Press "Enter" to skip to content

Çiçəkli dağ pyesi

Nearby cities:

Azərbaycanın ilk nağıl cəngavəri

Gündüz Abbasov – 90

Kinorejissor Əlisəttar Atakişiyevin 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesi əsasında çəkdiyi “Bir qalanın sirri” film-nağılındakı Elşən rolunu ifa etmiş kinoaktyor Gündüz Abbasovu yaşlı və orta nəsil tamaşaçılar yaxşı xatırlayırlar. Filmin baş qəhrəmanı Elşən məkrli Göygöz Kosaya qalib gəlir, sevgilisi Mətanəti düşmən əlindən xilas edir.

Bir çox filmlərdə yaddaqalan obrazlar yaratmış Gündüz Abbasovun kinoda debütü 1942-ci ildə “Sovet pəhləvanı” adlı qısametrajlı bədii filmdə olmuşdu. Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova həsr olunmuş filmdə baş qəhrəmanın kiçik dostu, balaca çoban rolunda oynamışdı.
Gündüz Abbasovun böyük kinoya gəlişi isə 1958-ci ildə baş verdi. Bakı kinostudiyasında dramaturq İmran Qasımovun ssenarisi əsasında rejissor Əjdər İbrahimovun çəkdiyi “Onun böyük ürəyi” bədii filmində prokuror Rəcəb obrazını Gündüz Abbasov sevərək yaratmışdı. Bu rola çəkiləndə o, 28 yaşında idi. Ailə qurmuşdu, iki övladı vardı. Yeri gəlmişkən, altıaylıq qızı Şəhla da həmin filmdə Rəcəbin bacısı Səmayənin qızı Lalə (körpəlik dövrü) roluna çəkilmişdi.
Film üç dövrü əhatə edir: Böyük Vətən müharibəsindən (1941-1945) əvvəl, müharibə illəri və müharibədən sonrakı dövr. Filmdə tamaşaçılar aktyorun qəhrəmanını əvvəlcə 20 yaşında, filmin sonunda isə 40 yaşında görürlər. Rəcəb özü kimi sadə əmək adamlarının əhatəsində böyüyüb. O, cəmiyyətin xoşbəxtliyi naminə vəzifə borcunu şərəflə yerinə yetirir. Prokuror Rəcəbin xarakterindəki bütövlük, onun insani keyfiyyətləri – vətənpərvərliyi, dostluqda sədaqətliyi, məhəbbətdə möhkəmliyi filmboyu özünü büruzə verir.
Rəcəb obrazı Gündüz Abbasovu minlərlə tamaşaçıya istedadlı kinoaktyor kimi tanıtdırdı. Tamaşaçılar da, kino mütəxəssisləri də bu gənclə maraqlanmağa başladılar. Bu barədə danışmazdan öncə isə onun həyat yoluna qısa nəzər salaq.
. 1930-cu il noyabrın 20-də Bakının məşhur Dağlı məhəlləsində Abbasovlar ailəsində bir oğlan uşağı dünyaya gəldi. Anası – musiqiçi, pedaqoji və tibb təhsili olan ziyalı qadın, böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanım, atası – tanınmış yazıçı və jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasov uşağın adını Gündüz (“Sevil” pyesindəki Balaşın oğlu Gündüzün adı ilə) qoydular. Ədəbiyyat və incəsənətlə sıx bağlı olan ailədə böyüyən Gündüzün uşaqlığı teatrda, kinoda aktyorlar arasında keçdi, rəssamlığa, yazı-pozuya böyük maraq göstərdi. 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirdi.
Hələ uşaqlıqdan dərin mütaliə edən Gündüz Abbasov tələbəlik illərində artıq ədəbi yaradıcılıqla məşğul olur, hekayələr yazır, tərcümələr edirdi. 50-60-cı illərdə “Papasının qızı”, “Canlı körpü” və “Qanadlar” adlı üç kitabı nəşr edilir, yüzlərlə hekayə, felyeton, məqalə və oçerki dövri mətbuatda dərc olunur. Bir müddət Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri işləyir. “Uşaqgəncnəşr”də, “Azərnəşr”də fəaliyyət göstərir, xeyli kitabın redaktoru olur. “Ədəbiyyat və incəsənət” qəzetində şöbə müdiri işləyir.
Gündüz Abbasovun yaradıcılığının ən rəngarəng səhifələri Azərbaycan kinematoqrafiyası ilə bağlı olub. 1958-1990-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi 20-dək filmdə, o cümlədən 8 ekran əsərində əsas rollarda çəkilib, yaddaqalan, dolğun surətlər yaradıb. “Bir qalanın sirri” film-nağılında Elşən, “Aygün” televiziya filmində Elyar, “Bizim küçə”də Rasim, “Leyli və Məcnun”da Zeyd, “Telefonçu qız”da Mehribanın atası, “Vulkana doğru”da Uzun, “Dədə Qorqud”da Bəybura, “Qərib cinlər diyarında”da İblis, “Babək”də Pərvinin babası, “İşarəni dənizdən gözləyin”də şair, “Qəm pəncərəsi”ndə qoca kəndli, “Alman klinikasına şəxsi səfər”də milyonçu Lioznov, “Doğma sahillər”də Bəndalı kişi, “Yuxu”da Hidayət kişi və s. obrazlar bu qəbildəndir.
“Babək” filmindən söz düşmüşkən, vaxtilə Gündüzün atası Şəmsəddin müəllim “Babək” kinossenarisini yazmışdı. Filmin quruluşu rejissor Hüseyn Seyidzadəyə tapşırılmışdı. Lakin Moskvadakı məsul kino işçiləri filmin çəkilişinə icazə vermədilər. Bir çox illər keçəndən sonra “Babək” tamamilə başqa ssenari üzrə çəkildi.
G.Abbasov “Koroğlu” filmində baş rolu ifa etməli idi. Onu filmdə baş rola sınaq çəkilişlərinə dəvət etmək üçün Moskvaya teleqram vurulur. O vaxtı “Bir qalanın sirri” filminin müəyyən epizodları Moskvada çəkilirdi. Rejissor Ə.Atakişiyev qısqanclıq ucbatından teleqramı Gündüzə verməyib gizlədir. Səbəbi aydın idi. Rejissor istəməyib ki, bu aktyor onun filmi ilə paralel başqa bir filmdə iştirak etsin. Təbii ki, rejissor H.Seyidzadə cavab almadığına görə aktyor Əfrasiyab Məmmədovu Koroğlu roluna təsdiq edir.
Bundan fərqli olaraq çəkilişinə hazırlıq görüldüyü “Şah İsmayıl” filmində Gündüz Şah İsmayıl roluna təsdiq olunur. Amma müəmmalı şəraitdə bu filmin istehsalı baş tutmur. Halbuki o, foto və kino sınaq çəkilişlərindən uğurla çıxmışdı.
Nəhayət, Gündüz Abbasov rejissor Ə.Atakişiyevin “Bir qalanın sirri” film-nağılında çəkilməklə daha da məşhurlaşdı.
Kəndləri, obaları susuz qoymuş zalım hökmdar Simnar xana qarşı aparılan mübarizə filmin əsas süjet xəttini təşkil edir. Həkim Eldostu, Usta, Kamran baba, Elşən, Mətanət əzab-əziyyət çəkən xalqa kömək etmək üçün çalışırlar. Gündüzün yaratdığı Elşən güclü xarakterə malik qəhrəmandır. O qüvvətlidir, lakin həkim Eldostu ona oxumağı, bilikli olmağı təklif edir. Buna görə də Elşən oxumağa başlayır. O, anlayır ki, düşmənə qalib gəlmək üçün güc kifayət deyil, həm də elmli və bilikli olmaq gərəkdir.
Gündüz mərd və qorxmaz Elşənin obrazını bütün dolğunluğu ilə yaratmağa müvəffəq olub. Filmdə insan əməyi və zəkasının qüdrəti, çətinliyə qalib gəlməsi Elşənin simasında canlı bir surətdə göstərilib. Maraqlıdır ki, film ekranlarda nümayiş etdiriləndən sonra bir çox valideynlər həm yaraşıqlı aktyor Gündüz Abbasovun, həm də onun sənətkarlıqla yaratdığı Elşən obrazı şərəfinə yeni doğulmuş uşaqlarının adlarını Elşən qoydular.
Kinorejissor H.Seyidbəylinin “Telefonçu qız” filmindəki Mehribanın atası rolu G.Abbasovun ən sevimli ekran işlərindəndir. Rol böyük olmasa da aktyor onu məharətlə ifa etmişdir. Demək olar ki, ata rolu Gündüzün indiyə kimi yaratdığı surətlərdən tamamilə fərqlənən, yeni, təsirli bir surətdir.
Sonrakı illərdə çəkildiyi filmlərdə biz Gündüz Abbasovu müxtəlif planlı xarakterik rollarda görürük. Anarın çəkdiyi “Qəm pəncərəsi” filmi yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin həyat səhifələrini ekranda canlandırır. Bu filmdə aktyor qoca Kərbəlayı rolunda oynayır. Rejissor Kərbəlayını kasıb kəndlilərin ümumiləşdirilmiş obrazı kimi təqdim edir. Bununla belə, bəzən o, gözəl misallar çəkir. Ağsaqqalın dediyi fikirlər onun dünya görmüş bir insan olmasından xəbər verir.
Kinorejissor C.Mirzəyevin yaratdığı “İşarəni dənizdən gözləyin” tarixi-inqilabi filmində Gündüzə çox maraqlı bir rol təklif olunmuşdu. Şair rolu. Bu personajın prototipi dövrünün böyük mütəfəkkiri, şair Məhəmməd Hadidir. Gündüz Abbasov şairin daxili aləminə nüfuz edərək, onun zəngin mənəviyyatını üzə çıxarır.
Görkəmli şair Səməd Vurğunun məşhur “Aygün” poeması əsasında ekranlaşdırılmış eyniadlı film-poema ilk televiziya bədii filmidir. Bu filmdə tamaşaçılar çox qısa bir müddət ərzində məhəbbət üçbucağı ilə qarşılaşırlar.
Əmirxan evdən küsüb gedəndən sonra Aygün körpəsi ilə tək qalır. Bu vaxt Elyarın (G.Abbasov) qəlbində ülvi hisslər oynayır. Elyar Aygünü bütün varlığı ilə sevir. Qadın bunu hiss edir. Amma o, Elyarın məhəbbətini cavabsız qoyur. Çünki başa düşür ki, analıq hissi müqəddəsdir. Elyara könlünü verməklə balasının qarşısında alçalmaq, gözü kölgəli qalmaq istəmir. Bu hərəkəti ilə Aygün həm əri Əmirxanın, həm də Elyarın gözündə daha da ucalır. Elyar rolu epizodik olsa da maraqlıdır. Lakin rol sxematikdir. Amma bu sxematiklik aktyor oyunundan deyil, ssenaridən irəli gəlir.
“Kitabi Dədə-Qorqud” dastanı dünya ədəbiyyatı xəzinəsinin nadir incilərindəndir. Bu dastanın motivləri əsasında çəkilmiş “Dədə Qorqud” filmi milli kino tariximizdə layiqli yerini tutan ekran əsərlərindəndir. Həmin filmdə Gündüz Abbasov maraqlı bir surəti – Bəybura obrazını yaradıb. Bəybura oğul atasıdır. Oğlunun başına gətirilən oyunlar atanı sarsıdıb, onu kor edib. Bununla belə ata ümidini itirməyib, nə vaxtsa oğlu ilə görüşəcəyinə inanır. Onun oğlu Beyrəklə görüşü filmin ən maraqlı səhnələrindən biridir. Bu an atanın keçirdiyi hisslər, həyəcan dolu sevinc aktyor tərəfindən inandırıcı şəkildə tamaşaçıya çatdırılıb.
Gündüz müəllim “Mozalan” respublika satirik kinojurnalının bir çox kinosüjetlərində də maraqlı surətlər yaradıb. Bundan başqa o, A.Dovjenko adına kinostudiyanın istehsalı olan “Piliqrim”in kapitanı” bədii filmində qoca dənizçi rolunu ifa edib.
Aktyor sonuncu dəfə rejissor F.Əliyevin “Yuxu” filmində çəkilib. O, filmdə sanki özü-özünü oynayır. Hidayət kişi epizodik rol olsa da diqqəti cəlb edir. Filmə baxdıqca görürsən ki, bağban obrazı əslində aktyorun özüdür: yorğun, qayğılı, həyatın hər üzünü görmüş Hidayət kişi – Gündüz Abbasov.
Gündüz Abbasov ömrünün son illərində görkəmli adamlarla görüşləri barədə xatirələrini yazırdı. Bir də “Keçmişsiz” adlı roman üzərində işləyirdi. Bu işləri başa çatdıra bilmədi. Amma Azərbaycan kino tarixində parlaq iz qoyub getdi.

Çiçəkli dağ pyesi

15.01.2021 / 16:30 – Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”

15.01.2021 / 16:24 – Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? – RƏSMİ
15.01.2021 / 16:21 – Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI

15.01.2021 / 16:14 – “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər – AÇIQLAMA

15.01.2021 / 13:37 – Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15.01.2021 / 13:28 – Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər – VİDEO
15.01.2021 / 13:12 – İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə – FOTO
15.01.2021 / 13:06 – İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” – VİDEO
15.01.2021 / 13:01 – Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” – VİDEO
15.01.2021 / 12:56 – Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
15.01.2021 / 11:51 – Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı – VİDEO
16.08.2020 / 17:00 – Dietoloqlara ən çox verilən 3 sual
23.12.2018 / 17:30 – Dünyada yaxşılığın ölmədiyini göstərən hallar
07.08.2018 / 11:00 – Uşaqları “yadlardan” necə qorumalı?
28.08.2020 / 11:00 – Təzyiqi aşağı salan 4 ərzaq
19.09.2020 / 21:00 – İsveçrələri qadınlar hansı millətdən olan kişilərə üstünlük verirlər?
09.06.2020 / 11:00 – Sodom və Qomorro şəhərlərinin aqibəti
29.11.2019 / 14:00 – Kürək ağrılarını azaldan 3 yoqa hərəkəti
29.09.2020 / 20:08 – Payız fəslinin ən aktual rəngləri
18.08.2018 / 09:15 – Forbes jurnalına görə ən çox qazanan aktrisalar
05.08.2020 / 12:30 – Saç uzadan maska
22.02.2020 / 09:15 – Uzunömürlü olmaq üçün.
14.03.2018 / 12:15 – Tez-tez üz yumaq zərərlidir?
23.06.2018 / 17:30 – 15 yaşlı rəssam
23.03.2019 / 17:30 – Kralların xəstəliyi nədir?
25.01.2020 / 17:30 – Stress saçları niyə ağardır?
29.06.2019 / 17:30 – Cənnətin ən yüksək zirvəsi
08.09.2020 / 09:30 – Yarpaq dolması (foto-resept)
05.08.2019 / 11:00 – Diananın yolundan gedən Keyt Middlton
15.09.2020 / 17:00 – Detoks təsiri yaradan 4 ərzaq
04.08.2019 / 17:30 – Yuxuya rahat getməyə kömək edən çaylar

  • Bütöv Azərbaycan
  • Redaktordan
  • Qadin.Net LIFE
  • Təqdimat
  • Etiraflar
  • Müsabiqələr
  • “Kitabsevərlər”
  • Qadin.TV
  • Tanınmışlar
  • Qadın və təshil
  • Qadın və hüquq
  • Qadın və din
  • Qadın və texnologiya
  • Şəxsi inkişaf
  • Pəhriz
  • Arıqlama sirləri
  • Kökəlmə sirləri
  • Fitness
  • Sellulit
  • Şəxsi təcrübə
  • Hamiləliyə hazırlıq
  • Hamiləlik təqvimi
  • Doğum hekayələri
  • Doğumdan sonra
  • Körpə və ona qulluq
  • Uşaqlar və tərbiyyə
  • “Ev məktəbi”
  • Gözəllik xəbərləri
  • Üzə qulluq
  • Bədənə qulluq
  • Saçlara qulluq
  • Kosmetologiya
  • Makiyaj
  • Manikür və pedikür
  • Estetik gözəllik
  • Gözəllik məhsulları
  • Ulduzların sirləri
  • Salat və qəlyanaltılar
  • Duru yeməklər
  • Quru yeməklər
  • Duzlu xəmir işləri
  • Şirin xəmir işləri
  • Kompot və kokteyllər
  • Peçenyelər
  • Tortlar
  • Uşaq yeməkləri
  • Şef master
  • Konserv məhsulları
  • Müxtəlif
  • Kişi psixologiyası
  • Qadın psixologiyası
  • Psixoloji məsləhətlər
  • Cinsi münasibətlər
  • Eşq və məhəbbət
  • Xəyanət
  • Düşüncə dərsi
  • Gəlin-qayınana
  • Testlər
  • Sağlamlıq xəbərləri
  • Düzgün qidalanma
  • Xalq təbabəti
  • Masaj
  • Menstruasiya
  • Qadın xəstəlikləri
  • Uşaq xəstəlikləri
  • Adət ənənələr
  • Ədəbi guşə
  • Mütləq bilməlisiniz!
  • Praktik məsləhətlər
  • Yuxu yozmaları
  • Evim – interyer
  • Hobbi
  • Səyahət
  • Avtomobil
  • Ordan-burdan
  • Digər

Sayt Google Chrome, Mozilla Firefox, Safari, Opera və Yandex brauzerləri ilə tam dəstəklənir.
Məlumatlardan istifadə etdikdə istinad mütləqdir!

© 2009-2023, Qadin.NET. Bütün hüquqları qorunur!

Qoç bürcü

21 mart – 20 aprel

Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.

Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.

Buğa bürcü

21 mart – 20 aprel

Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.

Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.

Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.

Əkizlər bürcü

21 mart – 20 aprel

Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.

Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.

Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.

Xərçəng bürcü

21 mart – 20 aprel

Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.

Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.

Şir bürcü

21 mart – 20 aprel

Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.

Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.

Qız bürcü

21 mart – 20 aprel

İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.

Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.

Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.

Tərəzi bürcü

21 mart – 20 aprel

Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.

Əqrəb bürcü

21 mart – 20 aprel

Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.

Oxatan bürcü

21 mart – 20 aprel

Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.

Oğlaq bürcü

21 mart – 20 aprel

Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.

Dolça bürcü

21 mart – 20 aprel

Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.

Balıqlar bürcü

21 mart – 20 aprel

Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.

Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.

Çiçəkli dağ pyesi

The map created by people like you!

Çiçəkli dağı

dağ Add category

Nearby cities:

Koordinatlar: 40°11’1″N 46°12’59″E

Şərhinizi azerbaijani dilində əlavə edin

Add comment for this object

  • Similar places
  • Nearby places
  • Nearby cities
  • Susuzluk dağı (2845,4 m) 12 km
  • Köroğlu Dağı 16 km
  • Mıxtökən Dağları 27 km
  • Göyərçin Silsiləsi 33 km
  • Şərqi-Göyçə silsiləsi 37 km
  • Murovdağ Silsiləsi 38 km
  • Şahdağ silsiləsi 58 km
  • Qızılca Dövlət Təbiət Yasaqlığı 69 km
  • Yasamal daq 76 km
  • Ardanış yarımadası 88 km
  • Nadirxanlı 4.5 km
  • Susuzluq Dağı (2845,4 m) 8 km
  • Çopurlu 10 km
  • Lev 13 km
  • Murovdağ Silsiləsi 13 km
  • Tekəqayası (3125,8 m.) 14 km
  • Cəmilli 14 km
  • Kəlbəcər rayonu 16 km
  • Daşkəsən rayonu 36 km
  • Göygöl rayonu 40 km
  • 64 km
  • 104 km
  • 224 km
  • 228 km
  • 264 km
  • 271 km
  • 280 km
  • 294 km
  • 307 km
  • 426 km

Comments are closed, but trackbacks and pingbacks are open.