In İmperatoru və İpəkçilik Kəşfi
Eyni ənənə Huang Di-yə yox, həyat yoldaşı Si Ling-Chi-yə (Xilingshi və ya Lei-tzu kimi də tanınır) ipəkçiliyin özünü və ipək iplik toxumasını toxuduğunu kəşf etdi.
Kağız necə istehsal olunur? ✅
Kağız gündəlik həyatımızın vazkeçilməzləri arasındadır. Her gün istifadə etdiymiz kağız barədə çoxumuzun məlumatı yoxdur. Yəni nece yaranıb?harda yaranıb?nədən yaranıb?
Kağız – ağacdan hazırlanan bir materialdır. Bəs bir ağac bir kazğıza necə çevrilir? Maraqlısı da odur ki kağız, ağacın incə yarpaqlarından deyil, qalın kötüyündən hazırlanır.
Statiskaya baxanda görmək olar ki, 1 ton ofis kağızının istehsalı üçün ən azı 10 kağız kəsilməlidir. Buna görə də istifadə edilmiş kağızların yenidən emalı isə minlərlə ağacın, həmçinin böyük meşələri xilas edə bilər.
Kagız nece istehsal olunur?
Maraqlısı odurki,kağız ağacın nazik yarpaqlarından deyil, sərt və sağlam kötüyündən hazırlanır.
Bu gün kağız istehsal edən fabriklər fəaliyyət göstərir. Müasir texnologiya ilə kağız istehsalı daha verimli hala gəlib.
İlk öncə oduncağın qabığı içinə zərər verməyəcək şəkildə soyulur. Daha sonra oduncaq 2.5 sm-lik kötüklər halında doğranılır. Daha sonra bitki lifləri istənməyən ligindən ayrılması üçün turşu məhlulunda qaynadılır. Bu prosesin sonunda əldə edilən kağız xəmirində sadəcə bitki lifləri qalır. Daha sonra xəmir su ilə yuyularaq ligin artıqlarından da təmizlənir. Kağıza ağ rəng verəndə bu prosesdir.
Buna görədə su istehsal prosesinin ən önəmli bir maddəsidir. 1 kq kağız istehsal etmək üçün 100 litr su istifadə olunur. Suyun daha az israf edilməsi üçün müxtəlif üsullar inkişaf etdirilmişdir. Bu gün istifadə edilən suyun 90%-i çevrilərək yenidən istifadə olunur.
İstifadə edilən ağac talaşalarının böyük bir hissəsi taxta fabriklərinin artıq məhsullarıdır. Ətrafa zərər verməmək üçün kağız xəmrini ağartmaq üçün istifadə olunan kimyəvi maddələrdə xlor olmamasına diqqət edilir.
Daha sonra xəmirin içindəki liflərin düzləşdirilməsi üçün xüsusi olaraq yaradılmış bıcaqlardan istifadə olunur. Bu proses eyni zamanda lifləri daha kiçik parçalara ayıraraq liflərin bir-birinə daha yaxşı yapışmasını təmin edir. Bunun sayəsində kağızın quruluşu sağlamlaşır.
İstehsalçılar eyni zamanda sıxlığı və matlığı artırmaq üçün xəmirə kalsium karbonat da əlavə edirlər. İstəyə görə kağızı rəngləndirmək üçün nişasta ( və ya boya) və optik partladıcılar istifadə olunur.
Bütün bu proseslər tamamlandıqdan sonra xəmir qurumaya hazır hala gəlir. Kağız fabriklərinin qəlbi sayılan maşınlarda qurutma işləri aparılır. Kağız maşınları,eyni zamanda bir çox işi edən kiçik maşınların bir araya gəlməsindən yaranır. Xəmir dönən tellər və qayışlar arasındakı dar boşluqdan keçərək qurudulur. Xəmirdən ayrılan su, oluklarla çölə çıxarılarkən, tətbiq olunan təyziq və istilik kağıza son formasını verir. Beləliklə maşının digər ucundan kağız lövhələr çıxmağa başlayır.
Ancaq yenə də bir az nəm qalır. Bu nəmin qurudulması üçün də infraqırmızı radiasiya istifadə tətbiq edilir.
Son olaraq kağız mütəxəssislər tərəfindən dəqiqliklə incələnir. Hər hansı problem olub olmadığı araşdırılır. Əgər bir problem varsa, lazım olan proseslər təkrarlanır. İstehsal olunan kağız lövhələr 80 km uzunluğunda və 9 metr enliliyində ola bilir. Bir kağız rulonu 120 ton son ağırlığında ola bilir. Ancaq bazarın ehtiyacına uyğun olaraq, daha kiçik uzunluqlara bölünmüş olaraq fabrikdən çıxır.
Kağız xəmirindən ehtiyaca uyğun olaraq fərqli kimyəvi maddələr istifadə edilərək kitab kağızından, uşaq bezinə kimi geniş bir spektirdə bir çox kağız növü istehsal oluna bilər.
Ölkəmizə daxil olan kağız və karton malların keyfiyyəti əvvəlcə gömrük komitələrinin ixtisaslı labaratoriyalarında yoxlanılır, sonra onların ölkənin satış məntəqələrinə buraxılmasına icazə verilir.
Son zamanlar kağıza və karton mallara artan təlabata görə lazım olan xammalı əldə etmək üçün meşələr çox qırılır. Meşələrin qırılmasının qarşısını almaq üçün kağız istehsalında sintetik liflerdən istehsal olunmağa başlayıb. Bu çox sərfəli qiymətə kağız almağa imkan verir.
Respublikamızda tullantı kağızlar emal edilərək karton istehsalı həyata keçirilir. Bakı və ölkənin ayrı-ayrı rayonlarından toplanmış kağız tullantıları Azərbaycan Kağız və Karton İstehsalatı Kombinatına gətirilir. Burada isə müxtəlif növ kağızlar istehsal edilir,daha sonra isə bu kağızlardan Xırdalan Karton Fabrikində karton məhsulları istehsal edilir.
Tullantı kağız məhsulları 5-6 dəfə təkrar emal olunduqda belə, tərkibindəki liflər öz keyfiyyətini saxlaya bilir.
Kağızın yaranma tarixi
İlk kağız eradan əvvəl II əsrdə Çində ipəkdən hazırlanıb. Kağız Xan sülaləsi dövründa tut ağacından hazırlanırdı. İlk dəfə Çində kağızdan bağlamalar və yazı yazmaq üçün istifadə olunurdu.
Sun imperiyası dövründə isə ilk kağız pul əskinası kəsilmişdir.
İlk kağız fabriki isə Bağdadda 794cü ildə Harun ər Rəşidin vəzirinin oğlu ibn Fəzl tərəfindən yaradılmışdır.
Avropa da isə ilk dəfə olaraq 1100cü ildə kağız fabriki fəaliyyətə başlamışdır.
Çin İmperatoru və İpəkçilik Kəşfi
MÖ 2700-2640-cı illərdə Çinlilər ipək hazırlamağa başladılar. Çin ənənəsinə görə, qismən əfsanəvi imperator Huang Di (alternativ olaraq Wu-di və ya Huang Ti) ipəkqurdu yetişdirmək və ipək iplik çevirmək üsullarını icad etdi.
Sarı İmparator Huang Di, eyni zamanda Çin millətinin qurucusu, insanlığın yaradıcısı, dini Taosizmin qurucusu, yazı yaradıcısı və pusula və saxsı çarkın – qədim Çində mədəniyyətin bütün təməllərinin yaradıcısı kimi tanınır.
Eyni ənənə Huang Di-yə yox, həyat yoldaşı Si Ling-Chi-yə (Xilingshi və ya Lei-tzu kimi də tanınır) ipəkçiliyin özünü və ipək iplik toxumasını toxuduğunu kəşf etdi.
Bir əfsanə Xilingşinin bir tut ağacından barama götürdüyü və təsadüfən isti çayına atdığı zaman bağçasında olduğunu iddia edir. Çıxardıqda bir uzun sapa büküldüyünü gördü.
Sonra əri bu kəşf üzərində qurdu və ipək qurdunu evcilləşdirmək və ipliklərdən ipək sap istehsal etmək üsullarını inkişaf etdirdi – Çinlilərin 2000 ildən çox müddət ərzində dünyanın qalan hissələrindən gizli saxlaya bildikləri proseslər və ipək üzərində inhisar yaratdı. parça istehsalı. Bu inhisarçılıq ipək parça ilə gəlirli ticarətə gətirib çıxardı.
İpək Yolu belə adlandırılmışdır, çünki Çindən Romaya ipək parça əsas ticarət məhsullarından biri olan ticarət yolu idi.
İpək inhisarının pozulması
Ancaq başqa bir qadın ipək inhisarını qırmağa kömək etdi. Təxminən 400-cü ildə, başqa bir Çinli şahzadə, Hindistanda bir şahzadə ilə evlənməyə gedərkən, yeni vətənində ipək istehsalına icazə verərək baş geyimindəki bəzi tut toxumları və ipəkqurdu yumurtalarını qaçaqmalçılıq yolu ilə apardığı deyilir. Əfsanədə deyilir ki, yeni torpaqlarında asanlıqla ipək parça əldə etmək istədi. Bizansa sirlərin açılmasına yalnız bir neçə yüz il qaldı və başqa bir əsrdə Fransa, İspaniya və İtaliyada ipək istehsalı başladı.
Prokopinin danışdığı başqa bir əfsanədə, rahiblər Çin ipək qurdlarını Roma İmperiyasına qaçaqmalçılıq yolu ilə gətirmişlər. Bu, Çin ipək istehsalındakı inhisarını qırdı.
İpək qurdunun xanımı
İpəkçilik prosesini kəşf etdiyi üçün əvvəlki imperatoriça Xilingshi və ya Si Ling-chi ya da İpək Qurdunun Xanımı kimi tanınır və tez-tez ipəkçilik tanrıçası olaraq tanınıb.
Faktlar
İpəkqurdu yerli Çinin vətənidir. Qeyri-səlis güvə (Bombyx) larvası və ya tırtıl mərhələsidir. Bu tırtıllar tut yarpaqları ilə qidalanır. İpək qurdu çevrilmə üçün özünü örtmək üçün bir barama əyirərkən ağzından bir ip çıxarıb bədəni ətrafında dolayır. Bu baramalardan bəziləri yeni yumurta və yeni sürfələr və daha çox barama istehsal etmək üçün ipək istehsalçıları tərəfindən qorunur. Çoxu qaynadılır. Qaynama prosesi ipi boşaldır və ipək qurdu / güvə öldürür. İpəkçi cütlük ipi tez-tez təxminən 300 – 800 metr və ya metrlik çox uzun bir parçada açır və makaraya sarar. Sonra ipək iplik bir parça, isti və yumşaq bir parça toxunur. Parça parlaq rənglər daxil olmaqla bir çox rəngli boyalar alır. Parça tez-tez elastiklik və möhkəmlik üçün bir-birinə bükülmüş iki və ya daha çox iplə toxunur.
Arxeoloqlar, Çinlilərin eramızdan əvvəl 3500 – 2000-ci illərdə Longshan dövründə ipək parça hazırladıqlarını iddia edirlər.
Çində ipəkçilik
Qədim tarixi və böyük perspektivi olan ipəkçilik
�Mən ipəkdən paltar görürəm, əgər nə bədəni, nə də abır-həyanı örtə bilən bu libası paltar adlandırmaq mümkündürsə. Bu romalılara lazımdırmı? Roma onun xəzinəsini müflis edən, mənəviyyatını dağıdan bu abırsızlıq simvolunun – ipəyin paytaxta daxil olmasına qadağa qoymalıdır!� Bu sözləri natiqlərin ən mahiri Lusiy Anney Seneka Roma Senatındakı çıxışında deyib. Təqvimdə isə XXI əsr yox, miladi tarixdən o yana adlayan 30-cu illər idi.
Amma artıq gec idi. Çünki Senator Lusiyin çıxışından 5 əsr əvvəl Böyük İpək yolu formalaşmağa başlamışdı. Gec idi, ona görə ki, bu çıxışdan təxminən 3 əsr əvvəl Yaponiya çinlilərdən barama qurdunu oğurlamış, 522-ci ildə Bizans da onu əldə etmişdi. İtalyanların geyimə bugünkü bağlılığının 2500 illik qısa tarixçəsi belədir və bu tarix ipəklə bağlıdır.
Beləliklə, bütün cəhdlərə baxmayaraq, Senat ipəyin Romaya gətirilməsinin qarşısını ala bilmədi və ipək zərifliyi, incəliyi ilə hamının qəlbinə yol açdı, zövqünə hakim kəsildi. Ona görə ki, senatorlar ipəklə savaşa çıxanda artıq 2 min il idi ki, Çin onu �kəşf� etmişdi və min il onun sirrini heç kimə verməmişdi. Hətta baramanın sirrini satmağa cəhd edənləri edam da etmişdi. Amma sonda aciz qalmışdı. Əsrlər ötdükcə ərəblər və xaç yürüşlərindən geri dönən xristianlar baramanı tədricən Qərbi Avropaya gətirmişlər. Bununla tarixinə fatehlərinin qələbələrini həkk edib dünyanı diz çökdürən əfsanəvi Roma imperiyası ipəyin gözəlliyi qarşısında diz çöküb məğlub olduğunu etiraf etmişdi.
İp əyirən cəhrələr orta əsrlərdə icad olunmuşdur. Lakin Yaponiya və Çin yalnız XX əsrdə ipək istehsalında əvvəlki şöhrətlərini və gücünü bərpa edə bilmişlər. İpək Avrasiya materikinə sürətlə yayılsa da, təxminən 3 min il onun əsas istehsalçısı Çin olmuşdu.
Qərbə isə Böyük İpək yolu bizim eranın ikinci əsrində açılıb. İpək karvanları həddən ziyadə böyük idi, bir karvanda yalnız insanların sayı 100-500 nəfər arasında olurdu. Hər dəvənin yükü 140 kiloqrama çatırdı. Yolun qət edilməsinə bir ilə yaxın vaxt gedərdi. Min ilə yaxın Çin saraylarında ipək geyimi təkcə ən yüksək vəzifəli məmurlar geyinə bilərdi, kəndlinin isə belə hüququ yox idi. İpək kağız da elit təbəqəyə məxsus olan məhsul idi. Çində seçilən dövlət qulluqçuları ipəklə mükafatlandırılardı. Min ildən yuxarı ipək Çin imperatorunun diplomatik görüşlərdə bağışladığı ən nəfis hədiyyə idi.
Bu gün Çində ipəkçilik sahəsində 1 milyon, Hindistanda isə 700 min nəfər çalışır. Tailandda 20 min ailənin güzəranı ipəkçilikdən asılıdır. İndi yalnız 5 ölkə – Çin, Hindistan, Özbəkistan, Braziliya və Vyetnam dünyanın ən nəhəng ipək istehsalçıları sayılır. Hazırda dünya üzrə hər il 80 min ton ipək xammalı istehsal olunur. Bunun 70 faizi Çinin payına düşür. Romada 2 min il əvvəl senatorların ipək idxalına qadağa qoymağa çalışmasına baxmayaraq, bu gün ipək sapının ən böyük idxalçısı İtaliyadır. Ən çox ipək istifadə edən ölkə isə Yaponiyadır. ABŞ da ipək tekstilinin və geyimin ən nəhəng ixracatçıları sırasındadır.
Qlobal bazarda ipəyin qiyməti artmaqdadır. Bu gün Avropa ipəyin emalında ciddi rol oynayır. Emalda İtaliya, Almaniya, Fransa kimi ölkələr öndədir. Avropanın ipəkdən hazırladığı müxtəlif geyimlər bir qayda olaraq yüksək dəbi təlqin edir və çox bahadır. İpək geyimlərin üzərində ən məşhur modelyer və dizaynerlər çalışırlar. İndi tədricən ipəyin emalı Şərq ölkələrinə keçir, orada dizayner və modelyerlər öz mərkəzlərini yaradırlar.
Amma bunlar o demək deyil ki, ipək sənayesində bütün işlər ipək kimidir. İpək istehsalçılarının həmişə müəyyən problemləri olub və indi də var. Yeni sintetik məhsulların yaranması ipəyin imicini zəiflədir, iqtisadi böhranlar isə satışının azalmasına səbəb olur. Bir sıra ölkələrdə ipək istehsal edən mərkəzlər bağlanır. Yaponiyada və Koreyada bu, aydın hiss olunur. Ümumdünya Ticarət Təşkilatı ipək istehsalının azalmaması üçün təklif edir ki, bu məhsulun üstünlüklərini təbliğ etsinlər. Belə ki, ipək ətraf mühit və insan sağlamlığı üçün ziyanlı olmayan təbii məhsuldur. Ondan geyim istehsalından savayı, digər məqsədlər üçün də istifadə etmək mümkündür.
Özümüzə gəldikdə qeyd edək ki, hələ Azərbaycan Rusiya ilə İran arasında bölüşdürüldükdən sonra rus məmurları tərəfindən işğal edilmiş ərazilərin kameral təsviri tərtib edilmişdi. Orada hətta meyvəçilikdə dünya şöhrəti qazanan Quba qəzasında məhz tut bağlarının, çəkilliklərin böyük üstünlük təşkil etdiyi aydın göstərilmişdi. Sonrakı illərdə ipəkçiliyin inkişafı səngisə də, sovet dönəmində Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ilin martında Azərbaycan KP MK və Nazirlər Sovetinin �Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri haqqında� qərari ilə respublikada baramaçılığın inkişafına yeni təkan verildi. Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş, Cəbrayıl və digər rayonlarda ipəkçiliyin inkişafı vüsət aldı. Ötən əsrin 70-80-ci illərində isə Azərbaycan ipəyinin tarixi şöhrəti özünə qayıtdı. Barama istehsalı 1969-cu ildəki 3569 tondan 1982-ci ildə 5272 tona çatdı. 1986-cı ildə isə bu rəqəm rekord həddə – 5678 tona yüksəldi. Azərbaycan yaş barama istehsalının həcminə görə Yaponiya, Çin, Cənubi Koreya, Hindistan, KXDR və Braziliyadan sonrakı yeri tutdu. Keçmiş SSRİ-də isə respublikamız ipək istehsalında Özbəkistandan sonra ikinci oldu. Sonrakı illərdə respublikada barama istehsalına diqqət zəiflədiyindən istehsal aşağı düşdü. Hətta 1993-cü ildə barama istehsalı 3202 tona endi. Halbuki Azərbaycanda hələ 1910-cu ildə bundan çox – 3587 ton barama istehsal edilmişdi.
Məlum olduğu kimi, Azərbaycanda son illər baramaçılığın inkişafı istiqamətində ciddi addımlar atılır, mühüm qərarlar qəbul olunur. Bütün bu işlər dövlət başçısının nəzarəti altında həyata keçirilir. Nəticə göz qarşısındadır. 2007-ci ildən bəri ilk dəfə olaraq ölkəmizdə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi 600 min manata yaxın gəlir götürüb.
Hələ 2016-cı ildə Azərbaycan Prezidenti baramaçılığın tamamilə unudulduğunu, tut bağlarının böyük hissəsinin kəsildiyini qeyd etmiş, 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyini və bağların bərpasına start verildiyini bildirmiş və barama istehsalının ən azı iki dəfə artmasını qarşıya məqsəd kimi qoymuşdur. Dövlət başçısının bu tövsiyəsinə konkret işlə cavab vermək üçün 2015-ci ildə 1 milyon 700 min tut tingi əkilmiş, 37 rayonda baramaçılığın dirçəldilməsinə başlanılmışdır. Bu tədbirlərin davamı kimi 2019-cu ilə barama istehsalının 1300 tona çatdırılması və Şəki İpək Kombinatının tam gücü ilə işləməsi hədəf götürülmüşdür. Onu da qeyd edək ki, ötən ilin payız mövsümündə respublika üzrə 1 milyon 793 mindən çox tut (çəkil) tingi əkilmiş, yüksək keyfiyyətli ipəkqurdları 31 rayonun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə pulsuz paylanmışdır.
İstehsalın stimullaşdırılması istiqamətində atılan digər önəmli addım barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə kümçülərə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsidir. Prezidentin digər sərəncamlarına əsasən isə barama toxumlarının alınmasına 163 min, tut tinglərinin alınmasına 600 min, eləcə də Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılmışdır.
Artıq bir sıra rayonlarda yeni mövsümün barama tədarükünə başlanılıb. Ümumilikdə ölkə üzrə iyunun 1-nə �Şəki-İpək� ASC tərəfindən 8717 ton barama qəbul olunub və bu proses davam edir. Məhsul istehsalı və tədarükündə Zərdab (4157 ton), Ağdam (1296 ton) və Zaqatala (933 ton) rayonları irəlidə gedir. İri barama istehsalçılarından olan Füzuli rayonunda 36,5, Zərdabda 24, Şəkidə 22,5, Zaqatalada 21, Ağcabədidə 17,5, Ağdam, İmişli və Kürdəmir rayonlarının hər birində 15 ton məhsul istehsalı gözlənilir. Bu il ipəkqurdu bəslənilməsi və barama tədarükü 10 min 782 nəfərin əlavə işlə təminatına imkan yaradıb.
Baramaçılığın inkişafı əslində, biznesin yalnız bir sahəsinin yox, bütünlükdə milli mədəniyyətimizin, tariximizin dirçəlişi, ekoloji mühitin bərpası deməkdir, getdikcə daha çox tanınan Azərbaycan brendinin ən vacib və zəruri elementlərindən biridir. Çünki brend sırf bizneslə bağlılığı olan bir anlayış deyil. O həm də xalqın psixologiyasına, özünə, keçmişinə, məhsuluna qoyduğu qiymətlə sıx bağlıdır. Biz ipəkdən elə məhsulları istehsal edib dünya bazarına çıxara bilərik ki, hətta romalılar bizə həsəd apara bilər.
Ərəb səhralarının rəngləri kasad olur, şimalda yaşayan eskimoslar ağ qardan başqa bir şey görmürlər. Odur ki, ərəblər səhranı, eskimoslar qarı vəsf edirlər. Eskimoslar üçün qar bir rəngdən ibarət deyil. Yağan, hərəkətdə olan, yatan, tapdanan, əriyən qarın hərəsinin öz rəngi, öz adı var. Onlar ağ qarda yüzlərlə fərqli rənglər görə bilirlər. Biz də gəlin ağ ipəyə eskimosların ağ rənglərini, ya da ərəblərin səhralarının qumlarını yox, keçmişimizin çalarlarını otuzduraq, nağıllarımızın qəhrəmanlarını gətirək. Bizlim qəhrəmanlarımız özü açılıb yığılan süfrənin tənbəl personajları deyillər. Ən cılız qəhrəmanımız Cırtdan belə, divin başına dəyirman daşını keçirib xəlbirlə çaya göndərə bilən igiddir. Bütün bunları, üstəlik də xalçalarımızın naxışlarını ipəyə hopdurub Avropanı fəth edən brend sahibi ola bilərik.
Heç kim bizim yerimizə fikirləşməyəcək, heç kim dünya bazarının qapılarını asanlıqla bizim məhsulların üzünə açmayacaq. Lakin səylərin, biliklərin, ideyaların sintezi və dünyanın qabaqcıl təcrübəsi ilə sıx təmaslar yolumuza işıq sala, bizi olduğumuzdan qat-qat güclü edə bilər. Bu baxımdan biz ipəkçiliyin inkişafına, onun dirçəlməsinə aqrar sektorun adi bir sahəsi kimi baxmalı deyilik. Biz bununla min illər boyu sevib əzizlədiyimiz məhsulu ərsəyə gətiririk. Özümüzü dünyaya tanıtmağı, məhsulumuzla dünya bazarını fəth etməyi arzulayırıqsa buna nail ola biləcəyik. Unutmalı deyilik ki, ipəkdən hazırlanan ən müxtəlif məhsullar yüksək dəbi təmsil edir. Onun üzərində modelyer və dizaynerlərin ən dahiləri çalışırlar. Bu baxımdan ipək həm də yüksək gəlir gətirən nəfis məhsuldur.
Bahadur İMANQULİYEV,
Azərbaycan.- 2017.- 11 iyun.- S.1;3.
Comments are closed, but trackbacks and pingbacks are open.