Press "Enter" to skip to content

Elxan Elatlı Cəhənnəmdən Gələn Səs PDF

Yayın Evi: Elgün

Elxan Elatlının kitabları (PDF yüklə)

Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika-riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam etdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980-1985-ci illərdə BDU-nun mexanika-riyaziyyat fakültəsində oxuyub. 1985-2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı (“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.

Elxan Elatlı “Cəhənnəmdən Gələn Səs” PDF

Detektiv romanlar müəllifi Elxan Elatlının “Cəhənnəmdən gələn səs” romanında XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından, erməni əsirliyindəki azərbaycanlıların qorxunc planlara alət edilməsindən və onların tükürpərdici aqibətindən bəhs olunur.
17 ildir erməni əsirliyində olan bir azərbaycanlı qadın təsadüfən əlinə keçən imkandan istifadə edərək Bakıdakı təsadüfi nömrələrin birinə zəng vurub Azərbaycanda təxribat və qətllərə hazırlaşan ermənilərin müdhiş planı haqda məlumat verir. Qadın özü kimi erməni əsirliyində olan Səid adlı oğlunun təlimatlandırılaraq Bakıya göndərildiyini deyib telefonu söndürür. Gecə yarısı evinə zəng gələn adam isə bu məlumatı Azərbaycanın xüsusi xidmət orqanlarına çatdırır. Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə keçərək əməliyyat planı hazırlayırlar. “Leopard” ləqəbli Azərbaycan kəşfiyyatçısı Ermənistandan Bakıya zəng vuran qadını axtarmaq üçün düşmən ölkənin ərazisinə keçir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

1962 – Həyatdadır

Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük.

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Elxan Elatlı “Cəhənnəmdən Gələn Səs” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

elxan-elatli-cehennemden-gelen-ses-PDF.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Cəhənnəmdən Gələn Səs – Elxan Elatlı Kitap özeti, konusu ve incelemesi

Cəhənnəmdən Gələn Səs kimin eseri? Cəhənnəmdən Gələn Səs kitabının yazarı kimdir? Cəhənnəmdən Gələn Səs konusu ve anafikri nedir? Cəhənnəmdən Gələn Səs kitabı ne anlatıyor? Cəhənnəmdən Gələn Səs PDF indirme linki var mı? Cəhənnəmdən Gələn Səs kitabının yazarı Elxan Elatlı kimdir? İşte Cəhənnəmdən Gələn Səs kitabı özeti, sözleri, yorumları ve incelemesi.

09 Aralık 2022 17:00 Kitap

Kitap Künyesi

Orijinal Adı: Cəhənnəmdən Gələn Səs

Yayın Evi: Elgün

İSBN: 2000162147962

Sayfa Sayısı: 367

Cəhənnəmdən Gələn Səs Ne Anlatıyor? Konusu, Ana Fikri, Özeti

Elhan Elatlı ” Cehennemden Gelen Ses” kitabını 20. yüzyılın en büyük katliamı olan Hocalı soykırımına ve ermeni esirliğinde halende acı çekmekte olan Azerbaycanlılara iltihaf etmişdir.

Cəhənnəmdən Gələn Səs Alıntıları – Sözleri

  • İnsan insanı ancaq 2 şeyə görə öldürə bilər.Bir doğma torpağını,birdə namusunu qorumaq üçün.
  • İnsanın insanı öldürməsi vəhşilikdir.
  • -Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? -Kim? -O adam ki, nəyisə etməklə bərabər, etməməyi də bacarsın.
  • – Sən bilirsən mən onu niyə vurdum?! –Ona görə yox ki, əsgər getmək istəmir, ona görə ki, anasını söydüm, durub üzümə baxdı. Mənə əl də qaldırmadı. Yoxsa, nəyimə lazımdır onun əsgər getməyi?! Anasının qeyrətini çəkməyən, guya, gedib vətən qoruyacaq?!
  • Bu millətin təhsilinə zərbə vurmaq lazımdır, sağlamlığına zərbə vurmaq lazımdır. Belə olsa , iyirmi ilə , görərsən ki, millət məhv olub. Ancaq, güllə ilə, bomba ilə heç yüz ilə də qırıb qurtarmaq olmaz bu milləti.
  • 1992- ci ilin fevralın 26-da Xocalıda 613 nəfər öldürülüb.8 ailə tamamilə məhv edilib.1275 nəfər ermənilər tərəfindən əsir götürülüb.150 nəfərin taleyindən isə ümumiyyətlə bu günə qədər heç bir məlumat yoxdur.
  • Çətindir adamın özünə qəsd eləməyi.Ölümə nə var ki? Ölüm toy-bayramdır.
  • Bir işin ki, axırı olmayacaq,əvvəlinə başlamağın nə faydası ?

Cəhənnəmdən Gələn Səs İncelemesi – Şahsi Yorumlar

Oxuduğum ilk kriminal əsər. Əsəri oxuyarkən çox təəccübləndim. Ona görə ki, dövlətin çatışmazlığını bu qədər açıq şəkildə göstərən və açıq şəkildə ifşa edilən bir əsər necə olub ki, çap olunmağa icazə alıb. Əsərin proloqu insana demək olar ki, hər şeyi çatdırır. Jurnalist olan Yunis Muradov toydan öz fahişəsi ilə qayıdır. Hardasa Xocalı hadisələrinin 17 ilinin tamam olmasına sayılı günlər qalıb ve televiziyada bu haqda bəzi məlumatlar verilərkən qadın çox pis olduğunu deyir ve ondan konsert verilən kanala çevirməsini istəyir. Burdakı alt məna çox acınacaqlıdır. İkincisi, Yunis Muradov evli idi və onun toyda olduğunu bilən həyat yoldaşı ona zəng vurub halını soruşur, ona xəyanət edən Yunis hər şeyin qaydasında olduğunu deyir. İkinci bir alt məna ortaya çıxır. Bunu da ailə kiçik bir dövlətdir düşüncəsindən çıxış edərək fikirləşə bilərsiz. Üçüncü məsələ isə yazıçının əsərin proloq hissəsini bu şəkildə verməsi heç də təsadüfi deyil. Məhz ailəsini aldadıb başqa qadınla birlikdə olan Yunis’ə Ermənistanda əsirlikdə olan bir qadının zəng vurub Bakıda ermənilərin yaratdığı gizli təşkilat haqqında xəbər verməsinin mənası da bu ola bilər ki, yalnız Xocalı ildönümülərində yada düşən Xocalı sakinləri Vətənin ən böyük yarası olduğuna görə heç kim kef içində yaşamamalıdır. Ermənistandan Azərbaycana gizli təşkilata xidmət etmək üçün göndərilən həmin adam zəng vuran vətənpərvər qadının öz oğlu idi. Səid Namazov. O Səid ki, o qədər əzab çəkmişdi əsirlikdə olarkən artıq manqurtlaşmışdı. Anasına əzab verməsinlər deyə ermənilərlə razılığa gəlmişdi. Səid qovula-qovula namərd edilmişdi. Xocalı əsirlərinə verilən əzablar o qədər açıq şəkildə göstərilib ki, insan bir anlıq Səid kimi bütün insanlardan nifrət etmək istəyirdi, hətta öz millətindən belə. Səid ona görə özünə gələ bilmirdi ki, Azərbaycanda atəşkəs elan olunanda və Xocalı soyqırımı dünyanın əksər qabaqda gedən ölkələrində tanınandan sonra niyə əsirlikdə olanlar heç kimin yadına düşmədi. Ona görə də o Bakıda gəlib qırğın törətməyə razı olmuşdu. Düşündüyü bir şey var idi – Ana. Əslində Səidə haqq qazandırmaq da düzgün deyil. Onun anasına da zülmlər verilməsinə baxmayaraq oğlunun belə iş tutacağını bilib ona yalvardı ki, dövlətinə xəyanət etmesin. Yalnız bir şey var. Heç kim Səidi yaxşı ve ya pis cəhətdən yargılaya bilməz. Həmin vəziyyətdə olmadığımız müddətcə o anda nə edəcəyimizi düşünə bilmərik. Səid zəif xarakterli biri idi. Anası qadın olmasına baxmayaraq daha mərd idi. 17 il keçməsinə baxmayaraq vətəninə satqınlıq etmək fikri yox idi. Amma yazıçı burda bir az süniliye yol verib. Çünki bəzən təbiilik başqa şeylər göstərir bizə. Erməni cəlladlarının əməlləri o qədər açıq göstərilib ki, bəzən insan olduğundan utanırsan.. Əsərdə yaradılmış sevgi lövhələri de romana rəng qatır. Yazıçı əsər boyu insanı düşündürür. Təsvir formaları uğurlu alınmışdır. Amma yazıçı bəzən Ələmdar obrazı ilə bağlı şişirtmə də edib. Oxucunun gözündə super qəhrəman’laşdırıb. Deyəcək çox sözüm var, ama yazdıqca bitməz. Oxunub düşünməyə dəyər. (Ceyhun Cəfərli)

Salam dostlar bu gün Elxan Elatlının “Cəhənnəmdən gələn səs”dedektiv romanı ilə gəldim.Yazardan oxuduğum üçüncü kitab idi.Açığı yazarın qələminin çox da sevmirəm. Hətta uzun müddət olardiki oxumurdum.Səbəbi isə yazarın çox açıq-saçıqlığa yol verməsidi.Yazarin Xocalı soyqırımı ilə bağlı kitab yazdığını eşitdib tez kitabı əldə etdim və oxudum.Kitab maraqlı idi iki günə oxuyub bitirdim 475 səhifəni.Çox axıcı idi amma yenədə azda olsa açıqlıq vardı.Kəçirəm kitabın mövzusuna. Bir gecə jurnalistin evinə zəng gəlir.Zəng edən isə Ermənistandan 1992-ci ildə Xocalı soyqırımı zamanı əsir düşmüş qadındır.Qadin Azərbaycanda ermənilərin qorxunc planlar keçirəcəyini xəbər verir.Və beləliklə kitabın əsas mövzusu Azərbaycan kəşfiyyatçıları dərhal fəaliyyətə başlayır planlar hazırlayırlar.Mayor Ələmdar Məlikov “Leopard ləqəbi ilə əməliyyata başçılıq edir və erməni təxribatçılarını ələ keçirmək üçün əlindən gələni edir. Xocalı soyqırımı ilə bağlı oxuduğum 4-cü kitab oldu.”Əsir düşərgəsi”,”Ümidlərin izi ilə”,”Gün ağarırken Karabağ”, və son olaraq”Cəhənnəmdən gələn səs” kitablarıdır. (Rasi)

Cəhənnəmdən Gələn Səs PDF indirme linki var mı?

Elxan Elatlı – Cəhənnəmdən Gələn Səs kitabı için internette en çok yapılan aramalardan birisi de Cəhənnəmdən Gələn Səs PDF linkidir. İnternette ücretli olarak satılan çoğu kitabın PDFleri bulunmaktadır. Ancak bu PDF’leri yasal olmayan yollarla indirmek ve kullanmak hem yasalara hem de ahlaka aykırıdır. Yayın evlerinin sitesinden PDF satılıyorsa indirebilirsiniz.

Kitabın Yazarı Elxan Elatlı Kimdir?

Elhan Elatlı 1962 yılı, 19 aralık Azerbaycan`ın Şamahı bölgesinin Sis köyünde doğdu. Çocuk yaşlarından edebiyyata büyük ilgisi varmış. Küçük çaplı şiirler ve hikayeler yazarmış.

1980-1985 yıllarında BDU ( Bakü Devlet Üniversitesi ) mekanika-matematik bölümünü okudu. 1985-2001’li yıllarda fizik-matematik öğretmeni, yürütmenin bölge özel temsilcisi, okul müdürü görevlerinde çalıştı.

2001 yılından beri Bakü de yaşıyor.

Şimdiye kadar 14 kitabı çıktı. Bunlardan 3`ü şiir,2`si mantlksal matematik, 9`uysa polisiye kitaplardır. “İhanet” romanından sonra polisiye türünde tanınmağa başlamışdır.

Yazar, Azerbaycan Yazarlar Birliği üyesidir.

Elxan Elatlı Kitapları – Eserleri

  • Adsız Tablo
  • Seçilmiş Cəza
  • Ən Yaxın Planet
  • Arxalı Canavar
  • Qisas Gecəsi
  • Cəhənnəmdən Gələn Səs
  • Yeddinci Mərtəbədə Qətl
  • İtmiş Qızın Axtarışı
  • Dilənçi Qadının Sirri
  • Ələkeçməz Yaquar
  • Pəncərədə Görünən Kölgə
  • Bakıdan Gələn Xəfiyyə
  • Xəyanət
  • Görünməyən İzlər
  • Qanunsuz Əməliyyat
  • Niyə Susursan, Polkovnik?
  • On Dördüncü Adam
  • Məhəbbətin Gizli Kodu
  • Qan Ləkəsi
  • Xəstə ruhlar
  • O Gecə Yağış Yağırdı
  • Mərtəbələr
  • Ölüm Ağacının Kölgəsində
  • Eksperiment
  • Qanbay Qasımlının Xəfiyyələri
  • Armed Mişel
  • Yeddinci Mərtəbədə Qətl
  • Uğursuz Gecə
  • Qan Ləkəsi

Elxan Elatlı Alıntıları – Sözleri

  • “Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.”.. (Adsız Tablo)
  • “Mənim ölümümdə heç kəs günahkar deyil. Bunu özüm düşünmüşəm. Çünki, həyatın heç bir mərtəbəsində yerim yoxdur artıq. ” (Mərtəbələr)
  • Anlaya bilmirdi ki, bəzi insanlar niyə cinsi əlaqəni heyvanlar kimi anlayırlar? Axı bu zövqü insanlara bəxş edən Tanrı onu məhəbbətlə bir yerdə verib! Qarşılıqlı məhəbbət olmadan necə ola bilər axı bu iş. (Arxalı Canavar)
  • Aydan sonra Yerə ən yaxın olan göy cismidir. Biz onu hər gün səhər, dan yeri yenicə sökülməyə başlayanda görürük. Bu zaman o Ay kimi parlaq və gözəl olur. Günümüzə günəşdən qabaq gəlməklə bizə səhərin açılacağını xəbər verir. Qəlbimizi sevinclə, inamla doldurur. Sonra isə itiririk onu. O daha görünmür. Həyat da Kainat kimi çox qəribədir. Bəzən bizə ən yaxın olan biri, eyni zamanda, başqalarından daha uzaq görünür. Onu həm yaxın hesab edirik, həm uzaq. Az qala özümüz qədər yaxın hesab edirik, ona görə ki, hərarəti ilə qəlbimizi isidir, sonsuzluq qədər uzaq hesab edirik, ona görə ki, əlimiz çatmır… (Ən Yaxın Planet)
  • -İnsanları tanımaq çox çətindir. (O Gecə Yağış Yağırdı)
  • Kim nə deyir-desin, körpələrlə ünsiyyətdə olmaq özü bir dünyadır. Onların hər bir qayğıdan uzaq şən qığıltısı, gülən və hamını güldürən büzüşmüş dodaqları, zərif, koppuş yanaqları, balaca, lap balaca əlləri. (Niyə Susursan, Polkovnik?)
  • “Bədənsiz ruhlar elə ruhsuz bədənlər kimi qorxusuzdurlar, buna əmin ola bilərsiniz. Onlar bəzən cinayət törətmək istəsələr də bunu bacarmayacaqlar. Çünki məqsədlərini həyata keçirən bədən tapılmayacaq” (Xəstə ruhlar)
  • Nə isə. Adam Allahını unudanda , doğrudan da, hər şey edə bilərmiş. (Niyə Susursan, Polkovnik?)
  • Heç bir adam barəsində «o belə bir iş tutmaz!» sözünü demək düzgün deyil. (Qan Ləkəsi)
  • Başını qaldırıb kitab şkafının üst rəfində ayrıca qoyulmuş qırmızı cildli kitaba baxdı.Bu, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsi”idi.Qəhvədən bir qurtum içib kinayə ilə gülümsədi.Maraqlıdır,görəsən,niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır,başqa cinayətinki,məsələn,səkkiz ildən?Yəni,bu rəqəmlər arasında,doğurdanmı ədalətə xidmət edən məntiqi bir fərq var idi? Bu kitaba hər dəfə baxanda düşünürdü ki,dünyada,insanlar arasında ədalət deyilən şey yoxdur.Nə ədalət var,nə də lazımi qədər ədalətli adamlar.Ədalət olsaydı,cinayətlər olmazdı.Ya kifayət qədər sözün həqiqi mənasında ədalətli adamlar olsaydı,onları hakim kürsülərində əyləşdirərdilər və onlar da hər hansı cinayəyin cəzasını öz ədalətli qəlblərinin sözünə baxmaqla müəyyən edərdilər.Kitabsız-filansız. (Seçilmiş Cəza)
  • -Yox , əzizim , məhəbbətə görə heç vaxt cinayət törətmirlər . Cinayətlər şəhvətə , məşum ehtiraslara görə törədilir . (Yeddinci Mərtəbədə Qətl)
  • Keçmişdə deyirlərmiş ki, Tanrı qadını yaradanda gözəlliyi gözlərinə, təravəti dərisinə, incəliyi burnuna, çənəsinə, şirinliyi dodaqlarına və dişlərinə verib. (Bakıdan Gələn Xəfiyyə)
  • Tanrı öz yaratdıqlarına heç vaxt ayrı-seçkilik etməzdi. Ayrı-seçkilik etmək xüsusiyyəti yalnız insanlara məxsus idi. (Qanunsuz Əməliyyat)
  • Səngərdə bir əsgəri danışdırırlar,deyir ki,mən bura ölməyə gəlmişəm.Öldürməyə gəlmişəm deməkdənsə, ölməyə gəlmişəm deyir.Belə əsgər olar?Buna qulaq asanlar da fikirləşəcək ki,düşmənin üstünə gedən ölməyə gedir. (Qisas Gecəsi)
  • Deyirdilər ki, atasına bənzəyən qız xoşbəxt olur. (Niyə Susursan, Polkovnik?)
  • Mənə baş sındırmaq üçün dolaşıq məsələlərdən, ədalətə xidmət etməkdən duyduğum məmnunluqdan və normal yaşamaq üçün lazım olan minimum məbləğdə puldan başqa bir şey lazım deyil. (İtmiş Qızın Axtarışı)
  • Doğru deyirsən, qızım, – Qasımlı başını kədərlə tərpətdi, – kəlbəcərlilərin bugünkü durumu dünyanın haqsız dünya olduğuna bir daha sübutdur. (Qanbay Qasımlının Xəfiyyələri)
  • Həyatda inamını, ümidini tamamilə itirmiş adam, əslində, elə ölü kimi bir şeydir. (Qan Ləkəsi)
  • Bu vəhşilər qeyrəti qarşısında məğlub olduqları türk qadınının cəsədindən intiqam almışdılar. Mahirənin Ələmdarın xatirəsinə əbədi həkk olunmuş o ala gözləri ovulub çıxarılmışdı. (Ölüm Ağacının Kölgəsində)
  • Axı insan şəxsən öz başına gəlməyincə heç bir kəsin faciəsini dərindən anlaya bilmir. (Qanunsuz Əməliyyat)

Comments are closed, but trackbacks and pingbacks are open.