Çingiz abdullayev əsərləri
30 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir
Çingiz Abdullayev
RTA MAXSUS TA’LIM VAZIRLIGI J. Sattorov, S. Sidiqov, S. Abdullayev, A. Ergash
552 Pages · 1610 · 24.29 MB · 0 Downloads
. Abdullayev, A. Ergash .
Page 1 SLÖVSƏT ABDULLAYEV YUSİF SEYİDOV AĞAMALI HƏSƏNOV MÜASİR AZƏRBAYCAN
420 Pages · 2014 · 15.06 MB · 0 Downloads · Turkish · New!
dilçisi Anri. Veyl olmuşdur. Hələ 1855-ci ildə o, söz Page 1 SLÖVSƏT ABDULLAYEV YUSİF SEYİDOV AĞAM .
Page 1 VASİLİ QRİQORYEVİÇ YAN ÇİNGİZ XAN “AVRASİYA PRESS” BAKI-2006 Page 2 Bu kitab .
173 Pages · 2010 · 7.43 MB · 4 Downloads · Turkish
dolçadan çetinlikle bir neçe qur- turn su içdi. Page 1 VASİLİ QRİQORYEVİÇ YAN ÇİNGİZ XAN “AVRASİ .
cingiz ajtmatov
244 Pages · 2014 · 9.37 MB · 4 Downloads · Italian · New!
solo divertimento e passatempo. Questa assoluta igno-. cingiz ajtmatov KONICA MINOLTA bizhub PRESS .
The Decisive Battles of World History
268 Pages · 2014 · 19.03 MB · 141,964 Downloads
fields of history, archaeology, art history, military history, and philology. Among the the Present, volume 1, The Anc .
Out of the Shadows: Understanding Sexual Addiction
244 Pages · 2011 · 9.61 MB · 256,483 Downloads · New!
Patrick_Carnes_Out_of_the_shadows_understanding(b-ok_org).pdf .
Load more similar PDF files
PDF Drive investigated dozens of problems and listed the biggest global issues facing the world today. Let’s Change The World Together
- Editor’s Picks
- Most Popular
- Academic & Education
- Art
- Biography
- Business & Career
- Children & Youth
- Environment
- Fiction & Literature
- Health & Fitness
- Lifestyle
- Personal Growth
- Politics & Laws
- Religion
- Science & Research
- Technology
Çingiz abdullayev əsərləri
Çingiz Abdullayev (tam adı: Çingiz Akif oğlu Abdullayev)(d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən)
Həyatı
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)
Fəaliyyəti
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1968). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSR Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslavokiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
30 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir
ÇİNGİZ ABDULLAYEV
Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).
HƏYATI
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)
FƏALİYYƏTİ
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.
AD VƏ MÜKAFATLARI
Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005;
“Qırmızı əmək bayrağı” ordeni;
“Şöhrət” ordeni — 7 aprel 2009;
“Dostluq” ordeni (Rusiya) — 19 may 2020.
FİLMOQRAFİYA
Əsər müəllifi kimi
Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Ssenari müəllifi kimi
Dronqo (serial, 2002)(bədii serial)(Rusiya)
Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film)
Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)
Məsləhətçi kimi
40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
Prodüser kimi
Adın sirri və tale. Qurban Səid (film, 2010)
ƏSƏRLƏRİ
Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj
Alçağın üslubu. Bakı: Çıraq, 2005
Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005
Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005
Payız madriqalı. Bakı: Yurd, 2005
Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005
Mənim gözəl alibim. Bakı: Nurlan, 2006
Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006
Unudulmuş röya. Bakı: Çıraq, 2006
Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007
Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007
Üçüncü variant. Bakı: Nurlan, 2007
Döyüşçünün yolu. Bakı: Çıraq, 2007
Manyakın idrakı. Bakı: UniPrint, 2008
Gedər-gəlməz. Bakı: Nurlan, 2008
Quba kapriççiosu. Bakı: Nurlar, 2008
Qisasın ölçüsü. Bakı: Çıraq, 2008
Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009
Etiraflar vadisi. Bakı: Çıraq, 2009
Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009
Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009
Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009
Mavi mələklər. Bakı: Çıraq, 2009
Payız madriqalı. Bakı: Nurlar, 2009
Saturnun tövbəsi. Bakı: Nurlar, 2010
Paralel həyat. Bakı: 2010
Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010
Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010
Kandaqardan agent. Bakı: 2010
Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010
İrodun kölgəsi. Bakı: UniPrint, 2010
Tənha ürəklərin evi. Bakı: 2010
Mavi mələklər. Bakı: Qanun, 2011
İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011
İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011
İngilis bulvarı. Bakı: Qanun, 2011
Ölümü özün seç. Bakı: Qanun, 2011
Bakı bulvarı (roman). Bakı: Qanun, 2011
Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011
Abırlı adam. Bakı: Qanun, 2011
Tver bulvarı. Bakı: Qanun, 2011
Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012
Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012
Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012
Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012
Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012
Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012
Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012
Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013
Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013
Mənim gözəl alibim. Bakı: Qanun; Əli və Nino, 2012
Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013
Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013
Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013
Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014
Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014
Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014
Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014
Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014
Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014
və digər.
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
“Səmimi söhbət”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayevdir.
Təranə Məmməd “Səmimi Söhbət”in qonağı Çingiz Abdullayev ilə.
“SƏMİMİ SÖHBƏT”in bugünkü qonağı yazıçı, publisist, ictimai xadim Çingiz Abdullayev dir.
Çingiz Akif oğlu Abdullayev 1959-cu ildə Bakıda anadan olub. Azərbaycanın xalq yazıçısıdır. Əsasən siyasi detektiv janrında yazır. Əsərlərini rus və azərbaycan dillərində yazır . Bir çox beynəlxalq mükafatların laureatıdır. Dəfələrlə orden və medallarla təltif edilib.Çingiz Abdullayevin əsərləri dünyanın bir çox ölkələrində çap edilib və bir çox xarici dillərə tərcümə olunub. Çingiz müəllim ictimai xadim kimi də fəaliyyət göstərir.
Düşünürəm ki, dünyaşöhrətli yazıçımızın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki onu hamı tanıyır, hamı sevir və əsərlərini sevə- sevə oxuyur. Çingiz Abdullayev mütəmadi olaraq görüşlərdə olur, insanlarla ünsiyyətdən çəkinmir və hər bir görüş onu sevənlər üçün bir hadisəyə çevrilir.
Vaxtının məhdudluğunu nəzərə alıb Çingiz müəllimə sadəcə bir neçə sual verdim və qısa, lakonik cavablar aldım. Qeyd edim ki, Çingiz müəllim çox pozitiv müsahibdir. Onunla ünsiyyətdən sonra insan bir çox problemini unudur . Buyurun, siz də söhbətimizin şahidi olun.
Sual: Sizin yazıçı, ictimai xadim , dövlət qulluqçusu kimi xüsusi təqdimata ehtiyacınız yoxdur. Bəs bir insan kimi özünüzü necə xarakterizə edərdiniz?
Cavab : Qoy başqaları mənə qiymət versin.
Sual: Sosial şəbəkəyə münasibətiniz.
Cavab: Bu gün sosial şəbəkələr insanlara çox lazımdır.
Sual: Sizi sevənlərin sayı sevməyənlərdən daha çoxdur. Hər iki cəbhəyə nə deyərdiniz?
Cavab : Sevənlərə çox sağ ol deyirəm, sevməyənlərə də təşəkkürümü bildirirəm. Onlar mənə yazıb yaratmağa mənəvi cəhətdən dəstək olurlar.
Sual: Taleə, qismətə inanırsınız? İnsan öz taleini dəyişə bilərmi?
Cavab : İnanıram ki, insandan çox şey asılıdır.
Sual: Deyirsiniz ki, bəlkə yaxşı müstəntiq ola bilmədim deyə
detektiv əsərlər müəllifi oldum. Bu zarafatdır yəqin ki.
Cavab : Hər zarafatda bir az zarafat var.
Sual: Axirət dünyasına inanmadığınızı bilirəm. Bu həyatda nələri etməlisiniz bundan sonra?
Cavab : Nəvə toyu görməliyəm.
Sual: Sizinçün insan amili maraqlıdır. Əsl insan necə olmalıdır?
Cavab : İnsan müstəqil və azad olmalıdır.
Sual: “Özümü heç kəsə sübut etməyə ehtiyacım yoxdur” dedikdə nəyi nəzərdə tutursunuz?
Cavab : Yazıçının kitabları onun yerinə onu təmsil etməlidir.
Sual: “Həyatında bir dəfə ürəkdən sevən insan daha məhəbbətsiz yaşaya bilməz” . Bu sizin sözlərinizdir. Bəs sevgisiz yaşayanlar varmı sizcə?
Cavab : Təəssüflər olsun ki, 99% insan sevgisiz yaşayır .
Sual: Siz dəfələrlə ən yüksək tribunalardan Azərbaycanın həqiqətlərini dünyaya çatdırmısınız. Rusiya telekanalındaki çıxışınız heç yadımdan çıxmır. Həqiqəti sübut etmək niyə bu qədər çətin olur hərdən?
Cavab : Hər zaman, hər yerdə həqiqəti sübut etmək çox çətindir.
Sual: Möhtəşəm qələbə günümüzün ildönümünə az qalıb. Bu bir il ərzində şəxsən sizin həyatınızda nə dəyişikliklər oldu?
Cavab : Bu il üçüncü dəfə baba oldum.
Sual: Qəhrəmanlarınızın hansı sizsiniz?
Cavab : “ Dronqo”.
Sual: Siz bir neçə dildə sərbəst danışırsınız. Ədəbi tərcümələr də edirsiz. Yazmaq asandır yoxsa tərcümə etmək?
Cavab :Təbii ki, yazmaq.
Sual: Kitablarınızı özünüz redaktə edirsiniz?
Cavab : Əsərlərimi heç vaxt redaktə etmirəm. Ancaq kitablarımın tərcüməsində və redaktəsində hər zaman səhvlərlə qarşılaşıram.
Sual: Bütün müharibələr sülhlə bitir. Sizcə Ermənistanla Azərbaycan arasında sülh
mümkündür?
Cavab : Bəli, belə də olmalıdır, inanıram.
Sual: Dünya miqyaslı yazıçımızsınız. Sizin əsərlər dünyanın bir çox ölkələrində çap edilir. Amma siz ruhən azərbayçanlısınız. Əsərlərinizin hamısında bir çümləylə də olsa azərbayçanlılığınızı bildirirsiniz. Sizn üçün Azərbaycan nə deməkdir?
Cavab : Azərbaycan mənim Vətənimdir, doğulduğum ölkədir, anamın, atamın, nənələrimin və babalarımın qəbri olan məskən, övladlarım və nəvələrimin Vətənidir.
Sual: Olum və ölüm. Nədir bunlar?
Cavab : Ölümün nə olduğunu indiyədək bilmirəm .
Sual: Heç özünüz özünüzə sual vermisiniz? Nə sual verərdiniz özünüzə?
Cavab : Mən həyatda hələ nəyi eləməmişəm?
Çingiz müəllim, bilirəm ki, vaxtınız çox məhduddur . Buna baxmayaraq mənim dəvətimi qəbul edib suallarıma cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları və şəxsi həyatınızda müvəffəqiyyətlər arzu edirəm.
Söhbətləşdi: Təranə MƏMMƏD
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Aydın Xan (Əbilov) : Ədəbi-mədəni fikir həyatında Çingiz Abdullayev
XXI əsri kreativ intellektuallar dövrü də adlandırırlar: tanınmış elm, mədəniyyət və ədəbiyyat xadimlərindən tutmuş, sıravi sosial platformalarda özünü tanıtmağa çalışan blogerlərə qədər hər kəs tarixdə qalmaq üçün nəsə fərqli mövqe ortaya qoymağa çalışır. Mədəniyyət tarixi belə estetik-intellektual texnologiyalarla boldur, fəqət milyonlarla kulturoloji hadisə, fakt arasında fərqlənərək özündən sonra humanitar fikri irəli aparan düşüncə sahiblərinin sayı elə də çox deyil.
Almanların təbirincə yazsaq, mədəniyyət şifrələrinin ötürücüsü – kültürtragerlərimizdən biri də Azərbaycan Yazıçılar Birliyinin katibi, milli “PEN-klub”un prezidenti, Xalq yazıçısı, professor, respublikamızın və xarici ölkələrin saysız-hesabsız ordenlərinin, medallarının, ədəbi-mədəni mükafatların laureatı, kitabları fərqli dillərdə milyonlarla tirajla nəşr olunan Çingiz Abdullayevdir. Bu işıqlı dünyaya gəlişinin 50 illik yubileyi idi.
Yanılmıramısa, özüm tez-tez təkrarlamağı xoşlayıram, bir neçə yazımda da xüsusi vurğulamışam: dünya şöhrətli detektiv ustamız özünün çoxsaylı kitablarıyla, fərqli – intellektual mövqeyi, oxunaqlı əsərləri ilə dünyaya çıxarılası, fikir tariximizdə qalası milli kulturoloji sərvətimizdir.
Bəli, indiki inteqrasiya dövrünün dəbdə olan ifadəsiylə yazsam, insan kapitalının, intellektual-kulturoloji zəhmətin payının get-gedə artdığı bir vaxtda geniş oxucu kütləsinə ünvanlanmış dəyərli əsərlər yaradan şəxsiyyətlərimizdən biri – qlobal kreativ biznes sahəsində öz yerini möhkəmləndirən əsl Azərbaycan milli art-brend sayılsa da, sonuncu uğurlu Qarabağ savaşında ölkəmizdə, xüsusən də xaricdə və internetdə, sosial şəbəkələrdə sərgilədiyi qətiyyətli mövqeyi ilə həm də növbəti dəfə (artıq neçənci səfərdir!) sübut etdi ki, əsl tarixi-mədəni şəxsiyyətdir! Geniş nəzər salanda, heç də sirr deyil ki, Çingiz Abdullayev nəinki respublikamızda, – boynumuza alaq: son illərə qədər bir neçə rusdilli romanlarını çıxmaq şərtilə, yazıçının əsərləri bizdə mütəmadi işıq üzü görmürdü; amma axır vaxtlar istedadlı qələm sahibinin 30-dan çox irihəcmli detektiv romanı ana dilimizə çevrilib, hərəsi də bir neçə dəfə təkrar nəşr olunub, – ölkəmizin hüdudlarından çox-çox kənarlarda, daha dəqiq, Rusiyada, başqa MDB dövlətlərində, Qərbdə, Şimali Amerikada, Şərqdə, qardaş Türkiyə, İsrail, ərəb məmləkətlərində kifayət qədər tanınır, qələmindən çıxan ədəbi nümunələr isə on milyon nüsxə tirajla yayılır. Yaşı minilliklərlə ölçülən milli ədəbiyyat tariximiz ikinci belə kulturoloji faktla öyünə bilmir…
Klassik ədəbiyyatşünaslıqda bədii əsərlər ədəbi növlərə, onlar isə, öz nöbəsində, janrlara bölünürlər. Məsələn, epik növün hekayə, povest və roman növü. Bu, təsnifata görə detektiv hekayə də ola bilər, detektiv roman, pyes, film də. Odur ki, suala konkret cavab vermək üçün filoloji anlamların dəqiqləşdirilməsinə ehtiyac duyulur. Detektiv bədii nəsrdə, eləcə də bədii-sənədli ədəbiyyat və sənətin digər sahələrində xüsusi növ sayılır. Daha da dəqiqləşdirsək, dünyada detektiv əsərləri bədii-vizual qol – istiqamət, bəzən də estetik tərz hesab edənlər də var. Fantastik, savaş, melodramatik əsərlərdə olduğu kimi, detektiv də əsasən çox mürəkkəb estetik-kulturoloji struktura malik olmayan, əsasən kütləvi və geniş oxucuya ünvanlanan əsərlər sinfinə də aid edilir. Amma elə klassik detektiv əsərlər var ki, artıq dünya ədəbiyyatının dəyərli nümunələri səviyyəsinə qalxa bilib. Üstəlik, son illərin ən maraqlı əsərlərinin özündə də detektiv hava, cəhətlər bir ədəbi vasitə səviyyəsində istifadə olunur. U.Ekonun “Qızılgülün adı”, O.Pamukun “Mənim adım qırmızı” və başqa dəyərli romanları yada salmaq kifayət edər, məncə.
İstənilən halda detektiv ədəbiyyatın ən çox inkişaf etmiş qollarından, istiqamətlərindən biri sayılır. Düzdür, Azərbaycan ədəbiyyatında ona XX əsrin ikinci yarısından bu yana müraciət olunsa da, detektiv bir ədəbi-estetik qəlib olaraq hər zaman oxucuların, tamaşaçıların diqqətini cəlb edir…
Ölkə Prezidenti İlham Əliyevin xüsusi Sərəncamıyla Xalq yazıçımız Azərbaycanımızın ən yüksək dövlət mükafatlarından biri ilə – “Şöhrət” ordeniylə təltif olunanda növbəti dəfə əmin olduq ki, istedadın sərhədləri hüdudsuzdur, dünən də, bu gün də olmasa, sabah, yaxud gələcəkdə fitri peşəkarlığa, bacarığa malik şəxslər tarix qarşısındakı xidmətlərinə görə əvvəl-axır dəyərini, qiymətini alırlar…
Ədəbiyyat, mədəniyyət, humanitar-estetik sahələr üzrə aparılan bir çox mədəni-sosioloji araşdırmalar və ədəbi-kulturoloji monitorinqlərin nəticələrinə görə, Çingiz Abdullayev cəmiyyətimizdəki nüfuzuna, mövqeyinə, tutduğu yerinə görə ictimai-mədəni hadisələrə ciddi təsir imkanlarıyla yanaşı, yaratdığı əsərlərə görə də başqa yazıçılarımızdan, fikir adamlarından xüsusi çəkisi olaraq fərqlənir. Hətta 500 milyonluq qlobal rusdilli, – indi isə 300 milyonluq türkdilli məkanda, – ədəbi-mədəni, humanitar-intellektual, sosial-fəlsəfi, ictimai-siyasi mühitlərdə orijinal düşüncə sahibi olaraq Ç.Abdullayevlə hesablaşan elitar təbəqə formalaşıb.
Müxtəlif nəsil Azərbaycan oxucusu nasir, ustad detektiv kimi bu imza sahibinin hər yeni əsərini maraqla izləyir, kitablarında, yazılı və elektron KİV-də, virtual resurslarda, yeni mediada, sosial şəbəkələrdəki statuslarında toxunduğu müxtəlif ciddi məsələlərlə tanış olur, cəmiyyəti düşündürən problemləri zamanında ədəbiyyata gətirdiyini razılıqla qarşılayır, aktual saydığı hər hansı bir mühüm sosial-siyasi prosesi, hadisəni, hərəkəti ictimai polemikaya transfer etmək baçarığını yüksək dəyərləndirir.
Söz yox, Ç.Abdullayev yaradıcılığı barədə ümumiləşdirilmiş mülahizələrsiz qısa yazmaq qeyri-mümkündür: nəzərə almaq lazımdır ki, ustad detektivin irihəcmli əsərlərinin, roman və povestlərinin sayı iki yüzə yaxınlaşmaqdadır, onlar haqqında bir balaca yazıda geniş danışmaq mümkün deyil.
Məhsuldar yazıçı, ictimai-mədəni aktivist, rəsmi ədəbiyyat xadimi olaraq Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin katibi, MDB ölkələri Yazıçılar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü və bu kimi onlarca məsul ictimai-sosial vəzifədə çalışdığını bilməyən çox az adam tapılar. XX əsrin ziyalılığı ilə XXI yüzilliyin intellektuallığını özündə cəmləyən bir milli qürur timsalı olan sadə, lakin böyük ürəyə sahib, unikal estetik-fəlsəfi fikrə malik bu tarixi-mədəni şəxsiyyətin işıqlı obrazını yaratmaq fikri elə də asan gəlməsin sizlərə: deyəsən, qeydlərim ənənəvi “yubileynamə” janrının tələblərindən kənara çıxmır.
Sözün bütün çalarında, Azərbaycan ədəbiyyatında, bəlkə də cəmiyyətimizin indiki mürəkkəb dövründə az adam tapmaq mümkündür ki, Çingiz Abdullayev kimi insani saflığını, ruhi duruluğunu saxlaya bilsin. Dostlarımızın arasında bəlkə də, azsaylı şəxslərdəndir ki, ayaqüstü görüşdüyümüz, qısa söhbətlər etdiyimiz, beş ədəbi söhbətdə iştirak etdiyimiz zaman hər dəfə ondan yeni nəsə öyrənə bilirik.
Görkəmli yazıçı Çingiz Abdullayevin yaratdığı ədəbiyyatın bədii nəsr qolu, istiqaməti – detektiv, bellestrika məhsulları kimlərinsə estetik zövqünə uyğun gəlməyə bilər. Fəqət, nə vaxtlarsa uşaqlıq, yeniyetməlik və gənclik çağlarımızda bu qəbildən olan bədii nümunələri həvəslə oxumuşuq. İndilərdə yalnız peşəmizlə əlaqədar ədəbi tənqidçi, daha çox isə kulturoloq kimi bu dəyərli nümunələri, xüsusən Xalq yazıçımızın sayı yüzlərlə ölçülən kitabları ilə tanış olan zaman yaşadığımız bu mürəkkəb zəmanənin çoxsaylı sirli şifrələrini sezəndə, ədibin düşüncələrinin dərinliyinə heyran qalırıq.
Fəqət, zövq məsələsində mübahisələrin məntiqsizliyini yada salıb, bir məsələni də xüsusi vurğulamaq istəyirəm: real həyatla daha çox yaxınlığıyla seçilən, bir sıra hallarda müəllifdən futuroloji bilgilər, analitik təfəkkür, intellektual hazırlıq, müxtəlif biliklərə yüksək səviyyədə yiyələnmək, cəmiyyətdə baş verənlərlə yaxından, davamlı tanışlıq tələb edən ciddi detektiv ədəbiyyat, eləcə də onun ən çox oxunan janrları sayılan siyasi, tarixi, xəfiyyə, eləcə də polis detektivləri yaratmağın çətinliyi göz qabağındadır. Çingiz Abdullayev hələ gənc yaşlarından öz çiyinlərini bu ağır ədəbi yükün altına verdi, Qərb, eləcə də rus yazıçıları tərəfindən artıq inhisara alınmış bu estetik-bədii sahədə özünün məhsuldar yaradıcılıq cığırını aça, estetik yolunu yarada bildi. Dünya oxucusu tərəfindən maraqla qarşılanan çoxsaylı detektiv əsərlərini ustalıqla yaradaraq, nəinki lokal milli ədəbiyyat meydanında parıldadı, eyni zamanda qlobal çap-nəşriyyat biznes sahələrinə çıxış əldə etdi. Görkəmli söz sənətkarımızın 40-dan artıq xarici məmləkətdə nəşr olunan əsərləri, əksər ölkələrdə milyon nüsxələrlə satılan kitabları və imzası dünyada Azərbaycanı, milli-mənəvi varlığımızı piar – təbliğ edən əsl qlobal art-brendimizə çevrildi.
Azərbaycan – müsəlman türk yazıçısı olaraq bütün sadalanan ağrılı problemlərə sinə gərən bir kulturoloji fikir adamı kimi Çingiz Abdullayev titanik zehni əməyi nəticəsində millətimiz, dövlətimiz üçün bu qədər iş görürsə, onu və onun kimi milli sərvətimizə -insan kapitalımıza dəyər verməmək, gənc nəslə nümunə göstərməmək mümkündürmü!?
P.S. Çingiz müəllimə bir “tənqidi” xatırlamamız: ustad, bir neçə vaxt bundan əvvəl siz demişdiniz ki, yaradıcılığımın yeni mərhələsində tarixi və intellektual, bir qədər də fəlsəfi nəsr əsərləri ilə oxucularımı təəccübləndirəcəyəm. Zamanı yetişməyibmi?!
Müəllif :Aydın XAN
KİTABLARIN SATIŞININ TƏŞKİLİ >>>> BİTİK.AZ
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru
Comments are closed, but trackbacks and pingbacks are open.