Cinayətlə bağlı təqdimat
Tədbirdə Rusiya Federasiyasının Baş Prokurorluq nəzdində Hüquq İnstitutunun direktor müavini Aleksey Salnikov , general-leytenant Vitali Vladimiroviç Mozyakov , general-leytenant İqor Sobolevski , tanınmış vəkil Viktor Xmarin , Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və b . iştirak ediblər. ���
Dəhşətli cinayətlə bağlı RƏSMİ AÇIQLAMA
Noyabrın 28-də Zaqatala rayon sakini Vüsal Bəşirovun həmkəndliləri tərəfindən qəsdən öldürülməsinə cəhd faktına görə rayon prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan balta maddi sübut kimi götürülüb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı xəbərdə bildirilir ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən tarixdə radikal dini təriqətlərdən birinə mənsub rayon sakinləri Rəşad Tahirov və Araz Musayev aralarında əldə olunmuş razılığa əsasən həmyerliləri Vüsal Bəşirovu şəriət qanunları ilə cəzalandırmaq məqsədi ilə əvvəlcədən balta alıb ağzını itilədərək özlərinə məxsus mağazada gizlədiblər. Sonra onunla görüşüb kirayədə yaşadıqları evə aparıb, Araz Musayevə olan borcunu vaxtında qaytarmadığına görə döyüb, əllərini, ayaqlarını və ağzını yapışqanlı lentlə bağlayıblar. Onlar tanışları Akif Mustafayevin idarə etdiyi minik avtomobili ilə şəhərin “Asma körpü” deyilən ərazisinə aparmaqla bir neçə saat qanunsuz azadlıqdan məhrum ediblər. İstintaq araşdırmaları ilə həmçinin R.Tahirovun qəsdən öldürmək məqsədi ilə V.Bəşirovun ayaqlarını tutması, A.Musayevin isə dizlərini onun çiyin nahiyəsinə qoyub özü ilə gətirdiyi balta ilə xüsusi amansızlıqla Vüsalın hər iki əlini bilək nahiyəsindən kəsməsi və qanitirmədən ölə biləcəyinə əmin olduqdan sonra zərərçəkmişi əlləri və ayaqları bağlı vəziyyətdə qoyaraq hadisə yerindən qaçmalarına dair kifayət qədər sübutlar toplanıb.
A.Musayev rayon Polis Şöbəsinə gedərək təslim olub, R.Tahirov və A.Mustafayev isə istintaqdan gizləniblər. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tahirov və A.Mustafayev də tutularaq istintaqa cəlb ediliblər.
R.Tahirova Cinayət Məcəlləsinin 145.2.4 (qanunsuz azadlıqdan məhrum etmə), 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), A.Musayevə 29,120.2.1, 29,120.2.2 və 29,120.2.4-cü maddələri, A.Mustafayevə isə 145.2.4-cü maddələri ilə ittiham elan edilərək barələrində rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Cinayətlə bağlı təqdimat
Bakı Dövlət Universitetində “Cinayətkarlıq və cəza” kitabının təqdimat mərasimi keçirilib
Bakı Dövlət Universitetində Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində hüquq elmləri doktoru , professor İlham Rəhimovun Moskvada çap olunmuş “Cinayətkarlıq və cəza” kitabının təqdimat mərasimi keçirilib . Tədbir Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən rektor , akademik Abel Məhərrəmov bildirib ki , təqdimat mərasiminin Xocalı soyqırımının 20-ci ildönümü ilə üst-üstə düşməsi böyük əhəmiyyət kəsb edir , çünki XX əsrin ən böyük cinayəti olan Xocalı soyqırımın ı törədənlər hələ də cəzalandırılmamış, dünya ictimaiyyəti isə bu cinayətlə bağlı qəti etirazını bildirməmişdir. A.Məhərrəmov bildirib ki , ümummilli lider Heydər Əliyev deyirdi ki , dövlətə iki amil zərər gətirə bilər: Günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda. Professor İ.Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi , tarixi planda təhlil edilib və ona fəlsəfi əsaslandırma verilib .
“Cinayətkarlıq və cəza” kitabının təqdimatının məhz Bakı Dövlət Universitetində keçirildiyinin təsadüf olmadığını bildirən rektor , ölkəmizdə hüquq elminin məhz bu ali təhsil ocağında formalaşdığını qeyd edib .
AMEA-nın müxbir üzvü , BDU-nun kafedra müdiri Məsumə Məlikova, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, BDU-nun kafedra müdiri Kamil Səlimov, Rusiya Federasiyası Dövlət Dumasının komitə sədri Vladimir Pligin , Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm Usubov çıxış edərək kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki , Azərbaycan aliminin monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır və yaranan problemlər təhlil edilir , cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir . Hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitabın rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünasları Aleksandr Bastrıkin və Yuriy Qolikdir . �
Sonra İlham Rəhimov bütün çıxış edənlərə, o cümlədən tədbirə qatılanlara təşəkkür edib . �
Tədbirdə Rusiya Federasiyasının Baş Prokurorluq nəzdində Hüquq İnstitutunun direktor müavini Aleksey Salnikov , general-leytenant Vitali Vladimiroviç Mozyakov , general-leytenant İqor Sobolevski , tanınmış vəkil Viktor Xmarin , Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və b . iştirak ediblər. ���
Qeyd edək ki , keçmiş SSRİ-də ən gənc hüquq elmləri doktoru olan İlham Rəhimov 100-ə yaxın elmi məqalənin və 5 monoqrafiyanın müəllifidir. ��
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi .- 2012.- 2 mart.- S.3.
Cinayətlə bağlı təqdimat
Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı cinayət işində daha bir təfərrüat ortaya çıxıb.
“Unikal” apa-ya istinadən xəbər verir ki, Fuad Cəlilzadə ilə qətlə yetirilən qardaşlar Amin Quluzadə və Xəyal Quluzadə uzun müddət münaqişədə olublar.
Hadisə baş verən gün qardaşlar Fuad Cəlilzadənin evinin damını daşlayıb, onun bu yaxınlarda vəfat etmiş bacısını söyərək qəbiristanlığa “söhbətə” çağırıblar.
Bundan sonra Fuad Cəlilzadə özünə məxsus ov silahı ilə ora gedib və hər iki qardaşı güllələyib.
Hadisə yerində olmuş şəxslərin dediyinə görə, qətlə yetirilən qardaşların birinin əlində bıçaq olub.
Fuad Cəlilzadə daha sonra qardaşların yaşadığı evə gələrək onların valideynləri Nadir Quliyev və Tərgül Quliyevanı da güllələyib.
Fuad Cəlilzadə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək cinayət törətdiyini etiraf edib.
Qeyd edək ki, Fuad Cəlilzadə kənddə heyvandarlıqla məşğul olub.
10:48
Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində 1 maddə ilə ittiham verilib.
“Unikal” xəbər verir ki, Fuad Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ittiham verilib.
Qeyd edək ki, ötən gün 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyərək öldürüb.
00:59
Bəyləqanda bir ailənin dörd üzvünün qətlə yetirilməsi ilə bağlı daha bir məqam məlum olub.
“Unikal” apa-ya istinadən xəbər verir ki, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub.Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.
Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.
00:31
Bəyləqanda öldürülən ailə üzvlərinin adı bəlli olub.
“Unikal” apa-ya istinadən xəbər verir ki, düşmənçilik zəminində öldürülən 4 nəfərin adı aşağıdakılardır:
Quliyev Nadir Cümşüd oğlu – 56 yaş;
Quliyeva Tərgül Sərxan qızı – 51 yaş;
Quluzadə Amin Nadir oğlu – 26 yaş;
Quluzadə Xəyal Nadir oğlu – 29 yaş;
Qeyd edək ki, ailənin 4 övladı olub. Onlardan ikisi Bakı şəhərində yaşayır. Hadisənin genişlənməməsi və təhlükəsizlik tədbirləri nəzərə alınaraq qətli törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadənin ailəsi yaşadığı kənddən təxliyə edilib.
00:0
0Beyləqanda bir ailənin dörd üzvü odlu silahla öldürülüb.
“Unikal” xəbər verir ki, qətlə yetirilənlər ata, ana və iki qardaş olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə ailə üzvlərindən ikisini evdə, ikisini isə yol kənarında güllələyib.
23:34
Dekabrın 02-si saat 22 radələrində Beyləqan rayonunun Tatallar kəndi ərazisində 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə aralarında olan düşmənçilik ədavətinə görə bir ailənin 4 üzvünü öldürməkdə şübhəli bilinərək saxlanılıb.
“Unikal” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda istintaq davam edir.
Comments are closed, but trackbacks and pingbacks are open.