Çingiz abdullayev mavi mələklər
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
KİTAB ADAM YEMİR
Çingiz Abdullayevin çox kitabın oxumuşdum, mənə onun əsərləri haqqında həmişə anam danışıb və maraqlı olub oxumuşam, hərçənd mən onun qədər oxuya bilmərəm heç, amma bacardığım qədər. Ən zövq aldığım əsəri isə “Mavi mələklər”di, bu onun ilk kitabıdı, mənim isə artıq Abdullayevin əksər kitabların oxuyandan sonra oxuduğum kitabdı. Anam həmişə mənə “sən mavi mələkləri oxumusan?” sualin verirdi, nəysə axır ki, ötən il qrup yoldaşımdan o kitabı tapdım və başladım oxumağa. Mükəmməl kitabdı. Əvvəli çox qarışıqdı, başa düşmək üçün əsərə ciddi yanaşmaq lazımdı, hətta dərs oxuduğumuz kimi. Bir neçə dəfə beynim yorulub, dayanmaq istəmişəm, amma nə yaxşı ki, dayanmamışam.
Əsərdə bir neçə xətt var, və əsas 4 qəhrəman, amma onları tanımaq belə çətin olur, amma sonradan qəhrəmanlara o qədər bağlanmışdım ki. Əsas da Luici, əsl adı Damiano Konti. onu lap əvvəldən sevmişdim. Əsər o qədər maraqlıydı ki, dərsdə, mühazirələrdə, hətta tənəffüsdə, avtobusda da oxuyurdum. Və mənə ən təsir edən sevimli Luicimin ölməyi oldu, həmin səhifələri oxuyanda o qədər aglamışdım ki, ondan sonra da əsər davam edirdi, amma mənim beynimdən onun ölümü silinmirdi, elə bil onu gülləliyəndə orda olmuşam, hətta indi yazanda belə o səhnə gözümün qabağında canlanır.
Bizim ən yaxşı tanıdığımız mükəmməl Dronqo, o bu əsərdə Qonsales adı ilə verilib. Dronqonu tanımaq üçün mütləq oxumaq lazımdı bu kitabı. Mənım “Mavi mələklər” haqqında təəssüratlarım yazmaqla bitməz, amma onu deyə bilərəm ki, dedektiv kitab oxuyan biri bunu mütləq oxumalıdı.
Çingiz Abdullayevin Mavi Mələklər romanından mənalı sitatlar | Kitab sözləri
Çingiz Abdullayev (7 aprel 1959, Bakı) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005). 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi (müavini), hüquq elmləri doktoru.
Tanrı hər bir insanın qəlbində olmalıdır… O olmayanda isə… Bütün qalan şeylər fanidir.
–Çingiz Abdullayev, Mavi Mələklər
- Həyatında bir dəfə ürəkdən sevən adam daha məhəbbətsiz yaşaya bilməz.
- İnsan olmaq — hər şeyə görə şəxsən məsuliyyət daşıdığını hiss etmək deməkdir.
(A. de Sent-Ekzüperi) - Onlar haqq işi müdafiə edirlər və buna görə də qalib gəlirlər.
- Görünür, sözsüz də danışmaq mümkündür: bu bir neçə saniyə ərzində onlar bir-birlərinə bircə kəlmə də söz demədilər. Və eyni zamanda, bütün əvvəlki görüşlərdə dediklərindən qat-qat çox şey dedilər.
- Bəli, bilmək istəyirsinizsə, biz «mavi mələklərik». Bu sərsəm dünyada zorakılıq davasının qarşısını almağa çalışan, haqq-ədalətin, qanunçuluğun keşiyində duran «mavi mələklərik».
- Hər halda insanlar Yerdəki cəhənnəmi o dünyadaki cənnətdən üstün tuturlar.
- Şər əməllərə qarşı yalnız xeyirxah niyyətlərin köməyilə mübarizə aparmaq olmaz. Bəzən şərə-şərlə, pisliyə-pislikle, terrora-terrorla cavab vermək lazımdır.
…Halbuki hər bir qətlin arxasında kimlərinsə həyatı, göz yaşları, əzab və faciələri durur.
–Çingiz Abdullayev, Mavi Mələklər
Çingiz Abdullayevin Mavi Mələklər romanından mənalı sitatlar
- «Heç şübhəsiz borc və qürur hissi gözəl şeydir, — deyə Düpre köksünü ötürərək düşündü, — ancaq hər necə olsa da, yaşamaq, həyat da pis şey deyil və heç kəs ondan elə belə imtina etmək istəmir.
- Bizim yaddaşımız qeyri-adi xassəyə malikdir. Bəzən cüzi bir səbəb, çox nazik bir tel kifayətdir ki, sonu görünməyən xatirələr kələfi sürətlə, qarşısıalınmaz qüvvəyə açılmağa başlasın. Və bəlkə də, son nəticədə insanlıq və insanla qalan ən əziz, ən qiymətli neməti onun yaddaşı — bütün ağrı və sevincləri, vəfa və xəyanətləri, həyata keçən və keçməyən ümidləri və çin olan özündə yaşadan xatirələridir.
- Kişilər öz həyatlarını bütövlükdə işə həsr etməyi, bu həyatın mənasını yalnız işdə görməyi bacarırlar. Qadın isə bunu bacarmır.
- Ah, bu gözləmə! Bilsəydiniz nə qədər çətin və yorucu işdir. Saniyələr güclə sürünür, qurtarmaq bilmir. Bu cür keçən bir saat bütöv bir ömür kimi görünür. Bunu yoxlamaq istəyirsinizsə, heç olmasa həftədə bir dəfə kimisə bir neçə saat gözləməyə çalışın. Onda görəcəksiniz ki, gün necə uzandıqca-uzanır, sonu görünmür.
- Qadının xoşbəxtliyi onun rifahındadır.
- Addımbaşı yalan satmağa və sudan quru çıxmağa çalışmağa, fənd-felə əl atmağa və vəziyyətə uyğunlaşmağa, daim ayıq-sayıq olmağa və öz həmsöhbətlərinin hər bir hərəkətinə diqqət kəsilməyə daha ehtiyac qalmayanda, adi və təmiz insan münasibətinə tələbat o qədər böyük olur ki, hətta dəhşətli yorğunluq hissini də unutdurur.
- Hər bir qadın hər şeydən əvvəl qadındır. O ilk növbədə adi insan xoşbəxtliyi haqqında, öz ailəsi, öz əri haqqında düşünür. Və fərqi yoxdur ki, bu qadın baş nazirdir, ya adi süpürgəçidir. Onların hamısı qadındır.
- -İnsan öz incikliklərini itaətkarlıqla daşımalıdır.
- -Və yanağını şillə altına qoymalıdır.
- -Xeyr müqəddəs ata, Allah məhkəməsi çox vaxt günahkarı tapıb cəzalandıra bilmir. Bu barədə insan məhkəməsi daha etibarlıdır.
- -Demək sən Allahın hüquqlarını öz üzərinə götürmüsən? Demək sən özün həll edəcəksən ki, kim haqlıdır, kim nahaq?
- -Mən yox, tək mən yox. Əvvəl-axır, siz ki, dövlət orqanlarını, məhkəməni, polisi inkar etmirsiz. Baxın orada, girişdə mən iki polis nəfərini gördüm. İşdir, kilsəyə oğru girsə, siz ki, Allah məhkəməsini gözləməyəcəksiniz, polisləri köməyə çağıracaqsız. Onlar da oğrunu yaxalayıb məhkəməyə verəcəklər. Məhkəmə isə oğrunu cəzalandırıb həbsxanaya göndərəcək. Belə çıxır ki, siz özünüz də Allah mühakiməsinə bel bağlamır, öz işlərinizi insan məhkəməsinə tapşırırsız.
- O, „mavi mələklər“in bir qanununu heç vaxt unutmurdu: hər şeyi saniyələr həll edir.
- Bizi çox vaxt “İnterpol”un “mavi mələkləri” adlandırırlar. Bəli, bilmək istəyirsinizsə, biz “mavi mələklərik”. Bu sərsəm dünyada zorakılıq davasının qarşısını almağa çalışan, haqq-ədalətin, qanunçuluğun keşiyində duran “mavi mələklərik”.
Əgər qadına həyatında lap bir dəfə belə olsun, bu cür kişi rast gəlibsə, onun haqqında xatirələr qadını bütün ömrü boyu təqib edəcək. Bu yalnız ona mənsub kişi olacaq. Elə bir kişi ki, yuxusuz gecələrdə həmişə xəyalı ilə yaşayıb, elə bir kişi ki, onunla bir canda birləşməklə o, dünyanın hansısa sirrinə, sehrinə vaqif olacaq və bu bənzərsiz duyğu heç vaxt onu tərk etməyəcək. Bəs kişilər? Kişilər bəzən başa düşürlər ki, bu cür qadın nə deməkdir. Yalnız qocalığa doğru gedəndə onlar bunun dəyərini, mənasını anlamağa başlayırlar. Lakin təəssüflər ki, artıq iş-işdən keçmiş olur.
–Çingiz Abdullayev, Mavi Mələklər
Əsəri oxuyanlar şərhlərdə digər kitab sözlərini bizlərlə bölüşsə sevinərik.
- Teqlər:
- Çingiz Abdullayev
- , kitab sözləri
- , sitatlar
Çingiz Abdullayev “Mavi mələklər” PDF
BMT-nin gizli əməkdaşlarını “mavi mələklər” adlandırırlar. Onların əsl adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik – Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər eləyir və öz məqsədinə yaxınlaşdıqja o bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur…
“Mavi mələklər”i dilimizə unudulmaz tərjüməçi, mərhum Natiq Səfərov çevirib.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Çingiz Abdullayev “Mavi mələklər” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
cingiz-abdullayev-mavi-melekler.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.