Press "Enter" to skip to content

Cini İndeksi

İqtisadi bərabərsizliyin təhlili üçün faydalı olsa da, Cini əmsalı bəzi çatışmazlıqlara malikdir. Metrikin dəqiqliyi etibarlı ÜDM və gəlir məlumatlarına bağlıdır. Kölgə iqtisadiyyatları və qeyri-rəsmi iqtisadi fəaliyyət hər ölkədə mövcuddur. Qeyri-rəsmi iqtisadi fəaliyyət inkişaf etməkdə olan ölkələrdə və ölkələr daxilində gəlir bölgüsünün aşağı hissəsində həqiqi iqtisadi istehsalın daha böyük bir hissəsini təmsil etməyə meyllidir. Hər iki halda, bu, ölçülən gəlirlərin Gini indeksinin həqiqi gəlir bərabərsizliyini şişirdəcəyi anlamına gəlir. Vergi sığınacaqlarının populyarlığına görə dəqiq sərvət məlumatlarını əldə etmək daha çətindir.

Azərbaycanın ev təsərrüfatlarında əhalinin hər nəfərinə düşən orta aylıq pul gəlirlərinin şəhər və kənd yerləri üzrə müqayisəli təhlili

Ev təsərrüfatlarında əhalinin hər nəfərinə düşən gəlirlərin araşdırılması şəhər və kənd yerlərində əhalinin rifah halının təhlili və sosial bərabərsizliyin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Məqalədə ölkə üzrə, o cümlədən kənd və şəhər yerləri üzrə ev təsərrüfatlarında adambaşına düşən gəlirlər üçün orta göstəriclər, variasiya göstəriciləri, sosial bərabərsizliyin ölçüsü kimi Desil əmsalı, Palma nisbəti və Cini əmsalı hesablanmış və alınan nəticələr şəhər və kənd yerləri üzrə müqayisəli təhlil edilmişdir.

Giriş

Müasir şəraitdə ölkələr üzrə əhalinin gəlir və xərclərinin statistik tədqiqi mühüm önəm daşıyır. Belə ki, əhalinin həyat səviyyəsinin təhlil edilməsi, sosial-iqtisadi siyasətin işlənib hazırlanması və ən əsası ayrı-ayrı əhali qruplarının sosial müdafiəsinin təşkili üçün gəlirlər haqqında obyektiv məlumatların toplanması və statistik təhlili zəruridir. Gəlir sosial inkişafı əks etdirən mühüm iqtisadi göstəricidir. Gəlir bölgüsü ədalətli olarsa, ölkədə sosial rifah artar, yoxsulluq səviyyəsi azalar və gələcəklə bağlı nikbin gözləntilər olar.

Ev təssərrüfatlarının və əhalinin həyat səviyyəsinin öyrənilməsində istifadə edilən mühüm iqtisadi göstəricilərindən biri əhalinin gəlirləridir. Ev təsərrüfatlarının gəlirlərinə əmək gəlirləri (əməkhaqqı), pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial transfertlər, kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər, mülkiyyətdən əldə olunan gəlirlər, dividendlər, sahibkarlıq fəaliyyəti, özməşğulluqdan gəlirlər və ailə üzvlərinin digər gəlirləri daxildir [14] . Bu gəlirlər istehlaka, yığıma, müxtəlif ödənişlərə və vergilərə sərf olunur. Gəlirlər əhalinin istehlak mallarına və xidmətlərə şəxsi tələbatının ödənilməsinin mənbəyidir və həyat səviyyəsinin digər göstəriciləri onunla bağlıdır.

Tədqiqatın əsas məqsədi Azərbaycanda ev təsərrüfatlarının əhalinin hər nəfərə düşən orta aylıq gəlirlərinin şəhər və kənd yerləri üzrə statistik göstəricilər əsasında təhlilinin aparılmasıdır. Tədqiqatın nəticəsi olaraq kənd və şəhər yerlərində əhalinin hər nəfərinə düşən orta aylıq gəlirlərinə görə bölgüsündən istifadə edərək hər nəfərə düşən orta aylıq gəlir, median gəlir, variasiya, Desil, Palma və Cini əmsalları hesablanaraq interpretasiya edilmişdir.

Araşdırılan dövr üçün Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirlərin təhlili ilə bağlı alınmış nəticələr şəhər və kənd yerləri üzrə əhalinin həyat səviyyəsinin təhlil edilməsində, sosial bərabərsizliyin, yoxsulluğun və orta təbəqənin qiymətləndirilməsində istifadə oluna bilər.

Məlumat və metodologiya

Məqalədə istifadə edilən ev təsərrüfatları üzrə adambaşına gəlir göstəriciləri Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet səhfəsinin “Ev təsərrüfatlarının büdcəsi” bölməsindən götürülmüşdür [14] . Gəlirlər üçün orta göstərici kimi adambaşına düşən orta gəlir, mod və median gəlirin tapılması başa düşülür. Ev təsərrüfatlarının hər nəfərə düşən gəlirləri qruplaşdırılmış interval sıraları şəklində verildiyindən orta kəmiyyətlərin hesablanması interval sıraları üçün olan orta kəmiyyət düsturları əsasında aparılır. Qruplaşdırılmış məlumatda adambaşına düşən orta gəlir düsturu aşağıdakı kimidir.

mi – interval ortasını, fi – hər bir əhali qrupuna uyğun tezliyi göstərir.

Adambaşına gəlirlərin hesablanmasında orta gəlirdən başqa orta göstərici kimi median gəlirdən də istifadə edilir. Median gəlir aşağıdakı düsturdan istifadə edilərək hesablanır. [2]

XMed0 – median intervalının aşağı sərhədi;

XMed1 – median intervalının yuxarı sərhədi;

iMed – median intervalının kəmiyyəti;

Σi=1 m ni sıranın intervalının cəmi tezliyi;

SMed-1 median intervalından əvvəlki intervaldakı tezliklərin cəmi;

SMed+1 – median intervalından sonrakı intervaldakı tezliklərin cəmi;

nMed median intervalının tezliyidir.

Median gəlir elə bir gəlirdir ki, əhalinin 50%-i bu gəlirdən aşağı gəlirlərə, 50%-i isə bu gəlirlərdən yuxarı gəlirlərə malikdir.

Bərabər interval kəmiyyətlərinə malik olan sıralar da Mod düsturla hesablanır. Ən böyük tezliyə malik interval Moda intervalı olur. Göstərilən variasiya sırasının Modunu hesablamaq üçün bu düsturdan istifadə olunur: [3]

XMod0 – mod intervalının minimal sərhədi;

XMod1 – mod intervalının maksimal sərhədi;

iMod0 – mod intervalının kəmiyyəti;

nMed0 – mod intervalının tezliyi;

nMed0-1 – mod intervalından əvvəlki intervalın tezliyi;

nMed0+1 – mod intervalından sonrakı (növbəti) intervalın tezliyidir.

Mod gəlir göstərir ki, baxılan əhali qrupunda bu gəlirə sahib olan əhali sayı digər bütün qruplar üzrə əhali sayından daha çoxdur.

Desil düzülmüş (ranqlaşdırılmış) sıranı 10 bərabər hissəyə bölür. Desilin hesablanması medianın hesablanma sxeminə uyğundur. [4] [5]

XD1 – aşağı desildə yerləşən intervalın aşağı sərhədi;

XD9 – 9-cu desildə yerləşən intervalın aşağı sərhədi;

iD – desil intervalın kəmiyyəti;

SD1-1 – aşağı desildə yerləşən intervaldan əvvəlki intervalların toplanmış tezliyi;

SD9-1 – 9-cu desildə yerləşən intervaldan əvvəlki intervalların toplanmış tezliyi;

nD1 – aşağı desildə yerləşən intervalın tezliyi;

nD9 – 9-cu desildə yerləşən intervalın tezliyidir.

Əhalinin desil gəliri sosial statistikada əhalinin gəlirlərinin diferensasiyasının Desil əmsalı (KD) adını almışdır və

Desil əmsalı ən yuxarı gəlirli 10% əhalinin pul gəlirlərinin ən aşağı gəlirli 10% əhalinin pul gəlirlərinə nisbətini göstərir. Bu əmsal nə qədər böyük qiymət alarsa, cəmiyyətdə bir o qədər kəskin təbəqələşmə olur [1, s. 170] .

Variasiya əmsalı orta kvadratik kənarlaşmanın orta kəmiyyətə nisbətidir, yəni variasiya əlamətinin orta kəmiyyət ətrafında hansı səviyyədə olması ölçüsünü göstərir [3, səh.92] .

Gəlirlərin diferensiallaşma dərəcəsini (səviyyəsini) ölçmək üçün qrafik göstərici kimi Lorens əyrisindən istifadə edilir.

Gəlirlərin diferensasiya dərəcəsini qiymətləndirmək üçün Cini əmsalından istifadə edilir. Cini əmsalı iqtisadiyyat daxilində fərdlər və ya ailələr arasında gəlir bölgüsünün (və ya bəzi hallarda istehlak xərclərinin) mükəmməl bərabər bölgüdən kənarlaşma dərəcəsini ölçür.

Cini əmsalını hesablamaq üçün ədəbiyyatlarda müxtəlif düsturlardan istifadə edilir. Bu düsturlardan biri də pi ∙ qi+1 və pi+1 ∙ qi ifadələrindən istifadə etməklə cini əmsalının hesablanmasıdır [11] . Bu düstur aşağıdakı kimidir: [7]

pi – qruplar üzrə əhalinin kumulyativ faiz tezliyi,

qi -isə gəlir miqdarı üçün kumulyativ faiz tezliyidir.

Cini əmsalı sıfırla vahid arasında dəyişir. Cini əmsalı sıfra yaxın olduqda sosial bərabərsizliyin (diferensiallaşmanın) səviyyəsinin aşağı olmasını, vahidə yaxın olduqda isə sosial bərabərsizliyin səviyyəsinin yuxarı olmasını göstərir [2, səh 258] .

Ev təsərrüfatlarında şəhər və kənd yerləri üzrə adambaşına gəlirlər üçün orta göstəricilər

Cədvəl 1-də 2019-cu ildə şəhər və kənd yerləri üzrə ev təsərrüfatlarının əhalinin hər nəfərinə düşən gəlirə görə bölgüsünə diqqət etdikdə görürük ki, kənd yerlərində təxminən 240 manata qədər gəliri olan əhalinin xüsüsi çəkisi şəhər yerlərində 240 manata qədər gəliri olan əhalinin xüsüsi çəkisindən çoxdur. 240 manatdan çox gəliri olanlar içərisində isə şəhər əhalisinin payı kənd əhalisinin ümumi cəmdəki payından çoxdur.

Cədvəl 1. 2019-cu ildə yaşayış yerləri üzrə ev təsərrüfatlarının əhalinin hər nəfərinə düşən gəlirə görə bölgüsü, faizlə

Ölkə üzrə cəmi o cümlədən
şəhər yerləri kənd yerləri
Bütün şəxslər 100.0 100.0 100.0
120 manata qədər
120,1 – 130,0 0.5 0.5 0.5
130,1 – 140,0 0.6 0.7 0.6
140,1 – 150,0 1.1 1.2 0.9
150,1 – 160,0 1.3 1.4 1.2
160,1 – 170,0 1.6 1.6 1.7
170,1 – 180,0 2.3 2.2 2.5
180,1 – 190,0 2.8 2.6 3.0
190,1 – 200,0 3.3 3.1 3.6
200,1 – 210,0 3.6 3.1 4.2
210,1 – 220,0 3.9 3.2 4.7
220,1 – 230,0 4.4 3.7 5.3
230,1 – 240,0 4.7 4.1 5.5
240,1 – 250,0 4.7 4.2 5.3
250,1 – 270,0 9.1 8.3 10.0
270,1 – 300,0 12.1 11.6 12.7
300,1 – 350,0 15.2 15.3 14.9
350,1 – 400,0 9.7 10.3 9.1
400,1 – 450,0 6.5 7.4 5.5
450,1 – 500,0 4.1 4.7 3.4
500,1 – 550,0 2.6 3.3 1.7
550 və çox 5.8 7.5 3.6

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları

Rəsmi statistika məlumatları əsasında 2007, 2018 və 2019-cu ilər üzrə gəlirlərin orta göstərici kimi ev təsərrüfatlarının şəhər və kənd yerləri üzrə hər nəfərə düşən orta gəlir, mod gəlir və median gəlir hesablanmışdır. Bu göstəricilər Cədvəl 2-dəki kimi olmuşdur.

Cədvəl 2. Ev təsərrüfatlarında şəhər və kənd yerləri üzrə adambaşına gəlirlər üçün orta göstəricilər

Göstəricilər 2007 2018 2019
kənd şəhər kənd şəhər kənd şəhər
Adambaşına orta gəlir 86.7 97.7 271.3 295.9 295.1 321.6
Mod gəlir 73.9 105.8 309.1 319.8 313.8 321.3
Median gəlir 80.5 90.5 249.8 268.8 272.5 296.1

Mənbə: Dövlət Statistika Komitəsinin məlumatları əsasında müəllif tərəfindən hazırlanmışdır.

Cədvəl 2-yə əsasən 2019-cu ildə kənd və şəhər yerləri üzrə adambaşına orta gəlirləri 2018-ci ilin qiymətləri ilə hesablayıb 2018-ci ilin gəlirləri ilə müqayisə edək. Real gəlirləri hesablamaq üçün istehlak qiymətləri indeksindən istifadə edilir. 2019-cu il üçün istehlak qiymətləri indeksi 1.026 olmuşdur. Onda 2019-cu ildə adambaşına gəlirləri 1.026-ya bölməklə 2018-ci ilin qiymətləri ilə adambaşına real gəlirləri tapmış olarıq. 2019-cu ildə kənd yerləri üzrə adambaşına real orta gəlir 287.6 manat və şəhər yerləri üzrə adambaşına real orta gəlir 313.5 manat olur. Göründüyü kimi, 2019-cu ildə kənd yerlərində ev təsərrüfatlarında adambaşına real gəlirlər 2018-ci illə müqayisədə real ifadədə 16.3 manat, şəhər yerlərində isə 17.6 manat artmışdır.

Mod gəlirlər göstərir ki, baxılan illərdə yaşayış yerləri üzrə ən çox əhali hansı miqdarda gəlirlərə sahib olmuşdur. Baxılan dövrdə kənd və şəhər yerləri üzrə mod gəlir orta gəlir və median gəlirdən çox olmuşdur.

Son illərdə əhali gəlirlərini hesablayarkən median gəlirdən də çox istifadə edilir. Çünki az sayda əhali qrupunun yüksək gəlirə malik olması nəticədə orta gəliri artırır. Buna görə də orta gəlir əhalinin rifah halını xarakterizə etməkdə kifayət etmir, lakin median gəlir göstərir ki, əhalinin 50%-nin gəlirləri hansı qiymətdən aşağıdır, 50%-nin gəlirləri isə hansı qiymətdən yuxarıdadır. Bir qayda olaraq əksər ölkələrdə median gəlir orta gəlirdən az olur [7] . 2019-cu ildə şəhər yerlərində əhalinin 50%-i təxminən 296 manatdan az, 50%-i isə 296 manatdan çox gəlirlərə malik olmuşdur. Kənd yerləri üçünsə bu göstərici təxminən 272 manat olmuşdur.

Adambaşına gəlirlərin variasiya göstəricilərinə görə təhlili

Baxılan dövrdə hər nəfərə düşən orta gəlirlər və orta kvadratik kənarlaşmalar fərqli olduğundan hansı məlumatda gəlirlərin bölgüsünün orta gəlir ətrafında daha sıx yerləşdiyini təyin etmək üçün variasiya əmsalından istifadə edilir. Variasiya əmsalı baxılan dövrdə yaşayış yerləri üzrə gəlirlərin bölgüsünün bircinslilik səviyyəsini müəyyənləşdirməyə imkan verir. Variasiya əmsalının qiymətindən asılı olaraq seçmənin bircinslilik dərəcəsinin (səviyyəsinin) şkalası vardır [3] .

Cədvəl 3. Bircinslilik şkalası

V, %-lə Seçmənin səviyyəsi
30%-ə qədər Bircinsli
30%-60% Orta
60% və çox Qeyri-bircinsli

Variasiya əmsalı nə qədər kiçik olarsa, variasiya sırasındakı əlamətin qiyməti bir o qədər bircinsli olur. Bu zaman orta kəmiyyət variasiya sırasının tipik əlaməti olur. Variasiya əmsalı nə qədər böyük olarsa, variasiya sırasındakı əlamətin qiyməti bir o qədər qeyri-bircinsli olur. Variasiya əmsalı əlamətin intensivliyinin dəyişməsini və həmçinin öyrənilən seçmənin tərkibinin bircinsliyini göstərir. Variasiya əmsalı nə qədər böyük olarsa, əlamətin orta kəmiyyət ətrafında dağılması və seçmənin qeyri-bircinsliyi də bir o qədər böyük olur.

Tədqiq edilən dövr üçün hesablanan variasiya əmsalları Qrafik 1-də verilmişdir.

Şəkil 2. Ölkə, kənd və şəhər yerləri üzrə adambasına gəlirlərə görə variasiya əmsalı

Mənbə: Müəllif tərəfindən hazırlanmışdır.

Baxılan dövrə variasiya əmsalı ölkə üzrə o cümlədən, şəhər yerləri üzrə adambaşına düşən gəlirlərə görə orta-bircins alınmışdır. Bəzi ədəbiyyatlarda variasiya əmsalının 33%-ə qədər qiymətlərində variasiya sırası bircinsli qəbul olunur. Bunu nəzərə alsaq, baxılan dövrdə kənd yerlərində gəlirlərin variasiya sırasının bircinsə çox yaxın olduğunu deyə bilərik. Bu o deməkdir ki, kənd yerlərində gəlirlərin bölgüsü orta gəlirə çox yaxındır. Şəhər yerlərində isə variasiya əmsalının orta səviyyədə olması baxılan dövrdə əhali gəlirləri arasında böyük fərq olmadığını göstərir. Ölkələr adambaşına düşən gəlirlərə görə variasiya əmsalının qeyri-bircins olmamasına çalışırlar. Çünki variasiya əmsalının qeyri-bircins olması əhali gəlirləri arasında böyük fərqlərin olması deməkdir və bu halda ölkədə gəlir bərabərsizliyi kifayət qədər böyük olur.

Kənd və şəhər yerləri üzrə gəlir bərabərsizliyinin təhlili

Əhalinin gəlirlərinin diferensasiyasını qiymətləndirmək üçün istifadə olunan üsullardan biri Desil əmsalı üzrə dəyərləndirmədir. 2019-cu ildə kənd yerlərində əhalinin gəlirlərinin diferensasiyasının Desil əmsalı 2.33, şəhər yerlərində isə 2.72 olmuşdur. Bu onu göstərir ki, şəhər yerlərində yuxarı gəlirli 10% əhalinin minimal orta aylıq gəliri aşağı gəlirli 10% əhalinin maksimal gəlirindən təxminən 2.72 dəfə çoxdur. Ümumi ölkə üzrə hər nəfərə düşən əhali gəlirləri üçün 2007-ci ildə əhali gəlirlərinin diferensasiyasının Desil əmsalı 2.35, 2018-ci ildə 2.49, 2019-cu il üçün isə 2.54 təşkil etmişdir. Qeyd edək ki, adambaşına əhali gəlirlərinə görə Desil əmsalı Rusiyada 2018 və 2019-cu illərdə 7.1 olmuşdur [8] . Azərbaycanda baxılan dövrdə Desil əmsalının Rusiya ilə müqayisədə təxminən 3 dəfə kiçik alınması ölkəmizdə ən yuxarı gəlirli 10% əhalinin pul gəlirlərinin ən aşağı gəlirli 10% əhalinin pul gəlirlərinə nisbətinin Rusiyadakı nisbətdən 3 dəfə kiçik olmasını göstərir. 2007 və 2018-ci illər üzrə şəhər və kənd yerləri üzrə Desil əmsalları hesablanmış və Cədvəl 5-də göstərilmişdir.

Gəlir bərabərsizliyini qiymətləndirmək üçün istifadə edilən ən müasir metodlardan biri Palma nisbəti adlanır. Palma nisbəti 2013-cü ildə Alex Cobham və Andy Sumner tərəfindən təklif edilmişdir. Bu təklifin əsasında Jose Gabriel Palmanın müşahidələri dayandığından həmin göstərici də məhz onun adı ilə adlandırılmışdır. Bu indeks ən çox 10% gəlir əldə edənlərin payının ən az 40% gəlir əldə edənlərin payına nisbəti kimi hesablanır. Bu indeks Çili iqtisadçısı José Palma (Palma, 2011, 2014) tərəfindən aparılan araşdırmaya əsaslanır və araşdırmaya görə, ölkələr arasında gəlir bölgüsündə fərqlər əsasən ən varlı (ən yaxşı 10%) və ən az varlı (40%) arasındakı gəlir fərqi ilə əlaqələndirilir. Əhalinin qalan hissəsinin (50%) gəlirləri nisbətən sabit qalır (BMT, 2015, s. 2; Cobham və digərləri, 2015). Bu nisbətin metodoloji xüsusiyyətləri və üstünlükləri Cobham, Schlogl və Sumner (2015) məqaləsində sınaqdan keçirilmiş və əsaslandırılmışdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Rusiya da daxil olmaqla bir sıra təşkilat üzvü olmayan ölkələr üçün Palma əmsalını mütəmadi olaraq hesablayır. Rusiya üçün son məlumatlar 2011-ci il üçün təqdim olunur. Palma əmsalının və əhalinin fərdi kvintillərinin gəlir nisbətinin digər göstəricilərinin əsas çatışmazlığı bütün əhalinin gəlir bölgüsünü nəzərə almamasıdır. Beləliklə, hesablamaya daxil olmayan qrupların gəlirləri barədə məlumatlar nəzərə alınmır. Eyni zamanda, bir çox hallarda belə bir qiymətləndirmə daha aydın bir mənzərə təmin edə bilər. Yuxarıda qeyd edildiyi kimi, bəzi araşdırmalara görə, əhalinin “orta” 50%-nin gəlirləri sabitdir, əsas dəyişikliklər isə ən çox və ən az varlı olan təbəqələrin gəlirlərində baş verir [6] .

Palma nisbəti 2007-ci ildə kənd yerləri üzrə ev təsərrüfatlarında adambaşına gəlirlərə görə 1.74, şəhər yerləri üzrə adambaşına gəlirlərə görə 1.90, 2018-ci ildə kənd yerləri üzrə 1.73, şəhər yerləri üzrə 1.88 və 2019-cu ildə uyğun olaraq 1.74 və 1.90 alınmışdır. Ümumi ölkə üzrə ev təsərrüfatlarında hər nəfərə düşən gəlirlərin bölgüsünə görə Palma nisbəti üçün anoloji hesablamalar aparılmış və 2007-ci il üçün 1.84, 2018-ci il üçün 1.82 və 2019-cu il üçün 1.84 hesablanmışdır. Baxılan illərdə Palma əmsalının təqribən 1.8 olması o deməkdir ki, Azərbaycanda adambaşına gəlirləri yüksək olan 10% əhalinin gəlirləri aşağı gəlirli 40% əhalinin gəlirlərindən 1.8 dəfə çoxdur. Qeyd edək ki, ən aşağı Palma əmsalı Norveç və İsveçdə (0.9), ən yuxarı Palma əmsalı isə Cənubi Afrika Respublikasında (7.1) alınmışdır [9] .

İndi isə baxılan dövr üçün ev təsərrüfatlarında adambaşına gəlirlərin bölgüsünə görə gəlirlərin diferensasiya dərəcəsini qiymətləndirmək üçün ölkə, o cümlədən kənd və şəhər yerləri üzrə Cini əmsalını qiymətləndirək. 2019-cu il üçün ölkə üzrə ev təsərrüfatlarında adambaşına düşən gəlirlərə görə Cini əmsalı Cədvəl 4-dəki hesablamalar əsasında qiymətləndirilmişdir.

Cədvəl 4. Cini əmsalını tapmaq üçün dəyişənlərin hesablanması

pi qi pi ⨯ qi+1 pi+1 ⨯ qi
0.2 0.114 0.0526
0.4 0.263 0.1764 0.0456
0.6 0.441 0.393 0.1578
0.8 0.655 0.8 0.3528
1 1 0.655
Cəmi 1.422 1.2112

Mənbə: Müəllif tərəfindən hazırlanmışdır.

Сədvəl 4-dəki hesablamaları [7] düsturunda nəzərə alsaq, onda Cini əmsalı aşağıdakı kimi olar:

Deməli, 2019-cu ildə ölkə üzrə ev təsərrüfatlarının gəlir bölgüsünə əsasən gəlirlərin diferensasiya səviyyəsi təqribən 0.21 olmuşdur.

Baxılan dövr üçün kənd və şəhər yerləri üçün hesablanmış Cini əmsalı Cədvəl 5-də verilmişdir.

Cədvəl 5. İllər üzrə hesablanmış Desil əmsalı, Palma nisbəti və Cini əmsalı

Göstəricilər 2007 2018 2019
kənd şəhər kənd şəhər kənd şəhər
Desil əmsalı 2.2 2.5 2.3 2.6 2.3 2.7
Palma nisbəti 1.74 1.90 1.73 1.88 1.74 1.90
Cini əmsalı 0.220 0.275 0.193 0.227 0.194 0.233

Mənbə: Müəllif tərəfindən hazırlanmışdır.

Qeyd edək ki, ölkəmizdə Cini əmsalı 1990-cı ildə 0.346-dan 1997-ci ildə 0.703-ə qədər müntəzəm olaraq artmışdır [2, səh. 263]. Praktikada Cini əmsalının qiyməti faizlə də ifadə edilir. Məsələyə belə yanaşsaq Azərbaycan üçün Cini əmsalı 1990-1997-ci illərdə 34.6-70.3% aralığında olmuşdur. Dünya Bankının qiymətləndirməsinə görə Azərbaycanda 2001-ci ildə Cini əmsalı 36.5%, 2002-ci ildə 25.3%, 2003-cü ildə 26.8% ,2004-cü ildə isə 26.6% və 2005-ci ildə isə 26.6 % olmuşdur [12] . 2005-ci ildən sonra Dünya Bankı Azərbaycan üçün Cini əmsalının qiymətləndirməsini aparmamışdır. Qeyd edək ki, Dünya Bankının qiymətləndirmələrinə görə, gəlir bərabərsizliyinin səviyyəsinin ən yuxarı olduğu ölkələrə Cənubi Afrika, Zambiya, Braziliya, gəlir bərabərsizliyinin ən aşağı olduğu ölkələrə isə Azərbaycan, Moldova və Ukrayna kimi ölkələr daxildir. Dünya Bankının 2014-cü ildə qiymətləndirməsinə görə, Cənubi Afrikada Cini əmsalı 63%, 2017-ci ildə Braziliyada 53.3%, Amerika Birləşmiş Ştatlarında 2015-cı ildə 41.50%, İtaliya və Portuqaliyada 2015-ci ildə 35.40%, 2015-ci ildə Fransada 32.70%, Almaniyada 31.70%, Hollandiyada 28.20%, qonşu ölkələrdən Rusiyada 2015-ci ildə 37.70%, 2016-ci ildə Türkiyədə 41.90, İranda 40%, 2017-ci ildə Gürcüstanda 37.90% və Ermənistanda 33.60% olmuşdur [10] .

Bəzi ədəbiyyatlarda Cini indeksinin 0.2-dən kiçik olması mükəmməl gəlir bərabərliyi, 0.2-0.3 arasında olması nisbi bərabərlik, 0.3-0.4 arasında olması nisbi gəlir fərqi, 0.4-0.5 arasında olması yüksək gəlir fərqi, 0.5-dən yuxarı olması isə ciddi gəlir bərabərsizliyinin olması kimi başa düşülür [13] .

Müstəqilliyin ilk illərində Cini əmsalının böyük olması gəlir bərabərsizliyinin səviyyəsinin yüksək olduğunu göstərir, 2003-cü ildən başlayaraq Cini əmsalının qiyməti illər üzrə azalmışdır. 2018 və 2019-cu illərə dair kənd yerləri üzrə hesablanmış Cini əmsalına əsasən, kənd yerlərində əhalinin mükəmməl gəlir bərabərliyinə malik olduğunu deyə bilərik. Baxılan dövrdə şəhər yerləri üçün hesablanan Cini əmsalına əsasən, adambaşına gəlirlərin bölgüsündə nisbi bərabərliyin olduğu qənaətinə gəlirik.

Nəticə

Bu məqalədə 2007, 2018, və 2019-cu illərin statistik verilənləri əsasında əhalinin adambaşına düşən pul gəlirlərinin səviyyə və dinamikası statistik qiymətləndirilmiş və aşağıdakı nəticələr əldə edilmişdir:

Baxılan dövrdə ev təsərrüfatlarında həm kənd, həm də şəhər yerlərində adambaşına düşən nominal və real gəlirlərdə artım baş vermişdir. Şəhər yerləri üzrə həm orta, həm də median gəlirlər kənd yerlərində adambaşına düşən orta və median gəlirlərdən çox olmuşdur.

Baxılan dövrdə variasiya əmsalı orta səviyyədədir. Variasiya əmsalına əsasən, Azərbaycanda gəlirlərin bölgüsündə bərabərsizliyin böyük olmadığını deyə bilərik. Kənd yerlərində adambaşına əhali gəlirləri üçün hesablanan variasiya əmsalının şəhər yerlərində adambaşına əhali gəlirləri üçün hesablanmış variasiya əmsalından kiçik olması kənd yerlərində əhali gəlirlərinin orta gəlirlərə daha yaxın olduğunu göstərir.

Baxılan dövrdə Desil əmsalları bir-birinə çox yaxın alınmışdır. Kənd yerləri üzrə hesablanmış Desil əmsalı göstərir ki, ən yuxarı gəlirli 10% əhalinin pul gəlirlərinin ən aşağı gəlirli 10% əhalinin pul gəlirlərinə nisbəti təxminən 2.3-ə bərabərdir. Bu nisbət şəhər yerləri üçün təxminən 2.6-ya bərabərdir. Kənd və şəhər yerləri üzrə Desil əmsalları Azərbaycanda ən yuxarı gəlirli 10% əhali ilə ən aşağı gəlirli 10% əhali gəlirləri arasında böyük fərq olmadığını göstərir. Göründüyü kimi, Azərbaycanda ev təsərrüfatları gəlirlərinin qeyri-bərabərliyi təhlükəsizlik həddindən aşağıdır.

Gəlir bərabərsizliyinin digər ölçüsü olan Palma əmsalı baxılan dövrdə kənd yerləri üçün azalmış, şəhər yerləri üçün isə sabit qalmışdır. Bu əmsal baxılan dövrdə kənd yerlərində ən yuxarı gəlirli 10% əhali gəlirlərinin aşağı gəlirli 40% əhali gəlirlərinə nisbətinin getdikcə azaldığını göstərir. Ümumiyyətlə, Azərbaycanda ev təsərrüfatlarının adambaşına gəlirləri üçün hesablanmış Palma əmsalı inkişaf etmiş ölkələr üçün hesablanmış Palma əmsalına yaxındır və bu əmsal Azərbaycanda gəlir bərabərsizliyinin az olduğunu göstərir.

Gəlirlərin diferensasiya dərəcəsini qiymətləndirmək üçün baxılan dövrdə Cini əmsalı qiymətləndirilmiş və alınan nəticələr kənd və şəhər yerlərində sosial bərabərsizliyin səviyyəsinin aşağı olduğunu göstərmişdir. Baxılan dövdrə kənd yerlərində Cini əmsalının 0.2-dən kiçik olması kənd yerlərində mükəmməl gəlir bərabərliyinin, şəhər yerlərində Cini əmsalının 0.2-0.3 arasında yerləşməsi isə hər nəfərə düşən gəlirlərin nisbi bərabərliyini göstərir.

Ədəbiyyat

  1. İmanov Q.C., Həsənli Y.H. Azərbaycanın sosial-iqtisadi inkişafının modelləri. Makroiqtisadi təhlil, Bakı-Elm -2001. [return]
  2. Həsənli Y., Həsənov R. İqtisadi tədqiqatlarda riyazi üsulların tətbiqi, Bakı-2002. [return]
  3. Yaqubov S.M., Əliyev Ə.İ. Statistika. Bakı, 2015 [return]
  4. Həsənli Y. Statistika, Praktiki nümunələrlə. Bakı, 2014 [return]
  5. Mark L. Berenson, David M. Levine, Timothy C. Krehbiel. Basic Business Statistics: Concepts and Applications, 2012. [return]
  6. Салмина Алла. Сравнительный анализ показателей неравенства – их особенности и применение (Общество и экономика), 2019 г. [return]
  7. nolan-et-al-2016-gdp-per-capita-versus-median-household-income-inet-wp.pd (wordpress.com)[return]
  8. https://fedstat.ru/indicator/57430[return]
  9. https://bakuresearchinstitute.org/az/the-richest-poor/[return]
  10. https://www.indexmundi.com/facts/indicators/SI.POV.GINI/rankings[return]
  11. http://ovv.esrae.ru/pdf/2014/5/1040.pdf[return]
  12. https://data.worldbank.org/indicator/SI.POV.GINI?locations=AZ[return]
  13. https://www.unicef.cn/en/figure-27-national-gini-index-20032017[return]
  14. stat.gov.az[return]
  15. Azərbaycan Respublikasının Mərkəzi Bankı – Makroiqtisadi statistika (cbar.az). [return]

Cini İndeksi

Gini indeksi və ya Cini əmsalı, gəlirin 1912-ci ildə İtalyan statistikist Corrado Gini tərəfindən inkişaf etdirilən bir əhali arasında bölüşdürülməsinin bir ölçüsüdür. Bu, tez-tez iqtisadi bərabərsizlik ölçüsü olaraq istifadə olunur, gəlir bölgüsünü və ya daha az yayılmış sərvət bölgüsünü ölçür. bir əhali arasında. Katsayı 0 (və ya% 0) ilə 1 (və ya 100%) arasında dəyişir, 0 mükəmməl bərabərliyi və 1 mükəmməl bərabərsizliyi təmsil edir. 1-dən yuxarı dəyərlər mənfi gəlir və ya sərvət sayəsində nəzəri cəhətdən mümkündür.

Açar paketlər

  • Cini indeksi gəlirlərin əhali arasında bölüşdürülməsinin ölçüsüdür.
  • Daha yüksək bir Gini indeksi yüksək bərabərsizliyi göstərir, yüksək gəlirli fərdlər əhalinin ümumi gəlirlərinin daha böyük faizlərini alır.
  • Gini indeksi ilə ölçülən qlobal bərabərsizlik 19-20-ci əsrlərdə artdı, lakin son illərdə azaldı.
  • Verilər və digər məhdudiyyətlər üzündən Gini indeksi gəlir bərabərsizliyini çox göstərə bilər və gəlir bölgüsü ilə əlaqədar vacib məlumatları gizlədə bilər.

Gini İndeksini anlamaq

Hər sakinin eyni gəlirə sahib olduğu bir ölkənin Gini əmsalı 0 olardı. Bir sakinin bütün gəliri qazandığı, digərlərinin heç bir şey qazanmadığı bir ölkənin Gini əmsalı 1 olardı.

Eyni analiz sərvət bölgüsündə də tətbiq oluna bilər (“sərvət Gini əmsalı”), lakin sərvəti ölçmək gəlirdən daha çətin olduğundan, Cini əmsalları ümumiyyətlə gəlirə istinad edir və sadəcə “Cini əmsalı” və ya “Cini indeksi” olaraq görünür. gəlirə istinad etdiklərini ifadə edərək. Sərvət Gini əmsalları gəlir nisbətinə nisbətən daha yüksəkdir.

Cini əmsalı, bir ölkə və ya bölgə daxilində gəlir və ya sərvət bölgüsünü analiz etmək üçün vacib bir vasitədir, lakin mütləq gəlir və ya sərvət ölçüsü ilə səhv etmək olmaz. Gəlirləri hər birinə bənzər şəkildə paylandığı təqdirdə, yüksək gəlirli və aşağı gəlirli bir ölkənin eyni Cini əmsalı ola bilər: OECD-yə görə, Türkiyə ilə ABŞ arasında 2016-cı ildə 0.39-0.40 civarında gəlir Gini əmsalı mövcud idi. Türkiyənin adambaşına ÜDM-i ABŞ-ın yarısından az idi (2010 dollar ifadəsində).

Gini İndeksinin Qrafik Təmsili

Gini indeksi çox vaxt Lorenz əyri vasitəsilə qrafiki olaraq təmsil olunur ki, bu da əhalinin faiz dərəcəsini üfüqi oxda gəlir və şaquli oxda gəlirlə cəmləşdirərək gəlir (və ya sərvət) bölgüsünü göstərir. Cini əmsalı, mükəmməl bərabərlik xəttinin altındakı sahəyə bölünərək Lorenz əyrisinin altındakı sahəni çıxardıqda (tərifinə görə 0,5) mükəmməl bərabərlik xəttinin altındakı sahəyə bərabərdir. Başqa sözlə, Lorenz əyrisi ilə mükəmməl bərabərlik xətti arasındakı sahədən iki dəfə çoxdur.

Aşağıdakı qrafikdə 47-ci faiz, Haitidə% 10,46 və Boliviyada% 17,42 ilə uyğundur, yəni Haitilərin ən aşağı 47% -i millətlərinin ümumi gəlirlərinin 10,46% -ni, Boliviyalıların ən aşağı 47% -i onların 17,42% -ni alır. . Düz xətt fərziyyə baxımından bərabər bir cəmiyyəti təmsil edir: alt 47% milli gəlirin 47% -ni alır.

2012-ci ildə Haiti üçün Gini gəlir əmsalı qiymətləndirmək üçün Lorenz əyrisinin altındakı sahəni tapırıq: 0,2 ətrafında. Bu rəqəmi 0,5-dən (bərabərlik xətti altındakı sahədən) çıxardıqda 0,3 alırıq, sonra 0,5-ə bölürük. Bu təqribən 0,6 və ya 60% Cini verir. CIA, 2012-ci ildə Haiti üçün faktiki Gini’yi% 60.8 olaraq təqdim edir (aşağıya bax). Bu rəqəm son dərəcə yüksək bərabərsizliyi təmsil edir; CIA-yə görə yalnız Mikronezya, Mərkəzi Afrika Respublikası, Cənubi Afrika və Lesoto daha bərabər deyil.

Cini əmsalı haqqında düşünməyin başqa bir yolu, mükəmməl bərabərlikdən kənarlaşma ölçüsüdür. Lorenz əyrisi mükəmməl bərabər düz xəttdən (Cini əmsalı 0-ı təmsil edən) nə qədər kənara çıxsa, Cini əmsalı o qədər yüksək olur və cəmiyyət o qədər azdır. Yuxarıdakı nümunədə Haiti Boliviyadan daha qeyri-bərabərdir.

Dünyadakı Cini İndeksi

Qlobal Cini

Dünya Bankından Christoph Lakner və New York City Universitetindən Branko Milanovic, qlobal gəlir Gini əmsalı 1988-ci ildəki 0.722-dən aşağı olaraq 2008-ci ildə 0.705 olduğunu təxmin etdilər. Bununla birlikdə rəqəmlər əhəmiyyətli dərəcədə dəyişir. DELTA iqtisadçıları François Bourguignon və Christian Morrisson, həm 1980 həm də 1992-ci ildə bu rəqəmin 0,657 olduğunu təxmin edirlər. Bourguignon və Morrisson’un əsərləri, qlobal Gini əmsalı 0.500 olduğu 1820-ci ildən bəri bərabərsizliyin davamlı bir böyüməsini göstərir. Lakner və Milanovic’də, Bourguignon’un 2015-ci il kitabında olduğu kimi, 21. əsrin əvvəllərində bərabərsizliyin azalması göstərilir:

Mənbə: Dünya Bankı.

Latın Amerikası, Asiya və Şərqi Avropadakı iqtisadi genişlənmə, gəlir bərabərsizliyindəki son enişin çox hissəsini idarə etdi. Son onilliklərdə ölkələr arasındakı bərabərsizlik azalsa da, ölkələrdəki bərabərsizlik artdı.

Ölkələr daxilində Gini

Aşağıda CIA World Factbook-un məlumatlarını təqdim etdiyi hər ölkənin gəlir Gini əmsalları verilmişdir:

Dünyanın ən kasıb ölkələrindən bəziləri (Mərkəzi Afrika Respublikası) dünyanın ən yüksək Cini əmsallarına sahibdir (61.3), ən zənginlərin çoxu (Danimarka) ən aşağı səviyyələrə sahibdir (28.8). Yenə də gəlir bərabərsizliyi ilə adambaşına düşən ÜDM arasındakı əlaqə mükəmməl mənfi korrelyasiya deyil və əlaqələr zamanla dəyişib.

Utrecht Universitetindən Michail Moatsos və Tuebingen Universitetindən Joery Baten, 1820-1929-cu illərdə bərabərsizliyin bir qədər artdığını, adambaşına düşən ÜDM-nin artdığından daraldığını göstərir. 1950-1970-ci illərdə adambaşına düşən ÜDM müəyyən bir həddən yuxarı qalxdıqda bərabərsizlik azalmağa meyllidi. 1980-2000-ci illərdə bərabərsizlik adambaşına düşən ÜDM-nin artması ilə azaldı və sonra kəskin şəkildə geri çəkildi.

Üç dövr ərzində Cini əmsalı ilə adambaşına düşən ÜDM arasındakı əlaqə. Mənbə: Moatsos və Baten.

Çatışmazlıqlar

İqtisadi bərabərsizliyin təhlili üçün faydalı olsa da, Cini əmsalı bəzi çatışmazlıqlara malikdir. Metrikin dəqiqliyi etibarlı ÜDM və gəlir məlumatlarına bağlıdır. Kölgə iqtisadiyyatları və qeyri-rəsmi iqtisadi fəaliyyət hər ölkədə mövcuddur. Qeyri-rəsmi iqtisadi fəaliyyət inkişaf etməkdə olan ölkələrdə və ölkələr daxilində gəlir bölgüsünün aşağı hissəsində həqiqi iqtisadi istehsalın daha böyük bir hissəsini təmsil etməyə meyllidir. Hər iki halda, bu, ölçülən gəlirlərin Gini indeksinin həqiqi gəlir bərabərsizliyini şişirdəcəyi anlamına gəlir. Vergi sığınacaqlarının populyarlığına görə dəqiq sərvət məlumatlarını əldə etmək daha çətindir.

Digər bir çatışmazlıq isə çox fərqli gəlir bölgülərinin eyni Cini əmsalları ilə nəticələnə bilməsi. Gini iki ölçülü sahəni (Lorenz əyri ilə bərabərlik xətti arasındakı boşluğu) tək bir ədədə qədər distillə etməyə çalışdığından bərabərsizliyin “forması” haqqında məlumatları gizlədir. Gündəlik baxımdan, bu bir fotoşəklin məzmununu yalnız bir kənar boyunca uzunluğu və ya piksellərin sadə orta parlaqlıq dəyəri ilə təsvir etməyə bənzəyir.

Lorenz əyrisindən əlavə olaraq bu baxımdan daha çox məlumat verə bilməklə yanaşı, yaş, irq və ya sosial qruplar üzrə gəlir bölgüsü kimi bölgü içərisində alt qruplar arasında demoqrafik dəyişikliklər göstərmir. Bu baxımdan demoqrafik məlumatları anlamaq, müəyyən bir Cini əmsalının nəyi təmsil etdiyini anlamaq üçün vacib ola bilər.Məsələn, böyük bir təqaüdçü əhali Cini daha yüksək səviyyəyə qaldırır.

Cini əmsalı haqqında məlumat

Cini əmsalı, bir cəmiyyətdəki gəlir bərabərsizliyini ölçmək üçün istifadə olunan ədədi bir statistikdir. İtalyan statistik və sosioloq Corrado Gini tərəfindən 1900-cü illərin əvvəllərində hazırlanmışdır.

Lorenz əyrisi

Cini əmsalı hesablamaq üçün əvvəlcə cəmiyyətdəki gəlir bərabərsizliyinin qrafik təsviri olan Lorenz əyrisini anlamaq vacibdir. Hipotetik Lorenz əyrisi yuxarıdakı diaqramda göstərilir.

Cini əmsalı hesablanır

Lorenz əyrisi qurulduqdan sonra Cini əmsalının hesablanması olduqca sadədir. Cini əmsalı A / (A + B) -ə bərabərdir, burada A və B yuxarıdakı diaqramda işarələnmişdir. (Bəzən Cini əmsalı faiz və ya indeks olaraq təmsil olunur, bu halda (A / (A + B)) x100% -ə bərabər olar.)

Lorenz əyri məqaləsində deyildiyi kimi, diaqramdakı düz xətt bir cəmiyyətdəki mükəmməl bərabərliyi, bu diaqonal xəttdən daha uzaq olan Lorenz əyriləri isə daha yüksək bərabərsizlik səviyyəsini təmsil edir. Bu səbəbdən daha böyük Cini əmsalları bərabərsizliyin daha yüksək səviyyələrini, kiçik Gini əmsalları isə bərabərsizliyin aşağı səviyyələrini (yəni daha yüksək bərabərlik səviyyələrini) təmsil edir.

A və B bölgələrinin sahələrini riyazi olaraq hesablamaq üçün Lorenz əyrisinin altındakı və Lorenz əyrisi ilə diaqonal xətt arasındakı sahələri hesablamaq üçün ümumiyyətlə hesablama istifadə etmək lazımdır.

Cini əmsalı üçün aşağı sərhəd

Lorenz əyrisi, mükəmməl gəlir bərabərliyinə sahib olan cəmiyyətlərdə çarpaz 45 dərəcə bir xəttdir. Bu sadəcə ona görədir ki, hər kəs eyni miqdarda pul qazanırsa, insanların aşağı 10 faizi pulun 10 faizini, insanların 27 faizi pulun 27 faizini qazanır və s.

Buna görə əvvəlki diaqramda A kimi etiketlənmiş sahə, tamamilə bərabər cəmiyyətlərdə sıfıra bərabərdir. Bu, A / (A + B) -nin sıfıra bərabər olduğunu, buna görə də tamamilə bərabər cəmiyyətlərin Cini əmsalı sıfıra bərabər olduğunu nəzərdə tutur.

Cini əmsalı üçün yuxarı sərhəd

Bir cəmiyyətdə maksimum bərabərsizlik bir şəxsin bütün pulu qazandığı zaman baş verir. Bu vəziyyətdə, Lorenz əyrisi sağ tərəfə qədər sıfırdır, burada düz bir bucaq açıb sağ üst küncə qalxır. Bu forma sadəcə bir insanın bütün puluna sahib olduğu təqdirdə, cəmiyyətin, sonuncu oğlan əlavə olunana qədər gəlirin yüzdə sıfırına sahib olduğu və bu zaman gəlirin yüzdə 100’ünə sahib olduğu üçün meydana gəlir.

Bu vəziyyətdə əvvəlki diaqramda B kimi etiketlənmiş bölgə sıfıra bərabərdir və Cini əmsalı A / (A + B) 1-ə (və ya 100%) bərabərdir.

Cini əmsalı

Ümumiyyətlə, cəmiyyətlər nə mükəmməl bərabərlik, nə də mükəmməl bir bərabərsizlik yaşamırlar, buna görə də Cini əmsalları bir qayda olaraq 0 ilə 1 arasında və ya faiz olaraq ifadə edildiyi təqdirdə 0 ilə 100% arasındadır.

Comments are closed, but trackbacks and pingbacks are open.