Press "Enter" to skip to content

Msiyyə Bəylərqızının şikayəti təmin edilmədi

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü də birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Cinayət məcəlləsinin 317-1 maddəsi hökm

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin cinayət işinə xitam verilib.

Bu barədə “Qafqazinfo”ya vəkil Fəxrəddin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, işdə cinayət tərkibinin olmadığı bildirilib: “Leyla İsmayılzadədən götürülən telefon da geri qaytarılıb”.

Qeyd edək ki, L. İsmayılzadə barədə Cinayət Məcəlləsinin 317-1.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi üzrə ittiham verilmişdi.

Xatırladaq ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, 21.03.2019-cu il tarixdə 18 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Son xəbərlər

  • 20:52 | Kim Çen In internetdən istifadə edənlərə ölüm cəzası verdi
  • 20:51 | Bu gün heç kim vaksin vurdurmayıb
  • 20:48 | Bu gün 4 nəfər yoluxub
  • 20:35 | İlham Əliyev Almaniyada iş adamları ilə görüşdü – Fotolar
  • 20:25 | Rusiya taxıl müqaviləsini 60 gün uzatmağa razılaşıb
  • 20:13 | Manaf Ağayevin oğlu həbs edildi
  • 19:46 | Gürcüstanda hakimiyyət bu halda dəyişə bilər
  • 19:37 | Şirvan RİH-dən iməciliklə bağlı iddialara reaksiya
  • 19:28 | Qəbələdə meşədəki yanğın söndürüldü – Video + Yenilənib
  • 19:23 | Azərbaycan “Avroviziya”da bu mahnı ilə çıxış edəcək – Video
  • 19:19 | Polşa Saakaşvilinin müayinəsi üçün həkim göndərməyə hazırdır
  • 19:03 | 39 il sonra “Oscar”da – Fotolar
  • 19:01 | Ölümlər artır, problem hələ də qalır.
  • 18:57 | Keniyada iki futbolçunu ildırım vurub öldürdü
  • 18:31 | “Rusiya Ukraynadakı məqsədlərə hərbi yolla nail ola bilər”
  • 18:21 | Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
  • 18:18 | ADY ağacəkmə aksiyası keçirdi – Fotolar
  • 18:11 | Dövlət imtahanı ilə bağlı nazirlikdən – Açıqlama
  • 17:53 | Qərbi Azərbaycan İcması bəyanat yaydı
  • 17:29 | Ermənistan XİN-in mətbuat katibi istefa verdi
  • 17:23 | Sudan qeyri-qanuni istifadə halları aşkarlandı – Video
  • 17:07 | Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı
  • 16:42 | Məhkəmə İmran Xanın həbsinə yeni order verdi
  • 16:42 | Azərbaycanlı döyüşçü finalda ermənini məğlub etdi – Video
  • 16:41 | “Qarabağ” – “Qalatasaray” matçı bu tarixdə keçirilə bilər
  • 16:34 | Edillidəki məzarlıqlarla bağlı beynəlxalq təşkilatlara hesabat göndərildi
  • 16:06 | Ukrayna Navalnı barədə filmə “Oskar” verilməsini pislədi
  • 16:05 | Sakinlər su probleminə görə yolu kəsdi – Saxlanılanlar var
  • 16:00 | Məqsəd Nicat Lənkəranskini öldürmək olub – Rəsmi açıqlama
  • 15:54 | Rusiya Mərkəzi Asiya ölkələrinin çempionatında oynayacaq
  • 15:38 | İndoneziyada torpaq sürüşməsi 46 nəfərin həyatına son qoydu
  • 15:35 | “Bu, korsikalılar üçün təhqirdir”
  • 15:00 | Putin Kadırovla görüşdü – Video
  • 14:58 | Samir Salam saxlanıldı
  • 14:42 | Türkiyədəki zəlzələdə 7 minə yaxın əcnəbi ölüb
  • 14:39 | İlham Əliyev Almaniyaya getdi – Fotolar
  • 14:19 | “Protezi dəyişdirilməlidir, pul yoxdur” – Fotolar
  • 14:04 | “Avropa Parlamenti maraqlarla idarə olunur”
  • 14:01 | “Bu, həyatımın konserti oldu” – Video
  • 14:00 | AccessBank Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramından təşəkkürnamə aldı
  • 13:55 | “Azərlotereya”nın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirildi – Fotolar
  • 13:51 | Paşinyan Putinə zəng etdi
  • 13:47 | Nazirdən dövlət imtahanının ləğvi ilə bağlı xəbərə – Reaksiya
  • 13:46 | “Oskar”da çəkilən bu video viral oldu
  • 13:39 | Astarada qadın keçmiş əri tərəfindən öldürüldü
  • 13:36 | “Pandemiyadakı distant təhsilin nəticələrini mayda görəcəyik”
  • 13:30 | Şahzadənin dəbdəbəli toyundan – Video – Fotolar
  • 13:21 | İlaxır çərşənbədə hava necə olacaq?
  • 13:17 | “Həkim diplomu alıb harada oxuduğu bəlli olmayanlar var” – Nazir
  • 13:10 | “Qarabağ” “Qalatasaray”la Bakıda yoldaşlıq görüşü keçirəcək

Şəmsiyyə Bəylərqızının şikayəti təmin edilmədi

Teleqraf.com xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə Şəmsiyyə Bəylərqızının kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin 741 min ABŞ dolları məbləğində pulunu mənimsəyib. Bundan əlavə, cinayət işi üzrə daha bir neçə zərərçəkmişin də olduğu qeyd edilib.

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin şikayəti əsasında Şəmsiyyə Bəylərqızı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, sabiq İran səfiri ilə ailə qurduğunu və ondan oğlu olduğunu bildirsə də, Əfşar Süleymani qadının onun etimadından istifadə edərək pulunu mənimsədiyini iddia edir. Şəmsiyyə Bəylərqızı Əfşar Süleymaninin şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən Şəmsiyyə Bəylərqızı saxlanıldığı Bakı istintaq təcridxanasında qanunsuz əşya saxlayıb. Onun saxlanıldığı kameraya Penitensiar Xidmətin əməkdaşları baxış keçirib. Baxış zamanı kameradan Şəmsiyyə Bəylərqızına məxsus mobil telefon və digər əşyalar tapılıb.

Buna görə də Şəmsiyyə Bəylərqızının barəsində Cinayət Məcəlləsinin 317-2.2-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham verilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Şəmsiyyə Bəylərqızı 1 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü də birləşdirilərək, Şəmsiyyə Bəylərqızını barəsində 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Hökmdən narazı qalan Şəmsiyyə Bəylərqizi apelyasiya şikayəti verib. O, Sabunçu rayon Məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, Şəmsiyyə Bəylərqızının apelyasiya şikayəti qismən təmin edilib. Şəmsiyyə Bəylərqızının ittiham olunduğu Cinayət Məcəlləsinin 317.2.2-ci maddəsi həmin məcəlləsinin 317.2.1-ci maddəyə tövsif olunub. Məhkəmə Şəmsiyyə Bəylərqızının cəzası 10 il 3 aya endirilib. Qalan hissədə hökm dəyişdirilməyib.

Hacı Zeynalov

​Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb – YENİLƏNİB – FOTO

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan Lamiyə Quliyevanın cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib. “Report”un məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək deyib ki, L.Quliyeva barəsində olan məhkəmə hökmü dəyişdirilməlidir. Zərəçəkən Aysel Ağayeva da hökmün dəyişdirilməsi ilə bağlı təklifə etiraz etməyib. Zərərçəkənin vəkili Sücəddin Hacıbalayev isə məsələyə hüquqi qiymət verilməsini tələb edib. Vəkil prokurorluğun protestini əsassız sayıb. Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev hakimdən müdafiə etdiyi şəxsin gənc, himayəsində isə azyaşlı uşağın olmasının nəzərə alınmasını və hökmün dəyişdirilməsini xahiş edib. Sonra hakimlər müşavirəyə gedib, müşavirədən qayıtdıqdan sonra hakim Qədim Babayev məhkəmə qərarını oxuyub. Beləliklə, L.Quliyevanın özünün gənc, himayəsində isə azyaşlı uşağın olması nəzərə alınaraq onun bağlı məhkəmə hökmü dəyişdirilib. Belə ki, L.Quliyeva ilə bağlı Cinayət Məcəlləsinin 317.1 maddəsi 62.1 maddəsinə tövsif olunub. Bu maddə ilə də ittiham olunan L.Quliyevanın cəzası fevralda bitmiş sayıldığından, məhkəmə zalından azadlığa buraxılıb. L.Quliyeva məhkəmənin bu qərarını sevinc göz yaşları içində qarşılayıb. Bunu “haqqın və ədalətin bərpası” kimi qiymətləndirib. O, məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, məhkəmə prosesi Lamiyə Quliyevanın Cinayət Məcəlləsinin (CM) 317.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.08.2010-cu il tarixli hökmündən Baş Prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov tərəfindən verilmiş apelyasiya protestinə əsasən keçirilib. Prokurorluğun verdiyi protest L.Quliyevanın son cinayət işi ilə bağlıdır. Qeyd edək ki, Lamiyə Quliyeva Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən azadlıqdan məhrum edilib. L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ildə Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi qaldırılıb. Bu cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.