Cinayət işinin sonu təqdimat
Avropa Parlamenti Azərbaycana qarşı növbəti “qətnamə” hazırlığında. – “Almaz imperatoru” deputatları necə “ələ alır”?
Mədəniyyət Nazirliyindən daxil olmuş məlumatlar üzrə cinayət işləri başlanılıb
4 iyul 2022-ci il tarixdə mediada Mədəniyyət Nazirliyi tərəfindən Regional Mədəniyyət İdarələrində və tabe müəssisələrdə aparılmış yoxlama və xidməti araşdırmaların nəticələrinə əsasən son bir il ərzində hüquq mühafizə orqanlarına 11 müraciətin göndərilməsi barədə məlumatlar yayılıb.
Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılmış, bunlardan Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanılmışdır.
Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmiş, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilmiş, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.
Törədilmiş qanuna zidd əməllər nəticəsində dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilmiş, zərərin qalan hissəsinin ödənilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilməkdədir.
Araşdırma zamanı Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş materiallarda 4 müəssisə ilə bağlı cinayət işinin başlanması üçün kifayət qədər əsaslar müəyyən edilməmiş, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair 5 təqdimat göndərilmiş, 2 nəfər şəxsə münasibətdə qanun pozuntularından çəkindirmək məqsədi ilə prokuror tərəfindən xəbərdarlıq elan edilmişdir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Cinayət işinin sonu təqdimat
Azərbaycanın “Avroviziya” mahnısı təqdim olundu – VIDEO
İordaniya kralının qızı yunanla evləndi – Misir prezidentinin xanımı da canlı yayımlanan toya qatıldı (FOTOLAR)
Ərdoğan partiya liderinə deputat seçkisində dəstəkdən imtina etdi: “Öz loqomuzla qatılacağıq”
İmran Xanla bağlı həbs verildi – Polis helikopterlə onu tutmağa getdi, ancaq.
Avropa Parlamenti Azərbaycana qarşı növbəti “qətnamə” hazırlığında. – “Almaz imperatoru” deputatları necə “ələ alır”?
Şakira məşhur futbolçunun anasını “cadugər”ə bənzətdi, balkona elə şey qoydu ki. – Xəyanət mahnısı rekord qırdı (VİDEO/FOTO)
İlham Əliyev Roma Papasına məktub göndərdi – MƏTN
“Azərsu” ASC-dən qiymət artımı ilə bağlı açıqlama: “Tarif Şurasına müraciət etməmişik”
Ərabakanın oğlu Ərdoğandan “arvadların döyülməsi”nə icazə tələb edir: “Şərtlərimiz qəbul olunub” – Kılıçdaroğlundan sərt etiraz (Yenilənib)
“8 imam nikahı, 1 kərə isə rəsmi nikahla evləndim” deyən model: “Sonra saydım, səhv demişəm” – FOTO
ƏN YAXŞI AKTRİSA, AKTYOR VƏ FİLMLƏR. – “Oskar”ın qalibləri bəlli oldu (SİYAHI)
Məşhur müğənni yarıçılpaq fotolarını yaydı: “Ulan, iki ay əvvəl. ” – FOTOLAR
Baş prokuror: “497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanıb”
497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Mia.az xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yüksək göstəricilərə nail olunmaqla rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və s. faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, həmin işlər üzrə 83.8 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödətdirilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulan maddi ziyanın 74.7 %-nin ödətdirilməsi təmin edilib.
Hesabat ilində Baş İdarə tərəfindən qida təhlükəsizliyi, tikinti və şəhərsalma tələblərinin pozulması, vətəndaşlara qarşı dələduzluq edən mənzil-tikinti kooperativlərinin rəhbərləri barədə, həmçinin bank sektorunda yol verilən qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv istintaq tədbirləri davam etdirilib.
Eyni zamanda ölkə Prezidenti tərəfindən hər zaman diqqət mərkəzində saxlanılan və 3 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bir daha iqtisadiyyatın ayrı-ayrı sektorlarında mövcud olmaqla azad sahibkarlıq mühitində rəqabətliliyə neqativ təsir edən kölgə iqtisadiyyatı, o cümlədən də qara mühasibatlıqdan istifadə edərək dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən sahibkarlıq subyektlərinə qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsi barədə verilmiş göstərişlər nəzərə alınaraq, Baş Prokuror tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə İqtisadiyyat Nazirliyi və müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə beynəlxalq təcrübə öyrənilməklə təkliflərin hazırlanması və qabaqlayıcı tədbirlərin görülməsi tapşırılıb.
Hesabat dövründə ölkəmizdə həyata keçirilən anti-korrupsiya islahatlarının nəticələrinin “Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) tərtib etdiyi illik hesabatlarda öz əksini tapmaqla təşkilatın 2019-cu ilin nəticələri üzrə dərc etdiyi Korrupsiya Qavrama İndeksində Azərbaycanın 2018-ci illə müqayisədə 26 pillə irəliləməsi xüsusi vurğulanıb.
Xüsusilə vurğulanıb ki, müasir dünya təcrübəsinin ölkəmizdə geniş tətbiqi nəticəsində idarəçilik sistemində, o cümlədən vergi və gömrük sahələrində aparılan islahatların dövlət büdcəsinə daxilolmaları böyük həcmdə artırması, həmçinin dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi yönündə formalaşdırılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 17 mərkəzə çatdırılması, yarandığı gündən keçən qısa müddət ərzində 35 milyondan çox müraciətin daxil olması, habelə əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi “DOST” mərkəzlərinin fəaliyyətə başlaması ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən nailiyyətlərin bariz nümunəsidir.
Ötən ay 71 cinayət işinin istintaqı tamamlanıb
Ötən ay 71 cinayət işinin istintaqı tamamlanıb 2022-ci ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb.
14 Fevral , 2022 11:04
https://static.report.az/photo/b1b97916-79bd-3bb8-b193-10718a405166.jpeg
Bu ilin yanvar ayı ərzində prokurorluq orqanları tərəfindən 71 cinayət işinin istintaqı tamamlanıb. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Link kopyalandı
İsmayıl Nəsibli
https://static.report.az/photo/c44ab124-1bf4-3027-b05f-7abe62810912_50.jpg
Rus versiyası В прошлом месяце завершено следствие по 71 уголовному делу
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.