Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ
Verilən təqaüd sayı dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin sayına əsasən müəyyənləşir. Məsələn, bir kurs üzrə qəbul olunan 75 tələbənin 54-ü ödənişsiz əsaslarla təhsil alır. Bu o deməkdir ki, ümumi olaraq 54 tələbənin təqaüd alma şansı var. Hər semestr imtahanlarına həmin 75 tələbə arasında ÜOMG balı ən yüksək olan 54 tələbə təqaüd almaq imkanı əldə edir. Nəticəsi digərlərindən yüksək olacağı təqdirdə ödənişli əsaslarla təhsil alan tələbə də təqaüdə düşə bilər.
Tələbələrin təqaüdləri necə hesablanır? Kimlər təqaüd ala bilər?
Dövlət hesabına və ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) görə verilir.
Hər növbəti semestrdə tələbənin təqaüd alması, yaxud alacağı təqaüdün miqdarı onun əvvəlki semestr imtahanlarının nəticələrinə əsaslanır. Ödənişsiz əsaslarla təhsil alan tələbə kimi ödənişli təhsil alan tələbə də təqaüd ala bilər, ancaq bu o tələbənin imtahan nəticələrinə bağlıdır.
Verilən təqaüd sayı dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrin sayına əsasən müəyyənləşir. Məsələn, bir kurs üzrə qəbul olunan 75 tələbənin 54-ü ödənişsiz əsaslarla təhsil alır. Bu o deməkdir ki, ümumi olaraq 54 tələbənin təqaüd alma şansı var. Hər semestr imtahanlarına həmin 75 tələbə arasında ÜOMG balı ən yüksək olan 54 tələbə təqaüd almaq imkanı əldə edir. Nəticəsi digərlərindən yüksək olacağı təqdirdə ödənişli əsaslarla təhsil alan tələbə də təqaüdə düşə bilər.
ÜOMG – bir semestr ərzində keçirilən bütün fənlər üzrə tələbənin topladığı balların ümumi ortalamsıdır.
ÜOMG aşağıdakı düsturla hesablanır:
b1,b2,…,bn = tələbənin fənlər üzrə topladığı ballar;
k1,k2,…,kn= həmin semestrdə keçirilən fənlərə görə nəzərdə tutulan müvafiq kreditlər;
k1*, k2*,…, k3* = fənlər üzrə qazanılan kreditlər.
Əgər tələbə imtahandan kəsilərsə, o, krediti qazanmamış hesab edilir və bu əmsal sıfır olur.
İmtahan nəticələrinə əsasən, tələbələr “Əlaçı”, “Zərbəçi və “Adi” təqaüd əldə edir. Bəs bu necə tənzimlənir?
-fənlər üzrə göstəriciləri 91- 100 bal olan tələbələrə “əlaçı” təqaüdü;
– fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü (bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır.);
– fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.
Yəni, kəsiri olmayan və göstəriciləri 51-dən yuxarı olan tələbələrə adi təqaüd verilir.
Əsasən, bir fənn üzrə imtahandan 91-100 arası bal toplayan tələbə A, 81-91 arası bal toplayan tələbə B, 71– 81 arası bal toplayan tələbə C, 61- 71 arası bal toplayan tələbə D, 51 – 61 arası bal toplayan tələbə isə E ilə qiymətləndirilir.
Bəzi universitetlərdə təqaüdlərin verilməsi fərqli formada tənzimlənir, bu universitetin daxili nizamlamasından asılıdır.
Semestr bitdi və təqaüd alanların siyahısı müəyyən olundu. Lakin sonuncu yerə bir neçə tələbənin balı çatır. Bu zaman hansı tələbə təqaüd almalıdır?
I kursun ikinci semestrində DİM balı, sonrakı semestrlərdə isə əvvəlki semestrin orta balı (ÜOMG) yüksək olan tələbəyə təqaüd ödənilir.
Qeyd edək ki, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə I kursun I semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir.
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz – RƏSMİ
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi aprel ayından həyata keçirilsə də, yanvar ayından dövlət və özəl sektorda çalışan hər bir vətəndaşın maaşından müvafiq qaydaya uyğun sığorta haqları tutulur. Bu isə vətəndaşlarda suallar yaradır. Xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?
Vətəndaşları narahat edən digər məqam isə ondan ibarətdir ki, İcbari Tibbi Sığorta Agentliyinin saytında xidmətlər zərfində 2550 tibbi xidmət qeyd olunsa da, həmin xidmətlərin siyahısı və tarifləri aydın şəkildə izah olunmur. Bir çox xəstəliklər üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Vətəndaşlar isə bu portfelə hansı xəstəliklərin daxil olduğunu bilmək istəyirlər.
Qeyd edək ki, ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari sığorta tətbiq olunsa da Şəkidə vətəndaşlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkim qəbuluna, həm də göstərilən digər xidmətlər üçün pul ödədiklərini bildirirlər. Nəzərə alsaq ki, aprel ayının 1-dən icbari tibbi sığorta ölkə üzrə tətbiq olunur, prosesin şəffaflığı vətəndaşlar üçün çox vacib məsələdir. O baxımdan hər bir vətəndaş icbari tibbi sığorta ilə bağlı məlumatların geniş dərc edilməsini, maarifləndirmə işlərinin ciddi şəkildə aparılmasını zəruri hesab edir.
Cəmiyyəti narahat edən suallarla bağlı tibb elmləri doktoru Adil Qeybulla və İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxladıq.
BAKU.WS-ə danışan tibbi elməri doktoru Adil Qeybulla hesab edir ki, icbari tibbi sığortaya keçmək üçün biz Türkiyə modelini götürməliyik: “Biz Türkiyə təcrübəsindən istifadə etməliyik. İndi birdən-birə hər şeyi ora salmaq mümkün olmayacaq. Mən xidmətlər paketi ilə tanış olmamışam. Amma birdən-birə bütün tibbi xidmətləri icbari tibbi sığorta paketinə cəlb etmək imkan xaricində olacaq. Çünki ayrılan vəsait onu həll etmir. Amma birinci növbədə doğuş və təxirəsalınmaz yardım paketə salınmalıdır”.
A.Qeybullanın fikrincə, əslində dövlət məmurları və xüsusi gəlirli biznesmenlər xüsusi qaydada sığorta olunmalıdırlar: “Biz onunla bağlı vaxtında dövlətə təkliflər vermişik. O ki qaldı vətəndaşların sığortasına, dövlət və özəl sektorda işləyənlərin, işsizlərin də öz sığorta qaydaları var. Bütün vətəndaşlar bu şəkildə sığorta olunub, əllərində sığorta vəsiqəsi olandan sonra hamı sığortalanmış olacaq. Ondan sonra sığortanın predmeti müəyyənləşməlidir ki, sığorta paketinə bu gün nə daxildir? Təbii ki, bütün xidmətlərin pulsuz qarşılanması real deyil. Əgər bunu etsələr, bu, əlavə çətinliklər, söz-söhbət yaradacaq və iş keyfiyyətsiz olacaq”.
A.Qeybulla hesab edir ki, aprel ayından xidmət həyata keçirildiyi halda, yanvar ayından sığorta haqqı tutulması ilə bağlı vətəndaşların narazılığı haqlıdır.
İcbari tibbi sığortanın bütün prosesinin sistemli aparılmalı olduğunu vurğulayan A.Qeybulla qeyd etdi ki, vahid bir sistem, proqram olmalıdır: “Qazaxda, Lənkəranda, Bakıda oturan da bu sistemdən tam xəbərdar olmalıdır. Bütün maliyyə xərcləmələri tam şəffaf olmalıdır və hər bir vətəndaş xidmətlərin həyata keçirilməsindən tam məlumatlı olmalıdır və İcbari Tibbi Sığorta Agentliyinin saytını açan insanlar bilməlidirlər ki, hansı xidmətlər pulsuzdur və icbari tibbi sığortanı necə istifadə etmək lazımdır? Bununla bağlı təbliğat çox zəif gedir. Biz televiziya ekranlarında bunu görmürük, maarifləndirmə işi çox aşağı səviyyədədir”.
A.Qeybulla onu da nəzərə çatdırdı ki, təbliğatın aşağı olmasına məsul olan qurumlar var: “Bu məsələdə onlar sorumludur. Bunlar gərək bu işi hər gün, tez-tez geniş təbliğ etsinlər. Biz bu sistemə keçiriksə, insanlar məlumatlı olmalıdırlar ki, sizdən vəsaitlər yığılır, nəyə görə yığılır, nə qədər yığılacaq və hansı kateqoriya insanlar sığorta olunacaq? Biz onu 4 kateqoriyaya bölmüşük. Görək, bunlar onu necə bölürlər, hansı ölkənin modelindən istifadə edirik, paketə hansı xidmətlər daxil olacaq? Bütün bunlar haqqında tam təfsilatlı məlumat olmalıdır. Əgər bu, yetərsiz olsa, həkimlər də keyfiyyətli xidmətdən qaçacaqlar və keyfiyyət aşağı düşəcək, özəl klinikalarda xəstəyə baxmağa gedəcəklər. Yəni sığortaya cəlb olunan xəstəxanalarda peşəkar həkimlərin mərkəzdənqaçma meyilləri yarana bilər. Bu da yaxşı tendesiya deyil”.
Vətəndaşları narahat edən suallarla bağlı İcbari Tibbi Sığorta Agentliyi BAKU.WS-in sorğusunu cavablandırıb, cavabı olduğu kimi təqdim edirik:
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Xidmətlər Zərfinə daxil olan 2550 tibbi xidmət qeyd olunur. Ancaq xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə tanış olduqda hər kəs üçün açıq suallar qalır. Çoxlu sayda xəstəlik üçün “tətbiq edilmir” yazılır və qarşısında da qiymət qeyd olunur. Yaxud xəstəliklərin qarşısında “daxildir”, “daxil deyil” deyə qeydlər var. Vətəndaşlar bilmək istəyirlər ki, bu xidmətlərə əsas xəstəliklərdən nələr daxildir?
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən hazırda icbari tibbi sığorta ölkənin 59 şəhər və rayonunda tətbiq edilir. Həmin ərazilərdə rəsmi qeydiyyatda olan sakinlər icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən yararlana bilirlər. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur.
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir. Həmin xidmətlər bunlardır:
– İlkin səhiyyə xidməti
– Təcili və təxirəsalınmaz tibbi yardım xidməti
– İxtisaslaşdırılmış ambulator yardım xidməti
– İnvaziv radiologiya xidməti
– Stasionar tibbi xidmət
Qeyd edək ki, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.
Xidmətlər Zərfi ilə təminata alınan cərrahi əməliyyatlar sırasına koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları vardır. Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.
Məlumat üçün bildirək ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliklərin edilməsi barədə layihə hazırlanıb.
Nəzərinizə çatdırırıq ki, 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisində təmin olunacaq. Bu zaman bütün sığortaolunanlar icbari tibbi sığortadan yararlana biləcəklər.
Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində, “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində (cədvəl) tanış ola bilərlər. Sığortaolunan tibbi göstəriş olduğu hallarda cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər.
Sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilib. İcbari tibbi sığorta təminatına alınmış xəstəliklərin kodu və cərrahi prosedur kodları müvafiq olaraq “Xəstəliklərin beynəlxalq təsnifatının 10-cu baxışı (XBT-10)” və “Xəstəliklərin beynəlxalq təsnifatının 9-cu baxışı (XBT-9), prosedurların təsnifatı” üzrə müəyyən edilir. Cədvəldə bəzi tibbi xidmətlərin adının qarşısında kodun yazılmaması həmin xəstəliyin və prosedurun beynəlxalq təsnifatı üzrə kodunun olmamasını ifadə edir.
Nümunə: Cədvəldə 2.6.667 sıra nömrəsi olan “Birtəfəli ovariektomiya” cərrahi tibbi xidmətin XBT-9 üzrə prosedur kodu 65.3 olaraq müəyyən edilib.
“Tibbi Xidmətin Tarifi” xanasında qeyd edilən məbləğlər tibbi xidmətlərin göstərilməsi müqabilində Agentlik tərəfindən icbari tibbi sığorta xidmətlərinin göstərilməsi hüququ olan müvafiq tibb müəssisəsinə ödənilən məbləği müəyyən edir.
Cədvəlin “QEYD” xanasında olan abreviaturaların açıqlaması həmin sənədin 128 və 129-cu səhifələrində verilib. Cədvəlin “QEYD” hissəsində tibbi xidmətin göstərilməsi zamanı hər hansı əlavə xidmətlərin tibbi xidmətin tarifinə daxil olub-olmaması müəyyən edilir. Bəzi nümunələri nəzərinizə çatdırırıq:
Sıra nömrəsi 2.1.462 saylı “Yaranın qranulyasiyadan təmizlənməsi (böyük)” tibbi xidmətin qarşısında “QEYD” xanasında *A, *TS, *Dr daxildir” qeyd olunub. Deməli, “*A, *TS, *Dr daxildir” qeydi sözügedən ambulator tibbi xidmətin göstərilməsi zamanı istifadə edilən anesteziya xidməti, dərman və tibbi sərfin həmin tibbi xidmətin tarifinə daxil olduğunu bildirir.
– Ötən il hansı xəstəxanaların icbari tibbi sığorta sistemində vətəndaşlara xidmət göstərəcəyi açıqlanmışdı. Buraya özəl xəstəxanaların da əlavə olunacağı qeyd olunmuşdu. Hansı özəl xəstəxanalar icbari tibbi sığorta sisteminə qoşulacaq və Xidmətlər zərfinə daxil edilən 2550 xidməti onlar da həyata keçirəcəklər?
– Vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində ödənişsiz olaraq göstərilir. TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin siyahısı Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az/files/9/TEBIB_SIYAHI.pdf) yerləşdirilib.
Həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmətlər göstərilir. Vətəndaşların tibbi xidmətlərlə bağlı ehtiyaclarına uyğun olaraq müqaviləli tibb müəssisələrinin də sayı artırıla bilər. Tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün yeni xəstəxanalarla müqavilələr bağlanıla bilər.
Qeyd edək ki, tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.
– Bakı şəhəri və bir sıra rayonlarda icbari tibbi sığorta aprel ayının 1-dən tətbiq edilir. Ancaq artıq vətəndaşların maaşlarından sığorta haqları tutulur. Vətəndaşlar sual edirlər ki, xidmət aprel ayından həyata keçirildiyi halda, niyə yanvar ayından sığorta haqqı tutulur?
– Nəzərinizə çatdırırıq ki, Agentlik həm icbari tibbi sığortanın tətbiq edildiyi, həm də tətbiq edilmədiyi ərazilərdəki tibb müəssisələrini maliyyələşdirir. İcbari tibbi sığortanın tətbiq edildiyi və edilmədiyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlıdır. Belə ki, sığortanın tətbiq edildiyi tibb müəssisələri göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirilir. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılır.
– Məlum olduğu kimi, ən aşağı maaş alandan da, 8 min manat alandan 2 faiz sığorta haqqı tutulur. 10 manat sığorta ödəyənlə 160 manat sığorta ödəyənə xidmətlərdə fərqli yanaşma olacaq?
– 1 yanvar 2021-ci il tarixindən etibarən “Tibbi sığorta haqqında” Qanuna əsasən sığorta haqlarının toplanılmasına başlanılıb. Sığorta haqlarının əhali qrupları üzrə məbləği aşağıdakı kimidir:
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Bu əhali qrupu üzrə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir. 2022-ci ildən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8000 manatadək olan hissəsinin 2%-i, 8000 manatdan yuxarı olan hissəsinin 1%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyən olunub.
Sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4%-i miqdarında icbari tibbi sığorta haqqı müəyyənləşdirilib.
Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına yönəlik və həmrəylik prinsipinə əsaslanan sistemdir. Hər bir sığortaolunan icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən bərabər şərtlərlə istifadə etmək hüququna malikdir.
– Ötən il yanvar ayından bir sıra rayonlarda, o cümlədən də Şəkidə icbari tibbi sığorta tətbiq olunsa da, Şəkidə insanlar xəstəxanaya gedərkən həmişəki kimi həm həkimə ödəniş edib, həm də digər xidmətlər üçün pul ödədiklərini qeyd edirlər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu məsələrə necə nəzarət edir? Ümumiyyətlə, belə hallarla mübarizə necə aparılacaq?
– Ailə həkiminin göndərişi əsasında tibb müəssisəsinə müraciət edən sığortaolunan Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər. Habelə stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri Xidmətlər Zərfinə daxildir.
Ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri isə Xidmətlər Zərfi ilə təminata alınmayıb.
Vətəndaşlar şikayətlərini öncə müvafiq xəstəxana rəhbərlərinə müraciət etməklə bildirə bilərlər. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına və ya TƏBİB-ə ([email protected]) ünvanlaya bilərlər.
– Vətəndaşlar icbari tibbi sığorta ilə bağlı məlumatların azlığından, olan məlumatların isə tibbi terminlərlə yazıldığından anlaşılmaz olduğundan narazılıq edirlər. İcbari tibbi sığorta sistemini daha anlaşıqlı şəkildə izah edən sosial çarxlar hazırlanırmı? Ümumiyyətlə, maarifləndirmə işi niyə zəif aparılır?
– Sığortaolunanlar icbari tibbi sığorta təminatına daxil olan xidmətlərin siyahısı ilə Xidmətlər Zərfinin Əlavəsində – “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri” cədvəlində tanış ola bilərlər. Sığortaolunan tibbi göstərişi olan hallarda Cədvəldə qeyd olunan 2550 sayda tibbi xidmətdən istifadə edə bilər. Yuxarıda da bildirildiyi kimi, sözügedən cədvəldə icbari tibbi sığorta təminatına alınmış tibbi xidmətlərin identifikasiyası üçün tibbi terminlərdən, beynəlxalq təsnifatlara uyğun olan kodlardan istifadə edilir.
Məlumat üçün bildiririk ki, Səhiyyə Nazirliyinin “Stasionarların fəaliyyətinə elektron nəzarət sisteminin tətbiqi barədə” 22 noyabr 2011-ci il tarixli 108 saylı əmrinə uyğun olaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış Xəstəliklərin Beynəlxalq Təsnifatının (XBT) 9-cu baxışı üzrə kliniki modifikasiya və XBT-nin 10-cu baxışı Azərbaycan dilinə tərcümə olunmuş və tibb müəssisələrinə təqdim edilmişdir.
Yuxarıda qeyd olunanlar Azərbaycanda bütün xəstələnmə və ölüm hallarının, habelə cərrahi əməliyyatların beynəlxalq təsnifata uyğun kodlaşdırılması, ölkə səviyyəsində stasionarların fəaliyyətinin davamlı monitorinq və qiymətləndirilməsinin həyata keçirilməsi, o cümlədən beynəlxalq miqyasda xəstələnmə, ölüm halları və cərrahi əməliyyatlar üzrə müqayisəli təhlillərin aparılmasına imkan verir.
Sığortaolunanların müraciətinə əsasən, ixtisaslı həkim tərəfindən qoyulmuş diaqnoz barəsində məlumatın verilməsi, habelə zəruri müayinə və müalicə tədbirlərinin icbari tibbi sığorta təminatına daxil olub-olmaması barəsində məlumatlandırılma işi tibb heyətinə həvalə edilir.
Əhalinin maarifləndirilməsi məsələsinə gəldikdə, icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqi, habelə sistemin əhəmiyyəti, üstünlükləri barədə Agentlik tərəfindən 2019-2020-ci illərdə ölkənin bütün şəhər və rayonlarında icra hakimiyyətlərinin və müvafiq təhsil müəssisələrinin dəstəyi ilə ümumilikdə 91 sayda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirlərdə vətəndaşlar icbari tibbi sığorta sisteminin məqsədi, icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi, tibb müəssisələrinə müraciət etmə qaydaları və digər mövzularda məlumatlandırılıblar.
Koronavirus pandemiyası səbəbindən ötən ildən ölkədə xüsusi karantin rejimi tətbiq edildiyindən maarifləndirmə tədbirlərinin keçirilməsi təxirə salınmışdır.
Lakin kütləvi informasiya vasitələrində davamlı olaraq Agentliyin əməkdaşlarının icbari tibbi sığortanın tətbiqi ilə bağlı müxtəlif mövzularda çıxışları təmin edilir. Eyni zamanda Agentliyin sosial şəbəkələrdəki səhifələrində və kanallarında (Facebook, Instagram, LinkedIn, Twitter, Telegram, YouTube) mütəmadi olaraq icbari tibbi sığortanın tətbiqi, Xidmətlər Zərfi ilə təminata alınan xəstəliklər, icbari tibbi sığorta haqqı və s. mövzularda sual-cavab postları və ya videoçarxlar paylaşılır.
Həmçinin “İcbari tibbi sığorta haqları barədə bunları bilmək vacibdir!”, “Mənim ailə həkimim”, “Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər bunlardır!” və “Təcili və təxirəsalınmaz tibbi yardım xidməti hansı hallarda çağırılmalıdır?” adlı çap materialları hazırlanıb.
– İnsanlar xəstəxanalarda hansı xidmətlərin sığorta paketinə daxil edilməsi ilə bağlı anlaşıqlı posterlərin olmasını vacib hesab edirlər. Xəstəxanaların divarlarına bu cür məlumatların vurulması üçün iş aparılırmı?
– Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmət barədə məlumat elektron şəkildə Agentliyin saytında yerləşdirilib. Hər bir vətəndaş sərbəst şəkildə bu sənədlə tanış ola bilər. Agentliyin nümayəndələri tərəfindən mütəmadi olaraq Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərlə bağlı suallar cavablandırılır. Eyni zamanda Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, dərman təminatı və s. mövzuları əhatə edən maarifləndirici çap materiallarının hazırlanması, post və videoçarxların Agentliyin sosial şəbəkələrdəki səhifələrində paylanılması həyata keçirilir.
Bir daha qeyd edək ki, sığortaolunan səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) müraciət etməlidir. Ailə həkimi də ehtiyac olduğu təqdirdə sığortaolunana müvafiq ixtisaslı tibbi yardım almaq üçün ixtisaslı həkimə göndəriş verir. Sığortaolunan ailə həkimi və ya ixtisaslı həkim vasitəsilə xəstəliyi ilə bağlı ona qoyulan diaqnoz, müalicə, müayinə və digər suallara cavab ala bilər.
Ödəmə mənbəyində vergilərin tutulması
Ödəmə mənbəyində vergi Azərbaycan Respublikası Vergi Məcəlləsində vergilərin bir növü kimi nəzərdə tutulmayıb, gəlir əldə şəxs əvəzindən bu gəliri ödəyən şəxsin ödədiyi vergilər hesab olunur. Qeyri-rezident hüquqi şəxslər və fərdi sahibkarların Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən rezident vergi ödəyiciləri tərəfindən müvafiq vergilər tutulur, bəyan edilir və büdcəyə ödənilir. Əlavə olaraq, Vergi Məcəlləsində rezident vergi ödəyicisindən Azərbaycan daxilində ödəniş həyata keçirərkən fiziki şəxslərin gəlirinin ödəmə mənbəyində tutulmasını nəzərdə tutan xüsusi hallar mövcuddur. Mənfəət vergisi ilə bağlı isə bu məqalədən ətraflı tanış ola bilərsiniz.
Azərbaycanda ödəmə mənbəyində tutulan vergilər aşağıdakı kimi qruplaşdırılır:
- Qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində vergi- rezident vergi ödəyicisi tərəfindən qeyri-rezident hüquqi şəxslərin Azərbaycan mənbəyindən əldə olunan gəlirlərindən tutulur;
- Azərbaycan daxilində ödəmə mənbəyində tutulan vergilər- Rezident müəssisələr tərəfindən vergi ödəyicisi olmayan şəxslərin gəlirlərindən tutulan vergilər.
Qeyri-rezident şəxslər üzrə ödəmə mənbəyində tutulan vergilər aşağıdakılardır:
- Dividend gəliri – 10%. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Səhmdar cəmiyyətinin səhmdarlarına ödənilən dividendlər 1 Fevral 2023-cü ilədək vergidən azaddır.
- Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulması – 10%. Qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
- Faizlər – 10%. Rezident kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə, maliyyə lizinqini həyata keçirən rezident şəxslərə və ya qeyri-rezident bankların, maliyyə lizinqini həyata keçirən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə kreditlər (ssudalar), depozitlər (hesablar) üzrə ödənilən faizlər istisna olmaqla, rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
- Sığorta ödəmələri – 4%. Rezident müəssisəsinin və ya sahibkarın lizinq, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödəmələri, habelə riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələrindən ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergi tutulur.
- Beynəlxalq rabitə və daşımalar – 6%. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri üzr ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.
- Azərbaycan mənbəyindən əldə olunmuş gəlirlər – 10%. Hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri 10 faiz dərəcə ilə vergiyə cəlb olunur.
- İcarə haqları– 14%. Daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.
- Royalti – 14% Rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə 14% dərəcə ilə vergi tutulur.
- Elektron pul kisəsində yaradılan hesaba pul köçürülməsi – 10%. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.
- Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş şəxslərin bank hesabına köçürmələr – 10%. Güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən 10% məbləğində ödəmə mənbəyində vergi tutulur. Hər il Azərbaycan Respublikası Prezidentinin təsdiqi ilə güzəştli vergi tutulan ölkələrin siyahısı yenilənir.
Azərbaycan daxilində tətbiq edilən ödəmə mənbəyində tutulan vergilər:
- Dividend gəliri – 10%. Azərbaycan Vergi Məcəlləsində bununla bağlı hər hansı fərqli tənzimləmə nəzərdə tutulmur və yuxarıda izah olunan müddəa burada da tətbiq olunur.
- Faizlər – 10%. Azərbaycan Vergi Məcəlləsində bununla bağlı hər hansı fərqli tənzimləmə nəzərdə tutulmur və yuxarıda izah olunan müddəa burada da tətbiq olunur.
- İşçilərin əməkhaqqısı və vergi ödəyicisi olmayan şəxslərin gəlirləri – İşəgötürən işçilərin maaşları, mükafatlar və bu qəbildən olan digər ödənişlərdən 14% (2500 manatdan yuxarı olduqda 25%) dərəcə ilə vergi tutur. İşçilərin gəlir vergisi haqqında ətraflı məlumat üçün buradakı məqaləmizə baxın.
- İcarə haqqı – 14%. Əgər icarəyəverən vergi ödəyicisi deyilsə, bu zaman qeydiyyatdan keçmiş vergi ödəyicisi icarə haqqlarını ödəyərkən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutub büdcəyə ödəməlidir. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir. Həmçinin, hüquqi şəxslər icarə haqqından gəlirlər üzrə 20% dərəcə ilə mənfəət vergisi ödəməlidir.
- Royalti – 14% Rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir Azərbaycan mənbəyindən əldə edilmişdirsə 14% dərəcə ilə vergi tutulur.
- Daşınmaz əmlakın satışından gəlir vergisi. Burada xüsusi hesablamalar tətbiq edilir. Daşınmaz əmlakın satışı ilə məşğul olan notariuslar və hərrac təşkilatları Vergi Məcəlləsinə uyğun olaraq, satış məbləğindən müəyyən faizlərlə vergi tutulmasını həyata keçirirlər.
- 1% nağdlaşdırma vergisi. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə vergi hesablanır.
- Ödəmə mənbəyində tutulan vergilər üzrə xüsusi hallar. Lotereya və qumar oyunlarından əldə edilən gəlirlər, nağd ödənişlər haqqında qanuna uyğun olaraq vergi ödəyicilərinə nağd ödənişlər və s.
Yuxarıda izah edilən ödəmə mənbəyində tutulan vergilər və dərəcələr Azərbaycanda ümumi vergi rejiminə daxildir. Xüsusi vergi rejimləri bəzi hallarda tətbiq olunur, məsələn, yerli vergi qanunvericiliyindən üstün olan beynəlxalq sazişlərin müddəaları.
Beynəlxalq sazişlərin üzrə ödəmə mənbəyində vergilərin tutulması
Hasilatın pay bölgüsü sazişləri üzrə ödəmə mənbəyində vergilər (neft-qaz sahəsi)
Neft və qazın hasilatı və daşınması ilə əlaqədar hasilatın pay bölgüsü və əsas ixrac boru kəməri haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən müəssisələr xüsusi vergi rejimli müəssisələr hesab olunur.
Mənfəət vergisinin əvəzinə neft-qaz sahəsində fəaliyyət göstərən xarici vergi ödəyiciləri (qeyri-rezident müəssislər) ödəmə mənbəyində vergilərin tutulması 5-10 dərəcə ilə tutulur. Azərbaycandakı müxtəlif sazişlər üzrə müxtəlif vergi dərəcələri mövcuddur. Məsələn, kompensasiya edilə bilən xərclər istisna olmaqla, xarici subpodratçılara edilən ümumi ödənişlərdən Azəri-Çıraq-Günəşli sazişi üzrə – 5%, Şahdəniz sazişi üzrə – 6.25% dərəcələri ilə ödəmə mənbəyində vergi tutulur.
İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər üzrə ödəmə mənbəyində vergilərin tutulması
Xarici ölkələr arasında imzalanmış ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər vergi dərəcələrinin müxtəlif olmasından yarana biləcək məsələlərin həllini nəzərdə tutur. Azərbaycan 55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş bağlamışdır.Bu sazişlərdən 53-ü qüvvədədir, qalan 2 saziş isə hələ qüvvəyə minməyib. Əgər DTA (ikiqat vergitutmanın aradan qaldırılması)-larda müəyyən olunmuş ödəmə mənbəyində verginin dərəcəsi Azərbaycandan yüksəkdirsə, bu zaman yerli Vergi Məcəlləsində müəyyən olunmuş faizlər tətbiq olunur. Məsələn, Birləşmiş Krallıq, İsveçrə, Kanada, Belçika, Almaniya, Yaponiya, Maldova, Norveç və s. ölkələrlə Azərbaycan arasındakı sazişlərdə dividendlərdən tutulan ödəmə mənbəyində verginin dərəcəsi 15%-dir. Lakin, Azərbaycanda bu faiz 10% olduğu üçün, Azərbaycanda yerli Vergi Məcəlləsinin icazə verdiyi maksimum faizlər üzrə vergi tutulmalıdır (10%). İkiqat vrgitutmanın aradan qaldırılması üzrə sazişlərdə qeyd olunmuş faiz dərəcəsi Azərbaycanda tətbiq olunan faiz dərəcəsində aşağı olduğu hallarda isə, Vergi Məcəlləsinin müddəaları deyil, beynəlxalq sazişlərdə qeyd olunmuş faizlər üzrə vergi tətbiq edilir. Məsələn, Ruminiya, İsveç, Sloveniya, Danimarka, Macarıstan (bəzi şərtlərlə), İordaniya, Yunanıstan, Malta və Makedoniya ilə olan ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərdə faizlərdən ödəmə mənbəyində tutulan verginin dərəcəsi 8% müəyyən edilmişdir. Deməli, bu ölkələrlə olan əməliyyatlarda faizlərdən ödəmə mənbəyində 8% dərəcə ilə vergi tutulacaq (10% yox).
2017-ci il 12 iyun tarixli İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarına əsasən, xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında əldə edilən gəlirinə münasibətdə beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi məqsədilə DTA-03 ərizə forması doldurulur və Azərbaycan Respublikasında ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız formada təqdim edilir. DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.
Gəlir ödəyən şəxs (vergi agenti) yalnız uçotda olduğu vergi orqanından razılıq məktubunu, gəliri əldə edən qeyri-rezidentdən isə vergi orqanına təqdim edilmiş bütün sənədlərin əslini əldə etdikdən sonra qeyri-rezidentə ödəniş edərkən beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsini tətbiq edə bilər. Adıçəkilən razılıq məktubu alınanadək qeyri-rezidentə edilən ödənişlərə münasibətdə azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə yol verilmir.
Qeyri-rezident razılığa gələn digər dövlətdə vergi ödəyərkən Azərbaycan Respublikasında ödənilmiş vergilərin nəzərə alınması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezident tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergilərin təsdiq edilməsi haqqında” Ərizə (DTA-04 forması) təqdim etməklə, onun tərəfindən Azərbaycan Respublikasında ödənilmiş vergi məbləğlərinin təsdiq edilməsi ilə bağlı müraciət edə bilər.
Beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydalarında nəzərdə tutulmuş ərizə təqdim edilmədikdə, vaxtında təqdim edilmədikdə, yaxud hər hansı digər səbəbdən qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını (DTA-05 forması) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.
Artıq ödənilmiş vergilərin geri qaytarılması üçün DTA-05 formasına qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən, gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu və həmin gəlirdən müvafiq vergilərin faktiki olaraq ödənildiyini (tutulduğunu) sübut edən bütün təsdiqedici sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlər əlavə edilməlidir.
Azərbaycanda ödəmə mənbəyində tutulan vergilərlə bağlı dəstək, vergi planlaması və vergi optimallaşdırılması üzrə məsləhətlərin verilməsi, ödəmə mənbəyində tutulan vergilərin dərəcələri, prosedurları haqqında ətraflı məlumat alınması, həmçinin mövcud azadolmalardan istifadə etmək, ikiqat vergitutma sazişləri üzrə ödənilmiş vergilərin geri qaytarılması üçün bizimlə əlaqə saxlayasız.
Vergi xəbərləri, tədbirləri və məqalələri barədə məlumat almaq istəyirsinizsə, “Vergi Xəbərləri” başlığı ilə [email protected] ünvanına məktub göndərməyinizi xahiş edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.