Press "Enter" to skip to content

Ceyhun əZİzov

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [137]

Cinayət Məcəlləsi

Qeyd: Bu Məcəllənin maddələri ilə qəsdən adam öldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur.

Maddə 121. Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi

Ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi—

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 122. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə

122.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [116]

122.2. Güclü ruhi həyəcan vəziyyətində iki və ya daha çox şəxsi qəsdən öldürmə—

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 123. Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə

123.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [117]

123.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən adam öldürmə—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 124. Ehtiyatsızlıqdan adam öldürmə

124.1. Ehtiyatsızlıqdan adam öldürmə—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [118]

124.2. Ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə—

iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 125. Özünü öldürmə həddinə çatdırma

Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuº zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma—

üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [119]

Maddə 126. Qəsdən sağlamlığa ağır zərər vurma

126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma—

üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

126.2. Eyni əməllər:

126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;

126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;

126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;

126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə—

altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

126.3. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [120]

Maddə 127. Qəsdən sağlamlığa az ağır zərər vurma

127.1. Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma— [121]

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [122]

127.2. Eyni əməllər:

127.2.1. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;

127.2.2. xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; [123]

127.2.3. ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə; [124]

127.2.4. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədildikdə;

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma

Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— [125]

üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [126]

Maddə 129. Qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma

129.1. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [127]

129.2. Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzunsürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa az ağır zərər vurma—

iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 130. Zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma

130.1. Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma—

bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

130.2. Cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [128]

Maddə 131. Ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma

131.1. Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma—

üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [129]

131.2. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma—

beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [130]

Maddə 132. Döymə [131]

Bu Məcəllənin 128-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan qəsdən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmə—

iki yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [132]

Maddə 133. Əzab vermə [133]

133.1. Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [134]

133.2. Eyni əməllər:

133.2.1. iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə törədildikdə;

133.2.2. aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

133.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

133.2.4. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;

133.2.5. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə;

[135] 133.2.6. işgəncə verməklə törədildikdə —

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [136]

133.3. Bu Məcəllənin 133.1 və 133.2-ci maddələri ilə nəzərdə tutulan əməllər şəxsdən məlumat almaq və ya onu etirafa məcbur etmək, yaxud törətdiyi və ya törədilməsində şübhə doğurduğu əmələ görə həmin şəxsi cəzalandırmaq məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə vəzifəli şəxs tərəfindən və ya onun təhriki ilə törədildikdə —

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [137]

Maddə 134. Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə

Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda—

iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [138]

Evtanaziya, yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə, yaxud hərəkətlə tezləşdirmə və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 136. Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya

136.1. Qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [139]

136.2. Şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparma—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [140]

136.3. Bu Məcəllənin 136.1 və 136.2-ci maddələri ilə nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—

min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [141]

Maddə 137. İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə

137.1. İnsan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı—

iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [142]

137.2. Zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə insan orqanlarının və ya toxumalarının transplantasiya məqsədilə götürülməsinə məcbur etmə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

137.3. Eyni əməllər, zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 138. Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə

138.1. Şəxsin razılığı olmadan onun üzərində biotibbi tədqiqatlar aparma—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [143]

138.2. Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [144]

138.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və ya tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində biotibbi eksperimentlər aparma –

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [145]

138.4. Psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticə doğuran cərrahiyyə üsullarından istifadə etmə –

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [146]

Maddə 139. Zöhrəvi xəstəlikləri yayma

139.1. Özündə zöhrəvi xəstəlik olduğunu bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [147]

139.2. Eyni əməllərin iki və ya daha çox şəxsə qarşı və ya yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə—

dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 140. İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma

140.1. Bilə-bilə başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxma təhlükəsi qarşısında qoyma—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

140.2. İnsan immunçatışmazlığı virusu ilə yoluxmasını bilən şəxsin bu xəstəliyi başqa şəxsə yoluxdurması—

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

140.3. Bu Məcəllənin 140.2-ci maddəsində nəzərdə tutulmuş əməllər nəticəsində iki və ya daha çox şəxsi və ya yetkinlik yaşına çatmayanı insan immunçatışmazlığı virusu ilə yoluxdurma—

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

140.4. Öz xidməti vəzifələrini lazımınca yerinə yetirməməsi nəticəsində başqa şəxsi insan immunçatışmazlığı virusu ilə yoluxdurma—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 141. Qanunsuz abort etmə

141.1. Həkim tərəfindən tibb müəssisələrindən kənarda abort etmə—

iki yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə islah işləri ilə cəzalandırılır. [148]

141.2. Xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etmə—

üç yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [149]

141.3. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda—

üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [150]

141.4. Bu Məcəllənin 141.1 və 141.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 142. Xəstəyə kömək göstərməmə

142.1. Qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzürlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurma—

üç yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [151]

142.2. Eyni əməllər nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurma —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

142.3. Eyni əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 143. Təhlükədə qoyma

Həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə—

üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [152]

Maddə 143-1. Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə [153]

Dopinq vasitələrindən və (və ya) metodlarından istifadəyə məcbur etmə —

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

ŞƏXSIYYƏTİN AZADLIĞI VƏ LƏYAQƏTİ ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Maddə 144. Adam oğurluğu

144.1. Adam oğurluğu—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144.2. Eyni əməllər:

144.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;

144.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə;

144.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

144.2.4. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;

144.2.5. silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə;

144.2.6. tamah məqsədi ilə və ya sifarişlə törədildikdə—

səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144.3. Bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.

Maddə 144-1. İnsan alveri [154]

144-1.1. İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq , aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi –

əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.2. Eyni əməllər:

144-1.2.1. İki və ya daha çox şəxs barəsində törədildikdə;

144-1.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-1.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-1.2.4-1. insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə; [155]

144-1.2.5. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

144-1.2.6. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-1.2.7. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə;

144-1.2.8. zərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədildikdə;

144-1.2.9. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə –

əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-1.3. Bu məcəllənin 144-1.1 və 144-1.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1. Bu maddədə “insanın istismarı” dedikdə məcburi əmək (xidmət), cinsi istismar , köləlik , köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür.

2. İnsan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz.

3. Yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu Məcəllənin 144-1.1-ci maddəsində göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir. [156]

Maddə 144-2. Məcburi əmək [157]

144-2.1. hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur etmə –

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [158]

144-2.2. Eyni əməllər:

144-2.2.1. iki və ya daha çox şəxs barəsində törədildikdə;

14-2.2.2. təkrar törədildikdə;

144-2.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

144-2.2.4. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;

144-2.2.5. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

144-2.2.6. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə –

yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [159]

144-2.3. Bu məcəllənin 144-2.1 və 144-2.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –

doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə ilə cəzalandırılır. [160]

Maddə 144-3. İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər [161]

144-3.1. İnsan alveri məqsədi ilə şəxsin şəxsiyyət vəsiqəsinin, pasportunun və ya şəxsiyyətini təsdiq edən digər sənədinin, yaxud yol (sərhədkeçmə) sənədinin saxtalaşdırılması –

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.2. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmə –

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.3. İnsan alveri məqsədi ilə insan alverçisini və ya insan alveri qurbanını saxta şəxsiyyət vəsiqəsi, pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd, yaxud yol (sərhədkeçmə) sənədləri ilə təmin etmək üçün belə sənədləri əldə etmə –

bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

144-3.4. İnsan alveri məqsədi ilə hər hansı bir şəxsin şəxsiyyət vəsiqəsini, pasportunu və ya şəxsiyyətini təsdiq edən digər sənədini, yaxud yol (sərhədkeçmə) sənədini götürmə, saxlama, gizlətmə, zədələmə və ya məhvetmə –

iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 145. Qanunsuz azadlıqdan məhrum etmə

145.1. Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə—

iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

145.2. Eyni əməllər:

145.2.1. iki və ya daha çox şəxsə qarşı törədildikdə;

145.2.2. təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə;

145.2.3. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

145.2.4. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

145.2.5. zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə;

145.2.6. silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

145.3. Bu Məcəllənin 145.1 və ya 145.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 146. Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə

146.1. Psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

146.2. Eyni əməllər təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

146.3. Bu Məcəllənin 146.1 və ya 146.2-ci maddələrində göstərilən əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 147. Böhtan

147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə , kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— [162]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [163]

147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 148. Təhqir

Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə , kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — [164]

üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [165]

ŞƏXSIYYƏTİN CİNSİ TOXUNULMAZLIĞI VƏ CİNSİ AZADLIĞI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Maddə 149. Zorlama

149.1. Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma—

dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

149.2. Eyni əməllər:

149.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

149.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;

149.2.3. təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə;

149.2.4. zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə;

149.2.5. təkrar törədildikdə—

beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

149.3. Eyni əməllər:

149.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;

149.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;

149.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [166]

Maddə 150. Seksual xarakterli zorakılıq hərəkətləri

150.1. Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə—

üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

150.2. Eyni əməllər:

150.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

150.2.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda;

150.2.3. təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

150.2.4. zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla törədildikdə;

150.2.5. təkrar törədildikdə;

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

150.3. Eyni əməllər:

150.3.1. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;

150.3.2. ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda;

150.3.3. təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—

səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 151. Seksual xarakterli hərəkətlərə məcbur etmə

Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə—

bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [167]

Maddə 152. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə [168]

152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152.3. Bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır.

Maddə 153. Əxlaqsız hərəkətlər [169]

153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə —

iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə —

bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə —

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İNSAN VƏ VƏTƏNDAŞIN KONSTİTUSİYA HÜQUQ VƏ AZADLIQLARI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR

Maddə 154. Bərabərlik hüququnu pozma

154.1. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [170]

154.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə —

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [171]

Maddə 155. Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma

Yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [172]

Maddə 156. Şəxsi həyatın toxunulmazlığını pozma

156.1. Şəxsi və ailə həyatının sirri olan məlumatların , belə məlumatları əks etdirən sənədlərin , video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması [173]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [174]

156.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 157. Mənzil toxunulmazlığını pozma

157.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [175]

157.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

157.3. Bu Məcəllənin 157.1 və ya 157.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 158. Hüquqi şəxslərin binalarının (otaqlarının) toxunulmazlığını pozma

158.1. Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan hüquqi şəxslərin mülkiyyətində və ya icarəsində olan binalara (otaqlara) daxil olma—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [176]

158.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə—

iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

158.3. Bu Məcəllənin 158.1 və ya 158.2-ci maddələrində nəzərdə tutulmuş əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma [177]

159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma-

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [178]

159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma –

iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [179]

159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma –

üç yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [180]

159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər;

159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə;

159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [181]

Maddə 159-1. Seçkilərdə (referendumda) iştirak qaydalarını pozma [182]

159-1.1. Namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etmə və ya onu pozma –

iki yüz manatdan altı yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [183]

159-1.2. seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma –

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [184]

159-1.3. Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma –

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [185]

Maddə 160. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə [186]

160.1. Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə – [187]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [188]

160.2. Eyni hərəkətlər:

160.2.1. ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə;

160.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

160.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [189]

Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma

161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması – [190]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır. [191]

161.2. Seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması – [192]

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [193]

Maddə 162. Əmək mühafizəsi qaydalarını pozma

162.1. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [194]

162.2. Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—

üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi [195]

162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi —

yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

162-1.2. Eyni əməllər təkrar törədildikdə —

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

Maddə 163. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma

163.1. Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [196]

163.2. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 164. Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının , üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma [197]

Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə—

beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır. [198]

Maddə 165. Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma

165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. [199]

165.2. Eyni əməllər:

165.2.1. təkrar törədildikdə;

165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—

əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [200]

Maddə 165-1 . İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma [201]

165-1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər hansı bir hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa şəkildə cıxarma, habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə, satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa –

yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. [202]

165-1.2. Eyni əməllər:

165-1.2.1. təkrar törədildikdə;

165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə –

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [203]

Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. [204]

Maddə 165-2. Folklor nümunələrindən istifadə tələblərinin pozulması [205]

165-2.1. Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa

əmlakı müsadirə olunmaqla yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. [206]

165-2.2. Eyni əməllər:

165-2.2.1. təkrar törədildikdə;

165-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə –

əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [207]

Qeyd: Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür . [208]

Maddə 165-3. Məlumat toplularından qeyri-qanuni istifadə [209]

165-3.1. Məlumat toplularından qeyri-qanuni istifadə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa –

əmlakı müsadirə olunmaqla, yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlərlə cəzalandırılır. [210]

165-3.2. Eyni əməllər:

165-3.2.1. təkrar törədildikdə;

165-3.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə –

əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [211]

Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür. [212]

Maddə 166. İxtiraçılıq və patent hüquqlarını pozma

166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa—

yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. [213]

166.2. Eyni əməllər:

166.2.1. təkrar törədildikdə;

166.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə—

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [214]

Maddə 167. Dini ayinləri icra etməyə mane olma

Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma—

min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. [215]

Maddə 167-1. Dinə etiqad etməyə məcbur etmə [216]

167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə –

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [217]

167-1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma –

üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

167-1.3. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;

167-1.3.2. qabaqcadan əlbir olan bir neçə qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

167-1.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməkdə törədildikdə –

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. [218]

Maddə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma [219]

167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma [220] –

beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

167-2.2. Eyni əməllər:

167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

167-2.2.2. təkrar törədildikdə;

167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə –

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Maddə 168. Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə

168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə—

yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [221]

168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə—

iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 168-1. Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma [222]

168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması –

iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168-1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması –

bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168-1.3. Bu Məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:

168-1.3.1. təkrar törədildikdə;

168-1.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə –

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 169. Toplantıları keçirmə qaydasını pozma

169.1. Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda —

beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [223]

169.2. Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə —

beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [224]

Maddə 169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə [225]

Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə –

min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ceyhun əZİzov

CƏRIMƏ – CƏZANIN BIR NÖVÜ KIMI
1990-cı ilin avqust ayında Havanada keçirilən BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayətkarlarla rəftar üzrə VIII Konqresi azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara dair BMT-nin minimal standartlarını qəbul etmişdir. Minimal standartlar Tokio şəhərində yerləşən BMT-nin Asiya və Uzaq Şərq İnstitutu tərəfindən hazırlanmışdır. “Tokio qaydaları” dünya dövlətlərinə məhkumu cəmiyyətdən təcrid edilməsi ilə bağlı olmayan cəza tədbirlərinin geniş tətbiq olunmasını tövsiyyə edirdi. Bu kimi beynəlxalq aktları rəhbər tutaraq, öz milli qanunvericiliyini təkmilləşdirən Azərbaycan Respublikası da qüvvədə olan Cinayət Məcəlləsini azadlıqdan məhrum etməyə alternativ cəzaların dairəsini genişləndirməklə təcrübədə xeyli əlverişli şərait yaratmışdır.

Cinayət Məcəlləsinin 44-cü maddəsi, ən yüngül cəza növü hesab edilən – cərimə cəzasını nəzərdə tutur. Məcəllənin 44.1-ci maddəsinə görə, cərimə qanunla müəyyən edilən həddə məhkəmə tərəfindən məhkum barəsində tətbiq edilən pul tənbehidir. Cərimə, şərti maliyyə vahidi məbləğinin (1 manat, 10 qəpik) yüz mislindən, beş min mislinədək miqdarda məhkəmə tərəfindən müəyyən edilir. Şərti maliyyə vahidinin məhz bu məbləğdə təyin edilməsi dövlətin sosial-iqtisadi inkişafından, minimum əmək haqqının məbləğindən və digər səbəblərdən birbaşa asılıdır. Qanunvericilik cinayətin ağırlığını və məhkumun əmlak vəziyyətini nəzərə alaraq, şəxsə 110 manatdan 5500 manata qədər pul tənbehi tətbiq edə bilər.

Müəyyən dövrlərdə cərimə cəzası bizim cinayət qanunvericiliyimizə cəza növləri sırasına daxil edilməmişdi. Sovet cinayət hüququnda başqa cəzalara nisbətən cərimə cəzasının tətbiqi daha sonrakı dövrlərə aiddir. 1919-cu ildə qəbul edilən RSFSR cinayət hüququnun “Rəhbər başlanğıcları”, Azərbaycan SSR cinayət hüququnun 09 iyul 1920-ci ildə qəbul edilmiş əsasnaməsi cərimə cəzasını nəzərdə tutmurdu. Qeyd edək ki, Azərbaycanda ilk dəfə pul cəriməsi 1922-ci il RSFSR Cinayət məcəlləsi əsasında qəbul edildi. 1924-cü ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi tərəfindən qəbul edilən “Rəhbər başlanğıcları” cəzalar sırasına cərimə cəzası da daxil edildi.

CM-nin 43.2-ci maddəsinə əsasən, cərimə təqsirləndirilən şəxsə həm əsas cəza kimi, həm də əlavə cəza növü kimi tətbiq edilə bilər. Əsas cəza – məhkəmə hökmü ilə müstəqil tətbiq edilə bilən cəza növüdür. Əsas cəza növü kimi cərimə cəzasının bir sıra özünəməxsus xüsusiyyətləri vardır: Birincisi, cərimə bir dəfə tətbiq edilən haldır. İkincisi, cərimə məhkumun vəziyyətində maddi məhrumiyyətlərdən başqa hər hansı digər bir nəticəyə səbəb olmur. Üçüncüsü, cərimə şərti tətbiq edilə bilməz. 1

Cərimə, əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız CM-nin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. Qeyd edək ki, cərimə – cəzanın bir növü kimi, Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulan hallarda islah işindən başqa, bütün digər əsas cəza növlərinə qoşula bilər.

Cərimə – cəzanın bir növü kimi aşağıdakı hallarda tətbiq olunur :

1. Məcəllənin Xüsusi hissəsində, tətbiq edilən maddənin sanksiyasında nəzərdə tutulan hallarda. Misal üçün; Maddə 233, 237, 242 və sair;

2. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın tətbiqi zamanı

3. Cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə (Maddə 77);

Cəzanın bir növü kimi, cərimə cəzası – hələ Sovet vaxtında məhkəmə təcrübəsində əhəmiyyətli yer tuturdu. Azərbaycan Respublikasının 1999-cu ildə qəbul edilmiş Cinayət Məcəlləsində də cərimə cəzası mühüm yer tutur. Cinayət Məcəlləsinin Xüsusi hissəsində ayrı-ayrı cinayət əməllərinə görə “cərimə cəzasının” geniş şəkildə nəzərdə tutulması (214 sanksiyada) – cərimə cəzasının cəzanın bir növü kimi nə qədər əhəmiyyətli olmasının göstəricisidir. Belə ki, məcəlləmizin beş bölməsində, on səkkiz fəslində cərimə cəzasının adının çəkilməsi bunun bariz nümunəsi sayıla bilər. 1999-cu ildə qəbul edilmiş yeni cinayət məcəlləmizin (01 may 2006-cı ilə qədər olan dəyişiklikərlə) Xüsusi hissəsində cəmi “573 sanksiya” göstərilir. Qeyd etmək istərdik ki, onlardan “214 sanksiya” cərimə cəzasını nəzərdə tutmaqla, ümumilikdə göstərilən sanksiyaların 37%-ə qədərini təşkil edir. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin VII bölməsində (“Sülh və insanlıq əleyhinə cinayətlər”) cərimə cəzasının ümumiyyətlə qeyd olunmaması, qeyd etdiyim bölmənin yüksək ictimai təhlükəliliyi ilə seçilən cinayətləri nəzərdə tutmasından irəli gəlir. Qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycan Respublikasının məhkəmə təcrübəsində cərimə cəzasının tətbiq edilməsi xeyli artmışdır ki, bu da öz növbəsində müsbət hal hesab olunmaya bilməz. Belə ki, cərimə cəzası 2000-ci ildə ümumi məhkum edilmiş 14605 şəxsdən 850-ə (5,8 %), 2001-ci ildə ümumi məhkum edilmiş 13688 şəxsdən 2303-ə (16,8 %), 2002-ci ildə ümumi məhkum edilmiş 14188 şəxsdən 2681-ə (18,9 %), 2003-cü ildə ümumi məhkum edilmiş 11827 şəxsdən 1852-ə (15,7 %) tətbiq edilmişdir.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin IV fəsli bütövlükdə cərimə növündə cəzanın icrasını tənzimləyir. AR CPM-nin 510.3-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs cəriməni üzürlü səbəbdən bir ay müddətində ödəyə bilmədikdə, məhkəmə cərimənin məhkum tərəfindən ödənilməsini altı ayadək müddətə təxirə sala və ya cərimənin hissə-hissə ödənilməsini müəyyən edə bilər.

AR CM-nin 44.4-cü maddəsinə görə, cəriməni ödəməkdən qəsdən boyun qaçıran şəxslərə bu cəza növü ictimai işlər, islah işləri və ya müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz oluna bilər. Professor F.Y.Səməndərovun fikrincə, cərimə cəzasının azadlıqdan məhrum etmə cəzası ilə, habelə azadlıqdan məhrumetmə cəzasının cərimə cəzası ilə əvəz edilməsinə yol verilməməlidir. O, haqlı olaraq belə hesab edir ki, CM-nin 44-cü maddəsinin 4-cü hissəsindən cərimə cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə dair göstəriş qanundan çıxarılmalıdır.

Qeyd etmək istərdik ki, Sovet cinayət hüququ cərimə cəzasının tətbiqinə dair bir neçə şərtlər irəli sürürdü. Belə ki, yeni qəbul edilmiş cinayət məcəlləmizdən fərqli olaraq, Sovet Cinayət hüququnda cərimə cəzası azadlıqdan məhrum etmə cəzası ilə və yaxud da ki, əksinə, azadlıqdan məhrum etmə cəzası, cərimə cəzası ilə əvəz edilə bilməzdi. “Cərimə” cəzasını “azadlıqdan məhrum etmə” cəzası ilə əvəz olunması – olduqca mənfi bir haldır. Buradan elə bir nəticə çıxır ki, cəriməni ödəyə bilməyən, kasıb təbəqənin nümayəndələrini məhbus həyatı gözləyə bilər. A.N.İqnatovun fikrincə, qanunvericilikdə belə bir müddəanın olması, varlı təbəqə üçün özbaşınalığa, kasıb təbəqə üçün isə azadlıqdan məhrum etməyə səbəb olacaqdır. Məhkum edilən şəxsin əmək haqqısının və ya başqa gəlirinin aşağı olması ona əsas cəza kimi cərimə cəzası əvəzinə sanksiyada nəzərdə tutulan digər daha ağır cəza növü təyin edilməsi üçün əsas ola bilməz. 1 Azadlıqdan məhrum etmə cəzası, cərimə cəzasına nisbətən çox ağır cəzadır. Buna görə də onu cərimə ilə əvəz etmək haqsızlığa və ədalətsizliyə səbəb olardı. Sovet qanunvericiliyi cərimənin azadlıqdan məhrum etmə kimi ağır cəza ilə əvəz edilməsinə nəinki yol vermirdi, hətta belə hallarla ciddi mübarizə aparırdı. 2

Cərimə cəzasının islahedici funksiyasının səmərəliyini daha da artırmaq üçün, məhkəmə cinayət etmiş şəxsin maddi vəziyyətini mütləq nəzərə almalıdır. Zənnimcə maddi vəziyyəti qənaətbəxş olmayan şəxsə böyük miqdarda cərimənin təyin edilməsi, düzgün hal hesab edilə bilməz. Cinayət hüququ kursundan da bizə məlumdur ki, cəzanın əsas məqsədi – şəxsi müflis etmək deyil, islah etməkdən ibarətdir. Maddi vəziyyəti qənaətbəxş olan cinayət əməli törətmiş şəxsə isə, cərimənin az miqdarda təyin edilməsinin praktiki əhəmiyyəti yoxdur. Çünki, bu halda, məhkəmə tərəfindən təyin edilmiş cərimənin, cinayəti törətmiş “imkanlı şəxs” üçün tərbiyəvi təsiri bir o qədər də effektiv olmayacaqdır. Cərimə – cinayət törətmiş şəxs üçün, hiss ediləcək səviyyədə olmalıdır ki, o həm islahedici funksiyanı yerinə yetirsin, həm də digər şəxsləri cinayət əməli törətməkdən çəkindirsin.

Cərimə – dövlət büdcəsinin artım mənbəyindən biridir. Bir çox inkişaf etmiş ölkələrdə elə hesab olunur ki, cərimə cəzasının tətbiq olunmasının dövlət üçün böyük bir xeyri vardır. Bundan başqa, dövlətin digər cəzaları çəkmək üçün büdcədən ayırdığı vəsaitə burada ehtiyac duyulmur.

Bəzən bir qrup müəllif haqsız olaraq, “cərimə cəzası” ilə “əmlak müsadirəsi cəzasını” biri-birinə bənzədirlər. Bu gün qüvvədə olan cinayət məcəlləsində nəzərdə tutulan əmlak müsadirəsi – xüsusi müsadirə olmaqla, şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakının dövlət tərəfindən müsadirəsidirsə, “cərimə cəzası” – şəxsə törətdiyi cinayətə görə məhkəmə tərəfindən tətbiq edilən pul tənbehidir. Əmlak müsadirəsi cəzasında, əgər şəxsin cinayət yolu ilə qazandığı əmlakı məhkəmə tərəfindən müsadirə edilirsə, cərimə cəzasında isə şəxs ancaq pul məhrumiyyətinə düçar edilir. Bundan başqa, cərimə cəzası məhkəmə tərəfindən geniş tətbiq edildiyi halda, məhkəmə təcrübəsində əmlak müsadirəsinə nadir hallarda təsadüf olunur.

Qərbi Avropanın bir çox inkişaf etmiş ölkələrinin məhkəmə təcrübəsində şəxsi azadlıqdan təcrid etməyən cəzaların tətbiqinə daha çox geniş yer verilir. Onlar elə hesab edirlər ki, cinayət törətmiş şəxsi cəmiyyətdən təcrid etməklə, cəzanın əsas məqsədinə nail olmaq olmaz. Qeyd edək ki, cərimə bir çox – inkişaf etmiş ölkələrdə ən geniş tətbiq olunan cəza növüdür.

İngiltərənin cinayət qanununvericiliyində cərimə cəzası – həm əsas, həm də ki, əlavə cəza növü, kimi kifayət qədər geniş tətbiq edilən cəza növlərindən biridir. Qanunvericilik cərimənin minimum və maksimum məbləğini göstərməyərək, cərimənin məbləğinin müəyyən edilməsini məhkəmənin səlahiyyətlərinə aid edir. 1973- cü ildə İngiltərədə qəbul edilmiş “Məhkəmələrin səlahiyyətləri haqqında” qanuna görə, məhkəmə cinayət törətmiş şəxsə istənilən məbləğdə cərimə təyin edə, cərimənin hissə-hissə ödənilməsini və müəyyən müddətə qədər təxirə salınmasını təmin edə bilər. Lakin, bu hallarda məhkəmə hökmün nəticə hissəsində cərimənin növbəti dəfə nə vaxt ödənilməsi tarixini göstərməlidir. İngiltərədə məhkəmələr, hər üçüncü cinayətə görə cərimə cəzasını tətbiq edir. Bununla da hər il məhkəmələr 1,5 milyondan çox cərimə cəzasını təyin edərək, dövlət büdcəsinə xeyli miqdarda pul göndərirlər. 1

Fransa Respublikasının Cinayət Məcəlləsinə görə, cərimə cəzası – həm fiziki şəxslərə, həm də ki, hüquqi şəxslərə tətbiq edilə bilər. Məcəlləyə görə, cərimə cəzasının iki növü vardır : 1.Ştrafo günlər ; 2.Pul cəriməsi ; Ştrafo günlər – cinayət etmiş fiziki şəxslərə, gündəlik qazanc məbləği nəzərə alınmaqla məhkəmə tərəfindən tətbiq edilir. Gündəlik qazanc məbləği dedikdə, məhkəmə şəxsin gündəlik qazanc və xərclik vəsaitlərini nəzərə alır. Qeyd edək ki, Fransanın cinayət məcəlləsinə görə, cərimənin maksimum məbləği 2000 frank müəyyən edilib. Cərimənin bir növü olan, ştrafo günlərin müddəti 360 təqvim günü göstərilir. Pul cəriməsi – əsas cəza kimi fiziki və hüquqi şəxslərə tətbiq edilir. Pul cəriməsinin miqdarı törədilmiş cinayətin ictimai təhlükəliliyindən birbaşa asılıdır. Pul cəriməsində minimum məbləğ göstərilməsə də, fiziki şəxslərə maksimum 10000 frank, hüquqi şəxslərə isə, maksimum 50000 frank məbləğində cərimə təyin edilə bilər. Fransa Respublikasının Cinayət Məcəlləsinin 132-20 -ci maddəsinə görə, cərimə – cinayət törətmiş şəxs tərəfindən hissə-hissə də ödənilə bilər. Lakin, qeyd edək ki, hissə-hissə ödənilmənin də müddəti, qeyri-məhdud deyil. Məhkəmə, şəxsin ailə vəziyyətini, tibbi arayışını və digər üzürlü səbəbləri nəzərə alıb, cərimənin hissə-hissə ödənilməsini üç ilə qədər uzada bilər. Məhkəmə hökm çıxaranda, hökmün nəticə hissəsində cərimənin ödənilməməsinə görə digər cəzaların mümkün tətbiqi barədə şəxsi xəbərdarlıq edir (Fransa Respublikası CPM 749-cu maddə). 1 Fransa Respublikasının Cinayət Məcəlləsinə görə, cinayət əməli törədərkən, 18 yaşı tamam olmamış və 70 yaşı tamam olmuş şəxslərə cərimə cəzasının azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmasına yol verilmir.

ABŞ-da ən geniş yayılmış cəza növü cərimə cəzası hesab edilir. Cərimə cəzası məhkəmələr tərəfindən həm fiziki şəxslərə, həm də ki, hüquqi şəxslərə 500 000 ABŞ dolları məbləğinə qədər təyin edilə bilər. Əgər məhkəmə cəriməni, əvvəlcədən müəyyən olunmuş bir tarixədək ödənilməsini və ya cərimənin hissə-hissə ödənilməsini müəyyən etməyibsə, cərimə dərhal ödənilməlidir. Cərimə cəzasına məhkum edilmiş şəxs, cəriməni könüllü şəkildə, vaxtı-vaxtında ödədiyi halda, cərimənin ödənilməsinin iki ilədək uzadılmasını və ya cərimənin ödənilməmiş hissəsindən imtina edilməsi barədə məhkəməyə müraciət edə bilər. 2

Yaponiyada da cərimə cəzası ən geniş yayılmış cəza növü olmaqla, məhkəmələr tərəfindən cinayət törətmiş şəxslərin 90% -ə qədərinə tətbiq edilir. Bu tendensiya yol nəqliyyat hadisələrinin çoxluq təşkil etməsi ilə və qısa zaman müddətinə azadlıqdan məhrumetmə cəzasını tətbiq etməmək üçün baş verir. Yaponiyada “xırda cərimə” böyük ictimai təhlükə yaratmayan cinayətlərə görə məhkəmələr tərəfindən tətbiq edilməklə 10 sendən 20 yenə qədər məbləğində tətbiq edilə bilər. “Orta cərimə” məbləği isə, nisbətən daha ağır cinayətlərə görə 20 yendən çox olmaqla tətbiq edilə bilər. 3

Almaniya Federativ Respublikasında son on ildə, məhkəmələr tərəfindən cərimə cəzasının tətbiqi xeyli dərəcədə artıb. 1970-ci ildən 1980-ci ilədək aparılmış müşahidələr zamanı aşkar edilmişdir ki, Almaniyada azadlıqdan məhrum etmə cəzasına çıxarılan hökmlərin sayı hiss ediləcək səviyyədə azalmış, cərimə cəzasının tətbiqinə dair çıxarılmış hökmlərin sayı isə bir neçə dəfə artırılmışdır. Mülkiyyət əleyhinə olan cinayətlərin dörddə üçünə, şəxsiyyət əleyhinə olan cinayətlərin isə, üçdə ikisinə cərimə cəzasının tətbiq edilməsi, cəzanın bu növünün nə qədər geniş tətbiq olunmasının göstəricisidir. 1 Almaniyada əsas cəza növü kimi cərimə, həm xətalara, həm də törədilmiş hüquqazidd əməllərə, törədilmiş cinayət əməllərinə görə tətbiq edilir (2/paraqraf 12, AFR CM). Almaniyada pul cəriməsi – məhkəmə tərəfindən minimum 5, maksimum 360 gün gündəlik pul cəriməsi məbləğində və ya iki alman markasından, on min alman markası məbləğinə qədər tətbiq edilir. Məhkəmə “gündəlik pul cəriməsini” tətbiq edərkən, hər bir konkret halı nəzərdən keçirərək, cinayətin törədilmə vəziyyətini, cinayəti törətmiş şəxsin şəxsiyyətini, onun aylıq gəlirini, əmlakının miqdarını və sair məsələləri nəzərə alır. Gündəlik məbləğ – şəxsin ailəsinin saxlanılmasına ayrılan pul vəsaiti istisna olmaqla, cinayət törətmiş şəxsin gündəlik qazanc məbləğini nəzərdə tutur. Cərimənin bu cür özünəməxsus qaydada tətbiq edilməsi, müxtəlif imkan sahiblərinə, müxtəlif cərimə miqdarlarının təyin edilməsi baxımından olduqca əlverişli metod hesab edilə bilər. 2 AFR CM-nə görə, qanunvericilik cinayət törətmiş şəxsə cəriməni hissə-hissə ödəməyə və ya müəyyən müddətə qədər ödəməyə imkan verir. Cinayət törətmiş şəxs cəriməni ödəməkdən qərəzli sürətdə boyun qaçırdığı hallarda, onun cəzasını azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinə icazə verilir. Bu halda, bir “cərimə günü” “azadlıqdan məhrum edilmənin bir gününə” bərəbər tutulur. Belə demək olar ki, qanunvericilik bir cərimə günü məbləğini, azadlıqdan məhrum etmənin bir gününə bərabər tutur. Almaniya Federativ Respublikasının Cinayət məcəlləsi, “əmlak cəriməsi” adlanan cəza növünü də göstərir. Qeyd etmək istərdik ki, İngiltərə və Fransa Respublikasının cinayət qanunvericiliyində cəzanın belə bir növü göstərilməyib. A.B.Serebrennikovaya görə, qanunvericilk əmlak cəriməsinə yalnız əlavə cəza növü kimi yanaşır, hansının ki, məqsədi cinayət yolu ilə əldə edilmiş əmlakı müsadirə etməkdir. Qanunvericilik “əmlak cəriməsi” cəzasının, bir aydan iki ilədək “azadlıqdan məhrum etmə” cəzası ilə əvəz edilməsinə icazə verir.

Rusiya Federativ Respublikasında cərimə 2 500 rubldan 1 milyon rubla qədər, iki həftədən beş ilə qədər müddətinə məhkəmələr tərəfindən təyin edilir. Yetkinlik yaşına çatmayan şəxslərə isə, 1 000 rubldan 50 000 rubl məbləğinə qədər, iki həftədən altı aya qədər təyin edilir. Qeyd edək ki, Rusiya Federasiyasında cərimə cəzasının təyin edilmə və icra mexanizmləri demək olar ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə eyniyyət təşkil edir.

Yuxarıda müqayisə etdiyimiz, ölkələrinin məhkəmə təcrübəsində cərimə cəzasının tətbiq edilməsindən elə bir ümumi nəticə çıxartmaq olar ki, cərimə cəzası hər bir ölkənin cəza sistemində əhəmiyyətli yer tutur. Qeyd etdiyimiz ölkələrdə cərimə cəzası – kifayət qədər geniş çərçivədə, həm əsas, həm də ki, əlavə cəza növü kimi məhkəmələr tərəfindən tətbiq edilir. Qeyd etmək lazımdır ki, hər bir ölkənin qanunvericiliyində cərimənin hesablanması və təyin edilməsi qaydası müxtəlif olsa da belə, hər bir ölkənin məhkəməsi cərimə cəzasını tətbiq edərkən, cinayətin ictimai təhlükə daşıması dərəcəsini, cinayəti törətmiş şəxsin maddi vəziyyətini, ailə tərkibini və sair məsələləri nəzərə alır. Yuxarıda adını çəkdiyimiz ölkələrin qanuvericiliyinə görə, cinayət törətmiş şəxs qərəzli sürətdə cəriməni ödəməkdən boyun qaçırdığı hallarda, məhkəmə tərəfindən cəzanın daha ağır növü ilə əvəz olunmasına icazə verilir.

Xülasə, qeyd etmək istərdik ki, dünyanın bir çox ölkələrində son dövrlərdə məhkəmə təcrübəsində cərimə cəzasının geniş həcmdə tətbiq olunması təqdirəlayiq hal hesab olunur və öz effektivliyini sübuta yetirmişdir. Bu baxımdan Azərbaycan Respublikasının məhkəmə təcrübəsində azadlıqdan məhrum etməyə alternativ cəzaların, xüsusən məhkumu cəmiyyətdən təcrid etmədən cəza məqsədlərinə nail olmağa imkan verən cərimə, azadlığın məhdudlaşdırılması kimi cəzaların geniş tətbiq olunması müstəqil dövlətimizin cinayətkarlıqla mübarizə siyasətində diqqət mərkəzində olmalıdır.

1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Komentariyası / F.Y.Səməndərovun redaktəsi

ilə. Bakı, 2006 Səh. 98

1 AR Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi

təcrübəsi haqqında» 25.06.2003-cü il / 4 saylı qərarının II bəndi // (F.Y.Səməndərov – Cinayət

Məcəlləsinin Kommentariyası)

MM Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasını müzakirəyə çıxarır – MÜSAHİBƏ

MM Cinayət Məcəlləsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasını müzakirəyə çıxarır – MÜSAHİBƏ Deputat, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərovun “Report” İnformasiya Agentliyinə müsahibəsi

31 Mart , 2021 14:17

https://static.report.az/photo/f0cb8320-5dbb-31cb-bf2c-6945aeaab3e6.jpg

Nizami Səfərov

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərovun “Report” İnformasiya Agentliyinə müsahibəsi – Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planına “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi” daxil edilib. Sənəd üzərində işlər yekunlaşıbmı və nə vaxt müzakirəyə çıxarılması gözlənilir? – Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planında nəzərdə tutulan ən mühüm layihələrdən biri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsidir. Hazırda bu layihə üzərində tamamlama işləri aparılır. Ümidvaram ki, layihə yaxın zamanlarda müzakirəyə təqdim olunacaq. Heç şübhəsiz qeyd etmək olar ki, ümumiyyətlə cinayət hüququnun inkişafı tarixində (milli qanunvericilik nəzərdə tutulur – “Report”) bu layihə xüsusi yer tutur. – Layihənin hazırlanmasında zərurət nədən irəli gəlir və orada hansı müddəalar yer alıb? – Layihənin qəbul olunmasında əsas zərurət Azərbaycan Respublikasının Cinayət qanunvericiliyində beynəlxalq cinayət hüququnda nəzərdə tutulmuş beynəlxalq cinayət hüququnun uzunmüddətli inkişafını ehtiva edən normaların əks etdirilməsidir. Məsələ burasındadır ki, Azərbaycan Respublikası beynəlxalq cinayətlarlıqla mübarizədə yaxından iştirak edir və ölkə qanunvericiliyində beynəlxalq cinayət hüququnda nəzərdə tutulmuş yanaşmalar, prinsiplər, normalar əhatəli şəkildə əks olunmalıdır. Layihədə beynəlxalq cinayət hüququ normaları nəzərə alınmaqla, beynəlxalq humanitar hüququn norma və prinsipləri nəzərə alınmaqla, müasir hərbi münaqişələrdə nəzərdə tutulan adət və qanunların pozulması ilə bağlı müəyyən edilən standartlar əhatəli şəkildə nəzərə alınır. Məsələn, bu istiqamətdə bir neçə nümunəyə müraciət etmək kifayətdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası 1948-ci ilin dekabrında qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında “ Konvensiyanın iştirakçısıdır və bu mühüm beynəlxalq Konvensiyadan irəli gələn öhdəlikləri öz qanunvericiliyində implementasiya edib. Ancaq nəzərə almaq lazımdır ki, bu cür cinayətlər beynəlxalq cinayət hüququna görə həm sülh, həm də müharibə dövründə törədilə bilər. Bu istiqamətdə Azərbaycan Respublikasının qanunvericiliyində, cinayət qanunvericiliyində bu məqam xüsusi olaraq nəzərə alınacaq. Digər bir mühüm məsələ isə insanlıq əleyhinə cinayətlərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, insanlıq əleyhinə cinayətlərlə bağlı beynəlxaq müstəvidə xüsusi bir konvensiya hələ ki, mövcud deyil. Ancaq nəzərə almaq lazımdır ki, 2013-cü ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Hüquq Komissiyası çərçivəsində artıq bu işlərə start verilib. Yəni, ayrıca bir “İnsanlıq əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” xüsusi bir Konvensiyanın qəbul olunması nəzərdə tutulub. Artıq bir sıra maddələr və ilkin layihə müzakirələrdən keçib. Şübhəsiz ki, Azərbaycan Respublikası da belə bir konvensiya qəbul olunandan sonra onun iştirakçısı olacaq. Ancaq bu konvensiya üzərində hansı işlər gedir, hansı yeni maddələr və müddəalar əlavə edilir artıq bunlar diqqətlə araşdırılır. Şübhəsiz ki, bu konvensiyada olan yanaşmalarda bizim təqdim edəcəyimiz layihədə öz əksini tapacaq. Digər məsələ də müharibə cinayətlərilə bağlıdır. Nəzərə almaq lazımdır ki, son dövrlərdə beynəlxalq cinayət hüququnun xüsusi bir kateqoriyası olan müharibə cinayətlərində də müəyyən inkişaf müşahidə edilir. Ayrı-ayrı silahların tətbiq edilməsilə bağlı yeni normalar müəyyən edilir. Bu normalar Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) statusunda, yəni Nizamnaməsində də öz əksini tapıb. Həmin məhkəmə orqanı 1998-ci ildə Roma şəhərində keçirilən Diplomatik Konfransda formalaşıb. Onun nizamnaməsi isə 1 iyul 2002-ci ildən qüvvəyə minib. Biz nəzərə alırıq ki, Azərbaycan Respublikası bu məhkəmə orqanının iştirakçısı deyil. Ancaq burada nəzərə almaq lazımdır ki, BCM-nin nizamnaməsində nəzərdə tutulan müddəalar II Dünya Müharibəsindən sonra beynəlxalq cinayət hüququnun məntiqi nəticəsidir. Ona görə bu normalara və prinsiplərə müraciət etmək zəruridir. Biz 44 günlük müharibənin gedişində canlı şahidik ki, Ermənistan istər münaqişə zonasında, istər münaqişə zonasından çox-çox uzaqlarda olan Gəncə, Bərdə, Xızı, Tərtər, Abşeron rayonunda və digər yaşayış məntəqələrimizdə müharibə adətlərini və qanunlarını, beynəlxalq hüquq normalarını pozub, qadağan olunmuş silahları tətbiq edib. Bu cür əməllərin beynəlxalq hüquqi standartlar da nəzərə alınmaqla ciddi şəkildə cəzalandırılması böyük əhəmiyyət kəsb edir. Bu layihə nəinki beynəlxalq hüquqda nəzərdə tutulan norma və prinsipləri nəzərə alacaq, hətta digər tərəfdən isə özü beynəlxalq hüquqa töhvə verəcək. Məsələn, işğalçı dövlət tərəfindən öz əhalisinin işğal olunmuş ərazilərdə məskunlaşdırılması beynəlxalq cinayətdir, müharibə cinayətidir. Ancaq bizim layihədə nəinki işğalçı dövlətin öz əhalisinin bu əraziyə digər şəxslərin də yerləşdirilməsi, onların məskunlaşdırılması cinayət kimi tövsif ediləcək. Burada nəzərdə tutulur ki, ermənilər uzun müddət xaricdən gətirilən şəxsləri artıq işğaldan azad olunmuş ərazilərdə yerləşdirirdi. Bu əməllərin də cinayət kimi tanınması, tövsif edilməsi hazırladığımız layihədə nəzərdə tutulur. Şübhəsiz ki, belə bir mühüm layihənin qəbul edilməsi işğalçı Ermənistan tərəfindən yol verilən müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, soyqırımı cinayətinin təqibində Azərbaycan Respublikası üçün yeni hüquqi imkanlar açacaq. Bir daha nümayiş etdirəcək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi Beynəlxalq Cinayət Məcəlləsinin inkişafının gedişində özünə təşəkkül tapmış norma və prinsiplərə uyğundur. – Layihənin hazırlanmasında hansı ölkələrin qanunvericilik təcrübəsindən istifadə olunub? – Layihədə bir tərəfdən beynəlxalq hüquq normaları, beynəlxalq cinayət hüququnda təşəkkül tapmış norma və prinsipləri, beynəlxalq humanitar hüququn inkişafında özünə yer tapmış norma və prinsipləri, xüsusilə də beynəlxalq hüququn pozuntularını ehtiva edən və müharibə cinayətləri kimi tövsif edən əməllər nəzərə alınıb. Digər tərəfdən isə bir çox ölkələrin qanunvericiliyi də nəzərdən keçirilib. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) statusunu ratifikasiya edən dövlətlər öz daxili qanunvericiliyində implementasiya ilə bağlı zəruri addımlar atıb. Komporativ təcrübə də bizim üçün çox maraqlı oldu. Bir çox ölkələrin, Avropa ölkələrinin təcrübəsi nəzərdən keçirilib, analiz edilib və onlarda mövcud olan müsbət məqamlar layihəyə daxil edilib.

  • müsahibə
  • Cinayət Məcəlləsi
  • Nizami Səfərov

Comments are closed, but trackbacks and pingbacks are open.