Press "Enter" to skip to content

Cəfər Cəfərov (teatrşünas) ->

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

Cəfər cəfərov

Yüklənir. Zəhmət olmasa gözləyin.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Tarix və coğrafiya fakültəsində görüş keçirib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov dekabr ayının 3-də universitetin 2 nömrəli tədris binasında Tarix və coğrafiya fakültəsinin professor-müəllim və tədris-köməkçi heyəti ilə görüş keçirib. Görüşdə Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev də iştirak edib. Görüşdə qarşıda duran vəzifələr, idarəetmə, tədris və imtahan prosesinin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, pedaqoji təcrübə, kollokviumların keçirilməsi, qarşıdan gələn payız semestrinin imtahan sessiyasına hazırlıq və digər məsələlər müzakirə edilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov görüşü giriş sözü ilə açaraq bildirib ki, Azərbaycanın iqtisadi, siyasi, sosial, hərbi gücü və mədəni inkişafı bilavasitə elm və təhsilin inkişafı ilə sıx bağlıdır. Müasir dünyamızın reallıqları və yeni çağırışları Azərbaycanın elmi əsaslarla idarə olunmasını vacib bir vəzifə kimi qarşıya qoyur. Ölkəmizdə elm və təhsilin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafını ölkəmizin davamlı inkişaf strategiyasının öncül istiqamətlərindən biri elan edib. Dövlət başçımız Azərbaycanın iqtisadi potensialının intellekt kapitalına çevrilməsini mühüm bir vəzifə kimi irəli sürüb. Azərbaycan təhsili uğurla Avropa təhsil məkanına inteqrasiya edir. Ölkəmizdə pedaqoji təhsilə, o cümlədən müəllim hazırlığına xüsusi diqqət yetirilir.
Rektor çıxışında qeyd edib ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz bu yeni inkişaf mərhələsinə uyğun olaraq ADPU-nun maddi-texniki bazasını, elmi-pedaqoji kadr potensialını, informasiya-kommunikasiya texnologiyaları ilə təminatının gücləndirməli, müasir əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislər hazırlamalıyıq. Bizim əsas vəzifəmiz, başlıca məqsədimiz tədrisin keyfiyyətini yaxşılaşdırmaq, yüksək bilik səviyyəsinə, hərtərəfli dünyagörüşə malik pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da təhsilin keyfiyyət göstəriciləri yüksəlməlidir. Biz xarici əlaqələrimizi genişləndirməli, beynəlxalq proqram və layihələrdə fəal iştirak etməli, innovativ təşəbbüslərlə çıxış
etməli, ADPU-nun fəaliyyətini müasir tələblərə uyğun qurmalıyıq. Universitetdə əmək və tədris şəraitinin yaxşılaşdırılması üçün təmir-tikinti işlərinin davam etdirilməsi nəzərdə tutulur. Təmir-tikinti işlərinin davam etdirilməsinə dəstək verilməsi üçün Nazirlər Kabinetinə müvafiq məktubla müraciət edilib. Qarşıdan payız semestrinin imtahan sessiyası gəlir. Biz kollokviumları və imtahan sessiyasını şəffaf və obyektiv keçirməliyik. Bütün fakültələr kimi, Tarix və coğrafiya fakültəsi də bu işlərdə fəal iştirak etməlidir.
Rektor Cəfər Cəfərov çıxışının sonunda professor-müəllim və tədris-köməkçi heyətinə öz bilik və peşəkarlıq səviyyələrini yüksəltməyi tövsiyə edib, onları universitetdə həyata keçirilən islahatlarda rəhbərliyə dəstək verməyə çağırıb.
Tarix və coğrafiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Rəcəb Əliyev, Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, Ümumi pedaqogika kafedrasının müdiri, professor İramin İsayev, Fəlsəfə və sosial fənlər kafedrasının müdiri, professor Məhəmməd Balayev, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, İqtisadi coğrafiya kafedrasının müdiri, dosent Oktay Alxasov, Ümumi coğrafiya kafedrasının müdiri, coğrafiya elmləri doktoru Məmməd Abduyev çıxış edərək görüşün keçirilməsinə görə ADPU-nun rektoru, professor Cəfər Cəfərova təşəkkür ediblər. Çıxış edənlər universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris planları, imtahan və tədris prosesi, bilik və bacarıqların qiymətləndirilməsi, xarici dillərin öyrənilməsi barədə öz fikir və mülahizələrini bölüşüblər.
Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev çıxış edərək tədris və imtahan prosesi ilə bağlı səslənən fikir və təkliflərə münasibətini bildirib, qarşıda duran vəzifələr və onların həlli barədə danışıb, sualları cavablandırıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsi

  • Baxış: 11379
    Xəbərin tarixi: 05.12.2016 / 11:45

Cəfər Cəfərov (teatrşünas)

Cəfər Haşım oğlu Cəfərov ( 20 sentyabr 1914 , Bakı [1] – 19 sentyabr 1973 , Bakı ) — azərbaycanlı teatrşünas, ədəbiyyatşünas və estetik, sənətşünaslıq doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973).

Həyatı [ redaktə | mənbəni redaktə et ]

Cəfər Cəfərov 1914-cü il sentyabrın 7-də Bakıda doğulub. İlk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi hissə müdiri (1937–1938), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin müdiri (1938–1939), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1939), mədəniyyət nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub. 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət İnstitutu Teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilməsinə, kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib.

Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən başlayıb. O, Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin, Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza Təhmasibin yaradıcılıqları barədə elmi məqalələr, monoqrafiyalar yazıb. Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir neçə kitab çap elətdirib. Azərbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına resenziyalar yazıb.

Cəfər Cəfərov “Rejissor sənəti”, iki cilddə Azərbaycan və iki cildə rus dillərində “Seçilmiş əsərləri”, “Azərbaycan Dram Teatrı” kitablarını, “Cavid və teatr”, “Mirzə Fətəli Axundazdənin dramaturgiyası”, “Mirzə Fətəli Axundzadə və teatr”, “Vilyam Şekspirin dramaturgiyası” elmi əsərlərini yazıb.

Cəfər Cəfərov 1973-cü il sentyabrın 19-u Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

İstinadlar [ redaktə | mənbəni redaktə et ]

  1. ↑ Джафаров Джафар Гашум оглы // Большая советская энциклопедия (rus.) : [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

İstinadlar Redaktə

  1. ↑ Джафаров Джафар Гашум оглы // Большая советская энциклопедия (rus.) : [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Comments are closed, but trackbacks and pingbacks are open.