Cəmilə, Çingiz Aytmatov
Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19
Çingiz aytmatov cəmilə əsəri
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanıb.
Rejissor Anar Babalının quruluşunda gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi bu əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
Ə.Lalayev Avropa.info-ya bildirib ki, o, hələ ötən il Qırğızıstanın Oş şəhərində keçirilən VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festivalı çərçivəsində TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən “Cəmilə” tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparmış və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlib.
“Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə zərgər dəqiqliyi ilə yanaşılır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda əslində Böyük Vətən Müharibəsi illərində qırğız aulunda arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox həqiqətlər, çətinliklər tam çılpaqlığı və mürəkkəbliyi ilə göstərilir”, – deyə Ə.Lalayev tamaşanın ideya istiqaməti barədə fikirlərini belə bildirib.
Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatıçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.
Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – Qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər səsləndiriləcək.
Cəmilə, Çingiz Aytmatov
“Cəmilə” əsəri, qırğız yazıçı Çingiz Aytmatovun, doğulub boya-başa çatdığı Talas vadisinin tarixi xüsusiyyətlərini və mədəniyyətini özündə əks etdirir. Yazıçının digər əsərlərinə nəzərən daha ciddi mövzunu əhatə edən bu əsər, başda SSRİ olmaqla bütün dünyadda çox maraqla qarşılandı. Müəllif əsər vasitəsi ilə Sovet Rusuiyasının rejiminə qarşı etiraz etmişdi.
Əlaqədar şəxs
Kitab Evim
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 23.05.2018
Xüsusiyyətlər Janr: Uşaq ədəbiyyatı Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12,8×17,8
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Elxan Elatlı Janr: Detektiv Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Psixoloji Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Ryan Holiday Janr: Psixologiya Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Rəng: qoz İstehsal ölkəsi: Türkiya Brend: UVİ mobilya
Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Corc Sonders Nəşr dili: Azərbaycan Cild: Yumşaq
Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19
Xüsusiyyətlər Müəllif: Cəmilə Musayeva Janr: Özünü inkişaf etdirmə Nəşr dili: İngilis Cild: Yumşaq Ölçü, sm: 15,3×20,3
Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya
MAQAZIN.AZ saytında özünüzə onlayn maqazin yaradın , məhsullarınızı yerləşdirin və asanlıqla satın. Maqazin.az mağaza və dükan sahibləri, internet biznesi olanlar üçün alış satış platformasıdır. Maqazin.az online saytı ilə siz müxtəlif mağazaların, yeni məhsulların təklifləri ilə tanış ola biləcək, endirimlər, aksiyalar və kampaniyalar haqqında məlumat əldə edən müştərilər əldə edəcəksiniz.
Onlayn maqazin, alis veris sayti, Bakida ucuz qiymete mehsullar, onlayn shop ticarət mərkəzi. © 2016 MAQAZIN.AZ | info [@] maqazin.az | Bizimlə əlaqə
ŞaFtAlı
Cingiz Aytmatov keçmiş sovet dövlətlərində ən çox oxunan yazıçılardan biri idi. Yazıçıdan oxumaq istədiyim iki əsər var idi : “Əlvida Gülsarı” və “Cəmilə” sonuncunu bu günlərdə audio versiyada dinlədim.
Əsəri dinləyərkən nədənsə ağlıma İ. Əfəndiyevin “Körpüsalanlar” romanı gəldi. Bu iki əsər arsında sadəcə mövzu etibari ilə bir xətt eynidir, evli qadın başqa birinə aşıq olur. Lakin Cəmilə Səriy yəyə nisbətən eqodan uzaq, fədakar, məkirsiz bir qadındır. Səriyyədə hiss etdiyim “toxluğundan darıxmaq” Cəmilədən çox uzaq idi.
Povest yazıldığı dövrdə, bəhs olunduğu dövrdə heç də çox sıx rast gəlinməyən nüanslara toxunub, müharibənin gətirdiyi vəhşətin, insan dünyasından silib ata bilmədiyi sevgi, mərhəmətə diqqət çəkilib. Insanların ən çətin şəraitdə belə fədakar, zəhmətkeş duruşları oxucudan təqdir alır. Cəmilənin radikal addımı nədənsə məni hiddətləndirmədi.
Məncə insanların, xüsusilə də qadınların boyuna biçilən “qadın” modeli reallıqla üst-üstə düşmyəndə bu şəkildə balans pozulur. Bu model isə şüuraltı amma məqsədyönlü şəkildə tərtib olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.