Press "Enter" to skip to content

Cəli l məmmədquluzadə hekayələr

– Yox, satmağa aparmıram, xanlığa aparıram. Bəlkə bir şey qopardam.

Hekayələr

Bütün şüurlu həyatı ilə Azərbaycan xalqına, onun azad və xoşbəxt gələcəyinə xidmət edən, öz maarifçilik ideyaları ilə nadanlığa, səfalətə, savadsızlığa qarşı qələmilə mübarizə aparan Cəlil Məmmədquluzadənin “HEKAYƏLƏR” kitabına onun, əsasən, uşaq və yeniyetmələr üçün qələmə aldığı hekayələri toplanıb. Şübhəsiz ki, yüz ilə yaxın bir dövrdə rəngarəngliyini, bədii yükünü, ideya hədəfini itirməyən hekayələr yenə də oxucuların böyük marağına səbəb olacaq. Kitabda böyük Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”, “Qurbanəli bəy”, “Poçt qutusu”, “Konsulun arvadı” və s. hekayələri yer alıb.

Oxşar kitablar

Kozetta

Viktor Hüqo

Cild : Yumşaq

İcadları və elmi ixtiraları

Nikola Tesla

Cild : Yumşaq

Vəhşi it Dinqo və ya ilk məhəbbət haqqında

Ruvim Frayerman

Cild : Yumşaq

Əlində kitab olan qız

Qanun Nəşriyyatı

Cild : Yumşaq

Balaca prinses

Frensis Börnet

Cild : Yumşaq

Nikkinin gündəliyi

Reyçel Rene Rassel

Cild : Yumşaq

Keçmiş zamanların yeniyetməsi

Fransua Moriak

Cild : Yumşaq

Safdil Qreqin Gündəliyi – Rodrikin qaydaları

Jeff Kinney

Cild : Yumşaq

Pollianna

Elinor Porter

Cild : Yumşaq

Stokda yoxdur

Leyli və Məcnun

Nizami Gəncəvi

Cild : Qalın

Sirli bağ

Frensis Börnet

Cild : Yumşaq

Stokda yoxdur

Piter Pen

Ceyms Metyu Barri

Cild : Yumşaq

Pollianna

Elinor Porter

Cild : Yumşaq

Zaman maşını

Herbert Corc Uells

Cild : Yumşaq

Al-qırmızı etüd – Şerlok Holms (Sherlock Holmes) macəraları

Artur Konan Doyl

Cild : Yumşaq

Persi Cekson və Titanın lənəti

Rick Riordan

Cild : Yumşaq

Hekayələr

Cəlil Məmmədquluzadə

Cild : Yumşaq

Stokda yoxdur

Matilda

Roald Dahl

Cild : Yumşaq

Sirli bağ

Frensis Börnet

Cild : Yumşaq

Professor Douelin başı

Aleksandr Belyayev

Cild : Yumşaq

Pele – dünya futbol tarixinin ən böyük futbolçusu

Qanun Nəşriyyatı

Cild : Yumşaq

Şəkər portağalı

Jose Mauro de Vaskonselos

Cild : Yumşaq

Robin Hood

Mixail Osipoviç Gershenzon

Cild : Yumşaq

Möcüzə evi

Nigar Mahmud

Cild : Yumşaq

Rəylər

Aysu 13 October 2020

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Buz hekayəsi | Cəlil Məmmədquluzadə

Mәn on yaşında, ya bәlkә bir qәdәr dә artıq olardım. Xalam azarlamışdı. Hacı Mirzә Sәttar hәkimi gәtirmişdilәr ki, baxsın vә müalicә elәsin. Demәk, xalamın xәstәliyi o qәdәr dә ağır deyildi vә bunu mәn ondan ötrü deyirәm ki, o vәdәlәr, yәni qırx il bundan qabaq bizim şәhәrdә iki nәfәr müsәlman hәkimi var idi: biri hacı Mirzә Sәttar idi vә digәri Mәşәdi Nurmәmmәd idi.
Müsәlman hәkim dedikdә o deyil ki, bunlar müsәlman idilәr. Bu iki nәfәrә onunçun müsәlman hәkimi deyirdilәr ki, bunlar hәkimlik tәhsillәrini müsәlman mәmlәkәtlәrindә almışdılar. Hacı Mirzә Sәttar Tәbrizdә oxumuşdu; hacı Nurmәmmәd dә elә bizim öz şәhәrimizdә nüsxәbәnd kitablarının mütaliәsi ilә vә tәcrübә ilә hәkimliyi öyrәnmişdi. Bunların da müalicәsi bir müxtәsәrcә nәbzә baxandan sonra ciblәrindәn xәstәyә kinә vә hәb vә işlәtmә vermәkdәn ibarәt idi.

Bu müsәlman hәkimlәrindәn savayı şәhәrimizdә rus hәkimlәri dә var idi. Rus hәkimi bunlara o sәbәbә deyirlәrdi ki, bunlar Rusiyada vә bәlkә Avropada tәhsil tapmışlardı. Vә çün bizim camaatın arasında bu etiqad var idi ki, “rus hәkimlәri” müsәlman hәkimlәrindәn artıq tәhsil görmüş vә tәcrübә hasil etmişdilәr, onunçun da ağır xәstәlik ittifaq düşәndә hәmişә rus hәkimlәrini haziq hesab edib onları dәvәt edәrdilәr; savayı kasıb-kusubdan. Bunlar iki abası fayton pulunun, bir manat rus hәkiminin hәqqi-zәhmәtindәn vә yarım manat aptek xәrcindәn qaçmaq babәtindәn Hacı Mirzә Sәttara, ya Mәşәdi Nurmәmmәdә qane olub, beş-altı şahı ilә hәkimi dә vә dava-dәrmanı da ötüşdürәrdilәr.

Demәk, müsәlman hәkim çağırmaq istәyәndә, buradan bilmәk olardı azarlının azarı yüngüldür. Amma “rus hәkimi” gәtirәnlәrin dә mәnası bu idi ki, xәstәnin halı qorxuludur.

Hacı Mirzә Sәttar xalama baxıb gedәndәn bir saat sonra gördüm ki, xalamın әri Mәşәdi Zülfüqar bir köhnә faytonda bir rus papaqlı kişi ilә gәlib yendilәr. Bu rus papaqlı kişi rus hәkimi imiş. Buradan mәn anladım ki, xalamın işi xarabdır. Mәn dә uzaqda durub, hәkimin xalama baxmağına tamaşa edirdim.

Xülasә, baxdı qurtardı vә bilmirәm nә dedi, nә demәdi vә hәkim faytona minib gedәndә xalamın әri tәlәsik mәnә bir qәpik verdi vә dedi:

“Bala, tez ol, durma, tez, tez bir qәpiklik buz al gәtir, ver evә . hәkim deyirdi. “

Vә xalamın әri bu sözlәri bir dә tәkid edәndәn sonra anama xәlvәtcә nәsә dedi. Evdәn bir dәnә boş dava şüşәsini әlinә alıb mindi faytona hәkimin yanına vә sürüb getdilәr. Vә Fayton istәyirdi uzaqlaşa, atam evimizә tәrәf ucadan dedi:

“Ay uşaq, buzu yaddan çıxartmayın.”

Bunlar gedәndәn sonra anam da hәkim gәlәndә örtdüyü çarşafı yerә tullayıb, çökdü xalamın yanına vә bu da mәnә tәkid elәdi ki, durmayım, tez qaçım bazara buzun dalıyca; çünki mәlum oldu ki, hәkim tapşırıb ki, xalamın ürәyinin üstünә әlbәttә buz qoysunlar vә ürәyi sakit olmayınca buzu götürmәsinlәr.

Mәn üz qoydum bazara tәrәf. Xәyalımda qoymuşdum gedәm düz baqqal çarsısına vә buzu alam gәtirәm. Vә şәhәrdә ordan da savayı bilmirdim harada buz satırlar.

Evimizdәn ayrılanda çox da tәlәsmirdim, amma xalamın yalvarmağı yadıma düşәndә bir qәdәr ayaq götürdüm; çünki yazıq xalam dәrin gözlәrini güclә mәnә tәrәf çöndәrib belә yalvarırdı:

“Qurban olsun sәnә xalan, ürәyim pörşәlәndi, buzu tez gәtir.”

Hacı Bayramın küçә qapısının qabağından keçәndә itlәri hәyәtdәn başladı hürmәyә. Mәn әlimә ehtiyat üçün iki daş aldım, qapını örtdüm, keçdim. İt küçәyә çıxmadı vә hәyәtdәn itin yorğun “hov, hov” sәsi gәlirdi. Bu it hәrçәnd çox qoca bir it idi vә yol ilә ötüb keçәnlәr ilә dә çox bir acığı yox idi vә olmazdı. Hacı Bayramın oğlu, mәnim küçә yoldaşım Şirәli, mәn hәmişә onların qapısından ötәndә haman qoca köpәyi çağırardı küçәyә vә itini küşkürәrdi üstümә vә özü dә, iti dә [mәni] bir qәdәr qovalardılar, amma tuta bilmәzdilәr; çünki it o qәdәr qoca idi ki, bir az mәnә tәrәf hücumdan sonra tez yorulardı, durardı vә ancaq gücsüz vә әlacsız durduğu

yerdә “hov, hov” edәrdi. Vә mәnә xoş gәlәn o idi ki, itin bu xasiyyәtinә Şirәlinin elә bәrk acığı tutardı ki, mәni boşlayıb başlardı yazıq qoca iti daşlayıb incitmәyә.

Bu da mәnә nәhayәt xoş gәlәrdi. Belә olanda Şirәli itin acığını dönüb istәrdi mәndәn alsın vә çox vaxt olardı ki, biz bir-birimizlә söyüşәrdik vә çox vaxt da elә savaşardıq ki, yol adamları bizi gәlib aralardılar.

Çünki dәxi Şirәli qapıda görsәnmәdi, mәn dә itin hürmәyinә qulaq vermәdim vә xalamı da mülahizә elәdim; yәni bir növ yazığım gәldi vә keçdim getdim.

Baqqal çarsısına yetişdim vә bir qәpiyi uzatdım verdim buz satana. Bu da bir çuxur yerә әlini uzatdı, yarpaqların vә samanın altından bir yekә buz parçası çıxartdı, mәnim bir qәpiyimә baxdı vә buza baxdı, buzu iki böldü vә yekәsini bir kәlәm yarpağına bükdü, verdi mәnә.

Buzun ağırlığı olardı tәxminәn beş girvәnkә. Buzu aldım әlimә vә sәrin baqqal rastasından çıxdım günün qabağına. Hava şiddәtli isti idi. Yayın orta ayı idi vә başımın üstündәki nisfünnәharın günü әgәr bir imam möcüzü ilә göydәn yerә düşә bilsәydi, düz mәnim kәllәmә düşәrdi. Mәn istidәn qan-tәrin içindә idim vә bir yandan alnımın tәri damcı-damcı axırdı vә bir yandan da buz şiddәtnәn әriyib süzәlәnirdi. Yerdәn bir tәmiz daş götürmüşdüm, hәrdәn bir buzun böyrünә vurub әzirdim vә basırdım ağzıma vә alnıma.

Gәldim çatdım hacı Bayramın qapısına. İtin sәsi gәlmirdi. Şirәli genә görsәnmirdi. Hacı Bayramın darvazasının qabağına yetişәndә özüm dә deyә bilmәrәm ki, niyә dayandım. İtin genә sәsi gәlmir. Heç kәs nә qapıda, nә küçәnin bir yanında görükmür; yәqin ki, istinin zәrbindәn hәrә bir kölgә yerә pәnah gәtirib.

Adәtkәrdә olmaq yaman imiş vә mәnim dә adәtim buna idi ki, bircә gün dә olmayıb ki, bu darvazanın qabağından ötüb keçәndә ya it mәnim qabağıma çıxmasın, ya Şirәli çıxmasın. Vә mәlum ki, bunların da biri çıxanda mәnim üçün burada mәşğuliyyәt olmasın, ya iti daşlamayım, ya Şirәliylә söyüşmәyim vә hәrdәn bir dә onunla dalaşmayım.

Pәs neylәyim? Bir çarәm buna qaldı ki, yerdәn iki dәnә qıvraq daş götürdüm, öz evimizә tәrәf bir qәdәr dә uzaqlaşdım ki, bir hәngamә törәsә, mәnә әli çatan olmasın. Vә geri çönüb daşın birini tulladım hacı Bayramın darvazasına vә qaçdım, daha da uzaqlaşdım.

Daldan köpәyin sәsini eşidirdim. Qoca it xahi-nәxahi çıxmışdı qapıya vә xahi-nәxahi öz vәzifәsini ifa edirdi.

Әlimdәki o biri daşı da tulladım. Daş itin başının üstündәn ötüb getdi şaqqıltı ilә dәydi hacı Bayramın darvazasına. Burada köpәk deyәsәn acığa düşdü; çünki mәnә tәrәf başladı hürmәyә. Mәn qorxumdan qaçdım, bir qәdәr uzaqlaşdım vә çönüb göri baxanda gördüm ki, itin dalıyca Şirәli dә mәnә tәrәf hücum edir.

Siz elә bilmәyin ki, mәn onlardan ehtiyat elәyirdim; bir zәrrәcә elәmirdim. Çünki bilirdim ki, köpәyin nә dişi var mәni tutsun, nә taqәti var mәnә güc gәlsin. O ki, Şirәli idi, onun öhdәsindәn hәr halda gәlә bilәrdim.

Buzu qoydum yerә, gördüm ki, od kimi isti torpağa buz cızıltı ilә yapışıb az qaldı havaya uçsun. Suyu axa-axa buzu tez torpağın içindәn götürdüm tulladım divarın kölgәsinә vә qaçdım yerdәki daşlara tәrәf vә qabağıma gәlәn daşları yerdәn qapıb başladım Şirәliyә tәrәf tullamağa. Bu da mәnә baxıb, durdu mәni daşa basmağa. Köpәk dә ancaq mәn atdığım daşlara özünü çırpırdı vә bundan başqa sahibinin oğluna bir qeyri kömәk göstәrә bilmirdi. Biz hәmi bir-birimizi daşlayırdıq, hәmi bir-birimizi söyürdük. Söyüşlәrimiz bu qәbildәn idi: “A sәnin ananı . flan vә flan”, “Ay sәnin bacının . flan vә flan” “Köpәk oğlu vә it oğlu” söyüşlәri burada o qәdәr vec vermirdi; sәbәb bu ki, toqquşmamız adi bir toqquşmalardan deyildi ki, söyüşlәr dә adi olsunlar. Hәtta mәn ona burada hirsimdәn elә bir söyuş göndәrdim ki, Şirәli qeyzindәn ağladı vә haman söyüşü ağlaya-ağlaya mәnә geri qaytaranda öz atası hacı Bayram hәyәtdәn eşitdimi, eşitmәdimi, ancaq gördüm ki, kişi düz gәldi yapışdı oğlunun qulağından vә çәkә-çәkә apardı hәyәtinә vә dübarә hәyәtdәn çıxdı, mәnә tәrәf sәslәndi:

“Әdә, vәlәdüzzina, düz yolunnan çıxıb gedә bilmirsәn?”

Mәn dinmәdim vә oturdum divarın dibindә. Ürәyim elә yanırdı, az qalırdım yerdәki buzu götürәm soxam boğazıma. Buz da öz işindә, әrimәkdә idi. Genә özümü saxlaşdıra bilmәdim vә әlimdәki daşnan buzun bir tәrәfini әzdim basdım ağzıma vә bir alma yekәlikdә qalan buzu istәdim genә qoyam yerә. Ancaq burada xalam yadıma düşdü vә istәdim duram qaçam evә vә qalan buzu yetirәm azarlıya. Vә

burada baxdım ki, Şirәli durub darvazasının ağzında vә mәnә tәrәf baxır. Mәn dә dinmәdim vә düşdüm yola, evimizә tәrәf. Burada Şirәlidәn elә bir söz eşitdim ki, dәxi mәcbur oldum dayanam vә ona cavab verәm. Şirәli uzaqdan mәnә haraylayırdı:

“Hә, belәcә it kimi qorxub qaçarsan ha!”

Allahü-әkbәr. Axı bu söz yaxşı söz olmadı. Burada Şirәli mәnә hәr nә desә idi, genә qulaq ardına vurub özümü yetirәrdim evә; çünki xalamın әrindәn dә qorxurdum vә bir az da anamdan qorxurdum. Amma axı allah görür ki, Şirәli nahaq söz danışdı; çünki mәn onun nәyindәn qorxdum ki!.… İndi gedirәm evә.

Mәn çöndüm dayandım vә Şirәliyә belә söz qaytardım:

“Әdә, köpәk oğlu köpәk, mәn sәnin nәyindәn qorxurdum?”

“Köpәk oğlusan da, it oğlusan da!”

Biz başladıq bir-birimizә yavıq gәlmәyә. Ehtiyat üçün buz tikәsini genә qoydum divarın dibinә vә o mәnә, mәn ona yavıq gәldik, gәldik vә bir-birimizә söyә-söyә yetişdik, çatışdıq vә düşdük yumruq döyüşünә vә sonra da әlbәyaxa olduq.

Bir az bir-birimizi cırmaqlayandan vә kötәklәyәndәn sonra bir dә gördüm ki, bir qoca kişinin qucağındayam. Bir nәfәr dә çarşaflı arvad vә bir-iki dә oğul-uşaq Şirәlini çәkә-çәkә apardılar evlәrinә tәrәf. Mәn istәdim qoca kişinin әlindәn dartınıb çıxam, hәrifin üstünә hücum edәm, burada mәn birdәn ayıldım, sakit oldum. Kürәyimdәn naqafil bir bәrk yumruğu hiss edәn kimi başımı qalxızdım.

Mәni vuran xalamın әri idi. Bundan onun hirsi hәlә soyumadı; yumruğunu qalxızmışdı yenә yendirsin, qoyub qaçdım evә tәrәf.

Xalamın әrini dalımcan gәlәn görmәdim, yәqin ki, o da bazara tәrәf getdi. Sonra bildim ki, gәlib evdә mәni bazardan gәlmiş görmәyib, qayıdıb bazara ki, buzu özü alıb gәtirsin.

Utandığımdan azarlının yanına getmәdim; ancaq anam uzaqdan mәni görәndә bircә bunu dedi:

“A balam, sәnin görüm ciyәrin yansın! Necә ki, yazıq azarlı arvadın ciyәrini yandırdın.”

Xalam mәni çox istәrdi; onunçun da sonra mәn bildim anam mәnә bu qarğışı elәyәndә xalam anama belә deyib:

“Ay qız, Sara, sәn hәzrәt Abbas, uşağa elә qarğış elәmә!”

Bir neçә gündәn sonra xalam vәfat etdi. Mәn o günü nә ağladım, nә dә dәrd elәdim, necә ki, cәmi mәnim kimi bacı uşağı xalasının ölümünә nә ağlar vә nә dәrd elәr.

Bununla belә bircә şey yadımdan çıxmadı vә indiyә kimi mәni gahdan bir narahat etmәkdәdir.

Nәdi o? — Onun adı “buz”dur.

Xüsusәn yay fәsillәri ki, bir tәrәfdәn bizim isti iqlimdә ki, yayın istisinin şiddәtindәn nәinki xәstәlәr, bәlkә salamat adamın da vaxt olur ki, ciyәri yanır.

Vә yay fәsli arabalarda daşınan ağ vә tәmiz duru buz kәrpiclәrini görәndә xalam yadıma düşür vә öz-özümә deyirәm: o xoşbәxt ki, indi onun ürәyi yanır, bu buzu aparıb ona verәcәklәr ki, ürәyi sәrinlәnsin. Vә çox-çox daha da xoşbәxt adamlar var ki, bu buzlar onların lәziz yemәklәri vә marojnalarına sәrf olunur. Amma mәnim xalam odlu qızdırmanın içindә ürәyi yanmaqda olduğu halda, bircә tikәsinә hәsrәt qaldı vә iki gün sonra ölüb getdi.

Kimin qüsuru ucundan? Mәnimmi, ya yox? Kimdәdir taxsır? Mәndәdirmi ki, itlәr ilә dalaşmağa mәşğul olub, xalamın buzunu odlu torpağın içindә әritdim? Ya bәlkә günahkar tәbiәtdir ki, daş kimi bәrk bir buzu istidәn suya döndәrir? Ya bәlkә günah heç birimizdә deyil? Ondan ötrü ki, mәn tәk tәrbiyә görmәyәn on yaşında bir uşağın hәmin rәftarı çox tәbiidir, necә ki, buzun gün qabağında әrimәyi tәbiidir.

Mәqsәd suallara cavab vermәk vә belә-belә fәnni mәsәlәlәri açmaq deyil. Vә heç bir mәqsәd yoxdur.

Ancaq hәr bir yay fәsli küçәlәrdә arabalarda buz sallarını görәndә, bir tәrәfdәn o buzu şampanskilәrә vә lәzzәtli marojnalara işlәdәn xoşbәxtlәr gözümün qabağına gәlir vә eyni zamanda xalamın “ciyәrinin yanmağı” yadıma düşür.

Nә qәdәr ki, uşaq idim, yadıma düşmәzdi; elә ki, yekәlib ağlım kәsdi, buz әhvalatı mәnә hәr bir yeri düşәndә dәrd olur. Bir tәrәfdәn dә on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qәpiklik buza hәsrәt qoymağım yadıma düşür.

  • Teqlər:
  • Cəlil Məmmədquluzadə
  • , buz

Quzu – Cəlil Məmmədquluzadənin hekayəsi

Cəlil Məmmədquluzadənin “Quzu” hekayəsini təqdim edirik:

Məmmədhüseynin kirvə oğlusu Qurtbasar kəndindən buna bir quzu sovqat göndərmişdi. Kəblə Məmmədhüseyn istədi quzunu kəsə, amma heyvanın belini əlləri ilə sığallayıb, bıçağı tulladı yerə və arvadına dedi ki:

– Bir sümüknən bir dəridən savayı bir şey yoxdu.

Arvadı məsləhət gördü ki, quzunu ötürsünlər bir neçə gün bağçada otlasın, əmələ gəlsin. Əri də razı oldu və quzunu itələyib saldı həyət bağçasına. Heyvan göy otu gördü, amma ağzını ota uzatmadı.

Həmin vaxt qonşuluqda Əziz xanın evindən kişilərin oxumaq səsi gəlirdi və Əziz xanın öz səsi aşkar eşidilirdi:

Nə durmusan dağ başında qar kimi?
Məmələrin baş veribdi nar kimi, nar kimi.

Kəblə Məmmədhüseyn quzunu boşlayıb girdi evinə, şalını götürüb bağladı, çuxasını geydi, tütün kisəsini qoydu cibinə, çubuğunu taxdı belinə və arvadına dedi ki:

– Quzunu aparıram. – Arvad cavab verdi ki:

– Həyə satmağa aparırsan, o quzuya heç bir manat da verməzlər.

– Yox, satmağa aparmıram, xanlığa aparıram. Bəlkə bir şey qopardam.

Bu sözləri deyə-deyə Kəblə Məmmədhüseyn yendi həyətə, əyilib quzunu qucaqladı, vurdu qoltuğuna, çıxdı küçəyə və üz qoydu Əziz xanın evinə tərəf. Çəpik və oxumaq səsi gəldikcə yavıqlaşırdı.

Nə durmusan dağ başında.
Məmələrin nar kimi.

Xülasə, xanlıq qapısında bir-iki kəndli durmuşdu, həyətdə də bir dəstə kəndli ucadan danışırdılar. Bağçada yekə tut ağaclarının dibində beş-altı quzu otlayırdı. Həyətin küncündə, çardağın altında bir çılpaq ağ at bağlanmışdı. Aşpazxanadan qab-qacaq səsi gəlirdi. Xanlıq qulluqçularından bir neçəsi aşpazxanadan evə xörək və evdən aşpazxanaya boş qab-qacaq daşıyırdılar. Kəblə Məmmədhüseyn düz gəldi pilləkanlardan qalxdı qabaq otağa və nökərlərin birinə dedi:

– Sadıq əmoğlu, xana ərz elə ki, Məmmədhüseyn quzu gətirib.

Bir az keçdi, Əziz xan bərk kefli, çörək dəsmalı ilə dodaqlarını silə-silə çıxdı qabaq otağa və quzunun başını Məmmədhüseynin qoltuğunda görəndə gəldi yavığa və durdu quzunu tumarlamağa:

– Quzu, quzu, nə yaxşı quzu, nə göyçək quzu. Quzu, quzu, quzu. – Və məhəbbətin şiddətindən başladı quzunun gözlərindən öpməyə.

Kəblə Məmmədhüseyn də durdu quzunu tərifləməyə:

– Xan, maşallah çox nəcib quzudu. Bir kəndli aparırdı satmağa, zornan üç manıt verib aldım. Bildim ki, qonağınız var, dedim bəlkə lazım ola, plov altına qoyasınız. Çox yeməli quzudu.

İçəri otaqda çəpik səsi bərkidi. Rus qonaqlarının biri qapını açıb Əziz xanı çağırdı. Xan dönüb qaçdı qonaqlara tərəf, genə qayıtdı Məmmədhüseynə tərəf, əlini saldı cibindən bir kağız üçlük çıxartdı. Pulu genə istədi cibinə qoya, sonra istədi Məmmədhüseynə verə, genə istədi cibinə qoya, axırda atdı Memmədhüseynə və qaçdı içəri. Kəblə Məmmədhüseyn pulu qoydu cibinə, yendi həyətə ki, quzunu ötürsün bağçadakı quzuların içinə.

Kəndlilər genə həyətdə “arx” barəsində ucadan bəhs eləyirdilər, nökərlər də genə sağa-sola qaçmaqda idilər və heç kəs Məmmədhüseynə baxmırdı. Bu da çuxasını çəkdi qoltuğundakı quzunun başına və üzünü küçə qapısına çöndərib çıxıb getdi evinə.

Və həmən gün quzunu kəsib yedi. Amma doğrudan da quzu çox arıq imiş.

Aradan bir həftə keçmişdi ki, Kəblə Məmmədhüseyn gəzə-gəzə gəldi Əziz xanın həyət qapısına. Xanın nökərlərindən biri həyətdə palaz çırpırdı və Məmmədhüseyni görənde palazı qoydu yerə, gəldi qapıya. Bunlar başladılar o üzdən-bu üzdən danışmağa. Həyətdə iki quzu görsənirdi və Kəblə Memmədhüseyn nökərə nəsihət elədi ki, küçə qapısını açıq qoymasınlar; yoxsa quzular çıxarlar küçəyə, oğul-uşaq tutub aparar. Nökər də bunun cavabında dedi ki:

– Arxayın ol, heç bir köpek oğlu cürət eləyib xanın quzusunu aparmaz!

Söhbət özgə yana çöndü. Məmmədhüseyn başladı xanın əhvalını soruşmağa və xəyalında tutmuşdu ki, bilsin nə vaxt xan genə qonaqlıq eləyəcək. Nökər söhbət arasında dedi ki:

– Sabah yox, biri gün miravay pasrednik (keçmişdə mülkədarlarla kəndlilər arasındakı torpaq münaqişələrini həll edən yerli hökümət nümayəndəsi – red) xana qonaq gələcək və urus həkiminin arvadı da gələcək və bunlardan savayı Dəmirtəpə pristavı da gələcək, Qulam xan da gələcək, Səfi xan da gələcək.

İki gündən sonra Əziz xanın evində genə qışqırıq qopmuşdu. Bu dəfə məxsusi çalıb-oxuyanlar da var idi. Həyət qapısı dolu idi küçə uşaqları ilə. Kəblə Məmmədhüseyn uşaqları aralayıb qapını taqqıldatdı; çünki hərçənd qapı açıq idi, amma istəmirdi həyətə girsin.

Otaqda oxuyub çalanların səsi, qonaqların çəpiyi, həyət adamlarının hay-küyü qarışmışdı bir-birinə.

– Vəliqulu əmoğlu, Vəliqulu əmoğlu, bir bura gəl!

Xanın Vəliqulu adlı nökəri əlində çörəyi tez aparıb yerinə qoyub, qaçdı küçə qapısına. Kəblə Məmmədhüseyn buna salam verib, kefini soruşandan sonra dedi:

– Vəliqulu əmoğlu! Axı insaf deyil, mən kasıb adamam, xana bir tövr ərz elə quzunun üç manatını iltifat eləsin. Sən öləsən, məhəttələm. İki həftədən çoxdu, ha gedib gəlirəm. Amma, vallah, axı utanıram.

Vəliqulu belə cavab verdi:

– Yaxşı, deyərəm. Amma indi xanın başı qarışıqdı, sabah deyərəm.

Vəliqulu istədi qayıdıb getsin, amma Məmmədhüseyn onun ətəyindən yapışıb əlini saldı boynuna:

– Yox, yox, mən ölüm, indi get de. Mən ölüm indi de!

– Ay Allahın bəndəsi, indi mən xana necə gedim belə sözü deyim? Meyər görmürsən qonaqlar başını necə qatıbdırlar?

– Allahu əkbər! Bu da mənə söz oldu? Mən ki, öz pulumu istəyirəm, bunun nə dəxli var? Əmoğlu, sən Həzrət Abbas, bu saat get mənim pulumu al, gətir.

“Vəliqulu! Vəliqulu” – deyib Vəliqulunu aşpazxanadan çağırdılar, bu da Məmmədhüseynə vədə verdi ki, bir tövr düzəltsin və qaçıb girdi aşpazxanaya, plov məcməisini iki əlli qalxızdı yuxarı və çaparaq apardı qonaq otağına.

Cavan xanlardan biri çalğıçıların qabağında oynayırdı. Qonaqlar əl çalırdılar və oynayan cavan oynaya-oynaya getdi durdu həkimin arvadının qabağında və baş elədi bu da dursun oynasın. Xanım başladı çəm-xəm eləməyə ki, mən oynamaq bacarmıram. Qonaqlar doluşdular bunun başına ki, gərək oynayasan. Axırda xanım durdu ayağa və çalğıçılara dedi ki, “tripaqa” havasını çalsınlar və düşdü oynamağa. Qonaqlar çəpik tutdular. Əziz xan çaxır stəkanını doldurdu, yeridi qabağa və “xanımın sağlığına” – deyib içəndən sonra cibindən bir üçlük çıxardı, apardı taxdı tar çalanın papağına və başladı çəpik çalmağa.

Kəblə Məmmədhüseyn Vəliqulunun yubanmağına səbr eləməyib, girdi qabaq otağa və başladı oradan oynayanlara tamaşa eləməyə, Əziz xan bir üçlük də çıxartdı taxdı kamança çalanın papağına. Vəliqulu boş nimçələri bir-birinin üstünə qalayıb, istəyirdi otaqdan qaça aşpazxanaya. Məmmədhüseyn getdi durdu onun qabağında və nimçələri qucaqladı:

– Mən ölüm, bu sahat qayıt, o üçlüklərin birini al gətir mənə!

Vəliqulu bilmədi nə desin.

– Bu lotu Hüsi sənə qurban, sözümü yerə salma!

Vəliqulu nimçələri qoydu taxçaya, qayıdıb girdi qonaq otağına və ədəblə getdi ağzını tutdu Əziz xanın qulağına.

– Xan, o Kəblə Məmmədhüseyn yazıqdı, uşağı naxoşdur. Həkim gətirəcək, quzunun puluna gəlibdi.

Əziz xan çəpik çalıb oxuyurdu:

– Nə durmusan dağ başında qar kimi. – və oxuya-oxuya çıxdı qabaq otağa.

– Hə, niyə gəlmisən, Məmmədhüseyn?

– Xan, quzunun puluna gəlmişəm.

– Hə, genə quzu gətirmisən?

– Xeyr, xan, keçən qonaqlıqda gətirmişdim, xırda pulunuz olmadı ki, verəsiniz.

Əziz xan elini saldı cibinə, bir qayıtdı qonaqlara səmt, bir çöndü Məmmədhüseynə tərəf və başladı addax-buddax danışmağa:

– Hələ pulu qalır? Niyə qalır? Niyə indiyə kimi qalır? Yaxşı, verrem, get-get! Necə quzu? Hansı quzu? Hələ xırda pul yoxdu. Vəliquluya deyərəm versin. Nə durmusan dağ başında. – Oxuya-oxuya qaçdı qonaqların yanına; cibindən bir dəstə kağız pul çıxartdı, bir üçlük taxdı qaval çalanın papağına və bir üçlük de atdı Vəliquluya ki, versin Məmmədhüseynə.

Kəblə Məmmədhüseyn üç manatı alıb yendi həyətə. Gecə yarısına bir saat qalırdı ki, qonaqlar başladılar dağılmağa. Amma Əziz xan əvvəl-axşamdan keflənib yatmışdı.

Əhvalatdan bir neçə ay keçmişdi. Bir gün Kəblə Məmmədhüseyn Əziz xanın evinin qabağından keçəndə bildi ki, xanlıqda genə qonaqlıq var. Küçə qapısında iki fayton dayanmışdı. Genə bir faytonda iki nəfər rus çinovniki gəlib yendilər və girdilər həyətə. Kəblə Məmmədhüseyn bir qədər vaxt durdu qapıda, bir az baxdı gəlib gedənlərə; sonra çəkilib çömbəldi divarın dibində və çubuğunu çıxardıb başladı çəkməyə. Yarım saatdan sonra durdu, yavaş-yavaş gəldi dayandı qapının qabağında, başladı həyətə tamaşa eləməyə. Sonra nə fikir elədisə çöndü və bazara tərəf üz qoyub yavaş-yavaş çıxdı getdi.

Bir neçə gündən sonra Kəblə Məmmədhüseyn oturmuşdu bulvarda skameykanın üstündə. Günorta vaxtı idi. Əziz xan dalıyca bir neçə kəndli, natoryus dəftərxanasının qabağından keçirdilər. Məmmədhüseyn durdu ayağa. Dal tərəfdən yavıqlaşdı xanın yanına və salam verdi. Əziz xan çönüb buna baxanda bu da iki əlini döşünə qoyub, ədəblə ərz elədi:

– Xan, utanıram da deməyə, axı o quzunun pulu indiyə kimi qalır.

Əziz xan təəccüblə soruşdu:

– Necə quzu? Məgər mən sənin pulunu vermədim?

– Xan, doğrudu, cibinizdən bir üçlük çıxartdınız ki, verəsiniz, amma həmən üçlüyü verdiniz kamança çalana; yoxsa mənə vermədiniz. Hazır kamançaçı Əzim ölmüyüb ki! İstəyirsiniz, çağırın sual edin. Yoxsa qurban olsun sizə o üç manat, onun maliyyəti nədi ki, mən yalan ərz edim? Qurban olsun.

Xan hirslənib Məmmədhüseynin sözünü kəsdi:

– Niyə axı pulun indiyə kimi qalıb? Mən nə bilim nə puldu, nə cəhənnəm oğlu köpəyin quzusudu?! Küçənin ortasında başlamısan quzu belə gəldi, kamança belə getdi. Utanmırsan? Başlamısan bilmirəm nə quzu, nə axmaq oğlu, kamançaçı köpək oğlu, nə axmaq oğlu axmaq? Quzu, mən bilmirəm nə quzu? Başım qarışıb, iki min işim var; başlamısan küçənin ortasında bilmirəm nə quzu, nə zəhrimar oğlu zəhrimar!

Xan bu sözləri deyə-deyə üz qoydu getməyə. Kəblə Məmmədhüseyn başını qalxızıb cürətlə dedi:

– Xan, o üç manatnan mən nə dövlətli olacağam, nə kasıb. Qurban olsun sənə o üç manat. Ürəyini niyə sıxırsan?

Əziz xan beş-altı qədəm də gedəndən sonra dayandı və cibindən üç manat çıxardıb Kəblə Məmmədhüseyni çağırdı:

– Al quzunun pulunu. Kəblə Məmmədhüseyn pulu aldı qoydu cibinə, bircə bunu dedi:

– Allah xana ömür versin.

Cəlil MƏMMƏDQULUZADƏ
İyun 1914, Tiflis.

AzNews.az

Comments are closed, but trackbacks and pingbacks are open.