Press "Enter" to skip to content

Çingiz abdullayevin əsərləri

Çingiz müəllim özü üçün oxucu problemini də həll etmiş yazıçıdır. Doğrudur, ideal həll burada mümkün deyil. Yəni ədəbiyyatın, müəllifin oxucu məsələsi ciddi bir məsələdir. Ola bilər ki, bu gün yazıçı oxunmur, amma müəyyən bir zaman keçdikdən sonra o müəllifə kütləvi maraq yarana bilər və ya əksinə, dəbdə olan bir yazıçı və onun əsəri müəyyən vaxt keçdikdən sonra yalnız yaşlı oxucuların yaddaş ədəbiyyatına çevrilər. Hal-hazırda reallıq odur ki, mən BDU-nun jurnalistika fakültəsində tələbələrin stolunun üstündə Umberto Ekonun, Fyodor Dostoyevskinin,Orhan Pamukun, Çingiz Abdullayevin kitablarını tez-tez görürəm. İndiki gənclik Çingiz Abdullayevin yaradıcılığına maraq göstərir. Müasir Azərbaycan müəlliflərindən kitabları tələbələrin əlində ən çox görünən Çingiz Abdullayevdir. Heç kəs inciməsin, bu belədir və bu reallıqdır. Bəlkə buna səbəb Çingiz müəllimin əsərlərinin reklamının nisbətən geniş olmasıdır, ya detektiv janrın populyarlığı burada rol oynayır, ya bu müəllifin həqiqətən yaradıcılıq uğurudur?! Hər halda bu belədir.

Dünya ədəbiyyatında detektiv və Çingiz Abdullayev – Natəvan DƏMİRÇİOĞLU yazıçı,filologiya üzrə fəlsəfə doktoru

Dünya ədəbiyyatında detektiv janrını bir neçə istiqamətdə müəyyənləşdirmək mümkündür: Şərqdə macəralar, əfsanələr kimi, Avropada kriminal əsərlər olaraq, Amerikada isə detektiv janr adı ilə.

Əslində, macəralar folklordan – nağıllardan gəlir. Dünyanın bir sıra xalqlarının nağıllarında macəra elementləri var. Amma Şərqin folklorunda olan macəraçılıq xüsusiyyətlərini Avropa müasir anlamda inkişaf etdirdi, kriminal deyilən bir janr formalaşdırdı. Bununla paralel, Amerikada XIX əsrdə detektiv janr ədəbi janr kimi qəbul edildi, dünya ədəbiyyatında təsdiqini tapdı və XX-XXI əsrdə populyarlıq qazandı. Edqar Allan Po (amerikan), Artur Konan Doyl (şotlandiyalı ingilis), Aqata Kristi (ingilis), Umberto Eko (italyan), Orhan Pamuk (türk), Milorad Paviç (serb), Çingiz Abdullayev (azərbaycanlı) və digərləri artıq detektiv yazar kimi qəbul edildi.

Bu baxımdan, Azərbaycan ədəbiyyatının dünya detektiv ədəbiyyatında öz yerinin olması bizi sevindirir. Bu yazının yazılmasına bir kitab təqdimatı səbəb oldu: “Azərbaycan ədəbiyyatında detektiv janrı” (Çingiz Abdullayevin yaradıcılığı əsasında) Yazarlar: Gülxani Pənah, Tural Məzahiroğlu.

Yazarların iddia etdiyi kimi, bu kitabda “. detektiv əsərlər müəllifi Çingiz Abdullayevin yaradıcılıq yolu, onun sənətkarlıq keyfiyyətləri təhlil və tədqiqatını tapır.” Müəlliflərə təşəkkür düşür ki, son dərəcə populyar olan bu mövzuya müraciət ediblər. Onu da qeyd etmək istərdik ki, müştərək yazarlar bu addımı atmaqla cəsarətli iş görüblər. Çünki Çingiz Abdullayev kifayət qədər məşhur yazıçıdır, ondan yazmaq elə də asan iş deyil.

Çingiz Abdullayevin həyat və yaradıcılığı ilə bağlı bir çox faktlar var və bu faktlar kifayət qədər maraqlıdır. Çingiz Abdullayevin 2500-dən çox kitabı çap olunub. Kitablarının ümumi tirajı 27 milyondan artıqdır. Bədii mətnləri əsasında 9 film çəkilib. Əsərləri dünyanın 29 dilinə tərcümə olunub. Bu rəqəmlər (biz qəsdən bu statistik xarakterli məlumatı sözlə yox, rəqəmlə yazdıq) bir yazıçı bioqrafiyası üçün çox böyük göstəricidir. Üstəlik, Çingiz Abdullayevin əsərləri, özünün dediyi kimi, dünyanın altı qitəsində, yalnız Antraktidadan başqa Afrikada, Asiyada, Avropada, Amerikada və Avstraliyada çap olunub. O faktı da deyək ki, Çingiz müəllim ölkəmizdə ən çox vergi ödəyən yazıçıdır.

Həyatımızın ümumi inkişaf sürəti artmaqdadır. Müasir innovatik texnologiya bu sürəti, az qala, kosmik həddə çatdırmaqdadır. Bugünkü texnologiya sabah geridə qalır. Bu inkişafda ləngimə məhvə bərabərdir, amma bu sürəti yaxalamaq da olduqca çətindir. Çingiz Abdullayev nəinki həyatın inkişaf sürətinə çatır, hətta müəyyən məqamlarda onun lokomotivinə çevrilə bilir. Mobilləşən dünyada, ədəbiyyatın mobilləşməsi nə dərəcədə zəruridirsə, o dərəcədə də zor bir işdir. Çingiz Abdullayev postsovet məkanında ən mobil qələm adamlarından biridir və bəlkə də yazıçıların birincisidir.

Çingiz müəllim özü üçün oxucu problemini də həll etmiş yazıçıdır. Doğrudur, ideal həll burada mümkün deyil. Yəni ədəbiyyatın, müəllifin oxucu məsələsi ciddi bir məsələdir. Ola bilər ki, bu gün yazıçı oxunmur, amma müəyyən bir zaman keçdikdən sonra o müəllifə kütləvi maraq yarana bilər və ya əksinə, dəbdə olan bir yazıçı və onun əsəri müəyyən vaxt keçdikdən sonra yalnız yaşlı oxucuların yaddaş ədəbiyyatına çevrilər. Hal-hazırda reallıq odur ki, mən BDU-nun jurnalistika fakültəsində tələbələrin stolunun üstündə Umberto Ekonun, Fyodor Dostoyevskinin,Orhan Pamukun, Çingiz Abdullayevin kitablarını tez-tez görürəm. İndiki gənclik Çingiz Abdullayevin yaradıcılığına maraq göstərir. Müasir Azərbaycan müəlliflərindən kitabları tələbələrin əlində ən çox görünən Çingiz Abdullayevdir. Heç kəs inciməsin, bu belədir və bu reallıqdır. Bəlkə buna səbəb Çingiz müəllimin əsərlərinin reklamının nisbətən geniş olmasıdır, ya detektiv janrın populyarlığı burada rol oynayır, ya bu müəllifin həqiqətən yaradıcılıq uğurudur?! Hər halda bu belədir.

Dünya ədəbiyyatında detektiv janrının çox məşhur, çox böyük yazarları var. Onların dünya çapında xüsusi mövqeləri məlumdur. O sənətkarların artıq özlərinin yaratdığı ədəbi obrazlar, hətta öz adları qədər məşhurlaşıblar. Onların özlərindən daha çox tanınan qəhrəmanları var. Bu qeyri-adi faktdır və ədəbiyyatda hər kəsə nəsib olmur, ədəbi qəhrəman yazıçıdan daha çox sevilsin və qəbul edilsin. Ceyms Bond artıq dünyanın tanıdığı bir obrazdır, Peri-Meyson hər bir gəncin tanıdığı simadır, həmçinin, Şerlok Holms, Doktor Vatson və o sıradan Dronqo. Bu obrazlar artıq şəxsiyyətə çevrilib, elə bil tarixi simadırlar, baxmayaraq ki, bunlar bədii obrazlardır. Ona söz yox ki, ola bilsin, bu obrazların arxasında bəlkə də hansısa həyati şəxs dayanır, yəni bunlar real insanların prototipidir. Bununla belə, artıq obrazların özləri ədəbiyyatda mühüm və məlum simalardır. Ədəbiyyatdan həyata “transfer” oluna biliblər. Bunlar şəxsiyyət kimi qəbul edilirlər. Bir daha qeyd edək ki, o cümlədən, Çingiz müəllimin Dronqosu dünyada tanınan və qəbul edilən obrazdır.

Detektiv janrının Azərbaycanda belə yayılması, ardıcıl olaraq çap olunması, əsərdən-əsərə keçməsi və hətta vahid bir obrazla yaşamaq hüququ qazana bilməsi, dünya çapında bir ədəbiyyat deməkdir və bu bizim uğurumuzdur.

Detektiv dediyimiz kimi folklordan – macəralardan gəlmə klassik bir forma olsa da, müasir janr hesab edilir. Dostoyevskinin “Cinayət və cəza” əsərində də detektiv janrının elementləri olduğunu iddia edən nəzəriyyəçilərin olduğuna baxmayaraq, detektiv janrı XIX əsrin sonu Amerika ədəbiyyatında bir janr kimi öz təsdiqini tapmışdı.

Bu janrın orta dövrü və müasir dövrü var. Müasir dövrdə detektiv janrı artıq qlobal siyasi detektiv statusu alıb. Bizim üçün çox önəmli faktdır ki, müasir dünya ədəbiyyatında detektiv janrının məhz qlobal siyasi detektiv termini ilə qəbul edilməsində Çingiz müəllimin müstəsna xidmətləri var.

Çingiz müəllim çıxışlarının birində deyir ki, Dante XIII əsrdə “İlahi komediya”nı, Balzak XIX əsrdə “Bəşəri komediya”sını, Con Coysun XX əsrdə “Müasir komediya”nı yazdı, mən isə XXI əsrdə “Kriminal komediya”nı yazdım. Çingiz müəllim eyni zamanda belə deyir: “Mən inanıram ki, öz kitablarımla insanlara kömək edirəm. Bu doğrudan belədir, bu yazıçının missiyasıdır. Kitab insanları tərbiyə etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən insanları inandırıram ki, siz Allahın tərəfində vuruşmalısınız. Yazıçı kömək etməlidir ki, insan Allahı seçsin, İblisi yox”. Bu xalq yazıçısı Çingiz Abdullayevin fikridir.

60-cı illərdə Cəmşid Əmirovun “Qara volqa”sı, Elçinin “Arxadan vurulan zərbə”si vardı, Anarın, Rüstəm İbrahimbəyovun, Natiq Rəsulovun bir sıra əsərlərində detektiv janrının elementləri özünü göstərirdi. Bu gün də ara-sıra detektiv janra müraciət edən yazarlarımız var. Amma Azərbaycan ədəbiyyatında Çingiz Abdullayev sırf detektiv yazardır.

Çingiz Abdullayevin əsərləri çoxdur. “Mavi mələklər”, “İnsan ovu”, “Ləğv edilmiş mərasim”, “Əclafların qanunu”,”Döyüşçünün yolu”, “Qanın üç rəngi”, “Peşəkarların qaydası”, “Nifrət okeanı”, “Əfsanə hüququ”, “Bankirin ölümü” və sair onlarla, yüzlərlə əsər.

Bu əsərlər və bunları birləşdirən məşhur Dronqo haqqında daha ətraflı yazmaq olardı, biz bunu etmədik. İnandıq ki, bu qeydləri oxuduqdan sonra o əsərləri axtaranların sayı daha da çox olacaq və bu əsərləri onlar özləri əldə edib oxuyacaqlar. Detektiv isə həmişə maraq çəkən, sirli bir janr olaraq oxucunu öz cazibəsində saxlamağı bacarır. Detektivi ciddi ədəbiyyat hesab etməyənlər nə dərəcədə haqlıdır, deyə bilmərik, o inkaredilməzdir ki, detektiv, əslində kəskin süjetli janrdır. Cinayət baş verib, axtarış aparılır, məntiqi ardıcıllıq gözlənilir, kriminalist incəliklər diqqəti çəkir, qatilin tapılması həyata keçirilir, amma bu hələ tam detektiv deyil. Kriminal macəra hələ detektiv əsər demək deyil. Analitik düşüncə, bədii keyfiyyət, süni quramadan uzaq – professional süjet, dramatik məntiqi dinamika olmalıdır. Siyasi detektivdə siyasi dünyagörüşü, siyasi fəhm və hətta siyasi fəaliyyət təcrübəsi də pis olmaz.

P.S. Mən danışdığımı yaza bilmirəm, yazdığımı da danışa bilmirəm, bu nə sirdir, onu da bilmirəm.

Bir neçə il öncə Azərbaycan Yazıçılar Birliyinin zalında Azərbaycanın məşhur yazıçısı, dünya çapında imzası görünən Çingiz Abdullayevin yaradıcılığına həsr olunan kitabın təqdimat mərasimi keçirilirdi. Mən adətim üzrə gecikmişdim, yazıçılar da adətləri üzrə vaxtın çatmasına baxmayaraq, hələ tədbiri başlamamışdılar. Elə çatan kimi Gülxani Pənah özünü yetirdi: “Natəvan, tez ol, tədbiri sən aparacaqsan.” Dedim “Gülxani, nə danışırsan, mən buna hazır deyiləm”. Gülxani, “Çingiz müəllim belə dedi” – söylədi. Əlüstü narazılığımı heç olmasa, çatdıra bildim: “Onda axşam zəng vurub, tədbirə çağıranda, bunu deyərdin.” Tələsən müəllif səsinin bir az da alçaq tonu ilə dedi: “Axşam heç mən də bilmirdim. İndi, bu dəqiqə dedi Çingiz müəllim.” Gəlib oturdum Gülxani göstərdiyi yerdə. Tədbiri Çingiz müəllim özü başladı, sonra Gülxani Pənah. və aparıcı. Alındı mənim aparıcılığım, tədbir də əla oldu. Bir müddət sonra qələm dostlarımın təkidi ilə tədbirdə danışdıqlarımı yazmaq qərarına gəldim. Bu da alındı.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Çingiz abdullayevin əsərləri

(Əvvəli “İstedadı ölkə hüdudlarını aşan yazıçı – Çingiz Abdullayev” adı məqalə)

Xüsusilə, qeyd etmək istəyirəm ki, Çingiz Abdullayev nəhəng yazıçılar arasında həmin rəqabəti, bizim ədəbiyyata yad olan siyasi-detektiv janrında aparır. Bu janrda yazıb-yaratmaq üçün mütləq şəkildə siyasət, tarix, hüquq, coğrafiya, psixologiya elmlərini bilməli, bir çox ölkələrin ictimai, siyasi, hərbi və dövlət xadimlərinin bioqrafik məlumatlarından hali olmalıdır. Ərsəyə gətirilən əsərlərdən isə bilmək olar ki, “Beynəlxalq təcavüz problemi” barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi alan (1988), “Beynəlxalq cinayət problemi”barədə doktorluq dissertasiyasını müdafıə edən Çingiz Abdullayev bütün bunlara peşəkarcasına yiyələnibdir.

Mən, dil ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Bir çoxları irad tuturlar ki, Çingiz Abdullayev əsərlərini rus dilində yazır. Mənə elə gəlir burada qəribə heç bir şey yoxdur. O, vaxtilə özünə lazım olan ədəbiyyatları rus dilində oxuduğundan, bu dilə mükəmməl şəkildə yiyələnir. Azərbaycan sovetlər ölkəsinin tərkibində olanda əksər elmi, texniki və bədii əsərlər rus dilində idi və oradakı biliklərə yiyələnmək üçün, həmin əsərlər tərcüməsiz şəkildə kitab rəflərində qalırdı. XX əsrin 80-ci illərin ortalarına qədər dünya yazıçılarının ərsəyə gətirdikləri “Kapitan Qrantın uşaqları”, “Üç muşketyor”, “Oliver Tvistin macəraları”, “Başsız atlı”, “Spartak”, “Ulenşpigel əfsanəsi” və bir neçə əsəri çıxmaq şərtilə, məşhur roman ustaları A. Düma, J. Vern, V. Skott, Ç. Dikkens, M. Drüon, V. Yan, T. Drayzer, M. Tven, F. Kuper, R. Sabatininin əsərləri Azərbaycan dilinə tərcümə olunmamışdı. Müttəfiq respublikalarda onların əsərlərini yalnız rus dilində, özü də tanışlıq sayəsində əldə etmək olurdu.

Çingiz Abdullayev Avropa, Amerika, Asiya ədəbiyyatlarının ən görkəmli sənətkarları, elmi-ictimai, bədii-estetik fikirlərinin nümayəndələri olan Q. Flober, C. Qolsuorsi, A. Sveyq, R. Rollan, A. Morua, Q. Hauptman, L. Feyxtvanger, T. Mann, B. Şou, T. Drayzer, İ. Kant, E. Heminquey, B. Prus, Okeys, H. Ceyms, E. Bronten, A. Kolric, C. Bleyk, A. Strindberq, M. Qandi, R. Taqor, P. Çandr yaradıcılıqlarına, sənətkarlıqlarına valeh olduğunu və əlbəttə ki, gələcək yaradıcılıq işlərində onların əsərlərindən qaynaqlandığını heç kimdən gizlətmir. Onun rus dilinə mükəmməl yiyələnməsi və o dildə müstəqil fikir yürütməsi həmin materialların mənimsənilməsinə və dünyagörüşünün artmasına gətirib çıxarır.

Dünyada bir çox nasirlər öz əsərlərini əcnəbi dillərdə yazıblar və onlar qınaq obyekti olmayıblar. Şəxsən mən çox razıyam ki, o, təfəkkür məhsullarını dünyanın ən oxuyan xalqı rusların dilində yazır və məhz buna görə də nasirin əsərləri çoxsaylı paralelləri və meridianları aşaraq, böyük bir məkanda təşəkkül tapır, oradan isə Avropa ölkələrinə daxil olur. Orta əsrlərdə bizim əksər alim və yaradıcı insanlarımız əsərlərini bizə yad olan tamamilə başqa dillərdə yazmışdılar. Necə ki, dahi Mühəmməd Nəsirəddin Tusi humanitar sahə ilə bağlı əsərlərini fars, elmi əsərlərini isə ərəb dillərində ərsəyə gətirmişdi, lakin özünü dünyaya azərbaycanlı kimi tanıtdırıbdır. Bu siyahıya Qətran Təbrizi, Məhsəti Gəncəvi, Kafiyəddin Ömər, Əfzələddin Xaqani, Bəhmənyar əl-Azərbaycani, Nizami Gəncəvini də daxil etsək, görərik ki, onlar bir azərbaycanlı kimi başqa dillərdə yazıb yaratmışdılar.
Hal-hazırda Moskva şəhərində yaşayıan məşhur yazıçı Rüstəm İbrahimbəyov, tanınmış rəssam Tahir Salahov və digərləri rus dillidirlər, amma hamı onları azərbaycanlı kimi tanıyır.

Haqsız iradlara, əsassız tənqidlərə məruz qalan Çingiz Abdullayev istəyir lap uyqur, monqol, dillərində yazsın, yenə də onun genetik möhürü azərbaycanlıdır və yazdığı əsərlərlə xalqımıza şan-şöhrət gətirir. Mən belə qənaətə gəlirəm ki, nəinki yerli, hətta xarici oxucular arasında kifayət qədər populyarlıq qazanan nasirin yaradıcılığına şübhə ilə yanaşmaq, paxıllıqdan başqa bir şey deyil. XVIII əsrdə yaşayıb yaratmış fransız yazıçısı Klod Helvetsi qeyd edirdi ki,“bütün qəbahətlərdən ən iyrənci paxıllıqdır. Onun bayrağı altında nifrət, xəyanət və böhtan addımlayır”. İspanlar isə deyirlər ki, “paxıl adam ağcaqanaddan da bərk sancar”. Paxıllığı əlində bayraq tutarq, başqalarını ləkələmək istəyən adamlar isə ispan yazıçısı Baltazar Qrasianın XVII əsrdə söylədiyi – “Paxıl adam bir dəfə ölmür; rəqibi haqqında tərifli sözlər eşitdikcə hər dəfə ölür”, ifadəsini eşidəndə bəlkə həmin hissləri özlərindən uzaqlaşdırarlar.

Çingiz Abdullayev yazdığı əsərlərin sayəsində nəinki Azərbaycanda, hətta bir çox ölkələrdə kifayət qədər tanınmış qələm ustasıdır. Onun bir azərbaycanlı kimi məşhur yazıçılarla rəqabət aparması məni həddindən çox heyrətləndirir. Lakin təəssüflər olsun ki, bizim televiziya kanalları demək olar ki, onun təbliğatı ilə, heç bir əməli iş görmür. Halbuki o, bizim hamımızın fəxr etdiyimiz nur saçan ziyalımızdır. Onun ərsəyə gətirdiyi “Mavi mələklər”, “Əclafların qanunu”, “Monte-Mario təpəsində ölüm”,“Qanın üç rəngi”, “Alçağın üslubu”, “Qatil üçün Qran-Pri” və başqa onlarla əsər, oxucular arasında çoxdan dillər əzbəri olubdur və hər ay səbirsizliklə nasirdən yeni kitab əldə etmək üçün, nəzərlərini Bakıda yerləşən ədəbiyyat məbədinə – Azərbaycan Yazıçılar Birliyinə yönəldiblər.

Xalqın məhəbbətini qazanan belə bir istedadlı yazçıya dövlət qayğısı lazımdır. Cəsarətlə demək olar ki, müasir qələm sahiblərindən bir neçəsinin adını çıxmaqla, onun əsərləri bir çox xarici ölkələrdə yaşayan potensial oxucuların qəlbinə yol tapa bilibdir. Elə bu səbəbdən onu ədəbi külliyat ordusunun sayəsində qəlblərin fatehi adlandırmaq olar.

Bu bir həqiqətdir ki, dünya şörətli ədiblər əsl fatehlərdir. Makedoniyalı İsgəndər, Attila, Çingiz xan, Teymurləng, Məhmət Sultan və başqa dahi sərkərdələr ölkələri fəth etməklə, tarixin səhifələrinə fateh kimi düşsələr də, onları tam şəkildə fateh adlandırmaq olmaz, ona görə ki, onlar ölkələri fəth etsələr də, orada yaşayan xalqların qəlbini fəth edə bilməmişdilər. Əsl fateh isə zor gücünə yox, gərək xeyr əməllər sayəsində insanların qəlbini fəth etməlidirlər, necə ki, həmin işin öhdəsindən yaradıcı insanlar, alimlər, xeyriyyəçilər və humanistlər gəlirlər.
Çingiz Abdullayevin onlarla əsərləri hər il yeni-yeni ölkələrin sərhədlərini keçir və onun 25 milyonluq ədəbi külliyat ordusu əcnəbi şəhərlərdəki kitabxanalara daxil olub, kitabsevər insanların qəlbini fəth edərək hamının sevimlisinə çevrilir. Bonapart Napoleon demişdir ki, “Bir ölkənin məşhurlaşması üçün bir neçə tanınmış sənətkarın olması kifayətdir”. Çingiz Abdullayevin əsərləri ölkəmizin hüdudlarını aşmaqla, mütaliə edən oxucuların arasında, sanki ölkəmizin məşhurlaşması təbliği ilə məşğul olur.

Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, PEN klubun vitse-prezidenti, Beynəlxalq Ədəbiyyat Fondunun həmsədri Çingiz Abdullayev ədəbi həyatında fəal iştirakına görə Şöhrət ordeni ilə təltif edilibdir, Amerikanın “The Christian Science Monitor” jurnalı onu müasir dövrün detektiv yanrında yazan ən yaxşı müəlliflərdən biri adlandırıbdır. Bütün bu tutul və mükafatlara baxmayaraq ən əsası o, əsərləri ilə birlikdə intellektual səviyyəli ədəbiyyatsevər insanların əziz qonağı sayılır.

Yazıçı-tədqiqatçı, publisist Ramiz Dəniz

Çingiz abdullayevin əsərləri

Dünya ədəbiyyatında detektiv

və Çingiz Abdullayev

Dünya ədəbiyyatında detektiv janrını bir neçə istiqamətdə müəyyənləşdirmək mümkündür: Şərqdə macəralar, əfsanələr kimi, Avropada kriminal əsərlər olaraq, Amerikada isə detektiv janr adı ilə.

Əslində, macəralar folklordan – nağıllardan gəlir. Dünyanın bir sıra xalqlarının nağıllarında macəra elementləri var. Amma Şərqin folklorunda olan macəraçılıq xüsusiyyətlərini Avropa müasir anlamda inkişaf etdirdi, kriminal deyilən bir janr formalaşdırdı. Bununla paralel, Amerikada XIX əsrdə detektiv janr ədəbi janr kimi qəbul edildi, dünya ədəbiyyatında təsdiqini tapdı və XX-XXI əsrdə populyarlıq qazandı. Edqar Allan Po (amerikan), Artur Konan Doyl (şotlandiyalı ingilis), Aqata Kristi (ingilis), Umberto Eko (italyan), Orhan Pamuk (türk), Milorad Paviç (serb), Çingiz Abdullayev (azərbaycanlı) və digərləri artıq detektiv yazar kimi qəbul edildi.

Bu baxımdan, Azərbaycan ədəbiyyatının dünya detektiv ədəbiyyatında öz yerinin olması bizi sevindirir. Bu yazının yazılmasına bir kitab təqdimatı səbəb oldu: “Azərbaycan ədəbiyyatında detektiv janrı” (Çingiz Abdullayevin yaradıcılığı əsasında) Yazarlar: Gülxani Pənah, Tural Məzahiroğlu.

Yazarların iddia etdiyi kimi, bu kitabda “. detektiv əsərlər müəllifi Çingiz Abdullayevin yaradıcılıq yolu, onun sənətkarlıq keyfiyyətləri təhlil və tədqiqatını tapır.” Müəlliflərə təşəkkür düşür ki, son dərəcə populyar olan bu mövzuya müraciət ediblər. Onu da qeyd etmək istərdik ki, müştərək yazarlar bu addımı atmaqla cəsarətli iş görüblər. Çünki Çingiz Abdullayev kifayət qədər məşhur yazıçıdır, ondan yazmaq elə də asan iş deyil.

Çingiz Abdullayevin həyat və yaradıcılığı ilə bağlı bir çox faktlar var və bu faktlar kifayət qədər maraqlıdır. Çingiz Abdullayevin 2500-dən çox kitabı çap olunub. Kitablarının ümumi tirajı 27 milyondan artıqdır. Bədii mətnləri əsasında 9 film çəkilib. Əsərləri dünyanın 29 dilinə tərcümə olunub. Bu rəqəmlər (biz qəsdən bu statistik xarakterli məlumatı sözlə yox, rəqəmlə yazdıq) bir yazıçı bioqrafiyası üçün çox böyük göstəricidir. Üstəlik, Çingiz Abdullayevin əsərləri, özünün dediyi kimi, dünyanın altı qitəsində, yalnız Antraktidadan başqa Afrikada, Asiyada, Avropada, Amerikada və Avstraliyada çap olunub. O faktı da deyək ki, Çingiz müəllim ölkəmizdə ən çox vergi ödəyən yazıçıdır.

Həyatımızın ümumi inkişaf sürəti artmaqdadır. Müasir innovatik texnologiya bu sürəti, az qala, kosmik həddə çatdırmaqdadır. Bugünkü texnologiya sabah geridə qalır. Bu inkişafda ləngimə məhvə bərabərdir, amma bu sürəti yaxalamaq da olduqca çətindir. Çingiz Abdullayev nəinki həyatın inkişaf sürətinə çatır, hətta müəyyən məqamlarda onun lokomotivinə çevrilə bilir. Mobilləşən dünyada, ədəbiyyatın mobilləşməsi nə dərəcədə zəruridirsə, o dərəcədə də zor bir işdir. Çingiz Abdullayev postsovet məkanında ən mobil qələm adamlarından biridir və bəlkə də yazıçıların birincisidir.

Çingiz müəllim özü üçün oxucu problemini də həll etmiş yazıçıdır. Doğrudur, ideal həll burada mümkün deyil. Yəni ədəbiyyatın, müəllifin oxucu məsələsi ciddi bir məsələdir. Ola bilər ki, bu gün yazıçı oxunmur, amma müəyyən bir zaman keçdikdən sonra o müəllifə kütləvi maraq yarana bilər və ya əksinə, dəbdə olan bir yazıçı və onun əsəri müəyyən vaxt keçdikdən sonra yalnız yaşlı oxucuların yaddaş ədəbiyyatına çevrilər. Hal-hazırda reallıq odur ki, mən BDU-nun jurnalistika fakültəsində tələbələrin stolunun üstündə Umberto Ekonun, Fyodor Dostoyevskinin,Orhan Pamukun, Çingiz Abdullayevin kitablarını tez-tez görürəm. İndiki gənclik Çingiz Abdullayevin yaradıcılığına maraq göstərir. Müasir Azərbaycan müəlliflərindən kitabları tələbələrin əlində ən çox görünən Çingiz Abdullayevdir. Heç kəs inciməsin, bu belədir və bu reallıqdır. Bəlkə buna səbəb Çingiz müəllimin əsərlərinin reklamının nisbətən geniş olmasıdır, ya detektiv janrın populyarlığı burada rol oynayır, ya bu müəllifin həqiqətən yaradıcılıq uğurudur?! Hər halda bu belədir.

Dünya ədəbiyyatında detektiv janrının çox məşhur, çox böyük yazarları var. Onların dünya çapında xüsusi mövqeləri məlumdur. O sənətkarların artıq özlərinin yaratdığı ədəbi obrazlar, hətta öz adları qədər məşhurlaşıblar. Onların özlərindən daha çox tanınan qəhrəmanları var. Bu qeyri-adi faktdır və ədəbiyyatda hər kəsə nəsib olmur, ədəbi qəhrəman yazıçıdan daha çox sevilsin və qəbul edilsin. Ceyms Bond artıq dünyanın tanıdığı bir obrazdır, Peri-Meyson hər bir gəncin tanıdığı simadır, həmçinin, Şerlok Holms, Doktor Vatson və o sıradan Dronqo. Bu obrazlar artıq şəxsiyyətə çevrilib, elə bil tarixi simadırlar, baxmayaraq ki, bunlar bədii obrazlardır. Ona söz yox ki, ola bilsin, bu obrazların arxasında bəlkə də hansısa həyati şəxs dayanır, yəni bunlar real insanların prototipidir. Bununla belə, artıq obrazların özləri ədəbiyyatda mühüm və məlum simalardır. Ədəbiyyatdan həyata “transfer” oluna biliblər. Bunlar şəxsiyyət kimi qəbul edilirlər. Bir daha qeyd edək ki, o cümlədən, Çingiz müəllimin Dronqosu dünyada tanınan və qəbul edilən obrazdır.

Detektiv janrının Azərbaycanda belə yayılması, ardıcıl olaraq çap olunması, əsərdən-əsərə keçməsi və hətta vahid bir obrazla yaşamaq hüququ qazana bilməsi, dünya çapında bir ədəbiyyat deməkdir və bu bizim uğurumuzdur.

Detektiv dediyimiz kimi folklordan – macəralardan gəlmə klassik bir forma olsa da, müasir janr hesab edilir. Dostoyevskinin “Cinayət və cəza” əsərində də detektiv janrının elementləri olduğunu iddia edən nəzəriyyəçilərin olduğuna baxmayaraq, detektiv janrı XIX əsrin sonu Amerika ədəbiyyatında bir janr kimi öz təsdiqini tapmışdı.

Bu janrın orta dövrü və müasir dövrü var. Müasir dövrdə detektiv janrı artıq qlobal siyasi detektiv statusu alıb. Bizim üçün çox önəmli faktdır ki, müasir dünya ədəbiyyatında detektiv janrının məhz qlobal siyasi detektiv termini ilə qəbul edilməsində Çingiz müəllimin müstəsna xidmətləri var.

Çingiz müəllim çıxışlarının birində deyir ki, Dante XIII əsrdə “İlahi komediya”nı, Balzak XIX əsrdə “Bəşəri komediya”sını, Con Coysun XX əsrdə “Müasir komediya”nı yazdı, mən isə XXI əsrdə “Kriminal komediya”nı yazdım. Çingiz müəllim eyni zamanda belə deyir: “Mən inanıram ki, öz kitablarımla insanlara kömək edirəm. Bu doğrudan belədir, bu yazıçının missiyasıdır. Kitab insanları tərbiyə etməlidir, doğru yola aparmalıdır. Dünyada Allahın və İblisin yolu var. Mən insanları inandırıram ki, siz Allahın tərəfində vuruşmalısınız. Yazıçı kömək etməlidir ki, insan Allahı seçsin, İblisi yox”. Bu xalq yazıçısı Çingiz Abdullayevin fikridir.

60-cı illərdə Cəmşid Əmirovun “Qara volqa”sı, Elçinin “Arxadan vurulan zərbə”si vardı, Anarın, Rüstəm İbrahimbəyovun, Natiq Rəsulovun bir sıra əsərlərində detektiv janrının elementləri özünü göstərirdi. Bu gün də ara-sıra detektiv janra müraciət edən yazarlarımız var. Amma Azərbaycan ədəbiyyatında Çingiz Abdullayev sırf detektiv yazardır.

Çingiz Abdullayevin əsərləri çoxdur. “Mavi mələklər”, “İnsan ovu”, “Ləğv edilmiş mərasim”, “Əclafların qanunu”,”Döyüşçünün yolu”, “Qanın üç rəngi”, “Peşəkarların qaydası”, “Nifrət okeanı”, “Əfsanə hüququ”, “Bankirin ölümü” və sair onlarla, yüzlərlə əsər.

Bu əsərlər və bunları birləşdirən məşhur Dronqo haqqında daha ətraflı yazmaq olardı, biz bunu etmədik. İnandıq ki, bu qeydləri oxuduqdan sonra o əsərləri axtaranların sayı daha da çox olacaq və bu əsərləri onlar özləri əldə edib oxuyacaqlar. Detektiv isə həmişə maraq çəkən, sirli bir janr olaraq oxucunu öz cazibəsində saxlamağı bacarır. Detektivi ciddi ədəbiyyat hesab etməyənlər nə dərəcədə haqlıdır, deyə bilmərik, o inkaredilməzdir ki, detektiv, əslində kəskin süjetli janrdır. Cinayət baş verib, axtarış aparılır, məntiqi ardıcıllıq gözlənilir, kriminalist incəliklər diqqəti çəkir, qatilin tapılması həyata keçirilir, amma bu hələ tam detektiv deyil. Kriminal macəra hələ detektiv əsər demək deyil. Analitik düşüncə, bədii keyfiyyət, süni quramadan uzaq – professional süjet, dramatik məntiqi dinamika olmalıdır. Siyasi detektivdə siyasi dünyagörüşü, siyasi fəhm və hətta siyasi fəaliyyət təcrübəsi də pis olmaz.

P.S. Mən danışdığımı yaza bilmirəm, yazdığımı da danışa bilmirəm, bu nə sirdir, onu da bilmirəm.

Bir neçə il öncə Azərbaycan Yazıçılar Birliyinin zalında Azərbaycanın məşhur yazıçısı, dünya çapında imzası görünən Çingiz Abdullayevin yaradıcılığına həsr olunan kitabın təqdimat mərasimi keçirilirdi. Mən adətim üzrə gecikmişdim, yazıçılar da adətləri üzrə vaxtın çatmasına baxmayaraq, hələ tədbiri başlamamışdılar. Elə çatan kimi Gülxani Pənah özünü yetirdi: “Natəvan, tez ol, tədbiri sən aparacaqsan.” Dedim “Gülxani, nə danışırsan, mən buna hazır deyiləm”. Gülxani, “Çingiz müəllim belə dedi” – söylədi. Əlüstü narazılığımı heç olmasa, çatdıra bildim: “Onda axşam zəng vurub, tədbirə çağıranda, bunu deyərdin.” Tələsən müəllif səsinin bir az da alçaq tonu ilə dedi: “Axşam heç mən də bilmirdim. İndi, bu dəqiqə dedi Çingiz müəllim.” Gəlib oturdum Gülxani göstərdiyi yerdə. Tədbiri Çingiz müəllim özü başladı, sonra Gülxani Pənah. və aparıcı. Alındı mənim aparıcılığım, tədbir də əla oldu. Bir müddət sonra qələm dostlarımın təkidi ilə tədbirdə danışdıqlarımı yazmaq qərarına gəldim. Bu da alındı.

08.04.2018

Natəvan DƏMİRÇİOĞLU

yazıçı,filologiya üzrə fəlsəfə doktoru

Ədəbiyyat qəzeti.- 2018.- 12 may.- S.25.

Comments are closed, but trackbacks and pingbacks are open.