü. Mart qətliamında yandırılmış “Novruz”, “Turan”, “Kaspi” və b. ətbəələrin bir qismini bərpa etmək mümkün oldu. Ilk 4 sayı Gəncədə çap olunmuş “Azərbaycan” qəzeti (ilk baş redaktorları Üzeyir Hacıbəyov və Şəfi bəy Rüstəmbəyli), “Azərbaycan hökumətinin əxbarı” məcmuəsi redaksiya heyəti ilə Bakıya köçərək türk və rus dillərində nəşrini davam etdirirdi. Cəfər Cabbarlı 1918-ci ilin oktyabrında “Azərbaycan” qəzetinə mütərcim vəzifəsinə işə qəbul olundu. Onun Bakı şəhərinin sosial problemlərinə həsr etdiyi və “Azərbaycan” (rus dilində) qəzetinin 26 noyabr 1918-ci il tarixli sayında çap olunan “Parapetdən Şamaxı yolunadək” sərlövhəli satirik felyetonunda da bu məsələ öz təsdiqini tapır.
Soyuq payız küləyi, hələ Novruz bayramı ərəfəsində Bakıda erməni hərbi bandaları tərəfindən yandırılmış əzəmətli “Ismailiyyə” binasının, Haşımov mülkünün, “Açıq söz” və “Kaspi” mətbəələrinin vəhşiliyin qara kabusuna çevrilmiş, hisli divarlarına dəyib tələsən, səliqəli geyinmiş, təbəssümlü xanımların və cənabların şən əhval-ruhiyyəsinə sərinlik gətirə bilmirdi. Şəhərin Bazar və Nikolayev küçələrinin kəsişdiyi ərazidəki yanğın və dağıntıların dərin izləri burada dəhşətli döyüşlərin getdiyini xatırlatdığı halda Bakı Ictimai Yığıncaqlar evinin yay binası bütün bunlardan xəbərsizmiş kimi bayramsayağı bəzədilmişdir. Eyvanlardan pürqiymət xalılar, giriş qapısından və dəhlizdən isə Azərbaycan Cümhuriyyətinin və Türkiyənin ay-ulduzlu dövlət bayraqları asılmışdır. Ziyafət salonunun yuxarı başında böyük orkestr, aşağı tərəfdə isə milli musiqimizin təmsilçiləri yer almışdı.
Gəncədən Bakıya köçən hökumət üzvləri ilk dəfə idi ki, öz xilaskarı, Qafqaz İslam Ordusunun komandanı general Nuru paşanı və onun igid zabitlərini 15 sentyabr Bakının qurtuluşu münasibətilə ziyafətə dəvət etmişdilər. Bazar günü, noyabrın 10-u idi. Ziyafətdə Şimali Qafqaz müsəlmanlarının nümayəndəsi A.Qantemirov, Iranın Azərbaycandakı konsulu, Azərbaycan və Qafqaz Islam Ordusunun zabitləri, eləcə də 400 nəfərədək məmurlar, ziyalılar, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Nuru paşa həzrətlərini orkestr hərbi marşla salamladı. Heyəti-vükalə rəisi (Nazirlər Şurasının sədri) Fətəli xan Xoyski məclisi açaraq, Trablis müharibəsinin qəhrəmanını, “Altun ləyaqət”, “Altun imtiyaz” medalları ilə təltif olunmuş 29 yaşlı generalı, Qafqaz Islam Ordusunun komandanı, Nuru paşa Hacı Əhməd oğlunu qonaqlara təqdim edərək dedi ki, Azərbaycanın azadlığı uğrunda döyüş meydanlarında türk qardaşlarımızın qanı bizim türklərin qanına qarışmışdır. Biz kök, soy, mənşə etibarilə bir-birimizə doğmayıq. Tarixi sınaq qarşısında şəhidlərin qanı ilə bu doğmalığı yenidən təzələdik, ayrı düşmüş qövmləri bir-birinə qaynaq etdik. Azərbaycanın azadlığı uğrunda tökülən bu qan Osmanlı və Azərbaycan türkləri arasında sarsılmaz dostluğun, qardaşlığın, qırılmaz tellərin müqəddəs rəmzidir. Nuru paşa təkcə Qafqaz Islam Ordusunun deyil, bu gün Azərbaycan ordusunun da Ali baş komandanıdır. Qəhrəman Nuru paşaya və igid türk döyüşçülərinə eşq olsun!
Ziyafət əhli döyüşlərdən həmişə zəfərlə çıxan, qəlbi türkçülüyə sevgi ilə çırpınan, xalqın xilaskarı və Bakı qurtuluş savaşının qalibini gurultulu alqışlarla qarşıladılar. Nuru paşanın siyasi müşaviri, görkəmli ictimai xadim və publisist Əhməd bəy Ağayev generalın döyüş yolundan söz açdı, onun Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən, milli ordu quruculuğuna əməli yardımından, Bakının azad edilməsinin cümhuriyyət üçün böyük əhəmiyyətindən danışdı.
Sonra söz Milli Şuranın rəisinə verildi.
Məhəmməd Əmin Rəsulzadə öncə məclisə toplaşanları, Azərbaycan Cümhuriyyətinin üçrəngli milli bayrağının bir gün əvvəl – noyabrın 9-da təsdiq olunması münasibətilə təbrik etdi. Sonra dedi: “Sentyabrın 15-i vaqe olmasa, yəqin ki, mayısın 28-nin ibtidası bir səneyi-dövriyyəsini görmədən imtəhayə varar, gedərdi. Bakının Azərbaycan üçün sadə bir paytaxt, “can şüşəsi” olduğunu nəzərə alırıqsa, həqiqi istiqlal gününün sentyabrın 15-i olduğunu qəbul etməliyik.
Mayısın 28-də böyük bir haqq elan olunmuş, sentyabrın 15-də isə bu haqq yerini tutmuşdur”.
M.Ə.Rəsulzadə ziyafətə toplaşanlara göz gəzdirərək, qürur hissi yaşadığını açıqca duyduraraq dedi: “- Bir il əvvəl bax bu zalda xalqların öz müqəddəratını təyin etmək hüququ haqqında bolşeviklərin qızğın mübahisəsi gedirdi. Şaumyanın başçılıq etdiyi Bakı sosialistləri bu prinsipi Azərbaycan türkləri üçün qəbuledilməz sayır, milli özünüdərkin bütün formalarına maneçilik törədirdilər. Halbuki Qafqazın digər xalqlarının bu sahədəki cəhdlərinə heç irad da tutmurdular.
Azərbaycan türklərinin cümhuriyyət seçimi, azadlığı müqabilində bolşeviklər Bakını xarabazara çevirmək ilə hədələyirdilər. Onlar bizim qələbəmizin müvəqqəti olacağını deyirdilər. Biz isə göstərirdik ki, müvəqqətilik kobud gücə arxalanan hakimiyyətə aiddir. Çoxluğun qanuni hüquqlarını müdafiə edən qurum müvəqqəti ola bilməz. Ola bilər ki, bolşeviklər silahla müvəqqəti uğur qazansınlar, lakin nəticədə həqiqət gücə üstün gələcək. Azərbaycan müsəlmanları özlərinin ədalətli tələblərinə nail olacaqlar. Bizim uzaqgörənliyimiz özünü doğrultdu: Indi Azərbaycan türkləri özlərinin qan qardaşlarının köməyi ilə öz hüquqlannı əldə etdilər. Bu hüquqlar ləyaqətlə hər cür qəsddən – hardan gəlməsindən asılı olmayaraq – müdafiə ediləcəkdir”.
Rəsulzadə nitqinə davam edərək “Siyasi üfüqdə qara buludlar görünən kibidir, lakin bu qara buludlara qarşı Nurularımızın zülmətləri dağıdan nuru var” – dedikdə bütün əhli-məclis ayağa qalxıb paşa həzrətlərini xüsusi bir təzim və təcil ilə alqışlamağa başladılar” (A.Bayramoğlu. Azərbaycan Demokratik Respublikası dövründə ədəbiyyat. Bakı, Elm, 2003, səh. 184).
Məclis sürəkli alqışların təsirindən xilas olmamış, salona Osmanlı generallarına məxsus buxara papaqlı, sol döşü orden və medallarla bəzədilmiş, yaxasından sağ çiyninədək sarı ipəkdən hörüklər bənd edilmiş, yarım dairəvi paqonları parlaq atlas saçaqlarla əhatə olunmuş, ucları yüngülcə yuxarı eşilmiş qara bığlı, qarayanız, general qiyafəsində bir şəxs girdi. Nuru paşa ani də olsa, onu böyük qardaşı Ənvər paşaya oxşatdı. Səbrini basaraq, emosional hərəkətlərdən özünü zorla saxladı. General qiyafəli şəxs salonun Osmanlı zabitləri əyləşən hissəsinə yaxınlaşaraq ucadan dedi:“Ey qəhrəman türklərin igid balaları! Siz şanlı türk övladları olduğunuzu Bakının qurtuluşuna varmaqla sübut etdiniz. Ey Şərq günəşinin hərarətli qoynunda bəslənən azad Asiyanın istiqanlı, igid balaları! Qarışqalar kimi ayaqlar altında tapdanmağa da, həyatmı deyirik? Hayır, türk olduğunu anlayan hər kəs bunu qəbul etməz! Yerin üstündə yatmaqdansa, altında yatmaq daha gözəl deyilmi? Biz kimsədən tərəhhüm ummayırıq. Tərəhhüm bir millətin ölməsi deməkdir. Silahına arxalanmayan bir millət yüksək dağlara belə dayanarsa, nəhayət, yıxılacaqdır”.
Ənvər paşanın qiyafəsində monoloq söyləyən görkəmli səhnə ustası Abbas Mirzə Şərifzadə idi. Alqış sədaları altında Fətəli xan “Ədirnə fəthi” əsərinin müəllifı, Bakı Sənaye Məktəbinin mütəəllimi, gənc dramaturq Cəfər Cabbarlını Nuru paşaya təqdim etdi. Əsər isə Azərbaycan səhnəsində bir il öncə – 1917-ci il dekabrın 15-də uğurla nümayiş etdirilmişdi.
Nuru paşa ayağa duraraq, bu bəstəboy, qarayanız dağlı balasını bağrına basdı. Bakının 29 yaşlı fatehi general Nuru paşa “Ədirnə fəthi”nin 19 yaşlı müəllifi, söz sərkərdəsi Cəfərlə qucaqlaşdı. Iki böyük türk övladının doğma qardaş kimi birbirinə sarılmasını qələmlə qılıncın birlik rəmzi kimi dəyərləndirənlər də oldu.
Cəfər Cabbarlı çıxışında türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmalarından söz açdı. “Ədirnə fəthi”ni bu mövzuya həsr etdiyini, “Trablis müharibəsi”ndə Ramiz obrazının prototipinin Nuru paşa olduğunu bildirdi. Nuru paşanın hərbi xadim və şəxsiyyət kimi onu heyran qoyduğunu duydurmaqla yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verdi. Cəfər Cabbarlının alovlu nitqi Nuru paşanı heyran qoymuşdu. General ziyafətdən sonra arkadaş adlandırdığı Cəfərin dəvətini qəbul edərək, onun qonağı oldu. Gənc olmasına baxmayaraq, istedadlı və böyük sənətkarın darısqal mənzil şəraiti generalı sıxdı. Nuru paşanın bu istiqamətdəki təkliflərindən Cəfər minnətdarlıqla imtina edirdi. Lakin ertəsi gün Nuru paşanın göndərdiyi hədiyyələri Cəfərin anası Hacı Şahbikə xanım qəbul etmək məcburiyyətində qaldı. Bunlar: bir ədəd nikelli dəmir çarpayı, daş güzgü, paltar üçün ayaqlı asılqan, divar saatı və bəzi əşya və ləvazimatlardan ibarət idi.
Bir həftə sonra, 1918-ci il noyabrın 17-də Müttəfiq Dövlətlər Birliyinin hərbi hissələrinin Bakıya daxil olması ilə əlaqədar Qafqaz Islam Ordusu Azərbaycandan geri çağırıldı. Nuru paşa iradəsinin və arzusunun əleyhinə olaraq, Bakını tərk etmək məcburiyyətində qaldı. C.Cabbarlı ziyafətdə verdiyi sözə əməl edərək, Nuru paşanın qəhrəmanlığından bəhs edən 5 pərdəli, 7 şəkilli “Bakı müharibəsi” adlı dram əsərini yaratdı.
Azərbaycan dövlətçiliyi tarixində ən böyük və əhəmiyyətli hadisələrdən biri – 1918-ci il dekabr ayının 7-də Məclisi-Məbusanın (Parlamentin) rəsmi açılışı oldu. Parlament aparatına bir sıra istiqlalpərvər gənclər, o cümlədən Cəfər Cabbarlı, Mirzəbala Məhəmmədzadə, Əbdül Vahab Məmmədzadə, Seyid Hüseyn Sadıqov, Şəfiqə xanım Əfəndizadə və b. işə qəbul edildi. Redaktor, stenoqrafçı vəzifələrində çalışan bu gənclərə Şərqdə ilk Cümhuriyyətin yaradıcıları, görkəmli ictimai-siyasi xadimləri ilə gündəlik təmasda olmaq, onların dövlət quruculuğu yollarında uğurlu və qüsurlu ilk addımlarını canlı müşahidə etmək, nitqlərini, mülahizə və mübahisələrini qeydə almaq səadəti nəsib olurdu. C.Cabbarlı “Azərbaycan” qəzeti redaksiyasındakı tərcüməçilik fəaliyyətini parlamentdə stenoqrafçılıq işi ilə paralel və böyük həvəslə davam etdirirdi. Təbii ki, yeni yaranan Cümhuriyyətdə fəaliyyət meydanınm genişliyi, işlərinin çoxluğu onun yaradıcılıq imkanlarım məhdudlaşdırırdı. Bununla belə gənc ədib mühüm tarixi prosesdə iştirakmı və məsuliyyətini dərk edir, xalqın milli-azadlıq arzularının reallaşmasında, dövlət müstəqilliyinin möhkəmlənməsində və dönməzliyinin təmin edilməsində məsləkdaşları ilə xidməti şərəf sayırdılar.
Məlumdur ki, Cəfər Cabbarlının Cümhuriyyət dövrü ədəbi-ictimai fəaliyyətini sovet ədəbi tənqidi qiymətləndirərkən bəzən ifrata varmış, qərəzli və qeyri- obyektiv nəticələr çıxarmaqdan çəkinməmiş, əsassız ittihamlar irəli sürülmüşdür. Deyilənlərə klassik nümunə olaraq aşağıdakı seçmələri təqdim etmək yerinə düşərdi:
“Burjua millətçiləri, əksinqilabçı müsavatçılar xalq kütlələri qarşısındakı alçaq xəyanətlərini o zaman “istiqlaliyyət” haqqındakı yalançı və ikiüzlü şüarlar altında gizlətməyə çalışırdılar.
…Bu qaragüruhçu, əksinqilabi təbliğat o zaman bəzi gənclərin şüurunu zəhərləyə bilmişdi. Bu gənclərin arasında Cəfər Cabbarlı da vardı.
1918-1919-cu illərdə Cabbarlı millətçi burjua ziyalıları arasında yaşamağa, müsavat partiyasının orqanı olan “Azərbaycan” qəzetinin redaksiyasında işləməyə məcbur olmuşdu.
Bu illərdə Cabbarlı millətçilik ruhunda bir neçə əsər yazmışdı. 1918-1919-cu illərdə Bakıda tamaşaya qoyulan bu əsərlər (“Ulduz”, “Ədirnə fəthi” və “Bakı müharibəsi” pyesləri nəzərdə tutulur – A.R.) məfkurəvi cəhətdən zərərli olduğu kimi, bədii cəhətdən də çox zəif idilər və ümumiyyətlə, Cabbarlı yaradıcılığı üçün səciyyəvi deyildir. Bunlar bir daha göstərir ki, yazıçı mürtəce məfkurənin təsiri altına düşdükdə, hər şeydən əvvəl bir sənətkar kimi kiçilir”.
Milli istiqlal məfkurəsini “mürtəce” adlandırmaq, Şərqdə ilk demokratik dövlətin qurucularını “xalqına xəyanətdə” ittiham etmək, vətənpərvərlik ruhunda yazılmış əsərləri “zərərli” saymaq, nəhayət obyektiv, elmi dəyərləndirmədən çox yad ideoloji təsirə uyaraq təhqirə üstünlük vermək akademikin həqiqətdən uzaq mövqedə dayandığını göstərən əlamətlərdir. Əksinə, Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığını nəzərdən keçirdikdə onun milli birsənətkar olduğunu, neqativ hallara qarşı prinsipial mövqe tutduğunun şahidi oluruq. C.Cabbarlının 1920-ci ildə “Hürriyyət” və “Istiqlal” qəzetlərində çap etdirdiyi “Dağ kəndlərindən – Sayad Xızı”, “Azğınlığı dolandırıcılıqmı” publisistik yazıları bu qəbildəndir.
Ədib “Dağ kəndlərindən – Sayad Xızı” məqaləsində doğulduğu kəndin acınacaqlı mənzərəsindən, zavallı kəndlilərin hədsiz yoxsulluğundan ürək ağrısı ilə yazır: “Bizim köylərdə (kəndlərdə – A.R.) aclıq tam dəhşətilə hökmfərmandır.
Atasız, anasız yetimlər, atalı və analı füqarə çocuqlar paltarsız, yalınayaq gün keçirməkdədir. Dul, sahibsiz qadınlarımız ac və üryan qalmaqdadır. Tif və başqa xəstəliklərə düçar olan naxoşlarımız həkimsiz, dərmansız can verməkdədir”.
Səfalət içində inləyən kəndin balaları kəndxudanı düşündürmür. Xəstə qadınların, yetim çocuqların ah-naləsi “Parlaman”a çatmır. Sosial-iqtisadi bataqlıq içində boğulan kəndin yeganə çıxış yolunu Cabbarlı mübarizədə görür. O, artıq kəndlilərin ayıq düşüncəyə, iti gözə malik olduqlarını, ağı qaradan, dostu düşməndən seçməyi bacardıqlarını qeyd edir. Kənddə “parlamançıların” ünvanına açıqca deyirlər: “Utanmazlar, bizə qardaş, dindaş diyorlar. Türk qardaşlarını və dindaşlarını qırıb məhv edən daşnaklar ilə bir parlamanda oturub bizim müqəddəratımızı həll edəcəklər?! Bizə hüquq və hürriyyət verəcəklər?! Özləri müsəlman qırğınına bais daşnaklarla dost olub bütün zəif millətlərə, zavallı kəndçilərə hüquq və hürriyyət verən düşmən kəsilmişlər”.
“Azğınlığı dolandırıcılıqmı” məqaləsində isə Cabbarlı “Ittihadi-islam” partiyasının simasız mövqeyini, ikiüzlü siyasətini ifşa edir, onun bəzi nümayəndələrinin möhtəkirliyindən, azğınlığından xalqa zidd münasibətlərindən kəskin yazır. Müəllifin fikrincə, bu firqənin başlıca qüsuru onların məsləksizliyi, aydın siyasət platformasından uzaq olmalarıdır. Məqsədləri isə sadəlövh xalqın səsindən istifadə edərək iş başına keçmək olmuşdur. Cabbarlı ittihadçıların mənəvi simasını aşkar etmək üçün yazırdı: “Bir də görürsünüz Ittihad Denikin ilə müharibə tələb ediyor. Fəqət Denikin lehinə və Azərbaycan istiqlaliyyəti əleyhinə propoqanda aparırkən yaxalanıb həbs olunanlar Ittihadın ən böyük üzvlərindən deyilmidir?
…Son vaxtlar Rusiyada solların müzəffəriyyəti görününcə artıq bir ehtimala qarşı kəndini fəhlə-kəndçi tərəfdarı göstərməklə də bolşevik qələmə vermək istiyor”.
Ittihadçılar əsl simalarını aldadıcı şüarlarla pərdələsələr də əməllərindən yaxşı tanınırlar. Cabbarlının fikrincə, Ittihad firqəsinə qarşı mübarizə aparmamaq, onlara çirkin niyyətləri üçün meydan vermək, azğınlığı dolandırmağa, yaşatmağa bərabərdir.
“Dağ kəndlərindən – Sayad Xızı” və “Azğınlığı dolandırıcılıqmı” məqalələri Cümhuriyyət dövründə Cabbarlının siyasi hadisələrə obyektiv münasibətini əks etdirən qiymətli sənədlərdir.
Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra Cəfər Cabbarlı gizli fəaliyyətə keçən Müsavat Partiyası MK-nın baş katibi seçilir. Partiyanın sədri Mirzəbala Məhəmmədzadə dramaturqun dostu olsa da onunla fikir ayrılığı mövcud idi. Təhsil almağa üstünlük verən Cəfər 1920-ci ildə Bakı Universitetinin tibb fakül- təsinə daxil olur. O “Kommunist” qəzetində və Ərzaq Komissarlığında tərcüməçi işləməklə yanaşı, Azərbaycan Şura Mərkəzi Icraiyyə Komitəsində stenoqrafçı vəzifəsində çalışırdı. Gizli Müsavatın fəaliyyətini nəzarətə götürən çekistlər C.Cabbarlını da güdürdülər. 1923-cü il iyunun 12-də MIK-in 2-ci qurultayının 3- cü plenumu başlanır. Iclasın stenoqrafçıları Cəfər Cabbarlı və Seyid Hüseyn idi. Gündəliyə 6 məsələ daxil edilmişdi. Sonuncu məsələ “Naxçıvan ölkəsinin Azərbaycan ilə birləşdirilməsi” gündəliyə salınmışdı və iyunun 16-da baxılması nəzərdə tutulmuşdu. Plenumun stenoqramını hər gün dərc edən qəzetlər sonuncu məsələnin müzakirəsini verə bilməmişdilər. Azərbaycanın ali hakimiyyət orqanının plenumu iyunun 16-da stenoqrafçılarsız qalmışdı. MIK-in rəhbərliyindən xəbərsiz 1923-cü ilin iyunun 15-də, gecə Cəfər Cabbarlı və Seyid Hüseyn həbs edilmişdir. Stenoqrafçılarının qəfil yoxa çıxmasının səbəblərindən məlumatsız MIK yalnız 2 gündən sonra işçilərini həbsxanada tapa bilmişdir. Az. MIK-in Rəyasət Heyətinin üzvü və katibi M.Xanbudaqov Az. FK-ya və Xüsusi Şöbəyə 17 iyun 1923-cü ildə ünvanladığı 240 saylı məxfi məktubda yazırdı: “Az. MIK-də olan məlumata əsasən sizing həbs etdiyiniz vətəndaş Seyid Hüseyn Sadıqov və Cəfər Cabbarlı Az. MIK-in 3-cü sessiyasının stenoqrafik hesabatını aparırdılar və tutularkən hesabat onlarda idi.
Hesabatın Az. MIK-ə verilməsi zərurətini nəzərə alaraq xahiş edirəm hesabatın alınması və 18/V1-23, saat 12-dən gec olmayaraq Az. MIK-ə təqdim olunması üçün təcili göstəriş verəsiniz”.
M.Xanbudaqovun məktubu elə həmin gün Şahverdiyana göndərilmiş, dərkənarda yazılmışdır ki, “Elə bu gün almalı və geri qaytarmalı!” Iyunun 18-də isə FK-nın sədr müavini Qaber-Kornun ötürücü məktubu ilə 3-cü sessiyanın türk dilində, 12 səhifəlik stenoqrafik hesabatı MIK-ə göndərilsə də, məhbuslar saxlanılır.
Yalnız çekistlər tərəfindən hazırlanmış bəyannamə mətninə avqustun 12-də müsavatçılarla bərabər Cəfər də imza atdıqdan sonra həbsdən azad edilir. C.Cabbarlının həbsi onun Bakı Universitetindəki təhsilini və D.Bünyadzadə adına Türk Dövlət Teatrosunun repertuarına salınmış “Araz çayı” mənzum pyesinin tamaşasını yarımçıq qoyur. O universitetdən xaric olunduqdan sonra, 1923-cü ilin sentyabrında yeni açılmış Türk Teatro Məktəbinə girir. Lakin burada da onun sevinci uzun çəkmir. İstanbulda çıxan “Yeni Qafqaziya” jurnalının birinci sayında (sentyabr 1923) çap olunan “Müsavatçıların protestosu” məqaləsinə, Mirzəbala Məhəmmədzadənin Bakıdan qaçmasına və gizli “Istiqlal” qəzeti mətbəəsinin aşkar edilməsinə görə oktyabrın 5-də həbs olunanlar arasında Cəfər Cabbarlı da var idi. Mənzilində axtarış aparan çekistlər onun bütün əlyazmalarını talan etmişdilər. Ədibin müsadirə olunan əlyazmaları içərisində əvvəli “Maarif və mədəniyyət” jurnalının 1923-cü il 4-5-ci sayında çap olunmuş “Qız qalası” poeması da var idi. Xalq Maarif Komissarlığı pulunu ödəyərək əsəri müəllifdən almışdı. Cabbarlının yeni həbsindən xəbər tutan komissarlıq “Azçeka”ya məxfi məktubunda yazırdı: “Cabbarzadə həbs edilərkən onun bütün əlyazmaları alınıb, hansı ki, onların arasında “Qız qalası” poeması da olub. Poemanı XMK alıb öz mülkiyyətinə çevirmiş və birinci hissəsi XMK-nın nəşr etdiyi “Maarif və mədəniyyət” jurnalında çap olunmuşdur. Ikinci hissəsi jurnalın növbəti saylarına çapa hazırlamaq üçün müəllifə yenidən baxmağa verilmişdi.
Deyilənlərə əsasən XMK sizdən xahiş edir ki, onun götürülmüş və “Azçeka”da saxlanılan kağızları arasından göstərilən poemanın alınıb Xalq Maarif Komissarlığına göndərilməsi üçün lazımi sərəncam verəsiniz.
Xalq Maarif komissarı – T.Şahbazi, katib – O.Cəlalbəyova”. Əsər, üzərində iş bitmədiyi üçün müəllifinə qaytarılmış, ümumi razılığa əsasən Cabbarlı həbsxana kamerasında “Qız qalası” üzərində çalışmışdır. Həmin vaxt Cəfər ilə qonşu kamerada yatan Əbdül Vahab Məmmədzadə sonralar yazırdı: “Cəfərin 1923 sənəsi 15 həziranında Sovet “Çeka”sı tərəfindən yapılan ilk tevqifində bir çox əlyazmalarıyla birlikdə “Qız qalası” müsəddəsi də ələ keçmiş və qeyb olmuşdu.
Şair, 1923 sənəsi 5 ekimində təkrar tevqif edildikdən sonra münfərid hücrəsində təkbaşına oturarkən, əlinə keçirdiyi ufacıq bir qurşun qələmiylə mənzuməni yenidən irşad etməyə başlamışdı” (Ə.V.Yurdsevər. Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı. “Azərbaycan” dərgisi, Ankara, 1952, N° 5, səh. 6).
Ictimai qınaqdan ehtiyat edən Sovet “Çeka”sı Cabbarlını uzun müddətə həbsxanada saxlamaq iqtidarına qadir deyildi və beləliklə ədib 30 oktyabr 1923-cü ildə azadlığa buraxıldı. “Qız qalası”nın həbsxanada yazılmış ikinci hissəsi “Maarif və mədəniyyət” jurnalınm 1924-cü il 1-3 saylarında çap olundu.
C.Cabbarlı sovet dönəmində bədii yaradıcılığın bir sıra istiqamətləri ilə yanaşı tərcüməçilik fəaliyyəti ilə də geniş məşğul olmuşdur. Vilyam Şekspirin “Hamlet”, “Otello”, Fridrix Şillerin “Qaçaqlar”, Kardon de Bomarşenin “Fiqaronun toyu”, Corc Uellsin “Yeraltı dünya”, Aleksandr Afinogenovun “Qorxu”, Lev Slavinin “Müdaxilə”, Ferdinand Düşenin “Tamilla”, M.Pavloviç və S.Iranskinin “Iran istiqlaliyyət mübarizəsi uğrunda” (bu əsərin adı indiyədək çap olunmuş “Cəfər Cabbarlı” biblioqrafiya kitablarına daxil edilməmişdir – A.R.) irihəcmli əsərlərinin Azərbaycan oxucularına çatdırılması, Lev Tolstoyun “Hacı Murad” povestinin təbdil edilməsi C.Cabbarlınm öhdəsinə düşmüşdür. O, bundan əlavə Henrix Lonqfellonun, Maksim Qorkinin, Fyodor Qladkovun və s. şeir və hekayələrini doğma dilimizə çevirib çap etdirmişdir.
Cəfər Cabbarlınm sovet dönəmində yazdığı və yeni Azərbaycan əlifbası ilə çap olunan üçcildlik kitablarına daxil edilən “Od gəlini”, “Sevil”, “Almaz”, “1905-ci ildə” və b. monumental dram əsərlərinin aktuallıq məsələsini bu gün də mübahisə mövzusuna çevirməyə cəhd edənlər çox təəssüf ki, tapılır. Etiraf edilməlidir ki, uzun illərdən bəri adları çəkilən əsərlər milli-mənəvi dəyərlər müstəvisində tədqiq və təhlil obyektinə çevrilmədiyi və hələ də “sosializm realizmi” metodu ilə bu pyeslərə yanaşıldığı üçün yaranmış sualları cavablandırmaq lazım gəlir. Bu yazıda bütün dramları ətraflı şərh etmək mümkünsüz olsa da, onlardan müasir zəmanəmizdə ən mübahisəli görünən “1905-ci ildə” əsərinin tarixi gerçəklik və bədii həqiqət müstəvisi üzərində bir qədər ətraflı dayanmağa ehtiyac duyulur.
Tarixiliyin və çağdaşlığın sıx vəhdəti, hadisə və mahiyyətin aktuallığı, realist düşüncə tərzinin və mətnaltı mənanın çoxqatlılığı, həyat həqiqətlərinin bədii həqiqətə çevrilməsi prosesində yüksək peşəkarlıq və ustalıq C.Cabbarlının bir sıra əsərlərində olduğu kimi “1905-ci ildə” pyesində də özünü qabarıq büruzə verməkdədir.Dövlət Türk Bədaye teatrosunda 1 oktyabr 1931-ci ildə ilk tamaşasından sonra əsəri “Xalqlar dostluğunun təntənəsi”, “beynəlmiləlçilik abidəsi” adlandıranlar da oldu, “milli münasibətləri qızışdıran”, “fəhlə hərəkatının üzərinə kölgə salan”, “siyasi istiqamətdən sapınan” pyes kimi dəyərləndirənlər də! Öncədən onu vurğulamaq lazımdır ki, müdhiş “37”nin qan çilənmiş üfüqlərinin göründüyü mürəkkəb və məsuliyyətli zamanda bədii əsərin ideoloji prinsiplərə söykənmiş siyasi meyarlarla qiymətləndirilməsi ədəbi tənqidin elmi-müqayisəli təhlil metodologiyasına və ədəbi-bədii, ideya-estetik məziyyətlərin dəyərləndirmə prinsiplərinə yaddır. Ötən əsrin 30-cu illərinin siyasi ab-havasını çox gözəl görən və duyan sənətkar üçün 25 il əvvələ – 1905-ci ilə qayıdaraq ermənimüsəlman qırğımm mövzu seçməsi müəllifdən böyük cəsarət və qətiyyət tələb edirdi. O “köhnəlmiş yaraları (yaddaşları – A.R.) təzələməkdən” narahatlıq, nigarançılıq keçirmir, əksinə, milli vətəndaşlıq borcunu və sənətkar narahatlığını ifadə edirdi.
C.Cabbarlı mövzunu hərtərəfli öyrənmək üçün arxiv sənədlərini nəzərdən keçirmiş, Qarabağa – Tuğ kəndinə, Şuşaya, Ağdama getmiş, qırğının iştirakçılarını dinləmişdi. 1918-ci ilin qanlı mart günlərində ermənilərin Bakıda Azərbaycan türklərinə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərin, soyqırımmm canlı şahidi olmuş sənətkar erməni xislətindəki hiyləgərliyin, xəyanətkarlığın, fəndgirliyin, nankorluğun, qəddarlığın, barbarlığın, simasızlığın bütün təzahür formalarını açıq və ya üstüörtülü şəkildə “1905-ci ildə” tarixi dramında əks etdirmişdir. Doğrudur, pyesdə tarixi şəxsiyyətlər olmasa da tarixi hadisələrin bədii lövhələri çox real və inandırıcı verilmişdir. Müəllif ermənilərə və türklərə (əsərin əlyazmasındakı “türk” sözləri sonralar əsassız olaraq bütün nəşrlərdə “azərbaycanlı” sözü ilə əvəzlənmişdir – A.R.) xas ümumi keyfiyyətlərlə fərdi xüsusiyyətləri kəskin tarixi hadisələr fonunda süzgəcdən keçirib ümumiləşdirərək tipik obrazlar qalereyası yaratmağa nail olmuşdur.
Allahverdi, Nabat, Eyvaz, Sona, Murad, Ağamyan, Gənc Baxşı – müsəlmantürk aləmində geniş yayılmış bu adları pyesdə daşıyanlar XIX əsrin əvvəllərində törətdikləri xəyanətlərə görə Iran və Türkiyə ərazisindən Qafqaza, xüsusilə Qarabağa sürgün edilmiş, adaptasiya dövrünü yüksək məharətlə keçmiş ermənilərin xələfləridir. Tarixi ərazilərindən Qafqaza qovulmuşlar maddi və mənəvi boğçalarının kasadlığından yeni yaşayış yerlərinə əliboş gəlsələr də, türklərin xeyirxahlığından və qonaqpərvərliyindən maksimum sui-istifadə edərək maddi və mənəvi sərvətlərimizdən nəinki barınmışlar, hətta onları zaman keçdikcə mənimsəmiş, müqavimətə rast gəlmədikcə özününküləşdirmişlər. Azərbaycan ərazilərinə səpələnən ermənilər yerli əhalinin rəğbətini qazanmaq üçün övladlarına türk adları qoyur, türk dilində danışır, türk mahnıları oxuyur, türk çalğı alətlərində çalır, türk həyat tərzinə və ənənələrinə yiyələnirdilər.
C.Cabbarlı “1905-ci ildə” pyesində göstərir ki, qoca Baxşı milliyyətcə erməni olan gənc Baxşını öz övladı kimi qəbul edir, ocağının başında ona yer ayırır, əziyyətlərə qatlaşaraq böyüdür, oxudur… Əsərdə qoca Baxşı – xeyirxahlıqla qollarını yetimlərə, aclara, imkansızlara, qovulmuşlara açmış, qocaman Odlar yurdunu, gənc Baxşı isə vətənindən uzaqlara atılaraq qayğıya, şəfqətə möhtac qalan, naəlaclıqdan Azərbaycana pənah gətirən, türk səxavətinə sığınan, qonaqpərvərliyinə güvənən erməniləri təmsil edir.
Pyes qoca Baxşının tar çalması və “Sarı gəlin” xalq mahnısım oxuması ilə başlanır:
Saçın ucun hörməzlər,
Neynim aman, aman sarı gəlin.
Səni mənə verməzlər,
Neynim aman, aman sarı gəlin.
Əsər boyu tarın və “Sarı gəlin”in səsi və təsiri duyulmaqdadır. 30-cu illərdə tarın “sıxma-boğma”ya salındığını və “Sarı gəlin”ə gəlmələrin bu gün də iddialı olduğunu nəzərə alsaq sənətkar uzaqgörənliyini iqrar etməklə yanaşı C.Cabbarlı həssaslığını, narahatçılığını duymaq, dərk etmək və dəyərləndirmək bu gün həmişəkindən daha zəruridir. Erməniləri “Sarı gəlin” mahnısına şərik edənlər (Bax: P.Əfəndiyev. Cəfər Cabbarlı və xalq yaradıcılığı. Bakı, Yazıçı, 1985, səh. 164) mənim fikrimcə yanılırlar. Ermənilərin “Sarı gəlin” mahnısım oxuması, hələ onların bu mahnmı yaratmasına dəlalət etmir. Sığındıqları türk xalqının nəinki mahnılarını, hətta tar, kaman kimi xalq çalğı alətlərini mənimsədikləri barədə də tarixdən onlarla misal çəkmək olar.
Cəfər Cabbarlı Üzeyir Hacıbəyovun “Əsli və Kərəm”, Nəriman Nərimanovun “Bahadır və Sona” əsərlərinin ideya istiqamətinə sadiq qalaraq türk Baxşı ilə erməni Sonanın, eləcə də erməni Baxşı ilə türk Sonanın izdivacını mümkünsüz sayır. Doğrudur, qoca Baxşı dilinin mahnısını, sevimli tarını Sonaya bağışlayır. Hətta, qırğının şiddətli anlarında heç nədən qorxub-çəkinməyərək bir dəstə gül ilə Sonanın toyunu təbrik etməyə də gedir, təhlükələrə baxmayaraq orada tar çalıb oxuyur da! Bütün bu cizgilərdə Baxşının Sonaya məhəbbətindən daha çox rəhmdilliyi, xeyirxahlığı, qonşuluq münasibətlərini yüksək qiymətləndirməsi görünməkdədir.
Əlində gül dəstəsi tutmuş Baxşını Sonanın adaxlısı Haykaz sərtliklə qarşılayır: “Sizə nə lazımdır?!” Baxşı təmkinlə cavab verir: “Mən eşitdim ki, bu gecə Sonanın toyudur. Biz qonşuyuq, mən öz borcumu yerinə yetirməyə gəldim.Mən Sonanı təbrik etməyə gəldim”.
Sanki iki obraz yox, iki mədəniyyət, iki dünyagörüşü üz-üzə gəlir. Haykaz
-hayiklərin, ermənilərin təmsilçisidir. Qarşısındakı müsəlmanı görüb əlini silahına atmağa hazırdı. Baxşı qocaman, qədim bir mədəniyyətin təmsilçisidir. Onun xalqı unutqan deyil, sadəcə olaraq, türklərin insanlara, qonşuya, qonağa sevgisi, məhəbbəti qəzəbindən, nifrətindən qat-qat böyükdür. Baxşı, vaxtilə əl tutduğu, ocağının başında yer verdiyi, saxladığı, sonralar açıq düşmənə çevrilən hayiklərin içinə silahla yox, gül-çiçəklə getməyi bacaran qorxmaz, mərd, ləyaqətli türk obrazıdır. Baxşı ilə Haykazın üz-üzə gəldiyi səhnə türk ilə erməninin qarşılaşdığı səhnədən daha çox ləyaqətlə qəbahətin, məhəbbətlə rəzalətin, səmimiyyətlə nifrətin, xeyirxahlıqla bədxahlığın, mədəniyyətlə cəhalətin başbaşa gəldiyi səhnəni daha çox xatırladır. Ikincinin arxalandığı gücə və qəddarlığa – rəğmən birinci geri çəkilmir. Baxşının Sonaya bağışladığı tarını alıb hayiklərin içərisində çalması ikincilər üzərində mənəvi zəfərin təntənəsi kimi səslənir.
Ermənilərin türklərə qarşı törətdikləri ilk kütləvi qırğınlar Azərbaycanın əksər ərazisini bürüsə də Cəfər Cabbarlı insan, zaman, məkan şərtiliyi hüdudlarında əsəri üçün 1905-ci ildə, Qarabağda, qarabağlıların simasında cərəyan edən hadisələri mövzu seçmişdir. Birinci şəkil “Qarabağın yaşıl bir yamacında kiçicik bir kənd”də baş verir. Azərbaycanlı Gülsün (müəllif əlyazmasında surətin adı Gülsün olsa da çox təəssüf ki, bütün nəşrlərdə Gülsüm şəklində getmişdir – A.R.) qonşusu erməni Nabatı səsləyir:
“Ay Nabat bacı! Ay Nabat bacı! Bu yiyəsi ölmüş çil toyuq iki gündür yenə də fal aparır. Heç bilmirəm hara baş götürüb gedir, deyirəm, bəlkə, sizin hinə gəldi?!
Nabat. Hinə bax, ay Gülsün bacı, dünən hindən iki dənə qərib yumurta tapmışam”.
Pyesin əvvəlində ustalıqla verilmiş bu lakonik dialoq, psixoloji mənzərə erməni xarakterini tamamlayan və sənətkarın bu üzlü qonşulara münasibətini əks etdirərək çox güclü, yaddaqalan ştrixdir. Gülsünün iki ədəd itmiş yumurtasını digər qonşuların deyil, məhz Əsriyanlar ailəsinin hinində axtarması, buna bənzər hadisələrin əvvəllər də olduğunu təsdiqləyir. Eyni zamanda bu iki yumurtanın itiyinə düşüb axtarılması, Qarabağda yaşayan türk ailələrinin mövcud durumunun, kasıbçılığın, imkansızlığın və ehtiyacın göstəricisidir. Nabat bir gün əvvəl “hindən iki dənə qərib yumurta tapdığını” məhz qonşu soraqladıqdan sonra boynuna alır. Gülsün qonşu ilə münasibətləri zədələməmək, Nabatı – onun düşdüyü pərt vəziyyətdən xilas etmək üçün “yiyəsi ölmüş bir yerdə oturub qaxıla bilmir” – deyərək günahı çil toyuqda axtarır. Yaxud pyesin üçüncü şəklində “Qarabağda Baxşıgilin kəndi”, hamı “Ay kəmərim, kəmərim” Azərbaycan xalq mahnısını oxuyub-oynayır.
“Aram. Oho, Allahverdi dayı ilə Imamverdi dayı gəldi.
Murad. Çəkin onları ortaya, bir Qaytağı (kursiv – A.R.) vursunlar”. Səkkizinci şəkildə isə Əsriyanlar ailəsi Qarabağdan Bakıya köçür. Sona Baxşının tarını (kursiv – A.R.) alıb özü ilə aparır. Gülsün Əsriyanlar ailəsi üçün “bir az xırda- mırda hazırlayır ki, yolda yeyərlər”. Bu ürək böyüklüyü və mənəviyyat zənginliyi məhz Azərbaycan türkünə məxsus xüsusiyyətdir.
Müəllif pyesin başlanğıcından və ilk şəkillərindən Qarabağda sığınacaq tapmış ermənilərin yerli türk xalqının adından, mahnılarından, əsrarəngiz təbiətindən, təsərrüfatından zaman-zaman faydalandıqlarını, yumurtasına, toyuğuna, tarına və torpağına iştahası artdığını xarakterik, inandırıcı cizgilərlə göstərir və xüsusi vurğulayır.
Eyvaz Əsriyan obrazı bir neçə parametrdən yanaşdıqda 1918-ci ilin martında azərbaycanlılara qarşı törədilmiş soyqırımının təşkilatçısı və baş rejissoru Stepan Şaumyanın bədii əksi, məkrli və ikiüzlü erməni siyasətçisinin çoxrəngli portretidir. Tarixdən məlumdur ki, S.Şaumyan bolşeviklərin lideri Leninin tapşırığı ilə 1904-cü ildə Tiflisə gəlir, az sonra isə Bakıda fəaliyyətini davam etdirir. 1905-1906-cı illər “erməni-müsəlman” qırğınları zamanı o, Bakıda olur, erməni və rusdilli mətbuatda çıxışlar edir, qırğına “sinfi mübarizə” donu geydirərək açıq və ya gizlin şəkildə türklərə qarşı bütün imkanlarından istifadə edirdi.
C.Cabbarlı Eyvaz Əsriyanı sovet dövrü ədəbi tənqidinin dəyərləndirdiyi kimi idealizə etmir, əksinə prototipinin (Şaumyanın – A.R.) dünyagörüşündəki örtülü məqamları, məkrli niyyətlərini ümumiləşdirərək “qəhrəmanının” dilindən, elə “birinci şəkil”dən açıqlayır:
“Imamverdi. …Eyvaz da getdi özünə peşə tapdı, nə var mən raboçi olmuşam, bir naçalnikdən-zaddan olmadı ki, nəmalə işimiz düşəndə düzəltsin.
Eyvaz. Mən əgər naçalnik olsaydım, əvvəl-əvvəl sizin hamınızı divara söykəyib güllələrdim”.
Müəllif elə ilk şəkildə ixtiyar Azərbaycan türkü ilə gənc erməni “dığa”sını, xeyirxahlıqla bədxahlığı, Imamverdi ilə Eyvazı üz-üzə gətirir. Birinci ikinciyə yüksək vəzifə, ikinci isə birinciyə ölüm arzulayır. Əsriyanlar – Şaumyanlar ilk qırğında böyük imkanlara malik olmasa da böyük təcrübəyə sahib çıxdılar, yiyələndilər.
Şaumyanlar üçün 1905-ci il hadisələri 1918-ci il soyqırımı faciəsinin baş məşqi idi. Onlar 1905-ci ildə buraxdığı taktiki “səhvlər”ə 1918-ci il qırğınları ərəfəsində yol vermədilər. Bir-birinə zidd dünyagörüşlü, siyasi məramlı hərbi qüvvələri, daşnak, menşevik və bolşevik əqidəli yüksək çinli hərbçiləri – qırmızı qvardiyanın qərargah rəisi, polkovnik Avetisyanı, Amazaspı, Kazaryanı, hərbi komissar Korqanovu, Suxarsevi, Biçeraxovu, generallardan Dronu, Andranik Ozanyanı və başqalarını Azərbaycan türklərinə qarşı bir araya gətirməyi bacardılar və sadəlövh, təmiz qəlbli Imamverdiləri divara söykəyib güllələdilər.
Müəllif pyesin altıncı şəklində bir-birinə zidd, əks təbəqələrin erməni millətindən olan nümayəndələrinin – Eyvaz Əsriyanla Ruben Ağamyanın barışmaz mövqeləri üçün necə “ortaq məxrəc” tapdıqlarını dialoqla böyük ustalıqla, incə cizgilərlə vermişdir:
“Ağamyan. Mən eşitdim, dünən mitinqdə Salamovun atasını yandırmışsan.
E y v a z. Yandırmışam.
Ağamyan. Bərk dayan, Eyvaz, var-yox karta qoyulmuşdur: ya onlara verən Allah, ya bizə…
E y v a z. Lakin unutmayın ki, mən inqilab yolunda vuruşan bir əsgərəm.
A ğ a m y a n. Onun heç bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən… Sən bir dəstənin başında durmuşsan, mən bununla ancaq fəxr edə bilərəm. Həm də mənim üçün bir təminatdır. Bilirəm ki, mənim filan yerdə adamım var.
E y v a z. Adamın? Kimdir o sizin adamınız? Ağamyan. Kim? Sən! Hər halda ermənisən, sənin damarlarında erməni qanı axır, sən mənim ətimi yesən, sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən məni, öz millətini qaniçən Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük bir təminatdır”.
Cəfər Cabbarlı üçün sirr deyildi ki, Azərbaycanın tarixi ərazisi olan Qarabağda, Zəngəzurda, Naxçıvanda türklərə qarşı kütləvi soyqırımınm təşkilatçısı və icraçısı Andranik Ozanyanın siyasi təminatçısı Stepan Şaumyan idi.
Tarixən məlumdur ki, Naxçıvanda qanı su yerinə axıdan A.Ozanyan 1918-ci il iyunun 14-də Bakı komissarlarının sədri S.Şaumyana ünvanladığı teleqramında yazırdı: “Hazırda Naxçıvan qəzasındayam. Başçılıq etdiyim dəstə ilə özümü Rusiya Respublikasınm ayrılmaz tərkib hissəsi hesab edirəm. Türkiyə qoşunlarının Naxçıvan ərazisinə daxil olmasına mane olmağa çalışacağam. Cavab və sərəncamınızı gözləyirəm. General-mayor Andranik” (V.Həbiboğlu. Terrorçu Andranik və “Böyük Ermənistan” xülyası. Bakı, Gənclik, 2003, səh. 94).
Azərbaycan torpaqlarında saysız-hesabsız türk qanı axıtsa da “damarlarında erməni qanı axan” (C.Cabbarlı) Andraniki S.Şaumyan çox gözlətmədi. Qatı erməni terrorçusuna ünvanladığı teleqramında yazırdı: “Culfa, xalq qəhrəmanı Andranikə.
Sizin teleqramınızı aldım. Teleqramın tam mətnini Moskvaya, mərkəzi hökumətə çatdırdım. Sizin simanızda öz tərəfimizdən əsl xalq qəhrəmanını salamlayıram”.
Şaumyan Andraniki niyə xalq qəhrəmanı adlandırır? Məgər onun terrorçu Ozanyanın qanlı cinayətlərindən xəbəri yox idi?! Bu suallara Cəfər Cabbarlı erməni keşişinin dilindən daha aydın, sərrast və məntiqli cavab verir. “K e ş i ş. Eylsanın əmin quzuları, bizim namusumuzu ləkədən qurtaran milli qəhrəmanımız Eyvaz Əsriyan budur. Qan tökmək haramdır, lakin onun tökdüyü qan millət yolunda, din yolundadır. O, millət qəhrəmanıdır”.
Şaumyanın məntiqi ilə yanaşsaq Andranikin də tökdüyü türk qanı, “millət yolunda, din yolunda” olduğu üçün o, xalq qəhrəmanıdır.
Eyvaz Əsriyanın həyatdakı prototipi Stepan Şaumyanlardı. Üzdə özünü bolşevik, xalq hərəkatının nümayəndəsi adlandıran bu erməni millətçisinin əsl siması böyük peşəkarlıqla ört-basdır edilmiş, maskalanmışdır. Böyük dramaturq qəhrəmanmm acınacaqlı taleyini onun prototipinin miskin taleyi kimi məntiqli sonluğa çatdırır. Tarixi faktla bədii həqiqət üst-üstə düşür, bir-birini tamamlayır.
Əlləri Azərbaycan türklərinin qanına batmış, 1905-ci il qırğmmm gizli rəvac verən- ləri və ideya rəhbərləri Əsriyanlar, Şaumyanlar tanrı və tarix qarşısında haqlı cəzalarına çatırlar – güllələnirlər. Müəllif hadisələri soyqırımının apogeyi sayılan 1918-ci ilin martından 1905-ci ilə köçürməklə hələ “Bakı müharibəsi”ndə mart faciəsinin baş ideoloqu kimi təqdim etdiyi Şaumyanın bədii obrazına 30-cu illər sovet rejiminin duyuq düşmədiyi riskli cizgilər, tünd boyalar əlavə etmiş, Azərbaycan tarixinin qara səhifələrindən birinə həqiqət işığı salmağı bacarmışdır. Dramın “Başlanğıc”ında Qoca Baxşının qızı gənc Sonaya oxuduğu qara cildli kitab Azərbaycanın qara və Qarabağlı günlərinin tarixidir. Gənclər ərəb əlifbasını oxuya bilmədiyindən Azərbaycanın qanlı-qadalı günlərindən xəbərsizdilər. Qoca Baxşı üzünü müasir gəncliyə tutaraq müxtəlif vasitələrlə unutdurulan keçmişimizi, tariximizi ürək ağrısı ilə yada salaraq deyir: “Bir azdan sonra gəncliyimiz bu qara kitabı oxuya bilsə belə, hər halda anlaya bilməyəcəkdir. Çünki oradakı həyat ona yabançı və xəyali bir uydurma kimi görünəcəkdir. Halbuki burada yazılanlar bir xəyal deyil, hələ dünən keçirtdiyimiz qara bir həqiqətdir”.
C.Cabbarlı şəxsiyyətinin böyüklüyünü, sənətinin qüdrətini şərtləndirən amillərdən biri də odur ki, bütün siyasi təzyiqlərə baxmayaraq, 30-cu illərin qasırğaönü Azərbaycanının qara cildli tarix kitabını vərəqləməyə nail olmuş, cəsarətli addım atmış, qaranlıq səhifələrə həqiqət işığı salmağı bacarmışdır. Sözün əsl mənasında o, tarixi gerçəkliyə güvənən bədii həqiqətlər ustasıdır.
Böyük Azərbaycan sənətkarı Cəfər Cabbarlının zəngin ədəbi-bədii və elmipublisistik irsinin dövlət müstəqilliyi dövründə ilk dəfə geniş və təkmilləşdirilmiş sanballı nəşrinin işıq üzü görməsi ədəbi ictimaiyyət üçün dəyərli töhfə olmaqla yanaşı, klassik irsə ciddi qayğının bariz təzahürüdür.
Asif Rüstəmli
filologiya elmləri namizədi
LİRİK ŞEİRLƏR
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər,
Min il vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm haşa,
Və ya ki, vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim,
Əyilmərəm nə ki, yer, versələr səmanı genə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Cücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılım xaki-payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana. O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Genə xəyal edərəm bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Dayanma, taqi-səmavi gurulda, çatla, dağıl!
Sən, ey günəş, yağışın yağdır ey bulud, ağla!
Mənə əsər eylərmi bu? Mütləqa yox! Yox! – Yox.
Fəqət Ana! O müqəddəs adın qabağında,
Əcz – acizlik
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara hər aləmi-xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
-.. Ana… Sənə mən rahibəm itaətdə.
Aman… Aman. Bu müqəddəs vücudu mümkünmü,
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına topraq kibi nisar eləsin?!
Zəlilü-xar edərək məhbəsi-əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?
Aləmi, ədl-ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm-dövranı.
Ey asiman dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.
Sevgilim əhbabi məndən qət ediblər ülfəti,
Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti.
Ittihadi-mənəvi məhv oldu lövhi-əsrdən,
Eyləmiş cəsusi-qəflət dərmiyan ziddiyyəti!
Əşki-çeşmimdir buludlardan yağan əmtarlər,
Dudi-ahımdan dürər şəmsin şüai hiddəti.
Ümmət dad etdikcə istiğnayi ərbab qana,
Əqrablıq puç olub məhv eyləyir qövmiyyəti!.
Vasif. Məqtudur həbl ələmiyyətən ittifaq,
Iştə məfrud ittifaqın parlayan ülviyyəti!
İftixar əhli-aləm elmədir! Biz çox əcəb,
Cəhlə qarşu tutmuşuq min şövq ilə ünsiyyəti
Elmdir bağımızın hasili hüriyi-cənan,
Cəhldir teyyi-cəhənnəm nardən üzviyyəti!
Ah! Ey əğrazi şəxsiyyət sevənlər şərm edin,
Müzməhill etdi şu əğərr əziyyətlər milliyyəti!
Qaldılar bitərbiyət ətfali-məsumi-vətən!
Gülüstani-millətin bunlar deyilmi zinyəti!
Cəm olub qət eylədin əşcari-nəhsi-nəxvəti!
Bər behişti asa qılın siz elmi-mədəniyyəti.
Novbahar oldu, günəş şölələnib nur saçır,
Qar ərir sellər axır, ot göyərir səhradə.
Yeni çıxmış gülə baxdıqca da bülbül dil açır,
Gül budağına qonub nəğmə oxur azadə.
Dərələr, dağlar, ağaclar yaşıl, əlvan hər yan,
Sərbəsər xələti-ətləslə bəzənmiş gülşən,
Bu nə qüdrət ki, ona olmamaq olmaz heyran!
Xaliqin qüdrəti-bihəddinə əhsən, əhsən!
Ah, yellər nə həzin, fikr elə, san ney çalınır,
Hanı bəs qışdakı evlər uçuran qüdrətiniz?
Indi gör əsməyinizdən nə gözəl zövq alınır!
Unudulmuş o sudan qar yaradan hiddətiniz.
Bağa bax, bostana bax, bağçaya bax, gülləri gör,
Gülü gör, bülbülü gör, zövq apar dünyadən.
Xaliqin qüdrətini bil, bu yaranmışları gör,
Yatma, dur bax, götür əl qəfləti-bipərvadən!
Ağlağan, ey qəmli könlüm, pürğübar ol, sən də bir,
Zövqü ləzzət, eyşi-işrətdən kənar ol, sən də bir.
Zaği tək daim siyahpuş olma bifikri-xiyal,
Şaxeye baği vətəndə gül, həzar ol, sən də bir.
Cəh-cəhi hüzn avər ilə söylə halın millətin,
Ahü vayla millətə ahəngüdar ol, sən də bir.
Ruzügarın pənceyi qəhrində solmuş gülləri,
Görgilən ey qəlbü zarım, dağüdar ol sən də bir
Sərsəri badü xəzan soldurudu baği-ğeyrəti,
Ibrət eylə ey könül, rəncuri ar ol sən də bir.
Afitabi bəxtü millət pərdeyi-zülmətdədir.
Hardasan ey nuri-həqq, pərtov nisar ol sən də bir.
Şeri paki ələman hədyan ilə doldurdular,
Bunlarə tiğe-zəbanəm, zülfiqar ol sən də bir.
Şaeran zülfi-nigari tel bə tel fırlandılar,
Fırlan ey mu, bunları çal, şahimar ol sən də bir.
Guşeyi zillətdə millət dad edir, imdadı yox,
Ey olan məste-səadət, şahsuvar ol sən də bir.
Ey olan məste-səadət, şahsuvar ol sən də bir.
Naləvü fəryad, vaveyla ucaldıldı göglərə,
Çatla ey tağü səmavi, tarümar ol sən də bir.
Yoldan azdı, düşdü girdabi-bəlayə ümmətin,
Qəbirdən dur, ya Məhəmməd, ya şümar ol sən də bir.
Zülmü bipayan zalımlardan əzildi millətim,
Harda qaldın ey ədalət, aşikar ol sən də bir.
Gəlişin millətdə bəsdir, əsdi bu badi-xəzan,
Fırlan ey dövranü aləm, növbəhar ol sən də bir.
QÜRUB ÇAĞI BİR YETİM
Gün qürub etməyə edirdi şitab
Kainata enirdi bir zülmət.
Sanki göydən yağırdı hüznü zəlam^
Çulğayırdı cahan üzün nəkbət. Zülmətin yer üzünü qaplaması
Qəlblərdə oyandırırdı qubar.
Sümtə^ aləm olurdu müstəğrəq,*
Pərdeyi-qər§ olurdu sayənisar,
Hər tərəf bir sükut idi cari,
Sanki huşa gedib bütün aləm.
Qara, indi, geyər cahan necə ki,
Geyinib bir ana, tutur matəm.
Bu sükut içrə bir zavallı yetim
Matü məbhut edir səmayə nəzər;
Gah, o solğun çiçək, çəkir bir ah,
Od salır ruzgarə sərtasər.
Ah! O bikəs qüruba baxdıqca,
Kəndi halın yürəkdə fırladıyor.
O sarıntor çocuq yanaqlarını,
Gözlərindən axan yaş isladıyor. *
Ana yox, əqrəbası yox, ata yox
Bir kömək görməyir, baxır hər yan.
Bir nəfər yox ki, sorsun əhvalın,
Bir nəfər yox onu bilə insan.
Hər tərəf üz tutub təlatimi-ğəm,^
Nəzərində cahan olub zindan.
Boynu çiynində, qoltuğunda əli,
Zarü məhzun, məlulü sərgərdan.
Günəşin axırıncı zərrələri
Üfüqün arxasında oldu nihan.
Çənəsində əli, çocuq oturub,
Baxaraq ağlayır, fəqət pünhan.
Səs-sədasız çocuq edir nalə,
Kiçik əndamını ələm bürümüş,
Ağlayır, çıxmayır sədası fəqət,
Çünki qəmdən zəbani həp qurumuş.
Huşə getmiş çocuq xəyal içrə,
Kəsrəti-qüssədən olub bihuş.
Yenə hər yer sükuta müstəğrəq,
Yenə hər yer zülam içində xamuş.
Yenə hər yanda yox ziyadən əsər,
Yenə hər yer məzar tək qəmgin.
Leyk zülmat indi örtübdür
O səfilin sarımtıraq rəngin.
Ey dil, baxırmısan gölü dərya bilənlərə,
Zaği-siyahı^ bülbüli-şeyda bilənlərə.
Bir aşiqi-həqiqi demək heç rəvamıdır
Daim məkani-aşiqi səhra bilənlərə?
Səhrayə düşsə də yenə Məcnunmu söylənir
Hər bir səfilə düxtəri Leyla bilənlərə?
Olsun həram nuri-bəsər, əsri zövqdə
Şəmi-zəifi bir yədi-beyza bilənlərə.
Olmaz nəsib şagüli-qönçeyi-həyat
Hər bir təbibi həzrəti Isa bilənlərə.
Varkən həyatı guşeyi-zindan məkan olur
Hər zövceyi-əzizi Züleyxa bilənlərə.
Həsrətkeşi-təkəllüm olur, daima nəsib
Sina misalı hər dağı guya bilənlərə.
Zövqi-həyatı aniamayıbdır demək gərək
Qəsdi-həyatı cifeyi-dünya bilənlərə.
Cəfər, həmişə hikməti-xilqət nihan olur
Zatın zəkavü əqlə mübərra bilənlərə.
ƏDİBİ-MÖHTƏRƏM HAŞIM BƏY VƏZIROVUN RƏSMINƏ
Qəlbim yanır baxınca bu çərxin mədarına,
Baxdıqca zülmünə, sitəmi-aşikarına.
Bir nakəs ki ölməyə layiqi-şərirdir,
Yüksəldərək, səbəb olur da iftixarına.
Bərəks, bir vücud ki, millət ziyasıdır,
Erkən kəfən biçib, qapayır öz məzarına.
Iştə, baxın, bu rəsmdə bir zati-əzəmin
Simayi-hüznbarına, qəmgin üzarına.
Kimdir? Tanırmısınız bu vücudi-müqəddəsi!
Bir zatdır ki, cəhli pərişan edib gedib;
Bir nurdur ki, aləmi rəxşan edib gedib.
Qəmnak gözlərində görün bir zəkavətin,
Məhzun çöhrəsində görün qəm əlamətin.
Əxvan millətə baxaraq, sanki ağlayır,
Ibraz edir cəhalətə qarşı şikayətin.
Təxmin olurmu ömrdə çəkdikləri cəfa?
Millət özü nə qədər çoxaldıb zəlalətin.
Hər bir cəfayə leyk qılıb sinəsin süpər,
Sakit ürəklə qarşılayıb xalq həqarətin.
Axırda kəndini yetirib bir məqamə kim
Mövtilə qəlbi-milləti suzan edib gedib,
Çox dərdüməndlərə dərman edib gedib.
Abadlıq yaratmaq üçün bir xərabədən
Cəhd eləyib çəkinməyərək min əzabdən,
Cansız vücuda can yetiribdir həmiyyəti,
Insan vücudu xəlq eləyibdir türabdən.
Zillət çəkib, əzabü-əziyyət, cəfa çəkib,
Axır salıb vücudunu qəm, qüssə tabdən.
Şükran yerinə milləti nifrin edib ona,
Xəffaş çünki nifrət edir aftabdən.
Amma bu cövrü zillət və təhqirə baxmayıb,
Kəndin həyati-millətə qurban edib gedib;
Çox əhli-cəhli sahibi-irfan edib gedib.
Ey hər “Səda”sı tar həqiqət təranəsi!
Ey hər “Keyfim gələndə”si aclar zəbanəsi!
Gülzari-ömrünə fələk əsdirdi bir xəzan,
Taki, boşaldı mürği-ədəb aşiyanəsi. Susdunmu?
Yox! Səsin yetişir səmaləmə! Söndünmü? Yox!
Sönərmi günəş nurxanəsi? Soldunmu? Yox!
Solurmu həqiqət çiçəkləri? Haşa!
Oluyormu paslana yaqut danəsi?
Gözdən düşüyormu sən kimi şəmsi-şərəfnisar?
Rahi nicatı xalqa nümayan edib gedib;
Həp öz vücudun ol yola taban edib gedib.
Ey xadimi-ədəb! Uyu rahət məzaridə,
Itməz adın bəqa var ikən ruzigaridə.
Səpdikləri o toxmi-ədəb verdi hasilin,
Güllər verib, çiçəklər açıb nobaharidə.
Xəndan qılmağa ləbi-iqbali milləti
Sürdün bütün həyatını sən ahu zaridə.
Etdin bəşər vəzifəsi fövqündə ciddü, cəhd.
Rəhbərlik eylədin bizə hər rəhgüzaridə.
Nadir bulur zəmanə sənintək vücudu kim
Bir xarizarı ta ki, gülüstan edib gedib;
Kəndin mücahid isminə şayan edib gedib.
Qışın boranlı, məşəqqətli bir soyuq gecəsi,
Cahanə lərzə salır yellərin cəfalı səsi,
Əsir külək, savurır qar, bayırda bir tufan,
Həvadə qar burulub çırpılır çüqatili-can,
Yatıb bütün qapılarda ovunti ağ təpələr.
Vuyuldayub yer ilən yellər əsib qarı səpələr
Qaranlıq içrə buruq – qar sütun kimi ağarır,
Guruldayır bacalar, yel dəmirlərin qoparır.
Həman xiyal eliyorsan məqami-zillətdir,
Baxanda dəhşətə, san bu gecə qiyamətdir.
Uzaqda qarlar, arabir xərabəlik görünür,
Uçuq divarları zülmati aləmə bürünür.
Baxınca, tələbi qəsavət basub könül bulanır,
Bütün xərabəliği qar təvaf edib dolanır.
Xərabə içrə qaranlıqda sənki var bir kəs,
Inildəyor, yayılır, titrəyor çəkincə nəfəs.
Bu bir zəif çocuqdur ki, xəstə, bidərman,
Soyuq xərabədə yatmış, inildəyor hər an.
Tikib gözün qapuya intizar ilən baxıyor,
Baxınca göz yazı əbri-bahar tək axiyor.
Bu öz qoca atasın gözlüyor bu halətilən,
Çörək dilənməgə getmiş bu cür qiyamətilən.
Bu xəstə beş gün olar dəyməyib çörək dilinə,
Qoca ata bu savuqda nə cür gedib dilənə,
Nəhayət, oğlunu görcək ölüm yatağında,
Gedib, yox isə də taqət zəif ayağında.
Gedib çörək dilənə, ta verə bu tiflə nicat,
Uşaq baxır qapıya gözlüyor çörək, heyhat.
Baxır o xəstə çocuğa qərq olub zülmətdə.
Budur, görür atasın olduğu qiyafətdə.
Əlin açıb uzadır, madərinə ol nalan,
Ana! Ana, hara çoxdandu olmusan pünhan.
Həmişə sən məni saxlardın öz qucağında,
Nə vəqtlərdi sənin ağlaram fərağında.
Acam! Acam, ana, varmı bir az çörək barı Ana!
Ana, mənə bir az çörək, sən Tarı.
Xiyal edir… Genə də yel əsüb salur dəhşət,
Dəxi çocuq üzülüb, yox acından heç taqət.
Əlin salur yanına, son həyatıdur düşünür.
Budur, qoca atası iztirabilən görünür.
Girür xüramlığa ixtiyarsız bir pir,
Qəmgin, xiyali pərişan, çöhrəsi dilgir.
Beli bükük, yükü məhzun gəlir-gəlir dayanır.
Çörək gətürməyib, əmma o tifildən utanır.
Gözünə yaş dolaraq oldu tiflə toğru rəvan,
Uşaq görüb atasın həm sevindi, açdı zəban.
Dilənçilik qocalıqda kəsib amanın, ata.
Bir az, bir az çörəgə varmı heç gümanın, ata.
Ata! Acam, ölürəm məndə qalmayub taqət,
Aman Ilahi, nə qəmgin, nə odlu bir halət,
Ata öz oğlunu, öz yaş qucağına yıxdı,
Soyuq yüzin uşağın öz dodağına sıxdı.
Oğul! Oğul, nə deyim qəmli ruzigarımdan,
Qocalmışam, çıxıb həm qüvvət ixtiyarımdan.
Bəşərlər içrə, oğul, rəhm yox, mürvət yox,
Bəşərlər içrə, oğul, ədl yox, ədalət yox,
Oğul bəşərlər hamu bir-birinə bir cəllad
Dilənçiyə tapınan varmı eyləsin imdad.
Bu qarda hər qapını dögdüm, eylədim ehzar,
Çağırdım, ağladım, əmma ki, olmadı asar,
Qapı-qapı gəzinib görmədim də bir insan,
Ki, rəhm edib mənə ta bir çörək edə ehsan.
Uyu! Sabah oyanar xəlq xabi rahətdən,
Gedib kömək dilərəm sahibi-səxavətdən.
Çuxur gözü qocanın islanır, dolur da müdam!
Bahar şəbnəmi təki yaş axır bilaaram.
Görün nə cür dolanır iştə bu zəmani-dun,
Yüzi bütün dəgişib xəstənin olur məhzun.
Ümidi qət olur, tab-taqəti üzülür.
Zəif cismi axır, yaşlı gözləri süzülür.
Ölür-ölür, açıb axır nəfəsdə gözlərin,
Əziz atasına ahəstə səslə sözlərin.
Deyir – Ata, ölürəm! Ac, sovuq otağunda,
Götür məni! Ata, qoy can verim qucağında.
Cəhani vəlvələ dutmuş, külək edir şiddət,
Nədir, nədir bu qədər ruzigaridə hiddət.
Təbiətin bəşəriyyətlə var ədavətimi?
Və ya Xuda qoparıb vəd edən qiyamətimi?!
Nədir o kölgə ki, oldu xərabəyə daxil,
Nə qorxulu, nə müdhiş bu iştə Əzrail.
Qara qanatlarını iftixar ilən çırpir,
Ayağına üzini tez niar edir ol pir.
Aman! Aparma bu ac nuri-digəmi barı,
Tərəhhüm et mənə, rəhm etgilən sən Tarı.
Bu bir uşaq, qocalıqda mənim pənahımdır,
Aman, aparma ki, bir tək ümüdgahımdır.
Aparma, yox-yox, onu vermərəm sənə haşa,
Yürəkdə mərhəmətin yox, bəşərmisən aya?
Vurub qara qanatın üç kərə, olur pünhan,
Qoca soyuq bədəni sinəyə basıb ələman.
Oğul! Oğul! Çağırır, yoxdur heç nəfəs, heyhat,
Ölüb! Ölüb! Soyuyub, cism edib vidai-həyat.
Qoca özün itirib qəmlər izdiyadından,
Təbiət həp genə əl çəkmir iştidadından.
Yürəkdə eylədi nəşət sönük xiyalətlər,
Səmayə yüz çevirib başladı şikayətlər.
Ilahi! Pir olanı xar edib əzərlərmi?
Ilahi! Pir olanın taqətin kəsərlərmi?
Nə yummuşsan gözünü, dur ümidgahım oğul!
Cahandəsə olacaqdın mənim pənahım oğul.
Bu gün bütün bəşəriyyət yeganə bir cəllad,
Həlak olanlara bir kimsə etməyor imdad.
Cəhandə yoxdur əsər rəhmdən, hidayətdən,
Zavalı huşa gedib kəsrəti xiyalətdən.
Nədir bu vəlvəleyi-dövrü ruzigarə səbəb?!
Nədir? Nədir? Bu qədər inqilabi aləmgir?!
Nədir zavallı bəşərlər həlakinə tədbir.
Nədir bəşər bu cahan içrə seyddir azad,
Nədir cahan? Özü bir qan içən böyük səyyad.
Degilmi daim fəlakət təşərlərə bu həyat,
Fəqət, bunı bəşəriyyət düşünmüyor, heyhat.
BORANLI QIŞ GECƏSİ
Boranlı qış gecəsi, şaxta şiddətilə kəsir
Külək vıyıldayaraq səs salır biyabanə;
Cahan zülami-kədər pərdəsilə puşidə,
Qaranlıq iştə çöküb məclisi-şəbistanə.
Uzaqda, kənd kənarında bir uçuq evcik.
Əvət, dağılmış, uçulmuş xərabə bir məqbər.
Zülami-nikbət^ içindən gəlir inilti səsi,
Baxanda xəstə uşaq, bir də xəstə bir madər.
Qaranlıq evdə uzanmış da bir cavan arvad,
Vərəmli çöhrəsi solğun, zülamə müstəğrəq;
Ağır nəfəslər alır, biməcəl olub bayılır,
O bir cənazə və ev bir məzardır mütləq;
Batıb zərif, sarımtıl yanaqları çuxura.
Nədir bu mənzərə, ya rəb? Nə qəmli simadır!
Üzündə sayeyi-möhnət, baxınca zənn olunur:
Deyil bu canlı bəşər, bəlkə bir müqəvvadır;
Ölür, ölür də, fəqət müntəzir səbisindən
Ki, yox cahanda onun bir ənisi-qəmxarı§.
Baxır nigahi-təhəssürlə nuri-didəsinə,
Xəyal edir ki, onun kim olar pərəstarı
Çocuq fəğan ilə qucmuş zavallı anasını,
-Ana! Acam! – deyə ağlar, qadın baxır mədhuş .
Nə var dolanmağa taqət, nə var danışmağa dil,
Həzin nəzərlə baxır, ağlayır, olur bihuş.
Əsir külək yenə vəhşi kimi guruldayaraq,
Vıyıldayır, bağırır, artırır da dəhşətini;
Vurur, yıxır, dağıdır, sındırır, ucaldır səs,
Bəşər vücuduna san göstərir ədavətini.
Baxır ana çocuğa bir nigahi-həsrətlə^,
Inildəyir də onun hüzni-infialında.
Ona baxıb düşünür, ondan ötrü çırpınıyor
Onun xəyalı gəzir həp sönük xəyalında.
Əvət, onu düşünür bu xərabədə anasız,
-Çörək! Çörək! – deyərək eyləyir vidani-həyat.
Kömək dilər kimi, ətrafını süzər sakit;
Baxır, baxır da, fəqət kimsə görməyir, heyhat!
Nə qəmli mənzərədir, son nəfəsdə bir madər
Bir iztirab ilə etmiş səbisini bərduş.
Bir intizari-təhəssürlə gözləri süzülür,
Ölür, ölür, şaşırıb həp çocuq baxır xamuş.
O dəm işıqlanıb ev nagəhan iki ərlə,
Döşü nişanlı gözəl bir qadın olub daxil;
Qadın qaçıb çocuğu qapdı, basdı sinəsinə
Öpürdü, sanki öz övladına olub vasil.
Görüncə sineyi-şəfqətdə kəndi yavrusunu,
Gülümsünüb, hər iki əllərin zəlilanə
Uzatdı ol qadına, san: “Apar, bacım, saxla!” –
Deyirdi, həp süzülən gözləri səmimanə.
Qadın yenə uyudu… ah, şimdi pək rahət,
Birər təbəssümi-şəfqət öpür dodaqlarını;
Iztirabı onun, şimdi oxşayır ancaq
Birər piri-təsəlli soluq yanaqlarını.
Pər vur, ey mürği-dili-zarim, bu möhnətxanədən,
Uçgilən balalərə, seyr et mədari-aləmi!
Aləmi-islamə bax! Bir yanda işrət bərqərar,
Bir tərəf fəryadə guş et, gör qurulmuş matəmi.
Bax, könül, baladən ol buz bağlayan səhralara,
Bax o çılpaq, ac yetimin naləvü fəryadinə.
Gör acından rəngi solmuş qızları xarü zəlil.
Varmı gör bir kimsə yetsin onların imdadinə?
Bir tərəf millət zəvalə üz tutub biixtiyar,
Bir tərəfdə xanimanlar tar-mar olmaqdadır.
Bir tərəfdə əğniyamız eyd üçün hazırlanır,
Musiqi avazəsindən nəşədar olmaqdadır.
Ey içən bəxti-səadət şərbəti, sirab olan,
Qarlar içrə ac qalıb can tərk edir ixvanınız!
Ey vuran fəryad içində tarə mizrabi-səfa!
Matəm içrə eyş olur. Yoxdurmu heç vicdanınız?!
Hər tərəf mövci-həlakət üz tutub ixvaninə,
Bunların halından, aya, kim xəbərdar olmalı?
Ingilislərmi, firənglərmi və ya islamilər?
Kim yanıb qardaş qəmində çox dilazan olmalı?
Xaneyi-millət xərab olmaqda, imdad istəyir.
Ey ucaldan təqi-ərşə fəxr ilə kaşanələr!
Nerdədir “əl mömininə ixvətin” ayatı bəs?
Ey özün islamə daxil eyləyən biganələr!
Ey özün mömin bilənlər, imtəhan meydanıdır,
Qəlbiniz amalını etsin sübut amalınız.
Leyk, millət, can verir, siz eyşü nuş aludəsi,
Şər qanuninə mütləq ziddir əfalınız,
Bu zəlalət ərsəsində cismi-millət bisipər,
Tiqi-cəlladi-əcəl rədi-səma tək rəşədar.
Zülm ilə pamal olur millət, siz eyd etməkdəsiz.
Hökmi-Quran böylədirmi, söylə, ey biəğniya?
Ax, bu səslər kimləri imdadə səslər müttəsil?
Ax, bu əllər hansı bir qövmin dilər ehsanini?!
Kimlərə bu yaşla dolmuş gözlər olmuş intizar?
Ax, bu solğun xəstə kimdən gözləyir dərmanini?!
Bax, bu yanda gör tərənnümsüz olur sazəndələr,
Ax, nə xoş rəqs eyləyib əl oynadır rəqqasələr!
Gör nə zəninlə tamaşa eyləyir bu çeşmlər,
Ax, nə xoş kəskin şəfəq saçmaqdadır əlmasələr!
Ac yetimlər naləsi əflakə əksəndaz olur;
Əğniyalər süfrə qurmuş, eyd edir püriftixar.
Böylə bir millət yaşarmı? Bu nə cür bir sirdir?
Bəzi işrət, bəzisi ac, giryələr eylər nisar.
Ağla, ağla, ey yetim, imdadə səslə milləti!
Çal, çal, ey sazəndə, tarın başqa bir xülyası var!
Ax, ax, ey göz yaşları, səpil bəla tək mövcə gəl!
Tök, tök, ey saqi, şərabın dadlı bir sevdası var!
Lal ola, ya rəb, o dil imdadə gəldim söyləməz,
Kar ola ol naləyə guş etməyən cəlladlər!
Kor ola, ol kor olan gözlər ki, görməz zilləti,
Məhv ola ixvaninə rəhm etməyən şəddadələr!
Ar ola ol şəxsə kim, fəryad eşitməz, inləməz!
Ar ola ol şəxs əsla rəhmi yox, ehsanı yox!
Ar ola ol millətə kim, matəm içrə eyş edər!
Ar ola ol millət əfradinə kim, vicdanı yox!
Yenə əhatə edib zehnimi xəyalətlər,
Gözüm önündə gəzir başqa dürlü halətlər.
Təcəssüm etmədə qarşımda qəmli bir aləm,
Nə aləm, ah! Qülubə alov saçan matəm.
Yaxında bir ada, yox, bir məkani-qəm varmış;
Baxın, baxın, onu hiddətli dalğalar bürümüş!
Baxın bəsirət ilə ol məqami-hüznə tərəf,
Nə qədər bikəs olub orda min əzabə hədəf.
Hürr anın dəmi… həp yaralı zəlil kəslər,
Əman kömək, ölürəm, əlan-deyor səslər.
Bədən zəif, yemək yox, qərib vilayətdə
Kimin yanında bular olmalı şikayətdə?
Ufaq çocuqlara nəm torpaq iştə bəstərdir,
Olardır, ac, parasız, üç əsiri-madərdir,
Vücudu sarsıtıyor bu yetimlər dadi,
Ürəkləri dəliyor, ah, millət əfradi!
Gözəl, sevimli çocuqlar cəzirələrdə zəlil
Deyil bu, millətimiz qeydsizliyinə dəlil?
Ey ifixar ilə mömin deyən özünə müdam,
Səvabə doğru qoşun, iştə yaxşı bir əyyam!
Verək, verək nə qədər varsa bu fəqirlərə,
Şəriət əmr eləyib daima əsirlərə
Kömək verək ki, olar sədqəyə səzadırlar,
Kömək verək ki, qərib, həm də binəvadırlar!
O şəxslər ki, gəzir cənnəti iştiyağında,
Acarları niyə bəs görməyir qabağında?!
Gedin, görün o zaman yandırar sizi atəş:
Nə qədər olsa hərarət, nə qədər yaxsa günəş,
Bir istəkan suya bir kəs kifayət etməlidir,
Bir az quru çörəyə həm qənaət etməlidir,
Bular deyilmi bəşər, ya deyilmi bir islam?!
Ürəyimiz, ah, nasıl parçalanmayır da tamam?
O vəhşi dalğaların ortasında dindaşımız,
Zəlalət içrə ölür ac, zəlil qardaşımız!…
Biz isə eyd eyləyib, işrətə qiyam edərik,
Bütün-bütün gecəni eyşlə tamam edərik.
Göz aç, sən ey özünə söyləyən müsəlmanəm!
Göz aç, sən ey bağıran mən də əhli-Quranəm!
Göz aç, sən ey danışan həşrdən-qiyamətdən!
Göz aç, sən ey əbədi dəm vuran səxavətdən!
Çıxıb da sahilə, bir ol məqami-zillətə bax!
Behişti, duzəxi gör, həşrə bax, qiyamətə bax!
Gör orda ac-yalavac can verən zəlilanı,
Gör orda içməyə su tapmayan yetimanı!
Yəqin bil: alışar, od tutar, yanar canın,
O dəm kömək yetirərsən var isə vicdanın.
Bu həqiqətdir ki, bir səslə edib aləm qəbul:
Sarsıdar əflaki birlik, ittifaqın qüvvəti.
Ittihad ərbabinə aləm müti olmuş müdam,
Müttəhim bir millətin daim ucalmış şöhrəti.
Partlasın toplar, şrapnellər, tüfənglər, bombalar,
Ittihadın qüvveyi-əzmi hər asan eyləməz.
Partlasın odlar, alovlar, ildırımlar, şölələr,
Ittihadın odu qəlbi zərrə suzan eyləməz.
Qələlər, bürclər, dəmirlər və möhkəm istehkamlar,
Puç olar gər Ittihadın tiği etsə ictihad.
Arkadaşlar, varlığın millət istərsə saxlasın,
Əlbəəl versin də, etsin ittihadi-ittihad.
Sübh açılır, gün doğuyor hər səhər,
Ah sən, ey məhbəsi-viranə, sən,
Bircə işıqlanmaz imişsən məgər?!
Məndə günah yox, onu bilməzmisən?
Siz, ey qara, ey vəhmli divarlar,
Ədli neçin pərdələyirsiz müdam?
Ey qara zəncir, ey ağır halqa, sən
Çatla, neçin zülmə edirsən dəvam?
Ey mələkəlmövt, gəl al canımı,
Indi ki, zülm ədli təbah eyləyir.
Öldür, əvət, öldür, olum rahət, ah!
Kimdir? O Hatif, nə xoş söyləyir:
-Səbr elə, bəxtinlə bir az qıl mədar:
Məhbəsi hürriyyət edər tar-mar,
Zülm enəcək, ədl olacaq payidar.
Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn!
Çox çəkib cövrü-cəfa qardaşımız məzlum Hüseyn!
Zillət içrə etdim abad səhneyi-millimizi,
Xabi-qəflətdən oyatdın milləti-küllimizi.
Ac-susuz atdın özün bu kəşməkeş meydanına,
Millətin bir cam yetirdin səhneyi-ürfanına.
Səhneyi-milli səninlə bir təcəlla bulmada,
Sən vəli bir xaki-zülmətə şitaban olmada.
Çəkdiyin cövri-cəfanın intəhasın bilmədin,
Həsrətin qəlbində, bir cəllada can tərk eylədin.
Cismini millət qəmi çoxdandu milliləndirdi, ya
Qoymadı rahət səni, zatında cuş etmişdi ya!
Cəhd qıldın, tək çalışdın, səhnə abad eylədin,
Leyk, bir cəllad əlində qəlbin bərbad eylədin.
Xalq unutmaz xadimin, ey millətin dilarəsi,
Millətin ruhunda yer açmış şu qurşun yarəsi…
Altun köksün hilal-yıldız, işıqları öpüncə,
Zirvəsindən Şah dağının gündoğuşu dinilür.
Rəhm Allahi gözəlliklər tanrısı tək pək incə,
Bir siyaqla könüllərə hey salamlar söylüyür.
O yerlərdə qardaşları, dostları var, pək sevir,
Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdiyim.
Canalıcı bir görkəmlə dağ başında durunca,
Oxşadıqca bahar yeli açıq-dağnıq tellərin.
Nazlı əlin umuzunda saçlarına vurduqca,
Bir-bir oxşayırsan bütün Turan ellərin.
Altaylardan, Altun dağdan doğma sellər bəkləyor
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
Rəmuz ilə dörd bir yanə işıq saçmaq istiyor,
Ara-sıra tərpəniyor, bu kəsik uçmaq istiyor,
Qollarilə türk ellərin bütün qusmaq istiyor,
Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!
Göy yarpaqlı, al çiçəkli yaşıl otlar topasımı?
Xayır, xayır? Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrığımız ucaları pək seviyor,
Yulduzlardan hilaldan da yüksəklərdə fırlanıyor.
Kölgəsində ay əyilib bir gözəli qucmada.
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada,
Şu görünüş bir ananın şəfqətinə oxşayor.
Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.
Bu ay, yıldız, boyaların qurultayı nə demək?
Bizcə böylə söyləmək!
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz uclu şu yulduz da səkkiz hərli OD YURDU
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,
Səhərlərə uçmuşdur
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,
Yurdumuzu qucmuşdur!
Allah, əməllərim edib şu bayrağı intiqal,
Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!
Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun bir göy bayraq Turan üstə açılsın.
Məhəmmədzadə Mirzəbala qardaşıma töhfə
Amal quşu Şərqə doğru uçarkən,
Gündoğuşda murad suyu içərkən,
Səbah yeli Altun dağdan keçərkən,
Turan ellərinə salam söyləyin.
Bir gözəl görsəniz göylər elindən,
Öpün dalğalanan ipək telindən,
Od yurdunun yavruları dilindən,
Turan ellərinə salam söyləyin.
Baykalda görsəniz ördək izləri,
Unutmayın tapşırdığım sözləri.
And verirəm, durnalarım, sizləri,
Turan ellərinə salam söyləyin.
Intizar gözlərdən Xəzər doğuldu,
Həsrət ürəyimiz yanar dağ oldu.
Dillərimiz Turan deyə yoruldu
Turan ellərinə salam söyləyin.
Yıldızlı bir göy tac üstə ay parə,
Bir al yaylıq verim yetirin yarə,
Durnalar, durnalar, bizdən dübarə
Turan ellərinə salam söyləyin.
Dün o gözlərdə iniiyən sevgi,
O baxışlarda titrəyən xülya,
Gülüşündən uçan səmimiyyət
Varlığından gülümsəyən sevda
Ruhi sar-sar əsirin eylərdi.
Utanıb dün çiçək kibi qızaran,
Şu yanaqlar bəharə bənzərdi.
Gül dodaqlar əsər, susar, utanar,
Gözlərin bildirirdi hər dərdi.
Həm də pək şairanə söylərdi
Tellərindən öpüncə aydınlıq.
Ləblərindən gülümsüyürdü həyat
O zaman bən sənin əsirin idim,
Çünki məsum idin, fəqət heyhat!
Şimdi hər şey havaya savruldu,
Böyüdün, bir qədər də oldun şən.
Dillə “sevdim” diyorsan imdi, fəqət,
Dinməmiş gözlərindən anladığım…
Eşq yox, zövq yox, yetər! Get, Get.
Nerdədir gördüyüm səmimiyyət,
Niyə yavrum riyayə çevrildi?!
Gözümdə büsbütün aləm məzara bənzərkən,
Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.
Könül xərabəsi, göz yaşlarında inlərkən,
Gülər dumanlı fəzalarda bir mələksima.
Uçar… uçar… uzaşar sadə bir gülümsəyərək,
Aşar üfüqləri, varlıq xiyalı boynunda.
Itər… gedər… genə ruhum, axan şu yıldız tək,
Vərəmli bir gecə təm iztirabı qoynunda.
Sönər… susar… qara bir y oxluğun soyuq nəfəsi,
Zavallı fikrimi sarsıb da dondırar… yatırır.
Sonunda bir qocaman bayquşun zəhərli səsi,
Sönük xiyalimə min dürlü sorğular gətirir.
Neçin, neçin yaşamaq? Ölməmək! nədir məna?
Neçin şu dörd yanı sarmış əzabə bağlanmaq?
Neçin əzilmək, üzülmək, iməkləmək bica?
Neçin həyatə səbəbsiz dözüb ayaqlanmaq?
Nə var yalanla qızarmış şu cani yüzlərdə,
Nə var riyayi gülümsər şu mavi gözlərdə?
Nədir şu kölgəli, dolmuş yalançı qəhqəhələr?
Nə var şu zəhər bulaşmış səfalı sözlərdə?
Nədir, nədir dirilik yurdu? Qanlı bir ölkə!
Degilmi varlıq özü canlı bir yığın kölgə?
Ölüm. O bir əbədiyyət… görüncə siz uyğu…
Nə tatlı şey… bu əzabə o sən çəkər bəlkə.
Şu yas içində ümid intiharə qalmışkən,
Gülümsüyor yenə birdən fəzayi-xülyadan.
Demeynən ki, cani ziya… bənligim yuxalmışkən,
O sanki qaldırıyor bir dumanlı röyadan.
Xayır, xayır! Yaşamaq! Bir vüsalədək yaşamaq!
Deyir, qoşar yürəgim! Onda bir işıqlı xiyal.
Bədən bulur yenə qüvvət, itər şu yorğunluq,
Nədir əcəb bu ziya. Iştə şanlı bir ideal.
Deməm ki, gəl qucum! Hicran həyat ləzzətidir,
Uzaq, Uzaq, gözüm! Ancaq məraqə yax bəni sən.
Yaxınlığın genə heçlik, gülümsə göylərdən
Yaşatmaq! Istəsən ancaq uzaq, uzaq bəndən!
Nəsə? Budur yaşadan… rəf olunmayınca məraq,
Könül deyor yaşamaq! Bir vüsaladək yaşamaq!
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.
Göllərində ördəkləri üzərlər,
Göllərində maralları gəzərlər,
Güllərindən gəlinlər tac bəzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Quzğun dəniz oynar ayaqlarında,
Işıq saçar nefti torpaqlarında.
Tarixlərin altun yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
“Yanar dağlarında yalov coşarmış,
Ona tapınmaya ellər qoşarmış,
Bir çağ varmış, ölkəm azad yaşarmış,
Bu yollarda izləri var ölkəmin.
Ipəgindən qızlar çadra geyərlər,
Ölkələrin azad görmək dilərlər,
Bu yerləri bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.
O gündən beş ildir tamam,
Oruc tutmam, namaz qılmam
Səhər-axşam var bir duam:
Gözlər, gözlər, qara gözlər!
Göylərə etməm etibar,
Beş ildir könlüm intizar
Tanıdığım, bir Tanrı var:
Gözlər, gözlər, qara gözlər!
Diləklərim erkən soldu,
Könlüm fəryaddan yoruldu,
Nə istərdim… nələr oldu
Gözlər, gözlər, qara gözlər!
Siz bir gözəllik Tanrısı.
Mənsə bir tale ayrısı,
Könlümün ilham pərisi
Gözlər, gözlər, qara gözlər!
Ala gözlü ceyranları andırıyor düzləri,
Toplamışdır gözəlliyi ən sevimli qızları –
Görkəmilə andırıyor düşündüyü sözləri
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Sərt baxırkən ən alovlu duyğuları dondurur,
Donuqluğu donub qalan ürəkləri yandırır.
Gah bir toytək oynaq olur, gah bir matəm andırır
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Bir baxışla azdırıyor, bir baxışla bildirir,
Bir baxışla ağladıyor, bir baxışla güldürür;
Gülümsərkən can veriyor, süzülərkən öldürür
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Itirdiyin unutdurur, gördüyündən küsdürür,
Ən sarsılmaz ürəkləri yarpaq kimi əsdirir,
Tutqun gecə, aydın günmü, görən necə kəsdirir
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Mən istərdim şairləri, şeir ilahi qucurkən,
Iki gözə səcdə edib oynaq dillər açırkən,
Görəydilər incə, xəfif təbəssümlər saçırkən,
Kəcbaxıcı, evyıxıcı, canyaxıcı gözləri.
Məhəbbət ölkəsi qəm diyarıdır,
O diyarda ağlayan çox, gülən yox.
Cad olunmuş kimi könül çırpınır,
Ağlayormu, gülüyormu – bilən yox!
Fələk məni öylə günə salıb ki,
Bilmiyorom yaşayımmı, ölümmü?
Yazıq könlüm öylə hala qalıb ki,
Bilmiyorom ağlayımmı, gülümmü?
Məhəbbət ölkəsi qəm diyarıdır.
O ölkəni dolaşıram bilərək.
Için-için eşq ürəymi yandırır.
Yanıyoram sevinərək, gülərək
Gözüm ağlar, dodaqlarım gülümsər,
Bilmiyoram yaşayımmı, ölümmü?
Yaşamaq istərəm, ölüm bəklərəm,
Bilmiyorom yaşayımmı, ölümmü?
Dənizlər ardından Günəş nur saçır,
Bahar gülümsüyor, çiçəklər açır,
Yaşayış oynayır, dirilik uçır
Keçmiş zamanlarım gözümdən keçir.
Çocuqluğum, oyandığım, güldüyüm…
Iynə kimi ürəyimi dələrək
Gözüm ağlar, dodaqlarım gülümsər,
Bilmiyorom ağlayımmı, gülümmü?
Yaşamaq da istər könlüm, ölmək də
Bilmiyorom yaşayımmı, ölümmü?
Bir lalərüxəm, eşqimə sultan ola bilsən,
Məndən qaç uzaq, vəslimə mehman ola bilsən.
Ən odlu bir eşqin gülü al olmuş, unutma!
Qismət sevənə hicr vüsal olmuş, unutma!
Aşiq qanı məşuqə həlal olmuş, unutma!
Varsansa, buyur, eşqimə qurban ola bilsən.
Sən tifli-dəbistansan, uzaqlaş, təpərin yox!
Eşq aləmi bir başqa bəladır, xəbərin yox!
Ağuşi-nəcibanədə aldanma, yerin yox!
Gəl, Qeys ilə həmdərdi-biyaban ola bilsən.
Dün sev də, bu gün başla həmin hicrə şikayət,
Məna ara, bul, eşqdə boş vəslə nə hacət?
Hər aşiqə ümmid günü var olsa qiyamət,
Gül onda da sən, vəslimə şayan ola bilsən.
Həp hicrdədir, eşqin əgər varsa səfası;
Gün gəlsə yaxın, bir od olar nazlı ziyası;
Eşqim verər ancaq sənə bir zövqi-əsası;
Ömrün boyu hicr ilə pərişan ola bilsən.
Sən badələr iftadəsi^, qanunkeşi-xilqət,
Mən bir yeni məfkurəli növzadi-təbiət.§
Bir çoxları tək vəsldə mümkün sənə əlbət;
Ancaq ki, bədənsiz quru bir can ola bilsən.
Mən şeirəm, özüm, bir daha əşarə nə hacət?
Mən canlı çiçəkkən, ölü gülzarə nə rəğbət?
Mənsiz gülə, həp şairin əşarına lənət!
Lənət sənə də, “bəxtəvər” insan ola bilsən.
Mən bir zaman öz-özümdən uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları buraxdım,
Indi artıq bir tanrım var – gözəllik!
Bütün əski tanrılara darıldım,
Həp məcazı sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım var – gözəllik!
Oxşa məni, yeni tanrım, sevindir!
Artıq fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski dünya, sonundur,
Çünki yeni bir yarım var – gözəllik!
Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşüyorkən,
Övladın əsarətdə, yazıq, can çəkişiyorkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən, əcəba, ummadasan dərdinə imdad?
Rahib kimi qovğayi-həyata həvəsin yox;
Tərpənmədəsən kölgə tək, amma nəfəsin yox;
Məhbəsdəsən, ancaq ki, dəmirdən qəfəsin yox;
Zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad;
Əsr indi dəmir dövrü, barıt dövrüdür, heyhat!
Dünyanı əsir eylər ikən bir ovuc altun;
Hər millət öz azadəliyin qurşuna mədyun
Əsrin sözü top, haqq sözü top, tanrısı qurşun;
Acizliyə qalsan, edən olmaz səni azad,
Hər gün sənə sahib olacaq bir yeni cəllad.
Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!
Topla nə gücün varsa, giriş qəti cidalə!
Ya haqqını al, ya əbədi öl, laməhalə
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət!
Pək az sürən bahanmın canlı çiçəyi, sevimli
Sonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
Bülbülündən ayrı düşmüş qızılgül,
Bu hicrana kimsə düçar olmasın.
Kaş ki, yavrum, son günlərin sevinci,
Böylə qısa, bietibar olmasın.
Sənsiz könlüm fəryadlardan usanmaz,
Çaylar dursa, göz yaşlarım dayanmaz.
Dünya gülşən olsa, könlüm oyanmaz,
Sənsiz, yavrum, artıq bahar olmasın.
Dünki gülşən – yarın xəzançın oynaq,
Düngi insan – yarın bir yığın topraq.
Keçmiş ilk bahardan bu bir kaç yapraq,
Saqın, yavrum, son yadigar olmasın.
Bəlli şey ki, həyat beş qara gündür,
Mənsiz gül, ağlama, könlüm sevindir,
Cismim topraq olsa, ruhum sənindir,
Sevgimizə yoxluq məzar olmasın.
Həyata gəldiyim gündən bəlayə çarpıldım,
Alışdı qəmlərə könlüm, o, yarım olsun qoy!
Sənin ki, eşqinə ruhum pərəstiş eylər idi,
Fəqət, dedin, dəli ruhun şikarım olsun qoy!
Vəfalısan, dedim, eşqin könüldə bərkitdim,
Könül, ürək, nə var aldın da, məhv olub bitdim;
Səninçin hər şeyi, hər kainatı tərk etdim,
Bu göz yaşında fəqət ixtiyarım olsun qoy!
Yalançı bir görünüş: Ay, Günəş, bu ulduzlar,
Yabançı hər bu baxışlar, bu nazənin gözlər,
Yalan bu eşq, bu sevda, bu atəşin sözlər,
Bu sonda, bari, həqiqət, şüarım olsun qoy!
Neçin bu cür mənə, tanrım, bəlalı gün verdin?
Bu nazlı afətə vurğun cahana göndərdin?
Bahari-eşqimi, yavrum, xəzanə döndərdin;
Bu dərdli günlərim artıq baharım olsun qoy!
Nigari-xilqətə sordum: – Nədir bu mənalar,
Bu eşq, nalə, bu hicran, bu dadlı xülyalar,
Nədir həyata gülən bu dərin müəmmalar?
Götür bu pərdəni, bir aşikarım olsun qoy!
Dedi: – Həyat özü bir ayrılıq, kədər, bir qəm,
Nə çarpır orda gəzə, həpsi bir yığın matəm;
Bu göz yaşında boğulmaqsa taleyi-aləm,
Mənim də göz yaşı, hicran məzarım olsun qoy!
Bəşər həyata tapınmış, o, bir yığın torpaq,
Vücudu, varlığı yüz min bəlayə bir oynaq;
Bu gün varıq da, yarın, kim bilir, nələr olacaq?
Fəqət bu bir neçə söz yadigarım olsun qoy!
Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir!
Hər süslü çiçək sonda saralmış quru yarpaq,
Insan da nədir? Əvvəli torpaq, sonu torpaq!
Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,
Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.
Bir tək səni məhv etmədi bu qanlı təbiət,
Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.
Qaranlıq gecədə səni gözləyib,
Durmaqdan yoruldum, ey dan ulduzu!
Uzaq üfüqlərə göz gəzdirməkdən
Az qala kor oldum, ey dan ulduzu!
Öksüz taleyimtək gecikdin nədən?
Karvanqıran doğdu, görünmədin sən,
Oxşatdım, yanıldım, könül verdim mən
Bilmədən vuruldum, ey dan ulduzu!
Arxasınca qoşdum sonsuz bir yola,
Hər addımda tuş gəlincə bir kola,
Qaranlıqda çox baxındım sağ-sola,
Hər yana buruldum, ey dan ulduzu!
Büsbütün yorulub gücdən düşərkən,
Bir ulduz parladı uzaq üfüqdən.
Bu görünən səndin, artıq gəldin sən,
Axır səni buldum, ey dan ulduzu!
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim.
Mən səninçin ömrüm boyu cəfalara dözərim,
Sənsiz güllər açılmasın, axar çaylar dayansın,
Oxu, bülbül, bəlkə yarım oyansın.
Mən bir sönməz ulduzam ki, daim işıq saçarım,
Mən bir oynaq bülbüləm ki, güldən-gülə uçarım,
Mən bir saqlı aləməm ki, sevgilərdir açarım.
Sənsiz günəş görünməsin, qaralara boyansın,
Oxu, bülbül, bəlkə yarım oyansın.
Mən səninçin şəfəqlərdən süslü bir tac yaparım,
Yol ver mənə, gül dərmişəm, sevdiyimçin aparım!
Arar, arar, arar, arar, axır səni taparım;
Sənsiz solsun göy yarpaqlar, axar sular bulansın,
Oxu, bülbül, bəlkə yarım oyansın.
Tarixlərdə öksüz kimi göründük.
Illər boyu qaralara büründük,
Yetər artıq ayaqlarda süründük,
Qalx, qalx, qalx düşkün dünya!
Tarix cəllad qan içməkdən yorulmaz,
Tərpənişsiz qara zəncir qırılmaz,
Yazıq, artıq bu dərdlərə durulmaz,
Qalx, qalx, qalx, düşkün dünya!
Qoy qırılsın artıq cəllad bıçağı,
Qoy uçulsun ölüm və qan ocağı,
Dünya olsun azad ana qucağı,
Qalx, qalx, qalx, düşkün dünya!
Hər bir qanun azadlığa bir yağı,
Insan oğlu olmuş insan tapdağı,
Silkin, uçsun köləliyin torpağı,
Qalx, qalx, qalx, düşkün dünya!
Bir mən idim, bir sən idin, bir də yamaclar…
Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
Onda ki, ağ umuzlara töküldü saçlar,
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Bir biz idik, bir düz idi, bir də al boya…
Dağ başında ucan quşlar endilər çaya.
Sən dedin ki: “Bütün dünya qoy dönsün toya!”
Çaldı qaval, uzaq kənddə ellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Endi duman örtü kimi dünya qarardı,
Ara-sıra əsən bir yel saçın darardı,
Onda ki, oynaq tellərin boynumu sardı
Çaxdı çımşək, coşdu sular, sellər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.
Gördüm üzünü, bağçada laləm yada düşdü;
Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
Bir lalə yetişmişdi bu viranə çəməndə,
Bad əsdi, xəzan vurdu da, laləm bada düşdü.
Bir qönçə yetirdim, bəzədim, nazını çəkdim;
Aldı fələk əldən onu, yarım yada düşdü.
Bağlandı könül bir gülə, səs tutdu mahalı;
Guya ki, bu dünyada qan oldu, qada düşdü.
Söz verdi, sözün tutmadı, and içdi, unutdu;
Bəlkə, deyirəm, yar usanıb innada düşdü?
Bəxt onda ki, paylandı, biri çatmadı payə,
Dünyada o bədbəxt də bizim bərbada düşdü.
Bir ovçu kimi göldə gözəl bir sona vurdum,
Çaldı qanadın göydə, gedib dəryada düşdü.
SATİRİK ŞEİRLƏR
Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm. ”
Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Baş qaldıranları əkərəm bən yüzük kimi!
Ustadi-kamil, ülumi-ələm, tərəffö zərgərəm.
Hər səmtə bədlə dönərəm şiri-bidəqqəm…
Vaqiədə, leyk qılıncı qırılmış Qəzənfərəm.
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!
Sən kimi çoxları gəlib, bənd eləyib cəmaəti,
Hamısının çərən-pərən, boş danışıqdır adəti.
Xalqa ziyan verib hamı, zaid edib şəqavəti;
Boş yerə yorma ağzını, dadü nəvadan əl götür,
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
Bir kərə qan bu mətləbi xalqa ziyan verirsiniz,
Molla gedir yemək üçün, siz ona yan verirsiniz.
Biri bir iş görən kimi siz tez azan verirsiniz;
Bu gözəl iş deyil, balam, molla, yavadan əl götür,
Ay Baba, salma qalmağal, cövrü cəfadan əl götür!
Iş o deyil bacarmayır Fatma ev içrə xidməti,
Ondadır iş ki, Maryanın var bacısı, məlahəti,
Heç kəs anlamır işin var belə gizli hikməti;
Barı sən anla, ay Baba, bu ürəfadan əl götür,
Anladın indi mətləbi, cövrü cəfadan əl götür!
Intelligentlər hamısı qılmayır öz namazını,
Bilməyir öz şəriətin, tanımayır da qazını
Xalqa nə var ki, ay Baba, yırtır o öz boğazını;
Bunlara bir nəsihət et, dadü nəvadan əl götür,
Canına yazığın gəlib cövrü cəfadan əl götür!
Xalq oturubdu bağçada badi-baharı gözləyir,
Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Intelligentlər alıb qoltuğuna nigarını,
Seyr qılırlar bulvarı, həm də dəniz kənarını.
Tez qayıdan kimi evə eyləyir öz naharını.
Sonya xanımla əyləşib saqi-üzarı gözləyir,
Qanmayır arü qeyrəti, sevgili yarı gözləyir.
Alim olubdu bəzisi, yasin oxur babasına,
Külçə görən kimi alıb, tez bürüyür əbasına,
Bir baxınız bu yazığın başda olan havasına,
Mülki-cahanı tullayıb, özgə diyarı gözləyir,
Baği-behişti istəyib, çeşmi-xumarı gözləyir.
Çoxları var ki, hey çəkir millətinin cəfasını,
Suzi-dil ilə dinləyir naləsini, nəvasını,
Heyf ola millət anlamır vay bunun iddiasını,
Harda görürsə der: bular babıdı, narı gözləyir,
Millətin ər cavanları zirveyi-darı gözləyir.
Yoxdu qənilərin qəmi, eyləyir eyşi-işrəti,
Millətin ehtiyacını görməyə yox bəsirəti,
Bircə dilənçi görcəyin cuşə gəlir də qeyrəti.
Kibrü qürur ilə gəzib, şəni vüqarı gözləyir,
Baxmayır ac qalanlara, beş şahı varı gözləyir.
Bax, küçələrdə seyr edir bir sürü xanimansız,
Ac-yalavac zarıldayır arvad-uşaq gümansız;
Millət ölür, təbib yox, can verir o, amansız.
Sübh sağ idisə hələ vəxti-naharı gözləyir,
Yoxdu təbibi-haziqi, künci-məzarı gözləyir.
Verir müsəlmanə yüz macəra dübarə-səbarə,
Edir qəzetlər ona iftira dübarə-səbarə.
Biri yazır ki: müsəlman qalıb cəhalət içində;
Biri deyir: boğulur qızları səfalət içində.
Yazır bir ayrısı: millət ölür zəlalət içində.
Hələ “Babayi-Əmir” də çıxıb bu halət içində,
Edə bu xalq gününü qara dübarə-səbarə
Verir müsəlmanə yüz macəra dübarə-səbarə.
Yalandır hər nə qəzetlər yazır, inanmayın anə,
Olub müsəlman hamı suyi-elmü fənnə rəvanə;
Nə qədər alimi-şair görün dolubdu zəmanə,
Gətirdi bizləri, vallah, qəzetçi təngə, amanə.
Qaçaq buların əlindən hara dübarə-səbarə?
Verir müsəlmanə yüz macəra dübarə-səbarə.
Baxın bu yanda “Nicat”ə, görün o yanda “Səfa”nı,
Bu yanda “Nəşri-maarif” batırdı elmə cahanı,
Hələ o yanda da “Xeyriyyə” söylə, varmı yalanı?
Bu qədər babi-həmiyyət qalan millətdə bəs hanı?
Qəzet yazır yenə çunü çəra^ dübarə-səbarə.
Edir müsəlmana yüz macəra dübarə-səbarə.
Deyir ki, milləti-islam xabi-nazə dalıbdır,
Yalandı bu, hamı elmi əlinə müslim alıbdır.
Dram cəmiyyəti gör, bir cahana lərzə salıbdır.
Hələ bu opera cəmiyyəti o yanda qalıbdır.
Qoyur hər həftədə beş opera dübarə-səbarə,
Qaçaq buların əlindən hara dübarə-səbarə?
Yatma, dəxi gözlərini aç, a Babayi-Əmir!
Təzə danosbaz çıxıb, qaç, a Babayi-Əmir!
Mən demədimmi sənə etmə bizi dəngəsər!
Cəmləşib xalq hamı başını birdən əzər!
Mən deyən olmadımı, oldumu, ya sərbəsər?
İndi buyur… bax, yazılıbdır nələr?
Yumma, dəxi gözlərini aç, a Babayi-Əmir!
Durma, götür başını qaç, a Babayi-Əmir!
Sən götürüb yazmışsan qızlara zülm etməli,
Gündə çomaxla qızı hey döyüb incitməli,
Qız nədi, məktəb nədi? Onlar hamı bitməli,
Güclə, kötəklə bütün qızlar ərə getməli.
Süzmə dəxi gözlərini, aç, a Babayi-Əmir!
Şəlpələrin tez yığıb qaç, a Babayi-Əmir!
Sən yolunu azmısan, anlamayırsan özün,
Qol-qıçını sındıran xalqa deyirsən qızın,
Qızlara insan kimi baxmamaq imiş sözün,
… Əfəndi bilib süzmə dəxi qaş-gözün,
Kafir olub salmısan xaç, a Babayi-Əmir!
Yumma, dəxi gözlərin aç, a Babayi-Əmir!
Durma, şuluqdur işin, qaç, a Babayi-Əmir!
Niyə salmışsan, adə, bir belə boş qovğanı,
De ki, birdəfəlik almaq diləyir dünyanı.
Var xəta bunda, canım, qoy əkilək burdan biz,
Acığı tutsa, vurar başımıza qəlyanı.
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,
Yığılıb boykot edirlər Ufa alimlərini.
Qafqaz alimləri on beş gün ediblər şura,
Çox götür-qoy eləyib söhbət edəndən sonra,
Ufa alimlərini kafir ediblər zora.
Barəkallah belə bir xeyir işə ura, ura!…
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,
Yığışıb boykot edirlər Ufa alimlərini.
Buna kim yol verəcəkdir ki, qız olsun muxtar,
Kişilər eyləsin insan kimi qızla rəftar?
Sonra on yaşlı qızı altmışillik kaftar
Ala bilməz, a canım, boşdu bütün bu koftar
Budu vadar eləyibdir Quba alimlərini,
Yığışıb boykot edirlər Ufa alimlərini.
Qıza layiq deyil aləmdə hüququn alsın,
Qız gərək güşeyi-zillətdə müdamən qalsın.
Gündə on dəfə onu ər ağac altda salsın,
Şərimiz böylədi, lazımdı bu cür də qalsın.
Budu vadar eləyibdir Quba alimlərini,
Yığışıb baykot edirlər Ufa alimlərini.
Qızlar aldı bu hüququ belə bir fərz edərik,
Qeyzə gəldikdə ev içrə kimi sonra deyərik?
Döyərik, öldürərik, zülm edərik, incidərik?!
Biz qələt eyləyərik böylə işə hə deyərik!
Biz də təhsil edirik bu Quba alimlərini,
Çox gözəl boykot edirlər Ufa alimlərini.
Qıza lazımdır otursun ev içində keşiyə,
Bu nədir, qız oxusun, sonra da çıxsın eşiyə.
Qız gərək bozbaşa baxsın, ətə baxsın, pişiyə;
Ərini görcəyin atsın özünü bir deşiyə.
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,
Yığışıb boykot edirlər Ufa alimlərini.
Bu zərərdir hələ lap mollaların özlərinə,
Hürr qızlar, oxumuşlar baxamaz üzlərinə,
Sahib olmazlar dəxi xalqın uşaq qızlarına.
Öz əlilə kim vurar baltanı öz dizlərinə?
Ay Baba! Gör Bakı, Şirvan, Quba alimlərini,
Yığışıb boykot edirlər Ufa alimlərini.
“Abdulla Cövdət” həzrətlərinə bənzətmə
Zurnaçı toyda zurnasın çalsa,
Orda bir az da vodka da olsa,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətim xar olub əzildikcə,
Ac yetimlər nəvası gəldikcə,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətə qəm olursa rahnümun,
Hamısın birdən etsələr mədfun,
Guşimə “Sonya”nın sədası gəlir.
Asimanda “Çapellin” uçduqca,
Xalq qırğın salıb vuruşduqca,
Guşimə “Sonya”nın sədası gəlir.
Millətin başına kül olduqca,
Hamı qəri-məzarə dolduqca,
Guşimə “Sonya”nın sədası gəlir.
Bulvarı seyr edən adamlardan,
Ruhə ləzzət verən madamlardan
Guşimə “Sonya”nın sədası gəlir.
Zurnanın xunksar havasından,
Bakıda milyoner balasından
Guşimə “Sonya”nın sədası gəlir.
Millətin “aktyor” dəhanindən,
Şairindən, filan-filanindən
Guşimə “Sonya”nın sədası gəlir.
Xalq oyandı, biz hələ yatsaq, qiyamətmi qopar?
Kef edib, meymun-zad oynatsaq, qiyamətmi qopar?
Pul bizim, bulvarda qız, yollar açıqdır getməyə;
Dağ duman, əlvan tuman, höcətmi var fikr etməyə?
Maryanı xoşhal edib zövqü səfaya yetməyə,
Fatmanı evlərdə ağlatsaq, qiyamətmi qopar?
Beşcə gün dünyada kefdən başqa bir şey qanmarıq,
Yüz min il çalsa qəzetçi zurnasın, aldanmarıq,
Pul qurtarsa, oğurluq vardır, məəttəl qalmarıq,
Evdə boşqab, nimçəni satsaq, qiyamətmi qopar?
Əcnəbi getdi qabaq, ay qəzetçi, mənlik nə var?
Qoy gedir, bir daş dalınca, bizlərə vardır nə ar?
Fikr edib kəşti çıxardar, pul verib olluq suvar,
Pul verib başların aldatsaq, qiyamətmi qopar?
Harda biz aciz müsəlman görsək, ani^ bizlərik.
Qız nədir, arvad nədir, hər kəs danışsa, dizlərik;
Kani-hümmət, kani-qeyrət, kani-şəfqət bizlərik,
Arı namussuzluğa qatsaq, qiyamətmi qopar?
Leyk min alim əgər mənbərdə olsa bərqərar,
Söyləsən: cəhd eyləyin, əldən gedir namus, ar.
Əkşi, axmaqsan, nəsən? Biz Maryadan olluq kənar?
Qeyrəti, namusu lap atsaq qiyamətmi qopar?
Kim Tükəzbanla otursa, evdə bir gün görməyir,
Işvə bilməz, qəmzə bilməz, eyşü işrət bilməyir.
Maryanın nazilə gülmür, həm bizi güldürməyir,
Biz də kamə, ay Baba, çatsaq, qiyamətmi qopar?
Ay Baba, gəl deyim sənə dövri-zamanı birbəbir,
Sən say əlinlə, mən deyim yaxşı, yamanı birbəbir.
Əvvəli bu qəzetçi də sanki edibdi məsləhət,
Molla, plovdu, hey yazır, başına söz olub qəhət.
Gündə bu molla söhbəti, gündə oruc sözü, əvət,
Mən bilirəm ki, bunların yazdığına nədir cəhət,
Taki, bu molla yazığın boş qala yanı birbəbir.
Qəzetçinin də arta ta qəzet alanı birbəbir.
Indi bu molla da daha ağzın açıb şikayətə,
Zorba xitabələr yazıb, nəşr eləyib cəmaətə;
Ondan əlavə məscidə kim ki, girə ibadətə,
Söyləyir: adə, köhnələr, səbr yetib nəhayətə.
Küçədə axtarıb tapın qəzet yazanı birbəbir,
Öylə vurun ki, hamının qoy çıxa canı birbəbir.
Qəzetçi bildiyi kimi tazələri yığışdırıb,
Mollaların hücumunu dəf üçün hamısı durub.
O vurub, molla qışqırıb, molla vurub, o qışqırıb,
Qəzetçi molla yazığın ağzını lap ovuşdurub,
Indi yazır əski qapı, əski dabanı birbəbir.
Yaxşı baxanda qızlara qəzetçi bihesabdır;
Mollamn isə məqsədi, fikri, plov kababdır.
Əkşi, sənin də içdiyin hamı bilir şərabdır,
Tiri gözündə görməyir, özgədə geysuyabdır^.
Indi, hərif, söyləyim yerdə qalanı birbəbir,
Xalqa yazan çərən-pərən, yalan-palanı birbəbir.
Doğrudur, bu xalqa bəzi sözləri siz deyirsiniz,
“Dini, şəriəti tutun” moizə eyləyirsiniz,
Leyk, hərif, söz özünüz əksinə eyləyirsiniz,
Xalqa “oruc yemə” deyib, siz özünüz yeyirsiniz,
Razımısan deyim hələ filan-filanı birbəbir,
Indi, hərif, sən də de, varsa yalanı birbəbir.
Eyləmə çox dadü-fəryadü-nəva
“Mehtər Nəim”! Ümməti-islamı tutmaz heç
Süratəlmüstəqim.
Söyləyib millət sözün sübhi-məsa dad eyləmə!
Millətin keçmişlərin barmaqla tedad eyləmə!
Milləti-qafil iştəmir sən də ki, fəryad eyləmə!
Çox da kəskinləşdirib əşarını ad eyləmə,
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Ay əfəndim! Millətin yoxdur həyadan qisməti,
Zəlamü cövrü cəbir zillətdir müdam sənəti.
Xoşlamır düzgün həyatı, xoşlayıbdır bədəti.
Sən ha qışqır, bir çağır! Vallahi yoxdur qeyrəti,
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Söyləmə bielmlikdən millətim oldu zəbun,
Cəhli dağın tişeyi-fəryadi yetməz sərnigün
Cəhli dağı bir quru şeydir: degildir Bisütun
Istəyorsan xalidun yaz, fadxülun yaz, yədxülun!
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Millət ancaq “feyma”nın köftarına guş eyliyor,
Restoranlarda şərabi-badəni nuş eyliyor,
Qəmzeye dilbərmi və nab onu bihuş eyliyor.
Sən çağırdıqca, o ancaq yarı bir duş eyliyor.
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!
Ümməti-islamı tutmaz heç Süratəlmüstəqim.
Gər alimi-şair olsa, yazsa suzişli kəlam,
Söyləsə ey “of”i, ya “iskiy”, ya xəlqi-əvam!
Olmayun aludə keyfə, cəhlə sühbi-şam.
Eyləməz təsiri əsla məst olublar batamam.
Eyləmə çox dadü-fəryadü-nəva “Mehtər Nəim”!
Ölsə də tapmaz bu gülüşləri Süratəlmüstəqim.
Görüm olsun o qamışlar sənə peykan, a səbət!
Verməyirsən mənə göz açmağa imkan, a səbət!
Çəkirəm hərdən on-on beş gün azından zəhmət,
Yeddi-səkkiz kitaba baxhabax, eylə diqqət,
Hər kitabdan alıram bir-iki söz, bir söhbət,
Yazıram, göndərirəm şeir, alım bir şöhrət.
Yazdığımdan oluram sonra peşiman, a səbət!
Hamı yazdıqlarım olmuş sənə mehman, a səbət!
Şerimin çox sözü farsi, ərəbidir, rusi;
Türki azdır var isə, ancaq ol da məxsusi;
Deyirəm şerimə həsrət qalacaq Firdovsi,
Çün səşənbə toxunur çeşmimə posta qutusu,
Sustalır əldə qələm, qəlbim olur qan, a səbət!
Kim məni etdi səninlə belə üdvan^, a səbət!
Bilmirəm mən nə yazım bəlkə bəyənsin bu müdir,
Nə ki zəhmət çəkirəm hamısı bibəhrə gedir.
Şerim axır səbətin lap dibinə seyr edir,
Vallah, bir dəfə sənin belinə sallam kəndir,
Ataram təndirə, sonra deyərəm yan, a səbət!
Necə ki, etmiş idin sən məni büryan, a səbət!
Adını harda eşitsə, saralır şairlər,
Nə ki şeir oğruları, bəlkə böyük mahirlər.
Mən bilən səndə yatıb çox yekəbaş mayirlər,
Tapdılar, bilmirəm, hardan səni bu kafirlər?
Səni icad eyləyən xanəsi viran, a səbət!
Görüm olsun baş-ayaq vasili-niran, a səbət!
Daha sən təngə yetirdin bizi, ey bivicdan,
Hər nə yazdım “rabatay” hamı səbət oldu, dayan;
Nadürüstlük malısan, bizlərə vermirsən aman,
Nə bəlayi-bəd olubsan, bizə, rədd ol burdan!
Vallah, çernil qurudu, sındı qələmdan, a səbət!
Qənim olsun sənə ol xaliqi-sübhan, a səbət!
Dövran edərdi dövrün, rəftar bilməsəydi,
Gündə günah edərdim, qəhhar bilməsəydi.
Hər nə desəydi Zina, mən səbr edib dözərdim,
Dünya adamlarından lap ülfəti üzərdim,
Zinanı sinəm üstə, vallah, qoyub gəzərdim,
Amma məni o zalım mındar bilməsəydi.
Hər nə desə, onunçün dərhal mən alardım,
Versə riza, yanında məskən salıb qalardım;
Lap küçədə gəzəndə qol boynuna salardım,
Lakin məni bu məxluq dindar bilməsəydi.
Pul qurtarınca dərhal mən oğurluq edərdim,
Gündə adam soyardım, xalqın ətin didərdim.
Çox işlərin dalınca mən xəlvəti gedərdim,
Amma Babada ”Şəbrəng Əyyar” bilməsəydi.
Dini-zadı atardım, tək Zinanı tutardım,
Ondan ötrü həyatı, namusu da atardım,
Vallah ki, pul qurtarsa, lap börkümü satardım,
Amma məni xəlayiq biar bilməsəydi.
Bilməm nə var bu xalqa daim edir məzəmmət,
Illah ki, bu qəzetçi bilmir həyavü hörmət,
Lap cini aldadardım, düşsə əlimə xəlvət.
Təzəpirin yanında cindar bilməsəydi.
Daim oruc yeyərdim bir gizli restoranda,
Xalqa tutun deyərdim, vardır oruc, Quranda.
Lakin oruc yamandır, derdim urus soranda,
“Babi-Əmirdə” Əyyar – qəddar bilməsəydi.
Mümkün deyildir hərgiz bu arzular, ey dil,
Varkən Baba, bu işlər müşküldü, xeyli müşkül
Xalqı soyub, puliylə Həccə gedirdim, hər il
Əhli-behişt olardım, gər nar bilməsəydi.
Orucluqda qumarbazlıq, bunun var özgə bir dadı,
Məhərrəmdə… bazlıq, keçir ləzzətdə hər zadı!
Nə var, ay bixəbərlər, tutmusuz Hürzadı, Pərzadı?
Cahanda qəm çəkib, fikir eyləyib, dad etməyə dəyməz!
Tövbə… ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Məni bu qəzetçi aldatdı, yolumdan azdım,
Öz əlimlə özümə çahi-bəlanı qazdım
Hər nə gəldi əlimə, sizlərə böhtan yazdım:
Olsa idim sizə tabe bu cürə olmazdım.
Tövbə… ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Siz deyən sözlər hamı doğrudur, indi qanıram,
Qanıram, sizdən uzaq olmağıma çox yanıram,
Hər nə mən sizlərə böhtan demişəmsə danıram;
Sizi bundan sonra mən sadiqi-dövran sanıram,
Tövbə… ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Siz deyirdiz ki, nə lazım qızı insan bilmək,
Əşki-xunbarını ya şəfqət əlilə silmək,
Qızın hər bir işini Tanrı salıbdır ilmək,
Onun hər rəncü əzabinə gərəkdir gülmək,
Tövbə… ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Qızı döyməkliyə, söyməkliyə verdiz fərman,
Öldürün qızları, onlar ki, deyillər insan.
Buna mən şəkk eləyib etməyir idim iman,
Indi əlhəq qanıram, vardı sübutum əlan.
Tövbə… ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Mən də bundan sonra zülm eyləyərəm nisvanə,
Deyərəm, öldürərəm, yəni gətirrəm canə.
Əzərəm baş-gözünü, baxmaram heç vicdanə
Tövbə… tövbə, yenə tövbə, gəlirəm imanə.
Tövbə… ey mollanümalər, sizə ağ olmağıma,
Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Ay Baba, mən bu sözü yardım əyan olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.
Köhnələrin hamısı bu işə etmiş qiyam,
Güclülər acizlərin baş-gözün əzsin tamam.
Bu işi bərk tutmağa razı olub xasü am\
Başlayıb acizlərin baş-gözü qan olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.
Sonra bu şairlərin hamısını döyməyə,
Şairə şey satmayıb, lap üzünə söyməyə;
Çünki olar qoymayır xalq özünü öyməyə,
Hamısı məhkum olub həsrəti-nanolmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.
Bir də bu məktəblərin hamısını yıxmağa,
Həm də müəllimlərin burnunu bərk sıxmağa,
Qət eləyib cümləsi şəhri qoyub çıxmağa,
Dağlı kimi dırmaşıb dağda çoban olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.
Sonra da bu tazələr böylə ediblər yəmin,
Hamısı tərk eyləsin möhnəti, dərdü qəmin,
Maryanı bərk-bərk tutub, evdə ata həmdəmin,
Çox-çox içib vodkanı gündə piyan olmağa,
Bakılılar and içib şiri-jəyan olmağa.
Mən də ki, and içmişəm bir də “Qəyur” olmayım.
Indi ki, yoxdur yerim, göydə tüyur* olmayım,
Səhni-səmadan düşüb əhli-qübur§ olmayım.
Olmayıram mən qəyur, dərdə nişan olmağa,
Mən oluram kəmşüur sahibi şan olmağa!
Ş a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?
A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?
Ş a i r – Bığların harda qalıb? Yoxsa qoyubsan evdə?
A r t i s t – Millətin nəfinə saqqal, bığı lazımdı yolam!
Ş a i r – Bığa bax, saqqala bax, ay bərəkallah belə baş?
A r t i s t – Şerə bax, şairə bax, başına düşsün yekə daş.
Ş a i r – Bu sifətlə özün insan sanır, a başına kül.
A r t i s t – Yazdığından necəyəm: pis deyiləm ki. Di çəkil.
Ş a i r – Millətin boynuna minnət də qoyur tülkü sifət.
A r t i s t – Sənə nə, sən nə deyirsən, çıxa canın uzan öl.
Ş a i r – Yarım arşın saça bax, ay bərəkallah belə baş!
A r t i s t – Baş deyil, lap küdüdür, üstünə düşsün yekə daş.
Ş a i r – Yaxşı gəl əyri otur, düz danışaq, ay mirzə!
A r t i s t – Bən ki, bir söz demirəm, sən danışırsan hərzə.
Ş a i r – Hərzəgu lap babanın babasının babasıdır.
A r t i s t – Çox uzaq getmə, əlindən suda verrəm ərzə.
Ş a i r – Sən də donosbaz imişsən? Bərəkallah belə baş!
A r t i s t – Bərəkallah başına! Üstünə də bir yekə daş.
Ş a i r – Yaxşı, bir söylə görüm, millətə verdinmi səmər?
A r t i s t – Bu nə sözdür? Oyun bir həftə çıxır, yoxdur nəfər.
Ş a i r – Pulu bəs kimlərə çatdı o tiyatorlarımn?
A r t i s t – Özümə, lap özümə! Qeyrisi də vardı məgər?
Ş a i r – Çox gözəl xidmət imiş, başına düşsün yekə daş.
A r t i s t – Sən özün böyləmisən millət üçün, ay yekəbaş.
Ş a i r – Bən də şair babayam, şeir yazıb nəşr edirəm.
A r t i s t – Yaxşı, bir azca tez ol! Yoxsa işim var gedirəm.
Ş a i r – Bəs dayan di, hara qaçdın? Qutarım söhbətimi.
A r t i s t – Sonra, sonra gələn həftə, bu qızı bən görürəm.
Ş a i r – Yeri bulvar qoduğu! Bəs qız üçünmüş bu təlaş?
Millətin aktyoru! Ay bərəkallah belə baş!
Qız dalınca yügürür. Başına düşsün yekə daş.
Hatifi-Qeybi bulardan gözləmək imdad əbəsdir.
Çağırma: “Milləti-biçarə” – bəsdir.
Ay Baba! Hər yerdə sənin əyyarların xəbər yazıb göndərirlər.
Bircə dağlar qalmışdır.
Onlardan heç kəs bir xəbər bilməyor.
Çünki dağlılar öylə cəngavər qövmdür ki, qorxudan kimsə onlara yaxın düşə bilməyorki, işlərindən bir xəbər bilsin. Əmma necə olduysa bu günlərdə bən bədbəxt gəlib nagahan dağlıların arasına düşdüm. Gözümü açıb özümü Dağlı məhəlləsində görcək igidliyimi yığışdırıb, istədim mayallaq vurub bir ayrı məhləyə düşüm ki, dağlılar bəni görməsinlər. Amma yenə dedim: Lənət kor şeytana. Dayan, bunların da işlərindən bir xəbər bil! Belə qət elədim ki, gedim bunların məscidinə: Həmi cəmaət namazı qılım, həm də məscidlərdən bir xəbər bilim. Bən öylə bilirdim: orucluq ayı, ehya günü, günorta vəqti, böylə bir gündə məscid açılmamış, nə vəqt açılacaqdır.
Müxtəsər, gəlib məscid həyətinə daxil oldum. Hər nə qədər axtardımsa, bir damcı su tapmadım, öz-özümə dedim: yəqin hər kəs öz evindədəstəmaz alub gəlir. Məscidə tərəf baxıb gördüm: Paho… məscid bağlı! Qapısında da bir dənə zorba, paslı qıfıl var. Pəncərənin qabağında 7-8 dənə siçan çomur-çomur oynayırlar. Dərhal anladım ki, məscidin rəisləri çox insaflı adam imiş! Çünki məscidi açsaydılar, bu siçanlar narahat olardılar. Axşama qədər gəzdim, qayıtmaq istədikdə 15-ə qədər dağlılara rast gəldim. Hərəsinin əlində zəncir olduğu halda “Şirvanlı” məscidinə gedirdilər. Birisinə yaxınlaşıb dedim: Allah sizin rəislərinizə əcr versin çox… O biri bənə çatıb soruşdu: Sən kimsən?Dedim “Babayi-əmirin Əyyarlarındanam!” Bunu eşitcək on beş adam düşdü üstümə: Bənə zəncir… bənə zəncir… Gördüm ki, işim yaşdır, tez başımı ayağımın altına qoyub öylə atıldım ki, bir vəqt ayılıb gördüm. Çənbərəkənd qəbiristanlığındayam. O yan-bu yana baxıb gördüm heç kəs yoxdur. Yavaş-yavaş şairliyim coşa gəldi. Dərhal bir çöldə qalmış müsəlman ayağını qapıb daşa bu sözləri yazdım. “Hər kəs inanmayorsa gedib oxusun”.
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar!
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Bən dedim atınız yabanı, elmə eylərsiz həvəs,
İstiyorsunuz əgər müsəlmanlara səsbəsəs,
Bən bu işdən qorxur idim, qalmış idim binəfəs.
Yaxşıdır, bilmişsiniz kəndiniz ürfandır əbəs
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Büsbütün unutmuşsunuz əldə tapança, xəncəri,
Sirr edirsiniz Rüstəm duran kimi hər bir yeri,
Qeyrət üstündə mat etmişsiniz şirü-nəri.
Adə zalımlar! Tamamən titrədirsiz yerləri,
Əhsən! Əhsən! Bir də əhsən! Mərhəba, ay dağlılar!
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Qeyrət təqsim edəndə sizlərə çatmış tamam,
Kani-hümmət, kani-qeyrət dağlılardır xasü am.
Qan töksəniz, oğruluqdur sənətiz hər sübhi-şam.
Cəhd ediniz ta əldə qalsın bu gözəl işlər müdam.
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Məscidiniz bağlı, siçan oynar içində sərbəsər,
Məscidə hər qədər baxdım: yoxdur insandan əsər,
Məscidə getmək nədir? Insan olan kəs baş kəsər!
Düz yolu tapmışsınız hər bir cəhətdən müxtəsər.
Harda qaldı bəs çarıq, xırman, yaba, ay dağlılar?
Bərəkallah, bərəkallah, mərhəba, ay dağlılar!
Bu söz, a Baba, bizlərə çoxdan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bəsdir daha tənqid elədin xas ilə ami,
Çox yazma, danışma daha, tul etmə kəlamı,
Təngə gəlib istər axundu, istər əvamı,
Çün hər birinə bir yekə dastan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Bu barədə bədnam elədin molla Babanı,
Zalım kişi, təngə gətiribsən bu cahanı,
And içmiş əlindən dəxi bu xalq nəhanı.
Dur qaç, a Baba, qətlinə fərman yazılıbdır,
Qatilliyə bir sahibi-iman yazılıbdır.
Əkşi, nə işin molla olub maili-ehsan,
Hər gün sənə nə, dolma yeyir, yağlı fisincan.
Sən də, hünərin varsa, buyur ye, a gic insan!
Molla belədir, alnına ehsan yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Qəyyum deyilsən ki, bizimçin çalışırsan,
Biz bir pis iş etdikdə nöyüt tək alışırsan.
Əkşi, sənə nə, sən niyə boş-boş danışırsan?!
Zalım, deyəsən, bizlərə sultan yazılıbdır,
Konsul yazılıb, bəy yazılıb, xan yazılıbdır.
Dərya ola çernil, yazasan min dənə peyman,
Ölsən də ki, molla yeyəcək hər gecə ehsan.
Əkşi, sənə nə? Molla yazıq ölsün acından?
Kim baxmaz ona vasili-niran yazılıbdır,
Hər nə yazılıbsa, hamı böhtan yazılıbdır.
Milləti-məhzunu binitqü nida görməkdəyəm,
Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
Bağlamaq bel ya güvənmək çox çətindir zahidə,
Var itilgetməz beş-on cüt, yox olardan faidə!
Onlara içki-qumar olmuş pozulmaz qaidə.
Hamısın millət işində biəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Millətin çox yarısı hambaldır, palan ilə gəzir,
Üçdədördü falçı, rəmmaldır, yalan ilə gəzir,
Bir çoxu seyidnümadır, kim fəğan ilə gəzir.
Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görəmkdəyəm.
Milyonerlər Zinkanın eşqində olmuşlar cünun,
Hacılar Arşaq deyib dad eləyirlər qəlbi xun.
Əcnəbilər kandarında binəvalar gör zəbun.
Cümləsin mən əcnəbilərçin gəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Bircə bax bədbəxtliyə bu qəzetdə bihal olub,
Mey yazır, dilbər yazır, şair bizə dəllal olub,
Bu mühərrir də danışmaz zalım oğlu, lal olub.
Cümləsin millət yolunda bisəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Ay Baba, sən söylə bari millətin kirdarını,
Sürt üzünə çernili, tənqid elə hər karını,
Sən də, şair, söyləmə yarın ləbi-gülnarını,
Milləti onsuz da şürbə canfəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Yazgilən arsızları, görcək bərəltsin gözlərin,
Boynu şalbandan yoğundur, seyyidin, yaz sözlərin.
Müftəxordurlar axundlar, bəsləyirlər özlərin.
Mollalarımızdan çoxun mən bixuda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
Görmüşəm, görməkdəyəm, görrəm durunca ruzigar,
Etməyir saziş onunla çərxi-dövri-kəcmədar.
Ay Baba, bu evdə oturmaq nədir?
Bizlərə zindan çətindir, çətin!
Bəs ki, özün yaxşı bilirsən bunu,
Haləti-nisvan çətindir, çətin!
Lap kişilər təngə gətirdi bizi,
Lobya, noxudvarı sanırlar qızı,
Ay Baba, bu əsrdə tapmaq düzü,
Sahibi-vicdan çətindir, çətin!
Qız döyülür, qız söyülür hər zaman;
Oldu qızın halı yamandan yaman!
Bəsdi daha, ay kişilər, əlaman!
Bizdə qala can çətindir, çətin!
Tanrı bizi qul yaradıbmı sizə?
Kim buyurub cövrü cəfa qıl qıza?
Böylə keçərsə, durarıq lap üzə,
Zülm ola hər an çətindir, çətin!
Altmışillik pəzəvəngin biri,
Heç özü bilməz ölüdür, ya diri,
Yeddi yaşında qızın olmuş əri,
Vallah, bu nisyan çətindir, çətin!
On iki yaşlı gözəl oğlan əgər,
Altmış il hey döyülə sərbəsər,
Altmışillik qarıya olmaz ər,
Çünki bu fərman çətindir, çətin!
Biz daha anlamışıq hər işi,
Zar olacaqdır əlimizdən kişi,
Dinsə, başından vurarıq biz şişi,
Olmasa insan, çətindir, çətin!
Biz nə qədər səbr eləyək zillətə,
Cövrü cəfavü ələmü möhnətə?
Haydı, qadınlar, çataq hürriyyətə!
Qalsa bu dövran, çətindir, çətin!
Indi xəbərdar edirik ərləri,
O yekəqurşaq, yekə peysərləri,
Xoşluq ilə açmasalar dərləri ,
Sağ qala dərban^, çətindir, çətin!
Özləri min yerdə çəkirlər səfa,
Bizlər üçün günbəgün artır cəfa,
Indi ki yoxdur kişilərdən vəfa,
Qaçmasaq ondan, çətindir, çətin!
Söyləməsək biz də uruslar kimi:
“Von kişi, burdan!” çətindir, çətin!
Aman, kantorçularımız, dad sizdən,
Bizi zar eylədiz, fəryad sizdən!
Nə üçün bizlərə yer verməyirsiz,
“Bizə lazım deyil müslüm” deyirsiz,
Uşaqlar ac qalıb, rəhm etməyirsiz?
Gözəldir, vallah, bir cəllad sizdən,
Aman, kantorçularımız, dad sizdən!
Acından qırmaq istərsiz bizi siz;
Məgər bir əcnəbidən tənbəlik biz?
Veriz beş yüz yerinə bizlərə yüz…
Çətindir gözləmək imdad sizdən,
Aman, kantorçularımız, dad sizdən!
Gedirsən, yalvarırsan, yalvarırsan,
Papağın xaki-payinə salırsan,
… tək qışqırır, lap mat qalırsan.
Aman, kantorçularımız, dad sizdən!
Gözəldir bizlər üçün yad sizdən!
On il təhsil edib, qal həsrəti-nan,
Canın çıxsın, müsəlmansan, müsəlman;
Gedib sal başına bir zorba şalban.
Aman, kantorçularımız, dad sizdən!
Sözüm yoxdur daha, fəryad sizdən!
(Yekəpər, kəlləpeysər bir molla döşək üstə oturmuş, dizində kağız, gözündə eynək, başında kələm, əlində qələm özü kimi bir mollaya kağız yazır):
Aşna, çox xoşdur bu dövran, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Salma səs, xalqı oyatma, iş düşər çox əngələ,
Bərk yatıb islam, oyanmaz yerlər etsə zəlzələ.
Layla çal qoy bir qədər yatsın, uşaqdır çün hələ,
Böylə dövran lap qiyamət qopsa da düşməz ələ.
Gündə on beş yerdə ehsan, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Söylə mövhumatı, qoy məxluq düşsün heyrətə,
Söylə, zülmü, tarı qismət eyləmişdir övrətə,
Arvadı incitməyi isnad versin qeyrətə.
Qorxma, jurnallar nə yazsa kar eyləməz millətə.
Lap qırılsa evdə nisvan, mən bilim qoy, bir də sən.
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Söylə mövhumatı, Adəmdən tutub bu əsrədək,
Vaxtımız çoxdur hədisbazlıqdan ötrü həsr edək.
Xəlqin əqlin çaşdıraq, vardırsa bir az, kəsr edək.
Döndərib bu sayədə köhnə komanı qəsr edək.
Toz tutarsa evdə Quran, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Siğə təklif eylə xalqa, qoy hamı sevsin səni,
Noxtala ha, mən biləndir, çək bir Iran ölkəni,
Kimdə gördün var fərasət, söylə bu olmuş yeni,
Tez bir ad qoy – babidir de, lap cuhuddur, erməni
Olsa da həqgu bir insan, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Al zəkatı-xümsü, onlar bizlərə məxsusdur,
Bivələr, baxma həyatından hamı məyusdur.
Hər biri gördün gözəldir, siğə qıl, namusdur
Qaldığı qoy ac otursun, qisməti əfsusdur.
Versələr də ac-susuz can, mən bilim qoy, bir də sən,
Layla, çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Cəhd elə, ta qoyma millət bir ayılsın xabidən,
Hökm elə şairlərə yazsın şərabi-namidən.
Hər mühərrir dinsə, döydür, taki düşsün tabidən.
Qoyma millət bir də çıxsın düşdüyü girdabidən.
Çırpınır zillətlə hər yan, mən bilim qoy, bir də sən,
Layla çal, yatsın müsəlman, mən bilim qoy, bir də sən.
Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!
Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Oxuyub elmi, evin eyləmə viranə, qızım!
Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım!
Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə;
Qələmi xarici məzhəb kimi alma əlinə.
Vurma ləkə daha, Allahı sevərsən, elinə.
Elm bir şeymi, verə mənfəət insanə, qızım?
Nə rəvadır salasan möhnətə qəmsiz başını,
Edəsən xalqın arasında xəcil qardaşını;
Get bişir evdə, bala, düşbərəni, bozbaşını,
Verginən meylini xingalə, fisincanə, qızım!
Otur evdə, atanın eylə pinə çul-çuxasın;
Ananın bitləginən sübhü məsa baş-yaxasın.
Elm üçün insan atarmı atasın, həm anasın?
Ağlını başına yığ, heç olma divanə, qızım!
Evdə ol, çıxmaginən sən, bala, bir dəm eşiyə;
Et təmiz, yaxşı süpür, diqqət elə ev-eşiyə;
Inəyə yem veribsən, qulluq elə it-pişiyə;
Bəsləyib, sonra sula, yaxşı bax heyvanə, qızım!
Yaşın oldu on üç, ay qız, səni verrəm bir ərə,
Bir müqəddəs kişiyə, pulluya, bir bəxtəvərə;
Vermərəm boynu qıraxmallıya, ya injenerə,
Razı olmam düşəsən zülm ilə zindanə, qızım!
(Yay tətilindən sonra məktəbə getməyə məcbur olan uxajor mütəəllimlərin naləsi)
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da;
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Rədd olub getmişdi məktəb başımızdan birtəhər,
Seyr edib bulvarda qızlardan olurduq bəhrəvər,
Sentyabr gəldi, dur qaç məktəbə hər gün səhər,
O deyir, bu söyləyir, insan olub lap dəngəsər.
Getmərəm mən məktəbə, namım, nişanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Hər nə var, bulvarda var, məktəb, deyin, aya nədir?
Hər nə var, qızlarda var, sənət bizə biganədir.
Boşla dərsi, məktəbi ondan gözəl meyxanədir;
Hər kəs elmə meyl etsə, doğrusu divanədir.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Bulvarı qoy, dur yüyür hər gün bu viran məktəbə…
Bir baxın, bu sözlərin heç dəxli vardır mətləbə?
Bilmirəm hansı… bu məktəbi saldı dəbə?
Indi var on beş yaşım, qoy məktəbə getsin bəbə!
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Pul babamdan, şükr ola, qalmış mənimçin bir qədər;
Onları xərc eylərəm, lap azı on beş il gedər.
Vallah, bir Janka mənimçin əlli min dərsə dəyər;
Şoğərib məktəb edir insanın ömrün lap hədər.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Məktəbə qoy getsin axmaqlar, bizə lazım deyil;
Bizlərə həm elmdir Janka, ədəbdir, həm də gül;
Söhbəti şirin, özü şirin, danış, hər dəm də gül;
Jankaya bir kəs sataşsa, ya döy onu, ya döyül.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Dilbərim, fəxrim, sürurim, ixtiyarım Jankadır.
Məktəbim, dərsim, ülumim, gülzarım Jankadır.
Çernilim, ruçkam, yazım, hər dürlü karım Jankadır.
Müxtəsər, dinim, həyatım, iftixarım Jankadır.
Getmərəm mən məktəbə, məktəbdə nanım çıxsa da,
Çəkmərəm bulvardan əl, bulvarda canım çıxsa da!
Ay Baba, bir bax gör mənim başıma nə zorba iş gəlmişdir. Neçə ilbundan qabaq filan əfəndi filan əfəndi ilə ağız-ağıza verib “hürriyyətinisvan”,- deyə bağırırdılar. Hətta iş bir məqamə çatmışdı ki, hər kəs,istər şair və ya mühərrir olsun, bismillah əvəzində “hürriyyəti-nisvan”,- deyə bağırırdı. Mən də öz-özümə dedim:
-Gördün ki, iki nəfər sənə dedi piyansan, qoy başını yerə ki, piyanam; yəni vaxta ki, filan əfəndilər “hürriyyəti-nisvan”i yaxşı bilirlər, deməli, yaxşı şeydir. Odur ki, hürriyyəti-nisvan deyə bir şəstlə banladım.
Doğrudan da, hürriyyəti-nisvan mən başa düşən kimi olsaydı, elə yaxşı olardı! Mən belə anlayırdım ki, hürriyyəti-nisvan bundan ibarətdir, məsələn: arvad oxuyar ədəb alar, uşaqlarına ədəb verər, kişiylə rəftar eləməyin tərzini öyrənər. Daha döyülməz, doktor-moktor olub, müslimələrə müalicə edər; uşaq saxlamağı öyrənib uşağa tiryək verə-verə daha çöpə döndərib öldürməz. Xülasə, belə işlərə mübaşirət edərlər. Bununla özləri də asudə olar, millət dəxi səadətə yetər. Indi görürəm, xeyr a… hürriyyəti-nisvan mən zənn etdiyim deyilmiş, bir ayrı şey imiş.
… Hürriyyət və təsəttüri-nisvan, ikisi də ondan ibarətmiş ki, arvad üz-gözünü, döşünü, sinəsini, əl-ayaqlarını… layıb bulvara, kluba, oyanbuyana çıxsın. Indi özüm də məəttəl qalmışam ki, biz hansı hürriyyətinisvandan istəyirdik. Əgər sözümü dəbbələyim, o vaxt mənə də bəzi intelligentlərimiz kimi məzhəbsiz deyəcəklər. Əgər dəbbələməyib desəm ki: hə, hələ yaxşı hürriyyəti-nisvandır, bu da yaramaz, Molla Babanın müridləri ilə qələt eləyib, belə işə “hə” demərəm. Xülasə, qalmışam cənnətlə cəhənnəm arasında. Qızlar da o qədər qudurmuşlar ki, gətirib “Babai-Əmir”də kişilərə protesto yazmışlar. Eh, vallahı, onları o qədər döydürürəm ki, Molla Baba özü də afərin deyər. Demə yazıq Molla Baba qabaqca bilirmiş hələ mən də bilirdim. Amma bu xalqı başa sala bilmədik. Şairliyim yavaş-yavaş cuşə gəlir, deyəsən, protesto yazacaq.
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!
Deyərdi Molla Baba: qoymayın bu qızları dərsə,
Bizə kələk törədər qız ülum təhsil edərsə.
Yazıq ha dad elədi, qız azar, dərsə gedərsə,
Bu xalq inanmadı, fırlatdı düzgün işləri tərsə.
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!
Adam kimi oxuyursuzsa, pudra-mudra nədir bəs?
Gedin günüzləri dərsə, gəlin evə yenə bisəs.
Deyən gərək bulara bu klub nə şeydir, a nakəs!?
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!
Əvvəlcə duymuşdum qızların kələklərini mən,
Ha söylədim, ha dedim, heç kəs eşitmədi məndən;
Adam tutub ayıra, bu qızın başını bədəndən;
Xülasə, lap çaşıb ağlım, baxır bu xalq da gendən,
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!
Əvvəlcə anlamamışdım nədir təsəttüri-nisvan,
Deyirdim elm oxuyub, qız olar özünə bir insan.
Necə ki, hökm eləyib müsliminə ayəti-Quran,
Döşün açıb gəzəcəkdir bilirmiyəmmi Tükəzban?
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!
Bu vaxtda yaraşırmı, xanımlarım, bizə bulvar?
Eşitmişsinizmi bizim türklərdə böylə məsəl var.
Əvvəlcə çıx yoxuşu, sonra gözlə pişdə həmvar;
Siz indidən ki, belə tutmuşsuz, bununla nə artar?
Qudurmayın siz, a qızlar, axır bəlayə düşərsiz!
Sizi o qədr döyərlər ki, ah-vayə düşərsiz!
İranlıların mən hamın həmmal sanıram,
Tacirlərə bir kan imiş Iran, nə bilim mən.
Bu həmşəri zalımları bielm bilirdim,
Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.
Yazdın qəzetə fors ilə amadə cəfəngi,
Guya ki, keçib elmdə Iran Firəngi.
Çəkməz, ölə iranlı nə tiryək, nə də bəngi.
Yox bircə nəfər Ənzəlidə, Rəştdə cəngi
Hər kəs də desə, öylə vurarlar sınar əngi!
Bir söhbəti-fərman imiş Iran, nə bilim mən,
Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.
Iranlı səsi çıxsa düşər lərzəyə əflak,
Qeyrət, nə var iranlıda var, hamısı bibak,
Hacı Molla Ələkbər kimi yox sahibi-idrak.
Dərman üçün iranlıda olmaz kişi tiryak!
Ağzı əgilər kim ki, bu sözdə ola şəkkak.
Bir hakimi dövran imiş Iran, nə bilim mən,
Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.
Mərdə gərək iranlıya versin bu cəmaət,
Iranda göbək yazmağa yoxdur deyor adət.
Bir yanda zavod, fabrika, bir yanda sənaət.
Yoxdur nə şəqavət, nə bəxalət, nə ədavət!
Bundan sonra iranlıya lazımdı itaət.
Bir məsləki-insan imiş Iran, nə bilim mən.
Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.
Iranlı da məntiq sözünü yaxşı qanırmış,
Məntiqdən uzaq düşməyə zalım utanırmış…
Tənqidi-qəzet al-verəni birgə sanırmış.
Qəzi zərər etdikdə o biçarə yanırmış.
Iranda bu cür qarpızı başlar yaranırmış…
Başdan-başa fantan imiş Iran, nə bilim mən.
Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.
Iranlı deyəndən böylə məlum olur əhval,
Doxtur-zad imiş hər nə ki var küçədə həmmal.
Yox bir nəfər Iranda nə falçı və nə rəmmal.
Iran da dirildi, dəxi çal təblini təbbal.
Iranlıya bir can imiş Iran, nə bilim mən,
Bir guşeyi-rizvan imiş Iran, nə bilim mən,
Zadeyi-şannan imiş Iran, nə bilim mən
Bir mənbəyi-ürfan imiş Iran, nə bilim mən.
Qarı nəvəsi Cuqqulu dəllək dükanında
Yaxşı qumarxanə açıbdır, a qumarbaz.
Hər kəs ki, qumar oynamaq istərsə buyursun,
Dəllək dükanından da ki, bir yaxşı yer olmaz.
… nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. Imdi əgər Cuqqulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır.
Deməli, hər barədə də qırxır.
(Hələlik qulaq verin)
Bir dəllək idim, qırxardım gündə beş-on baş,
Dəllək dükanı özgəyə karxanəyə döndü.
Hər nə qoçu var şəhrdə cəm oldu tamami
Axırda dükan zor qumarxanəyə döndü.
Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən,
Bir başı yolunca düşür insan daha əldən,
Lap üzdüm əlimi daha mən bu pis əməldən,
Qırx altı manat pul yığım gündə şətəldən,
Daxmam vurub axır yekə kaşanəyə döndü.
On beş il olar əvvəlki çəm ilə yoluram baş,
Daim ac idim, tapmayır idim sulu bozbaş,
Imdi çoxalıb pul, yeyirəm hər gecədə aş,
Əvvəlcə qumarxanə açaydım dükanı kaş,
Dəlləklik evim yıxdı ki, viranəyə döndü,
Tikdim onu şimdi yekə kaşanəyə döndü.
Bu yuxudan, bilmirəm, islamiyan
Bir kərə bidar olacaq, yoxsa yox?
Büğzü ədavət daşını tullayıb,
Bir-birinə yar olacaq, yoxsa yox?
Qıl nəzər ətrafa, görərsən o dəm:
Milləti-islam qoyun tək yatıb;
Qarətü qətlə verib öz fikrini,
Qeyrəti namusu kökündən atıb,
Irzü həyavü ədəbin cümləsin
Cifeyi dünyayə satıbdır, satıb.
Böylə keçərsə əgər on səkkiz il,
Millətimiz xar olacaq, yoxsa yox?
Bu yuxudan bilmirəm, islamiyan
Bir kərə bidar olacaq, yoxsa yox?
Rəxnə əgər düşsə bütün aləmə,
Eyləməyir millətə əsla əsər.
Cəhlü nifaqə verib öz fikrini,
Ömrü rəzalətlə keçir sərbəsər.
Hamı müqəvva kimi biruhü can,
Çanta dalında dolaşır dərbədər.
Xabi-cəhalətdə yatan, söyləyin,
Axırı bidar olacaq, yoxsa yox?
Bu yuxudan milləti-islamiyan
Bir kərə bidar olacaq, yoxsa yox?
Cəngi-cidalə qızışıb qəzetlər,
Söhbəti-millət unudulmuş tamam,
Bir-birini söyməyə adət edib
Qəztəçilər-məztəçilər sübhü şam.
Kinü qərəzdir hara qılsan nəzər,
Illər ilə… eylər davam,
Qəztəçisi kinli olan millətin
Bəs özü qəddar olacaq, yoxsa yox?
Bu yuxudan milləti-islamiyan
Bir kərə bidar olacaq, yoxsa yox?
Məhv olacaq füqr ilə biçarələr,
Cümləsi imdadə qalıb intizar.
Leyk qənilər hamı işrətdədir,
Millət işindən çəkilibdir kənar;
Hər gecə bulvarda, klubda gəzir,
Anna xanımla eləyir iftixar.
Naləvü fəryada qulaq verməyən,
Söylə görüm kar olacaq, yoxsa yox?
Bu yuxudan milləti-islamiyan
Bir kərə bidar olacaq, yoxsa yox?
Tapdı səadət yolunu qeyrilər
Elmə könül vermək ilə hər zaman.
Leyk müsəlman hələ də mürgülər.
Durmağa da zərrəcə yoxdur güman.
Rəmlə baxanda belə məlum olur:
Çox yatacaqdır hələ islamiyan.
Sonra ayıldıqda, bunu bilmirəm
Layiqi-kandar olacaq, yoxsa yox?
Bu yuxudan, milləti-islamiyan
Bir kərə bidar olacaq, yoxsa yox?
Varsa hünərin cəhd elə ərbabi-fəsad ol!
Min fitnə törət, şan qazan, sahibi-ad ol!
Guş etmə sənə kim ki desə, əhli-savad ol!
Min hiylə ilə xalqı soyub, bir yekə zad ol!
Aydın, işıq aləmdə çalış, tirə nəhad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!
Iç gündə şərabı, gələ ta cisminə bir can;
Vur gündə qumarı, boşala kisəvü həmyan.
Ixvanını aldat, pulun al, qoy ola giryan;
Bidətlərini axıra vur, olma peşiman,
Islamı dağıt, ol yenə də pak müsəlman.
Qoy başına əmmamə, gedib Molla Cavad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!
Iranlı kimi tiryəkə, bəngə elə adət.
Cəhd eylə ki, bilsin səni “sadiq” bu cəmaət.
Onda sənə çox tapşıracaqlardır əmanət.
Sal cümləsin öz adına, ol əhli-xəyanət.
Insafə yaxın düşmə əgər qopsa qiyamət.
Et tövbə öləndə, sağ ikən hamili-dad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!
Kef çək, bu cahanda qəmi-ixvamna yanma,
Viran ola dünya, yenə xabından oyanma.
Qalsan qapaz altında qızar, lakin utanma,
Mən söyləyirəm istər inan, istər inanma,
Bu sözlərimi sonra qanarsan, hələ qanma.
Iç qanını xalqın, hələlik ağcaqanad ol!
Şad ol, yenə şad ol, yenə şad ol, yenə şad ol!
Eyvah ki, axırda peşiman olacaqsan!
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Leyk yazdıqların əsla eləməz xalqa əsər,
Söyləyirsən, çığırırsan, bağırırsan da hədər,
Yenə millət, babası getdiyi yol ilə gedir.
Boyasan rəng ilə daşı yenə daşdır, nə ki zər.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Yazdığın daşları hərçənd kəbab etmədədir,
Köhnələr indi də bicliklə savad etmədədir,
Hamısı çəngü tərəb şürbə şitab etmədədir,
Qış gəlir, kürsü qurulmuş, hamı xab etmədədir.
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
O ki, bir çoxları dövlətlilərinin zadəsidir,
Hamısı ləhvü ləəb, bicliyin amadəsidir,
Atası – lal, babası – əldə olan badəsidir.
O qoduqlar hamısı qızların iftadəsidir.
Onların dərdinə bir Anna dəvadır bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır bilirəm.
Hər nə yazsan yeri var, yazma itilget sözünü,
Iş məqamında görərsən hamı örtər gözünü.
Səkkiz il baş darayar, ya da ki, çırpar tozunu,
Boş yerə çırmalanıb, ortaya tullar özünü.
Sənəti büxlü həsəd, kibrü riyadır, bilirəm,
Millətə hər nə yazırsansa, rəvadır, bilirəm,
Ay Baba, yazdığın hər dərdə dəvadır, bilirəm.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb deyəndə lərzə tutur cismi-zarımı,
Bulvar yanında eyləyir əskik güzarımı,
Hər gün bu məktəb artıq edir intizarımı.
Bundansa… kaş atam qazıyaydı məzarımı.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Gündə gəlib müəllim edir vəzi-moizə,
Tülkü, inək, qoyun, keçir axırda ilbizə.
Yerdən qurtardı, qoyma ki, dırmaşdı ulduza.
Vallah, çərən-pərən, nəyə lazım bular bizə?
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Məktəb binasını yekə bulvar tikəydilər,
Bir dəstə modalı mənə paltar tikəydilər,
Bu qırmızı xəritəni şalvar tikəydilər.
Qızlar geyəydi leyk bir az, dar tikəydilər.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Bulvarda vardır işvə ilə nazı qızların,
Məktəbdə tappa-tuppu gəlir kürsü, mizlərin,
Dəftər-kitaba bax, çıxa tainki gözlərin,
Cismin zəif olur, kəsilir tabı dizlərin.
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Əzbərləyir kitabı, buraxmaz birin dala,
Guya ki, oxşadır bizi zənbilli hambala,
Bir az dilin çaşarsa, yazar “iki” jurnala,
Şeytan deyir; bu uçteli dur yaxşı tapdala!
Ya rəbbi, qıl zəmanədə viranə məktəbi,
Etmə nəsib bircə müsəlmanə məktəbi!
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!
Düşbərə, bir filməsəl, şit düşər isə əgər,
Evdə qiyamət salır, hər nə bilirsə söyər;
“Adə, a heyvan qızı”, yoxmudur ağlın məgər?
Dinsə əgər arvadı, haydı, doyunca döyər.
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!
Gündə qumar oynayır, bilməz işin dalını;
Baxtalayır arvadın sırğasını, şalını;
Içkiyə sərf eyləyir yerdə qalan malını.
Kim bizə bənd etdi bu həmşəri hambalını?
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!
Gündə gedir bəlkə bir rus xanımın yanlasın,
Arvadını tullayıb evdə pərişanlasın,
Yaz buları jurnala, xəlqi-cahan anlasın,
B əlkə o bədüzləri qeyriləri danlasın.
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!
Axırı arvadların qəlbini xun etdilər,
Əqli-səlim əhlini yaxşı cünun etdilər,
Əlif kimi qamətin həlqeyi-nun etdilər.
Müxtəsər, arvadları xarü zəbun etdilər.
Tanrı kəsibdir bizim ərlərin insafını;
Sən ki bilirsən, Baba, onların övsafını?!
Vallah, gətiriblər bizi lap cana qadınlar,
Heç oxşamayırlar belə insana qadınlar.
Bir qədri bu məktəbdən uzaq, sadəcə qızdır,
Zalım qızı həs-hüs tanımaz, sanki öküzdür,
Sındırdı, güvəc boşqabı guya ki, donuzdur,
Hər nə desələr arvada, vallahı ki, düzdür.
Insan deyil, oxşar hamı heyvana qadınlar;
Vallah, gətiriblər bizi lap cana qadınlar.
Arvad nə? Uşaq, ər nədir? Insan dili bilməz;
Paltarları hisdən qaralarsa, yenə silməz;
Insan kimi dil bilsə əgər, böylə döyülməz;
Yox fəhmü zəkası, yenə də ar edib ölməz
Insanlığın adabına biganə qadınlar;
Çıxsın necə insan kimi meydanə qadınlar?!
Bir qədri də vardır oxuyub elmi-filanı,
Bir az da bilir qatma-qarış rusi lisanı,
Bir kəlmə də türkicə danışmaz, çıxa canı,
Guya ki, veriblər əlinə cümlə cahanı,
Yainki çıxıb təxti-Süleymana qadınlar,
Baxmaq diləməz hali-müsəlmana qadınlar.
Fikrində nədir? Modalı paltar, qısa şalvar;
Fikrində nədir? Pudra ilə rəng, iki xalvar;
Fikrində klub, bir kavaler, bir də ki, bulvar,
Təqlid eləyir qeyriyə murdar qızı, murdar.
Oxşar belə quyruqlu obezyana qadınlar,
Dünyanı ediblər dəxi virana qadınlar.
Təqsir özünüzdə, nəyə fəryad eləyirsiz?
Bir-bir kişinin eybini tədad eləyirsiz;
Min hiylə qurub, min kələk icad eləyirsiz.
“Qırdı bizi ərlər”, – deyə boş dad eləyirsiz,
Bizdən açılın bircə, a divanə qadınlar!
Qoymaz dəxi bu bicliyi bir yana qadınlar.
Vallah, gətiriblər bizi lap cana qadınlar;
Heç bənzəməyirlər belə insana qadınlar.
Bəsdir, Baba, danışdın, fəryad sənin əlindən!
Bir gün olurmu millət azad sənin əlindən?
Hər yerdə bir iş olsa, ordan xəbər bilirsən;
Bir pis iş etsə bir kəs, pıqqıldayıb gülürsən.
Ta hər işin o şəxsin məxluqa bildirirsən.
Bir biclik etməyir xalq icad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Dəllək dükanın etdi bir kəs qumar yuvası;
Yaxşı mədaxil aldı, yüksəldi iştəhası;
Yazdın onu qəzetdə, dağıldı hər əsası,
Çox keçmədi ki, oldu bərbad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Biçarə Vamiq^ oldu avara öz elindən,
Məcnunu sən ayırdın Leyli kimi gülündən,
Hətta bu cür deyirlər, bir ravinin dilindən:
Başın daşa çalıbdır Fərhad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
-Meymun
^ Şərq dastanlarında öz sevgilisi uğrunda çox əziyyət çəkmiş bir qəhrəmandır.
Hərgah sən olmasaydın hər kəs işin bilərdi;
Birsi adam soyardı, birsi cibə girərdi;
Firon hələ min il də Allahlıq eyləyərdi.
Gizləndi qəbr evində Şəddad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən
Qorxudan indi xalqın gizlənmək oldu şuğlu;
Ölsən, kəsər xəlayiq qurban beş-altı toğlu
Yıxdın evin bu xalqın, adə, a zalım oğlu!
Vallah, camaat olmur dilşad sənin əlindən;
Bir gün olurmu millət azad sənin əlindən?
Təngə gəlib xəlayiq, fəryad sənin əlindən.
İşimiz boş danışıq, həmdü sənadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Millət əfradı unutdu hamı həsbü nəsəbi;
Elm təhsilinə sərf eylədi həm ruzu şəbi;
Mən bilən ki, ona lənət oxuyur cəddü əbi,
Baxmadı hərçi deyib dad elədi Molla Cəbi.
Rükni-dinin biri də rəngi-hənadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
Ortaya saldı özündən hərə bir tazə dəbi,
Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi.
A kişi, arvad hara, bayram hara, kimdir səbəbi?
Bir yerə cəmləşib saxlaya mövludi-nəbi?
Oxumaq milləti-islama bəladır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Qız hara, məktəb hara, dərsü qələmdan hara?
Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara?
Ay canım, arvad hara? Zümreyi-insan hara?
Qız ki, şeytan kimidir, biz hara, şeytan hara?
Evimiz bir heçin üstündə binadır, demədim?
Ay Baba, işlərimiz xeyli fənadır, demədim?
Baxın indi oxumuş qızlara tüğyan eləyir;
Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir;
A kişi, arvad da özün bir yekə insan eləyir.
Tuf belə adətə olsun ki, müsəlman eləyir.
Arvada layiq olan cövrü cəfadır, demədim?
Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?
“Qospadin” Nəsir intelligent, müsəlman “kavaleri” həmişə qızlarla tanış olanda, bəzi məlum səbəblərə görə öz müsəlmanlığını gizlədirdi (Bir o deyil, müsəlmanlar hamısı belə edir). Nəsir nə qədər rusca danışmaq bilirdisə də, yenə hərdən çaşıb öz müsəlmanlığını bildirirdi. Odur ki, tanış olanda özünü erməni adı ilə qələmə verirdi. Bir dəfə Nəsir “Liza” adlı bir qız ilə tanış oldu. Liza nə qədər “Sən müsəlmansan!…” – deyə Nəsirə təkid etdisə, Nəsir: “Mən erməniyəm!” – deyə təkrar edib, Lizanı inandırırdı. Bir dəfə Nəsir Liza ilə bulvarda gəzişirdi, birdən nəhs kimi, bir erməni bunlara rast gəlib, erməni dilində nə isə danışmağa başladı. Liza erməninin nə dediyini soruşanda, təbii olduğu kimi, Nəsir bilmədi. Liza dübarə şübhəyə düşüb qara, yox-yox, göy gözlərini Nəsirin üstünə süzdü; Nəsir Lizaya danışmağa macal verməyib tez başladı:
Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;
Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Çoxdandı sənin mayilü müştaqin idim mən,
Amma ki, qaçırdın niyə ahu kimi məndən?
Bir dəfə sənə söyləyirəm, yaxşı inan sən!
Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;
Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Hərçənd dilim ruscada hərdəm çaşır, amma
Şəkk eyləmə müslüm deyiləm, zərrəcə əsla.
Mən erməniyəm, erməniyəm… ümməti-Isa.
Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;
Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Olsaydım əgər müslüm, olardım yekə balvan;
Heyvandır – özün yaxşı bilirsən ki müsəlman.
Mən erməniyəm, ismi-şərifim də ki: “Vartan”
Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;
Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Başda “katoloq”, əldə “trost”, çəkmədə zəncir…
Aç gözlərini diqqət elə, bax mənə sən bir.
Baxdıqca mənə neyçün olursan belə dilgir?
Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;
Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Aldatdı bizim Lizanı bu şivəli gövtar,
Yumdu çənəsin dinmədi kaftar qızı kaftar.
Kor şeytana lənət deyib oldu Nəsirə yar,
Eylərdi Nəsir bu sözü hər bəzmdə təkrar:
Ay Liza! Müsəlman deyiləm canın üçün, mən;
Evlər dağıdan zülfi-pərişanın üçün, mən.
Hə, indi keçək söhbətə. Paho…
Bu yandan da müdir gözlərini ağardır ki, çərənçilik lazım deyil, “əlfəcin palaji!” Yaxşı, qoy qalsın, sonra danışaram.
Hə, sözümüz harada qalmışdı? Nəsir birdən gördü ki, Liza bir qədərondan kənar dolanır. Bir dişlərini ağartdı, gördü xeyr, Liza heç məhəl qoymayır. Nəsirin bir nəfər Həsən adlı dəxi yoldaşı var idi. Lizanın üstündə Nəsir ilə dalaşmışdı və babasının goruna and içmişdi ki, Lizanı Nəsirin əlindən alsın. Erməniyə də, demə o pul verib göndərmiş imiş. Nəsir gördü ki, indi Həsən Lizaya tərəf gedir. Əndamına lərzə düşdü. Başı gicəlib gözü qaranlıq gətirdi. Amma məqsədi Həsənin peysərinə bir şapalaq salmaq idi. Mütəəssüf, cadulanmış kimi tərpənə bilmədi. Deyəsən, yerə mıxlanmışdılar. Bütün aləm gözündən düşmüş, guya qara buludlar onu əhatə etmişdir. Guya ürəyində röya kimi keçirdi, pullarımı tamamilə konfetlərə sərf etdim. Gecələr gözlərimə yuxu getmədi, belbağı, saat, üzük aldım. Onlar cəhənnəm, yüz o qədərini də alım. Təki Liza dübarədən mənə yar olsun. Bu halda Nəsirin qulağına süruşiğeybi kimi xəfif bir arvad səsi gəldi. Nəsir, Liza zənn edib dərhal qollarını açdı və: “Can, Liza, gəl!” – dedikdə, gördü qabağında bir sailə müsəlman arvadı dayanmışdır. Bunu görüncə: “Itil burdan, kafirin qızı!”- deyib üzünə bir şillə vurdu ki, səsindən az qalmışdı gavi-mahi kürreyiərziburaxıb daban alsın. Bu dəmdə Nəsir gördü ki, haman erməni bir yanda gəzir. Dərhal üzünü çevirib dedi:
Adə, Avanes kirvə, sənin adına lənət!
Yıxdın evimi, həftinə, həftadına lənət!
Beş aydı o gündən o pərizadı tanırdım.
Hicrində onun şəmə çu pərvanə yanırdım.
Amma ona bir söz deməyə mən utanırdım.
Öz dinimi, ayinimi məcburi danırdım.
Adə, Avanes kirvə, sənin adına lənət!
Yıxdın evimi, həftinə, həftadına lənət!
Çoxdandı məni hicr odu bimar eləmişdi,
Həsrətlə məni-qəmzədəni zar eləmişdi.
Eşq atəşi lakin məni biar eləmişdi,
Xaliq onu bir növi mənə yar eləmişdi.
Adə! Avanes kirvə, sənin adına lənət!
Yıxdın evimi, həftinə, həftadına lənət!
Liza xanımın etmiş idim adını əzbər;
“Mən erməniyəm”, söylədim ol mahə mükərrər.
Liza inanıb eyləmiş idi mənə bavər,
Gəldin nə bilim, “Asma hayes, turkes, ay axper”;
Şeytan balası axperinə, zadına lənət!
Yıxdın evimi, həftinə, həftadına lənət!
Gəldin bura ki: “xoskamasım hinç ozum asma”;
Şeytan kimi saldın araya tezcə müəmma.
Rusca deyə bilməz deyəsən: “vot xoroşo da”;
Məlun balası, indi durub tapdalaram ha!
Rədd ol buradan, it balası, adına lənət!
Yıxdın evimi, həftinə, həftadına lənət!
Verdim pulumu qənfətə, etdim dilimi şad,
Oldu mənə qismət nə isə ah, o pərizad.
Güclə əlimə salmış idim bir qədi şümşad,
Şeytan balası indi mənim dərdimə məzdad.
Adə! Avanes kirvə, sənin adına lənət!
Yıxdın evimi, həftinə, həftadına lənət!
Bir zümrilə etdin evimi, səyimi bərbad,
Şirinə məni-bikəsi qıldın yenə Fərhad.
Ey taleyi dun, dad əlindən, yenə fəryad!
Bu yolda mənə etdiyin imdadına lənət!
Dünyadakı abadına, bərbadına lənət!
Bu halda Nəsir başını qaldırıb gördü ki, aləm başqa aləmdir. Müdir əfəndi müqabilində dayanıb deyir ki, müxtəsər elə, bir para mühərrir taslaqları kimi özünü piyanisgəliyə vurma.
Mabədi qoy gələn səfərə qalsın.
Nəsir dərhal Həsənə yetişib:
-Filan, filan şüdə! Nə haqla mənim barişnama yavuq gedirsən.
Həsən də:
-Əcəb eyləyirəm! – dedikdə, Nəsir şapalağı rədi-səmavi kimi Həsənin “pudra”lı üzünə endirdi. O da Nəsirin təzəcə daranmış saçlarından tutub:
-Ya valı, vali, vəxti mədəd əst. – davaya şüru etdilər. Sən məni vur, səni…
Cəmaət yığışdı. Hər kəs gəlib baxır: “Tfu, diki tatarin!…” – deyə yoluna düzəlir.
Yasavul gəldi; hər ikisini polisəyə sürüdülər. O dedi: təqsir Həsəndədir; bu dedi: Nəsirdədir. Xülasə, hərəsini 20 manat cərimə edib buraxdılar. Nəsir dərhal yoldaşı Mirzəbalanı çağırıb:
-Al, bu da 20 manat; gedək Həsəni xəlvətdə doyunca döyək… Həsən də qorxudan bıçaq gətirdi. Nəsir ilə Mirzəbala, Həsənə çatıb hülqumladılar. O da tez bıçağını çıxartdı, Mirzəbala onun alnından dəmir ilə elə vurdu ki, Həsənin bıçağı əlindən düşdü; əyilib bıçağı götürdükdə,
Nəsir tez yerdən qapıb, Həsənin sinəsinə sancdı. Allah rəhmət eləsin! O saat Nəsiri polisəyə, oradan da qazamata göndərdilər. Dustaqlar başına yığıldılar; səbəbini soruşdular, o da olan əhvalatı danışdı. Dustaqların xoşlarına gəlib, bir ağızdan söyləməyə başladılar:
Çox zirəklik eləyibsən kişi, vallah, malades!
Hayfını yaxşı alıbsan, bərəkallah, malades!
Daha qəm çəkmə, gülüb xürrəmü şad ol, a gədə,
Hayıf altında dolanmaq çox ayıbdır igidə:
Vurasan öz biçağilə o çıraqban səkidə!
Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades!
Hayfını çox tez alıbsan, barəkallah, malades!
Yaraşır indi sən öl – lap qoçuluq adı sənə
– Ki, bu cür ğalib olubsan… Həsənə.
Qoçu olmaz demək hər qorxub özündən əsənə;
Qoçuluq tək yaraşır sən kimi bir başkəsənə.
Yaxşı çiçəklik edibsən, kişi, vallah, malades!
Hayfını çox tez alıbsan, barəkallah, malades!
Yığışıbdır buraya, bax, bu qədər şəxsi-dəcəl;
Buların hamı edibdir hələ sən tək cəncəl.
Qoymayıblar ki, hərifi durub açsın belə əl.
Hərə bir şiri-jəyan, hər biri cəlladi-əcəl.
Sən də zirəklik edibsən kişi, vallah, malades!
Hayfını yaxşı alıbsan, barəkallah, malades!
Çox adam var: hələ qorxur ki, bu viranə girə;
Burada çox-çox olur taxtabiti, həm də birə.
Nə zərər qeyrət üçün getsə də insan Sibirə…
Hamısı bir səs ilə söyləyir: “Əhsən Nəsirə!”
Yaxşı zirəklik edibsən kişi, vallah, malades!
Hayfını çox tez alıbsan, barəkallah, malades!
Hərçənd bu sözlərdən Nəsirin qoltuqları qarpız tutmayırdı; amma yenə Lizanın fikrində idi. Arvadı, uşaqlarını çoxdan unutmuşdu. Xülasə, xeyli zaman keçdi, vaxt oldu… Hə, inciməyin, başım hələ tez ayılıbdır, nə xeyr! Borclu-borclunun sağlığını istər. Mabədini sonra yazaram.
Söyləmişəm bu sözü məxluqa mən,
Ay Baba can, bir, iki, üç kərə.
Anlamayır da deməsən bir sözü,
Allah, aman, bir, iki, üç kərə.
Bəzisi var cəhlə tərəfdardır,
Xoşlamayır elm, ədəb, sənəti,
Zahiri mömin, başı səccadədə,
Fikri şəriət, sözü din söhbəti.
Batinə baxsan görəcəksən, paho,
Boşlamayırlar yenə də bidəti.
Sənəti bidət, belə zənn eləyir,
Tanrı bununçun yaradıb cənnəti.
Altmış il söylə nəsihət ona,
Anlamaz əsla ki, yox heç qeyrəti.
Dolduruban Molla Həmid beyninə
Arpa, saman bir, iki, üç kərə.
Söyləmişəm bu sözü məxluqa mən,
Ay Baba can, bir, iki, üç kərə.
Mollanümalər yetib on milyona,
Günbəgün artır, daha da bollanır,
Hər nə ki Iranda xəkəndazçı var,
Molla adıyla buraya yollanır.
Milləti-biçarə qazandıqların
Sərf eləyib mollaya, yoxsullanır.
Günbəgün molla tuluq tək şişir,
Pulları da cəm eləyir, pullanır,
Mümkün isə cəhd eləyir salmağa
Ortaya qan bir, iki, üç kərə.
Söyləmişəm bu sözü məxluqa mən,
Ay Baba can, bir, iki, üç kərə.
Qoy bu itilgetləri tərif üçün
Tirməyə döndərməyə öz kişlərin.
Boş yerə qəflət deyə dad eyləyir,
Vaxti-zərurətdə sıxar dişlərin.
Ölsə həkim, ya da ki, bir advokat,
Millət üçün tiz edəcək nişlərin.^
Üzv ola Cəmiyyəti-xeyriyyəyə,
Manqala hər gün düzəcək şişlərin.
Qoy bu itilget sözünü bir yana,
Indi hələ anlamışam işlərin.
Onları qoy vodka içib olmağa
Gündə piyan bir, iki, üç kərə.
Söyləmişəm bu sözü məxluqa mən,
Ay Baba can, bir, iki, üç kərə.
Qoy hələ, artisti qoyaq bir yana,
Şərh eləyək pulluların halını.
Çünki xəsis tək hamısı axtarır
Tapmağa ölmüş ulağın nalını.
Tərk edir imanını yüz min kərə,
Bir qəpik artırmaq üçün malını.
Millət üçün istəsələr bir qəpik,
Bil ki yolar qırmızı saqqalını.
Əkşi, yoruldum, mən ölüm, əl çəkin!
Siz ki bilirsiz bu işin dalını.
Pullu fəqirə nəzər etməz, əgər
Versə də can bir, iki, üç kərə.
Söyləmişəm bu sözü məxluqa mən,
Ay Baba can, bir, iki, üç kərə.
Anlamayır ta deməsəm bir sözü,
Allah, aman, bir, iki, üç kərə.
Hər kəs özü qəm çəkməyə daradır, itilget!
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Heç yada gətirmə bu yazıq millətin halın;
Fikr etmə ki, millət itirib cahü cəlalın.
Hərçənd görürsən gələcək zülmü zəvalın,
Çıxsın canı, çəksin hərə öz fikrü xəyalın.
Hərçənd ki, biruhi-müqəvvadır itilget!
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Qış getdi, bahar üstünə fırlandı bu dövran;
Çox çəkməyəcəkdir bitəcək sünbülü reyhan;
Bax mənzəreyi-aləmə, ol valehü heyran.
Hər kəs çəkə millət qəmi insan deyil, insan.
Çıx bağa, gəziş, gör nə dilaradır, itilget,
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Millət ölür ölsün, qazıyaq lap ona bir gur,
Qalxız başını, fikrü xəyalatdan ol dmy
Bulvarda itilget meyi-gülfam ilə məxmur,*
Qızlar dolaşır, cənnəti guya ki, gəzir hur.
Bir canalıcı dilbəri-zibadır, itilget!
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Axtar, tap özünçün sarı geysuli§ pərizad;
Vur qol-qola, gəz bulvarı, olsun ürəyin şad:
Rüxsari-dilarasına bax, şeir elə inşad,
Qoy xalq oxusun, söyləsin əhsən sənə, ustad!
Pəh-pəh, bu kişi şairi qərradır , itilget!
Qəm çəkmə ki, millət qəmi bicadır, itilget!
Təkrar edirəm sözlərimi bir də dübarə,
Millət qəmini bir, mən ölüm, tulla kənarə;
Ver fikrini, çəngü tərəbə, nazlı nigarə,
Bax şövqi-təmam ilə gülüstani-baharə.
Bizim-tərəb^ hər yerdə mühəyyadır, itilget!
Cəm əldə gəzir, sağərü səhbadır itilget!
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!
Millətin əhvalını sal yada, get, qaldır qədəh!
Vermə, dil dərdü qəmə, bir həftə dünyadır, gözüm!
Millətin halına baxsan, möhnətəfzadır,gözüm!
Sən gəmi olsan əgər, möhnət ki dəryadır, gözüm!
Qəm çəkib fikr eyləmək, vallahı, bicadır, gözüm!
Yerdə doldur, göydə iç, dəryada get, qaldır qədəh!
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!
Xan qədəh, sultan qədəh, sail qədəh, quldur qədəh,
Toy qədəh, matəm qədəh, bayram qədəh, boldur qədəh;
Vur qədəh, vurdur qədəh, xarrat çağır, yoldur qədəh,
Al qədəh, aldır qədəh, qaldır qədəh, doldur qədəh.
Məclisi-peyğəmbəri-valadə get, qaldır qədəh!
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!
Çox da millət rəhnümasızdır^ düşübdür dərbədər;
Millətin fəryadına guş etmə, olma pürgədər;
Nəf yox millət işində, parə yox, yox simü zər;
Qəm yemə, fikr etmə, zalım, etmə öz ömrün hədər!
Millətin dadın eşit, imdada get, qaldır qədəh!
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!
Millətə qəm çəkmə, millət vaqifi-halın deyil,
Girmə bir cəmiyyətə dərmani-iqbalın deyil,
Adə, millət, bu itilgetlər ki, hammalın deyil;
Vur, dağıt, millət evin sındır ki, öz malın deyil;
Sonra da bu xaneyi-bərbadə get, qaldır qədəh!
Ol səfa əhli, könül, dünyada, get, qaldır qədəh!
Bu dövr, əmi can, tərsinə dövrandır, özün bil;
Təqdiri-qəza sanma ki, asandır, özün bil.
Cəm oldu bütün mollanümalar hamı xoşnud;
Hər nə Bakıda, Gəncədə olmuş ola mövcud;
Istərlər hamı etməyə bir az səni məhdud;
Bəzi götürüb balta, çomaq, bəzisi behbud.
Zənn etmə ki, bu şəhrdə ehsandır, özün bil;
Yox, yox, Baba can, qətlinə fərmandır, özün bil.
Əvvəlcə sənə söyləmiş idim kəlamı,
Yazma bu qədər jurnalına xəlqi-əvamı,
Bu mollaları jurnala yazmaq da rəvamı?
Olmaz ki, itə mollaların şöhrəti, namı,
Molla kişi, sövdagəri-rizvandır, özün bil;
Oldur ki, xəlayiq sənə düşmandır, özün bil.
Jurnalda yazarsan nə ki var mollada nöqsan;
Ay molla, nə var, əyri otur, düz danış hər an.
Sövdagəri-qılman eləyibmiş səni Quran;
Oldur ki, gəlib qeyzə bütün sakini-Salyan.
Hər guşədə bir şurişi-tuğyandır, özün bil;
Yazma daha molla sözünü, qandır, özün bil.
Şad ol, könül ki, fəsl yenə novbahardır;
Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Bulvarda Annalar eyləyirlər səyahəti;
Yox naz-qəmzənin, bu sən öl, heç nəhayəti;
Var doğrudan da bulvara çıxmaq ləyaqəti;
Ey dil, bu bəzmə getməyinin var səfahəti.
Bulvar demə, behişt kimi laləzardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Bax, diqqət eylə lizaların xəttü xalına;
Ağlın gedər baxan kimi rüxsari-alına;
Bihuş olunca, diqqət elə gül camalına;
Baxma bu qəztə-məztəçinin qiylü qalına;
Vallah, o da Marusyalara cannisardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Millət itirdi şövkətü şanın, cəhənnəmə!
Zillət kəsib cahanda təvanın, cəhənnəmə!
Aclıqdan az qalıb verə canın, cəhənnəmə!
Fikrin nədir, verəm hələ nanın? Cəhənnəmə!
Millət evi cəhənnəmə ki, tar-mardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Yığ şəlpə-şülpəni, bulvara qıl səfər;
Ol cənnəti-cahanı gəziş bir, a bəxtəvər!
Huri deyilmi? Seyr eləyir, yaxşı et nəzər,
Aldanmaram qəztəçiyə, dad eyləmə hədər.
Millət qəmindən itilgetlər kənardır;
Şad ol könül ki, fəsl yenə novbahardır.
Ruhun var isə millət işin qoy kənarda,
Millət qəmini kim çəkəcək novbaharda?
Çıxsın canı, nə borcuna, yatsın məzarda.
Get işrət eylə, məqsədi-insan nigardır;
Fikr etmə ki, bu cür hərəkət nagüvardır.
Hər kəs dedi ki, millət işi ahü zardır,
Söylə ki, vaxt yoxdur hələ, novbahardır.
Bir nəfər fəqir şəxs nə qədər qeyrətlə çalışırdısa da, külfəti böyük olduğu üçün yeməklərini ödəyə bilmirdi. Bir gün orada, bir gün burada işləməklə öz külfətini bir gün ac, bir gün tox saxlayırdı. Bayrama yaxın neçə dəfə dövlətlilərin yanına gedib yer-yemiş istəmişdisə də verməmişdilər. Odur ki, balaca qızı ona:
-Ata, bayramdır, bizə yemiş al, – dedikdə, biçarə utana-utana qızına belə cavab verirdi:
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?
Vallah, bircə qəpiyə yoxdu gümanım, nə edim?
Qoy qənilər gecə-gündüz olalar xürrəm, şad;
Onlara çünki müyəssər olacaqdır hər zad,
Kef çəkib, bizləri heç etməyəcəklərdir yad.
Görüm ol çərxi-fələk dəhrdə olsun bərbad!
Məni məğmun eləyib dövri-zamanım, nə edim?
Hələ bir çet qəpiyə yoxdu gümanım, nə edim?
Doğrudur, sən də uşaq, bayrama eylərsən həvəs;
Bir mənim də nəzər et haləti-naşadıma bəs;
Hərçi dad eyləyirəm, yox mənə bir kəs verə səs;
Dərdü möhnət çoxalır, ay bala, çəkdikcə nəfəs.
Yandırır qəlbimi bu dərdi-nihanım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?
Yox qənilərdə tərəhhüm bizə imdad eləsin,
Bizi bir qulluğa təyin eləyib, şad eləsin,
Bəlkə bu möhnətü qəmdən bizi azad eləsin,
Dil dolanmır ki, qəmü möhnəti tədad eləsin.
Quruyub kəsrəti-qəmdən bu zəbanım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?
Məni bədbəxti-zaman eylədi bu taleyi-dun;
Bilirəm qüssədən axır olaram mən də cünun;
Fikr qıldıqca dolur bu dili-naşadıma xun;
Rəhmsizlər evi aləmdə ola künfəyəkun!
Çaxçada yox ki, mənim bir quru canım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?
Hər nə hasil edirəm, külfətə sərf eyləyirəm;
Hər nə ki pul alıram, külfətim ilə yeyirəm;
Əlli ildir hələ bu köhnə çuxanı geyirəm;
Mənə bir yer veriniz hərçi deyib, söyləyirəm.
Indi qəm çəkməyə də yoxdu amanım, nə edim?
Gəldi novruz, a mənim taqəti-canım, nə edim?
Təng etmə bizə bu yekə dünyanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnam, a Müznib!
Xudsərliyi millət özünə eyləmiş adət,
Əzasinə bilcümlə edib cəhl sərayət.
Bica yerə fəryad eləmə, ol, kişi, rahət.
Öz fikrini millət boşamaz qopsa qiyamət.
Bir dərdə düşüb yox hələ dərmanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Çalma “Dirilik”də bu qədər tarixi neylər,
Tarix adamın halını pisdən də pis eylər.
Ibrətsiz olan sərsəri tarixi nə eylər.
Yaz küçə sözü, yaxşı roman, aşiqi şeylər.
Məcnunluğa öyrət bu müsəlmanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Tarix salır xatirə əcdadi-nəcibi.
Yaz aşiqi-məşuqədən, ol xalqın həbibi.
Qoy millətin olsun hələ bir eşq nəsibi.
Hər dəmdə çağır söhbətə Kəbleyi Qəribi
Tənqid edə ol mərifətin kanı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Ol bəzi mühərrir kimi, çat sən də muradə,
Doldur cibini şövq ilə, söy xalqı ziyadə.
Gündüzlər açıb ağzını gəl ney kimi dadə,
Amma ki, özün xəlvəti iç hər gecə badə;
Çıxsın bu yazıq millətinin canı, a Müznib!
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Keçmişdəki məşhur xanımlar qala dalə.
Dəyməz ki, gətirmək oları bir də xəyalə.
Yaz, bizləri valeh elə sən hüsnü cəmalə.
Bəziləri tək gah mıxa döy, gahi da nalə.
Varsa hünərin al əlinə sən də piyalə.
Oldun yazıçı, al ələ rumkanı, a Müznib!
Tərif elə həm sağərü səhbanı, a Müznib!
Millət oyanan şey ki deyil, qopsa qiyamət;
Əl çək, mən ölüm, at bu təmənnanı, a Müznib!
Insafa gəlib rəhm elə mən zarə, müdirim!
Qoyma məni bu dəhrdə avarə, müdirim!
Şerim daha bəsdir səbətə oldu həvalə,
Qoy jurnalına nəzm yazım, müştəri alə.
Gər qoymayıram fərq nə dəymiş, nə də kalə,
Bu şerimi gəl sən, mən ölüm, salma çuvalə!
Yandırma məni həsrət ilə narə, müdirim!
Insafa gəlib rəhm elə mən zarə, müdirim!
Bir ay gecə-gündüz oluram şeirlə məşğul,
Gah yazıram, gah pozuram, vaxt aparır tul;
Bu şerimi vursan^olaram mən sənə lap qul,
Çap etsən əgər, mən əvəzində verərəm pul.
Çox baxma daha əyriyə, həmvarə, müdirim!
Insafa gəlib rəhm elə mən zarə, müdirim!
Sən başlamısan: qafiyəsi əyri olubdur,
Vəzni burada əyri düşübdür, tutulubdur;
Vallahı, başım fikr eləməkdən yorulubdur,
Bir bax səbətə, sovxana, şerimlə dolubdur.
Düz gəlməyinə yox daha bir çarə, müdirim!
Insafa gəlib rəhm elə mən zarə, müdirim!
Şair deyiləm vəzn ilə şeir eyləyim inşad,
Ancaq yazıram xalq arasında qazanım ad;
Hər kim məni gördükdə desin: afərin, ustad!
Zəhmətlərimi lakin edirsən hələ bərbad.
Oldum mən hədəf təneyi-əğyarə, müdirim!
Insafa gəlib rəhm elə mən zarə, müdirim!
Bu dəfə də çap etməyəsən şerimi eyvah!
Bir yaxşı düşün, eyləyirəm mən səni agah!
Mən də olaram qeyz ilə bir zadəyə həmrah.
Xəlqə deyərəm: müdir olub kafiri-gümrah.
Axırda çəkərlər səni də darə, müdirim!
Ver onda sən öz başına kəffarə, müdirim!
Insafa gəlib rəhm elə mən zarə, müdirim!
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Veribdir əl-ələ, tərki-nifaq edir, nə əcəb?
Nə bir nəfər tapılır bir kəsi edə rəncur;
Nə bir vahid çalır bir fəqir üçün zənbur;
Nə qəztəçi, nə mühərrir, nə adəmi-məşhur
Biri birin söyüb olmaz nəzakətindən dur.
Qucaqlaşıb hamı meyli vəfaq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Qəztəçi, inteligent, milyoner, ziyalı, filan,
Kababçı, ləbləbiçi, ortada-arada qalan,
Qoçu, hacı, məşədi, molla, kəndli, bəy ilə xan
Ediblər əhd ki, can söyləyib, eşitsin can.
Kəmali-şövqlə əzmi-vəfaq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Ümuri-millətə heç kəs qarışmayırdı əzəl;
Yox idi bir kişi cəmiyyətə qoyaydı məhəl;
Odur ki, millət ələ almış idi cami-əcəl,
Bax, indi səy eləyir hər nə varsa kor və keçəl.
Özün bu millət içində sinaq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Hamı dilər ki, ola millətin havadarı,
Tutub əlini ola qəm günündə qəmxarı,
Səadətə yetirən milləti-diləfkarı.
Nədənsə millət içindən məraq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Əzəldə kimsə özünü bu yolda yormaz idi;
Verəydi milləti can, əl işinə vurmaz idi;
Məlali-millətə baxmazdı, hal sormaz idi,
O şəxslər ki, “Nicat”a yaxın da durmaz idi,
Dəri-nicatı döyüb taqqataq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Xəlayiq indi dilər millətə ola qurban;
“Nicat”a üzv ola, cəmiyyətə ola qurban;
Baxanda lap bulara ağıldan çıxır insan.
Yetər, kömürçü çıxıb ortaya tutub meydan;
“Nicat”ı küçəbəküçə soraq edir, nə əcəb?
Bu millət, ay Baba, lap ittifaq edir, nə əcəb?
Yəqin ki, burda bir iş var, nəhan olur bizdən
Və ya ki, əmri-cibiştan şitab edir bizdən;
“Nicat”a üzv gəlir Ərdəbil və Təbrizdən.
Deyilsə, ay Baba, bircə sual edim sizdən:
Çatan çilenliyə^ bəxtin sınaq edir, nə əcəb?
Bununla bəlkə üzün millət ağ edir, nə əcəb?
Baxanda yollara, məxluq tappatap yüyürür;
Iki əlin də üzünə dayaq edir, nə əcəb?
“Nicat” üçün nə isə kəşməkəşdədir məxluq.
Qəribə, millətimiz ittifaq edir, nə əcəb?
Dünən rəfiqlərdən biri mənə dedi ki, bizim müsəlman ziyalılarının, ələlxüsus artistlərinin ayrılmaz və unudulmaz bir yoldaşı varsa, o da həsəddir.
Dedim:
-Aşna, nə var? Yenə filosofluqdan dəm vurursan.
O:
-Yox, görürsən ki, bir nəfər bir az diribaşdır, zirəkdir, yaxşı oynayır.
O biri tez çalışır ki, nə tövr olsa, onu sıxıb kənara çıxarsın. Mümkünsə ona yol verməsin ki, məbada yaxşı oynayıb camaatın hüsn-rəğbətini qazanar. Hər cür olsa, onun ayağından dartıb yıxmağa səy edir. Biləbilə rolu eləsinə verir ki, o da səhnəyə çıxdıqda Ənzəli balqabağınadönüb qalsın.
Mən:
-Müsəlman ziyalısı, o da artisti-həsəd, əstəğfürullah, heç belə şey olmaz.
O:
-Sübut üçün, məsələn, cavan aktyorlarımızdan Hacı Hacınski, özü elə zirək, elə istedadlıdır ki, hər kəs yanında danışsa, ya çətin bir hərəkət göstərsə, o saat hərəkəti alar. O, ləhcə ilə danışıb, həmin hərəkəti də nöqsansız göstərər.
Bir dəfə məşqdə oyun arasında ermənicə danışmaq lazım gəlir, erməni rolunu öhdəsinə alan cənab, yanında Hacını görcək, məşq əsnasında ermənicə danışmır və açıq-açığına:
-Danışsam, o öyrənər, – deyir və: – Teatr başlandıqda danışaram, – sözlərini əlavə edir. Xülasə, mən ölüm, sən öləsən ilə boynuna qoyurlar. Ağzını açan kimi Hacı zalımoğlu onun kimi, bəlkə ondan da yaxşı danışmağa başlayır.
Bir də gördüm bir artist həsəddən az qalıb bağrı çatlasın.
Mən:
-Canı çıxsın, istedadlı olsun.
O:
-.. axı, tək o deyil.
Mən:
-Aşna, artıq müşərrəf eləmə. Mən səni nəsrlə başa sala bilmədim, qulaq as, nəzmlə deyim:
Pozma heç vəzi-mədarın, aktyordur, aktyor:
Başlama tənqidə karın, aktyordur, aktyor.
Sən bilirsən ki, olubdur aktyorluq sənəti,
Fikri puldur, zikri puldur, yoxdur özgə niyyəti;
Boş yerə, bu millətin boynuna yüklər minnəti,
Fəxr edir, guya ki, ürfanə sürüklər milləti.
Pozma sən də iftixarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.
Özgəni çəkmək qabaq, divanəlikdir, qıl nəzər!
Çox da istedadı var, biganədir, bidərdsər;
Istəyir tək oynayıb şöhrət qazansın simü zər;
Bir onun tək oynayan olsa, alar qəlbin kədər;
Qeyb edər şanü vüqarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.
Istəyir məxluq ona təzim qılsın bihüdud;
Saxlasın hər ehtiramın, söyləsin, nadir vücud;
Zirəki meydana çəkmək heç ona etməz nümud;
Mümkün olsa tapdalar, görsə birində var umud;
Sındırar qəddi-çinarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.
Görsə bir zirək, deyər: divanədir, gec getdi bu;
Səy edər bişmiş aşına bəlkə qatsın buzlu su.
Oynasa biçarə yaxşı, tez açar bir gövtgu,
Büxldən məcbur olar olsun onunla həm ədu.
Ləkələr hər etibarın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.
Millətə xidmət deyil, fikri cibişdandır, gözüm!
Zirəkə, bir əhli-istedadə düşmandır, gözüm!
Qeyrinin iş bilməsindən o peşimandır, gözüm!
Bu təəccüb iş deyil, çünki müsəlmandır, gözüm!
Tərk edib namusü arın, aktyordur, aktyor;
Başlama tənqidə karın, aktyordur, aktyor.
Bax, dəyənəklə gəlmişəm indi Babanın üstünə;
Pərdə çəkir neçin belə yaxşı-yamanın üstünə!?
Baxanda hər tərəf, bizim bu sərsəri cəmaətə,
Mahal əmrdir, gözüm dolaşmasın qəbahətə.
Yetər bu işlər, ay Baba, de bəs haçan nəhayətə?
Cahan olubsa mürtəkib bu bədrəviş cinayətə,
Qoşun yığıb, hücum edə bütün cahanın üstünə!
Cahan cahan deyil daha, züluma aşiyanədir,
Qalıbsa ədlü rəhmdən boş ad, o da fəsanədir;
Biri tərəhhüm etsə də, yəqin ki, xainanədir.
Baba! Zəmanə bircə bax ki, gör nə cür zəmanədir?
Tülkü də diş qıcırdadır şiri-jəyanın üstünə!
Qlasnılar bütün hacı, hamısı hala bixəbər…
Alır pulu, gedir yatır; nə inqilab, nə dərdəsər.
Uçur fəqirlərin evi, qalır əyalı dərbədər.
Bu pis zamanda pul da yox,
Dum^ əhli hər gün, hər səhər
Qapıb külüngünü gəlir uçuq komanın üstünə!
Müsəlman əhli məst olub bütün meyü şərabdən,
Görəndə Sonya, Lizanı gedir qərarü-tabdən,
Öz övrətini sitr* edir ziyayi-afitabdən,
Götürmüş övrət həpsini de hansı bir kitabdən?
Günüz gedib, gecə gəlir o binəvanın üstünə!
Kömək gözətləmə, Baba, bu itilget-filanıdan,
Tapılmaz onda bircə iş bəqeyri boş yalanıdan;
Gecə-gündüz, pasaj, klub gəzib, düşür amanıdan,
Olarmı gözləmək, Baba, bir özgə iş piyanıdan?
Yüyürmə boş yerə daha o lül piyanın üstünə!
Qəzetçi ilə şairin dolaşma heç mədarına;
Biri söyüş yazır, biri qəzəl yazır nigarına;
Bu bircə kəlməni, Baba pıçılda guşi-karına;
Mühərrirəm, məqalənin düşərsə bəd damarına,
Dayanma, tez yüyürginən get stəkanın üstünə!
Kömək-zad umma kimsədən, daşın bu boş xəyalından,
Gələrmi buğda, çırpasan nə qədər, boş çuvalıdan;
Kömək tapılmağın işi məhaldır məhalıdan;
Tək atlanıb aralığa, çəkilmə heç zəvalıdan,
Qoyub da tiri çilləyə, gətir kamanın üstünə!
Çətindir işlər, ay Baba, keçib boş ixtilatıdan;
Bu millət az qalıb çəkə əlin bu bəd həyatıdan.
Bizə əlac tapıb, tez ol, qutar bizi məmatıdan,
Mahal əmrdir kömək gözətləmək “Nicat”dan
Ümid var bir az yenə yüyür “Səfa”nın üstünə!
Məgər ölübsən, ay Baba, neçin oturmusan belə?
Tez ol kəməndi-kürzünü dübarədən götür ələ,
Yıxıb dağıt bu bidəti misali-rədü zəlzələ.
Yüz on yaşında bir kişi nə haqq ilə durub gələ
On üç yaşında düxtəri-şuxü cavanın üstünə?
Əvvəlcə xalqa faş elə danosbazın ədasını,
Sora qlasnmm ucalt Dum içrə hər sədasını;
Bu tövr başla, ay Baba, işin bir ibtidasını,
Yalan-palanı tərk edib gəl iftiranın üstünə!
Yeri sükuta qərq edib, yüyür havanın üstünə!
Bular düzəlməsə əgər, get Hac-Yavanın üstünə!
Babacan! Guş elə əlan sənə bir hekayət edim ünvan ki, çıxar ortalığa sirri- nihan, xalq görə işləri gündən də əyan, sən də ki, qalma nigaran, çünki sənə yazmayıram xeyli zaman, şeir və ya meir-filan; indi dayan mən sənə bir-bir səbəbin söyləyim: ol vaxt ki, mən yazmağı atdım, o zamandan yatıram evdə yarımcan; neçə gündür ki, gəlib üstümə molla oxuyur “yasin”, Quran. Bəli, zahirdə dua eyləyir, amma ürəyindən tələsir, tezcə ölüm mən, qurula süfreyi- ehsan, gələ bu mollaya yağlı fisincan, oxuya bir-iki “yasin”, ala on beş manat ondan da, xülasə bu naxoşluq səbəbin də deyirəm: işdən olunuz müxbir və halı, mən ölüm saxla sualı, mənə ver bircə məcalı, sözümün var hələ dalı: günü bir gün yığılıb beş nəfər insan ki, hamı pak müsəlman; özü də tazə cavan, hər biri bir şiri- jəyan, Rüstəmi-dəstan, danışıb olduq hamı birgə bir “Gömurnat bağı” səmtinə rəvan, bircə dayan, gör hələ daldan nə gəlir:
tez gedib ol dəmdə oturduq, üçü əyləşdi yerə, mən də ki, Əhmədlə ayaq üstə durduq. Danışırdıq, gülüşürdük; gəzişən qızlara hərdəm sataşırdıq, gedib hər dəm də olara qarışırdıq ki, bizə bir dənə “balvan!” da deyib qovlayalar, ta ki, o dəmdə qayıdıb kor-peşman dayanırdıq yenə əvvəlki yer üstə… geri baxdıqda nə gördük ki, gəlir bir yekə dəstə, hamısı xırda uşaqdır, yasavul boyları bəstə; o ki, bulvarda muzik-zad da çalırlar. Oturub cümləsi bizdən o yana, oldular həm söhbətə məşğul, sözü qılmayıram tul: qərəz Tanrıbala anladı karı, durub ol vaxt ayağa dedi ki: getməliyəm, mən onu tutdum: səni tanrı, oturubsan hələ bir qədri də barı! Bu oturdu. Bu tərəfdən də Kərim xan çənəsin əydi ki, bu xırda uşaqlar bizi döyməkliyə olmuş hamı hazır; onu da Məşdi Hacı eylədi rahət. O zaman mən də bilirdim iş alıb özgə qiyafət. Ayağa durdu o dəm bircə yasavul, dedi: ey şəxs filani! Niyə siz qardaşımı döymisiniz? Onda dedim: aşna, demə böylə yalanı, hamımız pak müsəlman, eləyirlər bizə böhtan; bu zaman bir səs eşitdim ki; qaçın, adə, gəlirlər, qaçın ha… Gəldi ayaqlar səsi. Amma mən utandım, hələ bir qədər dayandım. Birisi söylədi, ey şəxs “maşannik!”. Necə yoldaşsınız! Oldəm geri baxdım ki, sayım, bir də nə gördüm, hamı qaçmış, hələ mən bircə nəfər qalmışam. Üz tutdum olara, dedim: and olsun əziz canınıza, təkcə mənəm, hər nə bilirsiz, ediniz. Birisi dedi: əl çəkiniz ondan tutunuz yerdə qalanları! Qaçanları vurunuz öylə, bədəndən çıxa canları… Xülasə, bu da baş tutmadı. Birisi yapışıb onda yaxamdan məni saldı təpik altına; vah, vah nə yedin turşu-şirin, vur ki, vurasan. Təpik ol dəmdə ilişdi gözümə; sanki alov çıxdı gözümdən, burada getdim özümdən. Oyanıb bir də nə gördüm ki, öz evimizdəyəm, arvadlar hamı cəmləşib başıma; birisi deyib ağlar, birisi başımı bağlar. Dedim: aya, nə olubdur, ayağa durmağa cəhd eylədim, amma ki, nə gördüm daha yox məndə nə taqət, nə filan, Allah aman, halım olubdur nə yaman… Ay Baba! Oldur ki, sənə xeyli zaman yazmayıram; çox yatıram evdə, yarımcan hələ fikr eyləyirəm, bəs nə olubdur mənə, əhvalımı etmiş belə məğşuş, oluram saniyədə beş yüz on altı kərə bihuş, Baba, sözlərimə yaxşı elə guş, gəlir bircə bu söz yadıma ki, onda mənim yoldaşımın birisi… ki qaçırdı özü, amma ki, deyirdi bu sözü:
Dövrəmi aldı duman,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Mərd olan insan qaçar,
Ta ki, qurtarsın təni,
Sən də yerin varsa qaç;
Yoxsa əzərlər səni.
Gər dayanırsan dayan,
Əfv elə bu bəndəni.
Dursam əgər burda mən,
Xub döyəcəklər məni.
Yox ki başımda saman,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Mən dəliyəm ki, salım
Öz başımı cəncələ?
Sən ki, dayandın, işin
Düşdü yaman əngələ.
Vaxt var ikən qaçım,
Sən də ki, sağ ol hələ.
Yoxsa düşərmi belə
Qaçmağa fürsət ələ?
Salma mənə heç güman,
Mən qaçıram sən də qaç;
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Əhməd uzun qıçlıdır,
Qaçdı qurtardı özün;
Qaldı ki, o Mir Bəğəl,
Söyləmirəm heç sözün;
Mən də ki, heç durmaram;
Söyləyirəm lap düzün;
Tanrıbala döyülüb;
Qan bürüyübdür gözün,
Ensə yerə asiman,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Bir də nə gördüm, qaçır
Tülkü kimi Mir Bəğəl,
Qaçdığı dovşan kimi
Gözdən itiblər əzəl.
Ortada mən qalmışam,
Heç yerə çatmaz əl;
Söylədi ruhum o dəm
Cismimə: – Ey kəməhhəl!
Etmə məni imtahan,
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Cism sərildi yerə.
Oldu cida huşdan;
Qan damarıma donub,
Düşdü daha cuşdən,
San qaçırıb “Maryanı”
Intelligent duşdən;
Bircə bu üç kəlmə söz
Çəkməyir əl guşdən:
Mən qaçıram, sən də qaç!
Aşna, iş oldu yaman,
Mən qaçıram, sən də qaç!
Babacan, bir gecə evdə oturub fikr edirdim. Necədir millətin halı, nədədir fikrü xəyalı? Oturub xəlvət ev içrə verir idim özümə belə zorba sualı: ki, on ildir bu bizim qəzetçilər gündə yazır zorba məqalə, hamısı zor eləyib əqlü kəmalə, bu hünərlər hələ nəsr ilə deyil, bir də görürsən yazılıb şeir-filan, yarısı yalan, müxtəsər hansına baxarsan hamı “hürriyyəti-nisvan” – deyə fəryad qılır, aləmi bərbad qılır. Bəzi yazır:
qız oxuyub alsın ədəb, şarei-əqdəs dəxi etmişdi tələb, diqqət ilə fakir verilsə görülər qızlar hamı olmalıdır ər kimi azadə ki, heç kəs ona bir söz deməyə etməyə cürət, atıla pərdeyi-zülmət, yaxıla hayili-nikbət, gəzə hər yan, dolana xürrəmü xəndan, girə cəmiyyətə, ya başqa bu cür milli məkanə daha evdə oturub gəlməyə canə, o zamanlar ki, çəkir isti zəmanə, əriyib istidən evdə nə dönə zorba piyanə, sənə qurban belə biüzrü bəhanə, ola ərlər kimi onlar dəxi bir sahibi-fərman, edilə işləri asan, daha qultək satılıb, qalmayalar zarü pərişan, dili-büryan, gözü giryan, ürəyi lalə kimi dopdolu al-qan, nə sayılsın dəxi heyvan, nə döyülsün, nə də qol-qıçı əzilsin, hamı insan sayıla, bəlkə bu biçarə yazıq millətə dərman tapıla.
Bəli, bu məsələyə səs verən oldu, nə qədər əhli-əba, molla yava, səbri-əda, kani-vəfa, bir də ki, Şiraz ilə Təbriz arasından yığılan molla öküzlər, olar hərçənd ki, öz xeyrini gözlər, deyəcəklər ki, hamı qızlara lazım deyil əsla, oxuyub elm bilə, gündə otuz dəfə gərək qız döyülə, həm söyülə, dinsə əgər ağzına vursun əri şillə, şapalaq, peysərinə biriki yumruq, belinə bircə təpik, qıçlarına bir neçə toppuz və çomaq, ta əzilə əl-ayağı, həm göyərə, həm də şişə dil-dodağı, hasili ömrün keçirə böylə səyaq ilə ki, ərz eyləmişəm.
Hə, nə deyirdim ki, bayaq mən oturub fikr qılırdım, arabir öz-özümə belə deyirdim: nə qədər qəztəçilər dad elədi, bəhsdə lap ad elədi, qızları dilşad elədi, mən kimi bu dad ilə bidad ilə, fəryad ilə, azad qılıb eylədilər şadü-xürrəm. Hanı “hürriyyəti-nisvan”, hanı azadeyi-insan, nə səbəblə buna əfrad müsəlman, çalışıb eyləməyir şövq ilə çarə, harada qaldı o fəryad-fəğan, yenə oldu haman köhnə daban, bəs o zaman söylədilər millət oyandı. Hamısı bidəti dandı, zərərin xeyrinə qandı, budamı oldu fəsanə, atılıb getdi o yanə, bu da baş tutmadı, iş qaldı çobanə, yenə qızlar oda yandı, hamı möhnətdən usandı, yorulub, həm əzilib bir ölü tək yerdə uzandı. Baba, bu işlərə baxdıqca mənim halım olur xeyli pərişan, o zaman əl uzadıb bir qəzet aldım ələ, gördüm ki, yazıb əşrəfi-dövran, o nədir? Əxri- müsəlman ki, onun ruhuna qurban, adı da çıxdı yadımdan, o ki hər gündə otuz beş opera ortalığa tullayır asan, hamısında yazılıb yaxşı qəzəllər, hamısı aşiqi sözlər, oxuduqca adamın ruhunu yellər, bu sayaq şeir yazan olmayıb əsla, nə əzəldə, nə də axırda olar, kim budu bir şairi-mütləq, özü də etmiş özün lap o Füzuli babaya varis, bər haqq; vinovat, çıxdım, özümdən mən ölüm sınma sözümdən, yazıb axırda belə eylədi: a müsəlman! Bu da bir ilk qədəmdir ki, bizim səhnəyə də çıxdı xanım, həm oxudu şurilə şahnaz, arada oynadı bir az, atılıb getdi o gözəl bığlı xanım, yəni ki, ağdamlı canım, qız rolunu qız ifa edəcək, zor və hünər göstərəcək, bu şərəflə bu günə müslüm olan “Yomi-müqəddəs” deyərək, zərlə də tariximizə yazmalıdır. Mən burada söyləyim: ay can, nə gözəl oldu, müsəlman qızı da səhnəyə çıxmış, nə qəşəng iş, nə müqəddəs əməl, indi deyərəm səhnə dirildi, babacan, lap bu zaman qəlbim olub xürrəmü xəndan, otura bilmədim olvaxt sevincimdən, o dəm durdum ayağa, atılıb düşdüm otağa, qapını bağlayıban, körpə uşaq tək yüyürüb getdim uzağa.
Tez əl atdım papağa, qapıb atdım göyə, urra deyə bir dəfə papaq düşdü sola, sonra da sağa, bu səfər düşdü qabağa, yenə də millət oyandı, daha urra deyə atdım papağı, düşdü o dəm yanmış ocağa, alışıb yandı bütün lap külə döndü, ürəyim burda döyündü, azacıq şadlığımın şiddəti söndü, bəcəhənnəm ki, papaq kül kimi yanmış, döndüm geri, tapdım qəzeti, ta oxuyub o gözəl işdən, hələ o ilk qədəmdən olum halı, oxudum bir də nə gördüm, Baba can, səhnəyə çıxmışdım “madam Vaskanyan”, Allah aman, heyif o papaqdan, bunu, ey kaş oxuyaydım haman əvvəlcə bayaqdan, təzədən bir də yüyürdüm ki, görüm bəlkə papaq sovxa dirilmiş, hələ bu dəfə də heç zərrə qədər kül də papaqdan yox idi, qəlbdə dərdim çox idi, kor-peşman oturub orda yerə söylədim: ey qəzetə yazanlar, bu nə işdir, tutaq operaçı nəfi üçün böylə edir, siz nə üçün qəzetənizə dərc qılıb xalqa verirsiniz? Burada bir təzəlik yox ki, əzəldən də “madam Liza və ya “Şura”-filan səhnədə tutmuşdu məkan, bir yekə meydan, yox idi bircə müsəlman, yenə də şükr ola ağdamlı özü pak müsəlman tapılır, naz ilə segah oxuyur, biz bilir idik bunu ki, səhnədə yox müslümə, ol səhnə işin qeyrə veriblər, oları qəsdimizə halı ediblər. Hələ, bişəkk, bizə xeyli gülüblər, işimiz ləng ikən ancaq papağım yandı nahaq, bir buna bax! Ortaya atmış özünü, millət oyandı, ay aman, mən də dedim, bəs nə olubdur? Nə olubdur? Nə olubdur?
Nə olub səhnəyə çıxmışdır “Arus Vaskanyan”.
Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban.
Mən dedim şükr ola ki, müslümə çıxmış araya,
Olacaq bir gün üzüm isti dəyərsə qoraya.
Bizə daim o gülənlər hanı, gəlsin buraya;
Baxıram millət oyandı, sözü qalmış soraya.
Hələ tərif olunur bircə dama Vaskanyan,
Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban.
Atılıb düşdüm o qədri ki, yoruldu ayağım,
Heç nə yox, boş yerə manqalda yaxıldı papağım.
Işi də əksinə gördükdə pozuldu damağım;
Bunu görcək, ay Baba, gəldi mənim ağlamağım;
Nə bilim ortaya çıxmışdır “Arus Vaskanyan”,
Nəzər etdikdə, yenə köhnə qapı, köhnə daban.
Mən dedim hansı xanımdır görəsən eyləmiş ad,
Səhnəyə çıxmaq ilə millətini eylədi şad.
Görünür eylədi nisvanı qəzetlər azad.
Yoxsa heç ortada bir şey yox imiş qeyri-təzad.
Demə çıxmış araya bircə madam Vaskanyan,
Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban.
Bu isə ilk qədəm, yol ver, a millət başına,
Ağla, çünki yenidən çıxdı şərik bozbaşına.
Özün azca yemisən, get xəbər et yoldaşına,
Bu sayaq ilk qədəm dəysin əmi, öz başına!
Nə imiş ilk qədəm: bircə Arus Vaskanyan,
Nəzər etdikdə yenə köhnə qapı, köhnə daban.
Ay Baba, söylə görüm, indiki halın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Söyləyirdin bizə daim niyə bu qədr yalan
Ki, uzun oynanacaq səhnədə “Arşın mal alan?”
Öləcək səhnə, drama, nə ki, var yerdə qalan.
Təzə cəmiyyət açıblar, nə yatıbsan, bir oyan.
Di bu cəmiyyətə məqsudi-məalın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Səhnəyə çəkdi “Səfa” ildə on üç gün zəhmət,
Hasili getdi drama baş-ayaq, bir rəhmət;
Aktyorlar yığışıb axırı etdi hümmət,
Təzə cəmiyyət açıb, ta ki, dirilsin millət.
Di bu cəmiyyətə sorğu-sualın necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Dirilib indi drama, kefim olmuşdur çaq,
Bu işi əmri-mahal ədd eləyirdin, a qoçaq!
Aşna, gördüm şaşıb hərdəm danışırsan beş-ayaq,
Yaşasın bu sayaq artist, sağ olsun, yenə sağ!
Başa gəldi, o sənin əmri-mahalın, necədir?
Millətin halı üçün fikrü xəyalın necədir?
Daha hər lobyasatan, çəkməçilərlə həmrah
Oluban, küçədə verməkçin oyun, tapmaz rah;
Dirilib gəldi drama, azacıq söz kütah,
Ömür lütf et belə artistlərə, sən ey Allah!
Söz ki bitdi, daha sındı pərü balın, necədir?
Gələcək səhnə üçün fikrü xəyalın necədir?
Kəmşüur Əyyarə Çıxmamış ortaya iş,
Çox da fırıldanma balam!
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.
Mənə bir aktyoru
De ki yox onda qürur;
Necə ki, zərrə qədər
Yox imiş səndə şüur.
Bir ayır gözlərini,
Niyə oldun belə kur?
Bax o cəmiyyətə də
Nə ki var orda tamam
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.
Açılıb əlli kərə
Bu sayaq bəzmi-şüar,
Mən də çox eyləmişəm
Sən kimi fəxrü vüqar.
Yenə puç olmuş hamı,
Olunub “von” be məzar.
Boşalıb fəxr yenə,
Dolunub yəs ilə cam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.
Belə ki, mən görürəm,
Bu müsəlmanın işin,
Satacaq üç qəpiyə
Nə ki var məzhəbü din.
Mən də təqib eləyib
Belə karın rəvişin;
Bunu bir anlamışam
Gələ gər yüz min imam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam!
Yenə birisi deyəcək:
“Mənə çox oldu cəfa”;
Biri burdan deyəcək:
“Yox o birisində əda”.
Yenə əvvəlki həsəd,
Yenə də bəxlü riya…
Bu nifaq ilə de bir,
Kim alıb kam, məram?
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam!
Biri burdan deyəcək:
“Mənə az çatdı ğruş”.
Onu o biri söyəcək,
Tutacaq qeyrini boş.
Bir də gördün aparıb
Təzə cəmiyyəti huş.
Gedəcək işləri lap
Bu sayaq ilə müdam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam!
Hələ bir qədər dayan,
Görəcəksən sən özün;
O zaman xiyrələnər
Daha da zorba gözün.
Kəsilər onda dilin,
Dolaşar onda sözün.
Biləcəksən sən özün
Ki, düşübsən necə xam.
Görəcəksən yenə də
Köhnə tas, köhnə hamam.
Evini Allah yıxsın, a Baba, Dum əməllərindən qabaq bizim evimizi sən yıxdın ki, elə dedin: “Qız gərək oxusun, qız gərək oxusun!”
Indi yaxşıdır? Mən sənə demədim ki, o məktəblərdə oxumağın axırı, boynuna xaç salmaqla qurtaracaq! Mən ha dad elədim, sən elə dedin – yox… Nə baxırsan üzümə, yoxsa yenə demək istəyirsən? – yox? Daha yum ağzını, bax, bu da qəzet, bu da müsəlman qızı “Zavedenie Svyatoy Ninı” məktəbini tamam edib, bir qızıl xaç da alıbdır. Bəh, bəh! Elə bu qalmışdı ki, qızlarımız boyunlarına qızıl medal, qızıl xaç da salsınlar. Yox, daha dünyanın axırıdır. Srağagün aşağı gedirdim, bir qapıda yazılıb: “Doktor Göhərxanım Əliyeva”.
A kişi, oxuyub doktor olmağı məni yandırmır, götürüb bir də yazır ki: “Fəqir müsəlman xanımlarma müftə müalicə olunur”. Deyəsən, bu gəlib Allah verən dərdi sağaldacaq! Əgər bir naxoşun əcəli yetişibsə, istəyirsən pul ilə bax, istəyirsən pulsuz o öləcək ki, öləcək!
Hə, nə var, Baba, gülürsən? Yoxsa şadlanırsan ki, müsəlman qızı məktəbi qızıl medal ilə tamam etmiş, yaxud müsəlman xanımı təbibə olub, öz bacılarına məhrəmanə kömək edir. Yox, Baba, indi bildim ki, sən də kafirsən. Vay atanın evinəcən, məxluq tamam kafir imiş!
Oldu islam əhli səd əfsus kim, islamə dur,
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Bilsə yasin eybi yox, amma ki, sitr etsin üzün;
Qoymayın nisvanı viran məktəbə salsın özün;
Qanmadı heç kəs Qəyurun bu qəyuranə sözün,
Bir baxın, qoydu xəlayiq axır adım
“Kəmşüur”; Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Qız ədəb alsın deyə, verdi qəzetlər səsbəsəs,
Taki nisvan milləti-islama olsun dadri-rəs,
Söylərəm, qızlar qızıl xaç salmağa eylər həvəs;
Saqqalım yoxdur, sözümə guş qılmaz heçcə kəs.
Düz yolu millət azıb, girdaba düşdü misli-kür,
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Zərrəcə islama qızdan nəf ola qabil deyil;
Qız ki, var naqisfərasətdir, gözüm, aqil deyil,
Əlli il təhsili-elm etsə, yenə kamil deyil;
Ay canım, qızlar ki, insaniyyətə daxil deyil.
Qızlara insan deyib, məxluq edir başına zur;
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Qızların təhsili dini-paki eylər sərnigun;
Naqisül-əql olmağından elm ilə çıxmaz cünun.
Bəzi qızlar var hələ, lap qurtarıb darülfünun,
Sonra da paltar geyir, islamı da etmiş zəbun.
Bunlara bişək çəkir düzəx * zəbanə çün tənur;
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
Elm təhsilin qıza peyğəmbər etmişdir haram;
Bəzi sarsaqlar bunun əksin deyirlər sübhü şam.
Qəztələr peyğəmbərə böhtan edirlər, bittəmam.
Çox zaman çəkməz qiyamət, şübhəsiz eylər qiyam.
Mən biləm, fərman alıb Israfil etsin nəfxi-sur;
Vaxtdır, çox qalmayıb ta eyləsin sahib zühur.
-Kəmşüur – C.Cabbarlının gizli imzasıdır – A.R.
Yaşasın doğrusu, gör cümlə müsəlman oyanıb,
Varlı, yoxsul, ürəfa, canlı və bican oyanıb.
Hamısı hümmət edir, qeyrət edir, ibrət edir,
Eləyir cümlə nəzər işləri sahman, oyanıb.
Oyamb millət əcəb, tapdı nicatın yolunu,
Oxuyub elm, kəlam etməyə insan oyamb.
Sübh açıldıqda böyüklər yüyürürlər qabağa,
Dalca gəlməkliyə də millət obaşdan oyanıb.
Çıxıb hər gündə qəzet, həftədə məcmuə, kitab,
Çox mübarək, bu “Babayi-Əmir” əlan oyanıb.
Ey əzizim, bir belə bəsdir dedin,
Seyyidü axund, molla söhbətin.
Varsa gücün, indi bir az yazgilən,
Şairi-mahir, üdəba söhbətin.
Al qələmi, yaz oları adbaad,
Şair ola, mair ola, bisavad.
Söylə, nədir, şair, deməkdən murad:
Ərzi qoyub, yazma səma söhbətin.
Bir də görürsən ki, yazırlar bizə.
Çarşab ilə yaxşı deyil qız gəzə.
Sözləri lap biməzədir, biməzə
Yaz bunları, at ülamə söhbətin.
Xalqa deyirlər: “Eləyin ittifaq”!
Bir deyən olsun bulara, ay qoçaq,
Bəs özünüz eyləyəcəksiz haçaq.
Xalqa deyirsiz bu xuda söhbətin.
Vodka içirlər ağa tək özləri,
Biz bir az içsək ovurlar gözləri.
Ey əzizim, yaz bu gözəl sözləri!
Yazma dəxi molla yava söhbətin.
Qoy bir azacıq rahət ola canım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Möhkəm çalıyorsan bu zəman yox buna hacət,
Dutmuş səsin afaqi buraxmaz bəni rahət,
Bən bulmada az-az gecələr guşeyə xəlvət,
Sən də buradan başlamısan tazə qiyamət,
Faş etmə əgər varsa da nöqsanım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
A kişi, sənə nə bən gəzirəm bulvarı zadı,
Hər istədigimdən alıram kamı, muradı,
Gənclər arasında bu iş olmuş belə adi,
Zatən qoçuyam, anlamaram şəri, fəsadı,
Puldan doludur çün ki, cibişdanım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Qəyyum yaratmışmı səni bizlərə, tarı,
Hər işdə çalırsan o saət şeypuru, tarı,
Bir “du-du” salırsan, baxıyor el bizə sarı,
Xəlvətə desən, kişi, olar dərd genə yarı,
Onda qaralır, çalxalanır qanım, a Şeypur!
Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Yazdım sənə bu naməni pünhan, ağa Şeypur!
Xəlvətdə oxu, tap mənə dərman, ağa Şeypur!
Bən zənginəm, oğlum da, bənəm nazıyla pərvər,
Konfet, şakaladlən böyüdüb xərcləmişəm zər,
Hər gün yüzinə pudra çəkir, əgni müəttər,
Qamətdə bulunmaz ona bir kimsə bərabər,
Rüstəmlər olur şəstinə heyran, ağa Şeypur!
Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur!
Insafa rəvadırmı bu cür nazlı, dilavər,
Əsgər gedib olsun kişi bir tabvərə mütəhhər,
Dün söylədi ruhani bizim molla Səməndər,
Oğlun keçib on doqquzu olsun gərək əsgər,
Vardırmı belə şəxsdə vicdan, ağa Şeypur!
Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!
Dutdum yaxasın, söylədim ay molla filani,
Insafmı ki, əsgər verəsən böylə cəvanı?
Əsgərligə yaz bir kasıb oğlun çıxa canı,
Vallah dutaram, yırtaram əgnində əbanı,
Az qaldı düzəldim yekə meydan, ağa Şeypur!
Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!
Əsgər olub oğlum, bunu mən etmirəm inkar,
Bir şişka taxıb, yaxşı çuxa, qırmızı şalvar,
Amma o zaman məskəni veçerdi, ya bulvar,
Vardı nə ölüm onda, nə düşmən, nə də əğyar,
Hər gün qazanır, hər gecə şantan, ağa Şeypur!
Fikr eylə, düşün, bul mənə dərman, ağa Şeypur!
Imdi daha yox qırmızı şalvar, nə də şantan,
Var bircə tüfəng, güllə yağır əsgərə hər an,
Bir böylə oda öz xələfin sövq edər insan?!
Oğlum olub əvvəlki işindən də peşiman,
Yetmiş hələ gizlənməgə biiman, ağa Şeypur!
Çox da işi uydurmuşam asan, ağa Şeypur!
Əmma ki, paxıldır bizim insan, ağa Şeypur!
Çox qorxuram dolsun danos hər yan, ağa Şeypur!
Fikr eylə, düşün, tap mənə dərman, ağa Şeypur!
“Zəhlə tökübyazma”- deyənlərə
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm,
Məni əfv et, yazıram hərzəvü-hədyan, bilirəm!
Nə ədibəm, nə mühərrir, kişi, şair deyiləm,
Şüəra və üdəbalar kimi mahir deyiləm.
Ciddi yazmaqla Hadi, gülgüdə Sabir deyiləm,
Xamədən dürrü-gövhər tökməyə qadir deyiləm.
Yazıram çünü-cəra, hərzəvü-hədyan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!
Mən də az-maz bilirəm yazmağı, bir pürhəvəsəm,
Çün neçə sahibi-xamə ilə mən həmnəfəsəm.
Məcburam töhmətin ilə səsimi mən də kəsəm,
Məni əfə eylə, itaət sözünə eyləməsəm.
Mən də çün-çün yazmağıma yoxdu bir imkan, bilirəm,
Yazdığım zəhləni tökməkdədi çoxdan, bilirəm!
“Bu vaxta kibi uçuruma düşüb məhv olan Şeyx Sənan və Xumarı təzə rejissor bu axır vaxtlarda hökumət teatrosunda göyə merac etdirmişdir”.
Axırda dünən səhnədə Sənan göyə çıxdı,
Talan olunub din ilə iman, göyə çıxdı.
Meraca qədəm qoydu Xumar ilə bərabər,
Birləşdi o dəm can ilə canan, göyə çıxdı.
Gördüm neçəsin zalda gedən dəmdə özündən,
Bir dəstə “cayıl”, gözləri giryan göyə çıxdı.
Məclisdə yaxarkən evini Şeyx Kəbirin,
“Qalyorka”da bir dəstə müsəlman göyə çıxdı.
Saldıqda xaçı boynuna ol şeyxi-müqəddəs,
Dal cərgədə çarşaflı Tükəzban göyə çıxdı.
Dərd anbarı Sənan – Şərifzadə uçarkən,
Düşdü zala “nırçıltı” və Əfqan göyə çıxdı.
Verdikcə xodu ləhceyi-davuduna “Bülbül”,
Qaçdı yuxusu, Kəlbə Miraslan göyə çıxdı.
Güldürdü doyunca barı məxluqu “Şaraplı”,
Bir dəstə çocuq, xeyli xuraman göyə çıxdı.
Meraci-Nəbinin özüm əfsanə sanırkən,
Bildim bu tamaşada ki hardan göyə çıxdı.
Gər səhnədə Sənan göyə çıxdıysa, yəqinən
Düzdür deyilir təxti-Süleyman göyə çıxdı.
Vıveskayı türkcə yaz,
Latınca yaz, rusca yaz.
Verildi prikaz,
Yaz dedilər, yaz!
Tapıldı rəngsaz,
Verildi pul az,
Yaz dedilər yaz!
Indi buyur, lövhəyə bax,
Sözlərin hamısı dalqabaq:
“Parçaçı” olmuş “paçaçı”,
“Bəzzaz” olub “baz”.
Yaz dedilər yaz!
“Baqqalı” yazdı “saqqal”,
“Baksayuz”u “bakmayuz”;
“Azsayuz” oldu “Azsatuz”,
Maşın satan “maz”,
Yaz dedilər yaz!
Aktyor düzgün keçinsə, iddialar fok gedər,
Səhnə qalsa qalmağalsız, bu balalar fok gedər!
Olmasın səksən blok, doxsan dolanbac, yüz oyun;
Işdən iş çıxmaz ki, öyrən gəl, geyin, oyna, soyun;
Hər kəs uğraşsın iş ilə, qurd ilə gəzsin qoyun;
Onda böhtanlar, yalanlar, iftiralar, fok gedər!
Keçdi yay, gəldi payız, canlar qurtardı qorxudan;
Bir xəbər vardır, ayrılmış hamsı guya uyqudan;
Bizə ancaq olmasa hərdən bir az cəncəl-filan,
Onda parlaq başlayış, lax intahalar fok gedər!
Əlli ildən qalma şeylər, hamsının süd əzbəri;
Eylədikcə el tərəqqi, aktyor həslər geri.
El gələr, yox çarəsi, səs salma, xamdır müştəri;
Kamil olsa aktyor, boş iddialar fok gedər!
Kim ki, yüksəkdən danışdı, səhnənin Allahıdır;
Qəhrəmandır, baş premyerdir, ümumun şahıdır.
Müxtəsər, hər kəs bu gün gəlsə, sabah bir dahidir;
Bilsə hər kəs qiymətin, bu iştahalar fok gedər!
Çal təbil, təbbal, mövsim gəldi, iş səhmanlanır;
Düz üç aydır aktyor qüsl eyləyir, dərmanlanır;
Bəlkə bu mövsim dönər iş, səhnə bir az canlanır,
Yoxsa xahişlər, ricalar, ilticalar fok gedər!
Bir küçəm var buxartana
Qələndər-a-qələndər!
Işçi yaşar buxartana,
Qələndər-a-qələndər!
Şalmanı var buxartana,
Qələndər-a-qələndər!
Lampası var buxartana,
Qələndər-a-qələndər
Çolma-çocuq bir sürü,
Məktəbə getməz biri.
Yaxında yox məktəbi,
Burda başlanır şəbi.
Məktəb üçün müxtəsər
Əlli palan yol gedər.
Yol da nə yol, beyləsin
Heç analar görməsin!
Yayda tozu ətəkdən,
Qələndər-a-qələndər!
Qışda çamur göbəkdən,
Qələndər-a-qələndər!
Keçən keçir yıxılır,
Əl-ayağı burxulur.
Yağış yağa, çocuq qız
Yol gedəməz lodkasız.
Günüz kim evdən çıxa,
Batar yolda palçığa.
Baxırsan altdan dağa,
Lehmə çıxıb qurşağa.
Nə at keçər, nə fayton,
Qələndər-a-qələndər!
Yol gedəcəksən soyun,
Qələndər-a-qələndər!
Xəstəxana tapılmaz,
Xəstəyə çarə olmaz.
Naxoşların başına kül,
Qış gəlmədən uzan öl.
Həkimçin pul day yoxdur,
Gəlməyə yol da yoxdur,
Yaxşı olan çağı yox,
Bağçası yox, bağı yox.
Hey ara, axtar hanı
Baksayuzun dükanı.
Üst tərəfi zibillik,
Qələndər-a-qələndər!
Zibil beş-altıillik,
Qələndər-a-qələndər!
Hərdəm yada salınır,
Vergi, naloq alınır.
Hər ay başı dübbədüz
On beş, otuz, əlli, yüz.
Özgə zaman kim bilir,
Ordakı var ya ölür.
Keşik pulu verirsən,
Qələndər-a-qələndər!
Bir köpəkdir, bir də sən,
Qələndər-a-qələndər!
Günüz milis tapılmaz,
Gecə keşikçi olmaz.
Oğru çalır fışqırıq,
Var hünərin bayıra çıx.
Səslər gəlir biqərar,
Qələndər-a-qələndər!
Dad məni tutdular,
Qələndər-a-qələndər!
Əhali çox, yer geniş,
Məsələ qaldır geniş,
Dayoş “kommunxoz” (davay),
Çək yuxarı tramvay.
Düzəlsə bunlar əgər
Rahat olar işçilər.
Indilik olsun təki
Bir döşəmə, bir səki.
Bircə ayaq bassalar,
Gəlib qulaq assalar,
Işçilər eylər haray:
Qələndər-a-qələndər!
Quqquluqu mostavay,
Qələndər-a-qələndər!
Bir küçəm var buxartana,
Qələndər-a-qələndər!
Işçi yaşar buxartana,
Qələndər-a-qələndər!
Fayda görür buxartana
Qələndər-a-qələndər!
Üstü sənin, altı mənim, tap görək!
-4-cü Tazapir dalanı.
-Yalan, yalan, yalan, yalan
-O da belədir, yox ki, bunun yalanı.
-Yalan, yalan, ver Tazapir dalanına.
-Bu küçə Dağlı məhəlləsi.
-Yalan, yalan, ver dediyin məhəlləyə.
-O da belədir, yox ki, bunun yalanı.
-Yalan, yalan, ver dediyin məhəlləyə.
-Poçtovının kəlləsi.
-Yalan, yalan, yalan, yalan.
-O da belədir, yox ki, bunun yalanı
-Vergilən Poçtovıya.
-Böyük Salyan küçəsi.
-Yalan, yalan, yalan yalan.
Tapmışam.
Ərrəhman… əlləməl-Quran,
Xələqəl-insan… əlləməhül-bəyan.
Indi ki, böylə oldu, sən də dayan,
Söyləyim mən də bir kiçik dastan,
Bəlli olsun, sonunda yaxşı, yaman.
Qatışıb çünki cin-vəl insan,
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Vardı məşriq zəmində bir Iran,
Bir cədəlgah idi o xeyli zaman.
Hər yerindən duran taxıb tacı,
Keçirib kef içində bir dövran.
Taxtına əyləşirdi peydərpey
Hər səhər kim oyansa tez yuxudan.
Bir zaman hökmranlıq etmişdir
Əlli Sasaniyan, beş-altı kəyan.
Sonra Əfşarilər, nələr, kimlər,
Müxtəsər, dalbadal filan-filan,
Fəbiəyyi alayi rübbiküma tükəzziban.
Hərəsi xalqa bir qapaz salmış,
Şillə, yumruq, ağac, təpik, şalman.
Neyləsin binəva, bacardığı bu,
Edər ancaq bacardığın bacaran.
Çoxu insafən iş də görmüşdür,
Axıdıb məmləkətdə bir çox qan.
Eyləmiş keyfü-mayəşasi üçün
Neçə min xalqı bir heçə qurban.
Əmr edib sonra bir qotur molla
Oxusun hamısına şərikli azan,
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Ixtiraətə meyl edənlər var,
Bu cəhətdən də boş deyil Iran.
Hazırlatdırıb bir qədər lüleyin,
Etdirib valideyninə ehsan.
Hələ bundan da yaxşı şeylər var:
Nargilə, hoqqa, cürbəcür qəlyan.
Ən nəhayət də, son nəticə budur:
Halqa bir yük və bir gözəl palan.
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Gəldi növbət, yetişdi Qacara,
Dedilər hər nə varsa, yerdə qalan,
Ölkəni sardı elməmaliklər,
Dövlələr, bir yığın başında nişan.
Hər ağacdan göyərdi yüz seyid,
Hər kol altında əlli mərsiyəxan.
Molladır hey çıxır deşiklərdən,
Başlarında bütün qalaylı qazan.
Hər çuxurda beş-altı şahzadə,
Hər samanlıqda bir yığın yekə xan.
Müxtəsər, ölkədə çəyirtkə kimi
Hər addımda nişanlı bir xuliqan.
Işi yoğunlaşdı, indi sən söylə:
Nə çəkir rəncbər, yazıq dehqan?
Hayana üz çevirsə, bir qamçı;
Hayana üz çevirsə, ərrəhman.
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Məmləkət oldu bir hərəmxanə,
Harda vardırsa bir məhi-taban,
Seçdilər birbəbir noxudvari,
Tənbəlitlər çatıldı sanki saman.
Qız, gəlin, dul bu tənbəlitlərdə,
Marşrut bəllidir: Saray – Tehran.
Gecə-gündüz, günorta, şam, axşam
Oynayır qız, gəlin, çalır balaban.
Bir zaman şah bununla əyləndi,
Sonra bir gün yazıldı bir fərman.
Hər nə var topladı ağır, yüngül,
Hər nə etmişdi xəlqdən talan,
Doldurub hamısını cibişdanə,
Istiqamət: Paris – Firəngistan.
Cib nə cib, hər biri beş-on batman,
Hər nə qalmışdı yerdə yaxşı, yaman
Ləlü yaqut, ləlövü mərcan.
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Bunu kim bilməyir, Paris, nə Paris?
Nə sayaq ölkədir Firəngistan?
Açdı şah öz başın, soxuldu işə,
Dalbadal oçertdə mamlı-matan.
Gecə-gündüz canan çəkən, oxuyan,
Qalmadı bir kababçı, bir şantan.
Hansı rəqqasə bərk atır ayağın,
Ona dərhal bir bu boyda nişan.
Müxtəsər, hər yanında bir dilbər,
Fil-behiştilə-hürü-vəlqilman,
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Bu sayaq ilə keçdi xeyli zaman,
Eyşi-işrət Parisdə qurşaqdan.
Tökülür pul, saman kimi yayılır,
Buna beş, o birinə otuz, doxsan.
Hansı cib tab edər bu verhaverə,
Istər olsun dəniz və ya ümman?
Bir də şah saldı öz əlin cibinə,
Gördü bomboş, nə qaş, nə daş, nə filan,
Nə əba var, nə don, qalıb üryan,
Vur tut əynində bir yamaqlı tuman.
Axtarıb tapdı bir ucuzca duxan,
Vurdu bir rumka nisyə, çıxdı piyan.
Gəldi, mənzildə tapdı bir qəlyan,
Azacıq fikrə getdi, tapdı haman,
Dedi: “Ey sərsəm, ölməmiş Iran,
Uçdu hamam, yerindədir gülxan.
Satıram hər nə var iş olsa yaman,
Olmasın qoy Iranda bir Həmədan.
Kəndlilər işləyir dalında palan”.
Yazdı adres firəngcə doğru, yalan.
Teleqram – Dan le-Pers, an Tehran;
“Gəlirəm, ey əhaliyi-Iran!
Gör qalıbsa iranlılarda tuman,
Köhnə pəncək, cilitgədən-zaddan,
Göndərin, çünki qalmışam üryan.
Çıxa bilməm, tumançağam, qapıdan.
Çünki vardır yanımda xeyli zənan.
Hamı dilbər baxışlı mamlı-matan.
Göndərin pəşivaza təxti-rəvan,
Qarşı çıxsın böyük, kiçik əyan.
Yoxsa Iranı eylərəm viran”.
Hər görən söyləyir ki: Ey Iran,
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Bu xəbər çün yayıldı hər tərəfə,
Işi öyrəndi rəncbər, dehqan.
Dedilər: “Şaha verməyin zəhmət”.
Qopdu hər yerdə bir böyük həyəcan.
Ilk əvvəl saldı səs Azərbaycan.
Millət aldı ələ qılınc, qalxan.
Dedi: “Iranda qalmayıbdı tuman,
Deyil Iran da gördüyün Iran.
Yaxşısı, qal Parisdə, aç şantan.
Bu da xanlar, bu da axund, molla,
Hara istərsən al apar, tulla!
Al bu şahzadə, bu hərəmxana,
Bir də artıq qarışma Irana”.
Gördü əhvalı bəzmi məbusan
Nəsli qacarə yazdı bir fərman.
Oxudu altı-yeddi cüz Quran,
Bircə yasin, beş altı ərrəhman;
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
Qurdu iranlılar böyük məclis,
Verdilər şah üçün gözəl ehsan.
Hər nə var künc-bucaqda şahzadə
Yığdılar xeyli taxçadan-bacadan,
Bəzisi tazə, bəzisi nimdaşt,
Hər nə qacari varsa əldə olan.
Dedilər: “Fatehə Məssələvat.
Həm Iraqa, həmən çerez Həmədan,
Fəbiəyyi alayi rəbbiküma tükəzziban.
-Cənubi Azərbaycan
Olmuşdur Iran, Qaynar bir qazan.
Nədir qaynaşan? Allahu-ələm.
Toplandı millət,
Göstərdi qeyrət,
Bir səslə yazdı:
Qacara lənət!
Çıxmışdır əlan
Sırtıq bir oğlan.
Adı Irza xan,
Yaxşıdır, yaman?
Allahu-ələm.
Işə girişmiş,
Görmüş bir iş-miş,
Əlində var şiş,
Qələmdir, qəmiş?
Allahu-ələm.
Imdi səhərlər,
Verir şəhərlər
Bəzi xəbərlər,
Düzdür, ya böhtan,
Doğrudur, yalan?
Allahu-ələm.
Eyləyir çəm-xəm,
Işləri mübhəm
Əlində var kəm,
Içində bilməm
Zəhərdir, məlhəm
Allahu-ələm.
Deyəndə şahsan,
Batır sükuta.
Deyəndə xansan,
Bir özgə buta.
Nədir bu insan?
Vəzirdir, sultan?
Kəndlidir, ya xan?
Allahu-ələm.
Keçmişi bəlli,
Gözəl əməlli,
Əsli nə cürdür?!
Çətindir həlli.
Son söz onundur,
“Fel”i, ya “dil”i.
Sabahçün əlan
Bilməyir İran,
Mirzə İrza xan
Dostdur, ya düşman?
Allahu-ələm.
Bu bir oyundur,
Iranda şahmat.
Top hələ qalmış.
Tünd yeriyir at.
“Mat” olacaq “şah”?
“Şah” olacaq “mat”? alqa bu pünhan
Allahu-ələm.
Yaxşı deyən var,
Yaman deyən var,
Başla deyən var,
Dayan deyən var.
O yanda bir tac,
Bu yanda dehqan,
Bundandır, ondan?
Allahu-ələm.
Irza xan dün yenə vermişdi zakaz evdə qutab,
Cecim üstündə noxud, lobla da bihəddü-hesab.
“Şod no şod” baxdı fala, qurdalanıb açdı kitab,
Düşünüb xeyli zaman, eylədi axırda xitab:
Durma ey saqiyi-dilbər, mənə bir badə şərab!
Bu nədir, ey dili-qafil! Yeyin, ol, eylə şitab,
Nə yumubsan gözüvü fürsətə, ey xanəxərab!
Bir də fürsət sənə Iranda nümayan olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Bu nədir, iş yetişib, sən itiribsən özünü,
Deməyirsən bir açıq əyrini, yaxud düzünü,
Çıx daha ortaya, at maskanı, göstər üzünü.
Sənə tale ki, gülür, sən nə yumubsan gözünü?
“Şod” de, qurtar işini, söyləginən sən sözünü.
Yoxsa bir də bu cürə gərdişi-dövran olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Mənə şeytan deyir: İranda da hürriyyəti qur,
Ən böyük rütbə nədir onda? Rəisi-cumhur.
Iki ildən sonra da başladı millət: – Qur-qur.
Başqasın seçdi, mənə söylədi- Sən rahat otur.
Onda bu xəlq mənə bəndeyi-fərman olacaq?
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Var ikən fürsət əlimdə, eləyim fövti-zəval,
Çıxsın əldən bu ucuz tac, bu dövlət, bu cəlal?
Bir vətəndaş mən olum, bir də vətəndaş hambal?!
Fürsəti indi qaçırsam, eləsəm sonra xəyal.
Bir də şah olmaq üçün iş belə asan olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Bu nədir başlamışam, “şod və nə şod” açmağa fal,
Dönmərəm şəstinə, təbbal, tel ol, təblini çal!
Elə əz, milləti yıx, təxtə otur həqqini al.
Buraxım tacı, geyim başıma bir zorba motal.
Olmasam şah, işim böylə firavan olacaq?!
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Alihəzrət ləqəbi çöhrəmə xəndan olacaq.
O zaman Rey olacaq, ya Təbəristan olacaq.
Rey cəhənnəm, hələ bir boş-quru Tehran olacaq.
Qəsəm Allaha, yəqin eyləmişəm, olmayacaq!
Elədim şah özümü, keçdi tutaq üç-dörd il.
Məni xəl etməyə eldən yenə fərman olacaq?!
Bəli, vallah olacaq!
Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Ataraq xalqı, yapışsam belə möhkəm puldan,
Soyulub xalq bütün çıxsa palandan, çuldan,
Yenə də ölkədə bir şurişi-üsyan olacaq?
Bəli, vallah olacaq!
Indilik el mənə tapşırdı həyatın, əməlin,
Tutalım mən də çıxartdım onun haqqından əlin,
Müxtəsər böylə dağıtdım bu sədaqət təməlin,
Saxladım bir neçə il ölkədə tacın əcəlin,
Sonradan anlayacaqdır görəsən el əməlin,
Məni şah etdiyinə sonda peşiman olacaq?
Bəli, vallah olacaq!
Nə deyir molla, seyid, bəy nə deyir, xan nə deyir?
O tərəfdən görəsən kəndli nə, dehqan nə deyir?
Görəsən şahlığıma büsbütün Iran nə deyir?
Bunların hamsı keçib getsə də, vicdan nə deyir?
Məni tarix söyəcək, məndə bu nöqsan olacaq?
Bəli, vallah olacaq!
Neçə ildən sonra millət ayılıb açdı gözün,
Bildi öz xeyrü şərin, ya tanıyıb gördü özün,
Onda ki, işlərin öyrəndi bütün əyri-düzün,
Görəsən xainə bir ədlilə divan olacaq?
Bəli, vallah olacaq!
Olacaq-olmayacaq, mən nə bilim xanəxərab,
Durma ey saqi, pədərsuxtə, bir badə şərab!
“Şod” nə “şod” düşdü yenə ortalığa köhnə kitab,
“Olacaq-olmayacaq” çox sürəməz məncə hesab,
Verəcəkdir Rza xan kəndisi tarixə cavab.
Olacaq-olmayacaq?
İrzaxan, anlat, sükutundan nədir son məqsədin?
Aç nəhayət kartını, göstər bizə “nəqş”in, “bəd”in.
Dörd yanında söylə bir Iranda “ali həzrətin”
“Xəlvəti min tor qurulmaqdan” görüm məqsəd nədir?
Biz yorulduq söyləməkdən, sən “sükut”dan doymadın.
“Saxladın quyruqda” “gön qaldı”, dayandın, “soymadın”.
Gər özün “zahir” özünçün “şah” deyə ad qoymadın,
Gizli bu “vişlər burulmaqdan” görüm məqsəd nədir?
“Şah” deyə dünyalara car çəkdi “dostun” Avropa.
Səs salıb Iranda da min mürtəce ağbaş supa.
Sən əgər razı deyilsən “toy” ola, həşrin qopa,
Bəs bu “dəf-dunbul” vurulmaqdan görüm məqsəd nədir?
“Yaxşılıq” umduq, “yamanlıq” səndən etdik iddia,
Fal dedin, açdıq, noxud saydıq, nə istərsən daha?
Hər şeyin var bundamı hər işdə var bir intiha;
Istəyirsən söyləyək “mocib sükutəş bər rza”,
Yoxsa bu “dinməz” durulmaqdan görüm məqsəd nədir?
Zurna var, dunbul desən var, yoxdur ancaq bir “dəm”in,
Məqsədin şahlıqsa, qıncınma, nə lazım “çəm-xəm”in.
Hər tərəfdə bir “açar” beynində bir çox “sərsəm”in
Ğırmağunvari “qorulmaqdan” görüm məqsəd nədir?
Millətə elani-hərb etməkmi fikrin ya deyil?
Söylə! “Millət! Iş budur istərsən ağla ya da gül!
Bir görək manqalda bir “şey” vardır; oddur, ya da kül,
Gah kül olmaq, gah qor olmaqdan görüm məqsəd nədir?
Yoxsa fikrindir götürmək “oğru Nadir”dən hesab?
Gün keçib, dövran dəyişmiş, yaxşı bax, alicənab!
Görməyirsən partlayır hər ölkədə bir inqilab?
Ya həqiqətçin kor olmaqdan görüm məqsəd nədir?
Nabələd zad da deyilsən, şükrilillah “ali”sən,
Türkiyə, Çin, Şam, Mərakeş, hər xəbərdən halisən.
Hər “nə” olsan ol, “minəmməzsən” daha hammalı sən,
Boş çalışmaqdan, yorulmaqdan görüm məqsəd nədir?
“Irzaxan”, sən məşədi, mən hacıyam,
Sən elin qəmçisi, mən qırmacıyam.
Sən bir az “çəp” yürüyən,
Mən də bir az qıyqacıyam.
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Gəl bir az əyri otur, düz danışaq:
Şah sən ol ya “mən” olum varmı maraq?
Söz gedir təxt ilə tac üstə, qoçaq.
Sən bu təxtin susuzu, mən acıyam.
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Millətin tovladı şeytan başını,
Şahlığın atdı dibindən daşını;
Sən qurursan yenidən bu “maşını”.
Təxt üçün sən anasan, mən bacıyam,
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Deməli, xalq əməyi getdi hədər;
Yenə də köhnə “karet”, əski yəhər;
Yenə də şəşəələr, dəbdəbələr.
Şahlığın sən qazanı, mən sacıyam,
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Yenə də əski “saray” əskicə “dam”.
Yenə bir şəxsə baxar məclisi-am.
Yenə də əskicə tas, əski hamam.
Yenə bəs mən “qalısan”, mən “qaçıyam”,
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Mən yenə getmiş idim eldən uzaqdı səbətim,
El yenə dərdyarı görməzdi uzaqdan sifətim,
Sən durubsan başıüstə göz “açammaz ki yetim”.
Sən görüm yaxşı müsəlman tacı, mən Rum tacıyam;
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Burda var bir neçə sultan edəcək təbirim,
Çox ucuz düşməyəcəkdir sənə bu təhqirim,
Bu da işdir! “Sən açıl, mən vururam zəncirimi?”
“Yaxşı”dır şahlıq əgər, bəs nə imiş təqsirim?
Sən saray sahibi, mən bir quruşun möhtacıyam.
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Yığışıbdır buraya bir neçə nimdaşt sultan,
Yox bu millətdə vəfa, sən də olarsan peşman.
Mən “avansom” burada sazlamışam bir qəlyan,
Gələcəksən bilirəm sən də bu dönməz yoldan.
Para göndər, sənə də burda “bi dükkan açıyam”.
Ikimiz bir ağacın meyvəsiyik,
Nədəndir sən şirinsən, mən acıyam?
Kaç yil oldu, mən sənin babində növbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Xələti şahiyi izzü iftixarimlə geyib,
Təxtini aldım əlindən şahi-Iranım deyib.
Sanma zülm etdim sənə, mən tacini qəsb eyləyib
Bunca bil səndən, a zalım, mən məhəbbət bəklədim,
Sən inayət qılmadın, bihudə şərbət bəklədim.
Heç maraq etmə, acıqlanma, bu dünyadır behi;
Qalmaz əlbəttə mənə Tehran və Təbriz, Rəşt və Rey.
Görmə çox başımda dursa zibü zinətlə bu şey.
Mən sənin Irani-viranində türbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
Bir kəsə verməz aman, eyvah, bu çərxi-bivəfa,
Hurilərlə sarmaşıb sən bəxtiyar ol daima.
Mən də Iran içrə geysəm çoxmu bir süslü əba
Çünki tacü təxt üçün çox oldu qürbət bəklədim,
Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
“Mus-Mus!” deyə, axır Rza xan Mustafalaşdı,
Gizlin bəzənib çıxdı üzə, maskasın açdı;
“Hürriyyət”i-Iran deyərək, tacə yanaşdı,
El: “şahlığı yıx”, – söylədi; amma ki, o çaşdı,
Dırmaşdı sənin təxtinə, Iran, gözü aydın!
Toplandı nümayəndələrin məclisi-amə,
Sən başladığın işləri çatdırdı təmamə,
Möhtacmış Iran on üçüncü bir imamə,
Qoydu yenə də köhnə tası köhnə hamamə,
Fırlandı yenə köhnə dəyirman, gözün aydın!
Əvvəldə dedim mən sizə bunlar bir oyundur,
Işlər düzəlib getdi, çal, iranlı, toyundur.
Məclis dedi: el bir sürü sağmalca qoyundur,
Qalmış, deyəsən, bir neçə şalvar, di soyundur.
Lazım deyil iranlıya yorğan, gözün aydın!
Ded-ded-de-demokrat de dedik, çıxdı şaşa şah,
Əsrin dili gəlməz buna, yıxsın evin Allah!
Əhsən Rza xan, “mersi” təşəkkür, bərəkallah!
Dünya gülüyor sən də gül, iranlı, de hah-hah.
Boş qalmadı axır qoca Tehran, gözün aydın!
Keçmiş Rza “xan”, layla çal iranlıya, de “yat”
Iranda demişdim sənə oynanmada şahmat;
Var səndə piyadə düzülüb qarşıya top, at.
Sən “şah” dedin Iranda, saqın söyləməsin “mat”,
Olmazsan əgər sonda peşiman, gözün aydın!
Hər il deyəsən Avropaya borcludur Iran,
Bir köhnə Iran şahı və bir nargilə qəlyan.
Borc verməyə tapdın, qoca Iran, yenə imkan.
Bir xan yetişib dadə, yazıq, tutdu qolundan,
Etdi sənə hər müşkülü asan, gözün aydın!
Toplandı nümayəndələrin məclisə doldu,
Tapdı sənə insafilə dərman, gözün aydın!
Boş qalmadı təxtin bir igid çıxdı bu yandan,
Dırmaşdı sənin təxtinə Iran, gözün aydın!
Səndən xəbər alım haq bilən aşiq,
O nədir ki, sözü vardır, özü yox?
Cavab qaytar istəyinə müvafiq,
O nədir ki, özü vardır, sözü yox?
O nədir ki, bizləməsən, çalışmaz?
O nədir ki, dindirsən də danışmaz?
O nədir ki, xeyrə-şərə qarışmaz?
O nədir ki, haqq görməyə gözü yox?
O nədir ki, vaxtı keçmiş ölməyir?
O nədir ki, çox ağlayır gülməyir?
O nədir ki, yaxşı-yaman bilməyir?
O nədir ki, özün görər, bizi yox?
O nədir ki, Allahına pul deyir?
O nədir ki, ağasına qul deyir?
O nədir ki, olmaz şeyə ol deyir?
O nədir ki, əyrisi var, düzü yox?
O nədir ki, mümkün ikən tapılmaz?
O nədir ki, iynə satar, sap olmaz?
O nədir ki, istədiyin tapılmaz?
O nədir ki, arşını var, bezi yox!
O nədir ki, ayda qırx gün bağlanır
O nədir ki, bir həftədə bağlanır?
O nədir ki, qapısında ağlanır?
O nədir ki, “yox”dan başqa sözü yox?
O nədir ki, gün uzunu işləyir?
O nədir ki, işləmədən dişləyir?
O nədir ki, gündə birin boşlayır?
O nədir ki, oğlan sevər, qızı yox?
O nədir ki, bir həsirdir, dörd divar?
O nədir ki, bir qapıdır, bir açar?
O nədir ki, gördüyünə göz yumar?
O nədir ki, içində bir mizi yox?
O nədir ki, dəftəri çox, işi az?
O nədir ki, “sabah gəl”i qurtarmaz?
O nədir ki, qulaq verməz yüz min yaz?
O nədir ki, qışda getsən buzu yox?
Qoy törənsin min cürə yersiz rəzalət səhnədə,
Eylərik zira bununla biz ticarət səhnədə.
Istirahət sevmərik, meyl etmərik camə, meyə,
Canfədayıq hər zamanda incə sənətlər deyə.
Səhnə gər bazara dönsə, həm pyes həlmaşiyə
Qəm deyil, artar yenə elmi-məharət səhnədə.
Eylərik zira bununla biz ticarət səhnədə.
Vermişik xalturaya dil aşiqi-şeyda kibi,
Olmasa xaltura gər bir kimsənin dolmaz cibi.
Şükr kim, hər kəs bilir, xalturanın yoxdur dibi.
Bir bizə məxsusdur böylə məharət səhnədə,
Eylərik zira bununla biz ticarət səhnədə.
Incəsənət yurdunun hər yerdə ağsaqqalıyıq,
Hər bir işdə qadirik, biz səhnənin baqqalıyıq,
Hər cürə təğyir və təbdil eylərik, əl malıyıq.
Hazırıq göstərməyə bir yox şücaət səhnədə,
Eylərik zira bununla biz ticarət səhnədə.
*
“Həlim aşına” sözünün təhrif olunmuş şəkli
Quzğunun sahilində pək qocaman
Bir yapı, əski sirlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitanə Qız qalası.
Bu yaxın keçmişin gözəl gəlini,
Baxıyor, sanki qəm büküb belini,
Qocalar tək həyatdan doymuş,
Baxıyor dövrəyə yarımuyumuş.
Hər yan altın bəzəkli şən yapılar,
Dirilik dörd yanında qaynamada.
Arxada bir gurultu, bir yenilik.
Öndə çapqın vaporlar oynamada.
Qara, yüksək, şubay buruqlardan
Neft atılqanları nöyüt sərpər.
Həp yarım milyon işçinin çəkici
Öylə çarpar ki, yer əsib titrər.
Gecə sahil boyunda seyr edəsən,
Gəzişirlər yığın-yığın qızlar;
Günəşin istiqanlı yavruları
Hərə bir canlı gül seçib izlər;
Oxşayıb güldürər, gülər, dinlər,
Söyləyər, yalvarar, deyər, inlər.
Hər tərəf başqa dürlü bir yenilik;
Hər tərəf sevgi, hər tərəf şənlik;
Dirilik tam gurultusilə özün
Göstərir sahilində bir dənizin.
O, fəqət bunlara qoyurmu məhəl?
Yox, yox, o iştirakə pək tənbəl.
Görkəmindən düşündüyün sonsuz
Andırar sanki dərdli bir öksüz.
Unudulmuşmudur, ona darılar?
Əski elxanlılar çağınmı anar?
Kim bilir, söyləməz, qonuşmaz ki,
Qaynayan dirliyə uyuşmaz ki.
Dalmış o pək dərin xəyalə, durur,
Nələr, Allah, bu əski ev düşünür?!
Burası örtülü bütün eldən…
Pək dərin keçmişin, fəqət dildən –
Dilə vardırdığı dumanlı xəbər
Xalq içində maraqla söylənilər
Ki, bizim paytaxtımız xanının
Qızını Abşeron xanı görmüş,
Oğluna almaq istəyib sormuş.
Xan da bu batqın ölkə xalqından
Qorxaraq, indiki bu dik qalayı
Xəzərin göy suyunda tikdirərək,
Qızını, bir də bir qoruq alayı
Abşeron çapqınından aldırmış,
Göylərə, bu binayə qaldırmış.
Söylənir bu… fəqət mənə bir gün,
Qoca, düşkün qiyafəli bir pir
Pək gözəl, şairanə sözlərlə,
Etdi bir qəmli macəra təsvir.
Altı yüz il qədər əvvəllərdə,
Bu binaya yaxın duran yerdə
Bakının sahilüstü bir küçəsi,
Can sevən bir gözəl mayis gecəsi…
Tam göyün ortasından ay durmuş,
Dörd yanın dövrə bir işıq bürümüş.
Altı-yeddi sarımtıraq ulduz
Pək uzaqlarda titrəşir fərsiz;
Sakitanə dəniz durub parlar,
Sıçraşıb xırda damcılar oynar;
Uyuyur qumlar üstə ilbizlər;
Orda gizlənqaç oynayır qızlar.
Mey vurunca hava xəfifanə,
Inlədikcə dəniz xəfifanə,
Yerə aydan işıq saçıldıqca.
Görünüşdən ürək açıldıqca,
O mələk gözlərində bir sevda,
Baxıyor, sanki seyr edir röya.
Ruhu onsuz da oxşayan bu gecə,
Dayanıb bağda bir yaşıl ağaca,
Saçların dağınıq arxaya tökərək,
Gözlərin ta uzaqlara dikərək,
Baxıyor bir xəyalə dalmış qız,
Baxıyor kainata qırpımsız.
Göydən ay öz şəfəqlərin səpiyor,
O qızın ağ gümüş döşün öpüyor.
Bir xəyalı kaman tək inləyərək,
Şəvə tək saçların öpər yellər.
Oxşadıqca ilıq hava bədənin,
Qucuyor boynunu uzun tellər.
O fəqət… dinləməz bu aləmi bir,
Baxıyor düz, düşüncəli, dilgir;
Sanki bir başqa kainat arayır.
Arabir diksinib için çəkiyor,
Ağaca doğru başcığın əkiyor,
Yenə dinməz, baxır fəzaya qəmin,1
Yenə tutqun, haman yenə dalğın,
Qara gözlər haman yenə süzülür,
Al dodaqlar ara-sıra büzülür,
Gülüyor, ağlıyor, deyil, bəlli,
Inliyor, dinliyor çətin həlli!
Iri, süzgün, qara kömür gözlər
Bu üfüqlərdə, ax, nələr gözlər?!
Keçmişin bu işıqlı ulduzunun,
Allah, Allah, bu gündoğuş qızının
Nələr etmiş xəyalını məğşuş,
O ayıqdırmı, yoxsa bir bihuş?!
Bu gözəllik, bu incəliklə məgər
Görən olsa, ona deyərmi bəşər?
Yox, satqın, heç bu od ona gəlməz,
Onu kim görsə, canlı zənn edəməz;
Deyəcəkdir, yəqin ona röya,
Pək dərin, şairanə bir xülya.
Göydə bir parça ağ bulud yürüdü,
Pərdəvarı ayın üzün bürüdü.
Bir dəqiqə hava qaraldı bütün,
Yenə durmuş bu qızcığaz məhzun.
Yenə əvvəlki tək deməz, dinməz
Yenə əvvəlki tək susar, gülməz
Bulud ötdü, yenə açıldı hava;
Yenə dalğın bu müztərib sima.
Demək olmaz ki, mütləqa qəmli,
Demək olmaz sevinməsin də vəli.
Doğrudan qayğımı çəkir bu mələk?
Yoxsa sevdalıdır bu qönçə çiçək?
Bağlıdırmı bir odlu eşqə bu qız?
Kimə aşiq bu parlayan ulduz?
Kimdir o taleyi bu cür gülüyor
Ki, onunçun bu al çiçək soluyor?
Onu yoxsa sevirmi bir sevici,
Gülüyor qız, bu eşqə pünhanı?
Yoxsa mümkünmü saymayır, eşqin?
O da bu sevginin pərişanı.
Böylə orta, bilinməyən bir hal.
Kəsdirib, bilmək həp bu halı mahal.
Ağ buludcuq ayın yanında gəzir,
Bir qayıq ta uzaq dənizdə üzür.
Yel ipək kömləyin qızın oxşar,
Saçların telbətel öpər, oynar.
Gecə ölgün sükut ilə yürüyor,
Qız da əvvəlki hal ilə duruyor.
Iki yandan sümükləri çıxmış,
Qırışıq sərt üzündə bir iffət;
Boz qalın qaşlarilə örtülmüş
Xırda dik gözlərində bir şəfqət.
Gülüyor, hər addımda bir duraraq,
Gəliyor, çiyninə başın buraraq,
Gəliyor, san, nə isə dinləyərək,
Gəliyor hər addımda inləyərək,
Gəliyor o Qantemir pərişan hal.
Gəliyor xəstələr kimi bihal,
Gəliyor söyləsin öz eşqini ta,
Seviyor öz qızın zavallı ata…
Seviyor, həm deyil ki, bu ata tək,
Onu etmiş əsir o canlı çiçək,
Seviyor həm nasıl ki, gənc gənci;
Seviyor həm nasıl ki, bir sevici.
Yürüyor ixtiyarsız, ölgün;
Yürüyor kəndi-kəndinə küskün.
Qorxuyor o, zəhərli dillərdən,
Sanacaq xalq onu rəzillərdən;
Adına nəslinin ləkə sürüyor,
Ox, nə müdhiş bu.
Bir qədər duruyor,
Qorxuyor tutduğu şəriətdən,
Qorxuyor tanrıdan, qiyamətdən;
Ad, san, el, tanrıdan olur məhrum.
Görüyor qarşısında bir uçurum.
Ölüyor, partlıyor, yenə seviyor.
Yürüyor, inliyor, yenə yürüyor.
Istəyir getməsin, ürək sürüyor;
Istəyir sevməsin, könül seviyor!
Doğru bir sevginin hüdudumu var?
Yox, yox, ancaq sevən bunu anlar!
Sevgi bir şey ki, çəkdirir zillət,
Həp əzabından aldırır ləzzət.
Sevgi bir od ki, yandırır ürəyi;
Sevgi bir göz ki, yox onun bəbəyi.
Kim ki sevdi, kim olduğun sormaz.
Sevdiyindən o, başqa şey görməz,
Eyləyir sevgi əqli tez fani,
Veriyor bir həyati ruhani.
Onu dünya yığılsa qandırmaz,
Ya mələklər gələ ovundurmaz.
Ona bir fərqi yox düyün, matəm,
Sevəcəkdir dağılsa da aləm.
Qorxmaz o, tanrıdan, şəriətdən,
Alır onsuz da zövq zillətdən.
Onda yox artıq hissi-heyvani,
Arar ancaq ki, zövqi ruhani.
Yürüyor Qantemir yenə irəli,
Qorxduğu şeylərin yox heç əsəri;
Yürüyor sevgi, başqa təkcə məal…
Duruyor qız önündə sanki xəyal.
Indi ay ağ buludcuğu devirib,
Işığın sanki büsbütün çevirib,
Töküyor sahilə gülümsəyərək,
Sanki cənnət yaratmaq istəyərək,
Qızı guya mələkliyə sınayır.
Şəfəqilə qızıl saçın yıqayır.
Mən əminəm ki, göydən ensə mələk,
Yenə üstün gələr bu nazlı çiçək.
Bu gecə etiraf olunsun, əvət,
Tanrıya bir rəqib olub xilqət.
Artırınca gözəlliyin yaranış,
Alıyor qız ilahi bir görünüş.
Baxıyor Qantemir, həzin baxıyor;
Yaş gözündən dayanmadan axıyor.
Baxıyor Qantemir qəmin, məhzun.
Çıldırır, bax, deyilmi bir məcnun?
Baxıyor, bir zavallı tək baxıyor,
Bu gözəllik sinirlərin yaxıyor.
Gülüyor hər tərəf: dəniz, su, hava,
Bircə tutqun bu qızcığaz, bu ata.
Yarpaqaltı işıqlar oynaşıyor;
Qıza Məcnun ata yaxınlaşıyor,
Gözlərində alovlu bir sevda;
Sərt, fəqət pək boğuq səsiylə ona:
-Durna! – Qız diksinib, həzin, süzgün
Baxıyor, qarşısında san düşkün,
Pək və şaşqın, yazıq ata, duruyor.
-Yenə gəldinmi? – Of, – deyib soruyor.
-Bu qədər qayğı, bunca işgəncə
Sanıyorsan ki, azmı bir gəncə?
Məni, onsuz düşüncələr bürümüş;
Fikrimi onsuz da qayğılar yormuş.
Mənə onsuz bu eşq tüğyani
Veriyor bir əzabi-ruhani.
Yaxıyor qəlbimi bu eşqin ya,
Ox, zavallı, aman, zavallı ata!
-Durna! Sus! Sus! Nədən bu danladığın?
Bilirəm, yox ki, eşqi anladığın,
Bilirəm sən nədən bu cür dalğın,
Bilirəm, ax, bu sevgi pək şaşqın.
Haqlısan sözlərində, pək haqlı,
Duyğum üstün ki, susdurub ağlı.
Durna! Duyğum Xəzər kimi daşqın;
Nə edim? Əmr edir bu cür şaşqın.
Yox, bu şaşqın deyil, deyil, əsla!
Məndə bu sevgi doğru bir sevda.
Kim olursan sən, ol da, yox xəbərim,
Mən fəqət bu gözəlliyi sevərim.
Bu gözəllik, bu incəlik, bu, əvət,
Aldığın bu ilahi vəziyyət,
Mən deyil, hər kəs olsa bənd eləyər,
Atan hərgah peyğəmbər olsa, sevər.
Baxıyor qızcığaz inildəyərək,
Ata həm ağlayır sözün deyərək:
-Sən nəsən? Çünki bir sevilməli gül.
Ağlayırsanmı? Durna, sus! Gül, gül!
Ağlamaqdansa, al məni öldür.
Gül, bu məcnun ürəyimi güldür!
Səni ağlar görəndə handa mənim!
Çatlayır, partlayır bütün bədənim.
Durna! Səndən çocuq kimi dilərəm:
Ağlama, yoxsa indicə ölərəm.
Gülüyor qızcığaz heç istəmədən:
-Ata, ah, söylə, söylə, nədən
Böylə şaşqın bir eşqə verdin dil,
Nə deyər tanrı, ya nə söylər el?
Vurdu meh, keçdi bir ilıq ruzgar,
Güldü san incə bir gülüşlə bahar.
Gəldi bir an tərənnümə güllər,
Yenə susdu əvvəlki tək yellər.
Yenə ölgün sükuta batdı açun,
Qantemir indi büsbütün məcnun.
Çal bığlarla örtülən ağzı
Hər sözündən sonra köpüklənərək,
San ürəkdən tutub çəkir sözünü.
Sözü gah yüksəlib də, gah enərək,
Söyləyir: – Durna! Anlamam səni mən,
Bu qədər qorxu, ya sıxıntı nədən?
Mən özüm indi kimsəni tanımam,
Kim nə istər desin, mən aldanmam.
Mənə indi mələk və ya insan,
El, peyğəmbər, kitab, din, Quran,
Məmləkət, hökmdarlıq, xanlıq,
Qüssə, qayğı və ya firavanlıq,
Hamı bir heç, hamı mənə röya!
Bircə sən, sən, aman, aman, Durna.
O baxışlar ki, sevgi tək qəmgin,
O yanaqlar ki, gül kimi rəngin,
O dodaqlar ki, ağlayır gülərək,
Gülüyor sanki dərdimi bilərək,
Ax, o kirpik ki, indicə qurumuş,
O qızıl saç ki, boynunu bürümüş,
Ax, o gözlər ki, andırır xülya,
Çırpınır varlığında bir sevda,
Bu gözəllik, bu incəlik, bu gülüş,
Bu xəyali, ilahi bir görünüş Mən deyil,
Tanrıya vurar düzgü.
Bax, özün Durna, bax, aman, güzgü
Yox ki… yar qəlbimi var onda hamı.
Canlı bir Durna, yox ki, tək rəsmi.
Bu gözəllik ki, səndə var, Durna,
Tanrı, sevsəm, yəqin darılmaz ona.
Haqsızam sevməyə gözəlliyi mən?
Kəndisi Məryəmə vuruldu nədən?
Sevdi kəndi yaratdığın kəndi,
Mən sevərsəm, mənə nə der indi?!
Istəyirsə ki, sevməyim səni mən.
Səni böylə gözəl yaratdı nədən?
Qantemir məmləkətdə bir dahi,
Əski qalxan-qılıncın Allahı.
Qantemir qəhrəmanlar öldürmüş,
Diriliklər qılıncı soldurmuş,
Ona tabe alovlu bir ölkə,
Indi durmuş nasıl ki, bir kölgə;
Heç duyulmaz ki, işləyir nəfəsi;
Arabir inləyir qırıntı səsi:
-Durna! Yavrum, darılma, olma məlul.
Sevmə bir başqasın, aman, mənim ol!
Varlığın çeynər odlu bir qayğu,
Ata bəklər maraqla qaytarğu.
Indi sahildə səs-səmir əsla
Eşidilməz, açun yatıb guya,
Tərpənişsiz bütün hava durmuş,
Batqıya doğru bir az yürümüş.
Seçilir göydə güclə ulduzlar,
Uyumuş həp dəminki gənc qızlar
Dinməz öz boynunu əyib güllər,
Sanki bir şey maraqla pək dinlər.
Bu sükutu yarar fəqət arabir
Ilbiz oymaqları yaşıl təpələr;
Öndə parlaq sularda incə, xəfif
Bir şırıltıyla oynaşan ləpələr.
Baxıyor Durna, sanki bir heykəl,
Çeynəyir varlığın dəmir bir əl.
Baxıyor kainata hiddətlə,
Qocanı, həm kəmali-diqqətlə
Süzüyor, kəndi bilmədən səbəbin;
Yenə dalğın, haman yenə dalğın…
Qantemir indi canlı bir heycan,
Ildırım, od, alovlu bir vulkan.
Inləyir tapdağında guya yer,
Parlayır gözlərində şimşəklər.
Bu gözəllik sinirlərin yaxıyor;
Sanki ac qurd şikar üçün baxıyor.
Baxıyor Durnanın bu heyətinə,
Mütərəddid gözəl qiyafətinə,
Söyləyir: – Durna! Nazlı yavrum, bax,
Məni məhv etmə, bu sükuta burax!
Mən həyatımda dürlü gün gördüm,
Əymədim baş açunda bir nəfərə,
Bir nəfər yox, bütün bəni-bəşərə.
Oda girdim, ölümlə çarpışdım.
Içmədim su, həmişə qan içdim
Məni gördükdə handa bir əsgər,
Qəhrəmanlar, igid-igid ərlər
Titrəyirlərdi sanki bir yarpaq,
Oynaşım qan, dəmir, çəlik, mızraq.
Ixtiyarəm deyib də, aldanma.
Hələ pək güclüyəm, inan, Durna!
Mənə odlar, sular, biyabanlar,
Vəhşilər, arslanlar, insanlar –
Həpsi bir heç! Önümdə bir kölgə…
Bax özün, iştə odlu bir ölkə,
Bir böyük kütlənin həyatı bütün
Bir oyuncaq kimi əlimdə zəbun
Istəsəm, həpsini əzib, didərəm,
Tapdaram həp həyatı məhv edərəm.
Tikərəm bir hasar bu ləşlərdən,
Yaparam bir minarə başlardan.
Orda bir şən çiçəkli bağ salaram.
Həp bu qanlarla torpağın sularam.
Mənə dünyada qarşı qüvvət yox,
Istəyim verməyən şəriət yox.
“Istəyin yapma!” söyləyən bir din
Mənə lazım deyil də, məhv olsun…
Ulu tanrım, bu süngü, bu qalxan
Türk üçün həp budur böyük yaradan.
Çünki varkən əlimdə bu mizraq,
Nə dilərsəm, o mütləqa olacaq!
Nə ararsam əlimdədir, taparam,
Hökmranam, nə istəsəm yaparam!
Bircə sən… ox, zavallı yavrum, sən,
Sən böyüksən və güclüsən məndən!
Eşqi yıxmaq ki, qeyri-mümkündür,
O ki, hər hökmdarə üstündür.
Hər kim olsan da tapdaram, ayamam,
Bircə ancaq bu eşqi zorlayamam,
Çünki sənsən mənim də bir əməlim,
Dön, gözəl yavru, tanrım ol da mənim!
Diləyin varsa, söylə, rədd etməm,
Sənə qarşı, satqın, güc işlətməm
Al, ölümlər saçan bu mızraqlar,
Bu geniş anlı-şanlı torpaqlar,
Qüvvətim, dövlətim, yerim, yurdum,
Təxtü tacım, mənliyim, bu qəddim,
Sərt, bükülməz qolum önündə bükük;
Bax, bu mızraq, bu mən götür əz, tök!
Qüvvətim, varlığım, dəmirli əlim.
Iştə bir eşq ilahəsinə təslim.
Sən bu gün hökmdarsan, mən qul,
Durna… yavrum! Fəqət… aman… mənim ol!
Qantemir, Qantemir igid bir ər,
O ki, yıxmış böyük vilayətlər;
O ki, mehrabə, çox baş əyməzdi,
Pürvüqar alnı möhrə dəyməzdi;
Onu qorxutmayırdı atəşgah,
Onu tapdarmayırdı bir Allah;
O, əvət o, bax, iştə diz çökmüş,
Tanrı bulmuş da, həp boyun əymiş.
Əlli ildir bükülməyən dizlər
Bükülüb indi yaş çubuqlar tək.
Ağlamaq bilməyən bu sərt gözlər
Ağlayır, ağlayır çocuqlar tək!
Yenə ruhunda bir təkəbbür var,
Onda guya dəniz, sular, dağlar Söyləyir:
– Qantemir, utan, doğrul,
Sən ki, ərdin, tapınma, qalx da, ər ol!
Bu qədər yalvarış nədir bu qıza…
Baxıyor Durna bu kədərli üzə,
Çeynəyir ruhun odlu bir dəhşət,
Gülüyor heyətində bir əzəmət;
Inliyor gözlərində yorğunluq,
Qaplamış kainatı susqunluq.
Göydə ay ağ buluddan ayrıldı,
Qara varlıq ziyaya qərq oldu.
Göylərin boşluğunda pək müdhiş,
Sanki pək laübali bir sərxoş
Gəzərək kainatın hər yerini,
Sərpərək öz ziyalı tellərini.
Durnanın etdi üzcüyün tənvir.
Gəl də, şair, bacarsan, et təsvir!
Çalma, rəssam, fırçaya çəngə;
Giriyor, bax, nəfəsdə yüz rəngə.
Həp qızarmış bu gül yanaqlar, bax,
Al dodaq, sanki indi qan axacaq.
Qara qaşlar çatıldı quş qanadı,
Qara gözlərdə titrəyir sevgi;
Nəfəsin çəkdi bir tərəddüdlə,
Sanki vardır pək incə bir diləyi.
Istəyir söyləsin… yumruq ağzın
Pək zərif bir şaqaq tək açdı.
Dinməyir… ağlayır… tərəddüd edir.
Gül dodaqdan, bax, iştə qan açdı.
Susdu, guya ki, pək ağırdı sözü,
Rəngi qaçdı, saraldı bət-bənizi.
Istədi söyləsin, fəqət susdu.
Küsdü, bilməm nədənsə, pək küsdü.
Daldı bax, pək dərin xəyalə yenə,
Düşüyor, kəsdirir o bilməm nə?
Titrəyir, bax yenə qızardı üzü,
Istəyir söyləsin dəminki sözü.
Yenə susdu, baxışları süzülür,
Daldı, bilməm nədənsə pək üzülür.
Yenə küsdü, yaşardı həm də üzü,
Baxıyor, sanki seyr edir dənizi.
Nədir, Allah, bu yavruda bu məlal!
Bu tərəddüd, bu qəm, bu küskün hal!
Aman Allah, nədir onun diləyi?
Ilk baharın bu nazənin çiçəyi
Yenə susmuş neçin tərəddüd edir?
Kim bilir, o, həp nələr düşünür?
Atasın istəyirmi qandırsın?
Sevdiyinmi bir az yubandırsın?
Atasın “yox! ” deyib, yox etsinmi?
Demədən sevdiyilə getsinmi?
Yoxsa, atsın bütün, bütün eşqin,
Olaraq keçmişin pərişanı,
Sevsin ancaq yazıq qoca atasın,
Çəkərək bir əzabi-vicdani?
Keçmişin, sevdiyin, özün, ürəyin,
Gələcək günlərin, adın, diləyin.
Həpsin, həpsin atıb, onu tutsun?
Bilərək kəndisin fəda etsin,
Duyğunu, ağlı, hissi dondursun,
Bu yazıq aşiqin ovundursun.
Bu da pək güc, onun ümidləri bəs?
Boğulur, san, yazıq çəkincə nəfəs.
Hələ fikrində bir yığın heycan,
Hələ qəlbində odlu bir vulkan.
Hələ titrək dodaqlarında yaxar,
Dünkü bir öpkünün bu gün yeri var.
Həm də şahid bu ay, bu ulduzlar.
Allah, Allah! O verdiyi sözlər…
Bəs o? Bəs o? Onu unutdumu, dur,
Seviyor, ox nasıl onu unudur?
Səndə təsvirə güc bulunsaydı,
Çöhrəsindən görərdiniz indi
Ki, bütün bunları xatırlayaraq,
Keçirir bir rəsm kimi gözdən.
Yeri gəldikcə inləyir, saralır,
Bəllidir, həpsi, həpsi də üzdən;
Qızarır həp, yenə dönüb ağarır,
Hər nəfəs başqa bir qiyafət alır.
Göylərin boşluğunda ay qoşuyor,
Ağ buludlarla sanki oynaşıyor.
Ta uzaqlarda parlayan suları
Ufacıq bir qayıq yarıb üzüyor;
Qızcığaz həp əvvəlki tək dalğın,
Onu, guya, düşünmədən süzüyor.
Bax, çatıldı yenə hilal qaşlar,
Qəti bir halda gəldi, doğruldu,
Sanki bulmuş kimi o, istədiyin,
Sərt, çevik tərpənişlə döndü dedi:
-Ata, artıq mənim deyilsən atam,
Mən sənə, anladınmı, indi yadam.
Mən Xəzər sahilində bir durna,
Sən də bir ovçu kimi vuruldun ona.
Yetər artıq, üzülmə, ağlama, gül!
Al, sənin indi sevdiyin bir gül,
Çeynə, did, parçala, gəmir, məhv et!
Nə bilirsən də et, muradına yet!
Qoy eşitsin bütün cahan, bilsin!
Həpsi dildən-dilə deyib gülsün
Ki, rəzil bir ata, rəzil bir qız
Yaşayıb öldülər də ismətsiz.
-Durna! Yavrum, bu halətin dəhşət,
Haqsızam mən, fəqət düşün, əfv et!
-Keçmiş artıq, nə olsa, qoy olsun,
Sənə həp son məzarım eşq olsun!
Qoy desinlər, yalandır, aldanmam,
Dinlə, zövcüm, mənim dünənki atam!
Qoy desinlər: o bir rəzil qocadır;
Məncə eşqin sənin fəqət ucadır.
Sən özün heç, sözün də biməna,
Eşqin ancaq böyük, vuruldum ona…
Söyləyir Durna bilmədən özünü,
Söyləyir kəlmə-kəlmə hər sözünü…
Işlədikcə çapıq-çapıq nəfəsi,
Eşidildikcə incə, dadlı səsi,
Zənn edirsən ki, incə bir dilbər
Sararaq bir kəmanı əllərini,
Başdakı sevginin xəyalilə
Inlədir aşiqanə tellərini.
Söyləyir Durna – Qantemir, dinlə!
Yaşamaq istəyirmisən mənlə!
Seviyorsun yəqin ki, var xəbərim,
Verərəm söz ki, mən də həp sevərəm.
Sənin olsun ki, varlığım, ürəyim,
Var fəqət səndən incə bir diləyim:
Doğrudan sən məni sevirsənsə,
Yapacaqsan nə sevdiyin diləsə.
Görüyorsunuzmu, bax, bu ağ dənizi,
Şüşə tək parlayır nasıl da üzü,
Mənə təkdir bu göy sularda bir ev,
Qaldır əvvəl bu yüksəyə, sonra sev.
Istəyirsənmi boynunu qucayım,
Mənə imkan ver, ilk əvvəl uçayım,
Uçayım pək uzaq bu yerlərdən,
Uçayım pək uzaq bəşərlərdən…
Burda qalsam, mənim üzüm gülməz.
Məni bir kimsə anlamaz, bilməz;
Gələr hər kəs dilində yəzdani,
Anlamaz kimsə zövqi-ruhani.
Öylə olsun evim uca və böyük,
Övzülün Kaspi öpsün, üstün göy.
Bu bina sevgililərlə qoy dolsun,
Dörd yanım, həp mühitim eşq olsun;
Mənzilim olsun eşqlər yuvası,
Adı olsun sevimli Qız qalası.
Durma, get, haydı, çırpınır ürəyim;
Get, fəqət bulmalı yerin diləyim.
Ondan əvvəl mənə görünmə, saqın.
Qantemir açmadan dilin, dodağın.
Sanki gənc çağların bu gün yaşıyor,
Sərt addımlarla həp uzaqlaşıyor,
Yenə dik gözlərində bir şiddət,
Yenə fikrində bir yığın dəhşət.
Yel bir az da sərinləşib əsiyor,
Baxışı sərt işıqla Ay kəsiyor,
Mey vurunca xəfif-xəfif yellər,
Qız daha müztərib durur, inlər.
Sahilə bir ufaq qayıq yanaşır,
Süslü bir gənc onun içindən aşır.
Durnaya doğru durmadan qoşaraq,
Ona doğru haman yaxınlaşaraq,
Söyləyir: – Pək gecikmişəm, Durna!
Ağlayırsan, aman, darıldın ona!
Bilmədim, sevdiyim, bağışla məni…
Durnanın titrəyib bütün bədəni,
Baxıyor pək sürəkli, pək sakit:
-Son, bütün son, səfalı günlərə son!
Son, bütün keçmişə, keçənlərə son!
Məni bundan sonra düşünmə…
-Aman!
-Bilirəm pək bəlalıdır hicran,
Duyğusuz, uyğusuz yetim gecələr,
Süslü dünya cəhənnəm olsa əgər,
Yenə qarşımda başqa yox tədbir,
Iki yol var, fəqət, nəhayət bil,
Həp ölümdür, ölüm, ölümdür, ölüm!
Iştə, yavrum, bu son səfalı yolum…
Məni səndən ayırdı bir tufan,
Çarə yox, böylə istəmiş yaradan…
Durna bir gül ki, açmadan soldu;
O səninçin həmişəlik öldü.
Eşq üçün ayrılıq gözəl bir yol,
Get, gülüm, get, fəqət üzülmə, ər ol!
Baxaraq bir də son nəfəsdə ona,
Evə doğru uzaqlaşır Durna.
Yenə ağlar gözündə bir sevda,
Yenə dalğın üzündə bir xülya.
Ay dolanmış da, həftələr ötmüş,
Suda pək süslü bir bina bitmiş.
Qucuyor övzülün dəniz, quru yer,
Öpüyor yüksək almm göylər.
Üstü görsənməyir dumanlarda,
Sanki itmişdir asimanlarda;
Ilk gülən, son ölən şüası bütün
Həp onundur doğan, batan günəşin.
O gözəldir, o bir gəlin kimi şən,
Baxıyor bir vüqar ilə gendən.
Qarşıda daxmalar hörümlü, açıq,
Komalar həp qırıq, tökük, dağınıq;
Çevrəsində nə varsa, həp əski,
Bir rəqib axtarır da, bulmaz ki.
Suda öz kölgəsin görüncə gülər,
Öz şubay görkəmilə fəxr eylər.
Sanki bir güzgüdə boyun dümdüz
Görərək, çevrilir gülər bir qız.
Birləşib pək uzaq dənizlərlə,
Baxıyor sahilə gülümsəyərək,
Eşqə vurğun kədərli gözlərlə
Sanki öz saçlarilə fəxr edərək.
Iştə son zirvəsində göylərdə
Duruyor, pək uzaq bəşərlər ona;
Duruyor sanki bir sular pərisi,
Duruyor bir vüqar ilə Durna.
Baxıyor sanki bir mələk göydən,
Bir mələk görkəmində gerçəkdən.
Saçları arxaya səpinmiş açıq,
Baxıyor sanki fikri pək dağınıq.
Baxıyor, san, gözəllərin şahı,
Baxıyor, san, gözəllik Allahı.
Baxıyor sanki göydə bir ulduz,
Baxıyor bir xəyali dilbər qız…
Tac taxınmış çiçəkdən, otlardan,
Sanki doğmuş bu, ağ buludlardan.
Onu guya ki, bəsləmiş göylər,
Bir çiçəkdir, toxunsalar, tökülər.
Onu guya ki, şeirdən hörmüş
Bir çəmənzar içində bülbüllər.
Onu guya ki, nəğmədən toxumuş
Nazlı bir qız, ziyalı bir dilbər.
Onu guya ki, süsləmiş, bəzəmiş
Göylərin incə mənəviyyatı.
Onu guya ki, sevgidən yaradıb
Ilk baharın gülümsəyən səhəri.
Onu guya ki, bilmədən doğurub
Gülüşündən görünməyən Tanrı.
Yox, burax, tanrı-manrı bilməm mən
O, qadındır, gözəldir hər şeydən.
Sadə bir qız, sevimli bir dilbər;
Ona tapqın dəniz, hava, quru, yer.
Nədir əyləndirən həyatı, pəki?
Bir gözəllik deyilsə bilməm ki,
Həp yarınçın sürüklənirkən sən,
Umduğun şey nədir yarınlardan!
Gələcəkçin nədir bu qayğı, bu hal?
Həp gözəllik deyilmi bir ideal?
Iştə hər kəscə etiraf edilir
Ki, qadın canlı bir gözəllikdir.
Həp təbiət edir pərəstiş ona,
Hamısından gözəl, fəqət, Durna.
Həp çiçəklər onun gülüşləridir,
Həp çəmənlər onunla süslənilir,
Boş fəzalarda seyr edib uçuşan
Bu mələklər xəyalı, kölgəsidir.
Qəlblər, ruhlar, könüllər həp,
Eşqə təslim olan bir ölkəsidir.
Şairin, şerin həp ilahəsi o,
Şeirlər, nəğmələr onundur hamı.
Hər kəsin şərt-ilahi tapmasıdır.
Əsil Allah bu, o biri yapmasıdır.
Üzüyor Qantemir düşündüyü bu,
Inləyir sərt küləklərindən su.
Bir qayıqla yaxınlaşıb yapıya,
Bir buruq ip ilişdirib qapıya,
Dırmanıb Qantemir, girir içəri.
Dinmədən bircə-bircə pillələri
Çıxıyor çox çapıq nəfəs çəkərək,
Hər gördükdə bir azca əylənərək.
Bir baxış… sanki seyr edir suları
Yenə qalxır çapıq-çapıq yuxarı.
Çal bığlar, çəkincə iç titrər,
Enli alnından axmada tərlər.
Qarışıq çöhrədə sevinc parlar;
Parlayan gözlərində eşq oynar.
Əmrinə Durnanın boyun əyərək,
Qantemir büsbütün əməl etmiş.
Ikiillik əzabdan sonra
Su içində bu dik bina bitmiş;
Toplamış ölkəsində hər nə ki var
Bacarıqlı, dəyərli sənətkar.
Hamısından da çox çalışmış özü
Eşqə təslim üçün coşan dənizi.
Can çürütmüş, əzaba qatlanmış,
Hər daşın göy yaşıyla islatmış.
Iki il cansıxan uzun gecələr…
Bir cəhənnəm otaq, yataq, hər yer.
Iki il ayrılıqda çırpınaraq,
Bəkləmişdir bu son günü naçar.
Iştə son gün ki, bu bina bitmiş,
Yenə axşam mayis… sevimli bahar.
Əyərək Durna həp qəzayə boyun,
Gecələr, uyğusuz, gündüz tutqun,
Gözü ağlar nasıl ki, yazda bulud,
Bağçalar həp gözündə bir tabut;
Bir məzarlıq gözündə aləmlər,
Yaşamış adətən cəhənnəmlər.
Ikiillik əzabdan sonra
Əmrinin bitdiyin demişlər ona.
Büsbütün əski xatiratə uyuq.
Bu binaya bu gün çıxıb Durna,
Baxıyor bir maraq ilə göydən,
Baxıyor kainata yüksəkdən.
Görüyor bir yığın ufaq komalar,
Bəşərin ilk məzarı həp bunlar.
Zəmilər, bağçalar ki, böylə geniş,
Bir məzarlıq deyilsə, ya nə imiş?
Həp bu insan nədir, tifil hərbi?
Gəzişir bir yığın qarışqa kibi!
Bunun ondan nə fərqi var, tək bir,
Iki, ya dörd ayaqlığındamıdır?
Eşqlər, duyğular, düşüncə, bu qəm…
Nədir, Allah, bu çarpaşıq aləm?
Öylə açmış təsəvvüratı qanad,
Oynayır sanki bir yüyənsiz at.
Başqalaşmış gözündə həp dünya;
Son dönüşdür bu, seyr edir guya.
Görür insanların keçinməsini,
Günəşin son şüası sönməsini.
Hərəkətlər də sustlaşır artıq,
Bir sükutə batıb gedir aralıq,
Indi dammış sükunət hər yerdə,
Eniyor kainata bir pərdə.
Bir qaranlıq, ürək sıxan qaralıq,
Daldı həp birdən uyquya varlıq.
Yandı göylərdə göylərin çırağı,
Indi ay doğdu, sanki qan çanağı.
Durna artıq baxınmayır, dalmış.
Bəkləməkdən vücudu sustalmış.
Gözləyir göydə öz ərin – atasın,
Ruhu dalğın, vücudu həp dalğın.
Qapını Qantemir açıb girdi,
Durna diksindi, sıçrayıb durdu.
Iki ildir görüşməmişlərdi,
Hər baxış, san, bir incə xəncərdi…
Qara gözlər dikildi Qantemirə,
Sanki mızraq dayandı sərt dəmirə.
Ilk əvvəl endi bir sürəkli sükut:
Ata məhbut, qız da həp məhbut…
Qantemir sonra, uslu, çox qorxaq,
Cansıxan bir sükutə son qoyaraq:
-Durna! Yavrum! Neçin donub qaldın?
Pək üzüldün, neçinsə sustaldın!
Durna durmuş bir incə sərtliklə,
Dinməyir bir sükut içində hələ,
-Nə gözəl bir qiyafət almışsan!
Sən həqiqətdə pək gözəlmişsən!
Ox! Bu paltar, yanılmayırsam əgər…
-Anamındır, əvət, bu əlbəsələr;
Doğrudur, Qantemir, xatırladığın.
-Bu qiyafətlə kaş ki, bilsəydin,
Nə qədər bənzəyirsən öz anana!
-Bir zaman gənc ikən…
Vuruldum ona…
-Abşeron xanlığıyla çarpışdın…
Bir təsadüf ki, sən əsir düşdün.
-Demə, yavrum, yetər keçənlərdən…
-Səni onlar da asmaq istərkən,
Anam ancaq təsadüfən görmüş,
Gecə gəlmiş…
-Əvət, bəlalı bir iş
-Uyuyurkən yanında bir cəllad,
Səni dustaqdan eyləmiş azad.
Xan qızıykən əsirə bağlanmış.
Səni sevmiş, vəfalısan sanmış.
-Onu mən son məzarədək sevdim.
Onu hətta bu gün də… ah nə edim?
Onu dünyaya bu gün dəyişməzkən…
-Bircə sən, sən onun bərabərisən.
-Izləyirkən sizi qızın atası,
Söylə, batrıldı Abşeron adası…
Qantemir xatirat içində haman
Çeynəyir sanki varlığın qaplan.
-Durna! Yavrum! Burax, danışma daha!
-Üzülürsən, neçinsə, ha-ha-ha.
Bax, bu süslər, bu gördüyün paltar
Həp onundur, geyinmişəm nə ki, var.
Qucacaqsan bu yadigarı… utan,
Qantemir… iştə həpsi qandır, qan…
-.. artıq bu sözlərin yersiz.
Sən unutdunmu? Bağda verdin söz…
Mən də, eşqim də suçluyuq bəlkə,
-Andı qırmaq yaqışmayır türkə,
“Olacaqdır?” – dedim, dedin:
“Olacaq!” Mən bu dəryanı zorla susladaraq;
Vermişəm bu binaya varsa nəyim,
Hökmdarkən önündə indi nəyim?
Məni heç bir səbəb utandıramaz,
Eşqdən aşiqi usandıramaz.
Hər şeyin varsa bir nizamı bu gün,
Eşq üçün yox cahanda bir qanun.
Qoy dağılsın bu varlıq övzüldən,
Qalmasın bir iz ölkədən, eldən!
Qaplasın qoy cahanı bir matəm,
Göz yaşında boğulsun həp aləm!
Qoy cahan dövrü saxlanıb dönsün!
Yanmasın göydə bir ziya, sönsün!
Bitməsin bir göyərti bir yerdə,
Gülməsin bir çiçək çəmənlərdə!
Ildırımlar vurub da, od, yansın.
Yerə ensin nə varsa – ulduz, gün.
Yerə qiyamət kəsilsin istər yer!
Həp bu varlıq sükuta qoy dalsın,
Dirilik məhv olub da sarsılsın!
Qaplasın kainatı bir qaralıq,
Bir xəyal olsun iştə həp varlıq!
Ölüm açsın həyata qarşı yürüş,
Ulasın hər tərəfdə bir bayquş!
Qoy cahan bir məzara çevrilsin,
Bəşəriyyət həyatı son bulsun!
Yenə ruhum qımıldamaz əsla!
Yenə eşqimdə sabitəm, Durna.
Mən bu gün bir yabançı, sən bir qız,
Iştə son gün, xatırla, verdin söz.
Intixab et, önündə var iki yol:
Ya bu gün öl və ya ki, təslim ol!
-Andı qırmaq yaqışmayır türkə,
Kim bilir, mən alışqanam bəlkə.
Ona söz verdim öncə, son döndüm,
Eşqə yandım, sonunda həp söndüm.
Sənin eşqində bir zaman varkən,
İncə bir duyğu, incə bir məna.
Qantemir, indi sən nəsən, nəçisən?
Adi bir ər, qadınçı bir sima.
İkiillik öz iztirabımdan,
Anladım mən nədir dəyərli həyat.
Zövq alırkən bu göz yaşından mən,
Sən… nədir eşq, duymadın heyhat!
Boyun əymək bir ehtirasa fəqət,
Kiçikləşmək deyilmi, təsdiq et!
Bir zaman başqa bir ifadə ikən,
Indi, sən… bax, bu daş, bu torpaqsan.
Mən sənin eşqinin əsiriydim.
“Səni sevdim!” xatırla, mən demədim.
Doğru bir sevgi, bir gözəl sevda,
O, edilməz bir ehtirasa fəda.
Həp bu təhdid üçün səbəb nə imiş?
Eşqə qarşı ölüm böyükmü bir iş!
Mən sevirkən bir özgəsin gəldim,
Yeni bir eşqə bağlanıb, öldüm;
Mən yanıldımsa, fərq yox, hamı bir,
Sən yaratdın, yaşatdın, həp öldür.
İki şey səndə çırpınıb duruyor:
Biri eşqindir, o biri nəfsindir.
Ya tapın eşqə, yüksəlib mənim ol,
Mənsiz ol, ya da nəfsə təslim ol!
Məni əfsanələrlə doldurmaq,
Bir taqım boş xəyala uydurmaq
Bəlkə mümkün, fəqət nəhayətsiz
Dolaşıb, bir nəticə bəkləməmək
Heç də mümkün deyil; fəqət xoşdur
Hər əzabın soniylə əylənmək.
Ayrılıq, ağlamaq gözəldir, əvət,
Bir vüsalın ümidi olsa fəqət.
Həm də varlıq önümdə titrərkən.
Bu cəsarətlə çox keçinməzsən.
İki il bəklədim ki, son bir gün…
Həp bu gündür, əvət bu qanlı düyün.
-Qanlı, qansız əlimdəsən artıq;
Ya mənimsən, və ya ki, yoxsan, yox!
Qantemir gözlərində qan əsəri,
Yürümək istəyirdi həp iləri;
Durna ilk addımın onun görcək,
Baxdı bir kainata pək ürək,
Sanki bir quş gələn görüb qaçacaq,
Sanki bir durna indicə uçacaq.
Yapının son kənarına çıxdı,
Bir də həsrətlə aləmə baxdı.
Gördü əvvəl bulunduğu bağca,
Yenə bir can sevən işıqlı gecə.
Baxıyor Durna göy geyimli düzə,
Baxıyor ta uzaq-uzaq dənizə;
Düşüyor könlünə keçən işlər,
Ax, sevimli, səfalı keçmişlər…
Gecə, göy bağçalar, yaşıl bağlar,
Sevdiyin bəkləyib duran çağlar,
Xatırından keçir çocuqluğu həp,
Anası, keçmiş evləri, məktəb.
Gəliyor fikrinə haman o gecə,
Həp nasıl da dayandığı ağaca.
Atası, ah, haman gecə atası,
Yada düşdükcə çırpınır nəfəsi.
Iki il sonra sürdüyü dəmlər,
Qayğılar, duyğular, ağır qəmlər
Qarşısından birər keçir bunlar,
Gözü yox, ruhu büsbütün ağlar.
Düşünüb inadı həp bir sözlə,
Büsbütün məhv edib ata diləyin.
Xatırat, ox… Aman, aman, dəhşət!
Xatırat, ox… yaxıb tökür ürəyin.
Yenə ay göydə durmada sabit…
Yenə əvvəlki tək dəniz sakit.
Yenə də bir ufaq qayıq üzüyor,
Baxıyor, sanki son dönüş süzüyor,
Büsbütün, büsbütün unutmuş özün,
Baxıyor kainata pək dalğın.
Duraraq parlaq ayla üzbəüzə,
Baxıyor parlayan açıq dənizə.
Uyuyor, qarşısında bir uçurum,
Ah, bu parlaq suda nə dadlı ölüm!…
O zamandan ki, sevdiyin qovmuş,
O da kəndin bu Kaspidə boğmuş.
Neçin, Allah, neçin? Səbəb o… əvət!
Ah… nasıl qıydı da ona, dedi: “get!”
Neçin əhd etdi, bəs neçin qırdı,
Sevdiyin başqasıyçın öldürdü?
O, həyatın bir eşq üçün verdi;
O, igid, həm vəfalı bir ərdi.
Ondan ayrı dayanmayıb getdi;
Getdi, həp kainatı tərk etdi.
Qantemir atmaq istəyirdi qədəm,
Durna: – Ah, qorxma, sevdiyim, gəlirəm,
Eşq üçün ayrılıq, ölüm bir gün,
Məncə, ən dadlı bir xəyali düyün.
Bizə bir gün düyün yapar sonda
Ana Quzğun səfalı qoynunda.
Ah, uçun! Ah, əzablar yuvası…
Ah, bağışla, sevimli Qız qalası! –
Deyərək, saçla örtüyor üzünü,
Parlayan Kaspiyə atır özünü…
Geyimin oxşadıqca yel guya,
Axıyor göydə canlı bir xülya.
Uçuyor həp, nasıl da söyləməli,
Sanki bir şairin uçan əməli.
Axıyor sanki pənbə bir röya
Bir mələk, ya ki, caniı bir sevda
Axıyor sanki bir axan ulduz.
Bu uçan Durnadır, əvət, yalnız.
Sanki göydən yerə xəyal uçuyor,
Onu Quzğun dayanmadan qucuyor.
Yenə ay öz işıqların səpələr,
Yenə oynar dənizdə ağ ləpələr.
Yenə əvvəlki tək yerində qala;
Bircə kim yox! Aman, yazıq Durna!
Daim ondan sonra bu ev məhzun,
Indi ondan bu evciyəz küskün.
Dörd yanından onun sular qurumuş,
Yüksək evlər bütün onu bürümüş.
Dövrəsindən gurultular soyumaz,
O fəqət bunlara məhəl qoymaz.
Ta o çağdan o kəndi Durnacığın
Düşünüb durmada bu cür dalğın.
Ta o çağdan özün unutmuş o,
Başqalarçın çəkir fəqət qayğu.
Ta o çağdan o, bir peyğəmbərtək
Bəşərin halına yanıb acıyor.
Zirvəsində fənər, uçanlar üçün
Odlu bir ölkənin yolun açıyor.
Böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində olan kiçik, birmərtəbəli evdə iki qardaş, bir bacı yaşayırdı. Qardaşlardan biri on altı yaşında Fərhad, o birisi iyirmi altı yaşında Aslan idi. Bacıları isə on beş yaşında Züleyxa adında bir qız idi. Bu kiçik ailədə baş verən və vaxtilə mənə söylənilən olduqca mütəəssir bir hadisə mənim qəlbimi sıxdığı üçün bu hadisəni möhtərəm oxuculara söyləməklə onları da öz dərdimə şərik etmək fikrindəyəm.
Zənnimcə, xilqətdən daha əvvəl ədalətsizlik və vicdansızlıq yaranmışdır. Zira, istər tarixə, istər indiki həyata baxılarsa, çox az insan tapılar ki, ədalətsizlikdən uzaq olsun. Az adam tapılar ki, bir pis iş etdikdə onu vicdan ilə müqayisə etsin, yaxud fikir eləsin ki, əcəba, bu əmrə ki, mən iqdam edirəm, bu rəvamıdır. Nəinki insanlar arasında, hətta xilqət və təbiətdə daha böyük qanunsuzluq müşahidə olunur. Görürsən, bir nəfər nifrətə şayan olan zalımı ucaldıb bütün arzuların fövqünə yetirdi, amma digər əhli vicdan, pak və müqəddəs bir şəxsi xar edib ayaqlar altına saldı, hər tərəfdən onu fəlakət buludları çuğladı, o qədər o biçarəni əzdi ki, axırda onu ya intihara, ya qeyri bir tövrlə canını həyatın əzablarından qurtarıb qara torpaq altına girməyə məcbur etdi.
Ola bilsin ki, siz buna etiraz edəsiniz, möhtərəm oxucularım! Amma səhv edirsiniz. Hər addımda milyonlarla buna sübut tapılar. Onlardan biri də yuxarıda söylənilən ailədə baş verən hadisə ola bilər.
Fərhad Aslan və Züleyxanın ata-anası kiçik bir kənddən olub, güzəranın ağırlığından köçüb şəhərə gəlmişdilər. Bunlar da hər üçü şəhərdə doğulmuşdur. Illərlə qürbət vilayətdə zəhmət və məşəqqətlə ailəsini dolandıran Aslanın atası, Aslan on altı yaşına yetdikdə vəfat etdi. Bir yandan Aslan nökər durub, o biri tərəfdən də anası qulluqçuluq edib, altı yaşında olan Fərhadı və beş yaşında olan Züleyxanı saxlayırdılar. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik balalarına həmişəlik əlvida etməyə məcbur oldu. Biçarə ana ölümünə deyil, əziz və hənuz səbavət badəsi ilə bihuş olan balalarının taleyinin necə olacağını fikir edib ağlayırdı. Amma əcəl heç bir məzluma rəhm eləyib aman verməz, bərəks, hamısını dünyadan intizar köçürməyə səy edir.
Qışın soyuq, məşəqqətli bir gecəsi idi. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi. Ancaq Aslangilin evindən zəif bir işıq gəlirdi.
Balaca daxmacığın küncündə biçarə ana uzanıb, axırıncı dəfə olaraq, dövrəsinə yığılan əziz balalarının rəngi solmuş sifətlərinə baxırdı. Onlar isə analarının halını görüb: “Anacan, bəs biz?” – deyib səs-səsə verib ağlayırdılar. Külək vəhşi və qorxunc vıyıltılarla qapıları tərpədirdi. Şaxta evə girib xırda uşaqları payız yarpağı kimi titrədirdi. Fərhad və Züleyxa özlərini analarının üstünə yıxıb ağlayırdılar. Aslan bir qədər böyük olduğu üçün onları ovundurmağa çalışır, gah da ürəyi davam etməyib zar-zar ağlayırdı. Bu şəhərdə bir nəfər əqrəbaları yox idi ki, bu fəlakətzadələrə təsəlli verəydi, onları sakit edəydi. Hava daha da sərtləşir, külək daha da gücləşirdi, onsuz da sınıq olan qapını tamamilə sındırmağa səy edir kimi çırpınırdı. Lampanın ziyası yavaşyavaş sarımtıl bir rəng alırdı. Bu işıq uşaqların solğun üzünü daha da qəmginləşdirirdi. Uşaqlar ürəkyandırıcı bir səslə ağlayır. “Anacan, ölmə!” – deyib çığırırdılar. Ana biixtiyar balalarının üzünə baxıb ağlamaq istəyirdisə də, taqəti yetmirdi. Yavaş-yavaş gücdən düşürdü. Axır nəfəsdə biçarə ana tamam gücünü yığıb, qollarını açdı, balalarını qucaqlayıb öpdü və zəif bir səslə dedi: “Balalarım mən ölürəm. Birbirinizdən muğayat olun. Bir elə adam yoxdur ki, sizi ona tapşırım. Aslan, sən onlardan yenə bir az böyüksən, bir ümidim sənə gəlir. Aslan, oğlum, barı sən balalarıma kiçik pasiban ol. Ilahi, üç nəfər yetim balamı sənə tapşırıb gedirəm… Can balalarım!”.
Ana gəlinlikdən bir örpək saxlayırdı. Aslana tapşırdı ki, onu Züleyxaya versin. Ondan başqa heç bir şeyə gümanı gəlmirdi. Ana bir də balalarını öpüb, yaşla dolu gözlərini yumdu…
Üç nəfər fəlakətzədə, pasibansız dünya üzündə qaldı. Soyuq qış günləri… dolanacaq yox… tanış yox… bəs bunların halına kim yanacaq? Yenə biçarə Aslan… Axırıncı ümid o idi. Hərçənd o da uşaq idi, ancaq o birilərdən böyük olduğu üçün hər zəhmətə o qatlaşmalı idi.
Doğrudan da Aslan qayət-qəyur, çalışqan bir uşaq idi. Bütün günü küçələri gəzdi ki, özünə bir iş tapsın, mümkün olmadı. Son qəpiklərinidə xərcləyib qurtardı. Nökər durmaq istədi, uşaq olduğu üçün heç kəs ona beş manatdan artıq vermədi. Utandığından da heç kəsə dərdini açıb deyə bilmirdi. Yenə axşam oldu. Evə qayıtdı. Pul yox… çörək yox… Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. Aslan onların üzünə baxmağa utanırdı. Hərdən qaşını qaldırıb nəzəri uşaqların solğun üzünə düşəndə bütün əzası inildəyirdi; nəhayət, o tab gətirməyib gizli-gizli ağlamağa başladı. Bu yaşda bir uşağın üstünə bu qədər əzab düşəndə, əlbət ki, özünü itirər. Uşaqlar: “mən acmışam”, – deyə zırıldayırdı. Uşağa hər möhnət üz versə, anasına gümanı gələr; onlar da “ana” deyib ağlayırdılar. Aslan uşaqların başını dizi üstündə qoyub ovundurmağa çalışırdı; “Ağlamayın, Fərhad, Züleyxa… Sabah sizin üçün çoxlu-çoxlu şey alacağam”. Uşaqlar bir-iki saniyə sakit olur, sonra yenə ağlayırdılar.
Ayazlı qış gecəsi idi. Daxmada çıraq yanmırdı. Ayın solğun işığı pəncərədən uşaqların tutqun üzünü daha da kədərləndirirdi. Uşaqlar, ağlamaqdan yorulmuş kimi, başlarını Aslanın dizi üstə qoyub uzandılar. Ayın solğun işığı hərdən buludla pərdələnib uşaqları qaranlığa qərq edirdi. Aslan daha məhzun bir halda qardaşına və bacısına baxır, gah da onların halına çarə arayırmış kimi məlul-məlul ətrafını süzürdü. Onun qəmgin gözlərində sayeyi-küdurət və kədərdən başqa heç bir şey görünmürdü.
Bəli, təbiət gərdişi-insaniyyətlə elə bir düşmən deyil ki, fəlakət günündə onlara bir çarə arasın; bərəks, həmişə onların fəlakətindən istifadə edib, onların daha da sərnigun olmasına səy edir. Biçarə insanlar, bir seydi-məzlum və qafil deyillərmi ki, anadan olan gündən təbiət səyyadının sənginə düşür, bir də dünyanı tərk etməklə ondan xilas olurlar?! Təbiətin insanları dünyaya gətirməkdə məqsədi, onlara əzab vermək deyilmi? Insanın düşməni qüvvətli və mərd olarsa, elə qorxulu olmaz, nə qədər ki, bu düşmən hiyləgər ola. Insan dünyaya gəlir, təbiətin xain dayələri əlində qərəzgarana məqsədlə nəvaziş olunur, bəslənilir, bununla məxluqu minnətdar edir ki, sizə həyat verdim. Amma neçə illik həyatın hər dəqiqəsi bir sirri-maeyi-əzab deyilmi? Hələ insan bir qədər mətanətli olarsa, onun üçün qurulan torpaqların bir qədərindən özünü xilas edə bilər. Amma vay o şəxsin halına ki, aciz ola! Hər dəqiqədə, hər qədəmdə onun qarşısında bir fəlakət uçurumu açılacaq. Amma təbiət əvvəlincilərin də asudə olmamasına çarə tapmış… Cəmi məxluqat cəm olub təbiətin torunu birdəfəlik qırmağa qəsd etsələr, yenə də onların qarşısında bir ahənin sədd, bir vəhşi və müdhiş düşmən qalır ki, onu heç bir qüvvət, heç bir mədəniyyət silahı ilə rəf etməyə qadir olmazlar; necə böyük bir qüvvət olursa, onun qarşısında payız yarpağı kimi titrər, nə qədər insan xoşbəxt olursa, onun qorxusundan asudə olmaz; o da… ölümdür. Bir dəqiqə öz seydinə fürsət və azadəlik verməz; hara getsə, kölgə kimi onu təqib edər. Hər saniyədə, hər nəfəsdə insan onu gözləyir. Bu intizar isə ölümün özündən daha müdhiş deyilmi? Insanların bu qədər şirin saydıqları və məhəbbətlə adını yad etdikləri həyata bircə kəlmə ilə “əzab” adı versəydilər, daha da gözəl olmazdımı?!
Kiçik daxmada üç nəfər fəlakətzadə, xəyalat içində huşa gedib, bir-birinə sarılmışdı. Yavaş-yavaş sübh açılırdı. Aslan tez qalxıb, “uşaqlar oyanmasın”, – deyə bir tək olan köhnə yorğanları ilə üstlərini bərk örtdü, bayıra çıxdı. Küçədə belə tezdən heç kəs yox idi. Aslan xəyalat içində yol yeriyir, hara gedəcəyini özü də bilmirdi.
Budur, uzaqdan bir qaraltı gəlir. Aslan yavaş-yavaş ora gedir ki, nə olduğunu görsün. Burada bir nəfər Hacı ticarətdən gəlib vaqondan düşmüş, səhər erkən faytonla gəlirkən faytonun çarxı yolda sınıb, Hacı piyada qalmışdı, iki böyük çamadanı əlinə götürüb gedirdi. Aslan utandığından yavaşca Hacıya baxaraq, kəmal-ədəblə dedi:
-Hacı əmi, sənin üçün ağırdır, ver, birini mən aparım, sənə kömək edim.
Doğrudan da Hacı elə gözləri ilə bir adam axtarırdı ki, çamadanları ona apartdırsın. Amma o vaxt küçədə heç kəs yox idi. Hacı diqqətlə Aslanın məhzun və sarımtıl üzünə baxıb çamadanın birini ona verdi. Yolla gəldikcə Hacı diqqətlə Aslana baxırdı. Aslanın qızmış gözlərində olan məhzunluq və zəbunluq əlaməti Hacını da qəmgin edirdi.
Axırda Hacı ondan:
-Oğlum, sən kimin oğlusan? Haralısan? Nə üçün belə məhzunsan? – deyə sual etdi.
Aslan utana-utana öz macəralarını ona söylədi. Hacının isə ona ürəyi yanıb dedi:
-Gəl mən səni nökər saxlayım.
Aslan məmnuniyyətlə razı olub Hacıdan xahiş elədi ki, pulsuz da xidmət eləməyə hazırdır. Ancaq belə olsun ki, iki nəfər yetim qardaş və bacısının dolanmasına da Hacı etina etsin.
Hacı həyətdə olan kiçik daxmanı Aslana verdi ki, orada öz qardaş və bacısını sakin eləsin. Hacı həmişə də xörəkdən artıq qalanları və bəzi bu tövr şeylərlə onları saxlayırdı. Aslan isə can-dildən Hacıya xidmət edirdi. Yeməklərindən əlavə ayda beş manat da Aslana verirdi ki, özü üçün gizlətsin. Aslan gecə-gündüz səy edir, çalışırdı, Hacı isə bunu görüb onlarla daha da gözəl müamilə edirdi. Fərhad və Züleyxa balaca Aslanın zəhməti sayəsində dolanırdı.
Bu vaxtdan on il keçdi. Aslanın məvacibi bir qədər artmışdı. Fərhadı isə Hacı məktəbə qoymuşdu; iki il qalmışdı ki, gimnaziyanı qurtarıb instituta girsin, oxuyub mühəndis olsun. Aslan isə əziz və bu qədər zəhmətlə saxladığı qardaşının dörd və ya beş ildən sonra mühəndis olub gələcəyini xəyalına gətirəndə şadlığından ağlayırdı və həmişə dua edirdi ki, ilahi, hər bəla ki ona gələcək, mənə gəlsin, çünki o, anamın əmanətidir…
Züleyxa böyüdükcə gözəlləşirdi; yanaqlarında olan qızartı, səhər vaxtı gün çıxmamış şərqdə göy üzünü bürüyən zərif qızartıdan daha gözəl, daha xoş idi. Hələ qızılgül yarpaqları kimi təravətli və ondan daha qırmızı olan, qanı axar dərəcəsinə qədər zərif olan dodaqları insanı badeyi-məhəbbət kimi bihuş edirdi.
Hacı Saleh qızı böylə camal sahibi görüb, oğlu Əsgərə təklif etdi ki, Züleyxanı alsın. O isə Züleyxanın sərvi-qamətinə, bulud kimi bürünən qara saçlarına çoxdan vurulmuşdu. Züleyxanın iri, qara gözləri kimin üzünə gülsəydi, onu əfsunlamazdı? Amma Əsgərin Aslandan çox acığı gəlirdi: o, çalışqan olduğuna görə atasının ona olan məhəbbətinə həsəd edirdi. Hər tövrlə olursa çalışırdı ki, onu evdən rədd etsin. Lakin atası onun sözünə baxmırdı. Züleyxanın da məhəbbəti qoymurdu ki, Aslana bir söz desin. Aslan nə qədər səy eləyirdi ki, Əsgərin hüsn- rəğbətini qazansın, mümkün olmurdu. Hacı Saleh çox çalışırdı ki, oğlunu oxutsun, ancaq Əsgər şarlatanlıqdan əl çəkib oxumadı. Nəhayət, Hacı, Züleyxanı almağı ona təklif etdi. Əsgər məmnuniyyətlə razı oldu. Hacı bu işi Aslana söylədikdə, Aslan bacısının dövlətli evində bəlkə xoşbəxt olacağını zənn edib, bacısına xəbər verdi. Amma Züleyxa, Əsgərin əziz qardaşı ilə olan pis rəftarını görüb, Əsgəri sevmirdi. Lakin qardaşının xahişinə əməl etməyə məcbur oldu; zira, görürdü ki, qardaşının hər bir işi Hacının əlindədir. “Bəlkə bu, qardaşımın da dolanacağına təfavüt elədi”, – deyə xah-naxah razı oldu.
Bir az keçmədi ki, Züleyxa gəlin gedib Əsgərin arvadı oldu. Hacının Aslana olan məhəbbəti daha da artdı. Amma Əsgərin Aslana olan münasibəti get-gedə pisləşirdi. Ola bilsin ona görə ki, qorxurdu bəlkə atası Aslanı da onunla öz malına şərik elədi.
Çox keçmədi, Hacı vəfat etdi. Əsgər iki gündən sonra Aslanı evindən çıxartdı. Aslan isə naçar öz qardaşını götürüb bir balaca ev tutub, orada sakin oldu. Züleyxa ərinə nə qədər yalvardısa da Aslana kömək etsin, Əsgər deyinib ona acıqlanırdı. Züleyxa bir tərəfdən ərinin rəftarını, digər tərəfdən qardaşının zəlalətini görüb, gün-gündən sınıxırdı. Aslanın indi bir qədər pulu var idi, Fərhad oxuduğu üçün ona xərcləyirdi.
Lakin bir qədər pulla alış-veriş etdi. Amma get-gedə pulu azalırdı: o qədər ki, Fərhad ondan pul alırdı, o gərək dövlətli olaydı ki, buna davam gətirəydi, ancaq Aslan deyirdi: “Canımı da istəsə, onun yolunda qoyaram. Oxuyur, qoy oxusun, qurtarsın, sonra o mənə kömək edər”.
Amma Fərhad daha əvvəlki kimi dərsinə səy edib həvəslə oxumurdu. Məktəbin axırıncı sinfində idi ki, yoldaşları bir-iki dəfə onu güclə bulvara, bağa və bəzi yaramaz yerlərə apardılar. Fərhadı bir neçə qızla tanış etdilər. Əvvəlləri Fərhad çox fikir verməyib qızları başından rədd etmək istəyirdi. Amma sonradan yavaş-yavaş ürəyində elə bir hiss oyandı ki, daha özünü saxlaya bilməyib, o hissə tabe olmağa məcbur oldu. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı ki, tamam dərs, məktəb nəzərindən qeyb oldu.
Əvvəlləri Fərhad qardaşının çəkdiyi zəhmətləri, onun üçün çalışmasını görüb, ürəyində deyirdi: “Mühəndis olan kimi qardaşımın başının altına bir qu balış qoyub, heç bir işə onu əl vurmağa qoymayacağam. Mən qazanacağam, o yeyəcək. Bəlkə bu tövrlə onun xəcalətindən çıxam”. Qardaşının güzəran üçün çətinlik çəkdiyini görüb utanardı. Amma indi tamamilə dəyişmişdi. Qardaşının etdiyi yaxşılığı unutmuşdu. Fikrində bulvar qızlarından başqa bir şey yox idi. Məktəbə gəlir, bir tövrlə bir saat oturursa, az qala bağrı çatlayırdı. Tez durub özünü bulvara salır, gah o qızın, gah bu qızın dalınca düşürdü. Gündə də gəlib Aslana deyirdi ki, mənə filan şey lazımdır… bir beş manat ver, filan şeyüçün də on manat lazımdır…
Aslan da hər gün öz fəhləliyində olub, Fərhadın işindən xəbəri yox idi. Ancaq dərs pulu, kitab pulu verirdi. Bir vaxt Aslan gördü ki, qəpik pulu qalmayıb. Lakin o, qardaşının başqaları yanında xəcalət çəkməsini istəmirdi. Indi o, daş işində işləyir, gecələri isə evə gəlib özünə və qardaşına xörək hazırlayırdı. Fərhadın isə ürəyi elə bərkimişdi ki, gündə qardaşının qazandığını, “Mənə filan şey lazımdır”,-deyə alıb xərcləyirdi. Ömründə bir dəqiqə rahatlıq görməyən Aslan Fərhada güldən ağır söz demirdi. Onu görəndə, ürəyində olan dərdlərə baxmayıb, yalandan da olsa gülümsəyirdi ki, qoy Fərhadın ürəyi şad olsun. Bu zəhmətkeş insan həmişə çalışır, amma Fərhad onun əməyini puç edirdi. Şəhvət hissi Fərhadı tamamilə çaşdırmışdı.
Bir gecə Fərhad bir başqası ilə bir qızın dalınca düşüb tanış olmaq istədilər. Qız onlara dedi ki: “Altmış manata bir üzük var, hansınız onu mənim üçün alsanız, onunla tanış olaram”. Fərhad tez evə gəldi. Bu vaxtı Aslan özü və qardaşı üçün xörək bişirirdi. Öz fəqirliyini düşünüb çəkdiyi zəhmətlərdən inləyirdi. Amma Fərhadın mühəndis olacağı yadına düşəndə, sanki gözlərinə işıq gəlirdi: “Barı o mənim kimi hambal olmaz, bir parça çörək sahibi olar”.
Aslanın bir fəxri vardısa, o da Fərhaddı. Hara getsə, kimi görsə, Fərhadı tərifləyirdi. Amma Fərhadın yaramaz hərəkətlərə qoşulması heç yuxusuna da girməzdi. O heç güman edə bilməzdi ki, Fərhad onun bu qədər zəhmətini görüb, belə pis işlərin yanından da keçsin.
Fərhad evə çatanda üz-gözünü turşudub, bir tərəfdə oturdu. Aslan Fərhadı pərişan görüb nə olduğunu soruşdu. Fərhad bilirdi ki, Aslan onun halını mütəğəyyir görüb tez soruşacaq. Ona görə də özü bir söz deməyə hacət görmürdü.
Fərhad Aslanın sualına cavab vermədi. Aslan dübarə soruşdu:
-Qardaşım, nə olub? Halın niyə pərişandır?
Fərhad yalandan üz-gözünü daha da yığıb dedi:
-Mənə bir mühəndis dəzgahı lazımdır ki, qiyməti altmış manatdır, hərgah bu gecə ondan alıb aparmasam, məni məktəbə qoymayacaqlar. Indi bu saat da məktəbdən gəlirəm.
Aslanın ürəyi inlədi. Bu saat heç bir qəpiyə də gümam yox idi. Gündə bir manata işləyən adamın altmış manat pulu tapılarmı? Onsuz da bu qədər xərc- məxaric… Hələ 15 gün olmaz ki, Fərhad gəlib yalandan demişdi ki: “Məni sabah paltarsız məktəbə qoymayacaqlar, təzə qanun çıxıb ki, gərək paltarların hamısı bir tövr olsun. Ucuz paltar da əlli manatdır.Aslan o vaxt axırıncı qəpiyinə qədər qoyub paltar almışdı, indi isə bir qəpiyi də yox idi. Bir yandan da Fərhadın fəlakətini təsəvvür edib düşünürdü: “Neçə ildir zəhmət çəkirik… mən də, o da… Heç rəvamıdır, indi onu qovsunlar… bütün zəhmətimiz puça çıxsın. ”.
Aslan hərçi fikir etdisə, heç bir gümam gəlməyib, naçar qardaşının başını qucaqlayıb dedi:
-Fərhad, qardaşım özün görürsən ki, indi mənim bir qəpiyimdə yoxdur. Nə qədər də borcluyuq. Olmaz ki, yalvarıb beş-altı gün möhlət alasan, görək bəlkə Allah bir yerdən yol açdı, düzəltdik. Istəyirsən, məni də apar, gedim, yıxılım müəllimlərin ayağına, bəlkə möhlət verdilər.
Fərhad özü bilirdi ki, qardaşının heç bir şeyi yoxdur, amma ürəyi o qədər bərkimişdi ki:
-Olmaz, – dedi, – mən çox yalvarıb ağladım, baş tutmadı.
Aslan çox fıkirləşdi. O kimdən pul ala bilərdi? Belə bir adam yox idi. Axırda gümanına bircə bacısının əri gəldi. Bilirdi ki, onun da ondan acığı gəlir. Amma çarəsizlikdən durub:
-Sən dayan, mən görüm nə çarə edərəm, – deyə yavaş-yavaş pərişanhal qapıdan çıxıb, qorxa-qorxa bacısının yanına getdi.
Biçarə Züleyxa daha əvvəlki Züleyxa deyildi; dərd-qəmdən saralıb solmuşdu.
Aslan yavaşca Züleyxaya əhvalatı bildirdi ki, Fərhad altmış manta pul verməzsə, onu məktəbdən qovacaqlar.
Züleyxa ərinin yanına getdi, ona yalvarıb, qardaşına bir az əl tutmasını təmənna etdi. Əsgər çığıraraq:
-Yenə yapışdın yaxama! – deyə Züleyxanı itələyib yıxdı. – Doğrudan da yolçu tayfasısınız, bir adamı tanıdınızmı, daha əl çəkməzsiniz.
Züleyxa gəlib ağlaya-ağlaya əhvalatı Aslana söylədi, o da naümid evə qayıtdı. Yol ilə gedə-gedə fikir edirdi; birdən yadına düşdü ki, Hacı Saleh öləndə öz qızıl saatını ona bağışlamışdı. Tez onu aparıb qonşularına 65 manata satdı, pulu gətirib Fərhada verdi. Fərhad isə fərəhnak pulu aparıb üzüyü aldı. Həmin Liza xanımla tanış oldu. Daha ondan başqa heç kəslə gəzmirdi. Bu tövrlə Fərhad ölə-ölə məktəbi tamam etdi. Aslan borc-xərc pul düzəldib, onu Kiyevə instituta göndərdi.
Fərhad orada da gecə-gündüz gəzirdi. Belə insan öz işində böyük bir məharət göstərə bilməz. Ölə-ölə tələbə yoldaşlannın dalınca sürünürdü. Həftə səkkiz mən doqquz, kağız yazıb Aslandan pul istəyirdi. O da min zəhmətlə yığdığı, öz boğazına qıymadığı beş-altı şahını Fərhada göndərirdi. Aslan gündüzlər işləyir, gecələr də keşiş çəkirdi ki, bəlkə xərci ödəyə bilsin.
Il qurtardı. Fərhad evə gəldi. Aslan qardaşını görcək, onun boynunu qucaqlayıb, şadlığından ağlamağa başladı:
-Fərhad, əziz qardaşım, necəsən? Dərslər necə gedir?
Fərhad o saat dedi:
-Mən hamıdan yaxşı oxuyuram, mənim kimi bir nəfər orada oxuyan yoxdur.
Fərhad yalandan özünü təriflədikcə, Aslan şadlığından, fərəhindən az qalırdı göyə uçsun. Gah gülür, gah gözləri yaşarırdı, gah da qardaşının üzündən öpürdü, istəyirdi lap onu yalasın. Bu gecə Fərhad üçün plov bişirdi. Aslan bir dəqiqə ayrılığına dözməyən qardaşını bir il idi ki, görmürdü.
Züleyxa da xəbər tutdu, ərinə yalvarıb rüsxət alaraq qardaşıgilə getdi. Zəngin bir evdən gəldiyi üçün, Aslanın fəqiranə, miskin və məhzun daxmasını görüb tez Fərhadı deyil, əvvəlcə Aslanın boynunu qucaqlayıb ağladı. Aslan da Züleyxanın solğun rəngini görüb ağladı. Vaqiən, Əsgər Züleyxanı çox incidirdi. Hər bir söz üçün onun üstünə çığırırdı. Özünə bir rus qızı tapıb gecə-gündüz onunla olurdu. Aslanın acığına bir ildə Züleyxanı bir dəfə də qardaşının evinə qoymamışdı. Lakin Züleyxa hamısına dözür, səbir edirdi. Bilirdi ki, ərindən çıxarsa, qardaşından başqa elə bir adam yoxdur ki, onun yanına getsin. Qardaşı da özünü ancaq saxlaya bilirdi. Hərdən Züleyxanın ürəyi az qalırdı çatlasın, lakin əlacsızlıqdan dözürdü, gözləyirdi ki, “Qoy Fərhad qurtarıb gəlsin, əli bir yerə yetişsin, yəqin ki, məni bu halda qoymayacaq, mühəndis bir adama məni saxlamaq ağır olmaz”. Indi isə öz qardaşlarını zəhmətə salmamaq üçün hər əzaba, hər zülmə dözürdü.
Onlar hər üçü bir yerdə şad çörək yedilər. Sabahı Züleyxa evlərinə getdi.
Fərhadın getmək vaxtı idi. Aslan bir qədər pul tədarük edib ona verdi.
-Başına dönüm, Fərhad, görürsən biz nə haldayıq. Dərslərində səy elə, bacımızı da incidirlər. Sən də gəl bizim əlimizdən bir qədər tut. Görürsən mən işləməkdən necə zəifləmişəm. Bacımızı da gördün, necə rəngi saralıb solmuşdur. O biçarənin də zəhməti ağırdır. Fərhad, başına dönüm, elə elə ki, bir az tez qurtarasan. Bizim indi bir ümidimizsənə gəlir…
Fərhadın ürəyi bu sözlərdən bir qədər yumşaldı, öz-özünə söz verdi ki, hər bir şeyi atıb oxuyacaq. Amma Aslandan ayrılandan sonra hamısı yaddan çıxdı. Yenə mariyalar gözünün qabağında süzüldü.
Aslan çalışdı, vuruşdu, işlədi, zəhmət çəkdi, qeyrilərə yalvardı, öz paltarını satdı, ilan kimi qabıqdan çıxdı, axırda on dörd ildən sonra məqsədinə yetdi. Fərhaddan kağız gəldi ki, mühəndislik diplomunu almışdır, mayın 12-də gəlir.
Beş-altı gün Aslan şadlığından yata bilmədi. Xırda uşaq kimi atılıb-düşürdü. Bacısının ürəyini şad etmək üçün tez kağızı aparıb ona verdi. Təbii, o da Aslandan az sevinmədi. Fərhad gələcək deyə, Aslan kiçik daxmasını nizama saldı.
Fərhad gündüz saat 10-da vağzala gələcəkdi. Aslan isə “vaxt keçir” deyə, obaşdan gedib vağzalı kəsdirib oturdu. Vaxta hələ altı saata qədər qalmışdı. Lakin Aslan gah o yana, gah bu yana gedir, tələsirdi, az qalırdı ki, tələsməkdən bağrı çatlasın. Əlli dəfə ondan-bundan soruşdu ki, qatarın gəlməsinə az qalıb, ya yox. Ona hər dəqiqə bir il kimi gəlirdi. Axırda qatar qara div kimi ləhləyərək gəldi. Aslan şadlığından və tələsdiyindən istəyirdi ki, qatarın qabağını əli ilə saxlasın.
Fərhad əlində şapka vaqondan düşdü. Aslan yüyürüb:
-Can, qardaşım! Gözlərimiz aydın olsun! – deyə Fərhadın boynuna sarıldı.
Aslanın paltarı köhnə olduğu üçün Fərhad onu tez geri itələyib, yanında olan və yolda onunla gələn qızlara dedi:
-Bu bizim nökərimizdir. – Aslana bir az burada ona yaxın durmamağı tapşırdı. Aslan qardaşının mühəndis olduğu üçün şeyini əlində aparmasını layiq bilmədi. Doğrudan da tez, nökər kimi, çamadanı Fərhadın əlindən alıb yola düzəldi. Fayton çağırıb mindilər, evə getdilər.
Aslan daha şadlığından bilmirdi nə etsin. Bu gün Aslan üçün böyük bir bayram idi. Neçə ildən bəri çəkdiyi zəhmət bir bu gün üçün idi. Züleyxa da gəldi. Onların hər üçü axşama kimi bir yerdə qaldılar. Əsgər də Fərhadın yanına gəldi. Qonşulardan da gələn oldu. Hamısı Aslana gözaydınlığı verdi. Fərhad öz kağızını göstərdi: 1916-cı ildə mayın 8-də həmin şəhadətnamə Fərhada verilmişdi ki, o, Kiyev Sənaye Institutunda oxuyub mühəndislik diplomu almışdır.
Fərhad kağızı oxuyanda Aslan şadlığından bilmirdi nə etsin. Hamısı sevinirdi. Bu ona görə idi ki, müsəlmanlardan oxuyan az-az tapılırdı. Fərhad mühəndisdir, deyə qonşular Aslana da hörmət etməyə başladılar. Aslan bunu görüb daha da fərəhlənirdi. Əfsus ki, Aslan dalda onu nələr gözlədiyini bilmirdi.
Bir azdan sonra Fərhad mühəndis vəzifəsində qulluğa girdi. Ayda hələlik 200 manat məvacib alırdı. Bunun 100 manatını Aslana verib, yüz manatını da özü xərcləyirdi. Amma bulvar, klub və bu kimi yerlər üçün 100 manat da azlıq edirdi.
Aslan, pərvanə şam başına dolanan kimi, Fərhadın dövrəsinə fırlanıb ona xidmət edirdi. Bir neçə ay Aslan bu minval ilə dolandı. Indi onun özünün də bir qədər pulu var idi, çünki daha Fərhad üçün xərcləmirdi, əlavə olaraq hələ Fərhad da ona bir qədər pul verirdi. Bütün ömründə Aslanın keçirdiyi bəxtiyar günlər bu bir neçə ay oldu. Bu arada qonşuları Aslana məsləhət gördü ki, yaxında olan Gülzar adlı bir qızı alsın. Aslan şübhəsiz ki, bu işə məmnuniyyətlə razı idi. Lakin xahiş etdi ki, Fərhad ondan kiçiksə də, yenə ona məsləhət eləsinlər.
Bu sözü qonşuda olan arvad Fərhada söylədi. Fərhad çox şadlıqla razılıq verdi. Həmin arvad Gülzarın anasının yanına elçi gedib razılığını bildi və iki nəfər kişini atasının yanına göndərib, axirüləmr Gülzarı Aslan üçün aldılar.
Bir neçə vaxtdan sonra toy edib Gülzarı gəlin gətirdilər.
Toy gecəsi idi. Onsuz da gözəl və sevimli olan Gülzar bu gecə daha başqa bir lətafət əxz etmişdi. Onsuz da həmişə gül yarpaqları kimi qırmızı və zərif olan yanaqları, bu gecə, gəlinlik bəzəyindən sonra daha da gözəl bir rəng almışdı. Gülzarın bədrilənmiş ay kimi gözəl üzünü bulud kimi pərdələyən qara saçlarına bu gecə daha diqqətlə şanə çəkilib nizam verilmişdi və tam diqqətlə vurulmuş çətiri Gülzarın alnına tökülüb insanı əsir edəcək dərəcəyə qədər lətafətli idi.
Aslan da bu gecə təzə paltar geymişdi.
Gecə keçdi. Sabah oldu. Aslan üç gün bayıra çıxmadı. Indi o özünü bəxtiyarlığın son pilləsində görürdü və sevincindən üzünü Allah-taalaya tutub deyirdi:
-Pərvərdigara, şükür olsun sənin dərgahi-mərhəmətinə ki, illərcə iki qardaş çəkdiyimiz əzabdan, məşəqqətdən sonra axırda bizə xoşbəxtlik qapılarını açdın.
Aslanın daha bir qəmi yox idi. Bir fikri vardısa, o da qardaşını evləndirməkdi. Lakin Fərhad həmişə eyş-işrətdə olduğu üçün, hər yerdə özünə bir həmdəm tapdığından özünü hələ zəncirləmək istəməyib, Aslanın sözlərini rədd etdi.
Indi Fərhad üç yüz manat alırdısa da, Aslana əvvəlkindən artıq verməyib, iki yüz manatını həvavü-həvəsə xərcləyirdi. Hələ o yüz manatın da dalınca ürəyi qalırdı, amma keçmişləri yadına salıb dinmirdi. Hərdən ürəyinə gəlirdi ki: “Nə vaxta qədər mən öz pulumdan Aslana xüms verəcəyəm?”
Bəli, siz də gərək rəyimə şərik olaraq etiraf edəsiniz ki, hər ürək Aslanın mərhəmət, qeyrət və səxavətlə dolu olan ürəyi kimi büləndpərvaz ola bilməz və hər qardaş da mütləq Aslan ola bilməz ki, qardaşın həyatını təmin etmək üçün öz axırıncı paltarını da satsın. Amma yenə nə qədər daşürəkli qardaş olsa Fərhad ola bilməz ki, Aslan kimi qardaşına mühəqqər bir məbləği verəndə ürəyinə belə çirkin xəyallar gətirsin. Bilirəm, indi sizin ürəyinizə gəlir ki, bu sayaq qardaşımız olsaydı, canımızı ondan əsirgəməyib, qul kimi qabağında işləyib, qiblə yerinə ona səcdə edərdik. Amma yenə, məncə, bu da səhvdir, Fərhad ümumi qanundan bir o qədər də uzaq deyil. Məgər bizim hamımızın da olmasa, çoxumuzun evində qeyri adlar altında eynilə bir Aslan yoxmudur?! Bəli, təbiət həmişə Aslan kimi yüksək ruhlu, pak və safürəkli mücahidlər yetirir. Amma biz onun mürur ilə elədikləri fədakarlığı ancaq ölən vaxt düşünər və bir azdan sonra onu unudarıq. Zənnimizcə, Fərhad gələcəkdə alçaq təbliyini zühura verməsəydi, ümumi qanundan çox da uzaqlaşmazdı və tamam gücümlə öz qəhrəmanımı müdafiə edib, məzəmmət olunmasına yol verməzdim. Amma əfsus ki, Fərhad alçaq təbliyində bir qədər ümumiyyətdən irəlilədi.
Bəli, Aslangilin evi Gülzarın cəmali-dilarası ilə müzəyyən edilmişdi. Gülzar azadə bir quş kimi gün-gündən gözəlləşirdi. Indi Aslan da işləyirdi, Fərhad da. Onlar heç bir şeydən çətinlik çəkmirdi. Ona görə Gülzar da qeydsiz, fikirsiz yaşayır, həmişə yeni, gözəl paltarlar geyirdi. Gülzarın sərv kimi uca boyu, şux yerişi, ahu kimi süzgün baxışı hər baxanı məftun edirdi.
Təbiidir ki, Aslan arvadını Fərhaddan gizlətməzdi, zira, onu özü bilirdi. Fərhad da Gülzara heç fikir verməzdi. Hərdən nəzəri Gülzarın naz ilə süzülən iri, qara gözlərinə sataşanda, ürəyi yerindən oynayıb tez nəzərini başqa yana döndərirdi. Fərhad gözəl və cavan bir oğlan olsa da, Gülzar ona ayrı bir nəzərlə baxmırdı. Nə səbəbə də baxsın ki, müsəlmanlarda alçaq təblik ola bilməz ki, öz qardaşının arvadına bacı nəzərindən başqa qeyri bir gözlə baxsın.
Yavaş-yavaş yay gəldi. Məxluq bağlara köçdü. Fərhadgil də bağa köçdülər. Gülzar öz qulluqçusu ilə bağda, Aslan ilə Fərhad şəhərdə öz işlərində olurdular. Arabir hərəsi bir neçə günlüyə bağa gedib, yenə də qayıdırdı.
Yayın orta ayı idi. Fərhad istidən dayana bilməyib bağa getdi. Aslan şəhərdə qaldı. Gözəl yay gecəsi idi. Hava sakitdi. Ay çıxıb bütün aləmi müzəyyən bir ziya ilə münəvvər etmişdi. Bağda olan meynələr öz yarpaqları ilə yumşaq qumun üstünü örtmüşdü. Təbiət olduqca gözəl bir mənzərə almışdı. Gülzar ipək bir köynək geymiş, döşünü açmış və gecənin lətafətindən məftun olaraq, bağın içində zərif yarpaqlar arasında bir quş misalı həzin bir halda gəzişirdi. Uzun, şəvə saçları gəlinlərə məxsus şux çiyinlərini qara bulud kimi bürümüş və əsən xəfif küləkdən arabir ləpələnirdi. Hava gözəl olduğundan Gülzarın yanaqları daha da xoşrəng olub duru-al bir rəng almışdı. Zərif ləbləri bir lalə kimi yanırdı. Fərhad da gecənin gözəlliyindən həzz alaraq bir meynənin altında, yumşaq qumun üstündə uzanmışdı. Gülzar bağın içində gəzişib Fərhadın yanına çatdı. Buradan daha keçməyib Fərhadın yanında oturdu və qulluqçuya dedi ki, bağın içinə onlar üçün çay gətirsin. O saat qulluqçu çay gətirdi.
Aydınlıq, sakit yay gecəsi, yumşaq qumun üstü zərif, yaşıl yarpaqlara bürünmüş, hər yandan üzüm salxımları sallanmış, bir tərəfdə də çay – belə fövqəladə lətif bir mənzərə! Gülzar ilə Fərhad söhbət edirdilər.
Gülzarın təbii olaraq naz ilə kəsmə-kəsmə danışması və danışdıqca gözəllərə məxsus olan bir tövrlə gözlərini süzüb özünü əzməsi, Fərhadı, səyinə baxmayaraq, az qalırdı bihuş etsin. Hərdən Fərhadın gözü Gülzarın lalə kimi qızarmış yanaqlarına sataşanda, onun ürəyində bir hiss oyanırdı, amma yenə Aslan yadına düşüb, gözünü qeyri bir tərəfə döndərirdi. Onun ürəyində iki hiss bir-birilə mübarizə edirdi: gözəllik və lətafət arasında Gülzara qarşı yaranmış məhəbbət, bir də, qardaşlıq vəzifəsi.
Bir dəfə çay içdilər. Dübarə çay gəldi. Fərhad artıq, demək olar ki, bihuş bir halda idi. Gülzar da özünü belə hiss edirdi. Xəlvət, səssiz bağ içi. Yarpaqlar arası. Aydınlıq gecə. Şux və həvəsli bir qız, yanında gözəl bir oğlan. Gülzar hərdən iri gözlərini Fərhadın cavanlıq şəhdi ilə ləbaləb olan gözəl üzünə dikib baxırdı. Bir tərəfdən ərinin fikri, digər tərəfdən Fərhadın ürəyini bilmədiyi üçün onun qorxusu, o biri tərəfdən də şuxluq və həvəs. Onlar bir qədər bu halda söhbət elədilər. Ətrafda səs yoxdu. Ancaq arabir ilbizlər bir-birinə səs verib fit çalırdı. Xəfif bir külək arabir dilaviz rayihəsilə insanın ürəyini oxşayırdı. Budur, meh vurub Gülzarın saçlarını titrədərək, Fərhadın üzünə səpdi. Fərhad yumşaq gəlin saçlannm üzünə toxunduğundan bilmərrə məst olub, saçların ətrindən mövcudiyyəti yadından çıxdı. Gülzar tez, vəhşi ahular kimi, başının hərəkəti ilə saçlarını çiyinlərinə atdı. Fərhad gözlərini qaldırıb Gülzarın qırmızı yanaqlarına dikdi. Gülzarın yanaqlarında elə bil ki, zərif dodaqlarında bir müzəyyən təbəssüm, iri gözlərində bir nişaneyi-eşq və həvəs görünürdü. Fərhad özünü saxlaya bilməyib, ürəkdən bir ah çəkdi. Gülzar:
-Ox, Fərhad, – dedi, – belə gözəl bir mənzərəyə tamaşa edən
insan da ah çəkərmi?
-Bəli, doğrudan da sizin isbati-vücudunuzla daha da gözəlləşən təbiət mütləq məni ah çəkməyə məcbur etdi.
-Mənim olmağımla təbiət əsla gözəlləşmir, xəta edirsiniz. Mən zənn edirəm ki, mənsiz təbiət daha gözəl olar, – deyə Gülzar naz ilə gülümsədi.
-Yox, təbiət nə qədər gözəlsə də, siz ondan daha gözəlsiniz.
Gülzar gözlərini süzüb dedi:
-Siz allah, Fərhad, mənə gülməyin. Mən nə qədər gözəl olsam da, sizdən gözəl ola bilmərəm ki, bir baxışla gözləriniz insanı məftun edir.
Fərhad Gülzarın fikrini anlayıb dedi:
-Ox, mən çox şad olub, özümü xoşbəxt hesab edirəm. Əgər siz mənə məftun olsaydınız… – Fərhad peşman olmuş kimi diksindi, – yəni onu demək istəyirəm ki, mənə heç kəs məftun olmaz.
Gülzar eşq və həvəsin kəsrətindən özünü tamamilə itirib, bir əlini Fərhadın dizi üstə və bir əlini o biri tərəfə uzadıb yerə uzandı:
-Ax, bu gün o qədər gəzmişəm ki, lap yorulmuşam.
Gülzar əlini Fərhadın dizi üstə qoyanda sanki Fərhadın bədəninə elektrik qüvvəsi keçdi. Fərhad tez Gülzarın qolunu qaldırıb üzünə tərəf apardıqda, Gülzar işvə ilə qalxıb gözlərini süzdü, Fərhadın üzünə baxdı. Onun gözlərində bir təbəssüm parladı. Fərhad Gülzarın əlini bəxtiyar dodaqlarına apardı. Gülzar əsla mümaniət etmədi. Nazla gülərək:
-Ox, Fərhad, dinc dayan, – deyə başını Fərhadın çiyninə qoydu. Fərhad huşa
gəlmiş kimi, tez əlini çəkdi. Amma Gülzarın başını öz çiynində və yumşaq yanaqlarını üzünə yapışmış görəndə, daha dayana bilmədi. Gülzarın təbəssümlərlə oynayan gözlərinə bir də baxıb, hər iki qolunu onun boynuna salaraq, qanı axacaq qədər zərif olan dodaqlarını öz dodaqlarına sıxdı. Gülzar isə, həvəs və eşqdən bihuş bir halda özünü Fərhadın ağuşuna atdı…
Xəyanət! Ikitərəfli bir xəyanət! Bəli, bu gərdişin məlunanə hərəkəti! Zənnimcə, Fərhad kimi həris və məlun bir insandan belə bir xəyanətin baş verməsini gözləmək imkan xaricində deyildi. Biz Fərhadı çoxdan tanıyırıq və onun belə bir xəyanətini görəndə bizə təəccüb gəlmir. Amma Aslan, o zəhmətkeş və mərhəmətli insan, o insan surətində göydən enmiş mələk, Fərhadın xəbisliyini bilmədiyi üçün və ona başqa bir nəzərlə baxdığı üçün min nəfər də and içsəydi, belə bir işə inanardımı? Əsla! Aslan elmli deyildi, amma insaniyyətin tam mənası ilə axırıncı pilləsinə yetişdi və hamını özü kimi zənn edirdi. Hətta Fərhad oxumuş olduğu üçün onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil zənn edirdi. Odur ki, Fərhadın belə bir xəyanət edəcəyini ağlına da gətirmirdi.
Məlumdur ki, Fərhad qardaşından elmli və bilikli idi. Aslan mərhəmətli və əxlaqı düzgün bir şəxs idi. Həmişə təcrübə olunsa görünər ki, insan, ola bilər ki, ziyalı olsun, mədəni olsun və bununla belə pozğun bir əxlaqa malik olsun. Insan, ola bilər ki, aqil olsun, əqlən və fəhmən mükəmməl olsun, lakin əxlaqı pozğun olsun. Dərin bir ağla malik olan, elm və bilik sahibi olan bir şəxsə demək olmaz ki, hökmən bu şəxs əxlaqən və vicdanən düzgündür. Ola bilər ki, insan aqil və bilikli olsun, amma öz əql və biliyini pislik tərəfinə çevirsin. Azmı aqil var, oğurluğa və xəyanətə irişib, öz iti ağlını özü üçün bir alət edib, ondan sui-istifadə edir?! Əksərən də belədir. Bütün aqil və alim insanların çoxusu özü nəşr etdiyi qanuna özü riayət etmir, xalqa göstərdiyi yolla özü getmir, büruzə çıxardığı və xalqa tövsiyə etdiyi bir məsləkə özü boyun əymir. Onu demək istəyirəm ki, insan ola bilər ağıllı, elmli, bilikli olsun, amma insan olmasın. Əksi də ola bilər; elmsiz biliksiz və çox da dərin bir ağla malik olmayan bir şəxs Aslan kimi olsun. Bir kəlmə, alim olmaq asandır, insan olmaq çətin! Oxuyub Fərhad kimi vicdansız bir mühəndis olmaq asandır, amma Aslan kimi insan olmaq çətindir.
Bir neçə gündən sonra Aslangil şəhərə köçdülər. Artıq Gülzar Aslanı görmək istəmirdi. Bütün fikri-zikri Fərhadda idi. Fərhad da bir tövrlə Aslanı evdən rədd etmək istəyirdi ki, Gülzar ilə vaxt keçirməyə daha geniş bir fürsət tapsın. Bu aralıq biçarə Züleyxa evinə gəldi. Onu demək gərək ki, Əsgər Züleyxanı əsla döyməzdi, söyməzdi, amma elə müamilə edərdi ki, bu, döyməkdən də, söyməkdən də, betər idi. Çox olurdu ki, həftələrlə evə gəlmirdi. Bir dəfə qonşuluğunda olan iki nəfər arvad (ki, Züleyxa onları özündən çox istəyirdi) Züleyxagilə qonaq gəlmişdi. Züleyxa çox şad olub onları mehmannəvazlıqla qəbul etdi. Necə oldusa, xanımın balaca oğlu Əsgərin stol üstündə olan kağızına toxundu. Bundan ötrü Əsgərin əsəbi məcazlığı cuşə gəlib, dərhal xanımları evdən qovdu. Bu, Züleyxa üçün ölümdən betər deyildimi?! Bundan sərfi-nəzər edən Əsgər başqa yerdə pul uduzar, lakin acığını Züleyxadan alardı. Odur ki, Züleyxa çəkdiyi məşəqqətlərdən cana gəlib öz qardaşının evinə pənah gətirdi. Aslan Züleyxanı çox şadlıqla qarşılayıb, üzündən öpərək dedi:
-Qorxma, bacım, bilirəm çoxdandır əzab içindəsən, amma indi şükür olsun Allaha ki, bizim də işlərimiz çox yaxşıdır. Mən ayda yüz manata kimi qazanıram. Fərhad da üç yüz manat alır, məgər biz ölmüşük ki, sən əzab və məşəqqət çəkəsən? Eybi yoxdur, həmişə qardaşların evində böyüksən, anam öləndə səni mənə tapşırıb, mən də razı ola bilmərəm ki, sənə bir kəlmə ağır söz deyilsin.
Doğrudan da, Aslan bacısına bir gül qədər də ağırlıq düşməsinə razı deyildi. Amma Fərhad da bunu istəyirdimi? Yox. Məlumdur ki, Züleyxa evdə olanda Fərhad Gülzara yavuq düşə bilməyəcəkdi. Odur ki, Züleyxanın evdə olmasına razı ola bilməzdi.
Züleyxa iki gün qardaşının evində qalandan sonra Fərhad mütləq geri qayıtmağını tələb etdi və Züleyxanın məlul-məlul baxan ala gözlərindən bahar buludu kimi yaş tökülməsinə baxmayaraq, məcburi Əsgərin evinə göndərdi. Bu işə Aslan nə qədər ürəkdən müəzzəb oldusa da, bir şey edə bilmədi, zira o, Fərhadı da çox istəyirdi. Hətta o qədər istəyirdi ki, əgər bir şəxs Fərhadın adına onun canını istəsəydi, yəqinən ki, Aslan əsirgəməzdi. Bu məhəbbətlə Aslan Fərhadın xəyanətini xəyalına belə gətirə bilərdimi?
Axşam vaxtı Fərhad ilə Gülzar xəlvət evdə oturub, bir-birinə öz məhəbbətlərini təşrih edirdilər. Hər iki xəbis, öz xainanə və çirkin məhəbbətlərini yek-digərinə söyləyirdi: bu xainanə məhəbbətin ən dərin yerində, bir zamanda ki, Gülzarın nazik beli Fərhadın qolları arasında və dodaqları Fərhadın dodaqlarına sıxılmış idi, Aslan qapını açıb içəri girdi. Sanki bütün ev Aslanın başına fırlandı, gözləri qaraldı, bütün əzası lərzəyə düşüb titrəməyə başladı.
-Fərhad, – dedi, – illərlə çəkdiyim zəhmətlər unuduldusa, barı qardaşlıq vəzifəsi… Ox, Fərhad, mənə xəyanət…
Bu iş Aslanın zəif əsəblərini elə titrətdi ki, bihuş olub yerə yıxıldı. Fərhad bir də Aslanın üzünə baxa bilməyəcəyindən geyinib evdən getdi. Gülzar artıq öz canı üçün qorxurdu: zira, müsəlmanlar həmişə belə bir xəyanəti və təhqiratı qan ilə yuyurlar. Gülzar öz evlərinə getməyə də qorxurdu, çünki atası və qardaşı bu işdən hali olsaydılar, onu öldürərdilər.
O hara gedəcəyini, nə edəcəyini fikirləşirdi. Bu halda Aslan huşa gəldi və Gülzara tərəf gəldikdə, Gülzar canının hövlündən stəkanda olan karbola kislotasını qapıb Aslanın üzünə atdı. Bu əcza qulluqçu naxoş olanda alınmışdı və təbib tövsiyə etmişdi ki, məbadə bu əcza üzünüzə və gözünüzə dəysin, bu, insanın ətini yandırar, gözünə tökülsə, kor edər. Gülzar öz canının hövlündən belə müdhiş bir əczanı götürüb, ömründə bir dəqiqə rahatlıq bilməyən Aslanın gözlərinə atdı.
Əvvəl Aslanın gözləri cızıldadı. Aslan buna baxmayaraq hövlnak Gülzarın dalınca yeridi. Gülzar evə girib qapını bağladı. Aslan bir qədər çalışdıqdan sonra daha durmaq mümkün olmadığını hiss etdi: özlərindən elə bir sancı qalxdı ki, dərəcəsini göstərmək qabil deyil, sanki bir kürə od onun gözlərinin içinə tökülüb yandırdı. Aslan gözləri yumulu çalışırdı ki, tez özünü həkimə yetirsin. Amma gah bu divara, gah o divara toxunurdu. Axırda qulluqçu onun əlindən tutub bayıra çıxardı və Aslanın xahişinə görə bir fayton çağırıb onu mindirdi. Aslan həkimə gedib məxşuş bir halda yalvardı ki, ona kömək etsin. Həkim tez Aslanın gözlərini yudu, dərman tökdü. Aslan bir yandan ömrünü yolunda sərf etdiyi bir şəxsin xəyanəti təsirindən, bir yandan da gözlərinin sancısından zar-zar ağlayırdı.
Fərhad həmin gün özünə bir evdə ev tutub, ahəstəcə bir arvad göndərib, Gülzarı qurtarmaq üçün öz yanına apartdırdı. Heç kəs bilmədi ki, Gülzar hara getdi. Atası və qardaşı onu nə qədər axtardılarsa, tapa bilmədilər.
Züleyxa qardaşına üz verən bədbəxtliyi eşidib tez özünü qardaşına yetirdi: qardaşını gözləri bağlı xəstəxana libasında görəndə az qaldı ki, bağrı çatlasın. Özünü qardaşının üstünə atıb:
-Ah, qardaş, axır qəza səni nə bəlalara saldı. Can, əziz qardaşım!-deyə ağlamağa başladı.
Aslan bacısının səsini eşitcək, qalxıb gözlərini açmaq istədi, amma mümkün olmadı. Gözləri yumuldu, əlini dolandırıb, qollarını bacısının boynuna saldı:
-Ah, bacı, görürsənmi mənə nələr edirlər. – deyə ağlamaqdan-axıb bacısının qucağına yıxıldı.
Altı ay Aslan xəstəxanalar küncündə çürüyüb, olan-olmaz pullarını həkimlərə verdi. Amma özləri bir də günəşin zərrin şüalarını görə bilmədi: gözləri ət gətirib, göz pərdələrinin qabağını örtdü. Həkimlər nə qədər çalışdılarsa, heç bir növlə Aslanın gözlərini həmin ətlərdən xilas edib sağalda bilmədilər. Indi Aslanın ürəyində heç bir şey yox idi, ancaq gecə-gündüz Allaha yalvarıb, barı bir gözünə zəif də olsa, işıq gəlməsini təmənna edirdi. Amma əfsus. Zaman dolanır, lakin Aslanın gözlərinə işıq gəlmirdi. Axırda Aslan bir tərəfdən tamam pullannın qurtardığından, digər tərəfdən də gözlərinin sağalmasından naümid olub, həkimlərdən əl çəkərək, öz evinə qayıtdı. Göz yox, bir yerdən gəlir yox, bu qədər dərd, qüssə, fikir, xəyalət, evdə tək bir həmdəm yox… Indi Aslan Allahdan ancaq ölüm istəyirdi.
Züleyxa tez-tez gəlib Aslana baş çəkirdi. O da dərddən lap sınıxmışdı, gözləri çuxura düşmüş, yanaqları saralmışdı.
Əsgər, Aslanın bu fəlakətini eşidib, nə qədər onu görmək istəməyirdisə də, indi ona rəhmi gəlirdi. Züleyxanın hər vaxt Aslana baş çəkib, ona müavinət etməsinə mane olmayırdı. Züleyxa qardaşının tək evdə qalıb daha da qüssə etdiyini və gündən-günə zəiflədiyini görüb, xəlvət evdə bağrı çatlamasın deyə, Əsgərə yalvardı ki, Aslanın evlərinə gəlməsinə razı olsun.
-Əsgər, əzizim, ola bilər ki, məni sevməyəsən, amma necə olsa, mən sənin övrətinəm, barı oğlumuzun xatiri üçün bu bir kəlmə sözümü qəbul elə: qoy Aslan gəlib evimizdə qalsın. Əsgər, başına dönüm…
Əsgər xah-naxah Züleyxaya ixtiyar verdi. O gündən Züleyxa öz qardaşını gətirib sakit elədi. Ancaq Aslan əvvəlki adam deyildi. Gecələri o, ağır yuxular görürdü. Biçarə, hövlnak ayağa qalxıb bağırır, qanlı yaşlar arasında deyirdi: “Ox, xain qardaş, mənə xəyanət, mənə zülm… Mən ömrümü sənin yolunda sərf etdim, bumu axırıncı mükafat?!”.
Züleyxanın balaca oğlu Kamil ilə o, bir tövr gününü keçirirdi. Amma Əsgər daima deyinir, bir iş olcaq qışqırır, bağırır, heç şey üstə Züleyxanı söyür, incidirdi. Aslan bunları eşidirdi, bacısının bu qədər əzab çəkdiyini görəndə ruhu inciyirdi. Lakin nə etməli idi?! Pullar qurtarıb, göz yox, dolanacaq yox, məcburən səbir etməli idi. Biçarə zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədəravər bir görkəm almışdı.
Kamil daima Aslanın yanında oturur, Aslan onun üçün nağıl danışıb güldürürdü. Kamil isə Aslanı ürəkdən sevirdi. Bir dəfə Əsgər çay içəndə Aslan gözü yumulu gəlib, birdən çaya toxundu. Çay Əsgərin üstünə dağıldı. Əsgər bundan təngə gələrək, o saat yerindən durub, Aslanın üzünə bir şillə vurdu. Aslan bir söz deməyib ağlamağa başladı və əlini göyə qaldırıb dedi:
-Pərvərdigarə, mən nə bəd əməldə olmuşdum ki, məni bu qədər zülmə düçar elədin?
Əsgər bunu görüb:
-Evimdə qaldığın bəs deyil, hələ bir məni qarğıyırsan da, – deyib Aslandan evdən getməsini tələb etdi. Züleyxa nə qədər yalvardısa, mümkün olmadı. Əsgər Züleyxanın da yalvarmasından təngə gəlib, ondan da evi tərk etməyi tələb etdi. Züleyxa kor-peşman qardaşının əlindən tutub, bacı-qardaş ağlaya-ağlaya öz köhnə evlərinə gəldilər.
Aslan gün-gündən zəifləyirdi. Züleyxa da hər gün ağlayır, Fərhada qarğıyırdı ki, nə üçün onları bu qədər bəlaya saldı. Hərdən Züleyxa Kamili küçədə görür, bağrına basıb ağlayırdı. Zalım Əsgər ananı öz balasından ayırdığı bəs deyil, Kamili anasının yanına getməyə də qoymurdu.
Aslan bütün olan-olmazını xərcləmişdi. Züleyxa hərdən ev şeylərindən satıb xərcləyirdi. Fərhad isə özünü Gülzarla bir xəlvətə çəkib rahat yaşayırdı. Fərhad arabir küçədə görünürdüsə də, amma Gülzarın harada olduğunu heç kəs bilmirdi. Fərhad qulluqdan çıxanda daha bir yana əyilməyir, tez evə qayıdırdı. Gülzar isə qorxudan əsla bayıra çıxmırdı. Bir dəfə qarı arvad Gülzarın anasıgilə gəlib, söhbət arasında birdən çaşıb dedi:
-Dünən Gülzar xanımgildə idim. Fərhad da… – Birdən işin gizli olduğunu düşünüb, səsini kəsdi. Gülzarın qardaşı bunu eşitcək tez qarıdan tələb etdi ki, Gülzarın yerini desin. Qarı əvvəl demək istəmədi. Amma Əhməd ölüm təhdidilə ona dedirtdirdi. Bu neçə vaxtda Əhməd bacısının belə namussuzluğundan narahat olub, daim intiqam qəsdilə onu axtarırdı. Bacısının xəyanətindən zəlalətə düşmüş Aslana tez-tez baş çəkirdi və ona az da olsa, şey alıb aparırdı. Gülzarın sorağını alcaq Əhməd çox şadlandı, bu gecə nə sayaq olsa üstlərinə atılan bədnamlığı bacısının qanı ilə yumağa qərar verdi.
Qarı bunu görüb, tez Gülzargilə gəldi, əhvalatı Gülzara söylədi. Gülzar da tez Fərhada dedi. Gecə Fərhad əhvalatı xəfiyyə polisinə xəbər verdi. Onlar da bir dəstə gəlib pusquda dayandılar. Gecədən bir qədər keçmiş Əhməd əlində bıçaq Gülzargilin evinə gəldi. Yavaşca özünü hazırlayıb qapını döydü. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. Əhməd içəri gircək dörd tərəfdən onu bürüdülər. Əhvalatı başa düşən Əhməd tez geri döndü. Bayırda onunla üz-üzə gələn xəfiyyəçini görüb, qaçmağa yol olmadığı üçün, əlindəki bıçağı onun ürəyinə sancdı. Polis nəfəri yıxıldı. O birilər tez yüyürüb Əhmədi tutdular. Bu anda onun üzü bir yerdə duran Gülzar ilə Fərhada sataşdı, hirsindən başı hərləndi:
-Binamus bacı, namussuz qardaş, heç tələsməyin, həyatda nə qədər mən varam, ləkədar edilmiş namusumun intiqamını sizdən alacağam. Əgər intiqam almamış ölərsəm, qoy xəlayiq desin ki, namusu ləkələnmiş bir binamus dünyadan getdi.
Əhmədi birbaş həbsxanaya apardılar. Indi Gülzar ilə Fərhad heç kəsdən qorxmurdu. Bir Əhməd idi, o da həbsxanaya düşdü. Hökumət adamını öldürdüyü üçün neçə il həbsxanada yatacaqdı. Amma onları vicdan həmişə narahat edirdi. Bir şadlıq vaxtında Aslan yadlarına düşür, hər ikisinin rəngi saralıb sustalırdı.
Kamil on iki yaşında idi – məktəbə gedirdi.
Aslan ilə Züleyxa min üsrət ilə dolanırdılar. Kamil gizlindən onların yanına gəlirdi. Aslan naçar qalıb evi satdı. Qeyri şeylərindən də çox qalmamışdı. Yavaş- yavaş hər şey qurtarırdı. Züleyxa dolanmağın mümkün olmadığını görüb bir evdə qulluqçu dayandı. Hər axşam qardaşının yanına gəlirdi.
Əsgər də özünə bir arvad almışdı. Arvad Kamili incitdiyindən Kamil qüssə edirdi, hər gün xəlvəti anasının yanına gəlirdi. Atasından aldığı xərcliyi gizlin anasına verirdi, hərdən də anasının ağladığını görüb deyirdi:
-Ağlama, ana, məktəbi qurtaran kimi səni hər dərddən xilas edəcəyəm, hələ indi mən də atamın əlinə baxıram.
Aslan lap taqətdən düşmüşdü. Daha tərpənə bilmirdi. Züleyxa min əzabla onu saxlayırdı. Bir gün o da naxoşladı.
Onlar günlərlə evdə ac qaldılar. Aslan o yan-bu yanı axtarıb tapdığı tör- töküntüdən bacısına verirdi, özü yemirdi. Hətta naçar qalıb, utana-utana dilənməyə məcbur oldu. Bir dəfə axşam vaxtı Fərhad yol ilə gedəndə dilənçiyə pul vermək istədikdə, birdən hövlnak geri atıldı, bu sifətdən dönmüş zəif dilənçini tanıdı, – o, ömrünü qardaş yolunda sərf edən Aslan idi. Tez bir beşlik verib, ətrafa baxaraq qaçıb getdi.
O gecə Fərhad xəyalatdan yata bilmədi. Züleyxa hələ naxoş idi. Qonşu arvad onlar üçün bir çörək gətirdi. Aslan ona təşəkkür edəndə, arvad ah çəkib dedi:
-Allah belə qardaşa lənət eləsin ki, səni bu bəlaya saldı, el arasında rüsvay elədi. Indi sənin halından heç xəbər də tutmur. Hələ üç gün bundan qabaq bir oğlu da olub.
Aslan bunu eşitcək tez ayağa qalxdı, lakin zəiflikdən özünü saxlaya bilməyib yıxıldı, bir də qalxdı:
-Ah, xain qardaş, – dedi – ah, can anam! Mən əhdimə vəfa etdim, oğlunu saxladım… Daha tab gətirə bilmirəm…
Qonşu arvad getdi.
Züleyxa Aslanın halını pis görüb, tez yerindən durdu:
-Qardaş, – dedi, – heç fikir eləmə. Allah özü onlara cəza verər.
Aslan dedi:
-Yox, bacı, daha bəsdir mən bu qədər əzabla dünyada qaldım, sənə də əzab verdim. Indi mən gedirəm… anamın yanına… Səndən çox razıyam. Anama deyərəm ki, bir Züleyxa sənin sözlərinə əməl etdi. Məni, halal et, bacım, – deyə yerə yıxılıb öldü.
Züleyxa özü naxoş, bilmirdi ki, nə etsin. Bilmərrə özünü itirmişdi. Anası yadigar qoyduğu örtüyü çıxarıb Aslanın üzünə sərdi. Pul yox idi, onu dəfn elətdirsin. Qonşular yığıldılar. Züleyxa biixtiyar ayağa qalxıb, Fərhadgilin evinə getdi ki, xəyanətin nəticəsini ona bildirsin. Içəri gircək, Gülzar illərdən bəri görmədiyi və görmək istəmədiyi Züleyxanı görüb, “burada bir iş var ki, bu bizə gəlib”, – deyə tez onun bayıra çıxmasını tələb etdi. Züleyxa bu işdən daha da qeyzə gəlib:
-Qardaşımın evidir, gəlmişəm, sənə nə var, – dedikdə, Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxartsın. Qulluqçu Züleyxanı itələyib, bayıra çıxartdı. Züleyxa qapıya söykənib ağlamağa başladı.
-Ah, nə səbəbə əziz qardaşımın intiqamını xain qardaşımdan almayım, – deyə yaxında olan aptek maqazininə gedib, bir az zəhər istədi. Aptekçi Züleyxanın halını görüb: “özünü öldürmək istəyir” deyə, vermədi. Züleyxa yalvarmağa başladı. Axırda aptekçinin ona yazığı gəlib, üstündə zəhər adı yazılmış bir şüşəyə bir qədər gülab töküb ona verdi. Züleyxa yavaş-yavaş Gülzargilə gəlib xörək otağına girdi və şam etmək üçün hazırlanmış qablara bir qədər zəhər tökmək istədikdə, Fərhad qapını açıb içəri girdi. Şüşəni onun əlindən alıb, üstündə zəhər adını görcək çığırıb dedi:
-Mənimi zəhərləmək istəyirsən?!
-Səni zəhərləmək istəyirəm! Səni!
Fərhad Züleyxanın boğazından yapışıb stol üstünə yıxdı və bir vaxt buraxdı ki, Züleyxa ölmüşdü. Fərhad bacısının tappıltı ilə yerə dəydiyini görüb, özünü itirdi və titrəməyə başladı. Bacısına rəhmi gəldi, tez yüyürüb onu qucaqladı və titrək əlləri ilə onu tərpətdi, öldüyünü bilib qalxdı, dal-dalı otaqdan çıxdı. Sabahısı qəzetlərdə yazıldı ki, məşhur mühəndis Fərhadın bacısı zəhər içib özünü öldürmüşdür.
Kamil bunu eşitcək tez məhəlli-hadisəyə gəldi. Şüşənin üstündə aptekin adını oxuyub, tez aptekçinin yanına getdi ki:
-Nə haqla anama zəhər satmışsınız?
Aptekçi məlum etdi ki:
-Mənim ona yazığım gəldiyi üçün zəhər əvəzinə, gülab vermişəm.
Kamil bunu eşitcək, tez həkim götürüb, ora getdi. Həkim, Züleyxanın cənazəsinə baxıb dedi ki:
-Bu zəhərlə ölməyib, bunu boğublar. Hələ boğazında da bəzi nişanələr qalıbdır.
Züleyxanın boğazındakı nişanın Fərhadın mürəkkəbindən olduğunu sübut etdilər. Kamil bu məlumatı və orada iştirak edən şəxslərin adını yazıb, sandığında gizlətdi.
İki bədbəxti, iki bədbəxt bacı-qardaşı bir gündə məzara tapşırdılar.
Fərhad bir qədər pul xərcləyərək, özünü qurtardı.
Lakin insanlar məhkəməsindən özünü pul ilə xilas edən Fərhad, vicdan və həya məhkəməsində də özünü xilas edə bilərdimi? Heyhat.
Həya və vicdan Fərhadı içindən bir vəhşi kimi çeynəyir, iti çəngəlli bir pələng kimi onu didirdi. Fərhad hara gedirsə, bu hal onu təqib edirdi. Nə qədər şad və fərəh-əfza bir yerdə olsa, Fərhad bir qədər asudə qala bilmirdi. Şadlığın ən dərin bir yerində, zalım əlləri ilə Züleyxanın zərif boğazından yapışdığı gözünün qabağına gəlirdi. Fərhad dərhal hövlnak geri çəkilir, çırpınmağa başlayırdı, adamlar onun başına yığılırdı. Fərhad bir azdan sonra yenə ayılırdı. Bu, bir dəfə olmadı. Camaat Fərhadın dəli olduğunu zənn etdi. Doğrudan da, Fərhad daima əzab içində idi: o, sifətdən də dönmüşdü: həmişə tutqun, mütəfəkkir və qəmli idi: heç üzü açılmırdı. Tutduğu işlər xəyalından keçəndə özözünə deyirdi: “Ah, bu qədər də vəhşilik olarmı ki, mən etdim! Bu nə vicdansızlıqdı! Həyatını yolumda sərf edən əziz qardaşımı günəşin ziyasından məhrum edib, sailliyə qədər endirdim. Yadımdadır o gecə… Bütün aləmi qaranlıq, hüzn, kədər bürümüşdü, mən yolla gedirdim, gördüm, iki gözdən kor olan qardaşım əllərini açıb yalvarır: “Din qardaşlarım mənə kömək edin, Allah sizi mənim kimi zəlil eləməsin!” Ah, öz bacımı, mən zalım, mən vəhşi öz əlimlə boğub öldürdüm… Əcəba, qiyamətdə anama nə cavab verəcəyəm. ”. Fərhad tamamilə özünü itirirdi. Bir gün qəbiristana getdi. Yanyana qazılmış iki qəbrin arasında oturub ağladı: “Ah, bağışlayın məni, mən sizə zülm etdim… Bağışlayın bir günahkarı ki, dizi üstə çöküb sizdən üzr istəyir…” Fəqət məqbərələrdən heç bir cavab almadığı üçün kor- peşman evə qayıtdı. Qulluğa gedirdisə də, gördüyü işlər nəzərindən keçirkən, durub o tərəf-bu tərəfə çırpınırdı. Gah da yalvarıb zarıldayırdı. Fərhadın artıq işə yaramadığını görüb, qulluqdan xaric etdilər. O tamamilə dəyişib, üzünü tük basmışdı, başının saçları ağarmış, gözləri çuxura düşmüş, sanki bir qədər bundan irəli şad, məsud və məşhur bir mühəndis olan Fərhad bu deyilmiş, bu ancaq bir cünun imiş.
Həmişə şad bir həyat sürməyə adət edən Gülzar buna davam edə bilməyib, Fərhada:
-Mən sənin evində bu qədər əzab arasında qala bilmərəm, al bu sənin uşağın!
-deyə balaca uşağı Fərhadın üstünə atıb getmək istədikdə, Fərhad diqqətlə Gülzarın üzünə baxdı, zira, onu görmək istəmədiyindən çoxdan onun üzünə baxmamışdı: o saatda, bir gecə bağda keçirdiyi xainanə dəqiqələr yadına düşüb, cəld ayağa durdu:
-Ah, xain! Mənim bütün bu bədbəxtliyimə, bu əzabıma səbəb sənsən! Sənin xəyanətin bizim evimizi yıxdı. Bu bəs deyilmiş kimi, indi qeyrisinin də evini yıxmağa gedirsən. Yox, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib olduğum üçün, bu qədər əzaba düçar olduğum üçün erkən solmuş xoşbəxt ailəmizin intiqamını səndən alacağam, xainliyinin cəzasını öz əlimlə verəcəyəm! Fərhad bunu deyib, Gülzarın boğazından yapışdı, boğub uşağın üstünə yıxdı: – Gör, bu da cəza… ədalət… mükafat… intiqam… – deyə məcnunanə addımlarla otaqdan çıxdı.
Fərhadı tutub həbsxanaya apardılar.
Bir neçə gündən sonra Kamil, yurist vəzifəsində gəlib, bütün anası barəsində cəm etdiyi məlumatı ədalət məhkəməsinə verdi, işin təzədən təhdid edilməsini tələb etdi. Mühakimə edilərkən Fərhaddan soruşdular: – Sənə isnad verirlər ki, Züleyxanı da sən boğub öldürmüşsən, nə ilə özünü safa çıxara bilərsən?
Fərhad əsə-əsə ayağa durub dedi:
-Bəli, doğrudur, mən öldürmüşəm, mən bədbəxt! Züleyxanı da mən öldürmüşəm, qardaşımın da gözlərinin kor olmasına mən bais olmuşam. O zamanlar mənim ürəyim daş kimi idi. Sonra həyatın iti pəncələri altında əzildim, didildim, özümün bu hala düşməyimə səbəb oldum. Məndən savayı bir xain də vardı ki, mənim bu hala düşməyimə çoxu o səbəb olmuşdu. Amma mən ondan öz intiqamımı aldım. Indi də xahiş edirəm ki, bacımla qardaşımın intiqamını məndən alasınız, – deyə Fərhad taqətdən düşüb, yerə yıxıldı.
Bir az keçəndən sonra ədalət məhkəməsinin üzvləri çıxıb məşhur mühəndis Fərhadın iyirmi il katorqa cəzasına məhkum edildiyini bildirdilər.
Fərhad, Züleyxa adını eşidəndə, yenə həmin müdhiş dəqiqələr gözü önündə durdu. Dizi üstə düşüb dedi:
-Bacım, Züleyxa bağışla məni. Gəlirəm qara üzlə sənin yanına… Bağışla məni… Oh, Züleyxa, günahkaram, bağışla. Ey məndən intiqam alan cavan, səndən çox razıyam ki, mənim tez həlak olub, əzablardan xilas olmağıma səbəb oldun. Barı gəl bu yaxşılığına görə üzündən öpüm.
Kamil Fərhadın acı halını görüb, imtina etməyib, yanına gəldi.
-Mən həmin qətlə yetirdiyin Züleyxanın oğlu Kamiləm, – dedi.
Bunu eşitcək Fərhad geri çəkildi.
-Get, mənim əllərim qanlıdır, sənin pak və müqəddəs bədəninə dəyməsin! Ancaq qiyamət günü anandan öz günahkar qardaşının əfv edilməsini xahiş edərsən. Get, əllərini mənim napak olan bədənimə vurma! Çəkil. – Fərhad əsərək, birdən yerə yıxılıb, ruhdan ayrıldı.
Axırıncı nəfəsdə Fərhadın ağzından ancaq bu sözlər eşidildi:
-Bağışla, Aslan. Bağışla, bacım Züleyxa. Gəlirəm… günahkaram…-
bağışla!
Baharın orta ayı idi. Şəhərin kənarında olan böyük bir bağçada hər yerdə olan kimi, ağaclar göyərib yarpaq açmışdı. Bu bağ dövlətli adamın deyildisə də, lakin sahibi Aslan çox çalışqan olduğu üçün, hər gün öz ruzusunu qazanıb külfəti ilə bahəm bəxtiyar yaşayırdı. Aslan bağçaya çox qulluq etdiyi üçün, bağ şəhərin bütün başqa bağlarından gözəl idi. Hər tərəfdə ağaclar, sərvlər, çinarlar, alma, armud, gilas ağacları qayda və nizam ilə əkilib, aralarında alçaq göy ot bitmiş idi. Bağçanın ortasında bir hovuza dörd balıq buraxılmışdı ki, durulduğundan nur kimi parlayan suyun arasında cəld hərəkətləri ilə şad üzürdülər. Suyun zərif şəfəqləri hovuzu əhatə edən yaşıl ağacların üstünə düşüb keçəndə, ildırıma bənzədiyi üçün, bu lətafətə tamaşa edən qüvveyi- bərqiyyə kimi mütəəssir edirdi. Ağaclarda cürbəcür güllər açılıb səhneyi-asimana baxıb gülürdü. Xəfif əsən hava ney kimi bülbülanixoşəlhanın həzin nəvasına qatışıb, mahir bir musiqişünasın belə çala bilməyəcəyi lətif havalar çalırdı.
Hələ bu lətafətin üstünə hər səhər saf havada pərişan saçlarını kürəklərinə örtüb xuraman-xuraman seyr edərək, təbiətin bu gözəllik və lətafətinə tamaşa edən bir qızın bəxş etdiyi mənzəreyi-fərəhəfzanı artıranda, bağça dünya üzündə yaranmış ikinci bir cənnət, qız isə dünya behiştini təzyin etməkdən ötrü səmadan enmiş bir mələk olduğu aşkar görünürdü. Qız şirmayı kimi ağ əllərinin birini şamama kimi qalxmış döşünün altına vurub, o biri əli ilə hərdən saçlarına nizam verirdi. Nazik ipək köynəyini həzin-həzin meh vuran bahar havası yelləndirdikcə, köynək yellənib haman dünya hurisinin süd kimi ağ bədənini yelləyir, qız isə, onsuz da sərv ilə rəqabət edən bülənd qamətini yüksəldib, ahular kimi təsviri naqabil bir nazü- nəzakətlə yeriyirdi.
Bu nəzakəti ilə nazənin qız hovuzun kənarına yetişib ən zərif xoş rayihə və yanaqları kimi qızarmış bir qızılgül dərib, şirmayı əli ilə abdal ləblərinə yaxınlaşdıraraq, gülün yarpaqları üstündə almaz qətrəsi kimi parlayan şəbnəmi- ruzigarı güldən daha zərif olan dodaqları ilə əmərək, bir vəhşi maral cəldlik və vüqarı ilə hovuz üstünə atılıb, qurulan kürsünün üstündə oturdu. Hovuzun kənarına atılanda, döşləri bahar yarpağı kimi əsib insanın ürəyini dəxi titrədirdi. Nazənin oturub atılanda, ay kimi parlayan üzünə tökülmüş saçlarını başının hərəkəti ilə çiyninə tökərək, iri və qara olduğu halda bir piyalə nur kimi şəfəq saçan gözlərini hovuzda üzən balıqlara dikdi.
Ah, təbiətin səhər vaxtı bu bağçada yaratdığı lətafət, zərafət və mənzəreyi- fərəhəfzanın yüzdə, mində, hətta milyonda birini təsvir etməyə bu sadə qamışdan yapılmış aciz qələmdə qüdrətmi olacaq? Heyhat, yox və yenə yox. Insanları mütəməddin edib dünyaları, dəryaları, səhraları, hətta asimanları belə aciz insanların təhti-təsərrüfünə və tabeliyinə keçirən qələm ağ kağız üzərində qara sətirlər yazmaqla qüvvəyi-bərqiyyədən daha müdhiş, daha qorxunc silahlar yaradıb insanları ay və zöhrələrlə belə bəhs etmək cəsarətinə malik edən qələm, gözəl, abad binaları viran, lakin viran, xaraba yerləri abad və laləzara döndərən qələm. Bu gün təbiətin yaratdığı bu mənzəreyi-fövqəladə qarşısında aciz, mat və mütəhəyyir.
Qələmin belə aciz və bietibarlığını görəndə rəssamlara əl ataq! Əcəba, hansı rəssamdır ki, hovuz kənarında oturan nazənin qızın qızılgül kimi qızarmış yanaqlarını, yuxudan təzə ayıldığı üçün ahu baxışı ilə qırmızı, balıqlara baxan gözlərini, zalım cəlladlar şəmşiri kimi can almağa hazır olan qaşlarını layiqincə təsvir edə bilsin? Hansı rəssamdır ki, mahirliyinə məğrurən, o qam axacaq qədər zərif və qırmızı olan dodaqlara, o xoşrəng gülün yapışıb bir-birindən seçilmədiyini təsvir edə bilsin? Heyhat, yenə yox! Onlar da, onlar da aciz! Mat və mütəhəyyir!
Əcəba, bu qız kimdir və kimə qismət olacaq!?
Bu qız Aslanın olub, adı Sitarə idi. Evlərində dörd adam yaşayırdı. Biri həmin qız, ata-anası və bir də bu qızın Mənsur adlı bir gözəl əmisi oğlu.
Mənsur altı yaşında ikən, atadan və anadan yetim qalmışdı. Aslan onu götürüb öz himayəsi altında saxlayaraq, Mənsurun elmə həvəskar olmağına rəğmən onu oxutdururdu. Mənsur böyük bir həvəslə oxumaqla bərabər, çox zirək və tizfəhm olduğu üçün, arif olanlar gələcəkdə bu yetim cavanı gözəl səadət gözləyəcəyini bilirdilər. Mənsuron səkkiz, amma Sitarə on beş yaşında idi. Sitarə də oxuyurdu.
Aslan həmişə, hətta uşaqlıqdan bu vaxta qədər bunların mehriban dolanmadığını görüb:
-Sitarə! Səni Mənsura verəcəyəm! – Mənsura da – Mənsur! Oxu, oğlum, Sitarəni sənə verəcəyəm, – deyə hər ikisini oxumağa həvəsləndirirdi. Lakin Sitarənin o nazənin bədəni oxumağın möhnət və cəfalarına dayanmadığı üçün, Mənsur öz dərsindən sonra böyük zəhmətlərlə Sitarənin oxumağına çalışıb, gələcəkdə onunla bir yerdə dolanacağını nəzərdə tutaraq, min məşəqqətlə dərslərini öyrədirdi. Sitarə də Mənsuru çox sevirdi. Hələ uşaqlıqdan Aslanın sözləri bu iki cavanı həvəsləndirib, bir-birinə məhəbbət zənciri ilə bağlayırdı.
Hər iki cavan gündə bağın içinə girib seyr edirdilər. Hələ iki il bundan qabaq hovuzun kənarında olan hündür çinar ağacının dibində bir-birindən ayrılmamağı əhd etmişdilər.
Budur, iki ay idi ki, Sitarə müəllimlik senzi alıb qurtarmışdı. Amma Mənsur dərsini tamama yetirmək üçün hələ beş il də oxumalı idi.
Amma heç kəs soruşmayır ki, bəs Mənsur hanı?
Ah, Mənsur! Bədbəxt cavan hündür çinar ağacının dibində məhzun və qəmgin oturub, bahar buludu kimi göz yaşlarını axıdaraq, hərdənbir məlul-məlul Sitarəyə tərəf baxıb, həzin və ağlar bir səslə:
-Ah, zalım zəmanə, rəhmsiz dövran, vəfasız övrətlər! – deyə ağlayır.
Bəs Mənsur niyə tək oturub ağlayır?
Budur, altı aydır Sitarə əhdini sındırıb, Mənsur ilə danışmaq belə istəmir. Hələ çoxdan atasına demiş ki:
-Mən Mənsura getmək istəmirəm, qonşumuzda olan dövlətli Salmanın oğlu Həsənə getmək istəyirəm…
Aslan bundan məhzun olub, nə qədər Həsənin biar, qumarbazın biri olduğunu deyərək, Sitarəyə nəsihət edirdisə, Sitarə eşitmək belə istəməyib:
-Mən Mənsura deyil, Həsənə gedəcəyəm! – deyə təkid edirdi. Zira Sitarə görürdü ki, Mənsurun əlində bir dövlət yoxdur. Kim bilir, beş ilə öləcək və ya qalacaq? Həsən isə, dövlətli olduğu üçün hər gün Sitarəyə bəxşişlər alıb gətirirdi.
Axirüləmr, Aslan naçar qalıb, Sitarənin sözlərinə razı olmağa məcbur oldu. Budur, nişan gəlib, sabah toy olacaq, o biri gün də gəlin gedəcəkdir.
Biçarə Mənsur bu altı ayda, ələlxüsus bu bir neçə gündə divanə kimi olmuş, əlində pul, yarında vəfa olmadığı üçün, hər gün bu ağacın dibində oturub
canyandırıcı nalələrlə ağlayırdı. Bivəfa Sitarə bu nalələri eşidib, bu qanlı göz yaşlarını görürdüsə, səng-dilanə bir tövrlə yanından keçərək, o tərəf-bu tərəfə gedib, hələ bir qədər istehzayanə nazlarla Mənsurun yaralarına duz səpirdi. Biçarə Mənsur isə onlara müqabil ağlamaqdan başqa bir çarə tapmırdı. Çox vaxt biçarə Aslan bu nalələri görüb, Mənsurun yanına gəlib:
-Oğlum, Mənsur, heç ağlama! Mən sənin üçün Sitarədən də gözəl bir qız taparam! Sən sevgili qardaşımın yadigarısan, – deyə ona təsəlli verərək, göz yaşlarını silib evə aparırdısa da, Mənsur sakit olmayıb, əmisindən ayrılan kimi yenə otağın qapılarını bağlayıb ağlamağa başlardı.
Artıq Sitarəyə yalvarmaqdan başqa bir çarə qalmadı. Bu gün ən ağır və
qorxunc qədəmlərə cəsarət etmişdi. Bəlkə yalvarmaqla Sitarənin ürəyinə rəhm düşsün deyə, bu gün axırıncı qətrə həyat dərmanını içəcək! Sağalmasa? Axırıncı çarəni yalvarmaq bilib yalvaracaq: “Yox!” – desə nə olacaq? Düşünün! Əlbəttə ki, intihar.
Budur, yarım saata qədər keçdi, Sitarə əvvəlki vüqarı ilə hovuzun kənarından atılıb evə tərəf yeriməyə başladı. Mənsur pozğun, zəlil bir halda qalxıb onun keçəcəyi yolda dayandı. Sitarə bunun yanından keçəndə, Mənsur zəlil dilənçilər kimi hər iki əlini bir tövr səfilanə ilə Sitarəyə tərəf uzadıb, iki dizi üstə yıxılıb:
-Ey gözəlim, mənə rəhm et. – dedi.
Amma burada Sitarə ona çatıb:
-Yol ver! – deyə onun yanından keçib getdi.
Mənsur əlləri bir qədər göydə qalıb, məzlum-məzlum Sitarənin dalınca baxaraq, biixtiyar gözünün yaşı axırdı. Sitarə evlərinə yol aparacaq alçaq pillənin üstündə bir əlini qapıya uzadaraq, başını isə çevirib Mənsura baxıb, yenə əvvəlki vüqar və vəhşiliklə səng-dilanə evə girdi. Mənsur dizi üstə oturub baxdısa da, heç bir şey görməyib, yuxu ilə oyaqlıq arasında idi. Sitarə içəri girəndə Mənsur biixtiyar üzüqoylu yerə yıxıldı. Artıq Mənsur oyaq deyildi. Heç bir şey dəxi görüb eşitmirdi.
Biçarə Mənsur nə ətrafında baharın xəfif-xəfif uyuldayan yarpaqların uyultusunu, nə həzin-həzin nalələrlə gül başına fırlanan bülbüllərin nəvasını eşidirdi. Hətta əmisinin bağçasını seyr edəndə, bunu görüb yanına gəldiyini görmürdü. Əmisi Mənsurun halını görüb, o da ağladı. Əziz qardaşından yadigar qalmış Mənsuru – istəkli bir adamını torpaqlar üstünə sərilmiş görüb:
-Biçarə Mənsur! Əziz övladım! Mən sənin səadətini yüksəldib, istiqbalını parlada bilmədim! – deyib, biixtiyar gözlərindən yaş tökülürdü. Həqiqətdə də hərgah Aslan can bahasına belə oturacaq bir çarə tapsaydı, öz canını əsirgəməyib, Mənsuru bu dərddən azad edərdi. Amma ki, fayda yox idi. Aslan məhzun bir halda Mənsuru qaldırıb evə gətirərək, öz təxti-xabinə saldı. Bir qədərdən sonra Mənsur acı və həzin bir inilti ilə ayılaraq, özünü evdə görüb qalxdı. Əmisi və əmisi arvadı yatağının yanında oturmuşdular. Bunlar getdilər. Mənsur özünü toxtada bilməyib zar-zar ağlayırdı. Nahar oldu, günorta oldu, gün qüruba əyildi. Mənsur hələ də zarıldayırdı.
Üç gün idi ki, heç bir şey yeməmişdi. Gün batdı, Mənsur biçarə hənuz ümidini kəsməyib, dübarə bağa gələrək, haman çinar ağacının dibində oturdu. Bir o qədər keçmədi ki, uzaqdan Sitarənin ay kimi parıldayan sifəti göründü. Sitarə yenə keçmişki naz-nəzakət və vüqarla gəlib hovuzun kənarında oturdu. Mənsur məlul- məlul bir qədər ona baxıb qovrulandan sonra, artıq dayana bilməyib qalxdı ki, onun yanına gələrək, yalvarıb öz dərdlərini desin…
Lakin bu halda divarın üstündən Həsən aşıb, hovuzun kənarına gəldi. Mənsurun isə dizlərinin taqəti üzülüb, öz yerində çırpındı. Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi gərdəninə toxunanda, sanki Mənsurun ürəyinə ildırım toxunurdu. Nə çarə? Biçarə Mənsurun ağlamaq sədası, zarıltısı və nəvası iki daşürəkli insanın qəhqəhələri arasında itib gedirdi.
Insanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac kənarda oturub baxsın! Onda nə olar?
Ah, artıq Mənsurun ürəyindəki dərd-qüssələri yazmayıb, özünüzə mühəvvəl edirəm. Özünüz düşünüb Mənsurun qəm və qüssəsinin miqdarını, yarımçıq da olsa, müəyyən edin.
Burada Mənsurun nitqi quruyub, dili ağzında fırlanmırdısa da, amma ürəyindən də olsa, bu sözləri deyəcəyi yəqindir:
Bu dövran gərdişindən sinəsi al qan olan könlüm!
Gecə-gündüz işi ahü fəğan, hicran olan könlüm!
Gecə ta sübhədək şəm oduna pərvanətək yandım,
Ziyayi-şəmi isə, qisməti-insan olan könlüm!
Görən məşuqini əğyar ilə seyrü səyahətdə,
Bu cənnət bağı çeşmi-zarimə niran olan könlüm!
Əcəb hicr atəşinə yanmışam, taqət gedib əldən,
Fəraqi-yar ilə beyti-dili viran olan könlüm!
Aman, ey çərxi-kəcrəftar, bəsdir, əl götür məndən!
Yan, ey yarı dili-əğyar üçün canan olan könlüm!
Hər nə isə, iki saata qədər vaxt keçəndən sonra Həsən yenə divardan aşıb
getdi. Sitarə isə, bir sərv kimi xuraman gəlib evə tərəf getməyə başladı. Mənsur ikinci dəfə duraraq, əllərini Sitarəyə tərəf uzadıb, gözündən sel kimi yaş tökərək, Sitarənin qabağında dizi üstə oturub dedi:
-Ey bivəfa! Barı bir neçə kəlmə sözümə qulaq ver!
Sitarə bir tövri-vüqar ilə durub, iri qara gözlərini Mənsurun üzünə dikdi. Mənsur bu mərhəmətdən bir növ taqətə gəlib göz yaşı tökərək, bir sövti-zəlilanə ilə ahü naləyə başladı:
-Ey bivəfa Sitarə! Ey bietibar əmim qızı! Sən mənimlə həmin çinar dibində əhd bağlamadınmı ki, bir-birimizdən ayrılmayaq, əcəba, nə tez əhdini unutdun? Ey biinsaf! Aya, mənə rəhmin gəlmədi ki, illər uzunu mənim həyatımı zəhərləyib, məni hicran oduna yandırmağa, dərdü bəlaya giriftar eləməyə razı olursan? Ah, Sitarə! Məni yandırma! Məni əbədilik olaraq, hicran səhrayi-bipayanının dirrəndə və vəhşi heyvanlarının çəngali-biamanına salma! Məni əbədilik olaraq bəla dəryasının girdabi-binəhayəsinə salıb cavan ömrümü, parlaq istiqbalımı qəri-zülmati-məzarə yerləşdirmə! Mənə rəhm et! Ah, bivəfa! Hanı o keçən günlər ki, səninlə bu ağacın dibində və saf hovuzun kənarında şirin-şirin söhbətlərə, dərin-dərin işrətlərə məşğul olub, yüksək bir həyat ilə yaşayırdıq? Onları unutdunmu? Ah, biinsaf Sitarə, bimərhəmət Sitarə! Əğyarı bu həqir əmin oğlunun üstünə ayaqlandırmaq rəvamı.
Göz yaşı Mənsura danışmağa mane olurdu. Mənsur isə tamam gücü ilə çalışırdı ki, onu sakit edib, fürsət var ikən sözlərini desin. Lakin Mənsur nahaq çalışırdı. Göz yaşları bir seyli-xüruşan kimi cuşə gəlib, Mənsuru sükuta məcbur edirdi. Axırıncı gücünü yığıb, qanlı göz yaşları arasından:
-Sitarə! Bivəfa olma! Əhdə vəfa et! Məni yandırma! Gəl, gəl ey həyatımın zöhreyi-şəşəədarı! Gəl! Gəl! Gəl, ey istiqbalımın şəmi- pərtövnisarı! Gəl, gəl bivəfalığı tərk et! Mənimlə bağladığın əhdi sındırma! Əğyarı kənar et! Məni yandırma! Gəl! Gəl.
Burada Sitarə gözlərini Mənsurdan çəkib, çinara tərəf baxıb fikrə getdi. Mənsur isə həyat ilə məmat arasında cavab gözləyirdi. Bu cavab ölmək, ya qalmaq cavabı olub, Mənsurun gələcək həyatının müqəddəratını bildirəcək idi. Bu cavab Mənsuru ya gözəl bir həyata, parlaq bir istiqbala yetirəcək, ya əbədilik olaraq qara torpaqlar altında qaranlıq məzara yerləşdirəcək idi. Amma əfsus. Qəza bir fələkzədəni xilas edib əlindən tutmaz, bərəks, daha da onu dərin-dərin quyuların dibinə salmağa çalışar.
Budur, Sitarə başını qaldırdı. Bir də çinar ağacına baxaraq, üzünü Mənsura tutub, gül yarpaqları kimi qırmızı və zərif dodaqlarının arasından:
-Yox, Mənsur! Məndən sənə çarə ola bilməz. Özünə çarə tap! deyib, bir tövri-qürur ilə yola düşüb getdi.
Bu da axırıncı ümid! Bu da zəif surətdə işıq verən ümid şəmi ki, təzədən söndü. Mənsur yenə yıxılmaq istəyirdi. Lakin tamam gücünü yığıb, bir an əvvəl həyatını qurtarıb bu cəfalardan xilas olmaq üçün qalxdı. Mütəfəkkir evə girib, dalınca qapını örtdü. Divarda olan xəncəri götürüb sinəsinə qoyaraq, tutqun və dilsiz kəlmələrlə təkəllümə başladı:
-Ah! Zalım zəmanə! Kəcmədar dövran! Bivəfa tale. Ey çərxikəcmədar! Əcəba, mənim bu bədbəxtliyimdən sənə bir səmərə varmı ki, məni bu qədər dərdü möhnətə, əzabü əziyyətə düçar elədin? Əcəba, mənim ölümümdən sənə bir səmərə varmı ki, hənuz dünyadan kam almamış, hənuz həyat və səadətin zərrin piyalələrə doldurulmuş şərbətini içməmiş mənə ölüm zəhərini içdirirsən? Əcəba, tamam cövrü cəfa, zülmü əzablarını məndən ötrü saxlamışdın ki, əvvəl yetim, səfil, sərgərdan buraxıb, indi də belə bir bəlaya düçar edibən, məni bir kənara ataraq, yarımı əğyara nəsib edib, qanıma susadın! Ah, zalım zəmanə! Bivəfa Sitarə! Indi rahat olun! Mən dəxi dünyanın şirin-şirin ümidlərini görməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun ki, mən gülzari-fərəhfəzaların, seyrü- səyahətin, vəxti-səadətin, nəvazişi- fərəhbəxşasın layiqincə görməmiş, o ləbi- abidarın şəhdi-şərbətmisalın doyunca əmməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun! Gəl, gör, Sitarə, xar etdiyin Mənsuru!
Burada Mənsur xəncərin üstünə yıxılmaq istəyir. Sağ ayağını yerdən götürüb,
o biri ayağını da üzmək istədikdə birdən dayanır, rəngi dəyişib filfor çöhrəsində bir qələbənin əlaməti zahir olur. Xəncəri yerə çırparaq:
-Yox, yox! Yox! Əcəba, mən özümü öldürməklə zalımların ürəyimi yanacaq? Yox! Əsla! Bərəks əmin qüssə çəkib qəmgin olacaq. Yox! Artıq anladım! Bir dərya ki, mənə boy verməsə, mən ona ümman demərəm. Bir bivəfa ki, məni atıb gedir, mən nə səbəbə ona məhəbbət bağlamalıyam? Qoy getsin, artıq mən onun məhəbbətini ürəyimdən çıxardım. Əlbəttə ki, zəif adamı müsirr xəstəlik daha çox mütəəssir etdiyi kimi, insan nə qədər zəifül-qovl olsa, zəlalət və bədbəxtlik onu daha da artıq tutar. Qoy getsin, artıq elə bivəfalara yalvarmaram. Madam ki, o məni sevirdi, bir biarı görüb məni unutdu, mən nə üçün unuda bilmirəm? Qoy getsin, bəlkə onu orada səadət və xoşbəxtlik gözləyir. Get, ey bivəfa Sitarə, get. Artıq mən də səni unutdum. Artıq mən də səni istəmirəm. Sən məni yandırdın, amma mən sənin yanmağını istəməyib, səadətə yetməyini istəyirəm. Get! Dəxi mən də özüməlazım olan yolu tapdım. Bilirəm! Gələr bir zaman ki, mənə də fürsət düşər, sən də mənə möhtac olarsan. O vaxt mən sənə pislik etmərəm. Get, bivəfa Sitarə, get. Artıq mən də səndən gözümü çəkib, səni unutdum. Get, xoşbəxt olub səadətə yetəsən! Amma bilirəm ki, bu zülmün cəzasını görəcəksən, get.
Burada Mənsur xəncəri yerindən açıb, sanki heç qəmi yox, şad və xürrəm otaqdan çıxdı. Əlbəttə ki, Aslan bunu görüb şad oldu. Mənsur gəzməyə gedib, axşam evə qayıtdı. Artıq Sitarə gözünə sataşırsa, sevgili yar deyil, bir doğma bacı kimi ona baxıb, sanki bacısının ərə getməyinə şad olurdu.
Səhər oldu, toy oldu. O biri gün Sitarə gəlin getdi.
Payızda Mənsur dərsə başlayıb daha da səy etməyə və qeyrətlə oxumağa başladı.
Zaman bir axar çay kimi axıb, illər mürur edirdi. Altı il bu hadisədən keçdi.
1915-ci il may ayının 16-sı idi. Axşam vaxtı Aslanın bağında təqribən 21-22 yaşlarında cavan bir oğlan 19 yaşında gözəl və nazənin bir qız ilə seyr edirdi. Bu bağın lətafəti-təbiiyyəsi oxuculara məlum olduğu üçün, tərifinə hacət yox. Ancaq onu demək lazımdır ki, o vaxtdan gündən-günə bağ daha da dilgüşa və fərəhəfza bir mənzərə alırdı. Bağda gözəl qız ilə oğlan hər ikisi gözəllikdə bir-birinə rəqabət edib, üzləri ay parçası kimi işıq saçırdı. Hər ikisi təmiz və nəfis ağ paltar geyib, bağı seyr edirdilər.
Kimdir bunlar?
Bunlardan biri Mənsur, biri də onun sevgili arvadı Sara idi. Iki il idi ki, Mənsur təhsilini tamam edərək, mühəndis vəzifəsində ildə 18 min manat məvacib alırdı. Bir il bundan əqdəm evlənib gözəl və tərbiyəli bir qız almışdı. O vaxtilə bir bağçanın zərif və rayihədar canlı bir gülü olan Sitarədən gözəllikdə geri qalmazdı…
Ah, yenə Sitarə xatirə düşdü! Bəs heç soruşmursunuz: hanı Sitarə?
Sitarə! O insan cildinə girmiş mələk! Göz gəzdir, bax! Bağın ən qaranlıq bir guşəsində məhzun halda oturub, gəzənlərə tamaşa edir. Əcəba, Sitarə neçin məhzundur? Həmişə bir nəfər bəxtiyar və hökmdar ola bilməz. Dövran bir insanı ucaldıb, ucaldıb, birdən ən yüksəkdən yerə elə çırpır ki, bir də uçmasına çarə tapılmaz. Bəzən də, əksinə, bir insanı illərlə xar edib, birdən yüksəldir.
Budur, üç il bundan qabaq Aslan, sonra övrəti vəfat etdilər. Salman hələ dörd il bundan qabaq ölmüş, hələ o vaxtdan Sitarənin qəlbində olub yanan, amma zəif bir yelin əsməsi şöləsi əyilib müvəqqəti ziyasını əskildən məhəbbət şəmi yenə külək keçəndən sonra şöləsini düzəldib, işıq verməyə başlayır. Sitarə artıq yenə Mənsuru sevirdi. Amma Mənsur! Mənsur əbədilik olaraq ürəyində məhəbbət şəmini ruzi garın təbii badi-havası ilə deyil, öz əli ilə söndürmüşdü. Hələ Mənsur evlənməmiş Sitarə neçə dəfə kağız yazıb demişdi: “Əzizim Mənsur! Mən səni əvvəlki kimi sevirəm! Hərgah məni almaq istəsən, çıxıb sənə gələrəm”.
Lakin Mənsur hər dəfə “yox” cavabını yazmışdı. Bu dəfə artıq Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzirdi. Mənsur isə boyun qaçırırdı. Ona görə Sitarə Həsənin evində qalmağa məcbur olurdu. Həsən isə, atasından sonra onun tamam mülki-malını satıb, içkiyə xərcləmişdi. Axırıncı qəpiklərini və ev müxəlləfatını tamamən satıb, qumara qoymuşdu. Hətta iş bir məqama çatmışdı ki, evdə ac qalmışdılar. Sitarə bunu görüb, atasından qalmış həmin mülkü, bağı Mənsura on min manata satmışdı. Həsən onu da az bir vaxtda xərcləmişdi. Hərçənd Sitarə oxumuş qız olduğu üçün özünü dolandıra bilərdi, amma Həsən ona imkan verməyib, gedəndə qapını üzünə qıfıllayıb, gələndə isə açıb içəri girib, yenə də örtərdi.
Budur, Sitarə bir yandan Mənsurun firqət və hicrinə, bir yandan da Həsənin cövrü cəbrinə davam gətirməyib, qaçıb öz əmisi oğlunun yanına gəldi. Mənsur isə onu can və başla qəbul edib, naz ilə bəslə- məyə qərar verdi. Amma Sitarənin ürəyində Mənsurun məhəbbəti gündən-günə şölələnib var əzasını yandırırdı. Neçə dəfə xəlvət Mənsura yalvarmışdısa da, o hər dəfə bir tövri-mülayimanə ilə:
-Gözəlim, mən səni ancaq bacı kimi görə bilib, qardaş nəzəri ilə sənə baxa bilərəm, – deyə cavab vermişdi.
Mənsur hər nə qədər ona nəvaziş edərək, min dil ilə aldadır, haman həvayi- eşqi başından çıxarmaq istəyirdisə də, Sitarə əsla aldanmayıb, həmişə ahü zar edirdi. İndi bu saatlıqda bağın qaranlıq bir guşəsində oturub, iki gəzən cavana tamaşa edib ağlayır.
Odur, Ay çıxıb, Sitarə olan yeri işıqlandırdı. Baxın, hələ iki il bundan qabaq zəriflikdə gül ilə rəqabət edən yanaqlar nə hala düşmüş? Payız yarpaqları kimi sarımtıl bir rəng çalır. Xəzan yeli solduran bir yarpaq kimi solmuş. Baxın, iki il bundan qabaq gördüyünüz o abdar ləblər, o zərif, qırmızı dodaqlar ki, hər baxan, indicə qanı axar deyərdi, indi nə hala düşmüş? Şəhdi zalım zənburun nişi ilə sorulmuş güllər kimi ağarıb qurumuşdu.
Onu da deməliyik ki, hərgah Mənsurun ürəyində məhəbbət şəmi sönmüş olmasaydı, bunların heç birinə baxmayıb, Sitarəni can tək “gəl, gözəlim!” deyə ağuşuna alardı. Lakin Mənsurun ürəyində artıq məhəbbət olmadığı üçün, Sitarə əvvəlkindən də gözəl olsaydı, yenə onu almazdı. Sitarə də Mənsur kimi bu gecə həyat, ya məmat məsələsini həll etmək istəyirdi. Odur ki, məlul-məlul Mənsurun dalınca gedib, danışmağa söz axtarırdı.
Lakin Mənsur onun kimi olmayıb, onu oxşayır, halına yanıb ağlayır, həmişə gəzəndə: “Sitarə, gəl bizimlə gedək”, – deyirdi. Hətta bu gecə də ona onlarla gəzməyi təklif eləmişdi. Amma Sitarə getməyib orada oturmuşdu.
Bir qədər keçdi. Sara Mənsurdan ayrılıb, evə getdi. Mənsur yavaşyavaş Sitarəyə tərəf yönəldi. Sitarə onu görəndə, axırıncı sözünə cavab alıb, müqəddəratını həll etmək, ya səadətlə yaşamaq, ya qəbir evinə getmək üçün ayağa duraraq, Mənsurun əlini əcz ilə tutub, dizi üstə oturub:
-Aman, Mənsur! Məni hicr oduna yandırma! Mənə rəhm et! Mənsur cəld onun əlindən tutub qaldırdı və başını qucağına alıb, oxşamağa başladı. Sitarə isə, bir an əvvəl sözlərini demək üçün əvvəlki qayda ilə qalıb, çuxura düşmüş gözlərini Mənsura dikib:
-Mənsur! Mənsur! Sənin məhəbbətinə bağlanmışam. Mənim həyatım sənin əlindədir. Sən mənim gələcək müqəddəratımı həll edə bi- lərsən… Mənsur! Insaf et! Razı olma ki, mən 20 yaşında olduğum halda, puç olub qara torpaqlar altına gedim…
Burada Mənsurun gözləri yaşarıb:
-Sitarə məgər mən sənin fəraqında yanmayırdımmı? Məgər mən özüm intihar etmək qəsdinə düşdüyüm zaman sən mənim həyatımı baqi saxlamaq istədinmi? Məgər məni məhəbbət odu yandırmayırdımı?
Sitarə onun sözünü kəsib:
-Mənsur! Günahkaram! Mənə rəhm et! Məni yandırma!
-Gözəlim, indi mən sənin üçün nə edə bilərəm ki, səni bacımdan qeyri bir kəs görə bilmirəm. Mənim ürəyim yumşaqdır. Hicran qəmini çəkib, sənin halına yanır, lakin heç bir çarə.
Sitarə axırıncı dəfə olmaq qəsdilə sözünü kəsib:
-Mənsur məni yandırma, insaf et, rəhm elə.
Mənsur heç bir çarə tapa bilmədiyi üçün:
-Gözəlim, mən sənə qanımın bahası ilə xidmət etməyə hazıram, lakin bu işdə məzurəm…
Burada Sitarənin əndamı sustalıb yerə dəydi. Mənsur onu durquzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. Bir azdan sonra Mənsur evə getdi. Get-gedə Mənsur keçmişləri düşünüb, gözləri yaş ilə doldu. Əmisi qızının intihara qəsd etməsindən qorxub evə girdi ki, bəlkə Saradan rüsxət almağa müvəffəq olub, yetim əmisi qızını bu dərddən xilas etsin.
Lakin Mənsur gedən kimi Sitarə həyatından bezikmiş, zəlil bir halda durub, ağlaya-ağlaya hündür çinar ağacının yanına gələrək, ağaca dırmaşdı. Bir budağın üstə oturub, bir qədər ağlayandan sonra, şərfin boğazından açıb buraraq, bir ucunu ağacın budağına, bir ucunu da ilmək eyləyib öz boğazına salıb, budaqdan asılmaq istədikdə, gözü ağacın altında, hovuzda üzən balıqlara sataşıb dayandı. Gözləri yaş ilə dolub, tamam keçmiş günləri gəlib gözünün qabağında durdu. Ürəyininən dərin guşəsindən bir ah çəkib:
-Ey bivəfa dünya! Ey bivəfa tale! Sən də bietibarmışsan ki, iti tilovun ucuna keçirdiyin bir parça ləziz təamına aldanıb toruna düşdüm. Sən insana mərhəmət edən olmayıb, zalım bir səyyadsan ki, insanları aldadıb, öz toruna salırsan! Əcəba, belə də zülm olar ki, beşgünlük səadətlə məni məğrur edib o qədər yüksəyə qaldırdın ki, tamam insanlar gözümdən qeyb oldu. O zaman mən özümün ərşi- əyala merac etdiyimi zənn edib, sənə təşəkkür edirdim. Lakin heyhat. Bilməyir- dim ki, sən məni o qədər yüksəyə məhz ondan ötrü qaldırırsan ki, yerə çırpıb bir də hərəkət iqtidarımı əlimdən alasan. Zalım! Elə də etdin! Mənim uçağanlarla bəhs etməyə qadir olan qanadlarımı sındırıb, quyu dibinə saldın. Ah, hanı o günlər ki, həmin çinar ağacının dibində Mənsur ilə gəzib, şad bir həyat sürürdük? Hanı o günlər ki, bu ağacın dibində Mənsur ilə əhd bağladım? Indi mən Mənsuru əsla təqsirkar etmirəm. O zaman mən, mən, mən bədbəxt o qədər məğrur oldum ki, əhdimi sındırdım, onu yandırdım. Indi də özüm yanıram! Hanı o günlər ki, bu güllərin arasında gəzib bülbüllərin həzin nalələrini, özümü güldən də daha zərif bildiyim üçün, mənimsərdim. Keçdi, keçdi. Keçən keçdi, daha geri dönməz! Ah, bivəfa dünya! Artıq sənin etibarını görüb səndə dolanmaq istəmirəm. – Durur. – Əlvida, ey içində bəxtiyar günlər keçirdiyim bağça! Əlvida, ey gecə-gündüz həmnişinim olan güllər! Gecə-gündüz nəğmələrini eşitdiyim bülbüllər! Əlvida, ey mayeyi-sürurum və tamaşa nöqtəmin ən qiymətliləri olan xırda balıqlar! Əlvida, ey çinar ağacı! Sənin dibində bəxtiyar günlər keçirib əhd bağladım. Indi də həmin əhdi sındırmağımın cəzasıdır çəkirəm! Əlvida, ey əvvəli mayeyi-sürur və iftixarım və axırda baisi-rəncü həlakətim olan gözəllik ki, bundan sonra qara torpaqlar altında məhv və pərişan olub gedəcəksən! Əlvida, bu hilali-pərtövnizar! Əlvida, ey məhəbbəti yolunda həyatını tərk edib qurban olduğum Mənsur! Dəxi mən öldüm! Əlbəttə, məğrur, mütəkəbbir və əhd sındıranın axırı budur ki, iyirmi yaşında olduğum halda ölürəm! Ah, zalım zəmanə! Indi sakit ol.
Burada Sitarə özünü ağacdan tullayıb asılır…
Mənsur isə bu halda qapıdan çıxdı. Gedib mülayimanə bir dil ilə Saraya demişdi:
-Əzizim! Sən özün bizim macəramızı bilirsən, indi Sitarənin halını da görürsən… Mən bu işə, onun bu qədər əziyyət çəkməsinə razı olaram, lakin vicdan buna yol verməz. Mən ondan intiqam almaq hissi ilə onun bu cəfalarına şad olmalıyam, lakin insaniyyət buna yol verməz. Sitarə intihara qəsd edərsə, biz günahkarıq. Mənim ürəyim kimi ürəyi olduğu üçün, bu zülmə dayanır. Lakin xanımların ürəyi saf, həssas olduğu üçün, siz buna razı olmalısınız…
Artıq Saranın rənginə baxmaq olmazdı. Sara bilirdi ki, Mənsur Sitarəni istəmir. Indi dediyi sözlərdən də məqsədi odur ki, Sitarəni boş ad üçün də olsa, alıb bu bəladan xilas eləsin. Sara özü də Sitarənin halına acıyır, onun çəkdiyi əziyyətləri azaltmağa çalışırdı. Lakin nə qədər olursa, rəqibəlik hissi Saraya mane olurdu ki, Sitarənin alınmasına razı olsun. Indiki halda isə Saranın rəngi saralmış, ürəyi çırpınır. Demək olar ki, bilmərrə huşu başından çıxmış. Bu saat iki böyük qüvvə, iki hiss Saranın ürəyində çarpışır, boğuşur. Sara özü də bihuş kimi durub, sanki bu iki hissin, insaniyyətlə rəqibliyin mübarizəsinin axırını gözləyirdi. Sara çox nəcib olduğu üçün, insaniyyət hissi qalib gəlməli idi. Lakin rəqibəlik hissi aciz düşmən olmadığı üçün, belə görünürdü ki, bu iki hissin hər ikisi bir gücdədir və hansı birinə kənardan bir kömək gələrsə, o, qalib gələcəkdir. Mənsur Saranın rəngindən, məlul-məlul baxan gözlərindən bu halı anlayıb, insaniyyət hissinə kömək olmaq üçün həzin bir əda ilə:
-Gözəlim, əmin ol ki, mən iki arvadlılığın əleyhinəyəm. Lakin bu, həvavü-həvəsin kəsrətindən olmayıb, məhz yetim əmim qızına rəhmim gəldiyi üçün, bu işə məcbur oluram. Bir fələkzədənin ki, həyatı sənin əlindədir, zənnimcə, onu bir kəlmə sözünə qurban verməzsən…
-Mənsur daha da sözünü qüvvətləndirib: – Sara, mən səni sevirəm!
Sənin yolunda hər işə hazıram! amma sən də məni sevirsənsə…
Saranın üzü daha da saralıb, alnında tər qətrələri zahir oldu. Bir azdan sonra rəngi gül kimi qızarıb, iri gözləri aydınlaşıb, başını tənbəl bir hərəkətlə qaldırıb, gözlərini Mənsurun gözlərinə dikdi. Sanki bu məhzun baxışı: “Mənsur! Sonra məni atmazsan ki?” – deyə sual edirdi. Bu sual Saranın gözlərində aşikar oxunduğu üçün Mənsur tez ürəkdən cavab verdi:
-Sonra, sevgilim, mən səni sevirəm, axıra kimi də sevəcəyəm…
Lakin…
Burada Sara bir tərəfdən qalib insaniyyət hissinin təzyiqi ilə, bir tərəfdən Sitarəyə rəhmi gəldiyi üçün, bir tərəfdən də Mənsuru sevdiyinə görə, onun xahişini yerinə yetirib, xatirini sındırmamaq üçün, özünü saxlamayıb biixtiyar gül yarpağı kimi qızarmış dodaqlarının hərəkəti ilə ahəstə:
-Razıyam! – deyə cavab verdi.
Mənsur bunu eşitcək, şad bayıra fırlandı ki, yetim əmisi qızını bir an əvvəl eşqin yanar odlarından çıxarsın. Lakin bayıra çıxanda Sitarənin ağacdan asıldığını görüb:
-Dayan, – deyə sürəti-saiqə ilə ora yüyürdü. Atılıb şərfdən tutub qırdı, əyilib Sitarənin üzünə baxaraq:
-Dur, Sitarə, sənə şad xəbər gətirmişəm. – dedi.
Amma, heyhat. Vaxt keçmişdi. Sitarənin həyatına dəxi ümid yox idi. Axırıncı sözləri eşidəndə, gözlərini biixtiyar surətdə açıb, qollarını dilsiz və zəif bir hərəkətlə qaldırıb, Mənsurun boynuna salaraq, boğuq və həzin bir səslə:
-Mənsur, səndən axırıncı xahişim, sənə axırıncı vəsiyyətimdir…
-Burada Sitarə dayanıb, yenə kəsmə-kəsmə təkəllümə başladı. – Barı, bu bir sözümü yerə salma. Axırıncı arzum: məni həmin çinar ağacının dibində dəfn et!
Mənsur, hərçənd Sitarənin axırıncı sözlərini eşidirdi, lakin danışmağa qüdrəti yox idi. Gözlərindən axan yaş Sitarənin yanaqlarına toxunurdu. Sitarə axırıncı dəfə hərəkətə gəlib:
-Vəsiyyətimə əməl et, məndən çəkdiyin cəfaları mənə halal et…
Burada Sitarə zəif hərəkətlə Mənsurun dodaqlarını öz dodaqlarına yapışdırıb, axırıncı baxışla Mənsura baxıb, gözlərini yumub, canını təslim etdi.
Budur, çərxi-biarın ol gərdişi,
Cəfadır, əziyyətdir hər bir işi.
Əhməd qalın qaşlarını çatmış, odlu gözlərini süzüb gənclərə yakışırbir zövq, mütəxənninlərə yakışır bir ciddiyyətlə bakıyordu. Ötədən bəriyə Şamaxı gözəllər bulağı olduğunu bilirdisə də, böylə gözəl, böylə sevimli bir qıza uğradığı yox idi. Bu qaragözlü, bu cazibəli, çevik tərpənişli qızcigəz, ən gözəl bir baharın təcəssüm edəcək ən odlu çırpınan ruhların, zehnlərin yaratdığı xəyallar qədər xəfif olduğu kimi, geydiyi al-yaşıl, göy və sarı paltarında təbiətin gəlinləri sanılan kələbəklər qədər bəzəkli idi. Kürəklərində qara saçları ləpələniyor, boynu isə sevdiginin boynunu ilk kərə qucan ən qızğın bir sevincin titrəyən qolları gibi iri al mərcanlardan bir boyunbağını qucmuş idi. Qolunda sadəcə bir bilərzik var idi. Əllərində olan dəf, kamança və bu gibi çalğı şeylərindən qızların dağlardan, çəmənlərdən, seyrlərdən qayıtdıqlarını anlamaq… bir şey deyil idi. Qumru bayaqdan bəri ruhunu okşayan zövqləri həvəslər və sevinclərlə dolu ürəgindən ayırmamış və hələ də onların təsiri altında onun da bəzən sərxoşlar gibi laübaliyanə ətrafə səndələyərək yolun hər iki yanında bitmiş kök otları cinayətdə müqəssirmişlər gibi tapdar, bəzən vəhşi marallar gibi çevik və ürkək bir görkəm alıb ötədən bəriyi süzər, bəzən də nadinc çocuqlar gibi yanında düşüncələrə dalmış bir qızı çimdikləyərək diksindirər və yaxud al dodaqlarında təbəssümlər oynadaraq bir lətifə söylər və gözəllər qurultayını gülüşdürərdi. Əhməd okumamış, fəqət bir qədər nazik yürəgə yiyə olduğu üçün təbiəti pək sevər və bəlkə də, avçılıqdan daha əvvəl onu seyr etməgə bu çəmənlərə çıxmış idi. Fəqət Qumruyu görüncə, nə ötələrdə yazın sərin yelləriylə təpələnib parlayan zəmiləri, nə onların arasından qalxıb, hər yer gözəl, hər çiçək lətif olduğu üçün nerəyə qonacəgin bir dürlü kəsdirməgən və xəfif cikciklərlə şaşqıncasına ötəyə-bəriyə qonub-qalxan min-min quşların sevincini görüyor, yalnız nə olduğu belə anlaşılmayan bir qüvvənin təhrikiylə şəhərə yaklaşan qızları uzaqdan-uzağa biixtiyar izləyordu.
Qızlar şəhərə yaklaşırkən çadralarına örtündülər. Sağ olınız! Sağ olınız – deyə, bəzən gülərək, bəzən düşüncəli hərə bir sokaka döndü. Şimdi Qumru yalnız, fəqət həminki çevikliyini itirməyərək yüyürür və tam qapılarına varırlarkən nə üçünsə bilməm çapuq bir hərəkətlə başını fırlayıb bir yarımdairə seyr etdi. Bakışları bir qədər uzaqdan gələn, düşüncələrə batmış Əhməddə dayandı. Iki bakış tam bir-birinə işlərkən Əhmədin yüzü saraldı. Qumrunun isə bilməm nədən bayaqkı oynaqlığı, bir dalğınlıqla ürkək baxışları süzgün və donuq bir bakışa dəyişdi. Bu hal yalnız bir qırım sürdü. Ötəri qırpımda Qumru diksinmişlər gibi tərpənib yanaqlarında xəfif bir qızartı, dodaqlarında sanki məcburi bir təbəssüm bəlirərək başın fırladıb, içəri atılıb, qapılar arkasında görünməz oldu.
Hacı… pək varlı və yürəgi düz, əliaçıq idi. Şamaxıda hər kəs onu bilir və hörmət edərdi. Hacı… Qumruyu tək olduğu üçün pək sevər və heç bir şey üçün düşünməsinə, sıxıntı çəkməsinə yol verməyib istədiyini bilir və heç bir şeyi ondan əsirgəməzdi. Qumruyu hamı evdə sevər idi. Hələ çocuqluqdan bu çağa qədər ərköyün bəslənmiş və bayakdan gördüyümüz şux və qeydsizlik də, ehtimal ki, həmin ərköyünlüyün nəticəsidir… Odur ki, Hacı… heç düşünmədən “Varlığına lüzum yox, bir qızım var, o da bir oğlum olur”, – deyə Əhmədin elçilərini yola sal- mışdır. Iki gənc iki təsadüfdən sonra ilk baxışın ta sınırlarına qədər yerləşdiyi sevgi yalovları kəndilərini isidir və Hacının razılığından sonra gələcəklərini bir cənnət, kəndilərini isə birər mələk təsəvvür edib, ayrı-ayrı yakında olacaq toyu bəkləyirlərdi. Tam bu aralıq Şamaxıda məşhur Mart hadisatının gurultuları qopdu.
Axşamüstü hava bir qədər savuq, yerlər çamur ortaqı isə yürəksıxıcı bir alaqaranlıq bürümüşdü. Havanın tutqunluğu yürəgimi sıxdı. Sinemaya gedəyim, – deyə Nikolay sokakıyla ağır-ağır Olqinskiyə doğru yürüyordum. Sokaklarda adam pək az, səs yok, yalnız külək ruhları zəhərləyəcək iyrənc bir vuyultu ilə əsiyordı. Adətən, Bakının bir tozanakını, bir də palçığını görmək istəməm. Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş Ismailiyyənin önündən keçərkən xarabalıqlara, daha doğrusu əti tökülmüş baş iskletlərinə bənzər bu möhtəşəm bina, bu canavarlığın, bu cinayətin macərasını ərz edincə, bir çox kəsilmiş yoldaşlarım və bir çox müdhiş şeylər yadıma düşdü. Müdhiş mart – deyə gözlərimi yumdum. Yürəgim, ruhum, zehnim, əqlim, hissim, düşüncəm, bir kəlmə, vücudumda nə qədər hissedici şeylər varsa, hamısı inlədi. Başım kəndikəndinə köksümə sallandı. Daldım və dalğın-dalğın yürüyürdüm ki, “Ay qardaş, əsirəm, acam” – deyə bir həzin səs məni oyatdı. Başımı qaldırdım. Dörd addım qədər bəndən uzaq, təxminən 18 yaşlı sarı uçqun bənizli, qara irigözlü, utancaq və donuq baxışlı, arıq, fəqət nəcib simalı bir qızcığaz idi. Rəngi qaçmış ağ dodaqlarını şimdicə ağlayacaq gibi büzmüş, fəri qaçmış gözlərini qorkuyormuş, yaxud yalvarıyormuş, daha doğrusu, utanıyormuş gibi yarı örtmüş, yerlərə bakınaraq bəkliyordu. Və gözlərə sokuluyor qaraçı qızlarını görməz degiləm ha! Fəqət haniyə onlarda bu qədər süslü hərəkət, bu qədər utancaq və nəcib sima. Ilk bakışda qızcığazın nəcib və böyük bir ailədən olduğuna və çarəsizlikdən dilənçiliyinə hökm etdiyim gibi yüzcikəzinin sarımtıraq, solğun olduğuna baxmayaraq, olduqca gözəl olduğunu da kəsdirirdim. Yürəgim yandı, qulluqçu durarmısan? – dedim… dilənçi qız odlu bir ah çəkib… durardım, amma… susdu. Çuxura düşmüş gözlərindən bir kəs damla sümükləri irəliyə çıxmış sarı yanaqlarının üzərilə çənəsinə toğru yuvarlanıyordu. Qıraqları süzülmüş, çamura bulaşmış çadraya oxşar, büründüyü boz bir parçaya başın omuzuna əyərək gözlərini sildi və sonra başını köksünə toğru salladı, durdu… Əlimi cibimə saldım. Bu aralıq cındır paltarlı, enli kürəkli bir oğlan daha… Ay qardaş! Yaralıyam! Şikəstəm! Şamaxı əsiriyəm! – deyə əlindəki əsaya dayanaraq durdu. Qızcığaz Şamaxı adın eşitdiyi üçünmü, nə üçünsə başın qaldırıb oğlana bakınca otəki də ona bakmış olmalıdır ki, hər ikisi birdən diksindi. Hər ikisinin yüzü ölü rəngi qəbul edib yalnız Qumru! – deyə inildəyib səndələyərək yıldırım mağazasının pilləsinə, eyni vaktda qız: veriniz! Veriniz ona, bən istəməm, bən keçinərəm! – deyə getmək istəyirmiş gibi döndüsə də, haman nələr düşündüsə bilməm, dönüb bərkdən ağlayaraq: “Əhməd! Atamı, anamı öldürdülər, evimizi dağıtdılar, yalnız bən qaldım” – deyə nə üçünsə bir qolunu qaldırdı. Kim bilir bəlkə də sevdiyini qucmaq istəyirdi. Amma bunu yapmadı. Daha doğrusu, yapammadı, zira yazıq Qumrunun martda bir qolu kəsilmiş, yalnız bir qolciyəzi varmış.
Parapetdə, “Azərbaycan” kontorunda yağış bizi tutdu. “Nə qədər gec deyil, özümüzü evə çatdıraq”, – deyən bədbinlərə cavab olaraq mən inamla söylədim:
-Yağır, yağır, axır kəsər; tələsməyin lüzumu yoxdur. Küçəyə çıxmaq mümkün deyildi: ələlxüsus, ona görə ki, köpüklənib qıjıltı ilə axan zəhmli sellər sanki aləmə daha bir cüt imperator və vəliəhdin taxt-tacından əl çəkdiyini xəbər verir və hazırda millətlərin öz müqəddəratını təyin etmə hüququnun darmadağın edildiyi bir etinasızlıqla küçələrə gəmirirdi. Şəhərdə gəzən yapıncılı süvarilər sel axımında vəcdə gələrək güllə atır və qara camaatı təbii fəlakətdən daha betər dəhşətə salırdılar.
Bircə çarəmiz qalırdı: redaksiyada gecələmək. Özümüzü köhnə qəzet qalıqlarından rahat yatacaq düzəltməyə başladıq. Ancaq hər şeyə şəxsi münasibətləri olan qadınlar (redaksiya həmkarlarımız) buna qəti etiraz edib bildirdilər ki, özlərini Bakını basmış dəniz və okean sularına atarlar, amma azad mətbuat üstündə yatmazlar.
Biz əslində bütün aləmdən ayrı düşmüşük və yalnız bir vasitəmiz var idi – telefon. Nazirlərdən başlamış tanış faytonçuya qədər yaxın- larımızda yaşayan bütün dostlara zəng vurduq. Lakin bütün diplomatlar kimi, bizim də diplomatik danışıqlarımızın nəticəsi qətiyyən müsbət olmadı: birisinin elə indicə avtomobilinin təkərləri partlamışdı, digərinin elə bu saat ayağı burxulmuşdu, üçüncüsünün sevimli qayınanası “ispanka” xəstəliyinə tutulmuşdu, dördüncüsü isə təzə təşkil edilmiş hökumət tərkibinə nazir təyin olunmuşdu və özünə münasib ərazi tapa bilməyən hökumətin “xüsusi ərazi” düzəltməkdən ötrü torpaq sahəsi icarəyə götürmək hayına qalmışdı.
Xülasə, diplomatik danışıqlarımız bir bəhrə vermədi və biz, aydındır ki, ağır ümidsizliyə qapıldıq. Çoxusu sımsırığını sallatmışdı. Bəzilərinin gözləri yaşarmışdı, kimisi də anbaan telefona yanaşıb belə əlçatmaz bir məsafədən “okean”ın o tayında qalmış ailəsinə zəng vuraraq qəlbinin ah-vayını izhar edirdi.
Bir saat da keçdi. Yağış isə ara vermədən yağır, inadla seli gücləndirirdi. Kədər və ümidsizliyimiz son həddinə çatmışdı. Elə bir həddə ki, bundan sonra, adətən, dünya adamın gözündə qaralır və çox vaxt məsələ intiharla bitir. Onu da deyim ki, qadın həmkarlarımız artıq bu sonuncu tədbiri icra etməyə hazırlaşırdılar və özlərini, aşıb-daşan sel axınına atmağın estetik incəliklərini də düşünmüşdülər. Birdən… qapı ağzında iki işıldayan göz göründü:
-Bu bir fayton, daha doğrusu yarımfayton idi. Çünki onun yarısı və atlarmın ayaqları su altında qalıb görünmürdü. Sən demə, həyatımızı qiymətləndirmək üçün bəzi əsasları olan qəzetçilərimizdən birisi öz həyatı bahasına bizi xilas etməyi qərara alıbmış – kişi özünü selə atıb, “Metropol”3 mehmanxanasına qədər üzərək oradan fayton gətirmişdir.
Əvvəl gözlərimizə inanmadıq. Sonrakı dəqiqədə isə artıq püşk atmışıq: qadınları müşayiət etmək xoşbəxtliyi, yaxud bədbəxtliyi kimə qismət olacaqdı?
Hərçənd, həmin səadət bu sətirlərin müəllifinin payına düşdü, amma kişi həmkarlarıma hər ehtimala qarşı uzun müddət mütəəssiranə cavab verdim.
Qadınları, – üç nəfər idi – faytona mindirməkdə redaksiyanın, mətbəənin və ekspedisiyanın bütün heyəti iştirak etdi. Faytonumuz yola düşəndə uzun-uzadı arxamızca qışqırdılar: Əlvida! Ruhdan düşməyin! Bəlkə sağ-salamat qayıtdınız. Marşrutumuz Tatarski küçəsindən keçirdi. Çünki qadınlardan biri orada yaşayırdı. Amma Qubernski5 küçəsinə burulanda əmin olduq ki, Tatarski küçəni birbaşa fəth edə bilməyəcəyik. Voronsovski,6 Sitsiyanski7 küçələrini də eyni tərzdə sınaqdan keçirib daşqın sel qarşısından biabırçılıqla geri çəkilməli olduq.
Bazarnı8 küçəsinə çıxdıq. Əvvəlcə pis getmirdik. Ancaq tin başına çatdıqda tanımadığımız, bilmədiyimiz bir okeanın qəzəbli uğultusunu eşitdik. Təhlükəli sahəyə təzəcə girmişdik ki, hərbi paltar geyinmiş iki nəfər faytonumuzun qabağını kəsdi. Bizə “təklif” etdilər ki, onları da öz faytonumuzda o biri sahilə keçirək, çünki bizim üçün qan axıdıblar. Cəngavərlərdən qan qoxusundan çox spirt iyi gəldiyinə baxmayaraq, biz onların sözünə inanmalı və faytonun pilləsinə çıxmalarına razılıq verməli olduq. Hərçənd, bizim icazəmiz olmadan, özləri artıq bunu etmişdilər.
Faytonçu atları qamçıladı, heyvanlar irəli atıldı və… dərhal dayandı. Nə hədə- qorxu, nə yalvar-yaxar onlara kar elədi, qamçı-çubuq da həmçinin. Işi belə görən cəngavərlər bir-biri ilə qısa məşvərətdən sonra bizi faytonda qoyub suya girərək geri üzdülər. Faytonçu yerə düşən kimi qurşağacan suya batdı. Bütün gücü ilə atları döyəcləməyə qurşandı. Onlar isə buna tamamilə biganə qaldı. Faytonçu onları geri qaytarmaq üçün dilə tutmaq istədi, amma heyvanlar bundan da ədəb- ərkanla boyun qaçırdılar. Nəhayət, atlardan biri suya oturdu və bununla bizə incə bir eyham vurdu ki, o burada ləyaqətlə həlak olacaq, amma yerindən tərpənməyəcəkdir. Faytonçu təcrübəli bir adam kimi dedi: – Heç nə çıxmayacaq!
Aydındır ki, sərnişin rəfiqələrimi ürəkkeçmə tutmuş, onlardan birinin artıq “dünya gözlərində qaralmışdı” və özünü selə atmağa hazırlaşırdı. O birisi hey məsləhət görürdü ki, telefonla “Metropol”a zəng vuraq, məhz “Metropol”a. “Əminəm ki – deyirdi, – oradan bizə avtomobil göndərərlər”.
Təəssüf ki, Bakı faytonları hələ nə telefon, nə də radio ilə təchiz edilmədiyindən başqa bir şey fikirləşmək lazım idi. Tərslikdən küçələrdə, nədənsə, kimsə gözə dəymirdi ki, köməyə çağıraydıq. Təpədəndırnağa qədər silahlanmış asayiş gözətçiləri isə bizim yanıqlı fəryadlarımıza cavab olaraq tüfəngləri ilə bəzi hərəkətlər göstərir və deyəsən, öz əsas vəzifələrini yerinə yetirməyə gedirdilər.
Biz islanmış və üzülmüş halda, soyuqdan titrəyərək ayaqlarımızı bacardıqca yuxarı qaldırıb vəziyyətimizin nə ilə nəticələnəcəyini gözləyirdik. Yol rəfiqələrim tez-tez deyirdilər: – Burada gecələməyəcəyik, ha!
Bir saat belə keçdi. Sonra gördük ki, faytonçumuz cibindən böyük bir bıçaq çıxardıb suda yatan ata yanaşdı. Əvvəl elə bildik, kişi Allahı rəhmə gətirmək üçün heyvanı qurban kəsmək istəyir. Amma belə deyilmiş. O öz fikrini belə izah elədi. Onsuz da faytonu sudan çıxara bilməyəcəyik. Səhərəcən burada qalmaqdansa, yaxşısı budur atları açım və bellərinə minim gedək. Mən dərhal bu fikri bəyəndim.
Bizim kimi sadə adamlar üçün Bakıda at üstündə gəzmək elə bir nadir kefdir ki, hətta indi düşdüyümüz qeyri-adi şəraitdə də bundan imtina etmək olmazdı. Doğrudur, hava əlverişli deyildi. Soyuq yağış damlaları kürəyimizə süzülürdü. Əynimizə də qalife şalvar yox, adicə kostyumlar geymişdik. Amma o biri tərəfdən atlar da ingilis yəhərləri və sair süvari yaraq-əsbabı ilə təchiz olunmamışdı.
Müxtəsər, faytonçu atın birini açıb yanımıza gətirəndə mən pələng, yaxud balerina çevikliyi ilə onun belinə sıçrayıb bir müddət saat rəqqası kimi orada yırğalandım. Çünki atın islanmış kürəyi sürüşkən idi. Ancaq, indi də məlum oldu ki, faytonu çəkib aparmağa atları məcbur etmək – mənim yol rəfiqələrimi at belinə minməyə təhrik etməkdən asan olardı. Qadınlar bir ağızdan dedilər:
-Istəyirsiniz, lap bizi burada suya batırın, öldürün, amma ata minməyəcəyik! Mən uzun-uzadı onları dilə tutdum, mərdlik və soyuqqanlıq haqqında onlara bütöv bir mühazirə oxudum, hətta tarixdən nümunələr gətirdim. Sonra səsim ucalmağa başladı və yavaş-yavaş hədə-qorxuya keçdim. Nəhayət, qəti bir ahənglə dedim: hər kim müqavimət göstərsə, onu zorla məcbur edəcəyəm!
Qadınlardan ikisi əmrimə tabe oldu. Faytonçunun köməyilə onları bir-bir tərkimə aldım, sonra da kəndirlə belimi sarıdım və kəlmeyişəhadətimi deyib, həmin vəziyyətdə çala-çuxurlarda tez-tez büdrəyən atı birtəhər saxlayaraq, çayı keçməyə müvəffəq oldum. O biri sahilə çıxıb qadınları yerə düşürdüm və yenidən geri döndüm.
Ən çox tərslik göstərən üçüncü qadını da eyni tərzdə yola gətirdik. Qarşı sahildə iki dəstəyə bölündük. Inadcıl qadını mən tərkimə aldım. O biri iki qadın isə faytonçunun yedəyində gedən ikinci ata süvar oldu. Beləcə, faytonu taleyin ümidinə qoyaraq yol aldıq. Lakin qəzavü-qədərimiz bitmirdi. Çünki hər tinin başında eyni sahilsiz dəryalara rast gəlirdik və atlarımız anbaan çala-çuxura düşüb büdrəyirdi. Belə yerlərdə bu vaxta qədər xudbinliklə rütubətdən qoruduğumuz ayaqlarımız suya girir və hər birimizin ayaqqabılarına bütöv gölməçələr yığılırdı.
Yolda rastımıza çıxan qarodovoylar şübhəli baxışlarla bu qəribə karvanı süzür, tez-tez bizi saxlayıb sorğu-suala tuturdular. Onlardan öz qulluq vəzifəsini həddən artıq səy ilə yerinə yetirən birisi isə, hətta bizə bu görkəmdə məntəqəyə getməyi təklif etdi (guya qadınları zorla apardığımız üçün). Əlindən güc-bəla ilə qurtardıq.
Gecə saat on ikidə evə çatdıq. Parapetdən Şamaxı yolunadək bu səyahətimiz bizə 50 manata başa gəldi.
Dünəndən bəri bu işi aydınlaşdırmaq üçün tələsik-tələsik yürüyən, həyat çovğunundan qansız dodaqlarını gəmirən Həmid indi birdənbirə özünü itirmiş, şaşqın və ürkək bir halda durub baxırdı. Zatən həmişə Həmid nagəhani və gözlənilməz bir hadisəyə təsadüf edincə, bir neçə saniyə hərəkətsiz durub donuq- donuq qarşıya baxar və birdənbirə yerindən tərpənib, qəti və cəld hərəkətlərlə bir iş görərdi.
Fəqət bu dəfə öylə deyildi, bütün varlığını müdhiş bir həyəcan bürümüş, bütün bədəni anlaşılmaz bir iztirab içində titrəyirdi. Ilk görüşdə bir dəhşət içində iri gözlərini və böyük ağzını ayırıb, cəld bir hərəkətlə geri fırlanmış və boğulurmuş kimi, bir dəqiqə dərin-dərin, fəqət kəsmə-kəsmə nəfəs almışdısa da, indi heç bir şey düşünmürmüş kimi, mənasızcasına durub qarşıya baxırdı. Ancaq bu görkəmi Həmid öz halını gizlətmək qəsdilə güclə yaratmışdı. Diqqətli bir göz isə onun bütün varlığında dəhşətli bir iztirab çırpındığmı aydın görərdi. Bəzən çöhrəsi ölü üzü kimi saralır, bəzən qızarır, bəzən də başı hərlənirmiş kimi, yerindən tərpənirdi.
Doğrudan da, Həmid bir saniyə dəli kimi olmuşdu. Hərdən qan beyninə hücum edir, gözlərini dəlirdi. Ağır və müdhiş bir şey onun ürəyini öylə sıxırdı ki, bəzən az qalırdı yerə çırpılıb özündən getsin, ancaq bütün qüvvət və iradəsini toplayıb saxlayırdı. O bilirdi ki, qadın deyən sözlərin hamısı doğrudur. Indi isə tamamilə inanırdı.
Evdəkilər bu halın nədən irəli gəldiyinə təəccüb edirdilər, fəqət bununla bərabər, nə isə fəna bir şey olacağını duyurdular. Bu aralıq Həmid ufaq bir hərəkətlə çiyinlərini tərpədib, düşünmədən, daha doğ- rusu, özü belə hiss etmədən biixtiyar: “Bəli, bədbəxtlik”, – deyə inildədi. Çox keçmədən Həmid kəndini toplamışdı, zatən əvvəldə fövqəladə bir sürətlə haldan- hala girir və simasındakı dəyişikliklər tələsik bir-birini təqib edirdi. Artıq bir şey kəsdirmiş kimi, sərt bir hərəkətlə cəld başını qaldırdı. Dəminki tərəddüd, şaşqınlıq və iztirab büsbütün itmişdi. Indi Həmid hərəkətlərində sərt, ciddi və qəti bir hal almışdı.
Günün yalnız gün batanda qalmış sarımtıl saçaqları getdikcə azalır, yerinə vərəmli bir sarılıq, daha doğrusu, yüngül bir qaranlıq qonurdu. Ara-sıra sərsəm bir yel əsir, harada isə uzaqlarda qapıları çırpıb taqqıldadır, hava qaraldıqca ətrafı anlaşılmaz bir kədər bürüyürdü. Sərsəm küləyin kobud vıyıltısı, yarpaqların yüngül xışıltısı, dəniz dalğalarının uzaqdan gələn tutqun xumurtusu bir-birinə qarışıb, bulanıq bir gurultu ilə aranı doldurdu. Hava elə tutqun və bulanıq idi ki, gizli bir qüssə insanın ürəyini sıxırdı. Xüsusən qapıların bir-birinə oxşar, fəqət nizamsız eşidilən səsi Həmidin sinirlərini didirdi. Dərin bir ahla qalxıb pəncərəni örtdü, yenə ölgün bir hərəkətlə çox da təzə olmayan sandalı üzərinə oturunca, otaq həm qaranlıqlaşdı, həm də birdən-birə səs-səmir kəsildi. Ağır və tutqun bir qüssə, daha doğrusu, dumanlı bir xatirat Həmidin ürəyini əzirdi. Onsuz da arıq üzü ruhunu didən sıxıntılardan bir qədər də qırışmış olduğundan, uzaqdan baxınca, bütün sarımtıl, zəif simasında dərin bir əzab gözə çarpırdı. Düyünlənmiş alnından çəkilmiş üç dərin cızıq burnunun sonunadək yumruluqla birləşib, dolaşıq yollarla aşağı-yuxarı, kələ-kötür qaşları içində dağılıb itirdi.
Həmid xatırlayırdı. Bütün keçmişlər bir-bir yadında deyildisə də, onu ən çox sevindirən, ya ən çox acındıran, ümumiyyətlə, çocuq zehninə ən çox təsir etmiş və fikrində yerləşmiş ayrı-ayrı, qırıq-qırıq, fəqət mühüm nöqtələr yadında idi. Çocuqkən çəmənli-çiçəkli bir köydə yaşayırdılar. Gözəl bir bağçaları var idi. Qonşu çocuqlarıyla aydınlıq gecələr bağçada gizlənqaç oynardı, gündüzləri çox vaxt göy içərisindən xəfif bir şırıltıyla qən-
*Özünü bərlər üzərindən sürüşərək axan göz yaşı kimi dumduru suyun içinə girib, çırp- çırp əllərini suya çırpardı. O zaman büsbütün qəmsiz, qayğısızbir xoşbəxt idi.
Bir gün ufaq çayciyin içində oynarkən bacısı ağlayaraq gəlib onu bağrına basdı.
-Can, yetim qardaşım, atasız qardaşım! – deyə üzündən sıxı-sıxı öpüb evə apardı. Qapılarında qonşuları toplanmışdılar. Böyük qardaşı Bağır boğazına bağladığı yaylığı əlində, yaxası açıq, yerə uzanmış atasının başı üzərində durmuşdu. Atası qanlara bulaşmış bir qapı tayı üzərində uzadılmışdı.
Onu düşmənləri öldürmüşdülər. Bacısı ağlayaraq, atasının üstünə yıxılınca, o da bacısı kimi etmək istədi, bir kaç arvad onu tutub, üzündən öpərək, başını sığalladı, onu oxşadı. Bundan sonra artıq onu gəzməyə qoymurdular. Kimsəsiz və gücsüz, düşmənləri isə əqrəbalı olduğundan, qardaşı bir neçə vaxt şikayətə getdi. Fəqət bir gün zəngin düşmənləri para ilə işi batırdılar deyə, daha şikayətdən əl götürdü. Bir il keçməmiş həmin düşmənləri bacısını götürüb qaçdılar. Qardaşı divandərəyə müraciət etdisə də, yenə bir gün düşmənlərinin pul gücü ilə qalib gəldiyini söylədi. Nəhayət, o, kənddə qala bilməyəcəklərini düşünüb, bir dəfə Həmidi bir öküz, arabasına mindirib, Lənkərana götürdü, oradan da vaporla Bakıya gəldilər.
Bağır özü dəmirçixanada işə girib, Həmidi isə məktəbə qoydu. Təxminən 7-8 yaşında ikən bir gün axşam ufaq daxmalarına girəndə gördü ki, qardaşı həmişəki kimi qaşıq əlində ocaq üstünə qoyulmuş hisli bir qazançanın qabağında oturmuş, fəqət gözlərindən yaş tökülür. Sabah dəftər almaq üçün pul istədikdə, qardaşı qalxıb onun başını bağrına basaraq, gözlərindən öpüb:
-Yazıq bala, bundan sonra mənim bütün ümidim sənədir, – dedi. Sonra Həmid bacısının dərd-qəmdən vərəmləyib öldüyünü eşitdi.
Neçə il idi Həmid məktəbdə oxuyurdu. Bağır onun üçün həm ata, həm ana, həm bacı, həm də qardaş idi. Heç bir qardaş öz qardaşına belə baxmazdı. Bağır gündüzləri işləyib, gecələri də xörək bişirir, nə qədər özü yorulsa da, Həmidin heç bir sıxıntı çəkməsinə yol vermirdi.
-Gəmi
Yoxsulluq onları çox sıxırdı. O zamanlar Həmid qardaşının əzab və sıxıntı çəkdiyini və bütün ümidini yalnız ona bağladığını görüb, ürəyində çox vaxt qət edib and içirdi ki, böyüyüb bir qulluğa girincə, qardaşını büsbütün işləməyə buraxmayıb, özü işləyəcək, qardaşını rahat dolandıracaqdır.
Gün keçir, Həmid böyüyürdü. Indi on yeddi yaşında idi. Məktəblilər arasında ən çapqın və sözüötər bir çocuq idi.
Düz iki il idi ki, Həmid Moskvanın qocaman yapıları, geniş soqaqları arasında gecə-gündüz çalışırdı. Iki il bundan əvvəl Bakı mütəəllimlərinin məktəb komitəsi tərəfindən kitab almaq üçün Moskvaya göndərilmiş Həmid 17-ci il sentyabr hadisəsindən sonra yollar kəsilincə, orada qalmağa məcbur olmuşdu.
Heç bir vaxt həyatla üzbəüz çıxmamış və həmişə müşfiq bir qardaşın qanadı altında böyümüş Həmid indi birdən-birə qürbət bir ölkədə özünü kimsəsiz görüncə, əvvəl əldə özünü itirdi, vətənini düşündü, sanki məchul bir yerdən bir yardım, bir çarə gözləyirdi. Fəqət qopardığı iniltilərə qarşı həyat mübarizəsinin geniş cövlangahı olan Moskvanın sərt ruzigarı arasından zindanlara çarpan ağır çəkiclərin gurultusundan və ara-sıra partlayan topların parıltısından gözlərini qırpımsız qarşıya dikdiyindən və ara-sıra dərin bir ah, ya yüngül bir təbəssüm dodaqlarmı titrətdiyindən, düşündüyü bilinirdi. Bəli, düşünürdü. Həm də çox uzaq, dərin keçmişləri xatirinə gətirirdi. Otaq alaqaranlıq idi. Bu aralıq döşündən qırmızı bir lenta asılmış bir milis nəfəri içəri girib, dinməz lampanı yandırıb, pəncərənin pərdəsini endikdən sonra ehtiyatlı bir görkəmlə çıxdı. Həmid bir an üçün başını qaldırıb, çaşqın bir baxışla ətrafı süzdü. Divarlar alapələng kağızlarla örtülmüş, ortada təzə üzündəki ağ kağızı mürəkkəblə ləkə-ləkə boyanmış böyük bir miz durmuşdu. Ətrafında üç stul vardı, qapının girəcəyində döşəmənin rəngi ayaq sürtünməsindən ağarmış, divarda üç rəsm vardı. Simalar tanıdığı inqilab qəhrəmanları olduğunu gördüsə də, ayrı-ayrı kim olduqlarına fikir vermədi, çünki xatirat onu yormuş olduğundan bir növ ayıla bilmirdi, o bilaixtiyar düşünmək istəyirdi, onun üçündür ki, tez başını arxaya atıb, gözlərini bir nöqtəyə qırpımsız dikərək, yenə düşüncələrə daldı. Düşünürdü. Bütün keçmişləri, hətta beş yaşından bəri başına nələr gəlmişdisə, hamısı birər sinema lentası kimi gözündən gəlib keçirdi.
-Kino
Başqa bir şey eşidilmirdi. Bu hal bir qədər davam etdi. Həmid, beləliklə, heç yerdən bir çarə, heç kəsdən bir yardım görmədi, get-gedə yoxsulluq onu məngənə kimi sıxır və həyat mübarizəsinə məcbur edirdi.
Ehtiyac insanın amiridir. Qürbət ölkə, kimsəsizlik… ehtiyac… Artıq Həmid hər bir şeydən ümidini kəsib, öz əməyi ilə, öz zəhməti ilə özünü dolandırmaq üçün çalışmağa başladı.
Çox çəkmədi ki, özünü itirmiş və donub qalmış Həmid yaşayış yollarını öyrəndi. Çalışırdı.
Inqilab mərkəzi olan Moskvanın siyasi tufanları arasında iki il sürdüyü həyat ona əsər etməyə bilməzdi.
Həmid indi gecələr əvvəlki kimi məktəb dərslərini deyil, bütün dünya siyasətini düşünür və bu siyasət arasında vətəndaşları üçün nicat yolu arayırdı. Bununla Həmidin bir millətpərəst olduğu anlaşılmasın. Iki il bilaaram qəzet sütunlarından, əhalinin ağzından, əsgərlərin mahnı səsindən, hətta topların səsindən, moskitlərin vızıltısından, çəkiclərin cingiltisindən belə gözlərinə, qulaqlarına çarpan “internasional” sözü onun iliklərinə işləmiş, tam mənasilə bir beynəlmiləlçi olmuşdu. Fəqət gizli bir hiss onu həmişə Qafqaziyanın yaşıl dağlarına doğru çəkirdi. O bilirdi ki, bütün millətlər arasında zavallı vətəndaşları ən geri qalmış bir xalqdır. O, bilirdi ki, vətənində zəhmətkeş xalq onun biliyinə, iki ildə aldığı təcrübələrə, onun qüvvətinə və çalışqanlığına möhtacdır. Bütün qüvvətini, biliyini bu zavallı xalq yolunda işlətmək arzusu onu həmişə vətəninə doğru sürükləyirdi. Xüsusən qardaşını çox görmək istəyirdi, kölgəsində böyüdüyü və özündən çox sevdiyi qardaşını xatırlayınca, Həmid bir quş kimi qanadlı olmasını arzu edirdi. Bu aralıq Moskva radiosu Azərbaycanda inqilab xəbərini ildırım kimi bütün Moskvaya yaydı. Ilk vaporlar Həmid Bakıya doğru yola düşdü. Vapor Bakı əskələsinə^ yanaşınca, Həmid göyərtədə bir sevinclə çocuqluğunu keçirdiyi altun yurdu Bakıya baxırdı.
Iki il bundan əvvəl, sadəcə, buraxıb getdiyi Bakıya o indi başqa bir əhəmiyyət verirdi. O indi ona siyasi və hərbi nöqteyi-nəzərlə baxır, onu bütün Şərq inqilabının qapısı kimi görürdü. Xüsusən bu şəhərin divarları arasında keçirdiyi məktəb həyatını, çocuqluq günlərini düşündükcə, hissiyyatı daha da coşur, doğma bir ruzigar saçlarını oxşadıqca, vapordan enmək, Bakının torpaqlarını öpmək istəyirdi. Çəkilməz bir ehtiyac içində buraxıb getdiyi əziz qardaşını düşününcə, körpüyə yanaşmaq üçün yavaş-yavaş yürüyən vaporun tənbəlliyindən darıxıb, suya atılmaq, tez özünü qardaşına yetirib boynundan sarılmaq, öpmək istəyirdi. O bilirdi ki, qardaşı onun sağ olduğunu görüncə sevinəcək. Hələ də qardaşını görüncə, özünün nə qədər sevinəcəyini təsəvvür edə bilmirdi.
Doğrudan da, Həmidin çalışqanlığına, təcrübəsinə və gənc qüvvəsinə ölkəsində ehtiyac yox idi. Gələn kimi vəzifə başına keçdi. Bir az keçincə, Həmidin doğruluğu və çalışqanlığı vəzifəsinin çoxluğuna səbəb oldu. Onu məmləkət idarəsində ən məsul bir vəzifə olan IşçiƏkinçi Müfəttişliyinə təyin etdilər.
Neçə gün idi ki, Həmid müfəttişlikdə işləyirdi, bir dəqiqə rahatlıq bilmirdi, gecə-gündüz çalışır, çalışır, yenə çalışırdı. Bu zəhmət və çalışmaq Həmidi nə qədər sevindirirdisə, qardaşını görməmək o qədər acındırırdı.
Neçə gün idi Həmid arayır, qardaşından bir xəbər bilmirdi, Bağır harada isə itmişdi. Bu aralıq Lənkərandan Həmidin yanına ixtiyar bir qadın gəlib…
22-23 yaşlarında olan bu gənc çocuq vur-tut iki il idi ki, məktəbi bitirmiş, müəllimliyə başlamışdı. Bütün günləri-gecələri fikri, zehni özü ilə məşğul olduğundan bir yerə çıxmamış, kimsə tərəfindən tanınmamışdı. Ona görədir ki, bu gün böyük bir izdihama qarşı söz başlarkən ilk əldə qan beyninə vurdu. Arıq, solğun çöhrəsini xəfif bir qızartı örtdü. Yaşadığı həyəcanın şiddətindən ürəyi çırpır, bunun da nəticəsi olaraq səsi titrəyir, hətta tez-tez dili çalpaşıq vururdu.
Bunun üzərinə yazıq çocuq özünü itirməsin deyə, onu həvəsləndirmək və cəsarətləndirmək üçün sanki “doğru deyirsən”, “yaxşı deyirsən”, “qorxma”, “tez bitir”, deyə sözlərini başı ilə təsdiq edirdi. Fəqət ilk əldə qorxan və indi-indi dili dolaşır kimi görünən bu gənc getdikcə sakitləşir, demək olursa, özünü öz əlinə alırdı. Çox keçmədən üzünün qızartısı itmiş, onsuz da sarımtraq çöhrəsinə xəfif bir solğunluq enmişdi. Ara-sıra dodaqlarında və səsində duyulan yüngül bir titrəyiş hələ də dərin bir həyəcan yaşadığını anladırdı. Fəqət hər halda bu gənc artıq acınacaq bir görkəm ərz edən həminki qorxaq çocuq deyildi. Qırpımdan-qırpıma kəndisini doğruldur, sözdən-sözə öz qüvvət və mənliyini bütün qurultaya hiss etdirirdi.
Nəhayət, bütün qurultayı anlaşılmaz bir heyrət sarmışdı. Sözlərin düzülüşündə duyulan incə bir ahəng və tənasüb, sözlərin deyilişində hiss dilən qətiyyət və inam, ifadə etdiyi fikirlərdə çırpınan ciddiyyət və qüvvət salonu o qədər cəzb etmişdi ki, dinləyənlər nəfəslərini belə çəkməyə tənbəllik edirdilər. Ara-sıra: “Bu çocuq kimdir? Kimdir? Kimdir?” – deyə hər kəs bir-birinə tələsik sorğular verir və cavab bəkləmədən yenə dinləməyə başlayırdı. Zatən kimsə cavab da vermirdi. Çocuğu kimsə tanımadığından yalnız umuzlar atılır, yenə salon dərin bir sükuta dalırdı.
Çocuq arıq, bükük vücudunu dikəltmiş, qaşlarını çatmış, iri, sərt bir baxışlı gözləri ilə salonu süzərək danışırdı. Ara-sıra baxışları salonun ta uzaq bir bucağında oturmuş ağ ipək köynəkli gənc bir qadında saxlanır, sanki onun salonda olub-olmadığını, dinləyib-dinləmədiyini yoxlamaq, sözlərinin təsirini, vəziyyətini necə olduğunu onun gözlərində oxumaq, onun hərəkətlərindən anlamaq istəyirdi. Bir qırpım çəkmədən yenə gözlərini qaçırır, sözündə davam edirdi. Doğrudan da, gənc qız bütün varlığı ilə bir diqqət kəsilmişdi – saralır, qızarır, natiqin sözündən bir iztirab, hər kəlməsindən bir vəziyyət alır, bir sözlə, natiqin həyəcanları ilə yaşayırdı. Bir qız natiqin öz çıxışına nə qədər əhəmiyyət verdiyini gözəl bilirdi. Məktəbə girdiyi ilk gündən etibarən öz işini öyrənməyə, axtarışlar, təcrübələr yapmağa, yeni yollar, üsullar aramağa başlamışdı. Təcrübələrdən bir yeni nəticələr çıxarmış gənc olduğundan və yürütdüyü fikirlər bir taqım böyük və tanınmış alimlərin fikirlərinə müxalif olduğundan kimsə onunla hesablaşmır, sözlərini dinləmək istəmirdi. Nəhayət, ümid bu qurultaya bağlanmışdı.
Burada öz sözlərini deyəcək, anladacaq və qurultaydan alacağı tədbir vasitəsilə öz doğruluğunu, onunla hesablaşmaq istəməyən əski müəllimlərə anladacaqdı. Ara-sıra özü istəmədən bir taqım fikirlər də başından keçirdi. Bu çıxış onu hər kəsə tanıdacaq, onu cəmiyyətə çıxaracaq, hər kəsə bəyəndirəcəkdi. Ağ köynəkli gənc qadının da salonda olması və onu, bəlkə də onun müvəffəqiyyətlərini görməsi əhəmiyyətsiz və bunu arzu etməsi də mənasız deyildi.
Qoca müəllimin bu çıxışdan sevinəcəyini və təqdir edəcəyini, ya başqa müəllimin buna etiraz edəcəyini, daha bir çox başqa şeylər düşünmüş idi. Fəqət əsl məqsədi yenə də öz doğru fikirlərini keçirmək idi.
Zavallı xüsusilə son həftəni büsbütün uyumamış, gecə-gündüz çıxışına hazırlaşmışdı. Bir-bir fikirlərini yoxlamış, ölçmüş, biçmiş, ediləcək etirazları təsəvvür etmiş, cavablar hazırlamış, kim bilir daha nələr düşünmüş, təsvir etmişdi. Gecənin qaranlıq dərinlikləri arasında gah özünü gurultulu alqışlarla, munis, gülər çöhrələrlə qarşılanmış təsvir edirdi, daha da salonda qopacaq: “Bəsdir, sarsaq, mənasız sözlərlə vaxt itirməyə dəyməz!” – deyə eşidilə biləcək sözləri təsəvvür edir, ürəyi döyünür, qan beyninə vururdu. Təklifi üçün qaldırılacaq barmaqları xəyalında sayır, keçdi, keçmədi, alqışlar, “bəsdirlər”, qoca müəllimin təqdiri, müxtəlif müəllimlərin etirazı, ağ köynəkli qızın deyəcəkləri…
Kim bilir, bir dəqiqədən sonra o, salondan necə çıxacaq, ya hər kəs barmağı ilə onu göstərərək, bir nəvazişlə üzünə gülümsəyərək, yaxud gülünc bir çocuq kimi yorğun, narazı baxışlar onu yerinə ötürəcəkdi. Artıq söz başlanmış, nə olursa olsun, hər şey keçmişdi, salondakı dərin sükut və diqqət natiq tərəfindən söylənən sözlərin bir o qədər də bayağı olmadığını, xüsusilə maarif komissarlığı nümayəndəsinin öz səndəlini irəli çəkib, böyük bir diqqətlə dinləməsi, hətta tez- tez öz dəftərinə qeydlər götürməsi, sədrin, bütün rəyasət heyətinin və bütün salonun ufacıq bir çıqqıltıya qarşı bir əsəbiyyətlə: “Sus, sus!” – deyə diqqət cəlb etmələri natiq tərəfindən söylənən fikirlərin ciddi olduğunu anladırdı.
-Biz başqaları tərəfindən hazır qanunlar bəkləməyə heç də haqlı deyilik. Biz öz mühitimizi aramalı, öz məktəblilərimizi, öz çocuqlarımızı öyrənməli, dərslərimizi onların ümumi vəziyyətinə uyğun xüsusi üsullar düzəltməliyik. Xatırlamadığım bir nəfərin dediyi kimi, bu gün Avropada bir nəzəriyyə halında irəli sürülən fikirlər bizdə bir qanunkimi qəbul edilir. Halbuki…
-Biz bilmədik bu kimdir? – deyə üçüncü sırada oturan birisi yanındakından soruşdu.
-Mənim mütəəllimimdir. Mənim, mənim. Zəki bir çocuq idi. Onu mən tərbiyə etmişəm. Yoxsul idilər, atası da yox idi, xərcinin çoxunu… Bu mənim əməyimin nəticəsidir, – deyə üç stul ötədə oturan üzü qırışıqlı bir ixtiyar böyük bir sevinc və gizlənməz bir vüqarla cavab verdi.
-Adı nədir, adı, adı?
-Adamın gərək özündə də bir zəkavət olsun. Bax gör, bülbül kimi danışır, bülbül kimi. Bərəkallah! Qabil uşaqdır, çalışqandır, çox kamildir, mənim mütəəllimimdir…
Ixtiyar müəllim sevincindən özünü unutmuşdu, bərkdən natiqi mədh edirdi. Ancaq sədrin ikinci zəngi ixtiyar müəllimi bir qədər susdura bildi.
30 illik ömrünü, cavanlıq və bacarığını müəllimliyə sərf etmiş və zavallı ixtiyar bu gün öz əməyinin nəticəsini, ufacıq yaxası qırtıq mini-mini bir çocuqdan bu gün belə mübariz bir qüvvət yetişdirdiyini görüncə, sevincindən atılıb-düşmək, ara-sıra: “Bu mənim şagirdimdir”, – deyə bərkdən bütün salona bağırmaq istəyirdi: “Doğrudur, doğrudur, bərəkallah, əhsən, afərin. Bülbül kimi danışır…” Zavallı ixtiyar sakit olmurdu.
-Əfv edərsiniz, – deyə birdən sədr zəngi çalıb qalxdı. “Bəsdir, bəsdir”, – sözləri bir ildırım kimi zavallı natiqin başından fırlayıb, bir qırpımda meyit kimi saraldı.
-Vaxtım bitdimi, bu saat bitirirəm, – deyə tez sədri qabaqladı.
-Yoldaşlar! Natiq vaxtından da 15 dəqiqə artıq danışmışdır. Fəqət söylədiyi fikirlər və qaldırdığı məsələlər olduqca mühüm olduğundan divani-rəyasət natiqə sözünü bitirmək üçün vaxt verilməsini təklif edir.
-Danışsın, danışsın, – deyə alqışlayan salondan: – Əlbəttə, danışsın, yaxşı danışır, doğru deyir: Danışsın! – deyə bağıran müəllimin səsiguruldayırdı.
-Bizdə daima çocuqlarda oxudana qarşı dinməz bir itaət yaradılmasına, oxudanların oxuyanlarda kamil, yenilməz bir qüvvət görülməsinə, çocuqlarda müəllimə qarşı bir acizlik duyğusu vücuda gətirilməsinə, bir çox müəllimlərimizin təbirincə deyəcək olursaq, müəllimə qarşı çocuqda bir etimad yaradılmasına çalışır. Bu, doğru bir üsul deyildir: çocuğun mənliyi əzilməməli, onda bir mütəşəbbüslük yaradılmalı, hər şeyə qarşı bir arayıçılıq, bir şübhə, bir tənqid istedadı vücuda gətirilməlidir. Çocuq daima öz müəllimini bir rəqib kimi görməli, onda müəllimindən daha artıq bilmək, bilməyə çalışmaq həvəsi oyatmalıdır. Bu hal, bu qətiyyət oxuyanda ta çocuqluqdan tərbiyə edilməlidir.
-Doğrudur, doğru deyir, bərəkallah! Çocuq gördü ki, müəllim bir şey bilmir, müəllimin evi yıxıldı, hörmətdən düşdü, ondan sonra artıq sinifdə dayanmaz. Bərəkallah, doğru deyir, doğrudur… – deyə ixtiyar müəllim sözün fərqinə varmadan mədh və təsdiq edirdi.
Ixtiyarın yanında oturmuş təxminən 50 yaşlarında parlaq bürünc düyməli, itigözlü başqa birisi də natiqə baxır və tam başqa bir şeylər düşündüyü üzündən görünürdü. Bu da gənc natiqin müəllimi idi. Fəqət öz mütəəlliminin çıxışı ona tam başqa dürlü bir təsir bağışlamışdı. O dünənki yaxası yırtıq bu çocuğun bu gün belə bir cəsarətlə çıxışda bulunmasını, bütün dünyada hökmran sanılan fikirləri alt-üst, hakim sanılan filosofları belə tənqid etməsini bir dürlü təsəvvür edə bilmirdi. Öz vicdanına qarşı natiqin bir çox sözlərinin haqlı olduğunu görürdü. Fəqət bir dürlü inana bilmirdi. O bu çocuğu daima öz sözlərinə tabe görməyə, onun üzərində fikri hökmranlıq sürməyə alışmışdı. Bu gün onun öz müəllimindən daha dərin düşünə biləcəyini qəbul etmək istəmirdi. Bəzən özünü məğlub olmuş kimi hiss edir, darılır, hətta: “Artıq bəsdir, başqasına söz verin”, – deyə səslənmək istəyir, fəqət natiqin sonuncu sözünün çox maraqlı olduğunu görüncə, cümlə bitənədək qəsdini təxirə salır və beləliklə, istər-istəməz susub qalırdı. Bu adam öz mütəəlliminin doğrudan da, çox irəli getdiyini, özündən çox bildiyini və daha dərin düşündüyünü hiss edir, fəqət yenə özünün məğlub olmasına inanmır, daha doğrusu, inanmaq istəmirdi.
Nəhayət, natiq gurultulu alqışlar altında sözünü bitirdi. Çənəsindən damcı- damcı tər tökülürdü, alqışlayanların bir çoxu natiqin təklifləri ilə razı deyildi. Fəqət hər kəs ondakı cəsarəti, qüvvəti və qətiyyəti istər-istəməz alqışlayırdı. Xüsusilə ixtiyar müəllim salonu dağıdırdı. “Bərəkallah, əhsən, afərin! Mənim mütəəllimimdir, çox kamildir, çox, çox”, – deyə sağa-sola mədh edirdi. “Çocuq” sözlərini bitirdikdən sonra nəfəsini dərmək üçün çıxdı. Gördüklərinin üzünə baxır, çöhrələrindən, danışıqlarından nə kimi bir münasibətdə olduqlarını, təqdir etdiklərini, ya bəyənmədiklərini anlamaq istəyirdi. Fəqət hər kəs bir maraqla çocuğa baxır, kimsə bir söz demirdi. Çocuq gözlər ilə tanış bir adam tapmaq, nə damşdığını soruşmaq, daha doğrusu, bir təqdir etmək istəyirdi. Olduqca yorğun və əzgin olduğunu ancaq indi hiss edirdi. Bu aralıq bir nəfər böyük bir gurultu ilə adamları yarıb gənc müəllimin boynuna sarıldı. “Bərəkallah, əhsən, afərin, yaxşı danışdın, əməklərimi hədərə vermədin, başımı ucaltdın”, – deyə arası kəsilmədən saymağa başladı. Bu, bayaqkı Ixtiyar müəllim idi. Başının ağ tükləri arasından süzülən tər damcıları biixtiyar gözündən axan yaşlara qatışmış, tühaf görkəm vücudə gətirmişdi.
Gənc müəllim sevincindən gözləri yaşarmış, boğulur kimi, bir söz demək istəyir, fəqət danışmırdı, eyni zamanda zavallı, bir nəfəri arayırmış kimi, ətrafını süzür, bir çox kişilər, qızlar, qadınlar görür, ancaq aradığını görmürdü.
Müzakirələr davam edirdi…
Gənc natiq məruzəçi deyildi, o ancaq müzakirə təriqilə danışmışdı. Fəqət məsələ ətrafında artıq bitməkdə olan müzakirə yenidən qızışdı. Əvvəlləri gənc natiq sözlərinə etina edilməyəcəyini, hətta adı belə çəkilməyəcəyini gözləyirkən, iş tam tərsinə çıxdı. Gənc natiqin adı və dedikləri bir müsahidə məhvəri kəsildi. Sonuncu natiqlər onun nitqinə toxunur, bir çoxları, hətta maarif komissarlığı nümayəndəsi də nitqini tənqid edirdilər. Fəqət bu danışıqların hamısında bir cəhət var idi.
Gənc natiqə müxalif olanlar belə onu böyük bir qüvvət kimi tələqqi edir, sözlərində ona qarşı müəyyən bir hörmət ifadə edirdilər. Yalnız bürünc düyməli müəllimin sözləri bir qədər sərt idi. “Bunlar hamısı çocuqluğun, təcrübəsizliyin nəticələridir, bizdə ən böyük nöqsan – hər kəsin bildiyindən artıq danışmasıdır… ”, deyə bu kimi sözlərlə gənc natiqi tənqid edirdi. O, dünənki bu çocuqluqla bu qədər hesablaşmanın lazım olduğunu qəbul eləmirdi. Halbuki məktəbdə həmin çocuğu ikinci sözdə susdurmaq olurdu.
Gənc natiq bunlara əhəmiyyət vermirdi, artıq müəllimə hörmət və itaət vaxtı deyildi. Burada bir fikir mübarizəsi gedirdi.
Gənc müəllim bütün köhnələri alt-üst edən tam yeni bir dərs üsulu təklif edir və öz təklifini bütün etirazlara qarşı böyük bir qətiyyət və cəsarətlə müdafiə edirdi. Hətta müəlliminin sərtliyinə sərtliklə cavab verməyib, olduqca soyuqqanlı davranaraq, bəzən müəlliminin də dolaşıq təbirlərini müntəzəm və məntiqi bir şəklə salır və ətraflı bir surətdə təhlil ilə olduqca məntiqi cavablar verirdi.
Müzakirə bitdi. Məsələ səsə qoyuldu. Gənc natiq bir guşədə oturub, veriləcək səslərin nəticəsini gözləyirdi. “Keçəcəkmi, keçməyəcəkmi. ”
Bu iki söz bulanıq bir yuxu kimi zehnindən keçir, bəzən ikincini təsəvvür edincə, ürəyi döyünürdü.
-Kim istəyir?
-Kim əleyhinədir?
-Kim bitərəf qalır?
Gənc natiqin ürəyi döyünürdü, titrək dodaqlarından qan içdi. Gənc natiqin təklifləri keçmirdi.
Bir dəqiqə qədər bütün varlığını bir süstlük sardı. Eyni zamanda zehnində bulanıq bir ümid parlayırdı: “Görünür ki, ətraflı düşünməmişəm. Əlbəttə, səhvlərimi taparam”. Fəqət dediyi və çox gözəl anlatdığı bir çox açıq fikir və həqiqətlərin necə oldu da qəbul edilmədiyini anlamırdı. Gözlərini bir utancaqlıqla yerə dikərək, bir məğlubiyyət duyğusuilə salondan çıxdı. Ilk gözünə sataşan adam ağ ipək köynəkli qadın idi.
Sürəkli, əzici və mənalı baxışlarını gənc natiqin gözlərinə dik qaldırmış, çöhrəsindəki qızartını süzürdü. Sanki onun həyəcanlarını öz baxışları ilə oxşayıb susdurmaq istəyirdi. Eyni zamanda açıq qapıdan sədrin səsi eşidilirdi.
-Təklif bütünlüklə rədd edilsə də, hər halda bir çox dəyərli və yararlı həqiqətləri etinasız buraxmamaq və təhlil edib müntəzəm bir hala salmaq üçün XMK-nın proqram komisyonuna verilsin.
Xeybəri ufaq bir kənddir. Bu kənd, yalnız sıldırım qayalıqda bulunması ilə mühitindəki adi kəndlərdən ayrılır.
Əhalisi adətən sair kəndlilər kimi əkinçiliklə məşğul olur və bəzən dəxi yaxın mahallara maral, dağ kəli ovuna gedərlər.
Gündüzləri ağır işlərdən yorulmuş ixtiyarlar daxmaların önündə toplaşaraq keçmişdən, gələcəkdən danışar, gənclər isə çəmənlikdə, meşə və bağlarda bir qədər gülüb danışdıqdan sonra evlərinə dönərlər və yuxudan erkən qalxmamaq üçün axşamları tez yatarlar.
Bu kimi kəndlərdə qadın və qızların gün keçirəcək yerləri bulaq başıdır…
Xeybərinin yaxınlığındakı bulaqdan su aparmağa gələn əlvan bəzəkli, sağlam vücudlu qızlar, təbiətin gözəlliyi içərisində bu təbii gözəllər, onların azadə quşlar kimi bir-birilə qonuşub-gülüşmələri, axşam günəş dəydikcə min dürlü rənglərlə çağlayan bərraq suyun gurultusu insana bütün qəmlərini unutdurur, ixtiyarlar ruhən belə gəncləşir, eşq-məhəbbət öz-özünə insanın qəlbinə dolur, insanı bayğın edir. Burada hər ağacın kölgəsi, hər bir kol, bir eşq yuvası, bir məhəbbət aşıyanıdır. Ufaq bir budaqda iki quşun qanad-qanada sürtərək quculdaşa- quculdaşa danışması tamamilə bir eşq dastanı deyilmidir?
Müzəffər hər axşam qoyunlarını sulamağa gətirərkən Ceyranı orada görmüş və sevmiş idi. Lakin qəlbinə malik olmuş eşqi Ceyrana açıb söyləməyə bir dürlü cəsarət etməyir, söz tapmayırdı… Ona aşiq olması yalnız sübh zamanları mal-qara arxası ilə gedərkən söylədiyi yaxıcı şikəstələrdən, dərdli-dərdli ahlar çəkməsindən anlaşılırdı…
Müzəffər oxuduqca, yüksək qayalardan eşidilən əks-sədası sanki “eşq-eşq”, – deyə Müzəffərin eşqini daha artıq şiddətləndirirdi. Dərdini şikəstələr arasında yalnız dağlara, qayalara və ormanlara söyləməyə məcbur olan Müzəffər, o məsum, ta səsini heç bir kəsə söyləməzdi…
Iş-gücünü buraxaraq, kölgə kimi Ceyranın arxasınca daima bulağa getməyi özünə bir adət, bir borc bilərdi.
On beş yaşlı Ceyran əvvəllərdə heç bir şey anlamadan al rəngli şalına bürünüb, özü yaşda qızlarla bulağa gedər, onlarla danışar, gülər, atılar-düşərdi. Lakin Müzəffərin aylarla davam edən təqibi, Ceyranı artıq şübhəyə saldığından, bulağa gec-gec və mümkün qədər başqa qızlarla bərabər getməyə və Müzəffəri görüncə yaşınmağa məcbur etmişdi. Ceyranın bu surətlə saqınması, Müzəffərin eşqini get-gedə şiddətləndirir, biçarə gənci divanə edirdi…
Nəhayət, öz hissiyyatını Ceyrana bəyan etməyə və ondan ülfət təmənnasına qərar verir… Bir axşam bulağın yaxınlığındakı ağac altında oturub Ceyranı gözləyirdi. Ceyranın gəlməsinə müntəzir, ağaca söykənmiş və sükuta dalmış ucaboylu, enlikürəkli, sağlamvücudlu Müzəffər axşam günəşinin altun şəfəqləri altında, altundan məmul bir heykələ bənzəyirdi.
Bir neçə dəqiqə sonra ayaq altında basılmış ot xışıltısı bu sükutu pozmuş idi… Xışıltını hiss edən altun heykəl hərəkətə gələrək, ətrafa baxmağa başlamış və nəhayət, bir neçə qədəm bulağa doğru yürümüşdü… Bu halda Ceyranı birdən-birə öz önündə gördüyündən, durduğu yerdə donmuş kimi qalmış, öz gözləri ilə gördüyünə inanmamışdı… Bir neçə saniyə hər ikisi heyrətlə bir-birinə baxdıqdan sonra Müzəffər birdən-birə sıçrayaraq, Ceyranın ayağına yıxılmış və torpağı öpərək, özünəməxsus bir dil ilə ürəyində bəslədiyi məhəbbətini ona anlatmağa başlamışdı… Indi o böyük vücudlu Müzəffər kiçik Ceyranın ayaqları üzərində boynu zəncirli və bayılmış bir pələngin qüvvəsiz bir mələk ayağına yıxılmış olduğu kimi görünürdü…
Ceyran isə, ovçu hücum edərkən anasından ayrı düşmüş bir ahu yavrusunun həsrətlə arxaya baxaraq, həyəcanla mələdiyi kimi, heyrətlə ətrafa baxıb bir ağız xəfif, fəqət dəhşətli imdad sədası çıxarmışdı… Müzəffər isə qızın dəhşətinə mültəfit olmayıb, bəslədiyi arzuları, aydınlıq gecələrdə Ceyranı şəlaləyə tamaşa etməyə aparacağını, onun üçün şərqilər oxuyacağını və min dürlü səfalar çəkəcəklərini vəd edirdi… Lakin əbəs… Ceyran, məhəbbətin nə olduğunu ciddən düşünməyib, Müzəffərin bu təşəbbüsünə etina etməmiş və bir anda gözdən qeyd olmuşdu.
Müzəffər isə bir qədər xəyalata dalmış, durmuş, sonra günəşin son şüalarına bir daha baxıb yürümüş və haraya getdiyini qətiyyən düşünməyərək, Ceyran qaçdığı yolla getməyə başlamış. Nəhayət, vücudu ümid və həyatla dolu dəliqanlını divanə kimi buraxmış…
Ceyranın valideyni vaqiəni anlayınca, qızı xilas etmək məqsədi ilə, əqrəbasından birisinə vermişlər.
Hər gün axşamları Ceyranı ziyarət etmək qəsdi ilə bulaq başına gələn zavallı Müzəffər bu xəbəri eşidincə, təhəmmül edəməmiş və xəstələnmiş… Bulaq yaxınlığında durub məhbubəsini gözləmək vəzifəyi-müqəddəsini artıq icra edəməmiş…
Vərəm xəstəliyi Müzəffəri fəna bir hala salmışdı. Lakin fürsət və imkan tapdıqca, sevdiyini görmək üçün yenə də bulaq başına gedərdi. Lakin Ceyranın bir daha bu yerlərə gəlməyəcəyini hiss edərək, həyatdan büsbütün bezikmiş və get- gedə xəstəliyi şiddət etmişdi… Az zaman sonra dul qalmış Ceyran məsum günlərini xatırlamış, acı fikir və xəyalatdan qurtulmaq üçün bir axşam bulaq başına getmişdi və dilənçi qiyafəsində özünü günəşə vermiş olan bir xəstəyə təsadüf etmişdi… Bu zaman arslan, igid Müzəffərin, vaxtilə altun heykəl kimi təsəvvür edilən sağlam vücudlu gəncin son halı idi. Həyatdan təcrübə almış Ceyran, zavallının bu hala düşməsinə məhəbbət bais olduğunu dərk etdiyindən, bu dəfə Müzəffərə rəhmi gəlmişdi. Xəstə Müzəffərin əllərini öz əllərinə alıb, bundan sonra özünün ona ömür yoldaşı olacağını vəd və Müzəffərdən əski məhəbbət naminə bu təklifdən baş qaçırmamasını rica etmişdi.
Qəlbini ələ gətirmək məqsədi ilə Müzəffərin əllərini öz əlləri arasında sıxı-sıxı tutmuşdu. Sənələrlə arzusunda bulunduğu bu məhəbbət, Müzəffərin həyatının son dəqiqəsinə təsadüf etmişdi…
Ceyran əllərini Müzəffərin əllərindən çəkincə, qarşısında ruhsuz bir cəsəd görmüşdü…
Qara Qənbər böyük adam idi, özü də Şura işçisi idi. Hökumət “trestlərinin” birisində böyük qulluq sahibi idi. Bunun keçmişini az adam tanıyırdı. Amma bu özünü Şura anketlərində “fələ sinfinə mənsubam” yazırdı. Qara Qənbər öz qulluğundan çox razı idi, geniş, işıqlı kabinedə əyləşərdi. Qarabağın gön mahut çəkilmiş stul, stolun üstündə bir neçə cür telefon, yanında qapıçı, qapıda avtomobil, ya fayton həmişə bəkləyordu. Çaldığı zəngə qapıçı tez gəlirdi, guya yerdən çıxırdı.
Böylə şeylər əvvəldən Qara Qənbərin kefini açardı: gah telefonu əlinə alıb onunla-bununla çox-çox qonuşardı. Gah zəngi basıb qapıçıya əmr verərdi, gah meşin portfeli qoltuğuna alıb, avtomobilə minərdi ki, görsün küçədə tanışlardan kimə rast gələr.
Qənbər görürdü ki, qulluq heç çətin şey deyildir. Xülasə, səhər bir neçə saat kabinetdə əgləşmək, həftədə də iki-üç dəfə idarə və komisyələr iclasında olmaq lazımdır. Başqa vəqtlərini də tiyatroda, qonaqlıqdaxoşluqla keçirərdi.
Qara Qənbəri hamı qulluqçu kimi sevər, hörmət və ehtiram edərdi. Qara Qənbər də bunun əvəzində hamının üzünə gülərdi.
Qara Qənbərin tanış və dostları da az degildi, özü də adlı-sanlı adamlar idi: hamı da bunu ora-bura qonaqlığa dartardı, böylə ki, Qara Qənbərin heç vaxtı çatmazdı. Hər evdə xanımlar buna söyləyərdi: Biz vallah hər şəxslə aşna, dostluq etmərik, amma nədənsə hər kəs bizimlə tanış olursa, heç qiyamətədək tanışlığı pozulmaz. Bu neçə ildə bizim evdə cürbəcür böyük qonaqlar olubdur. Ingilis, türk zabitləri, hamısı bizdən razı gediblər. Siz də bizim əziz qonağımızsınız, elə degilmi.
Qara Qənbərə o qədər qulluq göstərirdilər ki, o axırda bu işlərdən sərxoş kimi olurdu. Az qalırdı əqli uça. Qara Qənbərin əqli də az deyildi: hər kəs onunla bir neçə kəlmə qonuşurdu, onun təbii əql və zəkasına təəccüblük göstərirdi.
Bu gün Qara Qənbər aynaya baxıb, öz-özünə söylənirdi: böylə yaramaz bığları gərək qırxdıram, modnı edəm. Paltarı da gərək dəyişəm, fasonlaşdıram. Daha “NEP” zamanıdır. Bir neçə gündən sonra Qara Qənbəri kim görsəydi, tanımazdı. Bundan sonra Qara Qənbər tamşlannın yanına getdikdə daha utanmazdı. Amma bir şey onu çox sıxardı: böylə ki, hamu qonaqlar gəldikdə məclisdə olan xanımların əlini öpərdi, ancaq Qara Qənbər bilməzdi ki, nə etsin. Çünki ömründə böylə şeyə rast gəlməmişdi. Əvvəllər çox sıxılırdı, bəlkə bərk də qızarırdı. Amma sonra gördü ki, hamu böylə edir, bu adi bir işdir, həm də gözəl işdir. O da axırda qonaq gəldikdə xanımların yumşaq əllərini qalın dodaqlarına aparırdı. Amma Qara Qənbər yalnız əvvəllərdə böylə edərdi, dişarıda ehtiyat edərdi. Içki kampaniyasında Qara Qənbər həmişə tost söylərdi və deyərdi ki, Azərbaycanda üzümçülük və şərabçılıq təsərrüfatımızın artmasına böyük səbəbdir. Daha artıq kəndlə şəhərin yaxınlaşmasına vasitədir.
Köhnə yoldaşları və tanışları daha Qara Qənbəri tanıya bilmiyordular. Bədəni dolmuşdur, qarnı yavaş-yavaş şişməyə başlıyordu və onu çox təşəxxüslü edirdi.
Qara Qənbər hərdən bir tanış fələyə rast gələndə sir-sifətini turşudub şikayətlənərdi. “Vəzifəm çox ağırdır. Yoldaş, yorulmuşam, istəyirəm bu işdən çıxam, buraxmıyorlar… Fələlərlə bir dil ilə, qulluqçu- larla başqa dil ilə danışardı. Qara Qənbər böylə məsələlərdə böyük diplomat olmuşdu. Bununla da işi xod idi. Güzəranı da xoş keçirdi. Qara Qənbər paxıl degildi, öz qohumlarını da unutmazdı.
-“NEP”dir hər kəs öz canının fikrindədir. Bən niyə başqalarından dala qalım? Bən də gərək özümə bir gün qazanam, ancaq inandığım adam lazım… Bu fikir eyləyib Qara Qənbər qardaşlarını və başqa qohumlarını bir yadına saldı. Onlar elə Qara Qənbərin kölgəsində yaşayırdılar. Imdi ona daha yaxın oldular və Qara Qənbərin sifarişlərini yerinə yetirməklə məşğul olurdular. Axırda mənfəətli qulluqlara da girərdilər. Qara Qənbərin bir fikrinə əməl olduqda tazədən onun başını başqa fikirlər çulğalayordu.
Bən böyük mərtəbəyə sahibəm, qanacağım var, inteligent adamlarla günüm keçir, ancaq… bu arvad ilə bilmirəm nə edim.
Doğrusu, Qara Qənbər öz halından şikayətçi degildi, yalnız arvatdan narazı idi. Qara Qənbərin arvadı çox sadə idi. Türkəsayaydı: gələn qonaqlarla lazımınca rəftar edə bilməzdi. Kimi əski qayda iləydi, utanardı, gizlənərdi… Bu haldan da Qənbər çox utanardı, çəkinərdi. Nə etməli, Qara Qənbər arvatdan sıxıntı çəkir. Arvad yadına düşəndə sir-sifətini turşudur. Günlər getdikcə ər ilə arvadın arasında əmələ gələn uçurum artırdı. Axırda Qənbər tab gətirməyib, arvatla tək qaldıqda dedi: – Böylə olmaz, bu nə dirilikdir, biz gərək ayrılaq, daha bizim fikrimiz və ürəyimiz bir-birini tutmur, doğrusu, sən bəni xəcalət eyləyorsən. Biçarə arvadın az qaldı ki, ürəyi çatlasın, nitqi tutuldu. O bu sözləri çoxdan gözləyirdi. Çünki Qara Qənbərin axır hərəkətləri bunu göstərirdi. Qənbərin arvadı mübarizəni əbəs bildi. Çünki Qara Qənbərin gücünə güc çatmazdı.
Qonşular gizli-gizli bir-birinə deyirdilər: Qara Qənbər qudurmuş, xasiyyəti dəyişmiş, qulluq əqlini uçurdub, gözünü kor eləmiş…
Uzun müddət keçdi, Qara Qənbər evi də, arvadı da təzələdi, keçmişini unudub təzə ömür sürürdü. Onun evində bir xanım əyləşmişdi ki, həm rusca danışmaq bilirdi, həm də qonaqlarla yaxşı rəftar edirdi.
Geyimi Avropa xanımları kimi hər fəsilli, hər dürlü idi: kiftə bozbaşı sadə xörək bilib firəngi bilyudlar böyütdürərdi, xüsusi modiska parixmaxer qulluğunda hazır idilər…
Qara Qənbər baxıb yağ kimi əriyirdi. Avtomobil, fayton, skaçkalar, tiyatorlar, qonaqlar, bağlar… Qara Qənbər fikir edirdi ki, daha rahət günə çatdı, bundan sonra daha insan kibi yaşayacaqdır.
Həyat yaxşılaşdıqca şirinləşirdi, şirinləşdikcə də Qara Qənbərin fikirlərini və ürəyini duman kimi çulğayordı.
Qara Qənbər guya bir şirin uyğuya baxırdı… Bir gecə gecənin yarısı idi. Qara Qənbəri Çekanın avtomobili nerəyə isə aparırdı. Qara Qənbər əsirdi, bütün dünya bunun başına o halda dolanmağa başladı.
Sabahı günü hamı deyordu ki, daha qudurqanlıq bitdi…
Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi… Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.
Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
Yalnız o, yalnız o bunları görmür, eşitmir, qadınların böyük bir gurultu qopartdığı darısqal və yarımqaranlıq daxmanın bir bucağına sıxılmış, bütün bu sevinclərə darılır, bu şənliklərdən sıxılır və eşitdiyi bütün bu gülüşlərdə, bu gurultularda müdhiş bir fəlakət bayquşunun qorxunc sədasını hiss edirdi.
O bu gecə gəlin gedirdi.
Tam altı aydan bəri ayrılmaz bir yoldaşı olan köhnə qabıqlı Quranı kiçik döşlərinin arasına sıxıb: “Ey Quran, ey uca pərvərdigar, sən ki hər şeyi bilirsən, sən mənə kömək ol!” – deyə göz yaşları ilə yıpranmış yarpaqlarını isladırdı. Bunu hər kəs görür, lakin onu son zamanlar daima belə tutqun gördüklərindən, bir o qədər də maraqlanmırlardı.
Hətta qızlardan bir neçəsi maraqlanmış, soruşmuş və cavab almayınca, kimisi bu zavallı qızcığazın öz nişanlısını sevmədiyindən, kimisi tərsinə olaraq, çox sevdiyindən və sevincindən ağladığını, kimisi də “adətdir”, “qızlar gəlin gedərkən ağlarlar”, – deyə yenidən özlərini bir susmaz gurultuların ağuşuna atırdılar. Lakin kimsə bu öksüz yavrucuğun ruhuna girə bilmir, oradakı cəhənnəm kimi coşan müdhiş iztirabları, kiçik vücudunu sarsıdan, ürəyini, duyğularını, bir kəlmə, bütün varlığını çeynəyən dəhşət və fəryadları görə bilmirdi. Yalnız o özü bunları görür, hiss edir və əski qabıqlı Quranını bağrına basaraq: “Ey Quran, ey Quran sahibi, sənə pənah gətirmişəm”, – deyə için-için ağlayır, göz yaşlarını tökürdü…
Ox, o fəlakətli gecə olmasaydı!
Bu, on beş-on altı yaşlarında, ortaboylu, qara gözlü, uçqun yanaqlı, sarımtraq bənizli bir qızcığazdı. Altı-yeddi ay bundan əvvəl deyər, gülər, çalar, oynar şux bir afət idi. Ilk baxışda bir o qədər də gözəl gö- rünmürdü. Lakin bir qədər diqqətlə baxdıqda onda başqa bir gözəllik görmək mümkündü… Baxışları altına düşən hər kəsi ildırım kimi sancan iri, qara gözləri, bu qara gözlər üstündəki incə, uzun qaşları, qanı axacaq qədər qırmızı, çiçək yarpaqları qədər zərif, incə və titrək dodaqları, hətta ağzının böyüklüyü və siması arasındakı incə bir tənasüb, – onu seyr edən hər bir kəsdə anlaşılmaz bir həyəcan oyadırdı.
Xüsusilə, əlində bir çomaq, dünya malını təşkil edən iki keçisini dağdan endirərkən, dağınıq saçları, oynaq və şux görkəmi ilə elə ilahi bir heyət təşkil edirdi ki, bu gözəlliyə qarşı kimsə dayanmaz, pərəstiş etməyə bilməzdi.
Bəli, bütün solğunluqla, bütün nöqsanlarına baxmayaraq, kənddə hər kəs onun gözəlliyini etiraf edirdi.
Gülzarı, yalnız kəndin gəncləri deyil, hətta ixtiyar kişiləri, qadınları da sevirlərdi.
Ta uşaqlıqdan yetim qalmış Gülzar öz kor anası ilə yoxsul qardaşı Aslanın himayəsində yaşayırdı. Anasının gözlərinə, kənd qadınlarının dediyinə görə, qara su enmiş idi. Ona görə Gülzar ta uşaqlıqdan evdə çalışmış, zəhmətə alışmışdı.
Bir qədər böyüyüncə, yoxsul evlərinin bir o qədər də böyük olmayan zəhməti onun üçün asanlaşmışdı. Artıq Gülzar daha ağır işlər görə bilir, mal-qara saxlaya bilir, xalça-palaz toxuya bilirdi. lakin yunları olmadığından Gülzar bəzən qonşuları üçün icrətlə çalışır, amma bu da həmişə olmurdu. Hər nə olsa da, Gülzar vaxtlarını boş keçirmir, hər kəsin bir işi olursa ona kömək edir, bacardığı qədər toxuyur və yardım edirdi. Başqa qoca bir qadını suya gedən görüncə, haman gedib dolçasını alır, doldurub gətirərdi. Bir evdə yas oldumu, oraya gedir, bacardığı qədər çalışır və o qədər səmimiyyət göstərirdi ki, hər kəs onu həmin evin adamı kimi bilirdi.
Hər kəsə ehtiram edər, hər kəsi sevər, hər kəsi ana, bacı, ata, ardaş kimi görərdi.
Gülzarın namuslu və ismətli olduğu xüsusi bir tərzdə dillərdə dolaşırdı.
Kənddə bir qız tapılmazdı ki, adına sözlər deyilməsin. Birinin ayağı dolaşdımı, haman ətrafda dastan açılır: “Dağ-divara dırmaşır”, “Filankəsə söz atdı”, “Gecə filankəslə danışdı” və s.
Hətta kəndin ən zəngin qızları və yüzbaşının qızları belə qadınların bu dedi- qodusundan, qaş-gözündən yaxa qurtara bilməzdilər. Yalnız Gülzar bu dedi- qodulardan kənar qalıb, su kimi pak və təmiz bir ad saxlamışdı.
Atalar qızlarına darılarkən, Gülzardan ibrət almalarını tapşırır və qadınlar Allaha yalvarıb, övlad dilərkən, Gülzar kimi pak və namuslu bir qız istərlərdi.
Bax, buna görə də bu gecə hər kəs Gülzarın gəlin getdiyinə sevinirdi. Hamı da gəlmiş və öz qızlarının toyu kimi bu toyda iştirak edirlərdi.
Lakin hər kəsdən artıq Aslan sevinirdi.
Bu yoxsul, kimsəyə toxunmaz, bir kəsə pislik etməz, söysələr də danışmaz, hər kəsə ehtiram edər, bir sözlə, “Allahın” dilsiz-ağızsız bəndəsi idi. Bunu çox vaxt Aslanın qorxaqlığına çıxırlardısa da, bununla bərabər kənddə kimsə ona dolaşmaz, pislik etməzdi.
Dünya malından bir uzunqulağı, bir də çətinliklə yığdığı pullardan Gülzar üçün aldığı iki keçidən başqa heç bir şeyi yox idi.
Uzunqulağı ilə odun daşıyır, kömür hazırlayır, biçinə gedir və beləliklə, öz bacısını və kor anasını saxlayırdı. Yaşının çoxluğuna baxmayaraq, hələ evlənməmişdi. Zatən, yoxsul olduğundan, ona qız verən yox idi. Lakin bacısını artıq varlı bir adama verdiyi və o gedəndən sonra bir qədər xərci azaldığı üçün, yeznəsinin köməyi ilə evlənə biləcəyini ümid edirdi. Lakin hər şeydən artıq onu sevindirən – Gülzarın təmiz bir ad saxlaması idi. Hər kəs Gülzarı təriflərkən, Aslan da bacısının belə adı ilə lovğalanardı. Hər halda bu gecə Aslan sevincindən nə edəcəyini bilmir, hər tərəfə çırpınır: “Buyurun, Allah ömür versin, oğlunuz üçün olsun, Allah atana rəhmət eləsin!” və s. sözlərlə gələn qonaqları qarşılayır, ona bu qədər hörmət edib, sevincində iştirak edənləri sevir, hətta kənddəki ən möhtərəm şəxslərin belə gəldiyini görüncə, sevincindən gözləri yaşarır, hətta bəzən onların ayaqlarına düşüb, öpmək istəyirdi.
Bu məhəbbətlərin, bu ehtiramların, bu ümumi iştirakın hamısı Gülzara, hər şeydən əvvəl Gülzarın paklığına, məsumluğuna, namuslu və ismətli olmasına aid olduğunu Aslan bilir və: “Bacımın cehizi yoxsa da, su kimi duru, pak bir adı vardır”, – deyirdi.
Zavallı Gülzar bunları eşidir, bütün ürəyi didilir, bütün varlığı parçalanırdı.
Ox, o fəlakətli gecə olmasaydı.
Nişanlandığı gündən üç gün əvvəl idi. Gülzar günorta vaxtı evdən bir çörək götürüb, meşədə odun qıran qardaşı üçün apardı. Geri qayıdarkən, hava çox tutqun idi. Yavaş-yavaş yağış nəmçiləyir, xırda damcılar Gülzarın üzünə, döşlərinə toxunurdu. Gülzar yağışdan gözlərini açmayıb, tələsik qaçırdı. Zavallı bu tələsmə nəticəsi olaraq, xəbəri olmadan yolu da itirmişdi. Yenidən bu yolu tap- maq üçün çox uzun çalışmış, amma havanın büsbütün qaralması bütün ümidlərini yox etmişdi.
Gülzar da nə edəcəyini bilmirdi, nə də gözü görürdü. Qaranlıqda qurdlara, çaqqallara rast gəlməsin deyə, qorxudan bir ağacın dibinə sıxıldı. Göy bütün dəhşəti ilə guruldayır, ildırımlar odlu oxlar kimi sağa-sola qaçışır, yağış vedrədən tökən kimi tökülürdü. Bütün kainat bir ildırım oynağına, bir od dənizinə dönmüşdü.
Gülzar qorxurdu. Bu aralıq yaxından “Alabaş, Alabaş!” – deyə çağıran bir səs eşidildi. Gülzar bu insan səsindən bir qədər cürətləndi və “Meşədəki, kimsən?” – deyə çığırdı. Çox keçmədən qarşısında ağ kürkə bürünmüş bir kişi gördü.
-Kimsən?
-Əmi, azmışam.
-Gəl, gəl! Burada durmaq qorxuludur, ildırım hündür ağacları vurar. Gəl!-deyə yola düşdü.
Gülzar onu təqib edirdi. Bir köhülə (mağaraya) təsadüf etdilər. Məchul kişi içəri girdi. Gülzar da heç bir şey düşünmədən içəri girdi. Beş dəqiqədən sonra köhül, məchul kişinin topladığı çör-çöplə yandırdığı ocaqdan işıqlanmışdı. Tüstü Gülzarın gözlərini acıdır, amma belə tüstüyə alışan olduğundan fərqinə varmır, köhülün bir bucağına sıxılıb otururdu.
Artıq bayırda göz-gözü görmürdü. Köhüldə məchul kişi ocağın yanındakı bir daş üzərində oturub, paltarlarını qurudurdu. Heç birisi dinmirdi. Bu aralıq Gülzar sərt, bir qədər boğuq bir səs eşitdi:
-Kimlərdənsən, gəlin?
Bu səs öz-özlüyündə Gülzarı diksindirdi. Lakin yenə fərqinə varmayıb:
-Yetim Aslanın bacısıyam, – deyə kişinin üzünə baxdı.
Kişi odlu baxışlarını onun üzünə sancıb baxırdı.
-Ərdəmisən?
Gülzar susub bir söz demədi. Eyni zamanda onu məchul bir qorxu bürüdü. Bu baxışlar altında həyatında ilk dəfə olaraq özünün gözəl bir qız olduğunu xatırladı və burada yad bir kişi ilə olduğunu düşününcə, qorxudan titrədi və ömründə ilk dəfə olaraq özünü kişilərdən gizlətmək, örtünmək üçün ətrafına baxındı. Yaylığını meşədə itirmişdi. Bir şey tapmayınca, dağınıq saçları ilə döşlərini örtdü. Amma zavallı bununla daha gözəl və daha cazibədar bir görkəm aldığını heç də düşünmürdü.
-Dur gəl, ocaq başında paltarını qurut, yazıqsan, yerdə soyuq vurar, naxoşlarsan, – deyə məchul kişinin sərt səsi yenə cingildədi.
Gülzar qımıldanmadı. Getdikcə qorxu onu bürüyür, bütün varlığı əsirdi. Bu aralıq Gülzar köhüldən çıxıb qaçmaq istəyirdi. Lakin qaçılası bir yer yox idi. Artıq gecə qara qanadlarını kainat üzərinə sərmiş, bütün varlıq bir məzar qaranlığına bürünmüşdü.
Yenidən boğuq bir səs eşidildi:
-Ərin kimdir?
Zavallı qızcığaz bir söz demir, hətta nəfəs çəkməkdən belə qorxurdu.
-Daha o uzaqda oturduğun nə üçündür. Səni yeməyəcəklər ki… Al, kürkümə bürün və paltarını qurut.
Gülzar artıq büsbütün özünü itirmiş, kiçicik ürəyi bir gurultu ilə döyünürdü…
Gecə getdikcə dərinləşir, sükut getdikcə artır, həyat getdikcə susurdu. Bu aralıq məchul kişi birdən yerindən qalxdı. Ağır addımlarla Gülzara yanaşıb, sərt və dəmir kimi ağır əli ilə Gülzarın biləyini yaxaladı. Zavallı qızcığaz, bütün mümaniətlərinə baxmayaraq, bir saniyədən sonra ocağın qırağında oturmuşdu…
Heç birisi danışmırdı… Ocaq getdikcə qaralır, köhül getdikcə bir qaranlığa dalırdı. Gülzar ocağın bir tərəfində bucağa sıxılmışdı. Məchul kişi o biri tərəfdə uzanmışdı.
Beləliklə, çox keçdi…
Gülzar, üzünə isti bir nəfəs toxunduğunu hiss edib, gözlərini açdı: qaranlıq bir heyət qarşısını daldalamış, eyni zamanda iki qol dəmir halqa kimi biləyini sarmış, sıxırdı. Gülzar qışqırıb, bütün şiddətilə çırpınmağa başladı. Amma belini sarmış qollar sarsılmaz və güclü idi. Gülzar çırpınır, eyni zamanda uşaq ağlına gələn sözləri söyləyib yalvarırdı:
-Səni and verirəm Allaha, səni and verirəm Həzrət Abbasa, mənə toxunma! Mən yetiməm, kimsəsizəm. Məni öldürərlər. Səni and verirəm o gözə görünməyən Allaha, mənə toxunma, mənə toxunma, mənə yazığın gəlsin, – deyə bu sarsılmaz qollar arasından özünü çıxarmağa çalışırdı.
Məchul kişi isə mmldanır, mmldanırdı…
Artıq Gülzarın xırdaca əlləri yorulmuş, məchul kişinin dəmir pəncəsində sıxılır, ayaqları isə kişinin dizləri altına alınmış, tərpənməsinə belə imkan qalmamışdı… Zavallı qızcığaz özünün gücsüzlüyünü görüb bağırır, yalvarır, ağlayır, bütün imamları, peyğəmbərləri bir-bir sayır, eyni zamanda sözlərinin təsirini gözləmədən, balıq kimi çapalayır, çırpımrdı. Lakin bunların hamısı faydasız idi. Yazıq artıq yorulmuş, qol- ları sustalmışdı.
Hər halda yarım saatdan çox çalışmışdı. Nəhayət, zavallı büsbütün yorulub, ölü kimi düşdü. O bütün uşaq qüvvəti ilə bacardığı qədər çalışdı, çapaladı, yalvardı, yaxardı, ağladı, bağırdı, çığırdı, ilan kimi qabıqdan çıxdı, amma çarə olmadı. Axırda yarımbayğın bir halda düşüb, istər-istəməz sükuta məcbur oldu…
Gecə ölgün bir sükuta dalmışdı.
Bayırda ruzigar yetim bir uşaq fəryadı ilə inləyərkən, Gülzar bir bucağa sıxılmış, səbəbini özü də bilmədən ağlayır, ağlayır, ağlayırdı. Çünki başqa bir çarəsi yox idi.
Artıq hava işıqlanmış, gözəl bir payız səhəri açılmışdı. Meşənin bütün yarpaqları yağışdan yuyunmuş, günəşin şüalarından parıldayırdı. Bu gözəlliklər arasında Gülzar, ətrafına belə baxmadan, ölgün, solğunbir halda evə qayıdırdı.
Üç gün sonra: “Getmirəm”, – deyə ağladığına baxmayaraq, onu nişanladılar. Bu gündən etibarən artıq Gülzarın bütün keçmiş şuxluğu, təravəti itmiş, evdən bir yana çıxmır, keçmişdə qardaş kimi gördüyü kişilərdən artıq yaşınır, kimsənin üzünə baxmır, daha doğrusu baxmağa qorxur, utanırdı. Al yanaqları payız yarpaqları kimi getdikcə solur, çöhrəsi saralır, gözləri çuxura enir, bütün varlığı sarsılıb məhv olurdu. Vaxtilə hər kəs, xüsusilə Aslan bu haldan maraqlanıb, səbəbini soruşmuşdusa da, axırda Gülzarın xəstə olduğunu düşünüb, qəti bir cavabdan vaz keçmişdi. Lakin Gülzar getdikcə solurdu. Bu aralıq Gülzar məsciddən bir Quran götürüb ona tapınmış, ona pənah gətirmişdi. “Gəlin gedərkən nə olacaq? O müdhiş gecədə nə cavab verəcək? Ona inanacaqmıdır?” Bu düşüncələrlə zavallı qaranlıq daxmalarınm bir bucağına sıxılıb, saatlarca orada qalırdı. “O gecə nə deyəcək, nələr eşidəcək, nələr olacaqdı?” O bu xüsusda çox şeylər eşitmiş və qorxmuşdu.
Keçən il qonşulannm qızını əri doğramışdı. Zavallı bunları düşünür, bağrı adətən partlayır, otura bilmir, hövlnak qalxır, sanki bir çarə tapacaqmış kimi, mənasızcasına ətrafa baxınır, nəhayət, yenə daxmanın bir bucağına yıxılıb, ağlamağa başlayırdı. Ağlayır, ağlayır, nəhayət, özünə təsəlli verərək: “Yox, mən ona yalvararam, mən bu Quranı şahid gətirərəm ki, məndə günah yoxdur. O inanar. Bu Quran, bu Quran sahibi məni himayə edər”, – deyə bir qədər təsəlli tapırdı. Lakin bir saniyə keçmədən yeni bir şey xatırlayırdı: “O mənim andlarıma inanmazsa?” – deyə yenidən pozulur, müdhiş bir iztirab onu bürüyür, yenidən Quranını bağrına basıb, köhnə qabığını göz yaşları ilə isladırdı.
Beləliklə, uzun qış gecələri o müdhiş gecənin fəlakətlərini, dəhşətlərini düşünərək, bir iztirab içində altı ay gözləyib durmuşdu…
Bu gecə də hər kəs onun səadətinə sevinirkən, o bütün varlığını itirmiş; göz yaşlarında boğulub getmişdi.
-Hə, nə oldunuz? Qurtarmadınızmı? Xalq gözləyir axı, – deyə bayırdan Aslanın səsi eşidildi.
Gülzar diksinib, ürəyi döyünməyə başladı.
-Biz hazırıq. Qızım, daha dur, – deyə yengə cavab verdi.
Gülzar yerindən tərpənmirdi.
-Qoyun bir balamın üzünü öpüm, – deyə Gülzarın kor anası arvadların içində səslənib, irəli yeriməyə başladı.
-Aydan arı, sudan duru balam… Ya Həzrət Abbas, balamı sənə zamin verirəm, – deyə Gülzarı qucaqladı.
Gülzar özünü bilmirdi. Bəyin qardaşı gəlinin belini bağlayır, arvadlar, kimi çalır, o yan-bu yana qaçır, “Allah, Allah” deyir, xəlfə dua oxuyurdu, – bir kəlmə, bütün dünya bir-birinə çaxnaşmışdı.
-Qoyun məni axırıncı dəfə bacımın üzündən öpüm, o mənim evimin sütunu olmuşdur, – deyə Aslanın səsi eşidildi.
-Əlbəttə, əlbəttə, bacındır, qızındır, çörəyini yemişdir, sən ona atalıq eləmişsən, – deyə yengə kimsəyə möhlət vermədən cavab verirdi.
-Əlbəttə, çəkilin, arvadlar, qoyun yazıq öz bacısı ilə görüşsün, – deyə arvadlar bir-birinə söyləyir, eyni zamanda yenə gəlinin başına toplanıb, yolu daha da kəsirlərdi.
Aslan bilirdi ki, ona kimsə bir söz deməyəcəkdir, çünki bu gecə onun sözü ilə hər kəs hesablaşır, hörməti hər kəsdən çoxdur. Elə ixtiyar istəməsi də bir növ lovğalanmaq üçün idi.
Artıq Gülzarı, başında al duvaq, qapıdan çıxarırlardı. Aslan qolunu bacısının boynuna salıb:
-Gəl, bacım, səni öpüm. Sən mənim evimin sütunu olmuşsan, sən mənim üzümü xalq içində ağartmışsan, adına güldən ağır bir söz deyilməmişdir. Bu hələ mənə bəsdir. Mən səndən çox razıyam, get, Allah səni xoşbəxt eləsin, – dedi.
Bu sözlərdən zavallı Gülzarın ciyərləri parçalanır, amma artıq bir şey düşünmür, bir şey hiss etmir, köhnə qabıqlı Quranı bağrına basıb, başqalarının zövqü ilə yeriyirdi.
Otaq tam bir bayram şəkli almışdı: elə bil bəzəkli gəlin evi idi. Lakin Gülzar heç bir şey düşünmür, ancaq başqalarının “Allah, Allah” sözü arasında öz Allahını unutmamaq üçün tez-tez “Ya Allah, ya Allah”, – deyə təkrar edirdi. Onu oturtdular. Arvadlar, baldızları, hətta qayınanası belə qabağında oynadılar, qayınanası üzündən öpdü. Lakin Gülzar bunların heç birini istəmirdi, bu iltifatlardan ürəyi sıxılırdı. Beş dəqiqədən sonra bu adamlar heç birisi onu görmək istəməyəcək, üzünə belə baxmayacaqlar. Kim bilir, bəlkə bir daha o onların heç birisini görməyəcəkdir…
Arvadlar çaldılar, çağırdılar, oynadılar, çıxdılar. Gülzar tək qalınca, artıq özünü bilmir, yarımbayğın bir halda bir-biri üzərinə salınmış döşəklərin, gəlin taxtı üstündə oturmuş, ərinin gəlməsini gözləyirdi. Özü ilə götürdüyü Quranı bütün qüvvəti ilə iki döşü arasına sıxıb: – “Ey Quran, ey Quran sahibi, sən mənə kömək ol!” – deyə təkrar edirdi. Zavallının ürəyi döyünür, ciyərləri parçalanır, bütün varlığı məhv olurdu. Altı aydan bəri çəkdiyi iztirabların, əzab və göz yaşlannm bu gecə artıq sonu idi. Bu gecə ya həmişəlik xoşbəxt olacaq, ya da həmişəlik qara torpaqlara gömülüb gedəcəkdi. Ox, nə qədər müdhiş bir gecə. O bu gecəni çoxdan bəri təsəvvür etmişdi. Amma belə fəlakətli bir gecənin, doğrudan da, olacağına inanmırdı. Bir aralıq: “Mən burada qalmıram” – deyə durub evlərinə qaçmaq istəyirdi. Lakin istəyirdi… Çox şeylər istəyirdi… eyni zamanda heç bir şey istəmir, yalnız özünü gizlətmək üçün bir yer, torpaq, bir məzar istəyirdi.
Nəhayət, qapı açıldı, bəy girdi. Gülzarın ürəyi çırpındı. Qapının səsindən sanki qulaqlarında göy guruldayırdı. O, qısaboylu, dik papaqlı, sərt üzlü, sərt baxışlı, azacıq çopur bir oğlan idi. Eyni zamanda simasına baxınca, onda xüsusi bir mülayimlik, bir nəvazişkarlıq görmək olurdu. Amma Gülzar üçün bu dəqiqədə ərinin necə olmasının heç bir fərqi yox idi. O bu saat ərinin bir meymun, bir qurd, bir canavar olmasına, lakin onu bağışlamasına, ona inanmasına şükr edərdi.
Mənsur özünü itirdi. O gözləyirdi ki, qız duracaq, onun ayağını tapdalamağa çalışacaqdır. O da evdə gələcəkdə hakimiyyət qazanmaq üçün bunu ilk əvvəl özü etməyə hazırlanmışdı. Amma Gülzar yerindən tərpənmədi. Bundan başqa, yengənin dediyinə görə, daha bir çox səmimiyyətlər olmalı idi. Heç biri olmadı. Nəhayət, özünü toplayıb namaz yadına düşdü. Namaz qılmağa başladı. Bitirdi. Gülzar yerindən tərpənmədi. Mənsur taxtın üstündə oturdu. Nə edəcəyini bilmirdi. Heç biri danışmırdı. Gülzara yengə, gəlirkən bir çox şeylər tapşırmışdı. Lakin heç biri yadında qalmamış, daha doğrusu, heç birini eşitməmişdi. Bu sükut uzun bir zaman davam etdi. Nəhayət, Mənsur sükutu pozdu:
-Gülzar, artıq üzünü aç, öz evindir, – deyə mütərəddid və utancaq hərəkəti ilə örpəyi Gülzarın üzündən götürdü. Zavallı qızcığaz həyəcan və iztirabdan ürəyi partlayır, bihuş olmaq dərəcəsinə gəlirdi. Qulaqlarında anlaşılmaz bir şey guruldayır, bütün gördüyü şeylər gözünün qarşısında oynayır, hərəkət edirdi.
Gülzar özünü gizlətmək üçün bir yer axtarırdı, amma yox idi. Mənsur sözə başlamış və nə söyləyəcəyini bilməyib, ancaq söhbəti kəsməmək üçün, ağlına gələni danışırdı:
-Mən bilirəm, qardaşının evində sən çox incimişsən, amma artıq bundan sonra, inşallah, hər ikimiz gözəl güzəran sürərik.
Mənsur danışmağa söz tapmır, eyni zamanda Gülzar bir söz deməyincə, sözünü kəsmək istəmirdi. Yoxsa yenə bir sükut araya düşəcək və yenidən sükutu pozmaq üçün söz tapmayacaqdı. Burada Gülzar artıq özünü bilmədən, nə olursa olsun, bir an əvvəl sözünü demək, ürəyini açmaq və bütün varlığını didən bu müdhiş iztirabdan yaxasını qurtarmaq üçün aylarla əzbərlədiyi sözlərin hamısını unudaraq, yarımbayğın bir halda sözə başladı:
-Ox, Mənsur, sən bu qədər gözəl, bu qədər gözəl, bu qədər zənginsən… Fəqət mən… sənə layiq deyiləm… mən…
Burada ağlamaq boğazını boğdu. Göz yaşlarında boğulub, nəfəs belə çəkmirdi.
Lakin Mənsur onun dediklərini bir o qədər də anlamadan, nəhayət, Gülzarın danışdığına və özünün danışmaq üçün mövzu tapdığına sevinib, əlini mütərəddid hərəkətlərlə onun boynuna salaraq, dedi:
-Artıq ağlama, Gülzar! Mən bilirəm sən nəyi düşünürsən.
Burada Gülzar birdən-birə diksindi. “Nəyi bilir görəsən?” O müdhiş gecənimi bilir?” Bir an içində bədənini titrətmə tutdu. “O haradan bilir? Lakin bilirsə və bu qədər mülayimsə…” Bu aralıq zavallı qızcığazın başından bulanıq bir fikir fırlandı, bəlkə də o məchul kişi bu özüdür? Biixtiyar başını qaldırıb, Mənsurun üzünə baxdı. Ancaq heç bir şey görmür, heç bir şey xatırlamırdı. Eyni zamanda Mənsur sözünə davam edirdi:
-Amma elə şeylər üçün düşünməyə dəyməz. Mən bilirəm, qızlar istərlər ki, onların cehizləri olsun, bilməm nələri olsun, ərlərindən utanmasınlar. Mənim üçün elə şeylərin əhəmiyyəti yoxdur. Allaha şükür, bir parça çörəyimiz var, ac qalmarıq… Özümüzdən başqa iyirmi nəfəri də lap əlli il saxlaya bilərik. Atam mənim üçün kəndxuda Həsənin qızını almaq istəyirdi. “Belə cehizləri var, camışları var, xalça-palazları var”, – deyirdi. Lakin nə eləyim o dövləti, mənə sənin gözəlliyin, hələ təkcə təmiz adın hər şeydən bahadır. Mən özüm xalqa çox gülmüşəm, indi, Allaha şükür, bilirəm ki, sabah papağımı yanakı qoyub, kənd içinə çıxanda kimsə mənə gülməyəcək, kimsə ardımca pıçıldamayacaqdır. Mənə sənin təmiz adın, paklığın və saflığın hər şeydən qiymətlidir. Bu mənim üçün dünyalara dəyər.
Burada Gülzarın artıq bütün nervləri, bütün ilikləri parçalanıb, boğuq səslə inlədi:
-Mənsur mən səndə qalmaq istəmirəm. Yalvarıram sənə, məni dörd-beş gün saxlayıb, sonra burax. Mən gedib dilənçilik edərəm…
-Axı nə üçün? Sənə nə olmuşdur?
Gülzar özünü bilmədən, dediklərini belə eşitmədən Mənsurun ayaqlarına düşüb:
-Ox, Mənsur mən sənin yanına üzüqara gəlmişəm, – dedi.
Sanki Gülzarın üzərində qocaman bir dağ varmış kimi, bir sözlə birdən uçulub, onu yüngülləşdirdi. Lakin qulaqlarında bu qocaman dağın anlaşılmaz gurultuları taqqıldayırdı. burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Əlini Gülzarın boynundan çəkdi. Biixtiyar divara baxındı. Divarda bir tüfəng, iki xəncər asılmışdı. Üzündən zəhərli bir gülüş fırladı. Gülzar isə göz yaşlarında boğularaq, sözünə davam edirdi:
-Amma mən müqəssir deyiləm, Mənsur! And olsun bu Qurana, and olsun o gözə görünməyən pərvərdigara ki, mən müqəssir deyiləm…
-Sən müqəssir deyilsən… Hm… bəs nə oldu? Damdan yıxıldın, hə? Nərdivandan yıxıldın, hə?
Gülzar artıq sözünü demiş, sonu nə olacağını bir o qədər də düşünmürdü. Mənsur bu saat xəncəri qapıb onu doğrayacaqmı? Bağışlayacaqmı? Nə edəcəksə, hər halda bilmirdi. Lakin bir çox şeylər, biixtiyar fikrindən çırpınıb keçir və heç birisinə baxmadan bir an əvvəl sözlərini söyləmək istəyirdi:
-Yox! Yox! Mən heç bir yerdən yıxılmamışam. Mənə başlı-ayaqlı bir insan toxunmuş, məni zorlamışdır.
-Kim? Kim? Onu söylə! – deyə Mənsur müdhiş bir əsəbiyyətlə bağırdı.
-Bilmirəm…
Bir an üçün hər ikisi susdu.
-Istəsən, işin hamısını sənə söyləyə bilərəm. Nə edəcəksən, et. Yalnız sözlərimə inan, məni öldür. Ancaq bil ki, mən müqəssir deyiləm.
Mənsur susurdu. Burada sonsuz bir dəhşətlə o fəlakətli gecəni bir neçə qırıq- sökük cümlədə nağıl etdi. Sözləri irtibatsız və nizamsız ol- duğu üçün bəlkə məntiqsiz yerləri də var idi. Lakin söylənən sözlərdə elə bir səmimiyyət çırpınır, elə bir paklıq hiss edilirdi ki, istər-istəməz insanın inanması gəlirdi. Hər halda Mənsur inanmışdı. Çox uzun düşüncədən sonra:
-Axı bunların hamısı doğru isə, nə üçün o zaman anana, qardaşına söyləmədin? – deyə soruşdu.
Mənsurun səsi sanki bir qədər yumşaldı.
-Onlar nə edə bilərdilər? Qardaşımı sən ki bilirsən. Anama da artıq dərd verməkdən nə çıxardı? Indi mən olduğunu söylədim, mənə hər nə edəcəksən, et, qanımı sənə halal edirəm. Ancaq inan ki, mən günahkar deyiləm. And olsun yeri, göyü yaradan Allaha! Mənsur, and olsun bu altı aydan bəri mənim yeganə təsəllim olan bu Qurana ki, mən təqsirkar deyiləm.
Gülzarın sözlərində çırpınan məyusluq, göz yaşlarındakı səmimiyyət bir iynə kimi Mənsurun fikrinə, zehninə, ruhuna, bütün varlığına sancıldı. Hətta “Yazıq nə etsin? Bu Allahın qəziyyəsidir, onun ki, burada taqsırı yoxdur. Gücsüz, köməksiz bir qız nə edə bilərdi? Nə üçün bir nəfər onun adına söz demir?” – kimi bəzi doğrultmalar da fikrindən keçir və eyni zamanda çox dərin düşüncələrə dalmış dururdu.
Gülzar kiçicik əllərini irəli uzatmış, bir həyəcan içində nəticəni gözləyirdi. Ox, indi Mənsurun bir sözü onu nə qədər xoşbəxt edə bilər və ya əbədi bir yoxluğa yuvarlada bilərdi! Gülzarın bu dəqiqədə bütün taleyi, həyatı, səadəti ondan, onun bir kəlmə sözündən asılı idi.
Sevinc və müdhiş fikirlər bir elektrik sürəti ilə bir-birini təqib edərək, zehnindən fırlayıb gedirdi. Hər halda Gülzar onun bütün iztirablarına şahid olan bu Quranın onu tək buraxmayacağına, kömək və himayə edəcəyinə, zəif bir inamla da olsa, inanırdı. Bu ümidin nəticəsi olaraq, Gülzarın başında xoşbəxt və sürəkli bir ümid parladı: “Indi Mənsur qollarını açacaq, – eybi yox, mən səni bağışlayıram, çünki inanıram ki, səndə taqsır yoxdur, – deyəcək və onu qucaqlayacaqdır”. Hətta bunu Mənsurun gözlərindən də oxumaq olurdu. Ancaq Gülzar bu halında bunun fərqinə varmırdı; həm də bu dəqiqədə belə şeylərlə sevinmənin vaxtı deyildi. Burada artıq xəyal, xülya deyil, ümid, arzu deyil, bir həqiqət olaraq ölüm-dirim məsələsi həll edilirdi ki, o da Mənsurun verəcəyi cavabdan, edəcəyi hərəkətdən asılı idi.
Mənsur düşünürdü. Sanki bu sözlərin doğruluğunu Gülzarın üzündə oxumaq istəyirmiş kimi, bıçaq kimi iti baxışlarını onun üzünə dikdi: önündə iki uçqun, süzgün göz gördü ki, məsum baxışlarında odlu bir fəryad inləyir, tam dərinliklərində bir doğruluq, bir səmimiyyət, bir paklıq, bir günahsızlıq gülümsəyirdi. Gülzarın iki damcı göz yaşı yuvarlanmış, solğun yanaqlarında durmuşdu; indi dodaqları hənuz əsəbi bir həyəcanla titrəyir və bütün bu həyəcanlarla, bütün bu solğunluqlarla Mənsur qarşısında pak və olduqca gözəl bir qız görürdü. Bu sevimli qızın məsum ruhuna toxunmaq, qəlbini qırmaq, incitmək, heç də insafdan deyildi. O, təbiətin azad qoynunda bəslənmiş bir çiçək idi ki, ruzigarın xəfif bir ağırlığından solacaq, töküləcək, məhv olub gedəcəkdi… Halbuki o, ən tutqun bir həyatı süslədə bilər, həyatın ən dərin qaranlıqlarını bir səadət şəfəqilə işıqlandıra bilərdi. Xüsusilə bu dəqiqədə Gülzar elə bir görünüş almışdı ki, ona kimsə acımaya bilməz. Eyni zamanda onun bu vəziyyəti ilə aldığı məhzun bir gözəlliyə qarşı kimsə pərəstiş etməyə bilməz, onu sevməyə bilməzdi. Bəli, Gülzar kim olursa olsun, indiki dəqiqəsində gözəl, sevimli, ən pak bir qızcığaz idi.
Mənsur bunları hiss edirdi, kim bilir, daha nə kimi doğrultmalar düşünmüşdü. Hər halda bir məsum qızı, bir an əvvəl sevindirmək üçün böyük bir zövq, bir məmnuniyyət və vüqarla “Çox yaxşı, inanıram, ağlama”, – deyə bir kəlmə söyləmək, onu qucaqlamaq, ovundurmaq, sonra uzun-uzadı düşünüb, gələcək üçün bir çox şərtlər qoymaq istəyirdi. Lakin tam bu sırada qapı döyüldü. Arxasından:
-Tez olsanız! Daha bu nə oldu? Bitirmədinizmi? Xalq nigarandır axı! – deyə sözlər eşidildi.
Danışan yengə idi. Burada Mənsurun birdən-birə çöhrəsi dəyişdi. Çox dərin bir yuxuda imiş kimi diksindi. Bütün düşüncələri alt-üst oldu, sanki yeni bir şeylər xatırladı: “Adətən, qızlar belə deyir, and içirlər”. O, çox eşitmişdi. O, başqalarına çox gülmüş, istehza etmişdi. “Bəlkə də o adam həmin kəndlilərdən biridir. Bəlkə də Gülzar yalan deyir. Bəlkə də tanıyır, demək istəmir. Bəlkə də bir neçə nəfərdirlər. Yəqin kənd içinə çıxarkən, ona baxıb gizlincə güləcəklər. Indi yengəyə nə söyləyəcəkdir?” Burasını heç düşünməmişdi. “Bəli, bu qız o qədər hiyləgərmiş ki, hər işi görmüş, eyni zamanda özünü pak qələmə vermişdir”. Bir dəqiqə də bilməm nə qədər taqsır onun fikrindən keçdi; nədənsə bir az əvvəl bunların heç birisi fikrinə gəlmirdi.
Gülzar ağlamaqdan danışmırdı. Son dəqiqə Mənsurun tərəddüdünü görüncə, ayaqlarına sərilib:
-Mənsur məni bədbəxt etmə! And olsun bu Qurana ki, məndə günah yoxdur, Mənsur, bəlkə də, qapı döyülüşünün təsiri altında:
-Artıq qurban olasan əlindəki Qurana, mən sənə dəymərəm, – dedi.
Gülzar sakit bir nəfəs çəkdi. Bir saniyədə kim bilir nə qədər böyük bir səadət yaşadı. Ikinci söz olmasaydı, sevincindən Mənsurun ayaqlarını, əllərini, üzünü öpəcək, ağlayacaq, kim bilir, daha nələr eləyəcəkdi. Doğrusunu bilmək istəsəniz, heç bir şey etməyəcək, sevincindən, sadəcə bayılacaqdı. Lakin Mənsur sözünə davam edirdi:
-Mən sənə toxunmadım. Ancaq hansı yol ilə gəlmişsən, həmin o yol ilə də atanın evinə qayıt. Üzüqara, bir qız mənə gərək deyil.
Gülzarın ürəyi çırpındı, gözləri qaraldı, uzun zaman bir şey görmədi, bir şey eşitmədi. Bir gurultu qulaqlarını doldurmuş kimi çiyninə toxunurdu. Nəhayət, ağır və tənbəl hərəkətlərlə tərpənib başını qaldırdı, məhzun bir ölgünlüklə gözlərini yarımçıq açdı. Mənsur qapını açıb, onun çıxmasını gözləyirdi.
Gülzar məyus bir halda qalxdı.
Artıq ağlamırdı, qapı açıq olduğundan ağlamağa, yalvarmağa imkan qalmamışdı. Qapıya yönəldi. Nədənsə, gözlərini qaldırıb, ətrafa baxdı: bütün divarlar, bütün görünən şeylər və anlaşılmaz bir hərəkətlə onunla bərabər yürüyür və onun tənbəl yürüşləri əksinə olaraq, bir makina çarxı dövrəsinə fırlanır, xəbis bir istehza ilə rəqs edirdi.
Biixtiyar bir ah çəkdi.
Nəhayət, gözləri Mənsurun gözlərinə saplandı, baxdı, baxdı, heç bir söz demədi.
Əski qabıqlı Quranı götürmüş, aparmaq istəyirdi. Qapıdan çıxdı. Əvvəl yengə, sonra da qapı arxasında böyük bir maraq içində gözləyən qadınlar onun başına toplandılar. Hər tərəfdən sorğular yağdırıldı:
-Hə, nə oldu? Nə üçün çıxdın? Nə istəyirsən? Bitdimi? Nə olmuşdur?
Gülzar bir şey görmür, hətta kimsəyə baxmır, bir şey hiss etmir, bir söz söyləmirdi. Bütün varlığı ürəyinə yerləşmişdi. Bir sövqi-təbii ilə qadınların arasından keçib getmək istəyirdi.
-Haraya gedirsən? Nə oldu? Nə üçün gedirsən? – deyə hərə bir tərəfdən maraqla soruşur, eyni halda onu dümsükləyir, sanki yuxuda imiş kimi, onu oyatmaq və cavab almaq istəyirdilər.
Qadınlar bir-birinin üzünə baxırdılar, qaş-gözlər oynamağa başlamışdı. Yengə içəri soxuldu; oradan Mənsurun səsi eşidilirdi:
-Mən papağımı atıb, ləçək bağlaya bilmərəm. Namussuz, üzüqara bir qız mənə gərək deyildir. Yolun üstü ilə gəlmiş, altı ilə də getsin… Gülzar dəli kimi duruxmuş, nə edəcəyini bilmirdi.
Artıq beş dəqiqə bundan əvvəlki kimi ona yanaşmırlardı. Kimsə bir söz demir, bir yol göstərmirdi. Ancaq qadınlar bir-birilə pıçıldaşır, söyləşirlərdi. Məsələ bəlli idi.
-Vallah, vallah, mənim qızım aydan arı, sudan durudur. Ay müsəlmanlar, bizə zülm eləməyin! – deyə Gülzarın yazıq anası ağlayırdı. Eyni zamanda Mənsurun anası bir az əvvəlki ehtiramkarlığı büsbütün atmış, sərt və acıqlı bağırtılarla: – Təmizdir! Təmizdir! Apar özünün olsun, – deyirdi.
Qadınlar bir-birinə qatışmış:
-Qəribədir! Təəccüblüdür! Bərəkallah, qız! Suyun lal axanı, adamın yerə baxanı! – deyə mınldamrdı.
Gülzar başı aşağı olaraq, bir yol tapıb getmək istəyirdi. Lakin tərpənə bilmirdi, haraya gedəcəyini özü də bilmirdi. Bu qədər səmimi ayrılıqdan sonra qardaşını necə görəcək, nə edəcək, nələr olacaqdı.
Bu halda o, bir dama çıxmaq və yüksək bir səslə bütün camaat qarşısında bağırmaq, ağlamaq, bütün dünyanı haraya çağırmaq istəyirdi.
Ona belə gəlirdi ki, bu saat bu haqsızlıqdan dünya uçulacaq, ulduzlar töküləcək, bütün kainat alt-üst olacaqdır. O da bunu istəyirdi. Lakin heç bir şey yox idi. Göylərin sonsuz dərinliklərində yerləşmiş ulduzlar öz daimi sakitlikləri ilə durmuş, hamısı sanki bir nifrətlə ona baxıb gülürlərdi. Yenə kainat olduğu vəziyyətində durmuş, adi vüqar və əzəməti ilə həyatın faciələrinə gülümsəyirdi.
Zavallı qızcığaz son dəfə başını qaldırıb, ətrafına baxdı: bütün əvvəlki nəvazişlər, sevimli çöhrələrdə bir əqrəb gülüşü oynayır, hamısında gizli bir nifrət çırpınırdı. Heç kəs öz baxışlanm ondan qaçırmaq istəmirdi. Gülzar baxışlarını yerə sancdı; sanki bütün kainat üzərinə yuvarlanmış, onu yerə yaslatmaq istəyirdi. Birdən neçinsə əlindəki Quranı başına qaldırıb:
-Ey Quran, əgər haqq isən, günahkar isəm, bu saat məni külə döndər. Ya haqqı aşkar elə, ya mənim namusum, həyatım, ismətim kimi, sən də ayaqlar altına düşüb, əbədilik məhv ol. – deyə Quranı yerə çırpıb, əsəbi bir həyəcanla tapdalamağa başladı.
Ətraf sakit idi. Ruzigar xəfif-xəfif əsir, ağaclar səslənir, bayaqkı çırağban küçələri dərin və qorxunc bir qaranlığa bürümüşdü. Gülzara “Allah” da, “Quran” da kömək etməmişdi.
Nəhayət, kor anasınm əlindən yapışmış, onun qara örpəyinə örtünmüş, ağlayaraq evə qayıtmışdı.
Hər tərəfdə anlaşılmaz bir dəhşət, təbiətin bütün gözəlliklərində bir bayquş sədası inləyirdi…
Gülzar ağlayırdı…
Ağlayırdı, çünki başqa bir çarəsi yox idi.
Günəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.
Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?
Gün batar-batmaz idi.
Palçıqlı Bəşir donluğunu almış, borcları ilə tutuşduraraq evə qayıdırdı. Xəstələnmiş, borca düşmüşdü. Bu gün bütün borcları bitir, hətta bir qədər artıq pulu da qalırdı.
Kiçik qızı Dilara üçün yemişdən-zaddan almaq istəyirdi; paltarı da yox idi, amma hələ pulu çatmırdı.
Küçədən, müəllimləri başda olmaq üzrə, təmiz geyimli, gülərüzlü kiçik-kiçik qızlar, uşaqlar böyük bir intizam və əzəmətlə haraya isə gedirlərdi.
Bəşir durdu, baxdı: nə qədər də dinc, gözəl, təmiz, sevimlidirlər. Qızını xatırladı: “Zavallı ayaqyalın, köhnə, çirkli bir köynəklə gəzir. Bu cür geyinərsə, belə görünərmi? Dilara bunlardan da yaraşıqlıdır. Belə geyinərsə, lap gözəl görünər… O da bu uşaqların arasında olsaydı, nə olardı?
Bu fikirlər sıra ilə Bəşirin başından bulanıq bir kölgə kimi keçirdi. Birdən nə isə anlaşılmaz bir duyğu onu çulğadı, məchul bir qüvvətin təsiri altında nə etdiyini özü də bilməyərək, qaçıb ömründə xatırlamadığı bir cəsarətlə müəlliməyə yanaşdı.
-Ay xanım…
Dili dolaşdı, nə deyəcəyini bilmirdi.
Müəllimə iri gözləri ilə Bəşirə baxdı.
-Bağışla, xanım, səndən bir təvəqqem var… Mən özüm palçıqçıyam. Bir balaca qızım var. Onu soruşuram ki, onu neyləyim?
Ona belə gəlirdi ki, müəllimə indi bu cəsarətlə ona yanaşdığı üçün acıqlanacaq, söyəcək, ya da bir acı söz deyəcəkdir. Müəllimə mülayim bir baxışla Bəşirin üzünə baxdı; bu qarışıq üzdə, cəsarəti üçün üzr istəyən bir günahkar gülüşü çırpınır, gözlərində mərhəmət uman bir taqsırkar izi inləyirdi. Bu zavallı görünüş mərhəmət hissi duydururdu.
-Əmi, qızın neçə yaşındadır?
“Əmi” sözü Bəşiri şaşırdı. Bu gözəl geyimli, böyük, nəcabətli qadından bu sözü eşitməyə sanki özünü layiq bilmirdi.
-Səkkiz yaşında.
-Əmi indi vaxtı keçmiş, lakin hər halda gətir, bir cür düzəldərik.
-Haraya? Nə vaxt?
Beləliklə sözləşdilər. Sabah Bəşir qızını müəllimin yanına aparacaqdı. Sonsuz bir məmnuniyyətlə:
-Allah sənə ömür versin! Allah kölgənizi başımızdan əskiltməsin, – deyə baş əyib, sevinə-sevinə ayrıldı.
Əvvəl bir qədər yeyinlədi. Sonra yavaşladı. Düşünürdü: “Nə mülayim adamdır!” Qızı da gözəl geyinəcək, oxumuş olacaq, qonşuları onu tərifləyəcəklər. Bəlkə bir zaman o da bu müəllimə kimi olacaqdır. Lakin qızı ayaqyalın necə aparsın? Arvada nə deyəcəkdir? Birdən dayandı. Özünü itirmişdi… Kömür meydanına doğru yönəldi, bir cüt köhnə çəkmə, bir köhnə libas da alıb evə qayıtdı. Dilara qışın soyuğuna baxmayaraq, bir cırıq köynəyi ilə onu qarşılayıb, ətəyindən yapışdı.
-Ay ata, o nədir? O çəkmələr kimindir? – deyə tez-tez təəccüblə soruşurdu.
Bəşir son vaxtlar evə heç bir paltar və bu kimi şeylər almırdı, xüsusilə çəkmə, çox təəccüblü idi. Evdə çəkmə geyən yox idi. Heç başmaq tapılmırkən, birdən- birə çəkmə… kimsənin ağlına yerləşmirdi. Dilaranın səsinə çıxan anası da şaşırmışdı.
-Balam, bunlar nədir? Qudurmuşsan…
-Arvad, heç danışma, işi dəyişdirmişəm.
-Bunlar kimindir?
-Almışam.
-Doğrudan kimindir?
-Vallah, almışam. Hələ bu harasıdır? Ay qız, yüyür bir əl-ayağını yu, gəl, bir gör bunlar necə olur?
-Ay kişi nə əcəb?
-Hələ sabah Dilaranı uçqola aparacağam.
-Necə yəni uçqola aparacağam?
-.. deyirəm sənə işləri dəyişmişəm. Müəllimə ilə də danışmışam. Özü də bir yaxşı adamdır. Elə qaydalı… Dedi, götür gəl. Ay qız, yubanma, tez yuyun, gəl! – deyə içəri girdi.
Dilara ömründə görmədiyi bu əcaib ayaqqabıları və paltarı geymiş, sevincindən sanki qanadlanmış, uçurdu. O çoxdan bəri həsrətlə uşaq- ların ayaqlarına baxır və bir gün onun da çəkməsi ola biləcəyini heç təsəvvür belə etmirdi.
-Ay qız, belə fırlan görək necə dayanır… Ay zalım, qiyamətsən ki…
Dur, bağlarını keçirim.
Bəşir pullarım artıq borclara çatışmayacağını da unudub, ömründə duymadığı böyük bir həvəs və sevinclə, ciddi surətdə çalışıb, qızını bəzəndirdi. Çəkmələr köhnə də olsa, Dilaranın ayaqlarında yaraşıqlı görünürdü.
-Ay zalım, lap xozeyin qızlarına oxşayırsan… Cəhənnəmə olsun dünya. Arvad, o tabağı bəri ver. Qız, bir dur oyna…
Tabaq taqqıldayır, Dilara atasının üzünü öpüb, böyük bir sevinclə oynayırdı.
Səhər hava tutqun idi. Gecə yağış bütün küçələri dizədək palçıq etmişdi. Bu, Bəşirin heç də döşünə düşmürdü. Çünki yaşadığı Böyük Salyan küçəsində küçələr döşənməmişdi, bir az yağış yağan kimi palçıq dizə qalxır, keçmək də mümkün olmurdu. Xüsusilə bu gün Dilaranın çəkmələri batacaqdı… Bu heç arzu edilən bir şey deyildi. Nə isə, Bəşir müəlliməyə söz vermişdi. Dünya dağılsa da, Dilaranı aparacaqdı.
Böyük bir zəhmətlə Dilaranı öz əli ilə geyindirdi. Çıxdılar, Evdən beş-altı addım ayrılmışlardı. Dar küçə elə palçıq idi ki, keçmək mümkün deyildi. Bəşir tez-tez Dilaranın çəkmələrinə baxır, kiçik bir palçıq ləkəsi qanını qaraldırdı. Bir qədər keçincə, 4-cü Təzəpir dalanında yol büsbütün kəsilməz oldu.
Bəşir çarəsiz qalıb, Dilaranı qucağına aldı, 2-3 addım getməmişlərdi ki, zavallı Bəşirin ayaqqabısı palçığa batdı. Ayağını çıxarmaq istərkən, birdən büdrəyib üzü üstə yerə çırpıldı. Artıq uşaq da palçığa bulaşmış, özü də dizindəki ağrının şiddətindən tərpənməz bir hala gəlmişdi. Böyük bir şüşə ayağına batmış, qan axmağa başlamışdı. Ölə-ölə evə qayıtdılar.
Bəşirin dizindən axan qan dayanmırdı. Qonşular toplaşdılar, yaranın üstünə təndir külü tökdülər, hörümçək toru qoydular, elə bir sancı qalxdı ki, dayanmaq mümkün deyildi.
Bəşirin iniltisinə qonşudakı işçilər toplandılar. Hərə bir yol göstərdi. Lakin çarə olmadı. Nəhayət, mütləq, doktor çağırılması lazım olduğunu dedilər. Bu da mümkün deyildi.
-Canım, bu qaranlıq küçələrdən həkim nə cür gələcək? Gərəkməz ki, bir faytona minsin. Fayton da indi bir ətək pul istəyir, – deyə qazantəmizləyən Əhməd donquldandı.
Beləliklə, çox danışdılar. Amma nə Bəşirin ayaq ağrısı durdu, nə də həkim gətirmək mümkün oldu. Xəstəni bir inilti, bir qızdırma içində buraxıb dağılışdılar.
Zavallı Bəşir beş-altı gün belə gecələri göz yummadan çırpındı. Həkim gətirmək mümkün deyildi. Nəhayət, qazantəmizləyən Əhməd onu arxasına alıb, həkimə apardı.
Doktorlar baxdılar.
-Gec gəlmişdir. Sümüyü qırılmış, həm də ayağında qan kirlənmişdir. Əvvəldən gəlsəydi, sağala bilərdi. Amma indi xəstəxanada yatmalıdır, – dedilər.
Iyirmi gündən sonra zavallı Bəşiri evə gətirib, kirli yorğan-döşəyə saldılar. Ayağı artıq bir o qədər ağrımırdı, çünki dizdən yuxarı qılçasını kəsmişdilər.
Günəşin vərəmli tellərinə qarşı zavallı Bəşir ac uşağının, göz yaşlarına boğulmuş qadmınm üzünə dinməz-söyləməz baxırdı. “Ox… bundan sonra bu zavallıların günü nə olacaqdır?” Bəşir utancaq gözlərini bir tərəfə qaçırtdı. Bu aralıq baxışları taxçada qoşa qoyulmuş çəkmələrə ilişdi. Birdən-birə nə isə
xatırlayaraq, özünü saxlamayıb, hönkürtü ilə ağlamağa başladı…
Ox, səadət nə qədər yaxın idi.
Lakin…
Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar- başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.
-Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
Dilbər, yuxuda imiş kimi diksindi, başını qaldırdı, ancaq danışmadı, susdu qaldı. Müəllimə onu irəli çağırdı… Hər gün, sözləri qrammofon kimi bir-birinin ardına düzən Dilbər, bu gün qırıq makina kimi baş-ayaq vururdu. Onun fikri nə isə uzaq bir yerdə, tam başqa bir şeylə məşğul idi. Dərsdən sonra müəllimə Dilbəri müəllimlər otağına çağırdı.
-Dilbər, sənə nə olmuşdur? – deyə soruşdu.
Dilbər dalğın gözlərini yerə dikmiş, susurdu. Bu aralıq Dilbərin sinif yoldaşı Məryəm başını əyib:
-Müəllimə Dilbəri ərə verirlər, – dedi.
-Aha, ərə getmək istəyirsən? – deyə müəllimə gülümsəmək istərkən, Dilbərin kiçik bədəni titrədi, gözləri yaşardı və birdən:
-Yox, mən istəmirəm, atam verir, – deyə dizi üstə düşdü. Dərdli başını müəlliməsinin dizi üstə salıb, əsəbi bir hönkürtü ilə ağlamağa başladı.
Dilbər iki dərəcəli məktəbin üçüncü qrupunda idi. Atası Həsən kişi yoxsul bir kəndli idi. Dünya malından qaratikan bir qəlyanı, övlad adına da bir qızı vardı. Ancaq savadsızlığın nə qədər böyük bir bəla olduğunu öz təcrübəsindən bilmiş və oğlu olmadığı üçün qızını da olsa, oxutmağı qərara almışdı.
Qışın uzun gecələrində Dilbər kitabını alır, ocaq yanında Həsən kişinin qabağında otururdu. Onun üçün Avropadan, Amerikadan, Afrikadan, adamyeyən insanlardan, bu dünyanın yaranışından oxuyur, Həsən kişi böyük bir zövqlə dinləyir, bunların hamısını eşitdiyi hadisələrlə tutuşdurur və bəzən qızının qəti bir adam olduğuna inanır, sevinirdi. Bir azdan sonra Həsən kişi axundun otağına gedir, Dilbər isə atası gəlincə, dərslərini hazırlamağa başlayırdı.
Ara-sıra Dilbər atasının yoxsulluğunu xatırlayır, oxuyub doktor olacağını, ağ paltar geyib xəstələrə baxacağını, atasına kömək edəcəyini, qoca atasının başını ucaldacağını düşünür, düşünürdü… Daha bir çox şeylər düşünürdü… Yazıq ki, zavallı Dilbər onun üçün nələr hazırlandığını heç düşünmürdü.
Axşamüstü Həsən kişinin evi dolu idi. Axunddan başlamış, kraxmallı oxumuşlara kimi hər biçimli adam vardı. Lap küncdə oturan gümüş qəlyanlı, tirmə qurşaqlı bir kişi danışırdı:
-Ay Həsən kişi, daha köhnə kəndə təzə dəb qoymayacaqsan ki… Maşallah… Allah saxlasın, uşaq da yaşa-boya dolmuşdur… Qız xeylağını evdə çox saxlamaq da bir şey deyildir. Mirzə Kərim də, Allaha şükür, özgə deyil, özün yaxşı tanıy ırsan… Allah xeyir versin…
Həsən kişi düşündüyünü deyə bilmirdi.
-.. o ki var, avam… mənim kimi heyvan, o heç… Bizim daha vaxtımız keçmişdir. Dünyaya heyvan gəlmişik, heyvan da gedəcəyik. Bundan sonra avam adam bir pula dəyməz. Mən əhd eləmişəm, günümə bir gün qalmış o uşağı oxudacağam. Pul bir şey deyildir. Adam gərək dünyada yaxşı ilə yamanı bilsin, – deyə Həsən kişi elmin faydasını anlatmaq istəyir, ancaq deyə bilmirdi.
Həsən kişi, doğrudan da, pulu o qədər əhəmiyyətli bilmirdi. Ancaq bu dəfə özü əl-ayağının sarılı olduğunu hiss edirdi. Bu vaxtadək gələn elçilərə: “qızım oxuyur, vermərəm”, – deyirdi. Ancaq bu dəfə bir az dili dolaşırdı…
Mirzə Kərim mədrəsədə oxumuş bir tələbə idi. Anası mərsiyəxan, atası da pirdə şeyx idi. Ancaq son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün, Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş, ləbbadəni yarıya kimi kəsib, pencək qayırmış, nəleyin yerinə məst geymiş, nəhayət, iyirmi ikinci ildə üçaylıq kurslara girmiş, Molla Kərim əvəzinə, Mirzə Kərim olub çıxmışdı. Kənd məktəbində dərs deyirdi. Fikrən də Mirzə Kərim ziyalılaşmışdı. Hər gün qəzetin ilk səhifəsindəki tarix və nömrəsindən başlayıb, son səhifəsindəki elanlara və sifarişlərə kimi oxuyurdu. Danışığında: “Islam millətinin cəhalətdə qalmasından, xaricilərin mədəniyyəti islamdan aldıqlarından və Quranda bütün elmlərə işarə olduğundan” uzun-uzadıya bəhs edirdi.
Mirzə Kərim pis adam deyildi. Kasıblara əl tutandı. Həsən kişinin özünə az yaxşılıq etməmişdi. Hələ bildir Həsən kişinin xırı yandıqdan sonra, Mirzə Kərim yeddi yüz manat verib, onun üçün bir at-araba almışdı. Həsən kişi yarılığa işlədir və xırda-xırda pulunu Mirzə Kərimə doldururdu. Ancaq, nədənsə, bir neçə ay bundan əvvəl at qançır olub ölmüş, altı yüz manatı indi də Həsən kişinin üstündə qalmışdı. Mirzə Kərim isə, insafən, pul üçün Həsən kişini tələsdirmirdi; hətta yeni at alacağını söyləmişdi. Hələ son zamanlar Həsən kişini tez-tez çay içməyə çağırırdı. Insafən, Mirzə Kərim yaxşı adamdı. Gözüaçıq adamdı.
Ancaq Dilbəri ərə vermək Həsən kişinin bütün arzularını qırırdı. O da öz qızını böyük adam görmək, onunla fəxr etmək, hələ bəzilərinə acıq vermək istəyirdi…
-.. Mirzə Kərim yaxşı adamdır. Ancaq mənim qızım oxuyur. Indiki vaxtda… avam insan ki var… heyvan kimi bir şeydir. Məsələn, mən. Mən əhd eləmişəm ki, qızım dərsini başa vurmayınca…
Burada kraxmallı bir kişi sözə qarışdı:
-Bəli, Həsən dayı. Yaxşı buyurursunuz, elmsiz insan heç bir şeyə dəyməz. Allaha şükür, Mirzə Kərim də hamımızın məlumudur, hələ elm adamıdır, yaxşı dərsi də var. O ki qaldı qızın oxumasına, mən özüylə danışmışam. Mirzə Kərim özü deyir ki, Həsən kişidən çox xoşum gəlir, çünki gözüaçıqdır; mən öz külfətimi oxudacağam. Ancaq bir adı üstündə olacaq, sonra yenə də oxusun. Mirzə Kərim onu səndən yaxşı oxutdura bilər. Orasını özü söz verir.
-Bəli, bəli, orasına arxayın ol, Həsən dayı, – deyə o biri də sözə qarışdı.
Danışıq uzun sürdü. Həsən kişi çox düşündü. Hətta haradansa ölmüş atı və altı yüz manatı da yadına düşdü.
-.. sözüm yoxdur… Bir qızım var, elindir. Ancaq bir şərtim var: qızım gərək dərsini oxusun, insan ki, var…
-Bəli, bəli arxayın ol… – Axund salavat çevirdi: “Allah xeyir versin!”
Axşam Dilbər çörək yemir, mütəmadi ağlayırdı. Masqurada bir az pendir, bir az da doşab vardı. Həsən kişi çörəyi ocağın üstünə qoyub düşünürdü. Dilbərin ac olduğunu bilirdi.
-Ağlama, qızım! Mirzə Kərim elm sahibidir. Yaman adam deyil. Mən camaatın yanında onun üçün şərt qoymuşam. Sən gərək axıra kimi oxuyasan.
Dilbər, Mirzə Kərimin yarımləbbadəsini, ikiüzlü papağını nə isə çəkə bilmirdi. Atasının vəziyyətini bilirdi. Lakin bu dəqiqədə hər şeyi unudub, atasının qucağına sıxılaraq, göz yaşları arasından:
-Ata, mən ona getmək istəmirəm. Mən oxumaq istəyirəm, – deyə ağladı.
O gecə Həsən kişi də çörək yemədi. Ata-bala hər ikisi ayrılıqda düşünür və hər ikisi düşüncələrini Dilbərin dərsini davam etdirəcəyi ümidilə başlayır və nədənsə, Həsən kişinin ölmüş atı və altı yüz manat borcu ilə bitirdi… Ancaq Dilbər bunların hamısından başqa, daha bir şeylər düşünür və gizli ağlayırdı.
Iş uzun sürmədi. Nişan gəldi: Dilbər üçün təzə paltar, üzük, qolbaq, hətta Həsən kişi üçün də atlas arxalıq gətirildi. Bir neçə gündən sonra “adamımızı verin” məsələsi qalxdı. “Məktəbə evimizdən də gedə bilər”, – dedilər.
Qızın yaşı dekret yaşına çatmamışdı. Zaqs üçün o yandan-bu yandan kağız düzəldi. Axund kəbin kəsdi. Dilbər atası ilə, bacısı ilə və dilsiz-ağızsız anası ilə vidalaşıb ər evinə getdi.
Günlər gəlib keçirdi. Dilbər məktəb sözünü qaldırmağa belə cəsarət etmirdi. Zatən, dərsdən də qalmamışdı; Mirzə Kərimin anası Molla Gülsüm ona Qurandan dərs verir, müqabiləyə oturdur, yasin əzbərlədirdi. Ara-sıra təzə çıxmış mərsiyələrdən də öyrədirdi. Dilbərin günü payminbər öyrənmək və cümə axşamları yasin, üçaylıqda isə Quran oxumaqla keçirdi. Paltar-palaz yumaq, qab- qaşıq yumaq, xörək hazırlamaq və bu kimi işlər də ağır bir yük kimi Dilbərin üzərinə düşmüş, göz açmasına imkan vermirdi. Hələ hər gün Mirzə Kərimin yarımləbbadəsini, şişkin, sallaq dodaqlarmı, ciyər kimi qırmızı üzünü görmək Dilbər üçün çəkilməz bir əzab idi. Lakin çarə yox idi. Hər gün Mirzə Kərimi görüncə, bir köynək ət tökür, ürəyi döyünür, bədəni əsim-əsim əsirdi. Gözlərini yummaq, qaçmaq, bir bucağa sıxılmaq, gizlənmək istəyirdi. Ancaq mümkün deyildi. O, ərinin qabağına çıxmalı, nəzakət və rəsmiyyətlə onu qəbul etməli, gülümsəməli, gülməli idi. Yoxsa yumruqlar, təpiklər qaçılmaz və amansız şeylərdi. Lakin hər gün yalandan başqa bir rəngə girmək, başqa cür görünmək, ağlamaq istərkən, gülmək də dadlı bir şey deyildi. Nə etmək… qapılar bağlı, qaranlıq məzar kimi… dalğın, susqun bir ev. Bir yana gedə bilmir, kimsəni görə bilmir, dərdlərini söyləyə bilmirdi. Atasının evinə belə getməyə haqqı yoxdu.
Dilbər, diri ikən qara bir məzara gömülmüşdü. Ən yaxşı günü, – döyülərkən, gözünün altı göyərmiş bir halda bir bucağa sıxılıb ağladığı və xəstələnib ərinə yanaşmadığı vaxtlar idi. Zatən, Dilbər son zamanlar tez-tez xəstələnirdi. Oynaq, çevik bədəni büzülmüş, şuxluğunu itirmiş, gözəl gözləri dərinə enmiş, al yanaqları saralmış, uçmuş, daim gülümsər dodaqları solmuş, qurumuş, əsəbi bir titrəklik almışdı. Arasıra Quran oxurkən fikri dolaşır, düşünür, keçmişlərini, uşaqlığını, şən və oynaq gəncliyini, məktəb yoldaşlarını, bütün ümidlərini xatırlayır, bütün varlığı sarsılırdı. Nə etmək, tale belə imiş…
Günlər keçir, Dilbərin mühiti getdikcə qaralır, ağır bir daş kimi qaranlıq bir quyunun dibinə enir kimi, getdikcə daha artıq qatı bir qaranlığa batır, ilişir, qalırdı. Ara-sıra bir şeylər düşünür, lakin yenə də bütün düşüncələri, nədənsə, atasının ölmüş atı və altı yüz manat borcu ilə bitirdi.
Bir gün Molla Gülsüm irəlidə, Dilbər də qoltuğunda Molla Gülsümün topladığı nəzir boğçası ilə qayıdırdılar. Qızlı, oğlanlı bir dəstə Dilbərin diqqətini özündə saxladı. Bunların arasında bir çoxu keçmiş məktəb yoldaşlarından idi. Dilbərin ürəkciyi yerindən oynadı, dərin bir ah qopardı. Vəziyyətindən utandığı üçün, tanınmasın deyə, çadrasını üzünə çəkdi və eyni zamanda keçmiş xatirat onu sardı. Çox dalğın idi. Bir aralıq incə bir əl onun çiyninə endi; eyni zamanda şux bir gülüş qopdu. Dilbər diksindi. Qorxmuş gözlərini geriyə çevirdi. Üç duyğu – qorxu, sevinc və utancaqlıq üçü də birdən ona hücum etdi. Yanaqları qızardı. Şaşırdı. Qarşısında duran qız – Dilbərin məktəb bacılığı Məryəm idi. Bir saniyə üçün keçmiş uşaq oynaqlığı ilə onun üzərinə atılmaq, onu qucmaq, öpmək istədi, amma dayandı. Susdu. Məryəm indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. O isə… zavallı bir mərsiyəxan şagirdi. Məryəm onun boynunu qucub, sözlərini, sorğularını birbir peyvənd edərək dedi:
-Ay qız, haradasan, görünmürsən? Bu nədir? Rəngin uçmuş. Xəstəmisən? Səni çoxdan axtarıram, vacib sözüm var. Nədən bu günə düşmüsən?
Məryəmin dəstəsi onlara yaxınlaşırdı. Dilbərin ürəyi döyünür. Molla Gülsümün bağıracağından qorxub:
-Yaxşı, yaxşı, Məryəm, sonra, sonra… – deyə yaxa qurtarıb, qaçmağa can atırdı. Məryəm isə ona möhkəm yapışmışdı, buraxmırdı. Qızlar və oğlanlar gəlib yetişmişdilər.
-Aha, Dilbər, Dilbər necə də dəyişmiş, arıqlamış, solmuş! – deyə qızlar onu bürümüşdülər. Dilbər özünü büsbütün itirmişdi. Bu aralıq Molla Gülsüm gurultuya döndü və Dilbərin ən çox qorxduğu şey, doğrudan da, oldu. Molla Gülsüm başıaçıq qızları və əli kitablı oğlanları Dilbərin dövrəsində görüncə, qudurmuşcasına bağırdı:
-Bu nədir? Hələ bu qalmışdır? Əgər axşam ərin itoğlu evə gələr, mən onunla bir neçə kəlmə danışaram. Onlar qızmış, özündən sərxoş ləvəndlərdir. Onlar ərsiz arvad, yüyənsiz atdılar. Sən də onlara qoşulmusan…
Oğlanlar tez uzaqlaşdılar. Qızlar şaşırdılar. Dilbər, bütün bədəni titrəyərək, qıpqırmızı kəsilmiş və heç düşünmədən əlini Məryəmin əlindən çıxarıb qaçmaq istəyirdi. Bu aralıq Məryəm onun qulağına əyilib, yavaşdan:
-Sənə bir məktub gəlmişdir, məndədir. Bacıngilə verərəm, – dedi.
Dilbər heç düşünməyərək:
-Yaxşı, yaxşı, – deyə əlini dartdı və qaçaraq uzaqlaşdı…
Axşam Molla Gülsüm nəzərləri yerbəyer edir. Dilbər isə oturub Quran oxuyurdu. Ev qaranlıq idi. Ortanı bir məzar sükutu bürümüşdü. Ancaq divardakı saat yorucu bir yekrəngliklə “tıq-tıq” vururdu.
Dilbərin fikri uzaq-uzaq yerlərdə idi. Bugünkü hadisə onun bütün varlığını sarsıtmışdı. Düşündükcə, ürəyi döyünür və saatın taqqıltısına “tıq-tıq”, – deyə cavab verirdi. Xatirat ona dinclik vermir, bütün uşaq ruhunu əzirdi. Məktəb, uşaqlıq, qayğısızlıq…
Dilbər, gözlərindən əlinin üstünə düşən damlalardan ayılmış kimi, başını qaldırdı. Molla Gülsüm evdə yox idi. Dilbər qalxdı. Taxçadan bir bağlama götürüb açdı, baxdı. Əsəbi bir maraq və həyəcanla baxdı, baxdı… Bütün keçmiş günləri bir dəqiqədə canlanmış kimi, zehnindən keçdi və birdən üzü üstə, bağlama üzərinə enib, dəhşətli bir hönkürtü ilə ağlamağa başladı. Bu, Dilbərin köhnə kitabları idi. Dilbər onları bağrına basıb, dərin kədər ilə için-için ağlayırdı.
Gecədən çox keçmişdi. Mirzə Kərim axundun otağından qayıtmamışdı. Ancaq qayıtmasına az qalmışdı. Dilbər qalxdı, qapını açdı, bayıra baxdı. Bulaşıq bir gecə idi. Külək bəzən şiddətlə çırpınır, damların bacalarını taqqıldadır, bəzən heç yoxmuş kimi susurdu. Göydə ay buludlarla toqquşurmuş kimi örtülür və yer üzünü qaranlıqlarda boğur, gah da yavaş-yavaş buluddan çıxıb, bir neçə saniyə üçün yer üzünə xəstə, sarı, ölgün bir işıq atırdı.
Dilbər bayıra çıxdı. Yavaşca həyətdən keçdi, küçə qapısını açdı, baxındı. Kimsə yox idi. Bir qədər düşünüb də qayıdıb, açıq qalmış ev qapısına baxdı. Qaranlıq içərisində, pəncərə ilə qapı, lampanın sarı işığında vərəmli iki göz kimi baxırdı. Dilbərin ürəyi sıxıldı və birdən başıaçıq küçəyə atılıb, dustaqdan qaçırmış kimi, bir həyəcan içində qaçmağa başladı.
Hara?
Özü də bilmirdi…
O ancaq qaçmaq, bu dirilər məzarından uzaqlaşmaq istəyirdi. Bu aralıq Dilbər döndü, baxdı. Qapıya bir qaraltı yanaşırdı… Bu, şübhəsiz, Mirzə Kərim idi. Dilbər bir qırpım dayandı. Qorxudan bədəni titrəyirdi. Külək uğuldayır, sanki bir səs ona: “Qayıt, qayıt”, – deyirdi. Lakin Dilbər küləyi dinləyəcək bir halda deyildi. Yaylığının uclarını yaxalamış, əsəbi addımlarla irəli atılmış, qaçır, mütəmadi qaçırdı. Artıq ev uzaqda qalmışdı. Külək qarşıdan Dilbərin üzünə çırpır, qulaqlarında uğuldayır, yerişini yavaşladırdı. Paltarları bir neçə dəfə daşa ilişmiş, yıxılmış, əlləri, dizləri əzilmişdi. Lakin Dilbər bunların fərqinə varmadan qalxır, yenidən yüyürürdü. Harada olduğunu bilmir və bəlkə də düşünmürdü. Ancaq acıqlı dalğaların yalçın qayalara çarpıb bir gurultu qoparması sahildə olduğunu xatırladırdı. Ay bulud altına keçmiş, bütün kainat qaranlığa bürünmüşdü. Ətrafda kimsə yox idi. Hər tərəfdən vəhşi bir təbiət, qatı bir qaranlıq Dilbəri bürümüşdü. Gecənin qaranlığı içərisində yalnız küləyin qorxunc gurultusu Dilbərin qulaqlarında uğuldayır, qarşıda Kaspinin yırtıcı dalğaları hiddətlə qayalara çarpır, döyüşür, bağırır, yalçın qayaları, sərt daşları qoparmaq, yıxmaq, öz ağuşuna alıb udmaq istəyirdi. Dilbər isə heç bir şey görmədən, düşün- mədən bu kimsəsiz təbiətin ortasında yürüyür, getdikcə evdən uzaqlaşır və qatı bir qaranlığa batırdı.
Haraya? Nə üçün? Burasını Dilbər özü də bilmirdi. Artıq sahildə gecənin qaranlığından başqa bir şey görünmür, küləyin uğultusundan və dalğaların acıqlı bağırtısından başqa bir şey eşidilmirdi. Dilbər qaranlığa qatışmış… gecə Dilbəri udmuşdu…
Gecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.
-Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə…
Mən bir fikirləşdim, gedim görüm. Birdən getdim, olmadı belə, oldu elə. Bir qənbərqulu çıxdı. Sonra bu xəlvət küçədə mənim hara imanım yetəcəkdi. Milis yox, qarovulçu yox, dərimə saman səpərlər. Hələ ikicə gün qabaq bir Allah bəndəsini küçənin tən ortasında uzatmışdılar. Harayına o məhəllənin zaslujnı qarovulçusu olan çolaq Qaşdandan başqa bir zürriyyət çıxmamışdı. Qayıtmaq istəyirdim, ancaq, doğrusu, bir azca kişiliyimə kəsir gələrdi. Çünki səs arvad səsi idi. Arvad məni haraya çağırsın, mən getməyim. Ancaq orası var ki, arvadın özündən də bir azca şübhəli idim. Kim bilir olmadı belə, oldu elə… Xülasə, qiryət mənə pərçim oldu… Çəkmələrimin qaytanlarını sarıdım belimin qayışına, pencəyimin ətəklərini sancdım şalvarımın nifəsinə,1 papağımı sancdım pencəyimin qoltuq cibinə… Qorxdum, birdən iş qaçmağa müncər olar, papağım düşər. Özü cəhənnəmə, biabır olaram. Genə şapka-mapka olsa, dərd yarı idi. Mənimki xalis Buxara dərisindəndi. Deyərlər, qiryəti qoydu, qaçdı. Nə isə, əyildim, yerdən mükəmməl bir daş götürdüm və qaraltıya tərəf getməyə başladım. Bir az qalmış dayandım, diqqətlə baxdım. Kölgə durduğu yerdə yırğalanırdı. Özü də doğrudan da, çadralı bir arvada bənzəyirdi. Ancaq dalında bir qarzinka, qoltuğunda da nə isə adam cəmdəyinə bənzəyən bir şey vardı. Ancaq qaranlıqda seçilmirdi. Nə isə, bir dəli şeytan mənə dedi: qayıt. Çünki bu arvad düz arvad isə, gecənin bu vaxtında burada nə gəzir. Özü də qarzinka ilə… Yaxında klub yox, kino yox, yığıncaq yox… məhərrəm də deyil ki, məsciddən qayıdan olsun. Bulvardan qayıdan da ola bilməz. Çünki bu məhlədən tramvay xəttinə çıxmaq üçün yol olmadığından arvad-arvaddır, kişilər də şəhər içini yenə bilmirlər. Yüz min bəla ilə işə gedib ölə-ölə qayıda bilsələr, odur ki, var. Daha klub, yığıncaq kimin yadına düşər? Bir də hələ tutalım ki, bu arvad dəli olub, məsələn, kartinadan gəlir. Yaxşı bəs bu qarzinka nədir? Bir fikirləşdim ki, bəlkə oğurlayıb. Bu mümkün işdi. Milis yox, qarovulçu yox. Ancaq bəs qucağındakı çamadan nə idi… Yenə bir dəyim qayıdım, nə lazım helə-belə gedim-getməyim. Böyük Səlyan2 küçəsinin tininə çatdım. Hələ bura çatmışdım ki, bir də nə gördüm: başuva dönüm: yuxarıdan – qəbiristanlıq tərəfdən bir qaraltı, ardınca 20- 25 müsəlman ölüsü qaçırlar. Müsəlman ölüsü olduğunu da ondan bilirəm ki, hamısı ağ kəfəndə idi. Ölülər yaman çaxnaşmışdılar.
-Adə, qaç, gəldi! Adə, tut, qoyma! Adə, qaç! – deyə qaçaqaç idi. Mən əvvəl bir fikirləşdim ki, sahibi-salavatəleyh zühur edib. Ona görə də bütün qəbiristanlığın ölüləri qəbirdən baş qovzayırlar. Sonra gördüm yox, qaraltının əlində parıldayan bir şey qaçır. Ölülərin də yüyürüşü cəhad hücumuna bənzəmir. Onlar da qaçırlar. Gördüm hamı qaçır, dedim daha dayanmaq vaxtı deyil. Asta qaçan namərddir, – deyə tüpürdüm dabanıma – qaç ki, qaçasan. Aşağıdan bir nəfər də gəlirdi. Gördü biz qaçırıq o da qayıtdı, başladı qaçmağa… Bir ürəyimdə fikirləşdim ki, xub, biz qaçırıq-qaçırıq, bəs bu axmaq oğlu axmaq niyə qaçır. O ki heç bilmir nə var, nə yox. Bəlkə heç qaçmalı bir şey yoxdur. Ancaq yenə ürəyimdə fikirləşib gördüm ki, doğrudan da, kişinin haqqı vardır. Nə lazım, birdən bu ölünün xoşuna gəlmədi. Tutub atanı yandırar… səsi də heç yerə çatmaz… Nə isə, hamımız qaçırdıq. Mən bilirdim ki, bu məhlə başlı-başını saxlayır, yaşayır… Çığıra-çığıra aşağı tinə çatdım. Palçığın içində yekə bir stəkan sınığı ayağımı kəsmişdi. Daha qaça bilmədim. Onsuz da özüm bir o qədər qorxacaq deyiləm. Odur ki, tinə çatdım, dayandım. Özümə toxtaq verirdim. Adamlar hələ də daldan qaçırdılar. Beş-altısı gəlib qabağımdan keçdi. Tinə sıxılıb ixtiyarsız dayanmışdım. Bir nəfər qara paltarda, əlində ət qiyməkeşi bunların ardınca yüyürürdü. Mən nəfəsimi çəkməyirdim. Nə vardı, nə olurdu? Anlaya bilmirdim. Bircə onu gördüm ki, corablarımın ikisi də çiynimdən düşmüş, çəkməmin də bir tayı yoxdur. Ancaq yaxşı ki, papağım yerindəydi… Əyilə-əyilə tini buruldum. O biri kü- çəyə sürünə-sürünə, yıxıla-yıxıla özümü yetirdim. Küçəmizə, dalanmıza bir azca qalmış bir də gördüm qara bir kölgə dalında yekə bir kisə dalanmıza tərəf gəlir. Dalan qapısına çatdı, dayandı. Kisəsini yerə qoydu. Başladı o yan-bu yana göz gəzdirməyə. Mən qorxudan dinməz dayanmışdım. Bu adam kim idi? Kisəsində nə idi? Hələ bunu düşünürdüm iş, birdən bu adam dalanmıza baxdı və dördayaq mənə tərəf götürüldü. Bunu görər-görməz mən də götürüldüm. Yenə də qaç ki, qaçasan. Ancaq hadisələr məni igidləşdirmişdi… Çox qaçmayıb bir azdan dönüb geriyə baxdım. Atam tini burulub sağ tərəfə qaçırdı. Mən dayandım, ancaq kisənin qorxusundan dalana yaxınlaşa bilmirdim. Doğrudan da, gecənin bu vaxtında bu zəhrimar kisə çox əsrarəngiz idi. Özü də nəhs kimi dalanın ağzına salınmışdı. Indi gəl bunun yanından keç görüm, necə keçirsən. Ax, bircə bilsə idim gecənin yarısında bu kisədə nə ola bilər… çox dayandım. Ay da göyün ortasında dayanmışdı. O mənə baxırdı, mən ona. Ancaq nə o danışırdı, nə də mən. Lakin dalanımızda nə isə bir boğuşma kimi olduğunu açıq hiss edirdim. Kisə yiyəsi də burada nə isə gördüyü üçün qaçdı. Igid hər yerdə özünü göstərər. Odur ki, mən də bütün cəsarətimi toplayıb bir addım-bir addım divardibi sürünməyə başladım. Hələ dalan ilə tuşlaşanda bədənimə bir titrəmə düşdü. Bütün damarlarımda qan bilmərrə dondu, yainki qaynadı. Mən biləni, qaynadı, çünki üçüncü dəfə olaraq dabanlarıma tüpürüb geri götürüldüm. Ərz edirəm, çox da qorxacaqlardan deyiləm ki, qaça da bilməyim. Qaçdığım da ona görədir ki, bayaqkı ölülərdən bir dəstə də bizim qapımızda idi. Oradan böylə səslər gəlirdi:
-Arvad, aç də! Yeyirəm səni?
Bir arvadın səsi gəlirdi:
-Vay, uşağımı öldürdülər.
-Aç! Yeyirəm səni?
Hələ mən dalana tuşlaşanda gördüm içəridən üst-üstdən beşatılanlar işləməyə başladı. Daha dayanmağın heç yeri deyildi. Geri götürüldüm. Hələ götürüldüyümü gördüm ki, birdən yekə bir şey üstümə atıldı. Bərk qışqırdım və yerə yıxıldım. Ancaq yıxılmaq vaxtı da deyildi. Əlim tutulu olduğu üçün vuruşa da bilmirdim. Yenə qaçmaqdan başqa çarə yox idi. Bu dəfə də qaçdım. Yenə də bayaqkı döngəyə çatıb dayandım. Bu dəfə vəziyyətim daha çətin idi. Çəkməmin o biri tayı da düşmüşdü. Əməkdar qarovulçu çolaq Qaştan balağımın birini nifəsindən cırıb yanımdan sallamışdı. Ombama da əl gəzdirmişdi. O biri balağım yenə də çırmanmışdı. Ancaq papağım yerində idi. Bərk yorğun idim. Dizlərim kəsilirdi. Baxdım ki, çolaq Qaştan ilə vuruşurkən mənim əlimi tutan nə imiş. Gördüm bayaq qarzinkalı arvadın köməyinə getmək istərkən yerdən… götürdüyüm daşdır ki, vuruşmada o qədər özümü itirmişəm ki, yadımdan çıxıb daşı suxarı-zad hesab edib əlimdə saxlamışam.
Özümə gələ bilmirdim. O qarzinkalı arvad kim idi və nə köməkbazlıq idi? Yanımdan qaçan əlibıçaqlılar və ağ kəfənli ölülər kim idi. Hələ dalanımızdakı boğuşma, hələ atılan beşatılanlar… Kimi öldürürlərdi. Hələ dalanımızın lap ağzında atılan, ayaq üstündə duran o əsrarəngiz kisə… nə isə daşı altına qoyub oturdum və papağımı pencəyimin qoltuq cibindən çıxarıb Hamlet kimi qabağıma qoydum və düşünməyə başladım:
-Olum, ya ölüm! Budur əsl məsələ. Nə etməli? Oğul-uşaqdan əl çəkib onları ölülərin əlində, o boğuşmanın içində qoyub səhər içinə enmək və orada tinbaşı dəstə ilə durub “Hüseyn kürd”3 nağılını danışan milisionerlərin nağıllarına qulaq asmaq və yaxud canımı dişimə tutub o əsrarəngiz kisənin yanından keçmək, ya evə yol tapmaq, ya da biryolluq ölmək… Əvət, biryolluq ölmək bu palçığın, bu çamurun üzündən, bu işıqsız, kooperativsiz, klubsuz, yolsuz, mostovoysuz, səkisiz, milissiz və qarovulçusuz küçələrin əlindən xilas olmaq…
(Neçin şəhərin döşənmiş küçələrində yer tapmayan və bu zavallı məhləyə sığışan minlərlə ən yoxsul türk, rus, erməni işçi və əməkçilərinin, vodniklərin, qazan təmizləyənlərin, daş yonanların, qruzçiklərin, həmmalların və sairənin bu ağır halına baxan yoxdur? Neçin bunların Bakı şurasında danışan bir nümayəndələri yoxdur ki, onların dərdlərini Bakı şurasına bildirsin və desin ki, kommunxoz lığlı küçələrdə qənbər üstündən asfalt salanda bizim də bu küçədə palçığın için beş-altı daş atmayır, heç olmazsa, adamlar daşdan-daşa hoppanaraq gedə bilsinlər. O, kommunxoza desin ki, bu məhlədə yaşayanlara da müalicəxana, məktəb, klub və sairə lazımdır. Heç olmazsa, uşaqların şəhərdəki məktəblərə gedə bilməsi üçün onlara kiçicik bir yol lazımdır… Vadavoznı4 küçədə Tarayevin evinə az qala larketlə yol çəkmək üçün daş tapılarkən, bu 10 il ərzində bir sajen daş alıb bu zavallı küçələrə döşəmək və minlərlə məktəbə gedən çocuqları, işə gedən işçiləri, çörək və sairə almaq üçün yekə bir dağı aşıb çıxan işçi arvadları bu əziyyətlərdən qurtarmaq üçün 3 manat 14 şahı pul tapa bilmir…. Malakan bağının5 tinində sökülmüş daxmanın daşı 2-3 gün gec təmizləndiyi üçün orada yaşayanlar yazmadıqları qəzetə, çığırmadıqları iclas qoymadılar. Qəzetlərdə kommunxozun qoparağını qopartdılar. Əgər bu məhlənin də Bakı şurasında bir nümayəndəsi olsa idi, ya bəlkə varsa, ağzına isti su alıb dinməz oturmasaydı, ya şura üzvlərindən, vəzifəlilərdən bir neçəsi bu məhlədə yaşasaydı, onda o nə edərdi? O, sadə və doğru sözlər ilə kommunxozun bütün zavlarını, zamzavların göz yaşlarında boğar, bu işi ləngidənlərin və 10 ilə bu küçələr üçün plana bir qəpik də salmayanların rəhmətlik atalarını qəbirdən çıxardıb dallarına sarıyardı ki, daha onlar şikayətə gedənlərə “bu neçə ili necə yaşamışsınız ki, indi bir neçə il də dayanmaq istəmirsiniz”, – deyə bilməzdilər. O nümayəndə onlar deyərdi ki, qabaqlar uşaqlarımız məktəbə getmirdilər, adamlar ayaqyalın gəzirdi və ümumiyyətlə, mənim də, onun da rəhmətlik babalarımız tövlədə mal-qara ilə bir yerdə yatırdı. Indi hər şey dəyişmiş, inqilab olmuş, adamlar tövlələrdən çıxmış, adam olmuşdur. Palçıqlı ayaq ilə girilməyəcək evlərdə yaşayırlar. Keçmişlər kimi yaşamaq yaxşı olsa idi, onda bu Nikolayı yıxmağa, yeni bir inqilab düzəltməyə nə ehtiyac vardı? Bu vuruşmaları, bu vətəndaş müharibələrini, bu inqilab və azadlıq yolunda axan qanları kimin ayağına yazaq?!)
Ayaq dedim, öz ayağım yadıma düşdü. Şoğəribin qanı dayanmırdı ki, dayanmırdı. Gördüm işi bir az da uzatsam, başımı şaxta vuracaq, doğrudan da, Hamlet kimi dəli olacağam. Odur ki, durdum ayağa, dəvəlbərazimi yığışdırdım. Papağımı təzədən bükdüm, qoydum cibimə. Qalstukumu açdım, sarıdım ayağımın yarasına… Ancaq Hamlet kimi hələ də bir qərara gəlməmişdim. Hansı tərəfə gedəcəyimi bilmirdim. O əsrarəngiz kisə mənim ürəyimə yaman qorxu salmışdı. Orada hər şey ola bilərdi. Oğurluq mal… ola bilərdi. Qoçaq bir oğlanın çarşafını atan və kluba gedən xalası qızı ola bilərdi (genə dirisi olsa idi, dərd yarıydı, bir o qədər də qorxmazdım). Hər şey ola bilərdi. Çünki bu bərilərdə böylə şeylər görünməz deyil… Ancaq məni ən çox qorxudan mənim bilməməzliyim idi. Kisənin böylə əsrarəngiz olması mənim ürəyimi vahiməyə salmışdı. Allahyara, bir də ona tərəf getmək istədim. Bir də gördüm yuxarıdan, qəbiristanlıq tərəfdən bir qaraltı mənə tərəf gəlir. Nəhs kimi bunun da dalında dolu bir kisə vardı. Doğrusu, can boğazıma yığılmışdı. Qaçmaq fikrində deyildim. Istəsəydim də, ayağım yenə ağrıdığı üçün qaça bilməyəcəkdim. Odur ki, dayandım. Qəti bir səslə:
-Kimsən? – dedim… Gələn dillənmədi. Saymazcasına, adi addımlarla gəlirdi. Mən daha qəti bir səslə:
-Adə hey, eşitmirsən? – dedim. – Kimsən?
Qaraltı mənimlə tuşlanmışdı. Sakit bir hərəkətlə başını qaldırıb üzümə baxdı. Qaranlığın içində gözləri avtomobilin fənəri kimi işılda- yırdı. Bütün görkəmində bir yırtıcılıq hiss edilirdi. Doğrusu, öz aramızdır, bir istədim yenə də qaçım. Çünki bu cəhətcə mən məşhur Koroğlunun fikrindəyəm. Məncə də igidliyin yüz şərti vardır. Bunlardan doxsan doqquzu qaçmaqdır, biri də gözə görünməmək… Ancaq mən bu dəfə də qaçsaydım, yüz tamam olacaqdı.
O baxdı, mən də baxdım. Sağ ayağımı tinin o biri küçəsinə atıb qaçmaq yerini tədarük etdikdən sonra üçüncü dəfə olaraq daha sərt bir səslə sordum:
-Adə, sənə deyirəm ey… Eşidirsənmi, kimsən?
Qaraltı insafən çox sakit, lakin azacıq sərt bir səslə:
-Sənə nə var? – dedi. Mən o saat özümü yetirdim və o saat vəziyyəti başımda fikirləşdim: Tutalım ki, lap hələ oğrudur, quldurdur. Ancaq oğru olanda nə olar. Kişinin sözü ki, hesabidir. – Əbləh, qurumsaq, sənə nə var, kimdir? Görüm, sən milisionersən, qarovulçusan ki, gəlib-gedəndən həqq-hesab soruşursan? Ancaq daha qanun yeri deyildi. Çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu. Daha dinməsəydin, deyəcəkdi ki, qorxdu. Odur ki, bütün iradəmi toplayıb:
-Necə mənə nə var? Bir bilməyim ki, gecənin bu vaxtında sən kimsən? -dedim. Öylə də qəti dedim ki, guya indi Ərbəhanın toplarından bir neçəsi ardır, çərtən kimi bombardman başlanacaqdır. Kişi saymazcasına başını aşağı salıb yenə də çox sakit bir səslə:
-Qəbiristanlıqdan gəlirəm, – dedi və heç vecinə almadan yoluna davam edib yanımdan ötdü. Dedim, bəlkə, kişi öz rəhmətlik babasınm sümüklərini Kərbəlayə göndərmək istəyir. Ancaq ismi-əleyhsiz olduğu üçün gündüz utandığından gecə çıxarıb aparır. Qaraltı hələ ötməmişdi ki, birdən gördüm yuxarıdan yenə də ağ kəfənli bir ölü yüyürür və qışqırır:
-Adə, dayan hey! Sənə deyirəm, dayan! Adə, tut onu. Tut onu! Dayan sənə, deyirəm!
Baxdım ki, yanımdan ötən qaraltı heç vəziyyətini pozmadan gedir. Odur ki, mən başladım şübhələnməyə. Ölünün əmri kimə idi? Kim dayanmalı idi; mən, ya o qaraltı? Kim-kimi tutmalı idi? Mən onu, ya o məni… Iş qorxudan keçmişdi.
-Adə, kimə deyirsən, – dedim.
-O gedən kimdir, ona deyirəm. Adə, həyətdən çıxan, kimsən, dayan!
Ölü yaxınlaşdı, gördüm ölü ölü deyilmiş. Bu yazıq bizim qonşumuzdakı invaliddir ki, bir tuman, bir köynəklə oğrunun dalınca çıxıbdır. Işi anladım. Yanımdan, keçən oğru imiş. Odur ki, səmimi, yavaşca yumşaldım. Nə lazım, xətası çıxar. Olmadı belə, oldu elə…
-Vətəndaş oğru, a vətəndaş oğru. Bircə zəhmət çək dayan, – deyə bu dəfə çox nəzakətlə qaraltıya müraciət etdim. Ancaq onu artıq görmədim. O, tini burulmuşdu. Invalid yanıma gəldi. Məlum oldu ki, vətəndaş oğru onun butkasını açıb, beş-altı şahılıq soğan-kartofunu kisəyə doldurmuş, lakin bunu az görüb həyətə girmiş və oradakı qoyunu da açmaq istəmiş, ancaq invalid oyanıb onun dalınca düşmüşdür. Iş orasındadır ki, bu invalid qaçsaydı, onu tuta bilərdi. Ancaq qorxudan ona yanaşa bilmirdi. Odur ki, çox təkidlə mənə deyirdi.
-Adə, yüyür tut onu! Oğrudur köpək oğlu:
Mən nə hayda, bu nə hayda. – Özün yüyürüb tutsana… Invalid olsan da, səs çıxara bilmirsən, daha yüyürməyə nə var? Ancaq bilirdim ki, o getməyəcək və getməyi də nə lazım. Olmadı belə, oldu elə. Itələdi bıçağı… onda nə olsun? Bu işin özü boş işdir. Ancaq mənə bir xeyri dəydi. Bilmirəm oxucular anladılar- anlamadılar. Ancaq mən o saat şəhadət barmağımı dişlədim. Ey dili-qafil. Olmaya o bayaqkı ölülər də nöyzənbillah ölü deyilmiş. Helə tuman-köynəklə bayırda çıxan adamlar imiş. Ancaq bunlar tuman-köynəklə bizim qapımızda nə gəzirdilər və beşatılanları atan kimdi? Səlyandakı küçədən birinci Xrebtovı küçəsinə burulub qonşunun damına çıxdım. Oradan dalanımız görünür. Dama çıxmaq bir o qədər qorxulu deyildi. Çünki buralarda iki gündən bir oğrular küçədən dama, damdan həyətə boş atdanıb, dolu qayıdırlar. Heç birinin gözünü də füləyən yoxdur. Mənə kim nə deyəcəkdir. Yəni kim var bir söz desin də! Yenə də dalan qələbəlik idi. Qarmaqarışıq danışırdılar. Diqqətlə qulaq asdım, birinin səsini tanıdım. Bu bizim qonşulardan biri idi. Özü də xalis diri idi. Qaçmaq yerini tədarüklədikdən sonra yavaşcadan qışqırdım.
-Məşədi Mehdiqulu, sənsən?
-Bəli! Oho, Sancaq bəy, sənsən?
-Bəli.
-Sən hara, ora hara.
-Çızmışam da.
-Necəsən, kefin, əhvalın?
-Çox sağ ol, çox razıyam.
-Yaxşı bir de görək haçan gəlmisən?
-Üç gündür…
-Nə… bir de görək bu gecənin yarısında… Uşaqlar salamatdırmı?
-Çox sağ ol…
-Yaxşı, bir de görək… uşaqların anası ikicanlı idi. De görüm zad oldu, ya yox…
Məşədi Mehdiqulu üst-üstdən sorğu-sual yağdırırdı… Nə isə, mən ürəkləndim, divardan aşdım birbaş dalana. Ancaq yenə də fikrim o əsrarəngiz kisənin yamnda idi.
Baxdım ki, bu adamlar hamısı məhlə adamlarıdır. Özləri də bizim qapımız deyil, qonşumuzun qapısına toplaşmışlar. Məlum oldu ki, qonşu evdə Əlinin pişiyi Vəlinin kasasını sındırıb və bunun üstündə Əli ilə Vəli və qardaşları vuruşmalı idi. Bu adamlar da qonşumuzdakı evdə olan telefon ilə danışmağa və rayondan kömək çağırmağa gəlmişlər. Odur ki, bayaq “Arvad qapını aç”, – deyə səs gəlirmiş. Arvad da gecə keçdiyindən qorxub qapını açmaq istəməmişdir. Gələnlər tələsdiklərindən qapını əvvəl yavaş, sonra yumruq ilə, axırda bayırdan götürdükləri qənbər ilə döyürmüşlər. Qaranlıq gecə, səssiz küçə, yumru qənbər, taxta ala qapı. Yaxşı ki, mən beşatılan səsi bilmişəm. Özgəsi olsa idi, top səsi bilərdi. Vuruşanlar qabaqca işi yumruqdan başlamışlar. Bundan iş aşmayanda əl atmışlar ağaca “taraqqataraqta aqqataraq”, bundan da bir fayda çıxmır. Binanüma qoyurlar qabaqca bıçağa, sonra dəhrəyə… Axırda Əli böyük bir mərhəmətlə bıçağı dürtür Vəlinin qarnına və yavaşcadan qızışıb aradan çıxır. Bir də adamlar baxıb görür ki, Vəli uzanıb yerə. Qarnından da qan fantan vurur. Adamlar daha qorxudan bıçaq vurana yaxın dura bilməyirlər. Ancaq oradan çıxandan sonra neçinsə düşürlər onun qardaşının üstünə: vur ki, vurasan! O da görür ki, iş qurum- qolaysızdır, atasını yandıracaqlar, qapır ət dəhrəsini, qabağına gələnə bir dəhrə. Adamlar pərənpərən olurlar, üz qoyurlar qaçmağa. Bu da onların dalınca. Hələ yaxşı ki, mənim əqlimə gəlib bayaq divarın dibinə sıxılmışam. Yoxsa böyük tikəm noxuddan da xırda doğranarmış. Nə var ki, əlini tutan yox, ayağını tutan yox… Məni görən kimi, adamlar tez yığışdılar başıma. Ay Sancaq yoldaş, gəl sən bir irayona danış, bəlkə bir şey çıxa… Məlum oldu ki, iş yumruq davasına müncər olanda rayona zəng çalıb milis çağırırlar.
-Kimsən? Adın nədir? Hansı kənddənsən? Anan neçə yaşında ərə gedib? Atan neçə yaşında evlənib? Hələ rayonda adam yoxdur. Gələndə göndərərik, – deyirlər.
Gözləyirlər gələn olsun. Iş ağac davasına çatınca, bir də zəng çalırlar. Yenə də rayondan həmin o sözlər:
-Kimsən? Adın nədir? Hansı kənddənsən? Xalan qızı çarşaflı gəzir, çarşafsız? Bibin oğlunun bir arvadı var, iki arvadı… Yaxşı göndərərik… Iş bıçaqlaşmaya çatanda bir də zəng çalırlar. Yenə də gələn olmur. Iş dəhrəyə çatanda telefon yiyəsi çıxır, gedir vəfata. Arvadı da qorxudan qapını açmaq istəmir. Odur ki, taqqataraq beşatılan səsi verir…
Telefonu götürdüm. Ikinci rayonu istədim. Yenə də anketə başladı.
-Kimsən? Vuruşan kepkalıdır, papaqlıdır? Göndərərik…
Tələsik yardıma zəng çaldıq.
-Kimdir? Hansı küçədəndir? Qoyun faytona, gətirin.
-Canım, burada fayton nə gəzir?
-Hansı küçədədir?
-Böyük Səlyan küçəsində.
-Oho?! Yox, yox… Gələ bilmərik. Ora nə fayton yolu var, nə də maşın yolu.
Vurulan da tir uzanıb yerə, əl-ayağını uzadıb ki, ölürəm. Doğrudan da qan dayanmırdı… Əlinin qardaşı da dəhrəni qapıb qabağına çıxanı şappalayır.
Telefon ilə danışarkən gözüm divardakı saata ilişdi. Baxdım saat hələ indi on tamam olur. Sən demə, mənim saatım gündüz saat birin yarısından yatmışdır. Istədim düzəldim, gördüm vurhavurun içində saatın şüşəsi də düşüb, böyük əqrəbi də. Yazılarımın da yarısı tökülübdür. Nə isə saat 10-dan çağırdığımız milis gecə saat 3-də gəldi çıxdı. Bıçaqlanan da dörd saat idi ki, özündən getmiş, qan dayanmırdı. Dəllək Əlimərdan gəldi. Məsləhət gördü ki, bilovu tüpürcək ilə islatsınlar, sonra da bakir bir qızın hörüyünü bilova sürtüb yaraya bassınlar.
Axtardılar, bakir qız tapmaq çətin oldu.
Qəssab Ağacan resept verdi ki, mal iliyi ilə qoyun ödünü qarışdırıb qoysunlar… Qoydular, qan dayanmadı. Nöyüt Süleyman dedi ki, bir az nöyüt xılxı ilə sabunu qarışdırıb qoysunlar… Qoydular, dayanmadı. Dabbağ Səməd də gəldi ki, bir az qoyun astarı çəkin. Qalayçı Qazan da dedi ki, bir az qazan qarası ilə qurşun pası qoyun. Qoydular, dayanmadı. Hörümçək qoydular dayanmadı. Batdaq qoydular dayanmadı. Dəstərxan qoydular dayanmadı ki, dayanmadı. Hələ kişinin qarnına təzəcə yorğan təpişdirdilər ki, bu yandan xəbər çıxdı ki, tələsik yardımın maşını gəlib qalıb Şura küçəsinin altında yuxarı çıxa bilmir. Biz bir-iki nəfər getdik rayona şahid… Yuxarı qayıdırdıq. Gördük beş-altı nəfər adam qıçları öz qaydasilə dizlərinə kimi çırmanmış, çiyinlərində ölü mafacına (katafalka) oxşayan bir şey aşağı gəlirlər. Heyrət etməmək olmazdı. Gecənin bir vaxtında hansı axmaqdır ölü basdırır. Düşünürəm ki, yəqin ölünü basdırıb qayıdır. Yavaşca birini yaxaladım.
-Bibioğlu, bu mərhumu gecə neyçün basdırdınız, – deyə soruşdum.
-Ölü basdırmamışıq…
-Mafa doludur, boş?
-Yaxşı bəs qəbiristaniıq geridə, bu rəhmətliyi şəhərə neyçün aparırsınız?
Tutduğum adam sorğularımdan çox darıxırmış və çox da qaba cavab verirdi.
-Canım, mafadakı ölü deyil, hələ diridir.
Mən lap çaşıb qalmışdım. Bu yaşa çatmışdım, mafada diri görməmişdim…
-Yoldaş Sancaq, bu helə bayaqkı məsələdir də… Bu oğlan səni tanıyır.
Mafadakı Vəlidir… – deyə Məşədi Mehdiqulu mənə də anladırdı.
-Yaxşı, bəs bunu mafaya niyə qoymuşsunuz?
-Haftavamil (avtomobil – A.R.) palçıqdan gələ bilmir. Nərdivanfilan da tapılmadı. Ümidimiz yenə də oraya gəldi. Mafanı götürdük. Yaralını qoymuşuq içinə, haftavamilə aparırıq. Mən mafanı görəndə qabaqcadan bir fatihə verib əlhəmdüvəllah oxumuşdum. Onu da qaytardım, oxudum abadanlıq şöbəsində işləyənlərin bidarət ölülərinə. Özüm də yönəldim evə tərəf. Ancaq onu gördüm ki, altıncı Təzəpir küçəsilə Şura küçəsinin ortasında mafa yolun bir tərəfində durub, maşın o biri tərəfdə… Orta qurşağa kimi palçıqdır. Nə maşın bu yana keçə bilir, nə mafa o yana… Şofer çıxıb maşının damına, maşın özü də batıb palçığa, çıxa bilmir… Vəligilin adamları bu yandan fışqırır, şofernən ferşil də o yandan. Burada mənim yadıma Əsli-Kərəm əhvalatı düşdü… Əsli balqonda qalıb, Kərəm balqonun altında…
Mən gördüm bunların işi uzun sürəcək, özüm də çox yorğunam. Odur ki, genə dəniz kimi dayanan çamurun içindən sərçə kimi daşdandaşa hoppanaraq evə tərəf üz qoydum. Hələ tək qalan kimi genə o əsrarəngiz kisə yadıma düşdü. Dalana necə yaxınlaşacağımı bilmirdim.
Başımda qiyamət qopmuşdu. Hələ dalana bir azca qalmış təzədən dəhşət məni bürüdü. Yenə də bir kölgə… yenə də dalanda bir kisə xəfəki-xəfəki, əyilə-əyilə divar dibilə sürünürdü… Ancaq daha qaçmağa taqətim qalmamışdı… dayanmışdım. Kölgə yaxınlaşdıqca daha aydın görünürdü. Təəccüblü burasıdır ki, kölgənin başında çarşaf vardı. Arvad idi, kişi idi, onu bilmirəm. Ancaq çarşafı açıq-aydın seçilirdi.
Birdən arvad başını götürüb məni görcək, kisəni yerə buraxıb daban aldı. Mən daha canımdan bezmişdim…
-Arvad, dayan – deyə bağırdım. Arvad dayandı. Nə o mənə tərəf gəldi, nə mən ona tərəf.
-Arvadsan, kişi? – dedim. Arvad bir qədər baxdı və birdən gözlərini mənə zilləyib birbaş üstümə yürüməyə başladı. Mən müvazinə- timi itirdim. Hələ qaçmaq istəyirdim, birdən ona baxdım. Gözlərimə inanmadım. Bu arvad mənim qoca nənəm idi…
-Nənə bu nə əhvalatdır? – Nənəm danışmadı.
-Bu kisədə nə vardır? – Nənəm başını aşağı dikdi və yoluna düzəldi. Mən, doğrusu kisəyə yaxın düşmədim və nənəmin ardınca gedərək təkrar-təkrar soruşurdum.
-Axı bu kisədəki nədir? – Nənəm, mənim israrımdan təngə gəlib çox acıqlı bir səslə dedi:
-Ay balam, sənin təbiətin birtəhərdir. Allaha inanmırsan, peyğəmbər deyənə qulaq asmırsan. Mən bu sirri sənə aça bilmərəm.
Mən maraqdan boğulurdum. Bu nə sirr idi ki, onu göylərin ildırımından, gecənin qaranlığından başqa kimsə bilməməli idi. Dalana yaxınlaşdıqca mən ayaqlarımı yavaşıdırdım. Çünki bayaqkı əsrarəngiz kisə də yadımdan çıxmamışdı. Qorxudan dalana yaxınlaşa bilmirdim.
-Yaxşı, nənə, axı o kisələrdən biri də bizim dalanın ağzına salınmışdır.
Nənəm hiddətindən partladı.
-Bilirəm köpək uşağı, bilirəm o kisə kimindir. Sabah onu qəzetə verməsəm, atamın qızı deyiləm. O istəyir bizə hayıf versin…
-Axı kisədə nədir?
-Heç nə! Mən əgər sabah o kisəni onun ölüsünün goruna saldım, mən də oldum Kərbəlayı Səməndərin qızı… nənəm bərk acıqlanmışdı. mən kisəyə yaxınlaşmamaq üçün yavaş-yavaş gedirdim. Nənəm axsaq ördək kimi yanlarını basa-basa qabaqda yeriyirdi. Kisəyə çatdı, boğazından yapışdı. Görünür, dalına almaq istəyirdi. Gücü çatmadığı üçün o… acıqlı-acıqlı üzünü mənə tutub: – Gəl bu kisəni qoy dalıma, – dedi. Mən yaxın gəlmək istəmirdim. Nənəm oturdu. Kisəni belinə saldı. Durdu ayağa və bu dəfə üzü yuxarı ləhləməyə başladı. Mən dalan qapısını sərbəst görüb tez özümü dürtdüm içəri. Ancaq nə olursa olsun, bu gecə bu əsrarəngiz kisənin məzmunu və macərasını öyrənməli idim. Həyət qapısını açdım. Neyçünsə, işıqlarımız yanmırdı. Evimizdə bir çaxnaşma vardı. Heç böylə olmazdı. Gediləcək bir yer olmadığından külfət hamısı axşamdan “küftə-bozbaş”, kəlləni atıb yerə; bir də səhər durur. Yolsuzluqdan tiatroya gedən yox ki, oradan qayıtsın, məktəbə gedən yox ki, dərs əzbərləməyə otursun. Məktəb yaşında iki qul beçəniz var. Yaxında məktəb və aşağıdakı məktəblərə enmək üçün yol olmadığından heç biri məktəbə gedə bilmir və getmir.
Şübhəm daha da artdı. Nənəmin kisəsini də bu işin üstə əlavə etdim və yəqin elədim ki, evimizdə fövqəladə bir hadisə üz vermişdir. Tez özümü içəri yetirdim. Gördüm aralıq çox məxşuşdur. Uşaqlar hə- rəsi bir küncə sıxılıb ağlayırlar. Bibim qızı evin ortasında oturub qışqırır, qayınatam Quranın ağzını açıb bütün imamları və həddən artıq həzrət Abbası çağırır. Bir nəfər də rus arvadı evin o küncündən bu küncünə, bu küncündən o küncünə qaçıb əllərini öpür. Mən duruxdum. Ancaq çox keçməmiş məsələ aydınlaşdı. Bəlli oldu ki, bibim qızı nəhs kimi küçənin yarısında başlayıb ki, doğuram. Əri deyib, arvad, bu gecə vaxtı sənin üçün həkimi hardan tapaq, mama haradan tapaq və tapsaq da bu palçıqda haradan gətirək. Yat, sabah doğarsan. Arvad razı olmuyub. O deyib, bu deyib. Axırda kişi hövsələdən çıxıb, əl atıb lapatkanın sapına… Ancaq yaxşı ki, lapatkası yoxuymuş. Arvada bir… iki… aləm qarışıb bir-birinə. Bizim arvad da vəziyyəti böylə görüncə boğaz arvadı gətirib evimizə. Qonşumuzdakı Sərfinaz xala gəlib başlayıb işə. Ha çalışıb-vuruşub, uşaq olmayıb ki, olmayıb. Axırda görüblər ki, arvad tələf olacaq, istər-istəməz qayınatam dayımın uzunboğaz çəkmələrini geyib enir şəhərə. Bir mama tapıb ötürür faytona. Şura küçəsində faytonçu bunları düşürür. Çünki ondan yuxarı on minlərcə işçi yaşasa da, küçə yolu yoxdur… Şura küçəsilə yeni çəkilmiş tramvayla fırtınadan salamat gəlirlər. Oradan yuxarı düşürlər dərə-təpəyə, hopbana- hopbana gəlirlər. Axırda Səlyan küçəsinin tinində mama keçə bilmir. Qayınatam mamanın çamadanım alıb dalına, özünü də çəkməcorabı batmasın deyə alır qoltuğuna. Ancaq küçənin ortasında palçığa ilişir qalır ki, bu yerdə də mən onlara rast gəlmişəmmiş. Nə isə, qayınatam yıxılır. Mama da özü aşır. Mamanın çəkməsi, corabı palçıqda qalır. Qayınatamın da ombası burxulur. Çamadan da düşür. Evə gələndə məlum olur ki, lantset, pinset və bütün karəsti hamısı dağılıb, çamadan da palçıq ilə dolmuşdur. Indi də uşaq çəp gəlib. Həkim lazımdır. Mama döyür başına. Heç kəs də qorxudan gedə bilmir. Odur ki, qayınatam həkim dalınca getməkdənsə, Quran dalınca getməyi daha münasib görmüşdür. Içəri girən kimi qulbeçəniz ağlaya-ağlaya yanıma qaçdı. Ev yiyəsi də axsaya-axsaya yanıma gəlib iki kağız verdi ki, ay başına dönüm bu kağızlar çastdan gəlib. Bir gör nə istəyir. Bu qoca dul arvad öz əlləri ilə palçıqdan kərpic basıb üç dənə otaq kimi tikə bilmişdir ki, onun da ikisini bizə verib, birinə də özü sığınmışdır. Ev ortağa belə 250 manata başa gəlmişdir.
Kağızlara baxdım, gördüm arvadı qarovul pulu vermədiyi üçün 28 manat, zibilpulu da vermədiyi üçün 5 manat cərimə etmişdir. Arvad eşidəndə yazığın rəngi qaçdı. Mən arvada nə isə demək istəyirdim ki, nənəm əlində iki boş kisə içəri girdi. Kisələr yenə yadıma düşdü. Lap daha özümdən çıxmışdım ki, arvad sözə qatışıb bu sirri açdı. Bilirsi- nizmi kisədəki nə imiş? Kisədəki zibil imiş. Zibil arabası zibil aparmadığından gecələr kişilər, arvadlar zibili kisəyə doldurub, bu onun qapısına tökür, o bunun qapısına. Nənəm də zibili dul arvad üçün “pay” daşıyırmış. Doğrusu, bu işlərin hamısı mənə bir növ təsir etdi. Ciddi düşünmək lazım idi. Əlimi atdım pencəyimin cibinə ki, papağımı yenidən çıxarıb qoyum qabağıma və əməlli-başlı bir düşünüm. Birdən əlim süstlədi və gücsüz yanıma düşdü. Baxdım… Papaq düşmüşdü.
-Əsərdə bir azərbaycanlı qızın çadrasını atması göstərilir. Kino tamaşaçıları bu bircə qızın da azərbaycanlı olmadığını öyrənincə, nə düşünə bilərlər? Ikicə gün də gözləyin, mən azərbaycanlı qızı taparam, – dedim.
Rejissor razı oldu.
Şəhərə düşdük. Şəkildə çəkilməyə razı olan qızlar gözəl deyildi. Az-çox gözəl olan qızlar da razı olmurdu, daha doğrusu onları qoymurdular.
Bizə bir adres verdilər, “orada gözəl bir qız yaşayır”, – dedilər. Getdik. Qapını döydük. Açdılar. Bu, mənim Gülər ilə ilk görüşüm idi. Ilk baxışda mənim diqqətimi özünə topladı. Bu, demək olar ki, faciəmizin başlanğıcı idi.
O zamanlar Gülər 16-17 yaşlarında idi. Gülər ortaboylu, incə və zərif yapılışlı bir qız idi. Daima qurnazcasına gülümsəyən iri, mavi gözləri vardı. Qısa, qıvrıq saçlarını açıq, ağ çiyinlərinə səpərək, qapı ağzında dayanmış və nazik al dodaqlarını bizə dikərək, bir kəlmə belə danışmadan baxırdı. Yoldaşım köhnə kino işçisi idi. O, gözlərini Gülərdən ayırmayaraq:
-Biz Məryəm xanımı görmək istəyirik, – dedi.
Gülər gülümsədi.
-Bu saat, – deyə başının hərəkəti ilə qıvrıq saçlarını çiyinlərinə ataraq, cəld bir hərəkətlə döndü və qapı ağzında görünməz oldu.
Yoldaşım bir sorğu ilə mənim üzümə baxır, fikrimi bilmək istəyirdi. Gözəl deyə yalvardığımız və rədd cavabı aldığımız qızlara nisbətdə Gülər, insafən, ən gözəl qız idi.
Biz indi qapı ağzında Gülərin simasını, gülüşünü və yerişini müzakirə edərək, Məryəm xanımı gözləyirdik. Qapı laybalay açıldı. Gülər ürkək və oynaq bir dağ keçisi kimi irəli yeridi. Ardınca hündürboylu, incə vücudlu, sarıbənizli bir qız gəlirdi. Bu, Məryəm xanım idi.
Məryəm xanım da yaman deyildi. Məryəm xanım dalğın gözlərini bizə dikib, gəlişimizin səbəbini bilmək istəyir. Gülər isə daim səbəbsiz gülümsəyən iri gözlərini gah bizə, gah Məryəm xanıma çevirib, işin sonunu gözləyirdi.
-Bizə kinoda çəkilmək üçün sizi nişan vermişlər. Müsaidə etsəydiniz, təcrübə üçün sizi lentə çəkərdik, – dedim.
Məryəm xanımm çatılmış qara qaşları ayrıldı, gülümsədi və heç da acıqlanmadı. Bəlkə bir az da xoşlanmış kimi görünürdü. Ikicə gün vaxtımız var idi. 60 adam dayanıb, azərbaycanlı qızı gözləyirdi. Mənim ürəyim dumanlı bir ümidlə döyünürdü. Biz səbirsizliklə cavab gözləyirdik.
Gülərin qaşları tərsinə olaraq çatıldı, gülümsər gözləri, nədənsə, parladı. O, cavab gözləyirmiş kimi, əvvəlcə Məryəm xanıma, sonra da öz boğazına, mərmər kimi ağ köksünə və sonra da şümşad kimi dümdüz ayaqlarına baxdı. Mənə elə gəlirdi ki, o öz gözəlliyini təhqir edilmiş hesab edirdi. Doğrusuna gələrsək, o Məryəm xanımdan daha gözəl idi. Nə üçün ona deməyirlər, Məryəm xanıma deyirlər?
-Vallah, mən… bilmirəm necə yəni kino… axtarsanız… yəni, doğrusu, mən özüm bir söz deyə bilmərəm. Zəhmət çəkib durun, atama deyim… sonra sizə deyərəm, – deyə Məryəm xanım tez içəri keçdi.
Gülər dinməz dayanıb, dalğın gözlərini ayaqlarından ayırmırdı. Birdən cəld bir hərəkətlə başını qaldırdı, üzünə tökülmüş qıvrıq saçlarını başının hərəkəti ilə kürəklərinə atdı və iri mavi gözlərini qaldıraraq:
-Məni də götürəsiniz, olmazmı? – dedi və eyni zamanda yanaqları utancaqlıqdan qanla doldu.
Nazik dodaqları nar giləsi kimi allıqdan yanır, gözləri isə əvvəlki kimi gülümsəyirdi.
Tam bu aralıq Məryəm xanım içəridən gəldi. Onun üzündə, gözlərində yenə bir dalğınlıq vardı.
-Ata evdə yoxdur, axşam soruşaram, sabah gələrsiniz, hər nə deyərsə, sizə deyərəm. Ya istərsəniz, özü ilə danışarsınız, – dedi və başını aşağı salaraq dayandı.
Gülər bütün boyu ilə yüksəldi. Indi onda bir qətiyyət və bir vüqar duyulurdu.
-Istərsəniz mən gələrəm. Mən məktəbdə də xırda səhnəciklərdə oynamışam, – dedi, – o gəlməzsə, mən gələrəm, – deyə əlavə etdi və gülümsər gözlərini Məryəmdən qaçıraraq, cavab gözləyirmiş kimi, mənə dikdi.
-Yaxşı, sizi buraxarlarmı? Bəlkə sizin də atanız razı olmadı? – deyə mən soruşdum.
-Mənim atam yoxdur. Bircə anam var, bir də ki, sabah gələrsiniz, onlara deyərsiniz, sonra haraya istərsəniz, gedərəm.
Evlərinin adresini söylədi.
-Çox gözəl, – dedim, – sabah yəqin gələrik.
Ayrıldıq.
Böyük bir sevinclə səkiləri ölçərək, fabrikə çatdıq.
-Qız var, – deyə yoldaşım guruldayırdı, – sabah hazırdır!
Bütün fabrik sevinirdi.
Mən sevincimdən gecəni yatmadım.
Səhər tezdən yoldaşım gəldi.
Birbaş Məryəm xanımgilə yollandıq.
Qapını döydük, açan olmadı. Hayladıq, cavab çıxmadı.
Yoldaşımın burnu və dodağı bir qədər sallanmışdı. Mən isə ona təsəlli verməyə çalışırdım:
-Sən heç məyus olma. Gülər ondan daha gözəldir, özü də xalis nəqd. Gedək aparaq çəkilsin, qurtardı getdi.
Yoldaşım bütün yolu dalğın addımlarla gedib, bir kəlmə də danışmırdı. Mən isə, arxam Gülərə bağlı olduğundan, heç ruhdan düşmürdüm.
Qapını döydük.
Gülər qapını açdı.
Gözləri gülür, üzü əvvəlki kimi yumşaq və mehriban idi.
-Buyurun, buyurun… – deyə qapıdan çəkilib yol verdi. Mən Gülərin belə şən olduğunu görüncə, sevincimdən qanad çalıb uçmaq istəyirdim. Bir də üzünə diqqətlə baxdım. O, dünənkindən daha gözəl görünürdü. Içəri girdik. Bizi 28 yaşlarında hündürboylu gənc bir oğlan qarşıladı. Yumşaq hərəkətli, siması və bütün görünüşü onun bir ziyalı olduğunu göstərirdi. Paltarı isə, tərsinə olaraq, işçi paltarı idi. Əynində ağır yarımpalto, ayaqlarında isə həddindən böyük və kobud uzunboğaz çəkmə vardı.
-Tanış olun, – deyə Gülər əli ilə gənci göstərdi.
Gənc isə özünü düzəldib, bir nəvazişlə əlini uzadaraq:
-Kamal, – deyə tanışlıq verdi və eyni nəzakət və nəvazişlə: – Buyurun, oturun, – dedi.
Oturduq. Kamal özü də stolun o biri başında bizimlə üzbəüz oturdu və bizi dinləyirmiş kimi, bir vəziyyət aldı. Aranı bir sükut sardı. Məni, Kamalın hərəkət və rəftarı ilə paltarı arasındakı təzad bir qədər düşündürdü.
-Siz nə buyururdunuz? – deyə Kamal sükutu pozdu. Onun da gözlərində və bütün üzündə bir təbəssüm vardı. Ancaq, nədənsə, gözlərindəki təbəssümün içərisindən anlaşılmaz bir kölgə sürüşür, dodaqlarınm bürüşüyündə itirdi. Həlim və yumşaq səsində soyuq bir səmimiyyət duyulurdu.
Gülər stoldan bir az uzaqda dinməz və danışmaz oturub baxırdı. Artıq onun da daim gülümsər gözündə bir rahatsızlıq çırpındığını görmək çətin deyildi.
Kamal onun qardaşımı? Ya nişanlısımı? Mən bilmirdim. Ancaq orasını bilirdim ki, Kamal bu evdə qəti bir səsə və hakimiyyət haqqına malikdir. Onun qərarı qəti olacaqdır.
Mən sözü haradan və nə sayaq başlayacağımı bilmirdim.
Birdən Rus-Yapon müharibəsindən başladım. Balkan müharibəsinə, oradan Cahan müharibəsinə, Fevral inqilabına, Oktyabr inqilabına, Aprel inqilabına, proletar incəsənətinə, səhnənin və kinonun əhəmiyyətinə, azərbaycanlı qızların səhnədə iştirakmm lazım olduğuna gəldim və nəhayət, gəlişimizin əsl səbəbini izah etdim.
Kamal məni böyük bir diqqətlə dinləyir və sözlərimin ən canlı yerlərində:
“Bəli, bəli, elədir”, – deyə başının ciddi bir hərəkəti ilə təsdiq edirdi.
Onun bu təsdiqi məni daha da ruhlandırır və daha həvəslə danışmağa sövq edirdi.
-Bizim səhnə və kinomuzun azərbaycanlı qızlara ehtiyacı vardır.
Odur ki, biz də Gülər xanımı kinoya dəvət etmək üçün gəlmişik, – deyə sözümü bitirdim.
Gülər iri gözlərini qaldırıb, mənə baxdı və nədənsə, yenidən gözlərini endirdi.
Kamal bir papiros yandırdı və sakit bir səslə danışmağa başladı:
-Bilirsiniz, sizin dedikləriniz doğrudur, əlbəttə, başqa xalqlar öz səhnələrində iştirak etdikləri kimi, bizim də qızlarımız etməlidirlər. Ancaq onların mühiti ilə bizim mühitimiz arasında bir fərq vardır. Mənim heç bir sözüm yoxdur, mən məmnuniyyətlə razı olaram. Mənim atam maarifpərvər bir adam olmuşdur. – Kamal barmağı ilə divardakı bir fotonu göstərdi. Mən biixtiyar şəklə baxdım. Bahalı bir çərçivədə 50 yaşlarında gözəl, ziyalı paltarı geyinmiş bir kişi şəkli vardı.
-Anam 25 il bundan əvvəl çadrasız gəzmiş və qadınlar arasında maarif yaymışdır. Ona görə də mən belə bir mədəni iş əleyhinə ola bilmərəm. Ancaq indi məsələ ondadır ki, qadınları biz zorla bir işə məcbur edə bilmərik və mənim razılığım bir qanun ola bilməz. Mən özüm, təkrar edirəm ki, məmnuniyyətlə razıyam. Ancaq mühitimiz elədir ki, Gülər özü buna razı olmaz. Beləliklə, bu iş təəssüf ki, baş tuta bilməyəcəkdir.
Mən istəməyərək, gülümsəyib Gülərə baxdım.
Gülər başını aşağa salmış, gözlərini yerə dikmişdi.
-Siz bizə kömək etsəniz, mən zənn edirəm, biz Gülər xanımı da razı edə bilərik, – dedim.
-Xeyr, razı olmaz. Mən çox yaxşı bilirəm. Razı olarsa, mən sizdən daha artıq məmnun olaram. Ancaq bilirəm ki, razı olmaz.
-Mən Gülərin çoxdan razı olduğunu bilib, onu ələ vermək istəmirdim. Ancaq nə edəcəyimi bilmirdim.
-Hər halda siz bizə köməyinizi vəd edin…
-Mən kömək etməyə hazıram, ancaq vəziyyət elədir ki, Gülər razı ola bilməz, istərsəniz, özündən soruşun, özü sizə desin.
Mən Gülərə baxdım. O, hərəkətsiz oturmuş, gözlərini qırpımsız baxışlarla ayaqlarına dikmişdi. Kamal məni elə vəziyyətdə qoymuşdu ki, mən Gülərdən şəxsən soruşmağı münasib görmürdüm. Kamal mənim vəziyyətimi asanlaşdırdı və üzünü Gülərə tutaraq, olduqca həlim və gülərüzlə:
-Gülər, – dedi, – bu yoldaşlar səni kinoya dəvət edirlər. Mənim bir sözüm yoxdur, sən necə, razısanmı? Özün de ki, yoldaşlar özləri eşitsinlər.
Gülər əvvəlki kimi hərəkətsiz oturmuşdu.
Kamal çəkmələrinin uclarını əsəbi hərəkətlə evin döşəməsinə döyürdü. Gülər cavab vermirdi.
Mülayim bir baxışla ona baxan Kamal, birdən qaşlarını çatdı, baxışları itiləndi, bu baxışdan vəziyyətini anlamaq çətin deyildi. O, Gülərin tərəddüdsüz cavab verəcəyini gözləyirdi. Lakin Kamal tez özünü ələ aldı və yenidən gülümsəyib, daha yumşaq bir səslə:
-Gülər, – dedi, – utanmaq lazım deyil, səni zorla aparmağa və göndərməyə kimsənin ixtiyarı yoxdur, razısan, ya razı deyilsən, özün de, qoy bu yoldaşlar da öz təkliflərini bilsinlər.
Hər üçümüz bir intizarla Gülərə baxır, cavab gözləyirdik. Gülər isə dinməz və hərəkətsiz oturmuşdu. Kamal yenidən əsəbiləşmiş, qaşları yenidən çatılmışdı.
Nəhayət, Gülər yenidən başını qaldırdı. Zəif bir hərəkətlə qıvrıq saçlarını kürəklərinə atdı, iri mavi gözlərini qaldırdı. Ilk əvvəl Kamala baxdı. Onun çatılmış qaşlarını və iti baxışlarını görüncə, tez gözlərini döndərdi. Mən onun baxışlarını tutdum. Gülərin üzü qızarmış, incə dodaqları titrəyirdi. O məndən utanmış kimi, tez gözlərini qaçırtdı, yenidən başını aşağı salıb, baxışlarını yerə dikdi və bir kəlmə də danışmadı.
Mən bilirdim ki, Gülər getmək istəyir, ancaq razılıq verməyə cəsarət etmir. Mən onu vəziyyətdən çıxarmaq üçün:
-Susmaq – razılıq əlamətidir, – deyə yarıdoğru, yarızarafat qeyd etdim.
Bunu Kamal özü də görür və hiss edirdi. Odur ki, bu dəqiqədən etibarən onun
çatılmış qaşları sona qədər bir daha açılmadı. Üzü adi mülayimliyini itirdi, soyuq və əsəbi bir səmimiyyətlə pərdələndi. Ancaq yenə də özünü sakit göstərməyə çalışırdı:
-Orası elədir, biz ikimiz də razıyıq. Ancaq onun da razılığı kafi deyildir. Çünki mənim anam vardır. Qoca arvaddır, daş atar, başını tutar. Boğazına kəndir də salsalar, razı olmaz, – dedi və qaşlarını elə çatdı ki, guya bu işdən artıq bir şey çıxmayacağına özü də təəssüf etdi. Kamal udqundu, duruxdu, tutuldu, düşündü. Mən açıq görürdüm ki, o, bəhanə axtarır. Nəhayət, çiyinləri yavaşcadan atıldı. Mən anladım ki, o çıxış yolu tapmışdır. Kamal yapma bir görünüşlə gülümsədi.
Bilirmisiniz, anası razı olsa da, yenə başqa bir anası da vardır. O, razı olmaz.
Indi artıq mən özüm duruxdum. Necə yəni ikinci anası? Bəzən adamın 2-3 və daha çox anası ola bilər. Kimsə deyə bilməz ki, filankəs mütləq mənim atamdır. Işin burasını ancaq anası bilər. Ancaq adamın bir neçə anası olacağını mən təsəvvür etmirdim.
Birdən ağlıma bir şey gəldi. Kamal ikinci ana öz anasına demiş olmasın? Gülər başını aşağı salmış, qıvrıq saçları ağ köksünə tökülmüşdü. Kamal çəkmələrinin uclarını evin döşəməsinə döyüb, özü də nə etdiyini bilmirdi.
-Siz axı özünüz dediniz ki, ananız maarifpərvər bir qadındır. Hətta 25 il bundan əvvəl maarif və tərəqqi yolunda çalışmağa atılmışdır. Belə mədəni bir qadın belə mədəni bir işin əleyhinə ola bilərmi?
Kamal yenə də udqundu. Öz sözü ilə özü tutulmuşdu. Nəhayət, özünü toplayıb, soyuq bir deyişlə:
-Yox, axı, anam da tək deyildir. O razı olsa, başqaları razı olmaz. Mənim nənəm eşitsə, dünyanı dağıdar. Siz sonra gəlin onu başa salın.
Bizlik olsa, bir şey deyil; ancaq qohum var, əqrəba var… Yox, bu işdən hər halda, bir şey çıxmaz.
Artıq mən müvazinətimi itirdim. Bir rentgen kimi Kamalın varlığını işıqlandırmış və hər bir iliyini ayrılıqda görürdüm. Artıq mən heç şübhə etmirdim ki, Kamal Gülərin nişanlısıdır. Mən bilirdim ki, Gülər ondan bilikcə də, dəyərcə də yüksəkdir. Mən ancaq Kamalın gərək danışığında, gərəksə hərəkətindəki ustalığa heyrət edirdim. O, istədiyi dəqiqədə özünü ələ ala bilir, istədiyi vəziyyətə gətirə bilirdi.
-Nənənizin neçə yaşı var?
-Nə bilim, 70-80… Indi gəlin onu başa salın. Odur ki, deyirəm, dərdin yarısını bilirsiniz, yarısını yox, – deyə Kamal böyük bir ustalıqla sözünü sona vardırdı.
Artıq mən öz-özümü ələ ala bilmirdim.
-Yetmiş-həşdad, çox yaşasa doxsan. O, artıq ölüdür, meyitdir. Gülər isə ancaq indi-indi yeni həyat üçün ayaq açır, siz isə onun yürüş yollarını meyitlərlə doldurmaq istəyirsiniz. Bibim, xalam, nənəm… Ancaq sənin bu cəsədlərdən, meyitlərdən tikdiyin bu hasar bizim yüksəliş yolumuzu kəsə bilməz. Bu gün deyilsə, sabah Gülər bu hasarı sökəcək, bu cəsədlərin üzərindən atılıb, yeni bir həyata keçəcəkdir, – dedim.
Mən yaman qızışmışdım. Kamal da öz müvazinətini itirmişdi. Gülər ara-sıra iri gözlərini qaldırıb mənə baxır, yenə də baxışlarını məndən qaçırıb, yerə dikirdi. Artıq onun al yanaqları saralmış, dodaqlarının rəngi qaçmışdı. Bütün bədəni bir yarpaq kimi əsirdi.
-Bilirsən, yoldaş, nə var? – deyə Kamal sərt bir deyişlə sözümü kəsdi: – Uzun danışmaq lazım deyil. Mən özüm firqəçiyəm, özüm də raboçi, bu da mənim çəkmələrim… – Burada Kamal sağ ayağının zorba çəkməsini qaldırıb, stol üstünə qoydu və Güləri göstərərək: – Bu mənim nişanlımdır, – dedi. – Mən öz arvadımı nə səhnəyə, nə kinoya, nə də başqa-başqa yerlərə buraxmaram, vəssalam, şüd- tamam, qurtardı getdi.
Kamal sözünü elə bir qətiyyətlə dedi ki, artıq danışmağa imkan qalmamışdı. Özü də sərt bir hərəkətlə ayağa durdu. Bu o deməkdi ki, məsələ bitmiş, qapı açıqdır, buyura bilərsiniz. Istər-istəməz biz də qalxdıq.
Ancaq Gülər əvvəlki kimi oturmuş və hərəkətsiz yerində qalmışdı. Mən son gedişdə onun üzünə baxdım. O yenə əvvəlki kimi titrəyir, yenə də xəzəl kimi sapsarı saralmışdı, solğun dodaqlarını gəmirirdi. Lakin o yenə də gözəldi. Belə əsəbilik ona bir az da yaraşırdı. Onun istəyini qırdılar. Onun bacarığını öldürdülər. Onu canlı həyatdan, vuruş səhnəsindən qaytarıb, dörd divar arasına qapadılar… Öldürdülər…
Gülər son gedişdə gözlərini qaldırdı. Üzr istəyirmiş kimi, mənə baxdı. Mən onun baxışlarını tutdum. O isə utandığından uzun qara kirpiklərini endirib, iri gözlərinin mavi bəbəklərini örtdü.
Sakit yay yağışı kimi gözündən qopan göz yaşları almaz daşları kimi yanaqlarından yuvarlanıb, ağ köksünə düşürdü… O yenə də gözəldi. Mən onu belə bir görüşdə obyektiv qarşısında saxlaya bilsəydim, adı bütün dünyada dildən-dilə gəzə bilərdi. Indi o artıq ölmüş, çürümüş sümüklərə, cənazələrə qoşulmuşdu. O bu vəziyyətdə də gözəldi.
Ayrıldıq.
Mən yolu gedərkən düşünürdüm: “Kimsəyə işıq verməyən günəş, kimsəyə görsənməyən gözəllik kimə və nəyə lazımdır?”
O, gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dodaqları vardı.
Doğrusu, bu qız məni çox maraqlandırırdı. Onun daima daxili bir həyəcan keçirdiyini hiss edirdim. Dosent-prorektor vəzifəsində olduğumdan onun bu düşüncə və dalğınlığının səbəbini soruşub öyrənə bilmirdim.
Firuzə son kursda idi. Amma bu dörd ildə onun kim olduğunu öyrənə bilməmişdim. Bir gün məni qalereyada saxlayaraq, rəngdənrəngə girən üzü, xəfif- xəfif əsən incə dodaqları və şirin dili ilə:
-Bağışlayın, doktor, sizdən bir ricam var, – deyərkən, mən çox təəccüb etdim. – Mən bütün bu praktiki işlərə davam edirəm, qızdırma ilə mübarizə aparmaq üçün rayonda olmuşam. Mən sizdən rica etmək istəyirəm, əgər mümkünsə…
O öz fikrini ifadə edə bilmədi, dili dolaşdı, qızardı.
Mən bilaixtiyar gülümsədim.
-De görüm, Firuzə, utanma, de görüm nə istəyirsən? – deyə soruşdum.
O yenə gözünü açdı, diqqətlə mənə baxdı və yavaşca:
-Doktor, mən sizinlə bir yerdə işləmək istəyirəm. Xəstələrə baxarkən, yanınızda olmaq istəyirəm, sizdən öyrənmək istəyirəm, vaxt taparam, vaxt taparam, – dedi.
Ertəsi gün müəyyən saatda ağ xalatda gəldi:
Qəbuldan sonra Firuzə kabineti nizama salırdı və laboratoriyada qan analizi üzərində çalışırdı.
Qapının zəngi çalındı, gedib açdım. Qarşımda ucaboylu, uzun qızıl əsgər şinelli bir kişi dururdu. Çox həyəcanlı və rahatsız görünürdü. O içəri girdi. Diqqətlə baxdım, çox çətinliklə tanıdım. Gələn neft işçisi idi. Bir neçə il bundan əvvəl mən onu qızdırma xəstəliyindən müalicə edirdim, hətta xəstələri qəbul saatlarından kənar qəbul etmədiyim üçün, haqqımda qəzetə məktub da yazmışdı.
Çox səliqə ilə görüşdü və təklif üzrə oturduqdan sonra, xəfifcə gülümsəyərək:
-Məni tanımırsınız, doktor? – dedi, – vaxtilə mən sizi qəzetə vurmuşdum, -sonra xoş bir təbəssümlə: – Sizdən yardım almağa gəlmişəm, deyə əlavə etdi.-Siz yenə xəstəsinizmi? – deyə soruşdum.
Yox, doktor, mən azmışam.
Necə yəni azmışam?
Evimizi itirmişəm.
Mən diqqətlə ona baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. Onu müayinəyə cəsarət etmirdim, çünki özü bunu təklif etmirdi. Üzündə bir həyəcan vardı.
-Çox qəribədir, doktor, evimizi itirmişəm.
“Bəlkə beyninin bir hissəsi zədələnmişdir?” – deyə düşündüm və eyni zamanda:
-Evinizin yerini unutmuşsunuz? – deyə soruşdum.
-Yox, – deyə Məmməd tez cavab verdi. – Mən 20 il, yəni anadan olandan
Bakıda yaşamışam. Bakının hər bir küçəsinə, hər bir döngəsinə hər bir dalanına bələdəm. Çox yaxşı yadımdadır: Çənbərəkənddə, əyri-üyrü küçələr və xarabalıqlar arasında bir otaqdan ibarət kiçik bir evimiz vardı. Evimizin damı dal tərəfdən əyri bir döngə ilə bərabərdə idi, bu döngə həmişə peyinlə dolu olardı. Evimizdən iki yüz addım o yanda böyük, köhnə bir qəbiristan vardı. – O, həyəcanla danışırdı, getdikcə daha da coşur və uşaqlıq xatirələrinə dalırdı. – Mən o zaman uşaqdım. Yaxşı yadımdadır, bir suçumuz vardı. Bir eşşəkdə, dörd səhənglə bizə su daşıyırdı. Yaxşıca yadımdadır ki, bir gün, anam yüklərin hesabına saxlamaq üçün ona pətə verdikdə, o anamın əlini tutdu, anam o vaxt hələ gəncdi, suçu anamın əlini xeyli saxladı; anam nədənsə gözlərini qaldırıb ona baxdı və məni göstərdi. Yadımdadır, böyük, köhnə qəbiristanın o biri tərəfi boş bir çöl idi, orada Şah Abbasın ovdanı vardı. Yağış suyu bu ovdana axırdı. Pillə ilə oraya düşür, su içirdilər, əl-üz, bəlkə ayaq da yuyurdular. Atam isə bir neçə pud arpa məhsulu almaq üçün, qoca yabı ilə xışın ucundan yapışıb yer sürürdü. O, kənkan idi, amma acından ölməmək üçün arpa əkirdi.
Laboratoriyadan Firuzənin səsi eşidildi. O, xoş bir səslə, adəti üzrə, qədim bir Azərbaycan mahnısı oxuyurdu:
Qızıl toplayardı yerin qatından,
Əzizim qazmaçı, böyük qəhrəman.
Qara qan çəkərdi yerin qatından
Torpağın bağrını burub dələrdi;
Çılğın təbiətə qalib gələrdi.
-Oxuyan kimdir? – deyə o birdən soruşdu və gözlərini mənə dikdi.
Fikrini dağıtmaq üçün laqeyd bir halda:
-Qızımdır, – deyə cavab verdim.
-Yaxşı səsi var, – deyə müsahibim azacıq qalxdı, papiros çıxartdı və dərindən köksünü ötürərək, öz-özünə danışırmış kimi:
-O da tez-tez belə oxuyardı, – dedi. – Gözləri daha da dumanlandı, daha dərin bir xəyalata daldı. Mən dinməzcə ona diqqət edirdim. – Bəli, doktor, hamısı yadımdadır. Mən lap uşaqdım. Bir gün atam məni də iş üstə apardı. Mən quyunun yanında oturdum, o isə cırıldayan əl çarxına sarınmış uzun kəndirin bir ucunu belinə bağladı və quyuya düşdü. Çarx hərləndi və getdikcə kəndir açıldı. Bir azdan sonra durumla dolu bir vedrə çəkdilər və vedrəni yenə quyuya sallatdılar. Bu dəfə durum yerinə atam özü çıxdı. O sapsarı saralmışdı. Xozeyin qaş-qabağını tökərək:
-Nə üçün çıxdın? – deyə soruşdu.
-Olmur, ağa, qaz adamı boğur, quyunun dibində bir şey guruldayır. Sonra fantan vurar, öldürər.
Ağa əllərini ölçərək acıqlandı:
-Bir ildir işləyirsən, bir aləm pul qoymuşam. Indi iş bir az çətinə düşəndə qaçırsan. Quyunun asan yerlərində işləmisən, indi buraya kim girər?
Ağa atama yanaşıb, üzünə şart bir şillə vurdu…
-Ağa, qorxuludur, mənim uşaqlarım var…
O mənə tərəf baxdı. Gözlərimiz bir-birinə sataşdı. O, sanki gözlərimə baxmağa utanırdı, mənim yanımda vurulduğu üçün utanırdı. Mən onu həmişə hamıdan qüvvətli və qoçaq hesab edirdim. O tez gözlərini məndən çəkdi. Mən artıq ağlamırdım. Məndə bu zalım adama qarşı bir nifrət qaynayırdı. Ağa mənə yanaşdı və atamı vurduğu əli ilə başımı tumarladı, cibindən kağız pullar çıxarıb mənə uzatdı. Sonra bildim ki, bunların hərəsi on manatlıqdır.
Sonra o, atama dedi:
-Məşəd Əli, gir quyuya! Qorxma, gör yaxınlıqda nə qədər quyu var, Allah qoysa neft çıxar, sənin üçün papaqlıq, arvadın üçün tumanlıq, oğlun üçün də, – yalın ayaqlarımı göstərərək, – başmaq və köynək alaram.
Atam sanki tərəddüd edirdi. Ağa onu yavaş-yavaş tovladı və mənə iki kağız pul da uzatdı. Atam gülümsədi. Könülsüz halda mənə yaxınlaşdı.
Pulları əlimdən alıb köhnə arxalığımın balaca cibinə qoydu, gözlərimin yaşını sildi, köhnə dəsmaldakı bağlamanı açıb mənə bir parça çörək verdi, gözlərimdən öpdü, əlini çal saqqalına çəkib dua oxudu və çarxın kəndirini açıb, yenə də quyuya düşdü. Mən acdım, amma yeyə bilmirdim…
Qonşu otaqdan zəng səsləndi, Firuzənin gülüşləri və mahnısı eşidildi.
Müsahibim yenə yerindən sıçradı və:
-Oxuyan kimdir? Hə, dediniz, qızınızdır, – deyə yenə dərindən köksünü ötürdü.
Firuzə oxuyurdu:
Əzizim, bir Qorxmaz adlı qəhrəman
Qara qan çəkərdi yerin qatından;
Torpağın bağrını vurub dələrdi,
Çılğın təbiətə qalib gələrdi.
Mən ona yanaşdım və xəstəliyinə şübhə etdiyimi sezdirməmək üçün gülümsəyərək:
-Hə atanız sonra necə oldu? O indi sağdırmı? – deyə soruşdum.
-.. O… Onu hissiz bir halda çəkib çıxartdılar. Mən ona tərəf yüyürdüm. Gözləri açıqdı, amma üzü, xüsusən dodaqları gömgöy, dəniz kimi idi. Ağa kədərli bir əda ilə: – Öldü, – dedi. Birdən quyu guruldadı, qara neft quyudan şiddətlə fantan vurub, çarxı havaya sovurdu.
-Ay can! – deyə ağa sevinərək, meyitdən uzaqlaşdı. Məni işçilər kənara çəkdilər. Tez qoyun kəsdilər. Ağa əmrlər verməyə başladı. Mən isə neft selləri altında yatan atamın yanına can atırdım. Işçilər mane olurdular. Nəhayət, ağanın əmri ilə işçilər atamın ayaqlarındın yapışıb kənara sürüdülər. Meyiti köhnə bir arabaya qoyub, üstünü cır-cındırla örtdülər və şəhərin kənarı ilə evimizə gətirdilər. Nəbzini yoxlarkən, məqsədimi anlayan Məmməd birdən sözünü kəsərək:
-Doktor, əbəs yerə zəhmət çəkirsiniz. Mən qətiyyən xəstə deyiləm, dedi, – mən xəstə deyiləm, ağlım da özümdədir. Görürsünüz ki, hər şey yadımdadır, qapımızdan bir rus qadını keçirdi, əlində bir dəstə çiçək vardı. O bu çiçəkləri qəbiristana aparırdı. Onun qarşısına yüyürdüm.
-Çiçəyin birini mənə ver, – dedim. Qadın mənə baxdı və iki çiçək verdi. O çiçəkləri alıb qəbiristana yüyürdüm və atamın qəbri üstünə qoydum. Sonra yaş torpaq üzərində uzanaraq, kiçik üzümü qəbirə dayadım. Soyuq torpağı isti göz yaşlarımla isladaraq, uzun-uzadı ağladım. Payız axşamının küləyi sümüklərimə işləyirdi. Bütün bədənim titrəyirdi. Bundan sonra xəstələndim və üç ay yatdım. Doktor, bəlkə mən sizə mane oluram! – dedi.
-Yox, əksinə, mən sizin söhbətinizdən çox maraqlanıram, – deyə tez cavab verdim.
-Mən azmışam, daxmamızı və bütün rayonumuzu itirmişəm. Qapıda sizin adınızı oxuyub, vaxtilə müalicə etdirdiyim köhnə bir dost kimi bəzi şeylər öyrənmək üçün yanınıza gəldim.
-Axı necə oldu ki, belə sağlam və qüvvətli bir adam olduğunuz halda, birdən adınızı və evinizin yerini itirdiniz?
-Mən evimizin yerini itirməmişəm, yerini tanıyıram, buna heç şübhə ola bilməz, ancaq iş orasındadır ki, evimiz öz yerində yoxdur. Qonşu evlər də yoxdur, rayonumuz da yoxdur.
-Evdən nə zaman çıxmışdınız?
-Mənim Bakıdan çıxdığım altı ildir. Dünən gəlmişəm. Vağzaldan birbaşa evimizə tərəf getdim, ancaq evimizi yerində tapmadım. Bizim həmişə tozlu- torpaqlı, qışda isə boğaza qədər palçıq olan əyri-üyrü küçəmizin yerində geniş və yaxında döşənmiş bir küçə gördüm. Şəhərin bu başından o başına qədər göz işlədikcə görünən bir küçə. Tramvayların ardı kəsilmirdi, zəng səsləri küçəni doldurmuşdu. Evimizin dalında, həmişə peyinlə dolu olan döngədə gözəl beşmərtəbəli bir ev yüksəlirdi. Adamlar da dəyişən kimi olmuşdu. Əbədi yas və təziyə təsiri buraxan qara çadralara bürünmüş yekrəng insan kölgələri əvəzinə, küçədə indi məsud gəncliyin xoş qəhqəhələri yüksəlirdi.
-Hə, demək sizin evinizin yerində küçə salınmışdır?
-Necə yəni bizim evimizin yerində? Bəs qonşuların evləri? Bütün köhnə, böyrü üstə əyilmiş Çənbərəkəndi yox olmuşdur. Mən şaşıb qaldım. Qəbiristana getmək üçün təpəyə qalxdım. Yolu çox yaxşı xatırlayırdım. Amma nə fayda ki, qoca qəbiristandan onun köhnə hasarından, çala-çuxurundan, sökülmüş köhnə qəbirlərin açdığı uçurumlardan bir əsər görmədim. Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş xiyabanlı, qəşəng bir park əmələ gəlmişdir, atamın qəbri yerində isə bir çiçəklik salınmışdır. Lakin tapmadım. O dar, sürüşkən cığırın yerində asfaltla döşənmiş, minik və yük maşınlarının, avtobusların aramsız hərəkətindən qara ayna kimi parlayan geniş bir yol gördüm. Mənə elə gəldi ki, burada bir zəlzələ olmuş, vulkan köhnə və qaranlıq Çənbərəkəndini batıraraq, əvəzində yerin dərinliklərindən təmiz evli, geniş küçəli, gözəl, yaşıl parklı, əlvan çiçəklərlə gülümsəyən, bahar nəşəli yeni bir şəhər çıxarmışdır. Mən vağzala dönməli oldum…
-Bu gördüklərin pis şeymidir?
-Demirəm ki, pisdir. Axı bəs ailəm, qoca anam necə oldu? Qoca, avam, savadsız və köməksiz qadın hara pənah apara bilər? Bəs kiçik bacım, arvadım?
-Sizin burada arvadınız qalmışdımı?
Müsahibimin rəngi birdən dəyişdi. O, dərin bir ah çəkib:
-Atam öləndən sonra, – deyə cavab verdi, – anam evlərdə paltar yumağa başladı, qəpik-quruşla aclıq içərisində yaşadıq, soyuq qışları ac və çılpaq keçirdik. Aprel inqilabından sonra küçədə mənə bir kişi rast gəldi. Bu kişi, vaxtilə məni qara neft selindən kənara çəkən və atamın meyitini evimizə gətirən işçi idi. Mənim işsiz olduğumu bilib dedi:
-Oğlum, mən indi Azərneftdə buruq ustasıyam. Əgər işləmək istəyirsən, səni də özümlə aparım, bizə indi işçi çox lazımdır.
Mən işə girdim və eyni zamanda fabzavuçda oxumağa başladım.
Usta Səməd öz kiçik qızı və qoca arvadı ilə bizim küçəyə köçdü. Qızı qaraqaş, qaragöz, mənim nəzərimdə gözəl bir qızdı. Əli Bayramov klubunda işləyir və orada oxuyurdu. Biz dostlaşdıq. Mən onu sevdim, o məni. Usta Səməd çox yaxşı kişi idi. Mən onun əlaltısı idim. Buna baxmayaraq, o razı oldu. Pul toplayıb, güclə iki dəst paltar aldım və anamın yeganə qaşlı qızıl üzüyünü də üstünə qoyub evləndim. Bir neçə aydan sonra məni oxumağa göndərdilər. Mən bir çox şəhərləri, Moskvanı və Leninqradı gəzib, sonra könüllü olaraq Uzaq Şərq Ordusuna yazıldım. Bundan sonra daha onu bir də görmədim. Bəli, doktor, o məni sevirdi, mən də onu. Bir müddət məktublaşdıq, bir-birimizə aşiqanə sözlər yazdıq, amma birdən onun məktubu kəsildi. Səbəbini bilmədim və beləliklə onunla əlaqəm kəsildi. Ancaq bu yaxınlarda bir yoldaşım mənə yazmışdı ki, onu görüb, o sağdır və burada bir doktorla yaşayır. Bilirəm, onu yoxsulluq vadar edib, o məni səmimi olaraq ürəkdən sevirdi… Köməksiz arvad mənsiz nə edə bilərdi?
-Çay gətirsinlər, – deyə zəngi basdım.
Zəngin səsinə kimsə gəlmədi.
Qonşu otaqdan Firuzənin səsi eşidildi:
-Heç kəs yoxdur, doktor, bu gün Maşanın istirahət günüdür.
Məmməd birdən yerindən sıçradı, bir şey xatırladı və heç bir şey soruşmadan oturdu.
-Əgər siz öz evinizi itirmişsinizsə, qayınatanızı, usta Səmədi tapa bilərsiniz, – deyə söhbəti təzələmək üçün ona müraciət etdim.
-Onun yanına mədənlərə getmişdim, buruqlarda axtardım, soruşdum. Indi mədənlər əvvəlki kimi deyil, 28-ci ilə nisbətən belə dəyişmişdir. Neftə bulaşmış adamlara çox çətin rast gəlmək olur. Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. Bir kranı və ya vinti burmaqla kompressorların və ya motorların işini nizama salırlar. Köhnə, tozlu yollar, arabalar və droklar da yox olmuşdur. Hər yerdə parlaq asfalt və sürətlə yürüyən maşınlar! Demək olar ki, bütün mədənlərə tramvay və dar dəmiryol xətti çəkilmişdir.
-Demək, usta Səmədi tapmadınız? – deyə səbirsizliklə soruşdum.
-Yox tapmadım. Dedilər ki, o indi böyük bir ixtiraçıdır. Bir neçə ixtirası var, indi onu Amerikaya göndərmişlər ki, gedib oradakı neft sənayesi ilə tanış olsun. Bu xəbər məni, əlbəttə, sevindirdi. Düşündüm ki, bir parça çörək üçün özü qazdığı quyuya girərək, ağanın şillə və yumruğu altında işləyən, özünü zəhərli qazların, ölümün qara ağzına atan işçi, indi öz bacarıq və talantını göstərməyə imkan tapmış, indi ixtiraçı olmuş, Amerikaya getmişdir.
-Arvadınızı da tapmadınız?
-Yox, arvadım və balaca bacım haqqında kimsə bir şey bilmir. Arvadımın sağlığı haqqında yazmışdılar. Bacım isə yəqin ki, acından məhv olub getmişdir…
-Siz indi tələbəsinizmi?
-Bitirmişəm. Mən mühəndisəm, maşın inşaatı mühəndisi.
Qapı döyüldü.
-Girin, – dedim. Müsahibim papiros çəkməyə hazırlaşaraq, portsiqarını əlində tutmuşdu. Qapı açıldı. Firuzə ağ, təmiz doktor xalatında içəriyə girdi.
-Alətləri şkafa qoyub bağladım. Gedirəm. Bu gün Aslan konservatoriyada çıxış edəcək. Mənim üçün bilet gətirmişdir. Indi Züleyxa da, Balaxanım xala da gələcək.
Müsahibim Firuzəyə çox diqqətlə baxırdı. Lakin o hələ qızın yalnız arxasını görürdü. Buna baxmayaraq, Məmməd onu görmək və səsini eşitmək üçün sehrkar bir qüvvə ilə yerindən qalxır və boylanırdı. O, papirosu əlindən saldı və əyilib götürmək istərkən belə, Firuzədən gözlərini ayıra bilmədiyi üçün, əlindəki papirosları da dağıtdı.
Züleyxa və Balaxanım adını eşidər-eşitməz papirosları yerə qoyub dikəldi. Mən ona diqqət edirdim. Mənə baxıb Firuzə də döndü və mənim baxdığım cəhətə baxdı. Müsahibim indi onu tamamilə görürdü. O, anlaşılmaz bir duyğu ilə titrəyirdi. Döş qəfəsi hava ilə dolu olduğu halda, nəfəs belə çəkmirdi. Kişilərə qarşı həmişə laqeyd olan Firuzə, nədənsə ona tərəf döndü. Mən onun da həyəcanlar keçirdiyini hiss etdim. Məmməd sözə başlarkən, mən onun üzünü görmürdüm. Gözüm Firuzədə idi. Mən yalnız Məmmədin yumşaq və həyəcandan titrəyən səsini eşitdim. O yalnız bir söz deyə bildi:
-Firuzə!
Ona baxarkən, mənə elə gəldi ki, bu saat Firuzənin üzərinə atılacaq, onu qucaqlayacaq və öpəcək. Bu hal mənə çox qəribə gəldi, çünki Firuzə də buna mail idi. Qız cəld mənə baxdı. Qara gözlərində qığılcım parlayırdı. Firuzə heç də onu qucaqlamaq istəyən bir gənc mühəndisdən uzaqlaşmaq fikrində deyildi. Gənc mühəndis onu qucaqlamaq üçün bir addım irəlilədi, lakin sonra, nədənsə, dayandı; rəngi qaçdı, od kimi yanan al yanaqları getdikcə ağarmağa başladı.
Yanan gözlərinin parıltısı yox oldu, gözləri yarıya qədər yumuldu, dayandı və düşündü. Birdən Məmməd titrəyən dodaqları ilə:
-Sən burada yaşayırsan?
-Öz evimizdə yaşayıram, – deyə Firuzə həyəcanını zorlayaraq, cavab verdi.
Mən indi anladım ki, gənclik öz əlvan rənglərini bu insanlara bəxş etmişdir.
Dodaqları gah qıpqırmızı qızarır, gah saralır, gah da kətan kimi ağappaq ağarırdı.
Məmməd gözlərini geniş açıb, Firuzəyə dik baxaraq:
-Anam haradadır? Züleyxa haradadır? – deyə soruşdu.
-Bir yerdə yaşayırıq. Bizə pasyolkada mənzil veriblər. Indi gedərik, görərsən…
-Sən məni evinizə aparacaqsan.
-Mən səni öz evimizə aparacağam. Mən təəccüb edirəm, niyə sən öz evinə deyil, buraya gəlmişsən?
-Mən səni axtarırdım. Bəs o Aslan kimdir?
-Gedərik, görərsən, – deyə Firuzə gülümsəyərək, cavab verdi:
-Mən də sizi maşınla apararam, – deyib əlavə etdim və otaqdan çıxdım. Qayıdarkən işi başqa halda gördüm. Məmmədin üzü tamamilə dəyişmişdi, gözləri alışıb yanırdı. O gülürdü. Firuzə isə göz yaşlarını sezdirməmək üçün gözlərini silirdi. Mənə elə gəldi ki, o ağlayır, lakin dərddən deyil, sevincindən ağlayırdı.
-Hə, maşın hazırdır, gedirik? – deyə təklif etdim.
Məmməd ötkəm bir səslə:
-Gedirik, doktor! – deyə cavab verdi və addımladı.
Mən maşına minib sürməyə hazırlaşırkən, Məmməd sevinərək:
-Maşın özünüzündür? – deyə soruşdu.
-Bunu mənə, sərhəd boyuna yayılmış taun xəstəliyini tez və müvəffəqiyyətlə təsviyə etdiyim üçün mükafat vermişlər.
Yüngül “QAZ” yeni asfaltın ayna sinəsində axıb getdi. Çox sürətlə sürmür və hərdən qayıdıb ona baxırdım. O, heyrətlə ətrafa baxırdı. Elektrik işıqlarına qərq olmuş küçələri, çoxmərtəbəli yeni evləri, küçələrdə nəşəli qəhqəhələrlə gülən şən azərbaycanlı qadınları və gəncləri nəzərdən keçirirdi. Kommunist küçəsindən enib “Kitab Sarayı” yanından keçərkən, o, köksünü ötürdü; bu, heyrətdən deyil, sevincdən idi…
-Əşi, bunlar şəhərin başına nə iş gətirirlər? – deyə bağırdı.
Mən onu daha da təəccübləndirmək üçün maşını saxladım və Firuzədən maşını idarə etməsini rica etdim. Firuzə Azavtodorun dərnəyində çalışırdı. Şəhərdə maşın sürmək üçün vəsiqəsi vardı, çox zaman təkbaşına sürərdi. Firuzə sükanın dalında oturub maşını işə salarkən, Məmməd yenə təəccüb içində idi:
-Əşi, bunlar nə edir!
Məmmədin yanında oturub:
-“Bunlar” kimdir? – deyə soruşdum.
-Bizimkilər də! Hələ dünən, mən gəldiyim gün buradan keçmişəm. Tanıdığım birmərtəbəli köhnə bir evi sökürdülər. Bu gün isə burada gözəl bir park salınmışdır, asfalt ağaclar, fantan… Bəlkə iki günün içində köhnə evi sökmək, yeri düzəltmək, hətta asfaltlamaq və ağac əkmək o qədər də təəccüblü deyildir. Təəccüblü orasıdır ki, dünən əkilən ağaclar, bu gün çiçəklənmişdir və təzə yarpaqları ilə gözləri oxşayır. Mən hələ dünən Quba meydanından keçdim. Burası, vaxtilə Şərq mədəniyyətsizliyinin ən nümunəvi bir mərkəzi idi. Burada daima nərildəyən dəvələr yığıncaq qurardı. Uzun və qısa saqqallı dəllallar o tərəf- bu tərəfə yüyürərdi, dərvişlər dişsiz ilanlarını oynadaraq, imamın şücaətindən və sahibəzzamanın uzunqulağa suvar olaraq zühur edəcəyindən danışardı. Dünən isə nə gördüm… Bütün o şərq köhnəliyi aradan qaldırılmış, onun yerində təzə və təmiz bir bağ salınmışdır. Buradan yüzlərlə maşınlar, tramvaylar, avtobuslar ötüb keçir. Inqilabdan qabaq tiryək alveri və tiryək çəkməyə məxsus küçələri ilə məşhur olan birmərtəbəli Xanım karvansarası xarabalığı yerində yeddimərtəbəli böyük bir bina yüksəlmişdir.
Firuzə öz sevimli nəğməsini oxuyaraq, cəsarətlə maşını idarə edir və çoxmərtəbəli gözəl evləri bir-bir geridə buraxırdı.
Məmməd Firuzənin maşını idarə etməsinə baxır və deyirdi:
-Bax, geridə qalmış avam bir qadın indi həkimdir, maşın sürür. Bu inqilabdır; həyatda inqilab, məişətdə inqilab, insanların şüurunda inqilab…
Maşın altımərtəbəli bir binanın ikinci qapısı önündə dayandı. Firuzə maşının açarını götürdü, ikinci mərtəbəyə qalxdıq. Bir otağa girdik. Firuzə düyməni burdu, ev elektrik işığına qərq oldu. Məmməd sevincindən baxırdı. Təmiz parket ayna kimi hər şeyi özündə əks etdirirdi. Qaz peçləri aynadan geri qalmırdı. Firuzə tez yüyürüb pəncərəni açdı, böyük bir ağacın budağı içəri soxuldu və sanki xoş bahar yeli ilə hərəkətə gələn təzə yarpaqlar Firuzəni təbrik etməyə başladı.
Firuzə, canlı insanlarla görüşmüş kimi:
-Xoş gördük, xoş gördük, dostlarım! – deyə yarpaqların təbrikinə cavab verdi.
Məmməd gözlərini və ağzını geniş açaraq, otağın ortasında durub, hündür ağ səqfə, pəncərələrə, mebelə və bütün gördüyü şeylərə baxırdı.
-Bax, bu mənim otağım, bu çarpayım, bu da Əsgərin çarpayısı.
Birdən Məmməd tutuldu, gözləri parıldadı.
-Hansı Əsgərin? – deyə təəccüblə soruşdu.
-Ərimin, gələcəkdə doktor olacaq Əsgərin, – deyə sakitcə cavab verən Firuzə Züleyxanın, Balaxanım xalanın otaqlarını, qonaq otağını, vanna otağını, mətbəxi, balkonu göstərərək, məlumat verirdi.
Onlar qayıdıb yanıma gəldikdə, qapı açıldı və otağa səs-küylə gənc bir qız və iyirmi yaşlarında bir oğlan girdi. Oğlan təmiz və qəşəng geyinmiş bir balaca uşağın əlindən tutmuşdu.
-Firuzə, bu kələkbaz məni aldatmaq istəyir, – deyə qız şən və gurultulu qəhqəhələrlə Firuzəyə müraciət etdi.
Qız məni görər-görməz yüyürdü və zərif əlləri ilə boynumu qucaqlayıb, uşaq kimi yanaqlarımı öpməyə başladı.
-Ata can, sənin bu kələkbaz oğlun Aslan mənə kələk gəlmək istəyir.
Burada Aslan hiyləgərcəsinə acıqlı bir vəziyyət aldı və:
-Züleyxa, mən sənə yad kişilərlə öpüşməyi qadağan edirəm, – dedi.
-O sənin işin deyil. Kefim necə istəyir, elə də edəcəyəm. Bu nə xüsusi mülkiyyətçilik xasiyyətidir? – deyə qız gözəl başını döndərərək, cavab verdi. Aslan isə gülür və deyirdi:
-Yad kişilərlə öpüşmək, həm də kənar adamların yanında…
-Kənar adam kimdir? – deyə qız tez ətrafına baxıb, yanda duran Məmmədi gördü. Tutuldu, məndən əl çəkdi və diqqətlə qonağa baxdı.
Məmməd dinmir, gülümsəyirdi. Birdən Züleyxa qəhqəhə ilə güldü, Məmmədə tərəf yüyürdü. Vəhşi pişik kimi onun boynuna tullandı.
Bərk-bərk qucaqladı və gözləri yaşardı.
-Qardaşım, əziz qardaşım! – deyə hıçqırıqlarla gülərək təkrar etdi.
-Yaxşı işdir, gəlinin olsun, məndən başqa dünyanın bütün kişiləri ilə öpüşsün, özü də mənim yanımda… Boşayıram, gedək bu saat zaqsa, gedək, – deyə Aslan zarafatla acıqlandı.
Züleyxa Məmmədin qucağından çıxmayıb, gözəl başını əydi və Aslanı hirsləndirmiş kimi, cavab verdi.
-O sənin işin deyil, kiminlə və harada öpüşmək istəsəm… Gedək zaqsa, boşanaq.
Məmməd gülərək:
-Nə boşanmaq, Züleyxa! Sən mənsiz, mən burada yox ikən ərə getmişsən?
Qız isə qəhqəhə ilə gülərək:
-Qardaşım, o sənin işin deyil. Bu nə köhnəpərəstlikdir? Harada, haçan, kimə ərə getmək istəsəm, gedə bilərəm, – dedi.
Məmməd bir şey demək istədi, hətta başladı da:
-Dünənə qədər ağzından süd qoxusu gəlirdi…
Lakin Züleyxa kimsəyə danışmaq imkanı vermirdi:
-O dünəndi, indi isə müəlliməyəm, hesabdan, həndəsədən, cəbrdən və triqonometriyadan dərs deyirəm. Təşəkkür də almışam, indi göstərərəm…
-Elə birdəfəlik de ki, riyaziyyatdan da, – deyə Aslan onun sözünü kəsdi.
-O sənin işin deyil, kefim necə istər, elə də deyərəm, – deyə qəhqəhə ilə güldü və incə dodaqlarını qardaşının dodaqlarına yapışdırdı.
Bu halda Firuzə elektrik çayniki ilə içəri girdi, qucaqlaşan Züleyxanı və Məmmədi görüb:
-Ey, mənim ərimi öpmə, o “beynəlxalq” deyil, – dedi.
-O sənin işin deyil, kiminlə…
Züleyxa sözünü bitirməmişdi ki, Aslan bir replika atdı:
-Görünür, mənim nişanlım “beynəlxalqdır”, eləmi!
Qızlar gülüşdülər. Məmmədin üzü ciddi bir vəziyyət aldı. O cəsarətsiz bir halda yavaşca:
-Nə ər, Firuzə? Axı sən dedin ki, sənin Əsgər adlı, gələcəkdə doktor olacaq bir ərin var.
Qadınlar qəhqəhə ilə gülüşdülər.
Züleyxa tez qardaşından aralanıb, balaca uşağı qucağına götürdü və dedi:
-Onun əri budur. Gələcəkdə özü dediyi kimi, doktor olacaq.
Əsgər yoldaşın indi düz altı yaşı var.
Züleyxa uşağı atasının qolları arasına atdı. Məmməd uşağı bağrına basdı.
Firuzə gülərkən, ərinin qolundan tutdu və:
-İndi gəl gedək, əl-üzünü yu, – dedi.
Məmməd müqəssir bir halda heç bir söz demədi, ancaq uşağı daha bərk bağrına basdı. Firuzə onun qolundan tutaraq apardı.
Onlar otaqdan çıxmamış otağa səs-küylü bir qadın girdi; qolları çırmanmışdı. Yüksəkdən dedi:
-Firuzə, mənə bir az kağız ver, özün də gəl kömək elə, divar qəzetinə bir məqalə yazım. O bürokrat, ziyançı taxtalar və dəmir hissələri həyətdə, yağışın altında saxlayır. Deyirəm xarab olar, deyir sənin ixtiyarın yoxdur ki, mənim üstümə çığırasan, mən material hissəsi müdiriyəm, materiallar üçün məsul mənəm.
Züleyxa bir uşaq kimi anasına tərəf yüyürərək:
-Əlbəttə, ana, başqasının işinə qarışmağa sənin haqqın yoxdur, hələ qalsın onun üstünə çığırmaq, – dedi.
-Necə yəni haqqım yoxdur! Mən yerli komitənin üzvüyəm. Bəlkə o başa düşmür, bəlkə qəsdən materialları xarab edir, – deyə kiçik Əsgəri qucağına aldı.
Firuzə qızarmış, dodaqlarını nə üçünsə silərək, otağa girdi, nəşə ilə:
-Balaxanım xala, mən ərə gedirəm, – dedi, – bax, nişanlım da buradadır.
Gəl, tanış ol!
Firuzə qarını çəkə-çəkə əl-üz yuyulan otağa apardı. Mən qarınm ancaq son sözünü eşitdim:
-Nə olar, qızım, Məmməd də özünə bir başqasını tapar.
Züleyxa şən bir halda yüyürüb məni qucaqlayaraq:
-Mən də başqasını tapdım, bax, bu kişini, – dedi.
-Yaxşı işdir, onlar orada öpüşsün, bunlar burada. Bəs biz adam-zaddeyilik, – deyə yenə Aslan zarafat etdi.
-O sənin işin deyil, – dedi, – təsnifi muğamdan ayıra bilməyən hər uşağı, hər iyirmi yaşlı bəstəkarı öpməyəcəyəm ki…
-Odur ki, sən öz gələcək ərindən başqa hamı ilə öpüşəndə Nyuton yerinə gah Arximeddən, gah da Pifaqordan yapışırsan.
-O sənin işin deyil…
Plastinka hərləndi, qız nəşə ilə yerindən sıçrayıb, Aslana tərəf yüyürdü və hamar, parlaq parket üzərində süzməyə başladılar. O biri otaqda ana ilə oğlun necə görüşdüyünü bilmirəm, ancaq onu bilirəm ki, onlar otağa girərkən, Məmmədin üzü tərtəmiz, Balaxanım xala isə qulaqlarına qədər sabun köpüyünə bulaşmışdı.
Mən ayna ilə üzbəüz oturmuşdum, qonşu otağın bir hissəsi bu aynada görünürdü.
Firuzənin, böyük bir həzlə ərinin üzərinə odekolon səpdiyini, birbirinə baxdıqlarını, Firuzənin onu qucaqladığını və hərarətli dodaqlarının bir-birinə yapışdığını aydınca görürdüm.
-Nə olar, – deyə düşündüm, – sosyalizm öpüşə zidd deyildir…
Doğrusunu desək, mən qibtə edirdim. Mən Firuzəni qısqanırdım. Onların
bəxtiyarlıqlarına, gəncliyinə, bəxtiyarlıqdan alışıb yanan gözlərinə qibtə edirdim və: “Neçin 28 yaşında deyiləm?” – deyə heyifsilənirdim.
Züleyxa piano çalarkən, Firuzə ilə Aslan parket üzərində süzərkən, balaca Əsgər güclə nənəsini oynamağa dartarkən, Məmməd yanımda oturdu və məsud bir hal ilə yavaşca:
-Indi hər şey mənə aydındır, – dedi. – Bir baxın, doktor, köhnə Bakı nə idi, indi nə olmuşdur! Bu əvvəl nə idi, indi nə olmuşdur! Xam adam belə şeydən özünü itirməzmi? Siz isə mənim nəbzimi yoxlayırdınız. Iqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab. Bu inqilab təbiətin köhnə qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzləri iki gün içərisində yaşıl, çiçəkli bir bağa döndərir. Onun sayəsində ölü qəbiristan belə canlanır, mədəniyyət və istirahət parkına çevrilir.
Məmməd doğru deyirdi. Lakin mən ona məsləhət gördüm ki, sabahdan aynanın yerini dəyişsin.
Ana. Bu şerin yazıldığı tarix dəqiq məlum deyildir. Lakin, Soltanxanım Atakişiyeva-Hidayətzadənin və Dostuxanım Səfərovanın xatirələrinə əsasən müəllif “Ana” şerini ilk dəfə 1916-cı il, Novruz bayramı günü, Bakı şəhərindəki Füzuli və Müqtədir küçələrinin kəsişdiyi tində yerləşən tələbə Xanlarovun mənzilində, gənclər qarşısında oxumuşdur. Ilk dəfə C.Cabbarlı “Əsərləri” ndə çap olunan (Bakı, Azərnəşr, 1938, I cild) şeir uzun illər üç bəndi ixtisarla müxtəlif kitablara salınmışdır. Tədqiqatçı Rauf Sadıqov ilk dəfə 1969-cu il oktyabrın 10-da “Ədəbiyyat və Incəsənət” qəzetində çap etdirdiyi “Cabbarlının “Ana” şeri haqqında” yazısında yersiz ixtisarı müəyyənləşdirmiş və “Ana”nın unudulmuş üç bəndini məqaləsində vermişdir. F.Qurbansoy isə 1995-ci il aprelin 26-da həmin şeri “Ana vətən” adı ilə “Bakının səsi” qəzetində tam çap etdirmişdir. Şerin müəllif əlyazması AMEA M.Füzuli adına Əlyazmalar Institutunda saxlanılır, mətn sərlövhəsizdir, əvvəlki nəşrlərdəki qüsurlar müəllif əlyazması əsasında bu nəşrdə aradan qaldırılmışdır.
Eşidənlərə. Bu şeir C.Cabbarlının ilk mətbu əsəridir. 1911-ci il noyabrın 5-də “Cəfər… mətrud” imzası ilə “Həqiqəti-əfkar” qəzetinin ikinci sayında çap olunmuşdur. Əsəri ilk dəfə A.Rüstəmli üzə çıxarmış və nəşr etdirmişdir (Ətraflı məlumat üçün bax: “Cabbarlının ilk şeirləri”, “Azərbaycan” jur., 1987, N° 3).
Bahar. Bu şeir 1915-ci ildə “Məktəb” jurnalımn 3 aprel tarixli 6-cı sayında “Cəfər Cabbarzadə” imzası ilə çap olunmuş, müəllif əlyazması isə AMEA M.Füzuli adına Əlyazmalar Institutunda (Arxiv-20, Q-11, f-16, s.1) mühafizə edilir.
Sən də bir. Şeir ilk dəfə “Bəsirət” qəzetinin 29 avqust 1915-ci il tarixli 59-cu sayında “Ədəbiyyat” ümumi başlığı altında Cəfər Cabbarzadə imzası ilə çıxmış, sonralar bizim təqdimimiz ilə “Azərbaycan gəncləri” qəzetində (1986, 4 sentyabr, N° 104) yenidən dərc olunmuşdur.
Qürub çağı biryetim. Bu şeir də C.Cabbarlının ilk əsərlərindəndir. “Qurtuluş” jurnalımn 16 noyabr 1915-ci il 4-cü sayında “Bakı Sənaye Məktəbinin şagirdi Cəfər Cabbarzadə” imzası ilə çap olunmuşdur. Əvvəlki nəşrlər zamanı unudulmuş və ya ixtisar edilmiş “Ah! O bikəs qüruba baxdıqca” misrası ilə başlayan 5-ci bənd ilk dəfədir ki, şerə daxil edilir, bəzi üslubi və orfoqrafik nöqsanlar bu nəşrdə təshih olunmuşdur.
Əsər Seyid Hüseyn Sadıqzadənin baş mühərriri olduğu “Qurtuluş” dərgisinin gənc yazarlar arasında keçirdiyi müsabiqədə şeir üzrə birincilik qazanmışdır.
Bilənlərə. Şeir 1916-cı il fevralın 17-də “Dirilik” jurnalımn 3-cü nömrəsində Cəfər Cabbarzadə imzası ilə çap olunmuşdur.
Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminə. Şeir zəmanəsinin görkəmli jurnalisti Haşım bəy Vəzirovun vəfatının 1 illiyinə həsr olunmuş “Keyfim gələndə” kitabında (Bakı, Ələkbərov mətbəəsi, 1917, səh. 6-9) “Bakı Sənaye Məktəbinin mütəəllimi Cəfər Cabbarzadə” imzası ilə çap edilmişdir. Əvvəlki nəşrlərdə buraxılmış çoxsaylı qüsurlar aradan qaldırılmışdır.
Dilənçi. 1917-ci ilin yanvarın 25-də yazılmış bu şeri ilk dəfə A.Rüstəmli üzə çıxararaq “Ədəbiyyat qəzeti”ndə (4 fevral 2000-ci il, N° 5) dərc etdirmişdir. Şerin ərəb əlifbası ilə müəllif əlyazması C.Cabbarlı adına Teatr Muzeyinin arxivində saxlanılır.
Boranlı qış gecəsi. Sərlövhəsi ilə başlanan bu şeir “Qardaş köməyi” jurnalının 1917-si il 5-ci sayında (səh. 55) “Bakı Sənaye Məktəbinin mütəəllimi Cəfər Cabbarzadə” imzası ilə çap olunmuşdur. Əvvəlki nəşrlərdə buraxılmış müxtəlif xarakterli səhvlər düzəldilmiş, yersiz redaktələr bərpa edilmişdir. Novruz bayramına hazırlaşan müsəlmanlara töhfə. 25 fevral 1917-ci il tarixli “Bəsirət” qəzetində “Bakı sənaye məktəbinin mütəəllimi C.Cabbarzadə” imzası ilə dərc olunmuşdur. Müəllif əlyazmasında “Bir yanda işrət, bir yanda matəm” adlanan bu şeir çapa hazırlanarkən çoxsaylı qüsurlardan təmizlənmişdir.
Bayram saxlayanlara. Bu şeir müəllif əlyazmasında “Türk yurdunda təəssüratım” adlanır və 30 rəmazan 1917-də yazıldığı göstərilir. “Bəsirət” qəzetində isə 8 iyul 1917-ci ildə “Bakı sənaye məktəbinin mütəəllimi Cəfər Cabbarzadə” imzası ilə dərc olunmuşdur.
Bu həqiqətdir ki… Əlyazmalar Institutundakı C.Cabbarlı fondunda mühafizə edilən bu şeir 3 noyabr 1917-ci ildə yazılmış, ilk dəfə R.Sadıqovun “Cəfər Cabbarlının yaradıcılığının ilk dövrü (1915-1922)” kitabında (səh. 25) çap edilmişdir.
Səhər vaxtı siyasi bir məhbus. Şerin əlyazması Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar Institutunun arxivində (inv. N° 6774) saxlanılır.
Hüseyn Ərəblinskiyə. Şeir 1919-cu il martın 17-də Bakıda xaincəsinə öldürülmüş istedadlı Azərbaycan aktyoru və rejissoru, professional teatrın yaradıcılarından biri – Hüseyn Ərəblinskiyə həsr olunmuşdur. Şeir 1 beyt ixtisarla R.Hüseynovun “C.Cabbarlı və teatrda müasirlik problemi” (Bakı, 1968, səh. 24) kitabına salınmışdır. Şeir “Övraqi-nəfisə” jurnalının 1919-cu il 1-ci sayında Bakı politexnik məktəbinin mütəllimləri adından çap olunmuş, C.Cabbarlı “Əsərləri”nin bu nəşrinə ilk dəfədir ki, daxil edilir.
Sevdiyim. Bu şeir “Azərbaycan” qəzetində (25 avqust 1919, N° 260) C.Cabbarzadə imzası ilə çap edilmişdir.
Azərbaycan bayrağına. Şeir ilk dəfə “Cəfər Cabbarzadə” imzası ilə “Azərbaycan” (29 avqust 1919, N 263) qəzetində çap edilmişdir.
Salam. Ilk dəfə bu şeir “Cəfər Cabbarzadə” imzası ilə “Istiqlal” qəzetinin 1 fevral 1920-ci il tarixli 5-ci nömrəsində verilmişdir. “Sevdiyim”, “Azərbaycan bayrağına” və “Salam” şeirləri A.Rüstəmlinin təqdimi ilə “Ədəbiyyat” qəzetində (1992, 19 iyun) çap olunmuşdur.
Dün o gözəllərdə. Şeir ilk dəfə 1 aprel 1920 ci il “Qurtuluş” jurnalınm 1-ci nömrəsində (səh. 10) “Cəfər Cabbarzadə” imzası ilə çap olunmuşdur. Cəfər Cabbarlınm “Ədirnə fəthi” toplusuna (Bakı, Elm, 1996) daxil edilmişdir.
Yaşamaq. Bu şeir isə 20 aprel 1920-ci ildə “Qurtuluş” jurnalınm 2-ci nömrəsində (səh. 14-15) dərc edilmişdir. “Dün o gözlərdə” və “Yaşamaq” şeirləri əvvəl Qulam Məmmədlinin təqdimi ilə “Azərbaycan” jurnalında (1970, N° 3), sonra isə R.Tağıyevin təqdimi ilə “Ədəbiyyat və incəsənət” qəzetində (25 yanvar 1980, N° 4) çıxmışdır. Bu şeirlərin təkrar çapı və köçürülərkən yol verilən qüsurlar ilə əlaqədar A.Abdullayev “Ədəbi irsin tədqiqi” adlı məqalə (“Ədəbiyyat və incəsənət” qəzeti, 8 fevral 1980, N 6) yazmışdır.
Ölkəm. 1919-cu il, kanuni-saninin 1-də “Azərbaycan” qəzetinin 92-ci nömrəsində “Sevimli ölkəm” sərlövhəsi ilə çap olunmuşdur. 1950-ci ildə C.Cabbarlı “Əsərləri”nin I cildinə salınarkən “Verimli torpağı…” misrası ilə başlanan bənd şerə əlavə olunmuş və ilkin variantından 2 bənd çıxarılmış, xırda təshihlər edilmişdir. Bu nəşrdə “unudulmuş” bəndləri əsərə əlavə edirik.
Qara gözlər. Soltanxanım Atakişiyeva-Hidayətzadənin “Ulduz” jurnalında (1969, N 3, səh. 13) çap etdirdiyi “Evimizin əziz qonağı” sərlövhəli xatirəsinə əsasən C.Cabbarlı bu şeri 1920-ci ildə qonşuları Məmmədəli Sidqinin evində onun albomuna yazmışdır.
Gözləri. Nə vaxt yazıldığı bəlli deyildir. 1959-cu ildə “Ədəbiyyat və incəsənət” qəzetinin 12-ci nömrəsində “Cəfər Cabbarlı” imzası ilə çap edilmişdir.
Məhəbbət aləmi qəmdir. Bu şerin əlyazması C.Cabbarlı adına Dövlət Teatr Muzeyində (C.Cabbarlı arxivi, qovluq N 6, inv. N 539) saxlanılır. Şeir iki variantdan ibarətdir və yazılma tarixi göstərilməmişdir. Ilk dəfə A.Rüstəmli üzə çıxararaq “Ədirnə fəthi” toplusuna (Bakı, Elm, 1996) daxil etmişdir.
Məhəbbət əşarı. Bu şeir 1923-cü ildə “Kommunist” qəzetinin “Xalq ədəbiyyatı həyatdan doğar” əlavəsində çap olunmuşdur (31 avqust 1923-cü il, N196). C.Cabbarlı adına Dövlət Teatr Muzeyində saxlanılan (inv. N 539) əlyazma əsasında lüzumsuz ixtisarlar bərpa olunmuşdur.
Mənim Tanrım. 1923-cü il noyabrın 9-da “Kommunist” qəzetində dərc olunmuşdur. 1938-ci ildə C.Cabbarlı “Əsərləri”nin I cildinə daxil edilmişdir.
Məhkum Şərqə. Bu şeir Bakıda, Şərq xalqlarmm I qurultayı ərəfəsində yazıldığı güman edilir.
Olmasın. C.Cabbarlı bu şeri gizli “Müsavat” partiyasmın baş katibi kimi tutulduqdan sonra həbsxanada, 14 iyul 1923-cü ildə yazmışdır. Əlyazmada sərlövhə qoyulmasa da tarix göstərilmişdir.
Olsun qoy. 1923-cü ildə “Maarif və mədəniyyət” jurnalının 11-ci nömrəsində “C.” imzası ilə çap olunmuşdur. Müəllifin birinci həbsi zamanı “Olmasın” şerinə cavab kimi yazdığı güman edilir. Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir. Bu misra ilə başlanan şeri R.Tağıyev müharibədə həlak olmuş müəllim Z.Səlimovun ona verilmiş dəftərindən götürərək C.Cabbarlının naməlum şeri kimi “Ədəbiyyat və incəsənət” qəzeti (25 yanvar, 1980, N° 4) vasitəsilə oxuculara çatdırmışdır. Professor Ə.Mirəhmədov qeyd edir ki, C.Cabbarlı bu şeri böyük qardaşı Hüseynqulunun vəfatı münasibətilə yazmışdır.
Ey dan ulduzu. Bu şerin 1924-cü ildə yazıldığı güman edilir. Ilk dəfə C.Cabbarlı “Əsərləri”nin I cildində (Bakı, Azərnəşr, 1938, səh. 26) çap olunmuşdur. Mən bir susmaz duyğuyam ki. Bu şeir “Od gəlini” pyesində Solmazın oxuduğu şərqidir. Müəllifin əlyazmalarından birində son bəndin: “Arar, arar, arar, arar, axır səni taparım” misrası belə düzəldilmişdir: “Yaşadıqca axtararım, axır səni taparım”. Yenə həmin bəndin sonrakı misrasında: “göy yarpaqlar”, “şən çiçəklər” – deyə təshih edilmişdir.
Düşkün dünya. “Od gəlini” pyesinin ilk variantındakı “Dilək dağı” səhnəsində qızların və oğlanların birlikdə oxuduğu şərqidir.
Tellər oynadı. 1930-cu ildə yazılmışdır. Şerin 3-cü bəndi ilk dəfədir ki, bu nəşrdə çap olunur.
Yada düşdü. Şeir 1934-cü ilin iyun ayında yazılmış, ilk dəfə “Azərnəşr”in 1938-ci ildə çap etdiyi C.Cabbarlı “Əsərləri”nin I cildinə salınmışdır.
Şücaətim. C.Cabbarlının ilk mətbu satirik şeridir. Əsər “Həqiqəti-əfkar” qəzetinin 5 noyabr 1911-ci il tarixli 2-ci nömrəsində “Cəfər… mətrud” imzası ilə çap olunmuşdur (ətraflı məlumat üçün bax: A.Rüstəmli “C.Cabbarlınm ilk şeirləri”, “Azərbaycan” jurnalı, 1987, N° 3, səh. 188-190).
Əl götür. Bakıda nəşr olunan “Babayi-Əmir” jurnalının 1915-ci il 3 iyun tarixli 7-ci nömrəsində çap olunmuşdur. Şerin o zaman çar senzoru tərəfindən pozulmuş sonuncu beytini əldə edə bilmədik. C.Cabbarlının “Babayi-Əmir”də çıxan şeirləri “Qəyyur Əyyar”, “Şəbrəng Əyyar”, “Əyyari-kəmşüur” və sair imzalarla getmişdir.
Görməmişəm, eşitmişəm. “Babayi-Əmir” jurnalının 1915-ci il 10 iyun tarixli 8-ci nömrəsində çap olunmuşdur.
Dübarə-səbarə. Yenə həmin nömrədə çap olunmuşdur. Qaç baba! “Babayi- Əmir” jurnalının 1915-ci il 17 iyun tarixli 9-cu nömrəsində çap olunmuşdur.
Dübarə-səbarə. Yenə həmin nömrədə çap olunmuşdur.
Yumruq (1). “Babayi-Əmir” jurnalının 1915-ci il 24 iyun tarixli 10-cu nömrəsində çap olunmuşdur. Hürriyyəti-nisvançılara protesto. “Babayi-Əmir” jurnalının 1915-ci il 1 iyul tarixli 11-ci nömrəsində çap olunmuşdur.
Gəlir. Yenə həmin nömrədə çap olunmuşdur.
Qiyamətmi qopar. “Babayi-Əmir” jurnalının 1915-ci il 8 iyul tarixli 12-ci nömrəsində çap olunmuşdur.
Birbəbir. “Babayi-Əmir” jurnalının 1915-ci il 23 iyul tarixli 13-cü nömrəsində çap olunmuşdur.
“Mehtər-Nəim”ə. Bu satira “Babayi-Əmir” jurnalının 1915-ci il 22 iyul tarixli 14-cü nömrəsində (səh. 6-7) “Mənsur Əyyar” imzası ilə çıxmışdır. “Mehtər Nəim” – Əbdülvahab Mirağazadənin “Babayi-Əmir” jurnalında istifadə etdiyi gizli imza.
Süratəlmüstəqim – hərfi mənası doğru yol deməkdir. Eyni zamanda “Sirati- Müstəqim” Istanbulda hicri 1326-cı ildə (miladi 1908) nəşrə başlayan ədəbi, fəlsəfi və dini həftəlik qəzetdir.
Səbətə ithaf. “Babayi-Əmir” jurnalının 1915-ci il 22 iyul tarixli 14-cü nömrəsində çap olunmuşdur.
Bilməsəydi. Yenə həmin nömrədə çap olunmuşdur.
Yumruq (2). Yenə həmin nömrədə çap olunmuşdur.
Tövbə. “Babayi-Əmir” jurnalının 1915-ci il 29 iyul tarixli 15-ci nömrəsində çap olunmuşdur.
Olmağa. “Babayi-Əmir” jurnalının 1915-ci il 5 avqust tarixli 16-cı nömrəsində çap olunmuşdur.
Şair və artist. Bu satirik dialoq “Qəyyur Əyyar” imzası ilə “Babayi-Əmir” jurnalının 1915 ci il 5 avqust tarixli 16-cı nömrəsində nəşr edilmişdir.
Dağlılar. Bu satirik yazı “Babayi-Əmir” jurnalının 5 avqust 1915 ci il tarixli 16-cı nömrəsində “Əyyari-kəmşüur” imzası ilə çıxmışdır.
Böhtan yazılıbdır. “Babayi-Əmir” jurnalının 1915-ci il 12 avqust tarixli 17-ci nömrəsində çap olunmuşdur.
Görməkdəyəm. Yenə həmin nömrədə çap olunubdur.
Qızlardan kişilərə pratesto. Yenə həmin nömrədə çap olunmuşdur.
Kontorçularımız. “Babayi-Əmir” jurnalının 1915-ci il 20 avqust tarixli 18-ci nömrəsində çap olunmuşdur.
Namə. Bu satira “Kəmşüur” imzası ilə “Məzəli” jurnalının 22 avqust 1915-ci il tarixli 33-cü nömrəsində çap olunmaqla yanaşı, R.Tağıyevin təqdimi ilə “Azərbaycan” jurnalında (1974 N° 3, səh. 177-178) dərc edilmişdir.
Qızıma. “Babayi-Əmir” jurnalının 1915-ci il 26 avqust tarixli 19-cu nömrəsində çap olunmuşdur.
Bulvar hara, məktəb hara. “Babayi-Əmir” jurnalının 1915-ci il 9 sentyabr tarixli 21-ci nömrəsində çap olunmuşdur.
Hürriyyət və təsəttüri-nisvan. Yenə həmin nömrədə çap olunmuşdur.
Iranlı dedi – bildim. Bu şeir “Məzəli” jurnalının 1915-ci il 12 sentyabr tarixli 36-cı nömrəsində “Kəmşüur” imzası ilə çıxmışdır.
Yumruq (3). Bu satirik bənd yenə həmin nömrədə “Kəmşüur” imzası ilə çap olunmuşdur. Jurnalist F.Rəhmanzadənin “Haradasa görüşmüşük” (Bakı, 1974) kitabına C.Cabbarlınm şeri kimi salınmışdır.
Dəllək. Bu şeir yenə həmin nömrədə “Kəmşüur” imzası ilə çıxmışdır.
Yoxsa yox. “Babayi-Əmir” jurnalmm 1915-ci il 23 sentyabr tarixli 23-cü nömrəsində çap olunmuşdur.
Olacaqsan. Yenə həmin nömrədə çap olunmuşdur.
Bilirəm. “Babayi-Əmir” jurnalının 1916-cı il 24 yanvar tarixli 2-ci nömrəsində “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Arzu. “Babayi-Əmir” jurnalının 1916-cı il 29 yanvar tarixli 3-cü nömrəsində “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Arvadlar deyirlər. Yenə həmin nömrədə “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Kişilər deyirlər. “Babayi-Əmir” jurnalının 1916-cı il 5 fevral tarixli 4-cü nömrəsində “Əyyari-kəmşüur” imzası ilə çap olunmuşdur.
Dəng olduq. Yenə həmin nömrədə “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Demədim. Yenə həmin nömrədə “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Əsrimizin qəhrəmanları. Bu satirik felyeton “Babayi-Əmir” jurnalının1916-cı il 11 fevral tarixli 5-ci nömrəsində “Can ay Liza” sərlövhəsi və “Dörd pərdədə roman” yarımbaşlığı ilə “Mühərriri: məşhur müsəlman çərənçilərindən “Əyyari- kəmşüur” imzası ilə çap olunmuş, ardı həmin jurnalın 11 və 22-ci saylarında çıxmışdır. Bununla belə əsərin ardı hələ tapılmamışdır.
Bir, iki, üç kərə. Əvvəlki nəşrlərdə “tarixi məlum deyil” yazılsa da, müəyyənləşdirdik ki, “Qəyyur Əyyar” imzası ilə “Babayi-Əmir” jurnalında (11 fevral 1916-cı il, N° 5) çap olunmuşdur.
Itilget. “Babayi-Əmir” jurnalının 1916-cı il 18 fevral tarixli 6-cı nömrəsində “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Unudulmaz yara. “Babayi-Əmir” jurnalının 1916-cı il 25 fevral tarixli 7- cinömrəsində “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Özün bil. Həmin jurnalın 1916-cı il 2 mart tarixli 8-ci nömrəsində “QəyyurƏyyar” imzası ilə çap olunmuşdur.
Novbahar. “Babayi-Əmir” jurnalının 1916-cı il 9 mart tarixli 9-cu nömrəsində “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Nə edim. Yenə həmin nömrədə “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Müznib əfəndi. “Babayi-Əmir” jurnalımn 1916-cı il 27 mart tarixli 11-ci nömrəsində “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Müdirim. “Babayi-Əmir” jurnalının 1916-cı il 1 aprel tarixli 12-ci nömrəsində “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Nə əcəb. “Babayi Əmir” jurnalının 1916-cı il 7 aprel tarixli 13-cü nömrədə “Qəyyur Əyyar” imzası ilə çap olunmuşdur.
Aktyor. Yenə həmin nömrədə “Kəmşüur Əyyar” imzası ilə çap olunmuşdur.
Üstünə. “Babayi-Əmir” jurnalının 1916-cı il 3 iyun tarixli 20-ci nömrəsindəçap olunmuşdur.
Uzun dərya. “Babayi-Əmir” jurnalımn 1916-cı il 22 və 23-cü nömrələrində “Qəyyur”, “Qəyyur Əyyar” imzaları ilə çap olunmuşdur.
Halın necədir. “Babayi-Əmir” jurnalının 1916-cı il 24 iyun tarixli 23-cü nömrəsində “Kəmşüur” imzası ilə çap olunmuşdur.
Dram cəmiyyəti. “Babayi-Əmir” jurnalımn 1916-cı il 1 iyul tarixli 24-cü nömrəsində “Qəyyur” imzası ilə çap olunmuşdur.
Sahib-zühur. “Babayi-Əmir” jurnalının 1916-cı il 6 iyul tarixli 25-ci nömrəsində “Qəyyur” imzası ilə çap olunmuşdur.
Oyanıb. Bu şeir tədqiqatçılardan Q.Məmmədli və R.Tağıyevin təqdimiilə 1979-cu ildə “Kirpi” jurnalının 5-ci nömrəsində çıxmışdır.
Atəş. Bu şeir tədqiqatçılardan Q.Məmmədli və R.Tağıyevin təqdimi iləyenə həmin nömrədə çıxmışdır.
Çalma. 1919-cu ildə “Şeypur” jurnalınm 2-ci nömrəsində (səh. 6) “Dağlızadə” imzası ilə dərc edilmişdir.
Ağa Şeypur. Həmin jurnalın 5-ci nömrəsində “Dağlı” imzası ilə çap olunmuşdur. “Çalma” və “Ağa Şeypur” satiraları tədqiqatçı A.Rüstəmlinin tərtib etdiyi C.Cabbarlının “Ədirnə fəthi” kitabına (Bakı, Elm, 1996) ilk dəfə salınmışdır.
Bilirəm. Şeir ilk dəfə 15 may 1922-ci ildə “Kommunist” qəzetində “C.Cabbarzadə” imzası ilə çap edilməklə yanaşı, R.Tağıyevin təqdimi ilə “Azərbaycan” jurnalının 1974-cü il 3-cü nömrəsində çıxmışdır.
Göyə çıxdı. “Zəhər” imzası ilə “Yeni yol” qəzetinin 1925-ci il 29 noyabr tarixli 272-ci nömrəsində verilmişdir. Mir Seyfulla Kirmanşahlının quruluşunda “Şeyx Sənan” pyesinin səhnə təcəssümünə həsr olunmuşdur. Şeir təkrarən A.Rüstəmlinin təqdimi ilə “Azərbaycan gəncləri” qəzetində (1989, 17 avqust) çap olunmuşdur.
Vıveskalarımız. “Molla Nəsrəddin” jurnalının 1925-ci il 29 sentyabr tarixli 39- cu nömrəsində “Sancaq” imzası ilə çap olunmuşdur.
Özünü gözlə. “Molla Nəsrəddin” jurnalımn 1925-ci il 10 oktyabr tarixli 41-ci nömrəsində çap olunmuşdur.
Tap görək. Yenə həmin nömrədə çap olunmuşdur.
Şahnamə və yaxud Qaracanamə. “Molla Nəsrəddin” jurnalının 1925-ci il 7 noyabr tarixli 45-ci nömrədə çap olunmuşdur.
Allahu-ələm. “Molla Nəsrəddin” jurnalının 1925-ci il 21 noyabr tarixli 47-ci nömrəsində çap olunmuşdur.
Olacaq-olmayacaq. Bu satira “Molla Nəsrəddin” jurnalının 1925-ci il 28 noyabr tarixli 48-ci nömrəsində “Sancaq” imzası ilə çap olunmuşdur. Felyeton C.Cabbarlının “Əsərləri”nin bu nəşrinə ilk dəfə daxil edilir.
Olacaq (Olacaq-olmayacağa cavab). Yenə həmin nömrədə çap olunmuşdur.
Məqsəd nədir. “Molla Nəsrəddin” jurnalının 1925-ci il 5 dekabr tarixli 49-cu nömrəsində çap olunmuşdur.
Parisdən-Tehrana. “Molla Nəsrəddin” jurnalının 1925-ci il 12 dekabr tarixli 50-ci nömrəsində “Sancaq” imzası ilə çap olunmuşdur.
Tehrandan-Parisə. Yenə həmin nömrədə “Zəhər” imzası ilə çap olunmuşdur.
Gözün aydın. “Molla Nəsrəddin” jurnalının 1925-ci il 19 dekabr tarixli 51-ci nömrəsində çap olunmuşdur. O nədir? “Molla Nəsrəddin” jurnalının 1925-ci il 26 dekabr tarixli 52-ci nömrəsində “Sancaq” imzası ilə çap olunmuşdur.
Truppa deyir. Bu satira “Kommunist” qəzetinin 1926-cı il 3 sentyabr tarixli 204-cü nömrəsində “Aktyor” imzası ilə çap edilmişdir. Ikinci dəfə bizim təqdimimizlə “Azərbaycan gəncləri” qəzetində (6 avqust 1986-cı il, N° 93) dərc olunmuşdur.
Qız qalası. Ilk dəfə “Maarif və mədəniyyət” jurnalının 1923-cü il tarixli 4-5-ci birləşmiş nömrələrində (səh. 21-25), 1924-cü il tarixli 1-ci nömrəsində (səh. 4-8) və 2-3-cü birləşmiş nömrələrində (səh. 41-46) çap olunmuşdur. Arxiv materialları əsasında müəyyən olundu ki, müəllif poemanın 2-ci hissəsini həbsxanada olarkən (1923) təkmilləşdirmişdir.
Aslan və Fərhad. Bu hekayə C.Cabbarlının ilk əsərlərindəndir. M.Füzuli adına Əlyazmalar Institutunda saxlanılan əlyazma nüsxəsində (Arxiv-20, Q-25 (750)) hekayənin yazılma tarixini göstərən “15 iyul 1916” qeydləri var. Ilk dəfə “Vətən uğrunda” jurnalının 1944-cü il 1-ci nömrəsində çap edilmişdir.
Mənsur və Sitarə. Hekayənin əlyazma nüsxələri Nizami adına Ədəbiyyat Institutunda və M.Füzuli adına Əlyazmalar Institutunda saxlanılır. Əlyazmalarda tarix göstərilməsə də, C.Cabbarlının bu hekayəni 1916-cı ildə yazdığı güman edilir. Ilk dəfə “Vətən uğrunda” jurnalının 1944-cü il 7-8-ci nömrələrində çap edilmişdir.
Əhməd və Qumru. Bu hekayənin əlyazması “Acı görüşlər” sərlövhəsi altında M.Füzuli adına Əlyazmalar Institutunun C.Cabbarlı fondunda (Arxiv-20, Q-30 (902), f-16, s.v.-60) mühafizə edilir. Əsər ilk dəfə A.Rüstəmlinin təqdimi ilə “Novruz” qəzetində (6 mart 1991, N° 10) dərc edilmiş, sonra isəC.Cabbarlının “Ədirnə fəthi” kitabında (Bakı, Elm, 1996) çap olunmuşdur. Parapetdən Şamaxı yoluna qədər. Bu satirik hekayə “Azərbaycan” (rusca) qəzetinin 1918-ci tarixli 26 noyabr nömrəsində “Cim” (“Djim”) imzası ilə çıxmış, Qulam Məmmədlinin təqdimi, Seyfəddin Dağlının tərcüməsində“Kirpi” jurnalında (1973, N° 14, səh. 4- 5) yenidən dərc edilmişdir.
*Parapet – indiki Fəvvarələr bağı.
*Şamaxı yolu – indiki C.Cabbarlı küçəsi.
*Metropol – indiki Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi.
*Tatarski – indiki Əlimərdan bəy Topçubaşov küçəsi.
*Qubernski – indiki Nizami küçəsi.
*Voronsovski – indiki Islam Səfərli küçəsi.
*Sitsiyanski – indiki Təbriz Xəlilbəyli küçəsi.
*Bazarnı – indiki H.Hacıyev küçəsi.
Müfəttiş. M.Füzuli adına Əlyazmalar Institutunda mühafizə olunan (Arxiv-20, Q-30 (900) bu əsər natamam hekayədir. Əlyazmada yazılma tarixi göstərilməsə də, 1920-ci illərin əvvəllərində yazıldığı güman edilir.
Çocuq. Müəllifin əlyazmaları içərisindən tapılmış bu hekayə natamamdır. 1920-ci illərin əvvəlində yazıldığı güman edilir.
Altun heykəl. Ilk dəfə “Yeni ulduz” jurnalının 1921-ci il dekabr tarixli 1-ci nömrəsində çap olunmuşdur. Sonra “Azərbaycan gəncləri” qəzetinin 1962-ci il 1 yanvar tarixli nömrəsində dərc edilmişdir.
Qara Qənbər. Bu əsər “Balaca hekayə” adı ilə 1924-cü ildə “Qızıl tələbə” jurnalının 2-3-cü birləşmiş nömrələrində “Sancaq” imzası ilə dərc olunmuşdur.
Gülzar. “Qızıl qələm” jurnalının 1924-cü il 3 və 4-cü nömrələrində “C.Cabbarzadə” imzası ilə çap olunmuşdur.
Dilarə. Ilk dəfə 1924-cü ilin mart ayında “Kommunist” qəzetinin “Xalq ədəbiyyatı həyatdan doğar” əlavəsində (N°1) çıxmış, sonra isə “Qızıl qələm” jurnalının 1924-cü il 5-ci nömrəsində çap olunmuşdur.
Dilbər. Bu hekayə “Maarif və mədəniyyət” jurnalının 1927-ci il, 1-2-ci (səh. 36-37) birləşmiş nömrələrində çap olunmuşdur.
Papaq. Bu satirik hekayə təxminən 1930-cu ildə yazılmış, lakin uzun illər çap olunmamışdır. Hekayənin əlyazması “Adsız bir hekayə” sərlövhəsi ilə Əlyazmalar Institutuna (Arxiv-20, Q-3 (19), f-16, s.v.-67) daxil olmuşdur. Müəllif tərəfindən hekayənin üzərində aparılmış düzəlişlər nəzərə alınmışdır. Əlyazmanın 12-ci səhifəsində latın əlifbası ilə yazılmış “sifariş” sözü çox güman ki, hansısa redaksiya tərəfindən verilmiş tapşırığa işarədir.
Nifə – lifə sözünün təhrif olunmuş şəkli, şalvarın bel hissəsində bağ yerinə
deyilir.
*Böyük Səlyan küçəsi – indiki M.Müşfiq küçəsi.
*“Hüseyn Kürd nağılı” – ehtimal ki, Hüseyn Kürd Şəbüstərinin illüstrasiyalı “Nağıllar” (Tehran, hicri 1296-cı il, fars dilində) kitabı nəzərdə tutular.
*Vodavoznı – indiki Almaz Ildırım küçəsi.
*Malakan bağı – indiki Xaqani bağı.
Əsər ilk dəfə A.Rüstəmlinin təqdimi ilə “Ədəbiyyat” qəzetində (7 dekabr 1990-cı il) çap olunmuşdur.
Gülər. Bu hekayə “Kommunist” qəzetinin 1934-cü ildə Azərbaycan Yazıçıları İttifaqının birinci qurultayına həsr olunmuş xüsusi nömrəsində (13 iyun, N° 138 (4161)) çap olunmuşdur. Hekayənin süjeti çox ehtimal ki, C.Cabbarlının həyatda təsadüf etdiyi bir hadisədir. Azərbaycan qızlarının ilk dəfə C.Cabbarlının ssenariləri üzrə çəkilmiş filmlərdə (“Sevil”, “Almaz”) oynamağa cəlb edilməsində dramaturqun mühüm rolu olmuşdur.
Firuzə. C.Cabbarlı onu “Pravda” qəzeti üçün rus dilində yazmışdır. Hekayə ilk dəfə 1935-ci ildə yanvar ayının 4-də “Kommunist” qəzetində Məmməd Arifin tərcüməsi ilə çap olunmuşdur. Hekayənin ilk adı (ruscada) “Bakı” idi Qəzetdə isə “Firuzə” adı ilə dərc edilmişdir.
Bir ehtimala görə, C.Cabbarlı özü həmin hekayəni vaxtı ilə Azərbaycan dilinə tərcümə etmişdir, lakin bu tərcümə hələ tapılmamışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.