Azərbaycan Respublikasının cinayət hüququnda özünü öldürmə həddinə çatdırmaya görə cinayət məsuliyyətinin hüquqi-tarixi tədqiqi. Ceyhun Əzizov
Müasir cinayət hüquq elmində baxılan cinayətin subyektiv cəhəti barədə fikir müxtəlifliyi vardır. Belə ki, bir qrup alimlər bu cinayətin birbaşa qəsdlə, o biri qrup alimlər yalnız dolayı qəsdlə [4, s. 286], digər bir qrup isə həm birbaşa həm də dolayı qəsdlə həyata keçirildiyini göstərirlər [9, с.338]. Hüquq ədəbiyyatında hətta bu cinayətin həm ehtiyatsızlıqla, həm də dolayı qəsdlə də ifadə olunması qeyd edilmişdir [5, s.107; 7, s.56]. Bizim fikrimizcə isə bu cinayətin subyektiv cəhəti yalnız birbaşa və ya dolayı qəsdlə ifadə oluna bilər. Özünü öldürmə həddinə çatdırma cinayətinin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Bu cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir [ 8, s. 204].
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası (2 hissədə)
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası
(2 hissədə)
Firudin Yusif oğlu Səməndərovun
redaktəsi ilə Yenidən işlənmiş təkrar nəşr
752 / 832 səh.
Format 70×100 1/16
“Hüquq Yayın Evi”, 2015
“BESTRACK” mətbəəsi I və II hissələrinin birlikdə qiyməti: 50 AZN
Bakı 2 Sentyabr 2015 2577 dəfə Mənbə: tap.az
Elanın vaxtı bitmişdir
Seçilmişlərə əlavə et
Oxşar Elanlar
Webmoney/Qiwi/Yandex Azərbaycan
1 22 Fevral
Mostbet – ən etibarlı bukmeyker
Mostbet Reklam
Azərbaycan dili hazırlığı
50 3 Mart
Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası
45 5 Mart
Azərbaycan Xalq Mahnıları (1956)
55 25 Fevral
Xalq təbabəti (Azərbaycan şirniyyatı)
2 15 Fevral
Azərbaycan Dövlət bayrağı
175 16 Fevral
Azərbaycan Dövlət bayrağı
160 4 saat əvvəl
Gizli Platforma Azərbaycan üçün
Azərbaycan Dövlət bayrağı
175 22 Yanvar
Mətnlərin rus dilindən Azərbaycan dilinə tərcüməsi
3 7 Fevral
1ci Avropa Oyunları 2015 – gümüş 5 manat
350 11 Mart
Azərbaycan dili və ədəbiyyat müəlliməsi
30 6 Fevral
Azərbaycan dili hazırlığı kursu
45 22 Yanvar
Torpaq sahəsi
1 400 000 28 Fevral
Torpaq sahəsi
1 400 000 28 Fevral
Azərbaycan dili kursu
60 6 Fevral
Azərbaycan dili onlayn abituriyent hazırlığı
35 Dünən
10 sot torpaq sahəsi, Ramana qəs.
5 000 11 Mart
Satılır Yeni tikili, 82m², 2-Otaqlı
90 000 15 Fevral
Satış Villa, 400m²
500 000 13 Fevral
“Mercedes W210” stop işığı
90 Dünən
Obyekt icarəyə verilir, Nizami m.
25 000 9 saat əvvəl
Satış Villa, 390m²
500 000 17 Fevral
Ödənişli xidmətlər
Elanınızı Premium edin, ana səhifədə hərkəs görsün!
Ödənişli xidmətlər
Elanınızı irəli çəkin, ana səhifədə hərkəs görsün!
Elanı sil
Azərbaycanda yeni və işlənmiş məhsul elanları, onlayn alış veriş. Əmlak Telefon Aksesuar Maşın Mebel Geyim
Telefon: (012) 566-74-58
Haqqımızda
Yardımçı linklər
Saytın rəhbərliyi yerləşdirilmiş elanların məzmununa görə məsuliyyət daşımır
© UcuzTap bir şirkət məhsuludur
Azərbaycan Respublikasının cinayət hüququnda özünü öldürmə həddinə çatdırmaya görə cinayət məsuliyyətinin hüquqi-tarixi tədqiqi. Ceyhun Əzizov
Azərbaycan Respublikasının 1999-cu ildə qəbul edilmiş CM-də özünü öldürmə həddinə çatdırmaya görə cinayət məsuliyyəti 125-ci maddədə müəyyən olunmuşdur. Lakin, bu cinayət növü Azərbaycan cinayət qanunvericiliyi üçün yenilik olmamış, belə ki, 1922-ci, 1927-ci və 1960-cı illərdə qəbul edilmiş CM-də də özünü öldürmə həddinə çatdırmaya görə cinayət məsuliyyəti öz əksini tapmışdır. Təbii ki, hər bir cinayət qanununda bu cinayətin tərkib elementləri (əsasən obyektiv cəhəti xarakterizə edən) və məsuliyyət məsələləri bir qədər fərqlənirdi.
1922-ci il CM-in 148-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan və yaxud öz hərəkətlərini anlamaq, həyata keçirməyə qadir olmayan şəxsi onun özünü öldürməyə hər hansı kömək və ya sövq etməsi cinayət məsuliyyətinə səbəb olurdu. Bu maddənin sanksiyası bu cinayətə görə üç ilədək azadlıqdan məhrum etmə cəzasını müəyyən edirdi [10, s.53]. Beləliklə də, bu cinayətin obyektiv cəhəti özünü öldürməyə yalnız kömək və ya sövq etmə hərəkətlərini daxil edirdi [6, s.66]. Zərərçəkmişlərin dairəsi də məhdudlaşdırılmışdır: qanunvericilik yalnız yetkinlik yaşına çatmayanların və ya törətdikləri əməlin xüsusiyyətlərini və ya əhəmiyyətini dərk etməyə və ya öz hərəkətlərinə rəhbərlik etməyə qadir olmayan şəxslərin barəsində belə hərəkətləri cinayət hesab edirdi [7, s.55].
1927-ci il CM-in 178-ci maddəsində özünü öldürmə həddinə çatdırma cinayətinin əlamətləri öncə qəbul edilmiş məcəllədən bir qədər fərqli göstərilmişdir. 178-ci maddənin 1-ci hissəsinə görə, «başqa bir şəxsdən maddi və ya başqa cəhətdən asılı olan bir şəxs ilə amansız rəftar etməklə və ya bu kimi yollarla onu öz-özünü öldürmək və ya öldürməyə qəsd etmək dərəcəsinə çatdırmaq» cinayət sayılırdı və bu cinayət beş illik müddətə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılırdı [1, s.102]. 1936-cı ildə 178-ci maddəyə 2-ci hissə əlavə olunmuşdur: “öz-özünü öldürmək və ya öldürməyə qəsd etmək” özünü yandırmaq üsulu ilə baş verirdisə bu ağırlaşdırıcı hal kimi qiymətləndirilirdi və təqsirkar on ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılırdı. Qeyd edək ki, həm keçmişdə, həm də indiki zamanda özünü öldürmənin bu üsuluna əsasən qadınlar əl atırlar. Belə ki, qadınlar öz həyatlarına qəsd etmənin bu üsulunu seçməklə bir növ ailədə zorakılığa, amansız rəftara məruz qaldıqlarına ictimaiyyətin fikrini cəlb etmək istəyirlər.
1927-ci il CM-in 178-ci maddəsinin 3-cü hissəsi 1922-ci il CM-nin 148-ci maddəsinə oxşar idi. Belə ki, “yaşadolmamış şəxsi, ya elədiyin işin mahiyyəti və xassəsini anlamağa və ya öz əməllərinə rəhbərlik etməyə iqtidarı olmayan şəxsi öz-özünü öldürməyə təhrik və ya kömək etmək, bu hərəkətlər nəticəsində həmən şəxs öz-özünü öldürərsə və ya öldürməyə qəsd” etmiş olarsa, üç illik müddətə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı [ 1, s.102].
1922-ci il CM-dən fərqli olaraq 1927-ci il CM-si zərərçəkmiş şəxs qismində istənilən bir şəxsin olması ehtimalını və eyni zamanda zərərçəkmişin təqsirkardan maddi və ya başqa cəhətdən asılılığını, bundan başqa şəxsin öz-özünü öldürməyə cəhdi də tərkibin obyektiv cəhətinə daxil etmişdir. 1927-ci il CM-sini öncə və ondan sonra qəbul edilən cinayət məcəllərindən fərqləndirən cəhətdən biri də odur ki, 1927-ci il CM-də zərərçəkmiş şəxsin özünü məhz yandıraraq özünə qəsd etməsi ağırlaşdırıcı hal kimi göstərilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, məhz 1927-ci il CM-də bu cinayətə görə məsuliyyətin diferensiasiyasına daha yüksək dərəcədə riayət olunmuşdur.
1960-cı il CM-nin 100-cü maddəsinə görə, təqsirli şəxsdən maddi və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə və ya onun şəxsi ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə dərəcəsinə və ya özünü öldürməyə sui-qəsd dərəcəsinə çatdırma yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı [2, s.75]. Bu maddənin 2-ci hissəsinə görə isə eyni hərəkətlər təqsirli şəxsdən heç bir asılılığı olmayan şəxs barəsində edildikdə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Beləliklə, 1960-cı il cinayət qanunvericiliyi təqsirli şəxsdən heç bir asılılığı olmayan şəxsin özünü öldürmə dərəcəsinə və ya özünü öldürməyə sui-qəsd dərəcəsinə çatdırılmasını da cinayət kimi qeyd etmişdir. Qeyd edək ki, bu maddənin 2-ci hissəsində göstərilən əməl Azərbaycan cinayət qanunvericiliyi tarixində ilk və son olaraq cinayət məsuliyyəti yaradırdı.
Qüvvədə olan 1999-cu il CM-də özünü öldürmə həddinə çatdırma cinayəti əvvəlki Məcəllələrdə olduğu kimi şəxsiyyət əleyhinə olan cinayətlərin sisteminə daxil edilmişdir. 1999-cu il CM-in 125-ci maddəsinə görə “təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırma üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” [3, s.110]. Bu cinayətin ictimai təhlükəliliyi nəinki başqa şəxsin özünü həyatdan məhrumetməsi və ya buna cəhd göstərməsi, həm də təqsirkarın mənəviyyatdan, insanlıqdan kənar, amansız hərəkətlər etməsi ilə xarakterizə olunur [4, s.286]. Bu cinayətin obyekti başqa şəxsin həyatı, obyektiv cəhəti isə təqsirkardan maddi, xidməti və ya sair asılılığı olan zərərçəkmiş şəxsi özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma hərəkətlərində ifadə olunur. Bu cinayət maddi tərkiblidir və zərərçəkmiş şəxsin özünə qəsd edildiyi vaxtdan və yaxud özünə sui-qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir.
Müasir cinayət hüquq elmində baxılan cinayətin subyektiv cəhəti barədə fikir müxtəlifliyi vardır. Belə ki, bir qrup alimlər bu cinayətin birbaşa qəsdlə, o biri qrup alimlər yalnız dolayı qəsdlə [4, s. 286], digər bir qrup isə həm birbaşa həm də dolayı qəsdlə həyata keçirildiyini göstərirlər [9, с.338]. Hüquq ədəbiyyatında hətta bu cinayətin həm ehtiyatsızlıqla, həm də dolayı qəsdlə də ifadə olunması qeyd edilmişdir [5, s.107; 7, s.56]. Bizim fikrimizcə isə bu cinayətin subyektiv cəhəti yalnız birbaşa və ya dolayı qəsdlə ifadə oluna bilər. Özünü öldürmə həddinə çatdırma cinayətinin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs ola bilər. Bu cinayət cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir [ 8, s. 204].
Beləliklə də, Azərbaycanda müxtəlif vaxtlarda qüvvədə olan bütün cinayət qanunlarında özünü öldürmə həddinə çatdırma cinayəti fərqli tərkib əlamətləri və ağırlaşdırıcı halları ilə də olsa belə həmişə cinayət hesab edilmişdir. Fikrimizcə, bu cinayətin qüvvədə olan 1999-cu il CM-nin 125-ci maddəsində göstərilən tərkibi bugünkü Azərbaycan reallığı üçün daha mükəmməl və məqsədəuyğun hesab edilə bilər. Misal üçün, qüvvədə olan RF-nın 1996-cı il CM-də zərərçəkmiş şəxsin təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmasının cinayət tərkibinin zəruri əlaməti kimi nəzərə alınmaması bu cinayətin dairəsinin genişləndirilməsinə səbəb olur və bu hal məqbul sayıla bilməz.[11, с.48].
İstifadə edilmiş ədəbiyyat siyahısı:
1. 1927-ci il Azərbaycan SSR Cinayət Məcəlləsi (1944-cü il fevralın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Rəsmi nəşriyyat. Bakı: Azərnəşr, 1945, 220 s.
2. 1960-cı il Azərbaycan SSR Cinayət Məcəlləsi (1998-ci il oktyabrın 1-nə qədər olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 1998, 192 s.
3. Azərbaycan Respublikasının 1999-cu il Cinayət Məcəlləsi (2009-cu ilin 1 yanvarınadək olan əlavə və dəyişikliklərlə). Bakı: Hüquq ədəbiyyatı, 2009, 419 s.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası / F.Y.Səməndərovun ümumi redaktəsi ilə. Bakı: Diqesta, 2007, 959 s.
5. Əfəndiyev E.M. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin şərhi. Xüsussi hissə. Бакы: Hüquq ədəbiyyatı, 2001, 920 s.
6. Quliyev R.İ., İmanov M.N. Cinayət hüququ. Xüsusi hissə. Bakı: Qanun, 2004, 816 s.
7. İmanlı M.N. Cinayət hüququ. Xüsusi hissə. Bakı: Zərdabi, 2009 , 656 s.
8. Səmədova Ş.T. Cinayətlərin kateqoriyaları. Bakı: Adiloğlu, 2007, 310 s.
9. Комментарий к УК Российской Федераций / Под общ. ред. А.А.Чекалина. М.: Юрайт, 2006, 1228 ст.
10. УК Азербайджанской ССР 1922г. Баку: Наркомюст, 1927, 132 с.
11. УК Российской Федерации 1996г. М.: Проспект, 2005, 192 с.
Cinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırılacaq
Cinayət Məcəlləsinin böhtan və təhqirə görə maddələri dekriminallaşdırılacaq “Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək”.
9 Dekabr , 2021 11:08
https://static.report.az/photo/121c261d-64bf-3175-966f-f0fbbab0e0ed.jpg
“Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə “Televiziya yayımı haqqında” və “KİV haqqında” qanunlar qüvvədən düşəcək”. “Report”un xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, diffamasiya ilə bağlı da araşdırmalar gedir: “Bununla bağlı ciddi işlər görülür. Hazırda həmin sənəd hazırlıq mərhələsindədir”. “Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması ilə bağlı işlər davam etdirilir”, – Ə.ismayılov bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.