Ingiz Aytmatovun həyat və yaradıcılığının, Gün var əsrə bərabər əsərinin öyrənilməsi
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. Müəllim dərslikdəki “Evdə i ş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
Çingiz Aytmatov. Seçilmiş əsərləri
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
«Gün var əsrə bərabər» romanı 1980-ci ildə o dövrlərin ən radikal jurnalı sayılan «Novıy mir» jurnalında işıq üzü görüb. Dərc olunan gündən öz qeyri-adiliyi ilə bütün Sovet respublikalarına ildırım sürəti ilə yayıldı və cəmiyyətdə böyük diskussiyalara səbəb oldu. Yazıçı əsərinə dəmir yolu ilə qaçan bir tülkünün təsviri ilə başlayır. Sonradan məlum olur ki, bu təsadüfi deyilmiş. Yeri düşmüşkən, əsərin qüdrəti də elə ondadır ki, əsərdə söhbəti gedən bütün şeylərin öz mahiyyəti, anlamı var, hər bir xırda detallar belə sonradan məna kəsb edir. Əsəri ölməz edən daha bir detal da ondan ibarətdir ki, məhz bu mükəmməl əsər dünyaya manqurt sözünü gətirdi, o günlərdən bəri bu söz ən populyar söz kimi insanların beyninə həkk oldu. «Əlvida, Gülsarı!» povesti ədibin ekranlaşdırılmış ən maraqlı əsərlərindən biridir. Gülsarı həyatı çətinliklərlə keçən bir kəndlinin atıdır. Əsərin motiv və süjetində «Qaragül» və «Qocacan» adlı qırğız eposlarından əlamətlər vardır ki, bu da Aytmatovun öz yaradıcılığında təkcə realizm deyil, həm də epik üsullardan məharətlə istifadə etdiyini göstərir.
Janr: Roman
Nəşriyyat: Bakı Kitab Klubu
Cild: Yumşaq
Çəki, g: 750
Müəllif: Çingiz Aytmatov
Səhifə sayı: 504
dil: Azərbaycan
şərhlər 0
Seymur Baycan
Məhəmmədrza Bayrami
İskəndər Pala
Fərman Kərimzadə
Qriqori Petrov
Məhsul mövcud deyil
Məhsul mövcud deyil
Günel Mövlud
Ercüment Cengiz
Herman Hesse
Fransua Moriak
Uilyam Şekspir
Emili Bronte
Ceyn Ostin
Luiza Mey Olkott
Jose Saramago
Haqqımızda
Aksiyalar Və Endirimlər
- Möhtəşəm endirimlər
- Pulsuz çatdırılma fürsəti
- Bağda darıxırsan?
- Hədiyyə Sertifikatları
- VISA kartla ödəniş zamanı 7% endirim
Sifariş haqda
- Sifarişi necə etmək?
- Ödənişi necə etmək?
- Promokodu necə istifadə etməli?
- Bölgələrdən sifariş etmək qaydası
- Çatdırılma
- Sərfəli taksit imkanı
- Bir kliklə alış-veriş
- “Özün götür” xidməti nədir?
- Bizimlə əlaqə saxlayın
- Sifarişimi qaytarmaq (dəyişmək) istəyirəm
- Geyimlərin rahat qaytarılması
- Pulsuz dənəmə nədir?
- Evə kitabxana lazımdır?
Çingiz Aytmatovun həyat və yaradıcılığının, “Gün var əsrə bərabər” əsərinin öyrənilməsi
В статье освещается методика изучения жизни и творчества, романа “И дольше века длится день” Чингиза Айтматова в 11 классах Азербайджанских школ.
Просмотр содержимого документа
«Çingiz Aytmatovun həyat və yaradıcılığının, “Gün var əsrə bərabər” əsərinin öyrənilməsi»
Mövzu: Çingiz Aytmatovun həyatı, yaradıcılıq yolu – 1 saat
Standartlar Təlim nəticələri
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir. Mənbələrə əsaslanmaqla mövzu, problemlə bağlı çıxışlarında bədiiemosional ifadələrdən istifadə edir.
2.2.1. Müzakirələrdə mövzuya, problemə, yazıçının mövqeyinə tənqidi münasibətini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsədyönlü istifadə edir. Mövzuya, problemə münasibətini əsaslandırır, dinləyicilərin rəyini nəzərə alır, mimika və jestlərdən məqsədyönlü istifadə edir.
Dərsin gedişi
Ev tapşırığının (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın. 2. Mövzulardan birini seçib yığcam məqalə yazın: a) B.Vahabzadənin yaradıcılığında ana dili mövzusu; b) B.Vahabzadənin əsərlərində xalqımızın azadlıq mübarizəsinin bədii əksi) yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və müzakirəsi əsasında müəyyənləşdirilə bilər. Mənbələrdən əldə olunmuş m əlumatların məzmunu, dərslikdəki materiallarla necə səsləşməsi diqqət mərkəzində saxlanılır. Seçmə yolla dinlənilən məqalələrdə mövzuya müstəqil münasibətin hansı səviyyədə olması, fikirlərin necə əsaslandırılması ön plana çəkilir. Motivasiya yaratmaq məqsədilə şagirdlərin mövzu ilə bağlı mövcud bilikləri aşkara çıxarılır. Bunun üçün, ilk növbədə, dərslikdəki tapşırığın (Ç.Aytmatovun yaradıcılığı haqqında nə bilirsiniz? Bu barədə bildiklərinizi xatırlayın, yığcam müzakirə aparın) yerinə yetirilməsinə vaxt ayrılır. BİBÖ üzrə c ədvəl çəkilir. Müsahibə əsasında “Bilirik” və “Bilmək istəyirik” sütunlarında müvafiq qeydlər aparılır. Motivasiyanın digər variantı “Türk dünyasından izlər: Cingiz Aytmatov” videoyazısından bir epizoda (https://www.youtube.com/watch?v=0WxmxAf21os) baxış keçirilməsidir. Şagirdlərin Ç.Aytmatovun VII sinifdə öyrəndikləri “Manqurt” əsəri (“Gün var əsrə bərabər” romanından parça) ilə bağlı mülahizələri dinlənilir və yığcam müzakirə edilir.
Müzakirə nəticəsində tədqiqat sualı müəyyənləşdirilir: Ç.Aytmatovun həyat və yaradıcılığındakı hansı m əqamlar onun dünya şöhrətli sənətkara çevrilməsinə zəmin yaratmışdır? Tədqiqata dərslikdəki sualların və onların aydınlaşdırılmasına istiqamət verən cavabların oxusu ilə başlanılır. Kiçik qruplara mətnkənarı suallarla bağlı cavabları oxumaq, məzmununu ümumiləşdirib bir neçə cümlə ilə yazmaq, digər qruplara vermək üçün sual müəyyənləşdirmək tapşırığı verilir. Eləcə də şagirdlərə tədqiqatçıların dərslikdə verilmiş fikirlərinə münasibət bildirmələri tövsiyə olunur. Araşdırmaya ayrılan vaxt başa çatdıqdan sonra fikir mübadiləsi və müzakirə aparılır. Məsələn, birinci sualla (Yazıçının həyat yolu üçün səciyyəvi olan cəhətlər hansılardır?) bağlı m ənbələrdən istifadə edən şagirdlər müzakirədə Ç.Aytmatovun zəmanəmizin görkəmli yazıçılarından biri olduğunu, öz yaradıcılığında müasir insanı düşündürən həyati problemləri, milli və ümumbəşəri mənəvi dəyərləri əks etdirdiyini əsaslandırmağa çalışırlar. Ədibin uşaqlıq illərindən doğma ana dili ilə yanaşı, rus dilini dərindən bilməsi, bədii ədəbiyyatı geniş mütaliə etməsi barədə fikirlər də qoyulmuş sualın cavabının aydınlaşdırılmasına imkan yaradır. İkinci sualla bağlı təqdimatlarda (Yazıçının nəsr əsərlərində diqqəti daha çox hansı problemlər çəkir?) qeyd edilir ki, qırğız xalqının həyatı, mədəniyyəti və mübarizəsini əks etdirən “Manas” eposunun motivləri yazıçının nəsr əsərlərində özünü qabarıq göstərir. Ç.Aytmatovun nəsr əsərləri müəllifin həyat, insan taleyi haqqında düşüncələri, yeni ideyalarla zəngindir. “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü”, “İlk müəllim” povestlərinin mərkəzində insanları düşündürən həyati problemlər, insanın mənəvi aləmi, həyat mövqeyi, tale yollarının mürəkkəbliyi və ç ətinliyi durur. Fəlsəfi mahiyyətli “Gün var əsrə bərabər”, “Qiyamət” romanlarında sovet cəmiyyətindəki nöqsanlardan, mənəvi problemlərdən söz açılmışdır. Üçüncü sualla (Yazıçının əsərlərinin qəhrəmanları hansı xüsusiyyətləri ilə seçilir?) yazıçı povest və romanlarında qəhrəmanların işini, əməyə münasibətini göstərməklə m əhdudlaşmır, onların hiss-həyəcanlarını, mənəvi aləmini, həyatını, xarakterdəki incəlikləri inandırıcı və təbii şəkildə açıqlayır. Bu qəhrəmanlar mürəkkəb həyati konfliktlərdən keçir, milli olduğu qədər də ümumbəşəri səciyyə daşıyır. Müəllimin istiqamətləndirici sualları əsasında ilkin nəticənin çıxarılması və ümumiləşdirmənin aparılmasına vaxt ayrılır. BİBÖ cədvəlinin “Öyrəndik” sütununda qeydlər aparılır.
Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. Müəllim dərslikdəki “Evdə i ş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
Mövzu: Ç.Aytmatov. Gün var əsrə bərabər (ixtisarla) – 3 saat
Birinci saat: Məzmun üzrə iş
Standartlar Təlim nəticələri 1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir. Mətni hissələrə ayırır, seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında yığcam nağıl edir. 1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslandırılmış münasibət bildirir. Romanda əksini tapmış mühüm milli-mənəvi, bəşəri dəyərləri müəyyənləşdirir.
Dərsin gedişi
Ev tapşırığının (1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlumat əsasında zənginləşdirin və tamamlayın. 2. Araşdırma apararkən aşağıdakı sualların cavablarını da əhatə etməyə çalışın: a) Ç. Aytmatovun nəsr əsərlərində hansı mənəvi dəyərlər öz əksini tapıb? b)Yazıçının romanlarında çağdaş dövrün hansı problemlərinə diqqət yetirilmişdir?) yerinə yetirilməsi səviyyəsi müxtəlif yollarla aşkara çıxarıla bilər. Təqdimatların seçmə yolla dinlənilməsi və müzakirəsi daha məqsədəuyğundur. Bütün hallarda şagirdlərin mənbələrdən necə bəhrələndiklərinə diqqət yetirilir. Bu prosesdə müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. Motivasiya, problemin qoyuluşu mərhələsini fərqli məzmunda təşkil etmək mümkündür. “Keçmişinə daş atanı gələcək topa tutacaq” aforizmindən, “Manqurt kimə deyilir?”, “İnsanın manqurt edilməsində məqsəd nə olur?”, “İnsan manqurta çevrilməmək üçün nə etməlidir?” suallarından istifadə yolu ilə motivasiya yaratmağı qarşısına məqsəd qoyan müəllim şagirdlərə öz fikirlərini söyləməyi təklif edir.
Motivasiya yaradılmasının bir yolu da “Manqurt” filmindən (https://www.youtube. com/watch?v =texnkLqTzEk) bir epizodun nümayiş etdirilməsi və müzakirəsi ola bilər. Müsahibənin sonunda tədqiqat sualı formalaşdırılır. Tədqiqat sualı: İnsanın “yaddaşsızlığı”, öz keçmişini unutması hansı sonluqla nəticələnə bilər? Fərziyyələr dinlənilir və qeyd edilir. Tədqiqat mərhələsində şagirdlər əsərdən verilmiş parçanı nəzərdən keçirir, aşağıdakı tapşırıqları fərdi olaraq yerinə yetirirlər: a) Tanış olmayan sözləri seçin və onların mənasını lüğətlərdən aydınlaşdırın. b) Seçdiyiniz məcazların növünü dəqiqləşdirin. c) Oxuduğunuz hissədə diqqətinizi daha çox cəlb edən məsələləri ikihissəli gündəlikdə yazın. ç) Suallara cavab hazırlayın. d) Yedigeyin və Ukubalanın Qazanqapın ölümü ilə bağlı düşüncələri onların mənəvi aləmi haqqında hansı fikirləri söyləməyə əsas verir? e) Əsərdə Nayman-Ana əfsanəsi haqqında nə deyilir? ə) Ana-Beyit qəbiristanlığının tikanlı məftillərə alınması insanlarda hansı hislər doğurur? f) Oxuduğunuz parçalar hansı m ənəvi dəyərlər barədə danışmağa imkan verir? g) Əsərdən bitkin bir parça seçin, hissələrə ayırın, plan tərtib edin, məzmununu yığcam nağıletməyə hazırlaşın. Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında məlumat mübadiləsi və müzakirə aparılır. Müəllim istiqamətləndirici suallardan istifadə etməklə təqdimatların fəal dinlənilməsinə, müzakirənin səmərəli keçməsinə nail olur. Növbəti dərsdə əsərin məzmunu bütövlükdə öyrənildikdən sonra nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması həyata keçirilir. Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. Müəllim dərslikdəki “Evdə i ş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
İkinci saat: Məzmun üzrə iş
Standartlar Təlim nəticələri
1.1.3. Mürəkkəb süjetli və kompozisiyalı bədii nümunələrdə əhvalat və hadisələr arasındakı səbəb-nəticə əlaqələrini müəyyənləşdirir, mətni hissələrə ayırır, plan tərtib edir, məzmununu müxtəlif formalarda (geniş, yığcam, yaradıcı) nağıl edir. Mətni hissələrə ayırır, seçdiyi hissənin məzmununu hazırladığı plan əsasında yığcam nağıl edir.
1.1.4. Müxtəlif ədəbi növ və janrda olan əsərlərdə (poema, hekayə, povest, roman, dram, komediya, faciə) əksini tapan mühüm milli-mənəvi, bəşəri dəyərlərə əsaslandırılmış münasibət bildirir. Romanda əksini tapmış mühüm milli-mənəvi, bəşəri dəyərləri müəyyənləşdirir.
2.1.1. Müxtəlif mənbələrdən topladığı materiallara əsaslanmaqla təqdimat və çıxışlarında bədii-emosional və obrazlı ifadələrdən istifadə edir. Mənbələrə əsaslanmaqla mövzu, problemlə bağlı çıxışlarında bədiiemosional ifadələrdən istifadə edir.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi yığcam müsahibə ilə aşkara çıxarılır. Romandan ixtisarla verilmiş parçaların məzmununun hansı səviyyədə qavranıldığı, tanış olmayan sözlərin, məcazların necə müəyyənləşdirildiyi aydınlaşdırılır. Şagirdlər dərslikdə təklif olunmuş tapşırığı fərdi olaraq yerinə yetirirlər: 1. Mənasını aydınlaşdırdığınız sözlərin alınma, yaxud dilimizə aid olduğunu əsaslandırın. 2. Seçdiyiniz məcazları daha maraqlı hesab etməyinizə səbəb nədir? 3. Suallara cavab hazırlayın: a) Yedigey Qazanqapın nə üçün Sarı-Özək çölündə dəfn olunmasını istəyirdi? b) Yedigey nə üçün Sabitcanı manqurt adlandırır? c) Oxuduğunuz parçalar hansı m ənəvi dəyərlər barədə danışmağa imkan verir? 4. Oxuduğunuz parçalardan birini hissələrə ayırın, hər hissəyə ad verməklə birinin məzmununa aid plan tərtib edin. Onun məzmununu plan əsasında yığcam nağıletməyə hazırlaşın. Qrupların təqdimatları əsasında məlumat mübadiləsi və müzakirə aparılır. Təqdimatların fəal dinlənilməsi təmin edilir. Müzakirədə daha
çox şagirdin iştirakına və onun diskussiya səciyyəli olmasına diqqət yetirilir. Nəticənin çıxarılması v ə ümumiləşdirmənin aparılmasında müəllim istiqamətləndirici suallardan istifadə edir. Nəticələrin fərziyyələrlə müqayisə edilməsinə vaxt ayrılır. Müzakirə nəticəsində şagirdlərdə belə bir qənaət yaradılır ki, yazıçı sadə bir insanın, namuslu həyat sürmüş Qazanqapın dəfn mərasimi ilə bağlı qarşıya çıxan çətinliklərdən danışarkən cəmiyyətin sağlam olmadığını, əsrlərdən bəri qorunub gələn adət-ənənələrin unudulduğunu, mənəvi dəyərlərə sayğısızlıq göstərildiyini üzə çıxarır. Yazıçı cəmiyyətin mənəvi problemlərini, bəlalarını bir dəmiryolçunun vəfat etdiyi kiçik stansiyada və Ana-Beyit qəbiristanlığında baş verən hadisələr fonunda açıb göstərmişdir. Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. Müəllim dərslikdəki “Evdə i ş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
Üçüncü saat: Təhlil üzrə iş
Standartlar Təlim nəticələri
1.1.2. İfadəli oxudan müxtəlif ədəbi növdə olan əsərlərin emosionalobrazlı qavranılması, təhlili və qiymətləndirilməsi məqsədilə istifadə edir.
İfadəli oxudan romanı emosionalobrazlı qavramaq, təhlil etmək və qiymətləndirmək məqsədilə istifadə edir.
1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır. Romandakı obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosialsiyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir.
1.2.4. Bədii nümunələrin mövzusuna, ideyasına, başlıca probleminə, konfliktinə dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.
Romanın mövzusuna, ideyasına, başlıca probleminə dövrün ictimaisiyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.
2.1.2. Dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırır . Romanın dil və üslub xüsusiyyətlərinə istinad edərək yazıçı mövqeyi ilə bağlı mühakimələrini faktlarla əsaslandırır.
Dərsin gedişi
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsini müsahibə v ə ya bir neçə təqdimatın dinlənilib müzakirə edilməsi yolu ilə aydınlaşdırmaq, real vəziyyəti müəyyənləşdirmək olar. Hər iki halda əsərin bütövlükdə oxusu və “Manqurt” əfsanəsinin məzmununun geniş nağıl edilməsi ilə bağlı tapşırığın necə yerinə yetirildiyinin müəyyənləşdirilməsi diqqət mərkəzində saxlanılır. Müəllimin müvafiq qiymətləndirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. Motivasiya, problemin qoyuluşu. Motivasiya suallardan istifadə ilə yaradıla bilər. Şagirdlərə çağdaş həyatımızda kimə manqurt deyildiyini müəyyənləşdirməyi təklif edən müəllim yığcam müsahibənin sonunda tədqiqat sualını formalaşdırır. Tədqiqat sualı: Cəmiyyətdəki manqurtluqdan söz açmaqda yazıçının başlıca niyyəti nədir? Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeyd edilir. Dərslikdəki suallar (Əsər hansı mövzuda yazılmışdır? Romanda hansı problemlər qoyulmuşdur? Boranlı Yedigey obrazını s əciyyələndirən başlıca cəhətlər hansılardır? Bu obraz vasitəsilə hansı milli mənəvi dəyərlər ön plana çəkilmişdir? Romanda tarixi yaddaşsızlığı – manqurtluğu hansı obrazlar təmsil edir? Romanın başlıca ideyası nədir?) və onların araşdırılmasına istiqamət verən cavabların oxusu ilə tədqiqata başlanılır. Həcmi böyük olmayan mətnin fərdi və ya cütlük şəklində oxusunu təşkil etmək məqsədəuyğundur. Romandan oxunmuş parçaların məzmunu üzrə qazanılmış biliklər əsərin mövzusu, ideyası barədə müzakirə aparmağa, fikir yürütməyə imkan verir. Romanın sonundakı parçanın (“Elə bu vaxt havaya nəsə oldu, getdikcə güclənən vulkan gurultusuyla boşluqda nəsə h ərəkətə g əldi” cümləsindən axıradək) ifadəli oxusu üzrə iş təşkil edilir. Şagirdlərin şərti işarələrdən istifadə etməsi diqqətdə saxlanılır. Şagirdlər kiçik qruplarda fikir mübadiləsi aparır, öyrəndiklərini dəqiqləşdirirlər. Tədqiqata ayrılmış vaxt bitdikdən sonra təqdimatlar əsasında məlumat mübadiləsi v ə müzakirə aparılır. Müəllim təqdimatların fəal dinlənilməsinə, müzakirənin diskussiya səciyyəli olmasına xüsusi diqqət yetirir. Təqdimatların müzakirəsi zamanı qeyd edilir ki, sovet dövründə cəmiyyətdə dərin kök salmış ciddi mənəvi problemlər yazıçını düşündürmüş, “Gün var əsrə bərabər” romanının yazılmasına səbəb olmuşdur. Yazıçı manqurtluğu, tarixi yaddaşsızlığı cəmiyyəti sarmış problem kimi görür və onun həlli yollarını göstərir.
Ana-Beyit qəbiristanlığının kosmosa uçuş meydanı olması, xalqın öz ölülərini müqəddəs sayılan bu yerdə dəfn edə bilməməsinin təsviri ilə yazıçı oxucunun diqqətini kosmos əsrinin gətirdiyi bəlalara, qlobal problemlərə yönəldir. Əsərdəki Yedigey obrazı xarakterinin bütövlüyü, möhkəmliyi, mənəvi yüksəkliyi ilə diqqəti cəlb edir. Adi bir dəmiryolçu olan Yedigey xalqın ən yaxşı mənəvi keyfiyyətlərini özündə cəmləşdirmişdir. O, cəmiyyətdəki ədalətsizlikləri, insan taleyinə laqeyd münasibəti böyük bəla sayır, bunların səbəbləri barədə düşünür. Əsərdə bir günün hadisələri təsvir olunsa da, yazıçı qəhrəmanın – Boranlı Yedigeyin bütün həyatını onun tarixi yaddaşa, keçmişə qayıdışı, xatirələr, düşüncələri vasitəsilə dramatik, hadisələrlə zəngin bir günə s ığışdıra bilmişdir. Romanın “Gün var əsrə b ərabər” adlandırılması da məhz bununla əlaqədardır. Nəticə v ə ümumiləşdirmə mərhələsində qazanılmış bilik və bacarıqlar əsasında tədqiqat sualı üzrə araşdırma və müzakirələr yekunlaşdırılır. Müzakirədə belə bir nəticə ç ıxarılır ki, yazıçı sovet cəmiyyətində xalqın milli mənlik şüurundan məhrum edilməsinə, tarixi yaddaşsızlığa qarşı ç ıxmış, Boranlı Yedigey obrazı vasitəsilə müasir manqurtlara nifrətini ifadə etmişdir. Aparılan işlər yekunlaşdırıldıqdan sonra qiymətləndirmə h əyata keçirilir. Qiymətləndirmə. Formativ qiymətləndirmə aparılarkən 31–38-ci səhifələrdə verilmiş müvafiq qiymətləndirmə meyarları və səviyyələri üzrə cədvəllərdən istifadə məqsədəuyğundur. Müəllim dərslikdəki “Evdə i ş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini şagirdlərə xatırladır.
Çingiz Aytmatov
Çingiz Torekuloviç Aytmatov ; 12 dekabr 1928, Şəkər kəndi, Qırğızıstan SSR — 10 iyun 2008, Nürnberq, Almaniya) — qırğız və rusdillərində yazmış böyük qırğız yazıçısıdır.
Ailəsi
Çingiz Aytmatovun atası Torekul Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.
Ömrü və sənəti
8-ci sinfi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948—1953-cü illərdə Aytmatov Bişkekdəki Kənd Təsərrüfatı Universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə “Oktyabr” jurnalında onun qırğız dilindəki “Üz-üzə” hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il “Yeni dünya” jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran “Cəmilə” povesti işıq üzü görüb.
1990—1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.
2006-cı ildə “İlin avtoqrafı” kitabının buraxılışında iştirak edib.
Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, “Xarici ədəbiyyat” jurnalının baş redaktoru, “İssıkkul forumu” adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.
10 iyun 2008-ci il tarixində pnevmoniya xəstəliyi ucbatından müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.
Mükafatları
- Sosialist Əməyi Qəhrəmanı (1978)
- Lenin mükafatı (1963)
- SSRİ dövlət mükafatı (1968, 1977, 1983)
- Qırğızıstan xalq yazıçısı
- Dostluq ordeni (2008)
Əsərləri
- Dağlar düşəndə (son romanı – 2007)
- Əsrə bərabər gün (qırğız türkcəsi: “Кылым карытар бир күн”, rusca: “И дольше века длится день”, 1980 Ziya Abbasov 7d (Восхождение на Фудзияму, Fuji dağının təpəsi 1973)
- Ağ gəmi (qırğız türkcəsi: “Ак кеме”, rusca: “Белый пароход”, 1970)
- Əlvida, Gülsarı! (Прощай, Гульсары, 1966)
- Dağlar və steplərdən nağıllar (“Повести гор и степей”, 1963)
- İlk müəllimim (“Первый учитель”, 1962)
- Cəmilə (qırğız türkcəsi: “Жамийла”, rusca: “Джамиля”, 1958)
- Üz-üzə (“Лицом к лицу”, 1957)
- Çətinlikli keçid (1956)
- Torpaq ana
- Çingiz xana küsən bulud
- Uşaqlığım
- Qırmızı alma
- Dəniz kənarıyla qaçan Alabaş
- Qırğız çobanı
- Edam kötüyü
- Əsrdən uzun gün
- Köşək gözü
- Ana tarla
- İlk durnalar
- Qırmızı şal
Comments are closed, but trackbacks and pingbacks are open.